AMERIKA XALQINDAN
ÜZÜMÇÜLÜK
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) İmtina Haqqında Bildirişi Müəllifin bu nəşrdə ifadə etdiyi fikirlər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ya ABŞ hökumətinin mövqeyini özündə əks etdirməyə bilər.
ÜZÜMÇÜLÜK
Mündəricat Giriş .......................................................................................................................... 4 Üzüm bitkisinin tarixi və təsnifatı ................................................................................4 Üzüm bitkisinin hissələri.............................................................................................6 Üzüm bitkisinin reproduksiyası .................................................................................7 Budama...................................................................................................................9 Tənəyə forma vermək üçün istifadə olunan sistemlər...............................................13 Üzüm tənəyinin əkilməsi..........................................................................................16 Gübrələmə..............................................................................................................20 Suvarma..................................................................................................................32 Xəstəliklərin müəyyən edilməsi və tədbirləri.............................................................32 Xəstəliklərə və zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri...........................33 Məhsul yığımından sonra kı dövrdə bağların idarə olunması....................................60 Torpağın analizi üçün nümunələrin götürülməsi.......................................................64
3
ÜZÜMÇÜLÜK
Giriş Üzümçülüyə dair təlimat vəsaiti yeni və təcrübəli üzüm istehsalçıları üçün müasir biliyi özündə əks etdirən dərslik kimi nəzərdə tutulub. Bu materialda verilmiş bütün məlumatlar dünyanın qabaqcıl universitetləri və süfrə üzümü istehsalçıları tərəfindən elmi cəhətdən təsdiqlənib. Məlumatların əksəriyyəti oxucuya tanış gələ bilər, çünki ənənəvi idarəetmə qaydaları dünyanın bir çox ölkələrində uzun müddətdir ki, tətbiq olunub. Bununla belə, elmi icma istənilən halda bu təlimat vəsaitindəki məlumatların doğruluğunu təsdiqləyir. Elmi materialda tövsiyə olunan bəzi pestisidlərin gələcəkdə Azərbaycanda qeydiyyatdan keçəcəyi gözlənilir. Bu pestisidlər son dərəcədə effektiv təsir göstərir, fermerlər və istehlakçılar üçün heç bir təhlükə törətmir. Beləliklə, hazırkı təlimat vəsaiti həm indiki dövrümüzdə, həm də gələcəkdə öz əhəmiyyətini qoruyub saxlayır.
Üzüm Bitkisinin Tarixi Üzüm bitkisi ilk dəfə Xəzər dənizinin ətrafındakı ərazilərdə yetişdirilib. Elmi ədəbiyyatda bu bitkinin ilk dəfə təxminən 9,000-8,500 il bundan qabaq yetişdirildiyi göstərilir. Azərbaycan bu baxımdan qədim üzümçülük diyarı hesab edilə bilər. Üzüm tənəyinin çarpaz tozlanmasına ehtiyac yoxdur. Qış aylarında meynənin yarpaqları tökülür, yaz aylarında isə sağlam yaşıl zoğlar boy ataraq qaralır və onların oduncağı bərkiyir. Bitki həddən artıq isti qış aylarında sükunət dövrünə qədəm qoymur və belə hallar tənəyin sağlamlığı üçün təhlükə yaradır. Əksər süfrə üzümləri əsasən Amerikanın Vitus vinifera və ya Avropanın Vitus labrusca növlərinə məxsusdur. Qeyd etmək lazımdır ki, süfrə üzümləri nematodlara və filloksera mənənələrinə qarşı davamı olan calaqaltılara calaq olunmalıdır, çünki bu zərərvericilər gilli torpaqda daha yaxşı inkişaf edərək bitkiyə ziyan vurur . Müasir dövrdə belə problemlərin qarşısını almaq üçün əsasən Vitus labrusca yaxud Vitus riparia növünə calaq olunmuş Vitus vinifera növündən istifadə edilir.
4
ÜZÜMÇÜLÜK
Tənəyin Əsas Gövdəsi Əsas gövdə suyu və qida maddələrini bitkinin yuxarı hisslərinə ötürür və digər hissələri özündə saxlayan əsas və möhkəm dayaq rolunu oynayır. Əsas gövdədən çıxan qalın “qollar” “ikinci dərəcəli gövdə” adlanır.
Tənəyin Hissələri Tənəyin Kök Sistemi Üzüm bağı salarkən atılacaq ən mühüm addım sağlam calaqaltının seçilməsidir. Üzüm tənəyinin kök sisteminə ziyan vuran əksər xəstəliklər və zərərvericilər əsasən cavan meynələrdə müşahidə olunur. Ona görə də üzüm qələmlərini etibarlı mənbələrdən əldə etmək və əkindən qabaq hərtərəfli şəkildə yoxlamaq lazımdır. Üzüm bitkisi məhz suyu və qida maddələrini kök sistemi vasitəsilə qəbul edir, ona görə də bitkinin kökləri kifayət qədər sağlam və möhkəm olmalıdır. Bu səbəbdən tənək cərgələrinin arasını malalamaq olmaz, əks halda bitkinin kökləri zədələnər. Cərgəarası hissələrin otbiçən avadanlıqla təmizlənməsi tövsiyə edilir. Hazırkı materialın 19-cu fəslində alaq bitkilərinə qarşı mübarizə və becərmə üsulları barədə geniş məlumat verilib.
Zoğlar (1-ci il)
Sükunət Dövründə Olan Budaqlar (2-ci il)
“İkinci Dərəcəli Gövdə” Adlanan “Qollar”
Cavan Bitkinin Sağlam Kök Sistemi
Budaqdan Kəsilmiş “Mahmız”
Azərbaycanda Yetişdirilən Süfrə Üzümünün Əsas Sortları * Sultaniyə * Prima * Red Globe * Italia * Kardinal * Black Magic
* Alfonse LaValle * Viktoriya * Crimson (tumsuz) * Centennial (tumsuz) * Attika * Superior (tumsuz) 5
ÜZÜMÇÜLÜK
Üzüm Bitkisinin Hissələri Üzüm Bitkisinin Zoğları, Budaqları və Mahmızı Üzüm tənəyinin zoğu bitkinin əsas hissəsini təşkil edib yarpaqdan, bığcıqdan və meyvədən ibarət olur. Zoğlar əvvəlki ilin çiçəkləmə dövründə yaranmış mürəkkəb tumurcuqlardan əmələ gəlir. Belə tumurcuqlarda birdən artıq zoğ çıxır. Tumurcuğun digər növü isə əsas tumurcuq adlanır. Belə tumurcuqlar adətən bar verir və zoğun müxtəlif hissələrini su, qida maddələri və fotosintez məhsulları ilə təmin edir. Çiçək və meyvə salxımı isə zoğun yarpaqları və bığcıqları boyunca mövqe tutaraq inkişaf edir. Zoğ əsas, orta və uc hissələrdən ibarətdir. Bu hissələr bütövlükdə bitki çətirini təşkil edir. Zoğun uc hissəsində yarpaqlar əmələ gəlir. Yarpaqlar zoğa buğum vasitəsilə birləşir. Yarpaq buğumları arasındakı məsafə tənəyin boy atma sürətini göstərir. Tənək ilin müxtəlif dövrlərində fərqli sürətlə boy atır. Fotosintez prosesi yarpaq örtüyündə baş verir, ona görə də yarpaqları xəstəliklərdən və zərərvericilərdən qorumaq lazımdır. Bığcıqlar şpalerin məftilinə dolaşaraq tənəyin möhkəm dayanmasına kömək edir. Yarpağın zoğla birləşdiyi hissələrdə isə tumurcuqlar əmələ gəlir, yəni hər bir yarpağın əsasında bir ədəd tumurcuq olur. Bic zoğlar və pöhrələr isə köhnə oduncağın üzərində əmələ gəlir və tənəyin hər hansı hadisə, məs. tufan nəticəsində məhv olmadığı təqdirdə heç bir əhəmiyyət daşımır. Belə zoğlar bitki üçün lazım olan suyu və qida maddələrini mənimsəyir, ona görə də vegetasiya dövründə onları budamaq lazımdır. Budaqcıqlar yetkin olur və sön mövsümün zoğları inkişaf etdikcə onların üzərində möhkəm xarici təbəqə yaranır. Sükunət dövründə tənəyi budayaraq növbəti mövsümün məhsuldarlığını tənzimləmək mümkündür. Beləliklə üzüm tənəyi sükunət dövrünə girdikdə və yarpaqlar töküldükdə zoğlar budaqcıq (qamış) adlanır. Bu budaqcıqların üzərindəki tumurcuqlardan üzüm salxımı əmələ gəlir. Qış aylarında budaqcıqları budayıb üzüm salxımının sayını tənzimləmək olar və sonrakı dövrdə bunu dəyişmək mümkün olmur. Salxımların sayı həddən artıq olduqda tənək qırılır və ya həddən artıq az salxım saxladıqda bitkinin məhsuldarlığı aşağı düşür. Dərsliyin növbəti fəsillərində hər bir salxımdakı çiçəklərin sayının azaldılması yolları göstərilir. Mahmızlar daha yaşlı budaqların üzərində əmələ gəlir. Bəzi mahmızlar bar verir. Qış aylarında tənəyin növbəti mövsüm üçün lazım olmayan əksər hissələri budanır. Budaqların budanması Azərbaycanda geniş tətbiq olunan metoddur. Bu zaman əvvəlki mövsümə aid olan iki-dörd budaq (zoğ) saxlanılır və şpaler məftili boyunca forma verilir. Digər budaqlar isə kəsilir və yaz aylarında seçilmiş budaqların üzərindəki tumurcuqlardan yeni zoğlar çıxır.
6
ÜZÜMÇÜLÜK
Mahmızın budanması nəticəsində bir-iki cüt uzun budaqcıq (daimi ikinci dərəcəli gövdə) saxlanılır və bu hissələrə şpaler sistemi boyunca forma verilir. Qış aylarında daimi ikinci dərəcəli gövdə (kordon) boyunca əmələ gəlmiş budaqcıqlar budanır və iki tumurcuqdan ibarət kiçik zoğlar (mahmızlar) saxlanılır. Yaz aylarında isə mahmızdakı tumurcuqlardan yeni zoğlar çıxır.
Üzüm Bitkisinin Reproduksiyası Üzüm bitkisi qələmdən və ya toxumdan yetişə bilir, lakin tumsuz üzüm sortları bu baxımdan istisna təşkil edir. Üzüm bağı salmaq üçün sertifikatlı tinglik təsərrüfatından yüksək keyfiyyətli sağlam əkin materialı almaq lazımdır. Bəzi fermerlər fərqli üzüm sortuna məxsus olan müxtəlif tənəklərin qələmlərindən istifadə edirlər. Bunun üçün təxminən yaz aylarına kimi (yəni, soyuq havanın təsiri nəticəsində budaqcıqdakı əksər xəstəliklər məhv olduqdan sonra) digər tənəklərdən 8-10 budaqcıq kəsin. Bunun üçün əsas tənəyin əsasına yaxın yerləşən budaqcıqlardan istifadə etmək lazımdır. Hər qələmin uzunluğu 30-48 sm, qalınlığı isə karandaşın diametrinə bərabər olmalıdır. Bundan başqa, soyuq qış aylarına qarşı müqavimət göstərmiş xəstəlikləri məhv etmək üçün üzüm qələmlərini 5 faizli ağardıcı maddəyə batırmaq və nəm kağıza bükərək plastik paketdə kip saxlamaq lazımdır. 0 Həmin paketlər soyuducuda 0-1 C dərəcədə saxlanılmalıdır. Yaz aylarında dibçəyə münbit torpaq tökərək qələmin iti ucunu torpağa batırın. Bu zaman qələmin ən az 4 tumurcuğu torpaqla örtülməlidir. Kök sisteminin daha sürətlə inkişaf etməsi üçün kök əmələ gətirən hormonlardan (məs. İndol-3-yağ turşusundan) istifadə etmək olar. Bundan sonra dibçəyin üzərində məftildən çərçivə düzəldin və həmin çərçivəni plastik materialla örtün. Plastik material elastik yaxud rezin lentlə kip bağlanmalıdır. Dibçəyi sulamaq, günəş işığının birbaşa təsirindən uzaq isti və rütubətli yerdə saxlamaq lazımdır. Təxminən 5 həftə ərzində kiçik köklər əmələ gəlməyə başlayacaq. Kök sistemi formalaşmağa başladıqda plastik paketdə iti karandaşla bir neçə dəlik açın və ya elastik yaxud rezin lenti çıxarın. Bitki öz gücünü bərpa etdikdə və kök sistemi lazımi səviyyədə formalaşdıqda onları ehtiyatla dibçəkdən çıxarıb bağa əkin (əkin vaxtı yayın əvvəlinə təsadüf etməlidir). Tinglik Təsərrüfatlarından Qələmlərin Alınması Qələmin tinglikdən alınması onun keyfiyyətli olmasına dəlalət etmir. Tinglikdən qələm alarkən aşağıdakı şərtləriamilləri nəzərə almaq lazımdır: 7
ÜZÜMÇÜLÜK
*Calaq olunmuş hissə tam sağalmalıdır, yəni calaqaltı ilə tənək arasında heç bir bölünmə (bəzi hallarda “daşıyıcı” adlanır) olmamalıdır. *Tənəyi və calaqaltını yüngülcə əyin. Əgər bitki asanlıqla qırılarsa, deməli yaxşı calaq olunmayıb. *Calaqaltılar möhkəm olmalı, yaxşı inkişaf etməli və xəstəliyə yol açan hər hansı qüsuru (məs. kəsik) büruzə verməməlidir. *Həşəratları, xüsusən nematodları vurduğu zədəyə görə aşkarlamaq mümkündür. Belə zərərvericiləri yalnız mikroskopla görmək olar. Fillokseranı və zədəsini asanlıqla müəyyən etmək olar. *Calaq olunmuş hissədə kök əmələ gəlməməlidir. Belə kökləri əkindən qabaq kəsib götürmək lazımdır. *Köklər nəm saxlanmalı və qurumamalıdır. *Tinglik təsərrüfatında bütün tinglər çıxarıldığı gün nəm torpaqda saxlanılmalıdır. Bundan başqa, çıxarılmış tinglər əkin sahəsinə gətirilənə kimi nəm halda saxlanılmalı və örtülməlidir. *15 sm dərinlikdə çala qazıb tingi basdırın. Əkilmiş tingi dərhal sulamaq lazımdır ki, kök sistemi nəm torpaqda qalaraq qurumasın.
Fillokseranın Zədələdiyi Köklər və Yarpaqlar
Yetkin Filloksera
8
ÜZÜMÇÜLÜK
Budaqcıqla Çoxaltma Metodu Üzüm bağlarında bəzən qurumuş tənəklərə də rast gəlmək olur. Belə tənəkləri əvəz etmək üçün əkin materialı olmadıqda qış ayına kimi, yəni budaqcıqların budandığı dövrə kimi gözləmək lazımdır. Həmin dövrdə sağlam tənəyin budaqcığını əyərək qurumuş tənəyin çıxarıldığı çalaya aşağıdakı qaydada basdırın. Toxumla Çoxaltma Üzümün toxumla çoxaldılması heç bir halda tövsiyə olunmur, çünki hər bir toxumda müxtəlif sortlara aid olan fərqli genlər mövcuddur, ona görə də orijinal sort yetişdirmək nadir hallarda mümkün olur. Budaqcığın Basdırılması
Budama Taraz budama – dayanıqlı hissədə yüksək keyfiyyətli meyvənin yetişməsi üçün tənəkdəki tumurcuq sayının tənzimlənməsidir. Şirə axını – budanmış oduncaqlı bitkidən şirənin axması nəzərdə tutulur. Belə hallara adətən sükunət dövründə rast gəlmək olur. Axan şirə tənəyə ziyan vurmur. Tumurcuq – Tənəyin üzərindəki tumurcuqlar mürəkkəb olub əsas, ikinci və üçüncü dərəcəli tumurcuqlardan ibarətdir. Əsas tumurcuqlar yazda açır, ona görə də belə tumurcuqların əksəriyyəti şaxtadan donaraq məhv olur. Qeyd etmək lazımdır ki, əsas tumurcuq ən məhsuldar tumurcuqdur. Əgər bu tumurcuq zədələnərsə və ya məhv olarsa, ikinci dərəcəli tumurcuqlar açılaraq inkişaf edir. İkinci dərəcəli tumurcuqlar üzümün sortundan asılı olaraq bar verə bilər. Hibrid fransız-amerikan sortlarının ikinci dərəcəli tumurcuqları amerikan və ya Vinifera növü il müqayisədə bar verməyə daha çox meyllidir. Əgər ikinci dərəcəli tumurcuqlar zədələnərsə və ya məhv olarsa, onların yerini üçüncü dərəcəli tumurcuqlar tutur. Bu tumurcuqlar məhsuldar olmur. Tumurcuqlar yarpaq saplağı ilə zoğun arasında yerləşir. Möhkəm budaqcıq – həddən artıq möhkəm olub qol-qol budaq atan zoğdur. Belə budaqcıqlarda buğumarası məsafə çox uzun (5-6 düym), diametri isə daha geniş (½ düymdən böyük) olur. Hər iki tərəfdən yastı olan bu budaqcıqlar çarpaz kəsişmə nöqtəsində adi budaqcıqlara dairəvi deyil, oval forma verir. Möhkəm budaqcıqlar məhsuldar ola və ya olmaya bilir, lakin onların soyuğa qarşı müqaviməti normal ölçülü budaqcıqlarla müqayisədə daha zəifdir və mahmız, bar verən budaq yaxud ikinci dərəcəli gövdə üçün düzgün seçim hesab edilmir. Belə budaqcıqlar xarakterik olaraq həddən artıq qol-budaq atmış tənəklərdə müşahidə olunur.
