ÜZÜMÇÜLÜK
Cərgəarası Hissələrin Təmizlənməsi * Üzüm bağına lazımi qayğını göstərməklə həşəratları və gəmiriciləri məhv etmək, eləcə də tənəyin kök sistemində sağlam mühit yaratmaq olar. Tənək cərgələri arasında becərmə avadanlıqlarından istifadə etmək olmaz. Müasir elmiaraşdırmaların heç biri cərgə arasının becərilməsini, daha dəqiq desək şumlanılmasını tövsiyə etmir. Əvvəl qeyd olunduğu kimi, alaq bitkilərinə qarşı mübarizə aparmaq üçün otbiçən avadanlıqlardan və herbisidlərdən istifadə etmək lazımdır. Cərgəarası hissələri tumurcuqlama mərhələsindən qabaq təmizlədikdə aşağıdakı halların qarşısını almaq mümkündür: * Kultivator, otbiçən avadanlıq və herbisidlərlə alaq bitkilərinə qarşı mübarizə aparmaq, * Hündür qoruyucu bitkilərin biçilməsi Üzüm bağlarında alaq bitkilərini biçdikdən sonra aşağıdakı zərərvericiləri və ya onların vurduğu ziyanı müşahidə etmək olar: * Gəmiricilər, * Budaq qurdları, * Şıqqıldaqlar, * Tumurcuq güvələri, * Gövdə xəstəliklərinin təsiri nəticəsində qurumuş mahmızlar.
Süfrə Üzümü Bağlarının Məhsul Yığımından Sonrakı Dövrdə İdarə Olunması Ekspertlərin əksəriyyəti bir faktla razılaşır ki, məhsula toxunmaqla və ya dadmaqla yığım vaxtını asanlıqla təyin etmək olar. Üzüm gilələri yumşaq, dadı isə şirin olmalıdır. Ən isti günlərdə meyvənin tərkibindəki şəkərin miqdarı artır, lakin istehsalçılar adətən yığım vaxtını bu parametrlərə əsasən dəyişə bilmirlər. Üzüm meyvəsi 20-250C dərəcədə yetişir. Məhsulun daşınması və saxlanılması üçün 0 ən uyğun temperatur səviyyəsi 0 C dərəcədir. Yığılmış üzümün daxili temperaturu nə qədər tez aşağı salınarsa, onun saxlanma və istifadə müddəti bir o qədər uzanar. Ona görə də yığılmış məhsulun kölgəli yerdə saxlanaraq mümkün qədər tez bir müddətdə anbara daşınması məsləhət görülür. Anbarın rütubətlilik səviyyəsi də mühüm əhəmiyyət kəsb edir. Süfrə üzümünün daşınması və saxlanılması üçün 85-90% rütubətin olması tövsiyə edilir. Əksər soyuducu anbarda rütubətlilik səviyyəsini qaldırmaq üçün nəmləndirici cihazlardan istifadə edilir. Nəmləndirici cihazlarla təchiz olunmamış anbarlarda isə döşəməyə su çiləməklə rütubətli mühit yaratmaq olar. Üzümdən başqa taxta və kağız qablar da suyu udur, ona görə də qablaşdırma materiallarına diqqətlə yanaşmaq və lazımi miqdarda sudan istifadə etmək lazımdır. Üzüm bitkisi klimakterikdir, yəni etilen qazına alma yaxud armud kimi güclü reaksiya göstərmir, ona görə də bu məhsulun nəzarətli mühitdə (CA) saxlanılmasına ehtiyac yoxdur. SO2 ilə müalicə olunmayan üzümün saxlanma müddəti 2-4 həftədir. Saxlanma müddətinin SO2 vasitəsilə uzadılması növbəti bölmədə müzakirə olunacaq. 60