Issuu on Google+

FEVRAL

01(05) 2009

“NƏVAZİŞLİ” PƏHRİZ İSLAM TƏBABƏTİ RƏQS STRESİ AZALDIR

UŞAQ AQRESSİVLİYİ

EVLİLİK “QORXU”SU

ÜÇ MİN AMERİKALININ AZƏRBAYCANLI HƏKİMİ İradə Dalili ilə müsahibə

ŞƏKƏRLİ DİABET - SOSİAL BƏLA Rafiq Məmmədhəsənovla müsahibə


AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL Fevral 2009 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Kazım oğlu Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə Baş redaktor Gülnar Məsimli Tibbi redaktor Əli Nağıyev Baş rəssam Mir-Teymur Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Əlfəddin Abdullayev tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi Fərid Ələkbərli tarix elmləri doktoru

İCTİMAİ SƏHİYYƏ ƏHALİNİN SAĞLAMLIĞININ MÜHAFİZƏSİNDƏ İLKİN TİBBİSANİTARİYA YARDIMININ ƏHƏMİYYƏTİ...............................4

MASKALAR...............................44 QIŞ MAKİYAJI............................45 KREMİ NECƏ SEÇMƏLİ?.........46

CAN SAĞLIĞI TUBERKULYOZ...........................6

İNCƏSƏNƏT VƏ SAĞLIQ RƏQS STRESİ AZALDIR...........50

ÜRƏYİMİZ SÖZÜMÜZƏ BAXIRMI?....................................8

QONAĞIMIZ

XOLESTERİN DOSTDUR, YOXSA DÜŞMƏN?....................10

ÜÇ MİN AMERİKALININ AZƏRBAYCANLI HƏKİMİ (İradə Dalili ilə müsahibə)........52

BAŞ HƏRLƏNMƏSİ NƏDİR?....12

XALQ TƏBABƏTİ “OTLARIN ANASI”....................56

İMMUNİTET................................14 ŞƏKƏRLİ DİABET- SOSİAL BƏLA (Rafiq Məmmədhəsənovla müsahibə).................................16

NAR ŞİRƏSİ CANIN DƏRMANI......................57 MÜRƏBBƏLƏRİN XEYRİ..........58

NARKOTİKLƏR – TƏHLÜKƏ MƏNBƏYİ................22

TƏRƏVƏZLƏRİ TANIYIRIQMI?............................59

Art-dizayner İman Hüseynov

REPRODUKTİV SAĞLAMLIQ

QİDALANMA

Hüquqşünas Səbuhi Abdullayev

REPRODUKTİV SAĞLAMLIĞIN ƏSASLARI.......24

MEYVƏ DESERTİ......................60

Texniki işlər üzrə menecer Natiq Nəbili Reklam meneceri Cavid Mustafayev Korrektor-operator Rəna Kərimova Yazarlar Rəna Namazqızı Xəyalə Mustafayeva “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir.

AĞIR FƏSAD TÖRƏDİCİSİ XLAMİDİOZ................................26

SELLÜLOZ - ŞUX QAMƏTİN AÇARI........................................64 KÖKLÜYƏ “YOX” DEYƏK........66

DÖŞ ƏMƏLİYYATI VƏ FƏSADLƏRI...............................28

“NƏVAZİŞLİ” PƏHRİZ...............67

DÖŞ XƏRÇƏNGİ.......................29

MARAQLIDIR “SEHRLİ” GÜZGÜ.....................68

TİBB YENİLİKLƏRİ..........30 TİBB TARİXİ İSLAM TƏBABƏTİ.....................32

KÖRPƏM

ƏN ÇOX DEPRESSİYAYA SALAN PEŞƏ MÜƏYYƏN OLUNUB......69

PSİXOLOGİYA UŞAQ AQRESSİVLİYİ...............70

SÜDƏMƏR KÖRPƏ...................36 EVLİLİK “QORXU”SU...............72 BƏLƏYİN ZƏRƏRİ.....................37 UŞAQ İLƏ BİRGƏ YUXU..........38

Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan Nəşriyyatı” Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96

DÜZĞÜN ÇİMDİRMƏ QAYDALARI..............................40

Qiyməti: 4 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

KİŞİ DƏRİSİNƏ QULLUQ..........42

GÖZƏLLİK ONDUR...

İLK TİBBİ YARDIM...........74 SORUŞUN, CAVAB VERƏK.................76 ULDUZLARDAN XƏBƏR ÖKÜZ İLİNDƏ BÜRCLƏR NƏ DEYİR?.............78


Dəyərli oxucu! 2009‑cu ildə xoş gördük sizi! Ömür qatarının növbəti ‑ tarixin yaddaşında qalacaq ilinin sərnişinləriyik. Mənzil başına gümrah, xoş duyğularla yetmək üçün bu qatara etibarlı bələdçi mütləqdir. Fikri müsbət emosiyalara kökləmək, həyata sağlam baxış, hərəkətdə dinamiklik, bir az gülüş, səmimiyyət – budur dirilik, sağlamlıq kokteyli. “Ailə həkimi” Yeni ilinizi ürəkdən təbrik edir və sizlərə birinci növbədə can sağlığı arzulayırıq. Həyat yenicə doğulandan başlayır. Ailəni körpəsiz təsəvvür etmək çətindir. Humanist ölkə başçımız Cənab Prezident İlham Əliyevin imzala‑ dığı 22 dekabr 2008‑ci il tarixli sərəncama əsasən 2009‑cu il Azərbaycan respublikasında “Uşaq ili” elan edilib. “Ailə həkimi”nin hər sayında gənc analar südəmər körpəyə qulluğun bütün mərhələlərini öyrənə bilərlər. Müxtəlif səpkili məqalələrlə ailədə sağlam mühit, müsbət psixoloji durum formalaşdırmaqda sizə yardımçı olacağımıza əminik. Baş redaktor Gülnar Məsimli


4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada icti‑ mai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazır‑ lanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tən‑ zimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyə‑ nin maliyyələşdirilməsi sahəsində isla‑ hatların aparılmasının metodik əsas‑ landırılmasını həyata keçirir.

ƏHALİNİN SAĞLAMLIĞININ MÜHAFİZƏSİNDƏ İLKİN TİBBİ-SANİTARİYA YARDIMININ ƏHƏMİYYƏTİ İlkin səhiyyə xidmətləri (İSX) əhalinin ehtiyaclarına uyğun və onlar tərəfindən istifadəsi mümkün olan, icmanın iştirakına əsaslanan, iqtisadi cəhətdən sərfəli və cəmiyyətin müxtəlif sektorlarının əməkdaşlığı ilə xarak‑ terizə olunan qulluq ideyasını əks etdirir. Səhiyyə xid‑ mətinin səviyyəsi nöqteyi‑nəzərindən İSX ilkin təmas nöqtəsidir və sağlamlıqla bağlı problemlərin əksəriyyə‑ tini əhatə edir. Bir fəlsəfə kimi “İSX sektorlararası yanaşma vasitəsilə fərd və cəmiyyətə ədalətli qulluğun çatdırılması ideyasını əks etdirir”. Ümumi praktika həkimi (ailə həkimi) tərəfindən göstərilən tibbi yardımın yüksək effektivliyi və ümumi həkimlik təcrübəsi prinsipi üzrə təşkil olunmuş ilkin tibbi‑ sanitariya yardımının (İTSY) iqtisadi səmərəliliyi bu sis‑ temin sürətli inkişafının zəruriliyini sübut edir. Ümumi praktika həkimi prinsipi üzrə əhaliyə ilkin tibbi‑sanitariya yardımının göstərilməsində islahatlar pasiyentin səhhəti ilə bağlı profilaktik tədbirlərin geniş tətbiqini və şəxsi məsuliyyətini nəzərdə tutur. Ümumi praktika həkiminin fəaliyyətinin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, nəinki təhkim olunmuş bütün əhali ilə, eyni zamanda konkret şikayəti olmayan, həkimə müraciət etməyən (sağlam hesab edilən) əhali ilə də iş aparır. Son illər həkimdən, fərdi xüsusiyyətlər və yaşayış şəraiti nəzərə alınmaqla, sağlam həyat tərzinin formalaş‑ masına dair məsləhətlər almaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artmış və artmaqda davam edir. Odur ki, ictimai səhiyyə insanın həyat potensialının yük‑ səlməsinə və ömrünün uzanmasına yönələn profilaktik proqramların tərtibinə hazır olmalıdır. ABŞ‑da, Kanadada, Böyük Britaniyada aparılan müasir tədqiqatların analizi ümumi praktika həkiminin sağlam‑ lığın qorunması və həyatın davamlılığının təmin olun‑ masına dair fərdi və ailə proqramlarının tərtibində isti‑ fadə edilməli olan baza məlumatlarını müəyyən etməyə imkan verir.


5 Ailədə müsbət psixoloji mühitin formalaşmasına, eləcə də orqanizmin bu və ya digər fərdi xüsusiyyətlərinin aşkarlanmasına profilaktik proqram‑ larda böyük yer ayrılmalıdır. Ailədə və onun konkret üzvündə xəstəliyə meyllilik müəyyən edilərsə, ümumi praktika həkiminin məsləhəti koordinasiya seçimində mühüm rol oynayır. Ailənin genetik və psixoloji durumu xəstələnmənin strukturunu, xəstəliyin gedişinin və proqnozunun xüsusiyyətlərini müəyyən edə bilər. İlkin tibbi yardımın strateji əhəmiyyəti səhiyyə sis‑ temi islahatlarının əsas məqsədlərindəndir. Avropada səhiyyə islahatları üzrə Lyublyana xartiyasında (Sloveniya, 9 iyun 1996‑cı il) qeyd edilir ki, ilkin tibbi yardımın inkişafı islahatların əsas prinsiplərindən biridir. Ümumi praktika həkimi ilkin tibbi‑sanitariya yardımı çərçivəsində fəaliyyət göstərir. 1978‑ci ildə Alma‑Ata şəhərində, ÜST‑nın konfran‑ sında qəbul edilmiş Deklarasiyada ilkin tibbi‑sani‑ tariya yardımının təsnifatı verilmişdir. İlkin tibbi‑sani‑ tariya yardımı praktiki və elmi cəhətdən təsdiqini tapmış sosial yönümlü metod və texnologiyalara əsaslanan tibbi sanitar xidmətinin əhəmiyyətli hissəsi, milli səhiyyə sisteminin ayrılmaz hissəsi olaraq cəmiyyətin ümumi sosial və iqtisadi inkişafının əsas komponentidir. O, ayrı‑ayrı fərdlər, ailə və əhali qrupları ilə milli səhiyyə sistemi arasında ilkin mərhələ olaraq, tibbi yardımı maksimal şəkildə yaşayış və iş yerinə yaxınlaşdıran, sağlamlığın qorun‑ ması prosesinin fasiləsizliyini təmin edən birinci ele‑ mentdir. İlkin tibbi yardımın kompleks xüsusiyyəti ondan ibarətdir ki, o, özündə nəinki müalicə, həm də reabilitasiya, profilaktika və sağlamlığın möhkəmlən‑ məsi tədbirlərini birləşdirir. İlkin tibbi‑sanitariya yardımı sisteminin islahat‑ larının başlıca şərtlərindən biri səhiyyənin bütün maddi və maliyyə resurslarının maksimal dərəcədə qorunub saxlanılması, yəni fəaliyyət göstərən müalicə‑ profilaktika müəssisələrinin dağıdılması deyil, onların funksiyaları, iş üsulları və maliyyələşdirilmə sistemi‑ nin dəyişdirilməsidir. Ümumi praktika həkiminin fəaliyyətində aşağı‑ dakılar başlıca rol oynayır: Koordinasiya: Ümumi praktika həkimi ayrı‑ayrı fərdlərə və ailələrə müxtəlif səhiyyə xidmətlərinin göstərilməsində məsuliyyət daşıyır. Ümumi praktika həkiminin xidmətləri bütün səhiyyə sistemi çərçivəsində inteqrasiya olunmalıdır. Məlumatlılıq: Ümumi praktika həkimi pasiyentin səhhəti ilə bağlı bütün məlumatları bilməlidir. Əlçatanlıq: Ümumi praktika həkiminin xidməti pasiyentlərə istənilən vaxt əlçatan olmalıdır. Resursların idarə olunması: Ümumi praktika həki‑ minin strateji mövqeyi səhiyyə resurslarının

yönəldilməsinin idarə olunmasını təmin etməlidir. Ümumi praktika həkiminin rolu sahə terapevti və pediatrlarının funksiyalarından fərqlənir. Terapevtlər və pediatrlar xəstələrin yarısından çoxunu dar mütəxəssislərə göndərirlərsə (bəzi hallarda xəstələr mütəxəssislərə birbaşa müraciət edirlər), ümumi prak‑ tika həkimləri daha çox yayılmış xəstəlikləri özləri müalicə edir, lazım olduğu hallarda pasiyentə dar mütəxəssis xidmətinin zəruriliyini müəyyən edirlər. Əldə olunan məlumatlara görə ümumi praktika həki‑ mi tərəfindən dar mütəxəssislərə və stasionara göndərilən xəstələrin sayı sahə terapevtləri ilə müqa‑ yisədə iki dəfə azdır. Ümumi praktika həkimi dar mütəxəssislər tərəfindən pasiyentə göstərilən tibbi yardımın növlərini koordinasiya edir və müalicə tamam olandan sonra pasiyentə nəzarəti yenidən öz öhdəsinə götürür. Beləliklə, ümumi praktika həkimi pasiyentə uzun müddət, bəzən isə ömür boyu xidmət edir. Bu, ümumi praktika həkiminə pasiyentlə daha yaxından tanış olmaq, onun yaşayış şəraitini daha yaxşı bilmək, xarici amillərin və həyat tərzinin pasiyentin sağlam‑ lığına təsiri barədə məsləhətlər vermək imkanı yaradır. Ümumi praktika həkiminin nüfuzu, onların əhali ilə sıx və etibarlı əlaqəsi pasiyentlərdə öz sağlam‑ lıqlarına məsuliyyət hissinin yaranmasına zəmin yaradır.


6 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AĞCİYƏR XƏSTƏLİKLƏRİ ELMİ‑TƏDQİQAT İNSTİTUTU

NECƏ YOLUXUR? Dünyada hər üç insandan biri orqanizmində tuberkulyoz (vərəm) çöpü daşıyır. Bu xəstəliyə daha çox məhbuslar, daimi yaşayış yeri olmayan şəxslər, narkomanlar yoluxurlar, ancaq son zamanlarda əhalinin imkanlı, rifah içərisində yaşayan təbəqəsi arasında da bu xəstəliyə çox rast gəlinir. Belə ki, tuberkulyoz xəstələri ilə təmasda olmaq məcburiyyətində qalan tibb işçiləri, həbsxana personalı, xəstənin ailə üzvləri arasında da vərəmə yoluxma faktları aşkar‑ lanır. Tuberkulyoz çöpü ilə yoluxan insanların hamısında bu xəstəlik inkişaf etmir. Vərəmin inkişafı orqanizmin zəifləməsi, məişət şəraiti, qidalanma, siqaret çəkmə, alkoqolizm və digər zərərli amil‑ lərdən asılıdır. İnsan sağlamdırsa, normal evdə yaşayırsa, onun immun sistemi tuberkulyoz çöplərinin öhdəsindən gəlir. Ancaq bir sıra amillər var ki, onların nəticəsində xəstəliyin ağır‑ laşmasının qarşısını almaq çətin‑ ləşir. Bunlar aşağıdakılardır:


7 ‑ Qidalanmanın keyfiyyəti. Aclıq və ya qidanın kifayət qədər olmaması orqanizmin müqavimə‑ tini azaldır. ‑ Toksiki məhsulların istifadəsi. Tütün çəkmə və çoxlu miqdarda spirtli içki qəbulu orqanizmin müdafiə qüvvəsini xeyli azaldır. Bəzi xəstəliklər zamanı istifadə olunan immunodepressantlar da bu cür təsirə malikdir. ‑ HİV‑ə yoluxmuş insanlar, dia‑ bet, leykoz və cüzam xəstələri arasında da bu xəstəlik qısa zamanda aktiv fazaya keçə bilir. ‑ Stress də tuberklyozun inkişafına təsir göstərir.

TUBERKULYOZ TÖRƏDİCİSİ Xəstəliyi törədən tuberkulyoz çöpünü (mikobakteriyanı) XIX əsrin sonunda Kox kəşf edib. Tuberkulyoz törədiciləri çox dəyişkəndir və onlarda sürətlə dərmanlara qarşı davamlılıq xüsusiyyəti yaranır. Tuberkulyoz ilə yalnız insanlar deyil, infeksiya mənbəyi olan heyvanlar da xəstələnir. Tuberkulyoz çöpü daha çox hava‑damcı yolu ilə yayılır. Həmçinin öskürək, bəlğəm, eləcə də toz təhlükə törədə bilər. Günəş şüaları çatmayan nəm yerlərdə tuberkulyoz törədicisi aylarla yaşayır. Təsadüfi hallarda tuberkulyoza qida (süd və ya ət), su (su hovuzları tuberkulyoz xəstəxanalarının və ya xəstə hey‑ van olan fermaların axıntıları ilə çirkləndikdə) vasitəsi ilə yoluxmaq olar. Bəzən cəsədlərin yarılması və ya ət cəmdəklərinin doğranması ilə məşğul olan insanlar dəri səthindəki yaralar vasitəsi ilə tuberkulyoza yoluxa bilər.

TUBERKULYOZUN TƏYİN OLUNMASI Orqanizmdə təhlükəli tuberkul‑ yoz çöplərinin olmasını yoxlamaq üçün bütün məktəbəqədər yaşda olan uşaqlara və məktəblilərə tuberkulin sınağı aparılır.

Tuberkulin tuberkulyoz törədi‑ cisindən hazırlanır. Sınaq müsbət‑ dirsə (iynə yeri qızarır, şişir), həkim tuberkulyoza yoluxmadan şübhələnir. Tuberkulyoza yolux‑ madan az müddət (1‑2 həftə) sonra aparılmış sınaq mənfi də ola bilər. Tuberkulyoza yoluxma ilə bağlı olmayan müsbət sınaqlar da qeyd oluna bilər (misal üçün, allergiyaya meyllik olduqda və ya tuberkulyoza qarşı peyvənd yaxın vaxtlarda olunubsa). Tuberkulin sınağından başqa, flüoroqrafiya seansları ilə aparılan profilaktik müayinələr də böyük rol oynayır.

XƏSTƏLİYİN İLKİN MƏRHƏLƏSİ Sağlam uşaqlarda tuberkulyoza yoluxmadan sonra tuberkulyoz çöpünə qarşı immunitet yaranır. Zəif uşaqlarda isə xəstəlik inkişaf edir: qızdırma, pis əhval‑ruhiyyə qeyd olunur. Dərman profilak‑ tikası ilkin tuberkulyozu məhv edir. Müalicə aparmadıqda, tuberkulyoz bütün orqanizmi əhatə edir. Tuberkuloz zamanı xüsusi ilə döş qəfəsində yerləşən limfa düyünləri və ağ ciyərlər

zədələnir. Bəzən güclü dərman müalicəsinin aparılmasına baxma‑ yaraq, tuberkulyoz ocaqları bərkimiş sahələr şəklində qalır və xəstəlik ağırlaşaraq, ikincili tuberkulyoza keçir. Bu zaman əvvəlcə xəstəxana şəraitində, daha sonra isə poliklinikada uzun müd‑ dətli müalicə kursu aparılır.

MÜALİCƏ Vərəmə qarşı müalicə sxemini, kimyəvi terapiya rejimini və müd‑ dəti yalnız həkim‑ftiziatr müəyyən edir. Zəruri preparatlar ilə dəqiq dozalarda və tam müalicə kursu ərzində müntəzəm müalicənin aparılması bilavasitə həkim nəzarəti altında mümkündür. Düzgün aparılmış müalicə nəticəsində tuberkulyoz tam sağalır. İradə Axundova Elm üzrə direktorun müavini, tibb elmləri namizədi


8

ÜRƏYİMİZ SÖZÜMÜZƏ BAXIRMI?

u orqan xüsusi zərif‑ liyi və kövrəkliyi ilə fərqlənir, onu sındırmaq çox asandır. Deyirlər ki, bəzi insanlarda o, ümumiyyətlə mövcud deyil. Söhbətin nədən get‑ diyini, yəqin ki, anladınız? Ürəkdən! Bəzi insanlar öz zəhmətkeş orqan‑ ları haqqında çox gec, artıq bu orqan “qəza” vəziyyətinə düşdükdə və ağrımağa başladıqda düşünür. 40‑50 yaşında insanların üçdə biri, özləri də bilmədən, ürək problemləri yaşayır. Bu vəziyyətin səbəbləri olduqca sadədir. Ürəyi artıq kilo‑ qramlar, nikotin, alkoqol, stress və hərəkətsizlik məhv edir. Ürəyinizin necə işlədiyi, hər saniyə, gün və saat nə etdiyi haqqında heç düşünmüsü‑ nüzmü? “Döyünür və damarlara qan ötürür” kimi tanış ibarələr insan ürəyinin işlədiyi nəhəng gərginlik haqqında heç nə demir. Bir təsəvvür edin ki, ümumi uzunluğu 100 min kilometrə yaxın olan damar və kapillyarlar ilə hər gün tonlarla qan vurmaq üçün hansı gücə malik olmaq lazımdır?

Halbuki, bu işi yorulmadan, ildən‑ ilə görəsən. Onu da unutmaq lazım deyil ki, bu möcüzəli orqan bir yumruq ölçüsündədir və çox zərifdir. Bu səbəbdən də hər zaman xüsusi diqqət və qayğıya möhtacdır.

TİBBİ MƏLUMAT Ürək daxildən və xaricdən xüsusi qişa ilə örtülmüş bir əzələdir. Xaricdən orqanı ürək kisəsi – perikard əhatə edir. O, ürəyi ətraf toxumalardan ayırır, onun boşluğunda olan maye isə ürək yığılmaları zamanı sürtünməni azaldır. Ürək sanki hər biri iki mərtəbəyə bölünmüş iki yarıdan ibarətdir: yuxarıda – ürək qulaqcıqları, aşağıda – mədəciklər. Bu yarı tayların bir‑biri ilə əlaqəsi yoxdur, çünki başqa‑başqa qan ilə “işləyirlər”: sağ tay venoz qanı ağciyərlərdən keçirir, sol isə qanın orqanizmin qalan hissəsindən keçməyini təmin edir. Qulaqcıqlar – qan üçün rezer‑ vuardır. Sağ qulaqcığa venalardan

“yorulmuş” qara qan axıb, tökülür. Sol qulaqcığa isə ağciyərlərdən “təmiz”, oksigen ilə zəngin olan al‑ qırmızı qan tökülür. Qulaqcıqlar dolduqda, qan mədəciklərə ötürülür. Qulaqcıqlar, orta hesabla 0,1 saniyə işləyir, 0,7 saniyə isə dincəlir. Mədəciklər. Hər bir qulaqcıqdan daxil olan qanı öz istiqamətində vurub çıxaran kiçik, lakin çox güclü nasoslardır. İşlənilmiş venoz qan oksigen ilə zənginləşmək üçün sağ mədəcikdən ağciyərlərə ötürülür. “Yaxşı” qan almış sol mədəcik isə orqanizmin hər bir hüceyrəsini bu qan ilə təmin etmək üçün onu ardıcıllıqla arteriyalara qovur. Mədəciklərə daha ağır işi yerinə yetirmək lazım gəlir, ona görə də onların əzələ qatı qulaqcıqlardan daha qalındır. Sağlam ürəkdə mədə‑ ciklərin yığılması 0,3 saniyə davam edir, 0,5 saniyə isə dincəlirlər. Vaxtı ilə fizioloq İ.M. Seçenov hesablayıb ki, mədəciklər sutka ərzində cəmi 8 saat işləyir və bu fakt da 8 saatlıq iş


9 gününün əsaslandırılması oldu. Qapaqlar. Qan ürək vasitəsi ilə yalnız bir istiqamətdə hərəkət etsin deyə, dörd qapaq işləyir: mədəciklər və qulaqcıqlar arasında hər yarıda bir qapaq və damarların ürəyə giriş və çıxışında iki qapaq. Qanın əks tərəfə axmağının qarşısını almaq üçün lazım olan anda “ventillər” açılır və örtülür. 24 saat müddətində qapaqlar 100 min dəfə açılıb‑ örtülməli olur. Təəccüblü deyil ki, belə yüklənmə şəraitində pozul‑ malar baş verə bilər. Buna infeksiya (xəstəliklərdən sonrakı fəsadlar), qapaqların səthində xolesterin və kalsium duzları çöküntüləri, bəzən isə anadangəlmə pozuntular kimi əsas düşmənlər səbəb olur. Xəstəlik nəticəsində qapaq daraldıqda və ya tam bağlanmadıqda, yalnız cər‑ rahlar kömək edə bilər. Nasazlığı təmir etmək mümkün deyilsə, süni qapaqla dəyişdirilir.

ÜRƏK HESABI Bir yığılma müddətində ürək damarlara 60‑75 ml. qan vurur. Sutka ərzində ürək 100 000 dəfəyə yaxın yığılaraq, 6000‑dən 7500 litrə qədər və ya 200 litr həcmində 30‑37 dolu çuqun vanna qan vurur. Qadın ürəyinin çəkisi, orta hesabla 220‑250 qram, kişi ürəyinin çəkisi isə bir qədər artıq – 280‑300 qrama bərabərdir. Sakit vəziyyətdə ürək vurmalarının normal tezliyi dəqiqədə 60‑80 dəfədir (nəbz).

YARDIM TƏLƏB OLUNUR Bütün dünyada insanların vax‑ tından əvvəl ölüm səbəbi ürək‑ damar xəstəlikləridir, ona görə də, onların ən tipik əlamətlərini bilmək çox vacibdir. Stenokardiya. Stenokardiyanın ilk əlamətləri döş sümüyü arxasında sıxıcı və əzici ağrılardır. Ağrılar fizi‑ ki və ya emosional gərginlik zamanı baş verir. Axı məhz belə vəziyyətdə ürəyə daha çox oksigen lazımdır, ürəyin daralmış arteriyaları isə (tac damarlar) onun daxil olmasını

təmin edə bilmir. Tutma adətən 5‑10 dəqiqə davam edir və insan sak‑ itləşdikdən və ya dərman, misal üçün, nitroqliserin qəbul etdikdən sonra keçir. Qeyri‑stabil stenokardiya. Tutmalar qəfildən daha tez və intensiv olmağa başladı? Onlar adi yüklən‑ mə və hətta sakitlik vəziyyətində baş verir və nitroqliserin qəbuluna daha pis təslim olur? Bu, çox həyə‑ canlı əlamətdir. İnfarktönü vəziyyət və ya qeyri‑stabil stenokardiya xəstəxana şəraitində intensiv müa‑ licə tələb edir. Miokard infarktı. Miokard ürək əzələsi, infarkt isə onun məhvi deməkdir. Miokard infarktı daha çox döş qəfəsində çox güclü ağrılar ilə təzahür olunur. Ağrıdan başqa, insan ürəkbulanma, boğulma, baş gicəllənmə hiss edir, dəri soyuq, yapışqan tər ilə örtülür. Miokard infarktı zamanı ağrılar nitroqliserin qəbulundan sonra da keçmir və ağrıkəsici preparatların tətbiqini tələb edir. İnfarkta şübhə yarandıq‑ da, dərhal “təcili yardım” çağırmaq lazımdır, bu zaman hər dəqiqə qiymətlidir. Xəstə vaxtında stasio nara çatdırılarsa, dərmanlar və ya xüsusi balonların köməyi ilə zədələnmiş arteriyanı “açmaq” və ürəyin zədələnmə zonasını azalt‑ maq mümkündür. Bu zona nə qədər böyükdürsə, sonradan ürək çatışma‑ zlığının inkişaf etməsi ehtimalı da bir o qədər yüksəkdir. Həkimlər gələnədək xəstəni uzandırmaq və çeynəmək üçün bir həb (500 mq) aspirin vermək lazımdır. Arterial hipertoniya. Bütün dünya‑ da həkimlər onu “səssiz qatil” adlandırır. İnsanların yarıdan çoxu artmış təzyiqi hiss etmir və müvafiq olaraq, həkimə müraciət etmir. Hipertoniyanın tipik əlamətləri, əsasən ənsə nahiyəsində olan baş ağrılarıdır. Çox yüksək təzyiq zamanı görmə pozuntuları, təngnəfəslik, burun qanaxması baş verir. Müalicə olunmamış hiper‑ toniyanın ən qorxulu fəsadı nitq pozuntuları ilə müşayiət olunan və bədənin yarısının iflic olması ilə

nəticələnən insult, yəni beyin qan dövranın pozulmasıdır. Risk qrupuna az hərəkət edən, siqaret çəkən, qanında yüksək xolesterin səviyyəsi olan insanlar daxildir. Qeyri‑ürək ağrıları. Uzun müd‑ dətli, sızlayan, bir neçə saat və hətta gün davam edən ağrılar ürək ilə əlaqəli deyil. Ağrı dəqiq lokaliza‑ siyaya malikdirsə, basıldığı zaman xoşagəlməz hissiyyatın artdığı müəyyən bir nöqtə mövcuddursa, bu, çox güman ki, dayaq‑hərəkət aparatının osteoxondroz və ya radikulit adlandırılan zədələnmə‑ sidir. Ağrılar yeməkdən sonra baş verirsə və mədə turşuluğunu azal‑ dan preparatların qəbulundan sonra keçirsə, qastroenteroloqun qəbuluna yazılmaq lazımdır.

ÜRƏYİN ÜRƏYİNƏ YATANLAR Alma – almalar antioksidant xüsusiyyətlərə malik olan və qanın tərkibində “pis” xoles‑ terinin səviyyəsini azaldan flavonoidlər ilə zəngindir. Qoz ləpəsi – onların tərkibinə ürək və damarları xolesterinin fəlakətli təsirindən qoruyan maddələr daxildir. Balıq – həftə ərzində dörd parça balıq yemək ürək fəlakəti riskini 44% azaldır. Moruq – eləcə də, moruq mürəbbəsi aspirini layiqincə əvəz edir. Bu giləmeyvənin tərk‑ ibinə damar divarlarını bərkidən C və P vitaminləri, salisil turşusu, kalium və ürəyi stress‑ dən mühafizə edən mis daxildir. Oxşar təsirə böyürtkən də malikdir. Qaysı qurusu ‑ bu qurumuş meyvədən gün ərzində cəmi 150 q. istifadə etsəniz, kaliumun yüksək səviyyəsi sayəsində stenokardiya tutmalarının riski azalır. Banan – gün ərzində 1‑2 banan yemək məsləhətdir.


10

DOSTDUR, YOXSA DÜŞMƏN olesterin ‑ mum şəkilli yağ əridici (həlledici) mad‑ dədir. Orqanizmin bütün toxu‑ malarında var. İnsan orqanizmi bu maddələri həm sərbəst hasil edir, həm də qida vasitəsilə qəbul edir. Xolesterinin 80%‑dən çoxu orqanizm tərəfindən sintez olunur. Orqanizmin özü tərəfind‑ ən hasil olunan xolesterin, başlıca olaraq qara ciyərdə, az miqdarda böyrək üstü vəzilərində, dəridə, bağırsaqlarda və digər üzvlərdə sintez olunur. Çatışmayan 20% isə qida vasitəsilə orqanizmə daxil olur. Bunun üçün normal qidalanma zəruri şərtdir. Qeyd edək ki, xolesterin yalnız heyvan mənşəli məhsullar və yağların (yağlı ət, toyuq yumurtası, kərə yağı, qara ciyər, balıqlar, quş ətləri və s.) tərkibində olur. Ən çox xolesterin

mal beyninin tərkibində (100q ərzağa 6000 mq) ən az isə dana ətində (cəmi 80 mq) olur. Xolesterinə olan sutkalıq tələbat ‑ 350‑500 mq‑dır. Hər yaş üçün xolesterin miq‑ darı fərqli olur. Qadınlarda xolesterinin səviyyəsi kişilərdən artıq olur. Hesab olunur ki, kişilərdə qanın tərkibində xoles‑ terin 7,17 mmol/l‑dan artıq, qadınlarda isə ‑ 7,77 mmol/l‑dan artıq olmamalıdır.

ƏHƏMİYYƏTİ Xolesterin əvəz edilə bilməyən qida maddələrinə aiddir, o, həyat fəaliyyəti proseslərinin normal getməsi üçün zəruridir. Ödün, bir sıra hormonların əmələ gəlməsində, D vitamininin sin‑ tezində iştirak edir. Həmçinin xolesterinsiz cinsi hormonların

(estrogen və androgenlər) sintezi də mümkün deyil. Xolesterin həm də öd axarları və öd kisəsində əmələ gələn daşların əsas komponentlərindən biridir. Daşın tərkibində nə qədər çox xolesterin varsa, onun qeyri‑ cərrahi yolla xaric edilməsi ehti‑ malı bir o qədər çoxdur. Bundan başqa, orqanizmin bütün hüceyrə membranlarının karkası xoles‑ terindən ibarətdir. Yəni xolesterin nə qədər az olarsa, membranlar bir o qədər “duru” olar və hüceyrələr pis fəaliyyət göstərər. Yağlı qidanın həzm olunması üçün öd tərkibinə daxil olan öd turşuları son dərəcə böyük əhəmiyyət kəsb edir. Öd turşuları isə qara ciyərdə xolesterindən sintez olunur. Bu xeyirli işə orqanizmdə olan xolesterinin ¾ hissəsi sərf olunur.


11 ARTIQ OLDUQDA NƏ BAŞ VERİR? Xolesterinin xeyirli cəhətləri ilə yanaşı, orqanizm üçün zərər‑ ləri də çoxdur. Orqanizmə artıq miqdarda daxil olması onu fay‑ dalı maddədən bir nömrəli düşmənə çevirir. Qanda xoles‑ terin konsentrasiyasının yüksək olması (hiperxolesterinemiya) bir sıra xəstəliklərə yol açır. Damarların daxili divarlarında, xüsusi ilə də ürək və beyin damarlarında yığıntı şəklində toplanaraq ateroskleroza (ürək‑ damar sistemi xəstəliyi) səbəb olur. Buradan da ürəyin işemik xəstəlikləri: stenokardiya, infarkt və beyin qan dövranının pozul‑ ması ‑ insult meydana çıxa bilər. Bundan başqa karbohidrat və yağların mübadiləsi pozularsa, xolesterinin orqanizmdə əmələ gəlməsi güclənər. Bu səbəbdən də bir sıra xəstəliklər zamanı xoles‑ terinlə zəngin məhsullara məh‑ dudiyyət qoyularaq, pəhriz təyin olunur.

XOLESTERİNLƏ ZƏNGİN QİDALAR: ‑ Kərə yağı, piy, marqarin; ‑ Yağlı ət, qoyunun döş əti, yağlı donuzun qarın hissəsi, salyami kolbasası (bərk növ), paştet, qaz, ördək əti; ‑ Yumurta; ‑ Üzlü süd, qatılaşdırılmış süd, xama, yağlı pendir, yağlı qatıq, yağlı kefir; ‑ Balıq kürüsü;

‑ Heyvan mənşəli yağda qızarılmış kartof; ‑ Tort, pirojna, yağlı peçenye, dondurma; ‑ Yağlı bulyonlu suplar; ‑ Yağlı souslar, mayonez və digər xuruşlar.

XOLESTERİNİ AZ OLAN QİDALAR: ‑ Günəbaxan, qarğıdalı, soya, zeytun yağları; ‑ Toyuq əti, dana əti, hind toyuğu, dovşan, ov quşları; ‑ Bekon (hisə verilmiş donuz

Fitoterapiya köməkçi vasitə olub, qanda xolesterini aşağı salır. Bu məqsədlə tozağacı tumurcuqlarından, soğandan, sarımsaqdan, günəbaxandan, itburnudan, feyxoadan, avokadodan, çöl bənövşəsindən istifadə edirlər. İri baş sarımsağı əzin, 15 qr təzə nanə və qurumuş limon qabığı əlavə edin, üzərinə 200 qr araq və ya 100 qr tibbi spirt tökün. Bir həftə saxladıqdan sonra gündə 3 dəfə, yeməkdən qabaq 1 çay qaşığı qəbul edin. Bağırsaqdan xolesterinin çıxmasına qara gavalıdan, dəniz kələ‑ mindən, sarımsaqdan, feyxoadan, cəfəridən hazırlanmış və günəbaxan yağı əlavə edilmiş salatlar kömək edir.