9
ÜZÜMÇÜLÜK
Budaqcıq – yarpaq tökümündən sonra formalaşan yetkin zoğdur. Gilələrinin rənginin dəyişdiyi dövrdə nazik və şirəli zoğlar oduncağa çevrilir və onların yaşımtılsarı rəngi tədricən tunc rəngə çalır. Budaqcığın budanması – yeni zoğların əmələ gəlməsi üçün tənəyi budayaraq birdən artıq budaqcığın saxlanılması. Budanmış tənəyin torpaq səthindən yuxarıdakı hissəsi əsas gövdədən, bir və ya daha artıq budaqcıqdan (belə budaqcığın üzərindəki tumurcuqdan zoğ əmələ gəlir) və yeni budaqcıq üçün nəzərdə tutulmuş bərpaedici mahmızdan ibarət olur. Əksər məhsuldar tumurcuqların mərkəzi hissədə yerləşdiyi üzüm sortlarının budaqcıqları budanır. ___İkinci dərəcəli gövdə (qol budaqlar) – Əsas gövdənin yuxarı hissəsində formalaşan, zoğların və budaqcıqların əmələ gəldiyi, bəzi hallarda daimi olaraq saxlanılan üfüqi gövdə strukturudur. Zoğ– tumurcuqdan əmələ gələn, saplaqdan, yarpaqdan, bığcıqdan və meyvədən ibarət olan şirəli gövdəcikdir. Mahmız – yeni zoğların əmələ gəldiyi və ikinci dərəcəli gövdədə bir neçə (24) tumurcuğa malik olan qısa qalın budaqcıqdır. Mahmızın budanması – İkinci dərəcəli gövdədən çıxan budaqcıqların bir neçə (24) tumurcuq saxlamaqla budanmasıdır. Bu gövdədən çıxan mahmızlar onun aşağı hissəsindəki mahmızlardan üstün tutulur. Əksər məhsuldar tumurcuqlar budaqcığın əsasında müşahidə olunarsa, tənəyin mahmızları budanır. Bic zoğlar – gövdənin əsasından çıxan zoğlardır və əvəzedici gövdə kimi istifadə olunmadıqda kəsilərək götürülməlidir. Salxım sütunu – salxıma və ya salxım topasına forma verən şaxəli gövdəciklərin skeletidir. Salxım sütunu yalnız üzüm gilələrini qopardıqdan sonra nəzərə çarpır. Budama Haqqında Qısa Məlumat Tənəyi niyə budamaq lazımdır? Budama aşağıdakı məqsədlərə xidmət edir: -Qurumuş, sınmış və ya xəstəliyə yoluxmuş oduncağın ləğv olunması, -Daha yaşlı, qeyri məhsuldar və ya az bar verən oduncağın ləğv olunması, -Sonrakı dövrlərdə yüksək keyfiyyətli meyvənin əmələ gəlməsi üçün yeni oduncağın inkişafına təkan vermək, -Bitkinin günəş işığını, havanı daha yaxşı qəbul etməsi və səpilmiş dərmanın bütün bitki hissələrinə nüfuz etməsi üçün çətirin açılması, -Tənəklərin daha asan idarə olunması (budama, seyrəltmə, məhsul yığımı və s. işlərin asanlaşması), -Tənəklərin arzu olunan ölçü həddində saxlanılması. Tənəyin birillik yaşlı oduncağı bar verir. Bu o deməkdir ki, yaz aylarında tumurcuqdan çıxmış yeni yaşıl zoğlar vegetasiya dövrünün sonuna kimi qəhvəyi rəngə çalır və belə zoğlar həmin mərhələdə birillik oduncaq hesab olunur. Həmin oduncağın üzərindəki tumurcuqların bəzisi növbəti yazda çiçəkləyir (meyvə əmələ gəlir), bəzisindən isə yarpaq və ya yeni zoğlar çıxır. 10
ÜZÜMÇÜLÜK
Budamanın əsas məqsədi hər bir tənəkdəki birillik oduncaqları maksimum sayda saxlamaqdan və həddən artıq salxımın yetişməsinin (bitkidə lazımi miqdarda enerji və qida maddəsi olmadıqda) qarşısını almaqdan ibarətdir. Budanmamış tənəkdə nisbətən az bar verən yaşlı oduncaq kütləsi daha qabarıq nəzərə çarpır. Oduncağı sıx olan tənəkdə hava yaxşı dövr etmir və göbələk xəstəlikləri inkişaf edərək yayılır. Ona görə də hər qış ayında əvvəlki ilə aid olan oduncağın 70-90%-i budanmalıdır. Tənəyi nə vaxt budamaq lazımdır? Tənəyi nə dərəcədə tez budamaq olar? Bu, bır sıra amillərdən asılıdır. Ümumiyyətlə, tənəyi sükunət dövründə mümkün qədər gec budamaq məsləhətə uyğundur, lakin həmin dövrdə bütün bağı budamaq lazımdır. Bununla belə, müəyyən hallar və dəyişikliklər nəzərə alınmalıdır. Nəzərə alınan amillər: Üzüm bağını birinci ildən sonra budamağa başlayarkən tənəklərin tam sükunət halında olmasını gözləmək lazımdır. Tam sükunət halında olmadıqda budanan tənəklərin soyuqdan zədələnmək potensialı güclənir və sükunət halına keçmək qabiliyyəti zəifləyir. Tənək qış ayında nə qədər tez budanarsa, soyuqdan donmaya qarşı “yaşıl sipər” rolunu oynayan tumurcuqların sayı bir o qədər çox olar, lakin tumurcuq itkisinin baş vermədiyi təqdirdə həddən artıq məhsuldarlığın qarşısını almaq üçün bağın təkrar budanması və ya salxımların seyrəldilməsi lazım gələ bilər. İkinci dərəcəli tumurcuqların yüksək məhsuldarlığa malik olduğu üzüm sortları daha erkən (yaxud digər sortlarla müqayisədə arzu olunan tumurcuq sayına uyğun) budana bilər. Budama yaralarının bəzi infeksiyalara qarşı həssaslığı mövsümün sonunda daha çox artır. Sükunət dövrünün sonunda budanmış tənəyin yaraları daha sürətlə sağalır. Məhsuldar Tənəyin Budanması Budamadan qabaq tumurcuqların məhvolma dərəcəsini qiymətləndirmək lazımdır. Çoxsaylı tumurcuqların üzərində çarpaz kəsik açmaqla əsas tumurcuqların zədələnib zədələnmədiyini müəyyən etmək olar. Budama zamanı daha çox sayda tumurcuq saxlamaq lazımdır ki, müxtəlif dərəcədə təsirə məruz qalaraq məhv olmuş tumurcuqları əvəzləmək mümkün olsun. 1. Tənəyin əsasında əmələ gəlmiş bic zoğları və şpaler məftilindən aşağı hissədə gövdədən çıxmış budaqcıqları (əgər əvəzedici gövdə və ya ikinci dərəcəli gövdə kimi istifadə olunmazsa) kəsib götürün. Calaq olunmuş tənəkdə gövdəni əvəz edən budaqcığı calaqaltıdan deyil, çalaqüstüdən seçmək lazımdır. 2. Tənəyi digərindən ayırmaq lazımdır ki, budama kəsiklərini daha asan ayırd etmək mümkün olsun. 3. Qurumuş, sınmış və ya xəstəliyə yoluxmuş budaqcıqları kəsib götürmək lazımdır. 11
ÜZÜMÇÜLÜK
BİRİNCİ MƏRHƏLƏ – 3 BUDAMA SİSTEMLƏRİNİN BÜTÜN NÖVLƏRİNƏ AİD EDİLİR Budaqcığın Budanması 4. Əvvəlki ilin məhsulunu vermiş budaqcıqları müəyyən edərək kəsin. Belə budaqcıqları ayırd etmək asandır, çünki onların qabığı bozumtul və pırtlaşıq (cadarlanmis) olur. Bundan başqa, yeni budaqcıqların qabığı hamar və qırmızımtılbürünc rəngdə olur və yaşlı məhsuldar budaqcıqlardan çıxan tumurcuqları asanlıqla ayırd etmək mümkündür. 5. Gövdənin hər tərəfindəki sağlam budaqcığa şpaler məftili boyunca forma verərək növbəti ilin məhsuldarlığını arzu olunan səviyyədə saxlamaq olar. Belə budaqcıqlar ideal olaraq şpaler məftilindən 2-4 düym (1 düyüm=2,54 sm) aşağıda yerləşməlidir. Həddən artıq qol-budaq atmış qalın budaqcıq seçməyin, çünki belə budaqcıqlarda tumurcuqarası məsafə o qədər geniş olur ki, kifayət sayda tumurcuq saxlamaqla tənəyi nəzərdə tutulmuş məkan hüdudları daxilində yetişdirmək mümkün olmur. 6. Gövdənin hər bir tərəfindəki (bar verən budağın dolandığı şpaler məftilindən bir neçə düym aşağıda yerləşən) başqa budaqcıqları seçin və bir-iki tumurcuq saxlamaqla budayın. Bu, cavanlaşdırıcı mahmızdır və növbəti il üçün nəzərdə tutulmuş bar verən budaqcığa namizəd ola bilər. 7. Tənəkdəki bütün digər budaqcıqları kəsib götürmək lazımdır. 8. Hər bir budaqcığı budayaraq arzu olunan sayda tumurcuq saxlayın. Tumurcuqların sayı üzümün növündən, sortundan və tənəyin gücündən asılı olaraq dəyişir. Budaqcığın budanması üsulu tənəyin əsasından başlayaraq təxminən 5-ci tumurcuqdan 10-cu tumurcuğa kimi bütün tumurcuqların məhsuldar olduqda tətbiq olunur. Bir tənəyin budaqcığı digər tənəyin budaqcığı ilə üst-üstə düşməməlidir. Mahmızın Budanması 4. Əvvəlki mövsümdən qalmış yaşlı bar verən oduncağı budayın. 5. Seçilmiş yeni budaqcıqları budayaraq mahmız yaradın. Əgər budaqcıqların ölçüsü və keyfiyyəti bərabər səviyyədədirsə, ikinci dərəcəli gövdəyə ən yaxın olan budaqcığı saxlayın və 2-4 tumurcuğa kimi budayın. Mahmızda saxlanılacaq tumurcuqların sayı daha aşağıda yerləşən tumurcuqların bar vermək qabiliyyətindən asılı olaraq dəyişir. Ən yaxşı məhsuldar mahmızlar diametri karandaş ölçüsündə olan budaqcıqlardan hazırlanır. 6. Cavanlaşdırıcı mahmızın formalaşması üçün nəzərdə tutulmuş budaqcıqları budayaraq bir ədəd tumurcuq saxlayın. Bu tumurcuqdan çıxan zoğdan budaqcıq əmələ gəlir və həmin budaqcığı növbəti il üçün nəzərdə tutulmuş bar verən mahmız üçün seçmək olar. 7. Birillik oduncağı olan yaşlı mahmızları budamaq lazımdır. 8. İkinci dərəcəli gövdənin üzərindəki mahmızlar bir-birindən təxminən 3-4 düym aralı olmalıdır. 12
ÜZÜMÇÜLÜK
9. İkinci gövdədəki mahmızlar tətbiq olunan budama sistemindən asılı olaraq aşağıya yaxud yuxarıya doğru istiqamətlənə bilər. 10. Saxlanılan mahmızların ümumi sayı tənəyin gücündən və hər bir bar verən mahmızda saxlanılan tumurcuqların sayından asılı olaraq dəyişir.
Tənəyə Forma Vermək Üçün İstifadə Olunan Sistemlər Tənəkarası Məsafə və Şpalerlər Tənək çətirinin və şpalerlərin idarə olunması sistemləri bir neçə məqsədə xidmət edir. Burada ən əsas məqsəd tənək çətirinin mümkün qədər daha çox günəş işığı qəbul edə bilməsidir. Ona görə də bitkini şimal-şərq istiqamətində uzanan cərgələrə əkmək lazımdır, çünki bitki məhz bu yolla səhərdən axşama kimi lazımi miqdarda günəş işığı qəbul edir. Əksər üzüm bağlarında “I” formalı standart şpalerlərdən istifadə edilir və tənəklər cərgəarası məsafənin sayəsində mövcud günəş işığının təxminən 50-75%-ni qəbul edə bilir. Beləliklə, bitkini daha çox günəş işığı ilə təmin etməklə məhsuldarlığı artırmaq mümkündür. Bunun iki yolu vardır: 1) cərgələri daha sıx əkmək, 2) “Y” və ya “T” formalı şpaler sistemlərindən istifadə etməklə çətiri genişləndirmək və bitkinin daha çox günəş işığı qəbul etməsinə şərait yaratmaq. Cərgəarası məsafəni 3.65 metr saxlamaqla, “T” (eni 1.1 metr və ya daha artıq) yaxud “Y” (eni 1.8-2.6 metr) formalı şpaler sistemlərindən istifadə etməklə çox uğurlu nəticə əldə etmək olar. Bu zaman cərgələr geniş olmalıdır ki, dərmansəpən və yığım avadanlıqları bağda sərbəst hərəkət edə bilsin. Cərgəarası məsafə və ya şpaler sistemləri ilə bağlı qərar verərkən torpağın xüsusiyyətləri də nəzərə alınmalıdır. Gücü az olan, yəni duzluluq və pH səviyyəsi yüksək olan gilli torpaq sahələrində cərgəarası məsafəni qısaltmaq və “T” formalı şpalerlərdən istifadə etmək məsləhət görülür. Bu zaman yarpaq örtüyü daha sıx olur və günəş işığına həssas olan üzüm sortları yanmadan qorunur.
13
ÜZÜMÇÜLÜK
Belə torpaq növlərində cərgəarası məsafənin 3-3.3 metr, kəsişən tir eninin isə 0.9 metrə kimi olduğu üzüm bağları ən yüksək məhsuldarlıq səviyyəsinə çatıb. Dirəklər arasındakı məsafə 7-9 metr olmalıdır.
“T” Formalı Şpaler
“Y” Formalı Şpaler
Şpaler Sisteminin Quraşdırılması
Şpaler sistemini quraşdırmaq üçün ilk növbədə torpaq sahəsinə lazımi gübrələri diskli mala ilə mümkün qədər dərindən qarışdırmaq lazımdır. Bundan sonra hər bir şpaler dirəyinin yerini nişanlayın və dirəkarası məsafəni müvafiq istiqamətləndirici vasitə ilə dəqiq təyin edin. Yuxarıda qeyd olunduğu kimi, dirəkarası məsafə 7-9 metr, cərgəarası məsafə isə quraşdırılmış şpaler sisteminə uyğun olmalıdır. Dirək materialları təzyiq altında emal olunmuş taxtadan, poladdan və ya alüminiumdan hazırlanmalıdır. Şpaler sisteminə müəyyən texniki xidmətin göstərilməsi (məs. dirəklərin dəyişdirilməsi) tələb olunsa da, əksər sistemlərin istismar müddəti təxminən 20 il olur.
14
ÜZÜMÇÜLÜK
Aralıq dirəkləri düz saxlamaq üçün sonuncu dirəkləri torpağa bərkitmək lazımdır. Belə dirəkləri aşağıdakı qaydada bərkitmək olar:
Tənəklərin dolandığı xətt məftilləri gərilməyə qarşı davamlı və 12.5 kalibrli olmalıdır. Bərkidici məftillər isə az karbonlu poladdan hazırlanmalı və 9 kalibrli olmalıdır ki, asanlıqla burula bilsin. Şpaler məftilləri şəkildə göstərilən qaydada qoşa pərçimlə bərkitmək lazımdır. Məftilləri dirəyin ortasından açılmış dəlikdən də keçirmək olar. Sonuncu dirəkdəki məftili dartmaq və boşaltmaq üçün (qış aylarında genişlənərək qırılmaması üçün) müvafiq vasitədən istifadə etmək lazımdır. Məftilin dartılması üçün istifadə edilən qurğu aşağıda göstərilib. Şpaler məftillərini müxtəlif üsullarla dartmaq olar, lakin istənilən halda təcrübəli fermerlərin məsləhətindən yararlanmaq lazımdır. Günəş İşığının Çətir Daxilində Optimal Dərəcədə Paylanması Əksər üzüm sortlarında çətirin daxilinə düşən işığın miqdarına qarşı müxtəlif dərəcəli reaksiya müşahidə olunur, məs. əgər çətir hissə həddən artıq qol-budaq atarsa və üzüm salxımları az miqdarda günəş işığı qəbul edərsə, qırmızı və qara giləli sortların rəngi öz tündlüyünü itirəcək. Əksər tumsuz üzüm sortlarına gəldikdə isə, günəş işığının zəif nüfuz etməsi tumurcuğun və meyvənin azalmasına səbəb olacaq. Bu zaman bitkinin öz enerjisini yarpaqların böyüməsinə sərf edir və problem daha da çətinləşir. Boyatmanı tənzimləyən Ethephon maddəsindən etiketdə göstərilən miqdarda istifadə etməklə bu problemi aradan qaldırmaq olar. Yay aylarında tənəyin yarpaq örtüyünü davamlı olaraq müəyyən formada saxlamaq olar. Bunun üçün “T” və ya “Y” formalı şpalerlərdən istifadə olunmalı, eləcə də daxili və xarici yarpaqlar qoparılmalıdır ki, bitki daha çox günəş işığı qəbul edə bilsin. Əgər üzüm bağı bitkinin boy atmasına mane olan torpaq sahəsində salınıbsa (Azərbaycanda əksər torpaq növləri belə xüsusiyyət malikdir), bu tədbirlərin görülməsinə ehtiyac yoxdur. 15
ÜZÜMÇÜLÜK
Meyvənin Yarpaq Örtüyündən və Şpaler Məftilindən Ayrılması Effektiv şəkildə idarə olunan çətir və şpaler sistemində üzüm salxımları məftildən, yarpaqdan və müəyyən hissələrdən təcrid olunur. Belə olduqda sahədə işləyən işçilər rahat hərəkət edə bilir, xərclər azalır, məhsul yığımı asanlaşır, hava axını və dərmanlar bitkinin bütün hissələrinə nüfuz edir, üzüm salxımının ətraf hissələrini nəmişliyin təsirinə məruz qalmır və müəyyən xəstəliklərlə bağlı problem yaranmır.
Üzüm Tənəyinin Əkilməsi Üzüm bağı salarkən və ya zəif yaxud qurumuş tənəyi əvəz sağlam tənəklə əvəz edərkən bitkinin daha tez boy atması və yüksək keyfiyyətli məhsul verməsi üçün müəyyən tədbirlərə əl atmaq lazımdır. Birinci addım “çoxaltma yatağı” adlanan sahənin gübrələnməsindən və becərilməsindən ibarətdir. Bundan sonra gübrələnmiş və becərilmiş sahəyə şırım çəkərək bitkini əkmək və suvarmaq lazımdır. Cərgələr bir-birindən 0.5 metr, bitkilər isə 15 sm aralı olmalıdır. Kök sistemi formalaşmış tinglərdə yarpaq və meyvə əmələ gəlir. Bir ildən sonra (yəni, tinglər əkinə hazır olduqda) meyvə salxımlarını qoparın və tingi çalaya əkin. Çalanın eni və dərinliyi 20 sm olmalıdır. Çalanın dibini və kənarlarını qaşımaq, çaladan çıxarılmış torpağı isə üzvi maddə ilə qarışdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, çoxaltma yatağından çıxarılmış tingin köklərini torpaqdan təmizləmək olmaz. Əgər tingdə calaq olunmuş hissə varsa, həmin hissəni mumlamaq olar, lakin bu hissə torpaq səthindən yuxarıda olmalıdır. Bitkinin kökləri nəm olmalı və geniş açılmalıdır. Çalaya tökülmüş torpağı astaca döyəcləmək lazımdır ki, torpaq kütləsi kök sistemi ilə təmasda olsun və hava boşluğu yaranmasın. Çalaya gübrə tökmək olmaz, çünki bitkinin kökü yana bilər. Çalanın mərkəzi nöqtəsi şpalerin ən aşağı məftilinin altından keçməlidir. Tənəyə Necə Forma Vermək Olar? ( Birinci İl) Ən hündür pöhrə təxminən 6-10 düym olduqda tənəyə forma vermək olar. Hər tənəyin yanında kiçik çubuq olmalı və həmin çubuq şpalerin birinci məftilinə bərkidilməlidir. Forma vermək üçün istifadə etdiyiniz pöhrə həmişə şaquli istiqamətdə boy atmalı və qollu-budaqlı olmalıdır. Digər pöhrələrin də boy atmasını gözləmək və bundan sonra ən möhkəm pöhrəni çubuğa 1/2” ölçülü yaşıl vinil lentlə bağlamaq lazımdır. Proses zamanı pöhrələr sına bilər, ona görə də həmişə ehtiyat pöhrə saxlanılmalıdır. Ən möhkəm pöhrəni çubuğa boş bağladıqdan sonra tənəyin digər pöhrələrini və şişmiş tumurcuqlarını baş barmağınızla sürtərək qoparın. Pöhrənin hər 10-12 sm-lik hissəsini lentlə (2 sm) bağlamaq və lazım gəldikdə lenti hər həftə dəyişmək lazımdır. Cavan tənəyi lentlə sıxmaq olmaz, yəni lenti o qədər boş dolamaq lazımdır ki, tənəklə lent arasına barmaq salmaq mümkün olsun.
16
ÜZÜMÇÜLÜK
Qeyd etmək lazımdır ki, pöhrə çubuğa nə qədər düz bağlanarsa, onun gövdəsi bir o qədər bərabər və düz formada boy atar. Əgər pöhrə çubuğun uc hissəsindən keçən məftilə çatarsa, onun uc hissəsini kəsərək yan tumurcuqların inkişafına şərait yaratmaq lazımdır. Bu, eyni zamanda bar verən oduncağın əmələ gəlməsinə kömək edəcək. Əgər pöhrə məftilə yaxud çubuğun uc hissəsinə çata bilmirsə (onun hündürlüyü ən az 1 metr olmursa), onu budayaraq əvvəlki vəziyyətə (bir ədəd iki tumurcuqlu mahmız saxlamaqla) gətirmək lazımdır. İnkişafdan dayanmış və daha çox gücə ehtiyac duyan bütün pöhrələr bu qaydada budanmalıdır ki, növbəti ildə daha rahat boy ata bilsin. Əgər belə hal bütün üzüm bağında müşahidə olunarsa, onda bütün tənəkləri budayaraq qoşa tumurcuqlu mahmız saxlamaq və gövdəni budayaraq ikinci ilə hazırlamaq lazımdır. Cavan tənəkdə, xüsusən də yarpaqlarda unlu şeh xəstəliyinin olub olmadığını yoxlayın. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün üzüm bağına kükürd (isladıla bilən və ya toz) verin. Əgər unlu şeh birinci ildə bağa yayılarsa, növbəti illərdə onun qabağını almaq çətin olacaq. Birinci yaydan sonra qış aylarında məftilə bağlanmış ən güclü pöhrədən başqa bütün pöhrələri (birinci yayda əmələ gəlmiş) budayın. Əgər bu pöhrə ikinci məftilə çata bilibsə, onu həmin məftilə də bağlayın. Bundan sonra bütün bağa müəyyən quruluş vermək olar. Vegetasiya Mövsümü (İkinci İl)
Tənəyin 1-4 cü İllərdə və Sonrakı Dövrlərdə Boy Atması
İkinci ilin yaz aylarında tumurcuq açdıqda bitki qida maddələrini əsasən torpaqdan deyil, oduncaqdan qəbul edir. Yeni pöhrələr təxminən 5 sm olduqda bitkinin kökünü qidalandırmaq və suvarmaya başlamaq lazımdır.
