Page 1

APREL

2010

A P R E L

2010


GSKAZ 4810


Revmatoidli artritin müalicəsində yeni istiqamət – Mabthera Revmatoidli artrit (RA) – ən çox rast gəlinən autoimmun revmatik xəstəlikdir. Onun populyasiyada yayılması 1% təşkil edir, cəmiyyət üçün iqtisadi itkilər isə ürəyin işemik xəstəliyi və onkoloji xəstə‑ liklər ilə müqayisə oluna bilər. RA müalicəsi üçün bazis iltihabaqarşı preparatlar (BİP) adlanan geniş dərman vasitələri spektri istifadə edilir. BİP arasında ən effektiv və nisbətən təhlükəsiz olan metotreksat (MT) və leflunomid, daha az dərəcədə isə digər BİP‑ lardır (sulfasalazin, siklosporin). Lakin baxmayaraq ki, bu BİP ilə aparılan terapiya bir çox pasiyentlərdə bilavasitə (ağrının və oynaq iltihabının azalması) və uzaq (əlillik riskinin azalması) proqnozu yaxşılaşdırmağa imkan yaradır, ümumilikdə RA‑in müalicəsi nəticə‑ ləri qeyri‑qənaətbəxşdir. Təxminən xəstələrin yarısında BİP‑lar RA‑in klinik əlamətlərini və oynaqlarda destruktiv prosesin proqressivləş‑ məsini kifayət qədər tənzimləmir, tez‑tez bu preparatların davamlı klinik effektin əldə olunması üçün zəruri olan dozalarda istifadəsini məhdudlaşdıran əlavə mənfi təsir törədir. XX əsrin sonunda baş ver‑ miş biologiya və təbabətin tərəqqisi RA farmakoteraApiyasının imkan‑ larını genişləndirir. «Gen‑mühən‑ disi bioloji preparatlar» («biolog‑ ics») ümumi termini ilə birləşən prinsipial cəhətdən yeni ilti‑ habaqarşı preparatlar işlənib hazır‑ lanmışdır. RA‑in immunopatoge‑ nezinin hakim mexanizmlərinin açılması sayəsində onların istifa‑ dəsi nəzəri cəhətdən yaxşı əsaslandırılmış və bu xəstəliyin farmakoterapiyasının effektivliyi‑

ni əhəmiyyətli dərəcədə artırmaq imkanı yaratmışdır. Autoimmun xəstəliklərin inki‑ şafı əsasında duran müxtəlif immun pozuntuların arasında B‑ hüceyrəli requlyasiya qüsurlarının öyrənilməsi, o cümlədən, müalicəyə qarşı yeni, patogenetik cəhətdən əsaslandırılmış yanaşmaların işlənib hazırlanması mövqeyindən də xüsusi marağa səbəb olur. B‑limfositlər – hüceyrəvi (T‑hü‑ ceyrələrin aktivasiyası) və humoral (anticisim istehsal edən plazmatik hüceyrələr) immun cavabın requlyasiyasının vacib komponenti olaraq, anadangəlmə və qazanılmış immunitet arasında əlaqəni həyata keçirir. B‑hüceyrələr müxtəlif mexa‑ nizmlər hesabına RA zamanı autoimmun prosesin inkişafında fəal iştirak edir: antigenlərin T‑lim‑ fositlərə təqdimatı (xüsusən, immun cavabın gecikmiş mərhələsində), autoanticisimlərin və sitokinlərin sintezi. B‑hüceyrələrini autoimmun xəstəliklər zamanı perspektiv tera‑ pevtik hədəf kimi qiymətləndirmək olar. Klinik təcrübədə istifadəyə icazə verilmiş ilk və hələ ki, yeganə anti‑B‑hüceyrəvi preparat Mabtheradır – B‑hüceyrələrin CD 20‑antigeninə qarşı ximer monoklo‑ nal anticisimlər. Bu preparat tibdə 1997‑ci ildən B‑hüceyrəli qeyri‑xod‑ jkin limfomaların müalicəsi, son illərdə isə, RA və geniş dairəli autoimmun xəstəliklərinin müal‑ icəsi üçün istifadə edilir. • Mabthera standart BİP preparatlarına qarşı rezistent olan ağır RA zamanı həm monoterapiya, həm də MT ilə kombinasiyada effektlidir. • Mabthera ilə müalicə tez

yaranan klinik yaxşılaşma ilə asso‑ siasiya olunur (terapiya kursundan ilk 3 həftə ərzində), 16 həftə ərzində maksimum səviyyəyə çatır. • Mabthera və MT ilə kombinə olunmuş terapiya rentgenoloji tədqiqatın nəticəsinə görə, standart BİP‑na qarşı qeyri‑adekvat cavablı pasiyentlərdə oynaq destruksi‑ yasının proqressivləşməsinin qarşısını alır.

Müalicə taktikası Yaxın vaxtlarda RA zamanı Mabtheranın tətbiqi üzrə tövsiyələr işlənib hazırlanmışdır. Təklif olun‑ muş Mabthera ilə müalicə sxemi hər biri 14 günlük fasilə ilə hərəsi 1000 mq olan 2 irfuziyadan ibarət‑ dir, lakin preparatın 500 mq doza‑ da istifadəsi standart BİP‑na qarşı rezistent olan pasiyentlərdə plase‑ bodan effektlidir. Mabtheranın təyini üçün əsas əks‑göstərişlər preparata qarşı hiperhəssaslıq, kəskin ağır infek‑ siyalar və ürək çatışmazlığının olmasıdır. Son illərdə Mabthera digər autoimmun xəstəliklər, o cümlədən, SQE, Şeqren xəstəliyi, sistemli vaskulitlər, idiopatik iltihablı miopatiyalar, eləcə də, qovuqca, dağınıq skleroz, tireoidit və s. kimi xəstəliklərin müalicəsi üçün geniş istifadə olunmağa başlamışdır. Faktiki olaraq, Mabthera insanın autoimmun xəstəlikləri zamanı əsasını immunitetin B‑hüceyrəli hissəsinin modulyasiyası təşkil edən müalicədə yeni istiqamətin banisidir. Onun klinik təcrübəyə tətbiq edilməsini, əsaslı olaraq, XXI əsrin əvvəllərində təbabətin iri nailiyyəti hesab etmək olar.

Revmatoidli artrit – oynaqların tədricən destruksiyasına gətirən: sinovial qişanın proliferasiyası, pannusun və eroziyaların inkişafı və həmçinin oynaqlardan kənar zədələnmələri ilə təzahür edən autosom xəstəliyidir. Revmatoidli artritdən ziyan çəkən adamların çoxunda xəstəlik başlanandan 4 il müddətində funksional status bu və ya digər dərəcədə pisləşir: 10 ildən sonra xəstələrin 50%-i əmək qabiliyyətini itirir, 20 ildən sonra xəstələrin 35%-i ölür və 19%-i isə son dərəcə ağır əlillik qazanırlar.


TİBBİ KÜTLƏVİ JURNAL Aprel 2010 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə Baş redaktor Ayşə Məmmədova Redaktor Rəna Kərimova

İCTİMAİ SƏHİYYƏ İmmunlaşdırma və əhalinin sağlamlığının qorunmasında onun əhəmiyyəti ......................6 CAN SAĞLIĞI Ailə həkimi: reallIqlar, problemlər və perspektivlər .................................................8 “Hamiləliyin planlaşdırılması – vaxtını duz seçin!” ..........................................10 Bir nikotin damcısı gəncliyi məhv edir ...........................................14

Məsul katib Natiq Nəbili

«Xəstəliyi həkim müalicə edir, lakin təbiət sağaldır» .......................................16

Məsləhətçilər prof. Mustafa Salihov ATU, “Ailə təbabəti” kafedrasının müdiri

Hormonlar: “kim” nəyə cavabdehdir? ..........20

Maqsud Qasımov tibb elmləri doktoru

Anatomiya - tibbin əlifbası (Professor Vaqif Şadlinski ilə müsahibə)

.................24

Fərid Ələkbərli tarix elmləri doktoru

Narkomaniya və cəmiyyət ..............................30

Sədaqət Rüstəmova tibb elmləri namizədi

Nevrasteniya ....................................................36

Ülviyyə Əliyeva tibb elmləri namizədi

Ürək ağrıları nədən xəbər verir? ....................42

“Lider Qadınlar” İctimai Birliyi

Dərmanları harada saxlamaq lazımdır? .........................................48

Art-dizayner İman Hüseynov Fotoqraf Tofiq Babayev

Yuxun şirin olsun... .........................................52

Hüquqşünas Səbuhi Abdullayev

Həyat planı .......................................................56

Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Qiyməti: 4 AZN Tiraj: 4000 CBS nəşriyyatında çap edilmişdir.

REPRODUKTİV SAĞLAMLIQ Gələcək analar üçün 7 olmaz .........................60 KÖRPƏM Körpələrə qayğı haqqında hansı əsatirlər bizi aldadır? ............................64 GÖZƏLLİK ONDUR Problemli zonalar ............................................68 XALQ TƏBABƏTİ Mədəaltı vəzə yardım ......................................72 PSİXOLOGİYA Uzdə nə yazılıb? ..............................................74 Bumeranq effekti .............................................76 Əlaçı sindromu ................................................78


6

İMMUNLAŞDIRMA VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASINDA ONUN ƏHƏMİYYƏTİ İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir, belə ki, necə deyərlər, xəstəliyin qarşısını almaq xəstə insanı müali‑ cə etməkdən yaxşıdır. Vaksinlərin köməyi ilə əzab, əlillik və ölümün qarşısını almaq olar. Statistik məlumatlara əsasən, 2002‑ci ildə dünyada iki milyona yaxın ölüm halının qarşısı məhz vaksinlərin yardımı ilə alınmışdır. Bundan başqa, vaksinlərin köməyi ilə infeksiya ötürülməsini məhdud‑ laşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar. İmmunlaşdırma xəstəliklərlə mübarizədə və hətta onların ləğv olunmasında sınanılmış vasitədir. 1967‑1977‑ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş immunlaşdırma kampa‑ niyası sayəsində həqiqi çiçək xəstəliyinin ləğvi buna misaldır. Proqramın başlanma ərəfəsində dünya əhalisinin 60%‑nin xəstələn‑ mə təhlükəsi var idi, ondan xəstələnmiş hər dörd insandan biri ölürdü. Artıq poliomielit xəstəliyinin də ləğvinə nail olma vaxtı çatıb. ÜST‑nin və onun part‑ nyorları tərəfindən keçirilən kam‑ paniyanın başlanmasından


7 poliomielitlə xəstələnmə 99% azalmış və beş milyona yaxın insan iflicdən xilas edilmişdir. 1999‑cu ildən 2003‑cü ilədək olan ərəfədə bütün dünyada qızılcadan ölüm 40% azaldı, bəzi regionlarda isə hal‑hazırda bu xəstəliyin ləğvi məqsədi qarşıya qoyulmuşdur. Yüksək xəstələnmə riski olan bəzi ölkələrdə anaların və yenidoğul‑ muşların tetanus xəstəliyinin ləğvi üzrə intensiv iş aparılır. İlk dəfə vaksinləmə çox əsrlər saysız insan həyatını apararaq tüğyan edən xəstəlik, həqiqi çiçək xəstəliyi ilə mübarizə üçün, tətbiq olunmağa başlanmışdır. Müşahidə edilmişdir ki, həqiqi çiçəklə xəstə‑ likdən sağalmış insanlar təkrarən xəstələnmirlər, yəni onlarda immunitet əmələ gəlir. Ona görə də əhalinin həqiqi çiçək əleyhinə ilk vaksinlənməsi xəstələrin dərisində qabarcıqdan götürülən az həcmdə mayenin yeridilməsi yolu ilə həyata keçirilirdi. Buna oxşar peyvənd etmə üsulu Çində, Türkiyədə və Avropada aparılırdı. Peyvəndləmə tarixinin dönüş anı, iri buynuzlu heyvanların çiçəyi ilə yoluxdurulma vasitəsilə insanların təhlükəli həqiqi çiçək xəstəliyindən qorunmasını birinci olaraq müşahidə etmiş ingilis həki‑ mi E. Cennerlə (1749–1823) bağlıdır. E. Cenner sağıcının dərisinin qabarcıqlarından mayeni 8 yaşlı oğlana yeritmiş və oğlan həqiqi çiçəyə qarşı immunitet qazanmışdır. Bu metodun uğurla kütləvi şəkildə yoxlanılmasından sonra peyvənd etmə infeksion xəstəliklərlə mübarizə vasitəsi kimi istifadə edilməyə başlandı. Bu, immunlaşdırma vasitəsi ilə xəstə‑ liklərlə mübarizə üzrə ilk sistema‑ tik tədbir oldu. İmmunologiyanın müvəffəqiy‑ yətləri göyöskürək, poliomielit, qızılca, parotit və qrip kimi bir çox uşaq xəstəliklərinə qarşı peyvənd‑ lərin tibbi praktikaya daxil edil‑ məsinə imkan yaratdı. Az inkişaf etmiş ölkələrdə uşaq ölümü əsasən infeksion xəstəliklərlə bağlı olduğu

üçün alimlər eyni vaxtda bir neçə xəstəlikdən qoruya bilən yeni vaksinlərin işlənib hazırlanmasına çalışırlar. Artıq insanı ilan dişləməsindən, tetanus, botulizm və difteriya xəstəliklərindən qoruya bilən preparatlar yaradıl‑ mışdır. Hal‑hazırda immunlaşdır‑ ma üçün istifadəsinə icazə verilmiş 40‑dan çox müxtəlif vaksin, anatoksin və immunoqlobulin mövcuddur. Virus xəstəlikləri ilə mübarizə üçün vaksinlərin yaradılması prob‑ lemi alimlərin xüsusi diqqətini cəlb edir, belə ki, əksər virus infeksiya‑ larının kimyəvi terapevtik vasitələrlə müalicəsi alınmır. İmmunoloqlar xüsusilə insanın immunçatışmazlığı virusuna qarşı vaksinin işlənib hazırlanmasına çalışırlar. Adətən vaksinlər insanın immun sistemini antigenin zərər‑ siz surətləri ilə təchiz edir və cavab olaraq, insanın immun sistemi onu “yad” kimi qəbul edir. Antigen immun sistemi ilə aşkar ediləndə orqanizmdə antitel adlanan xüsusi maddələr əmələ gəlməyə başlayır. Beləliklə, çox miqdarda yaranan antitellər nəticədə virus və ya bak‑ teriyanın fəallığını təcrid edərək xəstəliyin qarşısını alır. İmmun sistemi infeksiyaları “yadda saxlamaq” qabiliyyətinə malikdir. Belə ki, o müəyyən bak‑ teriya və virusun təsiri zamanı bu xəstəliklərə qarşı immuniteti illər‑ lə, on illərlə, hətta insanın bütün həyatı boyu qoruyub saxlayaraq sonradan gələn infeksiyaya tez qalib gəlməyə hazır olur. Müntəzəm immunlaşdırma üçün istifadə olunan bütün vaksin‑ lər xəstəliklərin profilaktikasında olduqca vacib və effektlidir. Əksər vaksinlər xüsusilə qarşısı alınmağa yönələn xəstəliklərlə müqayisədə təhlükəsizdir və yanakı təsirləri cüzidir. Ciddi ağırlaşmalara nadir hallarda rast gəlinir. 2009‑cu ilin mart ayında Meksika və Amerika Birləşmiş Ştatlarında (ABŞ) qeydə alınmış

respirator xəstəlik hadisələrinin tədqiqatları aparılaraq, insanların yeni qrip virusu, A (H1N1) ilə yoluxması aşkar edilmişdir. A(H1N1) qrip virusu adlanan bu virus əhali arasında və kütləvi informasiya vasitələrində daha çox “Donuz qripi”, “Kaliforniya qripi” və “Meksika qripi” kimi tanınır. Yeni A(H1N1) virusu ilə törənən qrip əvvəllər heç vaxt insanlar arasında dövr etməmiş və insanın immun sistemində bu virus haqqında “yaddaş” yoxdur. Buna görə də alimlər tərəfin‑ dən qabaqcıl laboratoriyalarda tez bir zamanda vaksin hazırlanmış və dünya üzrə ilk növbədə həssas qruplar arasında (tibb işçiləri, hamiləliyin III üçaylığında olan hamilə qadınlar, uşaqlar və tənəf‑ füs yollarının xroniki xəstəlikləri olan insanlar) peyvəndlənmənin aparılmasına başlanmışdır. Cari ilin ilk günlərindən Azərbaycanda artıq A(H1N1) virusuna qarşı peyvəndləmə işi aparılır. Eyni zamanda hər il olduğu kimi 2010‑cu ildə də Azərbaycanda “PROFİLAKTİKA MÜDAFİƏ İMMUNLAŞDIRMA” şüarı altında Avropa İmmunlaşdırma Həftəsi keçiriləcək. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsü‑ nün məqsədi peyvəndlərlə qarşısı alınan xəstəliklərdən hər bir uşağın qorunmaq hüququ olması barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Bu məqsədə nail olmaq üçün planlı immunlaşdırmadan hər hansı bir səbəbə görə kənarda qalan uşaqların İmmunlaşdırma Həftəsi çərçivəsində Milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunması təmin ediləcəkdir. Beləliklə, əhalinin sağlamlığı‑ nın qorunmasında immunlaşdır‑ ma dö vlət tərəfindən vacib hesab edilir və Azərbaycan Respublikasında mütəmadi vaksinasiya tədbirləri daim diqqət mərkəzindədir.


8

AİLƏ HƏKİMİ: REALLIQLAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR Martın 18-də Milli Məclisdə Sosial siyasət komitəsinin və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli qanunvericiliyimizdə səhiyyə islahatları – Ailə həkimi: reallıqlar, problemlər və perspektivlər” mövzusunda konfrans keçirildi. İclası komitənin üzvü, “Ailə həkimi” qanun layihəsi üzrə işçi qrupun rəhbəri Məlahət İbrahimqızı açdı. O, öz çıxışında bildirdi ki, Azərbaycan dünyada sürətli inkişafa malik olan dövlətlər arasında özünə layiqli yer tutub. Təbii ki, bu inkişaf səhiyyə sahəsində də özünü qabarıq şəkildə göstərir. Bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının, Ümumdünya Ailə Həkimi Beynəlxalq Təşkilatının sənədlərində qeyd olunduğu kimi, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ən vacib prioritetlərdən biri kimi müəyyənləşir. Əhaliyə ilkin səhiyyə xidmətinin yaxşılaşdırılmasında “Ailə həkimi” çox vacib bir mexanizm və effektiv


9

fəaliyyətdir. Bildirildi ki, hal-hazırda bir sıra Avropa və MDB ölkələrində ailə həkimi ilə bağlı təqdirəlayiq işlər görülüb və bu məfhum bugünkü Azərbaycan ailəsi üçün də çox zəruridir. Sonra millət vəkili İlham Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Səhiyyə Nazirliyinin nümayəndəsi Adil Kərimov, Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov, Tibb Universitetinin prorektoru Sabir Əliyev, Səhiyyə Nazirliyi İctimai İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Həkimləri Təkmilləşdirmə İnstitutunun “Ailə həkimi” kafedrasının müdiri Səadət Mahmudova, Tibb Universitetinin “Ailə həkimi” kafedrasının müdiri Mustafa Salihov və digər şəxslər çıxış edərək, ölkəmizdə “Ailə həkimi” layihəsinin reallaşması üçün həyata keçirilən islahatlardan danışdılar. Bu qanun layihəsinin təkmil-

ləşdirilməsi, bununla bağlı maddi-texniki bazanın, təhsilin gücləndirilməsi, kənd rayonlarında mövzu ilə əlaqədar maarifləndirmənin aparılması, bu işin daha səmərəli təşkili üçün intensivliyin artırılması barədə fikir mübadiləsi aparıldı. Mövzu millət vəkillərinin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin əməkdaşlarının və digər tanınmış mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə olundu. Sonra Ailə Həkimi üzrə Ümumdünya Təşkilatının eksperti, professor Damila Nuqmanova “İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsində ailə həkimi: hüquqi tənzimləmə (İnkişaf etmiş və tərəqqipərvər ölkələrin təcrübəsi)” mövzusunda layihəsini təqdim etdi. Mövzu ilə əlaqədar diskussiya keçirildi. Bu sahənin gələcək inkişaf perspektivləri müzakirə edildi. Milli Məclisin Mətbuat xidməti


10

“HAMİLƏLİYİN PLANLAŞDIRILMASI – VAXTINI DÜZ SEÇİN!”


11 Hər gün biz ailəmizin sağlam‑ lığını qorumaq və həyatımızı daha maraqlı etmək üçün saysız‑hesab‑ sız qərarlar qəbul edirik. Nahara nə hazırlamaq? Uşağımıza havadan asılı olaraq, isti köynək və ya gödəkcə geyindirmək? Firavan gələcəyi üçün hansı univer‑ sitetin və ya hansı sahənin uğurlu olması ilə bağlı seçim etməkdə övladımıza necə kömək göstər‑ mək? Ailənin sağlamlığı üçün olduqca vacib olan “dünyaya NƏ VAXT övlad gətirmək” qərarına isə təəssüflər olsun ki, ciddi yanaşmırıq. Dünyaya nə vaxt övlad gətirmək istəyini və ailədə uşaqların arzuolunan sayını məhz ailə planlaşdırılması ilə tənzim‑ ləmək mümkündür. Ailə plan‑ laşdırılması çox vacib və ölkəmizdə inkişaf etdirilməsinə ehtiyacı olan səhiyyə sahələrindən biridir. İnsanların əksəriyyəti ailə planlaşdırılmasının nə olduğunu bilmir və ya bu barədə səhv məlumatlara malikdir. Sağlamlığımız naminə bu vacib mövzu haqqında daha ətraflı məlumat əldə etmək üçün “Ailə həkimi” jurnalının əməkdaşı USAİD tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması (AZ RS/AP) Layihəsinin Proqram işçisi, həkim‑ ginekoloq Afət Məmmədova ilə görüşmüşdür. Layihə 2004‑cü ilin oktyabr ayından başlayaraq, Səhiyyə Nazirliyi, yerli səhiyyə idarələri, Milli Məclis, icra hakimiyyətləri, icmalar və aptek‑ lərlə əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması xidmətlərinin əlçatanlığı, key‑ fiyyəti, istifadəsi və davamlılığının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Hal‑hazırda Layihə 7 rayonu (Bakı/Abşeron, Ağsu, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Şəki) əhatə edərək, müxtəlif istiqamətlərdə fəaliyyət göstərir: tibb işçiləri üçün təlimlər təşkil edilir, kontraseptiv üsul seçi‑ mini genişləndirmək məqsədilə

apteklərlə əməkdaşlıq edilir, icmalarda maarifləndirmə işləri aparılır və ümumiyyətlə, repro‑ duktiv sağlamlıq sahəsinə müvəkkillik edilir. “Ailə həkimi”: Afət xanım, ailə planlaşdırılması nədir və bu sahə nə üçün vacibdir? Dr. A. Məmmədova: Ailə plan‑ laşdırılması hamiləliyin plan‑ laşdırılması deməkdir. Ailə plan‑ laşdırılması ailənin dünyaya istədiyi vaxtda və istədiyi sayda övlad gətirməsi deməkdir. Bildiyimiz kimi, yaşadığı ölkədən asılı olmayaraq, hər bir valideynin ən böyük arzusu dünyaya sağlam uşaq gətirmək və sağlam ailəyə malik olmaqdır. Hamiləliyin plan‑ laşdırılması isə həm uşağın və həm də ananın sağlamlığını təmin etməyə kömək edir. Ailələr həyatın məqamından asılı olaraq, hamiləliyin vaxtını ləngitmək və ya doğulacaq uşaqlar arasında fasilə vermək istəyirlər. Yeni ailə qurmuş gənclər gələcək körpələrinin sağlam böyüməsi üçün normal şərait yaratmaq məqsədilə bəzən təhsillərini bitirənə və ya yaşayış şəraitlərini yaxşılaşdırana qədər hamiləliyin vaxtını ləngitmək istəyində olurlar. Bəzi ailələrdə isə artıq arzuolunan sayda uşaq olur və onlar daha uşaq istəmirlər. Hamiləliyin plan‑ laşdırılması ilə bağlı hər bir ailənin öz gözləntiləri və ehtiyacları var. Ümumən götürdükdə isə bütün insanlar sağlam və firavan ailə arzusundadırlar. “Ailə həkimi”: Siz ailələrin hamiləliklər arasında fasilə vermək istəyi ilə bağlı məqama toxun‑ dunuz. Ümumiyyətlə, bu vacib amildirmi və müddət baxımından fasilə nə qədər olmalıdır? Dr. A. Məmmədova: Doğuşdan sonra qadın orqanizminin bərpası və gələcək hamiləliyə fizioloji cəhətdən hazır olması üçün müəyyən vaxt tələb olunur. Hamiləlik üçün “sağlam” vaxtın

seçilməsi və hamiləliklərə fasilə verilməsinin analar üçün olduqca böyük faydası var. Əgər ailə dünyaya yenə övlad gətirmək arzusundadırsa, belə fasilə anaya fiziki cəhətdən, həm ana və həm ataya emosional və maddi cəhət‑ dən hazırlaşmaq üçün imkan yaradır. Doğuşlararası fasilələr gözlənildikdə ailə yenidoğulmuş körpəyə və həmçinin ailədə olan digər uşaqlara daha çox vaxt ayırır və onları qayğı ilə əhatə edir. Bu həm də qadının həyat yoldaşına kifayət qədər diqqət yetirməsinə kömək edir. Belə fasilələr anaya körpəsini 2 ilə qədər döşlə əmizdirmək imkanı yaradır. Bütün bu amillərin uşaq sağlamlığı üçün çox böyük faydası var. Yeri gəlmişkən, döşlə əmizdirmənin qadın sağlamlığı üçün faydasını da vurğulamaq istərdim. Qadının körpəsini uzun müddət döşlə əmizdirməsi süd vəzi və yumur‑ talıq xərçənginin baş verməsi ehti‑ malını azaldır. Tədqiqatlar göstərir ki, doğuşlararası fasilələr gözlənildikdə vaxtından əvvəl doğuşların və az çəki ilə doğulmuş uşaqların sayı azalır. Uşaqlar arasında optimal yaş fərqi 3 il olmalıdır. Biz qadınlara məsləhət görürük ki, onlar doğuş‑ dan ən az 2 il vaxt keçdikdən sonra növbəti hamiləlik haqqında fikirləşsinlər. Başqa sözlə desək, yalnız uşağın 2 yaşı tamam olan‑ dan sonra növbəti hamiləlik haqqında düşünmək olar. “Ailə həkimi”: Biz çox vaxt hamiləliyin planlaşdırılması haqqında danışanda bunu daha çox qadınlara aid mö vzu kimi işıqlandırırıq. Amma siz sö hbə‑ timiz boyu “ailə” sö zünü daha çox vurğuladınız. Bu, hamiləliyin planlaşdırılmasında kişilərin də bö yük rolu olduğu demək deyil‑ mi? Dr. A. Məmmədova: Elədir ki, var! Ailə planlaşdırılmasında kişilərin rolu olmaqla yanaşı, bu sahənin həm də onlar üçün böyük


