32 minute read

Suvarma

Next Article
Gübrələmə

Gübrələmə

Qurşaqlanmış Tənək Qurşaqlama

Mikroçiləmə və ya damla suvarma sistemləri üzüm bağlarının suvarılması üçün istifadə olunan ən yaxşı sistemlərdir. Bu sistemlərin üstün cəhəti ondan ibarətdir ki, zərurət yarandıqda lazımi gübrələri suvarma suyu vasitəsilə optimal miqdarda vermək mümkündür. Mikroçiləmə və ya damla suvarma sistemi olmadıqda selləmə suvarmadan istifadə edilir, lakin bu zaman torpaq təbəqəsi kipləşərək bitkinin boy atmasına mane olur. Suvarma suyu istifadə olunan suvarma sistemindən asılı olmayaraq lazımi miqdarda verilməlidir. Gilli torpaqda gil hissəcikləri suyu özündə saxlayır və bitkinin kökləri suvarma suyunu lazımi miqdarda qəbul edə bilmir. Bu məqsədlə sensorlu cihazların istifadə edilməsi məsləhət görülür. Belə cihazların bir neçə növü Azərbaycanda mövcuddur. Qeyd etmək lazımdır ki, belə cihazlar baha deyil və təsərrüfatın məhsuldarlığını artırır.

Advertisement

Hazırkı bölmədə xəstəliklərə qarşı mübarizə aparmaq üçün istifadə olunan əksər pestisidlərdən bəhs edilir. Bu məqsəd üçün ən təhlükəsiz və effektiv pestisidlər məsləhət görülür, lakin istənilən pestisid nə qədər təhlükəsiz olsa da, müəyyən risklərin yaranmasına səbəb olur, ona görə də istənilən halda fərdi mühafizə vasitələrindən, məs. rezin çəkmələrdən, qoruyucu gözlükdən, respiratordan, kombinezondan və s. istifadə etmək lazımdır. istifadə olunmuş qoruyucu geyimi digər adi geyimlərlə birlikdə yumaq olmaz. Bu, xüsusən uşaqlar üçün təhlükə yaradır. Ümumiyyətlə, istifadə olunmuş bütün fərdi mühafizə vasitələri ayrıca olaraq yuyulmalıdır.

Xəstəliklərin Müəyyən Edilməsi və Mübarizə Tədbirləri

Aşağıdakı təlimatlara həmişə əməl etmək lazımdır: * pH səviyyəsini 6.5-7.0 həddinə kimi aşağı salan yayıcı-yapışdırıcı maddəni təmiz quyu suyuna əlavə edin. Bəzi hallarda pestisidin tərkibində yayıcı-yapışdırıcı maddə olur, ona görə də səpməzdən qabaq onun etiketini oxuyun. * Pestisidi səhər erkən və ya axşam tərəfi (çağı) səpin. Belə vaxtda bal arıları sahədə uçuşmur, hava sərin olur və məhsul gec quruyaraq daha yaxşı təsir göstərir. * Etiketdə verilmiş bütün təlimatlara əməl edin. Bel təlimatlarda dərmanın tətbiqindən sonra bağa girmək yaxud məhsul yığmaq üçün təyin olunmuş vaxt intervalları da göstərilir. Azərbaycanın üzümçülük təsərrüfatlarında aşağıdakı xəstəliklər müşahidə edilir: * Unlu şeh * Qara çürümə * Antraknoz * Fomopsioz və yarpaq ləkəsi * Yalançı unlu şeh * Botrytis salxım çürüməsi * Yarpaq ləkəliliyi * Yay çürüməsi Yuxarıda qeyd olunduğu kimi, pestisidlərin (xüsusən funqisidlərin) xəstəliklərə qarşı mübarizədə zəif təsir göstərməsi bir neçə səbəbdən, məs. suyun pH səviyyəsindən, yayıcı-yapışdırıcı maddənin əlavə edilməməsindən, dərmanın bütün bitki hissələrinə nüfuz etməməsindən və s. irəli gəlir!

Üzüm Bağlarında Dörd Əsas Göbələk Xəstəliyi və Onlara Qarşı Aparılan Mübarizə Tədbirləri

Yalançı Unlu Şeh Unlu Şeh Fomopsioz Qara Çürümə

Fomopsioz (Phomopsis viticola) • Xəstəlik törədici bitkinin böyük bir hissəsini yoluxdura bilir; simptomlar əsasən yarpaq və zoğlarda müşahidə olunur. Yarpaqlardakı simptomlar ilkin olaraq kiçik açıq-yaşıl ləkələr kimi zoğların alt yarpaqlarında görsənir. Daha sonra, ləkələr genişlənərək qara rəng alır və ətrafında sarı haşiyələr yaradır. Əgər bir yarpaq üzərində ləkələrin sayı həddən çox olarsa və bu kütləvi hal alarsa, bu zaman yarpaqlar saralır və tökülməyə başlayırlar. Xəstəliyin zoğlardakı əlamətləri özünü kiçik qara ləkələrlə göstərir və sonra ləkələr birləşərək qeyri stabit forma alır. Oxşar qara rəngli ləkələr çiçək salxımlarınada yoluxaraq onların məhvinə səbəb olur.

Patogen bütün vegetasiya müddətində giləmeyvələrə yoluxma qabiliyyətinə malikdir. Vegetasiyanin sonunda yoluxma demək olarki dayanır buna baxmayaraq giləmeyvələrdə cürümə prosesi gedir. • Sərin və rütubətli mövsümdə müşahidə olunur. • Qışlamaq imkanları mövcuddur. • Saplağın skeletini gizli şəkildə yoluxdurur. • Yoluxma sistemli xarakter daşıyır, yəni göbələk sporları qış aylarında gövdənin (saplağın) daxilində sığınacaq tapır.

Yazda qışlamış bitki qalığının içərisində olan kisələrdən patogenin sporlarının üst qata çıxması

Nəm hava şəraitində piknidisporların kisələrdən çölə çıxması. Yağış vasitəsilə cavan zoğlarda yarpaqlarda və salxımlara yoluxması və inkişaf etməsi

Yoluxmadan 3-4 həftə sonra yarpaq və zoğlar üzərində əlamətlər

Qış ərzində salxım üzərində patogenin veyvə bədəni

Kəskin yoluxma yaz və erkən yay müddətində Meyvə yoluxması çiçəkləmədən qısa zaman sonra

Meyvə və salxımların yoluxması mövsümün axırı və yığım qabağı

Üzümdə Fomopsioz xəstəliyinin həyat tsikli verilmişdir, patogeni (xəstəlik törədicisini) müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.

Fomopsioz Xəstəliyinə Qarşı Mübarizə:

* Pöhrələr 2-7 sm boy atdıqda dərmanlama proqramının icrasına başlayın. * Dərman pöhrələrin və salxımların bütün toxumalarına nüfuz etməlidir. * Üzüm gilələri noxud ölçüsündə olana kimi yoluxmanın birbaşa təsirinə qarşı daha da həssaslaşır. * Salxımın toxuması adətən məhsul itkisinin azaldılmasında çox mühüm rol oynayır. * Yoluxmuş və infeksiya mənbəyi olan bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır. EBDC (Mancozeb və digər dərmanlar), Captan, Strobilurins effektiv təsir göstərir. Fomopsioz və yarpaq ləkəsi – Rütubətli yaz aylarında həssas üzüm sortlarının salxımında baş vermiş infeksiyaya qarşı mübarizə aparmaq lazımdır. Aşağıdakı kimyəvi mübarizə vasitələrindən istifadə etməklə kal salxımın saplağında yarana biləcək infeksiyanın qarşısını almaq olar. Bu boyatma mərhələsində aşağıdakı kimyəvi dərmanların maksimum tətbiq normasından istifadə etməmək də olar:

