Üzümçülük ABŞ

Page 20

ÜZÜMÇÜLÜK

3. Budaqcıqlar və mahmızlar karandaş ölçüsündə olmalıdır. Üzüm bağında diametri 2.5 sm və ya daha böyük olan budaqcıqları müşahidə etmək olar, lakin belə budaqcıqlar məhsuldar olmur. 4. Karandaşdan nazik ölçüdə olan budaqcıqları saxlamaq lazım deyil. Belə budaqcıqlar zəif olub lazımi səviyyədə bar vermir. 5. Əgər bir mahmızda ikidən artıq zoğ olarsa və onlardan biri daha mövqedə, digəri sə daha yaxşı keyfiyyət malik olarsa, həmin keyfiyyətli zoğu seçib təkrar olaraq mövqeləndirmək lazımdır. 6. İkiillik budaqcıqlar bar verən hissə hesab edilir və yeni zoğlar növbəti ildə məhsul verir. Tənəyin qalınlığı artdıqca daha yaşlı meynələrdən kağıza bənzər qabıq tökülür. Qurumuş və ya işlənmiş meynələri kəsmək lazımdır. 7. Tənəyin əsas gövdələrini müəyyən etmək və onun ətrafındakı bic zoğları budamaq lazımdır. Bic zoğlar əsas meynənin kök sistemindən çıxan zoğlardır. Tənəyin ətrafında qida maddələri uğrunda rəqabətə girən digər bitkilər olmadıqda bağın məhsuldarlığı artır. 8. Dolaşmış meynələri açaraq saxlamaq istədiyiniz tənəkləri müəyyən edin. Saxlanmalı və ya budanmalı olan tənəklərin sayını müəyyən etmək üçün müvafiq qayda mövcud deyil. Üzüm bağında keyfiyyətli budaqcıq əmələ gətirən istənilən gövdəni saxlamaq lazımdır. Zəif gövdələr kəsilməli və əvəzlənməlidir. 9. Zəif budaqcıqları (meynələri) budama lazımdır ki, sağlam hissələr mühüm qida maddələrini lazımi səviyyədə qəbul edə bilsin. İkinci ildə tənəyin hər bir budaqcığında 7-10 tumurcuq və bir-iki təzə zoğ saxlamaq lazımdır. Zoğlarda 30-40 tumurcuq saxlanmalıdır, çünki meyvə məhz bu zoğlarda əmələ gəlir. Tumurcuğun həddən artıq sayda olması meyvənin yetişmə dərəcəsinə təsir edir, yarpaq örtüyünün qalınlaşmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. 10. İkiillik meynələri şpalerə və ya çəpərə bağlamaq lazımdır. Yaz aylarında bu meynələrdən cavan zoğlar çıxır və növbəti il üçün məhsuldar budaqcığa çevrilir. Yeni cücərtilər müşahidə edildikdə şpaleri quraşdırmaq və cavan meynələrə forma vermək lazımdır.

Gübrələnmə Yeni üzüm bağında şpaler quraşdırmazdan qabaq torpaq sahəsini hazırlamaq lazımdır. Bunun üçün torpaqdan nümunə götürün və laboratoriyada analiz etdirin. Torpaq nümunəsi düzgün qaydada götürülməlidir, əks halda laboratoriyanın nəticələri səhv çıxa bilər. Nümunə aşağıdakı qaydada götürülür: Torpaq Nümunəsinin Götürülməsi Qaydaları Çoxillik bitkilərin, məs. üzümün və meyvə ağaclarının əkinindən qabaq torpağın analiz olunması qidalılıq dəyərini optimal səviyyədə saxlayan əla vasitədir.

20


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.