12 faydası vardır. Sadaladığım fay‑ dalarla bərabər, qeyd etmək istəyirəm ki, hamiləliyin plan‑ laşdırılması kişilərə həyat yoldaşı və övladlarının sağlamlığını mühafizə etməkdə kömək edir. Xüsusilə də, bizim adət‑ ənənəmizdə kişinin ata, həyat yoldaşı, ümumiyyətlə, ailə başçısı və ailənin mənəvi və fiziki dayağı kimi rolu çox mühümdür. Kişilər hamiləliyin planlaşdırılmasında, yəni hamiləlik üçün “sağlam” vax‑ tın seçimində aktiv rol oyna‑ maqla, öz sevimli həyat yoldaşlarının və gələcək övlad‑ larının sağlamlığını təmin etmək üçün mümkün olan hər şeyi etmiş olarlar. “Ailə həkimi”: Əgər ailə hamiləliyin vaxtını ləngitmək və ya hamiləliklər arasında fasilə vermək istəyərsə, nə etməlidir? Dr. A. Məmmədova: Əgər ailələr hamiləliyin vaxtını ləngit‑ mək və ya doğuşlar arasında fasilə vermək istəyirsə, yaxud daha uşaq istəmirsə, ailə planlaşdırılması üsullarından istifadə edə bilərlər. Bu üsullar kontraseptivlər adlanır. Müxtəlif kontrasepsiya üsulları mövcuddur: müxtəlif növ həblər (oral kontraseptivlər), uşaqlıqda‑ xili vasitələr (spirallar), prezerva‑ tivlər, inyeksiyalar, implantlar, diafraqmalar, spermisidlər, qadın sterilizasiyası və vazektomiya (kişi sterilizasiyası) və s. Əlbəttə, Azərbaycanda bu üsulların hamısı mövcud deyil. Amma ailələrin seçim imkanı var. Belə ki, əhali apteklərdən oral kontraseptiv həblər, spirallar, prezervativlər və spermisidlər kimi müasir kon‑ trasepsiya üsullarını əldə edə bilər‑ lər. Bunlarla yanaşı, müxtəlif təbii üsullar vasitəsilə də hamiləlikdən qorunmaq mümkündür. Təbii üsullar qadının öz aybaşı dövrü ilə bağlı bilgilərinə əsaslanır. Lakin yadda saxlamaq lazımdır ki, təbii üsullar az etibarlıdır. “Ailə həkimi”: Sadaladığınız

müasir üsullar etibarlı və zərər‑ sizdirmi? Dr. A. Məmmədova: Bilirsinizmi, müasir kontrasep‑ tivlərin etibarlılığı və zərərsizliyi ilə bağlı əhali arasında olduqca çox yanlış fikirlər var. Bu səbəbdən qadınlar bu üsulları istifadə etməkdən ehtiyat edirlər. Qadınların bir çoxu isə üsulların əlavə təsirlərinə görə onları isti‑ fadə etməkdən çəkinirlər. Düşünürlər ki, əlavə təsirlər onların orqanizminə zərər yetirə bilər. Məsələn, qadın kombinə olunmuş oral kontraseptiv həblərin qəbulu‑ na başladıqda ilk aylar ərzində onda aybaşılar arasında qan ləkələri, baş ağrıları və ürəkbulan‑ ma müşahidə oluna bilər. Belə əlamətlər adətən bir müddətdən sonra keçib gedir və təhlükəli deyil. Ümumiyyətlə, çoxsaylı tibbi tədqiqatlar göstərir ki, müasir kon‑ traseptivlər təhlükəsiz və yüksək dərəcədə etibarlıdır. Ayrı‑ayrı üsulların etibarlılığına gəldikdə isə oral kontraseptiv həblər və spiral‑ lar yüksək etibarlı müasir kon‑ trasepsiya üsulları hesab olunur. Düzgün və müntəzəm istifadə olunduğu halda prezervativlər də yüksək etibarlı üsuldur. Sadaladığım üç üsulla müqa‑ yisədə spermisidlər daha az etibar‑ lıdır. Lakin spermisidlər digər üsullarla, məsələn, diafraqmalar və ya prezervativlərlə eyni zamanda istifadə olunduqda, onların səmərəsi daha yüksək olur. Beləliklə, qadınlar və ümumiy‑ yətlə, ailələr müasir üsullardan fərdi ehtiyaclarına uyğun olaraq, hamiləlikdən qorunmaq üçün uzun və ya qısa müddət ərzində istifadə edə bilərlər. Müasir kontraseptivlər hamilə‑ liyin planlaşdırılmasının ən təh‑ lükəsiz yolu olduğundan dünyada milyonlarla qadın onlardan uğurla istifadə edir. “Ailə həkimi”: Müasir kon‑ traseptivlərin və ümumiyyətlə, ailə planlaşdırılmasının bu qədər

faydalı olmasına baxmayaraq, ö lkəmizdə bu üsullardan istifadə olduqca aşağı səviyyədədir. Bunun səbəbi nədir? Dr. A. Məmmədova: Təəssüf ki, elədir. Bilirsinizmi, ölkəmizdə ailələrin yalnız 14%‑i müasir kon‑ traseptivlərdən istifadə edir. Digər ölkələrlə müqayisədə bu olduqca aşağı göstəricidir. Məsələn, Türkiyədə qadınların 40%‑i, Rusiyada isə 50%‑i müasir kon‑ traseptivlərdən istifadə edir. Azərbaycanda qadınların və ya ailələrin müasir kontraseptivlərdən istifadə etməməsinin bir çox səbəbləri və maneələri var. Birincisi odur ki, qadınlar və kişilər ailə planlaşdırılması haqqında həyat yoldaşı və ya ailə üzvləri ilə danışmaqdan çəkinir və utanırlar. Onlar hətta, tibb işçisinə bu mövzu ilə bağlı müraciət etməkdən və ya aptekdən üsulları əldə etməkdən belə çəkinirlər. Mən oxucularımıza demək istəyirəm ki, ailə planlaşdırılması sağlamlıq mövzusu olduğundan və qadın‑ ların, kişilərin və ümumiyyətlə, ailələrin sağlamlığına təsir etdiyindən, xüsusilə də ailədə bu mövzu haqqında açıq danışmaq çox vacibdir. Bu həm də ailə plan‑ laşdırılması mövzusu ilə bağlı cəmiyyətdə mövcud olan qapalı yanaşma tərzini aradan qaldırmaq üçün vacibdir. Açıq müzakirələr əhalinin daha çox maarifləndi‑ rilməsinə kömək edə bilər və çox sayda insan həyatı xilas edilər. İkinci səbəb odur ki, bir çox qadınlar və kişilər yanlış olaraq, abortu ailə planlaşdırılması üsulu kimi qəbul edirlər və ya abortun mümkün olan fəsadları haqqında məhdud məlumatlara malikdirlər. Təəssüflər olsun ki, ölkəmizdə hamiləliklərin yarısı, yəni 50%‑i abortla dayandırılır. Biz anla‑ malıyıq ki, abort tibbi əməliyyatdır və onun həyata keçirilməsi üçün xüsusi göstərişlər olmalıdır. Abortun infeksiya, sonsuzluq və hətta ana ölümü kimi ağırlaş‑ maları ola bilər. Əlbəttə, elə hallar


13 yaranır ki, abortdan çəkinmək mümkün olmur. Amma oxucu‑ larımıza müraciət edərək vurğula‑ maq istəyirəm ki, abort ailə plan‑ laşdırılması üsulu deyil. Müasir kontraseptivlər hamiləliklərin planlaşdırılmasının və qadın sağlamlığının qorunmasının daha təhlükəsiz yoludur. Son səbəb, həm də güclü maneə müasir kontraseptivlər, xüsusilə də həblər və spirallarla bağlı əhali arasında olan yanlış fikirlərdir. Bu əlbəttə ki, əhalinin müasir kon‑ traseptivlər və onların faydaları haqqında kifayət qədər və düzgün məlumatlarının olmaması ilə bağlıdır. “Ailə həkimi”: Siz qeyd etdi‑ niz ki, əhali bu mö vzu haqqında daha açıq danışmalıdır. Mən elə bu məqamla bağlı sizdən “Hamiləliyin Planlaşdırılması – vaxtını düz seçin!” milli media kampaniyası haqqında soruşmaq istərdim? Dr. A. Məmmədova: Bu kam‑ paniya Səhiyyə Nazirliyi ilə əmək‑ daşlıqda USAİD‑in maliyyələş‑ dirdiyi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi tərəfindən hazırlanmışdır.

Kampaniyanın məqsədi icti‑ maiyyəti müasir kontraseptivlərin sağlam hamiləliklərin planlaşdırıl‑ masının ən təhlükəsiz və etibarlı yolu olması haqqında məlumat‑ landırmaqdır. Hal‑hazırda da davam edən kampaniyada tibb işçiləri və apteklər iştirak edir, kontraseptivlər haqqında müxtəlif maarifləndirici broşürlər paylanır. Kampaniya çərçivəsində ailə plan‑ laşdırılmasının vacib rolu haqqın‑ da əhalinin məlumatlılığını artır‑ maq məqsədilə həm də televiziya çarxları nümayiş olunmuşdur. “Ailə həkimi”: Afət xanım, siz məni müasir kontraseptivlərin nə dərəcədə faydalı olmasına tam inandırdınız. Sualım isə belədir: ailələr ö zləri üçün münasib olan üsulu necə müəyyən edə bilərlər? Dr. A. Məmmədova: Kontraseptiv üsul seçimi çoxdur. Ailələr münasib və onların ehti‑ yaclarını ödəyən üsul seçmək üçün mövcud olan bütün üsullar haqqında tam məlumatlara malik olmalıdırlar. Belə məlumatı əldə etmək üçün ailələr Ailə Planlaşdı‑ rılması Mərkəzi, qadın məsləhət‑ xanaları və İlkin Səhiyyə Xidməti Müəssisələrinə müraciət etmə‑

lidirlər. Bu müəssisələrdə təlim keçmiş təcrübəli tibb işçiləri ‑ adətən ginekoloqlar və mamalar ailəyə kontraseptiv üsullar haqqın‑ da ətraflı məlumat verir və onlara hamiləliyin planlaşdırılması ilə bağlı münasib üsul seçməkdə kömək göstərirlər. Ailələr isə apteklərə müraciət edib, seçdikləri üsulu əldə edə bilərlər. “Ailə həkimi”: Ailə plan‑ laşdırılması haqqında ətraflı və maraqlı məlumatlar verdiyinizə gö rə sizə təşəkkür edirəm. Sonda oxucularımıza nə demək istərdi‑ niz? Dr. A. Məmmədova: Mən oxu‑ cuları və əhalini öz sağlamlıqlarını qorumağa çağırıram. Sağlam gələcəyi təmin etmək üçün hamiləliyin planlaşdırılması çox vacib amildir. Hamiləliyin plan‑ laşdırılmasının ən sağlam yolu isə müasir kontraseptivlərdən isti‑ fadədir. Müasir kontraseptivlər təhlükəsiz və etibarlıdır ‑ qadın‑ ların bununla bağlı heç bir nara‑ hatçılığı olmamalıdır. Mən hamını müasir kontraseptivlər haqqında ətraflı və düzgün məlumat almaq üçün tibb işçilərinə müraciət etməyə çağırıram.


14 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Bir nikotin damcısı gəncliyi məhv edir Bir nikotin damcısı nəinki at öldürür, həmçinin, kolla‑ geni parçalayaraq və qan damarlarının işini pozaraq, insan dərisinin erkən qocalmasına gətirib çıxarır. Hətta mütəxəssislər «papiros çəkənin üzü» terminini tətbiq etmişlər. Onun əsas əlamətləri: kəskin cızılmış burun‑ dodaq qırışları, sarımtıl‑boz almacıq sümükləri, qızarmış gözlər.

Zərərli adətlər üzdə yazılıb Gün ərzində 20 ədəd siqaret çəkənlərin üzündə qırışlar çəkməyənlərdən 5 dəfə tez yaranır. Son elmi tədqiqatlar təsdiq etmişdir ki, qadınların dərisi kişilərə nisbətən siqaret çəkmədən daha çox əziyyət çəkir və orta hesabla, 5‑6 il tez qocalır. İlk növbədə qırışlar dodaq bucaqlarında əmələ gəlir, çünki nəfəs alma və nəfəs vermə zamanı bu əzələlər daimi gərginlik hiss edir. Sonra – göz ətraflarında, çünki tüstüdən qorunmaq üçün gözləri qıy‑ maq lazım gəlir. Bundan başqa, hər qullab zamanı mil‑ yardlarla azad radikal əmələ gəlir. Siqaret tüstüsünün tərki‑ bində his, qatran, boyayıcı maddələr mövcuddur ki, onlar məsamələrdə ləngiyərək, tədricən dəri qatına hopur. Ona görə də dəriyə əlavə qulluq tələb olunur. Ev şəraitində aparılan pilinq və maskalar bu halda kifayət deyil, çünki kobud epidermis qatı qidalandırıcı maddələrə dərinin dərin qatlarına sirayət etməkdə mane olur. Ayda bir dəfədən gec olmayaraq, kosmetoloqun yanına getmək lazımdır. Dərinin «təzələnməsinə» mikrodermabraziya prosedurası kömək edə bilər. Bu, dəri səthini cilalandıran və kobud üst qatı ləğv edən mikrokritstalların köməyi ilə keçirilən mexaniki pilinqdir. Proseduranın effekti dərhal nəzərə çarpır: üz sağlam görkəm alır, dəri hamarlanır və təravətlənir. Adətən, mikrodermabraziya həftədə bir dəfə 6‑ 10 seans kursu ilə keçirilir. Siqaret çəkən qadınlarda daha bir ciddi problemə

təsadüf edilir – kuperoz, yanaqlar və burun üzərində üzə çıxan qırmızı‑göyümtül tor. Kuperoz ilə mübarizə aparmağa mikrocərəyan terapiyası kömək edir. Mikrocərəyanlar damar spazmını aradan qaldırır və dərini oksigen ilə zənginləşdirir. Daha yaxşı effekt əldə etmək üçün günaşırı keçirilən və 10 proseduradan ibarət olan kurs aparılır. Lakin mikrocərəyan terapiyasını hamı keçirə bilməz, çünki ona qarşı bir sıra əks‑göstəriş mövcuddur: ürək ritminin pozul‑ ması, kardiostitmulyator, hamiləlik. Ev şəraitində mütləq antioksidant tərkibli vasitələrdən istifadə etmək lazımdır. Bəzi şirkətlərin istehsal etdiyi oksi‑ genli kosmetika əvəzolunmazdır. Krem və ya serum seçimi zamanı onların tərkibində A və E vitamininin olmasına diqqət yetirin. Qocalma ilə mübarizədə onlar əvəzolun‑ mazdır. Və zərərli ultrabənövşəyi şüadan qorunun. Siqaret çəkən qadınlara günəş şüaları əks‑göstərişdir! Mövsümdən asılı olmayaraq, UB‑filtrli kremlərdən istifadə etmək lazımdır, çimərlik və solyarilərdən isə, sui‑istifadə etmək olmaz.

«Qəlbin aynası» nələr danışdı? İnsanın gözlərindən çox şey oxumaq olar. Siqaretə meyl də istisna deyil... Siqaret tüstüsünün tərkibində dərini qırışmağa məcbur edən və gözlərin selikli qişasının qızarmasına səbəb olan xeyli qıcıqlandırıcı maddələr mövcuddur. Qara kölgələr də ziyanlı vərdişi aşkar edir. Qızartının öhdəsindən gəlmək çətin deyil. Təzə dəmlən‑ miş tünd çay yaxşı antiseptik vasitədir. Pambıq tamponları onunla isladaraq, 15 dəqiqəlik gözlərinizin üzərinə qoyun. Nəzəriniz aydınlaşacaq, özünüzü rahat hiss edəcəksiniz. Göz qapaqlarının şişkinliyi və göz altındakı kölgələrdən


15 qurtulmaq isə bir qədər mürəkkəbdir. Bu işdə adi kartof heç də pis köməkçi deyil. O, toksinləri xaric edir və şişkinliyi aradan qaldırır. 20 dəqiqəliyə gözlərinizin üzərinə bir lay kartof qoyun və proseduradan sonra yaxşılaşmanı görəcəksiniz. Sürtgəcdən xiyarı keçirib, nazik salfetə bükərək, göz qapaqlarına 15 dəqiqəlik kompres etmək də olar. Göylüyü isə, tonal kremlər və sarımtıl çalarlı korrektor‑ lar vasitəsi ilə gizlətmək olar. Göz bucaqlarında əmələ gəlmiş «qaz ləpirlərini» ləğv etmək hər şeydən çətindir. Burada üzün ən zərif dərisi yer‑ ləşir və onu elastik saxlamaq üçün, daimi qulluq tələb olunur. İlk növbədə, gözləri az qıymağa çalışmaq, ikincisi isə, kollagen istehsalını canlandıran xüsusi aktiv kos‑ metikadan istifadə etmək lazımdır. Qırışlar çox nəzərə çarpırsa, salon cilalanmasına müraciət etmək olar. Təəssüflər olsun ki, «qaz ləpirləri» barmaq izlərinə bənzəyir və artıq proseduradan 2‑3 ay sonra yenidən aşkara çıxır. Göz ətrafındakı qırışları hamarlamaq üçün, hər gün bu nahiyəni barmaqların ucları ilə masaj etmək lazımdır. Masaj zamanı dərini dartmaq olmaz. Dərini barmaqların ucu ilə burnun üst hissəsindən qaşlar boyunca gicgahlar və gic‑ gahlardan gözlərin altı boyunca gözlərin daxili bucaqları istiqamətində yumşaq şəkildə döyəcləyin. Bir qədər buğda və ya badam yağından istifadə etmək olar. 15 dəqiqədən sonra yağ artıqlarını salfet ilə silin.

Təbəssüm valehedici olsun deyə Siqaret çəkənlərin ağız boşluğunda tütün tüstüsünün hərarəti 50º C‑dən artıqdır ki, bu da dişlər üçün çox ziyandır. Tütün tüstüsünün komponentləri diş minasında topla‑ naraq, onların qaralmasına səbəb olur, damaqlarda qan dövranını pozur və selikli qişanın atrofiyasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkmə diş daşının çökməsini sürətləndirir. Beləliklə, siqaret çəkəndə əvvəlcə xroniki gin‑ givit, sonra isə xroniki parodontit inkişaf edə bilər. Dişlərin təbii rəngini qaytarmaq üçün bir çox üsul mövcuddur. Misal üçün, məxsusi olaraq, siqaret çəkənlər və qəhvə sevənlər üçün işlənib hazırlanmış ağardıcı pastalar. Təbii komponentlər tərkibli pastalara üstünlük vermək məs‑ ləhətdir. Lakin daha təsirli üsul – stomatoloqa müraciət etməkdir. Həkimlər bir neçə ağartma üsulu təklif edir: ultra‑ səs, lazer, kimyəvi, fotoağartma. Kariyes zamanı ağartma aparmaq olmaz. Əvvəlcə dişləri müalicə etmək lazımdır. Siqaret çəkən qadınların xoşagəlməyən dodaq cizgiləri qul‑ lab zamanı əzələlərin yığılması ilə əlaqədardır. Problem qabarıqdırsa, salon üsulları kömək edər. Misal üçün, restilayn inyeksiyaları geniş yayılmışdır. Bu, gialuron turşusu tərkibli steril biogeldir. İnyeksiyadan sonra dodaqlar daha həcmli olur və qırışlar hamarlanır.

Xanım, əlinizi lütfən! Məlumdur ki, siqaret həris‑ lərinin dırnaqları və barmaqları çox

zaman sarı çalarlı olur. Belə xoşagəlməz görkəmin səbəbkarı nikotindir. Skrablar bədən və əllərin normal rəngini qorumağa kömək edir. Onlardan gündəlik istifadə etmək lazımdır. Bu skrablar dərini yumşaldır və təravətləndirir. Dırnaqların rəngini adi limon aça bilər. Onu iki hissəyə bölün və dırnaqlarınızı lətin daxilinə batırın. Bunu həftədə 2 dəfə 10 dəqiqə ərzində edin. Dırnaqlar daha ağ və möhkəm olacaq. Hər halda, gözəllik qurban tələb edir. Lakin düşünün ki, siqaretsiz bu qurbanların sayı xeyli azalacaq. Əslində, siqaret çəkmədən imtina etdikdə, siz heç nə itirmir, əksinə, sağlam‑ lıq, gözəllik və uzun müd‑ dətli gənclik əldə edirsiniz. Yəqin razılaşarsınız ki, bu, güclü dəyərdir!


16 «XƏSTƏLİYİ HƏKİM MÜALİCƏ EDİR, LAKİN TƏBİƏT SAĞALDIR» Hippokrat ağır-ağır və sakit ölürdü. O, ölümün yaxınlaşmasını əvvəlcədən duyurdu və bunu qohumları və dostlarına da demişdi. «Mənim atam yüzə yaxın yaşda vəfat etdi. Babam isə – heç kimin onun nə zaman anadan olması və neçə insana şəfa verməsini xatırlamadığı bir vaxtda. Artıq mən də müəllimlərimin üzünü unutmağa başlayıram, demək, getmək vaxtı çatmışdır».

«Həkim fayda verə bilmirsə, ziyan da vurmasın!» Hippokratın yaşadığı həyat tarixləri dəqiq məlum deyil. Hesab edilir ki, o, təxminən e.ə 460‑cı ildə anadan olmuş, 377, yaxud 356‑cı ildə isə vəfat etmişdir. Hər halda, o, kifayət qədər uzun bir həyat yaşamışdır. Hippokrat Egey dənizində yerləşən Kos adasında, banisi əfsanəvi həkim Asklepiy (Eskulap) olan məşhur Asklepiad nəslində anadan olmuşdur. Oğlanın gələcəyi əvvəlcədən müəyyən olunmuşdur: üç yaşından o, təbiblik səriştələrini mənimsəməyə başlamışdır, iyirmi yaşında isə onu artıq xadim vəz‑ ifəsinə keçirmişlər. Gənc yaşlarından etibarən o, çoxlu səyahət edir və hər yerdə yerli təbabət xüsusiyyətlərini öyrənməyə çalışırdı. Kiçik Asiyaya səyahətdən masajın müali‑ cəvi xüsusiyyətlərini, Misir səyahətindən su proseduralarının və gimnastikanın əhəmiyyətini qavramışdır. Lakin Hippokratın əfsanəviliyi o qədər də onun bacarığı və ustalığı ilə deyil, şübhəsiz həm də onun humanizmi və insani keyfiyyətləri ilə əlaqədardır. Təsadüfi deyil ki, müasir zəmanəmizdə belə böyük təbibin adı ilə həkimin yüksək mənəvi siması və davranış etikası bağlıdır.

Qədim yunan həkimlərinin etik kodeksinin mətni də Hippokrata aid edilir – bu gün bütün dünyada həkimlərin verdiyi Hippokrat andı içmələri də bunu bir daha sübut edir. Bu kodeksin əsas sözləri isə Hippokratın hər səhər təkrar etdiyi «Fayda verə bilmirsənsə, zərər yetirmə» kəlamıdır.

«Xəstəliyi həkim müalicə edir, lakin təbiət sağaldır!» Ona qədər mövcud olan bütün xəstə‑ liklərin ilahi tərəfindən göndərilməsi və onun lütfü olmadan, sağalmasının mümkünsüzlüyü haqqında postulatı inkar etməklə, Hippokrat tibdə sözün əsl mənasında inqilab etmişdir. Səyahət edərkən, Hippokrat bilmişdir ki, dünyanın müxtəlif guşələrində müxtəlif xəstəliklər yayılmışdır. Mesopotamiyada – qızdırma və dəri xəstəlikləri, Misirdə – mədə traktı ilə əlaqədar azarlar mövcud idi Yunanıstanda insanlar əsasən ürək və ağ ciyər xəstəliklərindən əziyyət çəkirdi. Bunun nəticəsində o, belə bir qənaətə gəlmişdir: bütün xəstəliklər izah edilməsi tam mümkün olan səbəblərdən əmələ gəlir, misal üçün, ətraf mühitin təsirindən. «İnsan təbiəti haqqında» kitabında Hippokrat sağlamlığın dörd bədən şirəsi balansının üzərində əsaslanması fərziyyəsini irəli sürmüşdür: qan, bəlğəm,


17 sarı və qara öd. Bu balansın pozulması da xəstəlik törədir. Bununla Hippokrat müalicənin daha üç əsas prinsipini formalaşdırmışdır: bənzəri bənzər ilə (və ziddi zidd ilə) müalicə etmək, təbiətə kömək etmək və xəstəni hifz etmək.

«Mahudçu mahudu çırparaq, tozunu təmizlədiyi kimi, gimnastika da orqanizmi təmizləyir». Hippokrat duymuşdur ki, eyni xəstəliyin müxtəlif insanlarda gedişatı müxtəlifdir, demək, müalicəsi də fərdi olmalıdır. «Bədənin müayinəsi ‑ bir işdir. O, bilik, eşitmə, iybilmə, lamisə, dil, mühakimə qabiliyyəti tələb edir». Qədim zamanlarda ağ ciyər xəstəlik‑ ləri günəş vannalarının köməyi ilə müali‑ cə edilirdi. Hippokrat Avropada ilk dəfə olaraq, ağ ciyər xəstəliklərinin müalicəsi üçün fiziki hərəkətləri tətbiq etməyə başlamışdır. Və məhz bu təcrübədən müasir tənəffüs gimnastikası qaynaqlanır. Hippokratın daha bir məşhur kəlamı məlumdur: «Dərmanlar sağaltmadığını dəmir sağaldır; dəmir sağaltmadığını alov sağaldır; alov sağaltmadığını ölüm sağaldır». Böyük təbibin fərsiz müasirləri bu sözləri özlərinə məxsus tərzdə izah edirdilər: guya, Allah qarşısında hamı fanidir. Lakin bu sözlərin mənası insan xəstəliklərinin müalicəsi üçün bütün mümkün vasitələrdən, o cümlədən, ölü heyvan cismindən də istifadə etmənin zəruriliyi deməkdir. Hippokrat ilk dəfə olaraq, yalnız bitki deyil, heyvan komponentlərindən də dərman preparatları hazırlamağa başlamışdır. O zamanlarda geniş yayılmış vegetarianlığı isə, insan sağlam‑ lığının düşmənlərindən biri hesab edirdi. «Əsrlər ərzində insanlar heyvan mənşəli qidaya öyrəşmişdir, ona görə də, ondan məqsədli imtina orqanizmin həyat üçün zəruri olan komponentlərdən məhrum edilməsi deməkdir, bu isə, ölüm ilə nəticələnən xəstəliklərə zəmin yaradır». «Bizim qida maddələrimiz müalicə vasitəsi olmalı, bizim müalicə vasitələri‑ miz isə qida maddələri olmalıdır».

«Həkim - filosofdur, axı müdriklik və təbabət arasında böyük fərq yoxdur». Hippokratın tibbi praktikaya daxil etdiyi və bu gün artıq adi hesab edilən‑ lərin hamısını sadalamaq çətindir. O, ilk dəfə olaraq, xəstəliklərin inkişaf mərhələlərini təyin etmiş, cərrahiyyənin təməlini qoymuşdur, sarğılardan istifadə, sınıq və çıxıqların müalicə üsullarını işləmişdir, tibbə anamnez, proqnoz, eti‑ ologiya anlayışlarını daxil etmiş; insanları temperamentə görə ayırmış (san‑ qviniklər, xoleriklər, fleqmatiklər, melanxoliklər) və ondan asılı olaraq, müalicə təyin etmişdir. Lakin bəlkə də, Hippokratın təbabətə daxil etdiyi ən əsas nailiyyət – sağlamlığa olan fəlsəfi baxış və müalicəyə nöqtəvi və müvəqqəti deyil, sistemli yanaşmadır. Tibbi əsərlərdən heç də az maraq kəsb etməyən onun «etik» işləridir: «And», «Qanun», «Həkim haqqın‑ da» əsərlərini nəzərdə tuturuq. Məhz onların sayəsində tibbi humaniz‑ min əsası qoyul‑ muşdur. Hippokrat yuxu‑ da olarkən vəfat etmiş və yaxınları bunu dərhal sezməmişdir. Yalnız günəş şüası avazımış ölü sifəti işıqlandırarkən, axşamdan gözləyən insanlara böyük təbi‑ bin vəfatı haqqında məlumat verilmişdir. O, Asklepiyin mavzoleyinin yaxınlığında dəfn edilmişdir və uzun illər ərzində Hippokratın məzarı ziyarət yeri olmuşdur. İnsanlar inanırdı ki, yalnız baş daşına toxunma belə bütün xəstəliklərdən sağaltmağa, yaxınlıqda yaşayan vəhşi arıların sancması isə ömrü uzatmağa və xoşbəxtlik gətir‑ məyə qadirdir.


18 Astma var, simptomları – yox? Tamamilə mümkündür! Çoxları bu günə kimi hesab edir ki, astma ciddi şəkildə insan həyatını məhdudlaşdırır və bu, qaçılmaz nəticədir. Amma astmatik-idmançı, aktyor və rejissorlar məlumdur ki, onlara bu diaqnoz yaradıcılıq ilə məşğul olmağa mane olmur, bronxial astması olan bir alpinist isə, hətta Everest zirvəsini fəth etməyə hazırlaşır! Məsələ burasındadır ki, onlar öz xəstəliklərinə tam nəzarət edə bilir. Pasiyent üçün astma üzərində nəzarət nə deməkdir? Kimisinə – Everest zirvəsinə qalxmaq, kimisinə isə – uğurla işləmək, şən istirahət etmək və ən əsası, xəstəlik haqqında düşünməməkdir. Hazırda bir çox həkimlər

əmindir ki, astma üzərində nəzarət əksər astmatiklər üçün müalicənin real məqsədinə çevrilmişdir – həm yüngül, həm də ağır forma zamanı. Müasir Beynəlxalq və Rusiya tibbi dərslikləri təsdiq edir ki, astma üzərində nəzarət əldə ediləndir. Xəstəlik üzərində nəzarət səviyyəsini qiymətləndirmək üçün xüsusi test hazırlanmışdır – astma üzərində nəzarət testi (ANT). Ondan keçmək üçün 5 sadə sualı cavablandırmaq və nəticə balını hesablamaq lazımdır. 25 bal topladınız? Gözəl nəticədir – xəstəlik üzərində nəzarətin əldə olunduğundan xəbər verir. Testin nəticələrini həkimə söyləyin.

24-dən 21 bala qədər – işləriniz pis deyil, lakin əldə etdikləriniz ilə kifayətlənməyə dəyməz. Hər ehtimala qarşı, həkiminizə baş çəkin – ola bilsin ki, vəziyyətiniz daha da yaxşılaşsın. Test aşağı nəticəni göstərdikdə (20 baldan az) – bu, astmanın nəzarət olunmadığından xəbər verir. Həkiminiz ilə müalicənin dəyişdirilməsi haqqında mütləq söhbət edin. Astma üzərində nəzarət testi (ANT) Beynəlxalq tibbi təşkilatlar tərəfindən bəyənilmişdir. Astmaya Nəzarət testi ilə www.asthmacontroltest.com saytında tanış ola bilərsiniz.


19 BRONXİAL ASTMA SİMPTOMLARI OLMADAN YAŞAMAQ ARTIQ MÜMKÜNDÜR! hələ bu barədə rəsmi bir rəqəm yoxdur. BA nəinki müalicə ilə bağlı xərclər, həmçinin əmək qabiliyyətinin itirilməsi və xəstələrin ailə həyatında daha az fəal iştirakı ilə əlaqədar əhəmiyyətli dərəcədə zərər törədir. Hazırda adekvat müalicənin BA-ın klinik əlamətlərinə nəzarətin mümkün etməsi sübuta yetirilmişdir – simptomlar, yuxu pozğunluğu, gündəlik aktivliyin məhdudlaşması, ağ ciyərlərin funksiyasının pozulması, təcili yardım preparatlarına tələbat. BA müalicəsi fasiləsiz prosesdir. Ağır simptomlar və tutmaların qarşısını almaq üçün müntəzəm olaraq həkim nəzarətində olmaq zəruridir. Yalnız həkim astmaya nəzarətə nail ola və onu saxlaya bilər.

GSKAZ 4710

Bronxial astma (BA) səhiyyənin qlobal problemlərindən biridir – dünyada 300 mln.-a yaxın BA xəstəsi mövcuddur. Əldə olunmuş epidemioloji göstəricilər bu qənaətə gəlməyə imkan verir ki, son 20 il ərzində BA xəstəliyi xeyli yayılmışdır. ÜST-ın rəyinə görə, BA xəstəliyindən il ərzində 250.000 insan vəfat edir, bu zaman ölüm göstəriciləri xəstəliyin yayılması ilə zəif korrelyasiya edir. Məlumatların azlığı BA yayılmasında populyasiyadaxili və populyasiyaarası fərqlərin mümkün səbəblərini təyin etməyə imkan yaratmır. Beynəlxalq epidemioloji tədqiqatların məlumatlarına əsaslanaraq, demək olar ki, Azərbaycan Respublikasında BA xəstələrinin sayı 500.000-dən az deyildir, lakin çox təəssüf ki,

“GlaxoSmithKline” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı ş.,Əhməd Cəmil küç. 64\66 Tel.: 012 497 66 01


20

HORMONLAR: “kim” nəyə cavabdehdir? Müxtəlif hormonların bir‑biri ilə qarşılıqlı əlaqəsindən qadın‑ ların dünyaya uşaq gətirmək qabiliyyəti asılıdır.

QALXANVARİ VƏZİ Tireotrop hormon Qalxanvari vəzinin fəaliyyətini idarə edir, tiroksin və triyodtironin hormonlarını istehsal etməyə “vadar” edir. Triyodtironin Tiroksindən əmələ gəlir, mad‑ dələr mübadiləsini, boy artımı proseslərini, orqanizmdə enerjinin inkişaf etməsi və əmələ gəlməsini tənzimləyir. Tiroksin Maddələr mübadiləsini, enerji və oksigen mübadiləsini, zülal, yağ və karbohidratların sintez və parçalan‑ ma proseslərini, bədən hərarətini tənzimləyir, boy, inkişaf etmə və artma proseslərində iştirak edir.

SÜD VƏZİLƏRİ Prolaktin Süd vəzisinin yetişməsi üçün zəruridir, döş südünün əmələ gəlməsi və ifrazını stimullaşdırır, cinsi hormonların sekresiyasını yatırdır.

HİPOFİZ Lüteinləşdirici hormon Qadın cinsi hormonu olan pro‑ gesteronun istehsal olunmasına səbəb olur. Onunla yanaşı,

ovulyasiya və menstrual dövrün ikinci fazasını təmin edir. Follikulstimuləedici hormon Yumurtalıqların işini tənzim‑ ləyir: toxum hüceyrələrinin böyüməsi və yetişməsini stimul‑ laşdırır, estrogen sintezinə səbəb olur. Estradiol Ən fəal qadın cinsi hormonu estrogendir. • Dəri və saçların vəziyyətini yaxşılaşdırır; • Yaddaşı stimulyasiya edir; • Sümük toxumasını bərkidir; • Aterosklerozdan qoruyur; • Əhvalı yaxşılaşdırır. Progesteron Müntəzəm menstrual dövrün və hamiləliyin birinci trimestrdə qorunmasına səbəb olur.

PROLAKTİN Qan zərdabında normal qatılığı: Menstruasiyalı qadınlarda – 130‑ 540 mkV/ml. Menopauzalı qadınlar‑ da – 107‑290 mkV/ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Yuxu. Fiziki gərginlik. İntim yaxınlıq. Hamiləlik. Qalaktoreya‑ amenoreya sindromu – menstrua‑ siyaların kəsilməsi zamanı döş südünün ifrazı. Yoluxucu xəstəliklər: meningit, ensefalit, sarkoidoz, tuberkulyoz. Hipofizin şişləri. Hipotalamusun travmaları və

şüalanması, neyrocərrahi əməliyyat‑ lar. Qalxanvari vəzi funksiyasının azalması. Böyrəküstü vəzi qabığının anadangəlmə disfunksiyası. Böyrək və qara ciyər çatışmazlığı. Hamiləliyəqarşı həblərin qəbulu. Mədə xorasının müalicəsi və arterial təzyiqin enməsi üçün bəzi farm‑ preparatların, qusmayaqarşı və antiaritmik vasitələr, antidepres‑ santların qəbulu. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Hipofiz funksiyasının çatışmaz‑ lığı.

FOLLİKULSTİMULƏEDİCİ HORMON Qan zərdabında normal qatılığı: Norma mentsrual dövrün mərhələsindən asılı olaraq dəyişir. Follikulyar fazada ‑ 3‑11 mkV/ml. Dövrün ortasında ‑ 10‑45 mkV/ml. Lütein fazasında – 1,5‑7 mkV/ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Cərrahi və ya şüa müalicəsi nəticəsində cinsi vəzilərin funksiyasının genetik, yaxud autoimmun xarakterli çatışmazlığı. Xroniki alkoqolizm. Orxit. Follikulstimuləedici hormon istehsal edən hipofiz şişləri. Menopauza dövrü. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Hipofiz və ya hipotalamus


21 funksiyasının çatışmazlığı. Hamiləlik.

LÜTEİNLƏŞDİRİCİ HORMON Qan zərdabında normal qatılığı: Follikulyar fazada ‑ 2‑14 mkV/ml. Dövrün ortasında ‑ 24‑150 mkV/ml. Lütein fazasında – 2‑17 mkV/ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Cinsiyyət vəziləri funksiyasının çatışmazlığı. Polikistoz yumur‑ talıqlar sindromu. Hipofiz şişləri. Güclü emosional gərginlik. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Hipofiz və ya hipotalamus funksiyasının çatışmazlığı. Əsəb anoreksiyası.

ESTRADİOL Qan zərdabında normal qatılığı: Follikulyar fazada ‑ 110‑330 pmol/l. Dövrün ortasında ‑ 477‑ 1174 pmol/l. Lütein fazasında – 254‑ 734 pmol/l. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Estradiol istehsal edən yumur‑ talıqlar və ya böyrəküstü vəzi şişləri. Qara ciyər sirrozu. Tireotoksikoz. Oral kontraseptivlərin qəbulu. Hamiləlik. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Yumurtalıqların funksiyasının çatışmazlığı, sonsuzluq. Bəzi kon‑ traseptiv preparatların qəbulu.

PROGESTERON Qan zərdabında normal qatılığı: Dövrün hər fazası və hamiləlik həftəsi üçün ayrı‑ayrı göstərici nor‑ maları mövcuddur. Belə ki, ovulyasiya və sarı cismin əmələ gəlməsi əlaməti progesteron səviyyəsinin on dəfə artmasıdır. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri:

Böyrəküstü vəzi qabığının anadangəlmə disfunksiyası. Yumurtalıqların şişləri. “Sarı cisim” kistası. Şəkərli diabet. Hamilə qadınlarda böyrək çatışmazlığı və rezus‑sensibilizasiya zamanı proges‑ teron səviyyəsi yüksəkdir. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Ovulyasiyanın olmaması, “sarı cisim” çatışmazlığı və nəticə etibarı ilə, sonsuzluq. Hamiləliyin erkən vaxtında təhdidedici düşük.

TİROKSİN Qan zərdabında normal qatılığı: Ümumi tiroksin səviyyəsi ‑ 64‑ 150 nmol/l, və ya 5‑10 mkq/100 ml. Azad tiroksin səviyyəsi – 10‑26 pmol/l, və ya 0,8‑2,1 nq/100 ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Hipertireoz və tireotoksikoz – qalxanvari vəzinin izafi funksiyası ilə əlaqədar olan xəstəliklər. Piylənmə. Hamiləlik. Ur xəstəliyinin müalicəsi üçün təyin olunmuş tiroksin tərkibli dərmanların izafi qəbulu. Qalxanvari vəzi adenoması. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Hipotireoz ‑ qalxanvari vəzi funksiyasının enməsi. Hipofiz funksiyasının çatışmazlığı. Normada azad tiroksin səviyyəsi son trimestrdə enə bilər.

TRİYODTİRONİN Qan zərdabında normal qatılığı: Ümumi triyodtironin səviyyəsi – 1,2‑2,8 nmol/l, və ya 65‑190 nq/100 ml. Azad triyodtironin səviyyəsi – 3,4‑8,0 pmol/l, və ya 0,25‑0,52 nq/100 ml, orta hesabla 0,4 nq/100 ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Qalxanvari vəzinin izafi funksiyası. Tireotoksikoz. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Qalxanvari vəzi funksiyasının enməsi, norma variantı kimi – hamiləliyin üçüncü trimestrində.

TİREOTROP HORMON Qan zərdabında normal qatılığı: 1‑4 mV/ml. Hormon səviyyəsinin art‑ masının mümkün səbəbləri: Birincili hipotireoz ‑ qalxanvari vəzi funksiyasının çatışmazlığını əks etdirən vəziyyətdir. Çoxlu tireotrop hormon istehsal edən hipofiz şişləri. Hormon səviyyəsinin enməsinin mümkün səbəbləri: Tireotoksikoz. Hipofiz funksiyasının enməsi. Qalxanvari vəzi hormonları preparatları ilə müalicə.

PASİYENTLƏRİN NƏZƏRİNƏ Bir çox hormonlar sutkalıq sekresiya ritminə malikdir və onların ifraz olunması qida qəbulu ilə əlaqədardır. Ona görə də analiz‑ ləri səhər saatları, gecəni ac qaldıq‑ dan sonra vermək çox vacibdir – optimal olaraq, saat 8‑dən 9‑dək. Cinsi funksiyanı tənzimləyən hormonların səviyyəsi menstrual dövrün fazalarından asılıdır. Xüsusi həkim göstərişi yoxdursa, estradiol, LH, FSH, progesteron və prolaktinə görə qan analizini aybaşının 5‑7‑ci günlərində vermək lazımdır. Qan verməzdən bir gün əvvəl və həmin gün intensiv fiziki və psixoe‑ mosional gərginlikdən qaçmaq lazımdır. Hərarətin artması, yoluxucu xəstəliklər fonunda qan analizini vermək məsləhət deyil. Hormonların təyininə görə analizlərin götürülməsindən 7‑10 gün əvvəl bütün dərman preparat‑ larını təxirə salmaq lazımdır. Bu, mümkün deyilsə, mütləq həkimi xəbərdar edin.

PASİYENTİN ƏLİFBASI FSH ‑ follikulstimuləedici hormon LH ‑ lüteinləşdirici hormon TTH ‑ tireotrop hormon PRL ‑ prolaktin T4 ‑ tiroksin T3 ‑ triyodtironin


22

Təcili kontrasepsiya Bu, nədən baş verir? Əlbəttə, bu suala birmənalı cavab vermək mümkün deyil. Hər konkret halda səbəb fərdi səciyyə daşıyır, bəzən isə abort faciə ilə nəticələnir. Misal üçün, qadının sağlamlığına təhlükə yarandıqda, tibbi göstərişlərə görə onun istəyinə zidd olaraq, hamiləliyin kəsilməsi. Qadına qarşı zorakılıq işlənməsi xüsusi hal kimi qiymətləndirilir. O da qeyd olunmalıdır ki, müdafiə olunmamış seks hamiləliyə qarşı hormonal həblərdən istifadə edən qadının bu həbləri bir neçə dəfə qəbul etməyi unutması zamanı da baş verə bilər.

Amerikalı Bernard Natanson bö yük əks‑sədaya səbəb olmuş “Səssiz qışqırıq” filmini çək‑ mişdir. Bu filmdə qadına abort aparılarkən ultrasəs vasitəsilə dö lün müşahidə olunması səh‑ nəsi gö stərilmişdir. Məlum olmuşdur ki, dö l ö lümün yaxın‑ laşdığını hiss edir, həyəcanla hərəkət etməyə başlayır, ürək dö yünmələrinin sayı iki dəfə artır və tibb aləti yaxınlaşanda ağzını açaraq, səssiz çığırır. Beləliklə, müxtəlif səbəblərdən abort olunmağa qərar verən qadın öz üzərinə qətl günahını götürür. Axı hazırda mövcüd olan kontraseptiv preparatların


23 bolluğunu nəzərə alsaq, abortun qarşısının alınması bir o qədər də çətin məsələ deyil. Sadəcə həyata daha ciddi yanaşma olmalıdır.

və xeyirləri ancaq həkim müəyyən edə bilər. İstənilən halda təcili kon‑ trasepsiyaya alternativ abort, onun çoxsaylı və təhlükəli ağırlaş‑ malarıdır.

Təxirə salınmaz kontrasepsiya Kontrasepsiyanın bu üsuluna belə ad təsadüfən verilməyib. Bu halda yanğın zamanı olduğu kimi çevik hərəkət etmək lazım gəlir. Axı arzuedilməz hamiləliyə qarşı tədbirlər cinsi əlaqədən əvvəl və sonra aparıla bilər. Doğrudur, buna az, cəmi 72 saat vaxt ayrılır. Ginekoloqlar hamiləliyin qarşısını almağın və qadını abortdan xilas etməyin 15‑dən çox sxemini hazır‑ layıblar. 2002‑ci ildə beynəlxalq alimlər qrupu təcili kontrasep‑ siyanın müasir rejimlərinin müqayisəli tədqiqatını aparıblar. Bu tədqiqatda dünyanın 14 ölkəsindən 4 min qadın iştirak etmişdir. Tədqiqatın əsasında, 2004‑cü ildə ÜST‑ün ekspertlər kon‑ sorsiumu hazırda planetin müxtəlif yerlərində ginekoloqların istifadə etdiyi təcili kontrasepsiya üzrə rəh‑ bərlik buraxmışdır. Planlaşdırılmamış hamiləlikdən qorunmanın ən effektiv üsulu kimi hormonal preparatların, misal üçün ESKAPELin qəbulu təsdiq edilmişdir.

ESKAPEL ‑ cəmi 1 tablet! Macarıstanın “Gedeon Richter” əczaçılıq şirkətinin istehsal etdiyi ESKAPEL preparatı bizim əczaçılıq bazarında ‑ apteklərimizdə təzəcə satılmağa başlamış yeni preparat‑ dır. Gümüşü qablaşmada Sizi dəhşətli və təhlükəli abortdan qur‑ tara biləcək cəmi bir həb yer‑ ləşmişdir. Postkoital kontrasep‑ siyanın digər üsullarından fərqli olaraq, ESKAPEL preparatının tət‑ biqi tərkibində tələb edilən hor‑ mon dozası olan cəmi bir həbin bir dəfə qəbulunu nəzərdə tutur. ÜST‑ün himayəsi altında aparılan tədqiqatlar göstərdi ki, preparatın birdəfəlik qəbulu daha güclü kon‑ traseptiv effekt verir, eyni zaman‑ da qadın üçün daha etirbarlı və

Bunu bilmək vacibdir!

rahatdır. Çünki bu halda qadın dərmanın təkrar qəbulu və ya kon‑ trasepsiyanı zəiflədən qəbul vax‑ tının unudulması haqqında düşün‑ mür. Yeganə şərt‑ cinsi əlaqədən sonra yaxın 72 saat ərzində preparatdan istifadə olunmalıdır. Bu, nə qədər tez həyata keçirilərsə, effekt də bir o qədər güclü olar.

Təcili kontrasepsiya abortdan daha yaxşıdır! Lakin planlı kontrasepsiya təcilidən yaxşıdır! Bu, təhlükəli deyil ki? ESKAPEL arzuolunmaz hamiləliyin qarşısının alınması üçün effektiv vasitədir. Lakin onu az‑az tətbiq etmək olar, çünki preparat daimi qəbul üçün nəzərdə tutulmayıb. Bu preparatın təsiri sərtdir və ondan tez‑tez istifadə edilməsi menstrual siklin pozul‑ masına səbəb ola bilər. Ona görə də təcili kontrasepeiyaya tələbat daimi qorunma haqqında düşün‑ məyə işarə kimi qiymətləndirilmə‑ lidir. Preparatın tətbiqilə bağlı risk

ESKAPEL preparatının təsiri həbin qəbulundan sonra baş ver‑ miş cinsi əlaqəyə təsir etmir, ona görə də bu dəfə kontrasepsiya haqqında mütləq əvvəlcədən düşünün. ESKAPEL artıq baş ver‑ miş hamiləliyi kəsə bilmir və onun tətbiqilə uşaqsalmaya nail olmağa cəhd etməyə dəyməz. Lakin preparatın tətbiqindən sonra hamiləlik baş veribsə, o, uşağın inkişafına təsir etmir. ESKAPEL qəbul edən qadınlarda növbəti menstruasiya yarıdan çox hallarda vaxtında baş verir, lakin vaxtından əvvəl və ya bir neçə gün sonra da başlaya bilər. Əgər menstruasiya bir həftə gecikir və hamilə olduğunuza şübhə yaranırsa, ginekoloqa müraciət edin. ESKAPEL preparatını qəbul edən qadınların ancaq 15%‑də aybaşı sikli 7 gün, 13%‑də isə bir qədər çox gecikir. Həbin qəbulundan sonra bir neçə gün qanlı, yax‑ maşəkilli ifrazat yarana bilər, lakin bu ifrazat qısa müddətdə kəsilir. Bəzi qadınlarda baş ağrısı, baş‑ gicəllənmə, zəiflik, tez yorulma və süd vəzilərində diskomfort hissi yarana bilər. Təcili kontrasepsiya tətbiq olunan zaman baş verən ürəkbulanma və qusmanı aradan qaldırmaq üçün, həb yeməkdən sonra qəbul olunmalıdır. Təcili kontrasepsiya plan‑ laşdırılmamış hamiləliyin qarşısını almağa yönəlmiş çəhrayı kon‑ trasepsiyadır. Bu, daim tətbiq olu‑ nan kontrasepsiya üsulu kimi tövsiyə oluna bilməz. Lakin bəzi hallarda təcili kontrasepsiya arzuolunmayan hamiləliyin qarşısını almaq üçün yeganə imkan və abortun alternatividir.


24

TİBBİN ƏLİFBASI Professor Vaqif Şadlinski 1940‑cı ildə anadan olub. 1970‑ci ildən insan anatomiyası kafedrasında çalışır. 1982‑ci ildə namizədlik, 1999‑cu ildə isə dok‑ torluq dissertasiyasını müdafiə edib. 1995‑ci ildən insan anatomiyası kafedrasına rəhbərlik edir. Müxtəlif illərdə ATU‑da müalicə‑profilaktika fakültəsinin dekan müavini, Həmkarlar İttifaqı Komitəsinin sədri, ümumi işlər və tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. V.B.Şadlinski Şərq aləmində ilk anatomiya atlasının, Tibb Universitetinin müxtəlif fakültələri üçün Azərbaycan və rus dillərində anatomiya dərsliklərinin, anatomik terminologiya kitabının, 18 dərslik, 22 dərs və tədris‑ metodik vəsaitin, 11 monoqrafiyanın, 350‑dən artıq elmi, 50 elmi‑publisistik məqalənin müəllifidir. V.B.Şadlinski 6 doktorluq və 10 namizədlik işinin elmi məsləhətçisi və rəhbəridir.

Professor Vaqif Şadlinski Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, Respublikanın əməkdar həkimi, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Avropa patoloqlar, Qara dəniz və Baltikyanı ölkələrin, Anatomlar Cəmiyyətinin idarə Heyətinin üzvü, YUNESKO‑nun nəzdində Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Azərbaycan Morfoloqlar Cəmiyyətinin sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, Türk dünyası araşdırmaları Elmlər Akademiyasının akademiki, “Hippokrat” ordeni, “Qızıl Qələm” laureatı, Morfologiya” (Rusiya Federasiyası), “Sağlamlıq” (Azərbaycan) jur‑ nallarının redaksiya heyətinin, Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür. O, akademik Y.Məmmədəliyev adına və H.Z.Tağıyev adına mükafatlarla və təh‑ sildə uğurlarına görə qızıl medalla təltif olunmuşdur.


25 Anatomiyanın ö yrənilməsinə insan ö zünü dərk edəndən başlanılıb. Yer üzündə ən ali var‑ lıq olan insanı ö yrənən ilk elm kimi anatomiyanın tarixi bizim eradan min illər əvvəllərə təsadüf edir. Anatomiya tibbin əlif‑ basıdır, tələbələrə ilk tibbi bilik verən ən əsaslı bünö vrədir. Sö zün əsl mənasında tibbin dayağı, onurğa sütunudur. Ən başlıcası isə insana sevgidən doğan bir elmdir. Ona gö rə də jurnalımızın bu sayının qonağı kimi Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, tibb elmləri doktoru, pro‑ fessor Vaqif Şadlinskini seçməyi‑ miz təsadüfi deyil. ‑ Hö rmətli professor, niyə məhz həkimlik sənətini seçdiniz? Daha doğrusu seçim etdiniz, yoxsa bu bir tale qisməti idi? ‑ Əslində, mən həkim yox, hüquqşünas olmaq istəyirdim. Lakin hərbi xidmətdə olarkən qolumdan güllə yarası aldım. O zaman mehriban həkimlərin, tibb işçilərinin mənə olan qayğısını görüncə, qərara aldım ki, həkim olum, insanların sağlamlığının keşiyində dayanım. Bu da bir tale qismətidir. ‑ Tədris etdiyiniz fənn “insan anatomiyası”dır, insanı ö yrənir. Sizin üçün insan nədir? ‑ Mənim üçün insan dünyanı idarə və fəth edən, elmi yaradan, bəzən təbiəti korlayan bir var‑ lıqdır. Əgər insan savadlı olarsa, daim öz üzərində çalışarsa, dövlətin hərbi qüvvəsi də sağlam olar, basılmaz dövlətə çevrilər. Hər bir kəs aldığı təhsildən asılı olmayaraq, öz bədəninin anatomik quruluşunu, onun fiziologiyasını bilməlidir ki, etdiyi hər bir hərəkətin nəticəsini araşdıra bilsin. Anatomiya elmi insan dünyaya gələndən inkişaf edib, formalaşıb, dəyişib. İnsan onu əhatə edən xarici mühitlə daim rabitədədir. Bu əlaqə yaranandan

sona qədər davam edir. Ona görə də, tibb elmində insan anatomiyasının tutduğu yer birin‑ cilər sırasındadır. Əgər həkim və cərrah anatomiyanı bilmirsə, o nəinki tibb üçün, həm də icti‑ maiyyət üçün yararsızdır. ‑ Siz tarixi kö klərə bağlı məşhur Şadlinskilər sülaləsindənsiniz. Yəqin ki, daim gənclərlə milli vətənpərvərlik ruhunda tərbiyəvi sö h‑ bətlərinizin geniş yer alması da elə bundan irəli gəlir. Müasir gənclərimizə, tələbələrinizə ən çox nəyi tö vsiyə edərdiniz, onlar‑ da hansı üstün cəhətləri gö rmək istərdiniz? ‑ Bəli, bizim soyadımız çox qədimlərə gedir. Bizim nəsil Cənubi Qafqazda uzun müddət hökmranlıq etmiş Şadlılar dövlə‑ tinin yaradıcısı və davamçılarıdır. Bu nəsildən irəli çıxmış mütəfəkkirlər, sərkərdələr öz mil‑ lətinə, dilinə, mədəniyyətinə sadiq insanlardır. Mən bu tarixi insan‑ ların kötükçələrindən biriyəm və həmişə çalışmışam ki, xalqımızın övladlarına bilik verməklə bərabər, onlara məğrurluq, cəsarətlilik, dilinə, millətinə sadiq qalma dərsləri də verim. Mən hər bir azərbaycanlı balasını vətəninə, xalqına layiq, ağıllı, cəsur bir övlad kimi görmək istəyirəm. ‑ İnsan anatomiyası kafedrası‑ na daxil olan zaman diqqəti cəlb edən “Per aspera ad astra” ‑ latın‑ cadan tərcümədə ‑ “Cəngəllikdən zirvəyə doğru” kəlməsi anatomiya ilə din arasındakı təzadı, yoxsa bir bağlılığı gö stər‑ miş olur? ‑ Bilirsiniz, vaxtilə qatı dindar‑ lar anatomiyanın inkişafına həmişə maneçilik törədiblər, Yevstaxçıları yandırıblar. Digər morfoloji elmlər isə anatomiya ilə sıx bağlı olduğundan onların da bir elm kimi inkişafı bunsuz mümkün olmamışdır. Hətta, keçmişdə elmin az inkişaf etdiyi

dövrlərdə sınıqçılar, ara həkimləri var idi ki, onlar da anatomiyanı öyrənməyə cəhd edirdilər. Əfsuslar olsun ki, elektron mikroskopu meydana gəldikdən sonra təsviri anatomiyanın öyrənilməsinə az yer ayrıldı. Bu fənnin tədrisi zamanı insan bir var‑ lıq kimi kamilləşir, əyani olaraq, meyitlər üzərində qavramalar daha da artır. “Diri ikən öyrənirik, ölü ikən öyrədirik” kəlamını desək, yerinə düşər. Bu mənada anatomiya ən görkəmli elmdir, bu fənnin tədrisini yenidən, hətta VI kursda da tətbiq etməyi çox vacib hesab edirəm. Anatomiya insanın doğulandan ölənə qədər keçdiyi mərhələləri əks etdirir. Uşaq anadan olandan sərbəst həyata atılana qədər onu başa salmaq, öyrətmək, istiqamət vermək lazımdır. Çünki həyat bir cəngəl‑ likdir, burada itib‑batan da var, irəliləyənlər də, 100 nəfər insan içərisindən biri məqsədinə çata bilər, digərləri yox. Bu baxımdan “Cəngəllikdən zirvəyə doğru” sözləri böyük fəlsəfi məna kəsb edir. ‑ Vaqif müəllim, siz tədrislə yanaşı, geniş elmi potensiala da maliksiniz. Respublikamızda çoxlu tibbi kadrların yetişməsində rolunuz bö yükdür. Anatomiya sahəsindəki yenilik‑ ləriniz barədə məlumat ver‑ məyinizi istərdik... ‑ Bilirsiniz, anatomiya sahəsində yenilik etmək çox çətindir. Çünki qeyd etdiyimiz kimi, quldarlıq dövründən indiyə qədər anatomiya öyrənilmə mərhələsindədir. Ancaq 1982‑ci ildə mən bir şeyin şahidi olmuşam ki, Tbilisidə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün açıq müdafiədə çıxış etdiyim zaman professor Abaşidze məni tanımadan belə bir çıxış etdi: “SSRİ AHE cəmiyyətinin sədri, SSRİ Dövlət Mükafatı laureatı, akademik V.V.Kupriyanov Minskdə çıxış edərkən belə bir söz


26 işlətdi ki, guya anatomiya daha öz öyrənilmə imkanlarını qurtarıb. Lakin Vaqif Şadlinskinin bugünkü məruzəsi sübut etdi ki, hələ anatomiyada öyrənilməli şeylər çoxdur”. Mən həmişə demişəm ki, müəl‑ lim tələbəni öyrətmir, tələbəyə istiqamət verir, elmə istiqamətlən‑ miş tələbə isə müəllim tərəfindən obyektiv seçilməlidir. ‑ Şanlı ö mür yolu keçmisiniz. Əməyiniz sayəsində dö vlətimiz tərəfindən bö yük titullara layiq gö rülmüsünüz. Bu yaxınlarda Sizin 70 illik yubileyiniz bö yük sevinclə qeyd edildi. Həyatınızın bu müdriklik çağında keçdiyiniz yola geri dö nüb baxmaq istəsəniz, bunu ən çox nə üçün edərdiniz? ‑ Bu sualı hər bir kəsə vermək olar ‑ ziyalıdan tutmuş sadə işçiyə

qədər. Hər kəsin də münasibəti müxtəlif ola bilər, bu, təbiidir. Keçən günə qayıtmaq mümkün deyil. Bunu istəsən belə edə bilməzsən. Çünki zaman hərəkət‑ dədir, onu geri qaytarmaq qeyri‑ mümkündür. Həyat isə mübarizədir. Bu mübarizəni bir növ daşın, çınqılın içərisindən cücərib çıxan bir çayıra bənzətmək olar. Çünki irəlilədiyimiz həyat yolu heç də həmişə hamar olmur. Mən də həyatımda çox çətinliklərə, maneələrə sinə gərmişəm. Məşhur bir şerdə deyildiyi kimi – insan yeriməyi yıxıla‑yıxıla öyrənir. Mühitdən asılı olaraq insan dəyi‑ şir. Lakin irsiyyət, genetika nəsildən‑nəslə ötürülür. Nəslimizdə sultan, xan, bəy olub. İrsiyyətin rolu böyükdür. Düzgün elə həmişə düzgündür. Geri dönsə belə, dəyişə bilməz.

“Diri ikən öyrənirik, ölü ikən öyrədirik!”

‑ Bu il insan anatomiyası kafedrasının da 90 yaşı tamam oldu. Bununla bağlı nə kimi təd‑ birlər həyata keçirdiniz? ‑ Kafedranın 90 illiyini keçir‑ mək üçün məqalələr toplusu hazır‑ lamışıq. Belə qərara gəldilər ki, Tibb Universitetinin 80 illiyi ilə insan anatomiyası kafedrasının 90 illiyini bir vaxtda qeyd etsinlər. MDB ölkələrindən də bir qrup alimlər öz məqalələrini bu toplu‑ da görmək istəyiblər. Bu da bizim uğurumuzdur. ‑ “Ailə həkimi” jurnalına məs‑ ləhətləriniz, tö vsiyələriniz. ‑ Respublikamızda tibbi jurnal‑ lar çoxdur. Lakin “Ailə həkimi” jurnalı təkcə tibbi deyil, həm də tibbi‑kütləvi jurnaldır. Bu jurnal ondan istifadə edən hər bir ailənin yaxın sirdaşına, həkiminə çevrilir. Arzu edərdim ki, Azərbaycanda belə jurnalların sayı artsın və gələcəkdə “Ailə həkimi” jurnalı öz oxucularını daha yeni, maraqlı mövzularla sevindirsin. P.S. Vaqif Şadlinskinin təşəbbüsü və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində insan anatomiyası kafedra‑ sının dünyada tanınan tədris muzeyi yenidən qurulmuş, tarixi ənənələr saxlanılmaqla yeni şö bələr yaradılmış, sahəsi genişləndirilmiş, qiymətli eksponatlar və anatomik preparatlarla zənginləşdirilmişdir. Bu muzeylər əsrarəngiz bir aləmi xatırladır. Anatomiya teatrının səh‑ nəsi insanın yaranması, inkişafını əks etdirən müxtəlif mulyajlar, orqanizmi təşkil edən üzv və üzvlər sistemi, damar və sinirləri təsvir edən təbii muzey preparatları ilə zəngindir. Tibb Universitetinə müxtəlif ö lkələrdən gələn xarici qonaqlar da bö yük həvəs‑ lə anatomiya muzeyinə gəlir, onunla tanış olur və çox bö yük təəssüratla buradan ayrılırlar. Sədaqət Rüstəmova tibb elmləri namizədi


28

Effektivliyi elmi sübuta yetmiş kombinasiya –

PRESTANS

Hipertenziya səhiyyənin ən vacib problem‑ lərindəndir. Dünya əhalisinin dörddə biri bu patologiyadan əziyyət çəkir, inkişaf etmiş ölkələrdə isə xəstəliyin yayılması populyasiyanın üçdə birindən artıqdır. Buna baxmayaraq, hipertenziyanın müalicəsi suboptimal olaraq qalır. Hipertenziyalı xəstələrin 30%‑ nin öz vəziyyətindən xəbəri yoxdur və heç bir müalicə almırlar. Qalan 70% müalicə alan xəstələrdən yalnız 34%‑də tövsiyə olunan hədəf sistolik arterial təzyiq (SAT)<140 mmHg və diastolik arterial təzyiq (DAT) < 90mmHg‑nuna nail olmaq olur. Bu statistik məlumatlar narahatçılığa səbəb olmalıdır, çünki arterial təzyiqin

(AT) endirilməsinin klinik üstünlükləri sübuta yetmişdir, hansı ki, miokard infarktının (Mİ )(20‑25%), ürək çatış‑ mazlığının (>50%) və insultun (35‑40%) inkişaf etmə tezliyinin azalmasına səbəb olur. Prestarium və amlodipinin fiksə‑olunmuş kombinasiyası hipertenziya və ürəyin işemik xəstəliyinin (ÜİX) müalicəsində yeni unikal imkanlar yaradır. Prestarium/amlodipin kombinasiyası üçün rasional əsas, bilavasitə iri həcmli ASCOT tədqiqatının nəticələrindən gəlir. Populyasiyanın 78%‑nin bu kombi‑ nasiyanı alan qrupda digər, b‑blokator və sidikqovucu alan qrupla müqayisədə ümumi ölümü 11%, ürək‑


29

damar ölümünü 24%, insultdan ölüm səviyyəsini 23% və yeni müəyyən olunmuş şəkərli diabet riskini 30% azaltması müşahidə olunubdur. Bu nəticələrə mümkün əsas izahlardan biri kimi, qolda ölçülən SAT‑də fərq olmadığı halda, Prestarium/amlopdipin kombi‑ nasiyasının mərkəzi aortada olan sistolik təzyiqə digər terapevtik qrupdan daha çox təsir göstərməsi gətirilir. Prestansın arterial təzyiqə effektiv təsiri tərkibində olan hər iki preparatın (Prestarium/amlodipin) vazodi‑ latasiya təsirinə malik olması ilə izah olunur. Amlodipin həm renin‑angiotensin sistemini (RAS), həm də simpatik sinir sistemini stimulyasiya edən vazodi‑ latasiya səbəb olur, hansı ki, reflektor vazokonstriksiya və taxikardiyaya gətirib çıxara bilər. AÇF inhibitoru Prestariumla baş verən vazodilatasiya belə effektlərə əks təsir göstərərək, anti‑hipertenziv effektivliyi artırır. Prestarium/amlodipin kombinasiyası – Prestansın anti‑ hipertenziv effektivliyi 1250 xəstənin iştirakı ilə 8 həftə‑ lik tədqiqatda qiymətləndirilib. Tədqiqata daxil olarkən xəstələrdə orta AT 167.3/101.4 mm c.st., 12% xəstədə isə ağır hipertenziya (SAT >180 mm c.st.) qeydə alınmışdır. 8 həftə ərzində AT 125.4/78.2 mm c.st. qədər enmişdir

və tədqiqatın sonuna təzyiqin orta enməsi ‑41.9/‑23.2 mm c.st. təşkil etmişdir (Şəkil 1). Ağır hipertenziyası olan xəstələrdə təzyiq daha ciddi şəkildə enmişdir (‑63.2/‑29 mm c.st.). Belə yüksək antihipertenziv effektlə yanaşı, Prestans əla təhlükəsizlik profilinə malikdir. Ca2+ antaqonistləri kapillyarlarda hidrostatik təzyiqin artmasına görə per‑ iferik ödemlərə səbəb ola bilir. Amlodipinlə bu effektə 10% xəstələrdə və daha çox qadınlarda rast gəlinir. Məlumdur ki, AÇF inhibitorları həcmli venoz damarları genişləndirərək, intrakapillyar təzyiqi normallaşdırır və mayenin toxumaya daxil olmasının qarşısını alaraq, Ca2+ antaqonistlərinin bu ikincili effektini azaldır. Buna görə də Prestans xəstələr tərəfindən qəbul olunur; tədqiqatların nəticələrinə görə cəmi 1% xəstədə quru öskürək, 0.5% xəstələrdə isə aşağı ətrafların ödemi qeyd olunur. Beləliklə, Prestans bu gün yeganə fiksə‑olunmuş kombinasiyadır ki, yüksək anti‑hipertenziv effektlə yanaşı, beynəlxalq tövsiyələrdə iki göstərişi (həm AH, həm də ÜİX) olmaqla, ürək‑damar ağırlaşmaları və ümumi ölümün azaldılması təsiri sübuta yetmişdir.


30 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi

və cəmiyyət


31 Yola saldığımız XX yüzillik, yaşadığımız XXI əsr nailiyyət və uğurlarla yanaşı, yeni ümumbəşəri prob‑ lemlərlə yadda qaldı. Təbii fəlakətlər, ədalətsiz müharibələr, sağalmaz xəstəliklər, QİÇS, insan alveri və narkomaniya da bu problemlərdəndir. Artıq hər birimizə məlumdur ki, narkomaniya cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilib. Dünyada narkomaniyaya qurşananların sayının get‑ dikcə artması problem ətrafında xeyli düşünməyə və bu bəlayla yeni mübarizə yollarının axtarılmasına sövq edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu prob‑ lem dünyanın bir hissəsi olan Azərbaycan Respublikasında da görülən irimiqyaslı işlərə baxma‑ yaraq, aktual olaraq qalır. «Narkomaniyaya yox» deməklə, problem həll olunmur. Biz narkomaniyaya qarşı danışıqlardan kütləvi mübarizəyə keçməli, əməli işlər görməliyik. Bu sahədə həyata keçirdiyimiz tədbirlər qısamüddətli kampaniya xarakteri daşımamalı, geniş şaxəli olmalıdır. Gənclərimiz narkoişbazların çox gözəl qurduğu tələlərin qurbanı olur. İlk olaraq zəhərli mad‑ dələr gənclərə pulsuz pay‑ lanılır. Onların narkotikdən asılılığı yaranandan sonra, ailəsini çox

yazılır, yəni əgər ölkədə narkomanların və narkotik‑ lərdən asılı insanların sayı artırsa, o zaman cəmiyyət və millətin gələcəyi ciddi problemlərlə üzləşir. Bu da bizdən təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Silsilə tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında narkomanlığın neqativ fəsadları haqqında təsəvvürlərin formalaşdırılması, narkomaniyanın verə biləcəyi dəhşətli nəticələr və bu sahədə dövlətin həyata keçirdiyi islahatlar barədə məlumat vermək, maarifləndirmə işinin aparıl‑ masıdır. Gənclərin narkomaniyaya qurşanması onların təh‑ sildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altın‑ da qalmasına səbəb olur. Ulu öndər, ümummilli liderimiz Heydər Əliyev «Gənclərimiz milli ruhda, bizim milli‑mənəvi dəyər‑ lərimizin əsasında tərbiyə olunmalıdır…» kəlamını söyləmiş, onların vətənpərvərlik, azərbay‑ cançılıq, dövlətçilik, dünyəvilik prin‑ sipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət‑ənənələrinə, dövlət dilinə və rəmz‑ lərinə, milli‑mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tər‑

sevən şəxs belə, narkotiklərə görə düşünülməmiş addımlara, cinayətə, faciəyə getməyə hazır olur. Narkomaniya gəncləşir. Əgər əvvəllər narkotiklərdən istifadə edənlər və narkoloji asılılığa məruz qalanlar 35 yaş və ondan yuxarı idisə, indi bu göstəricilər 15‑30 yaşı əhatə edir və istisna deyil ki, narkomaniya bu gedişatla gənclik dövründən yeniyet‑ mələrə də hücum edəcək. Bu bəla tədricən şaxələnib, möhkəmlənərək, insan nəslinin məhvinə gətirib çıxarır. Narkomaniyaya qarşı mübarizə tədbirlərinin getdikcə gücləndirilməsinə baxmayaraq, problemin həll olunmaması böyük nara‑ hatlıq doğurur. Ümumiyyətlə, bu xəstəlik genofondun hesabına

biyə olunmasını… gənclər siyasətinin əsas prinsiplərindən biri hesab etmişdir. Bu gün də Heydər Əliyev irsinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur‑ sorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı» haqda sərəncam imzalamışdır ki, biz də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu sərəncamın icrasından irəli gələn məsələləri yeniyetmələr və gənclər arasında inşa yazı müsabiqələri, sərgilər, rəsm‑plakat müsabiqəsi, müxtəlif aksiyalar, konsert


32 proqramları, seminar, müşavirələr, konfranslar və sair bu kimi tədbirlər vasitəsilə həyata keçiririk. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi mütəma‑ di olaraq, narkomaniya hallarının qarşısının alınması məqsədilə bir çox hökumət və qeyri‑hökumət təşki‑ latları ilə əməkdaşlıq edərək, birgə seminar və mühazirələrin təşkil edilib, geniş auditoriyaya çat‑ dırılması üçün mütəxəssislərə və peşəkarlara müraciət edir, maarifləndirmə işi aparır, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Proqramının İşçi Qrupu ilə birgə ümumi tədbirlər planı hazırlayır. Bundan əlavə, idarəmiz tərəfindən beynəlxalq təcrübəyə əsasən 2010‑cu ildə, əsasən də ali təhsil ocaqlarında bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bunlardan Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında «Azərbaycan gəncləri narkotiklər əleyhinə» mövzusunda rəsm və inşa yazı müsabiqələri, ali təhsil ocaqlarının tələbələri ilə mövzu üzrə görüşlər, «1 dekabr – QİÇS‑lə mübarizə günü»nə həsr olunmuş tədbirləri və sair qeyd etmək olar. Bu kimi tədbirlər silsilə xarakterli olaraq, davamlı keçiriləcəkdir. Və ümid edirik ki, sonda görülmüş işləri təhlil edərkən, əvvəlki illərdən fərqli olaraq, daha yaxşı nəticələr əldə edə biləcəyik. Tərəfimizdən keçirilən tədbirlərin analizi onu göstərir ki, ölkədə narkomaniyaya qarşı mübarizəni daha effektli aparmaq üçün ilkin şərt maarifləndirmə işinin daha da gücləndirilməsi və yeni metodlara söykənərək, təşkil olunmasıdır. Müxtəlif rayon və şəhərlərdə maarifləndirici aksiyaların sayı artsa, narkomaniyaya qarşı mübarizənin də müsbət nəticəsi artar. Düzdür, bu iş üslubu narkotik asılılığa düşən gənci xilas etməsə də, gənclərin narkomaniyaya meylliliyinin qarşısını alar. Bu gün ölkədə ümumbəşəri bəlalarla mübarizə müxtəlif aksiyalar, forumlar vasitəsilə keçirilir. Lakin görülən işlərə baxmayaraq, qeyri‑hökumət təşkilatlarının işləri bizi qədərincə qane etmir. Ölkədə bir çox qeyri‑hökumət təşkilatı fəaliyyət göstərsə də, sırf narkomaniya ilə mübarizə işi yalnız bir neçə QHT tərəfindən aparılır. Narkomaniya ilə mübarizədə kütləvi informasiya vasitələrinin roluna diqqəti yönəldək. Respublikamızda fəaliyyət göstərən kütləvi infor‑ masiya vasitələrində antinarkotik təbliğat işi çox zəifdir, qəzetlərdə, jurnallarda bu mövzuya aid ara‑ sıra yazılar verilsə də, analitik təhlilə, sosioloji sorğu‑ lar əsasında narahatedici faktlara və onların həlli istiqamətindəki məqamlara rast gəlinmir. Sosial reklam azlıq təşkil edir, sənədli və bədii publisistik filmlərin sifarişinə lüzum var, elektron kütləvi informasiya vasitələrində problemi dərindən

bilən mütəxəssislərə ehtiyac duyulur . Baxmayaraq ki, Daxili İşlər Nazirliyinin orqanları, aidiyyatı dövlət qurumları ilə son vaxtlar xüsusən bu sahədə fəallaşmış, kriminal strukturları zərərsizləş‑ dirməkdədir, amma bununla iş bitmir, nəticədə, birinin yerini digəri tutur. Narkotiklərin tərkibi get‑ dikcə ağırlaşır. Belə ki, narkoloji asılılıqdan əziyyət çəkənlərdən əvvəllər konoboid qrupuna aid olan narkotiklər üstünlük təşkil edirdisə, indi opeoid qrupuna aid olan narkotiklər daha çox istifadə edilir. Bununla belə, bir nəticəyə gəlirik ki, narkomanlıqla mübarizədə geniş təbliğat mexanizmindən istifadə edilməli, orta və ali təhsil ocaqlarında narkotiklərin insan orqanizminə zərəri, onun yaratdığı fəsadlar barədə müntəzəm söhbətlər aparılmalı, "Yeniyetmə, gənclər və uşaqları onların sağlamlığına, əxlaqi və mənəvi inkişafına xətər yetirən informasiyadan qoru‑ maq haqqında" qanun qəbul olunmalı, valideynlərin iştirakı ilə ali və orta təhsil ocaqlarında mütləq şəkil‑ də narkotiklərlə mübarizə ilə bağlı həftəliklər və aylıqlar keçirilməlidir. Təhlil və təcrübə onu göstərir ki, orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclərin təşəbbüsü və təşkilatçılığı ilə «Narkotiklərlə mübarizə»yə həsr olunmuş silsilə tədbirlər, dəyirmi masa və kon‑ franslardan fərqli olaraq, daha effektli və məhsul‑ dardır. Gənclər bir‑birini daha tez başa düşür və bu da problemlərlə mübarizədə yüksək nəticələr verə bilər. Biz isə, öz növbəmizdə bu kimi məsələlərdə gəncləri dəstəkləməli və istiqamətləndirməliyik. Əminik ki, yaxın gələcəkdə bu kimi problemlər, mübarizə metodları nəticəsində aradan qaldırılacaq, gənclik öz asudə vaxtını məzmunlu və səmərəli keçirəcək, ən yaxşı istiqamətdə inkişaf edəcəklər! Bu yolda bütün ictimaiyyət, hər birimiz fərdi olaraq mübarizə aparmalı, xalqımızın genofondunun qorunmasının, gələcəyinin məhv olmasının qarşısını almağa çalışmalıyıq. Unutmayaq ki, heç bir dövlət qurumu, təşkilat cəmiyyətin köməyi olmadan bu bəlanı təkbaşına həll edə bilməz. Sonda bir daha bütün aidiyyatı qurumlara, gələcəkdə belə tədbirlərin sayının artırmağa, narko‑ maniya ilə mübarizədə isə gənclərimizi daha ayıq‑ sayıq olmağa çağırırıq.

Raqif Abbasov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi


33


Uşaqlıq boynu xərçəngindən müdafiə

Uşaqlıq boynu xərçəngindən etibarlı müdafiə üçün yeni vaksin

““GlaxoSmithKline” şirkətinin uşaqlıq boynu xərçəngindən müdafiə olunmaq mümkünlüyünün artırılması təşəbbüsü”

Özünü uşaqlıq boynu xərçəngindən qoru! İndi 3 dəfə əlverişli

UBX – qadınlar arasında yayılmasına gö rə ikinci xərçəng nö vüdür və ona gö rə də qadınların sosial sağlamlığının qorunması üçün bu xəstəlikdən müdafiə olunmaq zəruridir. “GlaxoSmithKline” şirkəti – dünya, o cüm‑ lədən, Azərbaycan ictimaiyyətinin uşaqlıq boynu xərçəngi problemi haqqında məlumat‑ landırılması üzrə proqram təşəbbüskarıdır. Uşaqlıq boynu xərçəngi – «sakit qatildir» və bütün dünyada qadınların həyatı üçün ən ciddi təhlükələrdən biridir. Bir çox qadınlar bu xəstəliyin inkişaf səbəbləri haqqında tam məlumatsızdır və özlərini qorumaq imkanın‑ dan bixəbərdir. Və uşaqlıq boynu xərçənginin qarşısının effektiv profilaktika yolu ilə alın‑ ması mümkünlüyü haqqında informasiyanı qadınlar və tibb işçilərinin nəzərinə çatdırmaq müstəsna şəkildə vacibdir. “GlaxoSmithKline” şirkəti uşaqlıq boynu xərçəngindən xəstələnmə və ölüm səviyyəsi ilə əlaqədar vəziyyəti dəyişmək üçün böyük səylər göstərir. Lakin qiymət daha çox qadın və qızların vaksinasiyası üçün maneə olaraq qalır. Bunu nəzərə alaraq, 1 aprel tarixindən etibarən “GlaxoSmithKline” şirkəti, Cervarixtm vaksinini Azərbaycandakı hər bir qadın üçün əlçatan edə biləcək sosial təşəbbüsün irəli sürülməsini elan edir. Bu təşəbbüs Cervarixtm vaksininin qiymətini, yaşama məsrəfləri və inflyasiya səviyyəsini də nəzərə almaq şərti ilə, real iqtisadi vəziyyət ilə uyğunlaşdırmaq niyyətindədir.

Aprelin 1‑dən etibarən Azərbaycanda Cervarixtm vaksini 3 dəfə əlverişli qiymətə olacaq. Vaksinin qiymətinin endirilməsi Azər‑ baycanda vaksinə olunmuş, deməli, UBX‑ dən müdafiə olunmuş qadınların sayının artırılmasına yö nəlmişdir. vaksini dünyanın bir çox Cervarixtm ö lkələrində qeydiyyata alınmışdır, o cüm‑ lədən, Avropa Şurası, ABŞ, Yaponiya və s. Avropa Şurasının 14 ölkəsi, ABŞ və digər ölkələrdə də bu vaksin icbari vaksinasion təqvimlərinə daxil edilmişdir. Belə profilakti‑ ka növü hələ xəstəliyin inkişaf etməsi prose‑ sinin başlanmasından əvvəl, viruslar orqa‑ nizmə sirayət edən zaman qadınların immun sistemini onları effektiv şəkildə aşkarlamaq və məhv etmək istiqamətində «təlimləndirməyə» imkan yaradır. Azərbaycanda Cervarixtm vaksini 2008‑ci ilin sonundan etibarən qeydiyyata alınmışdır. Bu dövr ərzində 150‑ə yaxın qadın öz təşəb‑ büsü ilə şəhərin özəl klinikalarında vaksi‑ nasiya olunmuş və özlərini uşaqlıq boynu xərçəngindən müdafiə etmişlər. “GlaxoSmithKline” şirkəti əmindir ki, dünyanın bütün qızları və qadınları uşaqlıq boynu xərçəngindən qorunmağa layiqdir. Suallarınızı qaynar xətt telefon nömrəsi ilə verə bilərsininiz ‑ 012 418 22 70 Ədəbiyyat: 1. World Health Organization. Initiative for Vaccine Research. http://www.who.int/vaccine_research/diseases/hpv/en/ Accessed on February 13, 2009. 2. Ferlay J, Bray P, Pizani P, Parkin DM. Cancer incidence, mortal‑ ity and prevalence worldwide. Available at: GLOBOCAN 2002. IACRPress, Lyon, 2004. Accessed September 20, 2005. 3. Azərbaycanın Səhiyyə Nazirliyi.

GSKAZ 48a10

Hər il dünyada 280.000‑ə yaxın qadın uşaqlıq boynu xərçəngindən (UBX) vəfat edir, yəni, hər 2 dəqiqədən bir 1 qadın vəfat edir.1,2 Azərbaycanda hər 2 gündən bir UBX‑dən 1 qadın vəfat edir.3


36

NEVRASTENİYA Bu gün çoxları tez yorulma, unutqanlıq, diqqəti cəmləyə bilməmək, boş yerə əsəbiləşməkdən şikayət edir. Bütün bunları iki söz ilə ifadə etmək olar – «mən yorulmuşam». Xaricdə belə vəziyyət xroniki yorğunluq sindromu, bizdə isə – nevrasteniya adlandırılır. Yorulmuş insana ən sadə məsləhət – «İstirahət et!» deməkdir. Lakin prob‑ lem ondadır ki, xroniki yorğunluq zamanı tamdəyərli istirahət etmək mümkün olmur. Bu, müalicəyə ehtiyacı olan bir xəstəlikdir. Yorğunluq ilə mübarizə aparmadıqda, o, depressiyaya keçir. Dəmir insan olmur.

O, NƏDƏN YARANIR? Nevrasteniya qazanmağın ən doğru yolu – üzərinə çoxlu sayda müxtəlif iş götürməkdir. Beyin hər bir problemi lazımınca işləyə bilmir. O, bir dəfəyə on işi əhatə etməyə çalışır, nəticədə isə, çoxlu sayda xırda səhvlərə yol verilmiş olur. Həyəcan hissi, ümumi gərginlik artır, insan daha yaxşı işləməyə, hər şeyə nəzarət etməyə, hər yerə çatmağa çalışır. Beyin öz imkanlarının son həd‑ dində işləyir, sonra isə oyuncaq ev kimi parçalanır. Və “salam, nevrasteniya!” Daha bir səbəb – daimi olaraq emosiyaların boğul‑ masıdır. Bu, yalnız neqativ deyil, pozitiv emosiyalara da aiddir. Həyəcan yaranmışdır, çıxış yolu isə yoxdur. Nevrasteniya qazanmağın üçüncü imkanı – seçim problemi qarşısında dayanmaqdır. Qərar qəbul etməyi bacarmamaq, daimi olaraq vəziyyətdən lazımi çıxış yolunu axtarmaq insanı üzür. Və budur – xroniki yorğunluq. Onu müharibə ilə müqayisə etmək olar. Birinci mərhələ – yorğunluğun hücumu. İkinci mərhələ – ona təslim olma. Üçüncü mərhələ – «nevrasteniya» diaqnozu.

ÖZÜNƏ NECƏ KÖMƏK ETMƏLİ? 1. Hər gün «Duzlar kvarteti» ilə vanna qəbul edin. Suda uzanaraq, 25‑dən 1‑ə qədər əks istiqamətdə sayın. 2. Yuxunuzun qeydinə qalın. 3. Diqqətin cəmləşdirilməsi üçün həzin musiqiyə qulaq asın. 4. Psixoterapevt ilə məsləhətləşin. O, qorxuları yox etməyə kömək edər. 5. Əmək‑istirahət rejiminə riayət edin. Sutkada 24 saat iş problemlərini həll etmək olmaz. Variant kimi gündə iki saat ərzində telefonu söndürməyi təklif edə bilərik. 6. Masaja yazılın. Daha artıq relaksasiya üçün «Dinamik krem» yarayar. 7. Ümumi tonus üçün hər gün idmanla məşğul olun.


38

Azərbaycanda “Berlin‑Chemie” Nümayəndəliyi Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 16‑cı mərtəbə Tel: +994 12 436 88 41 Faks: +994 12 436 88 42

O, kəpənəyə bənzəyir: «qanadlar» - sağ və sol paylar və onları bir-biri ilə birləşdirən kiçik bərzəx. Hər payın ölçüsü uzunluqda 2,5-4 sm, eninə 1,5-2 sm və qalınlıqda 1-1,5 sm təşkil edir. Onun çəkisi cəmi 20 qramdır. Çox zaman onu adi gözlə də görmək olar, çünki o, boğazın ön səthi, qalxanvari qığırdaq nahiyəsində yerləşir. Ona nəvazişlə «kəpənək», «madam Batterflyay» da deyilir. O – qalxanvari vəzi (QV), daxili sekresiya vəzisidir. O, zərif, titrək, müdafiəsiz, eyni zamanda da arı kimi əməksevərdir. Belə kiçik ölçüləri və zahiri müdafiəsizliyinə baxmayaraq, o, böyük əhəmiyyətli orqan, insan orqanizminin özünəməxsus «enerji generatorudur». O, tiroksin (T4), triyodtironin (T3) və tireokalsitonin hormonlarını istehsal edir. Qalxanvari vəzi hormonları praktiki olaraq, orqanizmin hər bir hüceyrəsində maddələr mübadiləsini canlandırır və orqanizmdə baş verən hər prosesi tənzimləyir

- tənəffüs, qida qəbulu, yuxu, hərəkət, eləcə də, daxili orqanlardakı prosesləri – ürəkdöyünməsindən reproduktiv sistemin işinə qədər. Bətndaxili dövrdən başlayaraq, beyin formalaşması və inkişafı qalxanvari vəzi hormonlarından asılıdır, onlar da ağıl, istedad və düşüncəni şərtləndirir. Tireoid hormonlar skelet sümüklərinin normal inkişafına cavabdehdir, onların uşaqlıqda çatmamazlığı boy artmasının dayandırılmasına gətirib çıxarır. Sağlam insanlarda qalxanvari vəzi bədən çəkisinə nəzarətdə, su-duz balansı, bəzi vitaminlərin əmələ gəlməsi, eləcə də, orqanizmdə başqa hormonların işində iştirak edir. Qalxanvari vəzin qadınlarda süd vəzilərin normal inkişafındakı rolu sübuta yetirilmişdir. Qalxanvari vəzi hormonları orqanizmin onların köməyi ilə infeksiya ilə mübarizə apardığı T-hüceyrələri adlanan immun sistemi hüceyrələrini stimullaşdırır. Qalxanvari vəzin normal funksiyası, hə-


39 yatları boyu bir neçə hormonal dəyişiklik (cinsi yetişmə, hamiləlik, doğuş, menopauza) keçirmək zəruriyyəti qarşısında qalmış qadınlar üçün xüsusi ilə vacibdir. Bu dövrlərdə qalxanvari vəzi daha da zərif və stress, infeksiya, enmiş immunitet, yod defisitinin zərərli təsirinə qarşı hissiyatlıdır. Qalxanvari vəzi funksiyalarının pozulması qadının menstrual dövrünə, onun hamilə qalmaq və hamiləliyi sona çatdırmaq qabiliyyətinə təsir edir. Hətta anada olan qalxanvari vəzi patologiyalarının gizli formaları da dölün və yeni doğulmuş körpənin vəziyyətinə mənfi təsir göstərə bilər. İnsanlar bu vəzinin orqanizmdə rolunu kifayət qədər qiymətləndirmir, çünki onlar yuxusuzluq, tez yorulma, menstrual dövr pozulmaları, şişkinlik, səsin xırıltılı olması, pis eşitmə, ovqat dəyişkənliyinə fikir verməməyə adət etmişlər. Əslində bu «xırda şeylər» ciddi xəstəliyin ilk əlamətləri ola bilər. Qalxanvari vəzi xəstəliklərinin əsas xüsusiyyəti onların gizli keçməsidir. Çox zaman insanlar tez yorulma, zəiflik, baş ağrıları, iş qabiliyyətinin azalması, qıcıqlanma və hətta depressiyadan şikayət edir və bunu yorğunluq ilə izah edir.

QALXANVARİ VƏZİ XƏSTƏLİKLƏRİNİN KLİNİK TƏZAHÜRLƏRİ Qalxanvari vəzi hormonları istehsalının azalması ilə əlaqədar vəziyyət hipotireoz adlanır. Hər 1000 qadından 19-da və hər 1000 kişidən 1-də təsadüf olunur. Hipotireoz çox zaman uzun müddət aşkarlanmır, çünki onun başlanması tədrici, simptomları isə silinmiş, qeyri-spesifikdir, ona görə də onlar çox zaman yorğunluq, hamiləlik nəticəsi kimi qəbul olunur. Qalxanvari vəzi hormonlarının dərman formaları yaranana qədər xəstəliyin ölüm nəticələri müşahidə olunurdu. Ümumi xarakterli nasazlıqlar müşahidə olunduqda – zəiflik, yorğunluq, iş qabiliyyətinin azalması, yaddaş pozğunluğu, bədən çəkisinin artması, şişkinlik, dərinin quruluğu, saçların ölgünlüyü və qırılması - bu halda qalxanvari vəzi funksiyasının azalmasını təxmin etmək olar. Hipotireoz menstrual dövrün pozulması və erkən menopauza ilə müşayiət olunur. Hamiləlik onun fonunda nadir hallarda baş verir, baş verdikdə isə, adətən, düşük və ya erkən doğuş ilə nəticələnir.

Hipotireoz aşağıdakı simptomların inkişafı ilə müşayiət olunur: - zəiflik və tez yorulma, xüsusən, səhərlər; - baş ağrıları, əzələ və oynaq ağrıları, barmaqlarda keyimə; - depressiya; - pis yuxu; - yaddaşın zəifləməsi, əqli proseslərin tormozlaşması; - libido, potensiyanın zəifləməsi; - menstrual funksiyanın pozulması, sonsuzluq; - infeksiyalara meyllik; - qəbizlik; - bədən çəkisinin artması; - əl və ayaq barmaqlarının üşüməsi hissiyyatı, bədən temperaturunun enməsi; - üzün, ətrafların dərisinin şişkinliyi və quruluğu; - saç və dırnaqların sınması, solğunluğu; - görmə, eşitmənin pozulması, qulaqlarda küy; - səs tembrinin dəyişməsi, yuxuda xoruldama; - ürək ritminin ləngiməsi, pozulması, ürək fəaliyyətində qeyri-müntəzəmlik; - arterial təzyiqin dəyişməsi; - anemiya; - qanda xolesterin səviyyəsinin artması. Qalxanvari vəzi xəstəlikləri dünyada ən geniş yayılmış xəstəliklərdən biridir və ona görə də onlar şəkərli diabet və ürək-damar xəstəlikləri ilə bir sırada durur. Hər hansı qalxanvari vəzi xəstəliyinin diaqnozunu endokrinoloq təyin etməli və bunun üçün müayinə (baxış, palpasiya), laborator analizlər (qalxanvari vəzi hormonları) və instrumental müayinə üsulları nəticələrinə əsaslanmalıdır. Müalicə də mütəxəssis-endokrinoloq tərəfindən təyin edilir. İstənilən qalxanvari vəzi patologiyası zamanı müalicə, bu orqanın üzərinə düşən funksional yükün azalmasına yönəlməlidir. Qalxanvari vəzi tərəfindən istehsal olunan fizioloji maddələrə yaxın preparatların istifadəsi bütün ömür boyunca vacibdir. Hipotireozun müalicəsi üçün ən populyar və tanınmış preparat ABŞ və bir sıra Qərbi Avropa, xüsusi ilə də, yod defisiti nəticəsində qalxanvari vəzi xəstəlikləri geniş yayılmış ölkələrdə (misal üçün, Almaniyada) 10 ən çox təyin edilən dərman preparatları siyahısına daxil olan L-Tiroksindir.


40 Miqrenin profilaktik müalicəsi bu xəstəliklə mübarizənin ən effektiv yoludur! Miqren tez‑tez rast gəlinən ürəkbulanması, qusma ilə müşayiət olunan işığın və səsin təsirindən güclənən uzunmüddətli başağrısıdır. Miqren ağrıları saatlar və hətta günlərlə davam edir. Aşağıdakı tipik simptomlara əsasən miqren xəstəliyinə diaqnoz qoyulur: • Başın adətən bir tərəfində məhdudlaşan (ancaq ardıcıl miqrenlərdə dəyişən) davamlı ağrı; • Pulsasiyaedici və pulsasiyaetməyən ağrı; • 4 saatdan 3 günə qədər davam edən ağrı; • Başın bir tərəfinin ən azı iki yerində pulsasiyaedici davamlı, adi fiziki işi zamanı güclənən ağrı; • Ürəkbulanma, qusma, işığa və səsə həssaslıq. Miqrenin müalicəsində 2 əsas metoddan istifadə edilir: miqren ağrılarını aradan qaldırmaq və profilak‑ tik müalicə. Kəskin miqren ağrılarını aradan qaldırmaq məqsədilə analgetiklər, QSİP, eləcə də 5HT1 reseptor‑ larının selektiv və qeyri‑selektiv agonistləri geniş tətbiq edilir. Miqrenin profilaktik müalicəsi bu gün səhiyyənin aktual problemlərindən biridir. Çünki miqren ağrıları kəskin baş ağrı tutmalarıyla müşayiət olunmaqla yanaşı, eyni zamanda xəstənin həyat keyfiyyətini aşağı salır: həyat fəaliyyətini azaldır, ürəkbulanma, qusma, işıqdan və səsdən qorxma kimi hallar müşahidə edilir. 2 aprel tarixində Bakıda 100‑dən artıq nevroloqun iştirakı ilə “Miqrenin müasir müalicə metodları” mövzusuna həsr edilmiş elmi‑praktiki konfrans keçiril‑ mişdir. ADHTİ‑nun Nevrologiya kafedrasının müdiri, t.e.d., professor Rəna Şirəliyeva konfransda miqren xəstəliyinin Azərbaycanda da nə qədər aktual bir mövzu olduğunu vurğulayaraq, miqrenin profilak‑ tikasının əhəmiyyətindən danışmışdır. Konfransın əsas mövzusu olan “Miqrenin profilak‑ tik müalicəsində Topamaksın tətbiqi” məruzəsilə

Rusiya Federasiyasının “Baş ağrılarının öyrənilməsi” üzrə Assosiasiyasının prezidenti, t.e.d., müalicə fakültəsinin professoru Tabeyeva Güzel Raftakovna çıxış edərək, öz geniş təcrübəsini azərbaycanlı nevroloqlarla bölüşmüşdür. Profilaktik terapiyaların əsas məqsədi ağrıların tutma tezliyini, davametmə müddətini azaltmaq, aparılmış müalicənin effektivliyini artırmaqdır. Miqrenin profilaktik müalicəsində antikonvulsantlar özünəməxsus yer tutur və ilkin seçim preparatları hesab edilir. Miqrenin müalicəsində Topamaks‑ın tətbiqi onun çoxkomponentli təsir mexanizmi ilə əlaqədardır: Na+ və Ca+ kanalarını blokada edir, tormozlayıcı GAYT sistemi‑ ni aktivləşdirir və qlutamatergik sistemi tormozlayır. 1999‑cu ildən etibarən Topamaksın miqrenin profi‑ laktikasında tətbiqinə dair bir çox irimasştablı tədqiqat‑ lar aparılmışdır. MİGR‑001və MİGR‑002 kliniki tədqiqatlarının nəticələrinə əsaslanaraq, FDA( Food and Drug Administration) tərəfindən Topamaks miqrenin profi‑ laktik müalicəsində ilkin seçim preparatları siyahısına daxil edilmişdir. Multimərkəzli, randomizəedilmış, plasebo‑ nəzarətedilən MİGR‑001 kliniki tədqiqatında 487 pasiyentə Topamaks 100 və 200 mq/sut dozada 26 həftə müddətində təyin edilmişdir. Aparılan tədqiqatda Topamaksın effektivliyi və təhlükəsizliyi öyrənilmişdir. Effektivlik göstəricisi kimi miqren ağrılarının 50% və daha çox azalması əsas kimi götürülmüşdür. Tədqiqatın nəticəsinə əsasən 200 mq Topamaks alan xəstələrdə bu göstərici 54%, 100 mq alan xəstələrdə isə 52% təşkil etmişdir və təhlükəsizlik baxımından plasebodan fərqlənmir.


Əlavə məlumat üçün müraciət edə bilərsiniz: “IHCC İnternational Health Care Consulting AG” Azərbaycandakı Nümayəndəliyi Azərbaycan, Bakı şəh. Füzuli küç.49 Tel: (+ 994 12) 596 80 88/99 Faks: (+ 994 12) 596 80 77


42

nədən xəbər verir?


43 ÜRƏK AĞRISI - Fiziki gərginlikdən sonrakı ağrı Əgər ağrı tutma şəklində baş verirsə və fiziki gərginlik ilə əlaqədardırsa, döş sümüyünün arxasında cəmlənibsə ( sol qola, boyna, alt çənəyə, bel sümüyü altına yayıla bilər) və göynəmə, sıxılma, basılma kimi hiss olunursa, kardioloqa müraciət etməkdə gecikməyin. Çox güman ki, bu, stenokardiya, yəni, ürəyin işemik xəstəliyinin təzahürüdür. Necə yoxlanılmaq lazımdır? Elektrokardioqramma etməli (EKQ), stress-EKQ (kardioqrammanın yüklənmə zamanı yazılışı) və Holter üsulu ilə EKQ-ın sutkalıq monitorinqi. - Soyuqdəymə zamanı ağrı Belə bir ağrını da diqqətsiz qoymaq olmaz. O həm mikrob toksinlərinə reaksiya, həm də revmatizm və ya miokarditin (ürək əzələsinin iltihabı) ilkin simptomlarından ola bilər. Necə yoxlanılmaq lazımdır? Ağrının səbəbini aydınlaşdırmağa kardioloq və ya revmotoloq kömək edə bilər. Onlar ürək tonlarını diqqətlə dinləyir, qanın ümumi və biokimyəvi analizi, EKQ, ürəyin USM-si və digər zəruri müayinələri təyin edirlər. - Sakitlik zamanı ağrı Uzun müddətli sızıldayan, sancılı, döş qəfəsinin sol tərəfinə yayılan, sakitlik zamanı, daha çox isə həyəcan zamanı baş verən ağrı, adətən sinir ağrıları ilə bağlıdır. Daha çox ehtimal olunan səbəblər – vegetativ disfunksiya və depressiyadır. Necə yoxlanılmaq lazımdır? Psixonevroloq ilə məsləhətləşmək lazımdır. - Hərəkət zamanı ağrılar Dərindən nəfəs aldıqda, bədən və əl hərəkətləri zamanı ürək nahiyəsində sancılı ağrılar baş verirsə, özünüzü ürək xəstələri sırasına aid etməyə tələsməyin. Xoşagəlməz hissiyyatların səbəbini dayaq-hərəkət aparatının xəstəlikləri arasında axtarmaq lazımdır. İlk növbədə, onurğa sütununun döş hissəsinin osteoxondrozu, skolioz, qabırğaarası sinir və əzələlərin iltihabı kimi xəstəlikləri inkar etmək lazımdır. Necə yoxlanılmaq lazımdır? Nevroloq və ya ortopedin yanına getmək lazımdır, ağrını isə iltihabaqarşı preparatlar, manual terapiya və müalicə gimnastikası aradan qaldırır. - Qida qəbulu ilə əlaqəli olan ağrı Bəzən elə olur ki, ürək çox yeyəndən, çox yağlı

və ya acı qida qəbul etdikdən sonra və ya, əksinə, ac qarına sızıldamağa başlayır. Belə ağrı ürəyin və qarın boşluğu orqanlarının ümumi innervasiyası səbəbindən baş verir və qastrit, mədənin xora xəstəliyi, pankreatit, xolesistit və ya bağırsaq köpünün əlaməti ola bilər. Necə yoxlanılmaq lazımdır? Ağrının mənbəyini aşkar etməyə terapevt və ya qastroenteroloq kömək edə bilər. - Səpki ilə ağrı Döş qəfəsində kəskin ağrılar (xüsusən də, qabırğaarası məsafələr boyu müşahidə olunan səpkilərlə birlikdə) qurşaqlı dəmrov zamanı baş verir. Bu xəstəlik ilə böyüklər xəstələnir, çünki uşaqlarda eyni virus hamıya yaxşı bəlli olan suçiçəyi xəstəliyini törədir. Necə yoxlanılmaq lazımdır? Dermatoloq və ya infeksionistə müraciət etmək lazımdır, virusaqarşı və ağrıkəsici vasitələr qəbul etmək lazımdır.

“DÜZGÜN” VURMUR Bəzən elə olur ki, ürəkdə heç bir ağrı olmur, amma “nə isə var” hissiyyatı keçib getmir. Bunun səbəbi ondadır ki, ürək: - Ürəyin “artıq” vurması hissi Bəzən elə hallar olur ki, ürəyin normal ritmik vurması zamanı sanki artıq olan, növbədən kənar vurğular və bundan sonra pauza qeyd olunur. Bu, növbədənkənar vurğulara ekstrasistola deyilir. Onlar tamamilə sağlam insanlarda da baş verə bilər (sutkada 1500-ə qədər). Belə hallarda onlar insan tərəfindən hiss olunmur və sağlamlıq üçün təhlükə törətmir. Ekstrasistolaların sayı çoxdursa və onlar diskomfort törədirsə, vaxt itirmədən həkimə müraciət edin. Necə yoxlanılmaq lazımdır? Belə xəstəliklərin diaqnostikası və müalicəsi ilə kardioloq məşğul olur. Adətən, ekstrasistolaların növü və sayını aşkar etmək üçün Holter üsulu ilə monitorinq keçirilir. - Çox tez ürək döyünməsi Tez ürək döyünməsi və ya taxikardiya, emosional və ya fiziki gərginliyə, bədən hərarətinin artmasına normal reaksiya ola bilər. Tezləşmiş ürək döyünməsi sakitlik zamanı baş verirsə və nəbzin sayı dəqiqədə 160-180-a çatırsa (onu saymaq çətin olur) və bu zaman baş gicəllənmə və bayılma baş verirsə, belə vəziyyətə paroksizmal taxikardiya deyilir. Necə yoxlanılmaq lazımdır? Nəbzi saymaq


44 lazımdır. Əgər onun sayı 180-200-dən çoxdursa – təcili yardım çağırın. - Qeyri-ritmik ürək döyünməsi Əgər birdən-birə ürək pərakəndə, əlaqəsiz şəkildə vurmağa başlayırsa, yəni, vurğular müxtəlif zaman kəsiyindən sonra baş verirsə - çox güman ki, bu, səyrici aritmiya tutmasıdır. Necə yoxlanılmaq lazımdır? Dərhal təcili yardım çağırılmalıdır. Səyrici aritmiya zamanı normal ritmin bərpası kardioloji profilli xəstəxanada aparılır. Bundan sonra həkim yeni tutmaların profilaktikasına yönəlmiş fərdi müalicə sxemini tərtib edir. 30 yaşından sonra, hətta ürək narahat etmirsə belə, heç olmazsa, ayda bir dəfə qan təzyiqini ölçmək və ildə bir dəfə EKQ müayinəsindən keçmək məsləhətdir. Bu sadə üsullar ürək-damar xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə və vaxtında müalicəsini aparmağa imkan verir.

STENOKARDİYA ZAMANI TƏXİRƏSALINMAZ YARDIM 1. Xəstəyə uzanıqlı vəziyyət verərək, təmiz hava axınını təmin etmək. 2. Dilin altına nitroqliserin həbi yerləşdirmək. 3. Effekt olmadıqda, hər 3-5 dəqiqədən bir 1 həb vermək.

4. 4-5 nitroqliserin həbinin qəbulundan sonra ağrı keçmədisə, hər hansı ağrıkəsici vermək və dərhal yardım çağırmaq – bu, miokard infarktının başlanğıcı ola bilər!

ARİTMİYA ZAMANI TƏXİRƏSALINMAZ YARDIM 1. Xəstəyə uzanıqlı vəziyyət verərək, təmiz hava axınını təmin etmək. 2. Xəstənin huşu özündədirsə, ona dərindən nəfəs alaraq, gücənməyi təklif etmək lazımdır. Bəzi hallarda bu üsul aritmiyanı aradan qaldırır. 3. Bu kömək etmirsə, yaxud, xəstə huşsuzdursa, - yuxu damarı sinusu nahiyəsini masaj etmək lazımdır, - bunun üçün, alt çənənin sağ bucağından 5 sm arxaya 1-2 saniyəlik boynu sıxmaq lazımdır (sağ qulaqdan bir qədər arxaya və aşağı). Bu üsulu ahıl yaşlı insanlarda tətbiq etmək olmaz, çünki onlarda yuxu arteriyalarının aterosklerozu ehtimalı böyükdür və damarın bütövlüyünü pozmaq olar. 4. Bu kömək etmirsə, xəstə huşsuzdursa və qan dövranı pozğunluğu əlamətləri varsa (dodaqların göyərməsi və kəskin avazımış dəri örtükləri), döş qəfəsinin orta hissəsinə güclü zərbə vurmaqla, taxikardiyanı saxlamağa cəhd göstərmək olar. Bu üsul yalnız, insan həyatı üçün təhlükə olanda özünü doğruldur.


45


46

Diabetik retinopatiya Şəkərli diabet – orqanizmin ağır xroniki sistem xəstəliyi olub, qeyri-düzgün müalicə olunan zaman əlillik və ölümlə nəticələnir. Statistik göstəricilərə görə hal-hazırda dünyada şəkərli diabetə tutulan xəstələrin ümumi sayı 100 milyonu keçib və hər 12-15 ildə bu göstərici ikiqat artır.


47 Şəkərli diabet ortayaşlı şəxslərdə korluğa səbəb olan xəstəliklər arasında birinci yeri tutur. 2 növ şəkərli diabet ayırd etmək olar: 1-ci tip – insulindən asılı olan, 2-ci tip – insulindən asılı olmayan. Şəkərli diabetin ən ağır fəsadlarından biri də diabetik retinopatiyadır. Diabetik retinopatiya – gözün torlu qişasının damarlarının spesifik zədələnməsidir, eyni dərəcədə həm 1-ci, həm 2-ci tip diabetdə meydana çıxır. Risk faktorları: 1) uzun sürən diabet – adətən diabetin başlamasından göz dibində ilk dəyişikliklərin əmələ gəlməsinə qədər 5 il keçir; 2) zəif metabolik kontrol – qanda şəkərin qeyri-müntəzəm yoxlanması və tənzimlənməsi; 3) nefropatiya; 4) artıq çəki; 5) hiperlipidemiya; 6) anemiya və s. Diabetik retinopatiyanın iki forması var: qeyri-proliferativ və proliferativ. Qeyri-proliferativ dibetik retinopatiya zamanı torlu qişanın damarlarının (kapillyarların) okklüziyası və onların divarlarının keçiciliyinin artması baş verir (yəni qanın maye hissəsi toxumalara sızır, beləliklə torlu qişanın ödemi inkişaf edir) (Şəkil 1).

Diabetik retinopatiyanın erkən dövrlərində xəstə adətən görmənin pozulmasından şikayət etmir. Şikayətlər makula ödemi və qansızma ilə başlayır. Bu zaman xəstələr görmənin azalmasını, göz önündə uçuşan ləkələr, pərdə qeyd edirlər. Qansızmaların və ödemin miqdarı artdıqca şikayətlər də artır. Diabetik retinopatiyanın diaqnostikasında ilkin müayinədən başqa göz dibinin xüsusi müayinə metodlarının (Fundus Fluorescein Angiography, Optical Coherence Tomography, Perimetriya və s.) böyük rolu var. Diabetik retinopatiyanın müalicəsi ilk növbədə əsas xəstəliyin (şəkərli diabetin) sistemli müalicəsindən asılıdır. Bütün xəstələrdə müntəzəm olaraq qanda şəkərin miqdarı, arterial təzyiq və böyrəklərin funksiyası kontrol olunmalıdır. Bundan başqa göstərişlərə görə lazerkoaqulyasiya və cərrahiyyə əməliyyatı (vitrektomiya) aparıla bilər (Şəkil 3).

a.

b.

Şəkil 3. Makula ödemi (a. Lazerkoaqulyasiyadan öncə, b. Müvəffəqiyyətlə aparılan lazerkoaqulyasiyadan sonra)

a.

b.

Şəkil 1. Qeyri-proliferativ dibetik retinopatiya (a. Rəngli şəkil, b. Flüoressein angioqrafiya) – Oxlar sərt eksudatları, ox ucları mikroanevrizmaları və nöqtəvari qansızmaları göstərir.

Proliferativ diabetik retinopatiya zamanı torlu qişanın işemiyasının fonunda vazoproliferativ maddələr ifraz olunur, onlar öz növbəsində yeni damarların əmələ gəlməsinə səbəb olurlar. Yeni yaranan damarların divarları sağlam olmadığından onlardan tez-tez qansızmalar olur, qansızmaların orqanizasiyası proliferasiyaya və torlu qişanın traksional qopmasına yol açır. Nəticədə görmə kəskin azalır (Şəkil 2).

a.

b.

Şəkil 2. Proliferativ diabetik retinopatiya (a. Rəngli şəkil, b. Flüoressein angioqrafiya) – Oxlar yeni yaranan damarları və onlardan sızıntını göstərir.

Lazerkoaqulyasiyanın təsir mexanizmi işemiya sahələrin azalmasında, yeni yaranan damarların termal koaqulyasiyasında, torlu qişayla damarlı qişanın arasında birbaşa şuntların əmələ gəlməsindədir ki, bunlar torlu qişada mübadilə proseslərini yaxşılaşdırır və nəticədə yeni yaranmış damarların geriləməsinə səbəb olur. Total və subtotal qansızma, proliferativ toxumanın çoxalması zamanı cərrahiyyə əməliyyatı – vitrektomiya həyata keçirilir, yəni gözün içindəki şüşəvari cism qansızma və proliferativ şvartlarla birlikdə təmizlənir, yerinə silikon yağı yeridilir. Qeyd etmək lazımdır ki, bu proseduralar individual göstəriş və əks göstərişlərə görə həkim-oftalmoloq tərəfindən təyin olunmalıdır. Fəxriyyə Yusif-zadə həkim-oftalmoloq


48 Ehtiyat üçün alınmış və qeyd olunan müddətdən çox saxlanılmış dərmanlar öz keyfiyyətlərini itirir. Bu zaman onlar nəinki müalicəvi təsir göstərmir, həmçinin sağlam‑ lığa zərər də vura bilər. Bu baxım‑ dan istifadəsiz qalmış antibiotiklər və ağrıkəsicilər xüsusi ilə təhlükə‑ lidir . Dərmanın vaxtı keçmiş olma‑ masının qeydinə hələ onu əldə edərkən qalmaq lazımdır. Sirr deyil ki, apteklər bəzən saxlanma müddəti keçməkdə olan dərman‑ ları ucuz qiymətə satır. Ona görə də, tezliklə istifadə edəcəyinizə əmin olmadığınız medikamentləri almayın. Və saxlanma müddəti keçən kimi dərmanı heyfsilən‑ mədən tullayın. Bunun üçün 3‑4 ayda bir dəfə evdəki dərman qutusunu təftiş edin. Çaşmamaq məqsədi ilə dərmanları instruk‑ siyası ilə birlikdə «doğma» qabın‑ da saxlayın. Blisterin artıq dərmanların isti‑ fadə olunmuş hissələrini də kəsib atmayın. Onların üzərində dər‑ manın adı və saxlama müddəti olan ştamp da ola bilər. Ona görə də özünüz üçün bir qaydaya riayət edin: qabı və instruksiyanı yalnız dərman tamamilə işləndikdən sonra tullayın.

icəvi keyfiyyətlərini itirə bilər. Dərmanların saxlanılması üçün tövsiyə olunmuş temperatura xüsusi diqqət yetirmək lazımdır. Bu məlumatları həm qabın üzərində, həm də preparatın instruksiyasında tapmaq olar. Dərmanların əksəriyyəti qaranlıq‑ da orta otaq temperaturu 15 dərəcədən 25 dərəcəyə qədər olan şəraitdə saxlanılmağa nəzərdə tutulmuşdur. Belə şəraitdə antibio‑ tiklər, mədə şirəsinin azalması üçün nəzərdə tutulmuş dərmanlar, ağrıkəsici və hərarətə qarşı preparatlar saxlanılmalıdır. Eləcə də, boğaz ağrısına qarşı nabatlar, aerozollar və dərman otları. Burun damcıları, öskürəyə qarşı vasitələr və allergiyaya qarşı həblər də xüsusi saxlama qaydası tələb etmir. Annotasiyada quru və sərin yerdə saxlanma tələb olunursa, preparatı soyuducuya qoymaq lazımdır. Şamlar, məlhəmlər, bir çox göz və qulaq damcıları məhz orada saxlanılmalıdır. Yalnız orada vaksinlər, zərdablar, interferonlar və disbakteriozun müalicəsi üçün nəzərdə tutulmuş preparatlar öz faydalılığını itirmir. Soyuducunuzda belə dərman‑ lar üçün bağlı qutu ayırın. Yaxud həb və kapsul qutularını qalın polietilen paketə yerləşdirin. Donmuş dərmanları istifadə etmək məsləhət deyil.

SOYUDUCUDA, YOXSA DOLABDA?

TƏHLÜKƏSİZLİK NÜANSLARI

Yaxşı olardı ki, lazım olan zaman istənilən dərmanı dərman qutusundan tez tapmaq imkanı olsun. Dərmanların ideal saxlanıl‑ ma yeri otaqların birində açar ilə bağlanan kiçik dolabdır. Otlar, həblər və kapsullar çox asanlıqla islanır. Demək, vanna otağı, və ya yüksək rütubətlik şəraiti olan digər məkan dərman qutusu üçün yararlı deyil. Dərmanları işıqda da saxla‑ maq olmaz. Bu mənada home‑ opatik preparatlar daha həssasdır. Bir‑iki gün pəncərə altında qaldıq‑ dan sonra onlar tamamilə öz müal‑

Keyfiyyəti şübhə doğuran dər‑ manları istifadə etməyin. Bəzən elə olur ki, saxlanma müddəti hələ ötməyib, amma həblər saralmış, yaxud ovulmuş, məhlulların tərki‑ bində isə çöküntü əmələ gəlmişdir. Belə hallarda instruksiyaya

MÜDDƏTƏ RİAYƏT EDİN

müraciət edin. Fiziki xüsusiyyətlərin yol verilən dəyişik‑ likləri həmişə qeyd edilir. Misal üçün, bəzi maye dərmanlar üçün çöküntünün olması yol veriləndir. Bu onların keyfiyyətinə təsir etmir. Belə qeydlər yoxdursa, şübhəli dər‑ manı tullamaq lazımdır. Dərman bitkilərindən hazırlan‑ mış cövhər və tinkturaları soyudu‑ cuda iki gündən, otaq temperatu‑ runda isə 12 saatdan artıq saxla‑ maq olmaz. Ona görə də ot cövhərlərini ehtiyat üçün hazırla‑ mayın. Uşaqları dərman qutusuna yaxın buraxmayın. Qutunu uşaqların yanında açmayın. Mustafa Salihov ATU‑nun Ailə Təbabəti kafedrasının müdiri

Dərmanları harada saxlamaq lazımdır?


52

Yuxun şirin olsun... Sağlamlıq ilə bağlı bu və ya digər problemlər yuxuya necə təsir edir? Və rahat yuxuya getmək üçün nə etmək lazımdır?

yuxu bərpa olunur. Eləcə də, allergik mütləq bəzi tö vsiyələrə riayət etməlidir. Sintetik yastıq və yorğandan isti‑ fadə etmək, yataq dəstini yuyucu tozdan yaxşıca yaxalamaq lazımdır. Bundan başqa, yuxudan əvvəl otağın havasını dəyişmək vacibdir. Bu tədbirlər tutmaları təhrik etməkdən qoruyar.

ALLERGİYA

lidir. Lakin yüksək təzyiqli insanlar hesab edir ki, sadəcə sakitləşdirici və ya yuxugətirici dərman qəbul etməklə, ö zləri bu narahatçı‑ lıqların ö hdəsindən gələ bilərlər. Nəticədə problem dərinləşə və xroniki yuxusuzluğa çevrilə bilər. Bundan başqa, elə vasitələr mö vcuddur ki, onlar yalnız yuxu‑ ya getməyə kö mək etmir, eyni zamanda, bir qədər yüksək arteri‑ al təzyiqi endirir. Ona gö rə də hipertoniklər üçün onlar xüsusi ilə faydalıdır.

Bu, yuxunu pozan ənənəvi problemdir. Gecələr o, adətən, allergik rinit formasında mey‑ dana çıxır və burun tutulmasına səbəb olur. Bunun nəticəsində insan tam dəyərli nəfəs ala bilmir və beyin oksigenlə pis təmin olunur. Nəticədə, artıq səhərdən baş ağrıları, pis ovqat, əsəbilik əmələ gəlir. Çiçək tozuna allergiyası olan‑ larda gecə tutmaları yazda və xüsusən də, yayda, çiçəklənmə dö vründə tezləşir. Qida reaksiyası olan insanlarda isə, onlar gecə vaxtı qadağan olunmuş ərzaqlar‑ dan istifadə etdikdə əmələ gələ bilər. İxtisaslı həkim‑allerqoloq pasiyentə mütləq yuxu haqqında sual verməlidir. Hər hansı bir narahatçılıq aşkar edildikdə, gücləndirilmiş gecə təsirinə malik preparatlardan istifadə etmək lazımdır. Düzgün müalicə zamanı

HİPERTONİYA Məlumdur ki, yüksək təzyiqli insanlar az yatmağa başlayır. Sutkada 7‑8 saat əvəzinə, onlar yataqda cəmi 6 və hətta 5 saat vaxt keçirirlər. Özü də belə insanlarda yuxu səthi olduğu üçün hipertoniklər gecə yarısı oyanır. Belə yuxu pozuntularını hiper‑ toniyaya qarşı preparatlar əmələ gətirir. Ona gö rə də, yuxunun normalizasiyası üçün gö rülən ilk tədbir – kardioloq ilə məsləhətdir. O, gecə istirahətinə mane olmayan başqa tabletlər seçmə‑

ARTIQ ÇƏKİ Dolğun insanlar başqa bir yuxu pozğunluğu təhlükəsi ilə qarşılaşır. Belə insanlara gecə yuxusu kifayət etmir və gün ərzində onlar ö zlərini əzgin və yorğun hiss edirlər. Bunun səbəbi gecələr baş verən tez‑tez tənəffüs dayan‑ masıdır ki, onlara obstruktiv yuxu apnoesi sindromu deyilir.


53 Orqanizm yuxunun dərin fazasın‑ dan məhrum olur. Çəkinin azalması üzrə ənənəvi proseduralardan başqa, mütləq xüsusi tədqiqat aparmaq lazımdır – polisomnoqrafiya. Məhz onun vasitəsi ilə apnoeni dəqiqliklə aşkar etmək mümkündür. Bunun üçün pasiyent gecəni ayrıca palatada keçirir və xüsusi kiçik ö türücülər vasitəsi ilə cihaza birləşdirilir. Qurğu tənəffüs, ürək ritmi gö stəricilərini, beyin fəaliyyətini qeyd edir. O, yatmış insanın yuxuda nə qədər çox çevrilməsi və daha çox hansı pozada yatmasını əks etdirir: bö yrü üstə, kürəyi, yaxud qarnı üstə. Diaqnoz təsdiq olduqda, dərhal müalicəyə başlamaq lazımdır. Yuxu zamanı buruna qurğuya birləşdirilmiş maska geyinmək lazımdır. Onun vasitəsi ilə oksigenlə zənginləşdirilmiş təzyiq altında hava verilir. O, tənəffüs yollarını sanki aralayır və yumulmağa qoymur. Artıq ilk seanslardan sonra yuxu normal‑ laşır və gündüz əzginliyi keçir.

üstə çevrilərək keçirir. Səhər isə əsəbi və əzgin halda oyanır. İlk nö vbədə düzgün dö şək seçmək lazımdır. O, nə çox bərk, nə də çox yumşaq olmalıdır. Yastıqlara da diqqətlə yanaşmaq lazımdır. Bö yük tük balışını orto‑ pedik yastıqla əvəz etmək lazım gələcək. O, məxsusi olaraq, boyun formasına gö rə hazırlan‑ mışdır və yuxu zamanı fəqərələrin dartılmasının qarşısını alır. Eləcə də, bu gün yarmalar, misal üçün, qarabaşaq, yaxud düyü ilə doldurulmuş yastıqlar mö vcuddur. Onlar da boyunu sıxılmaqdan qoruyur, eyni zamanda, yüngül masaj effekti gö stərir ki, bu da rahatlaşmağa və daha yaxşı yuxuya getməyə kö mək edir. Güclü narahatçılıq zamanı mütəxəssisə müraciət etmək lazımdır ki, o, zəruri ağrıkəsici və yuxugətirici preparatları seçsin. Özbaşına tablet içmək məsləhət deyil, çünki bəzi dərmanlar yuxu‑ nu pozur. Belə ki, morfin və kodein yux‑ unun dərin fazasını əhəmiyyətli dərəcədə qısalda bilər. Nəticədə insan gecə ərzində normal isti‑ rahət etmir.

OSTEOXONDROZ Kürək ilə bağlı problemlər zamanı da yuxu pozula bilər. Zədələnmiş fəqərə diskləri yeri‑ ni dəyişir və sinir uclarını sıxır. Nəticədə xoşagəlməz hissiyyat‑ lar əmələ gəlir və yuxuya get‑ məyə mane olur. Buna gö rə insan gecəni bö yrü

QICQIRMA Bu problem çoxlu sayda insanlara yuxuya getməyə mane olur. Bu, xüsusi ilə, gün ərzində pis qidalanan, axşamlar isə çox

yeyən meqapolis sakinlərinə aiddir. Nəticədə turşu mədədən qida borusuna keçməyə başlayır. Xoşagəlməz hissiyyatlar əmələ gəlir və rahat yuxuya mane olur. Qıcqırmaya bəzi yuxugətirici preparatlar da səbəb ola bilər. Axşam mədəyə daxil olduqda, onlar artıq gecələr turşu ifrazına səbəb olur. Qıcqırma zamanı yuxunu nor‑ mallaşdırmaq üçün, əvvəlcə qida rejimini dəyişmək və gecə çox yeməmək lazımdır. Eləcə də, çar‑ payının baş hissəsini 15‑20 san‑ timetr hündürlüyündə qaldırmaq lazımdır. Ənənəvi tö vsiyələr kö mək etmədikdə, müayinə aparmaq lazımdır. Pasiyentin qida borusuna turşuluğu ö lçən cihaz ilə təchiz olunmuş kiçik kateter daxil edilir. O, gecə tutmalarının sayını və gücünü qeydiyyata alır. Alınmış nəticələr əsasında həkim müvafiq müalicə təyin edir. Adətən, uzun təsir müddətli preparatlardan istifadə olunur. Onlar mədə şirəsinin ifrazını azaldır və onun qida borusuna keçməyinin qarşısını alır. Onları yuxudan bir neçə saat əvvəl qəbul etmək lazımdır ki, maksi‑ mal təsiri gecəyə təsadüf etsin.


54 “AZƏRFARM”IN DƏRMANLARI SAĞLAMLIĞINIZIN TƏMİNATÇISIDIR Son illərdə ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar sırasında, “Azərfarm LTD” əczaçılıq istehsalat şirkətinin bugünkü fəaliyyətini uğurlu nailiyyətlərdən hesab etmək olar. Əsas fəaliyyət istiqaməti, əhalinin və müalicə‑pro‑ filaktika müəssisələrinin keyfiyyətli dərman preparat‑ ları ilə təmin edilməsinə yönəldilmiş “Azərfarm LTD” şirkətində bu gün Böyük Britaniya və ABŞ far‑ makopeyalarının tələblərinə cavab verən, 15 farmak‑ loji qrupa aid olan 60‑dan artıq çeşiddə, yüksək key‑ fiyyətli dərman preparatlarının istehsalı və satışı həyata keçirilir. Bunların sırasında vərəm, iltihab və mikrob əleyhinə dərman preparatları, həmçinin, antibiotiklər, vitaminlər, antiseptiklər, öskürək əley‑ hinə və sedativ təsirli vasitələr geniş yer tutur. Şirkətdə istehsalın genişləndirilməsi istiqamətində, daim ciddi və məqsədyönlü iş aparılır. Belə ki, şirkətin nəzdində yaradılmış antibiotik şöbəsi beynəlxalq GMP standartları əsasında qurulmuş və fəaliyyət göstərməkdədir. Yaxın gələcəkdə ampul xət‑ tinin quraşdırılması və istifadəyə verilməsi nəzərdə tutulur. Zavodda istehsal olunan dərman preparatlarının keyfiyyətinə nəzarəti daha da gücləndirmək məqsədi ilə şirkətin nəzarət‑analitik laboratoriyasının nəzdində yeni “Mikrobioloji şöbə” təşkil olunmuş, burada çalışmaq üçün işə qəbul olunmuş mütəxəssis‑ lər xarici ölkələrin bir neçə zavodlarında təcrübə keçdikdən sonra fəaliyyətə başlamışlar. Belə ki, hal‑ hazırda şirkətimizdə qoyulan mikrobioloji test üsulları müasir cihazlarda aparılır. Bu gün demək olar ki, istehsalla bağlı olan bütün problem həll olunmaqdadır. Belə ki, avadanlıq, əsas və texniki təchizat, texnoloji və xammal problemləri aradan qaldırılmışdır. “Azərfarm LTD” şirkəti Azərbaycanda hər il keçirilən belnəlxalq səhiyyə sərgisində (BİHE) yaxın‑ dan iştirak edir. Şirkətdə son vaxtlar əsasən, yerli xammaldan isti‑ fadə etməklə, yeni dərman preparatlarının hazırlan‑ ması istiqamətində bir çox işlər görülür. Şirkət bu istiqamətdə respublikamızda əczaçılıq sahəsində tanınmış mütəxəssislərlə əməkdaşlıq edir. Buna əyani misal olaraq, şirkətin Azərbaycan Tibb Universitetinin “Farmakoqnoziya və botanika” kafedrasının profes‑ sor‑müəllim heyəti ilə məqsədəyönlü və praktik əməkdaşlığını göstərmək olar. Həmin kafedranın əməkdaşlarından prof. Kərimov Y.B., əczaçılıq elmləri doktorları Süleymanov T.A. və İsayev C.İ. yerli bitki xammalı əsasında yeni dərman preparatları

istehsalının təşkilinə yaxından köməklik göstərmişlər. Belə ki, bu əməkdaşlıq nəticəsində hal‑hazırda şirkə‑ timizdə istehsal olunan “Qobustan” balzamı, “Faqolin” məlhəmi və “Fitotussin” şərbəti üçün müvafiq normativ‑texniki sənədlər tərtib olunmuş, istehsal reqlamentləri hazırlanmış və Səhiyyə Nazirliyidə dərman preparatları kimi qeydiyyata alın‑ mışdır. “Azərfarm LTD”‑də istehsal edilən dərman preparatlarının xarici ölkələrə ixrac edilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Hal‑hazırda şirkətin istehsal etdiyi preparatlar Qazaxıstan, Özbəkistan və Türkmənistan Respublikalarında qey‑ diyyatdan keçirilmiş və göstərilən ölkələrə 10 adda dərman preparatı vaxtaşırı olaraq ixrac edilir. Hal‑ hazırda şirkətin istahsalı olan dərman preparatlarının digər ölkələrə ixracı istiqamətində tədbirlər görülür.


56


57 Qədim əsatirlərdən birində deyilir: “Allah zaman yaradanda onu kifayət dərəcədə yaradıb. Onun mö vcud olması hər şeyi ö z vaxtında həyata keçirmək üçün kifayətdir”. İnsan yaşadıqca orqanizmin funksional imkanları dəyişir, ayrı‑ ayrı orqanların və sistemlərin “amortizasiyası” baş verir. Ona görə də həyatın planını təbiətə uyğun tərtib etmək lazımdır. Onda sizin hər bir təşəbbüsünüz müvəf‑ fəqiyyətli olacaq. 10 il gələcəyə nəzər yetirərək, siz özünüzü uzun müddətli həyat fəaliyyətinə hazır‑ layırsınız. Trans vəziyyətinə düşən insanlarla işləyərkən psixotera‑ pevtlər aşkar etdilər ki, onların bəziləri özləri üçün hüdud yaradır, öz bədənlərini müəyyən ana qədər “yox etmək” inamını yaradırlar. Hərdən həyat planı ölüm gününə qədər proqramlaşdırılır.

20-30 YAŞ. TƏMƏLİN QOYULMA DÖVRÜ Təhsil almaq Bu dövrdə sinir sistemi bütün yeniliklərə həssasdır – beyin bütün bilikləri asanlıqla dərk edir, yadda saxlamaq qabiliyyəti yaxşı işləyir, bu da imtahanlar üçün çox vacib amildir. Bu yaşlar xarici dillərin öyrənilməsi üçün əlverişli dövrdür, çünki beyin qabığı bir çox məlumatı uzun müddətə saxlamaq imkanına malikdir.

adətən çətinlik, problem olmadan keçir, uşaqda müxtəlif genetik çatışmazlıqların yaranma riski minimaldır. Digər tərəfdən sizin onurğanız artıq onun üçün for‑ malaşıb ki, əlavə kiloqramları saxlaya bilsin. Bu yaşlarda elastik dəri də doğuşdan sonra tez bərpa olunur. Daha bir uşaq haqqında fikirləşirsiniz? Həkimlər isə məs‑ ləhət görürlər ki, birinci və ikinci hamiləliyin arasında ən az 3 illik məsafə olmalıdır.

Rəqs etməyi öyrənək Əzələlər kifayət qədər elastik olduğu üçün tanqo və fitnes‑belli‑ dans (qarın əzələlərinin hərəkət etdirilməsi) rəqslərini öyrənin. Bu hərəkətlər xüsusi elastikliyi, uzan‑ manı təmin edir.

Kompüter diaqnostikasından keçmək Sizin sağlamlıq göstəriciləriniz həkimlərin sərəncamında olacaq. Mütəxəssislər son nəticələri müqayisə edəcək. Həkimə sağlam və qüvvətli vəziyyətdə müraciət edin, bu, sağlamlığınızın qorun‑ ması üçün uzun müddətli zəmanət‑ dir.

30-40 YAŞ. İRƏLİ GETMƏK VAXTIDIR! Karyera zirvələrinə çatmaq

Bu gün Londona, sabah Baliyə, birisi günü Nyu‑Yorka gedə bilərik. Bu dövrdə yeni mühitə, iqlimə uyğunlaşma problemsiz keçir. Ürək‑damar sistemi yeni şəraitlərlə uyğunlaşır, daxili bioloji saatları həmin rejimlərə uyğun nizamlayır.

İnstitutda əldə edilən biliklərə təcrübə də əlavə olunur. Təkcə yaddaş yox, həm də təxəyyül fəal işləyir – kreativliyin və yeni ideyaların dövrüdür. Siz yeni məlumatı əla qəbul edirsiniz və onun necə istifadə edilməsi üsulu‑ nun sadə qaydalarını yaxşı qavrayırsınız. Emosional yetkinlik də sizin tərəfinizdədir.

Dünyaya uşaq gətirmək

Seksuallıq zirvəsinə qalxmaq

Hormonal fon hamilə qadınlar üçün optimal dərəcədə işə yarayır. Bir tərəfdən bu yaşda döllənmə qabiliyyəti maksimaldır, hamiləlik

Təqribən 30 yaşlarında qadın hormonlarının qana atılması baş verir. Bu dövr orqanizmin həs‑ saslıq və emosionallıq baxımından

Səyahət etmək

çiçəklənməsi dövrüdür. Hətta əgər yaxın münasibətlər uzun illər boyu davam edirsə belə, onların renes‑ sansı başlayır – hisslər xüsusi dərinlik qazanır, insan bədəni isə hər cür toxunuşlara həssas reak‑ siya göstərir. Seks parlaq və unudulmaz olur.

İdeal bədəni əldə etmək Bu yaşda fiziki fəallıq uğrunda məhdudiyyətlər azdır – yaxşı hazırlığa malik olan orqanizm intensiv güclü təzyiqlərdən uğurla keçir. Bu orqanizmə normal çəkini saxlamaqda yaxşı kömək edir. Maddələr mübadiləsinə görə vəziyyət illər keçdikcə daha da çətinləşməyə başlayır. Cavanlıqda bədən formasına heç bir təsir göstərməyən tort qırx yaşından sonra beldə piy formasında yığıl‑ mağa başlayır. Fiziki yükləmə isə maddələr mübadiləsini əla “qamçılayır” və bizə ideal bədən formasında qalmağa kömək edir. Bu yaşda artıq onurğaya diqqət yetirmək lazımdır: pilates gimnas‑ tikası və su aerobikası ilə məşğul olun. Əzələlərin çevikliyini qoru‑ maq üçün yoqaya yazılın.

Cavanlığın resepti: “Həyata sevinin!” Amerika sakini Edna Parker XIX əsrdə anadan olub, XX əsri yaşayıb, XXI əsrdə həyatına davam edib. Sağlığında uzunömürlülər siyahısına daxil olan Edna Parkerin 115 il həyat sürməsi onun həyat tərzi ilə yaxından bağlı olub. Edna sağlığında uzun illər sağlam və gümrah yaşamasının səbəbini belə açıqlayırdı: “Mən heç vaxt içki içməmişəm, heç vaxt siqaret çək‑ məmişəm, həmişə fəal və gülərüz olmağa çalışmışam”. Onu tanıyan‑ lar da qeyd edirlər ki, heç kimin köməyi olmadan özü evdən çıxır, çox gəzir, kitab, şer oxumağı sevir, hətta onlardan bəzilərini əzbər bilirdi.


58 Həyat nəyə sərf olunur?

Yenidən aşiq olmaq

Biz hər bir “xırda işlərə” çoxlu vaxt sərf edirik. Orta hesabla həya‑ tımızın 3 ilini şopinqdə keçiririk. Bəziləri isə mağazalarda öz həyat‑ larının 6 ilini sərf edirlər. Orta sta‑ tistik göstəriciləri götürsək, il ərzində 217 saat sekslə məşğul olunur. Lakin buna vaxt sərfi demək də düzgün deyil. Qadın həyatının 279 günü makiyaja sərf olunur. Kişilərin üz qırxmağı isə onlarının həyatının 139 gününü alır. Gün ərzində iki dəfə ayaqqabıların bağlarının bağlanmasına 213 gün sərf etmək lazımdır. Qadınların büstqalterlərini açmaları isə həyat‑ ları boyu təxminən 6 saat vaxt‑ larını alır.

Qırx yaşından sonra həyat təzəcə başlanır. Nəhayət, insanın özü üçün vaxtı yaranır. Uşaqlar artıq böyükdür, məişət işləri qay‑ daya salınıb, iş sabit gəlir gətirir – yenə qadın zərifliyini və gözəlliyi‑ ni xatırlatmaq olar. 40‑45 yaşında olan qadınların əksəriyyətində hormonal sıçrayış, seksual artım baş verir, həssaslıq artır. Romantik düşüncələr güclənir. Bütün münasi‑ bətlərdə əla dövrdür!

40-50 YAŞ HƏYATDAN ZÖVQ ALMAQ Hobbini seçmək Məhz bu yaşda qadınların əksəriyyətində yaradıcılıq ener‑ jisinin sıçrayışı baş verir. 40 yaş çoxları üçün keçid dövrüdür. Artıq elə bir təsəvvür yaranır ki, həyatın böyük hissəsi keçib və gələcək illərimiz də bu şəkildə keçib gedəcək. Bu şəkildə düşünərək, bədbinləşməkdənsə, özünüzü sevindirin! Müxtəlif hobbilərlə məşğul olaraq, həyatınıza rəng qatın!

Valideynlərinizə qayğı göstərin! Rollarımızı dəyişdiririk: əvvəl‑ lər biz valideynlərimizə yardım üçün müraciət edirdik, indi isə artıq onlar bizim qayğımızı və müdafiəmizi tələb edirlər. Valideynlərinizə kömək üçün tez‑ tez müraciət edin, onlardan məs‑ ləhət alın, onlara əziyyət verməyən kiçik istəklərinizi yerinə yetir‑ mələrini rica edin. Bununla onlar hələ də sizə lazım olduqlarını hiss edəcəklər.

Profilaktika ilə məşğul olmaq Bu yaşda xüsusi diqqət göstərilməli olan zonalar – ürək və döş qəfəsidir. Ürək‑damar sis‑ temimizi müdafiə edən xüsusi hor‑ monların qorunması yavaş‑yavaş zəifləyir. Bu yaşda bəzi qadınlarda ilk dəfə arterial təzyiq artmağa başlayır. Döş vəzilərində yeni törəmələrin yaranması riski artır. Ona görə müntəzəm surətdə kar‑ dioloqa müraciət edin və ildə heç olmasa bir dəfə mammoqrafiya müayinəsindən keçin. Aterosklerozu aradan qaldırmaq üçün xolesterinin səviyyəsini nəzarətdə saxlayın.

Formanın saxlanılması üçün Yaşa uyğun bədən quruluşu‑ nun saxlanılması üçün aerobika dərsləri işə yarayır. Bu zaman rəqs meditasiyası, gimnastika ilə məşğul olmaq, piyada gəzintilər köməyinizə çata bilər. Həmçinin bu məşğuliyyətlər ürək‑damar sis‑ teminin fəaliyyətini də yaxşılaşdırır.

Klimaksa ləyaqətlə dözün Klimaks adətən orta hesabla 51 yaşında baş verir. Klimaksın dəqiq yaşını əsasən genlər müəyyən edir, lakin məlumdur ki, məsələn siqaret çəkən qadınlarda klimaks

bir qədər tez başlayır. Qanaxmalar, əhval‑ruhiyyənin dəyişilməsi və klimaksın digər “hədiyyələri” nadir hallarda xoşa gələ bilər, lakin klimaks zamanı müsbət hal‑ lar da mövcuddur: qanda hormo‑ nal fonun dəyişilməsi nəticəsində seksual cazibədarlığı artıran androgenlərin səviyyəsi dəyişir. Qəflətən hamilə olmaq qorxusu itirilir, ona görə də qadınların əksəriyyəti yenidən seksin sevinc‑ lərini aşkar edirlər.

Orqanizmin əsasını – sümük sistemini möhkəmləndirmək üçün nə etməli? Klimaksdan sonra qadınların əksəriyyətində osteoporoz inkişaf edir. Bu cür vəziyyətdə sümüklər kalsiumu itirərək, bir qədər kövrəkləşir. Müntəzəm qaydada tikinti makroelementinə məxsus olan mineral komplekslərini qəbul edin. Kalsium pəhrizinə riayət edin. Bu pəhriz bioloji cəhətdən əlverişli olan və yüngül həzm olunan kal‑ sium mənbələrindən – turş süd məhsullarının böyük tərkibindən ibarət olmalıdır ( gündə minimum 3 porsiya), ildə bir dəfə densito‑ metriyanı (sümük toxumalarının mineral möhkəmliyinin müəyyən‑ ləşdirilməsi üsulu) həyata keçirin – bu xüsusi tədqiqat sümük sistemi‑ nin möhkəmliyini aşkar edir.

Su ünsürünü tədqiq etmək Müntəzəm surətdə üzün və ya su gimnastikası ilə məşğul olun. Bu cür məşqlər ağ ciyərləri və ürəyi inkişaf etdirir, bel əzələlərini bərkidir, oynaqlar və onurğalara həddindən artıq təzyiq göstərmir. Su həyəcanı, stressi, o cümlədən qocalma haqqında fikirləri yuyub aparmaq xüsusiyyətlərinə malikdir, rahatlıq və məmnunluq hissini yaradır.


60

İtalyan keyfiyyətli immunstimulyator

İnsan orqanizmi öz toxuma və orqanlarına zərər yetirə biləcək istənilən növ təsirlərə qarşı mübarizə göstərmək qabiliyyətinə malikdir. Bu zərərli amillərə qarşı orqanizm immun sistemi vasitəsilə mübarizə aparır. İmmun sistemi çox mürəkkəb bir sistemdir. İnsan orqanizminin daxili mühiti sabitdir, bu sabitlik immun sisteminin köməkliyi sayəsində qorunur. İmmun sistemi orqanizmin hər bir orqan və toxu‑ malarını tanıyır. Əgər kənardan orqanizmə yad maddə, mikrob, bakteriya, virus və digər orqanizmin özünə məxsus olmayan komponentləri daxil olarsa, immun sistemi bu komponentləri zərərsizləşdirir və orqanizmdən kənarlaşdırır.

komponentlər orqanizmin xarici mühitlə təmasda olan bütün nahiyələrində, dəridə, selikli qişalarda mövcud olurlar. Humoral immunitetin əsas komponentləri antitellər, immunoqlobulinlər və interferonlardır. Əgər kənardan orqanizmə hər hansı bakteriya, virus və digər mikroorqanizmlər və ya zədələyici maddələr daxil olarsa, leykositlər təcili olaraq, bu maddələrin orqanizm üçün yad olduğunu dəqiqləşdirir və onları udmaq, parçalamaq, dağıtmaq yolu ilə zərərsizləşdirir və onların orqanizmə daxil olmasının qarşısını alır. Əgər hüceyrəvi immunitet zəif olarsa, mikroorqanizmlər orqanizmə daxil olur və sonradan humoral immu‑ nitetin köməkliyi ilə zərərsizləşdirilir və orqanizmdən kənarlaşdırılır.

İMMUN SİSTEMİ XƏSTƏLİKLƏRİN QARŞISINI NECƏ ALIR?

İMMUN SİSTEM NƏ VAXT ZƏİFLƏYİR?

İmmun sistemi öz funksiyasını 2 yolla yerinə yetirir. 1) Humoral immunitet, 2) Hüceyrəvi immunitet. Hüceyrəvi immunitetin əsas komponentləri leykositlər və onların növləridir (limfositlər, makrofaqlar və s.). Bu

Əgər orqanizmdə vitamin, mineral maddələrin çatışmazlığı varsa, gündəlik lazım olan miqdarda qida maddələri orqanizmə daxil olmursa, xroniki yorğunluq varsa, orqanizm uzun müddət zərərli amillərin təsirinə məruz qalırsa, bu immun sistemin zəifləməsinə gətirib

İMMUNİTET NƏDİR?


61 çıxarır. Belə hallarda leykositlərin aktivliyi azalır, qaraciyərdə interferonların sintezi azalır və orqanizmin mikroorqanizmlərə qarşı mübarizə qabiliyyəti azalır və insan tez‑tez yoluxucu xəstəliklərə tutulur. GLUİMMUN – İtaliyanın LİSAPHARMA şirkəti tərəfindən istehsal olunan preparatdır. GLUİMMUN preparatının tərkibi elə təşkil olunub ki, demək olar ki, immun sisteminin bütün komponentlərinə təsir edərək, onun fəaliyyətini gücləndirir. GLUİMMUN – un tərkibi təbii maddələrdən təşkil edilmişdir.

TƏRKİBİ: GLUİMMUN 200ml‑lik siropun tərkibinə aşağı‑ dakı maddələr daxildir. Tiamin (Vit B1), Riboflavin (Vit B2), Nikotinamid (Vit PP), Pantoten turşusu (Vit B5), Piridoksin (Vit B6), Fol turşusu (Vit B9), Sianokobalamin (Vit B12), Biotin (Vit H), Askorbin turşusu (Vit C), Betakarotin Echinacea ekstraktı Astragalus ekstraktı Uncaria ekstraktı Pappa reale fresca (arı südü) Echinacea – bu, çoxlu müalicəvi xüsusiyyətlərə malik olan bitkidir. Bu bitki immunstimuləedici, ilti‑ habəleyhinə, regenerasiyaedici, antimikrob, antivirus və göbələkəleyhinə təsirlərə malikdir. Orqanizmdə ά və β interefronların sintezini artırdığına görə immun sisteminin fəaliyyətini gücləndirir və buna görə də orqanizmin virus və mikroblara qarşı mübarizə qabiliyyətini artırır. Bundan əlavə iştahagətirici xüsusiyyətə də malikdir. Astragalus – bu bitki qədim Çin təbabətində geniş istifadə olunan bitkilərdən biridir. Orqanizmdə enerji‑ yaranma proseslərini sürətləndirir və tonuslandırıcı təsir göstərir. Orqanizmdə retikulo‑endotelial sistemi aktivləşdirir, ά və γ interferonların sintezini artırır və T limfositlərin, makrofaqların fəaliyyətini artırır. Buna görə də orqanizmin mikroblara və viruslara qarşı mübarizə qabiliyyətini artırır. İmmunstimuləedici, ilti‑ habəleyhinə xüsusiyyətlərə malikdir. Uncaria – bu bitkinin ekstraktı da həmçinin immunstimuləedici, immunmoduyasiyaedci, antivi‑ ral, antibakterial, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

DOZASI VƏ İSTİFADƏ QAYDASI 0 ‑ 6ay ‑ 2.5ml gündə 2 dəfə 6 ay ‑ 1yaş ‑ 5ml gündə 2 dəfə 1 ‑ 3yaş ‑ 7.5ml gündə 2 dəfə ≥ 3yaş ‑ 12,5ml gündə 2 dəfə Böyüklər ‑ 15ml gündə 2 dəfə

İstehsalçı – Lisapharma (İtaliya) Azərbaycan Respublikasında rəsmi distributor – ‘’SANITS MMP’’


62

Bizim otelə xoş gəlmişsiniz! Siz bizdə mükəmməl servisdən tutmuş möhtəşəm görünüşə qədər sizə lazım olan hər şeyə rast gələ bilərsiniz. İdeal yerləşmə və əla dağ iqlimi sizdə burada keçirdiyiniz istirahətdən əvəzolunmaz təəssürat oyada‑ caqdır. Siz hər birindən dağlara açılan gözəl mənzərəyə malik, minibar, ikikanallı telefon xətti, seyf, fen, kabel televiziyası və s. ilə təchiz olunmuş 31 nömrədən birində dincələ bilərsiz. Otelin ərazisində sizin ixtiyarınıza bil‑ yard zalı, 2 restoran, tennis kortu, cakuzi və s. servis xidmətləri verilmişdir. Bunlardan əlavə siz ən müasir texni‑ ki avadanlıqlarla təchiz olunmuş yüksəksinifli dörd villalardan birində istirahət edə bilərsiz. AFRA Hoteldə sizin arzuladığınız hər bir şey ‑ istər sizin iş üçün qüvvələrinizin bərpası, istərsə də sadəcə istirahət etmək həvəsi ‑ həyata keçəcəkdir. Hovuz və yaxud sauna, möhtəşəm tərtib edilmiş disko‑klub və yaxud fitness klub, tennis kortu və yaxud pub‑bar, bütün bunlar sizə maksimum komfort və zövq verəcəkdir. Bizim oteldə sizin istənilən arzunuz sutkanın istənilən saatında yüksək səviyyədə, 5* otelin standartlarına uyğun həyata keçəcəkdir. Servisdəki fərqi hiss edin! Ünvan: Bakı ş., Bayıl qəsəbəsi, M. Useynov küç., 14 Tel.: (+994 12) 491 82 00/01 Faks: (+994 12) 491 65 41 Oğuz şəhəri, "20 yanvar" küç., 6 Tel: (+994 111) 5 34 97 www.afrahotel.com email: info@afrahotel.com


63


64

haqqında hansı əsatirlər bizi aldadır? Nədənsə, bizim zamanlarda da miflər, hətta mənasız və axmaq görünənləri belə, çox davamlı olur. Və çox zaman məhz onlar bu və ya digər hallarda çox zaman bizə yanlış məlumat verir.


65 steril mühitdə 1 Körpəni böyütmək lazımdır

oynaqlarını 5 Körpənin inkişaf etdirmək lazımdır

Dərhal gözümüzün önünə hansısa qovuğun içində yaşayan körpə gəlir və bu qovuğun içinə onun üçün yalnız steril əşyalar və ərzaqlar daxil olunur. Necə düşünürsünüz, belə mühitə alışmış uşağın təsadüfən öz qovuğundan kənara çıxarkən aqibəti necə olar? O, sadəcə, məhv olacaq, çünki onun orqanizmi normal həyata tamamilə uyğunlaşmayıb. Həyatın ilk gün‑ lərindən körpənin orqanizmi müxtəlif bakteriyalar və infeksiyalara qarşı immunitet qazanmağa başlayır. Çağa ilk günlərdən müxtəlif heyvanlarla təmasda olur‑ sa, gələcəkdə onun allergik və ya astmatik olma şansları 2‑3 dəfə azalır. Beləliklə, özünüz vərdiş verdiyiniz təbii mühitdə uşaqlarınızı da ürəklə tərbiyə edin.

2 yaşına qədər uşaqlarda oynaqlar hələ tam for‑ malaşmayıb, zəifdir və onların zədələnməsi, hətta, körpənin əl və ya ayağının çıxması təhlükəsi çox böyükdür.

2

Uşaq dərisinin xüsusi kosmetikaya ehtiyacı var

Əslində isə, uşağın 3 ayı tamam olubsa və dərisində diatez və bişməcələr yoxdursa, heç bir xüsusi kosmetikaya ehtiyac yoxdur, gündəlik çimizdirmə və hava vannaları kifayətdir.

3 Masajla ehtiyatlı olun!

Bu proseduranın körpələr üçün faydası haqqında hamı eşidib. Bir çox analar doğum evindən çıxandan dərhal sonra çağaya gündəlik masajlar etməyə başlayırlar. Bu, düzgün deyil! Ömrünün ilk ili ərzində masaj uşağa yalnız mütəxəssis tərəfindən təyin oluna bilər, kurs isə 20 gündən artıq olmamalıdır, sonra 2‑3 həftəlik fasilə vermək lazımdır ki, uşaq çox qıcıqlan‑ masın.

nə qədər çox olsa, 4 Vitamin o qədər yaxşıdır. Əlbəttə, avitaminozun uşağa nə ilə təhlükəli olduğu hamıya bəllidir. Bu xəstəliyin profilaktikası məqsədi ilə, valideynlər hər gün çağanı müxtəlif vita‑ minlər və onlar ilə zənginləşdirilmiş ərzaqlarla qida‑ landırmağa başlayır. Belə menyu uşaqda hipervita‑ minoza gətirib çıxara bilər, bu isə vitamin çatışmaz‑ lığından daha pisdir, çünki xüsusi müalicə tələb edir. Yaxşı olar ki, körpənizə hansı vitaminlərin lazım olduğunu və onları nə qədər qəbul etməyi müəyyən‑ ləşdirmək üçün pediatr ilə məsləhətləşəsiniz.

6

Qabaqlama ilə inkişaf etsin

7

Banka qidaları

Valideynlərin körpəni mümkün qədər tez ayaq üstə qoymaq arzusu aydın və izah olunandır, lakin 8‑9 aydan tez bunu etmək məsləhət deyil. Yeriməyə öyrətmənin ən vacib qaydası – tələsməməkdir. Əks halda, körpənizin qaməti pozulur, pəncənin strukturu deformasiyaya uğrayır.

Bir çox analar bankada olan uşaq qidalarının key‑ fiyyətli və balanslaşdırılmış olması haqqında reklama baxdıqdan sonra özləri yemək hazırlamaqdan imtina edir və uşağı tam hazır qidalanmaya məruz qoyur. Əlbəttə, zavod şəraitində hazır‑ lanmış həll olunan sıyıq və pürelər yaxşıdır, lakin ana əlləri ilə, məhəbbət və qayğıyla hazır‑ lanmış yeməklər ilə müqayisədə onlar uduzur.


66 XƏYALLARINIZDAKI BİRİ OLMAQ ÜÇÜN ÜRƏYİNİZDƏKİ QORXULARINIZIN QARŞISINA KEÇİB, “MƏN SƏNDƏN DAHA GÜCLÜYƏM” DEMƏLİSİNİZ!


67 XOŞBƏXTLIK KİÇİK DETALLARDAN BAŞLAYIR İnsanların həyatda öz bacarıqlarını ortaya çıxartmaları çox vacibdir. Xoşbəxtlik və özünü yaxşı hissetmə özünü yaxşı tanımaqdan başlayır. Çətinliklərin qarşısında tab gətirə bilmək üçün çətinliklərə qarşı mübarizə aparmaq lazımdır. Səbir insanın ən gözəl xüsusiyyətidir. Səbir insanların qarşıya qoyduqları məqsədlərinə çatmalarına kömək edir. Xəstəliklə başa çıxmağın yolu səbirli olmaq, çalışmaq və gülümsəməkdir. Bu günə qədər əsəbiləşərək nəyi həll edə bildiniz ki?! İnsan olaraq bir-birimizi dinləmək, anlamaq, anladığını anlatmaq ən önəmli özəlliyimizdir. İnsanların öz bacarıqlarını ortaya çıxartmasının dörd yolu vardır: görərək, eşidərək, hiss edərək, toxunaraq. İnsanların 3,5%-i görərək, 10,5%-i eşidərək, 20,4%-i hiss edərək, 28.55%-i toxunaraq buna nail olurlar. Bunların hamısı birlikdə olarsa, insanlar 80% yüksək nəticələrə nail ola bilərlər. Pozitiv düşünmənin də çox böyük rolu vardır. İnsanlar bunu necə edəcəklərini bilmədikləri üçün hər zaman bunun üzərindən keçirlər. Amma bunun insan həyatında çox mühüm yer tutduğunu bilmirlər. Bunlara nail olmanın fərqli yolları vardır: nəfəs çalışmaları etmək; bədbəxtlik anında beynin sağ və sol yarımkürələrini kiçik üsullarla idarə edə bilmək çox vacibdir. Bunun üçün heç bir zaman mütəxəssis yardımı almaqdan çəkinməyin. Bəzən çox xırda detallar yüksək nəticələr əldə etməyə səbəb ola bilər. Xoşbəxt olmaq üçün, ömrünüzü şən keçirmək üçün çox gözəl olmağınıza, çox pulunuzun olmasına ehtiyac yoxdur. Sizə verilən canın qiymətini bilin. Yuxarıda qeyd etdik ki, xoşbəxtlik özünü tanımaqdan başlar. Özünüzü tanımanın yollarını axtarın. Yazdıqlarımın içərisində ən vacib olanı qidalanmağınıza diqqət etmənizdir. Məsələn: Bədəninizdə B1 vitamini çatışmazsa, qusma, nəfəsalmada çətinlik, görmə pozğunluqları, səs itirilməsi ola bilər. Eyni zamanda hafizə və diqqət proseslərində zəifləmələr ola bilər. B2 vitamini çatışmadıqda gözlərdə qaşıntı,

saçların tökülməsi, uşaqlarda böyümə problemləri, həzm sistemində pozğunluqlar ola bilər. B3 və B5 vitamini çatışmadıqda tez yorulma, ağız qoxusu, yuxusuzluq, əllərdə titrəmə, qan şəkərində düşmə, qorxu duyğuları ilə psixoz vəziyyətinə gətirib çıxaran sinir sistemi şikayətləri ortaya çıxa bilər. B11 ve B12 insan orqanizmi üçün çox vacibdir. Qırmızı qan hüceyrələrinin və sinir hüceyrələrinin bərpasında fəal rol oynayır. Ana bətnindəki körpənin sinir sisteminin inkişafı üçün çox lazımdır. Bu vitaminlərin çatışmazlıqları ürək bulanmaya, qusmaya, ishal, baş ağrısına, unutqanlığa yol açar, eyni zamanda sinir sistemi liflərinə də zərər verər. B12 vitamini qidalarla və siqaret kimi pis alışqanlıqlarla bədənə daxil olan nikotini azaltmağa kömək edir. On dörd yaşındakı qızımı bitkilərlə müalicə etdim. Qızımda böyümə gerilikləri, boyunun uzanmasında problemlər, çəki azlığı, immun sistemi ilə əlaqədar xroniki bronxit və astma yaranmışdı. Qızıma kortizon və hormon müalicəsi etməyimi söylədilər. Bir ana və bir həkim olaraq, qızıma bunların zərər verməsini istəmədiyim üçün bitkilərlə bağlı araşdırmalar apardım. Bilirsiniz, dənizə düşən ilana sarılar. Can acısının nə olduğunu hiss edincə daha yaxşı başa düşürsən. Mən 9 ildir bitkilərlə bağlı araşdırmalar aparıram. Bir çox ölkələrdə bitkilərlə bağlı dərslər aldım. Hindistanda bununla əlaqədar olaraq, 2 il dərs aldım. Hansı bitkinin insanın sağlamlığına zərər verdiyini, hansı bitkinin insan sağlamlığı üçün vacib olduğunu araşdırdım. Bildiklərim bu məqaləyə sığmayacaq qədər çoxdur. Bu araşdırmalar mənə və qızıma çox böyük kömək oldu. Şükür Allaha qızım sağaldı. İllərdir ki professional məsləhətçiliyimlə bərabər insanlarla bildiklərimi bölüşməkdən zövq alıram. Bir ildir ki, ilin yarısını Azərbaycanda, yarısını isə Türkiyədə çalışıram. Gördüyüm işdən zövq alıram. Sizlərlə olmaq çox xoşdur. Sevgilərimlə! Uzman psixoloq, bitki bilimci: Gülpəri Daşdəmir Tel: 050 365 19 24


68

Problemli

ZONALAR


69 Qadın bədənində piyin nəzarət olunmayan dərəcədə toplandığı altı problemli zona mövcuddur. Bəziləri kürək nahiyəsindəki qırışlara görə narahatdır, digərlərini yayılmış üz ovalı və ikinci çənə, yəni buxaq rahat buraxmır, üçüncüləri həddən artıq kök çiyin və qollarından utanır, dördüncüləri qabağa çıxmış qarna görə özlərinə yer tapmır, beşinciləri bədnam qalife – budlarda piy yığınları – təşvişə salır, altıncılar «qlobuslardan», yəni həddən artıq həcmli yanlardan azad olmağı arzulayır.

ÜZ ÇEVRƏSİ DÜZ OLSUN DEYƏ Razılaşın ki, ikinci çənə heç kimə yaraşıq vermir, həm də o, hər yaşda əmələ gələ bilər. Üzün aşağı hissəsində piy yığınlarının səbəbi çox zaman yalnız artıq çəki deyil, həmçinin irsi meyllilik, fərdi quruluş xüsusiyyətləri və hormonal dəyişiklik də ola bilər. Bəs, nə etməli? 1. Gündə 1-2 dəfə üzünüzü buz parçası ilə silin – dondurulmuş nanə, çobanyastığı cövhəri ilə – və xüsusi diqqəti üz çevrəsinin konturlarına yönəldin. Soyuq prosedura dartılma effekti göstərir, şişkinliyi aradan qaldırır (bu təsiri bitki komponentləri daha da gücləndirir), hüceyrələrdə energetik prosesləri aktivləşdirir, dəri üçün karkas rolunu oynayan mimik əzələlərin tonusunu qaldırır. 2. Buxar vannası dərinin altından artıq piyi «əridərək» çıxarmağa, əsası isə, toxumalarda saxlanılmış və sayəsində üz çevrəsini şişkin göstərən mayeni üzə çıxarmağa kömək edir. Bu vannanı həftədə 1-2 dəfə edin. • 2 xörək qaşığı eyni miqdarda götürülmüş şüyüd və dəvədabanı gülləri və yarpağının üzərinə 1 litr qaynar su əlavə edin. Başınıza dəsmal atın və üzünüzü buxarın üzərində 15-20 dəqiqə saxlayın. 3. Kontrast proseduralar edin. Bu, dərialtı damarlar üçün gimnastikadır. Səhərlər yuyunarkən, əvvəlcə 30-40 dəfə üzünüzü qaynar su ilə (42-45ºC), sonra o qədər də soyuq su ilə yaxalayın (20ºC). 4. Üz konturlarının asılı olduğu boyun və mimik əzələlər üçün aerobika yerinə yetirin. • Dodaqlarınızı bir qədər irəli uzadın və ağız bucaqlarını dişlərinizə sıxın. Asta-asta dodaqları mərkəzə doğru dartın. Sonra sıxılmış dodaqları 3 dəfə sola və sağa əyin. • Ağız bucaqlarını dişlərinizə sıxaraq, fit çalın. Sonra yanaqlarınızı şişirdin.

ƏLLƏR MÖHKƏM OLSUN DEYƏ Qollarda və çiyin nahiyəsində piy yığınları daha çox cinsi yetkinlik və ya klimaks dövründə əmələ gəlir. Onlardan azad olmaq kifayət qədər asandır. Çiyin qurşağı üçün gimnastika edin (əllərin yuxarı və yana qaldırılması, arxaya aparılması, hərlətmə, çarpazlama, yellətmə). Hərəkətləri 3 girişdən hər dəfə 8-12 dəfə 30 saniyəlik fasilə ilə edin. • Çıxış vəziyyət (ç.v.) – divara söykənərək, əllərinizi yana salın, dizlərinizi bir qədər bükün. Yalnız ovuclarınız ilə dirənərək, əlləriniz ilə divardan geri itələnin. Əl əzələlərini gücləndirərək, ovuclarınız ilə divarları basın. Sonra əzələləri boşaldın. • Ç.v. – uzun şərfin ortasına duraraq, uclarını əlləriniz ilə sıxın. Kürəyinizi divara dirəyərək, budlarınız divar ilə düz bucaq təşkil etmək şərti ilə çömbəlin. Dirsəklərinizi düz bucaq şəklində əyin və bədəninizə sıxın. Şərfin müqavimətini aşaraq, uclarını yuxarı dartın. • Ç.v. – ayaq üstə, ayaqlar çiyin səviyyəsində, hantel olan əllər dirsəklərdə azacıq bükülüb. Əllərinizi yana qaldırın, sonra aşağı salın! Əl və çiyinlər üçün palçıq, otlar ilə yerli sarınmalar, həmçinin barmaqların ucundan çiyinüstü nahiyəyədək masaj da çox effektivdir. Belə masajın bir seansı nəticəsində qolların çevrəsi 0,3-0,5 sm azalır.

KÜRƏK DÜZ OLSUN DEYƏ Hormonal dəyişmə zamanı, 40 yaşından sonra, maddələr mübadiləsi ləngiyir, piy fəal şəkildə müxtəlif yerlərdə, o cümlədən, kürəkdə yığılmağa başlayır. Onun üzərindəki qırışları ləğv etməkdə sarınmalar, masaj və müntəzəm idman məşqləri kömək edir. 1. Həftədə 1-2 dəfə nəm sarınmalar edin. • Çarpayı üzərinə uzununa yun və ya bayka ədyal sərin. Təmiz mələfəni suda isladın (30ºC), sıxın və ədyalın üstündən sərin. Səliqə ilə qırışları hamarlayın – mələfənin üzərində qırış olmamalıdır! Dizlərdən qoltuqaltınadək mələfəyə bürünün. Bayka ədyal ilə üstünüzü örtün, üzərindən isə adi yorğan salın. Hər 2-3 proseduradan sonra suyun hərarətini yarım dərəcə soyudaraq, tədricən 20ºC-yə çatdırın. Əvvəlcə sizə soyuq olacaq, lakin 10-15 dəqiqədən sonra qan dərialtı damarlara axaraq, hamamda olduğu kimi istilik hissi yaradacaq. Tədricən proseduranı saat yarımadək uzadın.


70 Bitirdikdən sonra, isti duş qəbul edin, çay için və yataqda dincəlin. 2. Kürəyin özünümasajı haqqında da unutmayın! Hər hərəkəti 4-6 dəfə təkrar edin. • Döşəmə üzərinə oturaraq, ayaqlarınızı çarpazlayın, pəncələri əlləriniz ilə qucaqlayın və kürəyiniz üzərində önə-arxaya diyirlənin. • Dizləriniz üzərinə oturaraq, bir qədər önə əyilin və əllərinizi kürəyinizə tərəf aparın. Yumruğunuzu sıxın və barmaqların aşıqları ilə onurğa sütunu boyunca döyəcləyin. Oma sümüyündən başlayaraq, yuxarıya qədər hərəkətləri yerinə yetirin.

QARIN YASTI OLSUN DEYƏ Qarın nahiyəsində piy yığılmasının əsas səbəbi – nəzarət olunmayan iştahadır. Burada piy çox tez yığılır, lakin ondan azad olmaq üçün isə zaman tələb olunur. Lakin nəzərə alın ki, qarın üzərində 2-2,5 sm qalınlığında qırışın olması rüsvayçılıq və eybəcərlik deyil, zərif cins üçün qadın cinsi hormonları olan estrogenlərin ehtiyatını qorumaq və artırmağa imkan yaradan fizioloji normadır. Bu halda arıqlamaq deyil, qarın presi üçün məşqlər etmək vacibdir. • Ç.v. – taburet üzərində oturaraq, ovucları budların üzərinə qoyun. Belinizi düzəldin, çiyinlərinizi endirin. Qarın əzələlərinin gərilməsini hiss edənədək, əlləriniz ilə aşağı basın. Güclənməyə davam edərək, 5-ə qədər sayın, yarım dəqiqə dincəlin və hərəkətləri yenidən təkrar edin (cəmi 5 dəfə). • Ç.v. – arxası üstə uzanıqlı, ayaqlar bükülmüş, dizlər birləşmiş, əllər sinə üzərində qatlanıb. Korpusun yuxarı hissəsini döşəmədən aralayaraq, mümkün qədər yuxarı qaldırın, sonra bacardığınız qədər əvvəlcə bir, daha sonra digər tərəfə çevrilin.

ÖZÜNÜZÜ YOXLAYIN • Bel çevrəsi 80 sm(qadın) və 94 sm-dən(kişi) artıqdır? Bud və ya döş qəfəsinə nisbətən qurşaq hissədən daha enlisinizsə, qarın nahiyəsində həddindən artıq piy yığılıb və ondan dərhal azad olmaq lazımdır. • Boşalmış vəziyyətdə duraraq, döş, bud və göbək səviyyəsində bel həcmini ən geniş yerlərdə ölçün, sonra birinci və ikinci göstəricini üçüncüyə bölün. Hər iki nəticə endokrin tarazlıq əmsalı çərçivəsindədir – 0,8-0,85(qadın) və ya 0,9 və 0,7(kişi) təşkil edir? Bu halda siz həm estetik, həm də tibbi cəhətdən qaydasındasınız. Bu çərçivəyə

sığmayanlarda ürək, damarlar və karbohidrat mübadiləsi təhlükədədir. • Bel və bud nisbəti göstəriciləri 0,67 – 0,85 təşkil edən qadınlar əks cins nümayəndələrinin yüksək diqqətini cəlb edir. Bundan başqa, ideal «bel-bud» əmsalına malik olan xanımlar daha sağlamdır, asanlıqla hamilə qalır, problemsiz döl bəsləyir və sağlam uşaq doğur.

BUDLAR BİÇİMLİ OLSUN DEYƏ Piy budlar və yan nahiyəsində yığılırsa, bu, ehtimal ki, qadın cinsi hormonların çoxluğu ilə əlaqədardır. Tibbi nöqteyi-nəzərdən bu piy ehtiyatı heç də zərərsiz deyil: onurğa sütunu, ayaq oynaqları və damar xəstəliklərini törətmiş olur. Eyni zamanda, bu «piy» ən «qarayaxa» hesab edilir, ondan azad olmaq daha çətindir. Bu halda ipdən tullanmaq, velotrenajorda və avar çəkməni imitasiya edən trenajorda məşq etmək kömək edər. Bundan başqa, aşağıdakı hərəkətləri yerinə yetirmək faydalı olar. • Ç.v. – döşəmə üzərində oturaraq, ayaqlar yığılmış, dizlərin arasında stulun ayaqları sıxılmış vəziyyətdə qalın. Arxaya əyilərək, bədən çəkisini əllərinizin üzərinə keçirin. Kürəyinizi düz saxlayın, bel nahiyəsində əyilməyin. Dizləriniz ilə mərkəzə tərəf hərəkət edin, sanki onları birləşdirməyə çalışırsınız. 5-ə qədər sayın, 30 saniyə istirahət edin, sonra hərəkətləri 5 dəfə təkrar edin. • Ç.v. – arxası üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın və stulun altına keçirin. Qarın əzələlərini sıxın və beliniz ilə döşəməyə sıxılın. Sonra qarın presini boşaltmadan, stulun altında olan ayaqlarınızı aralamağa çalışın. • Ç.v. – stulun söykənəcəyinə üzünüzü çevirmiş və əlləriniz ilə ona dayaqlanmış vəziyyətdə duraraq, ayaqlarınızı geniş aralayın. Astaca çömbəlin və eyni qayda ilə də ayaqlarınızı düzəldin. Hərəkəti yerinə yetirdikdə, növbə ilə ayaqlarınızı silkələyin ki, əzələləriniz boşalsın. Hərəkətləri 8 dəfə təkrarlayın. • Ç.v. – qarnı üstə uzanaraq, əllərinizi çanağın altına qoyun, düz ayaqları döşəmənin üzərindən qaldırın. Yanlarınızı sıxaraq, yavaş-yavaş ayaqlarınızı aralayın və birləşdirin. Onların fasiləsiz və müntəzəm hərəkət etməsinə nəzarət edin! 8 dəfə təkrar edin.


72


73 XƏSTƏLİYİ BAŞLI-BAŞINA BURAXMAYIN Mədəaltı vəz haqqında nadir hallarda düşünürük. Düşünmürük ki, hər dəfə həddən artıq içki qəbul etdikdə, mədəaltı vəz yüklənir və əziyyət çəkir. Onun iltihabı isə çox təhlükəlidir. Gecə yuxusundan əvvəl yaxşı yeməyi, yağlı ət tikəsi və ya piydə qızardılmış kartofu xoşlayırsınızsa, şübhə etməyin ki, pankreatit sizi öz qurbanına çevirəcək. Mədəaltı vəz kiçik ölçülərə malikdir, lakin onun daxilində baş verən proseslərin mürəkkəbliyinə görə, nəhəng kimya zavo‑ du ilə müqayisə oluna bilər. O, hər gün, hər dəqiqə öz «istehsal planı»nı yerinə yetirməlidir – qana qlükagen və insulin hormonlarını və qida həzmi üçün lazım olan pankreatik şirə ifraz etməlidir. Bu vəzin orqanizmin mübadilə proseslərində rolu çox vacibdir və mədəaltı vəzin işindəki hər hansı pozğunluq dolayısı ilə bir çox orqanların işini pisləşdirir.

OTLARLA MÜALİCƏNİN XÜSUSİYYƏTLƏRİ Xəstəliyin kəskin forması və xroniki proseslərin kəskinləşməsi zamanı bəzən sintetik preparatlarsız keçinmək olmur. Belə hallarda dərman bitkiləri yalnız köməkçi rolunda çıxış edir. Patologiyanın kəskin əlamətləri səngiyəndən sonra isə, otları qəbul etmək olar. Xroniki pankreatitin müalicəsi zamanı yardımçı vasitə kimi toxumaların bərpa olunma qabiliyyətini stimullaşdıran (dazı otu, zəncirotu kökü), spazmolitik və iltihabaqarşı xüsusiyyətlərə malik (çobanyastığı, solmaz çiçək, boymadərən), eləcə də, həzm prosesini yaxşılaşdıran və mədəaltı vəz toxumalarının regenerator funksiyasını stimullaşdıran (bağayarpağı, aloe ) bitkilər istifadə olunur. Bu otların qarışığı sizi nəinki mədəaltı vəz iltihabından xilas edəcək, eyni zamanda, öd kisəsinin işini yaxşılaşdıracaq, qara ciyəri təmizləyəcək.

EKZOTİK YARDIM Mədəaltı vəz ağrılarını yapon soforası vasitəsi ilə azaltmaq olar. Soforanın tərkibindəki maddələr toxu‑ maların regenerasiyasını tezləşdirir və mədəaltı vəzdə gedən bütün prosesləri normallaşdırır. Bunun üçün, iki çay qaşığı əzilmiş sofora meyvəsini minalı qaba yer‑ ləşdirərək, üzərinə bir stəkan qaynar su əlavə edin və vam odda 5 dəqiqə ərzində qaynadın. Daha sadə üsulla, 1 xörək qaşığı meyvəni termosa yerləşdirin, üzərinə 1 stəkan qaynar su əlavə edin və gecə ərzində dəmə qoyun. Gündə 3 dəfə üçdə bir stəkan qəbul edin. On günlük müalicə kursundan sonra bir həftəlik fasilə verin, sonra kursu təkrarlayın.

MAMIR SAĞLAMLIĞI QAYTARIR Bir çoxlarının island mamırı kimi tanıdığı island setrariyası qəribə bitkidir. Bu şibyənin dözümü insanı valeh edir, o, heç bir bitkinin yaşaya bilmədiyi bir şəraitdə belə məskunlaşa bilər. Yalnız XIX əsrin ikinci yarısında bu şibyənin qeyri‑adi yaşamaq qabiliyyə‑ tinin sirrini açmaq mümkün olmuşdur – bitki iki tamamilə müxtəlif orqanizmlərdən ibarətdir: göbələk və yosun. Siz yəqin ki, şam ağacı meşəsində maral buynuzlarına oxşar boz‑yaşıl kolcuqlardan ibarət xalçalara rast gəlmisiniz? Bu, həmin island mamırıdır. Bu bitkinin çox gözəl bir xüsusiyyəti var: o, maddələr mübadiləsini əla şəkildə normallaşdırır, orqanizmdən zərərli maddələri xaric edir, onu cavanlaşdırır. Qədim zamanlardan təbiblər ondan mədə‑bağırsaq, dəri xəstəlikləri, soyuqdəymə, şəkərli diabetin müal‑ icəsində istifadə edirlər. Həlimin hazırlanması üçün 20 q qurudulmuş bitkiyə 300 ml su əlavə edərək, vam odun üzərində yarım saat qaynadın. Gündə 4‑6 dəfə, yeməkdən əvvəl 1‑2 xörək qaşığı qəbul edin. İsland mamırı orqanizm tərəfindən çox yaxşı mənimsənilir, yalnız mədəaltı vəzin deyil, bütün daxili orqanların işini yaxşılaşdırır, immuniteti artırır. Lakin island mamırını istifadə etməzdən əvvəl onun acılığını aradan qaldırmaq lazımdır. Bunun üçün bir sutka ərzində mamırı zəif soda məhlulunda isladın (1 litr suya 5 çay qaşığı), yuyun və yenidən iki sutka suda isladın. Sonra bitkini dəsmal üzərində qurudun. Bu proseduralardan sonra mamırı qida üçün istifadə etmək olar.

DƏRMAN ƏVƏZİNƏ GİLƏMEYVƏLƏR Quş üzümü fəsiləsi çox böyükdür, onun acı‑şirin adlanan bir nümayəndəsi isə mədəaltı vəz üçün çox qiymətli olan bitki hormonunun tərkibinə görə ən zənginidir. Lakin bitki zəhərli olduğundan dozalar ilə ehtiyatlı olmaq lazımdır. Pankreatit zamanı qurudul‑ muş acı‑şirin quş üzümü gövdəsindən hazırlanmış tozu gündə 3 dəfə, yeməkdən 15 dəqiqə əvvəl qəbul etmək lazımdır. Doza – bıçağın ucunda. Eyni zaman‑ da bu diaqnostik vasitədir: əgər qəbul etdikdən dərhal sonra ağzınızda şirinlik hiss edirsinizsə, bu, o deməkdir ki, hal‑hazırda mədəaltı vəz çox iltihablıdır, pankreatit zəifdirsə, şirin dad yalnız 10‑15 dəqiqədən sonra hiss olunur. Mədəaltı vəzin funksiyaları zəiflədikdə və qanın tərkibində şəkərin qatılığı artdıqda, tez‑tez qaragilə‑ dən istifadə etmək lazımdır.


74

ÜZDƏ NƏ YAZILIB? 1970‑ci ilin əvvəlində Amerika tədqiqatçıları Ekman və Frizen bir sual haqqında düşünürdülər: insan mimikası hesab etdiyimiz qədər universaldırmı? İlk növbədə, onları əsas, təməl emosiyalar maraq‑ landırırdı: qəzəb, sevinc, təəccüb, nifrət, kədər. Eksperimentin təmiz‑ liyi üçün for tayfasından olan, yazı mədəniyyətləri olmayan və kifayət qədər təcrid edilmiş halda yaşayan Yeni Qvineya aborigenlərini sınaq‑ dan keçirmək qərara alınmışdı: onların əksəriyyəti heç zaman Qərb və Şərq mədəniyyətlərinin nümayəndələri ilə ünsiyyətdə olmamışdı.

EMOSİONAL BEYNƏLMİLƏL Ekman və Frizen fikirləşmədən on bir min aborigendən 200 böyük və 130 uşaq seçmiş və onlara hər birində hər hansı güclü emosiyanın təsiri ilə dəyişmiş «ağ insan» üzü əks olunmuş üç şəkil göstərmişlər. Sonra aborigenlərdən hər bir şəklə daha çox uyğun olan emosiyanın təsvirini seçmək xahiş olundu. Təsvirlər elə qurulmuşdu ki, for tayfasından olan insanlar üçün anlaşıqlı olsun. Misal üçün: «onun dostları gəlmişdir və o, xoşbəxtdir», «o, hirslənib və vuruşmaq istəyir», «o, elə bir şey görüb ki, xoşuna gəlməyib». Bundan əlavə, təsvirlər‑ də qəzəb və nifrət və ya təəccüb və qorxu hissləri qarışıq salınmamalı idi.

FİZİOQNOMİKA Fizioqnomika, insan xarak‑ terinin onun üzündə «oxunması»


75 sənəti, Çində yaranmışdır. Həqiqət ondan ibarətdir ki, bu sənəti uzun müddət öyrənmək lazımdır (fizio‑ qnomik təhlildə yüz əlliyə yaxın əlamət iştirak edir) və onun nəticələri yalnız 40 yaşından sonra insan üçün ədalətli sayıla bilər. Aşkar edilmişdir ki, bütün ağır‑ laşdırıcı şərtlərə baxmayaraq – misal üçün, tədqiqatçıların tərcümə‑ çinin köməyinə müraciət etmələri və yaxud, aborigenlərin heç zaman görmədikləri ağ insanların şəkil‑ lərinə baxmasını – sınaqdan keçən‑ lər emosiyaları kifayət qədər dəqiq «tapmağa» müvəffəq oldular. Misal üçün, uşaqlar arasında az qala yüz faiz dəqiqlik müşahidə olunurdu. Böyük aborigenlər arasında emosiyaları tanımaq qabiliyyəti bir qədər zəif idi. Belə ki, sevinc hissini aborigenlərin əksəriyyəti tanımışdır – 92%. Tanınmaq üzrə ikinci yerdə qəzəb hissi dururdu – onu sınaqdan keçənlərin 85%‑i tanımış, qorxunu 80% tanımışdır. Təəccüb hissini cəmi 68% tanımışdır. Beləliklə, baza emosiyaların təzahürü (sevinc, qəzəb, qorxu, təəc‑ cüb, kədər, nifrət) bütün mədəniyyətlər üçün universaldır. Sonralar bioloqlar belə bir fərziyyə irəli sürmüşlər ki, bu cür unifikasiya təkamül prosesində öz rolunu oynamışdır. Üzün ifadəsi, misal üçün, təhlükə barədə dərhal xəbər‑ darlıq edə bilər və yaşama ehtima‑ lını artıra bilərdi.

ALINDA HEÇ NƏ YAZILMAYIB Səksəninci illərin ortalarında Rusiya psixoloqları da buna oxşar bir eksperimenti SSRİ Elmlər Akademiyasının aspirantları və elmi işçiləri üzərində keçirməyi qərara almışlar. Məqsəd eyni idi – sınaqdan keçənlərin şəkil üzərində emosiyaları nə dərəcədə düzgün təyinetmə qabiliyyətini müəyyənləş‑ dirmək. Altı baza emosiyalardan əlavə, elmi işçilərə daha mürəkkəb emosiyaları təyin etmək lazım idi – misal üçün, «nifrət ilə sakitlik». Nəticələr necə oldu? Elmi işçilər

şəkillər üzərində iki ifadəni daha yaxşı təyin edirdi – təəccüb və sakit‑ lik. Qəzəb və qorxu hissləri daha zəif tanınırdı. Ümumiyyətlə, belə bir tendensiya aşkar edilirdi – üzdə əsasən alın və burnun üst hissəsi nahiyəsində təzahür olunan emosiyalar daha zəif tanınırdı. Yəni, bilinirdi ki, insan qaşqabaqlıdır, lakin onun bununla nə demək istədiyi bir çoxları üçün naməlum qalırdı. Göz nahiyəsi və üzün aşağı hissəsində təzahür olunan emosiyaları yozmaq daha sadə idi. Həqiqətən də, bir çox hallarda çatılmış qaşları necə anlamaq çətin‑ lik törədir – qəzəb, şübhə və ya nifrət. Darvin qaşları burnun üst nahiyəsi tərəfinə yaxınlaşdıran və endirən əzələni «çətinlik əzələsi» adlandırmışdır. Yəni, qaşların bu hərəkəti müxtəlif çətinliklərin dəf edilməsini müşayiət edir – fiziki və intellektual. Lakin çatılmış qaşlar dalğınlıq və ya bir yerə toplama hissinə də xasdır. Qalxmış qaşlar da müxtəlif emosiyalar ifadə edə bilər: təəccüb‑ dən əlavə, bu, inamsızlıq, skepti‑ sizm və ya, sadəcə olaraq, deyilən‑ ləri vurğulamaq arzusu ola bilər.

saniyədən artıq ifadə olunursa) – əminliklə demək olar ki, emosiyalar sünidir. ‑ Nəyin daha tez əmələ gəlməsini izləmək: sözlərin və ya üz ifadəsinin. Emosiya qeyri‑səmi‑ midirsə, deyilmiş sözlərə müvafiq olan üz ifadəsi bir‑iki saniyə gec əmələ gəlir. ‑ Üzün asimmetriyasına diqqət yetirin: üzün bir hissəsində emosiya daha aydın «təsvir» olunmuşdur, nəinki o biri hissəsində. Çox böyük ehtimal ilə demək olar ki, bu emosiya saxtadır.

MİMİK QIRIŞLAR Qırx yaşından sonra insanın üzündə emosional maska görünür – üzdə, daha çox keçirdiyimiz hisslər nəticəsində əmələ gəlmiş mimik qırışlar «donur». Lakin yalnız mimik qırışlara əsaslanaraq, qarşımızda necə insanın durdu‑ ğunu təyin etmək düzgün olmazdı. İnsanın sosial mühiti və tərbiyəsinə də fikir vermək lazımdır. Misal üçün, ehtirassız, soyuq üz insanın emosiyasız olduğuna dəlalət etmir – çox güman ki, o, sadəcə, öz hisslərini gizlətmək prin‑ sipinə riayət edir və heç zaman zəif‑ liyini nümayiş etdirmir. Riyakarların nəzərinə – üz cizgiləri ilə qeyri‑səmimiliyi təyin etmək üçün bir neçə üsul: ‑ Vaxtı qeyd etmək: sevinc, acıma, ümidsizlik hissləri üzdə donub qalmışdırsa (və ya beş

Lakin riyakarların, «oynadıqları» emosiyanı doğrudan da yaşamaq şansları var. Bunun üçün arzu olu‑ nan üz ifadəsini bir müddət üzdə «gəzdirmək» kifayətdir. Pol Ekman bu fərziyyəni öz növbəti eksperimentində sınaqdan keçirmişdir: o, sınaqdan keçənlər‑ dən bir müddət sevinc, acıma, kədər, əsəbiləşmə hisslərini ifadə etməyi xahiş etmişdir, sonra isə, bu və ya digər emosiyaya müvafiq olan fizioloji reaksiyaları ölçmüşdür. Nəticədə aşkar olunmuşdur ki, sevinc, əsəbiləşmə və ya kədər ifadə edən şəxslər bir müddətdən sonra həqiqətən də bu hissləri tamamilə səmimi keçirməyə başlayır.


76

BUMERANQ EFFEKTİ Deyirlər ki, «həyat tərzi insanın ikinci xasiyyətidir». Və özünüzü dəyişmək istəyirsinizsə, məhz həyat tərzindən başlamaq lazımdır. «Nitq tərzini» dəyişmək o qədər də asan deyil. Biz çox zaman eyni ifadələr və standart ibarələrdən istifadə edirik, çünki bizə belə asandır – düşünmək lazım deyil. Lakin bu nəinki uğursuz xülasələrə, hətta sağlamlıqla bağlı problemlərə də gətirib çıxara bilər. Misal üçün, «işləriniz necədir?» sualına vərdiş etdiyiniz kimi «belə də…» cavabını verdikdə, siz özünüz işlərinizi heç də yaxşı nəticəyə kökləmiş olmursunuz. Ona görə də işləriniz də elə «belə də» gedəcəkdir. İnsanların əksəriyyəti neqativ emosiya və vəziyyətləri haqqında daha həvəslə danışır. Özlərini sağlam və xoşbəxt hiss etdikdə isə, insanlar buna sadəcə diqqət yetirmirlər. Və nəticədə, yalnız mənfi fikir, emosiya ifadə edərək, kefsizlik, yaxud məyusluğu bəhanə gətirərək, biz nə isə etməkdən imtina edirik.


77 UĞUR DÜSTURU Daha bir məqamı nəzərə almaq lazımdır: başqa insan haqqında pis fikir söylədikdə, gələcəkdə bu keyfiyyət bizim özümüzdə də təzahür edə bilər. Bu xüsusiyyət bumeranq effekti adlandırılır. Bütün əməllərimiz və hətta sözlərimiz sanki bumeranq kimi özümüzə qayıdır. Ətrafdakılarda müsbət keyfiyyətləri vurğulayarkən, siz özünüz də onlara sahib olursunuz. Diqqət edin: axı biz, adətən insanlarda hər hansı dərəcədə özümüzdə də olan keyfiyyətləri duyuruq. Misal üçün, kiminsə hamı üzərində hökmranlıq etməyi bizi qıcıqlandırır. Əgər bu sizdə həqiqətən güclü emosiyalara səbəb olursa, demək, sizə də bu xüsusiyyət xasdır – ehtimal ki, daha az dərəcədə. Yaxud siz bu cəhətinizi hamıdan və hətta özünüzdən belə gizlədirsiniz. Belə çıxır ki, cəhətlərini müzakirə edə biləcəyimiz yeganə şəxsiyyət elə biz özümüzük.

YALAN XƏSTƏLİYƏ GƏTİRİB ÇIXARIR «Nə tökərsən aşına, o da çıxar qaşığına» məsəlini yəqin ki, hamı xatırlayır. Əslində, bunu da bumeranq effekti adlandırmaq olar. Amma kiminsə ünvanına yalan söylədikdə, sözlərinizə cavab olaraq, yalnız danışdığınız keyfiyyətləri əldə etmirsiniz. Ətrafdakılar da haqqınızda eyni sözləri söyləyəcəkdir! Və kimi isə məzəmmət edir və aldadırsınızsa, əmin olun ki, siz də məzəmmət olunacaq və aldadılacaqsınız. Bəzi fizioloqlar hesab edir ki, insan yalan söyləyərkən, yaxud söyüşdən istifadə edərkən aktivləşən beyin hissələri (alın payları) özünü cəzalandırma funksiyası ilə sıx əlaqədədir. Bu, tütünçəkmədən asılılıq kimi vərdişlər ilə təzahür oluna bilər. Yaxud, risk etməyə meyllilik və ya tez-tez baş verən, sanki təsadüfi xoşagəlməz hallar ilə rastlaşmaq mümkündür (leysan yağış zamanı çətir yaddan çıxır; vacib görüşdən əvvəl liftdə qalmaq). Belə çıxır ki, bəxti gətirmə, yaxud, uğursuz vəziyyətlər bizim şəxsi psixoloji məqsədlərimizin nəticəsi ola bilər.

SUSMAQ QIZILDIR! İstənilən işdə uğur sirlərindən biri öz planlarını

aşkar etməmək qabiliyyətidir. Hətta həmsöhbətinizə tam etibar etdiyiniz halda belə, məqsədlərinizin bütün təfərrüatlarını danışmamaq məsləhətdir. Niyə? • Birincisi, formalaşmış, lakin söylənilməmiş fikir özündə daha çox enerji daşıyır, nəinki səslənmiş. • İkincisi, hətta ən xoş məramlı həmsöhbətiniz belə sizin qabiliyyətinizə şübhə ilə yanaşa bilər. Şübhələnərkən isə, sizi də tərəddüd etməyə vadar edər. Və əlbəttə ki, məqsədlərinə əmin olmadığınız insana planlarınızı etibar etmək, yaxud, yeni başladığınız işi göstərməyə dəyməz. Bir insanın digərinə göstərdiyi ən geniş yayılmış neqativ təsir misalı bədnəzərdir. Xalq arasında bu hal uğursuzluğa gətirə biləcək, xəstəlik, yaxud, digər xoşagəlməz hadisə törədə biləcək sözlərə şamil edilir. Yaxınlarınız ilə dava, münaqişə, qalmaqal və mübahisədən xüsusi ilə qaçmaq lazımdır. Onların sözləri daha güclü təsir göstərir.

VƏ HEÇ BİR «AMMA»! 1. «-mamaq» - ən çox sui-istifadə etdiyimiz sonluqdur. İdmançılara yaxşı məlumdur ki, starta çıxarkən, heç bir halda axırıncı olMAMAQ, rəqibə uduzMAMAQ məqsədləri qoymaq olmaz. Onlar üçün fikirdə dolaşan ən yaxşı şüar yalnız müsbət söz birləşməsi ilə ifadə olunur – birinci olMAQ, udMAQ. 2. «Amma» - ziddiyyətli informasiyanı anlamaq cəhdlərimizi boşa çıxara biləcək daha bir söz. Həmsöhbətinizə «bunlar hamısı düzdür, AMMA…» cavabı, onunla razılaşdığınız, lakin istənilən halda öz bildiyinizi edəcəyiniz deməkdir. Bu halda siz qarşılıqlı anlaşma qarşısında bir maneə yaratmış olursunuz. 3. Xəstəliklər ilə bağlı olan sözlərdən ehtiyatla istifadə edin. Bizim təhtəlşüur düşüncəmiz yumor hissindən məhrumdur və mühakimələri xatirələrdən, başqa insanların sözlərindən ayırmağı bacarmır. Ona görə də, hətta zarafatcasına belə özünüzə və başqalarına xəstəlik ilə bağlı təxəllüs verməyin.


78

ƏLAÇI SİNDROMU


79 Anoreksiyalı, yəni, qeyri‑təbii kökəlmək qorxusu olan insan‑ ların sayı son on ildə bir neçə dəfə artmışdır. Risk qrupuna yeniyetmələr və gənc qızlar daxildir. Anoreksiya vəziyyətinə qədər arıqlamış qızların problemi yemək ilə əlaqədar deyil. Çətinliklər – ətrafdakılar ilə münasibət və özünüqiymətlən‑ dirmədədir. Çox zaman öz bədəni ilə mübarizəni əlaçı qızlar başlayır. Belə qızlar yalnız təhsildə birinci olmağa çalışmır. İctimai həyat, yaradıcılıq, zahiri görünüş – hər şey yüksək səviyyədə olmalıdır. Belə yeniyetmələr ətrafdakıların fikrindən çox asılıdır. Onlar üçün tərif qazanmaq çox vacibdir. Erkən cinsi inkişaf etmiş qızlar öz həmyaşıdlarına nis‑ bətən daha çox riskə məruzdur. Onlarda fizioloji dəyi‑ şikliklər artıq 11‑12 yaşlarda əmələ gəlir. Lakin onlar bu dəyişiklikləri qadın incəliyi kimi qəbul etmirlər. Elə düşünürlər ki, kökəldikləri üçün belə görünürlər. Qızınızın daha da incə görünmək istəyində israrlı olmasını gördükdə, onun dərdinə şərik olmaq lazımdır. Özünüqiymətləndirməni artırmaq üçün lazımi sözlər, arqumentlər tapmağa çalışın. Ona böyüməsini anlatmağa çalışın. Oğlanların fikirləri – yalnız diqqəti cəlb etmək cəhdidir. Deyə bilərsiniz ki, müasir gözəllik standartları reallıqdan uzaqdır. Qızınız lazımsız arıqlama olmadan da gözəldir. Bu mərhələdə qızınızın davranışını korreksiya etmək sizin iqtidarı‑ nızdadır. Siz birlikdə, misal üçün, ona lazım olan gün ərzindəki kalori normasını hesablaya bilərsiniz. Anoreksiaynın artıq «kök salmasının» bir neçə əlamətləri mövcuddur. Gənc qız qabarıq şəkildə arıqlayır, tez‑tez üşüyür, ailəvi süfrədə iştirak etmir, fitneslə fəal şəkildə məşğul olur. Bu mərhələdə ac pəhrizlərin zərəri haqqında fikir söyləmək mənasızdır. Həkimə müraciət etmək lazımdır. Qızınız bunun əleyhinə də ola bilər. Bu halda təkid etmək deyil, müəllim, yaxud, dostlar vasitəsi ilə təsir etmək lazımdır. İdealda onun bir neçə mütəxəssis müayinəsindən keçməsi məsləhətdir – terapevt, psixoterapevt və psixoloq. Terapevt sizə qızınızın fiziki vəziyyətinin necə olması haqqında məlumat verəcək. Psixoterapevtin iştirakı ona çəkini artırmağa kömək edəcək. Psixoloq ilə birlikdə o, özünün zahiri görünüşündən narazılığının səbəbini araşdıracaq. Bəzi hallarda hətta hospitalizasiya tələb olunur. Bu, qızınızın qəzəbinə səbəb ola bilər. O, sizi inandırmağa çalışacaq ki, hər şeyin öhdəsindən özü gələcək. Lakin onun sözləri ilə razılaşmayın. Anoreksiklər çox zaman yaxınları ilə manipulyasiya edir. Onlar öz valideynlərini «problemli» qızlarından can qurtarmaq istəyində günahlandırır. Əslində isə, bu, sadəcə müalicə olunmamaq istəyidir. Xəstəxanada, yaxud evdə həkimlərin nəzarəti altında gənc qız itiril‑ miş kiloları toplayır. Lakin problem bununla bitmir. Çəki onun üçün yenə də ağrılı mövzu olaraq qalır. Əvvəlcə qız bəzi ərzaqlardan imtina edə bilər. Bunu faciə kimi qəbul etmək lazım deyil. İstəmirsə, yeməyə məcbur etmək olmaz. Qızınıza azadlıq verin. O, özü üçün yeməyə nə isə hazırlamaq istədikdə, bunu qadağan etməyin. Ümumiyyətlə, söhbətləri yemək ətrafında qurmağa çalış‑ mayın. Qızınızın diqqətini təhsil, karyera, öz maraqlarına görə məşğuliyyətlər üzərinə keçirməyə çalışın. Qoy onun həyatında həlli tələb olunan məsələlər olsun. Onların uğurlu həlli özünüqiymətləndirməni kənardan artırmağa kömək edə bilər. Bu isə – anoreksiyanın öhdəsindən gəlmək üçün daha bir addımdır.


"Ailə Həkimi" Jurnalı 14 - 2010  

"Ailə Həkimi" Jurnalı Aprel - 2010