Captan 50 2-4 lb yaxud Captan 80 WDG 1.25-2.5 lb yaxud Captec 4L 1-2 qt yaxud Dithane DF 2-4 lb yaxud Dithane M45 yaxud Manzate 75 DFç Penncozeb 75 DF yaxud DithaneF-45 1.6 -3.2 qt

Qara Çürümə (Guignardia bidwellii)

Qara çürümə göbələk mənşəli xəstəlikdir beləki xəstəliyi Guignardia bidwellii, adlı pathogen törədir. Patogenin əsas vətəni Şimal-Şərqi Amerika hesab olunur, anca halhazırda Avropanın bir hissəsi, Cənubi Amerika və Asiyada xəstəliyə rast gəlinir. Patogen üçün əlverişli (əsasən isti və rütubət) hava şəraitində 100% məhsul itkisinə səbəb ola bilir. Xəstəlik özünü bitkinin yaşıl hissələrinə: zoğ, yarpaq, salxıma, gövdə və meyvələrinə yoluxdura bilir. Göbələk sporları üzümün yoluxmuş hissələrində qışlayır (xüsusilə mumyalaşmış meyvələrində). Yazda əlverişli hava şəraiti olduqda təkrar yoluxma baş verir. Xəstəlik özünü üzümün yarpaqları üzərində kiçik qara piknid formasında göstərir və yarpağın solmasına səbəb olur. Zoğlarda isə qara ellipsvarı ləkələr əmələ gəlir. Külək və digər vasitələr ilə zoğlar asanlıqla qırılaraq sıradan çıxırlar. Üzüm gilələri ilkin yoluxma zamanı qəhvəyi şokolad rəngi alır. Daha sonra yoluxmuş meyvələr tünd qara rəngə çevrilir. Xəstəlik bəzi hallarda ciddi maddi ziyana zəbəb olur.

Fomopsioz (Phomopsis viticola) •Xəstəlik törədici bitkinin böyük bir hissəsini yoluxdura bilir; simptomlar əsasən yarpaq və zoğlarda müşahidə olunur. Yarpaqlardakı simptomlar ilkin olaraq kiçik açıq-yaşıl ləkələr kimi zoğların alt yarpaqlarında görsənir. Daha sonra, ləkələr genişlənərək qara rəng alır və ətrafında sarı haşiyələr yaradır. Əgər bir yarpaq üzərində ləkələrin sayı həddən çox olarsa və bu kütləvi hal alarsa, bu zaman yarpaqlar saralır və tökülməyə başlayırlar. Xəstəliyin zoğlardakı əlamətləri özünü kiçik qara ləkələrlə göstərir və sonra ləkələr birləşərək qeyri stabit forma alır. Oxşar qara rəngli ləkələr çiçək salxımlarınada yoluxaraq onların məhvinə səbəb olur. Patogen bütün vegetasiya müddətində giləmeyvələrə yoluxma qabiliyyətinə malikdir. Vegetasiyanin sonunda yoluxma demək olarki dayanır buna baxmayaraq giləmeyvələrdə cürümə prosesi gedir. •Sərin və rütubətli mövsümdə müşahidə olunur. •Qışlamaq imkanları mövcuddur. •Saplağın skeletini gizli şəkildə yoluxdurur. •Yoluxma sistemli xarakter daşıyır, yəni göbələk sporları qış aylarında gövdənin (saplağın) daxilində sığınacaq tapır.

Xəstəliyin Müxtəlif Orqanlarda Əlamətləri Qara Çürümə Xəstəliyinə Qarşı Mübarizə

Sahədən infiksiya mənbəyi olan üzümün mumyalaşmış meyvələri və yoluxmuş digər orqanları uzaqlaşdırılmalıdır. İstifadə Olunan Funqisidlər: * Strobilurins- Abound, Flint, Pristine, Sovran

* Mancozeb - Dithane, Penncozeb *Carbamates- Ferbam

* DMI- Nova, Elite və s.

Boz Çürümə (Botrytis cinerea Pers.)

Adətən, Boz Çürümə (Botrytis cinerea) yetişmiş meyvələrə yoluxur. İlkin yoluxma gilələrdə yumşalma və sulu olmasilə müşahidə olunur.Yüksək nəmlik və rütubətli hava şəraitində göbələk sporlarının bitkiyə kütləvi yoluxması və patogenin gilələrdə inkişafına səbəb olur. Yoluxmuş gilələr rəngini dəyişərək mumyalaşır və tökülməyə başlayırlar. Adətən xəstəlik salxımları qəhvəyi rəngə çevirərək onları qurudur daha sonra gilələr tökülməyə başlayır. Boz çürümə həmçinin ozünü yarpaqlardada göstərir beləki, yarpaqlarda əmələ gələn tutqun ləkələr qəhvəyi rəng alır və nekrozlaşır. Azərbaycanın üzümçülük təsərrüfatlarına ən çox ziyan vuran xəstəliklərdən biri Botrytis cinerea xəstəliyidir. Xəstəliyi törədən göbələk yalnız yetişməkdə olan üzüm gilələrində sürətlə inkişaf edir, lakin yetişməmiş meyvələr də yara yaxud çiçək hissələri vasitəsilə də yoluxa bilir. Infeksiya müəyyən dövrə qədər gizli (sükunətdə) qalır, lakin yetişməyə başlayan gilələrin çürüməsinə səbəb olur. Bu xəstəlik gilələrin sıx yetişdiyi və havanın yaxşı dövr edə bilmədiyi nəm hissələrdə daha güclü təsir göstərir, ona görə də çiçəkləmə mərhələsində çiçəyin seyrəldilməsi və salxım skeletinin uzadılması üçün GA3 maddəsindən istifadə etmək lazımdır. Boz çürümə xəstəliyinin həyat tsiklində, patogeni müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.

Üzüm Salxımında Boz Çürümə

Sahədə qalmış infeksiyalı meyvələr və bitki qalıqları Qışı bu şəkildə keçirən patogen yazda təkrar çoxalmağa başlayır

Qış

Payız

Buna yığımqabağı çürüklükdə deyilir

Yağış və süni yağdırmadan sonra xəstəlik sürətlənir Yay Yaz

Salxım əmələ gəlmədən xəstəliyin əlamətləri

Çiçəkləmə vaxtı xəstəlik yoluxur amma gözləmə mövqeyindədir

İlk vaxtlar əlamətləri

Patogenin Həyat Tsikli

Həşarat və ya mexaniki zədə ilə patogen bitkiyə daxil olur

* Patogen mumiyalaşmış meyvədə və ya budaqcığın zədələnmiş hissələrində qışlayır, odur ki, üzüm bağını qış aylarında yaşlı salxımlardan və zədələnmiş budaqcıqlardan təmizləyin. Patogenin infeksiya dövrü temperaturdan və yarpağın nəmliyindən asılı olaraq dəyişdiyi üçün üzüm bağlarına mütəmadi baxış keçirilməlidir. Yuxarıdakı cədvəldə xəstəliyin yoluxması və inkişafı üçün əlverişli şərait göstərilmişdir. Bitki üçün əsas həssaslıq dövrləri çiçəkləmə mərhələsindən 2 həftə qabaq, çiçəkləmədən sonra isə 30 gün davam edir. Qeyd ermək lazımdır ki, orqanik üzüm istehsalında müşahidə olunan ən böyük problemlərdən biridir. Xəstəliyə qarşı yalnız orqanik sertifikatı olmayan funqisidlərlə mübarizə aparmaq olar.

Yuxarıdakı cədvəldə qara çürümə xəstəliyinin təhlükə yaratması üçün tələb olunan müddət və temperatur hədləri verilib. Üzüm bağını gəzərək xəstəliyin olub olmadığını yoxlamaq lazımdır.

Boz Çürümə Xəstəliklərinə Qarşı Aparılan Ümumi Mübarizə Tədbirləri Pöhrələr 3-5 (1 düyüm=2,54 sm) düym boy atdıqda

Əgər əvvəlki ildə heç bir ciddi xəstəlik baş verməyibsə və növbəti kimyəvi mübarizəyə kimi rütubətli hava şəraiti gözlənilirsə, mövsüm ərzində bu xəstəliyə qarşı hər hansı dərmanın səpilməsinə nadir hallarda ehtiyac duyulur. * Vanguard – sistemli şəkildə lokal təsir göstərir. Xəstəlikdə müqavimət yaratdığı üçün

* Switch - syprodinil + fludioksonil * Elevate – Müalicə xarakterli olmayan protektantdır. * Strobilurinlər – sporların yayılmasına qarşı istifadə olunur və müəyyən effektiv təsirə * Flint -ən yaxşı preparatdır. * Sovran – kifayət qədər müsbət nəticə vermir.

mövsüm ərzində bir dəfə tətbiq olunduqdan sonra digər məhsullarla əvəzlənməlidir. * Scala - Vanguard preparatı kimi eyni effektiv təsirə malikdir, ona görə də bu funqisidlə növbələşdirmək olmaz.

malikdir.

* Abound – daha az effektiv təsir göstərir.

İnspire Super, Revus Top, Tebuzol və Rally dərmanları əsasən infeksiya dövrünün əvvəlində kəskin təsir göstərir. İnfeksiyadan sonra dövrün müddəti lazımi səviyyədə xarakterizə olunmayıb, lakin kimyəvi dərmanlar bu dövrdən sonra 3-7 gün ərzində səpilir.

İlkin yoluxma halının baş verməsi üçün 1 sm yağış və 100C dərəcə temperatur kifayət edir. Xəstəliyin inkişafı üçün optimal temperatur 250C heasb olunur. İkinci dərəcəli yoluxma halının baş verməsi üçün əlavə yağıntıya ehtiyac qalmır. Əsas həssaslıq dövrləri çiçəkləmə mərhələsindən 2 həftə qabaq və çiçəkləmədən sonra isə 30 gün davam edir. Unlu şeh üzüm bağlarına müxtəlif yollarla ziyan vurur, məs. ilk növbədə yarpaqları zədələyərək fotosintez prosesinə mane olur və ya meyvənin keyfiyyətini və dəyərini aşağı salır. Əksər hallarda bütöv üzüm salxımı qoparaq məhv olur. Patogen əsasən bitki qalıqlarında qışlayaraq yazda əlverişli hava şəraiti olan kimi fəaliyyətə başlayır. Şəkil X-də üzümdə Unlu Şeh xəstəliyinin həyat tsikli verilmişdir, bu yolla patogeni müşahidə edərək ona qarşı vaxtında və effektli mübarizə aparmaq olar.

Unlu Şeh (Uncinula necator, hazırda Erysiphe necator adlanır). Azərbaycanın bütün üzümçülük bölgələrində tez-tez rast gəlinən problemlərdən biridir.

Qış ərzində göbələk

Kleystotesi Yatmış tumurcuqlarda qışlaması

Asklar özündə askosporlar saxlayır

Yoluxmuş tumurcuqlar yazda cavan zoğların və yarpaqların tamamilə göbələklə sirayətlənməsinə səbəb olur

Tumurcuqların inkişafı və yoluxmanın başlaması

Yayın sonunda gilələrdə, zoğlarda və yarpaqlarda kleystotesilərin əmələ gəlməsi Yoluxmuş üzüm salxımları

Yazda sərbəst askosporla

konidi

Göbələk yarpaq, zoğ, giləmeyvə üzərində konidilər əmələ gətirir və bu konidilər küləklə yayılır Göbələyin yaşıl zoğ və yarpaqlar üzərində spor əmələ gətirməsi

Konidi və konidisporların yaşıl toxumaya yoluxması

Üzümdə Unlu Şeh xəstəliyinin Həyat Tsikli

Xəstəliklə mübarizə: Xəstəliyə səbəb olacaq infeksiya mənbəyi hesab edilən bitki qalıqları sahədən uzaqlaşdırılmalıdır. Bundan başqa tənəklərin normal havalanması üçün şərait yaradılmalıdır. Kimyəvi mübarizə olaraqUnlu şehə qarşı aşağıda göstərilən preparatlardan istifadə etmək olar: * Strobilurinlər - Flint, Abound, Pristine * Nova, Elite * Boskalidlər- Endura * Kükürd * Mis Kükürd və mis ən geniş istifadə olunan təhlükəsiz mübarizə vasitələridir. Bu maddələr erkən səpildikdə xəstəliyin qarşısını alır, lakin yoluxmanı aradan qaldırmaq üçün yuxarıda göstərilən məhsullardan da istifadə etmək lazımdır. Etiketlərdə verilmiş təlimatlara əməl edin. Unlu şeh kükürd və misdən başqa digər maddələrə qarşı özündə müqavimət yaradır, ona görə də dərmanlardan növbəli şəkildə istifadə etmək lazımdır. Mövsüm ərzində bir preparatı bir dəfədən artıq istifadə etməyin.

Yalançı Unlu Şeh(Plasmopara viticola)

Yalançı unlu şeh xəstəliyi üzüm bitkisinin ən geniş yayılmış və təhlükəli xəstəliklərindən biri hesab olunur. Belə ki, xəstəlik birkinin bütün yaşıl orqanlarında budaq, zoğ, qönçə, çiçək və salxımlarında inkişaf edərək onları sirayətləndirir. İlkin yoluxma halı gecə vaxtı, rütubətli və sərin havada müşahidə olunur. Patogenin həyat tsiklində xəstəliyin hansı fəsildə necə inkişaf ediyini müşahidə edib, verilmiş məlumatlara əsasən düzgün və vaxtında mübarizə aparmaq olar. Patogen üçün optimal temperatur 18-220C hesab olunur. Optimal şəraitdə xəstəlik sürətlə yayılır. Üzüm salxımları bu xəstəliyə qarşı çox həssasdır.

Üzüm Salxımında Yalançı Unlu Şeh Xəstəliyi və Onun Müxtəlif Orqanlarında Əlamətləri

Göbələyin tökülmüş yarpağın daxilində qışı oospor şəkilində keçirməsi

Yarpağın kəsilmiş hissəsi

Yazda nəmliyin təsirindən sporangilərin əmələ gəlməsi

Su vasitəsi ilə zoosporların sporangilərdən çölə çıxması

Sarı-qəhvəyi ləkələr yarpağın üst səthində, yarpağın alt səthində ağ rəngli spor ləkəsi (yamaq formasında)

Yarpağın kəsilmiş hissəsi

Yarpağın altı

Gilənin kəsilmiş hissəsi

Ağızcıq Yoluxmuş və təhrif olunmuş zoğ

Ağızcıqlardan göbələyin sporangilərinin çıxması

Yoluxmuş bığıcıq Yoluxmuş salxım

Patogenin Həyat Tsikli

Xəstəliklə mübarizə: Bitki qalıqları xüsusilədə yarpaqlar infeksiya mənbəyi olduğu üçün payızda yarpaqlar töküldükdən sonra sahədən uzaqlaşdırılmalıdır. Eyni zamanda cərgə aralarında aqrotexniki qulluq işləri həyata keçirilməlidir. Birinci infeksiya çiçəkləmədən 2-3 həftə əvvəl və 2 həftə sonra müşahidə olunur. Xəstəliyin yayılması üçün 1 sm yağış və 110C dərəcə temperatur kifayət edir və mübarizə tədbirlərini məhz bu mərhələdə görmək lazımdır. Yalançı Unlu Şeh xəstəliyinə qarşı istifadə olunan preparatlar: Mancozeb, Captan, Carbamate, Strobilurinlər (digər dərmanlarla müqayisədə daha effektiv təsir göstərir), Mis tərkibli məhsullar, Fosfor- turşular. Kimyəvi preparatlardan sitifadə zamanı vegetsiya müddətində sistem təsirli dərmanlarla yanaşı bəzən kontakt təsirli dərmanlardanda istifadə etmək lazımdır ki, patogendə əmələ gələ biləcək davamlılığın qarşısı alınsın. Bundan başqa işçi məhlulunun (su) pH-ının 6,5-7 arasında olmağına diqqət yetirilməlidir. Əvvəlki səhifələrdə aşağıdakı dörd əsas və Boz çürümə üzüm xəstəlikləri barədə məlumat verilib: * Unlu şeh * Yalançı unlu şeh * Qara çürümə Black Rot * Fomopsioz * Boz çürümə

Süfrə üzümü salxımına ziyan vuran digər ümumi xəstəlik qrupu isə “Salxım Çürüməsi Xəstəlikləri” adlanır. Bu xəstəliklər aşağıda verilib: * Botrytis cinerea * Alternaria alternata * Aspergilis niger * Cladosporium (bu xəstəliyin müxtəlif növləri vardır).

Dörd Əsas Xəstəliyə Qarşı Ümumi Mübarizə Tədbirləri

Aşağıdakı şəkildə dörd əsas xəstəliyin müşahidə olunması üçün nəzərdə tutulmuş ən vacib zaman aralığı göstərilib:

Digər Orqanizmlər

Göbələk Xəstəliyinə Qarşı Mübarizədə Nəzərə Alınan Ən Mühüm Amillər

Üzüm bitkisində bir sıra patogenlər belə ki, bakteriyalar, viruslar və nematodlar da müxtəlif simptomlarla müşahidə olunan fərqli xəstəliklər əmələ gətirirlər. Üzüm bitkisidə müəyyən xəstəliklərin ortaya çıxmasında abiotik amillərində rolu böyükdür. Birçox patogen orqanizmlər müxtəlif səbəblərdən (məs. üzümün sortu, həddən artıq suvarma, qida maddələrin balansının pozulması və s.) yayılır. Bu qəbildən olan göbələk mənşəli xəstəliklər üzüm bağlarının istənilən hissəsində müşahidə olunur, göbələyin sporları havada uçuşur və quşların salxıma vurduğu yaralar və mexaniki zədələr vasitəsilə bitkiyə sirayət edir. Şəkildə bir sıra üzüm salxımına ziyan verən göbələklər verilmişdir . Elmi-araşdırmaların nəticələrin əsasən Captan və Mancozeb bu xəstəliklərə qarşı ən güclü mübarizə vasitələridir. Üzüm Salxımında Müşahidə Olunan Digər Çürümə və Kif əlamətləri verilmişdir.

Penicillum növü Greneria Uvicola Rhizopus Növü

–Patogenin bioloji xüsusiyyətlərini anlamaq lazımdır

• Ətraf mühitə təsir • Fəallıq dövrü • Şərait yaradan yaxud mane olan ənənəvi qaydalar

• Ən mühüm dövr

–Daşıyıcı bitkinin həssaslığını başa düşmək lazımdır

• Nisbi təsir (mədəni sortun təsiri) • Qeyri-həssaslıq dövrü

–Funqisidlərin xüsusiyyətlərini anlamaq lazımdır •Səthi-aktiv (yayıcı-yapışdırıcı maddə) yoxsa penetrant?

–Yayıcı-yapışdırıcı maddələri yalnız yarpağın və ya meyvənin səthində fəallaşır,

–Bu məhsullar bitki ilə təmasda olmuş yaxud onu sirayətləndirmiş xəstəlik törədicini

səthə nüfuz etmir və bitkinin daxilindəki yoluxmanı aradan qaldırmır. Penetrantlar isə yarpağın yaxud meyvənin səthinə nüfuz edərək bitkinin yoluxduğu xəstəliyi məhv edir.

•Yoluxmadan sonra?

–Bəzi dərmanlar xəstəlik müşahidə olunduqdan sonra səpilir və onun təsirini azaldır.

•Protektantlar?

(Patogeni) məhv etmir, yoluxmadan qabaq istifadə edilir və bitkinin təmasda olduğu sporları məhv edir. Protektantlara Bordo qarışığını misal göstərmək olar.

•Eradikantlar?

–Bu funqisidlər xəstəliyə yoluxma hadisəsi baş verdikdən sonra istifadə olunur, sistemli şəkildə təsir göstərir və bitki vasitəsilə infeksiya mənbəyinə ötürülür.

Eradikantlar protektant funqisidlərlə müqayisədə daha uzun müddətə mübarizə aparır.

mövsüm ərzində eyni funqisidi bir-iki dəfədən artıq səpmək olmaz.

Yuxarıda qeyd olunan xəstəliklərə qarşı mübarizə aparmaq üçün müvafiq funqisidləri seçməzdən qabaq müəyyən amillərin nəzərə alınması məsləhət görülür. Bunun üçün aşağıdakı suallara cavab vermək lazımdır: Funqisidin hansı xüsusiyyətləri mövcuddur? Çiləmədə istifadə eiləcək suyun pH səviyyəsi hansı hədd daxilindədir? Məhsulun tərkibində səthi-aktiv (yayıcı-yapışdırıcı) maddə varmı yaxud əlavə etmək olarmı? Maddə yalnız bitkinin səthində fəal hərəkət edirmi yaxud bitkiyə nüfuz edə bilirmi? Seçilmiş funqisid yoluxmanın qarşısını kükürd yaxud mis kimi ala bilirmi və ya yoluxmuş bitkini müalicə edə bilirmi? Funqisid konkret olaraq hansı xəstəliyə qarşı mübarizə aparır? Müqavimətlə bağlı narahatlıq yaradan hallar mövcuddurmu? Funqisidləri növbəli şəkildə tətbiq etmək mümkündürmü və ya bir funqisiddən bütün mövsüm boyu istifadə etmək olarmı? Dərman səpildikdən sonra üzüm bağına nə qədər müddətdən sonra girmək olar? Dərman səpildikdən sonra məhsulu nə qədər müddətdən sonra yığmaq olar? Bu sualların cavabları dərmanın etiketində verilib və dərmanı səpməzdən qabaq onun təchizatçısı ilə məsləhətləşmək lazımdır.

•Təsir spektri:

–Bəzi funqisidlər əksər xəstəliklərə qarşı daha yaxşı təsir göstərir.

•Xəstəliklərin müqaviməti və idarəetmə

–Bütün xəstəliklərdə funqisidlərin təsirinə qarşı müqavimət yaranır, ona görə də

Funqisidlərin Seçilməsi

Funqisidlər aşağıdakı siniflərə bölünüb:

* Mancozeb * Karbamatlar * Captan * Sterol inhibitorlar * Strobilurinlər * Fosfor turşuları

Əmtəə Adları - Dithane, Manzate və Penncozeb. Bu kimyəvi preparatlar yalanı unlu şeh və fomopsioz xəstəliklərinə qarşı çox güclü təsir göstərir, bitkiyə yapışır və yağıntıdan sonra təkrar olaraq paylanır. Hektar üzrə 200-1000 litrə 0.8-0.9 kq dərman verin və dərmanın etiketini oxuyun, çünki kimyəvi maddənin konsentrasiyası fərqli ola bilər. Qeyd etmək lazımdır ki, bu dərmanlar xəstəlikdə yaxud zərərvericidə müqavimət yaratmır. Ümumiyyətlə, dərman səpildikdən sonra 24 saat ərzində üzüm bağına girmək olmaz və məhsul yığımında kimi 66 gün gözləmək lazımdır. Dərmanlar mövsümün əvvəlində istifadə edilir, ona görə də bununla bağlı heç bir problem yaranmır.

Captan

Captan üzüm və meyvə bağlarının əksər hissələrinə müsbət təsir göstərən daha köhnə dərman preparatıdır. Bu kimyəvi preparat yalançı unlu şeh və fomopsioz xəstəliklərinə qarşı effektiv təsir göstərir. Funqisidin etiketində boz çürümə xəstəliyi göstərilsə də, bu kimyəvi preparatla ona qarşı güclü mübarizə aparmaq mümkün deyildir. Captan preparatı turş çürüməyə qarşı güclü təsir edir. Funqisidin tətbiq norması onun konsentrasiyasından asılı olaraq dəyişir, məs. əgər suda islanıla bilən tozdan istifadə edilərsə, tətbiq norması Manzate preparatının tətbiq norması ilə eyni olacaq Dərman səpildikdən sonra 72 saat ərzində üzüm bağına girmək olmaz və məhsul yığımında kimi bir gün gözləmək lazımdır.

Sterol İnhibitorları

Sterol inhibitorlar müxtəlif ixtisarlarla (məs. SI, DMI, EBI və s.) tanınır. Ümumiyyətlə, sterol inhibitorlar bitkini yoluxmadan qabaq 5-7 gün, sonra isə 7-10 gün qoruyur. Dərman səpildikdən sonra yalnız 14 gün təsir göstərir və təkrar səpilir. Üzüm bağlarında istifadə olunan bu inhibitorlara qarşı yaranan müqavimət əksər göbələk xəstəliklərinin yayılmasına səbəb olur.

Sterol inhibitorları aşağıda verilib: * Rally (40WSP) - Etiketdə verilmiş tətbiq norması: 22 q/hektar - 141 q/hektar. Dərmanı səpdikdən sonra 24 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 14 gün gözləmək lazımdır. Mövsüm ərzində tətbiq norması hektar üzrə 550 qramdan artıq olmamalıdır.

·

43 q/hektar ən yaxşı tətbiq normasıdır, lakin boz çürümə xəstəliyinə yoluxmuş üzüm bağı üçün tətbiq norması 70q-hektardır. * Elite (45WP) - Etiketdə verilmiş tətbiq norması: 57 q/hektar. Dərmanı səpdikdən sonra 12 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 14 gün gözləmək lazımdır. Mövsüm üçün maksimum tətbiq norması 362 q/hektardır. * Procure (50WS) - Etiketdə verilmiş tətbiq norması: 45-90 q/hektar. Dərmanı səpdikdən sonra bitkinin yarpaq örtüyündən asılı olaraq 12 saat ərzində bağa girmək olmaz və məhsul yığımına kimi 7 gün gözləmək lazımdır. * Rubigan (1E) - Etiketdə verilmiş tətbiq norması: 12-18 ml/hektar (çiçəkləmə mərhələsindən qabaq), 45-60 ml/hektar (çiçəkləmə mərhələsindən sonra), 60-70 ml/ hektar ( yay müalicəsi). Mövsüm üçün maksimum tətbiq norması 224 ml/hektardır. Kimyəvi preparatı səpməzdən qabaq onun etiketində verilmiş təlimatlara əməl etmək lazımdır, çünki aldığınız məhsulun konsentrasiyası fərqli ola və ya tətbiq norması dəyişə bilər.

Strobilur Funqisidlər

Funqisidlərin digər kiçik sinfi stobilurinlər adlanır. Bu sinif aşağıdakı xüsusiyyətlərə malikdir: * Həddən artıq geniş spektrli təsir, * Əla qoruyucu (protektant) təsir, * Sporlaşmaya qarşı əla təsir (sporları məhv edərək fəallaşmağa qoymur), * Adların siyahısı: - Headline - Quadris - Stratego

Vacibdir!

Dərmanı aşağıdakı ardıcıllığa uyğun olaraq qarışdırmaq lazımdır: 1. Dərmansəpən aparatı yarıya kimi doldurun, 2. Suyu qarışdırın, 3. Suyu qarışdırarkən mayeni əlavə edin, 4. Bundan sonra emusiyalı konsentratları əlavə edin.

Lazımi yayıcı-yapışdırıcı maddələrdən istifadə etmək və pH həddini 6.5-7.0 arasında saxlamaq lazımdır. Pestisidlərin təsir göstərməməsinin əsas səbəblərindən biri

də suyun pH səviyyəsinin yüksək olması və ya düzgün yayıcı-yapışdırıcı

maddənin istifadə olunmamasıdır. Səpilmiş dərman təsir göstərmədikdə müxtəlif cür itkilər yaranır, məs. təsərrüfatın sahibi dərman və istifadə xərclərini ödəməli olur və ya məhsul itkisi baş verir. Üzüm bağlarını lazımi qaydada müalicə etmək üçün əlavə vaxt və maliyyə vəsaiti ayırmaq lazımdır. Dərmanı hava sərin olduqda, yəni səhər erkən yaxud axşam vaxtı səpmək lazımdır. Bu zaman kimyəvi məhlul bitkinin bütün hissələrinə yayılır və günün isti vaxtı fəallaşan bal arıları sərbəst uçuşa bilir.

Aşağıdakı fərdi mühafizə vasitələri həmişə istifadə olunmalıdır:

* Qoruyucu rezin əlcəklər, * Qoruyucu gözlük,

* Dərmanı səpdikdən sonra çıxarıla və yuyula bilən xüsusi geyimlər.

* Rezin çəkmələr (şalvarın ətəyi çəkmənin üst hissəsini örtməlidir),

Unlu Yastıcalar

Tələnin yuxarı hissəsində yalnız kiçik dəlik saxlamaq lazımdır ki, ətrafdakı heyvanlar və insanlar təsadüfi olaraq zəhərlənməsin.

Zədə

Son illərdə üzüm bağlarında unlu yastıcalarının sayca artması müşahidə olunub. Üzüm bitkisinin bu zərərvericiyə qarşı həssaslıq dərəcəsi sortundan asılı olaraq dəyişir. Unlu yastıcalar salxımların yaşlı oduncağa toxunduğu hissələrdə daha güclü təsir göstərir, yəni üzüm salxımlarını pambığabənzər kisəciklərlə, sürfələrlə, yetkin fərdlərlə və şirin ifrazatla zədələyir. Zərərvericinin ifraz etdiyi şirin damcılar əksər hallarda qara kif ilə örtülür və hər üç növ virus keçirə bilir.

Mübarizə Tədbirləri

Unlu yastıcanın törətdiyi yoluxma hallarının məhsul yığımı dövründə aşkarlamaqla zərərverici kütləsini növbəti mövsümdə nəzarət altında saxlamaq olar. Bundan başqa, xeyirli yırtıcılar və parazitlər unlu yastıca kütləsinin təsirini zəiflədir, lakin insektisidlərdən istifadə etmədikdə bu zərərvericilər getdikcə çoxalır. Üzüm bağının müalicə olunmamış hissəsində yırtıcıların və parazitoidlərin çoxaldılması effektiv yanaşma hesab edilir, lakin bu texniki üsul zərərverici kütləsinin ağır təzyiqi altında müsbət nəticə verməyə də bilər. Unlu yastıcalara qarşı mübarizə apararkən üzüm bağının hər 20 hektarı üzrə bir hektar sahəni müalicə etməmək və zərərvericinin təbii düşmənlərini həmin hissələrdə saxlamaq məsləhət görülür. Unlu yastıcaların ifraz etdiyi şirin damcılarla qidalanan qarışqaları nəzarət altında saxlamaqla zərərvericiyə qarşı daha güclü mübarizə aparmaq olar, çünki bu zaman parazitlərin və yırtıcıların da mübarizə aparmasına şərait yaranır. Qarışqalar unlu yastıcaların təbii düşmənlərini məhv edərək onların şirin ifrazatı ilə qidalanır. Qarışqa kütləsini qoruyucu bitkilərlə ( məs. çölnoxudu) və ya tələlərlə nəzarət altında saxlamaq olar. Mübarizə tədbirləri barədə əlavə məlumatlar sonrakı səhifələrdə verilib.

Unlu Yastıcalara Qarşı Mübarizə:Tənəklərin 4%-i yoluxduqda müalicəyə başlamaq lazımdır, əks halda təbii yırtıcılar zərərverici kütləsini nəzarət altında saxlayacaq və səpilmiş dərman zərərvericinin törətdiyi itkini üstələyəcək.

