
4 minute read
olunmasıMəhsul yığımından sonra kı dövrdə bağların idarə
Cərgəarası Hissələrin Təmizlənməsi
* Üzüm bağına lazımi qayğını göstərməklə həşəratları və gəmiriciləri məhv etmək, eləcə də tənəyin kök sistemində sağlam mühit yaratmaq olar. Tənək cərgələri arasında becərmə avadanlıqlarından istifadə etmək olmaz. Müasir elmiaraşdırmaların heç biri cərgə arasının becərilməsini, daha dəqiq desək şumlanılmasını tövsiyə etmir. Əvvəl qeyd olunduğu kimi, alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün otbiçən avadanlıqlardan və herbisidlərdən istifadə etmək lazımdır. Cərgəarası hissələri tumurcuqlama mərhələsindən qabaq təmizlədikdə aşağıdakı halların qarşısını almaq mümkündür: * Kultivator, otbiçən avadanlıq və herbisidlərlə alaq bitkilərinə qarşı mübarizə aparmaq, * Hündür qoruyucu bitkilərin biçilməsi Üzüm bağlarında alaq bitkilərini biçdikdən sonra aşağıdakı zərərvericiləri və ya onların vurduğu ziyanı müşahidə etmək olar: * Gəmiricilər, * Budaq qurdları,
Advertisement
Ekspertlərin əksəriyyəti bir faktla razılaşır ki, məhsula toxunmaqla və ya dadmaqla yığım vaxtını asanlıqla təyin etmək olar. Üzüm gilələri yumşaq, dadı isə şirin olmalıdır. Ən isti günlərdə meyvənin tərkibindəki şəkərin miqdarı artır, lakin istehsalçılar adətən yığım vaxtını bu parametrlərə əsasən dəyişə bilmirlər. Üzüm meyvəsi 20-250C dərəcədə yetişir. Məhsulun daşınması və saxlanılması üçün
* Şıqqıldaqlar, * Tumurcuq güvələri, * Gövdə xəstəliklərinin təsiri nəticəsində qurumuş mahmızlar.
Süfrə Üzümü Bağlarının Məhsul Yığımından Sonrakı
Dövrdə İdarə Olunması
ən uyğun temperatur səviyyəsi 00C dərəcədir. Yığılmış üzümün daxili temperaturu nə qədər tez aşağı salınarsa, onun saxlanma və istifadə müddəti bir o qədər uzanar. Ona görə də yığılmış məhsulun kölgəli yerdə saxlanaraq mümkün qədər tez bir müddətdə anbara daşınması məsləhət görülür. Anbarın rütubətlilik səviyyəsi də mühüm əhəmiyyət kəsb edir. Süfrə üzümünün daşınması və saxlanılması üçün 85-90% rütubətin olması tövsiyə edilir. Əksər soyuducu anbarda rütubətlilik səviyyəsini qaldırmaq üçün nəmləndirici cihazlardan istifadə edilir. Nəmləndirici cihazlarla təchiz olunmamış anbarlarda isə döşəməyə su çiləməklə rütubətli mühit yaratmaq olar. Üzümdən başqa taxta və kağız qablar da suyu udur, ona görə də qablaşdırma materiallarına diqqətlə yanaşmaq və lazımi miqdarda sudan istifadə etmək lazımdır. Üzüm bitkisi klimakterikdir, yəni etilen qazına alma yaxud armud kimi güclü reaksiya göstərmir, ona görə də bu məhsulun nəzarətli mühitdə (CA) saxlanılmasına ehtiyac yoxdur. SO2 ilə müalicə olunmayan üzümün saxlanma müddəti 2-4 həftədir. Saxlanma müddətinin SO2 vasitəsilə uzadılması növbəti bölmədə müzakirə olunacaq.
60
ÜZÜMÇÜLÜK
Dünyanın əksər ölkələrində üzüm meyvəsi aşağıdakı qaydada qablaşdırılır: Qeyd etmək lazımdır ki, üzüm qabları əvvəlcə ön soyutma kamerasına qoyulur, sonra isə adi soyutma kamerasında saxlanılır. Meyvənin 2-3 mərhələdə (hər mərhələdə 100C aşağı salmaqla) soyudulması məsləhət görülür. Üzüm bağında ani ehtiyatsız və kobud hərəkət süfrə üzümünün tökülməsinə səbəb olur, ona görə də məhsulu ehtiyatla qaba yığmaq, nəqliyyat vasitəsinin təkərini bir az boşaltmaq və mümkün qədər düz yola çıxmaq lazımdır. Məhsulu uzun müddətə daşıyan nəqliyyat vasitəsinin amortizasiyası işlək vəziyyətdə olmalıdır. Üzüm salxımları yığımdan soyumağa başladığı müddətə kimi öz çəkisinin 5%-ni buxarlanma nəticəsində itirir. Süfrə üzümü soyutma mərhələsinə kimi 200C dərəcədə 8 saat qala bilir, lakin bu müddət 300C dərəcədə 1.5 saat azalır.