əti), vetçina (qaxac edilmiş donuz əti), yağsız qoyun əti, qiymə, qaraciyər; ‑ 1‑2%‑li süd, yağsız pendir, kəsmik, yağsız qatıq; ‑ Ağ balıq növləri (treska, kam‑ bala), yağlı balıqlardan skumbriya, sardina, tunes, qızılbalıq; ‑ Bütün təzə və dondurulmuş tərəvəzlər, paxla, noxud, lobya, qarğıdalı, qabıqla və qabıqsız bişmiş kartof, təzə meyvə, şəkərsiz konservləşdirilmiş meyvələr, quru meyvələr, qoz, şabalıd; ‑ Yulaflı, qarğıdalı və düyülü yeməklər, ‑ Yağsız və şirnisi az olan xəmir məmulatları; ‑ Yağsız pudinq, jele, yağsız souslar; ‑ Az faizli xama və mayonez. Maqsud Qasımov tibb elmləri doktoru


12

BAŞ HƏRLƏNMƏSİ NƏDİR?

lə bir insan yoxdur ki, həyatında heç olmasa bir dəfə baş hərlənməsi hiss etməsin. Baş hərlənməsi adı altında bir çox hissiyyatlar gizlənir: Müvazinətin itməsi (önə, qabağa və yanlara doğru yıxıl‑ ma), ətrafdakı əşyaların və öz bədəninin fırlanma hissi, sərx‑ oşluq halına bənzər baş hərlən‑ məsi. Əgər yerimizdə öz oxumuz ətrafında xeyli fırlanıb dayansaq, həqiqi baş hərlənmənin necə olduğunu hiss edərik. Bədən müvazinətimizi düz saxlamaqda bizə kömək edən baş beynin müxtəlif şöbələri və vestibulyar aparatdır. Əgər baş hərlənməsi ciddi mexaniki səbəb olmadan, meydana çıxırsa, bu, hər hansı bir xəstəliyin təzahürü ola bilər. Bu zaman baş hərlənmə başqa əlamətlərlə də müşayiət oluna bilər:


13 ‑ Ürək bulanma; ‑ Qusma; ‑ Rəngin avazıması; ‑ Soyuq tər basma; ‑ Həyəcan duyğusu; ‑ Şiddətli baş ağrıları; ‑ Başda ağırlıq duyğusu; ‑ Boyunda ağrı; ‑ Görmənin ikiləşməsi; ‑ Qulaqda küy; ‑ Qıcolma əlamətləri; ‑ Əl və ayaqlarda hissiyyatın itməsi. Deməli, baş hərlənməsi ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də istənilən baş hərlən‑ mə halında həkim‑nevropatoloqa müraciət etmək məsləhətdir. Bəs, hansı xəstəliklərdən baş hərlənmə meydana çıxa bilər. Birinci növbədə bilməliyik ki, baş hərlənmə əsasən iki qrup səbəb‑ dən meydana çıxır. I. Vestibulyar aparatın zədələnmələri; II. Beyin qan dövranı pozğun‑ luqları və beyin hipoksiyası. Əvvəla, onu qeyd edək ki, təmiz baş hərlənmə (yəni digər əlamətlərlə müşayiət olunmayan) çox nadir hadisədir və çox zaman vestibulyar aparatın özünün zədələnməsi nəticəsində meydana çıxır. Gəlin yuxarıda sadaladığımız baş hərlənməni müşayiət edən əlamətlər üzrə baş hərlənmənin mümkün səbəblərini birgə nəzərdən keçirək. Baş hərlən‑ mənin ürək bulanma və qusma ilə birlikdə olması aşağıdakı xəstəliklərdən meydana çıxa bilər: qida zəhərlənmələri; arterial qan təzyiqinin yüksəlməsi və ya enməsi; beyinə qan gətirən arteriyaların (onurğa arteriyalarının) boyun səviyyəsində müxtəlif səbəblərdən sıxılması; beyin qan dövranının pozğunluğu səbəbi ilə baş verən beyin hipoksiyası. Əgər baş hərlənmə rəngin avazıması və soyuq tər basma ilə müşayiət olunursa, bu halda daha

çox aşağıdakı xəstəliklərdən şüb‑ hələnmək olar: isterik nevroz; qalxanabənzər vəzin hiper‑ funksiyası ilə xarakterizə olunan zəhərli zob. Ürəyin işemik xəstəliyi və miokard infarktı və s. Həyəcan duyğusu ilə müşayiət olunan baş hərlənməsi daha çox müxtəlif nevrozlarda meydana çıxa bilər. Şiddətli baş ağrıları, başda ağırlıq duyğusu, boyunda ağrı ilə müşayiət olunan baş hərlənmə isə miqren, boyun miozitləri, beyində həcmli törəmələrin olması (beyin şişləri) zamanı meydana çıxa bilər. Görmənin ikiləşməsi və görmə hallüsinasiyaları ilə müşayiət olu‑ nan baş hərlənmə beyində həcmli törəmələrin olması və beyin toxu‑ malarının zədələnməsi şübhəsini yaradır. Baş hərlənməsini qulaqda küy müşayiət edərsə, menyer xəstəliyindən şübhələnmək lazımdır. Əgər baş hərlənmə ilə yanaşı, qıcolma, əl və ayaqlarda hissiy‑ yatın itməsi kimi əlamətlər mey‑ dana çıxarsa, epilepsiyanın və epilepsiyaya bənzər vəziyyətlərin axtarılması məntiqlidir. Ümumiyyətlə, digər simptom‑ larla müşayiət olunub‑olun‑ madığına baxmayaraq, baş hər‑ lənmə bir dəfədən artıq özünü büruzə verərsə, aşağıdakı müayi‑ nələrdən keçməyi ciddi şəkildə məsləhət görərdik: ‑ Nevropatoloqun müayinəsi: kliniki baxış, beyin qan dövranının dopleroqrafik müayi‑ nəsi, elektroensefaloqrafiya, kom‑ püter tomoqrafiyası, maqnit‑rezo‑ nans tomoqrafiyası, qanın ümumi və biokimyəvi analizləri. ‑ Qulaq‑burun‑boğaz həkimi‑ nin müayinəsi: daxili qulağın, orta qulağın, burun‑qulaq keçəcəyinin müayinəsi. Yalnız aparılmış bu müayinə‑ lərdən sonra müalicə istiqaməti həmin mütəxəssis tərəfindən müəyyənləşdirilməlidir.

Maraqlıdır ki, beyin qan dövranı pozğunluğu nəticəsində meydana çıxan baş hərlənmələri zamanı müalicə metodları içərisində ən effektiv olanları qeyri‑dərman müalicələri içərisindən reflekso‑ terapiyadır. Yəni akupunktura, nöqtə masajı, elektrorefleksotera‑ piya, fizioterapiyanın müxtəlif növləri bu zaman daha yaxşı nəticələr verir. Sonda qeyd edək ki, müxtəlif nevrozların nəticəsində meydana çıxan baş hərlənmələrinin müali‑ cəsində digər müalicə metodları ilə yanaşı, qeyri‑dərman müalicə növlərindən sayılan psixoterapiya da istifadə olunmalıdır. Baş hərlənmənin meydana çıx‑ masında insanın həyat tərzinin və peşə fəaliyyətinin mühüm rolu var. Məsələn, sürücülər, gərgin zehni fəaliyyətlə məşğul olan insanlar, kompüter arxasında çox oturanlar baş hərlənmələrinə daha çox məruz qalırlar. Bunu söyləməkdə məqsədimiz odur ki, baş hərlənmələrinin müalicəsi zamanı heç olmasa, müalicə müd‑ dətində həyat tərzinizi və peşə fəaliyyətinizi dəyişdirməlisiniz. Beləliklə, əgər sizdə ilk baxış‑ dan heç bir səbəb olmadan baş hərlənmə meydana çıxarsa, onun davametmə müddətindən asılı olmayaraq, təcili müayinələrdən keçmək lazımdır. Ümumiyyətlə, hər bir insan öz evinə, bağına‑bağçasına, geyimi‑ nə, maşınına göstərdiyi diqqət və qayğının cüzi bir hissəsini bədə‑ ninə, sağlamlığına qarşı göstərsə, bir çox ağır xəstəliklərin qarşısını vaxtında almaq olar.

Əli Nağıyev həkim


14 ış aylarında bir çoxlarımızda immunitet sistemi zəifləyir, orqanizmimiz infek‑ siyalara qarşı müqavimət göstər‑ məkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün ilk növbədə düzgün, kifayət miqdarda və ba‑ lanslı şəkildə qidalanmaq lazımdır. Soyuq havalarda immunitet zəiflədiyindən vita‑ min və minerallarla zəngin, sulu qidaların qəbulu çox əhəmiyyət‑ lidir. İmmunitet sistemini gücləndirmək üçün tərkibində C, E, A, B6, D vitaminləri və bəzi mineralların kifayət qədər olduğu qidaları qəbul etmək

lazımdır. Karbohidrat, yağ, zülal tarazlığının qorunmasına da diqqət yetirilməlidir. Soyuq havalarda xüsusən C vitamini ilə zəngin meyvələrdən istifadə etmək faydalıdır. Güclü immunitetə sahib olan‑ lar özlərini sağlam və gümrah hiss edirlər. İmmunitetin güclü olması bir çox infeksiyalardan, xərçəng xəstəliyindən və ekoloji təsirlərdən də qoruyur. Həmçinin müxtəlif yanıq və zədələrdən, cərrahiyyə əməliyyatlarından sonra tez sağalmaq üçün də güclü immunitetə sahib olmaq vacibdir. Güclü immun sisteminə sahib olmanın ən asan yolu sağlam həyat tərzidir. İmmun sisteminizi zəiflətməmək üçün sizi stressə salan faktorlardan özünüzü qoru‑

malı, alkoqol və nikotinin təsirindən uzaq olmalı, balanslı və nizamlı qidalanmalı, mütəma‑ di şəkildə idmanla məşğul olmalısınız. Ancaq bəzi hallarda bu vasitələr yetərsiz qalır və immun sistemini qaldırmaq üçün dərman preparatlarına ehtiyac yaranır. Preparatların qəbulunu azaltmaq və ya əvəzləmək üçün aşağıdakı qaydalara əməl edə bilərsiniz. Bütün hallarda immu‑ niteti artırmaq üçün istifadə etdiyiniz preparatları həkim məs‑ ləhəti ilə qəbul etməlisiniz.

SOYUQ HAVALARDA... • Qida dəyəri daha yüksək olduğu üçün mövsümündə yetişən təzə meyvələri və


15 tərəvəzləri yeyin. Pomidor, xiyar, bibər kimi qışa xas olmayan tərəvəzlərlə qidalanma məhdud‑ laşdırılmalıdır. • Çay və qəhvə yerinə C vita‑ mini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları için. • Gündə 1,5‑2 litr maye qəbul edin. • Nizamlı şəkildə gimnastika edin. • C Vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq, kimi meyvə və tərəvəzlərə üstünlük verin. C vitamini itkisinin qarşısını almaq üçün salatlar və meyvə suları hazırlanan kimi dərhal qəbul edilməlidir. • Həftədə 2 dəfə balıq yeyin. Həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür. • Normal miqdarda zülal qəbul etmək üçün qida rasionu‑ nuzdan süd, qatıq, pendir, ət məhsullarını əskik etməyin. • Çox şirin və şəkərli qidalar‑ dan az istifadə edin. • Çipsilər, kolbasa, sosiska məmulatları, yağlı ətlər və həd‑ dindən artıq yağlı qidalardan uzaq durun. • Qızardılmış, qovurulmuş qidalar qəbul etmək yerinə, buxarda bişirilmiş və ya qay‑ nadılmış qidalara daha çox üstünlük verin. • Qış mövsümü ilə birlikdə günəş yavaş‑yavaş öz təsirini itirdiyindən D vitamininə ehtiyac yaranır. Xüsusən də azyaşlı və körpə uşaqlarda. Odur ki, soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı qarşılamaq üçün günəşli günlərdə təmiz havada gəzmək lazımdır. Ən azından gün ərzində 10 dəqiqə təmiz havada olmaq məsləhətdir. • Soyuq aylarda enerji qay‑ nağı sayılan və B qrupu vitamin‑ ləri ilə zəngin olan paxlalı bitki‑ lərlə qidalanmaq zəruridir.

İmmuniteti qaldırmaq üçün: 2 alma, 2 kök, 1 çuğundurun şirəsi, 1 yemək qaşığı quşüzümü və ya limon suyunu qarışdırın. Bu qarışığı gündə 3‑4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul edin. EHTİYYATLI OLUN! ‑ Hamilə qadınlara və qanında hemoqlobinin miqdarı normadan yüksək olan insanlara sarımsaqdan çox isti‑ fadə etmək məsləhət görülmür. ‑ Mayaotu zəhərli bitki olduğundan, ondan istifadə edərkən dozasına fikir vermək lazımdır. ‑ Aloe ( əzvay) bitkisi qaraciyər və öd kisəsi xəstəlik‑ ləri, babasil, uşaqlıq qanaxmaları, sistit (sidik kisəsinin iltihabı) və hamiləlik zamanı əks‑göstərişdir. ‑ Jenşen (həyat kökü) bitkisi yuxusuzluq, baş ağrıları və ürəkdə ağrılara səbəb ola bilər. Onu ancaq ilin soyuq aylarında qəbul etmək məsləhətdir. ‑ Dazıotundan uzun müddətli istifadə damarların daralmasına səbəb olur və qan təzyiqini qaldırır. ‑ Gicitkən təzyiq xəstələri və aterosklerozdan əziyyət çəkənlər üçün əks‑göstərişdir. Qanaxmalar zamanı və uşaqlıqda şiş olduqda da gicitkəndən istifadə etmək təh‑ lükəlidir. ‑ Limon nevroz xəstələrinə və ürəyin fəaliyyətində qüsurlar olduqda məsləhət görülmür. Bu bitki həmçinin yuxusuzluğa səbəb olur. ‑ Biyan kökünü mütəmadi qəbul etdikdə arterial təz‑ yiqi qaldırır.

UŞAĞINIZIN İMMUNİTET SİSTEMİNİ GÜCLƏNDİRMƏK ÜÇÜN: Uşaqlarda 0‑3 yaş arası, immu‑ nitet sisteminin ən aşağı səviyyədə olduğu dövrdür. Bu dövrdə yaxşı qidalanma (xüsusən də ilk 6 ayda ana südü ilə qidalanma) mühüm şərtdir. • Uşağınızı həddindən artıq gigiyenik mühitdə böyütməyin (ifrat şəkildə təmiz və qalın geyindirmək, uşağa vasvasılıq dərəcəsində qulluq göstərmək onun immunitetini qaldırmaq əvəzinə, zəiflədər və xəstəliklərə qarşı dayanıqsız edər). • Düzgün və balanslı qidalan‑ maya diqqət yetirin.

• Yuxu rejimini düzgün qurun. • Mümkün olduğu qədər uşağınızı stressdən və mübahisələrdən uzaq tutun. • Həkim məsləhəti olmadan, özbaşına antibiotik müalicəsi təyin etməyin. • Hər dəfə infeksiyaya yolux‑ duqdan sonra körpənin immu‑ nitet sistemi zəifləyir. Ona görə də belə vaxtlarda onun xəstəlik‑ lərdən qorunmasına, düzgün qidalanmasına daha çox diqqət göstərin. • Həkim məsləhəti ilə immu‑ nitet sistemini gücləndirən təbii məhsullardan və vitaminlərdən də istifadə edə bilərsiniz.


16

ŞƏKƏRLİ DİABETSOSİAL BƏLA 1945‑ci ildə Gədəbəydə anadan olub. 1963‑cü ildə Tibb Universitetinin müalicə‑ profilaktika fakültəsinə qəbul olunub. 1969‑cu ildə universiteti bitirdikdən sonra 2 il Naftalanda, 2 il isə Mərdəkanda mədə‑ bağırsaq sanatoriyasında işləyib. Daha sonra Tibb Universitetinin “Daxili xəstəlik‑ lər” kafedrasında aspiranturaya qəbul olunub. 1986‑1990‑cı illərdə SSRİ Tibb Elmlər Akademiyasının Endikrinoloji Elmi Mərkəzində doktoranturada təhsilini davam etdirib. 1990‑cı ildə Bakıya qayıdan Rafiq Məmmədhəsənov həmin ildən Tibb Universitetində kafedra müdiri vəzifəsində çalışır. 1993‑cü ildən isə Universitetin elmi işlər üzrə prorektoru kimi fəaliyyət göstərir. Respublikanın baş endokrinoloqu, millət vəkilidir. 2000‑ci ildə əməkdar elm xadimi adına layiq görülən Rafiq Məmmədhəsənov 2‑si dərslik olmaqla, 6 kitabın və 250‑dən çox elmi məqalənin müəllifidir.

Rafiq Məmmədhəsənov: “Fiziki hərəkətlərin azlığı, stress insanları bu xəstəliyə daha da yaxınlaşdırır”


17

üasir tibb elminin üzləşdiyi problemlərdən biri də şəkərli diabet xəstəliyidir. Vaxtilə az hallarda rast gəlinən bu xəstəlik indi milyonları əhatə edir. Həkimlərin təbirincə desək, şəkərli diabet artıq həyat tərzi‑ nə, sosial bəlaya çevrilib. Dünya səhiyyə təşkilatlarının məlumatlarına görə, yaxın illər ərzində bu xəstəliyə düçar olan‑ ların sayı daha da artacaq. Maraqlıdır, xəstəliklə mübarizə sahəsində hansı işlər görülür, insanlar bu bəlaya düçar olmamaq üçün nə etmə‑ lidirlər? Bu və ya digər suallara aydın‑ lıq gətirmək məqsədilə ölkənin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənovla həm‑ söhbət olduq. ‑ Endikrinologiya haqqında ümumi məlumat verərdiniz... ‑ Endikrinologiya (endo‑daxili, krino‑ayırıram, ifraz edirəm,

loqos‑ təlim, elm) daxili sekresiya vəzləri haqqında elmdir. Əvvəllər endikrinologiya xüsusi fənn kimi deyil, daxili xəstəliklərin bir qolu kimi tədris olunurdu. Lakin xəstəliklər, xüsusilə də şəkərli diabet, endemik ur (qalxanabən‑ zər vəzin xəstəliyi) kimi xəstəlik‑ lərə tutulma halları çoxaldıqca, endikrinologiya ayrıca elm kimi inkişaf etməyə başladı. Daha sonra isə neyroendikrinologiya adlanan elm sahəsi meydana gəldi. İndiyə qədər hesab olunurdu ki, endikrinoloji sistemin şah orqanı hipofiz vəzidir, lakin elm inkişaf etdikcə məlum oldu ki, hipofiz vəzindən də yüksəkdə duran hipotalamusdur. Hipotalamus beyində yerləşir. Burada hipofiz vəzinin fəaliyyəti‑ ni stimullaşdıran liberinlər, həmçinin onu tormozlaşdıran statinlər var. Bunların fəaliyyəti beyin qabığı ilə bağlıdır. İnsanda elə emosional vəziyyət yarana bilər ki, bu, hormonların tormoz‑ lanmasına gətirib çıxarar. Bundan başqa endokrin və ekzokrin adlı vəzlər də var. Endokrin vəzlərin hasilatı birbaşa qana və limfaya, ekzokrin vəzlərin hasilatı isə həzm sisteminə daxil olur. Endokrin xəstəliklərin içərisində ən geniş yayılanı şəkərli diabet‑ dir. ‑ Şəkərli diabet və tipləri haqqında məlumat verərdiniz? ‑ Şəkərli diabetin iki tipi var. Birinci tip şəkərli diabet erkən yaşlarda – 35 yaşa qədər – ortaya çıxır. Birinci tip diabetin müali‑ cəsi üçün mütləq insulin lazım olur. Yəni xəstəliyin bu tipinə tutulan insan insulindən asılı vəziyyətə düşür. Birinci tip şəkər‑ li diabet mədəaltı vəzin müxtəlif infeksiyalar nəticəsində zədələn‑ məsi, onun 85 faizinin sıradan çıxması ilə əlaqədar olaraq yaranır. İkinci tip diabet isə adətən 35 yaşdan sonra əmələ gəlir və

əsasən həblərlə, pəhrizlə müalicə olunur. Yəni xəstəliyin bu tipində insan insulindən asılı vəziyyətə düşmür. Onu da nəzərinizə çat‑ dırım ki, ikinci tip şəkərli diabet xəstələrinin sayı daha çoxdur. Tədqiqatlar göstərir ki, diabetik‑ lərin 85 faizi məhz ikinci tipə tutulanlardır. Artıq hamı şəkərli diabetin irsi‑genetik xəstəlik olduğunu, irsi meyl vasitəsilə nəsildən‑nəslə ötürüldüyünü qəbul edir. Əgər valideynlərdə bu xəstəlik varsa, özünü övladda büruzə vermə ehtimalı böyükdür. ‑ Psixosomatik problemlərin bu xəstəliyə təsiri hansı səviyyədədir? ‑ Alimlərin əksəriyyəti qeyd edirdilər ki, şəkərli diabet endokrinik sistemin pozulması nəticəsində yaranır. Bir qrup alim isə sübut etdi ki, bu xəstəlik baş beyin, mərkəzi sinir sistemi və beyin qabığının fəaliyyəti ilə bağlıdır. Sankt‑Peterburqda bir qrup mütəxəssis pişik üzərində aparılan tədqiqat əsasında bu nəticəyə gəldilər ki, stress nəticəsində qanda şəkərin miq‑ darı yüksəlir. Onlar sağlam bir pişiyin qanında şəkərin miqdarını təyin etdikdən sonra onu sentri‑ fuqaya salaraq, sürətlə fırladırlar. Beş dəqiqə sonra pişiyi oradan çıxardaraq qanında şəkərin miq‑ darını yoxlayırlar. Məlum olur ki, şəkərin miqdarı 500‑ə çatıb. Bununla da sübut olunur ki, stress zamanı insanda şəkərin miqdarı qalxır. İndiki cəmiyyətdə fiziki hərəkətlərin azlığı, stress insan‑ ları xəstəliyə daha da yaxın‑ laşdırır. Qonşundan xoşun gəlmir, hər gün onu görürsən, əsəbiləşirsən, bu da uzun müddət davam etdiyinə görə xroniki stress nəticəsində şəkərli diabet, insult, hipertoniya və s. yaranır. ‑ Rafiq müəllim, şəkərli dia‑ betlə nəticələnən başqa hansı amilləri qeyd edə bilərsiniz?


18 ‑ Şəkərli diabetin yayılma səbəblərindən biri kimi piylən‑ məni göstərə bilərik. Qeyd edim ki, hərəkət azlığı, düzgün qidalanmamaq piylənmə ilə nəticələnir. Piylənmə də öz növbəsində şəkərli diabetin yaranmasına yol açır. Keçmişdə deyərdilər ki, şəkərli diabet var‑ lıların xəstəliyidir. Həqiqətən də varlı insanlar şirniyyatla, müx‑ təlif yağlı qidalarla müntəzəm və çox qidalandıqlarından şəkərli diabet həmin insanların arasında çoxluq təşkil edirdi. Kasıb adamların evində isə belə qidalar heç bayramdan‑bayrama da tapılmırdı. Müasir dövrdə isə insanlar şəkəri çox olan qidaları həddindən artıq qəbul edirlər. Tələbəlik illərində təcrübə zamanı xəstəxanada bir şəkərli diabet xəstəsi tapmırdılar ki, bizə göstərsinlər. İndi isə 3‑4 adamdan biri bu xəstəliyin daşıyıcısıdır. ‑ Hansı əlamətlərə görə insan şəkərli diabetə tutulduğunu müəyyənləşdirə bilər? ‑ Əsasən 3 əlamət – çox yemək, çox su içmək, çox sidiyə getmək – şəkərli diabetin göstəri‑ ciləridir. Bu əlamətlər baş verdikdə insan mütləq analiz ver‑ məlidir. Amma bununla belə onu da nəzərinizə çatdırım ki, şəkərli diabet artıq əlamətlərini dəyişib. İndi bəzi şəxslərdə bu əlamətlər baş vermir. Xəstəlik gizli şəkildə gedir. Ona görə də məsləhət görürəm ki, insanlar 6 aydan bir, heç olmaya ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Müayinədən keçəndə mütləq qanda şəkərin miqdarını da yoxlamaq lazımdır. ‑ Qadınlar arasında süni yolla uşaq salma (abort) halları çoxa‑ lıb. Bu problem endekrinoloji xəstəliklərin yaranmasına zəmin ola bilərmi? ‑ Süni yolla uşaq salmanın qadın orqanizmi üçün bir çox fəsadları var. Bu hal şəkərli dia‑

betlə də nəticələnə bilər. Məsələ burasındadır ki, qadın orqanizmi bir neçə ay ərzində hamiləlik perioduna hazırlaşır. Orqanizm də həmin prosesə köklənir. Qəfildən həmin proses süni şə‑ kildə pozulduqda, orqanizmdə çaşqınlıq yaranır və əks təsirlərə səbəb olur. Maddələr mübadiləsi pozulur. Bundan başqa süd vəzilərində, həmçinin klimaks dövründə müxtəlif problemlər yarana bilir. Bu da öz növbəsində hormonal dəyişikliklərə səbəb olur, qadında hormonal dəyişik‑ liklər, tüklənmə prosesi gedir. ‑ Sizcə, xalq təbabəti ilə şəkərli diabeti müalicə eləmək mümkündürmü? ‑ Xəstəliyin yüngül formasın‑ da təbii vasitələrdən istifadə eləmək olar. Bir çox bitkilər xəstəliyin yüngül və gizli for‑ malarında kömək edə bilər. Məsələn, lobya, palıd qozası, yer alması, qoz qabığı, dəfnə və zey‑ tun yarpağının dəmləməsini içməklə, şəkərin miqdarını salmaq olar. Ancaq xəstəliyin orta və ağır dərəcələrində belə vasitələrdən istifadə heç bir effekt vermir. Bu hallarda mütləq həkimin təyin etdiyi müalicəyə üstünlük verilməlidir. ‑ Dediklərinizdən belə aydın oldu ki, şəkərli diabet getdikcə öz əhatə dairəsini genişləndirir. Dünya miqyasında bu bəlaya qarşı mübarizə aparılırmı? ‑ Öncə qeyd edim ki, hazırda dünyada şəkərli diabet xəstəliyindən əziyyət çəkən 200 milyon insan var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proq‑ nozuna görə, 2025‑ci ildə belə xəstələrin sayı 380 milyona çata‑ caq. Bundan başqa amputasiya olunanların, hipertoniya xəstəliyi‑ nə tutulanların 25 faizi məhz şəkərli diabet xəstələridir. Bu xəstəliyə tutulanların təxminən 50‑60 faizi isə böyrək çatışmaz‑ lığından əziyyət çəkir.

Bir sözlə, şəkərli diabet artıq tibbi problem çərçivəsindən çıxaraq, sosial bəlaya çevrilib. Qeyd etdiyim kimi indi şəkərli diabet bütün dünyada genetik xəstəlik kimi qəbul edilir. Mübarizə məsələsinə gəlincə, dünya miqyasında müəyyən işlər görülür. Ayrı‑ayrı ölkələrdə fəaliyyət göstərən tibb mütəxəs‑ sisləri birgə işlər görməyə çalışır‑ lar. Elə bu yaxınlarda Moskvada “Diabet əleyhinə birləşək” adlı forum keçirilib. Həmin forumda mən də iştirak etdim. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçiri‑ lən foruma BMT‑nin keçmiş baş katibi Kofi Annan da qatılmışdı. Bundan başqa BMT‑nin səhiyyəyə dair 4 qətnaməsindən biri məhz şəkərli diabetlə mübarizəyə həsr olunub (digər üçü isə malyariya, vərəm və QİÇS‑ə qarşı yönəlib). Gülnar Mayisqızı


20

SİNUPRET ZAMANIN SINAĞINDAN ÇIXMIŞ EFFEKTİV DƏRMAN VASİTƏSİ

Yuxarı tənəffüs yollarının xəstəlikləri, o cümlədən sinusitlər, payız-qış aylarında sahə terapevtlərinə və pediatrlara olunan müraciətlərin çox faizini təşkil edir. Ümumilikdə isə yuxarı tənəffüs yollarının xəstəlikləri uşaqlar arasında rast gəlinən patologiyalar sırasında birinci yeri tutur. Məqalə professor Zeynal Cəfərovundur

uxarı tənəffüs yol‑ larının xəstəlikləri siyahısında sinusitlər, otitlər, tonzillofaringitlər üstünlük təşkil edirlər. ABŞ mütəxəssislərinin apar‑ dıqları tədqiqatların nəticələrinə görə, ümumi profilli həkimlərə olu‑ nan müraciətlərin 4,6%‑ni sinusitlər təşkil edir. Son zamanlar sinusitlərlə xəstələnmə hallarının artmasının səbəbləri arasında yerli və ümumi immunitetin zəifləməsi, ekoloji şəraitin pisləşməsi, antibiotiklərə rezistent mikroorqanizmlərin çoxal‑ ması kimi səbəbləri göstərmək olar. Uşaqlarda 75% hallarda rinit xəstəliyinin gec sağalması, prosesin xroniki hala keçməsi sinuslarda olan hər hansı bir patologiya ilə əlaqə‑ dardır. Yuxarı tənəffüs yollarının xəstə‑ likləri zamanı burun boşluğunun şişkinləşmiş selikli qişası burunətrafı ciblərin girəcəyini bağlayır, nəticədə oradakı havanın tərkibində olan oksigen sinusun selikli qişa hüceyrələri tərəfindən udulur. Burunətrafı ciblərdə pnevmatiza‑ siyanın azalması nəticəsində mənfi təzyiq yaranır. Bu fenomen burun‑

ətrafı ciblərə transsudatın axmasına şərait yaradır. Transsudat isə öz növbəsində mikroorqanizmlərin (streptokok, pnevmokok, stafilokok, qram mənfi çöplər, anaerob bak‑ teriyalar, viruslar) inkişafı üçün əlverişli şərait yaradır. Burunətrafı ciblərin selikli qi‑ şasında yaranmış tromboflebit si‑ nusitin əmələ gəlməsində xüsusi rol oynayır. Blokadaya məruz qalmış boşluqda hiperemiya və şişkinliklə müşayiət olunan iltihabi proses yaranır, həmçinin limfositlərin ilti‑ hab ocağına miqrasiyası başlanır. Burunətrafı ciblərdə gedən iltihabi prosesin parogenezində qatı sekretin toplanması əsas rol oynayır ki, bu da ciblərdə təzyiqin artmasına və ağrı hissinin yaranmasına səbəb olur. Bunlardan əlavə hər 3‑4 uşaq‑ dan birində sinusit orta qulağın kəskin iltihabi xəstəliyini törədir. Kəskin və xroniki sinusitlərin müalicəsində antibakterial, antihis‑ tamin preparatların qəbulu ilə yanaşı fizioterapiya müalicəsi, göstəriş olarsa “Haymor” boşluğu‑ nun punksiya edilməsi prosedurası aparılır. Kəskin və xroniki

sinusitlərin kəskinləşməsi zamanı antibakterial müalicəyə başlamaz‑ dan öncə törədicinin antibiotikə həs‑ saslığı yoxlanılmalıdır. Qeyd etmək lazımdır ki, son zamanlar sinusitlə xəstələnmə hal‑ larında antibiotiklərin təyin olun‑ ması şübhə altına alınmağa başlan‑ mışdır. Belə ki, kəskin respirator virus infeksiyaları fonunda əmələ gələn sinusitlər zamanı törədicilərin virus olduğu nəzərə alınaraq, antibiotiklərin təyin olunması əsassız hesab edilir. İstər bakterial, istərsə də virus mənşəli sinusitlərin müalicəsi burunətrafı ciblərin aktiv drenajına yönəlməlidir. Bu da xəstəliyin patogenetik müalicəsində yüksək terapevtik effektin əldə olunmasını təmin etmiş olur. Nəzərə almaq lazımdır ki, burunətrafı boşluqlar mürəkkəb struktura malikdirlər. Bu səbəbdən də drenajın tam olaraq aparılması çətin olur. Yerli damarbüzücü prepartlar effektli olsa da, uzun müddət ərzində istifadə edilmələri məsləhət görülmür. Bir çox mütəxəssislər sinusitlərin müali‑ cəsində alternativ olaraq bitkilərdən


hazırlanmış, kombinəedilmiş preparatlardan istifadə etməyi məs‑ ləhət görürlər. Belə dərman vasitələrindən biri Almaniyanın “Bionorika” şirkətinin 60 il əvvəl istehsalına başladığı SİNUPRET preparatıdır. Uzun müddətli istehsal və istifadə olunmasına baxmayaraq, bu preparat sinusitlərin müali‑ cəsində hazırkı dövrdə də öz aktual‑ lığını saxlamaqdadır və həkimlərin praktikasında əhəmiyyətli preparat‑ lardan hesab edilir. Sinupret preparatının tərkibi. Tərkib komponentləri: ‑ 1 drajedə 1 damcıda ‑ Acıçiçək kökü 6 mq 2 mq ‑ Kasacıqlı novruzgülü çiçəyi 18 mq 6 mq ‑ Quzuqulağı yarpağı 18 mq 6 mq ‑ Gəndalaş çiçəkləri 18 mq 6 mq ‑ Minaçiçəyi otu 18 mq 6 mq. Sinupret sekresiyanı effektiv tənzimləyir, seliyin qatılığını nor‑ mallaşdırır, mukostazı aradan qaldırır, mukosiliar klirensi bərpa edir. Sinupret selikli qişada ödem, şişkinlik, iltihab əleyhinə təsir göstərir. Çoxsaylı tədqiqatların nəticələrinə görə preparat epitelinin müdafiə qabiliyyətini bərpa edir. Preparatın tərkibində olan kasacıqlı novruzgülü çiçəyi və minaçiçəyi otu virus əleyhinə təsirə malikdirlər. Sinupret digər dərman pre‑ paratları ilə kompleks müalicə sxemlərinin tərkibində də özünə‑ məxsus effektliyini saxlayır. Sinupretin tərkibindəki aktiv komponentlərin farmakoloji xüsusiyyətləri: Təsiri

Acıçiçək kökü

Sinupret sinusitlərin müali‑ cəsindən əlavə, bəlğəmgətirici xüsusiyyətinə görə qatı bəlğəmlə müşayiət olunan bronxit və traxeit‑ lərin də müalicəsində effektiv preparatdır. LOR praktikida Sinupret otitin, adenoiditin, postrav‑ matik və əməliyyatdan sonrakı ödemin müalicəsində effektiv preparatdır. Preparatın təyin olunmasına əks ‑ göstərişlər yoxdur. Hamiləlik dövründə doza rejiminə əməl edilərsə, təhlükəsizdir. Böyüklərə sutka ərzində 2 draje və ya 50 dam‑ cıdan 3 dəfə daxilə təyin edilir. 2‑6 yaşlı uşaqlara 15 damcı sutkada 3 dəfə daxilə təyin edilir. Məktəb yaşlı uşaqlara sutkada 1 draje və ya 25 damcıdan 3 dəfə daxilə təyin edilir. Böyüklər damcı formasını su və digər mayelərlə qatmadan qəbul etməlidirlər. Uşaqlara çay və müx‑ təlif şirələrlə vermək olar. ‑ Seliyin sekresiyasını tənzimləyir və qatılığını normallaşdırır; ‑ Mukosiliar nəqletməni bərpa edir; ‑ İltihab və ödemi aradan qaldırır, tənəffüsü asanlaşdırır ‑ Ciblərin mənfəzinin açıq qal‑ masını bərpa edir; ‑ Ciblərin drenaj və ven‑ tilyasiyasını təmin edir; ‑ Bakterial superinfeksiyanın qarşısını alır; ‑ Virus əleyhinə təsirə malikdir ‑ İmmunmoduləedici və antiok‑ sidant təsir göstərir; ‑ Hamilələrdə rinosinusitlərin müalicəsində seçim preparatıdır; ‑ Preparatın effektivliyi uzun illər ərzində aparılan kliniki tədqiqatlarla sübuta yetirilmişdir. Kasacıqlı Quzuqulağı novruzgülü yarpağı çiçəyi

Sekretolitik

+

+

Bronxokonstriksiyanı azaldır

+

+

+

İltihab əleyhinə

+

İmmunomodulyator

+

Virus əleyhinə

+

Gəndalaş çiçəkləri

Minaçiçəyi otu

+

+

+

+

+


22

AVROPA İTTIFAQI VƏ BMT-NİN İNKİŞAF PROQRAMININ «CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT» (SCAD) REGİONAL PROQRAMI

ünya təcrübəsi göstərir ki, narkomaniyaya qarşı təsirli mübarizə vasitələrindən biri də təbliğatdır. Hesab olunur ki, təbliğat yolu ilə həm narkotik vasitələrin aludəçisinə çevrilmiş şəxsləri, həm də digərlərini bu dəhşətli vərdişdən çəkindirmək mümkündür. Avropa İttifaqı və BMT‑nin İnkişaf Proqramının «Cənubi Qafqazda Narkotiklərə Nəzarət» (SCAD) regional proqramı tərəfindən təqdim olunan bu yazı da təbliğat xarakterlidir və əsasən uşaqlara ünvanlanıb.

NARKOTİK NƏDİR? Narkotik vasitə insanın hiss‑ lərini, düşüncə tərzini və davranışını dəyişdirən maddədir.

DƏRMANLA NARKOTİKLƏRİN FƏRQİ İnsanlar dərmanları xəstələndikləri halda qəbul edirlər. Dərmanların istifadəsi

qanunidir, yəni onları aptek‑ lərdən almaq olar. Lakin narkotiklərdən istifadə edən insanlar adətən əvvəlcə sağlam olur, öz problemlərini unutmaq üçün narkotikdən istifadə edirlər. Narkotiklər qeyri‑qanunidir. Bu da o deməkdir ki, üzərində narkotik vasitə olan, ondan isti‑ fadə edən şəxs hüquq‑mühafizə orqanları tərəfindən saxlınıla və cinayət məsuliyyətinə cəlb oluna bilər. Narkotiklər adətən həblər və ya toz şəklində, bir çox hallarda ağ və ya açıq qəhvəyi rəngdə olur. Narkotiklər bitki, maye və yağ şəklində də ola bilər. Narkotiklər siqaretə dolduru‑ laraq çəkilir, iyləməklə qəbul edilir, iynə vasitəsilə damara yeridilir, bəzi hallarda içkiyə qarışdırılır və ya həb kimi udulur.

lər çox təhlükəli ola bilər. Əksər hallarda narkotiklərdən istifadə insanı cinayət törətməyə sövq edir. Eyni zamanda narkotik‑ lərdən istifadə edən insanlarda asılılıq yaranır, yəni onlar narkotik vasitə olmadan qala bilmirlər.

TƏSİRLƏRİ Narkotikin növündən asılı olaraq təsiri də müxtəlif olur və sonda asılılığa gətirib çıxarır. Bir çox insanlar təsir ötdükdən sonra depressiyaya düşür, özlərini tənha və pis hiss etməyə başlayır‑ lar. Eyni zamanda narkotiklərdən istifadə edən insanlarda çaşqınlıq əmələ gəlir, gözləri qızarır, çox tərləyirlər. Onlar görkəmlərinə, üst‑başlarından gələn qoxuya fikir vermirlər.

NƏ ETMƏLİ? NARKOTİKLƏR TƏHLÜKƏLİDİR? İnsanlar onlara müxtəlif cür reaksiya verdiklərindən, narkotik‑

Kiminsə narkotikə aludə olduğunu bildikdə etibar etdiyiniz şəxslərə ‑ məsələn valideynlərinizə, müəllimlərinizə məlumat verməlisiniz.


23


24

Reproduktiv sağlamlıq sağlamlığın mühüm hissəsini təşkil edir və insan inkişafında mərkəzi yeri tutur. Reproduktiv sağlamlıq insan həya‑ tının şəxsi və əhəmiyyətli aspektlərinə toxunur. Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirməsinə əsasən (ÜST, 1994‑cü il) “Reproduktiv sağlamlıq tam fiziki, zehni və sosial rifah vəziyyətidir ki, yalnız xəstəliyin olma‑ ması ilə müəyyən olunmur və repro‑ duktiv sistemə, insanın bütün ömrü boyu həmin sistemin yerinə yetirdiyi funksiyalara və proseslərə aidiyyəti olan hər bir şey ilə əlaqəlidir. Reproduktiv sağlamlıq insanların məsuliyyəti, məmnunluq hissi yaradan və təhlükəsiz cinsi həyat sür‑ mək, habelə nəsil artırmaq, bunu nə zaman və nə qədər etmək barədə sər‑ bəst şəkildə qərar qəbul etmək imkanı‑ na malik olması deməkdir. Həmin şərt kişi və qadınların məlumat almaq hüququnu və öz seçimlərinə əsasən ailə tənzimlənməsi üzrə təhlükəsiz, effektiv, ucuz və məqbul metodlardan sərbəst şəkildə istifadə etmək imkanı‑ na malik olmalarını, eyni zamanda hamiləlik dövründə və doğuş zamanı qadının təhlükəsizliyini, ər‑arvadın isə sağlam uşağa malik olması ilə bağlı ən böyük ehtimalı təmin edən tibbi xid‑ mətlərdən istifadə imkanını nəzərdə tutur”.

“Reproduktiv sağlamlıq” anlayışı reproduksiya sözündən götürülüb. Reproduksiya bioloji termin olub, orqanizmlər tərəfindən özünə oxşar‑ ları yaratmaqla çoxalma prosesini əks etdirir. İstənilən canlının mövcudiyyəti nəsil dəyişməsindən sonra mümkün ola bilər. Ancaq bütün canlı orqanizm‑ lərin çoxalma və nəsil dəyişməsi biolo‑ ji proqram əsasında baş verib və xarici şəraitdən asılıdırsa, o zaman şüurlu insan bu bioloji proqramın həyata keçməsinə müəyyən təsir göstərə bilər. Bununla da çoxalma sistemini idarə etməklə nəinki çoxalmanı, həm də cəmiyyətin sosial tələbatlarını nəzərə alaraq gələcək nəslin tər‑ biyələndirilməsini təmin edə bilər. Nəslin artırılması anlayışı altında nəinki uşağın dünyaya gətirilməsi, həmçinin sosial mühit üçün tam mənalı üzvün yetişdirilməsi nəzərdə tutulur. Nəslin artırılmasının bütöv bu kompleksi “reproduktiv sağlamlıq” anlayışının əsasını təşkil edir. Reproduktiv sağlamlıq məfhumu‑ nun tərkib hissələri aşağıdakılardır: cinsi sağlamlıq (məsuliyyətli, məm‑ nunluq hissi yaradan və təhlükəsiz cinsi həyat), ailənin planlaşdırılması (reproduktiv sərbəstlik, informasiya, metod və xidmətlərdən istifadə etmək imkanı) və təhlükəsiz analıq (təhlükə‑ siz şəraitdə keçən hamiləlik və doğuş, sağlam uşaqlar).

Reproduktiv sağlamlıq pro‑ qramının qarşısında duran əsas məsələlər aşağıdakılardır: • Ailə planlaşdırılması üzrə məs‑ ləhət, informasiya, təhsil, kommu‑ nikasiya və xidmət; • Hamilə qadının izlənilməsi, ona gigiyena qaydalarının öyrədilməsi, təhlükəsiz analıq və doğuşdan sonrakı müşahidə prinsiplərinin izah edilməsi; • Sonsuzluğun qarşısının alınması və müvafiq müalicəsi; • Abort, abortun qarşısının alın‑ ması və abortun fəsadlarının aradan götürülməsi; • Cinsi yolla keçən infeksiyaların qarşısının alınması və müalicəsi; • Seksual sfera, reproduktiv sağlamlıq və valideynlik məsuliyyəti sualları üzrə məlumatlandırma, təhsil və məsləhət. Son illər (axırıncı 2 ili nəzərə almadan) Azərbaycanda uşaq doğu‑ munun və təbii artımın kəskin aşağı düşməsi, uşaq və ana ölümünün art‑ ması, ölü və şikəst uşaqların doğul‑ masının yüksək olması, evdə doğuşların çoxalması, yaxın qohum evlənmələrinin hələ də yüksək səviyyədə qalması, ər‑arvadın qan uyuşmazlığı, kişi sonsuzluğu və kişi cinsi zəifliyinin artması, cinsi yolla keçən infeksion xəstəliklərin artması və s. əhalinin reproduktiv sağlamlığın‑ da xeyli problemlər yaradıb və bunlar


25 reproduktiv sağlamlığa diqqəti artır‑ mağı zəruri edir. Səhiyyənin inkişafı və vətən‑ daşların sağlamlığının qorunması Respublika Prezidenti tərəfindən Azərbaycanın uzunmüddətli inkişafındakı başlıca istiqamətlər kimi müəyyən edilib. 2006‑cı ildə Azərbaycan Səhiyyə Nazirliyi Hökumətin və beynəlxalq təşkilatların (Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, ÜST, UNİCEF) dəstəyi ilə səhiyyə sistemində islahatların aparıl‑ ması layihəsinə rəhbərlik edib. Azərbaycan Respublikası əhali‑ sinin reproduktiv sağlamlığının qorunması üzrə Milli Strategiya dövlətin bu sahədəki siyasətini müəyyən edir. Milli Strategiya beynəlxalq miqyasda razılaşdırılmış insan haqlarına dair bəyannamələrə və aşağıdakılardan ibarət strateji sənədlərə əsaslanır: • İnsanların sağlamlığa, o cüm‑ lədən reproduktiv sağlamlığa olan hüququnun insanların əsas funda‑ mental hüququ kimi təmin edilməsi; • Kişi və qadınların bərabərliyinin təmin edilməsi üçün gender yanaş‑ masının inteqrasiyası; • Ədalət prinsipinin təmin edilməsi və insanların cinsindən, yaşından, dinindən, sosial‑iqtisadi vəziyyətindən asılı olmayaraq, əhali‑ nin müxtəlif etnik, dini mənsubiyyət‑ ləri və mədəni irsi nəzərə alınmaqla və ilkin tibbi‑sanitar yardıma xüsusi diqqət yetirməklə, reproduktiv sağlamlıq üzrə sübutedici təbabətə əsaslanan xidmətlərin göstərilməsi; • Reproduktiv sağlamlıq ilə bağlı məsələlərin həllində hökumət və qeyri‑hökumət təşkilatlarının, eləcə də beynəlxalq təşkilatların və bütövlükdə ictimaiyyətin sıx əməkdaşlığı və tərəf‑ daşlığı; • Reproduktiv sağlamlıq ilə bağlı məsələlərin həllində sektorlar arası fəaliyyətlərin və səhiyyə sisteminin digər nazirliklər və idarələrlə əlaqələndirilməsinin təmini; • Səhiyyə sisteminin bütün səviyyələri və reproduktiv sağlamlığa aidiyyəti olan digər ixtisaslar arasında ardıcıllığın və inteqrasiyanın təmin

edilməsi. Reproduktiv sağlamlıq sağlam ata‑ ananın sağlam uşaq dünyaya gətirmə‑ sidir. Başqa sözlə, dövlət və səhiyyə orqanlarının fəaliyyətləri elə qurul‑ malıdır ki, ölkədə maksimum dərəcədə sağlam uşaqlar doğulsun. Abşeron yarımadasında ekoloji natəmizliyin artması, zərərli adətlərdən istifadənin çoxalması, ölkədə hələ də keyfiyyətsiz və qeyri‑ rasional qidalanmanın mövcudluğu natamam və şikəst uşaqların doğul‑ masını bir qədər də artırır. Respublikanın cənub regionlarında qızların tez ərə verilməsi də reproduk‑ tiv sağlamlığa təsir edən amil‑ lərdəndir. Cinsi yolla yoluxan xəstəlik‑ lərin, o cümlədən QİÇS‑in artımı ölkə üçün böyük təhlükə törədir. 2006‑cı ildə Azərbaycanda bu xəstəliyə yolu‑ xanların sayı 1000‑ə çatmışdır. Əhalinin reproduktiv sağlamlığı (RS) milli təhlükəsizlik məsələsidir. Məhz reproduktiv yaş dövrlərində millətin gələcək milli genefondu, əhalinin təkrar istehsalı müəyyən edilir. "Hər bir insanın fiziki və psixi sağlamlının ən yüksək səviyyəyə nail ola biləcəyi qədər hüququ vardır. Dövlətlər kişi və qadınların bərabərlik əsasında tibbi xidmətlərdən, o cümlədən ailə plan‑ laşdırılması və sağlamlıqla bağlı xid‑ mətlərin daxil olduğu reproduktiv sağlamlığın qorunması xidmətlərin‑ dən istifadə edə bilmələri üçün lazımi tədbirlər görməlidirlər" (Əhali və inkişaf üzrə Beynəlxalq konfrans, Qahirə 1994). Cinsindən, irqindən, yaşından və dinindən asılı olmayaraq, hər bir insanın reproduktiv və sosial sağlamlıq hüququ var. Reproduktiv sağlamlıq yalnız reproduktiv sistemlə, onun funksiya və prosesləri ilə əlaqəli xəstəliklərin olmaması deyil, həm də fiziki, əqli və sosial rifah vəziyyətləridir. Kişi və qadınların bərabərlik hüququ sosial ədalətin təmin olunmasının şərtlərindən biridir və insan hüququ məsələsidir. Reproduktiv hüquqlar insan hüquqlarına dair milli qanunvericilik‑ lərdə, beynəlxalq sənədlərdə və kon‑ sensus əsasında qəbul edilmiş BMT‑ nin digər müvafiq sənədlərində artıq

təsbit edilmiş bir çox insan hüquqlarını əhatə edir. Onun əsas komponentləri aşağıdakı hüquqlardır: ‑ Həyatı boyu ümumi sağlamlığın elementlərindən biri kimi reproduktiv sağlamlıq hüququ; ‑ ailə məsələləri ilə bağlı, o cüm‑ lədən nikah bağlama və ailə yaradıl‑ ması, uşaqların sayı, doğulma vaxtı və doğulma vaxtları arasındakı zaman intervalı barəsində könüllü qərar qəbulu, bu azad seçim üçün lazım olan informasiya və vəsaitlərdən isti‑ fadə hüququ; ‑ cinsi əlamətə görə heç bir ayrı‑ seçkiliyə məruz qalmadan ailənin bütün işlərində könüllü və düşünülmüş qərar qəbuluna imkan yaradan kişi və qadın bərabərliyi; ‑ reproduktiv təhlükəsizlik, o cüm‑ lədən seksual zorakılıq və məcburiyyətdən azad olmaq və şəxsi həyata müdaxilədən qorunmaq hüququ. Ailə Planlaşdırması üzrə Beynəlxalq Federasiya 1995‑ci ildə reproduktiv hüquqlar kontekstində əsas insan hüquqlarını aşağıdakı kimi göstərmişdir. 1. Yaşamaq hüququ. 2. Azadlıq və şəxsiyyətin təhlükəsizliyi hüququ. 3. Bərabərlik və istənilən növ ayrı‑ seçkilikdən azad olma hüququ. 4. Şəxsi həyata müdaxilə etməmək və məxfilik hüququ. 5. Düşüncə azadlığı hüququ. 6. İnformasiya və təhsil hüququ. 7. Nikaha daxil olarkən, ailə yaradarkən və planlaşdırarkən seçim hüququ. 8. Uşaqların doğulması və bu doğulmanın vaxtı haqqında qərar qəbul etmək hüququ. 9. Tibbi yardım almaq və sağlam‑ lığı qorumaq hüququ. 10. Elmi‑tərəqqidən istifadə hüququ. 11. İşgəncədən və alçaldıcı davranışdan azad olma hüququ. Sevinc Sevdimalıyeva Ailə Planlanması Mərkəzi həkim‑ginekoloq, ekstrakorporal mayalanma üzrə mütəxəssis


26

XLAMİDİOZ adın sonsuzluğuna səbəb olan xəstəliklərdən biri də cinsi yolla yayılan xlamidiozdur. Xlamidioz cinsi yolla yayılan xəstəliklər sırasında ikinci yerdədir. Xlamidiozla dünyada ildə 90 mln. insan xəstələnir ki, onların da 1/3 qadınlardır. Xlamidiozun törədicisi “Chlamydia trachomatis” bak‑ teriyasıdır. Bu xəstəlik qorun‑ mayan cinsi əlaqə ilə ötürülür. Xüsusən də yeniyetmə və gənc qadınlarda daha çox rast gəlinir.

ƏLAMƏTLƏRİ Simptomları adətən yolux‑ madan 1‑3 həftə sonra özünü büruzə verir, lakin bir çox hallarda əlamətləri uzun müddət hiss olun‑ maya bilər. Ona görə də bir çoxları bu infeksiya ilə yoluxduğundan xəbərsiz olur. Bir çox qadınlar yal‑ nız ana olmaq arzusu ilə müayinə olunduqda bu xəstəliyə yolux‑ duqlarını öyrənirlər. Bunun qarşısını almaq üçün qadınlar ən

azı ildə bir dəfə həkim müayi‑ nəsindən keçməlidirlər. Ancaq bəzi hallarda bu bakteriyalar müayinə nəticəsində də özünü büruzə ver‑ mir və illərlə passiv formada yaşayır. Və müxtəlif səbəblərdən qəfildən sürətlə inkişaf edə və ağır fəsadlara yol aça bilər. Qadınlarda xlamidioz aşağıdakı əlamətlərlə özünü göstərir: ‑ Uşaqlıq yolundan süd rəngli ifrazatın olması; ‑ Qarın və bel nahiyəsində ağrılar; ‑ Cinsi əlaqə zamanı ağrılar; ‑ Cinsi əlaqə zamanı və aybaşı arası dövrdə uşaqlıq yolundan qanın axması; ‑ Bəzi hallarda sidik ifrazının ağrılı olması.

FƏSADLARI Bəzən cinsi orqanların iltihabı‑ na, ifrazatlara, ağrılara və hərarətin yüksəlməsinə səbəb ola bilər. Qadınlarda çanaq orqan‑ larının iltihabi xəstəlikləri inkişaf edə bilər ki, bunlar da uşaqlıqdan kənar hamiləliyə və sonsuzluğa gətirib çıxarır. Az hallarda xlami‑ diozun fonunda Reyter Sindromu

(uşaqlıq boynunda, gözlərdə və oynaqlarda iltihab, yandırma hissi, dərinin qıcıqlanması) inkişaf edir ki, bu da ağır formada artrit şək‑ lində özünü göstərir. Xlamidioz eyni zamanda HİV virusuna tutul‑ ma riskini də artırır. Belə ki, xlamidioza yoluxmuş qadınlar 5 dəfə artıq HİV virusuna yoluxur‑ lar. Hamilə qadınlar üçün də bu infeksiya bir sıra fəsadlar doğurur. Doğuş zamanı anadan uşağa keçir və sonradan yeni doğulmuşların tənəffüs yollarında, gözlərində infeksion xəstəliyə səbəb olur. Yeni doğulmuş körpəyə yoluxan bak‑ teriya nəticəsində göz iltihablaşır ki, bu da həmin körpənin gələcəkdə kor olmasına gətirib çıxara bilər. Xlamidioza yoluxan qadınlarda erkən doğuş hallarının olması da mümkündür.

DİAQNOSTİKASI Xəstəliyin diaqnostikası uşaqlıq yolundan ifraz olunan ifrazatın, həmçinin sidiyin xüsusi analizi nəticəsində aparılır. Diaqnozun qoyulması üçün 1 həftəyə qədər vaxt tələb olunur. Diaqnoz təsdiq edilərsə, həkim lazımi müalicə təyin etməlidir.

MÜALİCƏSİ Xlamidiozun müalicəsi komp‑ leks və fərdi şəkildə aparılmalıdır. Əsas preparatlar antibiotiklərdir. Kurs müalicəsinə immuniteti artıran preparatlar və simptomatik müalicə dərmanları da əlavə edilir. Həmçinin sizin partnyorunuz da kurs müalicəsi almalıdır. Kurs müalicəsini ancaq həkim təyin etməlidir. Özbaşına müalicə aparıl‑ ması yolverilməzdir. Bir çox hallar‑ da xlamidioz və qonoreya (süzənək) xəstəliklərinə eyni vaxtda yoluxu‑ lur. Odur ki, bu xəstəliklərdən hər hansı biri olduqda, digərinin də diaqnostikası aparılmalıdır. Bu xəstəliyə yoluxmamaq üçün ən etibarlı üsul qoruyuculardan isti‑ fadə etmək və vaxtaşırı həkim müayinəsindən keçməkdir.


27 KÖRPƏNİN SANCISI VAR HAMI ƏZİYYƏT ÇƏKİR örpə uşaqlar tez‑tez ağlayır. Onların ağlaması yardım haqqında bir siqnaldır. Səbəblər çox ola bilər və onları anlamaq heç də asan deyil. Ömrünün ilk həftələrində körpə çox zaman yatırdı. Ailə sevnirdi – sakit uşaqdır. Lakin ikinci aya keçəndə, uşaq sanki dəyişdirildi – elə hey ağlayır və ağlayır! Belə ağlama qısa fasilələr ilə şiddətli çığırtı ilə müşaiyət olunur. Bu zaman çağanın qarnı gər‑ gin və bir qədər köplüdür, körpə isə çox əsəbi halda havanı ayaqları ilə döyəcləyir. Körpələr bir neçə saat ağlaya, sonra yorularaq, yuxuya gedə bilər və yenidən ağlamağa başlayarlar. Bəllidir ki, qarnı ağrıyır. Ömrünün ilk aylarında olan bir çox körpələr bağır‑ saq sancısından əziyyət çəkir. Bəs, bununla necə mübarizə aparmaq olar?

GECƏ KONSERTLƏRİ 2‑3 həftəlikdən 3‑4 aylığa qədər olan körpələrin hamısı bağırsaq sancılarına məruz qalır. Yalnız bəzi körpələr bu çətin dövrü dözərək yaşayır və öz valideynlərinə yalnız həftədə 2‑3 dəfə axşam konsertləri qurur. Əksəriyyəti isə, demək olar ki, hər gecə ağlayır və bunun nəticəsində də, məlumdur ki, ailənin həyatı heç də sakit keçmir. Qarında ağrı tut‑ maları körpənin bağırsağının sinir‑ əzələ aparatının və fermentativ sisteminin funksional yetkinsizliyi, bağırsaq divarına təzyiqin artması və əzələ spazmının yaranmasına səbəb olan yüksək qaz əmələ gəlməyə meyllilik nəticəsində baş verir. Əvvəlcə sancılar həftədə 1‑2 dəfə baş verir və 15‑20 dəqiqə davam edir, qazların çıxması və qarının işləməsindən sonra isə körpə sakitləşir. Lakin sonralar onlar daha tez‑tez baş verir və tutmalar daha davamlı olur. Sancılar qısa fasilələr ilə 3‑8 saata qədər davam edə bilər. Bu bəla həm körpəni, həm də valideynləri üzür. Mütəxəssislərin aşkar etdiyi qanunauyğunluqlar həmişə özünü doğrultmur. Doğulduqdan sonra süni

qidalanma ilə bəslənən körpələrdə sancılar daha güclü və davamlı olur. Lakin südəmərlər də onlardan əziyyət çəkir. Hesab olunur ki, əsəbi və həyə‑ canlı anaların körpələri daha çox ağlayır. Bəlkə, əksinə? Ən doğmamı‑ zın əzablar içində qovrulduğunu görərkən, sakit qalmaq çox çətindir. Qadınları qeyri‑düzgün qidalanmaq‑ da təqsirləndirirlər, lakin ananın riayət etdiyi ən ciddi pəhriz belə körpələrin sancısının qarşısını ala biləcək gücdə deyil.

VALİDEYNLƏRƏ TÖVSİYƏLƏR Körpələrdə sancıların profilaktikası və müalicəsi. • Uşağı ana südü ilə qida‑ landırırsınızsa, davam edin, çünki döşdən ayırma və kəskin şəkildə süni qida rejiminə keçid sancıları yalnız gücləndirə bilər. Süd verən analar pəhrizə və əmizdirmə cədvəlinə ciddi şəkildə riayət etməlidir. Rasionunuza daxil olan hansı məhsulun körpədə sancı törətdiyini müəyyən edin və ondan istifadə etməməyə çalışın. Ananın qida rasionundan süd məh‑ sullarını, xüsusən, yağlı və qaz əmələ gətirən ərzaqları – kələm, soğan, pomidor, turşuya qoyulmuş tərəvəz‑ lər, meyvələr (alma, armud, qarpız), göbələk, qara çörək, kvas və s. məh‑ sulları – məhdudlaşdırmaq və ya tam xaric etmək lazımdır. • Şüşədən əmizdirərkən, uşağın əmziyi sıx tutduğuna, onun rahat olmasına, dəliyin diametrinin isə çox böyük olmamasına diqqət yetirin. Əmizdirmə zamanı və ondan sonra 30 dəqiqə ərzində uşağı şaquli və ya yarımşaquli vəziyyətdə havanı tam gəyirənədək saxlayın.. • Heç zaman uşağı qədərindən artıq yedirtməyin ‑ bu, yalnız sancıların güclənməsinə səbəb olur. • Bəzi körpələr laktozanı həzm etmir, ona görə də, əmizdirən analar inək südündən az istifadə etməlidir. • Uşaq süni qida ilə bəslənirsə,

qarışığın düzgün hazırlanmasına, çox qatı və ya duru olmasına nəzarət edin. • Süni qidalandırma zamanı tər‑ kibində dəmir olmayan qarışıqları seçin, uşağın sutkalıq rasionuna isə qidanın tam miqdarının 1/3 hissəsi qədər südturşulu qarışıqlar əlavə edin. • Sancının ilk əlamətləri zamanı bir neçə dəfə qatlanmış və ütü ilə isidilmiş flanel əskini və ya isti su ilə dolu qrelkanı uşağın qarnı üzərinə qoyaraq, isindirin. • Sadə və ya spazmolitik effekti olan otların (çobanyastığı, nanə, yarpız, sürvə) həlimi əlavə olunmuş isti vanna etmək olar. • Uşağı yatırdarkən, həzin musiqi qoşmaq lazımdır.

KÖMƏYƏ ESPUMİZAN ® L ÇATACAQ Ailəni körpə sancılarından xilas etmək üçün «Berlin‑Xemi» alman kompaniyasının istehsalı olan ESPUMİZAN ® L damcıları mövcuddur. Bu preparat bağırsaqda sorulmur və bütövlükdə uşaq orqanizminə təsir göstərmir ki,bu da onun yüksək təhlükəsizliyinə dəlalət edir. ESPUMİZAN ® L tərkibinə ağrısız‑ laşdırıcı komponentlər daxil deyil, demək, çağanın sağlamlğında olan ciddi problemi gizlətməyəcək. ESPUMİZAN ® L damcılarının təsiri ondan ibarətdir ki, o, bağırsaqda əmələ gələn qaz qovuqlarının qişasını pozur və beləliklə, bağırsaq divarının dartılmasının qarşısını alır. Bu isə öz növbəsində, ağrı sindromunu aradan qaldırır. Bundan başqa, o, qazların çıx‑ masını asanlaşdırır və onların bağır‑ saqda əmələ gəlməsini azaldır. Süni qidalanma rejimində olan uşaqlara hər qidalanma zamanı 1 ml (25 damcı) ESPUMİZAN ® L butulkaya əlavə olunur. Dərman ana südü ilə qidalanan uşaqlara qidalanmadan əvvəl və ya sonra kiçik qaşıq vasitəsi ilə verilir.


28

tatistikaya görə, il ərzində bütün dünyada yalnız süd vəzilərin endoprotezləşdirilməsi üzrə 100 000‑dən artıq əməliyyat aparılır. Plastik cərrahların köməyi ilə əldə edilmiş gözəllik hansı təh‑ lükələri ehtiva edir? Mammoloqların fikrincə, belə əməliyyatlardan qaçmaq lazımdır. Bəzən isə döş vəzinin bərpası məqsədi ilə əməliyyatın keçiril‑ məsi qaçılmaz olur. Belə müdaxilə üçün “üzrlü” səbəblər arasında inkişaf etməmiş süd vəzisi, mastit və ya yanıqlardan sonra kobud çapıq dəyişiklikləri, radikal mas‑ tektomiya, bədxassəli şişin xaric edilməsindən sonra süd vəzinin hissəvi amputasiyası ola bilər. Doğmuş və yaşa dolduqda döş vəzisi deformasiyaya uğramış qadınları anlamaq olar. Lakin doğ‑ mayan və əmizdirməyən cavan qadınların implantasiyaya müraciət etməsi anlaşılmazdır.

Döş vəzi formasının dəyiş‑ dirilməsi və ya bərpası üzrə istənilən əməliyyatlar ümumi narkoz altında keçirilir və bir neçə gün ərzində hospitalizasiya tələb edir. Döşün ölçüsünü artıran pro‑ tezlərin implantasiyası iki üsul ilə həyata keçirilir. Protez ya süd vəzi və əzələ arasına, ya da əzələ altına yerləşdirilir. İkinci variantda fəsad‑ laşma təhlükəsi (fibroz kapsulun əmələ gəlməsi) daha azdır – əzələ daima protezi sanki “masaj” edir və birləşdirici toxumanın art‑ masının qarşısını alır. Bu əməliy‑ yatın üstünlüyü bir də ondan ibarətdir ki, 99% hallarda əzələ altına protez yerləşdirilmiş qadın uşaq əmizdirə bilər. Lakin daha bahalı və mürəkkəb olan belə əməliyyatı da fizioloji hesab etmək olmaz. Beləliklə, döşün formasını dəyişdirməzdən əvvəl mütləq həkim‑mammoloq ilə məs‑ ləhətləşin. Döş vəzi xərçəngi üzrə risk qrupuna daxil olanlara isə protez implantasiyası ümumiy‑ yətlə əks‑göstərişdir.

Hazırda silikon implantantlar daha geniş istifadə olunur. Bir çox illər ərzində silikonun orqanizmə göstərdiyi kanserogen təsir haqqında mülahizələr tam təkzib olunub. Bu cəhətdən onlar təhlü‑ kəsizdir. İmplantantın qabığından keçərək, bədənin digər hissələrinə diffuziya yolu ilə sirayət etmək qabiliyyətli duru gellərdən fərqli olaraq, bərk silikonlar daha etibarlı sayılır – onları lazım gəldikdə, sadəcə xaric etmək də olar. Lakin onlar da sağlamlığa ziyan vura bilər. Ən ciddi əks‑təsir kapsullu fibrozdur. Fizioloji cəhətdən fibroz normal hal olaraq, orqanizmin bir növ müdafiə reaksiyasıdır. Əməliyyatdan bir qədər sonra bir‑ ləşdirici toxuma artmağa başlaya‑ raq, yad cisim olan implantantı əhatə edir. Onun ətrafında bərkiyən və canlı toxumaları yad maddədən təcrid edən kapsula əmələ gəlir. Əslində, bu prosesin baş verməsi məqsədəuyğundur: beləliklə, orqanizm canlı toxu‑ maları yad maddədən qoruyur. Yüngül dərəcəli kapsullu fibroz zamanı ağrı və böyük həcmli bərkimələr müşahidə olunmur. Qabarıq fibroz zamanı isə həkim‑ lərin “tennis topu” adlandırdığı belə bərkimələr əmələ gəlir. Estetik cəhətdən döş vəzinin defor‑ masiyası baş verir. Ekspertlərin nəticəsinə görə, hər yeddinci əməliyyat keçirmiş qadın bu və ya digər dərəcədə kapsullu fibrozdan əziyyət çəkir. Döş bərkiyir, ağrıyır və implantantın xaric edilməsi haqqında məsələ qalxır. Tibb işçilərinin də problemləri artır: onlar belə əməliyyatlardan sonra minimum ildə bir dəfə keçirilməsi labüd olan süd vəzinin keyfiyyətli profilaktik müayinəsini apara bilmir. Mammoqrafiyada endopro‑ tezin kölgəsi toxumaların qabağını tutur. Belə olduqda, o cümlədən bəd xassəli yeni törəməni nəzərdən qaçırmaq ehtimalı böyükdür.


29 Süd vəzinin xərçəngi ilə bağlı oxucuları maraqlandıran sualları həkim‑ginekoloq Südabə Kərimova cavablandırır. Sıx büstqalterlər döşdə hər hansı bir xəstəliyə səbəb olurmu? ‑ Çox dar olan büstqalterlər birbaşa hansısa ağır bir xəstəliyə səbəb olmasa da, çalışın ki, çox kip və sıx alt paltar‑ larından istifadə etməyəsiniz. Bu zaman dəri qıcıqlanmaz və döşlər qıc olmaz. Döşlə əmizdirmə süd vəzinin xərçənginə yoluxma riskini azaldır‑ mı? ‑ Döş əmizdirmə fizioloji prosesdir və süd vəzilərinin xərçəngindən qoru‑ mağa qadir deyil. Bəzi qadınlarda döşlə əmizdirmə mərhələsində mastitlər (süd vəzilərinin iltihabı) baş verir. Bu, süd yaxşı gəlmədikdə və döşdə çatlar yarandıq‑ da baş verə bilər. Yarana biləcək xoşagəlməzliklərdən qurtulmaq üçün belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Hormonal preparatlar xərçəngə səbəb ola bilərmi? ‑ Hormonal preparatları ginekoloji xəstəliklər zamanı və ya kontraseptiv vasitə kimi həkim təyin edir. Bu dər‑ manları təyin etməzdən əvvəl həkim həmin qadından qan analizləri ver‑ məsini və mammoqrafiyadan (süd vəzilərinin müayinəsi) keçməsini tələb etməlidir. Ümumiyyətlə, bu dərman‑ ları uzun müddət qəbul edənlər hər yarım ildən bir müayinədən keçmə‑ lidirlər. Həkimin məsləhəti olmadan hor‑ monal preparatların qəbulu isə yolverilməzdir. Çünki hər bir qadın orqanizminin bu preparatlara qarşı reaksiyası müxtəlifdir. Birinə uyğun gələn preparat, başqa bir qadın üçün zərərli ola bilər. Əgər bu dərmanların qəbulundan sonra döşdə hər hansı bir narahatlıq hissi yaranarsa, mütləq ginekoloqa müraciət edin.

Stress xərçəng törədirmi? Güclü stress xərçəngin əmələ gəlməsində risk faktorlarından biridir. Xüsusən də zəif immunitetli insanlar‑ da orqanizmin müdafiə gücü aşağı düşür. Və zəif orqanizmlə stress bir‑ ləşərək süd vəzinin xərçənginə səbəb ola bilər. Güclü immunitetə sahib birində isə şişlər tez müəyyən olu‑ naraq, yad vasitə kimi məhv olur. Uşaq salmanın süd vəzinin xərçənginə təsiri varmı? Hamiləliyin süni şəkildə dayandırılması bir çox təhlükəli nəticələrə səbəb ola bilir. Xüsusən də genital orqanların iltihablaşması və sonsuzluğa səbəb olur. Süd vəzilərinin xəstəliklərinə isə çox olmasa da, müəyyən qədər təsiri var. Bu zaman qadının neçə dəfə uşaq saldırması faktı və onun süd vəzi xərçənginə tutulma riski yüksək olan qadınlar sırasına daxil olub‑olmadığı da əsasdır. Ümu‑ miyyətlə, xərçəngə qarşı profilaktika nöqteyi‑nəzərindən doğmaq xeyirlidir. Xüsusən də arzu olunan haldır ki, qadınlar ilk uşaqlarını 30 yaşına kimi dünyaya gətirsinlər. Döşlərin süni şəkildə böyüdülməsi zərərdirmi? Döşlərin böyüdülməsi üçün nəzərdə tutulan bir sıra vasitələrin, xüsusən də kremlərin tərkibində olan maddələr hormonal balansı pozur. Ona görə də belə vasitələrdən istifadə edən qadınların mütəmadi şəkildə hor‑ monların vəziyyəti ilə əlaqədar müayi‑ nədən keçmələri zəruridir. Həmçinin qan analizləri də verilməlidir. Ümu‑ miyyətlə, döşlərində plastik əməliyyat etdirmək fikrinə düşənlər ilk öncə mammoqrafiya müay‑ inəsindən keçməlidirlər. Döşlərin zədə alması hansı təhlükəni törədir? Süd vəzilərinin zədə alması çox təhlükəlidir. Çünki süd vəzi bədənin çox həssas və zərif orqan‑ larından biridir. Hər zaman döşləri

müxtəlif zədələrdən qorumaq lazımdır. Bu mümkün olmadıqda və döşlər zədə aldıqda isə (qəza nəticəsində, yıxıldıqda və s.) mütləq mammoloqa müraciət etmək lazımdır. Xüsusən də, əgər zədələnmiş yerdə qançır əmələ gəlibsə, mammoqarafiya müayinəsindən keçmək zəruridir. Süd vəzi xərçənginə tutulma riski yüksək olanlar: ‑ Yaxın ailə üzvlərindən biri döş xərçənginə məruz qalıbsa (ana və ya bacıda rast gəlinibsə); ‑ Daha öncə digər döşündə xərçəng olanlar; ‑ Heç doğmayan qadınlar; ‑ İlk uşağını 30 yaşından sonra dünyaya gətirən qadınlar; ‑ Menstruasiyanın gec başlaması (15 yaş); ‑ Klimaks dövrünün gec başlaması (55 yaş); ‑ Nəzarətsiz və uzun müddətli hor‑ monal preparatların qəbulu; ‑ Piylənmə; ‑ Gərgin stress. Erkən diaqnostikanın rolu Süd vəzi xərçənginin erkən diaqnostikası bu xəstəlikdən baş verən ölüm hallarını azaldır. Odur ki, hər qadın ən azı ayda bir dəfə güzgü qarşısında və ya çimərkən əl ilə süd vəzini müayinə etməlidir. 40 yaşa kimi olan qadınlar ildə bir dəfə ginekoloq tərəfindən müayinə olunmalıdır. 40 yaşdan yuxarı qadın‑ lar isə ən azı ildə bir dəfə mammo‑ qrafiya müayinəsindən keçməlidir.


30 AVROPALI CƏRRAHLAR DÖŞDƏ ERKƏN ƏMƏLİYYAT APARILMASINA QARŞI XƏBƏRDARLIQ EDİRLƏR “Corriere della Sera” qəzetinin yazdığı məlumata görə, italyan rekonstruktiv və plastik cərrahiyyə mütəxəssisləri 20 yaşdan aşağı qadınların döşlərində əməliyyat etdirilməsinə qarşı çıxırlar. Bunu erkən yaşda edilən əməliyyatların həmin qadınlarda gələcəkdə bir sıra fəsadların yaranmasına səbəb olması ehtimalı ilə əlaqələndirirlər. İtalyan alimləri 20 yaşdan aşağı döşlərin böyüdülməsi və ya kiçildilməsi əməliyyatlarına, həmçinin liposaksiyaya (yağların götürülməsi) və hormonal preparatların qəbuluna qarşı çıxırlar. Cərrahi əməliyyatların yalnız sağlamlıq üçün təhlükə yarandıqda edilməsinin zəruriliyini irəli sürürlər. Onlar plastik cərrahiyyənin həm fiziki, həm də psixoloji yetkinlik tələb etdiyini əsaslandır‑ mağa çalışırlar. Qeyd edək ki, Avropa ölkələrində yeniyetmə qızların döşlərində əməliyyat etdirməsi faktı günü‑ gündən artır. 2007‑ci ildə təkcə Almaniyada 18‑20 yaşlı qızlar arasında 100 min belə əməliyyat keçirilib.

REZUS-AMİLİN DƏYİŞMƏSİ Avstraliyadan gələn bir xəbər bütün tibb dünyasını həyəcanlandırıb. Bu xəbər qanın rezus‑faktorunun öz‑ özünə dəyişməsi ilə bağlıdır. Qeyd edək ki, belə bir hadisə ilk dəfədir ki, baş verir. İndiyədək hesab olunurdu ki, rezus‑faktor anadangəlmə xüsusiyyətdir, irsən keçir və onun dəyişməsi mümkünsüzdür. Ancaq 15 yaşlı qızın qanında rezus‑amilin dəyişməsi bütün bu fikirləri alt‑üst etdi. Avstraliya alimləri həmin qız üzərində qaraciyər transplantasiyası aparıblar. Əməliyyatdan sonra baş

DİŞİNİZİ TƏMİZ SAXLAYIN Kİ, ÜRƏYİNİZ AĞRIMASIN! Britaniya və Yeni Zelandiyada aparılmış iki tibbi araşdırmanın nəticəsinə görə, ürək xəstəliyindən qorunmaqda dişləri təmiz saxlamağın böyük rolu var. Təmizlənməyən dişlər və qanayan diş əti ziyanlı bakteriyanın qan‑damar sisteminə düşməsinə səbəb olur. Dublin şəhərinin Kral Cərrahları Kollecinin elmi işçisi Stiv Kariqan bildirib ki, ağız insan orqanizminin ən çirkli yeridir və bir çox xəstəliklər insan orqanizminə məhz ağız boşluğundan daxil olur. Bu yeni tədqiqat dişlərin təmiz saxlanmasının vacib‑ liyini bir daha vurğulamış olub.

verənləri isə az qala möcüzə adlandırmaq olar. Yeni qaraciyər hüceyrələri iliyə nüfuz edərək, qızın immu‑ nitet sistemini “nəzarət altına alıb”. Bundan sonra 15 yaşlı qızın qanında rezus‑amil mənfi yox, müsbət olub. Hazırda bütün dünyadan olan ekspertlər bu fenomeni ətraflı şəkildə araşdırmağa başlayıblar. Xəstə qız isə transplantasiya əməliyyatından və qanın rezus‑ amilinin dəyişməsindən sonra özünü tam sağlam hiss edir.


31 UŞAQ ƏMİZDİRMƏK QADINLARI REVMATİZMDƏN QORUYUR İsveçrədə aparılan araşdırmaya əsasən, körpəsini ən azı 1 il əmizdirən anaların klimaks dövründən sonra revmatizmaya yoluxma ehtimalının sıfıra bərabər olduğu açıqlanıb. Araşdırma zamanı əmizdirmənin və ya doğuşa nəzarət üçün istifadə edilən kontraseptiv həblərin qəbul edilməsinin revma‑ tizm xəstəliyinə təsir edib‑ etməməsi yoxlanılıb. Araşdırmaya qatılan 18 min qadının analizlərinə baxıldıqda, onlardan 136 nəfərinin revmatoid artrit xəstəliyindən əziyyət çəkdiyi məlum olub. Bu qadınların yaşam tərzi, körpələrini əmizdirib‑ əmizdirmədikləri və həblərdən isti‑ fadə edib‑etmədiyi araşdırılıb. Analizlərin nəticəsində ən azı 13 ay əmizdirən anaların revmatoid artritə tutulma riskinin heç əmizdirməyən qadınlara nisbətən dəfələrlə aşağı olduğu müəyyən‑ ləşib.

QARA GAVALI KARİYESİN ÖHDƏSİNDƏN GƏLMƏYƏ KÖMƏK EDİR Qara gavalı kariyes və damaq iltihabı ilə mübarizədə çox effektiv kömək göstərir. Meksikalı alim Xose Fausto Rivero belə nəticəyə gəlib. Farmasevtika kafedrasının rəhbəri aşkar edib ki, qara gavalı ağız boşluğu xəstəlikləri törədən bakteriyaların artmasının qarşısını alır, hətta onlara məhvedici təsir göstərir. Xose Fausto Rivero qara gavalıya belə qəribə antibakterial xüsusiyyətlər verən kimy��vi komponenti ayır‑ mağa müvəffəq olub. Bu maddə diş daşının əmələ gəlməsinə səbəb olan bakteriyalara qarşı da effektivdir. Alimi tədqiqat aparmağa əti uzun müddət təzə saxlamaq lazım olduğu, lakin onun soyudulması üçün imkan olmayan zaman qara gavalıdan istifadə etməyi məsləhət verən qədim kulinar reseptlər sövq etmişdir. Meksikalı tədqiqatçı hesab edir ki, onun ixtirası praktiki tətbiqə malikdir. Belə ki, laboratoriya şəraitində alınmış sınaq nümunəsi çıxarıla bilən diş protezlərinin antibakterial işlənilməsi zamanı öz effek‑ tivliyini nümayiş etdirib. Çətinlik antibakterial maddənin qara gavalının tərkibindən farma‑ sevtik istehsal üçün zəruri miqdarda çıxarıla bilməsini təmin edən texnologiyanı yaratmaqdan ibarətdir. Qara gavalını kariyesi və damaq iltihabını məğlub etmək məqsədi ilə çox böyük miqdarda yeməyi alim məsləhət görmür. Məsələ bundadır ki, bu meyvə kifayət qədər güclü işlətmə təsirinə malikdir.

ANA SÜDÜ QIZ UŞAQLARI ÜÇÜN DAHA XEYİRLİDİR Ana südünün körpələri müxtəlif infeksiyalardan, yoluxucu xəstəliklərdən qoruduğu çoxdan sübut olunub. Ancaq ana südünün oğlan uşaqlarına nis‑ bətən qız uşaqlarına daha yaxşı təsir göstərməsi faktı bu yaxınlarda aparılan araşdırma nəticəsində ortaya çıxıb. Amerikanın Hopkins Universitetinin alimləri 119 körpəni bir il ərzində nəzarətdə saxlayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, ana südü ilə qidalanan qız uşaqlarının immuni‑ teti daha güclü olur, xəstəliklərə qarşı müqavimət‑ ləri artır. Oğlan uşaqlarında isə bu göstərici nisbətən aşağıdır.


32

İSLAM TƏBABƏTİ


33 üsulları. 7. Dərmanların və onların hazır‑ lanma üsullarının eyniliyi. Orta əsr Müsəlman təbabətinin əsasını dörd ünsür, dörd key‑ fiyyət, dörd maye və dörd məzac (temperament) nəzəriyyələri təşkil edirdi. Bu nəzəriyyələr hələ qədim Yunan alimləri tərəfindən yaradılmışdı. Indi isə onlar haqqında qısa məlumat verək.

DÖRD ÜNSÜR NƏZƏRİYYƏSİ

rta əsrlərdə Ərəb Xilafəti ərazisində formalaşan ümumi tibb məktəbini (cərəyanı) Avropa alimləri “İslam” yaxud “yunan‑ərəb” təbabəti adlandırır‑ lar. İslam təbabəti dünyəvi cərəyandır və yalnız müsəlman ölkələrində yayıldığına görə “İslam təbabəti”, yaxud “müsəl‑ man tibbi” adlanır. İslam təbabəti‑ ni səciyyələndirən əsas müd‑ dəalar bunlardır: 1. Dünyanın dörd ünsürdən (su, hava, od, torpaq) ibarət olması. 2. Dörd ünsürün dörd keyfiyyətə malik olması (istilik, soyuqluq rütubət, quruluq). 3. Canlı məxluqların dörd mayedən ibarət olması ‑ qan, sarı öd (səfra), qara öd (sövda) və selik. 4. Bütün məxluqların və əşyaların xüsusi məzaca malik olması. 5. Anatomiya və fiziologiya ilə bağlı eyni təsəvvürlər. 6. Təxminən eyni müalicə

İslamdan öncə Azərbaycan, İran və Orta Asiya əhalisi atəşpərəstlik dininə sitayiş edirdilər və təbiətin dörd mühiti‑ ni (suyu, odu, yeri və torpağı) müqəddəsləşdirirdilər. Məlumdur ki, Şərq mədəniyyəti Qədim Yunanıstanda elmin inkişafına böyük təsir göstərib. Bir sıra yunan alimləri, diplomatları, siyasi mühacirləri və əsirləri Midiya və Əhəməni hökmdar‑ larının saraylarında olub, bir müddət burada yaşayıblar. Məhz Şərq fəlsəfəsinin təsiri altında yunan alimi Empedokl (miladdan öncə 490‑430) dünyanın təməlini təşkil edən dörd ünsür (su, od, hava və torpaq) haqqında nəzəriyyə yaratdı. Orta əsrlərdə vəziyyət dəyişdi və Yunan təbabəti Şərq təbabətinə nüfuz etməyə başladı. Böyük mütəfəkkir Əbu Reyhan Biruni (973‑1048 illər) bununla bağlı yazırdı: “Hər bir xalq hansısa bir elmin yaxud peşənin inkişafına xidmət göstərməsi ilə fərqlənir. Xristianlıqdan əvvəl yaşamış yunanlılar mahir tədqiqatçı olmuşlar və müxtəlif elmləri tədqiq edərək, onları ən yüksək zirvələrə qaldırır və kamilliyə qovuşdururdular” (8, s.45) Dörd ünsür nəzəriyyəsi Orta Əsr müsəlman dünyasında da yayıldı. Məsələn, İbn Sina yazır: “Ünsürlər, sadə hissəciklərdir. Onlar insan bədəninin və başqa əşyaların ən xırda hissələridir.

Ünsürlərin bir‑biri ilə qarışmısı nəticəsində mövcud əşyaların müxtəlif formaları yaranır” (1, s.70).

DÖRD KEYFİYYƏT HAQQINDA NƏZƏRİYYƏ Dörd ünsür bir‑birindən dörd keyfiyyətlə fərqlənir. Bunlar ‑ soyuqluq və istilik, quruluq və rütubətlilikdir. Hər bir ünsür iki keyfiyyətlə səciyyələnir. Bəhmənyar əl‑Azərbaycani (vəf.1067‑ci il) özünün “ət‑Təhsil” kitabında yazır: “Dörd ilkin key‑ fiyyət vardır. Onlardan ikisi (isti‑ lik və soyuqluq) ‑ fəaldır, ... İkisi isə (rütubətlilik və quruluq) ‑ pas‑ sivdir ‑... Bu dörd keyfiyyət dörd kombinasiya yaradır (isti‑ rütubətli, isti‑quru, soyuq‑ rütubətli və soyuq‑quru məzaclar). Od isti və qurudur. Hava isti və nəmdir. Su soyuq və nəmdir. Torpaq soyuq və qurudur”.

DÖRD MAYE VƏ DÖRD MƏZAC Hippokrata görə insan orqanizmində dörd maye hərəkət edir: qan (sanguis), sarı öd (chole), selik (phlegma) və qara öd (melanos chole). Mayelər insan bədənində əlverişli nisbətdə olan zaman, insanın məzacı mötədil (tarazlı), əks halda isə ‑ qeyri‑mötədil sayılır. Bu nəzəriyyəni Qədim Roma alimi Qalen (I əsr) daha da inkişaf etdirib. Dörd mayedən biri üstünlük təşkil edir. Ona görə də insanları dörd məzaca (yunanca ‑ tempera‑ mentə) bölürdülər. Orqanizmində qanı çox olan – sanqvinik , ödü çox olanı – xolerik, seliyi çox olanı – fleqmatik və qara ödü çox olanı – melanxolik adlandırırdılar. Azərbaycanca bu temperamentləri (məzacları) müvafiq olaraq qanlı, ödlü, selikli və qara ödlü adlandırmaq olar.


34 Əsgi Azərbaycan qaynağında, anatomiya üzrə “Risaleyi‑tibb” (1712) əsərində deyilir: “Bil ki, Allah‑təala insanı dünyanın ən şərəfli məxluqu olaraq qandan, selikdən, öddən və qara öddən yaratmışdır... Onlar da öz növbəsində dörd ünsürdən ‑ su, od, hava və torpaqdan ‑ ibarətdir” (51, s.7). Bu nəzəriyyəyə əsasən müx‑ təlif məzaca malik insanlar fiziki quruluşuna və xasiyyətinə görə də bir‑birindən fərqlənirlər. Sanqvinik normal xasiyyətli olur (tez aktivləşir və tez sakitləşir), xolerik çılğın və əsəbidir (tez aktivləşir və gec sakitləşir), fleq‑ matik passivdir (gec aktivləşir və tez sakitləşir), melanxolik bəd‑ bindir (gec aktivləşir və ləng sakitləşir). Müasir alimlər müxtəlif tem‑ peramentlərin mövcudluğunu insan orqanizmində hansısa mayenin çoxluğu ilə deyil, mərkəzi sinir sistemində aktivləşmə və tormozlaşma pro‑ seslərinin müxtəlif insanlarda müxtəlif sürətlə getməsi ilə bağlayırlar. Orta əsa təbiblərinə görə, müx‑ təlif məzac sahibləri təkcə xasiy‑ yətlərinə görə deyil, fiziki tipinə görə də bir‑birindən fərqlənirlər. Məsələn, “Risaleyi‑tibb” əsərinin müəllifi yazır: “Qanlı (sanqvinik) məzacın əlamətləri ‑ insanın üzü qırmızı, bədəni isti, nəbzi dolu və cəld, sidiyi isə qırmızıdır. Belə insanlar qüvvətli olurlar. Ödlü məzac (xolerik) ‑ bədəni isti, sidiyi sarı (limon rəngində) olur. Qara ödlü insanın (melanxolik) bədəni soyuq olur, tükü azdır, o, arıq və incədir, dərisinin rəngi həbəşlərdə olduğu kimidir, nəbzi zəifdir, sidiyi tünddür. Hər adamı onun məzacına görə müali‑ cə etmək lazımdır” (51, s.7). Bundan başqa orta əsr müəl‑ lifləri qeyd edirlər ki, ilin hər mövsümündə orqanizmdə mayelərdən biri çoxalır. Məsələn, yayda bədəndə ödün, qışda isə

qara ödün miqdarı artır. “Risaleyi‑Tibb” əsərinin müəllifi yazır: “Əvvəlcə yaz mövsümü gəlir, onun məzacı isti və rütubət‑ lidir, bu günlərdə qanın miqdarı artır və xəstəni bu mövsümün məzacına uyğun müalicə etmək lazımdır, yəni soyuq və quru dər‑ manlar istifadə olunmalıdır. İkinci mövsüm yaydır. Onun məzacı isti və qurudur, bu rübdə ödün miq‑ darı artır. Üçüncü mövsüm payızdır ‑ onun təbiəti soyuq və rütubətlidir. Bu mövsümdə selik artır. Dördüncü mövsüm qışdır ‑ soyuq və qurudur, qara ödü artırır. Hər mövsümdə müalicəni bu mövsümün məzacına uyğun olaraq aparmaq lazımdır”.

DƏRMANLARIN MƏZACI Nəinki insanların və başqa canlıların, hətta dərmanların da məzacı vardır. Orta əsr təbiblərinə görə hər bir dərman isti, yaxud soyuq, rütubətli, yaxud quru ola bilər. Adı çəkilmiş keyfiyyətlərin hər biri dərəcələrə bölünürdü. Məsələn, yazırdılar ki, filan bitki ikinci dərəcədə isti, birinci dərəcədə isə rütubətlidir. Bu, o demək idi ki, həmin bitkinin istiliyi nisbətən çox (ikinci dərəcə), rütubətliyi isə nisbətən azdır (birinci dərəcə). Məzacında rütubət üstünlük təşkil edən xəstəni müalicə etmək üçün ona məzacı qurudan dər‑ manlar verirdilər. Belə dərman‑ ların məzacı quru olmalı idi. Məsələn, hesab olunurdu ki, bibər (qara istiot) isti və quru məzaca malikdir. Onu soyuq məzaclı insanları sağaltmaq üçün istifadə edirdilər.

DƏRMANLAR VƏ QİDALAR Orta əsr müsəlman alimləri dərmanlarla qidalar arasında böyük bir fərq görmürdülər. İş orasındadır ki, o dövrdə süni kimyəvi dərmanlar mövcüd deyil‑

di və bütün dərmanlar təbii qay‑ naqlardan, o cümlədən yeməli bitkilərdən və meyvələrdən alınırdı. Bəzi bitkilər (məsələn, nanə, kahı, turp, kələm, və s.) həm qida məhsulları, həm də dər‑ man bitkiləri kimi tanınırdı. İbn Sina yazır ki, hər bir məh‑ sulda (istər qidada, istərsə dər‑ manda) iki xusüsiyyət vardır ‑ qidalandırıcı və sağaldıcı. Yeyilən, yaxud içilən hər bir məhsul insanı həm doyuzdura, həm də sağalda bilər. Qidalandırma xüsusiyyətləri sağaltma xüsusiyyətlərindən üstün olan məhsullar qida sayılırdı. Əksinə, sağaltma key‑ fiyyətləri çox, qidalandırma xüsusiyyətləri az olan məhsullar dərman hesab olunurdu. Buna əsasən insanın yediyi və içdiyi bütün məhsullar dörd qrupa bölünürdü: qidalar (məsələn, qoyun əti, çörək, şəkər, yumurta), dərmanlara oxşayan qidalar (məsələn, heyva, nar, limon), qidalara oxşayan dərmanlar (məsələn, nanə, tərxun, reyhan) və xalis dərmanlar (məsələn, razyana, zirə, cirə, kələm toxumu və s.). Ədviyyələrin əksəriyyətini dərmanlar qrupuna aid edirdilər, göyərtilər isə, məsələn, nanə, “qidaya oxşayan dərmanlar” sayılırdı. Bunun səbəbi ondadır ki, nanəni xörəklərlə bir yerdə yesələr də, onun qidalandırmaq keyfiyyəti cüzi, sağaldıcı qüvvəsi isə böyükdür. Nanə mədə‑bağır‑ saq xəstəliklərinə və mədə sancısı‑ na qarşı təsirli dərman sayılırdı. İndinin özündə də Azərbaycan xalq təbabətində nanədən sağaldıcı cövhərlər hazırlayırlar (“nanə arağı”, “cövhərnanə”). Fərid Ələkbərli tarix elmləri doktoru


35


36

şaqlar bizim gələcəyimizdir. Hər bir ana öz uşağını sağlam və gümrah, xasiyyətcə mülayim və gülərüz‑ lü, əməksevər görmək istəyir. Bu arzuya nail olmaq üçün uşaq dünyaya gəldiyi ilk gündən onun tərbiyəsi ilə məşğul olmaq vacibdir. Bundan əlavə ananın körpə uşağın qidası və ona qulluq edilməsi, gündəlik rejimi, əsas uşaq xəstəliklərinin profilakti‑ kası haqqında hərtərəfli məlumatı olmalıdır. Vaxtında doğulmuş uşağın ağırlığı təxminən 3 kq. olur. Oğlanların çəkisi qızlardan bir qədər çox olur. Adətən ilk günlər uşaq çəkisində 100‑200 qram itirir. Bu ananı narahat etməmə‑ lidir. Çünki sonrakı 1‑2 həftə ərzində uşağın çəkisi artmağa başlayır. Südəmər uşağın çəkisi ayda orta hesabla 600‑800 qram

artmalıdır. Bu 6 aylığa qədər davam edir, sonra çəkisinin art‑ ması bir qədər azalır və ildə orta hesabla 2 kq‑a çatır. Normal doğulmuş uşağın bədəninin uzunluğu təxminən 49‑ 54 sm olur, lakin bundan bir qədər çox və ya az da ola bilər. Yeni doğulmuş sağlam uşağın başı böyük, ayaqları qısa və əyri, qarnı böyük olur, lakin bir neçə aydan sonra dəyişir. Südəmər uşaq ilk həftələr çox diksinir. Belə hallar parlaq işıq‑ dan, qəfil və güclü səsdən, həm də yuxudan ayılanda onun yerini birdən‑birə dəyişəndə baş verir. Bu əsəb pozğunluğunun əlaməti deyil. Yeni doğulmuş uşağın göbəyi‑ nə çox fikir vermək lazımdır. İlk vaxtlar göbəyin üstü quru, qanlı köz bağlamış vəziyyətdə olur. Göbəyə düzgün qulluq etmədikdə, o, ağır infeksiya ocağı ola bilər. Yeni doğulmuş uşağın sidiyi şəffaf, rəngsiz, qoxusuz, nəcisi isə yaşıltəhər, yaşıl və ya bir qədər

tünd rəngdə olur. Uşaq mün‑ təzəm döş əmdikdə, nəcis tədricən qızılı‑sarı rəng alır. Yeni doğulmuş, yaxud südəmər uşağın fısıldaması həmişə xəstəlik əlaməti deyil. Bu, çox vaxt uşağın burun yollarının dar olması nəticəsində baş verir. Sonralar burun yolları genəlir və uşaq rahat nəfəs alır. Südəmər uşaq acgözlüklə döş əməndə çox vaxt hıçqırır, çünki bu zaman çoxlu hava udur, həmçinin uşaq çox üşüyəndə də hıçqırır. Belə hallarda hıçqırıq xəstəlik əlaməti deyil və hıçqırığı kəsmək üçün uşağı süd əməndən sonra bir neçə dəqiqəliyə dik tut‑ maq və ya 1‑2 qaşıq çay vermək kifayətdir. Uşağın süd dişləri, adətən 6‑9 aylığında çıxır. 1 yaşında uşağın 6‑8 dişi olur: dördü yuxarıda, ikisi aşağıda. Sağlam, yaxşı inkişaf edən südəmər uşaq diş çıxararkən xəstələnməməlidir, bu, onun üçün saç və dırnaq uzan‑ ması kimi bir şeydir.


37 əzilərimiz yeni doğulmuş körpələrin bələn‑ məsinin zəruriliyini önə çəkirik. Bir qismimiz isə bunun körpə üçün zərərli ola biləcəyini iddia edirik. Gəlin‑qaynana münasi‑ bətlərində də bu məsələ həmişə gündəmdə qalır. Çox vaxt yaşlı nəslin nümayəndələri körpəni bələməyin düzgün olduğunu, gəlinlər isə bunun körpəyə zərər verə biləcəyini düşünürlər. Bəs, görəsən hansı tərəf haqlıdır? Yeni doğulan körpəni bələməyə ehti‑ yac varmı? İlk günlərdə bələyin ancaq bir xeyri ola bilər. İstilik. Odur ki, bələmək fikrində olan analar, bunu yalnız soyuq aylarda etsələr, daha yaxşı olar. İsti aylarda isə körpəni bələmək düzgün deyil. Bələmək fikrində israrlı olan analar, nəzərə almalıdırlar ki, bu bələkləri yumşaq etməlidirlər. Bələk kör‑ pənin ayaqlarına və çanaq sümüyünə zərər verməyəcək şə‑ kildə, çox da bərk olmamalıdır. Körpənin 3‑4 ayına qədər bələnməsi onun yuxuya getməsini asanlaşdıracaq və yatdıqdan sonra əl‑qol hərəkətləri ilə tez oyan‑ masının qarşısını alacaq. Bələkdən sadəcə körpə yatdığı vaxtlarda istifadə etmək məsləhət‑ dir.

KÖRPƏNİ BƏLƏMƏK NİYƏ ZƏRƏRDİR? Mütəxəssislərin fikrincə, körpə bələksiz daha yaxşı inkişaf edir. Çünki daim hərəkətdə olduğun‑ dan daha aktiv böyüyür. Bələnməyən körpələrin sinir siste‑ mi də sakit olur. Düzdür, çox vaxt deyirlər ki, əli açıq yatdıqda uşaq tez‑tez diksinir və yuxudan yarımçıq ayılır. Ancaq əslində əsəbləri sakit olan, sinir sistemi güclü olan körpələrdə belə hallar‑

BƏLƏYİN ZƏRƏRİ

dan söhbət gedə bilməz. Bələksiz olduqda körpə istədiyi səmtə rahatlıqla hərəkət edir. Bu onun düzg��n fizioloji inkişafı üçün vacib şərtdir. Bələyərkən uşaqlar sıx büküldüyündən, onlarda qan dövranında durğunluq yaranır, qida rejimi pozulur, qusma olur, nəfəs almaq çətinləşir. Ona görə də elə ilk gündən körpələrə dizlik və düyməsiz köynək, papaq geyindirmək lazımdır. Körpələr ayaqlarını qarınlarına doğru yığaraq rahatlanmağa çalışırlar. Bərk bələnmiş körpə ayaqlarını yığa bilmədiyi və köpünü çıxara bilmədiyi üçün narahat olur.

Anadangəlmə çıxıq qabağı mərhələlər olur ki, bu zaman sıx bələmək fəsadlar yarada bilər. Həmçinin belə bələklər çıxıqlar olduqda da, onların erkən təyin olunmasını çətinləşdirir. Körpəni bələmək ayaq və qollarda əyrilik‑ lərə və sınıqlara, çıxıqlara, həzm pozğunluqlarına da səbəb ola bilər. Bu zaman həm də körpələrin “azadlığı” məsələsi də xüsusi yer tutur. Bir çox ölkələrdə bələyi kör‑ pənin hüquqlarını pozmaq və azadlığına mane olmaq kimi qiymətləndirirlər. Rəna Namazqızı


38 na ilə birgə yuxu uşaqda təmkinli psixikanın for‑ malaşması, ətraf mühitə və ilk növbədə öz anasına əminlik, təh‑ lükəsizlik hissinin yaranması üçün zəruridir. Körpə uşağa əsasən, səthi, dərin olmayan yuxu xasdır. Səthi yuxunun böyük bir hissəsi sağlam beynin inkişafı üçün labüd şərtdir. Beyin yalnız səthi yuxu fazasında böyüməyə və inkişaf etməyə davam edir. Səthi yuxu zamanı körpə anasının yanında olub‑olmadığına diqqət yetirir. Anası yanında deyilsə, o, bu faza‑ da uzun müddət qalmaqdan qor‑ xur və beləliklə, körpə daha dərin yuxuya gedir və ya oyanır. Ana və uşaq ayrılıqda yatdıq‑ da, körpədə davamlı dərin yuxu əmələ gəlir. Bəzən, iki aylıq körpə axşam saat 9‑dan səhər saat 9‑dək yatmağa başlayır. Belə hallarda davamlı dərin yuxu stressə qarşı müdafiə reaksiyasıdır. Yeni doğul‑ muş körpə üçün anadan ayrı yat‑ maq stressdir. Ana ilə birgə yatdıqda, körpə, beynin tam inkişaf etməsi üçün zəruri olan taktil (təmasla) stimul‑ yasiya alır. Səthi yuxunu, eləcə də, körpənin müdafiə reaksiyası adlandırmaq olar. Yuxuda nə isə baş verdikdə, körpə donduqda və ya çəçidikdə, islandıqda, yaxud çətin nəfəs almağa başlayanda, səthi yuxudan oyanmaq və köməyə çağırmaq daha asandır. Ana tərəfindən alınan taktil stimulyasiya, eyni zamanda uşağa, onun sağ olduğu və nəfəs almaq lazım olması haqqında bir xəbər‑ darlıqdır. Taktil stimulyasiya tənəffüs mərkəzinin dayanmadan işləməsi məqsədi ilə uşaq üçün zəruridir. Ani uşaq ölümü sindro‑ muna ana ilə birlikdə yatan uşaqlarda daha az rast gəlinir. Yeni doğulmuş körpələrə, bəzən yuxuda olarkən, apnoe (qısa müd‑

UŞAQ İLƏ BİRGƏ YUXU

dətli tənəffüs dayanması) xasdır. Uşaq nəfəs almağa başlasın deyə, ona toxunmaq lazımdır (təbii ki, bu hal üç dəqiqə deyil, bir neçə saniyə əvvəl baş veribsə). Taktil stimulyasiyanın əhəmiyyəti qəbul olunub. Tibbi avadanlıq istehsal edən aparıcı firmalar tərəfindən vaxtından əvvəl doğulmuş uşaqlar üçün hərəkətli “altı” olan və insanın döş qəfəsinin tənəffüs hərəkətlərini imitasiya edən küvezlər buraxılır (uşaqda anasının sinəsində uzandığı təəssüratı yaransın deyə). Qadın orqanizmi elə qurulub ki, südün əmələ gəlməsinə səbəb olan prolaktin hormonunun mak‑ simal qatılığı gecə vaxtı, uşağı əmizdirdikdə qeyd olunur. Ən çox prolaktin məhz gecə əmizdirməsi zamanı əmələ gəlir.

Qadın uşağı gecə əmizdirmirsə, və ya yalnız 1 dəfə (adətən, səhər saat 6‑da) əmizdirirsə, tədricən süd istehsalı azalmağa başlayır. Belə şəraitdə uşağı uzun müddət ana südü ilə qidalandırmaq mümkün olmur. Bir çox hallarda qadınlar doğuşdan 1,5‑3 ay sonra südün çatışmadığını qeyd edirlər. Ana da körpəsi kimi normal keçən laktasiya prosesinin zəruri şərti olan dəri örtüklərinin mün‑ təzəm stimulyasiyasını alır. Öz körpəsinin isti dərisindən daimi siqnallar alan ana südün miqdarı‑ na görə narahat olmaya bilər – onun hormonal sistemi həmişə güclü əlavə stimul alır. Körpəsi 1‑2 aylıq olan ana üçün bu, o qədər də vacib deyil, o, onsuz da körpəsini qucaqda çox gəzdirir. Bu, xüsusən, böyüməkdə olan, 5‑8 aylıq uşağın anası üçün aktualdır,


39 çünki o, gündüz çoxlu hərəkət edir və anası da onu qucağa az götürməyə başlayır. Birgə yuxu cismani təmasların çatışmazlığını aradan qaldırmaq və tamdəyərli qidalanma üçün əlverişli şərait yaradır.

ANASI İLƏ BİRLİKDƏ YATAN UŞAQ GECƏLƏR ÖZÜNÜ NECƏ APARIR? Körpə, təxminən axşam saat 10‑dan gecə saat 1‑dək olan müd‑ dətdə “gecə” yuxusuna gedə bilər. Səhər saat 2‑dən 5‑dək (yuxuya getmə vaxtından asılı olaraq) körpə vurnuxmağa başlayır və ana döşünü axtarır. Əslində, “gecə” əmizdirmələri səhər saat 3‑ dən 8‑dək olanlar hesab olunur. Bu zaman bir aylıq uşaqda 2‑3 və daha artıq əmizdirmələr olur. Elə körpə uşaqlar var ki, belə ritmdə qidalanır: saat 22‑də, 24‑də, sonra 2, 4, 6, 8‑də. Çox zaman 4,5 – 6 aylıqda səhərə yaxın əmizdirmələrin sayı yenidən artır. Bu, onunla əlaqədardır ki, bu yaşda olan körpələr gün ərzində daha gec qidalanır, az əmir, tez‑tez yayınır və qidanın çatışmayan miqdarını aktiv gecə əmizdirməsi hesabına alır. Böyüdükcə, uşaq heç də gecə əmizdirmələrindən imtina etmir. Misal üçün, bir yaşından böyük olan uşaqlar səhərə yaxın, təxminən səhər 4.00‑ dən 6.00‑dək çox fəal qidalana bilir. Analar sadəcə bilməlidir ki, gecə əmmək və ananın yanında yatmaq istəyi heç də pis vərdiş deyil, psixoloji və fizioloji tələbat‑ dır. Bütün uşaqlar təbiət tərəfindən ana ilə birgə yatmağa və gecə vaxtı fəal sorma tələbatına proq‑ ramlaşdırılmışdır. Süni qidalarla bəslənən körpələr də gecə ana döşünü əmmək tələbatı duyur. Psixoloqlar qeyd edirlər ki, bu tələbat təmin edilməsə, kompleksə çevrilir. Bu kompleksin reallaş‑ ması üçün müəyyən həyati situ‑

asiya, əlverişli şərait yarandıqda, insan ağlı ilə deyil, qeyri‑rasional davranmağa başlayır. Yetkin insan da uşaq inadkarlığı ilə özünü bəzən ona görə məntiqsiz aparır ki, onu köhnəlmiş komplekslər idarə edir. Ana, öz övladını tək yatmağa öyrətmişsə, o, adətən, 1,5 yaşadək bunu nisbətən asanlıqla keçirir. Bu yaşdan sonra ilk dəfə dərk olunan qaranlıq qorxusu əmələ gəlir və anaya dayaqsızlıq özünü mütləq büruzə verir. Uşaq tək yatmaq‑ dan qorxur, valideynlərini yanına çağırır, ağlayır. Həmişə valideynləri ilə yatan uşaqlar, adətən, ilk gecə qorxu‑ larını asanlıqla dəf edir və yalnız 3 yaşından sonra özlərinin ayrıca çarpayılarına keçir. Münaqişələr yalnız o zaman baş verir ki, kompleks artıq formalaşmışdır, çünki valideynlər uşağın onların çarpayılarında olmağı ilə barış‑ mamış və ya onu çox erkən olaraq ayrıca çarpayıya qoymuşlar və uşaq da bunu yadında saxlayıb.

UŞAQ İLƏ BİRGƏ YUXUNU TƏŞKİL ETMƏK ÜÇÜN NƏYİ BİLMƏK VƏ BACARMAQ LAZIMDIR? 1. Uşaq bilməlidir ki, o, öz anası ilə yata bilər və buna uyğun‑ laşmalıdır; 2. Ana uzanıqlı vəziyyətdə kör‑ pəni rahat əmizdirməyi bacar‑ malıdır; 3. Ana körpəsi ilə birgə yataraq, eyni zamanda, istirahət etməyi də bacarmalıdır. Bütün bunlar birdən‑birə, spontan şəkildə baş vermir. Əslində, uyğunlaşma dövrü 2 həftədən 1.5 ayadək uzanır, o halda ki, ana uşağı ilə doğulandan sonra birgə yatır. Ananın birgə yatdığı uşağı artıq olmuşsa, o, daha tez uyğunlaşır. Daha gec dövrdə birgə yatmağa başladıqda, uyğunlaşma dövrü bir aydan az davam etmir. Birgə yatmağa

vərdiş etməmiş uşaq, çox tər‑ pənərək, təpikləyərək, anasını yuxudan oyada bilər. Yuxu rit‑ minin pozulmasını da buraya əlavə etsək, aydın olur ki, təzədən öyrətmək daha çətindir, nəinki, çətinlikləri tədricən, onlar əmələ gəldikcə həll etmək. Hazırlıqsız analar üçün uşaqları ilə təhlükəsiz birgə yuxu imkanları döşün forma və ölçülərindən asılıdır. Ana döşü 4‑cü ölçüdən artıqdırsa, o, özbaşı‑ na uşaq ilə birgə yatmağa cəhd göstərməməlidir! Ana südü ilə əmizdirmə üzrə məsləhətçiyə müraciət etmək lazımdır. Və yaxud, uşaq ilə birgə yatmağı və onu uzanıqlı vəziyyətdə rahat pozada əmizdirməyi bacaran ana ilə məsləhətləşmək lazımdır.

HANSI SƏBƏBLƏRƏ GÖRƏ ANALAR ÖZ KÖRPƏLƏRİ İLƏ BİRLİKDƏ YATMIR? ‑ Analar bu haqda məlumat‑ sızdır. ‑ Həkim qadağası. Ana südü ilə əmizdirmə məsələlərində kom‑ petentli olan həkimlər və psixoloqlar uşaq ilə birlikdə yat‑ mağın əleyhinə deyil. ‑ Həyat yoldaşının neqativ münasibətinə görə. ‑ Uzanıqlı vəziyyətdə uşağı rahat əmizdirməyi bacarmır. ‑ Uşağı ərköyün böyütməkdən qorxur. Birgə yuxu ilə uşağı ərköyün etmək olmaz. ‑ Gigiyenik cəhətdən. Ana və südəmər körpə eyni mikrofloraya malikdir.


40

ÇİMDİRMƏ


41 ışın gəlişi ilə soyuq külək, aşağı temperatur və quru hava zərif körpə dərisi üçün əsl sınaq olur. Onu da unutmaq lazım deyil ki, körpənin dərisi böyüklərdən 5 qat daha incədir və o, tam formalaşmayıb. Ona görə də ətraf mühitin təsirlərinə qarşı körpə dərisi daha dayanıqsızdır və nəmliyini tez itirdiyindən, hətta çimdirmə zamanı belə xüsusi münasibət tələb edir. Bir çox hallarda analar körpəni adi bərk sabunlarla çimdirirlər. Ancaq pediatrlar həmin sabun‑ ların tərkibində qələvi kompo‑ nentlər olduğundan bunun körpə dərisinə mənfi təsir göstərəcəyini bildirirlər. Belə sabunlar dərinin qoruyucu qatını “yuyur” və onu qurudur. Ona görə də, xüsusən qış aylarında çimdirmək üçün elə vasitələr seçmək lazımdır ki, yumşaqlığı təmin edərək təmiz‑ ləsin və dərini qurutmasın. Bunun üçün tərkibində sabun olmayan, maye formasında olan təmizləyici vasitələrdən istifadə etmək məsləhətdir. Yeni doğulmuş körpəni çimdirərkən bəzi qaydalara riayət etmək lazımdır ki, bu proses həm ana, həm də körpə üçün xoş olsun. • Körpəni, doğum evindən evə gəldiyiniz ilk gün (vərəmə qarşı peyvənd bir gün əvvəl olunmuşsa), və yaxud ertəsi gün (peyvənd çıxarış günü olunmuşsa) çimdirmək olar. Körpəni hər gün çimdirmək məsləhətdir. Bu, yalnız gigiyenik cəhətdən və körpənin bədənini gücləndirmək üçün vacib deyil. Su həm də körpənin sinir sistemi üçün çox xeyirlidir. Arzu olunan haldır ki, hər gün eyni vaxtda, körpəyə süd verməzdən əvvəl çimdirəsiniz. • İlk çimdirmə müddəti 2‑3 dəqiqə çəkməlidir, sonralar bu müddəti 10‑15 dəqiqəyə qədər artır‑ maq olar.

• Göbək yarası sağaldıqdan sonra körpənin çimdirildiyi suya növbə ilə müxtəlif bitki dəmləmələri (pişikdili, dəfnə yarpağı, dəmrov‑ otu, çobanyastığı) qatmaq olar.

ÇİMDİRMƏYƏ HAZIRLIQ • Körpəni göbək yarası sağalanadək qaynadılmış su ilə çimdirmək lazımdır. (Adətən bu sağalma müddəti 18‑22 gün çəkir). • Körpənin çimdirildiyi yerdə 0

temperatur 22‑24 C‑dən aşağı olmamalıdır. • Çimdirdikdən sonra gey‑ dirəcəyiniz paltarları qabaqcadan hazırlayın • Lazım olan digər vasitələr: yumşaq dəsmal, uşaq sabunu və ya şampun, pambıq, talk tozu (prisip‑ ka), brilyant yaşılı (zelyonka), 3%‑li hidrogen‑peroksid məhlulu, kalium‑ permanqanat məhlulu.

DÜZGÜN ÇİMDİRMƏK Vannaya tökdüyünüz suya bir neçə damcı kalium‑permanqanat

məhlulu qata bilərsiniz. Suyun tem‑ 0

peraturu 37‑38 C olmalıdır. Vannaya suyu 15 sm‑dək tökmək lazımdır ki, uzadılan körpənin başı, çiyinləri və sinəsi quru qalsın. Başqa bir qabda isə adi su hazırlayıb, onunla çimdirin. Çimdirərkən ehti‑ yatla sol əlinizlə onun baş və kürəyini tutun. Sağ əlinizlə isə başını, çiyinlərini, daha sonra əl və ayaqlarını, cinsiyyət orqanını, qarnını yuyun. Daha sonra arxası üstə çevirib, belini də yuyun. Vannadan çıxarıb, təmiz su ilə yaxa‑ ladıqdan sonra yumşaq dəsmala bürüyün. Daha sonra başından başlayaraq hər yerini yaxşıca quru‑ layın. Quruladıqdan sonra pambığı yağa (körpə üçün xüsusi yağlar) batırıb, boynunu, boğazının altını, qoltuq altını və qasıq nahiyəsini səliqə ilə silin. Göbəyindəki yaraya isə 2‑3 damcı 3%‑li hidrogen‑perok‑ sid məhlulu tökün. Daha sonra yaranı qurutmaq üçün həmin nahiyəyə bir damcı brilyant yaşılı (zelyonka) vurun. Və nəhayət, artıq körpəni geydirə bilərsiniz.


42

KİŞİ ış aylarında kişilərin də dərisi quruyur, qabığı soyulur və kobudlaşır. Gündəlik təraş etmə dərini daha da həssaslaşdıraraq, onu küləyin və soyuğun təsirlərinə qarşı davamsız edir. Bu baxımdan qadın dərisinə göstərilən diqqət və qulluğa kişilərin dərisi də möhtacdır.

DƏRİNİN TƏMİZLƏNMƏSİ Kişi dərisi daha qalın olduğun‑ dan və hormonal quruluşuna görə çox yağ ifraz etdiyi üçün

təmizliyinə xüsusi diqqət göstərilməlidir. Hər şeydən əvvəl dəri tipinə uyğun, tərkibində sabun olmayan təmizləmə vasitəsi seçmək lazımdır. Çünki sabun dərini qurudur və təravəti‑ ni itirməsinə səbəb olur. Dərini təmizləmək üçün süd tərkibli gel‑ lər məsləhət görülür. Belə təmiz‑ ləyicilərlə səhər üzü qırxmazdan əvvəl və axşam gecə kremi çək‑ məzdən öncə üzü təmizləmək lazımdır. Dəri təmizləndikdən sonra losyon və ya toniklərin köməyi ilə canlandırılmalıdır. Pambığı losyona batıraraq dərini silin. Losyon məsamələri daraldır,

dərini dezinfeksiya edir, nəm‑ ləndirir. Losyon həmçinin iltihab əleyhinə yaxşı təsir göstərir. Tonik də dəridə məsamələrin yaranmasına qarşı yaxşı təsir göstərir. Yağlı cildlər üçün tərki‑ bində spirt olan toniklər, quru dərilər üçün isə tərkibində spirt olmayan tonikləri seçin. Həftədə iki dəfə skrablardan da istifadə etmək məsləhət görülür. Xüsusən alın, burun və çənə hissəsi üçün. Skrab dərini yumşaldır, məsamələri dərindən təmizləyir, qara nöqtələri aradan qaldırır, dərinin üst qatını quru‑ maqdan qoruyur.


43 NƏMLƏNDİRİN VƏ QORUYUN Dərinizin sağlam nəm ‑ yağ tarazlığına qovuşmasını təmin etmək üçün təmizlədikdən sonra nəmləndirmək lazımdır. Nəmləndirici kremlər dərini elastikləşdirir, qır‑ mızılıqları aradan qaldırır. Qurumağa meylli dəri üçün duşdan, ya da təraşdan sonra mütləq yağlılığı yüksək olan nəmləndirici krem istifadə etmək məsləhətdir. Yağlı cildlər üçün isə nəm nisbəti yüksək, yağlılığı az olan məh‑ sulları seçin.

GÖZ ALTI KÖLGƏLƏR Göz altındakı tünd kölgələr adətən alkoqol, nikotin, kofeinin təsirindən və yuxusuzluqdan yaranır. Həmçinin orqanizmdə dəmir çatışmadıqda da qara kölgələr yaranır. Bunu aradan qaldırmaq üçün tərkibində kofein və K vita‑ mini olan gözaltı kremlərdən istifadə etmək lazımdır.

QİDALANMA Gözəl üz dərisi üçün rasional qidalanma da mühüm əhəmiyyət kəsb edir. Dərinizin sağlam və təravətli görün‑ məsi üçün zülal, vitamin və minerallarla (xüsusən də sink və selenium) zəngin olan qidalara üstünlük verməyiniz vacibdir. Zülalın sayəsində ölmüş dəri hüceyrələri yenilənir. Bu baxımdan dərinin cavanlığını saxlamaq üçün çoxlu zülallı ərzaqlar yemək lazımdır. Xatırladaq ki, ət və balıq məhsulları zülalla zəngindir. Dənli bitkilər, paxlalı bitkilər, sitrus meyvələri, qoz‑fındıq və tərəvəzlər isə dəriyə təbii görünüş və parlaqlıq bəxş edir. Banan, yumurta, yulaf və düyünün tərkibində olan Biotin (H vit‑ amini) isə dərini qidalandırır.


44 madi dəriyə çəkin. ‑ Baş soğanı kəsərək, bir neçə dəfə dəriyə çəkin. Ancaq təzə kəsilmiş soğan fayda verir. ‑ Təzə cəfəri yarpaqlarını əzərək, gün ərzində 2 dəfə üz dərisinə çəkin.

DUZ MASKASI

QIRIŞLARA QARŞI BANAN MASKASI Tərkibində banan olan maskalar dərini cavanlaşdırır. Maska hazırlamaq üçün yetişmiş bananı yaxşıca əzmək, daha sonra ona qaymaq və kartof unu əlavə etmək lazımdır. Maskanı qatı xama şəklinə düşənə qədər qarışdırın. Maska 2 qat qoyulur. Əvvəlcə üzə nazik təbəqə sürtün, quruduqdan sonra ikinci qatı çəkin. Sonra maskanın üzərinə tənzif və nazik qat pambıq qoyub, örtün. Maska yarım saat saxlan‑ malıdır. Sonra ilıq suda islanmış pambıq tamponu ilə onu silib, təmizləyin. Banan maskasını günaşırı 20 gün ərzində qoymaq lazımdır. Təkrar kurs 30‑60 gündən sonra aparılır.

ÇİLLƏRDƏN QURTULMAQ ÜÇÜN... ‑ Yarım almanı xırda doğrayıb əzin. Ora həmçinin 1 xörək qaşığı bal, 1 çay qaşığı askorbin turşusu (C vitamini), 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı alma sirkəsi, 3 xörək qaşığı bitki yağı əlavə edin. Üzdə 30 dəqiqə saxladıqdan sonra yuyun. Maskanı istənilən tipdə olan dəriyə tətbiq etmək olar. ‑ 4 çay qaşığı zəncirotu kökünü 1,5 stəkan suda 15 dəqiqə ərzində bişirin. Hazırlanmış həlimi soyudub, filtrdən keçirərək, mütə‑

Duz dezinfeksiyaedici və quruducu vasitə kimi hələ qədim dövrlərdən tətbiq olunur. Üzdəki sızanaqları qurutmaq və yeni iltihabların qarşısını almaq üçün bu maska kömək edə bilər: 2 xörək qaşığı duzu 1 litr isti suda əridin və məhlulu bir qədər soyudun. Çox da böyük olmayan pambıq dəsmalı həmin məhlulda isladın və 3‑4 dəqiqə üzünüzdə saxlayın (gözünüzü yumun). Bu əməliyyatı bir neçə dəfə təkrar edin. Sonra üzünüzü ilıq su ilə yuyun və yumşaldıcı krem çəkin.

maskanı ikinci dəfə çəkin. 5 dəqiqədən sonra maskanı götür‑ mək və duzlu su ilə təmizləmək lazımdır. Sonda nəmləndirici krem çəkmək lazımdır.

HƏSSAS DƏRİNİ YUMAQ ÜÇÜN CÖVHƏR Hərəsindən 1 çay qaşığı olmaqla nanə, çobanyastığı, dazı‑ otu və cökə götürün, üzərinə 2 stəkan qaynar su töküb, 1 saat saxlayın. 1 çay qaşığı qliserin də əlavə edərək vaxtaşırı bu maye ilə üzünüzü yusanız, dəriniz təravətli və gözəl görünəcək. Yaxud 2 ovuc buğda dənini 1 litr suda 20 dəqiqə qaynadın. Həlimi süzüb, soyudun. Bu maye ilə hər gün üzünüzü yuyun. Bu həlim quru və həssas dəriyə müa‑ licəvi təsir göstərməklə iltihabı aradan qaldırır.

ADAÇAYI İLƏ GÖZALTI TƏMİZLƏYİCİ LOSYON TORBACIQLARDAN Bərabər miqdarda nanə, QURTULUN! çobanyastığı çiçəyi, üvəz (quşar‑ Müalicəvi bitki olan adaçayı (sürvə) dərini qidalandırır və dezinfeksiya еdir. 1 çay qaşığı adaçayının üzərinə 1 stəkan qay‑ nar su tökün və qapaqlı qabda 10‑ 15 dəqiqə saxlayıb, süzün. Məhlulun yarısını soyuducuda saxlayın, o biri yarısını isə odda yüngülcə qızdırın. Göz qapağına növbə ilə 10 dəqiqə ərzində gah isti, gah da soyuq pambıq tam‑ ponları qoyun. Bu əməliyyatı yat‑ mamışdan qabaq günaşırı etdikdən sonra gözün ətrafındakı dəriyə xüsusi krem çəkin.

YAĞLI DƏRİ ÜÇÜN MASKA Şərqdə üz dərisinə qulluq üçün kəsmik qədimdən istifadə edilirdi. 2 çay qaşığı kəsmiyi eyni bərabərdə meyvə və ya tərəvəz şirəsi ilə qarışdırın, ¼ çay qaşığı duz əlavə edərək yenə qarışdırıb, üzə çəkin, 10 dəqiqədən sonra

mudu) yarpağı və meyvələri, eyni zamanda yarım limon qabığını qarışdırıb, 3 stəkan qaynar suda dəmləyin, 30 dəqiqə zəif od üzərində saxladıqdan sonra soyu‑ mağa qoyun. 8‑12 saat sonra həmin qarışığa 2 xörək qaşığı araq və eyni miqdarda qliserin əlavə edin. Hazır olmuş məhlulla üzünüzü təmizləyin. Bu losyonu yağlı, məsaməli, quru və solmuş üz dərisi üçün istifadə etmək məs‑ ləhətdir.


45 əsillər dəyişdikdə makiyaj formaları da havanın tempera‑ turuna uyğunlaşaraq, yeni stil və rəng çalarları ilə özünü göstərir. Yay aylarının təbii və sadə rənglərinin əksinə olaraq, qış aylarında parlaq və canlı rənglər ön plana çıxır.

GÖZƏL ÜZ ÜÇÜN... Tonal kremi çəkən zaman adətən, ya çox, ya da az alınır. Dəri yaxşı vəziyyət‑ dədirsə, tonal kremi az miqdarda çək‑ mək lazımdır. Və əksinə, dəridə prob‑ lemlər varsa, ondan çox istifadə edilmə‑ lidir. Amma yenə də tonal kremi bütün üzə çəkməkdənsə, yalnız nöqsanları ört‑ basdır etmək məsləhətdir. Bundan başqa, bəzi qadınlar dərilərinin rənginə uyğun tonal krem seçə bilmirlər. Xüsusilə də ağ boyun və tünd rəngdə sifəti bir‑birindən ayıran xətlər yaxşı görünmür. Və ya boyun dərisi tünd olduğu halda, ağappaq üz dərisi ilə də qadınlar gözəl görünməyəcəklərini bil‑ sələr, yaxşıdır. Tonal kremin rəngi, dərinin rəngi ilə uyğun gəlməlidir. Kirşanın əsas təyinatı isə tonal kremin yaratdığı parlaqlığı, yağlılığı aradan qaldırmaq və makiyajı möhkəm‑ lətməkdir. O, eləcə də, üzün xırda nöqsanlarını ‑ sızanaqları, qabarmış kapillyarları korrektə etməyə kömək edir. Kompakt və ya toz halında olmasından asılı olmayaraq, kirşanı fırça ilə çəkmək məsləhətdir. Fırça vasitəsilə çəkilən kirşan üzdə bərabər və eyni tonlu olur.

dur. Öküz ili üzərində təhvil olan 2009‑ cu ilin qışında qızılı və tünd qəhvəyi rənglər də gözlərin makiyajında əhəmiyyətli yer tutacaq. Göz üçün qara karandaşlar və laynerlər aktual olacaq. Daha qalın və sıx qaşlar da dəbdə ola‑ caq. Odur ki, bu qış naqqaşları kənara qoymaqda fayda var. Bu sizə daha təbii görkəm verəcək. Hətta qaşlarınızı qara karandaşla da vurğulaya bilərsiniz. Tünd rənglərlə vurğulanmış gözlər, təmiz üz dərisi və qırmızı dodaqlar bu qışın dəbi sayılır.

AL DODAQLAR Dodaqlarda adi qırmızı boyanın yeri‑ nə, qırmızının tonları ilə kölgələndi‑ rilmiş rənglər daha cazibədar görkəm almanıza kömək edəcək. Hətta bu köl‑ gələr arasında çəhrayını belə vurğulaya bilərsiniz. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin. Pomadanı fırça ilə dodağınıza çəkin. Əvvəlcə dodaqlarınıza tonal krem çəkin ki, o, əsas olsun və pomada uzun müd‑ dət qalsın. Həmçinin pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin. Qış aylarında yağlı və nəmləndirici pomadadan istifadə edin. İşıltılı görünüş üçün dodaqlarınızın tam ortasına rəngsiz bir parladıcı toxun‑ durun. Parlaq dodaq boyalarını sevməyənlər isə çəhrayı və ya rəngsiz dodaq parladıcıları ilə də kifayətlənə bilərlər. Çünki bu ilin dəbində təbii görünüşlü dodaqlar da öz yerini qoruyub saxlayır.

CAN ALAN GÖZLƏR

TƏBİİ YANAQLAR

2009‑cu ilin makiyaj dəbində drama‑ tizm cizgiləri özünü göstərəcək, “kədərli qadın” obrazı ön planda olacaq. Bu səbəbdən də sirli ab‑hava yaradan qara rəng bu ilin dəbində xüsusi rol oynaya‑ caq. Tenlərin rəngində boz rəngin çalar‑ ları da xüsusi yer tutacaq. Bu baxışlara daha mənalı və faciəvi obraz verəcək. Sədəfi tenləri isə yalnız üst qapaqlara və qaşaltı hissəyə çəkmək məqsədəuyğun‑

Bu qış yanaqlarda üzün təbii rəngi – açıq çəhrayı ənlik dəbdədir. Əvvəlcə nis‑ bətən açıq rəngli ənliyi böyük fırçanın köməyi ilə yanaqlarınıza sürtün. Daha sonra tünd rəngli ənliyi yalnızca almacıq sümüklərinin üzərinə çəkin. Və beləliklə üzünüzə kölgəli görkəm qazandırın. Axşam makiyajı üçün quru, gündəlik makiyaj üçünsə yağlı ənlikdən istifadə edin.


46

KREMİ

NECƏ SEÇMƏLİ? osmetik vasitələrin sırasında müxtəlif kremlər yer alır ki, çox vaxt onlar‑ dan necə istifadə edəcəyimizi bilmirik. Düzgün istifadə edilməyən kremlər isə üz dərisini cavanlaşdırmaq və təravətləndirmək əvəzinə, onlarda problemlərin yaranmasına səbəb olur. Odur ki, krem seçərkən ilk öncə dərinizin tipini və yaşınızı nəzərə alın. Çünki yaşlı dəri üçün nəzərdə tutulan kremlərin tərkibində bioloji aktiv maddələr var ki, bu gənc qızlar üçün əks‑göstərişdir. Cavan dəri üçün nəzərdə tutulan kremlər isə yaşla bağlı dəridə yaranan problemləri aradan qaldırmaq iqtidarına malik deyil. Bir çoxlarının öz sevimli markası var və adətən uzun müddət eyni firmanın kremlərindən istifadə edirlər. Ancaq kosmetoloqlar məsləhət görürlər ki, kremlərin markasını hər yarım ildən bir dəyişmək lazımdır. Çünki bizim dərimiz həmin kremə öyrəşir və uzun müddət istifadə edildikdə, artıq əvvəlki effekti vermir. Arzu etsəniz, yarım ildən sonra yenidən öz sevimli markanızın kosmetik məhsullarından isti‑ fadə edə bilərsiniz.

NORMAL DƏRİ Görünüşü şəffaf, elastik, hamar, nəmliyi və yağlılıq səviyyəsi normal, məsamələri qapalı, ideal bir üz dərisidir. Süd tərkibli təmizləyi‑ cilər, tərkibində spirt faizi aşağı olan, orta yağlılıqda yüngül nəmləndirici və pilinq krem‑ lər yararlıdır. 30 yaşdan etibarən həftədə bir‑iki dəfə qidalandırıcı gecə kremi, göz ətrafı krem‑ lər və maskalardan istifadə etmək olar. Yağlı,


47 qidalandırıcı kosmetik vasitələrdən istifadə isə dərinin vəziyyətini pis‑ ləşdirə, parıltı və civzələrin əmələ gəlməsinə səbəb ola bilər. Belə xanımlara məsləhət görülür ki, dərilərinin təbii yağlılıq balansını pozmasınlar. 40 yaşdan sonra isə qırışlara qarşı olan kremlərdən isti‑ fadə edə bilərlər.

QURU DƏRİ Bu dəri tipi həssas, zərif və hamar olur. Xüsusən də soyuq aylarda quruyub, qabığı soyulur və qıcıqlanır. Nəm səviyyəsi çox aşağı olduğundan rəngi tutqun görünür. Artıq gənc yaşlardan etibarən belə dəri öz elastikliyini itirir və qırışlar əmələ gəlməyə başlayır. Belə dəriyə mütəmadi olaraq qidalandırma və nəmləndirmə lazımdır. Xüsusən də gecələr yağlı qidalandırıcı krem‑ lərdən istifadə etmək məsləhət görülür. 30 yaşdan etibarən tərki‑ bində A və C vitaminləri olan qırışlara qarşı kremlərdən istifadə etmək olar. Quru dəri həssas olduğundan onu sabun və spirt tərkibli vasitələrlə yumaq olmaz. Ona görə də çalışın ki, makiyajı silmək və üz dərisini təmizləmək üçün spirtsiz losyonlardan istifadə edəsiniz.

YAĞLI DƏRİ Yağlı və parıltılı görünüşü ilə bu dəri tipini müəyyən etmək çox asandır. Geniş məsaməli bu dəri tipi iltihaba, civzə və sızanaqlara meylli olur. Ancaq dəriyə düzgün qulluq göstərməklə, bu problemləri aradan qaldırmaq olar. Onu da unutmaq lazım deyil ki, belə dərini çox qıcıq‑ landırmaq və qurutmaq da olmaz. Bəzən xanımlar düşünürlər ki, yağlı dərini nəmləndirməyə ehtiyac yox‑ dur. Bu yanlışdır. Bütün dəri tiplərinin nəmləndirilməsinə ehtiyac var. Ancaq yağlı dəri üçün nəzərdə tutulan nəmləndiricilər maksimal dərəcədə yüngül olmalı və asanlıqla hopmalıdır. 35 yaşdan sonra B vita‑ mini tərkibli kremlərdən istifadə etmək lazımdır. Yağlı dəri öz sahibi‑ nə problem yaratsa da, onlarda

qırışlar gec əmələ gəlir. Belə dərini yumaq üçün sabun və alkoqollu toniklərdən də istifadə etmək olar.

QARIŞIQ TİP Bu ən geniş yayılmış dəri tipidir. Belə dərilərdə nəm və yağlılıq səviyyəsi sifətin müxtəlif hissələrində fərqlidir. Belə dərilər qış aylarında qurumağa meylli olurlar. Bu cür dərilər daha çətin qulluq tələb edir. Alın, burun və çənə hissələri yağlı olur, digər böl‑ gələr isə quru. Süd tərkibli təmi‑ zləyici, tərkibində spirt faizi aşağı olan tonik və nəmləndiricilərdən istifadə etmək olar. Otuz yaşlardan etibarən pilinq krem, dərinin ehtiy‑ acına görə gecə kremi və göz ətrafı kremlərdən istifadə etmək lazımdır. Ümumiyyətlə, dərinin yağlı hissələrinə yağlı dəri üçün olan vasitələrlə, quru nahiyələrinə isə quru dəri üçün nəzərdə tutulmuş kremlərlə qulluq göstərmək lazımdır. Əgər 25 yaşınız varsa, üzünüzü yaxşıca təmizləyərək yata bilərsiniz, bu yaşlarda gecə kre‑ mindən istifadəyə o qədər də ehtiyac olmur. Ancaq 35 yaşdan

sonra bu yolverilməzdir. Bu yaşlar‑ dan etibarən gecə üçün nəm‑ ləndirici və qidalandırıcıların isti‑ fadəsi zəruridir. Bununla siz dərinizə dinclik və təzələnmək gücü verəcəksiniz. Gecə kremləri yağlı və orta yağlılıqda olduğun‑ dan və gec hopduğundan, onları yatmazdan bir neçə saat əvvəl çək‑ mək məsləhətdir. 25‑35 yaşlı xanımlar üçün antioksidant tərkibli kremlər məs‑ ləhət görülür. Bu qrupa tərkibində A və C vitaminləri, üzüm çəyirdəyi cövhəri və selenium olan kremləri daxil etmək olar. Bütün bu tərkiblər dərinin elastikliyini artırır, epidermis qatını gücləndirir. 35‑45 yaşlı qadınlara E vitamin‑ li kremlər məsləhət görülür. Belə kremlər dərinin rəngini yaxşılaşdırır, elastikliyi artırır, qırışları hamarlaşdırır. Yağlı və qarışıq üz dərisinə sahib olanlar yaşından asılı olma‑ yaraq kalsium və sink tərkibli kremlərdən istifadə etməlidirlər. Bu tərkib yağ mübadiləsini yaxşı nizamlayır, iltihab əleyhinə təsir göstərir.


48 GÖZƏLLİK VƏ SAĞLAMLIĞIN VƏHDƏTİ Gözəl görünmək, sağlam və gümrah olmaq hər bir insanın arzusudur. Gözəlliyi və cazibədarlığı ilə diqqəti cəlb etməyə çalışan qadınlar müxtəlif firmaların istehsalı olan saça və dəriyə qulluq vasitələri, dekorativ kosmetika nümunələri arasından düzgün seçim etməyə çalışırlar. Eyni zamanda bu məhsulların yüksək keyfiyyətindən və sağlamlıq üçün heç bir təhlükə yaratmadığından da əmin olmaq istəyirlər. Dünya bazarında keyfiyyət və nüfuzuna görə fərqlənən belə ticarət nişanları kifayət qədərdir. Bunlardan biri də 50 illik tarixə malik AMWAY‑dir. Bu şirkətin istehsalı olan müxtəlif çeşidli məhsullar keyfiyyət və effektinə görə bütün dünyada qəbul edilir. AMWAY bir‑ başa satış sahəsində fəaliyyət göstərən ən uğurlu kam‑ paniyalardan biridir və günü‑gündən böyüyüb, inkişaf edir. Satış sahəsində uzun illərdir ki, liderliyini qoruyub saxlayan AMWAY dünyanın 80‑dən artıq ölkə və regionun‑ da fəaliyyət göstərir. Öz ətrafında 3 milyondan artıq müstəqil işgüzar insanları toplayan AMWAY fərdi biznesin inkişafı üçün böyük imkanlar açır, alıcılara 450 növdən artıq keyfiyyətli malların sırasından seçim etmək imkanı bəxş edir. Sağlamlığı qorumaq üçün müxtəlif vitamin və minerallar, üz və bədən dərisinə qulluq vasitələri, dekora‑ tiv kosmetikalar, kişilər üçün dəriyə qulluq və təraş vasitələri, ətirlər, bəzək əşyaları, ev üçün gərəkli olan məh‑ sullar, mətbəx ləvazimatları və digər bir çox yüksək stan‑ dartlar əsasında istehsal olunmuş vasitələr alıcıların ixti‑ yarına verilir. Bu məhsulların hazırlanması üçün müxtəlif

“Əgər mən özüm bu firmanın məhsullarından istifadə etməsəydim, heç bir insana bunu məs‑ ləhət görməzdim. Mən ARTISTRYTM brendinin kremlərindən istifadə etdim və heyranedici effektin şahidi oldum. Siz də AMWAY‑ı seçin, keyfiyyətinə etibar edin!”.

Sandra Bullock

ölkələrdə fəaliyyət göstərən 89 laboratoriyada 500‑dən çox alim, tədqiqatçı, dermatoloq və həkimlər araşdırmalar aparırlar. AMWAY‑in məhsulları satış sahəsində ABŞ, Almaniya və Yaponiyada liderliyini qoruyub saxlayır. AMWAY‑in istehsalı olan məhsullar nüfuzlu ticarət nişan‑ ları olan ARTISTRYTM, E.FUNKHOUSER.NEW YORKTM, SATINIQUETM, PROTIQUETM, HYMMTM, TOLSOMTM, GLISTERTM, BODY SERIESTM, PETER ISLANDTM kimi brendlərin adı altında heyranedici effektə malik gözəllik və dəriyə qulluq vasitələri təqdim edir. Bu məhsullar yaşından, cinsindən, həyat şəraitindən asılı olmayaraq, hər bir insana gənc, gözəl və sağlam görünməkdə kömək edir. ARTİSTRYTM brendi kosmetik vasitələr sırasında dünyanın 4 ən nüfuzlu ticarət nişanından biridir. Digər 3 məşhur marka isə Fransanın LANCOMETM, ABŞ‑ın CLİNİQUETM və ESTEE LAUDERTM kimi məşhur ticarət nişanlarıdır. Hətta tanınmış aktrisa Sandra Bullock ARTİSTRYTM brendinin simasıdır. NUTRILITETM brendi isə polivitamin və minerallar, antioksidantlar, uşaqlar üçün dietik qida əlavələri və sağlamlıq üçün zəruri olan digər məhsulları təmsil edir. Dünyanın ən tanınmış fut‑ bolçularından olan Ronaldinyo da bu ticarət nişanı altında təqdim olunan məhsullardan istifadə edir. Hətta müqavi‑ ləyə əsasən, AMWAY Ronaldinyonun vurduğu hər qola görə himayəyə möhtac uşaqlara dəstək məqsədilə UNİCEF‑ə 10 min dollar ödəyir.


49 Bu məhsullar sırasında eviniz üçün gərəkli olan vasitələr də yüksək keyfiyyəti ilə seçilir. iCOOKTM brendindən qab‑qacaq və bıçaqlar, SA8TM ‑dan pal‑ tar yumaq üçün, L.O.C.TM –dan ev yığmaq üçün, DISH DROPSTM ticarət nişanından isə qab yumaq üçün gərəkli olan vasitələr təqdim olunur. AMWAY‑in istehsalı olan məhsullar həm də qablaşdırılmasına görə seçilir. Yüksək texnologiya ilə hazırlanan bu məhsulların qabları da eyni peşəkarlıqla istehsal olunur. Bu qablarda saxlanan məhsullar keyfiyyət və dayanıqlılığını daha yaxşı saxlayır. Həmçinin artıq istifadə olunmuş məhsulların qabları atıldıq‑ dan sonra da ekologiyaya zərər vurmur. AMWAY suyun təmizlənməsi sahəsində Avropada liderliyini qoruyub saxlayır. eSpringTM brendi ilə təqdim olunan bu su təmizləyicilər suyun tərkibini bakteriya və viruslardan təmizləyir, həmçinin suyun yaddaşını saflaşdırır. Qəbul etdiyimiz suyun bədənimizin sağlamlığına və ruhumuzun sakitliyinə müsbət təsir etməsi üçün təmiz olması vacib şərtdir. Bu təmizliyə eSpringTM su filtrləri ilə nail ola bilərsiniz. Bu qurğunun bir özəlliyi də ondadır ki, suyun keyfiyyətinə nəzarət filtr üzərində quraşdırılmış kompüter vasitəsilə həyata keçirilir. Şirkət qurucularının əsas məqsədi alıcılara yük‑ sək keyfiyyətli və sağlamlıq baxımdan zərərsiz məhsullar təqdim etməkdir. Bu kampaniyanın və

biznesini AMWAY‑in sayəsində qurub, inkişaf etdirən insanların əsas uğuru da məhz məhsulların keyfiy‑ yəti ilə bağlıdır. Yaşından, iş təcrübəsindən, təhsilin‑ dən asılı olmayaraq, hər kəs AMWAY sayəsində öz biznesini qurub, inkişaf etdirə bilər. AMWAY həm öz ətrafında topladığı müstəqil işgüzar insanların biznes sahəsində uğur qazanma‑ sına kömək edir, həm yüksək texnologiya ilə hazır‑ lanmış keyfiyyətli məhsulları ilə alıcıların sağlam‑ lığının qorunmasında yardımçı olur, həm də xeyriyyə aksiyalarında yaxından iştirak edir. UNICEF‑lə əməkdaşlıq edən AMWAY 2005‑ci ildə himayəyə ehtiyacı olan uşaqlara yardım məqsədilə 1 milyard dollarlıq çek təqdim edib. Sonrakı 5 il ərzində isə UNICEF‑ə 2,5 milyard dollar məbləğində yardım etməyi nəzərdə tutan AMWAY‑in bu könüllü əməkdaşlıqda əsas məqsədi gələcəyimiz olan uşaqların daha yaxşı həyatla təmin olunmasına nail olmaqdır. AMWAY‑in istehsalı olan məhsulların sağlamlığına biganə olmayan insanlar üçün əsl hədiyyə ola biləcəyini düşünərək, bu məhsullar barədə sizə məlumat verdik. Seçimi isə sizin ixtiyarınıza buraxırıq. Əlavə məlumat almaq üçün “Ailə həkimi” jur‑ nalının redaksiyasına müraciət edə bilərsiniz.


50


51 ündəlik həyatın stressindən xilas olmaq çətinləşdikcə insanlar fərqli müalicələrə, idman növlərinə yönəlirlər. Rəqs də effek‑ tiv müalicə vasitələrdən biri hesab olunur. Rəqslə müalicə ilə bağlı ilk dəfə psixoanlalitik Vilgeym Rayx məlumat verib. Onun sözlərinə görə, bizim hər birimizin buxovlanmış əzələlərdən ibarət “müdafiə zirehi”‑ miz var. Rəqs etməklə biz həmin buxovlardan azad oluruq və bu zaman ruhumuz da dincəlir, har‑ moniya əldə edir. Psixiatrlar hesab edirlər ki, rəqs hərəkətləri depres‑ siyanın cəngindən xilas olmaq üçün çox yaxşı üsuldur. Həmçinin musiqi sədaları altında hərəkət etmək, maddələr mübadiləsini normallaşdırır, ürək‑ damar sisteminin işini tənzimləyir, immuniteti qaldırır. Cəld rəqs hərəkətləri ilə siz yarım saat ərzində 300 kilokalori, Latın rəqsləri ilə 250, vals oynamaqla isə 200 kilokalori sərf edə bilərsiniz. Qadınlar üçün oriyental rəqs daha xeyirli hesab olunur. Bu rəqs zamanı heç istifadə edilməyən əzələlər də hərəkət edir, qarın əzələləri, çanaq sümüyü, həmçinin çiyin zonası möhkəmlənir. Oriyental rəqs ilə bel və kürək əzələləri də

hərəkət etmiş olur ki, bu da qamətin yaxşılaşdırılmasına kömək edir. Həmçinin oriyental rəqs üz dərisinin rəngini yaxşılaşdırır, çünki bu rəqs hərəkətləri bağırsaqların işinə də kömək edir. Oriyental rəqs stressi azaltmağa kömək edir, çünki rəqs zamanı ahəngdar tənəffüs hərəkətləri beynin həzz mərkəzinin işinə təkan verir. Bu zaman endorfin‑ lər atılır ki, bu da əhval‑ruhiyyənin qalxmasına səbəb olur. Oriyental rəqs gərgin əzələləri boşaltdığından qadınların özlərinə duyduqları inam hissi də artır. Nizamlı bir şəkildə edildiyi təqdirdə, bütün əzələləri gücləndirdiyinə görə, oriyental rəqs idman qədər təsirli olur. Mambo, rumba, çaça, salsa və samba kimi Latın rəqsləri isə ürək

sağlamlığına müsbət təsir edir. Eyni zamanda gün boyunca yaşadığınız stressdən uzaqlaşmaq istəyirsinizsə, bu rəqslərin ritmləri sayəsində rahat‑ lana bilərsiniz. Həmçinin Azərbaycan rəqsləri də sağlamlıq baxımından xeyirlidir. “Qaytağı”, “Tərəkəmə”, “Şalaxo”, “Qazağı”, “Heyvagülü” kimi rəqslər zamanı da enerji sərf edərək, rahatlanmaq mümkündür. Araşdırmalar nəticəsində o da müəyyən olunub ki, bir gecə boyun‑ ca rəqs edərkən atılan addımlarla təxminən 8 kilometrlik bir yol get‑ mək mümkündür. Unutmayın ki, rəqs etmək bədənin hər yerini işlət‑ mək və ruhi‑zehni olaraq özünüzü təzələmək üçün edə biləcəyiniz əyləncəli və ritmik bir məşqdir.


52

ÜÇ MİN AMERİKALININ AZƏRBAYCANLI HƏKİMİ eyli vaxt idi ki, onunla internet vasitəsilə mək‑ tublaşırdıq. Bakıya gələn kimi “Ailə həkimi”nin qonağı ola‑ cağına, Amerika Birləşmiş Ştat‑ larında (ABŞ) səhiyyə sistemi‑ nin özəllikləri, bu ölkədə uğurla tətbiq olunan Ailə həki‑ mi praktikası barədə məlumat verəcəyini vəd etmişdi. Hazırda ABŞ‑da ailə həkimi kimi çalışan İradə Dalili verdiyi vədə əməl edərək, Bakıya gələndə ilk olaraq qapısını açdığı məkanlardan biri də “Ailə həkimi”nin redak‑ siyası oldu. Onunla söhbətimizdə yuxarıda qeyd etdiyimiz məqamlarla yanaşı, ailə həkimi adını necə qazanmasından da danışdı.

İradə Dalili: “İş otağımda ölkəmizin xəritəsini asmışam və xəstələrimə fəxrlə Azərbaycan haqqında danışıram”


53 mükəmməlliyi istər Bakıda, istərsə də xaricdə işləyərkən dadıma çatdı. İnstitutu bitirdikdən sonra Bakıdakı 27 saylı poliklinikada əvvəlcə sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışdım. Daha sonra Kardiologiya İnstitutunda işlədim və orada da müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə sahib oldum. ‑ Bəs necə oldu ki, ABŞ‑a get‑ diniz? ‑ 1996‑cı ildə ailə vəziyyətimlə əlaqədar Amerikaya köçməli olduq. Onu da deyim ki, birinci dəfə deyildi ki, yaşamaq üçün xaricə gedirdim. Bundan əvvəl 4 il İranda yaşamışdıq. Orada kardio‑ loq kimi çalışmışdım.

‑ İradə xanım necə oldu ki, həkimlik peşəsini seçdiniz? ‑ 1956‑cı ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam Hüseyn Dalili Milli Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi olub. Anam Zinyət Rəhimova isə Nəsimi rayonundakı 111 nömrəli məktəbdə 25 il məktəb direktoru işləyib. Təbii ki, ilk növbədə bu amil mənim ali təhsil almağımda böyük rol oynayıb. Həkimlik peşəsinin seçməyimə gəlincə, bu məsələdə həm özümün, həm də valideynlərimin rolu olub. Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da “Göz həkimi” tamaşasındakı obrazdan götürübmüş. Qeyd edim ki, 16 yaşım olanda Azərbaycan Tibb Universitetinə daxil oldum. Bu təhsil ocağında mükəmməl bir təhsil aldım. Əlaçı idim. Bizə dərs deyən müəllimlər çox savadlı idilər. Aldığım təhsilin

‑ Maraqlıdır, ABŞ‑da həkim kimi çalışmaq istədiyinizi söyləyəndə hansı münasibətlə qarşılaşdınız? ‑ Əvvəla, mühitlə bağlı olaraq ilk günlər çox çətin idi. Tanımadığım ölkə, tanımadığım insanlar. Buna baxmayaraq, mən elə ilk günlərdən öz peşəmlə məşğul olmaq istəyirdim. Amma bu fikrimi kimə bildirdimsə, hamı birmənalı olaraq qeyd edirdi ki, belə bir şeyi heç ağlıma da gətir‑ məyim. Bu da səbəbsiz deyildi. Birincisi, dili yaxşı bilmirdim, digər tərəfdən qarşıda məni çətin imtahanlar gözləyirdi. Ona görə də mənə deyirdilər ki, bu niyyə‑ timdən əl çəkim, çox adamlar istəyib, amma alınmayıb. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb‑daşındıqdan sonra qərara aldım ki, nə olursa‑ olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq. ‑ ABŞ‑da həkim kimi çalışmaq üçün hansı mərhələlərdən keçdi‑ niz? ‑ Amerikada həkim işləmək üçün öncə diplomumu təsdiq

etdirməli idim. Ona görə də bir neçə mərhələdə imtahanlar ver‑ məli idim. Birinci mərhələdə Tibb Universitetinin 1,2,3‑cü kursların‑ da keçilən fənlərdən imtahan ver‑ məlisən. İkinci mərhələ isə 4,5,6‑cı kursların fənlərinin imtahanların‑ dan ibarətdir. Üçüncü mərhələ TOEFL imtahanlarıdır. Dördüncü mərhələ isə klinik imtahandır. İlk üç mərhələnin imtahanları kom‑ püter vasitəsilə verilir. Klinik imtahan zamanı isə 15 dəqiqə ərzində anamnez toplanmalı, müayinə edilməli, xəstəyə məs‑ ləhətlər verilməli və onun diaqnozu ilə diferensial diaqnoz təyin olunmalıdır. İmtahan ərzində mən 11 xəstəni müayinə etdim. Onu da deyim ki, bu mərhələdə otağa kamera qoyulur, imtahan komissiyası bütün prosesi izləyir. Üstəlik, xəstənin həkim haqqında rəyi də nəzərə alınır. Şükürlər olsun ki, digərlərində olduğu kimi, bu imtahandan da yüksək qiymət aldım. Və bu qiymətlər mənə hər hansı bir uni‑ versitetdə rezidentura prosesi keçmək şansı verdi. Rezidenturanı “Ailə təbabəti” rezidentura pro‑ qramı üzrə Emory Universitetində keçmişəm. ‑ Hazırda ABŞ‑da ailə həkimi işləyirsiniz, necə oldu ki, bu sahəni seçdiniz və hazırda hansı klinikada çalışırsınız? ‑ Azərbaycanda həkim‑xəstə münasibəti elə qurulub ki, tərəflər bir‑biri ilə daim ünsiyyətdə olurlar. Uzun illər bu rejimdə işlədiyimdən bu münasibət mənə doğmadır. Bu səbəbdən də ABŞ‑da ailə həkimi kimi çalışmağa üstün‑ lük verdim. Amerikada ailə həki‑ mi daim xəstələrlə ünsiyyətdə olur. Hazırda mən Kaliforniyada Beaver Medical Group klinikasın‑ da işləyirəm. Onu da deyim ki, Amerikada əhali çox, həkimlərin sayı az olduğuna görə ailə həkim‑ lərinin işi ağırdır. Məsələn, mənim nəzarətimdə 3 min xəstə var.


54 ‑ Bir qədər də Amerikada tət‑ biq olunan ailə həkimi prak‑ tikası barədə məlumat verərdi‑ niz… ‑ Amerikada ailə həkimi olmaq üçün Tibb Universitetini bitirəndən sonra 3 illik reziden‑ tura (tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazır‑ lığını həyata keçirən struktur) təhsili almaq vacib şərtdir. Yalnız bundan sonra ailə həkimi öz sənədlərini Amerika Həkimlərinin Ali Kollegiyasına (American Board of Family Physicians) göndərmək imkanına malik olur. Daha sonra isə həmin kollegiyada imtahan verərək, xüsusi sertifikat ala bilirlər. Bundan başqa ailə həkimləri hər 7 ildən bir mürəkkəb Board imta‑ hanından keçməli olurlar. Board imtahanına qatılmaq üçün ailə həkimləri hər il müəyyən olun‑ muş saat miqdarı, yəni “Aramsız Tibbi Təhsil” (Continuing Medical Education) toplamalıdır‑ lar. Hər bir ailə həkimi altı il ərzində 300 belə saat miqdarı toplamalıdır. Bu saatları tədris konfranslarının, internet tədris saatlarının hesabına toplamaq mümkündür. “Aramsız Tibbi Təhsil”i olmayan həkimlərin Board imtahanlarında iştirak etmək hüquqları yoxdur. Belə həkimlər öz sertifikatlarını da itirirlər. Bir çox xəstəxana və klinikalarda isə belə sertifikatlar olmadan işləmək mümkün deyil. Bu da həkimləri həmişə öz üzərilərində işləməyə məcbur edir. Board imtahanı 8 saat ərzində keçirilir ( arada bir saatlıq fasilə vermək şərtilə). Amerikada ailə həkimləri ya tək, ya da kiçik qruplarda fəaliyyət göstərirlər. Onlar həm özəl klinikalarda, həm də dövlət xəstəxanalarında çalışa bilirlər. Bəzi ailə həkimləri isə tibb mək‑ təblərində və ya rezidentura pro‑ qramlarında dərs verməklə məşğuldurlar, ailə həkimləri əsasən müalicə prosesini həyata

keçirsələr də, lazım olduqda cər‑ rahiyyə əməliyyatlarına da qatılırlar. Ailə həkiminin vəzifəsi xəstəni bütün həyat mərhələlərində müalicə etməkdir. Hətta ailə həki‑ mi uşaq doğuşunu da öz prak‑ tikasına daxil edə bilər. Ancaq adətən şəhərlərdə çalışan ailə həkimləri çox vaxt mamalıq vəzi‑ fəsini öz üzərilərinə götürmürlər. Ümumiyyətlə, hər həkim öz prak‑ tikasını istədiyi şəkildə qurur. Ailə həkimlərinin əsas məqsə‑ di xəstələrə qayğı göstərmək və onları müalicə etməkdir. Xəstələr günün istənilən vaxtında (24 saat boyunca) həkimlə əlaqə saxlaya bilər və lazım olan müalicə, müayinə və məsləhəti almaq imkanına malikdirlər. Bəzi ağır xroniki xəstələr evlərini tərk edə bilmirlər, onda ailə həkimləri özləri xəstənin yaşadığı ünvanlara gəlirlər. Azərbaycan və digər keçmiş Sovet ölkələrində bu sistemdən fərqli olaraq həkimlər ümumiy‑ yətlə xəstənin evinə getmirlər. Bu hətta xəstə uşaqlara da aiddir. Ancaq Amerikada həkimin təyin etdiyi müalicə ev şəraitində xəstəyə tətbiq olunur, lazım olan iynələr vurulur, analizlər götürülür. Gərəkli olduqda ailə həkimi xəstələri hansısa bir sahə üzrə ixtisaslaşmış digər bir həkimin qəbuluna da göndərə bilər. Xəstəliyin axırıncı mərhələsində olduqda (məsələn, xərçəng zamanı) xəstələr Hospice (sığınacaq) xidmətinə göndərilir. Bu da xəstənin öz evində və ya hansısa bir yerdə son günlərini ağrısız və rahat keçirməsinə kömək edir. Lazım olarsa, ailə həkimi xəstəni Nursing home adlandırılan əlillər evinə də göndərə bilər. Əlillər evinə xroni‑ ki xəstəlikləri olan və özünə qul‑ luq edə bilməyən xəstələr göndərilir. Xəstələrə orada çox yaxşı qulluq edirlər və onlar istədikləri vaxt öz ailə həkimləri

ilə əlaqə saxlaya bilirlər. Müalicə prosesi bitdikdən sonra isə evlərinə qayıdırlar. Ancaq elələri də olur ki, heç kəsləri yoxdur, ya da həddən artıq yaşlıdırlar. Belələri ömürlərinin sonuna kimi həmin evlərdə qalırlar. Ailə həkimləri isə lazım olduğu halda illərlə həmin xəstələri müalicə edirlər. Adətən elə xəstələrə ayda bir dəfə baş çəkirlər. Ancaq xəstənin vəziyyəti pisləşsə, daha tez‑tez baş çəkirlər və hətta ciddi ağırlaşmalar zamanı xəstəxanaya göndərirlər. ‑ İradə xanım, sağlamlığa diqqət baxımından amerikalılar‑ la azərbaycanlıları necə müqayi‑ sə edərdiniz? ‑ Amerikada profilaktika işlərinə xüsusi diqqət yetirirlər. Burada əhali öz səhhətinə xüsusi fikir verir. Hər bir adam bilir ki, onun müəyyən olunan miqdarda işdən qalmaq hüququ var. Bu günlərdən artıq naxoş olsa və işə gəlməsə, işini itirə bilər. Dövlət tərəfindən xəstələnmiş işçiyə aylıq kompensasiya verilir, adətən bu kompensasiya maaşın 20‑50 faizini təşkil edir. Bu da təbii ki, həmin insanlara sərf etmir. Ona görə də ildə bir dəfə mütləq check‑up müayinədən keçirlər. Yaşdan asılı olaraq analizlər verirlər. Bundan başqa burada əhalinin çox hissəsi idmanla məşğul olur. Səhər tezdən küçəyə çıxdıqda çoxlu piyada gəzən adam görmək olar. Azərbaycan səhiyyə sistemində də çox yaxşı cəhətlər var. Məsələn, xəstə həkim münasi‑ bətləri Azərbaycanda sərbəst şəkildə qurulur. Xəstə həkiminə istədiyi zaman müraciət edə bilər. Yəni, bir‑iki gün müddətində görüşü təyin etmək mümkündür. Amerikada isə vəziyyət fərqlidir, əgər xəstənin kəskin problemi yoxdursa, o, həkimi görə bilmək üçün ən azı 2 həftəyədək gözləməlidir. Ümumiyyətlə, Amerikada diaqnostika imkanları


55 daha genişdir və bu da həkim‑ lərin işini rahatlaşdırır. ‑ Siz ailə həkimi kimi tez‑tez amerikalı ailələrlə təmasda olur‑ sunuz. Onlar sizin başqa mil‑ lətin nümayəndəsi olduğunuzu bilirlər. Münasibətləri necə olur? ‑ Əvvəllər xəstələrimin Azərbaycan haqqında heç bir məlumatları yox idi. Amma son dövrlər özüm də hiss edirəm ki, az da olsa məlumatları var. İş otağımda Azərbaycanın xəritəsini asmışam və xəstələrimə fəxrlə Azərbaycan haqqında danışıram. ‑ ABŞ‑da azərbaycanlı ailələr‑ lə təmasınız varmı, ölkəmizə aid tədbirlərə qatılırsınızmı? ‑ Amerikada azərbaycanlılar azdır. Amma buna baxmayaraq, bir çox ailələr var ki, biz daim əlaqə saxlayırıq. Bayramları bir‑ likdə qeyd eləyirik. Daha yaxın olduğumuz insanları ad günləri‑ mizə dəvət edirik. Azərbaycanı isə peyk vasitəsi ilə izləyik. İnternetdə Azərbaycanla bağlı xoş xəbərlərə rast gəldikdə hamımız onu bir‑birimizlə bölüşməyə tələsirik. Yeni klinika və mərkəz‑ lər açıldığını gördükdə, bu barədə xaricilərə də məlumat veririk. Yəni harada yaşamağı‑ mızdan asılı olmayaraq, azərbay‑ canlı olduğumuzu heç bir zaman unutmuruq. Tədbirlərə gəlincə, Azərbaycanın Amerikadakı səfir‑ liyi ilə əlaqələrimiz var. Tədbirlər olanda dəvət edirlər, biz də məm‑ nuniyyətlə həmin tədbirlərə qatılırıq. ‑ Boş vaxtınızı necə keçirirsiniz? ‑ Təbii ki, ailəmlə birlikdə oluram. Uşaqlarıma, yoldaşıma daha çox vaxt ayırıram. Həyat yoldaşım Azər Eminzadə fizikdir, oğlum Hüseynin 21 yaşı var, kompüter proqramlaşdırması ixtisası üzrə kollecdə təhsil alır, qızım Nigarın isə 14 yaşı var, məktəbdə oxuyur. Evimizin

həyətində gül, ağac əkirik, onlara qulluq etməyi çox sevirik. Ailəmlə birlikdə istirahət edir, görmədiyimiz yerlərə gedir, idmanla məşğul oluruq. Hər gün işdən sonra idman klublarına gedirik. Hərə istədiyi idman növü ilə məşğul olur. Orada idman eləməyən adama geridə qalmış biri kimi baxırlar. Hətta 70‑80 yaşlı qadın və kişilər rəqs öyrənirlər. Yəni amerikalılar aktiv həyat tərzi keçirməyə daha çox üstünlük verirlər. 80 yaşlı bir xəstəm var. O özü bir neçə həmyaşıdı ilə bərabər rəqsə gedir. Bu yaxınlarda bir qrup da

yaradıblar, müxtəlif rəqslər öyrənirlər. Təsəvvür edin ki, qrupun ən cavan üzvü 75 yaşlı qadındır. Amma o qədər gümrah görünürlər ki, heç kim onlara bu yaşı vermir. Onu da qeyd eləmək istəyirəm ki, mənim uşaqlarım Azərbaycan dilində təmiz danışırlar, ona görə ki, biz evdə onlarla öz dilimizdə danışırıq. Amerikada yaşamağımıza baxma‑ yaraq, onları öz adətlərimizlə böyüdürük. Gülnar Mayisqızı


56

“OTLARIN ANASI”

ASTMADAN ƏZİYYƏT ÇƏKƏNLƏR... ‑ 1 xörək qaşığı quru və ya təzə böyük bağayarpağının üzərinə 1 stəkan qaynar su tökərək 15 dəqiqə saxlayıb, süzün. Ondan gündə 4 dəfə, yеməkdən əvvəl 1 xörək qaşığı qəbul еdin. ‑ 3 xörək qaşığı xırdalanmış təzə yarpaqları 3 xörək qaşığı balla və ya şəkər tozu ilə qarışdıraraq 4 saat bağlı qabda isti plitədə qızdırın. Bu şərbətdən gündə 4 dəfə, yеməkdən 30 dəqiqə əvvəl, 1 çay qaşığı qəbul еdin. Bağayarpağı həlimi tənəffüs orqanları xəstəliyində bəlğəmli öskürəyə qarşı bir vasitədir. Həmçinin bron‑ xial astmada və vərəmdə istifadə еdilir.

SİSTİT XƏSTƏLİYİ ZAMANI...

ədimdə qızıldan qiymətli hesab olunan bağa‑ yarpağını məhz belə adlandırırdılar. Hələ eradan əvvəl 12‑ci əsrdə Çində bu bitkini xüsusi tədarükçülər toplayır və çox baha qiymətə satırdılar. Alim Plini yazırdı ki, əgər ət bişirilən qazana bağayarpağı bit‑ kisi atılarsa, onda həmin ətin bulyo‑ nu insanları demək olar ki, bütün xəstəliklərdən qoruya bilər. Bağayarpağının 260‑a qədər növü var. Bunlardan ən çox yayılanı böyük bağayarpağıdır. Çiçəklənmə dövrü mayın sonlarından yayın axırınadək davam edir. Bağayarpağını çiçəklənmə dövründə toplayır və sərin yerdə qurudurlar. Onun yarpaqlarından hazırlanan şirələrlə hələ qədimdən yara, yanıq, müxtəlif zədələr və irinli iltihabları sağaldırdılar. Bağayarpağının həli‑ mindən isə nəfəs yollarındakı şişlərdən qurtulmaq üçün və vərəmə qarşı mübarizə aparmaq məqsədilə istifadə edirdilər.

Həmçinin bu bitki qanaxmanı dayandırır. Onu çay kimi dəmləyib, gündə bir neçə dəfə içmək fay‑ dalıdır. Bağayarpağının yarpaqları bəlğəmgətirici, iltihab əleyhinə, antibakterial və regenerasiyaedici təsirinə görə bronxitlərdə, göy öskürəkdə, bronxial astmada, vərəm xəstəliyində, xroniki laringit, faringit, tonzillit, kolitdə, enterokolitdə, hiperasid qastritdə, xora xəstəliyində, fistulalarda, çibanlarda və yaralarda istifadə olunur. Cavan yarpaqlar yaz aylarda avitaminozdan əziyyət çəkənlər üçün xeyirlidir. Bağayarpağının toxumundan zərərsiz işlətmə dər‑ manı kimi də istifadə olunur. Tərkibində müxtəlif aşılayıcı maddələr olan böyük bağa‑ yarpağılar C, A, K vitaminləri ilə zəngindir. Fitokimyəvi tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu yarpaqlar soyuqdəymə və sətəl‑ cəmə qarşı da effektivdir. Bundan başqa, bu bitkidən alınan şirə pato‑ gen mikrobları öldürür, yaraların irinli, çirkli ifrazatlarını təmizləyir, onların tez sağalmasına kömək edir.

2 çay qaşığı bağayarpağı toxu‑ munu yuyaraq, üzərinə 1 stəkan qaynar su töküb, 10 dəqiqə saxlayın. Acqarına 1 çay qaşığı qəbul еtmək lazımdır.

BAĞAYARPAĞI ƏLLƏRİ GÖZƏLLƏŞDİRİR… ‑ Eyni miqdarda götürülmüş bağayarpağını çobanyastığı və gülümbahar (kalendula) otlarının qurusu ilə birlikdə əzib, qarışdırın. 1 xörək qaşığı ot qarışığının üzərinə 1 stəkan qaynar su töküb, 2 saat qapalı qabda saxladıqdan sonra süzün. Üzərinə 1 xörək qaşığı qlise‑ rin əlavə edin. Losyonla əlinizi gündə 2‑3 dəfə silin. ‑ 1 xörək qaşığı quru bağa‑ yarpağı otuna 1 stəkan qaynar su əlavə edib, 8‑9 saat qapalı qabda saxladıqdan sonra süzün. 50 qram kərə yağı və 1 çay qaşığı bal əlavə edərək qarışdırın. Alınan kremi hər gün əlinizə çəkməklə dərinizi par‑ laq və hamar edə bilərsiniz.


57

ar şirəsinin tərkibində çoxlu miqdarda qlükoza (üzüm şəkəri), fruktoza (meyvə şəkəri), 0,3‑ 9% limon turşusu, taninlər, С, В1, В2, Е, А, РР vitaminləri və digər mikroelementlər mövcuddur. Tam yetişməmiş nar meyvələrinin tum‑ larından alınmış şirələrin tərkibində isə 5‑6% təmiz, qarışıqsız limon turşusu olur. Təbabətdə limon turşusunun natrium duzundan donor qanını konservləşdirmək üçün istifadə edirlər. Şirin nar şirəsini böyrək və mədə ağrılarında, turş nar şirəsini isə şəkərli diabet xəstəliyi zamanı içmək məsləhətdir. Turş nar şirəsi mədənin və 12 barmaq bağır‑ sağın xora xəstəliklərində və yüksək mədə turşuluğu xəstəliyində zərərli təsir еdə bilər. Nar şirəsi həmçinin istilikqovucu, yanğını azaldıcı, sərinləşdirici kimi düz bağırsağın babasili xəstəliyində işlədilir. Kaliforniya Universitetinin və Devid Cefren Tibb Məktəbinin alim‑ ləri isə müəyyən ediblər ki, nar şirəsi qırmızı şərab, yaşıl çay, üzüm və por‑ tağal şirəsindən daha effektlidir. Nar şirəsi ürək xəstəlikləri və xərçəngin bir sıra formalarında da çox xeyir‑ lidir. Belə ki, bu şirə xərçəng şişlərinin inkişafını ləngidir. Xüsusən də gün ərzində bir stəkan nar şirəsi içmək prostat xərçənginin inkişafını ləngidə bilər. Amerikan alimləri məs‑ ləhət görürlər ki, bu xəstəliklərdən qorunmaq üçün nar şirəsini mütəma‑ di qəbul etmək lazımdır. Nar şirəsi həzmi yaxşılaşdırır, iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir, hemoqlobinin miqdarını qaldırır. Taqətdən düşmədə, bronxial

astmada, anеmiyada, atеrosklеrozda, angina, sarılıq, hipertoniya və başqa xəstəliklərdə ümumi möhkəmləndiri‑ ci vasitə kimi nar şirəsi məsləhət görülür. Nar şirəsi sidik qovucu, yarasağaldan, qızdırmasalan, susuz‑ luğu söndürən təsirə malikdir. Nar şirəsi bir sıra xeyirli komponentlərlə, antioksidantlarla zəngin olduğundan iltihab əleyhinə də yaxşı təsir göstərir. Adətən nar şirəsini kök və çuğun‑ dur şirələri ilə birlikdə içmək məs‑ ləhət görülür. QANAZLIĞI ZAMANI: ½ stəkan təzə sıxılmış nar şirəsi gün ərzində 3 dəfə, yeməkdən 30‑40 dəqiqə əvvəl, 2‑4 ay ərzində qəbul edilir. (Yadda saxlamaq lazımdır ki, nar şirəsi bağırsaqlarda qəbizlik yara‑ da bilər. Ona görə də qida rasionuna fikir vermək lazımdır). İMMUNİTETİ QALDIRMAQ ÜÇÜN: ½ və ya 1 stəkan nar şirəsinə bir xörək qaşığı bal qatıb, gündə 3 dəfə qəbul etmək məsləhət görülür. NAR ŞƏRBƏTİ Nar şərbəti də çox xeyirlidir. O, susuzluğu götürür, titrəmədə, soyuqdəymədə, yüksək temperatur‑ da faydalıdır. Bu şərbət qusmaqdan, hıçqırıqdan və başqa xəstəliklərdən əziyyət çəkənlər üçün də faydalıdır. Şərbəti hazırlamaq üçün narı sıxıb, onun şirəsini qaynadın. Bir neçə dəqiqə qaynatdıqdan sonra nanə və şəkər tozu tökərək, yenə də bir müd‑ dət odda saxlayın.


58

MÜRƏBBƏLƏRİN XEYRİ

Naringi və limon mürəbbəsi – öd ifrazını sakitləşdirir, mədə və ürəyi möhkəmləndirir. Meyvənin qabığı soyulur, tum‑ ları çıxarılır, acılığını aparmaq və yumşaltmaq üçün əvvəlcə adi suda, sonra isə şəkər və ya bal ilə tam bişənə qədər qaynadılır. Şirəsi qatılaşanda bişmiş hesab olunur. Kök mürəbbəsi – səsi və ağciyərləri təmizləyir, öskürək əleyhinə və qaraciyər üçün fay‑ dalıdır, həzmə kömək edir, mədənin işini və cinsi fəaliyyəti gücləndirir. Kökü xırdalayıb, adi qaydada bal və ya şəkər ilə suyu qatılaşana qədər qaynadırlar. Dadını artır‑ maq üçün darçın, hil, zəncəfil, qərənfil və s. ədviyyə əlavə etmək məqsədəuyğundur. Albalı mürəbbəsi – sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir, cinsi fəaliyyəti gücləndirir. Albalının

tumunu çıxararaq adi qayda üzrə bal və suda tam bişirir və ədviyyə əlavə edirlər.

Püstə mürəbbəsi – ürək, mədə, qaraciyər və beyni möhkəmləndirir. Qabıqsız hazırlanır.

Heyva mürəbbəsi – həzm üçün münasibdir, ürəkbulanma və ishala qarşı təsirlidir. Yetişmiş heyvanın qabığını soyub içini təmizləyir və onu dörd yerə bölürlər. Sonra onu adi qayda üzrə bal və suda tam bişənədək qaynadır və ədviyyə qatırlar.

Qabaq mürəbbəsi – bal və şəkərlə hazırlanır. Bal ilə hazırlanan qabaq mürəbbəsi bədəni kökəldir, qəbiz‑ liyin qarşısını alır, daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazır‑ lanan qabaq mürəbbəsi isə təmiz qan yaradır, melanxoliya halları üçün münasibdir. Sinə ağrısı, öskürək, mədə, qaraciyər zəifliyi və sidik yollarının tutulması zamanı xəstə üçün faydalıdır, bir qədər badam əlavə etdikdə bədəni kökəldir. Qabağın qabıq təbəqəsini, toxum və içini təmizləyir, yarıbişmiş hala gətirirlər. Bişirmə yüngül od üzərində suyu qurumağa başlayana qədər davam etdirilir. Sonra iki o miqdarda bal və ya şəkəri ayrılıqda suda qaynadaraq qatılaşdırırlar, yarıbişmiş qabağı oraya tökərək yenidən qaynadırlar. Bişənə yaxın dadını və qoxusunu yaxşılaşdırmaq üçün azacıq ədviyyə əlavə edilir.

Badam mürəbbəsi – öskürəyə qarşı çox xeyirlidir. Təzə badamın qabığını soyub doşabda qaynadırlar. Üç gündən sonra onu çıxarıb təzədən şəkərlə tam qaynadaraq ədviyyə əlavə edirlər. Kəklikotu gülünün mürəbbəsi – beyin fəaliyyətini və zehni qüvvətləndirir, sifətin rəngini yaxşılaşdırır. Zökəm, ağciyər və mədə soyuqdəyməsi zamanı, ana bətni ağrıyan hallarda işlətmək məsləhətdir.


59

TƏRƏVƏZLƏRİ TANIYIRIQMI? Çuğundur – yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün müna‑ sibdir. Ona bir qədər də xardal və sirkə əlavə etdikdə daha faydalıdır. Yarpağının suyu və çuğundurun özü bəlğəm üçün xeyirlidir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel üçün, xam yarpağının təpitmə halında qoyulması tük tökülməsinə, oynaq ağrılarına qarşı faydalıdır. Badam yağı ilə təpitməsi şişləri yumşaldır. Xardal ilə çuğun‑ dur yemək qulunc və yel üçün münasibdir. Turp –həzmə kömək edir, üzün rəngini yaxşılaşdırır. Bişmiş turpun suyu sidik kisəsində daşlaşmaya qarşı yaxşı təsir göstərir. Turpun içini oyub, ora gül yağı tökür, sonra od üzərində isidib, qulaq ağrısı zamanı qulağa damcıladırlar. Kök –bəlğəmkəsici təsirə malikdir. Kök yemək və xörəkdə işlətmək mədəni möhkəmləndirir, öskürək, sinə ağrısı, böyrək daşı olan hallarda faydalıdır.

Kələm – üzün rəngini yaxşılaşdırır, yuxugətirmə xassəsi vardır. Qaynanmış kələm suyu damarları genişləndirir və təmizləyir, xronik öskürək, bel ağrısı üçün faydalıdır, lakin qanı qəlizləşdirir. Bu zərərli cəhətini aradan qaldır‑ maq üçün yağlı ət xörəyi ilə yemək və ya badam yağın‑ da bişirmək məsləhətdir. Kələmdən düzəlmiş təpitmə tük tökülməsinin qarşısını alır. Yarpağının arpa unu ilə təpitməsi şişlər və qızıl yel üçün münasibdir, yumurta ağı ilə təpitməsi od yanığı üçün faydalıdır. Kahı – bədənə soyuqluq və rütubət verir. Mədənin işini yaxşılaşdırır, təmiz və duru qan yaradır, öd ifrazını yüngülləşdirir, qan təzyiqini azaldır, sidikqovucu təsiri vardır, yuxu gətirir, susuzluğu yatırır. Sinə ağrısı, sidik ifrazı zamanı olan yanğılar, quru öskürək hallarında profilaktik məqsədlə kahı işlətmək məsləhətdir. Çox yemək təngnəfəslik törədir və göz üçün ziyandır. Bişmiş halda kahı tez həzm olur və süd yaradır. Onu təpitmə halında qoyduqda şişi yatırır. Kahının toxumu yuxu‑ gətirmə xüsusiyyətinə malikdir, zökəm və sinə ağrısı üçün xeyirlidir.


60

NAR

ƏNCİR

ÜZÜM

Böyrək xəstəliklərində, öd kisəsində daş olduqda, mədə xəstəlikləri zamanı məsləhət görülür. Qızdırmanı salmağa kömək edir. Antioksidantlar, C vitamini, meyvə turşuları

Ürək‑damar sistemi xəstəlikləri üçün çox faydalıdır, həmçinin bronxial astma və qan azlığı zamanı xeyirlidir. İmmuniteti qaldırır. Vitamin B1, B2, karotin, kalium,

Maddələr mübadiləsini tənzim‑ ləyir, yorğunluq və stressə qarşı mübarizə aparmağa kömək edir, yüksək qan təzyiqini və ürəyin rit‑ mini normallaşdırır. Askorbin turşusu (С vitamini), dəmir

HEYVA

KİVİ

GAVALI

Qastroenterit (mədə və nazik bağırsaqların selikli qişasının ilti‑ habı), kolit (yoğun bağırsağın ilti‑ habı), köp və tənəffüs yollarının xəstəlikləri zamanı kömək edir. Kəskin və xroniki bronxit zamanı da məsləhət görülür. Aşılayıcı maddə, efir yağı, pektin

Görmə qabiliyyətini yaxşılaşdırır, orqanizmi “pis” xolesterindən təmizləyir, dərini elastikləşdirir, yağların parçalanmasına kömək edir. C vitamini, maqnezium, mineral duz

Qan təzyiqini aşağı salır, qan damarlarını möhkəmlədir, ürək, qaraciyər, böyrək və sidik kisəsi xəstəliklərində xeyirlidir. Üzvi turşular, A, E, B2

kalsium, maqnezium

(Riboflavin) vitaminləri


61 Sağlamlığı qorumaq, immu‑ niteti qaldırmaq üçün gündəlik qida rasionuna ən az 5 növdə və rəngdə meyvə daxil etmək lazımdır. Meyvələr müxtəlif vitamin, mineral və digər xeyirli maddələrlə zəngin olmaqla yanaşı, həm də bir çox dər‑ manları əvəz etmək qabiliyyətinə malikdir. Bunu Avropada aparılan bir sıra tədqiqatlar da sübut edir. Araşdırmalara əsasən mütəxəssislər bildirirlər ki, yaşından, cinsindən, həyat tərzindən, ilin fəsillərindən

və ətraf aləmin insan orqanizminə təsirindən asılı olmayaraq, hər bir insan gün ərzində ən azı 5 meyvə yeməklə, sağlamlıqlarının qorun‑ ması sahəsində önəmli addım atmış olarlar. Meyvə seçərkən, onların müxtəlif rənglərdə olması‑ na da üstünlük vermək lazımdır. Çünki müxtəlif rəngli və çeşidli meyvələrin tərkibində olan bir sıra xeyirli maddələr bir‑birini tamam‑ layır. Həmçinin yediyiniz meyvələrin təzəliyinə də diqqət

yetirin. Meyvələrin hər hansı bir hissəsində kiçik çürüntü olarsa, bu həmin meyvənin keyfiyyətini nis‑ bətən aşağı salar. Çürüklər nəticəsində mitoksin adlanan zəhər yaranır və o, bütün meyvəyə yayılır. Bu maddə kif göbələyinin yaranmasına səbəb olur ki, bu da bizim mədə və bağırsaqlarımız üçün təhlükəli yarada bilər. Ona görə az da olsa, üzərində çürüklər olan meyvələri zibil qutusuna atmağa heyfsilənməyin.

ALMA

BANAN

LİMON

Aterosklerozun inkişafının qarşısını alır, müstəqil radikallara qarşı mübarizə apararaq, xərçəngdən qoruyur, qanda xoles‑ terinin səviyyəsini aşağı salır. Meyvə turşusu, dəmir, sellüloz

Mədə xəstəlikləri zamanı əvəzedilməz meyvədir. Ürək‑ damar sisteminin işini tənzim‑ ləyir, orqanizmi gərəksiz mad‑ dələrdən təmizləyir, qəbizliyə yaxşı təsir göstərir. Kalium, karbohidrat, maqne‑ zium, B qrupu vitaminləri

Viruslara qarşı mübarizə aparır, qızdırmanı salmağa kömək edir, orqanizmdə maddələr mübadiləsi‑ ni tənzimləyir, damar divarlarını möhkəmlədir. A, C, P və B qrupu vitaminləri, kalium, manqan

ŞAFTALI

PORTAĞAL

MANQO

Qanda hemoqlobinin miqdarını tənzimləyir, beynin aktiv fəaliyyətinə kömək edir, yüksək əhval‑ruhiyyə bəxş edir. Karotin, fosfor, dəmir, efir yağı

İmmuniteti möhkəmlədir, xərçən‑ gin yaranma riskini aşağı salır, qanı duruldur, işlətmə dərmanı kimi təsir göstərir. A, C, P (bioflavonoidlər) vitamin‑ ləri, maqnezium, kalsium

Qanda xolesterinin səviyyəsini aşağı salır, dərini ətraf aləmin mənfi təsirlərindən qoruyur, mədənin selikli qişasını sakit‑ ləşdirir. Beta‑karotin, B qrupu vitamin‑ ləri, dəmir


62

XALQ NİŞANI Bu gün müstəqil Azərbaycan nəinki transmilli neft‑ qaz layihələrinin reallaşmasında, eləcə də, iqtisadiyyatın qeyri‑neft sektorunun prioritet istiqaməti olan kənd təsərrüfatı sahəsinin inkişafında əhəmiyyətli addımlar atır. Əsas ümidlər əkin sahələrinin artırılması, heyvan‑ darlıq, fermer təsərrüfatlarının inkişafı və kənd təsərrü‑ fatı məhsullarının emalına bəslənir. Məhz buna görə müasir dövrdə hazır aqro‑sənaye kompleksi məh‑ sullarının buraxılışına yönəlmiş yeni, dünya standartları‑ na cavab verən müəssisələrin açılmasına üstünlük verilir. 2005‑ci ildə Azərbaycanda Palmali Şirkətlər Qrupuna daxil olan süd məhsulları istehsal edən NurSüd zavodu qeydiyyata alınıb. Elə o zamanlarda da Lənkəranda NurSüd zavodunun tikintisinə başlanıb. 2008‑ci ilin fevralında süd məhsullarının pilot buraxılışına başlanıb, apreldə isə supermarket piştaxtalarında PalSüd brendi altında geniş çeşidli süd məhsulları göründü. PalSüd Dağıtım şirkətinin (NurSüd məhsulları dis‑ tributoru) baş direktoru Paşa Paşayevin sözlərinə görə, bu müəssisənin Azərbaycanda analoqu yoxdur. Onun qapalı sahələrinin səthi 8 min kv.m., ümumi sahəsi isə, 40 min kv.m. təşkil edir. Bu, vaxtı ilə SSRİ‑də tətbiq olunan texnologiyalardan əhəmiyyətli dərəcədə fərqlənən türk texnologiyaları üzrə süd məhsulları istehsal edən ölkədə ilk və hələlik, yeganə müəssisədir. Misal üçün, PalSüd məhsullarının istehsalı zamanı ən müasir Tetra Pak texnologiyası istifadə olunur ki, onun sayəsində məhsu‑ lun faydalı keyfiyyətləri qorunub saxlanılır və hər hansı əlavələr istisna olunur. Bu gün NurSüd məhsullarının istehsalı və dis‑ tribusiyasına sərf olunan ümumi investisiyalar 32 mln. avro təşkil edir. Zavodun tikintisi, onun İtaliya və Almaniyadan gətirilmiş ən yeni avadanlıq ilə təchizatı, eləcə də, PalSüd Dağıtım şirkətinin yaradılmasından savayı, südün toplanılması üzrə məntəqələrin təşkilinə də xeyli vəsait sərf olunub. Bu gün NurSüd zavodunda, süd toplama məntəqələrində və distribusiyada 600 nəfərə yaxın insan çalışır, fermerlər də nəzərə alınmaqla, müəs‑ sisə 10 min nəfər insanı əhatə edir. Yerli peşəkarlardan savayı, burada öz ölkələrinin nəhəng yeyinti sənayesi obyektlərində çoxillik əmək təcrübəsinə yiyələnmiş yük‑ sək ixtisaslı türk mütəxəssisləri də çalışır. NurSüd zavodunda bütün zəruri sertifikatlara malik buraxılan məhsulun keyfiyyətinə daxili nəzarət sistemi tətbiq olunur, müəssisə isə ISO 22000:2005 (“Food safety

management systems – requirements for any organiza‑ tion in the food chain” – “Yeyinti sırasında olan hər təşki‑ lat üçün tələb olan qida məhsulları təhlükəsizliyinin idarəetmə sistemləri”) beynəlxalq standartı ilə təltif olunub. Müəssisənin istehsal gücü – gündə 150 ton süddür. Artıq bu gün burada 34 növdə məhsul istehsal olunur – müxtəlif yağlılıqda süd, qatıq, ayran, xama, süzmə, kərə yağı. Yaxın gələcəkdə isə çeşidlərin genişləndirilməsi nəzərdə tutulur – meyvəli yoqurtlar, aromatlaşdırılmış süd və holland pendiri satışa çıxarılacaqdır. Cari il ərzində PalSüd məhsullarının tədarükü Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad daxil olmaqla, Azərbaycanın bütün cənub regionunu əhatə edib. PalSud Dağıtım öz məhsulunu Bakı və Sumqayıtda da uğurla satır. Müəssisənin gələcək plan‑ larına ölkənin qərb, şimal və şimal‑şərq regionlarının mənimsənilməsi də daxildir. Lakin bu da arzuların sonu demək deyil – bir sıra ölkələr də NurSüd məhsullarının idxalında maraqlı olduqlarını bildiriblər. Artıq Gürcüstan, Rusiya ilə qüvvəyə minmiş razılaşmalar mövcuddur, Türkiyəyə ixracın təşkili nəzərdə tutulur. Palmali Şirkətlər Qrupunun Azərbaycanın yeyinti sənayesi bazarının mənimsənilməsi üzrə planları genişdir. Keyfiyyətin yaxşılaşdırılması və süd istehsalı həcminin artırılması, fermerlərə yardım işinə 40 mln. avro vəsait qoyuluşu nəzərdə tutulur. Bunun üçün ilkin mərhələdə, gündə 25‑30 litr süd verən 600 baş iri buynuzlu heyvanın alınması üçün müqavilə bağlanıb. Artıq Miyənkü kəndində (Masallı) son dərəcə müasir ferma inşa olunub və mal‑qaranın sayının 1200‑ə çatdırıl‑ ması nəzərdə tutulub. Paralel olaraq, metal tara istehsalı üzrə zavodun soyuducu anbarlarının tikintisi aparılır, kağız və plastik qablaşdırma materialı buraxan fabrikin layihəsinin isə həyata keçməsinə az qalıb. Beləliklə, son məhsul üçün bütün tərkib hissələr bilavasitə Azərbaycanda istehsal olunacaq. Bundan başqa, zavodun yaxınlığında yerləşən 100 ha sahəsi olan ərazidə quru süd istehsal edəcək müəssisənin tikintisi planlaşdırılır, Bakıda isə iri logistika mərkəzi yaradılacaq. Yeyinti sənayesi texnologiyalarının yüksək ixtisaslı mütəxəssislər tərəfindən tədris olunacağı təhsil müəssisələrinin yaradılması layihəsi də işlənilir. Məzunlara NurSüd müəssisələrində iş yerləri təklif olu‑ nacaq. PalSüd Dağıtım şirkəti başçısının qeyd etdiyi kimi, belə iri miqyaslı planlar rəqabət və gəlir məsələləri ilə bağlı deyil: “Palmali Şirkətlər Qrupuna yeyinti sənayesi bazarının digər seqmentləri də maraqlıdır. Bundan başqa, NurSüd zavodu kommersiya deyil, sosial layihədir. Biz ilk növbədə, Azərbaycanın regionlarında yeni iş yer‑ lərinin yaradılmasında, sosial problemlərin həllində maraqlıyıq. Bizim məqsədimiz – Azərbaycan xalqı üçün yalnız keyfiyyətli və faydalı məhsullar tədarük etməkdir, bu səbəbdən də PalSüd keyfiyyətli və qiymətinə görə əlverişli olan xalq nişanı olmalıdır”.


64 ələ ötən əsrin 70‑ci illərində sellüloz (bitki hüceyrələri pərdəsinin əsas tərkib hissəsini təş‑ kil edən maddə; sellüloz kağız, süni ipək, kino plyonkası, partlayıcı maddə və s. istehsalında işlənilir) ekspertlər tərəfindən şux qamətin açarı adlandırılırdı. Bu maddə ilə zənginləşdirilmiş pəhriz uğura (bədən çəkisi asanlıqla normal səviyyəyədək enirdi), stabil nəticəyə (artıq kilolar geri dönmürdü), ümumi əhvalın yaxşılaşmasına təminat verirdi. Pəhriz nəticəsində artıq çəkidən yaxa qurtarmaq fizioloji şəkildə baş verirdi (ayda 4‑6 kq).

HANSI QİDA LİFLƏRİ YAXŞIDIR? Sellüloz və ya qida lifləri təbii mənşəli xüsusi maddədir. O, bitki‑ lərin hüceyrəarası qişasının, toxum

və dənlərin təmizlənməsi prosesi zamanı atılan xarici səthlərinin tərkibinə daxildir. Ona görə də, saflaşdırılmamış qida sellülozu qoruyub saxlayaraq, sağlamlıq üçün daha faydalı hesab olunur. Sellülozun iki növü mövcuddur: həll edilə bilən və həll edilməyən. Onların hər biri spesifik xüsusiyyətlərə malikdir və orqanizmdə xüsusi vəzifələri yerinə yetirir. Həll edilə bilən sellüloz (pektin, hemisellüloza, qatran, algi‑ naza, kitrə) paxlalılar fəsiləsi və tamdənəlilərin –buğda, arpa, yulaf və onlardan hazırlanmış məhsul‑ ların, dəniz yosunları, tərəvəz və meyvələrin tərkibinə daxildir. O, qanda xolesterin səviyyəsini endirir və orqanizmi bir çox xərçəng növlərindən müdafiə edir. Eləcə də, qidanın mənimsənilməsi prosesini ləngidir ki, bu da qanda şəkərin səviyyəsinə nəzarət etməyə kömək edir və tezliklə doyma hissini təmin edir. Həll edilməyən sellüloz da tərəvəz, meyvə, dənli və paxlalı

SELLÜLOZ

ŞUX QAMƏTİN AÇARI

bitkilərin, xüsusən də, qəhvəyi düyünün tərkibinə daxildir. Bağırsaqları təmizləyərək, onların saat kimi işləməsini təmin edir. Orqanizmdən zərərli xolesterinin artıqlarını və toksiki maddələri xaric edir. Yaxşı əhval üçün bizə hər iki sellüloz növü zəruridir. Sadəcə, F‑pəhrizə riayət edin: çoxlu meyvə və tərəvəz məhsulları ilə qidalanın.

SELLÜLOZ BİZİ NECƏ ARIQLAMAĞA VADAR EDİR? Vegetarian qida tərzinə riayət edən qadınlarda bədən çəkisi əmsalı (BÇƏ) təxminən 21,98 təşkil edir, ətli qidaya üstünlük verən‑ lərdə isə BÇƏ daha artıq olur – 23,52. Yüksək sellüloz tərkibli ərzaqlar bizim çənələri işlə təmin edir, çünki onlar səylə və davamlı çeynəməni tələb edir. Misal üçün, yerkökü yeyərkən, bizim çeynəyici aparatın göstərdiyi səy bulka yeyərkən göstərdiyimiz səydən 30


65 dəfə artıqdır. Mədəyə daxil olduq‑ dan sonra sellüloz şirələrin təsiri altında həcmcə artır. Mədə dolur, doyma reseptorları işə düşür, biz artıq yemək istəmirik, orqanizm isə özünün piy ehtiyatlarını emal etməyə başlayır. Fikir vermisinizsə, hətta kiçik mədə pozuntusu zamanı iştaha tamamilə itir? Bu, ona görə baş verir ki, qida həzm sistemindən adi vaxtlarda olduğundan daha tez keçir. Bağırsaq hüceyrələri beyinə həzm olunmamış qida haqqında siqnal göndərir və buna cavab olaraq, beyin iştaha boğan hormon‑ ların ifrazını stimulyasiya edir. Bağırsaqda nə qədər çox qida toplanırsa, beyin o qədər çox hor‑ mon ifraz edir və insanın vaxtsız olaraq, masa arxasına keçmək istəyi itir. Bundan əlavə, yüksək sellüloz tərkibli qida qanda şəkərin səviyyəsini stabil saxlamağa, hətta yeməkdən 2 saat sonra da toxluq hissinin qalmasına kömək edir. Siz öz rasionunuza kifayət qədər sellüloz daxil edərək, fiziki səy göstərmədən, hər gün 140 – 175 kkal itirəcəksiniz. Və ya bu qədər kalorini yandırmaq üçün gün ərzində 20 dəqiqə piyada gəzməlisiniz. Sellüloz orqanizmi piyləri sərf edən xüsusi turşular, yəni yüksək enerji dəyəri olan – cəmi 1 qramı 9,3 kkal hasil edir – qida maddələri istehsal etməyə vadar edir. İkincisi, o, şəkərin sorulmasını ləngidir və bəzi qida məhsulları ilə birlikdə hüceyrələrə daxil olan nitratlar üçün maneə yaradır. Nəticədə, qida ilə alınan bütün kalorilər mənim‑ sənilmir, onların bir hissəsi sellüloz ilə birlikdə orqanizmdən xaric edilir. Alimlər hesab edir ki, gündə‑ lik rasionda sellülozdan istifadənin artırılması çəkinizi və iştahanızı tənzimləməyin ən asan üsuludur. Axı sellüloz ilə zəngin olan qidanın tərkibində də çoxlu miqdarda həya‑ ti vacib mikronutriyentlər mövcud‑ dur: vitaminlər, minerallar, digər bioloji aktiv maddələr. Bəs, sağlamlıq üçün maksimum

fayda əldə etmək üçün nə qədər sel‑ lüloz qəbul etmək lazımdır? Misal üçün, Böyük Britaniyada sellülozun tövsiyə olunmuş sutkalıq istehlak dozası 18q təşkil edir, rusiyalılar üçün hesablanmış gündəlik doza isə 20q –dır. Əksər avropalılar isə cəmi 12q sellüloz ilə keçinir! Yaxşı nəticələr əldə etmək üçün isə gün ərzində 25‑35q sellüloz qəbul etmək lazımdır. Bu normaya yaxınlaşmaq üçün diyetoloqlar hər gün meyvələr ilə minimum 180 kkal (misal üçün, 1 alma+1 portağal+1 banan), tərəvəzlər ilə 90 kkal (böyük salat porsiyası və ya 4 fincan doğranmış tərəvəz) qəbul etməyi məsləhət görürlər. Bundan əlavə, qida rasionuna çörək, kökə, sıyıq kimi qidaları daxil etmək lazımdır. Onların tərkibində hər 90 kkal 2q sellüloza bərabərdir. Bir stəkan portağal şirəsinin tərkibində (200 ml) yalnız 0,4 q sel‑ lüloz var, orta ölçülü portağalda isə – 7 (!) dəfə artıq, yəni 2,7q. Mümkün olduqda, meyvə və tərəvəzləri qabıq ilə yeyin – onun tərkibində faydalı qida liflərinin əsas ehtiyatları mövcuddur. Özünüz müxtəlif qarışıqlar hazır‑ laya bilərsiniz. Məsələn, blenderdə quşüzümü və malinanı bir stəkan yoqurt ilə çalıb çox ləzzətli desert əldə edə bilərsiniz, bu yolla sellüloz ehtiyatlarını 5,8 q artırmaq mümkündür. Qozun da tərkibi sellüloz ilə zəngindir. 28 q qozun tərkibində 2q sellüloz mövcuddur. Səhər yeməklərini giləmeyvələr ilə zənginləşdirin.

SAĞLAMLIQ ÜÇÜN 12 MÜSBƏT CƏHƏTİ • Sellüloz antikanserogen mad‑ dələrin (məsələn, yağ turşusu) əmələ gəlməsinə səbəb olaraq, poliplərin, eləcə də, yoğun bağırsaq xərçənginin yaranmasının qarşısını alır; • Qadınlarda döş vəzi, kişilərdə isə prostat vəzi xərçənginin inkişaf etməsinin qarşısını alır; • Öd kisəsində daşların əmələ

gəlməsinə mane olur; • Qara ciyər funksiyalarını nor‑ mallaşdırır; • Bağırsaq fəaliyyətini stimul‑ yasiya edərək, qəbizliyin profilak‑ tikasını həyata keçirir; • Karbohidratlar və piylərin mənimsənilməsini ləngidərək, 2‑ci tipli şəkərli diabetin əmələ gəlmə riskini azaldır; • Orqanizmdən bir çox toksiki maddələri, şlakları, ağır metalları, radionuklidləri xaric edir; • Yaxşı həzm prosesinin əvəzolunmaz köməkçiləri olan bifi‑ dobakteriyaların artmasına səbəb olur; • Mədə‑bağırsaq traktının təh‑ lükəli xəstəliklərindən mühafizə edir; • Ürək ilə bağlı problemlərdən qaçmağa kömək edir: sellülozun qəbulunun cəmi 6 q artırılması ürək fəlakətlərinin riskini 25% azaldır; • Mədəaltı vəzin normal fəaliyyətini təmin edir; • Sellüloz qan damarları divar‑ larında xolesterin piləklərin (ərpinin) çökməsinin qarşısını alır.


66

KÖKLÜYƏ “YOX” DEYƏK Söhbət açacağımız məsləhətlərə riayət etmək, mahiyyət etibarı ilə piylənmənin profilaktikası və kök‑ lüyə meylliliyin qarşısının alınması deməkdir. Söhbət düzgün olmayan həyat tərzindən uzaqlaşmaqdan, özünü piylənmədən qorumaqdan gedir. Əvvəlcə, bir qədər nəzəriyyə. Bütövlükdə orqanizm və maddələr mübadiləsi sinir sistemi, daha dəqiq desək, beynin “hipotala‑ mus” adlanan hissəsi tərəfindən tənzimlənir. Onun tərkibində iki hissə aşkar olunub: biri enerji istehsalı sürətini tənzimləyir, digəri isə qurucu, bərpa, toplayıcı prosesləri (trofik). Maddələr mübadiləsini toplan‑ ma tərəfə yönəldən bir neçə amil mövcuddur. Bu, hamiləlik və uşağı ana südü ilə qidalandırma, çox böyük enerji sərfi ilə idmanla məşğul olmaq, qrip, angina, yuxu pozğunluqları, qidalanmanın qeyri‑düzgün təşkilidir. Nəzərə almaq lazımdır ki, bütün ərzaqları üç böyük qrupa bölmək olar: hipotalamusun ergotik şöbəsini qıcıqlandıran ərzaqlar (faydalı ərzaqlar); trofik şöbəni qıcıqlandıran ərzaqlar

(zərərli ərzaqlar) və üçüncü qrup – neytral ərzaqlar. Beləliklə, orqanizmi arıqla‑ mağa kökləmək üçün aşağıdakı qaydalara diqqət yetirin: • Sutkalıq rasionun enerji dəyəri orqanizmin enerji sərfindən 10‑30% az olmalıdır (əgər əqli əmək ilə məşğul olan gənc qadınsınızsa, sizin sutkalıq enerji sərfiniz 2400‑2850 kkal təşkil edir). Enerji sərfləri arasındakı fərqi fiziki fəallıq nəticəsində əldə etmək olar, lakin bir çox qadınlar üçün idman ilə məşğul olmaq problemlidir, bu səbəbdən, kalo‑ riliyi nişasta tərkibli məhsulların məhdudlaşdırılması hesabına azaltmaq lazımdır (makaron, bişi‑ rilmiş un məmulatları, sıyıqlar, kartof və s.). • Sutkalıq rasionun kaloriliyini azaldaraq, qəbul edilən qidanın həcmini saxlamaq və ya aşağı kalorili ərzaqlar hesabına artırmaq gərəkdir (əsasən, çiy meyvə və tərəvəzlər hesabına): bu, həm işta‑ hanı artıracaq, həm də bağırsaq fəaliyyətini yaxşılaşdıracaq. • Qida tərkibindəki yağın miq‑ darını azaltmaq lazımdır, yəni sutkalıq rasionun tərkibində 5‑10

qr. kərə yağı və ya 1,5 qaşıq 20%‑li xama və 15‑20 qr. bitki yağı saxla‑ maq lazımdır. Nəzərə almaq lazımdır ki, bitki yağları orqanizmin piy deposunu nəzarət‑ də saxlayaraq, arıqlamağa səbəb olur. Heyvan mənşəli yağların tərkibində isə orqanizmdə sintez olunmayan, əvəz olunmayan, yağda əriyən amin turşuları mövcuddur. • Heç bir halda ac qalmaq olmaz . Gün ərzində tez‑tez və az miqdarda qida qəbul etmək lazımdır (4‑5 dəfə). • İştahı qıcıqlandıran ərzaqlar‑ dan qaçın: istiotlu qəlyanaltılar, ədviyyatlar, şərab, araq. • Su‑duz mübadiləsini normal‑ laşdırmaq və kosmetik nəticələri yaxşılaşdırmaq üçün duz və su qəbulunu məhdudlaşdırmaq lazımdır (duz 4‑5 qr/sut, maye 4‑5 stəkan/sut). Duzun qəbulunu azaltmaq üçün xörəklər hazır vəziyyətdə olduqdan sonra duz əlavə etmək lazımdır. • Piylənməyə meyllilik yaradan ərzaqları rasiondan kənar etmək (və ya minimuma endirmək): ‑ balıq, quş əti, hər hansı ət növü bulyonu əsasında hazırlan‑


67 mış xörəklər. Məsləhət: bulyon‑ ların zərərli təsirini minimuma endirmək üçün, ət/balığı 8‑10 dəq. qaynatdıqdan sonra bütün suyunu süzmək, əti yumaq, sonra isə hazır olanadək suda bişirmək zəruridir; ‑ xardal yağı, mayonez; ‑ kartof, maya, pivə, şampan şərabı; ‑ şəkər, bal, üzüm, kişmiş, təzə ərik, çiyələk və onlardan hazırlan‑ mış kompotlar; ‑ süd, toyuq və hind toyuğu‑ nun döş əti; ‑ tomatlar, badımcan, pörtülmüş və bişmiş kələm növləri, qoz. • Bitki mənşəli nişasta tərkibli ərzaqlar və heyvan mənşəli zülal tərkibli ərzaqları ayrı‑ayrı qəbul etməyə çalışın. Şam yeməyi zamanı zülal tərkibli qida qəbul etmək daha məqsədəuyğundur, çünki orqanizmdə bütün bərpa və qurucu proseslər əsasən, gecə vaxtı baş verir, zülal isə əsas quru‑ cu materialdır, bundan başqa, zülal orqanizmdə ehtiyat olaraq, piy şəklində toplanmır. Şam yeməyini yuxudan 2,5‑3 saat əvvəl yemək lazımdır. • Qidalanarkən “faydalı” ərzaqlardan istifadə etməyə üstün‑ lük verin: ‑ Qida rasionunuza süd məh‑ sullarını daxil edin (yağsız kəs‑ mik, kefir); ‑ tərəvəzlər: soğan, sarımsaq, yerkökü, cəfəri, çuğundur (çuğun‑ duru suda bişirmək lazımdır); ‑ bostan bitkiləri: xiyar, yunan qabağı, bibər, paxla və yaşıl noxud; ‑ dəniz kələmi; ‑ yağsız balıq, yağsız ət, yağsız quş əti; ‑ hər hansı turş meyvələr (çiyələk, üzüm, ərik və qaragilə istisna olmaqla). • Həkiminizin məsləhəti ilə polivitaminlər qəbul edin. • Həzmi yaxşılaşdırmaq üçün hazır xörəklərə tər göyərti əlavə edin.

“NƏVAZİŞLİ”

PƏHRİZ Bu pəhrizə ona görə “nəvazişli” deyirlər ki, onu ciddi adlandır‑ maq mümkün deyil. Onun tərkibində orqanizmə lazım olan bütün qida maddələri mövcuddur, bununla belə, o, həqiqətən də, artıq çəkidən azad olmağa kömək edir. Təbii ki, bu pəhriz üzərində yeddi gün ərzində yeddi kiloqram itirmək olmaz, lakin iki‑üç kilo arıqlamaq mümkündür, xüsusən də, fiziki hərəkət ilə birlikdə. Yeri gəlmişkən, bu pəhrizə bir həftədən artıq riayət etmək tövsiyə olunmur. Beləliklə, “nəvazişli” pəhriz dövründə riayət edilməsi tövsiyə olunan gündəlik menyunu təqdim edirik. Səhər yeməyi: 1 stəkan şəkərsiz çay, yaşıl, yaxud meyvəli olması daha yaxşıdır və ya bir fincan şəkərsiz qara qəhvə. Qəlyanaltı: 50 qram hər hansı pendir növü (brınza istisna olmaqla), istənilən meyvə (banan istisna olmaqla). Nahar: 1 ədəd bərk bişirilmiş yumurta, 130 qram yağsız ət və ya quş əti (suda bişirilmiş və ya sobada qızardılmış şəkildə), 20 qram hər hansı bərk pendir növü. Günorta yeməyi: bir stəkan şəkərsiz çay, yaxud orta ölçüdə alma. Şam yeməyi: 130 qram suda bişirilmiş ət, quş əti və ya balıq, eləcə də, bir xörək qaşığı bitki yağı əlavə olunmuş tərəvəz salatı. Salatın tərkibinə pomidor, xiyar, soğan, kələm, yerkökü kimi tərəvəzlər daxil olmalıdır. Bununla yanaşı, hər axşam, təxminən yuxudan yarım saat əvvəl bir stəkan nanə cövhəri içmək lazımdır. Cövhərin hazırlanması üçün bir çimdik quru və ya yaş nanənin üzərinə qaynar su əlavə olu‑ naraq, qapalı qabda yarım saat ərzində dəmlənir. Qida qəbulları arasında fasilələr iki saatdan dörd saatadək davam etməlidir. Unutmaq lazım deyil ki, bütün pəhriz dövründə şəkər, duz, ketçup, mayonezdən istifadə etmək olmaz. Yalnız bitki mənşəli ədviyyatlardan istifadə etmək olar. Pəhriz saxlayan dövrdə idmanın yüngül növləri ilə məşğul olmaq yerinə düşər. Pəhriz sağlam, yetkin insanlar üçün nəzərdə tutulub və yarım ildə bir dəfədən artıq onu tətbiq etmək məsləhət deyil.


68

QADINLAR VƏ GÜZGÜ Deyirlər ki, güzgünün qarşısında çox vaxt keçirmək düzgün deyil. Çünki güzgü yalnız insanın mənfi deyil, eyni zamanda müsbət enerjisini də özünə çəkir. Xüsusən də insan öz gözlərinə çox baxdıqda, bütün enerjisini güzgüyə yönəltmiş olur. Qadınların kişilərə nisbətən tez qocalmasının bir səbəbini də onların ayna qarşısında daha çox vaxt itirmələri ilə əlaqələndirirlər. Bunu Amerika alimlərinin keçirdikləri sorğu da təs‑ diqləyir. Sorğuya əsasən müəyyən edilib ki, orta statis‑ tikaya görə, qadın ömrünün iki ilini güzgü qarşısında özünə tumar verməyə sərf edir, kişilər isə səkkiz ayını... Sosioloqlar hesablayıblar ki, qonaqlığa və ya restorana getməzdən əvvəl hər bir qadın ən azı 1,5 saat güzgü qabağında vaxt keçirir. Kişilər isə bu iş üçün ən çoxu yarım saat vaxt sərf edirlər. Hər səhər işə gedən qadınların güzgü qarşısında hazırlığı isə təxminən 54 dəqiqə çəkir.

GÜZGÜNÜN TARİXİ İnsan həyatını güzgüsüz təsəvvür etmək mümkün deyil. İlk güzgülər hələ eradan əvvəl Misir və Qədim Romada yaranmışdı. Üzəri cilalanmış bürüncdən, poladdan və gümüşdən ibarət güzgülər tez paslandığın‑ dan ömürləri qısa olurdu. Sonralar güzgü unuduldu və yalnız 1291‑ci ildə yenidən şöhrət tapdı. Həmin vaxtdan etibarən şüşədən olan güzgüləri Venesiyada, Murano adasında yaşayan sənətkarlar istehsal etməyə başladılar. Texnologiyası sirr saxlanılan güzgülər yalnız Venesiyada

satışa buraxılırdı. Çox kiçik, kitab həcmində olan güzgülər həddən artıq baha satılırdı. Daha sonra bu sirri fransızlar da öyrənərək güzgü istehsalı ilə məşğul olan zavod açdılar. İmkanlı şəxslər güzgü ilə evlərini, hətta mebellərini də bəzəyirdilər. Rəqs zamanı paltarları parıl‑ dasın deyə xanımlar bal paltarlarına güzgü parçaları tikirdilər. Ancaq insanlar bu kiçik güzgüdə özlərini tam olaraq görə bilmirdilər. Buna çıxış yolu axtaran fransız sənətkarları böyük həcmli güzgüləri ixtira etdilər.

MAGİYA VƏ CƏZA VASİTƏSİ Güzgü yarandığı dövrdən yalnız bəzək əşyası kimi yox, həmçinin magiya vasitəsi kimi istifadə olunub. Magiyada belə bir xurafat var ki, istənilən güzgü insana azar‑bezar gətirə bilər. Belə ki, kimsə sizin hətta cib güzgünüzə belə pis niyyətlə baxsa, bu niyyətin yerinə yetməsi mümkündür. Buna səbəb kimi güzgüdə mənfi enerjini toplamaq və onu ətrafa yaymaq xüsusiyyətinin olduğu göstərilir. Yeri gəlmişkən, məlumdur ki, İvan Qroznı öz həyat yoldaşına güzgü hazırlatmaq üçün yal‑ nız kor sənətkarlara müraciət edirmiş ki, heç bir nəzər götürməsin və xanımı azar‑bezardan uzaq olsun. Hələ qədimdən güzgü vasitəsilə müalicələr də aparırdılar. Orta əsrlərdə İspan inkvizisiyası isə güzgüdən cəza üsulu kimi yararlanmağa başladı. Cəza olaraq insan güzgülü otaqda saxlanılırdı. Başqa heç bir əşyanın olmadığı otaqda insan səhərdən axşamadək yalnız öz “əkiz”lərini görürdü. Bu “əkizlər” hər tərəfdə, tavanda, solda, sağda, döşəmədə görünürdülər, buna dözməyən‑ lər isə tez bir zamanda dəli olurdu.


69 GÜZGÜNÜN SİRLƏRİ Hesab edilir ki, aynaya baxarkən, müsbət emosiyalara köklənsən, həyatında hər şeyin yaxşı olacağına özünü inandırsan, xoşbəxt, ağıllı və sağlam olduğun düşüncəsinə qapılsan, aynadakı “əkiz”in səni mükafatlandırar və aynaya yüklədiyin müsbət enerji arzularının gerçəkləşməsinə kömək edər. Çarpayının baş hissəsinə bərkidilmiş kiçik güzgü isə yatan insanı bütün pisliklərdən qoru‑ maq gücünə malikdir. Biz bilirik ki, sınmış güzgü bədbəxtlik gətirir. Bəs əgər güzgü sınıbsa, nə etmək lazımdır? Əvvəlcə güzgünün ən xırda qırıntılarınadək bütün parçalarını yığmaq lazımdır. Daha sonra bu qırıntıları böyük bir kasaya tökərək, hər parçasını axar su altında yuyun. Su sizin aynadakı “əkiz”iniz haqqında olan bütün infor‑ masiyanı yuyacaq. Siz bu prose‑ duranı həyata keçirməklə özünüzü sınmış güzgünün səbəb ola biləcəyi xəstəlik və bədbəxtçi‑ likdən sığortalaya bilərsiniz. Daha sonra qırıntıları dərin bir yerdə basdıran. Həmçinin əksetdirmə xüsusiyyətinə malik digər sınmış əşyaları da (eynək, tünd rəngli şüşə vazalar və s.) bu şəkildə təmi‑ zləyə bilərsiniz. Evdə çatlamış güzgü saxlamaq və belə güzgüyə baxmaq olmaz. Yoxsa, sizin də bütün işləriniz bu sınıq güzgü kimi düz gətirməz və sağlamlığınız təhlükəyə girər. Güzgü alarkən vitrində açıq halda satılan güzgüləri almaq məsləhət görülmür. Əgər açıq almısınızsa, onu evə gətirən kimi yumaq və bir müddət günəşin altında saxlamaq lazımdır ki, sizdən əvvəl güzgüyə baxan insanların mənfi enerjisini təmiz‑ ləsin.

ƏN ÇOX DEPRESSİYAYA SALAN PEŞƏ MÜƏYYƏN OLUNUB Braziliyanın Federal Səhiyyə Şurası ən çox hansı peşə sahəsindən olan insanların depressiyaya məruz qaldığını araşdır‑ maq üçün tədqiqatlar aparıblar. Nəticə isə çox maraqlı olub. Belə ki, insanı depressiyaya salan ən “zərərli” sənət kimi çox vacib olan peşələrdən biri müəyyənləşib. Tədqiqatlar nəticəsində məlum olub ki, depressiyadan ən çox əziyyət çəkənlər elə tibb işçilərinin özləridir. Sorğu nəticəsində həkimlərin 44%‑i bildiriblər ki, depressiyadan əziyyət çəkirlər, 56% isə işlərindən razı olmadıqlarını söyləyərək, yorğunluqdan və gərgin iş rejimindən şikayət ediblər. Tədqiqatlar zamanı tibb işçilərinin digər peşə sahiblərinə nisbətən daha çox xəstələndikləri də ortaya çıxıb. Tibb işçilərinin 20%‑i ürək‑damar xəstəliklərindən və mədə pozğunluğundan əziyyət çəkdiklərini bildiriblər. Buna səbəb isə tibb işçilərinin öz sağlamlıqlarına və qidalanmalarına vaxt ayıra bilmədikləri göstərilib.


70

UŞAQ AQRESSİVLİYİ BALACALARI DAVAKARLIQDAN ÇƏKİNDİRMƏYİN YOLU


71 ki və dörd yaşlı uşaqlarda biri‑birini vurma, bəzən də dişləmə kimi hallar müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu, əslində həmin yaşda olan uşaqlar üçün normal inkişaf mərhələsi sayılır. Amma bununla belə, bu tipli aqressivlik vərdişə də çevrilə bilər. Belə ki, aqres‑ sivliyini dəf etməyi və ətraf‑ dakılarla şifahi nitq vasitəsi ilə ünsiyyət qurmağı öyrənməyən uşaqlar gələcəkdə əsl davakara çevrilirlər. Mütəxəssislər bu problem‑ lərdən çıxış yolu kimi bəzi tövsiyələr irəli sürürlər.

Diqqətli olun. Hələ məktəbə get‑ məyən övladınızın başqa bir uşağı vurduğunu gördükdə, incidilmiş uşağa yaxınlaşaraq belə deyin: "Rəşad sənin xətrinə dəymək istəmirdi". Sonra onu qucaqlayıb öpün və otaqdan çıxarın. Uşağınızı aqqresvilikdən, davakarlıqdan çəkindirmək üçün belə rəftarı 2‑3 dəfə təkrar etmək tələb olunur.

Lap əvvəldən övladınızı qay‑ dalara riayət etməyə alışdırın. Sadəcə, söyləyin: "Biz heç kimi döymürük və bizi heç kim döymür". Dörd və daha böyük yaşda olan uşaqlar üçün tələblər daha ətraflı ola bilər. Belə söyləyə bilərsiz: "Bizim evdə belə qayda var: sənə oyuncaq lazımdırsa, onunla başqa uşaq oynayır və sənə ver‑ mirsə, gözlə".

Mütəxəssislər qeyd edirlər ki, bir çox hallarda başqasına fiziki zorakılıq tətbiq edən uşaqlar dəyiş‑ mək istəsələr belə, öz xasiyyətləri‑ nin öhdəsindən gələ bilmirlər. Bu halda təyin edilmiş qaydaları onun yadına salmaq lazımdır.

Söz aqressivliyini gözdən qaçır‑ mayın ‑ bir çox hallarda bu, daha ciddi problemlərə səbəb ola bilər. Uşağın dediyi söz oyun yoldaşını cavab zərbəsi endirməyə vadar edə bilər. Bu halda vuranı günahlandır‑ mayın. Davanı törətmiş, ona səbəb olmuş uşağa da bir qədər fikir ver‑ məyin. Amma bununla belə söz aqressiyasını başlayan uşaq cəza‑ landırılmalıdır.

Pis davranışlardan xilas olmağın effektiv üsullarından biri də sakit‑ likdir. Balaca uşaqlar onları heç nə yayındırmasın deyə, bir‑iki dəqiqə‑ lik stullara oturdulmalı, daha böyük uşaqlar isə öz otaqlarına göndərilməlidir. Lakin bu metodu cəza kimi tətbiq etməyin. Sadəcə, izah edin ki, siz bu addımı hər şeyin öz qaydasına düşməsi və hamının razı qalması üçün atırsız.

Pis davranışlardan çəkinməyə çalışan uşaqların səylərini möhkəmləndirməyə çalışın. Onlara söyləyin: "Sənin hərəkətin mənim xoşuma gəldi". Valideynlərinin razı qaldığını gördükdə, uşaqlar tərifə daha yaxşı reaksiya verir. "Sən yaxşı oğlansan" və ya "Sən yaxşı qızsan" deməyə dəyməz. Uşaqlar belə sözlərə fikir vermir.

Başqalarını qorxudan uşaq fiziki aqressivliyin ona yalnız müvəqqəti uğur gətirdiyini çox tez anlayır. O, xoşuna gələn oyuncağı zorla ala, yaxud, növbə gözləmədən, yel‑ ləncəkdə yellənə bilər, lakin tez bir zamanda dərk edəcək ki, tənha qalıb.

Uşaqlara müəyyən kritik durumlarda düşünməyi öyrədin. İlk növbədə ona zor tətbiq etdikdə, nə baş verəcəyini izah edin. Məsələn, övladınız oyun mey‑

dançasında aqressivlik nümayiş etdirirsə, siz ona davranışını dəy‑ işməyi məsləhət görün. Onu oyun‑ da iştirak etmək üçün nəzakətlə uşaqlardan icazə istəməyə razı salın.

Bütün oyun meydançasının yal‑ nız ona məxsus olmasını arzulayan uşağa, bunu fantaziyada əldə etmək imkanı yaradın. Ona söyləyin: "Yaxşı, bütün həftə ərzində oyun meydançasına yalnız səni buraxa‑ caqlar. Səndən başqa heç kim yel‑ ləncəklərdən istifadə etməyəcək və hamı kənarda duraraq, sənə əl çala‑ caq". Uşaq onun ən iddialı istək‑ lərinin sadəcə fantaziya, özü də gülünc olduğunu anladıqdan sonra, onunla ciddi söhbət edin. Ona söyləyin: "Görürsənmi, bu çox gözəl səslənir, lakin gerçəklikdə isə sən oyun meydançasından tək istifadə edə bilməzsən, orada başqa uşaqlar‑ la birlikdə oynamaq yaxşıdır. Odur ki, gəl, daha yaxşı hərəkət etmək haqqında düşünək".

Uşağı aqressiv hərəkətlərdən yayındırmaq üçün güc tətbiq etmək yol veriləndir, lakin bu üsula aqres‑ sivliyin onun və ya başqalarının həyatına təhlükə törətdiyi halda əl atmaq olar. Güc tətbiq etməyə məcbur olsanız, uşağa arxadan yaxınlaşaraq, əllərini sıxın. Ayaqlarını öz ayaqlarınız ilə qucaqlayın və çənənizi onun başının çata bilməyəcəyi bir səviyyədə saxlayın. Düzdür, gücün tətbiqi bəzi uşaqlarda güclü qəzəbə səbəb olur, lakin bu metod onları sakitləşdirir. Güc tətbiq etsəniz də elə təsəvvür yaradın ki, siz uşağı yalnız onu sakitləşdirmək üçün saxlayırsınız.


72


73 eyirlər "tez evlənənlə tez yuxudan oyanan uduzmaz”. Bu ifadəni yaşlıların, valideyn‑ lərin, nənə‑babaların dilindən tez‑ tez eşidirik. Bu misalı özlərinə örnək edərək, nəvə‑nəticə görmək arzusu ilə yaşayan valideynlər övladlarının tez ailə qurub, oğul‑ uşaq sahibi olmasını istəyirlər. Bəzi gənclər isə onların arzusunun əksinə olaraq, evlənməyə tələsmir‑ lər. Çox vaxt da istədikləri kimi bir insan tapa bilmədikləri üçün evlənmədiklərini dilə gətirirlər. Oğlanlar deyir, “mənə layiq, məni başa düşəcək qız yoxdur”, qızlar isə bunun əksini iddia edirlər. Nəticədə, bu və ya digər səbəblərdən evlilik ildən‑ilə arxa plana atılır. Yaş gəlib çatır otuza, bundan sonra isə seçicilik və qərarsızlıq daha da artır.

MADDİ YETƏRSİZLİK QORXUSU Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhət‑ dən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərar‑ larda müstəqil olmayacağı məlum‑ dur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunur‑ dusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı

ailəsinin, həyat yoldaşının qarşısın‑ da kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur.

MƏSULİYYƏTƏ HAZIR OLMAMAQ Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sər‑ bəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.

UĞURSUZ SEVGİ TƏCRÜBƏSİ Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib‑seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə ‑ depres‑ siyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur.

AZADLIĞI QORUMAQ İSTƏYİ Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorx‑ malarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar.

SEÇİM EDƏ BİLMƏMƏK Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. “Kiminlə evlənim, mənim tələblərimə uyğun bir qız da yoxdur” şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıq‑ ca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30‑a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə evlənməkdən qaçırlar.

İNAMSIZLIQ, ŞÜBHƏ... Çoxlu sayda “məhəbbət macərası” yaşamış oğlanlar da evlən‑ məyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin “sevgi təcrübəsi”nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30‑u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zaman‑ larının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25‑30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30‑dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çal‑ masına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək daha da çətinləşir. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub. Və nəhayət, unutmayın ki, sözün əsl mənasında kişi olmaq o deməkdir ki, sən kiminsə dayağı, arxası, köməyi‑ sən, ailənin himayəçisisən... Güclü cinsin nümayəndələrinin gücü də məhz bundadır! Rəna Namazqızı


74

DƏM QAZI NƏDİR? Son zamanlar dəm qazından boğulma halları çoxalıb. Bu maddə havanı və nəticədə qanı zəhər‑ lədiyindən ölüm halları ilə nəticələnməsi mümkündür. Dəm qazı karbon oksid (CO) adlanan maddədir. Dəm qazı natamam yanma nəticəsində əmələ gəlir ki, bu zaman qazın yanması üçün tələb olunan hava çatmır. Dəm qazı ilə yanaşı karbon qazı (CO2) da təklükəli hesab olunur. Dəm qazından fərqli olaraq, tam yanma nəticəsində əmələ gəlir. Bu halda karbon qazı oksigeni sıxışdırıb çıxarır, boğulma dərəcəsi gətirir və insan hava çatışmazlığından ölür. Dəm qazı milliqramla hesablandığı üçün daha təhlükəli hesab edilir. Karbon qazının təhlükəsi isə litrlə ölçüldüyündən dəm qazı kimi zəhərli deyil.

ORQANİZMƏ NECƏ TƏSİR GÖSTƏRİR? Dəm qazı orqanizmə düşdükdə qandakı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir, nəticədə oksigen daşıyan fəal hemoqlobinin miqdarı aşağı düşür. İnsan nəfəs alsa da, oksigen toxu‑ malara gedib çata bilmir. Bu bir‑ ləşmə nə qədər çox olsa, konsen‑

trasiya o qədər aşağı düşür, nəticədə kəskin qanazlığı yaranır. Beyinin və ürəyin sıradan çıxması‑ na əsas səbəb budur. Yəni elə bir situasiya yarana bilər ki, karboksi‑ hemoqlobin o qədər əmələ gələ bilər ki, fəal hemoqlobinin faizi kəskin aşağı düşər və artıq bu, toxumaların həyat qabiliyyəti üçün yetərli olmaz. Bu halda huşun itməsi, beyin qan dövranı pozul‑ ması halları yaranır. Daha sonra ürəkdə və digər orqanlarda dəyi‑ şiklik gedir. Zəhərlənmə prosesi‑ nin neçə dəqiqəyə baş verməsinə gəldikdə isə bu, dəm qazının miq‑ darından, yəni hansı surətlə əmələ gəlib atmosferə yayılmasından asılıdır. Oksigendən fərqi olaraq, dəm qazının havada az miqdarda olması belə insanın 5‑6 dəqiqəyə zəhərlənməsinə kifayət edər. Zəhərlənmə yüngül, orta və ağır olmaqla üç formada müşahidə oluna bilər. Qanda zəhər 7‑8 faizdən çox olursa, bu, ağır haldır. Yardım olmasa, bu halda zəhər‑ lənən şəxs həyatını itirir.

SİMPTOMLAR Bu cür zəhərlənmələrin ən təh‑ lükəli tərəfi insanın dəm qazı sız‑ masını hiss etməməsi və asanlıqla huşunu itirməsidir. İlkin simptom‑ ları odur ki, baş ağrıları yaranır, üz

nahiyəsində qızarma olur, ürək bulanma, qusma əlamətləri də müşahidə oluna bilir. Həmçinin dəm qazının beyinə təsiri nəticəsində insanda yuxu əmələ gəlir.

ZƏHƏRLƏNMİŞ İNSANA İLK YARDIM NECƏ OLMALIDIR? Təhlükədən tez xəbər tutularsa, ilkin tibbi yardım göstərməklə xəstənin həyatını xilas etmək olar. Bu halda ilk növbədə zəhər‑ lənən insanı təmiz havası olan yerə, genişliyə çıxarmaq və orqanizmin oksigen qəbul etməsini təmin etmək lazımdır. Ağızdan süni hava vermək, ürəyi qapalı masaj etmək də olar. Ürək dər‑ manları vurula bilər. Bundan sonra burnuna naşatır məhlulu qoxu‑ ladılmalı və üstü yorğanla örtülməlidir. İlkin yardımdan sonra zərərçəkəni mütləq həkim müayinəsindən keçirmək lazımdır. Xəstəxanalarda olan spesifik aparatlar vasitəsilə zərərçəkənə yüksək təzyiqlə oksigen vurulur və xəstənin qanı həmin avadan‑ lıqla təmizlənir. Adətən, yarım saata‑bir saata xəstələr özünə gəlir, danışmağa başlayır, ətrafa reaksiya bərpa olunur.


75

SINIQ, ÇIXIQ VƏ BURXULMALAR Sınıq – sümük toxumalarının qırıl‑ ması və ya çatlamasıdır. Sınıqlar açıq və qapalı olur. Açıq sınıq adətən, aşağı və yuxarı ətrafların sərt gücə məruz qalması və ya əyilməsi nəticəsində sınmış sümüyün şiş uclarının dərini və ətrafda olan yumşaq toxumaları yarması ilə nəticələnir. Və ya hər hansı obyekt dərini deşməklə sümüyü sındırdığı zamanı baş verir. Qapalı sınıqlara daha çox təsadüf edilir. Bu zaman dərinin yarılması baş vermir. Açıq sınıqlar zamanı infeksiya və çoxlu qan itkisi ehtimalı yarandığı üçün, onlar qapalı sınıqlardan daha ciddi hesab olunur. Çıxıq – sümüyün oynaqdakı normal vəziyyətindən aralanması və ya yerini dəyişməsidir. Çıxıqlar adətən, güclü qüvvənin təsiri nəticəsində baş verir. Çiyin və bar‑ maqların oynaqları kimi bəzi oynaqların sümükləri kiçik və kövrək olduğu üçün asanlıqla çıx‑ maya məruz qalır. Dirsək və bel sütunu oynaqları isə çıxmaya az məruz qalır. Çıxmış sümüyün ucu, əksər halda qeyri‑normal şişə və ya batıq görünə bilər. Buna görə də çox zaman çıxıqları müəyyən etmək asanlaşır. Bu zaman zərərçəkən zədələnmiş nahiyəni hərəkət etdirə bilmir. Burxulma – oynaqdakı bağların və digər toxumaların tamamilə və

ya qismən zədələnməsidir. Xəsarətin ciddiliyi zədələnən bağların miq‑ darından asılıdır. Güclü burxulmalar oynağı təşkil edən sümükləri də sındıra bilər. Yeniyetmələrdə bağlar sümüklərdən möhkəm olduğu üçün, onlarda sümüklərin sınması ehtimalı burxulmaya nisbətən çox olur. Burxulma zamanı oynağın ətrafı şişir, bəzən də həmin nahiyəyə qan sızır.

ZƏDƏLƏNMƏLƏRİN İLKİN ƏLAMƏTLƏRİ: Əzələ‑skelet zədələnmələrinin bu 3 növü bir‑birinə oxşar olduğuna görə, çox vaxt onları müəyyən etmək çətinləşir. Əzələ‑skelet zədələnmələrinin ümumi əlamətləri: ‑ Ağrı; ‑ Şişmə; ‑ Əzilmə; ‑ Dərinin rənginin dəyişməsi; ‑ Zədələnmiş nahiyəni hərəkət etdirməyin qeyri‑mümkünlüyü; ‑ Zədələnmiş yerin hissiyyatının itirilməsi.

ZƏRƏRÇƏKƏNƏ İLKİN YARDIM GÖSTƏRİLMƏSİ Zədənin qapalı sınıq, çıxıq, burxulma olduğunu müəyyən‑ ləşdirməkdə çətinlik çəksəniz belə, hər 3 halda buz və ya soyuq kom‑ pres tətbiq edə bilərsiniz. Soyuq

kompres şişin, ağrı və narahatçılığın azalmasına səbəb olur. Buzdan isti‑ fadə edən zaman dərinin zədələn‑ məsinin qarşısını almaq üçün buzla dəri arasına tənzif və ya parça qoyun. Buz və ya soyuq kompresi 30 dəqiqədən artıq saxlamaq olmaz. Açıq sınıq olduqda isə soyuq kom‑ pres tətbiq etmək məsləhət görülmür. Ciddi əzələ‑skelet zədələnməsi ehtimalı varsa, zədələnmiş hissəni hərəkətsiz saxlamaq lazımdır. Zədəni hərəkətsizləşdirməkdə məqsəd: ‑ Ağrını azaltmaq; ‑ Yumşaq toxumaların sonrakı zədələnmələrinin qarşısını almaq; ‑ Ciddi qanaxma riskini azalt‑ maq; ‑ Zədələnmiş nahiyədə qan dövranı fəaliyyətinin itirilməsi ehti‑ malını azaltmaq; ‑ Qapalı sınıqların açıq sınıqlara çevrilməsinin qarşısını almaq. Ağır zədələri hərəkətsizləşdir‑ mək üçün şindən (sarğı taxtasından) istifadə etmək olar. Şinlər üç tipdə olur – yumşaq, sərt və anatomik. Yumşaq şinlərə örtük, dəsmal, yastıq, ləçək və s. daxildir. Sərt şin‑ lərə taxta, metal lövhəcikləri və qat‑ lanmış qəzetləri misal göstərmək olar. Anatomik şinin mənası isə bədənin özünün şin kimi istifadə olunmasıdır. Məsələn sınmış qolu gövdəyə, zədələnmiş ayağı sağlam ayağa bağlayırlar. Sərt şinlərdən istifadə etməzdən əvvəl onun altına yumşaq bir şey qoymaq lazımdır ki, sonrakı zədələnmələrin qarşısını alsın. Şini birbaşa açıq yaranın üstünə qoymaq olmaz. Açıq sınıqlar zamanı əvvəlcə yaraya təmiz sarğı qoyub, qanax‑ manı dayandırmaq lazımdır. Şinin çox sıx qoyulması da düzgün deyil. Bu zaman qan dövranı yaxşı işləməz. Əgər zərərçəkənin əl və ayaq barmaqları keyləşib, rəngini itirib və soyuqdur‑ sa, şini bir qədər boşaltmaq lazımdır. İlk yardım göstərdikdən sonra isə zərərçəkəni mütləq tibb mən‑ təqəsinə çatdırmaq lazımdır.


76 Dəyərli oxucular, bizə ünvanladığınız sualları həkim Əli Nağıyev cavablandırır. Sizi narahat edən sualları hər gün saat 16 00‑dan 18 00‑dək redaksiyamıza zəng vuraraq (tel.: (0 12) 510 84 35; faks: (0 12) 510 84 96) həkimlərimizə ünvanlaya bilərsiniz. Və ya ailehekimi@mail.ru elektron ünvanına yaza bilərsiniz.

Sual: (Aliyə M. 36 yaş, Bakı). 3 ay əvvəl sağ qabırğa altında tədricən ağrılar başlandı. Bir həftəyə yaxındır ki, ağrılar şiddətlənib. Hətta sağ kürəyimə də vurur. Sanki yediklərim həzm olunmur. Səhərlər ümumi halsızlıq hiss edirəm. Ağrılar şiddətlənəndən bəri spazm aradan qaldıran bir dərman preparatı işlədirəm. Sizcə, bu nədən ola bilər? Cavab: ‑ Birinci növbədə onu deyək ki, sağlamlığınıza qarşı çox biganəsiniz. Təəccüblü odur ki, 3 aydır, həkimə müraciət etməmisiniz. Konkret olaraq, ümumi terapevtə və ya qastroen‑ teroloqa müraciət etməlisiniz. Dediyiniz əlamətlər ilk növbədə öd kisəsi və öd yollarında olan prob‑ lemlərin əks‑sədasına bənzəyir. Ən ağır halda, öd daşı xəstəliyi inkar olunmalıdır. Bunun üçün qaraciyər və öd yollarının ultrasəs müayinəsi, qanın ümumi və biokimyəvi anali‑ zləri aparılmalıdır. Əgər öd daşı xəstəliyi varsa, cərrahi konsul‑ tasiyaya da ehtiyac olacaqdır. Özbaşına dərman işlətməyinizin tam əleyhinəyik. Sual: (Tamilla N. 27 yaş, Tovuz). 21 həftəlik hamiləliyim var. Bir neçə dəfə ultrasəs müayinəsində olmuşam. Deyirlər ki, bu dölə ziyandır. Necə fikirləşirsiniz? Cavab: ‑ Ümumiyyətlə, ultrasəs müayinəsi ən zərərsiz müayinə metodu sayılır. Buna baxmayaraq,

hamiləlik dövründə hər sahədə diqqətli olmaq məsləhət olduğu üçün, hətta ultrasəs müayinəsindən belə yalnız tibbi göstərişlə keçməyiniz düzgündür. Vacib tibbi göstəriş varsa, bir neçə dəfə aparılan ultrasəs müayinəsinin dölə ciddi zərər verə biləcəyini düşün‑ mürük. Sual: (Nizami R. 28 yaş, Sumqayıt). Təzyiqim bir neçə dəfə 150/100 mm c.s. göstəricisinədək qalxıb. Bu anlarda şiddətli baş ağrısı, ürək bulanması hiss edirəm. Həkimə müraciət etməmişəm. Çünki bu hal‑ lar öz‑özünə keçib gedir. Bunu əsə‑ biləşməyimlə əlaqələndirirəm. Sizcə, ciddi müayinəyə ehtiyacım varmı? Cavab: ‑ Siz mütləq müayinə olun‑ malısınız. Tibbi məntiqlə yanaşsaq, sizin yaşınızda təzyiqin orta göstəri‑ ciləri 140/90 mm c.s.‑dan yuxarı qalxmamalıdır. Adətən 120/80 mm c.s. sərhədində olan arterial qan təzyiqinin 130‑dan yuxarı qalxması da həyəcan siqnalı sayılır. Bu, o deməkdir ki, sizdə hər hansı mənşəli arterial hipertenziyaya meyllilik var. Xüsusilə əsə‑ biləşdiyiniz vaxt bunun baş verməsi beyin qan dövranınızda ciddi pozuntuların göstəricisi ola bilər. Ümumiyyətlə, siz nevroloji müayi‑ nə və müalicə keçməlisiniz. Əlavə olaraq, profilaktik kardioloji konsul‑ tasiya aparılması da vacibdir. Çünki davamlı təzyiq yüksəlməsinin müalicəsi ilə məşğul olan mütəxəs‑

sis kardioloqdur. Nə qədər erkən müalicəyə başlasanız, bir o qədər fəsadlar az olacaqdır. Sual: (Ələsgər Y. 63 yaş, Goranboy). 40 ilə yaxındır ki, siqaret çəkirəm. İndi tərgitmək fikrindəyəm. Amma eşitmişəm ki, birdən‑birə tərgitsəm, ciddi xəstələnə bilərəm. Siz necə fikir‑ ləşirsiniz? Cavab: ‑ Əvvəlcə sizi təbrik etmək lazımdır. 40 ildən sonra da olsa, siqareti tərgitmək fikri hər zaman alqışlanmalıdır. Mən sizə konkret olaraq, həkim nəzarəti altında siqareti tərgitməyə çalışmağınızı məsləhət görürəm. Söhbət ondan gedir ki, illər boyu tərkibində 200‑ə qədər zəhərli maddə olan siqaret tüstüsü qan dövranında ciddi dəyi‑ şikliklər yaradıb. Ürək, böyrək, digər daxili orqanlar siqaretsizliyə üsyankar reaksiya verə bilər. Həkim nəzarəti və yardımı bu reaksiyaları azaltmağa kömək edər. Xüsusilə də, ürəyiniz və beyin qan dövranınız ciddi yoxlanmalıdır. Sual: (Nərgiz A. 21 yaş, Bakı) Bir neçə aydır ki, əl vuranda boynum‑ da kiçik düyünlər hiss edirəm. Düyünlər ağrısız və hərəkətlidir. Mənə elə gəlir ki, bu düyünlər boğaz ağrısından sonra əmələ gəlib. Ümumiyyətlə, boğazım tez‑tez ağrıyır. Amma özüm 4 ilə yaxındır ki, aerobika ilə aktiv məşğul olu‑ ram. Bilirəm ki, idmanla məşğul olanın bədən müqaviməti güclü


77 olur. Məni ən çox narahat edən də odur ki, idmanla məşğul olmağıma baxmayaraq, bu xəstəlik halları məndə var. Nə məsləhət görürsünüz? Cavab: ‑ Birinci növbədə boyunda olan yumşaq, elastik, hərəkətli, ağrılı və ya ağrısız düyünlər limfa düyünlərinin böyüməsinə şübhə yaradır. Limfa düyünləri isə yaxın orqanlarda olan iltihabi proseslərə reaksiya verə bilən orqanlardır. Deməli, bu düyünlərin limfa düyünləri olub‑olmaması təyin edilməlidir. Məsləhət görərdim ki, qulaq‑burun‑boğaz həkiminə müraciət edəsiniz. O həm xroniki tonzillitin olub‑olmadığını təyin edə bilər, həm də limfa düyünləri barədə dərinləşdirilmiş müayinə aparar. Bilməlisiniz ki, aktiv idman hərəkətləri ilə bədən müqavimə‑ tinin artırılması fikri doğru olsa belə, dozası düzgün olmayan və bədənə əlavə yük gətirən idman hərəkətləri əksinə zərər də verə bilər. Məsələn, tez‑tez tərləmək, yuyunub, kəskin soyuq havaya çıx‑ maq öz növbəsində xroniki tonzillit prosesini uzada bilər. Sual: (İradə S. 37 yaş, Lənkəran). Boynumda və başımda şiddətli tutma şəkilli ağrılar hiss edirəm. Bakı şəhərində nevroloji müayinədə olmuşam. Ciddi bir xəstəlik olmadığını söyləyiblər. İşimlə əlaqə‑ dar olaraq kompüter arxasında çox otururam və fikir vermişəm ki, ağrılar bu işə keçdikdən sonra başlayıb. Nevropatoloqun məsləhəti ilə qəbul etdiyim dərmanların xeyri az olur. Nə məsləhət görürsünüz? Cavab: ‑ Fikirləşin ki, xəstəliyiniz bir ağacdır. Siz onu daim suvarırsınız və sonra deyirsiniz ki, budaqlarını kəsməyimə baxma‑ yaraq, ağac məhv olmur. Sizin xəstəlik ağacınızı suvaran səbəb çox güman ki, kompüter arxasındakı işiniz ola bilər. Daha doğrusu, iş və istirahətinizi düzgün növbələşdirməməyiniz nəticəsində

boyun əzələləri və görmə funksiyasının daimi gərginliyi şid‑ dətli baş və boyun ağrılarına gətirib çıxarır. Məsləhət görərdim ki, əgər iş şəraitinizi dəyişdirə bilmirsinizsə, sutka ərzində vaxt ayırıb, boyunun və başın özünəmasajını həyata keçirəsiniz (ən yaxşı forması nöqtə masajıdır). Bu masaj formasını öyrənmək çox sadədir. Bu sahədə sizə nevropatoloq‑refleksoterapevt kömək edə bilər. Sual: (Nailə M. 29 yaş, Bakı). Körpəm 8‑ci ayındadır. Amma hələ oturmur. Pediatr boy və çəkisinin, fiziki inkişafının normal olduğunu söyləyir. Mən isə narahatam. Çünki bacımın oğlu 7‑ci ayında artıq otu‑ rurdu. Mən hansı mütəxəssisə müraciət etməliyəm. Cavab: ‑ Bilməlisiniz ki, uşağın bir yaşına qədərki inkişafı dönəmində iki vacib mütəxəssis var. Onlar pe‑ diatr və uşaq nevropatoloqudur. Pediatr uşağı davamlı nəzarətdə saxlamalı, onunla daim məs‑ ləhətləşmək imkanınız olmalıdır. Uşaq nevropatoloqu isə 3‑cü, 6‑cı, 9‑ cu və 12‑ci aylarında, hətta körpədə problem hiss etməsəniz belə, övladınıza baxmalıdır. Sizin söylədiklərinizə əsasən uşaq nevropatoloquna müraciət etməyinizi məsləhət görürəm. Ancaq bilməlisiniz ki, uşaqlarda oturmaq, iməkləmək və yerimək funksiyaları xeyli fərdidir. Yəni ola bilsin ki, uşaq hər üç funksiyanı bir‑ iki ay ərzində icra etsin. Sual: (Fərman M. 30 yaş, Qax). Məndə maraqlı hallar olur. Səhər yuxudan erkən oyansam da, yatağımdan qalxmağa çətinlik çəkirəm. Sanki yuxudan doymu‑ ram. Günortadan sonra xeyli aktivləşirəm. Gecələr isə yuxuya getməkdə çətinlik çəkirəm. Bəzən ürək döyünmə hiss edirəm. Ümumi həkim yoxlamasından keçmişəm. Konkret xəstəlik haqda bir fikir söyləmədilər. Nə məsləhət görürsünüz?

Cavab: ‑ Əgər həqiqətən də heç bir xəstəlik tapılmayıbsa (xüsusilə her‑ pes virus infeksiyası), o halda söh‑ bət astenik nevroz, xroniki yorğun‑ luq sindromu adları altında tanınan nevroz formasından gedə bilər. Məsləhət görürəm ki, psixotera‑ pevtik və ya nevroloji müayinədən keçəsiniz. Astenik nevrozu yaradan ən vacib səbəblərdən biri mənfi psixoloji mühit və daimi psixoemo‑ sional gərginlikdir. Bu, adətən ya ailə problemlərindən, yaxud gərgin iş şəraitindən meydana çıxır. Psixoterapevt sizə yaşadığınız və işlədiyiniz mühitə qarşı düzgün psixoloji mövqe tutmağınızda yardımçı ola bilər. Və tədricən bu halların aradan qalxma şansı yaranır. Sual: (Rauf Ə. 32 yaş, Ağcabədi). Virus hepatitləri cinsi yolla yoluxa bilərmi? Cavab: ‑ Virus hepatitləri içində cinsi yolla yoluxması ehtimalı Hepatit B üçün daha yüksəkdir. Əslində elə ən ciddi fəsadlar törədən hepatit formalarından biri də budur. Sual: (Xatirə Ə. 63 yaş, Bakı). Ortoped‑travmatoloqlar bud‑çanaq oynağına (sağtərəfli osteoartrozla əlaqədar) süni oynaq əməliyyatı məsləhət görüblər. Azərbaycanda bu əməliyyatın icra olunması mümkündürmü və sizcə, hansı fəsadları ola bilər? Cavab: ‑ Hazırda Azərbaycanda bu əməliyyatlar çox böyük uğurla həyata keçirilir. Fəsadlarına gələndə isə düzgün aparılmış əməliyyatdan bir müddət sonra süni oynaq demək olar ki, hiss edilmir və xəstənin həyat keyfiyyəti xeyli yaxşılaşır. Bilirsiniz, osteoartrozda elə bir mərhələ var ki, artıq heç bir konservativ müalicə kömək etmir. Bu halda əlac yalnız süni oynaq (endoprotez) qoyulmasıdır.


78

ÖKÜZ İLİNDƏ BÜRCLƏR NƏ DEYİR?

Ötən üç ‑ İt, Qaban və Siçan illəri ilə müqayisədə bu il infeksiya xarakterli xəstəliklərin, virus epidemiyalarının yayılması az müşahidə olunacaq. Əsas diqqəti qan‑damar sisteminə, ürəyə və bədxassəli şişlərə yönəltmək lazımdır.

Qoç bürcü: 21 mart - 20 aprel Qoç bürcündə dünyaya gələnlər bu il sağlamlıq baxımından müəyyən maneələrlə üzləşəcəklər. Bəzi xroniki xəstəliklərin kəskin‑ ləşməsi baş verə bilər. Ona görə də gözləmək yox, qabaqcadan profi‑ laktik tədbirlər görmək lazımdır. Qış‑yaz aylarında radikulit, osteoxondroz kimi xəstəliklərin ağırlaşması baş verə bilər. Yay aylarında isə depressiyadan özünüzü qorumağa çalışın. Yaşlı insanlara əsəbiləşməmək, vaxtı‑ vaxtında qidalanmaq, özünü soyuqdan gözləmək tövsiyə olunur. Həmçinin yüngül pəhriz‑ lərə riayət etmələri məsləhətdir.

Buğa bürcü: 21 aprel- 21 may Buğa bürcündə doğulanlar bu il özlərini gümrah hiss edəcəklər. Səhhət sarıdan da ciddi problem‑ ləri olmayacaq. Ancaq avqust‑

sentyabr aylarında gərgin iş reji‑ minin təsiri nəticəsində yorğunluq, depressiya halları müşahidə oluna bilər. Nəfəs yollarının xəstəlikləri və bel ağrıları ilə qarşılaşa bilərsiniz. Soyuqdəymədən, gərginlik və stressdən özünüzü qoruyun. “Hər şey öz‑özünə keçib gedər” düşüncəsinə qapılaraq, sağlamlığınızla bağlı məsələləri arxa plana atmayın. Mütəmadi şəkildə həkim müayi‑ nəsindən keçin.

Əkizlər bürcü: 22 may – 21 iyun İyun‑iyul aylarında sağlamlığınıza xüsusi diqqət göstərin. Ümumi‑ likdə isə bu il ərzində sağlam‑ lığınızı elə də ciddi təhlükə gözləmir. Ancaq Əkizlərə məsləhət görülür ki, il ərzində sağlamlıqları‑ na diqqətlə yanaşsınlar, hər hansı bir xəstəliyi hələ ilkin mərhələdə aradan qaldırmağa çalışsınlar. Çox ciddi hal olmasa, cərrahiyyə

əməliyyatları etdirmək fikrinə düşməyin. Ağır fiziki gərginlikdən özünüzü qoruyun. Təmiz havada daha çox vaxt keçirin. Ağır pəhriz‑ lərdən uzaq olun və əsəblərinizə diqqət yetirin.

Xərçəng bürcü: 22 iyun – 23 iyul Yaz‑yay aylarında qida zəhərlən‑ mələrindən, həşərat sancmaların‑ dan özünüzü qoruyun. Oktyabr‑ noyabr aylarında yorğunluq, stress halları, qızdırmalı xəstəliklər, baş ağrıları özünü göstərə bilər. Dekabr ayında isə çox yeməyiniz nəticəsində artıq çəki ilə üzləşə bilərsiniz. Odur ki, qidalanmanıza və istirahətinizə fikir verin. Ümu‑ miyyətlə, bütün il boyu xroniki yorğunluq və depressiya halları sizi izləyə bilər. Bu haldan qurtul‑ maq üçün müxtəlif meditasiya növlərindən yararlanın, təbiət qoy‑ nunda istirah��t etməyə üstünlük verin.


79 Şir bürcü: 24 iyul – 23 avqust Şir bürcündə doğulanlar öküz ilində səhhət sarıdan əziyyət çəkəcəklər. Amma bunun qarşısını almaq üçün onlar az əsəbiləşməli, mübahisəli anlardan qaçmalıdırlar. Adi bir mübahisə kritik vəziyyət yarada bilər. Onlar xüsusən kürək və ürək nahiyələrindən diqqətli olmalıdırlar. Ümumiyyətlə, Şirlərin sağlamlıq durumları onların özlərini nə dərəcədə qorumalarından asılı ola‑ caq. Qış aylarında başınızı soyuğa verməməyə çalışın. Yay aylarında isə günəş vannalarını həddən çox qəbul etməyin, bu, sizin sağlam‑ lığınıza zərər vura bilər. Payız aylarında xroniki xəstəliklər baş qaldıra bilər, odur ki, kiçik bir nasazlıq hiss edən kimi həkim müayinəsindən keçin ki, ağırlaş‑ malarla qarşılaşmayasınız.

Qız bürcü: 24 avqust – 23 sentyabr Bu il sağlamlığınız sizi çox da narahat etməyəcək. Xəstəliklərə qarşı müqavimət göstərmək iqti‑ darındasınız. Ancaq yenə də orqanizmin immunitetini qaldır‑ mağa çalışın. Xroniki xəstəliklərə və soyuqdəyməyə qarşı profilak‑ tik tədbirlər görün. Yaz‑yay aylarında bədənin təmiz hava və fiziki hərəkətlərlə bərkidilməsinə ehtiyac var. Müsbət emosiyalara köklənərək, sıxıntıdan özünüzü qorumalısınız. İyul‑avqust ayların‑ da ürək‑damar sisteminə diqqət göstərin. Stressdən özünüzü qoru‑ yaraq, istirahət edin.

Tərəzi bürcü: 24 sentyabr – 22 oktyabr Zəifləmiş orqanizmi qəfil xəstəlik‑ lər yaxalaya bilər. Ona görə də Tərəzilər sağlamlıqlarına qarşı diqqətli olmalı, azacıq naxoşluq hiss edən kimi, buna fikir vermə‑ lidirlər. İmmunitetinizi qaldır‑ mağa çalışın. Çox yemək, siqaret, alkoqollu içki kimi zərərli vərdişlərdən uzaq olun. Təbii ki,

fiziki hərəkətlər və yüksək‑əhval ruhiyyəyə də ehtiyacınız var. Mart‑aprel aylarında qidalan‑ manıza xüsusi diqqət göstərin. Yüngül pəhrizlərə ehtiyac duyula bilər.

Əqrəb bürcü: 23 oktyabr – 22 noyabr Özünüzü soyuqdəymələrdən qorumağa çalışın. İlin ilk yarısı sağlamlıq baxımından bir az ağır keçsə də, ikinci yarısında özünüzü daha gümrah hiss edəcəksiniz. İkinci yarıda isti‑ rahətə də daha çox vaxtınız ola‑ caq. Aprel ayında sağlamlığınıza xüsusi diqqət göstərin. Xüsusən də qadınlar özlərini müxtəlif qanaxmalardan qorumalıdırlar. Gərginlikdən doğan aqressiyya, yüksək qızdırma və baş ağrıları sizi izləyə bilər. Sağlamlığınızla əlaqədar yaranan problemlər demək olar ki, psixoloji məqam‑ larla bağlı ortaya çıxacaq. Stressli və əsəbi halınız sağlamlığınıza ziyan vura bilər.

Oxatan: 23 noyabr – 22 dekabr Oxatanlar 2009‑cu ilin ilk ayların‑ da zəiflik və yorğunluq hiss edəcəklər. Bunun səbəbi vitamin çatışmazlığı da ola bilər. Və ya siz sadəcə gərginlikdən yorulmusuz. Bütün hallarda təbiət qoynunda istirahət və düzgün qidalanma sizin özünüzü daha yaxşı hiss etmənizə kömək edə bilər. İlin ikinci yarısı sağlamlıq baxımından daha uğurlu keçəcək. Sağlamlığınızı qorumaq üçün hər hansı bir idman növü ilə həvəskar şəkildə maraqlanmağınızın da faydası ola bilər. Ümumiyyətlə, bu il Oxatanlar sümük, bel ağrıları, ürək ağrıları ilə qarşılaşa bilərlər. Ancaq bunlar müvəqqətidir və həyəcan keçir‑ məyə ehtiyac yoxdur. May ayında artıq çəki ilə bağlı problemləriniz ola bilər. Bu ayda sağlamlığınıza daha çox diqqət göstərməlisiniz.

Oğlaq bürcü: 23 dekabr – 20 yanvar Oğlaqlar bu il səhhət sarıdan elə də böyük sınağa çəkilməyəcəklər. 2009‑cu ildə Oğlaqların qidalan‑ malarına xüsusi diqqət göstər‑ mələri vacibdir. Həzm sisteminizi qoruyun və onu ağır qidalarla yükləməyin. Əgər artıq çəki ilə bağlı problemləriniz varsa, pəhrizə başlamaq üçün ən münasib vaxt iyun ayıdır. İl boyu qida rasio‑ nunuzdan təzə meyvə və meyvə şirələrini əskik etməyin.

Dolça bürcü: 21 yanvar – 19 fevral Səhhəti zəif dolçalar isə bir qədər diqqətli olmalı, hər şeyə görə əsə‑ biləşməməli və qidalanmalarına diqqət yetirməlidir. Oynaqlar, onurğa sütunu və dişlərlə bağlı problemlər yarana bilər. Yaz aylarında özünüzü soyuqdan qoruyun və fiziki hərəkətdə olun. Mart‑aprel aylarında qidalan‑ manıza fikir verin, vaxtaşırı müayinələrdən keçin. Depressiya, stress hallarından uzaq olun, nikbin əhval‑ruhiyyəni qorumağa çalışın. Bu sizin sağlamlığınıza da müsbət təsir göstərər.

Balıq bürcü: 20 fevral – 20 mart Balıqlar üçün də bu il səhhət sarı‑ dan uğurlu ildir. Ötən il siz sübut etdiniz ki, aktiv həyat tərzi, fiziki hərəkətlər və düzgün qidalanma sağlamlıq baxımından möcüzələr yarada bilər. Bu il də həmin prinsiplərə əməl etsəniz, sağlam‑ lığınızı qoruya bilərsiniz. Əsəb sisteminizi qoruyun. Dəyişməyi bacarmadığınız şeylərə görə çox fikirləşib, əsəb gərginliyi keçirməyin. Fevral‑mart aylarında psixoloji problemləriniz arta bilər.


80 QAN TƏZYİQİNİN YÜKSƏKLİYİ XƏSTƏLİYİ – TƏBABƏTİN AKTUAL PROBLEMİDİR Qan təzyiqinin yüksəkliyi (140/90 mm.c.st. yuxarı olması) – arterial hipertoniya (AH) çox geniş yayılmış ağır ürək‑damar xəstəliyidir. Yaş artdıqca AH‑lı xəstələrin sayı da artır. Yaşı 18‑dən yuxarı şəxslərin 30‑40%‑də, 60‑dan yuxarı olanların 1/2‑də, 70‑dən yuxarı olanların 2/3‑də arterial təz‑ yiqin (AT ) səviyyəsi normadan artıq olur. Sağlam şəxslərdə AT‑in 120/80 mm c.st. olması ideal hesab edilir. Hərdən yuxusuz gecədən, ciddi əsəbləşmədən və ya çoxlu spirtli içki içilən məclislərdən və s. sonra AT‑in təsadüfən 140/90 mm.c.st. yuxarı olması hələ arterial hiper‑ toniya deyil. AH‑nin baş verməsində olduqca müxtəlif zərərli amillər – risk amil‑ lərinin rolu vardır. Valideynlərində, yaxın qan qohumlarında bu xəstəliyin olması, uzun müddətli stress, fiziki, zehni yorğunluq, yuxusuz gecələr, piylənmə, duzlu qidalara meyllilik, siqaret çəkmə, spirtli içkilərə aludəlik, şəkərli dia‑ bet, az hərəkətli həyat tərzi və s. belə amillərdəndir. AH‑nin təhlükəsi xəstəliyin təsir edə biləcəyi hədəf üzvlərin (beyin, ürək, böyrək, göz dibi və s.) zədələnməsidir. AH‑nin müalicə və profilak‑ tikasına xəstəliyin mərhələsindən asılı olmayaraq, sağlam həyat tərzi tələblərinə (piylənmə, hipodi‑ namiya ilə mübarizə, stresin ziyanından qorunmaq, siqaret və duzlu qidalardan imtina və s.) əməl etməkdən başlamaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatına görə əhalinin sağlamlığı 50% həyat tərzindən, 20% irsiyyətdən, 20% ekologiyadan, yalnız 10% tibbi xid‑ mətdən asılıdır.

Son 10‑15 ildə AH‑nin müalicəsi üçün çox keyfiyyətli dərman vasitələri istifadə edilir. İndi bu dər‑ manlara qarşı əsas şərt ondan ibarətdir ki, o, gündə 1 dəfə qəbul edildikdə 24 saat AT‑ni stabil nor‑ mal saxlasın, qanda şəkər və xoles‑ terinin miqdarını qaldırmasın, ürək və damarlarda baş vermiş xoşagəlməz ağırlaşmaları aradan qaldırsın, asan qəbul edilsin, yanaşı təsirləri minimum olsun və s. Qeyd etmək lazımdır ki, 30‑40 il bundan əvvəlkilərdən fərqli olaraq, indi dərman istehsalına nəzarət, tələblər çox ciddidir. Ümumdünya Səhiyyə Təşkilatı, Avropa və Amerikanın dərmanların key‑ fiyyətinə nəzarət idarələri hər bir dərmanın kəşfindən istehsalına qədərki proseslərə ciddi tələblər irəli sürürlər. İl ərzində kəşf edilən 10 min dərman molekulundan ən çoxu 2‑3 ədədi yeni dərman kimi istifadə hüququ qazanır. Hər bir dərman geniş eksperimental, klini‑ ki yoxlamalardan, fiziki və kimyəvi ekspertizalardan keçirilir. Hazırda qan təzyiqini aşağı salan tanınmış dərmanlar (Prestarium, Arifon Retard, Prestarium combi və s.) istehsal edən Fransanın Servier firması bir dərmanın kəşfindən istehsalına, tədqiqat aparılmasına və geniş isti‑ fadəsinə qədər keçən müddətə 800 milyon avroya qədər pul xərcləməli olur. Həmin dərmanların kliniki tədqiqatlarında (ASCOT, EUROPA, PROGRESS və s.) dünyanın onlarla ölkəsindən yüzlərlə kliniki mərkəz‑ lər, yüz minlərlə xəstə iştirak edir. Son 10 ildə aparılan tədqiqatların nəticəsinə əsasən bu dərmanlar Avropa, Amerika, Rusiya və s. kimi ölkələrin müalicəyə aid tövsiyə‑ lərinə əsas vəsait kimi salınmışdır.

Çoxlu sayda arterial təzyiqi aşağı salan dərmanların olmasına baxmayaraq, onlardan yalnız 5‑6 qrupu AH‑nin müalicə tövsiyələrində yer tuta bilmişdir. Bunlar AÇFİ preparatları (Perindopril (Prestarium), Ramipril, Kaptopril və s.), diuretiklər (İndapamid (Arifon Retard), xlor‑ tiazid və s.), kalsium antaqonistləri (Amlodipin, Verapamil və s.), beta‑ blokatorlardır ( bisoprolol, nebivolol və s). AH olanlar bilməlidirlər ki, bu xəstəlik qısa müddətli, kurs şəkilli müalicə ilə yox, müntəzəm, lazımi dozada, müasir tələblərə cavab verən dərmanlarla müalicə olunur. Müalicə və profilaktika qaydalarına aid həkimin məsləhətlərinə riayət etmək effektli müalicənin əsas şər‑ tidir. Bu işdə səhlənkarlıq, öz səh‑ hətinə etinasızlıq gec‑tez xoşagəlməz hallara (miokard infarktı, insult və s.) gətirib çıxara bilər. Elə edilməlidir ki, xəstəlik öz şıl‑ taqlığı, tez‑tez dəyişməsi ilə xəstəni qovaraq və tədbir görməyə vadar etməsin. Əksinə, xəstə gərək profi‑ laktika ‑ müalicə tədbirləri ilə xəstəliyin əlamətlərini qabaqlayaraq onu nəzarətdə saxlasın, dərman qəbul etməklə xəstəliyi ram etsin və qovsun – düzgün yol budur. Yalnız yuxarıdakılara əməl etməklə AT‑nin 140/90 mm.c.st‑dan aşağı endirilməsinə və bu səviyyədə uzun müddət saxlanılmasına nail olduqda həyat keyfiyyəti, ömrün uzunluğu sağlam şəxslərdən ciddi fərqlənmir. Rafiq Yusifli, tibb elmləri namizədi, Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi



"Ailə Həkimi" Jurnalı 5 - 2009