
4 minute read
götürülməsiTorpağın analizi üçün nümunələrin
Torpaq Nümunələrinin Götürülməsi və Nəticələrin Şərh Olunması
Üzüm bağlarında torpaqdakı qida maddələrini analiz etmək üçün ən uyğun vaxt yaz aylarıdır. Həmin dövrdə qida maddələrində, pH səviyyəsində və üzvi maddələrdə uzun illər boyu baş vermiş dəyişikliklər yoxlanılır. Torpaqdakı ayrıla bilən qida maddələrinin miqdarı payız aylarında, yəni məhsul yığımından sonra azalır, yaz aylarında isə pH səviyyəsi yüksəlir. Ona görə də üzüm bağlarında torpağın qida tərkibinin daha asan müqayisə olunması üçün torpaq nümunələrinin məhz həmin ildə götürülməsi tövsiyə edilir. Məhsuldar üzüm bağlarında belə analizin iki-üç ildə bir dəfə aparılması məqsədə uyğundur. Torpaq nümunələrinin lazımi səviyyədə götürülməsi üçün müvafiq alətlərdən, məs. zonddan, beldən, təmiz plastik vedrədən və ya qutudan, təsərrüfatın xəritəsindən və markerdən istifadə etmək lazımdır. Bundan sonra üzüm bağını eyni torpaq teksturasına, maililik dərəcəsinə, üzvi maddə tərkibinə və məhsul göstəricilərinə malik olan daha kiçik hissələrə bölün. Torpaq nümunələrinin götürüldüyü hissələri xəritədə nişanlayın ki, müqayisə üçün eyni hissələrin təkrar analizini aparmaq asan olsun.
Advertisement
Üzüm bağında torpaq nümunələrini ziqzaq formasında götürün. Bir nümunə 5 akrlıq (və ya daha kiçik) sahəni əhatə etməlidir. Əgər üzüm bağı bir formadadırsa, bir torpaq nümunəsi 10 akrlıq sahəni əhatə edə bilər. Sahənin kənarlarından və cərgələrin sonundan nümunə götürməyin. Beləliklə, 15-20 yerdə təxminən 8 düym dərinlikdə torpaq nümunələri götürərək toplayın, onları plastik vedrəyə yığın və analiz üçün bir pinta torpaqdan istifadə edin. Kation mübadiləsi həcmi (CEC) dedikdə torpağın gübrələri və ya qida maddələrini özündə saxlamaq qabiliyyəti nəzərdə tutulur. CEC qiyməti torpaq hissəciklərinin özündə saxladığı kalium (K), kalsium (Ca), maqnezium (Mg) və hidrogen (H) maddələrinin torpaqdakı qiymətlərini toplamaqla hesablanır. Torpağın tərkibindəki gilin və üzvi maddələrin miqdarı nə qədər çox olarsa, CEC qiyməti bir o qədər yüksək olar. CEC qiyməti yüksək olan torpaq növlərində qida maddələri və pH səviyyəsi sabit olur. CEC qiyməti 6me/100 qramdan kiçik olan torpaq növlərində isə K2CA və Mg qiymətləri daha tez dəyişə bilir. Gillicəli-qumlu və qumlu torpaq sahələrində CEC qiyməti 8-dən aşağı olur. Qumlugillicəli torpaqların CEC qiyməti isə əksər hallarda 8-12 arasında dəyişir. Gillicəli, gilligillicəli və gilli torpaqların CEC qiyməti adətən 12-dən yüksək olur. Torpağın CEC qiyməti dəyişdikcə pH səviyyəsi də dəyişir. Qeyd etmək lazımdır ki, torpağın CEC qiyməti nə qədər yüksək olarsa, qida maddələrini özündə saxlamaq qabiliyyəti də bir o qədər güclü olar.
64
ÜZÜMÇÜLÜK
Üzüm bağlarında torpağın pH göstəricisi turşu və ya qələvi mühitini qiymətləndirmək üçün istifadə edilir. pH şkalası 0-14 həddindədir. Bu şkalada 7 neytral qiymətdir, yəni 7-dən aşağı qiymət turşu mühitinin, yuxarı qiymət isə qələvi mühitinin göstəricisidir. Torpağın 5.5-6.5 həddində olan pH səviyyəsi üzüm üçün optimal göstərici hesab edilir və qida maddələrinin tarazlığı belə torpaq mühitində daha yaxşı saxlanılır. Üzüm tənəyi 4.0-8.5 pH həddində də boy atır, lakin pH səviyyəsi 5.5—dən aşağı və ya 8-dən yuxarı olduqda qida maddələrinin mənimsənilməsi çətinləşir, mikrobların fəaliyyəti zəifləyir və məhsuldarlıqla bağlı problemlər yaranır. Qeyd etmək lazımdır ki, torpağın pH səviyyəsi aşağı düşdükdə əksər mikroqida maddələrinin (Mn, Cu, Zn və B) mənimsənilməsi çətinləşir. Torpağın pH səviyyəsi əksər hallarda müxtəlif gübrələrin və kükürdün uzunmüddətli istifadəsi nəticəsində aşağı düşür. Amerika sortları (Concord, Niagara və s.) üçün üstün tutulan pH həddi: 5.0-6.5 (5.6 və ya daha yüksək).
Evropanın hibrid sortları üçün üstün tutulan pH həddi: 5.5-6.5 (7.0 pH səviyyəsinə kimi davam gətirir).
Torpaqda pH Səviyyəsinin Tənzimlənməsi
pH səviyyəsinin 7.0-dan yuxarı olması: Kükürddən və ya turşu mühiti yaradan gübrələrdən, məs. karbamiddən və ya ammonium sulfatdan istifadə edərək pH səviyyəsini damla suvarma vasitəsilə 6.5-6.0 həddinə salmaq olar.

Torpağın tərkibindəki üzvi maddələr. Üzvi maddələr torpağın strukturunu yaxşılaşdırır, nəmlik səviyyəsini və münbitliyini artırır. Üzvi qida maddənin 2-3% olması üzüm bitkisi üçün ideal səviyyə hesab edilir. Azot maddəsi il ərzində üzvi maddələrdən ayrılır (torpaqda mövcud olan üzvi maddəninbir faizi üzrə təxminən 20 funt/ akr), yəni əgər üzüm bağında üzvi maddə tərkibi optimal səviyyədə (2-3%) olarsa, il ərzində akr üzrə 40-60 funt azot ayrılır. Üzvi maddə tərkibi zəngin olan torpaq sahələrində yetişdirilən üzüm şaxtaya qarşı bir o qədər davamlı olmur. Torpağın tərkibindəki azotun həddən artıq çox miqdarda olması payız aylarında bitkinin daha çox qol-budaq atmasına səbəb olur və pöhrələrin qış mühitinə uyğunlaşmaq üçün vaxtı qalmır.
Kaliumun və fosforun tövsiyə olunan tətbiq normaları və azotla bağlı tövsiyələr torpaq analizinin nəticələrində verilir. Azotun yarısı adətən tumurcuqlama mərhələsində, yerdə qalan hissəsi isə çiçəkləmə mərhələsində verilir. Azot gübrəsi yetişmə mərhələsinə kimi verilməlidir, çünki üzüm bitkisi məhz bu mərhələdən, yəni vegetasiya dövründə azotu mənimsəyir. Yayın ortalarında və ya sonunda verilmiş azot gübrəsi payız aylarında (tənəklərin bərkidiyi və sükunət dövrünə hazırlaşdığı mərhələdə) bitkinin vegetativ inkişafını sürətləndirir.
Qələvili Torpaq
Ağır gilli, gilli-gillicəli, eləcə də əhəng tərkibi və pH səviyyəsi yüksək olan torpaq sahələri yüksək miqdarda turşu ilə (bax: Cədvəl 1) təmin olunmalıdır. Turşu mühitini sevən bitkilərin belə torpaqlarda yetişdiriməsi məsləhət görülmür, çünki torpağın pH səviyyəsinin aşağı salmaq üçün tələb olunan gübrələr ilkin mərhələdə həll oluna bilən duzların həddən artıq artmasına səbəb olur və pH səviyyəsi nəticə etibarilə aşağı düşür. Belə torpaq növləri üçün nəzərdə tutulmuş ən yaxşı strategiya yüksək pH mühitinə uyğunlaşa bilən bitki növlərinin seçilməsidir.


USAID/Azerbaijan The Landmark Building 96 Nizami street Baku, Azerbaijan https://www.usaid.gov/Azerbaijan