Təzyiqli Hava ilə Soyutma


Müasir soyuducu anbarların əksəriyyətində təzyiqli hava sistemindən istifadə olunur. Yuxarıdakı şəkildə yük altlıqlarının (paletlərin) təxminən bir metr aralıqda cərgəyə yığılması üsulu göstərilib. Cərgənin sonunda ventilyator olmalı və yükün üstü brezentlə örtülməlidir. Brezent örtük soyuq havanın bütün yeşiklərə yayılmasına kömək edir.
Təzyiqli hava ilə işləyən soyutma avadanlıqları SO2 fumiqasiyası ilə təchiz olunur. Müştərilər xoşlamasa da, hər yeşiyə kükürd paketi qoyulur və SO2 fumiqasiyası yığımdan sonra yarana biləcək bir çox xəstəlikləri, o cümlədən Botrytis xəstəliyinin qarşısını almağa kömək edir. Fumiqasiyanın effektiv təsir göstərməsi üçün belə tədbirlərin yığımdan sonra 12 saat ərzində həyata keçirilməsi məsləhət görülür. Bununla belə, SO2 fumiqasiyası nəzarətli (CA) yaxud dəyişdirilmiş (MA) saxlanma sistemlərinə uyğun gəlmir. Qeyd etmək lazımdır ki, zədələnmiş üzümə nüfuz edən SO2 qazı məhsula əlavə ziyan vura bilir.
SO2 qazı ilkin fumiqasiyadan sonra havanı tənzimləyir və əgər üzüm məhsulu soyuducu kamerada daha uzun müddətə saxlanılarsa, ventilyatorlar 3 saat ərzində yüksək sürətlə işləməlidir.
Əksər hallarda üzüm məhsulu digər meyvələrlə birlikdə saxlanılır. Azərbaycanda yetişdirilən aşağıdakı məhsullar üzümlə birlikdə 0-20C dərəcədə və 85-95% rütubətlilik səviyyəsində saxlanıla bilər: * Çiyələk * Ərik * Gilas * Kivi * Armud * Nar * Gavalı * Moruq
* Nektarin, * Şaftalı Beləliklə, məhsul yığımından sonrakı dövrdə Botrytis xəstəliyinə qarşı mübarizə aparmaq üçün 2 alternativ variantdan istifadə etmək olar. Birinci variant soyuducu anbarın SO2 qazı ilə fumiqasiya olunması, ikinci variant isə dəlikli plastik paket araqatına soldium metasulfit tərkibli paketlərin yerləşdirilməsidir. Üzüm istehsalçısı məhsul yığımından sonrakı dövrdə aşağıdakı məqsədləri həyata keçirməlidir: * Üzümün mümkün qədər tez bir müddətdə soyudulması, * Yığımdan sonra 12 saat ərzində Botrytis cinerea infeksiyasının SO2 fumiqasiyası ilə aradan qaldırılması. * Əmək xərclərinin azaldılması və məhsulun zədələnməməsi üçün daşınmanın həyata keçirilməsi. 7 gündən artıq saxlanılan üzüm üçün müvafiq ventilyatorların 3 saat ərzində işlədilməsi. Bu məqsədlər iki yolla həyata keçirilə bilər: 1) üzümün qablaşdırma məntəqəsindəqablaşdırılması, 2) üzümün yığımdan sonra dərhal sahədə qablaşdırılması. ABŞ-da əmək xərclərinə qənaət etmək və soyutma-fumiqasiya prosesini sürətləndirmək üçün əksər üzüm məhsulunun sahədə qablaşdırılmasına üstünlük verilir.

Məhsulun sahədə qablaşdırılması: Məhsul yığılır, təmizlənir və plastik qablarda daşınır. Həmin plastik qablar digər şəxs tərəfindən plastik yeşiklərə yığılaraq tərəzidə çəkilir və məhsulun çəkisi tənzimlənir. Bundan sonra məhsulu qablaşdırıan şəxs onu kölgəli yaxud üstüörtülü yerdə (mümkün qədər sərin mühitdə) saxlayır. Üstüörtülü yerdə qablaşdırma: Məhsul yığılır, təmizlənmir və xüsusi səbətlə kölgəli yerə gətirilir. Bundan sonra üstüörtülü yerdə təmizlənən məhsul çeşidlənərək (adətən iki yerə ayrılır) yeşiklərə yığılır və tərəzidə çəkilir.
ÜZÜMÇÜLÜK Aşağıdakı cədvəldə hər iki sistemin xüsusiyyətləri verilib: Məhsul Yığımında Sonra Görülən Tədbirlər
SO2
Qeyd etmək lazımdır ki, bu iki proses arasındakı yeganə fərq sahədə yığılmış meyvənin elə sahədəcə təmizlənib soyuducu anbara göndərilməsidir. Məhsul hər iki halda çəkilir və eyni formada qablaşdırılır. Mövsümün ortalarında və ya sonunda yığılmış üzüm məhsulu paketlə örtərək onların qopub yerə düşməsinin qarşısını almaq və keyfiyyətini qorumaq olar.
Vitis vinifera (Adi Üzüm) və Vitis labrusca (Amerikan Üzümü) Növlərinin Soyuducu Anbarda Saxlanılması
