ÜZÜMÇÜLÜK
Qurşaqlanmış Tənək
Qurşaqlama
Suvarma Mikroçiləmə və ya damla suvarma sistemləri üzüm bağlarının suvarılması üçün istifadə olunan ən yaxşı sistemlərdir. Bu sistemlərin üstün cəhəti ondan ibarətdir ki, zərurət yarandıqda lazımi gübrələri suvarma suyu vasitəsilə optimal miqdarda vermək mümkündür. Mikroçiləmə və ya damla suvarma sistemi olmadıqda selləmə suvarmadan istifadə edilir, lakin bu zaman torpaq təbəqəsi kipləşərək bitkinin boy atmasına mane olur. Suvarma suyu istifadə olunan suvarma sistemindən asılı olmayaraq lazımi miqdarda verilməlidir. Gilli torpaqda gil hissəcikləri suyu özündə saxlayır və bitkinin kökləri suvarma suyunu lazımi miqdarda qəbul edə bilmir. Bu məqsədlə sensorlu cihazların istifadə edilməsi məsləhət görülür. Belə cihazların bir neçə növü Azərbaycanda mövcuddur. Qeyd etmək lazımdır ki, belə cihazlar baha deyil və təsərrüfatın məhsuldarlığını artırır.
Xəstəliklərin Müəyyən Edilməsi və Mübarizə Tədbirləri Hazırkı bölmədə xəstəliklərə qarşı mübarizə aparmaq üçün istifadə olunan əksər pestisidlərdən bəhs edilir. Bu məqsəd üçün ən təhlükəsiz və effektiv pestisidlər məsləhət görülür, lakin istənilən pestisid nə qədər təhlükəsiz olsa da, müəyyən risklərin yaranmasına səbəb olur, ona görə də istənilən halda fərdi mühafizə vasitələrindən, məs. rezin çəkmələrdən, qoruyucu gözlükdən, respiratordan, kombinezondan və s. istifadə etmək lazımdır. istifadə olunmuş qoruyucu geyimi digər adi geyimlərlə birlikdə yumaq olmaz. Bu, xüsusən uşaqlar üçün təhlükə yaradır. Ümumiyyətlə, istifadə olunmuş bütün fərdi mühafizə vasitələri ayrıca olaraq yuyulmalıdır.
32