Üzümçülük ABŞ

Page 64

ÜZÜMÇÜLÜK

Torpaq Nümunələrinin Götürülməsi və Nəticələrin Şərh Olunması Üzüm bağlarında torpaqdakı qida maddələrini analiz etmək üçün ən uyğun vaxt yaz aylarıdır. Həmin dövrdə qida maddələrində, pH səviyyəsində və üzvi maddələrdə uzun illər boyu baş vermiş dəyişikliklər yoxlanılır. Torpaqdakı ayrıla bilən qida maddələrinin miqdarı payız aylarında, yəni məhsul yığımından sonra azalır, yaz aylarında isə pH səviyyəsi yüksəlir. Ona görə də üzüm bağlarında torpağın qida tərkibinin daha asan müqayisə olunması üçün torpaq nümunələrinin məhz həmin ildə götürülməsi tövsiyə edilir. Məhsuldar üzüm bağlarında belə analizin iki-üç ildə bir dəfə aparılması məqsədə uyğundur. Torpaq nümunələrinin lazımi səviyyədə götürülməsi üçün müvafiq alətlərdən, məs. zonddan, beldən, təmiz plastik vedrədən və ya qutudan, təsərrüfatın xəritəsindən və markerdən istifadə etmək lazımdır. Bundan sonra üzüm bağını eyni torpaq teksturasına, maililik dərəcəsinə, üzvi maddə tərkibinə və məhsul göstəricilərinə malik olan daha kiçik hissələrə bölün. Torpaq nümunələrinin götürüldüyü hissələri xəritədə nişanlayın ki, müqayisə üçün eyni hissələrin təkrar analizini aparmaq asan olsun. Üzüm bağında torpaq nümunələrini ziqzaq formasında götürün. Bir nümunə 5 akrlıq (və ya daha kiçik) sahəni əhatə etməlidir. Əgər üzüm bağı bir formadadırsa, bir torpaq nümunəsi 10 akrlıq sahəni əhatə edə bilər. Sahənin kənarlarından və cərgələrin sonundan nümunə götürməyin. Beləliklə, 15-20 yerdə təxminən 8 düym dərinlikdə torpaq nümunələri götürərək toplayın, onları plastik vedrəyə yığın və analiz üçün bir pinta torpaqdan istifadə edin. Kation mübadiləsi həcmi (CEC) dedikdə torpağın gübrələri və ya qida maddələrini özündə saxlamaq qabiliyyəti nəzərdə tutulur. CEC qiyməti torpaq hissəciklərinin özündə saxladığı kalium (K), kalsium (Ca), maqnezium (Mg) və hidrogen (H) maddələrinin torpaqdakı qiymətlərini toplamaqla hesablanır. Torpağın tərkibindəki gilin və üzvi maddələrin miqdarı nə qədər çox olarsa, CEC qiyməti bir o qədər yüksək olar. CEC qiyməti yüksək olan torpaq növlərində qida maddələri və pH səviyyəsi sabit olur. CEC qiyməti 6me/100 qramdan kiçik olan torpaq növlərində isə K2CA və Mg qiymətləri daha tez dəyişə bilir. Gillicəli-qumlu və qumlu torpaq sahələrində CEC qiyməti 8-dən aşağı olur. Qumlugillicəli torpaqların CEC qiyməti isə əksər hallarda 8-12 arasında dəyişir. Gillicəli, gilligillicəli və gilli torpaqların CEC qiyməti adətən 12-dən yüksək olur. Torpağın CEC qiyməti dəyişdikcə pH səviyyəsi də dəyişir. Qeyd etmək lazımdır ki, torpağın CEC qiyməti nə qədər yüksək olarsa, qida maddələrini özündə saxlamaq qabiliyyəti də bir o qədər güclü olar. 64


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.
Üzümçülük ABŞ by USAID_Private_Sector_Activity - Issuu