
6 minute read
Budama
Budaqcıqla Çoxaltma Metodu
Üzüm bağlarında bəzən qurumuş tənəklərə də rast gəlmək olur. Belə tənəkləri əvəz etmək üçün əkin materialı olmadıqda qış ayına kimi, yəni budaqcıqların budandığı dövrə kimi gözləmək lazımdır. Həmin dövrdə sağlam tənəyin budaqcığını əyərək qurumuş tənəyin çıxarıldığı çalaya aşağıdakı qaydada basdırın.
Advertisement
Budaqcığın Basdırılması Toxumla Çoxaltma
Üzümün toxumla çoxaldılması heç bir halda tövsiyə olunmur, çünki hər bir toxumda müxtəlif sortlara aid olan fərqli genlər mövcuddur, ona görə də orijinal sort yetişdirmək nadir hallarda mümkün olur.
Taraz budama – dayanıqlı hissədə yüksək keyfiyyətli meyvənin yetişməsi üçün tənəkdəki tumurcuq sayının tənzimlənməsidir.
Şirə axını – budanmış oduncaqlı bitkidən şirənin axması nəzərdə tutulur. Belə hallara adətən sükunət dövründə rast gəlmək olur. Axan şirə tənəyə ziyan vurmur.
Tumurcuq – Tənəyin üzərindəki tumurcuqlar mürəkkəb olub əsas, ikinci və üçüncü dərəcəli tumurcuqlardan ibarətdir. Əsas tumurcuqlar yazda açır, ona görə də belə tumurcuqların əksəriyyəti şaxtadan donaraq məhv olur. Qeyd etmək lazımdır ki, əsas tumurcuq ən məhsuldar tumurcuqdur. Əgər bu tumurcuq zədələnərsə və ya məhv olarsa, ikinci dərəcəli tumurcuqlar açılaraq inkişaf edir. İkinci dərəcəli tumurcuqlar üzümün sortundan asılı olaraq bar verə bilər. Hibrid fransız-amerikan sortlarının ikinci dərəcəli tumurcuqları amerikan və ya Vinifera növü il müqayisədə bar verməyə daha çox meyllidir. Əgər ikinci dərəcəli tumurcuqlar zədələnərsə və ya məhv olarsa, onların yerini üçüncü dərəcəli tumurcuqlar tutur. Bu tumurcuqlar məhsuldar olmur. Tumurcuqlar yarpaq saplağı ilə zoğun arasında yerləşir.
Möhkəm budaqcıq – həddən artıq möhkəm olub qol-qol budaq atan zoğdur. Belə budaqcıqlarda buğumarası məsafə çox uzun (5-6 düym), diametri isə daha geniş (½ düymdən böyük) olur. Hər iki tərəfdən yastı olan bu budaqcıqlar çarpaz kəsişmə nöqtəsində adi budaqcıqlara dairəvi deyil, oval forma verir. Möhkəm budaqcıqlar məhsuldar ola və ya olmaya bilir, lakin onların soyuğa qarşı müqaviməti normal ölçülü budaqcıqlarla müqayisədə daha zəifdir və mahmız, bar verən budaq yaxud ikinci dərəcəli gövdə üçün düzgün seçim hesab edilmir. Belə budaqcıqlar xarakterik olaraq həddən artıq qol-budaq atmış tənəklərdə müşahidə olunur.
Budaqcıq – yarpaq tökümündən sonra formalaşan yetkin zoğdur. Gilələrinin rənginin dəyişdiyi dövrdə nazik və şirəli zoğlar oduncağa çevrilir və onların yaşımtılsarı rəngi tədricən tunc rəngə çalır.
Budaqcığın budanması – yeni zoğların əmələ gəlməsi üçün tənəyi budayaraq birdən artıq budaqcığın saxlanılması. Budanmış tənəyin torpaq səthindən yuxarıdakı hissəsi əsas gövdədən, bir və ya daha artıq budaqcıqdan (belə budaqcığın üzərindəki tumurcuqdan zoğ əmələ gəlir) və yeni budaqcıq üçün nəzərdə tutulmuş bərpaedici mahmızdan ibarət olur. Əksər məhsuldar tumurcuqların mərkəzi hissədə yerləşdiyi üzüm sortlarının budaqcıqları budanır. ___ İkinci dərəcəli gövdə (qol budaqlar) – Əsas gövdənin yuxarı hissəsində formalaşan, zoğların və budaqcıqların əmələ gəldiyi, bəzi hallarda daimi olaraq saxlanılan üfüqi gövdə strukturudur.
Zoğ– tumurcuqdan əmələ gələn, saplaqdan, yarpaqdan, bığcıqdan və meyvədən ibarət olan şirəli gövdəcikdir.
Mahmız – yeni zoğların əmələ gəldiyi və ikinci dərəcəli gövdədə bir neçə (24) tumurcuğa malik olan qısa qalın budaqcıqdır.
Mahmızın budanması – İkinci dərəcəli gövdədən çıxan budaqcıqların bir neçə (24) tumurcuq saxlamaqla budanmasıdır. Bu gövdədən çıxan mahmızlar onun aşağı hissəsindəki mahmızlardan üstün tutulur. Əksər məhsuldar tumurcuqlar budaqcığın əsasında müşahidə olunarsa, tənəyin mahmızları budanır.
Bic zoğlar – gövdənin əsasından çıxan zoğlardır və əvəzedici gövdə kimi istifadə olunmadıqda kəsilərək götürülməlidir.
Salxım sütunu – salxıma və ya salxım topasına forma verən şaxəli gövdəciklərin skeletidir. Salxım sütunu yalnız üzüm gilələrini qopardıqdan sonra nəzərə çarpır.
Budama Haqqında Qısa Məlumat Tənəyi niyə budamaq lazımdır?
Budama aşağıdakı məqsədlərə xidmət edir: -Qurumuş, sınmış və ya xəstəliyə yoluxmuş oduncağın ləğv olunması, -Daha yaşlı, qeyri məhsuldar və ya az bar verən oduncağın ləğv olunması, -Sonrakı dövrlərdə yüksək keyfiyyətli meyvənin əmələ gəlməsi üçün yeni -Bitkinin günəş işığını, havanı daha yaxşı qəbul etməsi və səpilmiş dərmanın bütün bitki hissələrinə nüfuz etməsi üçün çətirin açılması, -Tənəklərin daha asan idarə olunması (budama, seyrəltmə, məhsul yığımı və s. işlərin asanlaşması), -Tənəklərin arzu olunan ölçü həddində saxlanılması.

oduncağın inkişafına təkan vermək,
Tənəyin birillik yaşlı oduncağı bar verir. Bu o deməkdir ki, yaz aylarında tumurcuqdan çıxmış yeni yaşıl zoğlar vegetasiya dövrünün sonuna kimi qəhvəyi rəngə çalır və belə zoğlar həmin mərhələdə birillik oduncaq hesab olunur. Həmin oduncağın üzərindəki tumurcuqların bəzisi növbəti yazda çiçəkləyir (meyvə əmələ gəlir), bəzisindən isə yarpaq və ya yeni zoğlar çıxır.
10
Budamanın əsas məqsədi hər bir tənəkdəki birillik oduncaqları maksimum sayda saxlamaqdan və həddən artıq salxımın yetişməsinin (bitkidə lazımi miqdarda enerji və qida maddəsi olmadıqda) qarşısını almaqdan ibarətdir. Budanmamış tənəkdə nisbətən az bar verən yaşlı oduncaq kütləsi daha qabarıq nəzərə çarpır. Oduncağı sıx olan tənəkdə hava yaxşı dövr etmir və göbələk xəstəlikləri inkişaf edərək yayılır. Ona görə də hər qış ayında əvvəlki ilə aid olan oduncağın 70-90%-i budanmalıdır.
Tənəyi nə vaxt budamaq lazımdır?
Tənəyi nə dərəcədə tez budamaq olar? Bu, bır sıra amillərdən asılıdır. Ümumiyyətlə, tənəyi sükunət dövründə mümkün qədər gec budamaq məsləhətə uyğundur, lakin həmin dövrdə bütün bağı budamaq lazımdır. Bununla belə, müəyyən hallar və dəyişikliklər nəzərə alınmalıdır.
Nəzərə alınan amillər:
Üzüm bağını birinci ildən sonra budamağa başlayarkən tənəklərin tam sükunət halında olmasını gözləmək lazımdır. Tam sükunət halında olmadıqda budanan tənəklərin soyuqdan zədələnmək potensialı güclənir və sükunət halına keçmək qabiliyyəti zəifləyir. Tənək qış ayında nə qədər tez budanarsa, soyuqdan donmaya qarşı “yaşıl sipər” rolunu oynayan tumurcuqların sayı bir o qədər çox olar, lakin tumurcuq itkisinin baş vermədiyi təqdirdə həddən artıq məhsuldarlığın qarşısını almaq üçün bağın təkrar budanması və ya salxımların seyrəldilməsi lazım gələ bilər. İkinci dərəcəli tumurcuqların yüksək məhsuldarlığa malik olduğu üzüm sortları daha erkən (yaxud digər sortlarla müqayisədə arzu olunan tumurcuq sayına uyğun) budana bilər. Budama yaralarının bəzi infeksiyalara qarşı həssaslığı mövsümün sonunda daha çox artır. Sükunət dövrünün sonunda budanmış tənəyin yaraları daha sürətlə sağalır.
Məhsuldar Tənəyin Budanması
Budamadan qabaq tumurcuqların məhvolma dərəcəsini qiymətləndirmək lazımdır. Çoxsaylı tumurcuqların üzərində çarpaz kəsik açmaqla əsas tumurcuqların zədələnib zədələnmədiyini müəyyən etmək olar. Budama zamanı daha çox sayda tumurcuq saxlamaq lazımdır ki, müxtəlif dərəcədə təsirə məruz qalaraq məhv olmuş tumurcuqları əvəzləmək mümkün olsun. 1. Tənəyin əsasında əmələ gəlmiş bic zoğları və şpaler məftilindən aşağı hissədə gövdədən çıxmış budaqcıqları (əgər əvəzedici gövdə və ya ikinci dərəcəli gövdə kimi istifadə olunmazsa) kəsib götürün. Calaq olunmuş tənəkdə gövdəni əvəz edən budaqcığı calaqaltıdan deyil, çalaqüstüdən seçmək lazımdır. 2. Tənəyi digərindən ayırmaq lazımdır ki, budama kəsiklərini daha asan ayırd etmək mümkün olsun. 3. Qurumuş, sınmış və ya xəstəliyə yoluxmuş budaqcıqları kəsib götürmək lazımdır.

ÜZÜMÇÜLÜK BİRİNCİ MƏRHƏLƏ – 3 BUDAMA SİSTEMLƏRİNİN BÜTÜN NÖVLƏRİNƏ AİD EDİLİR Budaqcığın Budanması
4. Əvvəlki ilin məhsulunu vermiş budaqcıqları müəyyən edərək kəsin. Belə budaqcıqları ayırd etmək asandır, çünki onların qabığı bozumtul və pırtlaşıq (cadarlanmis) olur. Bundan başqa, yeni budaqcıqların qabığı hamar və qırmızımtılbürünc rəngdə olur və yaşlı məhsuldar budaqcıqlardan çıxan tumurcuqları asanlıqla ayırd etmək mümkündür. 5. Gövdənin hər tərəfindəki sağlam budaqcığa şpaler məftili boyunca forma verərək növbəti ilin məhsuldarlığını arzu olunan səviyyədə saxlamaq olar. Belə budaqcıqlar ideal olaraq şpaler məftilindən 2-4 düym (1 düyüm=2,54 sm) aşağıda yerləşməlidir. Həddən artıq qol-budaq atmış qalın budaqcıq seçməyin, çünki belə budaqcıqlarda tumurcuqarası məsafə o qədər geniş olur ki, kifayət sayda tumurcuq saxlamaqla tənəyi nəzərdə tutulmuş məkan hüdudları daxilində yetişdirmək mümkün olmur. 6. Gövdənin hər bir tərəfindəki (bar verən budağın dolandığı şpaler məftilindən bir neçə düym aşağıda yerləşən) başqa budaqcıqları seçin və bir-iki tumurcuq saxlamaqla budayın. Bu, cavanlaşdırıcı mahmızdır və növbəti il üçün nəzərdə tutulmuş bar verən budaqcığa namizəd ola bilər. 7. Tənəkdəki bütün digər budaqcıqları kəsib götürmək lazımdır. 8. Hər bir budaqcığı budayaraq arzu olunan sayda tumurcuq saxlayın. Tumurcuqların sayı üzümün növündən, sortundan və tənəyin gücündən asılı olaraq dəyişir. Budaqcığın budanması üsulu tənəyin əsasından başlayaraq təxminən 5-ci tumurcuqdan 10-cu tumurcuğa kimi bütün tumurcuqların məhsuldar olduqda tətbiq olunur. Bir tənəyin budaqcığı digər tənəyin budaqcığı ilə üst-üstə düşməməlidir.

Mahmızın Budanması
4. Əvvəlki mövsümdən qalmış yaşlı bar verən oduncağı budayın. 5. Seçilmiş yeni budaqcıqları budayaraq mahmız yaradın. Əgər budaqcıqların ölçüsü və keyfiyyəti bərabər səviyyədədirsə, ikinci dərəcəli gövdəyə ən yaxın olan budaqcığı saxlayın və 2-4 tumurcuğa kimi budayın. Mahmızda saxlanılacaq tumurcuqların sayı daha aşağıda yerləşən tumurcuqların bar vermək qabiliyyətindən asılı olaraq dəyişir. Ən yaxşı məhsuldar mahmızlar diametri karandaş ölçüsündə olan budaqcıqlardan hazırlanır. 6. Cavanlaşdırıcı mahmızın formalaşması üçün nəzərdə tutulmuş budaqcıqları budayaraq bir ədəd tumurcuq saxlayın. Bu tumurcuqdan çıxan zoğdan budaqcıq əmələ gəlir və həmin budaqcığı növbəti il üçün nəzərdə tutulmuş bar verən mahmız üçün seçmək olar. 7. Birillik oduncağı olan yaşlı mahmızları budamaq lazımdır. 8. İkinci dərəcəli gövdənin üzərindəki mahmızlar bir-birindən təxminən 3-4 düym aralı olmalıdır.