ÜZÜMÇÜLÜK
Budaqcıqla Çoxaltma Metodu Üzüm bağlarında bəzən qurumuş tənəklərə də rast gəlmək olur. Belə tənəkləri əvəz etmək üçün əkin materialı olmadıqda qış ayına kimi, yəni budaqcıqların budandığı dövrə kimi gözləmək lazımdır. Həmin dövrdə sağlam tənəyin budaqcığını əyərək qurumuş tənəyin çıxarıldığı çalaya aşağıdakı qaydada basdırın. Toxumla Çoxaltma Üzümün toxumla çoxaldılması heç bir halda tövsiyə olunmur, çünki hər bir toxumda müxtəlif sortlara aid olan fərqli genlər mövcuddur, ona görə də orijinal sort yetişdirmək nadir hallarda mümkün olur. Budaqcığın Basdırılması
Budama Taraz budama – dayanıqlı hissədə yüksək keyfiyyətli meyvənin yetişməsi üçün tənəkdəki tumurcuq sayının tənzimlənməsidir. Şirə axını – budanmış oduncaqlı bitkidən şirənin axması nəzərdə tutulur. Belə hallara adətən sükunət dövründə rast gəlmək olur. Axan şirə tənəyə ziyan vurmur. Tumurcuq – Tənəyin üzərindəki tumurcuqlar mürəkkəb olub əsas, ikinci və üçüncü dərəcəli tumurcuqlardan ibarətdir. Əsas tumurcuqlar yazda açır, ona görə də belə tumurcuqların əksəriyyəti şaxtadan donaraq məhv olur. Qeyd etmək lazımdır ki, əsas tumurcuq ən məhsuldar tumurcuqdur. Əgər bu tumurcuq zədələnərsə və ya məhv olarsa, ikinci dərəcəli tumurcuqlar açılaraq inkişaf edir. İkinci dərəcəli tumurcuqlar üzümün sortundan asılı olaraq bar verə bilər. Hibrid fransız-amerikan sortlarının ikinci dərəcəli tumurcuqları amerikan və ya Vinifera növü il müqayisədə bar verməyə daha çox meyllidir. Əgər ikinci dərəcəli tumurcuqlar zədələnərsə və ya məhv olarsa, onların yerini üçüncü dərəcəli tumurcuqlar tutur. Bu tumurcuqlar məhsuldar olmur. Tumurcuqlar yarpaq saplağı ilə zoğun arasında yerləşir. Möhkəm budaqcıq – həddən artıq möhkəm olub qol-qol budaq atan zoğdur. Belə budaqcıqlarda buğumarası məsafə çox uzun (5-6 düym), diametri isə daha geniş (½ düymdən böyük) olur. Hər iki tərəfdən yastı olan bu budaqcıqlar çarpaz kəsişmə nöqtəsində adi budaqcıqlara dairəvi deyil, oval forma verir. Möhkəm budaqcıqlar məhsuldar ola və ya olmaya bilir, lakin onların soyuğa qarşı müqaviməti normal ölçülü budaqcıqlarla müqayisədə daha zəifdir və mahmız, bar verən budaq yaxud ikinci dərəcəli gövdə üçün düzgün seçim hesab edilmir. Belə budaqcıqlar xarakterik olaraq həddən artıq qol-budaq atmış tənəklərdə müşahidə olunur.
9