Növbəti bölmədə süfrə üzümləri üçün nəzərdə tutulmuş gübrələmə proqramından, eləcə də şpaler sisteminin montajından əvvəl istifadə olunan gübrələrdən bəhs edilir. Tənəklərin daha hündür şpaler məftilinə çata bilməsi üçün birinci məftili ikinci məftilə simlə bərkitmək lazımdır. Burada əsas məqsəd ikinci ildə bütün şpaler məftillərinin tənəklə örtülməsinə şərait yaratmaqdır. Tənəklər məhz bu yolla boy atacaq və yalnız 15 sm-dən qısa olan pöhrələri kəsmək lazım gələcək. Tənəyin yan zoğları kifayət qədər uzanarsa, onları məftilə dolamaq lazımdır. Zoğları məftilə günün ən isti çağında dolamaq lazımdır, çünki bu zaman onların elastikliyi ən yüksək səviyyədə olur. Əgər bir tənəkdə on iki salxım yetişərsə, onlardan yeddisini qoparmaq və yalnız tənəyin mərkəzinə yaxın olan salxımları saxlamaq lazımdır. Yadda saxlayın ki, ikinci ildə əsas məqsəd bütün şpaler məftillərinin tənəklə örtülməsinə şərait yaratmaq və məhsuldarlığı maksimum səviyyəyə çatdırmaqdır. 17
ÜZÜMÇÜLÜK
Əgər lazımı sayda salxımı qoparmayıb sadəcə olaraq tənəyə dayaq versəniz, bitkinin əksər hissələri sınacaq, üçüncü ildə məhsuldarlıq aşağı düşəcək və xəstəliklərlə bağlı problem yaranacaq. Qeyd etmək lazımdır ki, üzüm salxımının tam yetişməsi üçün bir tənəyin zoğunda 8-12 ədəd bütöv yarpaq olmalıdır. Beləliklə, üzüm bağının idarə olunmasında iki mühüm tədbiri nəzərə almaq lazımdır: 1.Kənar zoğların şpaler məftilinə dolanması 2.Əsas gövdənin dibində əmələ gəlmiş pöhrələrin mütəmadi olaraq qoparılması. Nəzərə alınan digər mühüm amillərə isə gübrələməni, suvarmanı, zərərvericilərə və xüsusilə, xəstəliklərə qarşı mübarizəni aid etmək olar. Tənəyin İkinci Mövsümdə Budanması Birinci mövsümdə bütün şpaler məftilləri tənəklə örtülməlidir. Məhsul yalnız birillik oduncaqda yetişir, ona görə də çiçək yaxud meyvə verməyən yaşlı tənəkləri hər il budamaq lazımdır. Tənəklər ikinci mövsümdə dörd mərhələdə budanır: 1. 4 ədəd cavan, sağlam, sarmaşan meynə (yuxarı sağ, aşağı sağ, yuxarı sol və aşağı sol hissələrdə) seçin və yerdə qalan meynələri budayın. Əsas meynələri seçərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: 1. Oduncağın cavan və sağlam olması, 2. Hər tənəkdə 15 tumurcuğun olması. Əsas tənəyin yan budağı bir tumurcuq hesab edilir və üçüncü mərhələdə bu yan budaqlar budanır. 3. Düzgün istiqamətdə boy atan tənəklərin seçilməsi. 2. 4 ədəd meynəni seçdikdən sonra yerdə qalan hər şeyi budayın. VACİBDİR!!! Tənəyi budayarkən onu əlinizlə iki dəfə yoxlayın, çünki meynələr bir-birinə o qədər sarmaşır ki, saxlamaq istədiyiniz tənəyi səhvən kəsə bilərsiniz. 3. Növbəti mərhələdə əsas sarmaşan meynələrin yan budaqları budanır. Hər bir yan budaq təxminən birinci tumurcuqdan yuxarı kəsilməlidir. Hər bir sarmaşan meynədə təxminən 15 ədəd tumurcuq olmalıdır. 4. Bu mərhələdə meynələri şpaler məftilinə dolamaq lazımdır. Əgər meynələri düzgün mövqedə saxlamaq mümkün deyilsə, onları ( bığcıqlar məftilə dolaşana kimi) şpaler məftilinə bərkitmək olar.
18
ÜZÜMÇÜLÜK
Tənəyə forma vermək üçün yüzlərlə sistemdən istifadə olunur. Onlardan biri aşağıdakı şəkildə verilib.
Hər sistemin üstün və çatışmayan cəhətləri vardır, lakin istənilən halda aşağıdakı qaydaları yadda saxlamaq lazımdır: 1.Əsas məqsəd günəş işığının mümkün qədər daha çox nüfuz etməsinə şərait yaratmaqdır. Şpaler sistemini quraşdırarkən və məftillərin sayını müəyyən edərkən bu qaydanı yaddan çıxarmayın. 2. Məhsul daha sürətlə və rahat yığılmalıdır, çünki məhsul yığımı nə qədər yubanarsa, işi qüvvəsinin xərci bir o qədər artar. 3. Xəstəliklərə və zərərvericilərə qarşı səpilən dərmanlar bitkinin bütün hissələrinə nüfuz etməlidir. 4. Qonşu fermerlərin təcrübəsindən yararlanın. Onların uğurlarından və səhvlərindən nəticə çıxarın. 5. Üzüm bağında nəticə etibarilə 2-3 sistem uğurlu nəticə verə bilər. Tənəyin Növbəti Mövsümlərdə Budanması Tənəyi budayarkən aşağıdakı qaydaları həmişə yadda saxlamaq lazımdır: 1. Məhsuldarlığı təmin etmək üçün birillik budaqcıq saxlamaq lazımdır. 2. Yalnız yaşıl budaqcıqları və mahmızları (əvvəlki anlayışlara bax) seçin, yəni kəsilmiş mahmızın yaxud budaqcığın daxili hissəsinin ağ olması ikinci dərəcəli gövdənin qurumasından və ya həmin hissələrin donaraq zədələnməsindən xəbər verir.
19
ÜZÜMÇÜLÜK
3. Budaqcıqlar və mahmızlar karandaş ölçüsündə olmalıdır. Üzüm bağında diametri 2.5 sm və ya daha böyük olan budaqcıqları müşahidə etmək olar, lakin belə budaqcıqlar məhsuldar olmur. 4. Karandaşdan nazik ölçüdə olan budaqcıqları saxlamaq lazım deyil. Belə budaqcıqlar zəif olub lazımi səviyyədə bar vermir. 5. Əgər bir mahmızda ikidən artıq zoğ olarsa və onlardan biri daha mövqedə, digəri sə daha yaxşı keyfiyyət malik olarsa, həmin keyfiyyətli zoğu seçib təkrar olaraq mövqeləndirmək lazımdır. 6. İkiillik budaqcıqlar bar verən hissə hesab edilir və yeni zoğlar növbəti ildə məhsul verir. Tənəyin qalınlığı artdıqca daha yaşlı meynələrdən kağıza bənzər qabıq tökülür. Qurumuş və ya işlənmiş meynələri kəsmək lazımdır. 7. Tənəyin əsas gövdələrini müəyyən etmək və onun ətrafındakı bic zoğları budamaq lazımdır. Bic zoğlar əsas meynənin kök sistemindən çıxan zoğlardır. Tənəyin ətrafında qida maddələri uğrunda rəqabətə girən digər bitkilər olmadıqda bağın məhsuldarlığı artır. 8. Dolaşmış meynələri açaraq saxlamaq istədiyiniz tənəkləri müəyyən edin. Saxlanmalı və ya budanmalı olan tənəklərin sayını müəyyən etmək üçün müvafiq qayda mövcud deyil. Üzüm bağında keyfiyyətli budaqcıq əmələ gətirən istənilən gövdəni saxlamaq lazımdır. Zəif gövdələr kəsilməli və əvəzlənməlidir. 9. Zəif budaqcıqları (meynələri) budama lazımdır ki, sağlam hissələr mühüm qida maddələrini lazımi səviyyədə qəbul edə bilsin. İkinci ildə tənəyin hər bir budaqcığında 7-10 tumurcuq və bir-iki təzə zoğ saxlamaq lazımdır. Zoğlarda 30-40 tumurcuq saxlanmalıdır, çünki meyvə məhz bu zoğlarda əmələ gəlir. Tumurcuğun həddən artıq sayda olması meyvənin yetişmə dərəcəsinə təsir edir, yarpaq örtüyünün qalınlaşmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. 10. İkiillik meynələri şpalerə və ya çəpərə bağlamaq lazımdır. Yaz aylarında bu meynələrdən cavan zoğlar çıxır və növbəti il üçün məhsuldar budaqcığa çevrilir. Yeni cücərtilər müşahidə edildikdə şpaleri quraşdırmaq və cavan meynələrə forma vermək lazımdır.
Gübrələnmə Yeni üzüm bağında şpaler quraşdırmazdan qabaq torpaq sahəsini hazırlamaq lazımdır. Bunun üçün torpaqdan nümunə götürün və laboratoriyada analiz etdirin. Torpaq nümunəsi düzgün qaydada götürülməlidir, əks halda laboratoriyanın nəticələri səhv çıxa bilər. Nümunə aşağıdakı qaydada götürülür: Torpaq Nümunəsinin Götürülməsi Qaydaları Çoxillik bitkilərin, məs. üzümün və meyvə ağaclarının əkinindən qabaq torpağın analiz olunması qidalılıq dəyərini optimal səviyyədə saxlayan əla vasitədir.
20
ÜZÜMÇÜLÜK
Torpağın analizi, xüsusən kalium və kalsium tərkibinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, çünki bu maddələr torpaq mühitində çox yavaş hərəkət edir və əkindən sonra səthə verildikdə faydası çox olmur və hətta kök sistemini yandıra bilir. Götürülmüş torpaq nümunələrinin daşınması üçün xüsusi paketlərdən istifadə edilir. 1) Hər hektar üzrə ən az bir dənə ayrı mürəkkəb nümunə götürmək lazımdır. Bunun üçün plastik vedrədən istifadə edin və müxtəlif torpaq növünə yaxud maillik dərəcəsinə malik olan hər bir sahədə ziqzaq şəklində gəzərək nümunə götürün. 2) Hər torpaq növündən ayrıca olaraq bir ədəd mürəkkəb nümunə götürün. Torpaq növləri arasında tekstura, rəng, süzmə qabiliyyəti və maililik dərəcəsi baxımından müxtəlif fərqlər ortaya çıxır. 3) Hər bir mürəkkəb nümunənin götürülməsi üçün zonddan, burğu alətindən, beldən və ya kəmçədən istifadə edin. Bunun üçün nəzərdə tutduğunuz sahənin ən az 10-15 yerindən nümunə götürün. Üzüm bağı üçün nəzərdə tutulmuş sahədə torpağın 20 smə kimi və 20-30 sm dərinlikdən müxtəlif nümunələr götürmək lazımdır. Hər bir dərinlik səviyyəsindən götürülmüş özək nümunələrini ayrıca olaraq təmiz plastik vedrəyə töküb qarışdırın. Qarışdırılmış nümunənin yarısını analizə göndərin. 4) Hər bir nümunəyə adınızı, nümunənin nömrəsini və götürüldüyü dərinliyi yazın. Bu nömrələri həmişə qeyd edin. 5) Nümunələr torpaq analizi laboratoriyasına nəm halda göndərilməlidir. Nümunələri qurutmaq olmaz. 6) Nümunələr laboratoriyaya mümkün qədər tez çatdırılmalıdır. Əgər nümunə götürüldükdən sonra 2 gün ərzində laboratoriyaya çatdırılmazsa, onu soyuducuda saxlamaq lazımdır. 7) Nümunənin götürüldüyü sahə ilə bağlı qeydlər aparmaq lazımdır. Bu məlumat vərəqəsi nümunə ilə birlikdə təqdim olunur və sizə qaytarılmır. 8) Üzüm sahəsi üçün tövsiyə olunmuş silsilə analizə pH, N, P, K, üzvi maddə Zn, Mg və Fe aid edilməlidir.
21
ÜZÜMÇÜLÜK
Azərbaycanda əksər torpaq sahələrinin pH səviyyəsi 7.5-8.5 arasına dəyişir. pH səviyyəsi mövcud gübrələrin mənimsənilməsinə müxtəlif cür təsir edir və həmin təsir səviyyələri aşağıdakı cədvəldə öz əksini tapıb. Torpağın pH səviyyəsi yüksək olduqda maqnezium və dəmir kimi mikroqida maddələrinin mənimsənilməsi çətinləşir. Ümumiyyətlə, şərablıq üzüm sortları üçün ideal pH diapazonu 6.5-7.0 arasında dəyişir. pH səviyyəsi bundan yüksək olduqda məhsuldarlıq aşağı düşür. Suvarma bölməsində damla suvarma sistemi üçün ən çox yararlı olan gübrə növlərindən bəhs ediləcək. pH Səviyyəsinin Qida Maddələrinin Mənimsənilməsinə Təsiri
Süfrə Üzümü Bağlarında Mineral Maddələrlə Qidalanmanın İdarə Olunması Giriş Üzüm bağlarında mineral qida maddələrinin mövsüm ərzində necə mənimsənildiyini başa düşməklə müvafiq gübrələrin tətbiq vaxtını müəyyən etmək olar. Üzüm bitkisinin mövsüm ərzində qida maddələrinə olan tələbatını və mineral qida maddələrinin bölgüsünü müəyyən etmək üçün son otuz il ərzində bir sıra elmi-tədqiqatlar aparılıb. Azot (N): Azot üzüm bağlarında böyük miqdarda tələb olunan mineral elementdir. Bu element bütün bitki toxumalarının protein tərkibində mühüm yer tutur və xlorofil molekulunun struktur komponenti rolunu oynayır. 22
ÜZÜMÇÜLÜK
Azot çatışmazlığı müşahidə olunan tənəklərdə vegetativ inkişaf yubanır və yarpaqların rəngi dəyişərək öz tündlüyünü itirir (yaşımtıl rəngə çalır). Əksinə, azot gübrəsi həddən artıq verildikdə bitkinin yarpaq örtüyü qalınlaşır, çətir hissə sıxlaşır, bitkinin idarə olunması çətinləşir və digər problemlər (məs. tumurcuğun məhsuldarlığının aşağı düşməsi, qırmızı üzüm gilələrinin öz rəngini dəyişməsi, daşınma zamanı gilələrin qopması, salxımın çürüməsi və salxım saplağının nekrozu və s.) yaranır. Digər qida maddələri kimi azot gübrəsinin də tətbiq vaxtı tələbatın yüksək olduğu və bitkinin qida maddələrini daha sürətlə mənimsədiyi dövrə təsadüf edir. Azot gübrəsi əsasən vegetativ inkişafın daha sürətlə getdiyi dövrdə, yəni yaz aylarında (tumurcuqlama mərhələsindən gilələrin erkən inkişafı dövrünə kimi) lazım olur. Məhz bu dövrdə azota olan illik tələbatın 50 faizi mənimsənilir. Tumurcuğun açıldığı mərhələdə kök sisteminin inkişafı və mineral qida maddələrinin əmnimsənilməsi nisbətən məhdud olur, ona görə də azota olan tələbat kök sistemində və digər oduncaqlı hissələrdə (gövdə, ikinci dərəcəli gövdə və budaqcıqlar) mövcud olan ehtiyat hesabına ödənilir. Tumurcuğun açıldığı mərhələdən meyvə tutumu mərhələsinə kimi davam edən dövrdə bitkinin daimi struktur hissələrində təkrar olaraq yığılan azot maddəsi pöhrələrin, yarpaqların və salxımların bu maddəyə olan tələbatının 40 faizini ödəyir. Yaz aylarında azota olan tələbat mühüm əhəmiyyət kəsb edir və bitki bu ehtiyatlardan çox asılı olur, ona görə də mövsümün ən erkən çağında torpağın azota olan tələbatı minimal səviyyədə olur. Tənəklər azotu asanca mənimsəyə bildikdə və denitrifikasiya (azot gübrəsinin nəm torpaqda qaza çevrilərək itməsi) yaxud yuyulma nəticəsində yarana biləcək itkilər minimum səviyyədə olduqda bu gübrədən istifadə etmək olar. Üzüm bitkisi çiçəkləmə və yetişmə mərhələləri arasında azotu daha sürətlə mənimsəyir və məhz bu dövrdə azot ehtiyatı bərpa olur. Ona görə də bu gübrəni mövsümün sonunda, yəni şaxtadan donma riski olmadıqda və tələbat və mənimsəmə yüksək səviyyədə olduqda vermək lazımdır. Azot gübrəsinin verilməsi üçün ən münasib vaxt meyvə tutumu (çiçəkləmədən sonrakı mərhələ) mərhələsidir. Bu mərhələdə salxımın (müəyyən dərəcədə zoğların və yarpaqların) inkişafı üçün lazım olan azot daha sürətlə mənimsənilir və tələbat ödənilir. Mövcud azot ehtiyatı tənəyin daimi struktur hissələrinə paylanır və yazın əvvəllərində mənimsənilir. Azot gübrəsinin verilməsi üçün tövsiyə olunan digər münasib vaxt isə məhsul yığımından sonra dövrdür. Bu dövrdə bitki azotu qəbul edir və növbəti mövsüm üçün özündə ehtiyat saxlayır. “Thompson Seedless” üzüm sortu üzərində aparılmış elmiaraşdırmalarda tənəyin mənimsəmə və paylanma səviyyəsi izotop nişanlı azotla qiymətləndirilib. Araşdırmaların nəticəsinə əsasən iyulda və ya sentyabrın sonunda (məhsul yığımından sonrakı dövrdə) verilmiş azot gübrəsi yaz aylarında və çiçəkləmə mərhələsində bitkinin toxumalarında (gövdədə, ikinci dərəcəli gövdədə və digər oduncaqlı hissələrdə) və yarpaq toxumasında ən yüksək konsentrasiyaya malik olur. 23
ÜZÜMÇÜLÜK
Bundan başqa, bitkinin bu dövrdə mənimsədiyi azot növbəti mövsümün əvvəlində mövcud olan azot ehtiyatının təxminən 60 faizini təşkil edir. Üzüm bağını məhsul yığımından sonra dövrdə gübrələyərkən tənəyin çətiri (yarpaq örtüyü) kifayət qədər sağlam və fəal olmalıdır ki, bitki qida maddələrini lazımi səviyyədə mənimsəyə bilsin. Azərbaycanda qış ayları sərt keçdikdə bu gübrəni oktyabrdan əvvəl vermək lazımdır. Qeyd etmək lazımdır ki, məhsul yığımından sonrakı dövr bəzi gecyetişən sortlar, məs. Crimson Seedless və Autumn King üçün çox qısa ola bilər, yəni belə sortlar həmin müddət ərzində azot gübrəsini effektiv şəkildə mənimsəməyə də bilər. Üzüm bitkisinin azota olan tələbatı digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə aşağıdır. Azot gübrəsinə olan tələbatı müəyyən edərkən idarəetmə qaydalarını da nəzərə almaq lazımdır. Süfrə üzümü bağlarında azotun verilməsində məqsəd meyvənin keyfiyyətini və bağın məhsuldarlığını artırmaqdır.