Yayın Əvvəlində Görülən Mübarizə Tədbirləri: Belə tədbirlər pöhrənin hündürlüyü 15 sm olduqda həyata keçirilməlidir. QEYDLƏR: Buprofezin həşəratın boy atmasını tənzimləyən maddə olub erkən mərhələdə əmələ gələn sürfələri (nimfaları) məhv edərək onların qabıq altına doğru hərəkət etməsinin qarşısını alır. Maddəni pöhrələrin uzunluğu 15 sm olduqda səpmək lazımdır. Maksimum tətbiq norması mövsüm ərzində 710 qramdır. Mayenin çəndə qarışdırılması məsləhət görülmür. _______________________________________

Yayın Sonunda Görülən Mübarizə Tədbirləri:

Yay Müalicəsi və Nəzarət Tədbirləri

QEYDLƏR: Spirotetramat yarpaqdan verilən insektisid olub floemaya və ksilemaya doğru sistemli şəkildə hərəkət edir. Bu kimyəvi preparatı ionsuz yayıcı-yapışdırıcı maddə ilə vermək lazımdır. Kimyəvi maye bitkinin bütün yarpaq örtüyünə nüfuz etməlidir. Dərmanın təsiri təxminən 4 həftədən sonra nəzərə çarpır. Spirotetramat insektisidi bal arılarının uçuşmadığı vaxtda, yəni səhər erkən və ya gecə vaxtı səpilməlidir.

Mayın sonunda/iyunun əvvəlində yetişmiş üzüm tənəyinin mahmızlarını yoxlayın və dişi fərdlərin və ya qarışqaların olub olmadığını müəyyən edin. Üzüm bağının müxtəlif hissələrindən 20 ədəd tənək seçin. Hər tənəkdəki mahmızı yoxlayın və yoluxmuş tənəklərin sayını müəyyən edin. Qeyd etmək lazımdır ki, qarışqalar və şirin ifrazat unlu yastıcaların mövcudluğundan xəbər verir. Unlu yastıcanın müşahidə olunduğu tənəkləri xüsusi nəzarət formasında (məs. PDF formasında) qeyd edin. Əgər dişi unlu yastıcalar şərablıq və kişmişlik üzüm sortlarının 20%-nə sirayət edibsə, müalicəyə zəmanət vermək olar. Süfrə üzümü üçün yoluxma həddi isə 4%-dir. Unlu yastıcaları toplamaqla və otaq temperaturundə 2-4 həftə saxlamaqla (jelatinli kapsulda) saxlamaqla parazitləri aşkarlamaq olar. Əgər parazitlər aşkar edilərsə, onların sığınacaq tapması üçün üzüm bağının müəyyən hissələrini müalicə olunmamalıdır.

Salxımlara Nəzarət

Yaşlı oduncağa toxunan salxımlar iyunun 15-dən iyulun 15-nə kimi nəzarət altında saxlanılmalıdır. Əgər həmin dövrdə salxımlarınü üzərində sürünən həşərat aşkar edilməzsə, deməli yoluxma halı baş verməyib və ya ən aşağı səviyyədədir. Yay aylarında tək müalicənin aparılması üstün tutularsa, kimyəvi preparatı sürfələr yumurtadan çıxdıqdan sonra iyunun birinci və ikinci həftələrində yarpaqdan vermək lazımdır. Yay müalicəsi unlu yastıcaların kiçik və zəif olduğu müddətdə aparılmalıdır, çünki zərərverici böyüdükdən sonra müalicə effektiv nəticə verməyə bilər. Yetişmə mərhələsindən sonra gilələrin ləkələnməməsi üçün bitkinin yarpaq örtüyünə dərman səpmək lazımdır, çünki unlu yastıcalar salxıma girərsə və salxımlar örtülərsə, kimyəvi preparat zərərvericiyə təsir etməyəcək. Təsərrüfat işçilərinə unlu yastıcaları tanıtmaq və müalicəyə ehtiyacı olan tənəkləri nişanlamaq lazımdır.

Sükunətdə Olan Budaqcıqla Qidalanan Avropa Yastıcaları

Avropa yastıcaları şirin şirə ifraz edir, həmin şirə damcılarının üzərində qara kif əmələ gəlir v ə yarpaqlara ləkə düşür. Avropa yastıcaları sayca çox olduqda üzüm tənəkləri inkişafdan dayana bilər.

Zədə

Avropa yastıcaları şirin şirə ifraz edir, həmin şirə damcılarının üzərində qara kif əmələ gəlir v ə yarpaqlara ləkə düşür. Avropa yastıcaları sayca çox olduqda üzüm tənəkləri inkişafdan dayana bilər.

Mübarizə Tədbirləri

Parazitlər və yırtıcı həşəratlar zərərverici kütləsini ziyanlılıq həddindən aşağı səviyyədə saxlayır. Ona görə də insektisidlər yalnız zərərvericilərin həddən artıq yayıldığı təqdirdə istifadə edilməlidir. Unlu yastıcaların ifraz etdiyi şirin damcılarla qidalanan qarışqaları nəzarət altında saxlamaqla zərərvericiyə qarşı daha güclü mübarizə aparmaq olar. Qarışqaları insektisidlərlə və ya becərmə üsulları ilə məhv etmək olar.

Gecə Vaxtı Tumurcuqla Qidalanan Sovkalar

Zədə

Zərərvericilər uzunluğu bir neçə düym olan zoğlarla və şişmiş tumurcuqlarla qidalanır. Zədələnmiş tumurcuqlar inkişafdan dayana bilər və mövsümün əvvəlində zədələnmiş pöhrələri və tumurcuqları ikinci dərəcəli tumurcuqlar əvəz edir. İkinci dərəcəli tumurcuqların məhsuldarlığı üzümün sortundan asılı olaraq dəyişir, məs. Thompson Seedless və Chardonnay sortlarında ikinci dərəcəli tumurcuqların məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı olur. Ona görə də bu sortlarda nə qədər əsas tumurcuq məhv olarsa, bir o qədər salxım itkisi baş verər.

Mübarizə Tədbirləri

Sovkaların vurduğu zədə və ya yoluxma halları ilə bağlı əvvəlki faktlar ayrı-ayrı üzüm bağları üçün nəzarət strategiyasının hazırlanmasında mühüm rol oynayır, çünki sovkalarla bağlı yaranan problemlər müxtəlif və ya lokal xarakterli olur. Əksər üzüm sortları belə mühüm zədələrə davam gətirir və iqtisadi itki yaranmır. Heç bir kimyəvi maddə sovkalara qarşı çox effektiv təsir göstərmir, ona görə də əksər hallarda müalicə üsullarını iqtisadi cəhətdən əsaslandırmaq mümkün olmur.

Nəzarət və Müalicə İlə Bağlı Qərarlar

Yazın əvvəlində şişmiş tumurcuqları yoxlamaq lazımdır. Sovkalara digər zərərvericilərlə birlikdə nəzarət etmək mümkündür (bax: YUBANMIŞ SÜKUNƏTVƏ TUMURCUQLAMA MƏRHƏLƏLƏRİNDƏ NƏZARƏT TƏDBİRLƏRİNİN GÖRÜLMƏSİ). Sovkalar yaz aylarında torpaqdan çıxaraq üzüm tənəklərinə dırmanır, günorta vaxtı tənək qabığının altında gizlənir, gecələr isə qidalanmaq üçün qabıqdan çıxır. Üzüm bağında müşahidə aparmaq üçün təsadüfi olaraq 5 yer seçmək və həmin yerlərdə yoluxmanın xronoloji ardıcıllığını yoxlamaq lazımdır. Bu məqsədlə seçilmiş yerlərin hər birində tumurcuğu zədələnmiş 4 ədəd tənəyi (20 tənək), hər tənəyin isə 5 tumurcuğunu (25 tumurcuq) yoxlayın. Sərin bölgələrdə tumurcuğun şişməsi və pöhrələrin boy atması mərhələləri arasındakı dövr daha uzun olduğu üçün nəzarət tədbirlərini 2-3 həftə ərzində həyata keçirmək lazım gələ bilər.

Zədələnmiş tumurcuqların sayı üzümün sortundan asılı olaraq dəyişir. Əgər ikinci dərəcəli tumurcuqların məhsuldarlığı yüksəkdirsə, hətta əksər tumurcuqlar zədələnsə də, məhsul itkisi aşağı səviyyədə olacaq. 4%-dən az tumurcuq zədələnərsə, müalicənin aparılmasına ehtiyac qalmaya da bilər. Ümumiyyətlə, yoluxma halları lokal xarakter daşıdığı üçün üzüm bağının hərtərəfli müalicəsi nadir hallarda tələb olunur.

Təsərrüfata ziyan vurmuş sovkaların sürfələrini gecə vaxtı tənəkdə müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, üzüm bağlarında digər zərərvericilərin (məs. tumurcuq güvələri, şıqqıldaqlar, budaq qurdları və s.) vurduğu oxşar zədələri də müşahidə etmək olar.

Üzüm Fillokserası (Viteus vitifolii Fitsh)

Qış yumurtası

Cinsi formalar

Qanadlı forma Digər üzüm köklərinə keçməsi Yarpaqda həyat tsikli

Kökdəki həyat tsikli

Fillokseranın həyat tskili

Üzüm fillokserası xırda mənənələr olub Vitis vinifera növünün və digər calaqaltıların kökləri ilə qidalanıraq tənəklərin inkişafını yubadır yaxud onların məhvinə səbəb olur. Bu zərərvericilər daha sərin bölgələrdə müşahidə olunan ağır gilli torpaqlarda daha yaxşı inkişaf edir. Üzüm fullokserası daha ağır torpaq sahələrində müşahidə olunsa da, onların belə mühitdə vurduğu ziyan kəskin olmaya bilər. Bu mənənələr qumsal torpaqlarda yaşamır. Yetkin fərdlərin əksəriyyəti qanadsız dişi fərdlərdən ibarət olur. Dişi fərdlər oval formada olur, lakin yumurta qoyan fərdlər armuda bənzəyir. Dişi fərdlərin uzunluğu 0.1 santimetrdir və onların rəngi dəyişərək sarı, sarımtıl-yaşıl, yaşıl, açıq qəhvəyi, qəhvəyi və ya narıncı ola bilir. Nimfalar yetkin fərdlərə bənzəsə də, onlardan kiçik olur. Üzüm fillokserası bitkinin kök sistemində xırda nimfa formasında qışlayır. Bu nimfalar yaz aylarında, yəni torpağın temperaturu 280C dərəcə olduqda qidalanmağa başlayır, birinci inkişaf mərhələsində fəal sürünənə çevrilərək torpaq və ya külək vasitəsilə bir bitkidən digərinə keçə bilir. Zərərvericilər həmçinin qələm, avadanlıq və ya digər istehsal vasitələri ilə yayıla bilir. Yetkin filloksera qrup şəklində hərəkət edir və bitki kökünün xarici hissəsi ilə qidalanır. Payız aylarında torpağın temperaturu 15,50C dərəcədən aşağı düşdükdə zərərvericinin bütün inkişaf mərhələləri (kiçik nimfalar istisna olmaqla) dayanır. Üzüm fillokserası ildə 3-5 nəsil verir.

Zədə

Üzüm fillokserası üzüm tənəyinin kök sistemini (əsasən kökcükləri) zədələyərək onların şişməsinə səbəb olur. Zədələnmiş köklər sarımtıl rəngə çalır, lakin möhkəm köklərin üzərindəki şişmiş hissələri görmək mümkün olmur. Zərərvericinin qidalandığı hissələrdə nekroza məruz qalmış, yəni toxumaları ölmüş ləkələr müşahidə olunur. Bu ləkələr kök sisteminin əhatə edən və kök sisteminin əksər hissəsini məhv edən ikinci dərəcəli göbələk infeksiyasının yayılması nəticəsində əmələ gəlir. Beləliklə, kökü zədələnmiş tənək inkişafdan dayanır və məhsuldarlıq aşağı düşür. İnfeksiyanın kəskinliyi üzüm tənəyinin möhkəmliyindən, torpağın teksturasından və su sızdırma qabiliyyətindən asılı olaraq dəyişir.

54

Mübarizə Tədbirləri

Fillokseranın kəskin təsir göstərdiyi bölgələrdə müqavimətli calaqaltıların əkilməsi ən effektiv mübarizə vasitəsi hesab edilir. Fillokseranı pestisidlə məhv etmək mümkün deyil, çünki kimyəvi maddələr zərərvericinin üstün tutduğu ağır gilli torpağa nüfuz edə bilmir. Bundan başqa, müalicənin effektivliyini qiymətləndirmək çətin olur, çünki zərərverici məhv edilsə də, zərərverici kütləsi qısa müddət ərzində təkrar olaraq inkişaf edə və tənəklə qidalanmağa başlaya bilər. Zərərvericinin kəskin təsirlərini aradan qaldırmaq üçün uzun müddət kimyəvi mübarizə aparmaq lazımdır, ona görə də daha güclü mübarizə strategiyasının hazırlanması məsləhət görülür.

Tripslər

Nimfalar Yetkin Fərdlər Zərərvericinin Təsviri

Tripslər – uzunluğu 0.1 sm olan xırda həşəratlardır. Zərərvericinin qanadları qabarıq nəzərə çarpır, rəngi isə sarı və qəhvəyi çalarlar arasında dəyişir. Üzüm və çiçək tripsləri təsərrüfata ziyan vuran ən mühüm zərərvericilərdir. Tripslərin hər iki növü əksər üzümçülük bölgələrində müşahidə oluna bilər. Üzüm bağlarında trips kütləsi əsasən iyul ayında pik həddə çatır və tənəklərin boy atdığı mərhələyə təsadüf edir. Bununla belə tripslərin sayı tənəyin inkişafdan dayanması ilə azalır. Qərbi çiçək tripsləri may ayında, yəni çiçəkləmə mərhələsində və daşıyıcı qışlıq bitkilərin quruduğu dövrdə çoxalır.

Zədə

Süfrə üzümü qərbi çiçək tripslərinin təsirinə qarşı həssasdır. Bu zərərvericilər çiçəkləmə mərhələsindən meyvə tutumu mərhələsinə kimi və sonrakı qısa dövr ərzində gilələrin üzərinə yumurta qoyaraq parlaq ləkə yaradır. Tripslərin hər iki növü üzüm gilələrini zədələyir və süfrə üzümünün bəzi ağ sortlarını satışa yararsız vəziyyətə salır. Tripslər bəzi hallarda Thompson Seedless və Red Globe sortlarını zədələyərək əsas problemə çevrilir. Zərərvericilər yay aylarında meyvəni deyil, yenicə boy atmış zoğları yeyir. Tripslər bəzi ərazilərdə, xüsusən sərin yağışlı havada (yazda) yenicə boy atmış pöhrələrlə qidalanır, zoğun inkişafını yubadır və yarpaqların qıvrılmasına səbəb olur. Üzüm tripsləri yazın sonunda və ya yayın əvvəlində zoğların ucunu zədələyir, lakının zədənin əlamətləri zərərverici kütləsi azaldıqdan sonra nəzərə çarpır. Yay aylarında tripslərin zədələdiyi yarpaq örtüyü daha çox müşahidə olunsa da, əksər üzüm sortları üçün problem yaranmır.

Mübarizə Tədbirləri

Tripsin Zədələdiyi Meyvə Yarpaqbükən Tırtıllar Yarpaqbükən Tırtıl (Yetkin Fərd)

Ümumiyyətlə, tripslər Azərbaycanın əksər bölgələrində kişmişlik və şərablıq üzüm sortları üçün cüzi problem yaradır, lakin sərin şimal bölgələrində yenicə cücərən zoğlarla qidalanaraq çoxalır. Bununla belə, süfrə üzümü tripsin təsirinə qarşı həssasdır və belə bağların müalicəsi tələb oluna bilər. Süfrə üzümü bağlarının idarə olunması ilə bağlı qərarlar zərərverici kütləsinə, sortun həssaslıq dərəcəsinə və əvvəlki ildə təsərrüfata dəymiş ziyana əsasən qəbul edilir. Üzüm pöhrələrinin və zoğlarının sürətlə boy atdığı dövrdə çiçəklər və salxımları yoxlayaraq (salxımları ağ lövhəyə silkəyərək) yetkin fərdlərin və ya sürfələrin, eləcə də kiçik yırtıcı böcəklərin olub olmadığınu müəyyən edin. Qərbi çiçək tripslərin normal kütləsi adətən bir salxımda 5-25 yetkin fərddən və 10-50 sürfədən ibarət olur. Kəskin hallarda bir salxıma 150 yetkin fərd, 300 sürfə hücum edə bilir, lakin üzüm tripslərinin dağıdıcı kütlə həddi hələlik müəyyən olunmayıb. Süfrə üzümünün çiçəkləmə mərhələsində müvafiq kimyəvi preparatlardan istifadə edərək gilələrin zədələnməsinin qarşısını almaq olar.

Zərərvericilərin Təsviri

Yarpaqbükən tırtıllar zəng formasında olub xortuma bənzəyən və baş nahiyəsindən qabağa çıxan qaramtıl-boz ağız aparatına malikdir. Zərərvericinin ön qanadları açıq boz rəngdədir, lakin qanadların ucu isə daha tünd rəngə çalır. Yarpaqbükən tırtıllar mumiyalaşmış üzüm gilələrində, alaq bitkilərində və bağa atılmış digər tullantıların içərisində sürfə formasında qışlayır. Yaz aylarında zərərvericinin sürfələri tam inkişaf edərək güvəyə çevrilir və güvələr də öz növbəsində üzüm yarpaqlarının üzərinə çiləkənə bənzəyən yumurta kütləsi qoyur. Təxminən 5 gündən sonra yumurtadan sürfə çıxır və həmin sürfələr iki cavan yarpağın arasında tor quraraq qidalanır. Qeyd etmək lazımdır ki, bu zərərvericilər digərlərindən fərqli olaraq yarpaqları burmur, onları bir-birinə bağlayaraq daxili hissələrlə qidalanır. Onların yuvalarını çiçəklərdə (may), salxımlarda (iyun-sentyabr), eləcə də yarpaqlarda və zoğların uc hissələrində müşahidə etmək olar.

56

ÜZÜMÇÜLÜK

Yarpaqbükən tırtıllar əksər hallarda üzüm yarpaqburanları ilə səhv salınır. İnkişaf mərhələlərindən asılı olaraq bu zərərvericinin baş nahiyəsi qara yaxud qəhvəyi kapsul formasında olur. Yetkin sürfələrin rəngi dəyişərək sarımtıl yaxud bozumtul olur və onların qarın nahiyəsində azca qabağa çıxmış kiçik şişlər görmək olar, lakin üzüm yarpaqburanlarında belə şişlər müşahidə olunmur. Bundan başqa, yarpaqbükən tırtıllar üzüm yarpaqburanlarından fərqli olaraq adətən torpağın üzərinə birbaşa deyil, tor sapı ilə düşür. Ümumiyyətlə, zərərvericinin il ərzində dörd uçuş dövrü olur və onların qismən uça bildiyi beşnci dövr isə daha isti illərə təsadüf edir. Yetkin fərdlər yaz aylarında (fevralaprel), mayın sonunda, iyulun ortalarında, avqustun sonunda və ya sentyabrın əvvəlində müşahidə olunur. Sürfələrin beş inkişaf mərhələsi vardır və birinci mərhələ həşəratlar uçmağa başladıqdan sonra başlayır.

Zədə

Yarpaqbükən tırtıllar üzüm bitkisinin yarpaqları, çiçəkləri və gilələri ilə qidalanır, eyni zamanda meyvəni çürüdərək üzüm bağlarına yetişmə mərhələsindən sonra ciddi ziyan vurur.

Zərərverici kütləsi yazda və yayın əvvəlində müşahidə olunsa da, yay aylarında artaraq üzüm gilələrinin çürüməsinə səbəb ola bilir. Yarpaqbükən tırtılların artmasının səbəbi daşıyıcı alaq otlarının quruması nəticəsində zərərvericilərin bağa köçməsi ola bilər. Mübarizə tədbirləri arasında ənənəvi qaydalar da mühüm rol oynayır. Əgər bu zərərvericilər üzüm bağında problem yaradıbsa, yaz müalicəsinin aparılması məsləhət görülür. Nəzarət tədbirlərinə uyğun olaraq bəzi kimyəvi mübarizə tədbirlərinin də həyata keçirilməsi lazım gələ bilər.

Mübarizə Tədbirləri

Üzüm Salxımında Qəhvəyi Qalxanlı Zərərli Bağacıq

2018-ci ildə qəhvəyi qalxanlı zərərli bağacıqlar Gürcüstanın meyvə-tərəvəz təsərrüfatlarına ciddi ziyan vurub. Bu zərərverici Azərbaycanda da müşahidə edilib və mübarizə üçün nəzərdə tutulmuş tələlər hal-hazırda idxal qeydiyyatından keçir. Təsərrüfatda yaxud evlərdə müşahidə olunan zərərli bağacıqları tutaraq Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə göndərin. Bu zərərverici üzüm də daxil olmaqla 200-dən artıq meyvə-tərəvəz sortu ilə qidalanır. Zərərli bağacıqlara qarşı mübarizə aparmaq üçün aşağıdakı kimyəvi dərmanlardan istifadə etmək olar. Bu dərmanlar bir dəfədən artıq verilməlidir. Bunun üçün üzüm bağlarını gəzmək və zərərvericinin törədə biləcəyi təhlükəni qabaqcadan bilmək lazımdır. Zərərli bağacıqlar isti mühitdə yaşayır, ona görə də bu zərərvericiləri evin küncündə və ya maşının mühərrikində axtarmaq lazımdır. Yaz aylarında təsərrüfatın müxtəlif hissələrində tənəklərin altına ağ mələfə qoyaraq budaqları silkələyin, çünki zərərli bağacıqları ilin bu fəslində yuxuya gedir və asanlıqla yerə düşür.

Gələcəkdə digər məhsullardan da istifadə etmək olar. Bəzi məhsullar zəhərlilik dərəcəsinə və ya bazarda mövcud olmadığına görə siyahıya daxil edilməyib.

Xəstəliklərə və Zərərvericilərə Qarşı Kompleks Mübarizə Tədbirləri (İPM)

Üzüm bitkisinin həyata sikli aşağıdakı 8 müxtəlif mövsümdən ibarətdir:

Süfrə Üzümü Üçün İllik İPM Proqramı

1.Yubanmış sükunət dövrü, 2.Tumurcuqlama dövrü, 3.Zoğların sürətlə boy atdığı dövr, 4.Çiçəkləmə-yetişmə dövrü, 5.Yetişmə dövrü (əksər meyvənin yetişdiyi dövr), 6.Məhsul yığımı dövrü, 7.Məhsul yığımından sonrakı dövr, 8.Sükunət dövrü. Üzüm tənəyi bu mərhələlərdə müxtəlif zərərvericilərin təsirinə məruz qalır. Mövsüm ərzində xəstəliklərə və zərərvericilərə qarşı aşağıdakı qaydada mübarizə aparmaq olar:

Yubanmış Sükunət Dövrü

* Üzüm bağının müxtəlif hissələrində təsadüfi olaraq 15 tənək seçin, * İsti havada (temperatur 180C dərəcədən yuxarı olduqda) bitkinin əsas və ikinci dərəcəli gövdələrini, mahmızları yoxlayın və aşağıdakı zərərvericinin olub olmadığını müəyyən edin:

This article is from: