2 minute read

Üzüm bitkisinin reproduksiyası

Next Article
Suvarma

Suvarma

Mahmızın budanması nəticəsində bir-iki cüt uzun budaqcıq (daimi ikinci dərəcəli gövdə) saxlanılır və bu hissələrə şpaler sistemi boyunca forma verilir. Qış aylarında daimi ikinci dərəcəli gövdə (kordon) boyunca əmələ gəlmiş budaqcıqlar budanır və iki tumurcuqdan ibarət kiçik zoğlar (mahmızlar) saxlanılır. Yaz aylarında isə mahmızdakı tumurcuqlardan yeni zoğlar çıxır.

Üzüm Bitkisinin Reproduksiyası

Advertisement

Üzüm bitkisi qələmdən və ya toxumdan yetişə bilir, lakin tumsuz üzüm sortları bu baxımdan istisna təşkil edir. Üzüm bağı salmaq üçün sertifikatlı tinglik təsərrüfatından yüksək keyfiyyətli sağlam əkin materialı almaq lazımdır.

Bəzi fermerlər fərqli üzüm sortuna məxsus olan müxtəlif tənəklərin qələmlərindən istifadə edirlər. Bunun üçün təxminən yaz aylarına kimi (yəni, soyuq havanın təsiri nəticəsində budaqcıqdakı əksər xəstəliklər məhv olduqdan sonra) digər tənəklərdən 8-10 budaqcıq kəsin. Bunun üçün əsas tənəyin əsasına yaxın yerləşən budaqcıqlardan istifadə etmək lazımdır. Hər qələmin uzunluğu 30-48 sm, qalınlığı isə karandaşın diametrinə bərabər olmalıdır. Bundan başqa, soyuq qış aylarına qarşı müqavimət göstərmiş xəstəlikləri məhv etmək üçün üzüm qələmlərini 5 faizli ağardıcı maddəyə batırmaq və nəm kağıza bükərək plastik paketdə kip saxlamaq lazımdır. Həmin paketlər soyuducuda 0-10C dərəcədə saxlanılmalıdır.

Yaz aylarında dibçəyə münbit torpaq tökərək qələmin iti ucunu torpağa batırın. Bu zaman qələmin ən az 4 tumurcuğu torpaqla örtülməlidir. Kök sisteminin daha sürətlə inkişaf etməsi üçün kök əmələ gətirən hormonlardan (məs. İndol-3-yağ turşusundan) istifadə etmək olar. Bundan sonra dibçəyin üzərində məftildən çərçivə düzəldin və həmin çərçivəni plastik materialla örtün. Plastik material elastik yaxud rezin lentlə kip bağlanmalıdır. Dibçəyi sulamaq, günəş işığının birbaşa təsirindən uzaq isti və rütubətli yerdə saxlamaq lazımdır.

Təxminən 5 həftə ərzində kiçik köklər əmələ gəlməyə başlayacaq. Kök sistemi formalaşmağa başladıqda plastik paketdə iti karandaşla bir neçə dəlik açın və ya elastik yaxud rezin lenti çıxarın. Bitki öz gücünü bərpa etdikdə və kök sistemi lazımi səviyyədə formalaşdıqda onları ehtiyatla dibçəkdən çıxarıb bağa əkin (əkin vaxtı yayın əvvəlinə təsadüf etməlidir).

Tinglik Təsərrüfatlarından Qələmlərin Alınması

Qələmin tinglikdən alınması onun keyfiyyətli olmasına dəlalət etmir. Tinglikdən qələm alarkən aşağıdakı şərtləriamilləri nəzərə almaq lazımdır:

*Calaq olunmuş hissə tam sağalmalıdır, yəni calaqaltı ilə tənək arasında heç bir bölünmə (bəzi hallarda “daşıyıcı” adlanır) olmamalıdır. *Tənəyi və calaqaltını yüngülcə əyin. Əgər bitki asanlıqla qırılarsa, deməli yaxşı calaq olunmayıb. *Calaqaltılar möhkəm olmalı, yaxşı inkişaf etməli və xəstəliyə yol açan hər hansı qüsuru (məs. kəsik) büruzə verməməlidir. *Həşəratları, xüsusən nematodları vurduğu zədəyə görə aşkarlamaq mümkündür. Belə zərərvericiləri yalnız mikroskopla görmək olar. Fillokseranı və zədəsini asanlıqla müəyyən etmək olar. *Calaq olunmuş hissədə kök əmələ gəlməməlidir. Belə kökləri əkindən qabaq kəsib götürmək lazımdır. *Köklər nəm saxlanmalı və qurumamalıdır. *Tinglik təsərrüfatında bütün tinglər çıxarıldığı gün nəm torpaqda saxlanılmalıdır. Bundan başqa, çıxarılmış tinglər əkin sahəsinə gətirilənə kimi nəm halda saxlanılmalı və örtülməlidir. *15 sm dərinlikdə çala qazıb tingi basdırın. Əkilmiş tingi dərhal sulamaq lazımdır ki, kök sistemi nəm torpaqda qalaraq qurumasın.

Fillokseranın Zədələdiyi Köklər və Yarpaqlar

Yetkin Filloksera

This article is from: