
9 minute read
Tənəyə forma vermək üçün istifadə olunan sistemlər
9. İkinci gövdədəki mahmızlar tətbiq olunan budama sistemindən asılı olaraq aşağıya yaxud yuxarıya doğru istiqamətlənə bilər. 10. Saxlanılan mahmızların ümumi sayı tənəyin gücündən və hər bir bar verən mahmızda saxlanılan tumurcuqların sayından asılı olaraq dəyişir.
Advertisement
Tənəkarası Məsafə və Şpalerlər
Tənək çətirinin və şpalerlərin idarə olunması sistemləri bir neçə məqsədə xidmət edir. Burada ən əsas məqsəd tənək çətirinin mümkün qədər daha çox günəş işığı qəbul edə bilməsidir. Ona görə də bitkini şimal-şərq istiqamətində uzanan cərgələrə əkmək lazımdır, çünki bitki məhz bu yolla səhərdən axşama kimi lazımi miqdarda günəş işığı qəbul edir.
Əksər üzüm bağlarında “I” formalı standart şpalerlərdən istifadə edilir və tənəklər cərgəarası məsafənin sayəsində mövcud günəş işığının təxminən 50-75%-ni qəbul edə bilir. Beləliklə, bitkini daha çox günəş işığı ilə təmin etməklə məhsuldarlığı artırmaq mümkündür. Bunun iki yolu vardır: 1) cərgələri daha sıx əkmək, 2) “Y” və ya “T” formalı şpaler sistemlərindən istifadə etməklə çətiri genişləndirmək və bitkinin daha çox günəş işığı qəbul etməsinə şərait yaratmaq. Cərgəarası məsafəni 3.65 metr saxlamaqla, “T” (eni 1.1 metr və ya daha artıq) yaxud “Y” (eni 1.8-2.6 metr) formalı şpaler sistemlərindən istifadə etməklə çox uğurlu nəticə əldə etmək olar. Bu zaman cərgələr geniş olmalıdır ki, dərmansəpən və yığım avadanlıqları bağda sərbəst hərəkət edə bilsin.
Cərgəarası məsafə və ya şpaler sistemləri ilə bağlı qərar verərkən torpağın xüsusiyyətləri də nəzərə alınmalıdır. Gücü az olan, yəni duzluluq və pH səviyyəsi yüksək olan gilli torpaq sahələrində cərgəarası məsafəni qısaltmaq və “T” formalı şpalerlərdən istifadə etmək məsləhət görülür. Bu zaman yarpaq örtüyü daha sıx olur və günəş işığına həssas olan üzüm sortları yanmadan qorunur.
Belə torpaq növlərində cərgəarası məsafənin 3-3.3 metr, kəsişən tir eninin isə 0.9 metrə kimi olduğu üzüm bağları ən yüksək məhsuldarlıq səviyyəsinə çatıb. Dirəklər arasındakı məsafə 7-9 metr olmalıdır.


“T” Formalı Şpaler “Y” Formalı Şpaler
Şpaler Sisteminin Quraşdırılması
Şpaler sistemini quraşdırmaq üçün ilk növbədə torpaq sahəsinə lazımi gübrələri diskli mala ilə mümkün qədər dərindən qarışdırmaq lazımdır. Bundan sonra hər bir şpaler dirəyinin yerini nişanlayın və dirəkarası məsafəni müvafiq istiqamətləndirici vasitə ilə dəqiq təyin edin. Yuxarıda qeyd olunduğu kimi, dirəkarası məsafə 7-9 metr, cərgəarası məsafə isə quraşdırılmış şpaler sisteminə uyğun olmalıdır.


Dirək materialları təzyiq altında emal olunmuş taxtadan, poladdan və ya alüminiumdan hazırlanmalıdır. Şpaler sisteminə müəyyən texniki xidmətin göstərilməsi (məs. dirəklərin dəyişdirilməsi) tələb olunsa da, əksər sistemlərin istismar müddəti təxminən 20 il olur.
Aralıq dirəkləri düz saxlamaq üçün sonuncu dirəkləri torpağa bərkitmək lazımdır. Belə dirəkləri aşağıdakı qaydada bərkitmək olar:

Tənəklərin dolandığı xətt məftilləri gərilməyə qarşı davamlı və 12.5 kalibrli olmalıdır. Bərkidici məftillər isə az karbonlu poladdan hazırlanmalı və 9 kalibrli olmalıdır ki, asanlıqla burula bilsin. Şpaler məftilləri şəkildə göstərilən qaydada qoşa pərçimlə bərkitmək lazımdır. Məftilləri dirəyin ortasından açılmış dəlikdən də keçirmək olar. Sonuncu dirəkdəki məftili dartmaq və boşaltmaq üçün (qış aylarında genişlənərək qırılmaması üçün) müvafiq vasitədən istifadə etmək lazımdır. Məftilin dartılması üçün istifadə edilən qurğu aşağıda göstərilib. Şpaler məftillərini müxtəlif üsullarla dartmaq olar, lakin istənilən halda təcrübəli fermerlərin məsləhətindən yararlanmaq lazımdır.
Əksər üzüm sortlarında çətirin daxilinə düşən işığın miqdarına qarşı müxtəlif dərəcəli reaksiya müşahidə olunur, məs. əgər çətir hissə həddən artıq qol-budaq atarsa və üzüm salxımları az miqdarda günəş işığı qəbul edərsə, qırmızı və qara giləli sortların rəngi öz tündlüyünü itirəcək.

Günəş İşığının Çətir Daxilində Optimal Dərəcədə Paylanması
Əksər tumsuz üzüm sortlarına gəldikdə isə, günəş işığının zəif nüfuz etməsi tumurcuğun və meyvənin azalmasına səbəb olacaq. Bu zaman bitkinin öz enerjisini yarpaqların böyüməsinə sərf edir və problem daha da çətinləşir. Boyatmanı tənzimləyən Ethephon maddəsindən etiketdə göstərilən miqdarda istifadə etməklə bu problemi aradan qaldırmaq olar. Yay aylarında tənəyin yarpaq örtüyünü davamlı olaraq müəyyən formada saxlamaq olar. Bunun üçün “T” və ya “Y” formalı şpalerlərdən istifadə olunmalı, eləcə də daxili və xarici yarpaqlar qoparılmalıdır ki, bitki daha çox günəş işığı qəbul edə bilsin. Əgər üzüm bağı bitkinin boy atmasına mane olan torpaq sahəsində salınıbsa (Azərbaycanda əksər torpaq növləri belə xüsusiyyət malikdir), bu tədbirlərin görülməsinə ehtiyac yoxdur.
Meyvənin Yarpaq Örtüyündən və Şpaler Məftilindən Ayrılması
Effektiv şəkildə idarə olunan çətir və şpaler sistemində üzüm salxımları məftildən, yarpaqdan və müəyyən hissələrdən təcrid olunur. Belə olduqda sahədə işləyən işçilər rahat hərəkət edə bilir, xərclər azalır, məhsul yığımı asanlaşır, hava axını və dərmanlar bitkinin bütün hissələrinə nüfuz edir, üzüm salxımının ətraf hissələrini nəmişliyin təsirinə məruz qalmır və müəyyən xəstəliklərlə bağlı problem yaranmır.
Üzüm Tənəyinin Əkilməsi
Üzüm bağı salarkən və ya zəif yaxud qurumuş tənəyi əvəz sağlam tənəklə əvəz edərkən bitkinin daha tez boy atması və yüksək keyfiyyətli məhsul verməsi üçün müəyyən tədbirlərə əl atmaq lazımdır. Birinci addım “çoxaltma yatağı” adlanan sahənin gübrələnməsindən və becərilməsindən ibarətdir. Bundan sonra gübrələnmiş və becərilmiş sahəyə şırım çəkərək bitkini əkmək və suvarmaq lazımdır. Cərgələr bir-birindən 0.5 metr, bitkilər isə 15 sm aralı olmalıdır. Kök sistemi formalaşmış tinglərdə yarpaq və meyvə əmələ gəlir. Bir ildən sonra (yəni, tinglər əkinə hazır olduqda) meyvə salxımlarını qoparın və tingi çalaya əkin. Çalanın eni və dərinliyi 20 sm olmalıdır. Çalanın dibini və kənarlarını qaşımaq, çaladan çıxarılmış torpağı isə üzvi maddə ilə qarışdırmaq lazımdır. Qeyd etmək lazımdır ki, çoxaltma yatağından çıxarılmış tingin köklərini torpaqdan təmizləmək olmaz. Əgər tingdə calaq olunmuş hissə varsa, həmin hissəni mumlamaq olar, lakin bu hissə torpaq səthindən yuxarıda olmalıdır. Bitkinin kökləri nəm olmalı və geniş açılmalıdır. Çalaya tökülmüş torpağı astaca döyəcləmək lazımdır ki, torpaq kütləsi kök sistemi ilə təmasda olsun və hava boşluğu yaranmasın. Çalaya gübrə tökmək olmaz, çünki bitkinin kökü yana bilər. Çalanın mərkəzi nöqtəsi şpalerin ən aşağı məftilinin altından keçməlidir.
Tənəyə Necə Forma Vermək Olar? ( Birinci İl)
Ən hündür pöhrə təxminən 6-10 düym olduqda tənəyə forma vermək olar. Hər tənəyin yanında kiçik çubuq olmalı və həmin çubuq şpalerin birinci məftilinə bərkidilməlidir. Forma vermək üçün istifadə etdiyiniz pöhrə həmişə şaquli istiqamətdə boy atmalı və qollu-budaqlı olmalıdır. Digər pöhrələrin də boy atmasını gözləmək və bundan sonra ən möhkəm pöhrəni çubuğa 1/2” ölçülü yaşıl vinil lentlə bağlamaq lazımdır. Proses zamanı pöhrələr sına bilər, ona görə də həmişə ehtiyat pöhrə saxlanılmalıdır. Ən möhkəm pöhrəni çubuğa boş bağladıqdan sonra tənəyin digər pöhrələrini və şişmiş tumurcuqlarını baş barmağınızla sürtərək qoparın. Pöhrənin hər 10-12 sm-lik hissəsini lentlə (2 sm) bağlamaq və lazım gəldikdə lenti hər həftə dəyişmək lazımdır. Cavan tənəyi lentlə sıxmaq olmaz, yəni lenti o qədər boş dolamaq lazımdır ki, tənəklə lent arasına barmaq salmaq mümkün olsun.


Qeyd etmək lazımdır ki, pöhrə çubuğa nə qədər düz bağlanarsa, onun gövdəsi bir o qədər bərabər və düz formada boy atar. Əgər pöhrə çubuğun uc hissəsindən keçən məftilə çatarsa, onun uc hissəsini kəsərək yan tumurcuqların inkişafına şərait yaratmaq lazımdır. Bu, eyni zamanda bar verən oduncağın əmələ gəlməsinə kömək edəcək. Əgər pöhrə məftilə yaxud çubuğun uc hissəsinə çata bilmirsə (onun hündürlüyü ən az 1 metr olmursa), onu budayaraq əvvəlki vəziyyətə (bir ədəd iki tumurcuqlu mahmız saxlamaqla) gətirmək lazımdır. İnkişafdan dayanmış və daha çox gücə ehtiyac duyan bütün pöhrələr bu qaydada budanmalıdır ki, növbəti ildə daha rahat boy ata bilsin. Əgər belə hal bütün üzüm bağında müşahidə olunarsa, onda bütün tənəkləri budayaraq qoşa tumurcuqlu mahmız saxlamaq və gövdəni budayaraq ikinci ilə hazırlamaq lazımdır. Cavan tənəkdə, xüsusən də yarpaqlarda unlu şeh xəstəliyinin olub olmadığını yoxlayın. Bu xəstəliyə qarşı mübarizə aparmaq üçün üzüm bağına kükürd (isladıla bilən və ya toz) verin. Əgər unlu şeh birinci ildə bağa yayılarsa, növbəti illərdə onun qabağını almaq çətin olacaq. Birinci yaydan sonra qış aylarında məftilə bağlanmış ən güclü pöhrədən başqa bütün pöhrələri (birinci yayda əmələ gəlmiş) budayın. Əgər bu pöhrə ikinci məftilə çata bilibsə, onu həmin məftilə də bağlayın. Bundan sonra bütün bağa müəyyən quruluş vermək olar.
Vegetasiya Mövsümü (İkinci İl)
Tənəyin 1-4 cü İllərdə və Sonrakı Dövrlərdə Boy Atması
İkinci ilin yaz aylarında tumurcuq açdıqda bitki qida maddələrini əsasən torpaqdan deyil, oduncaqdan qəbul edir. Yeni pöhrələr təxminən 5 sm olduqda bitkinin kökünü qidalandırmaq və suvarmaya başlamaq lazımdır.
Növbəti bölmədə süfrə üzümləri üçün nəzərdə tutulmuş gübrələmə proqramından, eləcə də şpaler sisteminin montajından əvvəl istifadə olunan gübrələrdən bəhs edilir. Tənəklərin daha hündür şpaler məftilinə çata bilməsi üçün birinci məftili ikinci məftilə simlə bərkitmək lazımdır. Burada əsas məqsəd ikinci ildə bütün şpaler məftillərinin tənəklə örtülməsinə şərait yaratmaqdır. Tənəklər məhz bu yolla boy atacaq və yalnız 15 sm-dən qısa olan pöhrələri kəsmək lazım gələcək. Tənəyin yan zoğları kifayət qədər uzanarsa, onları məftilə dolamaq lazımdır. Zoğları məftilə günün ən isti çağında dolamaq lazımdır, çünki bu zaman onların elastikliyi ən yüksək səviyyədə olur. Əgər bir tənəkdə on iki salxım yetişərsə, onlardan yeddisini qoparmaq və yalnız tənəyin mərkəzinə yaxın olan salxımları saxlamaq lazımdır. Yadda saxlayın ki, ikinci ildə əsas məqsəd bütün şpaler məftillərinin tənəklə örtülməsinə şərait yaratmaq və məhsuldarlığı maksimum səviyyəyə çatdırmaqdır.

Əgər lazımı sayda salxımı qoparmayıb sadəcə olaraq tənəyə dayaq versəniz, bitkinin əksər hissələri sınacaq, üçüncü ildə məhsuldarlıq aşağı düşəcək və xəstəliklərlə bağlı problem yaranacaq. Qeyd etmək lazımdır ki, üzüm salxımının tam yetişməsi üçün bir tənəyin zoğunda 8-12 ədəd bütöv yarpaq olmalıdır. Beləliklə, üzüm bağının idarə olunmasında iki mühüm tədbiri nəzərə almaq lazımdır: 1.Kənar zoğların şpaler məftilinə dolanması 2.Əsas gövdənin dibində əmələ gəlmiş pöhrələrin mütəmadi olaraq qoparılması. Nəzərə alınan digər mühüm amillərə isə gübrələməni, suvarmanı, zərərvericilərə və xüsusilə, xəstəliklərə qarşı mübarizəni aid etmək olar.
Tənəyin İkinci Mövsümdə Budanması
Birinci mövsümdə bütün şpaler məftilləri tənəklə örtülməlidir. Məhsul yalnız birillik oduncaqda yetişir, ona görə də çiçək yaxud meyvə verməyən yaşlı tənəkləri hər il budamaq lazımdır. Tənəklər ikinci mövsümdə dörd mərhələdə budanır:
2. 4 ədəd meynəni seçdikdən sonra yerdə qalan hər şeyi budayın. VACİBDİR!!! Tənəyi budayarkən onu əlinizlə iki dəfə yoxlayın, çünki meynələr bir-birinə o qədər sarmaşır ki, saxlamaq istədiyiniz tənəyi səhvən kəsə bilərsiniz. 3. Növbəti mərhələdə əsas sarmaşan meynələrin yan budaqları budanır. Hər bir yan budaq təxminən birinci tumurcuqdan yuxarı kəsilməlidir. Hər bir sarmaşan meynədə təxminən 15 ədəd tumurcuq olmalıdır.
1. 4 ədəd cavan, sağlam, sarmaşan meynə (yuxarı sağ, aşağı sağ, yuxarı sol və aşağı sol hissələrdə) seçin və yerdə qalan meynələri budayın. Əsas meynələri seçərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: 1. Oduncağın cavan və sağlam olması, 2. Hər tənəkdə 15 tumurcuğun olması. Əsas tənəyin yan budağı bir tumurcuq hesab edilir və üçüncü mərhələdə bu yan budaqlar budanır. 3. Düzgün istiqamətdə boy atan tənəklərin seçilməsi.

4. Bu mərhələdə meynələri şpaler məftilinə dolamaq lazımdır. Əgər meynələri düzgün mövqedə saxlamaq mümkün deyilsə, onları ( bığcıqlar məftilə dolaşana kimi) şpaler məftilinə bərkitmək olar.
Tənəyə forma vermək üçün yüzlərlə sistemdən istifadə olunur. Onlardan biri aşağıdakı şəkildə verilib.

Hər sistemin üstün və çatışmayan cəhətləri vardır, lakin istənilən halda aşağıdakı qaydaları yadda saxlamaq lazımdır: 1.Əsas məqsəd günəş işığının mümkün qədər daha çox nüfuz etməsinə şərait yaratmaqdır. Şpaler sistemini quraşdırarkən və məftillərin sayını müəyyən edərkən bu qaydanı yaddan çıxarmayın. 2. Məhsul daha sürətlə və rahat yığılmalıdır, çünki məhsul yığımı nə qədər yubanarsa, işi qüvvəsinin xərci bir o qədər artar. 3. Xəstəliklərə və zərərvericilərə qarşı səpilən dərmanlar bitkinin bütün hissələrinə nüfuz etməlidir. 4. Qonşu fermerlərin təcrübəsindən yararlanın. Onların uğurlarından və səhvlərindən nəticə çıxarın. 5. Üzüm bağında nəticə etibarilə 2-3 sistem uğurlu nəticə verə bilər.

Tənəyin Növbəti Mövsümlərdə Budanması
Tənəyi budayarkən aşağıdakı qaydaları həmişə yadda saxlamaq lazımdır: 1. Məhsuldarlığı təmin etmək üçün birillik budaqcıq saxlamaq lazımdır. 2. Yalnız yaşıl budaqcıqları və mahmızları (əvvəlki anlayışlara bax) seçin, yəni kəsilmiş mahmızın yaxud budaqcığın daxili hissəsinin ağ olması ikinci dərəcəli gövdənin qurumasından və ya həmin hissələrin donaraq zədələnməsindən xəbər verir.