"Ailə Həkimi" Jurnalı 5 - 2009

Page 20

18 ‑ Şəkərli diabetin yayılma səbəblərindən biri kimi piylən‑ məni göstərə bilərik. Qeyd edim ki, hərəkət azlığı, düzgün qidalanmamaq piylənmə ilə nəticələnir. Piylənmə də öz növbəsində şəkərli diabetin yaranmasına yol açır. Keçmişdə deyərdilər ki, şəkərli diabet var‑ lıların xəstəliyidir. Həqiqətən də varlı insanlar şirniyyatla, müx‑ təlif yağlı qidalarla müntəzəm və çox qidalandıqlarından şəkərli diabet həmin insanların arasında çoxluq təşkil edirdi. Kasıb adamların evində isə belə qidalar heç bayramdan‑bayrama da tapılmırdı. Müasir dövrdə isə insanlar şəkəri çox olan qidaları həddindən artıq qəbul edirlər. Tələbəlik illərində təcrübə zamanı xəstəxanada bir şəkərli diabet xəstəsi tapmırdılar ki, bizə göstərsinlər. İndi isə 3‑4 adamdan biri bu xəstəliyin daşıyıcısıdır. ‑ Hansı əlamətlərə görə insan şəkərli diabetə tutulduğunu müəyyənləşdirə bilər? ‑ Əsasən 3 əlamət – çox yemək, çox su içmək, çox sidiyə getmək – şəkərli diabetin göstəri‑ ciləridir. Bu əlamətlər baş verdikdə insan mütləq analiz ver‑ məlidir. Amma bununla belə onu da nəzərinizə çatdırım ki, şəkərli diabet artıq əlamətlərini dəyişib. İndi bəzi şəxslərdə bu əlamətlər baş vermir. Xəstəlik gizli şəkildə gedir. Ona görə də məsləhət görürəm ki, insanlar 6 aydan bir, heç olmaya ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Müayinədən keçəndə mütləq qanda şəkərin miqdarını da yoxlamaq lazımdır. ‑ Qadınlar arasında süni yolla uşaq salma (abort) halları çoxa‑ lıb. Bu problem endekrinoloji xəstəliklərin yaranmasına zəmin ola bilərmi? ‑ Süni yolla uşaq salmanın qadın orqanizmi üçün bir çox fəsadları var. Bu hal şəkərli dia‑

betlə də nəticələnə bilər. Məsələ burasındadır ki, qadın orqanizmi bir neçə ay ərzində hamiləlik perioduna hazırlaşır. Orqanizm də həmin prosesə köklənir. Qəfildən həmin proses süni şə‑ kildə pozulduqda, orqanizmdə çaşqınlıq yaranır və əks təsirlərə səbəb olur. Maddələr mübadiləsi pozulur. Bundan başqa süd vəzilərində, həmçinin klimaks dövründə müxtəlif problemlər yarana bilir. Bu da öz növbəsində hormonal dəyişikliklərə səbəb olur, qadında hormonal dəyişik‑ liklər, tüklənmə prosesi gedir. ‑ Sizcə, xalq təbabəti ilə şəkərli diabeti müalicə eləmək mümkündürmü? ‑ Xəstəliyin yüngül formasın‑ da təbii vasitələrdən istifadə eləmək olar. Bir çox bitkilər xəstəliyin yüngül və gizli for‑ malarında kömək edə bilər. Məsələn, lobya, palıd qozası, yer alması, qoz qabığı, dəfnə və zey‑ tun yarpağının dəmləməsini içməklə, şəkərin miqdarını salmaq olar. Ancaq xəstəliyin orta və ağır dərəcələrində belə vasitələrdən istifadə heç bir effekt vermir. Bu hallarda mütləq həkimin təyin etdiyi müalicəyə üstünlük verilməlidir. ‑ Dediklərinizdən belə aydın oldu ki, şəkərli diabet getdikcə öz əhatə dairəsini genişləndirir. Dünya miqyasında bu bəlaya qarşı mübarizə aparılırmı? ‑ Öncə qeyd edim ki, hazırda dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 200 milyon insan var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proq‑ nozuna görə, 2025‑ci ildə belə xəstələrin sayı 380 milyona çata‑ caq. Bundan başqa amputasiya olunanların, hipertoniya xəstəliyi‑ nə tutulanların 25 faizi məhz şəkərli diabet xəstələridir. Bu xəstəliyə tutulanların təxminən 50‑60 faizi isə böyrək çatışmaz‑ lığından əziyyət çəkir.

Bir sözlə, şəkərli diabet artıq tibbi problem çərçivəsindən çıxaraq, sosial bəlaya çevrilib. Qeyd etdiyim kimi indi şəkərli diabet bütün dünyada genetik xəstəlik kimi qəbul edilir. Mübarizə məsələsinə gəlincə, dünya miqyasında müəyyən işlər görülür. Ayrı‑ayrı ölkələrdə fəaliyyət göstərən tibb mütəxəs‑ sisləri birgə işlər görməyə çalışır‑ lar. Elə bu yaxınlarda Moskvada “Diabet əleyhinə birləşək” adlı forum keçirilib. Həmin forumda mən də iştirak etdim. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçiri‑ lən foruma BMT‑nin keçmiş baş katibi Kofi Annan da qatılmışdı. Bundan başqa BMT‑nin səhiyyəyə dair 4 qətnaməsindən biri məhz şəkərli diabetlə mübarizəyə həsr olunub (digər üçü isə malyariya, vərəm və QİÇS‑ə qarşı yönəlib). Gülnar Mayisqızı


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.