Azot Çatışmazlığı Kalium (K): Kalium üzüm bitkisinin boy atmasında və məhsuldarlığında mühüm rol oynayır, eyni zamanda müxtəlif bitki funksiyalarının yerinə yetirilməsində vacib amil hesab edilir. Bu kimyəvi element tənəyin bütün hissələrinə yayılır, karbohidratların daşınmasında və ümumi boyatma əmsalının yüksəlməsində iştirak edir. Kalium maddəsi yarpaq ağızcığının açılmasında və bağlanmasında (bu ağızcıqlar hava və su axınına nəzarət edir) mühüm mexanizm rolunu da oynayır. Kalium üzvi turşuları neytrallaşdırır, meyvə şirəsinin turşululuq və pH səviyyəsini tənzimləyir. Kaliumun üzüm giləsində yerinə yetirdiyi dəqiq funksiyalar barədə çox az məlumat əldə olunub, lakin bu bitkinin inkişafında bu maddənin mühüm rol oynaması danılmazdır. Ümumiyyətlə, kalium çatışmazlığı üzüm bağlarında geniş yayılmayıb və əsasən gübrəsiz qumsal torpaqlarda yaxud torpağın üst münbit qatının götürüldüyü düzlənmiş sahələrdə müşahidə olunur. 24
ÜZÜMÇÜLÜK
Zəif drenlənmiş, kipləşmiş, suyun təsiri nəticəsində stressə məruz qalmış, disklə malalanmış torpaq sahələrində, eləcə də torpaq zərərvericilərinin, məs. nematodların və fillokseranın zədələdiyi zəif kök sisteminə malik olan tənəklərdə kalium çatışmazlığı yaranır. Kalium çatışmazlığı olan tənəklərdə yarpaqların haşiyəsi saralır və yayın ortalarında yarpaqların yanması və qıvrılması müşahidə olunur. Kalium çatışmazlığı kəskin xarakter daşıdıqda zoğun inkişafı əhəmiyyətli dərəcədə yubanır, yarpaqlar erkən tökülür (xüsusilə, məhsuldarlığın yüksək olduğu müddətdə), üzüm salxımları kiçilir və azalır, gilələr isə rəngini itirir. Yaz aylarında bitkidə boy atan yeni cücərtilərin kaliuma olan tələbatı tumurcuğun açıldığı mərhələdən çiçəkləmə mərhələsinə kimi daha yüksək olur. Üzüm gilələrinin formalaşdığı və yetişdiyi dövrdə kaliuma olan tələbat mühüm əhəmiyyət kəsb edir. Meyvə məhz bu dövrdə mövcud kalium üçün ən güclü ehtiyat mənbəyinə çevrilir. Bu dövrdə bitkinin kök sistemi də kaliumu sürətlə mənimsəyir, yəni bitkinin kökləri inkişaf edən salxımda toplanmış kaliumun 50 faizini (yaxud daha az) mənimsəyir. Bu tələbatın yerdə qalan hissəsi isə, yəni bitkinin daimi struktur hissələrində, məs. gövdədə yaxud qışlamış tənəklərdə mövcud olan kalium ehtiyatı meyvənin inkişafına sərf olunur. Getdikcə formalaşan meyvə kalium üçün ən güclü ehtiyat mənbəyidir, ona görə də kalım gübrəsi yazın əvvəllərindən başlayaraq (tumurcuq açdıqdan bir neə həftə sonra) meyvənin yetişməyə başladığı mərhələyə kimi verilməlidir. Kalium gübrəsi damla suvarma sistemi ilə verildikdə müsbət təsir göstərir və bu sistemlə verilən kaliumun tətbiq norması şırımla suvarılan üzüm bağlarında cərgələrə səpilən kaliumla müqayisədə daha aşağı olur. Azərbaycanın əksər təsərrüfatlarında torpağın lilli və gilli olması kaliumun hərəkət etməsinə mane olur. Damla suvarma sistemində faydalı iş əmsalının daha yüksək olur, çünki bitki köklərinin sıx olduğu və molekulların torpaq hissəcikləri arasında rahat hərəkət edə bilmədiyi torpaq mühitində kalium daha tez udulur və mənimsənilir. Bundan başqa, alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün cərgələrin arasını disklə malalamağa da ehtiyac qalmır. Təcrübə onu göstərir ki, damla suvarma sistemi ilə bir dəfə verilmiş kaliumun təsiri tənək cərgələrinin arasında dəfələrlə səpilmiş kaliumun təsirinə bərabərdir. Bununla belə, kaliumun damla suvarma sistemi ilə bir dəfəyə deyil, hissə-hissə hər həftə verilməsi praktiki cəhətdən daha geniş yayılıb. Effektiv gübrələmə planına əsasən meyvənin yetişməsi mərhələsinə kimi 10-15 həftə ərzində hektar üzrə 2.5-3.5 kq kaliumun verilməsi tövsiyə edilir.
25
ÜZÜMÇÜLÜK
Süfrə Üzümündə Kalium Çatışmazlığı Maqnezium (Mg): Üzüm bağlarında maqnezium iki əsas rol oynayır. Birincisi, maqnezium xlorofil molekulunun mühüm komponenti olub fotosintez prosesində vacib rol oynayır. İkincisi, maqnezium bitkinin boy atması üçün tələb olunan enzimləri aktivləşdirir. Maqnezium xlorofilin tərkib hissəsi olduğu üçün onun çatışmazlığı yarpaqda ağ-krem rəngli xlorozun müşahidə olunması ilə nəticələnir, bu simptomlar qabarıq nəzərə çarpır və yarpağın kənar hissələri solaraq birinci və ikinci dərəcəli damarlara sirayət edir. Xlorozun qoyduğu üzlər şam ağacına bənzəyir və onun ətrafındakı damarlar yaşıl olaraq qalır. Maqnezium hərəkətli elementdir, yəni yaşlı toxumalardan cavan toxumalara (çatışmazlığın müşahidə olunduğu) doğru hərəkət edir. Ona görə də adətən yayın ortalarında və ya sonunda çatışmazlıq əlamətləri daha yaşlı kök yarpaqlarda nəzərə çarpır. Yüngül maqnezium çatışmazlığı isə yayın ortalarında və ya sonunda bir neçə yarpaqda müşahidə olunur və adətən nəzərə alınmır. Belə çatışmazlıq tənəkdə və ya məhsuldarlıqda heç bir problem yaratmır, çünki kök yarpaqlar yay aylarına kölgə altında qalaraq fotosintez prosesində zəif iştirak edir. Bununla belə, əgər yarpaq örtüyünün (çətirin) 10-20 və ya daha artıq faizi təsirə məruz qalarsa, daha çox maqneziuma ehtiyac yaranır, yəni funksional yarpaqlarda 20% azalma müşahidə olunarsa, fotosintetik qabiliyyət zəifləyir və karbohidratın yaranmasında, meyvənin yetişməsində və bütöv tənəyin boy atmasında problem yaranır. Maqnezium torpaqda yuyularaq itə bilir və əksər hallarda torpaq profilinin üst qatında deyil, kök sisteminin fəal olduğu və qida maddələrinin mənimsənildiyi üst münbit qatda müşahidə olunur. Ona görə də kökləri dayaz olan cavan tənəklər və nisbətən gücünü itirmiş torpaq sahələrində yetişdirilən meynələr maqnezium çatışmazlığına qarşı daha çox həssas olur. Qeyd etmək lazımdır ki, kəskin maqnezium çatışmazlığı torpağın kation mübadiləsi zonalarında digər qida maddələrinin göstərdiyi qarşılıqlı təsiri nəticəsində də yarana bilər.
26
ÜZÜMÇÜLÜK
Maqnezium çatışmazlığı karbamid-ammonium tərkibli gübrələrin təkrar istifadəsi nəticəsində yaranmış turşu mühitində (pH ≤ 5.5) daha çox müşahidə olunur. Azərbaycan təsərrüfatlarında torpağın pH səviyyəsi yüksək olduğu üçün belə hallar tez-tez baş vermir. Bundan başqa, Ca, K və Mg maddələri torpağın mübadilə zonasında qarşılıqlı təsirə girir və bitkiyə nüfuz etmək üçün rəqabətə girir. Maqnezium üzüm bağlarında tumurcuqlama mərhələsində mənimsənilir. Tumurcuqlama mərhələsindən çiçəkləmə mərhələsinə kimi mövcud olan maqnezium ehtiyatı (əsasən kök sistemində) cavan tənəklərin boy atması üçün tələb olunan maqneziumun 18 faizini təmin edir. Yarpaqlar və zoğlar isə mövzum ərzində maqneziuma olan ümumi tələbatın böyük hissəsini ödəyir. Ümumiyyətlə, maqnezium maddəsi məhsul yığımından sonra təxminən 4 həftə ərzində tənəyin daimi struktur hissələrinə doğru hərəkət edərək ən yüksək miqdarda udulur. Maqnezium maddəsi tumurcuqlama mərhələsindən başlayaraq tənəyin bütün orqanlarında (gövdədə, kökdə, zoğda, yarpaqda və budaqda) tədricən daha çox udulmağa başlayır və yarpaqların töküldüyü mərhələdə bu maddənin toplanması prosesi dayanır. Tumurcuqlama mərhələsindən başlayaraq maqnezium daha sabit şəkildə udulur və toplanılır, ona görə də zərurət yarandıqda bu maddəni yaz aylarında istənilən vaxt damla suvarma sistemi vasitəsilə vermək olar.
Süfrə Üzümündə Maqnezium Çatışmazlığı Sink (Zn): Sink üzüm bağlarında tez-tez çatışmayan qida maddələrindən biri olub bitki hormonunun sintezində iştirak edir. İndolil-sirkə turşusu (IAA) kök sisteminin inkişafını, fotosintez və tozlanma prosesini sürətləndirir. Üzüm bağlarında sink çatışmazlığı əsasən qumsal və əhəngli (yüksək pH səviyyəsinə malik olan) torpaq sahələrində müşahidə olunur. Qeyd etmək lazımdır ki, pH səviyyəsinin yüksək olması sinkin udulmasını çətinləşdirir. Sink çatışmazlığı kəskinlik dərəcəsindən asılı olaraq meyvəyə və yarpaq örtüyünə təsir edə bilər.
27
ÜZÜMÇÜLÜK
Meyvədə müşahidə olunan simptomlara meyvə tutumu prosesinin zəifləməsi və üzüm gilələrinin lazımi səviyyədə formalaşmaması aid edilə bilər. Kəskin çatışmazlıq halları yarpaq örtüyündə də müşahidə olunur və bu zaman zoğlar inkişafdan dayanır, buğumarası və əksər yan zoğlar qısalır və yarpaqlar kiçilir. Əsas zoğlardakı yarpaqlar da inkişafdan dayanır. Sink çatışmazlığı əksər hallarda çiçəkləmə mərhələsindən qabaq yarpaqdan çiləmə vasitəsilə aradan qaldırılır və bu zaman gilələrin formalaşması və meyvə tutumu prosesi sürətlənir. Aparılmış elmi-tədqiqatlar onu göstərir ki, sinkin səpilməsi üçün ən uyğun vaxt çiçəkləmə mərhələsindən tam çiçəkləmə mərhələsinə keçid dövründən iki həftə öncəki mərhələdir. Bu baxt sinkin meyvə tutumuna, gilənin ölçüsünə, salxımın çəkisinə və saplağa göstərdiyi təsirləriin optimal tətbiq vaxtıdır. Payız aylarında səpilən dərmanlar növbəti yaz aylarında sink çatışmazlığı simptomlarının azaldılmasına effektiv təsir göstərmir.
Süfrə Üzümündə Sink Çatışmazlığı Fosfor (P): Süfrə üzümü bağlarında forsfora tələbat nadir hallarda yaranır. Fosforun uyğun tətbiq norması yığılmış üzümün bir tonu üzrə hektara 1.5 kiloqramdır. Fosforu Azərbaycandakı əksər gübrə formullarına uyğun olaraq tənəkdən 40-60 sm aralı zolaq formasında (eni 1-1.5 m olmaqla) vermək lazımdır. Fosfor torpaqda hərəkət etmir və torpağın səthinə yaxın hissədə qalır. Ona görə də bitkinin səth kökləri onu asanlıqla mənimsəyir. Fosforu məhsul yığımından sonra vermək lazımdır. Fosfor maddəsi torpaqda gec hərəkət edir və həll olur, ona görə də payızda verilmiş fosfor növbəti mövsümə kimi hazır olmur. Fosfor maddəsi bütün bitkilərin ümumi sağlamlığı və gücü baxımından da mühüm əhəmiyyət kəsb edir və bitkinin hüceyrə növlərində vacib rol oynayır. Süfrə üzümü tənəyində fosfor çatışmazlığı nadir hallarda müşahidə olunur.
Süfrə Üzümündə Fosfor Çatışmazlığı 28
ÜZÜMÇÜLÜK
Üzüm Sortlarının və Calaqaltılarının Mineral Maddələrlə Qidalanma Baxımından Göstərdiyi Təsirlər Sortun və calaqaltının seçilməsi qida maddələrinin mənimsənilməsinə güclü təsir göstərə bilir, məs. süfrə üzümünün müxtəlif sortlarında azotun səviyyəsini təyin etmək üçün aparılmış toxuma analizinin nəticələrinə əsasən eyni ərazidə yetişdirilmiş sağlam “Flame Seedless” sortunda NO3-N səviyyəsi nisbətən aşağı (100-200 ppm), “Thompson Seedless” sortunda isə əhəmiyyətli dərəcədə (1,000-1,200 ppm) yüksəkdir. Bundan başqa, məlumdur ki, nematodların təsirinə qarşı müqavimətli olan daha möhkəm calaqaltıya calaq olunmuş tənəklərin kök sisteminin azot və kaliuma olan tələbatı calaq olunmamış tənəklərlə müqayisədə daha yüksəkdir. Beləliklə, süfrə üzümünün qida maddələrinə olan tələbatını müəyyən edərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: torpağın növü və kimyəvi quruluşu, sortun və calaqaltının xüsusiyyətləri, tənəyin möhkəmliyi və çətirin idarə edilməsi üçün tətbiq olunan strategiyalar, torpaq zərərvericiləri, verilmiş gübrələr və qidalandırıcı istehsal vasitələri(sintetik gübrələr istisna olmaqla) barədə məlumatlar. Qida maddələrinə olan tələbatın və onların mənimsənilmə dərəcəsinin yüksək olduğu dövrdə tətbiq norması təyin edilməli və gübrənin torpaqla yuyulmasının qarşısı alınmalıdır. Dəmir (Fe): Azərbaycanın üzüm bağlarında torpağın pH səviyyəsi yüksəkdir, ona görə də dəmir və digər mikro-elementlər əksər hallarda çatışmır. Dəmir elementi fotosintez prosesində mühüm rol oynayır və dəmir çatışmazlığını aradan qaldırmağın ən yaxşı yolu bu məhlulu yarpaqdan verməkdir. Üzümdə Dəmir Çatışmazlığı
Cərgəarası Hissələrin Təmizlənməsi Azərbaycanın üzüm bağlarında cərgəarası alaq bitkilərinin qarşı mübarizə aparmaq üçün torpağın disklə malalanması ənənəsi kök salıb. Bu səhv yanaşmanı dəyişmək lazımdır, çünki bu zaman şumlanılmış dərinlikdə kip torpaq təbəqəsi əmələ gəlir və bitkinin kökləri daha dərinə nüfuz edərək quyu və qida maddələrini qəbul edə bilmir. Bundan başqa, mala avadanlığı bitkinin köklərini zədələyir və qida maddələrini lazımi kök sistemi vasitəsilə qəbul edə bilməyən tənəklərin məhsuldarlığı aşağı düşür. Elmi dünyanın təcrübəsinə əsasən cərgələrin arası traktora qoşulmuş otbiçən avadanlıqla təmizlənir və tənəyin ətrafına herbisidi səpilir yaxud mulça qoyulur. Qeyd etmək lazımdır ki, herbisid üzüm bitkisinin yarpaqlarına dəyməməlidir.
29
ÜZÜMÇÜLÜK
Yaz və Yay Aylarında Tətbiq Olunan Qulluq Qaydaları Üzüm bitkisi yaz və yay aylarında üç ümumi mərhələdə inkişaf edir: 1. Formalaşan salxımlar – Keçən ilə aid olan pöhrənin dibində əmələ gəlmiş tənəyin üzərində üzüm salxımının formalaşması nəzərdə tutulur. Ona görə də üzüm tənəyi günəş işığını mümkün qədər çox qəbul etməlidir. Mikroskopik ölçüdə olan salxımların formalaşması üçün günəş işığına ehtiyac vardır. 2. Gözlə görülə bilən salxımlar – Uzunluğu təxminən 10 sm olan pöhrənin üzərində formalaşan salxımlardır. Çiçəkləmə - Bu mərhələdə tozlanma prosesi gedir və bitki stressə həddən artıq məruz qalır, ona görə də bitkinin lazımi səviyyədə suvarılması və GÜBRƏLƏNMƏMƏSİ məsləhət görülür. Əgər tənək bu mərhələdə gübrələnərsə, üzüm gilələrinin formalaşması dayanacaq və yarpaq örtüyü qalınlaşacaq. Gübrələməni çiçəkləmə mərhələsindən ən az iki həftə qabaq saxlamaq lazımdır. Azərbaycanın üzümçülük təsərrüfatlarında mövcud olan ən böyük problemlərdən biri də salxımların həddən artıq çox və sıx olmasıdır. Bu zaman üzüm gilələri bir-birinə yapışaraq kiçilir, hava yaxşı dövran edə bilmir, nəmişlik artır və nəticədə müxtəlif xəstəliklər yaranır. Bu problemi aradan qaldırmaq üçün qabaqcıl üzümçülük təsərrüfatlarında 20 ildən artıqdır ki, gibberellik turşusundan (GA 3) istifadə edilir. Bu məhsul Azərbaycanın daxili bazarında “Biogibb” adı altında satılır. Gibberellik turşusu 3 səbəbdən istifadə edilir: Birincisi, üzüm salxımında daha çox çiçək əmələ gəlir və hər bir sortun fərqli xüsusiyyətləri vardır. Ona görə də, bu məhsuldan 2-3 mövsüm istifadə etmək və birinci ildə yalnız ən az miqdarda səpmək lazımdır. Bu məqsədlə hektar üzrə 100 yaxud 2400 litr suya 8 yaxud 24 qram ana maddə əlavə etmək və çiçək kasacığının 40%-i töküldükdə səpmək lazımdır. Suyun pH səviyyəsi 6.5-7.0 həddində olmalıdır. Mayenin bütün tənəyə nüfuz etməsi vacibdir, ona görə də lazımi pH səviyyəsini təmin edən yayıcı-yapışdırıcı maddələrdən istifadə edilməlidir. 0 Turşu mayenin temperaturu 30 C dərəcədən aşağı olduqda çiləmə aparın və onun yavaş-yavaş qurumasına şərait yaradın. Mayenin adətən bir dəfə səpilməsi kifayət edir. GA3 maddəsinin miqdar həddi fərqli olur, çünki üzüm sortları ona qarşı fərqli reaksiya göstərir və lazımi miqdarın təyin edilməsi üçün ilk növbədə bağda təcrübə aparmaq lazımdır. İkincisi, əgər salxımlar həddən artıq çoxdursa və gilələr sıxdırsa, turşu mayeni ikinci mövsümdə tənəyə iki dəfə səpmək və birinci tətbiq mərhələsində üzüm gilələrinin kifayət qədər aralı olması üçün salxım saplağının uzadılması nəzərdə tutulmalıdır. Bu üçün salxımın 10-15 sm uzanana kimi gözləyin və eyni qarışığı (1920 litr suya qataraq) təkrar olaraq səpin. Üzüm salxımları bundan sonra uzanacaq, gilələr böyüyəcək və müəyyən xəstəliklər aradan qalxacaq.
30
ÜZÜMÇÜLÜK
Üçüncüsü, tumsuz üzüm sortlarının gilələri daha kiçik olur, ona görə də hektar üzrə 100 yaxud 2,400 litr suya 8 yaxud 30 qram GA3 əlavə etmək, eyni yayıcı-yapışdırıcı maddədən istifadə etmək və bütün üzüm gilələrinin ölçüsü 4-6 mm olduqda mayeni səpmək lazımdır. Bu məqsədlə mayeni ikinci dəfə də səpmək olar, lakin bundan qabaq məhsulun istehsalçısı ilə əlaqə saxlayaraq lazımi təlimatları əldə etmək lazımdır. Əvvəlki mərhələlərdə şpaler məftilinə bağlanmış üzüm pöhrələri mütəmadi olaraq yoxlanılmalı, yeni zoğlar məftilə dolanmalı və gövdədən çıxmış bic zoğlar qoparılmalıdır. Qeyd etmək lazımdır ki, bic zoğlar tənəyin enerjisini və qida maddələrini “oğurlayır”. Yarpaqların qoparılması da tələb olunur, lakin əksər fermerlər bu yanaşmanı qəbul etmirlər, çünki bitkinin boy atması üçün lazım olan fotosintez prosesi məhz yarpaq örtüyündə baş verir. Bununla belə, bitkinin daha çox günəş işığı qəbul etməsinə şərait yaratmaq lazımdır və bu məqsədlə aşağıdakı yarpaqlar qoparılmalıdır: 1.Üzüm salxımına toxunan yarpaqlar. Belə yarpaqlar məhsulun rəngini dəyişərək onun dəyərini aşağı salır. 2.Tənəyin karkasına toxunan yarpaqlar. Belə yarpaqları qopardıqda bitki daha çox miqdarda günəş işığı qəbul edir, üzüm gilələri lazımi səviyyədə yetişir və müəyyən xəstəliklərin qarşısı alınır. Üzüm bağında həddən artıq yarpaqların qoparılmaması üçün cərgəarası hissənin 2530%-nə birbaşa günəş işığı düşməlidir. Əgər üzüm gilələrinin seyrəldilməsi üçün GA3 maddəsindən istifadə edilməyibsə, bağı gəzərək lazımi səviyyədə formalaşmamış kiçik gilələri əllə qoparmaq lazımdır. Qeyd etmək lazımdır ki, havanın tənək daxilində daha çox dövr etməsi müəyyən xəstəliklərin qarşısını alır, məhsulun keyfiyyətini və dəyərini artırır. Yay aylarında bic zoğların qoparılması çox tövsiyə edilir. Çünki zoğlar bu aylarda asanlıqla qoparıla bilir və tənəyin çətiri daha çox hava və günəş işığı qəbul edir. Tənəyin Qurşaqlanması Bəzi hallarda üzüm giləsinin daha böyük olması, rəngin tündləşməsi, yetişmə prosesinin sürətləndirilməsi və şəkərin daha tez əmələ gəlməsi üçün gilə tutumu mərhələsində tənəyin ikiqat qurşaqlanmasına üstünlük verilir. Bütöv qurşaqlamanın ani təsiri nəticəsində yarpaqlarda əmələ gələn qida materialı floemadan keçərək hərəkət edə bilmir, qurşaqlanmış hissədən yuxarıda yerləşən yarpaq karbohidratlarının (şəkərin və nişastanın) və bitki hormonlarının miqdarı gövdə və kök sisteminin hesabına artır. Qurşaqlama üsulunu adətən daha kiçik giləli üzüm sortunda sınaqdan keçirmək lazımdır.
31
ÜZÜMÇÜLÜK
Qurşaqlanmış Tənək
Qurşaqlama
Suvarma Mikroçiləmə və ya damla suvarma sistemləri üzüm bağlarının suvarılması üçün istifadə olunan ən yaxşı sistemlərdir. Bu sistemlərin üstün cəhəti ondan ibarətdir ki, zərurət yarandıqda lazımi gübrələri suvarma suyu vasitəsilə optimal miqdarda vermək mümkündür. Mikroçiləmə və ya damla suvarma sistemi olmadıqda selləmə suvarmadan istifadə edilir, lakin bu zaman torpaq təbəqəsi kipləşərək bitkinin boy atmasına mane olur. Suvarma suyu istifadə olunan suvarma sistemindən asılı olmayaraq lazımi miqdarda verilməlidir. Gilli torpaqda gil hissəcikləri suyu özündə saxlayır və bitkinin kökləri suvarma suyunu lazımi miqdarda qəbul edə bilmir. Bu məqsədlə sensorlu cihazların istifadə edilməsi məsləhət görülür. Belə cihazların bir neçə növü Azərbaycanda mövcuddur. Qeyd etmək lazımdır ki, belə cihazlar baha deyil və təsərrüfatın məhsuldarlığını artırır.
Xəstəliklərin Müəyyən Edilməsi və Mübarizə Tədbirləri Hazırkı bölmədə xəstəliklərə qarşı mübarizə aparmaq üçün istifadə olunan əksər pestisidlərdən bəhs edilir. Bu məqsəd üçün ən təhlükəsiz və effektiv pestisidlər məsləhət görülür, lakin istənilən pestisid nə qədər təhlükəsiz olsa da, müəyyən risklərin yaranmasına səbəb olur, ona görə də istənilən halda fərdi mühafizə vasitələrindən, məs. rezin çəkmələrdən, qoruyucu gözlükdən, respiratordan, kombinezondan və s. istifadə etmək lazımdır. istifadə olunmuş qoruyucu geyimi digər adi geyimlərlə birlikdə yumaq olmaz. Bu, xüsusən uşaqlar üçün təhlükə yaradır. Ümumiyyətlə, istifadə olunmuş bütün fərdi mühafizə vasitələri ayrıca olaraq yuyulmalıdır.
32
ÜZÜMÇÜLÜK
Aşağıdakı təlimatlara həmişə əməl etmək lazımdır: * pH səviyyəsini 6.5-7.0 həddinə kimi aşağı salan yayıcı-yapışdırıcı maddəni təmiz quyu suyuna əlavə edin. Bəzi hallarda pestisidin tərkibində yayıcı-yapışdırıcı maddə olur, ona görə də səpməzdən qabaq onun etiketini oxuyun. * Pestisidi səhər erkən və ya axşam tərəfi (çağı) səpin. Belə vaxtda bal arıları sahədə uçuşmur, hava sərin olur və məhsul gec quruyaraq daha yaxşı təsir göstərir. * Etiketdə verilmiş bütün təlimatlara əməl edin. Bel təlimatlarda dərmanın tətbiqindən sonra bağa girmək yaxud məhsul yığmaq üçün təyin olunmuş vaxt intervalları da göstərilir. Azərbaycanın üzümçülük təsərrüfatlarında aşağıdakı xəstəliklər müşahidə edilir: * Unlu şeh * Qara çürümə * Antraknoz * Fomopsioz və yarpaq ləkəsi * Yalançı unlu şeh * Botrytis salxım çürüməsi * Yarpaq ləkəliliyi * Yay çürüməsi Yuxarıda qeyd olunduğu kimi, pestisidlərin (xüsusən funqisidlərin) xəstəliklərə qarşı mübarizədə zəif təsir göstərməsi bir neçə səbəbdən, məs. suyun pH səviyyəsindən, yayıcı-yapışdırıcı maddənin əlavə edilməməsindən, dərmanın bütün bitki hissələrinə nüfuz etməməsindən və s. irəli gəlir!
Üzüm Bağlarında Dörd Əsas Göbələk Xəstəliyi və Onlara Qarşı Aparılan Mübarizə Tədbirləri
Yalançı Unlu Şeh
Unlu Şeh
Fomopsioz
Qara Çürümə
33
ÜZÜMÇÜLÜK
Fomopsioz (Phomopsis viticola) • Xəstəlik törədici bitkinin böyük bir hissəsini yoluxdura bilir; simptomlar əsasən yarpaq və zoğlarda müşahidə olunur. Yarpaqlardakı simptomlar ilkin olaraq kiçik açıq-yaşıl ləkələr kimi zoğların alt yarpaqlarında görsənir. Daha sonra, ləkələr genişlənərək qara rəng alır və ətrafında sarı haşiyələr yaradır. Əgər bir yarpaq üzərində ləkələrin sayı həddən çox olarsa və bu kütləvi hal alarsa, bu zaman yarpaqlar saralır və tökülməyə başlayırlar. Xəstəliyin zoğlardakı əlamətləri özünü kiçik qara ləkələrlə göstərir və sonra ləkələr birləşərək qeyri stabit forma alır. Oxşar qara rəngli ləkələr çiçək salxımlarınada yoluxaraq onların məhvinə səbəb olur. Patogen bütün vegetasiya müddətində giləmeyvələrə yoluxma qabiliyyətinə malikdir. Vegetasiyanin sonunda yoluxma demək olarki dayanır buna baxmayaraq giləmeyvələrdə cürümə prosesi gedir. • Sərin və rütubətli mövsümdə müşahidə olunur. • Qışlamaq imkanları mövcuddur. • Saplağın skeletini gizli şəkildə yoluxdurur. • Yoluxma sistemli xarakter daşıyır, yəni göbələk sporları qış aylarında gövdənin (saplağın) daxilində sığınacaq tapır.
Yazda qışlamış bitki qalığının içərisində olan kisələrdən patogenin sporlarının üst qata çıxması
Nəm hava şəraitində piknidisporların kisələrdən çölə çıxması. Yağış vasitəsilə cavan zoğlarda yarpaqlarda və salxımlara yoluxması və inkişaf etməsi
Yoluxmadan 3-4 həftə sonra yarpaq və zoğlar üzərində əlamətlər
Kəskin yoluxma yaz və erkən yay müddətində Meyvə yoluxması çiçəkləmədən qısa zaman sonra
Qış ərzində salxım üzərində patogenin veyvə bədəni
Meyvə və salxımların yoluxması mövsümün axırı və yığım qabağı
Üzümdə Fomopsioz xəstəliyinin həyat tsikli verilmişdir, patogeni (xəstəlik törədicisini) müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.
34
ÜZÜMÇÜLÜK
Fomopsioz Xəstəliyinə Qarşı Mübarizə: * Pöhrələr 2-7 sm boy atdıqda dərmanlama proqramının icrasına başlayın. * Dərman pöhrələrin və salxımların bütün toxumalarına nüfuz etməlidir. * Üzüm gilələri noxud ölçüsündə olana kimi yoluxmanın birbaşa təsirinə qarşı daha da həssaslaşır. * Salxımın toxuması adətən məhsul itkisinin azaldılmasında çox mühüm rol oynayır. * Yoluxmuş və infeksiya mənbəyi olan bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır. EBDC (Mancozeb və digər dərmanlar), Captan, Strobilurins effektiv təsir göstərir. Fomopsioz və yarpaq ləkəsi – Rütubətli yaz aylarında həssas üzüm sortlarının salxımında baş vermiş infeksiyaya qarşı mübarizə aparmaq lazımdır. Aşağıdakı kimyəvi mübarizə vasitələrindən istifadə etməklə kal salxımın saplağında yarana biləcək infeksiyanın qarşısını almaq olar. Bu boyatma mərhələsində aşağıdakı kimyəvi dərmanların maksimum tətbiq normasından istifadə etməmək də olar: Captan 50 2-4 lb yaxud Captan 80 WDG 1.25-2.5 lb yaxud Captec 4L 1-2 qt yaxud Dithane DF 2-4 lb yaxud Dithane M45 yaxud Manzate 75 DFç Penncozeb 75 DF yaxud DithaneF-45 1.6 -3.2 qt Qara Çürümə (Guignardia bidwellii) Qara çürümə göbələk mənşəli xəstəlikdir beləki xəstəliyi Guignardia bidwellii, adlı pathogen törədir. Patogenin əsas vətəni Şimal-Şərqi Amerika hesab olunur, anca halhazırda Avropanın bir hissəsi, Cənubi Amerika və Asiyada xəstəliyə rast gəlinir. Patogen üçün əlverişli (əsasən isti və rütubət) hava şəraitində 100% məhsul itkisinə səbəb ola bilir. Xəstəlik özünü bitkinin yaşıl hissələrinə: zoğ, yarpaq, salxıma, gövdə və meyvələrinə yoluxdura bilir. Göbələk sporları üzümün yoluxmuş hissələrində qışlayır (xüsusilə mumyalaşmış meyvələrində). Yazda əlverişli hava şəraiti olduqda təkrar yoluxma baş verir. Xəstəlik özünü üzümün yarpaqları üzərində kiçik qara piknid formasında göstərir və yarpağın solmasına səbəb olur. Zoğlarda isə qara ellipsvarı ləkələr əmələ gəlir. Külək və digər vasitələr ilə zoğlar asanlıqla qırılaraq sıradan çıxırlar. Üzüm gilələri ilkin yoluxma zamanı qəhvəyi şokolad rəngi alır. Daha sonra yoluxmuş meyvələr tünd qara rəngə çevrilir. Xəstəlik bəzi hallarda ciddi maddi ziyana zəbəb olur.
35
ÜZÜMÇÜLÜK
Fomopsioz (Phomopsis viticola) •Xəstəlik törədici bitkinin böyük bir hissəsini yoluxdura bilir; simptomlar əsasən yarpaq və zoğlarda müşahidə olunur. Yarpaqlardakı simptomlar ilkin olaraq kiçik açıq-yaşıl ləkələr kimi zoğların alt yarpaqlarında görsənir. Daha sonra, ləkələr genişlənərək qara rəng alır və ətrafında sarı haşiyələr yaradır. Əgər bir yarpaq üzərində ləkələrin sayı həddən çox olarsa və bu kütləvi hal alarsa, bu zaman yarpaqlar saralır və tökülməyə başlayırlar. Xəstəliyin zoğlardakı əlamətləri özünü kiçik qara ləkələrlə göstərir və sonra ləkələr birləşərək qeyri stabit forma alır. Oxşar qara rəngli ləkələr çiçək salxımlarınada yoluxaraq onların məhvinə səbəb olur. Patogen bütün vegetasiya müddətində giləmeyvələrə yoluxma qabiliyyətinə malikdir. Vegetasiyanin sonunda yoluxma demək olarki dayanır buna baxmayaraq giləmeyvələrdə cürümə prosesi gedir. •Sərin və rütubətli mövsümdə müşahidə olunur. •Qışlamaq imkanları mövcuddur. •Saplağın skeletini gizli şəkildə yoluxdurur. •Yoluxma sistemli xarakter daşıyır, yəni göbələk sporları qış aylarında gövdənin (saplağın) daxilində sığınacaq tapır.
Xəstəliyin Müxtəlif Orqanlarda Əlamətləri
Qara Çürümə Xəstəliyinə Qarşı Mübarizə Sahədən infiksiya mənbəyi olan üzümün mumyalaşmış meyvələri və yoluxmuş digər orqanları uzaqlaşdırılmalıdır. İstifadə Olunan Funqisidlər: * Strobilurins- Abound, Flint, Pristine, Sovran * DMI- Nova, Elite və s. * Mancozeb - Dithane, Penncozeb *Carbamates- Ferbam 36
ÜZÜMÇÜLÜK
Boz Çürümə (Botrytis cinerea Pers.) Adətən, Boz Çürümə (Botrytis cinerea) yetişmiş meyvələrə yoluxur. İlkin yoluxma gilələrdə yumşalma və sulu olmasilə müşahidə olunur.Yüksək nəmlik və rütubətli hava şəraitində göbələk sporlarının bitkiyə kütləvi yoluxması və patogenin gilələrdə inkişafına səbəb olur. Yoluxmuş gilələr rəngini dəyişərək mumyalaşır və tökülməyə başlayırlar. Adətən xəstəlik salxımları qəhvəyi rəngə çevirərək onları qurudur daha sonra gilələr tökülməyə başlayır. Boz çürümə həmçinin ozünü yarpaqlardada göstərir beləki, yarpaqlarda əmələ gələn tutqun ləkələr qəhvəyi rəng alır və nekrozlaşır. Azərbaycanın üzümçülük təsərrüfatlarına ən çox ziyan vuran xəstəliklərdən biri Botrytis cinerea xəstəliyidir. Xəstəliyi törədən göbələk yalnız yetişməkdə olan üzüm gilələrində sürətlə inkişaf edir, lakin yetişməmiş meyvələr də yara yaxud çiçək hissələri vasitəsilə də yoluxa bilir. Infeksiya müəyyən dövrə qədər gizli (sükunətdə) qalır, lakin yetişməyə başlayan gilələrin çürüməsinə səbəb olur. Bu xəstəlik gilələrin sıx yetişdiyi və havanın yaxşı dövr edə bilmədiyi nəm hissələrdə daha güclü təsir göstərir, ona görə də çiçəkləmə mərhələsində çiçəyin seyrəldilməsi və salxım skeletinin uzadılması üçün GA3 maddəsindən istifadə etmək lazımdır. Boz çürümə xəstəliyinin həyat tsiklində, patogeni müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.
Üzüm Salxımında Boz Çürümə
37
ÜZÜMÇÜLÜK
Qış
Sahədə qalmış infeksiyalı meyvələr və bitki qalıqları
Qışı bu şəkildə keçirən patogen yazda təkrar çoxalmağa başlayır
Salxım əmələ gəlmədən xəstəliyin əlamətləri
Yaz
Payız
Buna yığımqabağı çürüklükdə deyilir
Çiçəkləmə vaxtı xəstəlik yoluxur amma gözləmə mövqeyindədir
Yay Yağış və süni yağdırmadan sonra xəstəlik sürətlənir
İlk vaxtlar əlamətləri
Həşarat və ya mexaniki zədə ilə patogen bitkiyə daxil olur
Patogenin Həyat Tsikli * Patogen mumiyalaşmış meyvədə və ya budaqcığın zədələnmiş hissələrində qışlayır, odur ki, üzüm bağını qış aylarında yaşlı salxımlardan və zədələnmiş budaqcıqlardan təmizləyin. Patogenin infeksiya dövrü temperaturdan və yarpağın nəmliyindən asılı olaraq dəyişdiyi üçün üzüm bağlarına mütəmadi baxış keçirilməlidir. Yuxarıdakı cədvəldə xəstəliyin yoluxması və inkişafı üçün əlverişli şərait göstərilmişdir. Bitki üçün əsas həssaslıq dövrləri çiçəkləmə mərhələsindən 2 həftə qabaq, çiçəkləmədən sonra isə 30 gün davam edir. Qeyd ermək lazımdır ki, orqanik üzüm istehsalında müşahidə olunan ən böyük problemlərdən biridir. Xəstəliyə qarşı yalnız orqanik sertifikatı olmayan funqisidlərlə mübarizə aparmaq olar.
38
ÜZÜMÇÜLÜK
Yuxarıdakı cədvəldə qara çürümə xəstəliyinin təhlükə yaratması üçün tələb olunan müddət və temperatur hədləri verilib. Üzüm bağını gəzərək xəstəliyin olub olmadığını yoxlamaq lazımdır. Boz Çürümə Xəstəliklərinə Qarşı Aparılan Ümumi Mübarizə Tədbirləri Pöhrələr 3-5 (1 düyüm=2,54 sm) düym boy atdıqda Əgər əvvəlki ildə heç bir ciddi xəstəlik baş verməyibsə və növbəti kimyəvi mübarizəyə kimi rütubətli hava şəraiti gözlənilirsə, mövsüm ərzində bu xəstəliyə qarşı hər hansı dərmanın səpilməsinə nadir hallarda ehtiyac duyulur. * Vanguard – sistemli şəkildə lokal təsir göstərir. Xəstəlikdə müqavimət yaratdığı üçün mövsüm ərzində bir dəfə tətbiq olunduqdan sonra digər məhsullarla əvəzlənməlidir. * Scala - Vanguard preparatı kimi eyni effektiv təsirə malikdir, ona görə də bu funqisidlə növbələşdirmək olmaz. * Switch - syprodinil + fludioksonil * Elevate – Müalicə xarakterli olmayan protektantdır. * Strobilurinlər – sporların yayılmasına qarşı istifadə olunur və müəyyən effektiv təsirə malikdir. * Flint -ən yaxşı preparatdır. * Sovran – kifayət qədər müsbət nəticə vermir. * Abound – daha az effektiv təsir göstərir.
39
ÜZÜMÇÜLÜK
İnspire Super, Revus Top, Tebuzol və Rally dərmanları əsasən infeksiya dövrünün əvvəlində kəskin təsir göstərir. İnfeksiyadan sonra dövrün müddəti lazımi səviyyədə xarakterizə olunmayıb, lakin kimyəvi dərmanlar bu dövrdən sonra 3-7 gün ərzində səpilir. Unlu Şeh (Uncinula necator, hazırda Erysiphe necator adlanır). Azərbaycanın bütün üzümçülük bölgələrində tez-tez rast gəlinən problemlərdən biridir. İlkin yoluxma halının baş verməsi üçün 1 sm yağış və 100C dərəcə temperatur kifayət 0 edir. Xəstəliyin inkişafı üçün optimal temperatur 25 C heasb olunur. İkinci dərəcəli yoluxma halının baş verməsi üçün əlavə yağıntıya ehtiyac qalmır. Əsas həssaslıq dövrləri çiçəkləmə mərhələsindən 2 həftə qabaq və çiçəkləmədən sonra isə 30 gün davam edir. Unlu şeh üzüm bağlarına müxtəlif yollarla ziyan vurur, məs. ilk növbədə yarpaqları zədələyərək fotosintez prosesinə mane olur və ya meyvənin keyfiyyətini və dəyərini aşağı salır. Əksər hallarda bütöv üzüm salxımı qoparaq məhv olur. Patogen əsasən bitki qalıqlarında qışlayaraq yazda əlverişli hava şəraiti olan kimi fəaliyyətə başlayır. Şəkil X-də üzümdə Unlu Şeh xəstəliyinin həyat tsikli verilmişdir, bu yolla patogeni müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.
40
Üzüm Bitkisinin Müxtəlif Orqanlarında Unlu Şeh
ÜZÜMÇÜLÜK
Qış ərzində göbələk
Kleystotesi
Tumurcuqların inkişafı və yoluxmanın başlaması
Yatmış tumurcuqlarda qışlaması
Asklar özündə askosporlar saxlayır
Yoluxmuş üzüm salxımları
Yoluxmuş tumurcuqlar yazda cavan zoğların və yarpaqların tamamilə göbələklə sirayətlənməsinə səbəb olur
Yazda sərbəst askosporla
Göbələyin yaşıl zoğ və yarpaqlar üzərində spor əmələ gətirməsi
konidi Yayın sonunda gilələrdə, zoğlarda və yarpaqlarda kleystotesilərin əmələ gəlməsi Göbələk yarpaq, zoğ, giləmeyvə üzərində konidilər əmələ gətirir və bu konidilər küləklə yayılır
Konidi və konidisporların yaşıl toxumaya yoluxması
Üzümdə Unlu Şeh xəstəliyinin Həyat Tsikli Xəstəliklə mübarizə: Xəstəliyə səbəb olacaq infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır. Bundan başqa tənəklərin normal havalanması üçün şərait yaradılmalıdır. Kimyəvi mübarizə olaraqUnlu şehə qarşı aşağıda göstərilən preparatlardan istifadə etmək olar: * Strobilurinlər - Flint, Abound, Pristine * Nova, Elite * Boskalidlər- Endura * Kükürd * Mis Kükürd və mis ən geniş istifadə olunan təhlükəsiz mübarizə vasitələridir. Bu maddələr erkən səpildikdə xəstəliyin qarşısını alır, lakin yoluxmanı aradan qaldırmaq üçün yuxarıda göstərilən məhsullardan da istifadə etmək lazımdır. Etiketlərdə verilmiş təlimatlara əməl edin. Unlu şeh kükürd və misdən başqa digər maddələrə qarşı özündə müqavimət yaradır, ona görə də dərmanlardan növbəli şəkildə istifadə etmək lazımdır. Mövsüm ərzində bir preparatı bir dəfədən artıq istifadə etməyin.
41
ÜZÜMÇÜLÜK
Yalançı Unlu Şeh(Plasmopara viticola) Yalançı unlu şeh xəstəliyi üzüm bitkisinin ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biri hesab olunur. Belə ki, xəstəlik birkinin bütün yaşıl orqanlarında budaq, zoğ, qönçə, çiçək və salxımlarında inkişaf edərək onları sirayətləndirir. İlkin yoluxma halı gecə vaxtı, rütubətli və sərin havada müşahidə olunur. Patogenin həyat tsiklində xəstəliyin hansı fəsildə necə inkişaf ediyini müşahidə edib, verilmiş məlumatlara əsasən düzgün və vaxtında mübarizə aparmaq olar. Patogen üçün 0 optimal temperatur 18-22 C hesab olunur. Optimal şəraitdə xəstəlik sürətlə yayılır. Üzüm salxımları bu xəstəliyə qarşı çox həssasdır.
Üzüm Salxımında Yalançı Unlu Şeh Xəstəliyi və Onun Müxtəlif Orqanlarında Əlamətləri Yarpağın kəsilmiş hissəsi Göbələyin tökülmüş yarpağın daxilində qışı oospor şəkilində keçirməsi
Yazda nəmliyin təsirindən sporangilərin əmələ gəlməsi Su vasitəsi ilə zoosporların sporangilərdən çölə çıxması
Sarı-qəhvəyi ləkələr yarpağın üst səthində, yarpağın alt səthində ağ rəngli spor ləkəsi (yamaq formasında)
Yarpağın kəsilmiş hissəsi
Gilənin kəsilmiş hissəsi
Ağızcıq Yarpağın altı
Ağızcıqlardan göbələyin sporangilərinin çıxması
42
Yoluxmuş və təhrif olunmuş zoğ Yoluxmuş bığıcıq Yoluxmuş salxım
Patogenin Həyat Tsikli
ÜZÜMÇÜLÜK
Xəstəliklə mübarizə: Bitki qalıqları xüsusilədə yarpaqlar infeksiya mənbəyi olduğu üçün payızda yarpaqlar töküldükdən sonra sahədən uzaqlaşdırılmalıdır. Eyni zamanda cərgə aralarında aqrotexniki qulluq işləri həyata keçirilməlidir. Birinci infeksiya çiçəkləmədən 2-3 həftə əvvəl və 2 həftə sonra müşahidə olunur. Xəstəliyin 0 yayılması üçün 1 sm yağış və 11 C dərəcə temperatur kifayət edir və mübarizə tədbirlərini məhz bu mərhələdə görmək lazımdır. Yalançı Unlu Şeh xəstəliyinə qarşı istifadə olunan preparatlar: Mancozeb, Captan, Carbamate, Strobilurinlər (digər dərmanlarla müqayisədə daha effektiv təsir göstərir), Mis tərkibli məhsullar, Fosfor- turşular. Kimyəvi preparatlardan sitifadə zamanı vegetsiya müddətində sistem təsirli dərmanlarla yanaşı bəzən kontakt təsirli dərmanlardanda istifadə etmək lazımdır ki, patogendə əmələ gələ biləcək davamlılığın qarşısı alınsın. Bundan başqa işçi məhlulunun (su) pH-ının 6,5-7 arasında olmağına diqqət yetirilməlidir. Əvvəlki səhifələrdə aşağıdakı dörd əsas və Boz çürümə üzüm xəstəlikləri barədə məlumat verilib: * Unlu şeh * Yalançı unlu şeh * Qara çürümə Black Rot * Fomopsioz * Boz çürümə Süfrə üzümü salxımına ziyan vuran digər ümumi xəstəlik qrupu isə “Salxım Çürüməsi Xəstəlikləri” adlanır. Bu xəstəliklər aşağıda verilib: * Botrytis cinerea * Alternaria alternata * Aspergilis niger * Cladosporium (bu xəstəliyin müxtəlif növləri vardır).
43
ÜZÜMÇÜLÜK
Dörd Əsas Xəstəliyə Qarşı Ümumi Mübarizə Tədbirləri Aşağıdakı şəkildə dörd əsas xəstəliyin müşahidə olunması üçün nəzərdə tutulmuş ən vacib zaman aralığı göstərilib:
44
ÜZÜMÇÜLÜK
Digər Orqanizmlər Üzüm bitkisində bir sıra patogenlər belə ki, bakteriyalar, viruslar və nematodlar da müxtəlif simptomlarla müşahidə olunan fərqli xəstəliklər əmələ gətirirlər. Üzüm bitkisidə müəyyən xəstəliklərin ortaya çıxmasında abiotik amillərində rolu böyükdür. Birçox patogen orqanizmlər müxtəlif səbəblərdən (məs. üzümün sortu, həddən artıq suvarma, qida maddələrin balansının pozulması və s.) yayılır. Bu qəbildən olan göbələk mənşəli xəstəliklər üzüm bağlarının istənilən hissəsində müşahidə olunur, göbələyin sporları havada uçuşur və quşların salxıma vurduğu yaralar və mexaniki zədələr vasitəsilə bitkiyə sirayət edir. Şəkildə bir sıra üzüm salxımına ziyan verən göbələklər verilmişdir . Elmi-araşdırmaların nəticələrin əsasən Captan və Mancozeb bu xəstəliklərə qarşı ən güclü mübarizə vasitələridir. Üzüm Salxımında Müşahidə Olunan Digər Çürümə və Kif əlamətləri verilmişdir.
Penicillum növü
Greneria Uvicola
Rhizopus Növü
Göbələk Xəstəliyinə Qarşı Mübarizədə Nəzərə Alınan Ən Mühüm Amillər –Patogenin bioloji xüsusiyyətlərini anlamaq lazımdır • Ətraf mühitə təsir • Fəallıq dövrü • Şərait yaradan yaxud mane olan ənənəvi qaydalar –Daşıyıcı bitkinin həssaslığını başa düşmək lazımdır • Nisbi təsir (mədəni sortun təsiri) • Qeyri-həssaslıq dövrü • Ən mühüm dövr
45
ÜZÜMÇÜLÜK
–Funqisidlərin xüsusiyyətlərini anlamaq lazımdır •Səthi-aktiv (yayıcı-yapışdırıcı maddə) yoxsa penetrant? –Yayıcı-yapışdırıcı maddələri yalnız yarpağın və ya meyvənin səthində fəallaşır, səthə nüfuz etmir və bitkinin daxilindəki yoluxmanı aradan qaldırmır. Penetrantlar isə yarpağın yaxud meyvənin səthinə nüfuz edərək bitkinin yoluxduğu xəstəliyi məhv edir. •Protektantlar? –Bu məhsullar bitki ilə təmasda olmuş yaxud onu sirayətləndirmiş xəstəlik törədicini (Patogeni) məhv etmir, yoluxmadan qabaq istifadə edilir və bitkinin təmasda olduğu sporları məhv edir. Protektantlara Bordo qarışığını misal göstərmək olar. •Yoluxmadan sonra? –Bəzi dərmanlar xəstəlik müşahidə olunduqdan sonra səpilir və onun təsirini azaldır. •Eradikantlar? –Bu funqisidlər xəstəliyə yoluxma hadisəsi baş verdikdən sonra istifadə olunur, sistemli şəkildə təsir göstərir və bitki vasitəsilə infeksiya mənbəyinə ötürülür. Eradikantlar protektant funqisidlərlə müqayisədə daha uzun müddətə mübarizə aparır. •Təsir spektri: –Bəzi funqisidlər əksər xəstəliklərə qarşı daha yaxşı təsir göstərir. •Xəstəliklərin müqaviməti və idarəetmə –Bütün xəstəliklərdə funqisidlərin təsirinə qarşı müqavimət yaranır, ona görə də mövsüm ərzində eyni funqisidi bir-iki dəfədən artıq səpmək olmaz. Funqisidlərin Seçilməsi Yuxarıda qeyd olunan xəstəliklərə qarşı mübarizə aparmaq üçün müvafiq funqisidləri seçməzdən qabaq müəyyən amillərin nəzərə alınması məsləhət görülür. Bunun üçün aşağıdakı suallara cavab vermək lazımdır: Funqisidin hansı xüsusiyyətləri mövcuddur? Çiləmədə istifadə eiləcək suyun pH səviyyəsi hansı hədd daxilindədir? Məhsulun tərkibində səthi-aktiv (yayıcı-yapışdırıcı) maddə varmı yaxud əlavə etmək olarmı? Maddə yalnız bitkinin səthində fəal hərəkət edirmi yaxud bitkiyə nüfuz edə bilirmi? Seçilmiş funqisid yoluxmanın qarşısını kükürd yaxud mis kimi ala bilirmi və ya yoluxmuş bitkini müalicə edə bilirmi? Funqisid konkret olaraq hansı xəstəliyə qarşı mübarizə aparır? Müqavimətlə bağlı narahatlıq yaradan hallar mövcuddurmu? Funqisidləri növbəli şəkildə tətbiq etmək mümkündürmü və ya bir funqisiddən bütün mövsüm boyu istifadə etmək olarmı? Dərman səpildikdən sonra üzüm bağına nə qədər müddətdən sonra girmək olar? Dərman səpildikdən sonra məhsulu nə qədər müddətdən sonra yığmaq olar? Bu sualların cavabları dərmanın etiketində verilib və dərmanı səpməzdən qabaq onun təchizatçısı ilə məsləhətləşmək lazımdır.
46
ÜZÜMÇÜLÜK
Funqisidlər aşağıdakı siniflərə bölünüb: * Mancozeb * Karbamatlar * Captan * Sterol inhibitorlar * Strobilurinlər * Fosfor turşuları Əmtəə Adları - Dithane, Manzate və Penncozeb. Bu kimyəvi preparatlar yalanı unlu şeh və fomopsioz xəstəliklərinə qarşı çox güclü təsir göstərir, bitkiyə yapışır və yağıntıdan sonra təkrar olaraq paylanır. Hektar üzrə 200-1000 litrə 0.8-0.9 kq dərman verin və dərmanın etiketini oxuyun, çünki kimyəvi maddənin konsentrasiyası fərqli ola bilər. Qeyd etmək lazımdır ki, bu dərmanlar xəstəlikdə yaxud zərərvericidə müqavimət yaratmır. Ümumiyyətlə, dərman səpildikdən sonra 24 saat ərzində üzüm bağına girmək olmaz və məhsul yığımında kimi 66 gün gözləmək lazımdır. Dərmanlar mövsümün əvvəlində istifadə edilir, ona görə də bununla bağlı heç bir problem yaranmır. Captan Captan üzüm və meyvə bağlarının əksər hissələrinə müsbət təsir göstərən daha köhnə dərman preparatıdır. Bu kimyəvi preparat yalançı unlu şeh və fomopsioz xəstəliklərinə qarşı effektiv təsir göstərir. Funqisidin etiketində boz çürümə xəstəliyi göstərilsə də, bu kimyəvi preparatla ona qarşı güclü mübarizə aparmaq mümkün deyildir. Captan preparatı turş çürüməyə qarşı güclü təsir edir. Funqisidin tətbiq norması onun konsentrasiyasından asılı olaraq dəyişir, məs. əgər suda islanıla bilən tozdan istifadə edilərsə, tətbiq norması Manzate preparatının tətbiq norması ilə eyni olacaq Dərman səpildikdən sonra 72 saat ərzində üzüm bağına girmək olmaz və məhsul yığımında kimi bir gün gözləmək lazımdır. Sterol İnhibitorları Sterol inhibitorlar müxtəlif ixtisarlarla (məs. SI, DMI, EBI və s.) tanınır. Ümumiyyətlə, sterol inhibitorlar bitkini yoluxmadan qabaq 5-7 gün, sonra isə 7-10 gün qoruyur. Dərman səpildikdən sonra yalnız 14 gün təsir göstərir və təkrar səpilir. Üzüm bağlarında istifadə olunan bu inhibitorlara qarşı yaranan müqavimət əksər göbələk xəstəliklərinin yayılmasına səbəb olur.
47
ÜZÜMÇÜLÜK
Sterol inhibitorları aşağıda verilib: * Rally (40WSP) - Etiketdə verilmiş tətbiq norması: 22 q/hektar - 141 q/hektar. Dərmanı səpdikdən sonra 24 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 14 gün gözləmək lazımdır. Mövsüm ərzində tətbiq norması hektar üzrə 550 qramdan artıq olmamalıdır. · 43 q/hektar ən yaxşı tətbiq normasıdır, lakin boz çürümə xəstəliyinə yoluxmuş üzüm bağı üçün tətbiq norması 70q-hektardır. * Elite (45WP) - Etiketdə verilmiş tətbiq norması: 57 q/hektar. Dərmanı səpdikdən sonra 12 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 14 gün gözləmək lazımdır. Mövsüm üçün maksimum tətbiq norması 362 q/hektardır. * Procure (50WS) - Etiketdə verilmiş tətbiq norması: 45-90 q/hektar. Dərmanı səpdikdən sonra bitkinin yarpaq örtüyündən asılı olaraq 12 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 7 gün gözləmək lazımdır. * Rubigan (1E) - Etiketdə verilmiş tətbiq norması: 12-18 ml/hektar (çiçəkləmə mərhələsindən qabaq), 45-60 ml/hektar (çiçəkləmə mərhələsindən sonra), 60-70 ml/ hektar ( yay müalicəsi). Mövsüm üçün maksimum tətbiq norması 224 ml/hektardır. Kimyəvi preparatı səpməzdən qabaq onun etiketində verilmiş təlimatlara əməl etmək lazımdır, çünki aldığınız məhsulun konsentrasiyası fərqli ola və ya tətbiq norması dəyişə bilər. Strobilur Funqisidlər Funqisidlərin digər kiçik sinfi stobilurinlər adlanır. Bu sinif aşağıdakı xüsusiyyətlərə malikdir: * Həddən artıq geniş spektrli təsir, * Əla qoruyucu (protektant) təsir, * Sporlaşmaya qarşı əla təsir (sporları məhv edərək fəallaşmağa qoymur), * Adların siyahısı: - Headline - Quadris - Stratego Vacibdir! Dərmanı aşağıdakı ardıcıllığa uyğun olaraq qarışdırmaq lazımdır: 1. Dərmansəpən aparatı yarıya kimi doldurun, 2. Suyu qarışdırın, 3. Suyu qarışdırarkən mayeni əlavə edin, 4. Bundan sonra emusiyalı konsentratları əlavə edin.
48
ÜZÜMÇÜLÜK
Lazımi yayıcı-yapışdırıcı maddələrdən istifadə etmək və pH həddini 6.5-7.0 arasında saxlamaq lazımdır. Pestisidlərin təsir göstərməməsinin əsas səbəblərindən biri də suyun pH səviyyəsinin yüksək olması və ya düzgün yayıcı-yapışdırıcı maddənin istifadə olunmamasıdır. Səpilmiş dərman təsir göstərmədikdə müxtəlif cür itkilər yaranır, məs. təsərrüfatın sahibi dərman və istifadə xərclərini ödəməli olur və ya məhsul itkisi baş verir. Üzüm bağlarını lazımi qaydada müalicə etmək üçün əlavə vaxt və maliyyə vəsaiti ayırmaq lazımdır. Dərmanı hava sərin olduqda, yəni səhər erkən yaxud axşam vaxtı səpmək lazımdır. Bu zaman kimyəvi məhlul bitkinin bütün hissələrinə yayılır və günün isti vaxtı fəallaşan bal arıları sərbəst uçuşa bilir. Aşağıdakı fərdi mühafizə vasitələri həmişə istifadə olunmalıdır: * Qoruyucu rezin əlcəklər, * Qoruyucu gözlük, * Rezin çəkmələr (şalvarın ətəyi çəkmənin üst hissəsini örtməlidir), * Dərmanı səpdikdən sonra çıxarıla və yuyula bilən xüsusi geyimlər. Unlu Yastıcalar
Tələnin yuxarı hissəsində yalnız kiçik dəlik saxlamaq lazımdır ki, ətrafdakı heyvanlar və insanlar təsadüfi olaraq zəhərlənməsin. 49
ÜZÜMÇÜLÜK
Zədə Son illərdə üzüm bağlarında unlu yastıcalarının sayca artması müşahidə olunub. Üzüm bitkisinin bu zərərvericiyə qarşı həssaslıq dərəcəsi sortundan asılı olaraq dəyişir. Unlu yastıcalar salxımların yaşlı oduncağa toxunduğu hissələrdə daha güclü təsir göstərir, yəni üzüm salxımlarını pambığabənzər kisəciklərlə, sürfələrlə, yetkin fərdlərlə və şirin ifrazatla zədələyir. Zərərvericinin ifraz etdiyi şirin damcılar əksər hallarda qara kif ilə örtülür və hər üç növ virus keçirə bilir. Mübarizə Tədbirləri Unlu yastıcanın törətdiyi yoluxma hallarının məhsul yığımı dövründə aşkarlamaqla zərərverici kütləsini növbəti mövsümdə nəzarət altında saxlamaq olar. Bundan başqa, xeyirli yırtıcılar və parazitlər unlu yastıca kütləsinin təsirini zəiflədir, lakin insektisidlərdən istifadə etmədikdə bu zərərvericilər getdikcə çoxalır. Üzüm bağının müalicə olunmamış hissəsində yırtıcıların və parazitoidlərin çoxaldılması effektiv yanaşma hesab edilir, lakin bu texniki üsul zərərverici kütləsinin ağır təzyiqi altında müsbət nəticə verməyə də bilər. Unlu yastıcalara qarşı mübarizə apararkən üzüm bağının hər 20 hektarı üzrə bir hektar sahəni müalicə etməmək və zərərvericinin təbii düşmənlərini həmin hissələrdə saxlamaq məsləhət görülür. Unlu yastıcaların ifraz etdiyi şirin damcılarla qidalanan qarışqaları nəzarət altında saxlamaqla zərərvericiyə qarşı daha güclü mübarizə aparmaq olar, çünki bu zaman parazitlərin və yırtıcıların da mübarizə aparmasına şərait yaranır. Qarışqalar unlu yastıcaların təbii düşmənlərini məhv edərək onların şirin ifrazatı ilə qidalanır. Qarışqa kütləsini qoruyucu bitkilərlə ( məs. çölnoxudu) və ya tələlərlə nəzarət altında saxlamaq olar. Mübarizə tədbirləri barədə əlavə məlumatlar sonrakı səhifələrdə verilib. Unlu Yastıcalara Qarşı Mübarizə: Tənəklərin 4%-i yoluxduqda müalicəyə başlamaq lazımdır, əks halda təbii yırtıcılar zərərverici kütləsini nəzarət altında saxlayacaq və səpilmiş dərman zərərvericinin törətdiyi itkini üstələyəcək. Yayın Əvvəlində Görülən Mübarizə Tədbirləri: Belə tədbirlər pöhrənin hündürlüyü 15 sm olduqda həyata keçirilməlidir. QEYDLƏR: Buprofezin həşəratın boy atmasını tənzimləyən maddə olub erkən mərhələdə əmələ gələn sürfələri (nimfaları) məhv edərək onların qabıq altına doğru hərəkət etməsinin qarşısını alır. Maddəni pöhrələrin uzunluğu 15 sm olduqda səpmək lazımdır. Maksimum tətbiq norması mövsüm ərzində 710 qramdır. Mayenin çəndə qarışdırılması məsləhət görülmür._______________________________________
50
ÜZÜMÇÜLÜK
Yayın Sonunda Görülən Mübarizə Tədbirləri: QEYDLƏR: Spirotetramat yarpaqdan verilən insektisid olub floemaya və ksilemaya doğru sistemli şəkildə hərəkət edir. Bu kimyəvi preparatı ionsuz yayıcı-yapışdırıcı maddə ilə vermək lazımdır. Kimyəvi maye bitkinin bütün yarpaq örtüyünə nüfuz etməlidir. Dərmanın təsiri təxminən 4 həftədən sonra nəzərə çarpır. Spirotetramat insektisidi bal arılarının uçuşmadığı vaxtda, yəni səhər erkən və ya gecə vaxtı səpilməlidir. Yay Müalicəsi və Nəzarət Tədbirləri Mayın sonunda/iyunun əvvəlində yetişmiş üzüm tənəyinin mahmızlarını yoxlayın və dişi fərdlərin və ya qarışqaların olub olmadığını müəyyən edin. Üzüm bağının müxtəlif hissələrindən 20 ədəd tənək seçin. Hər tənəkdəki mahmızı yoxlayın və yoluxmuş tənəklərin sayını müəyyən edin. Qeyd etmək lazımdır ki, qarışqalar və şirin ifrazat unlu yastıcaların mövcudluğundan xəbər verir. Unlu yastıcanın müşahidə olunduğu tənəkləri xüsusi nəzarət formasında (məs. PDF formasında) qeyd edin. Əgər dişi unlu yastıcalar şərablıq və kişmişlik üzüm sortlarının 20%-nə sirayət edibsə, müalicəyə zəmanət vermək olar. Süfrə üzümü üçün yoluxma həddi isə 4%-dir. Unlu yastıcaları toplamaqla və otaq temperaturundə 2-4 həftə saxlamaqla (jelatinli kapsulda) saxlamaqla parazitləri aşkarlamaq olar. Əgər parazitlər aşkar edilərsə, onların sığınacaq tapması üçün üzüm bağının müəyyən hissələrini müalicə olunmamalıdır. Salxımlara Nəzarət Yaşlı oduncağa toxunan salxımlar iyunun 15-dən iyulun 15-nə kimi nəzarət altında saxlanılmalıdır. Əgər həmin dövrdə salxımlarınü üzərində sürünən həşərat aşkar edilməzsə, deməli yoluxma halı baş verməyib və ya ən aşağı səviyyədədir. Yay aylarında tək müalicənin aparılması üstün tutularsa, kimyəvi preparatı sürfələr yumurtadan çıxdıqdan sonra iyunun birinci və ikinci həftələrində yarpaqdan vermək lazımdır. Yay müalicəsi unlu yastıcaların kiçik və zəif olduğu müddətdə aparılmalıdır, çünki zərərverici böyüdükdən sonra müalicə effektiv nəticə verməyə bilər. Yetişmə mərhələsindən sonra gilələrin ləkələnməməsi üçün bitkinin yarpaq örtüyünə dərman səpmək lazımdır, çünki unlu yastıcalar salxıma girərsə və salxımlar örtülərsə, kimyəvi preparat zərərvericiyə təsir etməyəcək. Təsərrüfat işçilərinə unlu yastıcaları tanıtmaq və müalicəyə ehtiyacı olan tənəkləri nişanlamaq lazımdır.
51
ÜZÜMÇÜLÜK
Sükunətdə Olan Budaqcıqla Qidalanan Avropa Yastıcaları Avropa yastıcaları şirin şirə ifraz edir, həmin şirə damcılarının üzərində qara kif əmələ gəlir v ə yarpaqlara ləkə düşür. Avropa yastıcaları sayca çox olduqda üzüm tənəkləri inkişafdan dayana bilər.
Zədə Avropa yastıcaları şirin şirə ifraz edir, həmin şirə damcılarının üzərində qara kif əmələ gəlir v ə yarpaqlara ləkə düşür. Avropa yastıcaları sayca çox olduqda üzüm tənəkləri inkişafdan dayana bilər. Mübarizə Tədbirləri Parazitlər və yırtıcı həşəratlar zərərverici kütləsini ziyanlılıq həddindən aşağı səviyyədə saxlayır. Ona görə də insektisidlər yalnız zərərvericilərin həddən artıq yayıldığı təqdirdə istifadə edilməlidir. Unlu yastıcaların ifraz etdiyi şirin damcılarla qidalanan qarışqaları nəzarət altında saxlamaqla zərərvericiyə qarşı daha güclü mübarizə aparmaq olar. Qarışqaları insektisidlərlə və ya becərmə üsulları ilə məhv etmək olar.
Gecə Vaxtı Tumurcuqla Qidalanan Sovkalar Zədə Zərərvericilər uzunluğu bir neçə düym olan zoğlarla və şişmiş tumurcuqlarla qidalanır. Zədələnmiş tumurcuqlar inkişafdan dayana bilər və mövsümün əvvəlində zədələnmiş pöhrələri və tumurcuqları ikinci dərəcəli tumurcuqlar əvəz edir. İkinci dərəcəli tumurcuqların məhsuldarlığı üzümün sortundan asılı olaraq dəyişir, məs. Thompson Seedless və Chardonnay sortlarında ikinci dərəcəli tumurcuqların məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı olur. Ona görə də bu sortlarda nə qədər əsas tumurcuq məhv olarsa, bir o qədər salxım itkisi baş verər. 52
ÜZÜMÇÜLÜK
Mübarizə Tədbirləri Sovkaların vurduğu zədə və ya yoluxma halları ilə bağlı əvvəlki faktlar ayrı-ayrı üzüm bağları üçün nəzarət strategiyasının hazırlanmasında mühüm rol oynayır, çünki sovkalarla bağlı yaranan problemlər müxtəlif və ya lokal xarakterli olur. Əksər üzüm sortları belə mühüm zədələrə davam gətirir və iqtisadi itki yaranmır. Heç bir kimyəvi maddə sovkalara qarşı çox effektiv təsir göstərmir, ona görə də əksər hallarda müalicə üsullarını iqtisadi cəhətdən əsaslandırmaq mümkün olmur. Nəzarət və Müalicə İlə Bağlı Qərarlar Yazın əvvəlində şişmiş tumurcuqları yoxlamaq lazımdır. Sovkalara digər zərərvericilərlə birlikdə nəzarət etmək mümkündür (bax: YUBANMIŞ SÜKUNƏT VƏ TUMURCUQLAMA MƏRHƏLƏLƏRİNDƏ NƏZARƏT TƏDBİRLƏRİNİN GÖRÜLMƏSİ). Sovkalar yaz aylarında torpaqdan çıxaraq üzüm tənəklərinə dırmanır, günorta vaxtı tənək qabığının altında gizlənir, gecələr isə qidalanmaq üçün qabıqdan çıxır. Üzüm bağında müşahidə aparmaq üçün təsadüfi olaraq 5 yer seçmək və həmin yerlərdə yoluxmanın xronoloji ardıcıllığını yoxlamaq lazımdır. Bu məqsədlə seçilmiş yerlərin hər birində tumurcuğu zədələnmiş 4 ədəd tənəyi (20 tənək), hər tənəyin isə 5 tumurcuğunu (25 tumurcuq) yoxlayın. Sərin bölgələrdə tumurcuğun şişməsi və pöhrələrin boy atması mərhələləri arasındakı dövr daha uzun olduğu üçün nəzarət tədbirlərini 2-3 həftə ərzində həyata keçirmək lazım gələ bilər. Zədələnmiş tumurcuqların sayı üzümün sortundan asılı olaraq dəyişir. Əgər ikinci dərəcəli tumurcuqların məhsuldarlığı yüksəkdirsə, hətta əksər tumurcuqlar zədələnsə də, məhsul itkisi aşağı səviyyədə olacaq. 4%-dən az tumurcuq zədələnərsə, müalicənin aparılmasına ehtiyac qalmaya da bilər. Ümumiyyətlə, yoluxma halları lokal xarakter daşıdığı üçün üzüm bağının hərtərəfli müalicəsi nadir hallarda tələb olunur. Təsərrüfata ziyan vurmuş sovkaların sürfələrini gecə vaxtı tənəkdə müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, üzüm bağlarında digər zərərvericilərin (məs. tumurcuq güvələri, şıqqıldaqlar, budaq qurdları və s.) vurduğu oxşar zədələri də müşahidə etmək olar.
53
ÜZÜMÇÜLÜK
Üzüm Fillokserası (Viteus vitifolii Fitsh)
Qış yumurtası
Cinsi formalar
Qanadlı forma
Digər üzüm köklərinə keçməsi
Yarpaqda həyat tsikli
Kökdəki həyat tsikli Fillokseranın həyat tskili
Üzüm fillokserası xırda mənənələr olub Vitis vinifera növünün və digər calaqaltıların kökləri ilə qidalanıraq tənəklərin inkişafını yubadır yaxud onların məhvinə səbəb olur. Bu zərərvericilər daha sərin bölgələrdə müşahidə olunan ağır gilli torpaqlarda daha yaxşı inkişaf edir. Üzüm fullokserası daha ağır torpaq sahələrində müşahidə olunsa da, onların belə mühitdə vurduğu ziyan kəskin olmaya bilər. Bu mənənələr qumsal torpaqlarda yaşamır. Yetkin fərdlərin əksəriyyəti qanadsız dişi fərdlərdən ibarət olur. Dişi fərdlər oval formada olur, lakin yumurta qoyan fərdlər armuda bənzəyir. Dişi fərdlərin uzunluğu 0.1 santimetrdir və onların rəngi dəyişərək sarı, sarımtıl-yaşıl, yaşıl, açıq qəhvəyi, qəhvəyi və ya narıncı ola bilir. Nimfalar yetkin fərdlərə bənzəsə də, onlardan kiçik olur. Üzüm fillokserası bitkinin kök sistemində xırda nimfa formasında qışlayır. Bu nimfalar yaz aylarında, yəni torpağın temperaturu 280C dərəcə olduqda qidalanmağa başlayır, birinci inkişaf mərhələsində fəal sürünənə çevrilərək torpaq və ya külək vasitəsilə bir bitkidən digərinə keçə bilir. Zərərvericilər həmçinin qələm, avadanlıq və ya digər istehsal vasitələri ilə yayıla bilir. Yetkin filloksera qrup şəklində hərəkət edir və bitki kökünün xarici hissəsi ilə qidalanır. Payız aylarında torpağın temperaturu 15,50C dərəcədən aşağı düşdükdə zərərvericinin bütün inkişaf mərhələləri (kiçik nimfalar istisna olmaqla) dayanır. Üzüm fillokserası ildə 3-5 nəsil verir. Zədə Üzüm fillokserası üzüm tənəyinin kök sistemini (əsasən kökcükləri) zədələyərək onların şişməsinə səbəb olur. Zədələnmiş köklər sarımtıl rəngə çalır, lakin möhkəm köklərin üzərindəki şişmiş hissələri görmək mümkün olmur. Zərərvericinin qidalandığı hissələrdə nekroza məruz qalmış, yəni toxumaları ölmüş ləkələr müşahidə olunur. Bu ləkələr kök sisteminin əhatə edən və kök sisteminin əksər hissəsini məhv edən ikinci dərəcəli göbələk infeksiyasının yayılması nəticəsində əmələ gəlir. Beləliklə, kökü zədələnmiş tənək inkişafdan dayanır və məhsuldarlıq aşağı düşür. İnfeksiyanın kəskinliyi üzüm tənəyinin möhkəmliyindən, torpağın teksturasından və su sızdırma qabiliyyətindən asılı olaraq dəyişir. 54
ÜZÜMÇÜLÜK
Mübarizə Tədbirləri Fillokseranın kəskin təsir göstərdiyi bölgələrdə müqavimətli calaqaltıların əkilməsi ən effektiv mübarizə vasitəsi hesab edilir. Fillokseranı pestisidlə məhv etmək mümkün deyil, çünki kimyəvi maddələr zərərvericinin üstün tutduğu ağır gilli torpağa nüfuz edə bilmir. Bundan başqa, müalicənin effektivliyini qiymətləndirmək çətin olur, çünki zərərverici məhv edilsə də, zərərverici kütləsi qısa müddət ərzində təkrar olaraq inkişaf edə və tənəklə qidalanmağa başlaya bilər. Zərərvericinin kəskin təsirlərini aradan qaldırmaq üçün uzun müddət kimyəvi mübarizə aparmaq lazımdır, ona görə də daha güclü mübarizə strategiyasının hazırlanması məsləhət görülür. Tripslər
Nimfalar
Yetkin Fərdlər
Zərərvericinin Təsviri Tripslər – uzunluğu 0.1 sm olan xırda həşəratlardır. Zərərvericinin qanadları qabarıq nəzərə çarpır, rəngi isə sarı və qəhvəyi çalarlar arasında dəyişir. Üzüm və çiçək tripsləri təsərrüfata ziyan vuran ən mühüm zərərvericilərdir. Tripslərin hər iki növü əksər üzümçülük bölgələrində müşahidə oluna bilər. Üzüm bağlarında trips kütləsi əsasən iyul ayında pik həddə çatır və tənəklərin boy atdığı mərhələyə təsadüf edir. Bununla belə tripslərin sayı tənəyin inkişafdan dayanması ilə azalır. Qərbi çiçək tripsləri may ayında, yəni çiçəkləmə mərhələsində və daşıyıcı qışlıq bitkilərin quruduğu dövrdə çoxalır. Zədə Süfrə üzümü qərbi çiçək tripslərinin təsirinə qarşı həssasdır. Bu zərərvericilər çiçəkləmə mərhələsindən meyvə tutumu mərhələsinə kimi və sonrakı qısa dövr ərzində gilələrin üzərinə yumurta qoyaraq parlaq ləkə yaradır. Tripslərin hər iki növü üzüm gilələrini zədələyir və süfrə üzümünün bəzi ağ sortlarını satışa yararsız vəziyyətə salır. Tripslər bəzi hallarda Thompson Seedless və Red Globe sortlarını zədələyərək əsas problemə çevrilir. Zərərvericilər yay aylarında meyvəni deyil, yenicə boy atmış zoğları yeyir. Tripslər bəzi ərazilərdə, xüsusən sərin yağışlı havada (yazda) yenicə boy atmış pöhrələrlə qidalanır, zoğun inkişafını yubadır və yarpaqların qıvrılmasına səbəb olur. Üzüm tripsləri yazın sonunda və ya yayın əvvəlində zoğların ucunu zədələyir, lakının zədənin əlamətləri zərərverici kütləsi azaldıqdan sonra nəzərə çarpır. Yay aylarında tripslərin zədələdiyi yarpaq örtüyü daha çox müşahidə olunsa da, əksər üzüm sortları üçün problem yaranmır. 55
ÜZÜMÇÜLÜK
Mübarizə Tədbirləri Ümumiyyətlə, tripslər Azərbaycanın əksər bölgələrində kişmişlik və şərablıq üzüm sortları üçün cüzi problem yaradır, lakin sərin şimal bölgələrində yenicə cücərən zoğlarla qidalanaraq çoxalır. Bununla belə, süfrə üzümü tripsin təsirinə qarşı həssasdır və belə bağların müalicəsi tələb oluna bilər. Süfrə üzümü bağlarının idarə olunması ilə bağlı qərarlar zərərverici kütləsinə, sortun həssaslıq dərəcəsinə və əvvəlki ildə təsərrüfata dəymiş ziyana əsasən qəbul edilir. Üzüm pöhrələrinin və zoğlarının sürətlə boy atdığı dövrdə çiçəklər və salxımları yoxlayaraq (salxımları ağ lövhəyə silkəyərək) yetkin fərdlərin və ya sürfələrin, eləcə də kiçik yırtıcı böcəklərin olub olmadığınu müəyyən edin. Qərbi çiçək tripslərin normal kütləsi adətən bir salxımda 5-25 yetkin fərddən və 10-50 sürfədən ibarət olur. Kəskin hallarda bir salxıma 150 yetkin fərd, 300 sürfə hücum edə bilir, lakin üzüm tripslərinin dağıdıcı kütlə həddi hələlik müəyyən olunmayıb. Süfrə üzümünün çiçəkləmə mərhələsində müvafiq kimyəvi preparatlardan istifadə edərək gilələrin zədələnməsinin qarşısını almaq olar.
Tripsin Zədələdiyi Meyvə
Yarpaqbükən Tırtıllar
Yarpaqbükən Tırtıl (Yetkin Fərd)
Zərərvericilərin Təsviri Yarpaqbükən tırtıllar zəng formasında olub xortuma bənzəyən və baş nahiyəsindən qabağa çıxan qaramtıl-boz ağız aparatına malikdir. Zərərvericinin ön qanadları açıq boz rəngdədir, lakin qanadların ucu isə daha tünd rəngə çalır. Yarpaqbükən tırtıllar mumiyalaşmış üzüm gilələrində, alaq bitkilərində və bağa atılmış digər tullantıların içərisində sürfə formasında qışlayır. Yaz aylarında zərərvericinin sürfələri tam inkişaf edərək güvəyə çevrilir və güvələr də öz növbəsində üzüm yarpaqlarının üzərinə çiləkənə bənzəyən yumurta kütləsi qoyur. Təxminən 5 gündən sonra yumurtadan sürfə çıxır və həmin sürfələr iki cavan yarpağın arasında tor quraraq qidalanır. Qeyd etmək lazımdır ki, bu zərərvericilər digərlərindən fərqli olaraq yarpaqları burmur, onları bir-birinə bağlayaraq daxili hissələrlə qidalanır. Onların yuvalarını çiçəklərdə (may), salxımlarda (iyun-sentyabr), eləcə də yarpaqlarda və zoğların uc hissələrində müşahidə etmək olar. 56
ÜZÜMÇÜLÜK
Yarpaqbükən tırtıllar əksər hallarda üzüm yarpaqburanları ilə səhv salınır. İnkişaf mərhələlərindən asılı olaraq bu zərərvericinin baş nahiyəsi qara yaxud qəhvəyi kapsul formasında olur. Yetkin sürfələrin rəngi dəyişərək sarımtıl yaxud bozumtul olur və onların qarın nahiyəsində azca qabağa çıxmış kiçik şişlər görmək olar, lakin üzüm yarpaqburanlarında belə şişlər müşahidə olunmur. Bundan başqa, yarpaqbükən tırtıllar üzüm yarpaqburanlarından fərqli olaraq adətən torpağın üzərinə birbaşa deyil, tor sapı ilə düşür. Ümumiyyətlə, zərərvericinin il ərzində dörd uçuş dövrü olur və onların qismən uça bildiyi beşnci dövr isə daha isti illərə təsadüf edir. Yetkin fərdlər yaz aylarında (fevralaprel), mayın sonunda, iyulun ortalarında, avqustun sonunda və ya sentyabrın əvvəlində müşahidə olunur. Sürfələrin beş inkişaf mərhələsi vardır və birinci mərhələ həşəratlar uçmağa başladıqdan sonra başlayır. Zədə Yarpaqbükən tırtıllar üzüm bitkisinin yarpaqları, çiçəkləri və gilələri ilə qidalanır, eyni zamanda meyvəni çürüdərək üzüm bağlarına yetişmə mərhələsindən sonra ciddi ziyan vurur. Mübarizə Tədbirləri Zərərverici kütləsi yazda və yayın əvvəlində müşahidə olunsa da, yay aylarında artaraq üzüm gilələrinin çürüməsinə səbəb ola bilir. Yarpaqbükən tırtılların artmasının səbəbi daşıyıcı alaq otlarının quruması nəticəsində zərərvericilərin bağa köçməsi ola bilər. Mübarizə tədbirləri arasında ənənəvi qaydalar da mühüm rol oynayır. Əgər bu zərərvericilər üzüm bağında problem yaradıbsa, yaz müalicəsinin aparılması məsləhət görülür. Nəzarət tədbirlərinə uyğun olaraq bəzi kimyəvi mübarizə tədbirlərinin də həyata keçirilməsi lazım gələ bilər.
Üzüm Salxımında Qəhvəyi Qalxanlı Zərərli Bağacıq 57
ÜZÜMÇÜLÜK
2018-ci ildə qəhvəyi qalxanlı zərərli bağacıqlar Gürcüstanın meyvə-tərəvəz təsərrüfatlarına ciddi ziyan vurub. Bu zərərverici Azərbaycanda da müşahidə edilib və mübarizə üçün nəzərdə tutulmuş tələlər hal-hazırda idxal qeydiyyatından keçir. Təsərrüfatda yaxud evlərdə müşahidə olunan zərərli bağacıqları tutaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə göndərin. Bu zərərverici üzüm də daxil olmaqla 200-dən artıq meyvə-tərəvəz sortu ilə qidalanır. Zərərli bağacıqlara qarşı mübarizə aparmaq üçün aşağıdakı kimyəvi dərmanlardan istifadə etmək olar. Bu dərmanlar bir dəfədən artıq verilməlidir. Bunun üçün üzüm bağlarını gəzmək və zərərvericinin törədə biləcəyi təhlükəni qabaqcadan bilmək lazımdır. Zərərli bağacıqlar isti mühitdə yaşayır, ona görə də bu zərərvericiləri evin küncündə və ya maşının mühərrikində axtarmaq lazımdır. Yaz aylarında təsərrüfatın müxtəlif hissələrində tənəklərin altına ağ mələfə qoyaraq budaqları silkələyin, çünki zərərli bağacıqları ilin bu fəslində yuxuya gedir və asanlıqla yerə düşür.
58
ÜZÜMÇÜLÜK
Gələcəkdə digər məhsullardan da istifadə etmək olar. Bəzi məhsullar zəhərlilik dərəcəsinə və ya bazarda mövcud olmadığına görə siyahıya daxil edilməyib. Xəstəliklərə və Zərərvericilərə Qarşı Kompleks Mübarizə Tədbirləri (İPM) Üzüm bitkisinin həyata sikli aşağıdakı 8 müxtəlif mövsümdən ibarətdir: Süfrə Üzümü Üçün İllik İPM Proqramı 1.Yubanmış sükunət dövrü, 2.Tumurcuqlama dövrü, 3.Zoğların sürətlə boy atdığı dövr, 4.Çiçəkləmə-yetişmə dövrü, 5.Yetişmə dövrü (əksər meyvənin yetişdiyi dövr), 6.Məhsul yığımı dövrü, 7.Məhsul yığımından sonrakı dövr, 8.Sükunət dövrü. Üzüm tənəyi bu mərhələlərdə müxtəlif zərərvericilərin təsirinə məruz qalır. Mövsüm ərzində xəstəliklərə və zərərvericilərə qarşı aşağıdakı qaydada mübarizə aparmaq olar: Yubanmış Sükunət Dövrü * Üzüm bağının müxtəlif hissələrində təsadüfi olaraq 15 tənək seçin, * İsti havada (temperatur 180C dərəcədən yuxarı olduqda) bitkinin əsas və ikinci dərəcəli gövdələrini, mahmızları yoxlayın və aşağıdakı zərərvericinin olub olmadığını müəyyən edin: 59
ÜZÜMÇÜLÜK
Cərgəarası Hissələrin Təmizlənməsi * Üzüm bağına lazımi qayğını göstərməklə həşəratları və gəmiriciləri məhv etmək, eləcə də tənəyin kök sistemində sağlam mühit yaratmaq olar. Tənək cərgələri arasında becərmə avadanlıqlarından istifadə etmək olmaz. Müasir elmiaraşdırmaların heç biri cərgə arasının becərilməsini, daha dəqiq desək şumlanılmasını tövsiyə etmir. Əvvəl qeyd olunduğu kimi, alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün otbiçən avadanlıqlardan və herbisidlərdən istifadə etmək lazımdır. Cərgəarası hissələri tumurcuqlama mərhələsindən qabaq təmizlədikdə aşağıdakı halların qarşısını almaq mümkündür: * Kultivator, otbiçən avadanlıq və herbisidlərlə alaq bitkilərinə qarşı mübarizə aparmaq, * Hündür qoruyucu bitkilərin biçilməsi Üzüm bağlarında alaq bitkilərini biçdikdən sonra aşağıdakı zərərvericiləri və ya onların vurduğu ziyanı müşahidə etmək olar: * Gəmiricilər, * Budaq qurdları, * Şıqqıldaqlar, * Tumurcuq güvələri, * Gövdə xəstəliklərinin təsiri nəticəsində qurumuş mahmızlar.
Süfrə Üzümü Bağlarının Məhsul Yığımından Sonrakı Dövrdə İdarə Olunması Ekspertlərin əksəriyyəti bir faktla razılaşır ki, məhsula toxunmaqla və ya dadmaqla yığım vaxtını asanlıqla təyin etmək olar. Üzüm gilələri yumşaq, dadı isə şirin olmalıdır. Ən isti günlərdə meyvənin tərkibindəki şəkərin miqdarı artır, lakin istehsalçılar adətən yığım vaxtını bu parametrlərə əsasən dəyişə bilmirlər. Üzüm meyvəsi 20-250C dərəcədə yetişir. Məhsulun daşınması və saxlanılması üçün 0 ən uyğun temperatur səviyyəsi 0 C dərəcədir. Yığılmış üzümün daxili temperaturu nə qədər tez aşağı salınarsa, onun saxlanma və istifadə müddəti bir o qədər uzanar. Ona görə də yığılmış məhsulun kölgəli yerdə saxlanaraq mümkün qədər tez bir müddətdə anbara daşınması məsləhət görülür. Anbarın rütubətlilik səviyyəsi də mühüm əhəmiyyət kəsb edir. Süfrə üzümünün daşınması və saxlanılması üçün 85-90% rütubətin olması tövsiyə edilir. Əksər soyuducu anbarda rütubətlilik səviyyəsini qaldırmaq üçün nəmləndirici cihazlardan istifadə edilir. Nəmləndirici cihazlarla təchiz olunmamış anbarlarda isə döşəməyə su çiləməklə rütubətli mühit yaratmaq olar. Üzümdən başqa taxta və kağız qablar da suyu udur, ona görə də qablaşdırma materiallarına diqqətlə yanaşmaq və lazımi miqdarda sudan istifadə etmək lazımdır. Üzüm bitkisi klimakterikdir, yəni etilen qazına alma yaxud armud kimi güclü reaksiya göstərmir, ona görə də bu məhsulun nəzarətli mühitdə (CA) saxlanılmasına ehtiyac yoxdur. SO2 ilə müalicə olunmayan üzümün saxlanma müddəti 2-4 həftədir. Saxlanma müddətinin SO2 vasitəsilə uzadılması növbəti bölmədə müzakirə olunacaq. 60
ÜZÜMÇÜLÜK
Dünyanın əksər ölkələrində üzüm meyvəsi aşağıdakı qaydada qablaşdırılır: Qeyd etmək lazımdır ki, üzüm qabları əvvəlcə ön soyutma kamerasına qoyulur, sonra isə adi soyutma kamerasında 0 saxlanılır. Meyvənin 2-3 mərhələdə (hər mərhələdə 10 C aşağı salmaqla) soyudulması məsləhət görülür. Üzüm bağında ani ehtiyatsız və kobud hərəkət süfrə üzümünün tökülməsinə səbəb olur, ona görə də məhsulu ehtiyatla qaba yığmaq, nəqliyyat vasitəsinin təkərini bir az boşaltmaq və mümkün qədər düz yola çıxmaq lazımdır. Məhsulu uzun müddətə daşıyan nəqliyyat vasitəsinin amortizasiyası işlək vəziyyətdə olmalıdır. Üzüm salxımları yığımdan soyumağa başladığı müddətə kimi öz çəkisinin 5%-ni 0 buxarlanma nəticəsində itirir. Süfrə üzümü soyutma mərhələsinə kimi 20 C dərəcədə 0 8 saat qala bilir, lakin bu müddət 30 C dərəcədə 1.5 saat azalır. Təzyiqli Hava ilə Soyutma Müasir soyuducu anbarların əksəriyyətində təzyiqli hava sistemindən istifadə olunur. Yuxarıdakı şəkildə yük altlıqlarının (paletlərin) təxminən bir metr aralıqda cərgəyə yığılması üsulu göstərilib. Cərgənin sonunda ventilyator olmalı və yükün üstü brezentlə örtülməlidir. Brezent örtük soyuq havanın bütün yeşiklərə yayılmasına kömək edir. Təzyiqli hava ilə işləyən soyutma avadanlıqları SO2 fumiqasiyası ilə təchiz olunur. Müştərilər xoşlamasa da, hər yeşiyə kükürd paketi qoyulur və SO2 fumiqasiyası yığımdan sonra yarana biləcək bir çox xəstəlikləri, o cümlədən Botrytis xəstəliyinin qarşısını almağa kömək edir. Fumiqasiyanın effektiv təsir göstərməsi üçün belə tədbirlərin yığımdan sonra 12 saat ərzində həyata keçirilməsi məsləhət görülür. Bununla belə, SO2 fumiqasiyası nəzarətli (CA) yaxud dəyişdirilmiş (MA) saxlanma sistemlərinə uyğun gəlmir. Qeyd etmək lazımdır ki, zədələnmiş üzümə nüfuz edən SO2 qazı məhsula əlavə ziyan vura bilir. SO2 qazı ilkin fumiqasiyadan sonra havanı tənzimləyir və əgər üzüm məhsulu soyuducu kamerada daha uzun müddətə saxlanılarsa, ventilyatorlar 3 saat ərzində yüksək sürətlə işləməlidir.
61
ÜZÜMÇÜLÜK
Əksər hallarda üzüm məhsulu digər meyvələrlə birlikdə saxlanılır. Azərbaycanda 0 yetişdirilən aşağıdakı məhsullar üzümlə birlikdə 0-2 C dərəcədə və 85-95% rütubətlilik səviyyəsində saxlanıla bilər: * Armud * Çiyələk * Nar * Ərik * Gavalı * Gilas * Moruq * Kivi * Nektarin, * Şaftalı Beləliklə, məhsul yığımından sonrakı dövrdə Botrytis xəstəliyinə qarşı mübarizə aparmaq üçün 2 alternativ variantdan istifadə etmək olar. Birinci variant soyuducu anbarın SO2 qazı ilə fumiqasiya olunması, ikinci variant isə dəlikli plastik paket araqatına soldium metasulfit tərkibli paketlərin yerləşdirilməsidir. Üzüm istehsalçısı məhsul yığımından sonrakı dövrdə aşağıdakı məqsədləri həyata keçirməlidir: * Üzümün mümkün qədər tez bir müddətdə soyudulması, * Yığımdan sonra 12 saat ərzində Botrytis cinerea infeksiyasının SO2 fumiqasiyası ilə aradan qaldırılması. * Əmək xərclərinin azaldılması və məhsulun zədələnməməsi üçün daşınmanın həyata keçirilməsi. 7 gündən artıq saxlanılan üzüm üçün müvafiq ventilyatorların 3 saat ərzində işlədilməsi. Bu məqsədlər iki yolla həyata keçirilə bilər: 1) üzümün qablaşdırma məntəqəsindəqablaşdırılması, 2) üzümün yığımdan sonra dərhal sahədə qablaşdırılması. ABŞ-da əmək xərclərinə qənaət etmək və soyutma-fumiqasiya prosesini sürətləndirmək üçün əksər üzüm məhsulunun sahədə qablaşdırılmasına üstünlük verilir. Məhsulun sahədə qablaşdırılması: Məhsul yığılır, təmizlənir və plastik qablarda daşınır. Həmin plastik qablar digər şəxs tərəfindən plastik yeşiklərə yığılaraq tərəzidə çəkilir və məhsulun çəkisi tənzimlənir. Bundan sonra məhsulu qablaşdırıan şəxs onu kölgəli yaxud üstüörtülü yerdə (mümkün qədər sərin mühitdə) saxlayır. Üstüörtülü yerdə qablaşdırma: Məhsul yığılır, təmizlənmir və xüsusi səbətlə kölgəli yerə gətirilir. Bundan sonra üstüörtülü yerdə təmizlənən məhsul çeşidlənərək (adətən iki yerə ayrılır) yeşiklərə yığılır və tərəzidə çəkilir.
62
ÜZÜMÇÜLÜK
Aşağıdakı cədvəldə hər iki sistemin xüsusiyyətləri verilib: Məhsul Yığımında Sonra Görülən Tədbirlər
SO2
Qeyd etmək lazımdır ki, bu iki proses arasındakı yeganə fərq sahədə yığılmış meyvənin elə sahədəcə təmizlənib soyuducu anbara göndərilməsidir. Məhsul hər iki halda çəkilir və eyni formada qablaşdırılır. Mövsümün ortalarında və ya sonunda yığılmış üzüm məhsulu paketlə örtərək onların qopub yerə düşməsinin qarşısını almaq və keyfiyyətini qorumaq olar. Vitis vinifera (Adi Üzüm) və Vitis labrusca (Amerikan Üzümü) Növlərinin Soyuducu Anbarda Saxlanılması
63
ÜZÜMÇÜLÜK
Torpaq Nümunələrinin Götürülməsi və Nəticələrin Şərh Olunması Üzüm bağlarında torpaqdakı qida maddələrini analiz etmək üçün ən uyğun vaxt yaz aylarıdır. Həmin dövrdə qida maddələrində, pH səviyyəsində və üzvi maddələrdə uzun illər boyu baş vermiş dəyişikliklər yoxlanılır. Torpaqdakı ayrıla bilən qida maddələrinin miqdarı payız aylarında, yəni məhsul yığımından sonra azalır, yaz aylarında isə pH səviyyəsi yüksəlir. Ona görə də üzüm bağlarında torpağın qida tərkibinin daha asan müqayisə olunması üçün torpaq nümunələrinin məhz həmin ildə götürülməsi tövsiyə edilir. Məhsuldar üzüm bağlarında belə analizin iki-üç ildə bir dəfə aparılması məqsədə uyğundur. Torpaq nümunələrinin lazımi səviyyədə götürülməsi üçün müvafiq alətlərdən, məs. zonddan, beldən, təmiz plastik vedrədən və ya qutudan, təsərrüfatın xəritəsindən və markerdən istifadə etmək lazımdır. Bundan sonra üzüm bağını eyni torpaq teksturasına, maililik dərəcəsinə, üzvi maddə tərkibinə və məhsul göstəricilərinə malik olan daha kiçik hissələrə bölün. Torpaq nümunələrinin götürüldüyü hissələri xəritədə nişanlayın ki, müqayisə üçün eyni hissələrin təkrar analizini aparmaq asan olsun. Üzüm bağında torpaq nümunələrini ziqzaq formasında götürün. Bir nümunə 5 akrlıq (və ya daha kiçik) sahəni əhatə etməlidir. Əgər üzüm bağı bir formadadırsa, bir torpaq nümunəsi 10 akrlıq sahəni əhatə edə bilər. Sahənin kənarlarından və cərgələrin sonundan nümunə götürməyin. Beləliklə, 15-20 yerdə təxminən 8 düym dərinlikdə torpaq nümunələri götürərək toplayın, onları plastik vedrəyə yığın və analiz üçün bir pinta torpaqdan istifadə edin. Kation mübadiləsi həcmi (CEC) dedikdə torpağın gübrələri və ya qida maddələrini özündə saxlamaq qabiliyyəti nəzərdə tutulur. CEC qiyməti torpaq hissəciklərinin özündə saxladığı kalium (K), kalsium (Ca), maqnezium (Mg) və hidrogen (H) maddələrinin torpaqdakı qiymətlərini toplamaqla hesablanır. Torpağın tərkibindəki gilin və üzvi maddələrin miqdarı nə qədər çox olarsa, CEC qiyməti bir o qədər yüksək olar. CEC qiyməti yüksək olan torpaq növlərində qida maddələri və pH səviyyəsi sabit olur. CEC qiyməti 6me/100 qramdan kiçik olan torpaq növlərində isə K2CA və Mg qiymətləri daha tez dəyişə bilir. Gillicəli-qumlu və qumlu torpaq sahələrində CEC qiyməti 8-dən aşağı olur. Qumlugillicəli torpaqların CEC qiyməti isə əksər hallarda 8-12 arasında dəyişir. Gillicəli, gilligillicəli və gilli torpaqların CEC qiyməti adətən 12-dən yüksək olur. Torpağın CEC qiyməti dəyişdikcə pH səviyyəsi də dəyişir. Qeyd etmək lazımdır ki, torpağın CEC qiyməti nə qədər yüksək olarsa, qida maddələrini özündə saxlamaq qabiliyyəti də bir o qədər güclü olar. 64
ÜZÜMÇÜLÜK
Üzüm bağlarında torpağın pH göstəricisi turşu və ya qələvi mühitini qiymətləndirmək üçün istifadə edilir. pH şkalası 0-14 həddindədir. Bu şkalada 7 neytral qiymətdir, yəni 7-dən aşağı qiymət turşu mühitinin, yuxarı qiymət isə qələvi mühitinin göstəricisidir. Torpağın 5.5-6.5 həddində olan pH səviyyəsi üzüm üçün optimal göstərici hesab edilir və qida maddələrinin tarazlığı belə torpaq mühitində daha yaxşı saxlanılır. Üzüm tənəyi 4.0-8.5 pH həddində də boy atır, lakin pH səviyyəsi 5.5—dən aşağı və ya 8-dən yuxarı olduqda qida maddələrinin mənimsənilməsi çətinləşir, mikrobların fəaliyyəti zəifləyir və məhsuldarlıqla bağlı problemlər yaranır. Qeyd etmək lazımdır ki, torpağın pH səviyyəsi aşağı düşdükdə əksər mikroqida maddələrinin (Mn, Cu, Zn və B) mənimsənilməsi çətinləşir. Torpağın pH səviyyəsi əksər hallarda müxtəlif gübrələrin və kükürdün uzunmüddətli istifadəsi nəticəsində aşağı düşür. Amerika sortları (Concord, Niagara və s.) üçün üstün tutulan pH həddi: 5.0-6.5 (5.6 və ya daha yüksək). Evropanın hibrid sortları üçün üstün tutulan pH həddi: 5.5-6.5 (7.0 pH səviyyəsinə kimi davam gətirir). Torpaqda pH Səviyyəsinin Tənzimlənməsi pH səviyyəsinin 7.0-dan yuxarı olması: Kükürddən və ya turşu mühiti yaradan gübrələrdən, məs. karbamiddən və ya ammonium sulfatdan istifadə edərək pH səviyyəsini damla suvarma vasitəsilə 6.5-6.0 həddinə salmaq olar. Torpağın tərkibindəki üzvi maddələr. Üzvi maddələr torpağın strukturunu yaxşılaşdırır, nəmlik səviyyəsini və münbitliyini artırır. Üzvi qida maddənin 2-3% olması üzüm bitkisi üçün ideal səviyyə hesab edilir. Azot maddəsi il ərzində üzvi maddələrdən ayrılır (torpaqda mövcud olan üzvi maddəninbir faizi üzrə təxminən 20 funt/ akr), yəni əgər üzüm bağında üzvi maddə tərkibi optimal səviyyədə (2-3%) olarsa, il ərzində akr üzrə 40-60 funt azot ayrılır. Üzvi maddə tərkibi zəngin olan torpaq sahələrində yetişdirilən üzüm şaxtaya qarşı bir o qədər davamlı olmur. Torpağın tərkibindəki azotun həddən artıq çox miqdarda olması payız aylarında bitkinin daha çox qol-budaq atmasına səbəb olur və pöhrələrin qış mühitinə uyğunlaşmaq üçün vaxtı qalmır. Kaliumun və fosforun tövsiyə olunan tətbiq normaları və azotla bağlı tövsiyələr torpaq analizinin nəticələrində verilir. Azotun yarısı adətən tumurcuqlama mərhələsində, yerdə qalan hissəsi isə çiçəkləmə mərhələsində verilir. Azot gübrəsi yetişmə mərhələsinə kimi verilməlidir, çünki üzüm bitkisi məhz bu mərhələdən, yəni vegetasiya dövründə azotu mənimsəyir. Yayın ortalarında və ya sonunda verilmiş azot gübrəsi payız aylarında (tənəklərin bərkidiyi və sükunət dövrünə hazırlaşdığı mərhələdə) bitkinin vegetativ inkişafını sürətləndirir. 65
ÜZÜMÇÜLÜK
Qələvili Torpaq Ağır gilli, gilli-gillicəli, eləcə də əhəng tərkibi və pH səviyyəsi yüksək olan torpaq sahələri yüksək miqdarda turşu ilə (bax: Cədvəl 1) təmin olunmalıdır. Turşu mühitini sevən bitkilərin belə torpaqlarda yetişdiriməsi məsləhət görülmür, çünki torpağın pH səviyyəsinin aşağı salmaq üçün tələb olunan gübrələr ilkin mərhələdə həll oluna bilən duzların həddən artıq artmasına səbəb olur və pH səviyyəsi nəticə etibarilə aşağı düşür. Belə torpaq növləri üçün nəzərdə tutulmuş ən yaxşı strategiya yüksək pH mühitinə uyğunlaşa bilən bitki növlərinin seçilməsidir.
66
USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan