Üzümçülük ABŞ

Page 13

ÜZÜMÇÜLÜK

9. İkinci gövdədəki mahmızlar tətbiq olunan budama sistemindən asılı olaraq aşağıya yaxud yuxarıya doğru istiqamətlənə bilər. 10. Saxlanılan mahmızların ümumi sayı tənəyin gücündən və hər bir bar verən mahmızda saxlanılan tumurcuqların sayından asılı olaraq dəyişir.

Tənəyə Forma Vermək Üçün İstifadə Olunan Sistemlər Tənəkarası Məsafə və Şpalerlər Tənək çətirinin və şpalerlərin idarə olunması sistemləri bir neçə məqsədə xidmət edir. Burada ən əsas məqsəd tənək çətirinin mümkün qədər daha çox günəş işığı qəbul edə bilməsidir. Ona görə də bitkini şimal-şərq istiqamətində uzanan cərgələrə əkmək lazımdır, çünki bitki məhz bu yolla səhərdən axşama kimi lazımi miqdarda günəş işığı qəbul edir. Əksər üzüm bağlarında “I” formalı standart şpalerlərdən istifadə edilir və tənəklər cərgəarası məsafənin sayəsində mövcud günəş işığının təxminən 50-75%-ni qəbul edə bilir. Beləliklə, bitkini daha çox günəş işığı ilə təmin etməklə məhsuldarlığı artırmaq mümkündür. Bunun iki yolu vardır: 1) cərgələri daha sıx əkmək, 2) “Y” və ya “T” formalı şpaler sistemlərindən istifadə etməklə çətiri genişləndirmək və bitkinin daha çox günəş işığı qəbul etməsinə şərait yaratmaq. Cərgəarası məsafəni 3.65 metr saxlamaqla, “T” (eni 1.1 metr və ya daha artıq) yaxud “Y” (eni 1.8-2.6 metr) formalı şpaler sistemlərindən istifadə etməklə çox uğurlu nəticə əldə etmək olar. Bu zaman cərgələr geniş olmalıdır ki, dərmansəpən və yığım avadanlıqları bağda sərbəst hərəkət edə bilsin. Cərgəarası məsafə və ya şpaler sistemləri ilə bağlı qərar verərkən torpağın xüsusiyyətləri də nəzərə alınmalıdır. Gücü az olan, yəni duzluluq və pH səviyyəsi yüksək olan gilli torpaq sahələrində cərgəarası məsafəni qısaltmaq və “T” formalı şpalerlərdən istifadə etmək məsləhət görülür. Bu zaman yarpaq örtüyü daha sıx olur və günəş işığına həssas olan üzüm sortları yanmadan qorunur.

13


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.