Page 1

M A R T

MART

2010

2010

Mövsümi

ACLIQ


TİBBİ KÜTLƏVİ JURNAL Mart 2010 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov

CAN SAĞLIĞI Millət vəkili Qənirə Paşayevanın “Gələcək naminə Siqaretə “YOX” Deyək!” çağırışı ........8 Ağ sevinc ........................................................12

MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə

Sağlam övlad sağlam gələcəkdir! (Nərgiz Kərimova ilə müsahibə) .....................16

Baş redaktor Ayşə Məmmədova

Addiksiya, yaxud asılılıq .................................20

Redaktor Rəna Kərimova

Mövsümi aclıq ..................................................24

Məsul katib Natiq Nəbili

Ailə həkimi məsləhət bilir ...............................27

Məsləhətçilər prof. Mustafa Salihov ATU, “Ailə təbabəti” kafedrasının müdiri Maqsud Qasımov tibb elmləri doktoru Fərid Ələkbərli tarix elmləri doktoru Sədaqət Rüstəmova tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi “Lider Qadınlar” İctimai Birliyi Art-dizayner İman Hüseynov Fotoqraf Tofiq Babayev

Enerjinin 7 mənbəyi ........................................28 Xroniki yorğunluq ............................................34 Ağrı hissi ..........................................................40 Daimi hepatit ....................................................44 Ürək titrəyəndə ................................................50 Antibiotiklər – istifadə qaydaları ....................54 REPRODUKTİV SAĞLAMLIQ Gələcək analar üçün 7 olmaz .........................60

Hüquqşünas Səbuhi Abdullayev

KÖRPƏM Əqli inkişaf .......................................................62

Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az

Uşaqlara vaxt ayrılmalıdır! .............................64

“Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Tiraj: 4000 CBS nəşriyyatında çap edilmişdir.

GÖZƏLLİK ONDUR SPA stressə qarşı ............................................66 XALQ TƏBABƏTİ Böyrəklərin sanitarları ....................................68 QİDALANMA Cəfəng arıqlama “sirləri” ................................72 PSİXOLOGİYA Ailə zorakılığı ...................................................76 Üçüncü rübün çətin yolları .............................78


BU SAYIN QONAQLARI: Baş redaktordan Bahar! Pəncərəni geniş açmaq, qar suyu, nəm torpaq, günəş və oyanmış ağacların ətrini kö ksünə çəkmək istəyi yaranır. Lakin həyata sevinmək və ondan zö vq almaq əvəzinə məhz bu vaxt insanların üçdə iki hissəsi hipovita‐ minozdan əziyyət çəkir.

Millət vəkili Qənirə Paşayeva

“Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təsisçisi və rəhbəri Nərgiz Kərimova

Hipovitaminoz orqanizmdə bu və ya digər vitamin, yaxud mikroelementin miqdarının kəskin azalması, lakin klinik mənzərənin kifayət qədər aydın olmaması və daimi dəyişməsi ilə meydana çıxan bir növ yaz əzginliyidir. Hər şey, nə yeməyiniz, nə ilə nəfəs almağınız və nə qədər yatmağınızdan asılıdır. Misal üçün, ofisdə 10‐12 saat kompüter arxasında oturur, təmiz havada olmursunuz, əlüstü qidalanırsınız – və budur, sağlamlıq əyrisi artıq aşağı enir. Hər səhər təzə sıxılmış portağal şirəsi içirsiniz, fitnes ilə məşğul olursunuz və gərgin iş cədvəlində bir həftəlik günəşli sahildə istirahət üçün məzu‐ niyyət vaxtı ayırırsınızsa, bu zaman mövsümi kəskinləşmələr çətin ki, baş versin. Hipovitaminozu necə duymaq olar? Bu vəziyyət zamanı ən qabarıq iki simptom var: ovqatın pis olması və daima yatmaq istəyi. Bu zaman orqanizm qüvvəsinin tükənməsini hiss edərək, qənaətcil yaşama tərzinə keçir. Bu vəziyyət yatmış rejimdə işləyən kompüteri xatır‐ ladır: şəbəkəyə qoşulmuş, informasiyanı işləyir, lakin monitor sönmüş və bütün səslər susmuş‐ dur. Hipovitaminoz zamanı yaranan qüssə qüvvə tükənməsinin birbaşa nəticəsidir. Bəs, bilirsiniz, orqanizm nəyin dərdini çəkir? Vitamin və mikroelementlərin. Bu həyati vacib tərkib hissələr olmadan bütün daxili sistemlərin «əhvalı» acınacaqlıdır. Mövsümi dəyişiklik‐ lərdən daha çox qadınlar əziyyət çəkir, çünki onlarda vitamin və mikroelementlərin çatmamazlığı nəticəsində həsrət, yaxud qısa müddətli depressiya tutmaları ilə keçən hor‐ monal dəyişikliklər əmələ gəlir. Bu barədə geniş məlumat almaq istəyirsinizsə, bu sayımızdakı “Mövsümi aclıq” adlı yazımızı oxumağı tövsiyə edirəm.


4

United Aid for Azerbaijan

UAFA – Biz Kimik? UAFA (Azərbaycana Birgə Yardım) 1998-ci ildə təşkilatın hazırkı rəhbəri Gvendolin Börçel tərəfindən yaradılmışdır. Təşkilatın əsas məqsədi diqqəti səhiyyə və təhsilə verməklə, xüsusi ehtiyaclı uşaqların həyatının uzun müddətli inkişafına yardım göstərməkdir. UAFA yalnız Azərbaycanda fəaliyyət göstərən yeganə beynəlxalq QHT-dir. UAFA Böyük Britaniyada qeydiyyatdan keçib.

Məqsədlərimiz nədir? UAFA‐nın məqsədləri aşağı‐ dakılardır: 1. Dövlət qayğısında olan uşaqların sayının azaldılması (qeyri‐müəssisələşmə); 2. Müəssisələrdə qayğı səviyyəsinin yüksəldilməsi (Qayğı və Xidmət səviyyəsinin yük‐ səldilməsi); 3. Xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafı. İlk vaxtlar UAFA Azərbaycanda uşaq müəssisələrində (körpələr evində) yaşayan uşaqların ilkin ehtiyaclarının qarşılanmasında dəstək olurdu. Lakin problemin qida və geyim çatışmazlığından daha dərin olduğu anlaşılırdı. Belə ki, bu müəssisələrdə əlilliyi olan uşaqlarla işin düzgün təşkil edilməməsi aydınlaşdı: bütün gün‐ lərini yataqda uzanmaqla keçirən uşaqlar yalnız yemək və paltar‐ larını dəyişmək üçün böyüklərlə ünsiyyətdə olurdular. Azərbaycandakı uşaq müəs‐ sisələrinin və orada tərk olunmuş uşaqların vəziyyətini qiymətləndirmək məqsədilə uşaq müəssisələrində tədqiqat aparıldı. Әlilliyi olan uşaqlara qayğı göstərilməsi və onların bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı müəssisələrin işçi heyə‐

tinin bilik və bacarıqlarının inkişaf etdirilməsinə ehtiyacın olduğu müəyyən edildi. UAFA müəssisə heyətinin təkmilləşdirilməsi məqsədilə kiçik pilot layihəsi həy‐ ata keçirdi. Nəticədə, bu layihəyə cəlb olunmuş müəssisələrdə xid‐ mətin səviyyəsi əsalı şəkildə yük‐ səldi. Bu gün Azərbaycan hökuməti uşaq rifahı sahəsində böyük addımlar atır; o cümlədən uşaq müəssisələrinin texniki və kadr təminatı xeyli yaxşılaşdırılıb. Lakin heç nə ana nəvazişini və qayğısını əvəz edə bilməz. Sorğu nəticələri göstərir ki, Azərbaycanda müəssisələrə tərk edilmiş uşaqların 70%‐dən çoxu‐ nun bir və ya hər iki yaşayan valideyni var. UAFA müəssisələrə tərk edilmiş xüsusi ehtiyaclı uşaqların öz ailələrinə qayıtmasını və onların ümumiyyətlə müəs‐ sisələrə düşməsinin qarşısının alın‐ masına çalışır. İndiyədək UAFA 35 uşağın ailəyə qayıtmasına, 133 uşağın müəssisəyə düşməsinin qarşısının alınmasına nail olmuş‐ dur. UAFA‐nın fəaliyyətinin digər bir sahəsi xüsusi ehtiyaclı uşaqlar üçün yerlərdə keyfiyyətli qayğı xidməti təmin etməkdir. Təşkilatımız bu məqsədlə Bakı, Gəncə, Xaçmaz şəhərində İcma

Әsaslı Reabilitasiya Xidməti Mərkəzlərini yaratmışdır. Bu mərkəzlər yeni terapiya və reabili‐ tasiya metodologiyası vasitəsilə yüzlərlə xüsusi ehtiyaclı uşağın psixi və sosial reabilitasiyasına nail olmuş, onların aktiv həyata qayıt‐ masına yardım etmişdir. Bu ildən UAFA “Ailə həkimi” ilə əməkdaşlığa başlamışdır. Məqsədimiz xüsusi ehtiyaclı uşaqlara qayğı sahəsində yeni metodologiyaları və təcrübəmizi hörmətli oxucularımızla bölüşməkdir. Bu silsilədən ilk məqaləmizi təqdim edirik.

Uşaq inkişafı: Valideyn nəyi bilməlidir? Uşaq böyütmək böyük peşəkar‐ lıq tələb edir. Uşağın davranış özəl‐ liklərini anlamaq, onların ruh dünyalarına enə bilmək hər bir valideynin bacara biləcəyi iş deyil. Günümüzdə min bir əzab‐əziyyətlə dünyaya gətirdiyi uşağının ehti‐ yaclarını, onun hər hansı bir inkişaf mərhələsində geri qaldığını anla‐ mayan, başqaları tərəfindən deyil‐ dikdə belə, bunu etirazla qarşılayan, ətrafında olan yaşlıların “sən də gec oturmusan, atası da gec yeriyib” kimi sözlərinə qulaq verərək, uşaqlarının problemlərinə etinasız yanaşan və bu üzdən də gələcəkdə bir çox problemlərlə üzləşən


5 valideynlərə çox sıx rast gəlirik. Bir çox hallarda valideynlərin belə davranışlarının səbəbi onların yaşlarının az olması və ya uşaq inkişafı sahəsində az məlumatlılığından irəli gəlir. Bu isə son nəticədə uşaqların problem‐ lərinin vaxtında aşkarlanmamasına və uşaq uçun qiymətli olan vaxtın itirilməsinə gətirib çıxarır. Çünki uşaqlıq insanın gələcək həyatının təməlinin qoyulduğu bir dövrdür. Uşağın gələcək inkişafı bu dövrdə əldə olunan bilik və bacarıqlara əsaslanır. İstənilən uşağın inkişaf cəd‐ vəlinə nəzər salsaq, həyatının ilk ili ərzində onun motor (hərəkət) bacarıqlarının necə böyük bir sürətlə inkişaf etməsinin şahidi olarıq. Təsəvvür edin, yeni doğulduqda heç bir fiziki bacarığa malik olmayan, hətta başını bədəninin üzərində dik saxlaya bilməyən uşaq artıq bir ildən sonra yeriyir. Әqli və sosial bacarıqların inkişafının ən sürətli dövrü isə 1‐5 yaşlar arasın‐ dakı müddəti əhatə edir. Həmyaşıdları ilə müqayisə etməklə, biz uşağın inkişaf səviyyəsini və onun hansı sahədə dəstəyə ehti‐ yacının olduğunu müəyyənləşdirə bilərik. Müxtəlif ölkələrdə isə mütəxəssislər bunu müəyyən‐ ləşdirmək üçün müxtəlif testlərdən istifadə edirlər. Buna misal olaraq PORTİC* sistemini, DENVER** II testini, Gessel*** inkişaf testini göstərmək olar. Sözsüz ki, ilkin olaraq valideyn öz uşağına qarşı diqqətli olmalı, şübhə doğuran bir əlamət olduqda, dərhal uyğun mütəxəssisə müraciət etməli və uşaqlarında hər hansı bir prob‐ lemin olub‐olmadığını müəyyən‐ ləşdirməlidir. Bunun üçün bir çox ölkələrdə həyata keçirilən Erkən Müəyyənləşdirmə və Erkən Müdaxilə layihəsi həyata keçirilir ki, bu da problemin erkən aşkara çıxarılması və əlilliyin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycanda Erkən müəyyən‐ ləşdirmə və Erkən müdaxilə layihəsi Səhiyyə Nazirliyinin dəstəyi ilə

Uşaq Nevroloji xəstəxanasının nəzdində UAFA təşkilatı tərəfindən həyata keçirilir. Uşaqlar ehtiyac olduqda, həkimlər tərəfindən Erkən Müdaxilə mərkəzinə yönəldilirlər. Xəstəxanada stasionar müalicə aldıqları müddətdə mərkəzin mütəxəssisləri tərəfindən onların bacarıqları qiymətləndirilir, geri qalmış bacarıq sahələri müəyyən‐ ləşdirilir və nəticəyə əsasən hər bir uşaq üçün fərdi inkişaf planı hazır‐ lanır. Bundan sonra uşaqlarla fərdi məşğələlər təşkil olunur və valideynlərə bu işi evdə necə davam etdirəcəkləri öyrədilir. Erkən Müəyyənləşdirmə valideyn, səhiyyə işçiləri və uşaq inkişafı üzrə mütəxəssislər tərəfindən uşağın inkişaf geriliyinin mümkün qədər tez aşkar olunmasıdır. Erkən Müdaxilə isə aşkar edilən problemin tez bir zamanda aradan qaldırılmasıdır. Ləngimə nə qədər tez aşkar olunub, müdaxilə olunarsa, mövcud problemi aradan qaldırmaq bir o qədər asan olur. Uşağın beyni çox həssas və elastik olduğundan təqdim edilən informasiyalar tez qəbul olunur və asan yadda qalır. Buna görə də bu dövrdə beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar. Doğulduqdan sonra ilk 3 ay müd‐ dətində uşağın motor (hərəkət) bacarıqlarının inkişafında müşahidə olunan qeyri‐normal əlamətləri müəyyənləşdirmək mümkündür. Bunun üçün isə: Mütəxəssislər: • Valideynləri diqqətlə dinləmə‐ lidirlər; • Vaxtaşırı uşağın inkişafına nəzarət etməlidirlər; • Uşağı diqqətlə müayinə etmə‐ lidirlər; • Lazım gəldikdə başqa mütəxəssisə müraciət etməlidirlər.

Valideynlər: • Uşağı müşahidə etməlidirlər; • Uşağa maraq və qayğı göstər‐ məlidirlər; • Hər hansı problem olduqda, narahat olub mütəxəssisə müraciət etməlidirlər. Bəzi valideynlər uşağının prob‐ lemi barədə danışmır, tamamilə həkimlərə arxayın olurlar. Yadda saxlamaq lazımdır ki, valideynin verdiyi məlumat diaqnozun qoyul‐ masında və geriliyin müəyyən‐ ləşdirilməsində çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də valideynlər yeni doğulmuş uşağa qulluq edərkən bir çox əlamətlərə, məsələn, başın arxaya sallanmasına, başın çiyinə fiksasiyasına, bədən tonusuna, uşağın hərəkətlərinə və onlara qeyri‐adi görünən hər bir əlaməti barədə həkimi məlumat‐ landırmalıdır. Eyni zamanda, həkim də düzgün qoyulmuş suallarla valideyni istiqamətləndirərək, düzgün anamnez toplamağı bacar‐ malıdır.


6 Təcrübəmizdən bir neçə hekayəni sizə təqdim edirəm. Valideynlərin söylədiklərindən: ‐ Samir normal gedişli hamiləliyin 42‐ci həftəsində doğulub. 3 aylığında o, qarnı üstə uzanan vəziyyətdə başını saxlamaqda çətinlik çəkirdi. Biz nara‐ hatçılığımızı ö z pediatrımızla bö lüşdükdən sonra, o, bizi uyğun mütəxəssis yanına gö ndərdi. İndi Samir 10 aylıqdır. O, qarnı üstə uzanan vəziyyətdə əllərinə istinad edərək, bədənini qaldırır. Biz onun lazımi kö məyi aldığına əminik. Rəna və Sənan P. ‐ Nailə ayaq gəlişi ilə doğulub və doğuş zamanı mekonium aspirasiyasına məruz qalmışdır. 4 aylıq olarkən, o, başını saxlaya və əllərindən istifadə edə bilmirdi. Pediatr bizi yerli Erkən Müdaxilə mərkəzinə gö ndərdi. Hal‐ hazırda 4.5 yaşındaykən Nailə yeriməyi ö yrənir və yaşıdları ilə birgə yerli bağçaya gedir. Onun bacarıqları inkişaf etməkdə davam edir. Fariz və Leyla S. İnkişaf geriliyi olan uşağının bacarıqlarının sürətlə inkişaf etməsi və qısa zamanda maksimum poten‐ sialının üzə çıxması hər bir valideynin arzusudur. Bir daha vurğulamaq istəyərdim ki, müdaxi‐ ləyə nə qədər erkən başlanılarsa, alınan nəticələr də bir o qədər uğurlu olar. Bu isə valideynlərin uşaqlarının inkişafında olan geriliyi erkən aşkar edib, vaxtında uyğun mütəxəssisə müraciət etmələrindən birbaşa asılıdır. Bu məqsədlə valideynlər üçün uşaqlarının bacarıqlarını qiymətləndirə biləcək‐ ləri aşağıdakı cədvəli təqdim edirik. 1 ay: ‐ Әmmə, udma hərəkətləri edir. Günün çox hissəsini yatır, 2‐3 saatdan bir yemək üçün oyanır. Ovcuna qoyulan barmağı sıxır. Yuxarı ətraflar bütün oynaqlarda bükülmüş, gövdəyə tərəf gətirilmiş, barmaqları yumruq vəziyyətində və ayaqlar bükülmüş və bud

nahiyəsindən bir qədər aralı vəziyyətdə olur. Qarnıüstə vəziyyət‐ də başını qısa müddətə qaldırır. Hərəkətsiz və parlaq oyuncağa baxır, üfüqi istiqamətdə qısa müddət əşyanı izləyir. Səslərə zəif reaksiya verir, uca səs olduqda gözlərini qır‐ pır. 2 ay: ‐ Uşaq gözlərini geniş açır, gülümsəyir. Gözlərilə böyüyü axtarır, onunla ünsiyyəti kəsdikdə narazılığını bildirir. Çıxardığı səslər məs: “qe”, “ke”, “xe”, “aqu”, “axe” intonasiyalı olur. Uşaq əllərini yan‐ lara açır, başını yanlara çevirməyə başlayır. Ayaqüstə qoyduqda ayaqları bükülmüş vəziyyətdə olur və yerə barmaqlarının ucu ilə toxu‐ nur. Qarnıüstə vəziyyətdə başını 5 sm hündürlüyə qaldırır və 5‐10 saniyə saxlayır. Әllərini adətən açıq saxlayır. Әlinin içinə oyuncaq qoy‐ duqda ovcu ilə tutur. Hərəkətsiz əşyada və ya böyüyün üzündə baxışını fiksasiya edir. Üfüqi istiqamətdə və yavaş hərəkət edən əşyanı izləyir. Səs mənbəyini gözləri ilə axtarır, ona tərəf başını döndərir. 3 ay: ‐ Böyüklərlə ünsiyyətdə canlanma əmələ gəlir. Onunla ünsiyyətin kəsilməsinə qışqırmaqla və ağlamaqla etirazını bildirir. Әtrafındakı böyüklərin arasından anasını seçir, səsini tanıyır Bədəninin istənilən vəziyyətində başını yaxşı saxlayır. İstənilən səthə dirəndikdə ayaqları bükülmüş vəziyyətdə qalır. Böyrü üstə vəziyyətə keçməyə cəhd edir. Yuxarı və aşağı ətraflarını bükür , açır. Әllərini ağzına aparır. Parlaq və səsli oyuncaq göstərdikdə əlini oyuncağa tərəf yarıaçıq ovucla uzadır, ona toxunur və əlindən buraxır. Hərəkətdə olan əşyanı, başını müxtəlif istiqamətlərdə döndərərək izləyir və əşya dayandıqda izləmə dayanır. Yuxarıda asılan oyuncaqlara maraqla baxır. Başını səs gələn tərəfə döndərir. 4 ay: ‐ Uşaq istənilən istiqamətlərdə başını hərəkət etdirə bilir. Arxasıüstə vəziyyətdən böyrü

üstə vəziyyətə keçməyə cəhd edir. Әllərini oyuncağa tərəf məqsədyön‐ lü uzadır və ona toxunur. Ovcunun içinə qoyulmuş oyuncağı tutur. Әllərini, ayaqlarını, paltarını və əlindəki oyuncağı ağzına aparır. Hərəkət edən əşyanı istənilən istiqamətdə izləyir, baxışını bir əşyadan digərinə keçirir. İstənilən istiqamətdə başını döndərərək səs mənbəyini tapır. Taktil qıcıqlandır‐ ma tərəfə başını döndərir. 5 ay – Baxışı ilə, müxtəlif səslər çıxarmaqla böyüklərlə təmas yarat‐ mağa cəhd edir. Anasını gördükdə əllərini ona tərəf uzadır, üzünə toxundurur. Onunla oynayan zaman bərkdən gülür. Aktiv qığıl‐ dayır . Arxasıüstə vəziyyətdən qarnıüstə vəziyyətə keçir. Dəstəklə ayaqüstə durduqda pəncələrinə (bar‐ maqlarının ucuna ) dirənir. Məqsədyönlü olaraq əllərini oyun‐ cağa tərəf uzadır, ovcunun içində tutur və əlində saxlayır. Növbə ilə iki əşyanı izləyir. Səsləri differensi‐ asiya edir. Musiqini dinləyir. 6 ay – Tanımadığı insanla təmasa girdikdə, onun üzünün ifadəsinə emosional reaksiya verir. Qarnıüstə vəziyyətdən arxasıüstü vəziyyətə keçir. Dəstəklə və bəzən sərbəst oturmağa başlayır. Ayaqlarını yerə dirəyir. Oyuncağa tərəf əllərinin köməyi ilə sürünməyə cəhd edir. Dəstəklə ayaqüstə 10 san. pəncələrinə dirənərək durur, bu zaman dizlərini və budlarını düz saxlamağa çalışır. Qarnının altından dəstək verdikdə 5‐10 san əllərinə dirənərək durur. Baş barmağı bir tərəfdən, qalan barmaqları digər tərəfdən olmaqla əşyanı tutur, bir əlindən digər əlinə keçirir, Oyuncagı silkələyir, yerə vurur.Әşyanı yaxın məsafədən izləyir. Tanış səsləri tanıyır. 7 ay ‐ Tanımadığı insanı görəndə qorxu və ya utanmaq kimi reaksiyalar verə bilir. Böyüklərin jestlərini anlayır.Öz‐özü ilə danışır, tanıdığı və daima müəyyən yerlərdə olan əşyanı “haradadır”sualına cavab olaraq, gözlərilə


7 axtarır.Dəstəklə ayaq üstə durur, otuzdurduqda sərbəst oturur. Qarnının altından dəstək verdikdə 10 san‐dən çox əllərinə dirənərək durur. Qarnı üstə sürünür. Arxasıüstə uzanmış vəziyyətdə əlləri ilə ayaqlarını tutur. Qarnıüstə olduqda ona təklif edilmiş oyuncağı bir əli ilə tutmaq üçün digər əlinə dirənir. Ona müraciət olunan nitqi tonuna və intonasiyasına görə ayıra bilir. 8 ay‐ Böyüklərin jestlərini təqlid edir. Böyüklərlə oynamağa başlayır (“ci‐ci” və bu kimi digər sadə oyun‐ lara qoşulur). Anasının yanından getməsinə ağlamaqla reaksiya göstərir. Böyüklərin səslərini yam‐ sılayır. “Ver”, “al” , “haradadır” və digər sadə göstərişləri anlayır.Dəstəkdən tutub qalxır, ayaqüstə durur və bir əli ilə dəstəkdən tutaraq, əyilib qalxır. Böyüklərin əlindən tutaraq, oturaq vəziyyətdən ayaqüstə qalxır.10 san‐ dən çox bu vəziyyətdə durur, ayaqlarını və belini düz saxlayır. Dörd ətrafıüstə durur, iməkləyir. Dəstəkdən tutaraq, yerində addım‐ layır. Әşyanı 3 barmağı ilə götürür, əl çalır. Әşyaların ölçüsünü bax‐ maqla qiymətləndirir:oyuncağı götürməzdən əvvəl əllərinin vəziyyətini onun ölçüsünə uyğun‐ laşdırır. Tanıdığı adamların səsini differensiasiya edir, bəzi sadə musiqi melodiyalarını tanıyır. 9 ay ‐ Hecaları təkrarlayır, intonasiyaları yamsılayır.Deyilən göstərişləri məmnuniyyətlə yerinə yetirir (“əlini ver”, “ağzını aç”, “ananı öp”). Böyüklərin barmağın‐ dan tutaraq, qarnıüstə vəziyyətdən asanlıqla bədənini qaldırır. Böyüklərin əllərindən tutaraq, otu‐ raq vəziyyətdən dizlərini bükərək, özünü qaldırır. Yüngül dəstəklə ayaqüstə yaxşı durur, yaxşı imək‐ ləyir, dəstəkdən tutaraq, gəzməyə başlayır. Xırda əşyaları baş və göstərici barmaqla tutur. Әlinin içində əşyaları sərbəst hərəkətə gətirir: atır, tutur, oyuncağı qutudan çıxarır,qutuya qoyur, dolabın qapısını, siyirmələrini açır. Gözlə əşyaya qədər olan məsafəni

qiymətləndirə bilir. 5‐7 dəq. aktiv və dayanıqlı diqqət yetirmək, bir obyektdən digər obyektə diqqətini yönəltmək bacarığı əmələ gəlir. İki qutunun altında gizlədilmiş oyun‐ cağı tapir. Әtraf mühitə maraq göstərir. Öyrəndiyi bacarıqları tanış oyunlarda təkrarlayır. 10 ay – 5‐7 sadə göstərişləri yerinə yetirir:”topu götür”, “kuk‐ lanı yellə”. Səsləri və onların mən‐ bələrini, məsələn, itin hürməsi, avto‐ busun getməsi arasındakı fərqi anlayır. Dəstəksiz ayaqüstə dur‐ mağa cəhd edir,dəstəkdən tutub yanlara addımlayır. Hər iki əlindən tutanda irəli addımlayır. Baş və göstərici barmaqla xırda əşyaları götürür.Aktiv ,dayanıqlı göz, eşitmə diqqəti formalaşır. Məqsədyönlü hərəkətlər edir: çıxarır, taxır, bar‐ mağını dəliyə salır, topu və oyun‐ caq maşını itələyir. 11 ay – Böyüklərlə emosional nitq kontaktına keçir və simvolik jestlərdən istifadə edir. Anasına bağlı olsa da, bir qədər onsuz qala bilir.Bir əlindən tutanda irəliyə yeriyir. Dəstəkdən tutaraq, sərbəst ayaqüstə qalxmaq üçün özünü yuxarı dartır. Xırda əşyaları götürür. Piramidanın halqalarını çıxarır. Oyuncaqla oynayarkən hər iki əlindən istifadə edir.Tanış yerlərdə əşyanı axtarır. 12 ay – Böyüklərin jestlərini, sözlərini və gündəlik hərəkətləri yamsılayır. Xahişlə 10‐11 göstərişi yerinə yetirir. Dəstəksiz ayaqüstə durur, çöməlib,qalxır. Sərbəst gəzir. Kiçik əşyaları götürür. 3 kubiki üst‐ üstə qoyur,oyuncaqla oynayarkən hər iki əlindən istifadə edir.Әşyalarla məqsədyönlü davranır: qutunu açır, bağlayır, növbə ilə əşyaları götürür, gəlinciyi yatızdırır.5‐7 dəqiqə maraqlı obyek‐ tə diqqət yetirir, 3 qutudan birinin altında gizlədilmiş əşyanı tapır. Göstərişlə hər hansı bir bacarığını təkrar nümayiş etdirir. Oyuncağı qoyduğu yeri yaxşı yadında saxlayır.Bədən üzvlərindən 1‐ni göstərir. 1‐1.5 yaş – Anadan ayrı uzun

müddət qala bilir. Әtrafdakılara mehribançılıq göstərir, qucaqlayır, öpür.Getdikcə sərbəst hərəkət etməyi üstün tutur (“mən özüm”), lakin böyüklərdən diqqət və tərif tələb edir. Qadağan və məh‐ dudiyyət qoyduqda, tərslik və aqressivlik göstərir.Ünsiyyət üçün sözlərə üstünlük verir .Başqa uşaqlara maraq göstərir, yadına salanda “salam”, “sağ ol” sözlərini deyir. Çöməlib oturur, əyilib‐qalxır, dönür, arxaya doğru gəzir.Maneənin üzərindən ayaqlarını növbə ilə qoyaraq keçir. Stulun üstünə çıxır, bir pillə yuxarı qalxır. Әli ilə topu atır. 1.5 yaşında 3‐5 san. bir ayağının üstündə durur. Bir əli ilə dəstəkdən tutaraq, hər iki ayağını pilləyə qoymaqla pilləkəni çıxır. Divana dırmaşır və düşür. Tarazlığı saxlayaraq hər iki əlilə topu daşıyaraq yeriyir. Bir əlində iki əşya saxlayır. Qaşığı ovcuyla tutur, dağıdaraq yeyir. Әşyanı kiçik dəlikdən salır. Cızma‐qara edir. Piramidanın halqalarını sərbəst çıxarır və bir qədər çətinliklə taxır. Әli çatmayan əşyanı götürmək üçün digər əşyadan istifadə edir (stulun üstünə çıxır, çubuqdan istifadə edir). Böyükləri təqlid edərək, əşyalardan məqsədəuyğun istifadə edir: oyun‐ caq arabanı sürür, telefonla “zəng edir” və danışır,“evi süpürür”, “əski ilə toz silir”. Ülviyyə Mirzəyeva, UAFA Təlim Koordinatoru Qeyd: Portic sistemi* – 0‐6 yaş həddində olan uşaqların inkişafında olan gerililikləri aşkar etmək və onların inkişaf etdirilməsinə dəstək göstərmək üçün istifadə olunan bir sistemdir. Denver **İİ testi ‐ 0‐6 yaş həddində olan uşaqların motor, dil və sosial bacarıqlarını qiymətləndirən, 105 maddədən ibarət olan bir test‐ dir. Bir çox ölkələrdə, o cümlədən Türkiyədə səhiyyə sistemində müraciət edən xəstənin ilkin qiymətləndirilməsi üçün istifadə edilir. Gessel*** testi – 3‐7 yaş həddində olan uşaqların motor , yaddaş və dərketmə bacarıqlarını, əl‐göz koordinasiyasını yoxlamaq üçün istifadə olunur. Bu testlə uşağın İQ səviyyəsi haqqında nəticə çıxarmaq mümkündür. Buna görə də bu testdən ibtidai təh‐ sildən öncə uşağın inkişaf səviyyəsini qiymətləndirmək üçün istifadə olunur.


8 Millət vəkili Qənirə Paşayevanın

“Gələcək naminə Siqaretə “YOX” Deyək!” çağırışı

(Məqalələr silsiləsindən 1-ci yazı)


9 XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Dünyada hər 10 ölüm halından biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir! Dəhşətli rəqəmlərdir, əziz oxucu, elə deyilmi? Tək bir fakt bu dəhşətin mənzərəsini ortaya qoya bilir: Birinci Dünya Müharibəsində 4 il müddətin‐ də 10 milyon adam ölüb, amma tütün istifadəsindən 4 il ərzində 21,6 mil‐ yon insanını itirib bəşəriyyət! Sizcə, siqaret doğrudan da müasir dünyamızda kütləvi qırğın silahı deyilmi? Hər il 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Bu il tütün beş milyondan artıq insanı ‐ ümumi götürdükdə vərəm, HİV/AİDS və malyariya xəstəlik‐ lərindən dünyasını dəyişənlərin cəmindən daha çox insanı məhv edəcək. Dəhşətli rəqəmlərdir, elə deyilmi? 2000‐ci ildə inkişaf etmiş ölkələrdə 35 yaşla 70 yaş arasında vəfat edən kişilərin 30%‐nin ölümünə səbəb məhz siqaret olub! Ciddi düşünməyə dəyər, elə deyilmi? Siqaret çəkməsi üzündən hər 6 saniyədə bir insan dünyasını dəyişir! Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünya insanının 1,1 milyarddan çoxu siqaret çəkir! Tütün səbəbindən baş verən ölümlər nadir hallarda KİV‐in manşetinə çevrilə bilsə də, bu, siqaretin hər 6 saniyədə bir can aldığı reallığını dəyişmir! Mütəxəssislər hesablayır ki, əgər təcili tədbirlər görülməsə, siqaret 2030‐cu ilədək hər il təxminən 8 milyon insanı öldürəcək! 2030‐cu ilədək tütündən istifadə ilə bağlı ölüm hallarının 80 faizindən çoxu inkişaf edən ölkələrin payına düşəcək. Və tütün məhsulları XXI əsrdə 1 milyard insanın ölümünə bais olacaq! Tütün yeganə leqal istehlak məh‐ suludur ki, təyinatı üzrə ondan isti‐ fadə edənlərin təxminən yarısını öldürür. Bəli, tütün onun istifadəçisi olan hər iki nəfərdən birini öldürür!

Bu gün yaşayan 1 milyarddan çox siqaret çəkənlərin təxminən 500 milyonu tütün səbəbindən öləcək! Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir: “Tütün yeganə istehlak məhsuludur ki, onun təsiri‐ nə düşən hər kəsə zərər gətirə bilər. Buna baxmayaraq, tütündən istifadə bütün dünyada geniş yayılıb, bu da aşağı qiymətlər, satışın təcavüzkar‐ casına və istənilən yerdə stimul‐ laşdırılması, onunla bağlı təhlükələr barədə məlumatın olmaması və onun istehlakına qarşı yönəldilən qeyri‐ardıcıl dövlət siyasətindən asılıdır. Bəlkə də heç düşünməmisiniz ki, tütün dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamalarında birmənalı şəkildə öz əksini tapır. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Marqaret Çen deyir: “Tam qarşısı alına bilən bu EPİDEMİYANIN geri dönməsi bu gün dünyanın hər bir ölkəsində icti‐ mai səhiyyənin və siyasi rəhbərliyin ən mühüm prioriteti olmalıdır. Narahatlığı və təhlükəni daha da artıran isə tütün məhsullarından isti‐ fadə edənlərin (Azərbaycanda da) getdikcə daha da artmasıdır. Artıq SOS siqnalını çalmaq zamanıdır!!! Nəzərə almalıyıq ki, tütündən istifadə o qədər çox və müxtəlif üsullarla məhv edə bilir ki, dünyada əsas səkkiz ölüm səbəbinin altısına dair risk faktorunu təşkil edir. ÜST‐nın baş direktoru Dr. Marqaret Çenin vurğuladığı kimi bir əsrdə bir mil‐ yard kişi, qadın və uşaqlara təhlükə yaradan qlobal tütün epidemiyası probleminin həlli bizim əlimizdədir. Bu dağıdıcı epidemiyanı dayandır‐ maq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir. Bu gün dünyanın bəzi bölgələ‐ rində artıq siqaretlə ciddi mübarizəyə başlanılıb, siqaret əleyhinə böyük kampaniyalar həyata keçirilir. Amma əslində bu gün siqaretə qarşı

müharibə aparmaq zamanıdır! Mən Sizi siqaretə qarşı müharibəyə çağırıram! Giriş hissəsində təqdim etdiyim bir çox faktlar və təhlükələr gecikdiyimiz hər bir anın əslində nə qədər qiymətli olduğunu sübut edir! Məncə, mütəxəssislərin hesabla‐ maları, rəqəmlər və faktlar bizi BU KÜTLӘVİ QIRĞIN SİLAHINA, BU DӘHŞӘTLİ EPİDEMİYAYA qarşı əl‐ələ verərək, birgə müharibəyə başlamağa kifayət edə bilər.

KİLLER! Nə üçün tütün məhsulları, siqaret sağlamlığa bu qədər böyük düşmən və zərərdir? Bunun üçün öncə siqaret adlandırdığımız bu bəlanın tərkibinə nəzər salmağımız çox vacibdir. Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş yarpaqların‐ dan hazırlanır. Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40‐dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Bunlardan ən zərərli olanları nikotin, qatran, karbon‐oksid və xərçəng yarada bilən maddələrdir. Məsələn, siqaretin tərkibində olan nikotin zəhərli bir maddə olaraq sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir! (sianid maddəsi hüceyrələrin qandan oksigeni çək‐ məsini blokadaya alır və bədənə oksigenin ötürülməsini əngəlləyir. Nəticədə, bədəndə oksigen çatışmaz‐ lığı yaranır). Nikotinin 2‐3 damcısı insan üçün ölümcül dozadır ki, bu da təxminən 20‐25 siqaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutunu dayanmadan çəkən insan ölə də bilər. Siqaret və çəkilməsi nəzərdə tutu‐ lan digər tütün məmulatları onu çəkənin ilk qullabından vərdiş yaradan nikotini beynə tez çatdırır, təxminən şprisin istifadəsi ilə aparılan vena daxili inyeksiya inten‐ sivliyi ilə… Siqaretləri «nikotini çat‐ dıran cihaz» adlandırırlar. Lakin tütünün çəkilməsindən yaranan effekt yalnız bir neçə dəqiqə davam etdiyi‐


10 nə görə tütün çəkənlər yenidən çək‐ məyənədək, absinent sindromu keçirirlər ki, bu da çox təhlükəlidir. O üzdən xüsusilə siqaret çəkməyənlər diqqətli olmalıdır. Nəzərə alın ki, əlinizə aldığınız bir ədəd siqaret sonra sizin həyatınızın bəlasına çevriləcək! Tütünün və tütün tüstüsünün tərki‐ bində 4000‐ə qədər kimyəvi birləşmə 60‐dan çoxu hüceyrənin genetik strukturuna ziyan verir və bədxassəli şişin‐xərçəngin yaranmasına səbəb olur. Tütün, siqaret ürək‐damar, xərçəng və 25‐dən artıq digər xəstə‐ liklərin yaranmasının və ya gedişatının ağırlaşmasının əsas səbəbkarı hesab edilir! ÜST‐nın məlumatlarına görə, tütündən istifadə edənlərin böyük əksəriyyəti onun riskləri barədə bilmirlər. Tütünlə bağlı təhlükələrin inandırıcı dəlillərinə baxmayaraq, bütün dünyada az sayda siqaret çəkən şəxslər səhhətləri üçün yaranan riski tam başa düşür. Ola bilər ki, insanlar, ümumiyyətlə, tütünün zərər‐ li olduğunu anlayırlar, lakin siqareti də “yol verilən pis vərdiş kimi” qəbul edirlər. Tütünün fövqəladə asılılıq yarat‐ maq bacarığı və səhhət üçün törət‐ diyi təhlükələrin tam spektri ictimaiyyətə lazımi dərəcədə izah edilmir. Bunun nəticəsində insanlar hesab edirlər ki, səhhətləri ilə bağlı problem yaranmamışdan əvvəl tütündən istifadəni azalda və ya siqareti ata bilərlər. Әslində isə siqaret çəkənlərin əksəriyyəti tütündən istifadəni azalda bilməyəcək, onların demək olar ki, yarısı tütünlə bağlı xəstəliklərdən öləcək. İnsanların əksəriyyəti bilmir ki, tütündən hətta minimum istifadə təh‐ lükə yaradır. Tütündən istifadə edən‐ lərin çoxu tütünlə bağlı yaranan ağ ciyərlərin xərçəngindən başqa xəstə‐ lik demək olar ki, tanımırlar. Bilmirlər ki, siqaret çəkmək həmçinin ürək xəstəliklərinə, insult və bir çox digər xəstəliklərə, o cümlədən xərçəngin bir çox növlərinə səbəb

olur. Siqaret çəkənlərin 10 %‐i xərçəngdən ölür! Gündə iki qutu siqaret çəkənlərin isə 15‐20 %‐i bu xəstəliyin qurbanı olur!!!! Siqaret çəkənlərdə tez‐tez təngnəfəslik yaranır, çünki onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün aludəçiləri ildən‐ilə özlərini halsız, yorğun hiss edirlər və tez‐tez soyuqdəymədən əziyyət çəkirlər. Әksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaretdir.

SİQARET AĞCİYƏRLƏRİ MƏHV EDİR! Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Unutmayın ki, 90% hallarda ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı məhz tütündür. Siqaret çəkmək xərçəng xəstəliyinin digər formalarının yaranmasına da səbəb ola bilir. Tütünün istənilən formada çəkil‐ məsi ölümlə nəticələnən insultlar və ürək tutmalarının da əhəmiyyətli risk faktorudur. Siqaret çəkmək daha çox ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafı‐ na səbəb olur: Ağ ciyər xərçəngi – 90% hallarda; Xroniki bronxit, emfizema – 75% hallarda; Ürəyin işemiyası – 25% hallarda. Siqaret tənəffüs orqanları xəstəlik‐ lərinin ‐ xroniki ağciyər xəstəlikləri‐ nin, sətəlcəmin əsas faktorlarından biridir. Xroniki bronxit tütündən isti‐ fadə edənlərdə istifadə etməyənlərə nisbətən 5‐7 dəfə çoxdur! Siqaret çək‐ mək insanı öskürdür və bəlğəm əmələ gətirir, xroniki bronxitə səbəb olur. Müntəzəm siqaret çəkən insan‐ ların təxminən 25 faizi bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Әksər siqaret çəkən insanların həyatı 10, 20 və ya 30 ilədək qısalır! Siqaret çəkən insanda ürək‐damar xəstəliklərinin inkişaf ehtimalı yük‐

səlir. Siqaret çəkənin ürəyi çəkmə‐ yənlərə nisbətən daha tez zəifləyir. Uzun illər tütün çəkmək qan damar‐ larında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Son nəticə aterosklerozun əmələ gəlməsinin tezləşməsidir. Bu, ürəkdə infarkt, beyində isə insulta səbəb olur. Damarların daralması və qan dövranının ləngiməsi səbəbindən 30‐ 40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyanın inkişafı riski yaranır. Siqaret çəkən kişilərdə cinsi orqan‐ larının qan damarlarının daralması‐ na görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur. Siqaret həzm sisteminə öldürücü zərbə vurur. İştaha pozulur, həzm prosesi çətinləşir, dişlər saraldır. Siqaret çəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir. Nikotin sürətli ürək döyüntü‐ lərinə, qusma, baş gicəllənməsi kimi halların meydana gəlməsinə də səbəb olur. Siqaret çəkənin hafizəsi zəifləyir, əhval‐ruhiyyəsi pozulur, yuxusuz‐ luq, dərisində qırışlar əmələ gəlir. Tütündən istifadə edənlər arasında miokard infarktı halları istifadə etməyənlərdən 4‐5 dəfə çoxdur! Әgər siqaret çəkənin qanında xolesterinin miqdarı və ya təzyiqi yüksəkdirsə, ürək tutma halları 8 dəfə çoxalır. Tütün çəkənlərin xarici görünüşü də dəyişilir. Dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də, üzdə, bədəndə qırışların əmələ gəlməsi halları müşahidə olunur. Çox səhv bir yanaşma var: Bəzən insanlar siqaret çəkməklə bədən çəki‐ sinə nəzarət etməyin mümkün olduğunu düşünürlər. Siqaretdən imtina çəkini yalnız 3 kq‐dək artıra bilir. Düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir.


11

QADIN VƏ SİQARET! Siqaretin qadın‐ lara verdiyi ziyan isə təkcə onların özləri ilə yekunlaşmır, həm də genefondu məhv edir. Mütəxəssislərin araşdırmalarına görə, güclü siqaret çəkənlərin üzündə qırışlar çəkməyən yaşıdların‐ dan beş dəfə çoxdur. Belə ki, tütündə olan zəhərli maddələr üzdəki nazik qan damarlarını zədələyir və bu, vaxtından qabaq qocalmaya, dərinin təravətini itirməsinə gətirib çıxarır! Tütün həmçinin gələcəkdə qızların ana olmama riskini artırır!!! Təkcə əlinizdə siqaretlə kənardan necə göründüyünüzü və sizdən gələn pis siqaret qoxusunu düşünün!

SİQARETDƏN GƏLƏN “XEYİR” - XƏSTƏLİK! ... Siqaret əvvəllər insanı narahat etmədiyi üçün müəyyən dövrədək bir çoxları tütünün sağlamlığa mənfi

təsir etmədiyini düşünür. Lakin zaman keçdikcə bu yanlış fikrin yerini səhhətdə yaranmış prob‐ lemlərdən can qurtarmaqla bağlı düşüncələr tutur. Bax onda, yandırılmış ilk siqaret xatırlanır, bu pis vərdişə aludə olma ilə peş‐ mançılıqlar başlayır. Sizcə, siqareti tərgitmək üçün onun hansısa fəsadını gözləməkmi lazımdır? Bu fəsadların çoxu isə üzə çıxmır, birbaşa öldürür, düşünməyə vaxt tapılmır. Dünyada tək bircə mütəxəssis belə tapa bilməzsiniz ki, siqaretin yalnız bir müsbət təsirini söyləsin. Heç olmasa, təsəlli üçün! Bunu unut‐ mayın... Ardı var…. P.S. Yazıda Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məlumat və hesabat‐ larından istifadə olunub.


12

60 kq çəkili insanın bədənində 120 q xörək duzu gizlənir. Ehtiyatlar insanın vəfalı qul‐ luqçusudur. Natrium və xlor orqanizmdə mayenin tarazlığını qoruyur: xlor ionları mədə şirəsi tərkibindəki xlor turşusunun əmələ gəlməsi üçün zəruridir, natrium ionları isə ‐ turşu‐qələvi balansının qorunması üçün. Onlar sinir impulslarının ötürülməsində iştirak edir, onların köməyi ilə qan və toxumalara qlükoza və amin turşuları daxil olur, onların sayəsində hüceyrədaxili fermentlər işləyir. Gün ərzində insana 2500mq xörək duzu almaq lazımdır – bu, təxminən çay qaşığının üçdə bir hissəsidir. Әslində isə, biz xeyli çox qəbul edirik. Bəzi duza qoyul‐ muş xiyar, turş kələm və fast‐fud həvəskarları gün ərzində bir xörək qaşığı duz qəbul etməyə müvəffəq olur.

DUZSUZ HƏYAT Hesab olunur ki, çox şorluq hipertoniklər üçün daha təhlükə‐ lidir. Həkimlər aşkar etmişlər ki, «duza qarşı yüksək dərəcədə həs‐ sas» insanlar mövcuddur. Bu xüsusiyyət irsən ötürülür və belə pasiyentlərdə arterial təzyiqin pəhrizin tərkibində duz miq‐ darının dəyişməsinə qarşı aktiv reaksiyası ilə təzahür olunur. Artıq

duz miqdarı ürək çatmamazlığı zamanı da zərərdir: «ürək» ödem‐ ləri əmələ gəlir. «Böyrək» ödemləri isə, nefroz və nefritlər, yəni, böyrəklər duz artıqlarını orqanizmdən xaric etmək iqtidarında olmadığı zaman əmələ gəlir. Ona görə də bu nasaz‐ lıqlar zamanı duzsuz pəhriz mütləq tibbi təyinatdır, bir növ dərmandır. Və qəbul edilmiş duzun miqdarını hesablamaq, nə qədər çətin də olsa, lazım gələcək.

MƏXFİLƏR AŞKARLANIR Hətta duz qabını tullasanız belə, yenə də duz qəbul edəcəksiniz. Masanızın üstündəki xörəyə əlavə etdiyiniz duz dənə‐ cikləri qəbul edilən natriumun ümumi miqdarının yalnız 15%‐ni təşkil edir. «Gözəgörünməz» hazır məhsullar (onlardan biz gündəlik normanın 75%‐ni alırıq) artıq fab‐ riklərdə duzlanılmışdır və çiy ərzaqların (10%) da tərkibində mövcuddur.

ŞİT-ŞOR Aşpazların çoxu xörəyin təbii dadını vurğulamaq üçün onu duzlayır. Lakin xörəyin tamının sizə duzsuz, yaxud çox duzlu gəlməsi fərdi qavrama və vərdişdən asılıdır. Pəhrizinizdəki

duzun lazımi miqdarı tüpürcəyin dadını əks edir. Yemək sizə şor gəlirsə, bu, o deməkdir ki, o, sizin tüpürcəyinizdən də duzludur.

QURMAN ÜÇÜN DUZ QABI Bir çox ağzının dadını bilən insanlar xörəkləri hazırlanma prosesi zamanı deyil, artıq boşqab‐ da olarkən duzlamağa üstünlük verir. Özü də mütləq masanın üzərində üyüdücü duzqabı olmalıdır – duz təzə üyüdülmüş olsun deyə. Bu vərdişi həkimlər alqışlayır: dad reseptorları – dilin üzərindəki məməciklər – dərhal duz kristallarını hiss edəcək, nəticədə, siz duzu az yemiş ola‐ caqsınız.


13


14 XXI əsri haqlı olaraq, stresslər əsri adlandırmaq olar. Hər birimiz gündən‐günə bö yük informasiya həcminə məruz qalırıq, ö zü də onun heç də az olmayan hissəsi neqativ xarakter daşıyır. Beyində onlarla, bəzən isə, yüzlərlə iş haqqında məlumat saxlamaq lazım gəlir, vaxtın planlaşdırılması və bu sahədə kö mək edə biləcək kompüter proqramları ilə işləmək səriştəsinə isə bütö v treninqlər həsr olunmuşdur. Həyat sürətlənir – informasiya ö türülməsi də sürətlənir, stresslər də artır. Müəyyən bir həddə qədər insan nəinki onların ö hdəsindən gəlir, hətta faydalanır – əhəmiyyətsiz və qısa stress səhərlər üstündən soyuq suyun axıdılmasına bənzəyir. Lakin belə təsir çox güclü olduqda, insan psixikası onun ö hdəsindən gələ bilmir və bu, psixosomatik xəstəliklər, həyəcan pozuntuları, nevrozlar, depressiyaların inkişafı üçün zəmin yaradır. Məhz bu səbəbdən psixonevroloji profilli xəstələnmə səviyyəsinin artması ağır ictimai islahatlar – müharibələr, beynəlxalq münaqişələr, qlobal iqtisadi bö hranlar dö vründə müşahidə olunur.

SOMATİK HӘYӘCAN MASKALARI Әhalinin 40%‐i periodik olaraq, 5% insanlar isə müntəzəm şəkildə həyəcan simptomlarını yaşayır, ona görə də, müxtəlif ixtisaslı həkimlərin ambulator qəbulu zamanı pasiyentlərin 10‐20%‐ni həyəcan pozuntularından əziyyət çəkənlər təşkil edir.

Daha çox həyəcan pozğunluğu yüksək əsəbilik, həyəcan tutma‐ ları (panik hücumlar) və vegetativ pozuntular ilə aşkar olunur. Bir çox pasiyentlərdə vaxtaşırı olaraq təlaş tutmaları və ürəkdöyünmə, ürək nahiyəsində ağrılar, tənəffüsün çətinləş‐ məsi, zəiflik hissi, isti və ya soyuq dalğaları əmələ gəlir. Bəzi pasiyentlərdə tənəffüsün tezləşməsi (hiperventilyasiya) əmələ gəlir ki, bu da qanda karbon qazı qatılığının azalmasına səbəb olur, baş beyin arteriyalarının daralması, baş gicəllənmə, dodaq və əl barmaqlarında keyləşməyə gətirib çıxarır. Böyük şəhər sakinlərində belə təlaş hücumları daha çox metro, avtobus, avtomobil sükanı arxasında baş verir. Beləliklə, müxtəlif fobiyalar əmələ gəlir – açıq (aqorofobiya) və ya qapalı (klaus‐ trofobiya) məkanların, yüksəklik (akro‐ fobiya), qaranlıq (skotofobiya) və s. qorxusu. İnsan idrakının qeyri‐rasional mənşəsi çox qeyri‐adi qorxular ilə nəticələnir – öpüş qorxusu (filemafo‐ biya), nahar və süfrəarxası söhbətlər qorxusu (deypnofobiya), pişik qorxusu (aylurofobiya), 13 rəqəmi qorxusu

(triskaidekafobiya) – bu siyahını qorxusu olan sonsuzluğa qədər (peyro‐ fobiya) davam etdirmək olar. Eyni prinsip üzrə qarayaxa rituallar da inkişaf edir – həyəcanlı vəziyyətdən qaçmaq üçün insan gündə yüz dəfə əllərini yuyur, asfalt üzərindəki çatları basaraq keçir, qapının örtüldüyünü yoxlayır. Bir çox pasiyentlər yaddaş pozğunluğu, diqqətsizlik, xarici qıcıq‐ landırıcılara və havanın dəyişməsinə qarşı yüksək həssaslıqdan şikayət edir. Həyəcandan əziyyət çəkən bir çox orta və ahıl yaşlı insanlar özündə baş beynin damar xəstəliyini ehtimal edir. İnsanlar insultdan qorxur, ona görə də, baş ağrıları, baş gicəllənməsi, ətraflarda keyləşmə hiss etdikdə, vəziyyətlərini insultönü kimi qiymətləndirir. Həyəcan tutması dövründə çox zaman arterial təzyiq artır və nəbz tezləşir. Bu simp‐ tomların aşkar edilməsi həm insanı, həm də təəssüf ki, həkimi ürək‐damar sistemi xəstəliyinin mövcud olmasına inandırır. Eyni zamanda, həyəcan pozğunluqları simptomları vegeto‐ damar distoniyasına çox bənzəyir (VDD) və belə diaqnoz çox zaman panik hücuma məruz qalmış insanlara təyin edilir. VDD və ya somatik patologiyaya qarşı müalicə alaraq, pasiyentlər həyəcandan azad olmur. Çox zaman pasiyentlərin təkidi ilə aparılan instrumental müayinə metod‐ ları (EKQ, EEQ, kompüter tomoqra‐ fiyası və s.) orqanik zədələnmə əlamətlərini aşkar etmir.

Yüksək həyəcanlılıqdan əziyyət çəkən pasiyentlərin müayinəsi zamanı bu və ya digər sistemin obyektiv zədələnmə əlamətləri aşkar edilmir ki, bu da həkimə somatik xəstəliyi inkar etmək və həyəcan pozğunluğunu ehtimal etməyə imkan yaradır. Həyəcan pozğunluqlarının müalicəsi üçün serotoninin geriyə alınmasının selektiv ingibitorları (SGASİ) qrupuna aid olan müasir preparatlar mövcud‐ dur. Bu qrup nümayəndələrindən biri paroksetindir. Azərbaycan bazarında o, REKSETİN adlı dərman vasitəsi kimi təmsil olunmuşdur (“Gedeon Richter” Macarıstan kompaniyası tərəfindən təqdim olunmuşdur). Preparat SGASİ qrupundan olan ən yaxşı öyrənilmiş nümayəndələrdən biridir. Reksetin qabarıq, eyni zamanda, yumşaq timo‐ analeptik təsirə malikdir (əhvalı yaxşılaşdırır) və bu effekt məqsədyönlü anksiolitik (həyəcanaqarşı) təsirə uğurlu şəkildə uyğunlaşır. Geniş spektrli həyə‐ can pozğunluqlarının müalicəsi üçün göstərişdir. Reksetin xəstələr tərəfindən yaxşı mənimsənilir, təhlükəsizdir, o cüm‐ lədən davamlı istifadə zamanı. Orqanizmə alkoqolun təsirini gücləndirmir və tormozlaşma əmələ gətirmir. Klinik cəhətdən sübut olun‐ muşdur ki, davamlı qəbul pasiyentlərin sosial fəallığının əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarmır və peşə məhdudiyyətlərini tələb etmir. Reksetin ilə müalicəni hipotenziv, damar, kardioloji, diabetəqarşı və digər vasitələrin qəbulu ilə uyğunlaşdırmaq olar. Bu zaman o, benzodiazepin və bar‐ bituratlara xas olan vərdiş və ya asılılıq törətmir. 20 mq‐lıq tablet şəklində buraxılır. Dozalaşdırma rejimi – sutkada bir dəfə. Həkim tərəfindən təyin olunur. Apteklərdə resept ilə buraxılır.


15


16

SAĞLAM ÖVLAD SAĞLAM GƏLƏCƏKDİR!

Nərgiz Kərimova 1978‐ci ildə Bakı şəhərində anadan olub. 2002‐ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. Ailəlidir, 3 övladı var. “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təsisçisi və rəhbəridir.


17 ‐ Xahiş edirik, rəhbərlik etdiyiniz təşkilatın fəaliyyəti haqqında fikirlərinizi “Ailə həki‐ mi” jurnalının oxucuları ilə bö lüşəsiniz... ‐ İlk öncə “Ailə həkimi” jur‐ nalının yaradıcı kollektivinə, jur‐ nalın tərtib olunması və işıq üzü görməsində zəhməti olan, əziyyət çəkmiş bütün insanlara öz minnət‐ darlığımı bildirirəm. Doğrudan da bu gün hər bir oxucu, hətta Azərbaycanımızın ən ucqar guşəsində yaşayan insanlar həyat üçün vacib olan tibbi məlumatları məhz bu jurnal vasitəsilə oxuyurlar. Rəhbərlik etdiyim “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi 4 ilə yaxındır ki, fəaliyyət göstərir. Fəaliyyətimizin son 1 ili aktivliyi ilə daha çox yadda qalıb. Belə ki, son bir ildə təşkilatımız Әdliyyə Nazirliyi tərəfindən rəsmi qeydiy‐ yata alınmış və Azərbaycanın icti‐ mai həyatında fəal rol oynamışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu tibbi‐sosial, habelə uşaq siyasəti təşkilatımız tərəfindən bu istiqamətdə tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə şərait yaratmışdır. Adından da bəlli olduğu kimi təşkilat əsasən qayğıya, köməyə daha çox ehtiyacı olan uşaqların problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. O cümlədən müxtəlif istiqamətli layihələr, tədbirlər həyata keçirməklə, uşaq evlərində, valideyn himayəsindən məhrum olmuş kimsəsiz, əlil uşaqların problemlərinin qismən də olsa yüngülləşdirilməsinə çalışır. Eyni zamanda Azərbaycanın gələcəyi olan uşaqların sağlam düşüncə tərzinin formalaşması və ləyaqətli vətəndaş kimi yetişmələri istiqamətində aparılan maariflən‐ dirmə, təbliğat işlərini özümüzün prioritet istiqamətlərindən sayırıq. Ölkəmizdə aparılan geniş miqyaslı quruculuq işləri məndə də bir vətəndaş, eyni zamanda icti‐ mai təşkilatın rəhbəri kimi qarşıya qoyulan ali məqsədlərə çatmaqda

stimul yaratmaqla və daha böyük enerji ilə işləməyə ruhlandırır. Xüsusi ilə qeyd etməliyəm ki, mənim bu istiqamətdə fəaliyyətə başlamağıma ən mühüm təkan verən amillərdən biri Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO‐nun xoş məramlı səfiri, hörmətli millət vəkilimiz Mehriban xanım Әliyevanın işlərinin çoxluğunun, vaxtının azlığının olmasına baxmayaraq, bütünlüklə özünü azərbaycanlı uşaqların inkişafına, onların düzgün tərbiyə olunmasına, problemlərinin aradan qaldırılmasına həsr etməsi, habelə sabahkı Azərbaycanımızın təməli olan bu günkü uşaqlarımızın ləyaqətli, ədalətli Azərbaycan vətəndaşı kimi formalaşması işinə bütün gücünü, bütün varlığını qoy‐ masıdır. Hesab edirəm ki, ölkənin birinci xanımı Mehriban Әliyevanın Azərbaycan xalqının övladlarının xoşbəxt gələcəyi naminə yorulmaq bilmədən göstərdiyi fəaliyyəti bizim üçün böyük bir örnək olmalı, hamımız bu işdə ona dəstək olmaqla, əlimizdən gələni əsirgəməməliyik. Fürsətdən istifadə edərək, bu gün üzümü tanıdığım, dostluq və əməkdaşlıq etdiyim imkanlı insan‐ lara, rəfiqələrimə tutaraq, onları da bu xeyirxah, nəcib, Azərbaycan xalqına sevinc, səadət, xoşbəxtlik bəxş edəcək işlərə səsləyir və hər bir insanın imkanları çərçivəsində uşaq evlərindəki, ailələrdəki prob‐ lemli uşaqların düzgün formalaş‐ masına yardım etməyə çağırıram. ‐ Necə düşünürsünüz, Sizin bu çağırışınıza cavab verənlərin sayı çox olar, yoxsa...? ‐ Bilirsiniz ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri sırasında özünün layiqli yerini tutmaqdadır. Azərbaycanın gələcək dövlətçiliyinin qorunması üçün daha ciddi, böyük işlərin görülməsi də zəruridir. Bu baxımdan qayğısını çəkdiyimiz, problem‐

lərinin həlli istiqamətində çalışdığımız uşaqlardan ibarət olan nəslin düzgün formalaşması zən‐ nimcə, çox vacibdir. Təəssüflər olsun ki, bəzən biz bu günkü real Azərbaycanımızda maddi durumu çox olan xanımlarımızın vəsaitləri‐ ni daha çox istirahətə, istirahət klublarının, əyləncə yerlərinin açıl‐ masına sərf etdiklərinin şahidi olu‐ ruq. Hesab edirəm ki, bütün bun‐ larla yanaşı, varlı xanımlarımız həm də öz imkanları çərçivəsində bu gün Mehriban xanımın həyata keçirdiyi və canını belə əsirgəmədiyi bu xeyirxah və nəcib işlərə qoşulmalıdırlar. ‐ Nərgiz xanım, bu gün Azərbaycanda geniş miqyaslı işlər gö rülür və paralel olaraq ailə, uşaq problemləri ilə bağlı siyasət də məhz bu günkü reallıqlar fonunda formalaşdırılmalıdır. Siz bu istiqamətdə hansı təşəbbüs‐ dəsiniz? ‐ Düzgün qeyd edirsiniz ki, bu gün bu sahədə böyük işlərin görülməsinə, eyni zamanda Azərbaycanda mükəmməl siyasətin, qanunvericilik bazasının yaradılması, normativ hüquqi akt‐ ların hazırlanması istiqamətində də böyük işlərə ehtiyac var. Məlumdur ki, Sovetlər Birliyi dönəmində uşaqların təlim‐tər‐ biyəsi ilə bilavasitə dövlət müəs‐ sisələri məşğul idi. Lakin hesab edirəm ki, qloballaşan dünyada, xüsusilə demokratik inkişaf edən Azərbaycanda bu sahədə strategiya daha düzgün müəyyənləşdirilmə‐ lidir. Şübhəsiz ki, strategiya ilə yanaşı, qanunvericilik bazasının da düzgün qurulması imkan verəcək ki, hər bir vətəndaş, bu sahə ilə məşğul olan nəcib insanlar öz fəaliyyətlərini qura bilsinlər. Heç kəsə sirr deyil ki, bu gün Milli Məclis tərəfindən uşaqların hüquqlarının qorunması, onların inkişafı və xoşbəxt gələcəyi ilə bağlı müxtəlif qanunlar qəbul olunur, Azərbaycan hökuməti tərəfindən məhz bu istiqamətdə


18 çoxlu sayda normativ hüquqi aktlar həyata keçirilir. Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəl‐ xalq təşkilatlar birbaşa uşaq prob‐ lemləri ilə məşğul olur, Azərbaycan hökuməti ilə birgə müxtəlif layihələr həyata keçirirlər. Dövlətin aidiyyatı qurumları (Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) bu sahədə Azərbaycan hökumə‐ tinin siyasətini formalaşdıraraq həyata keçirməkdədir. Hesab edirəm ki, QHT‐lər də dövlətin apardığı bu siyasətdə yaxından iştirak etməklə problemlərin həlli istiqamətində böyük fəallıq göstər‐ məlidirlər. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə istər KİV‐dən, istərsə də əməkdaşlıq etdiyimiz ayrı‐ayrı millət vəkillərindən yeni bir qanun layihəsinin üzərində işlərin aparıldığını eşitdim. Söhbət “Ailə həkimi” ilə bağlı qanun layi‐ həsinin hazırlanması ideyasından gedir ki, bu da mükəmməl formada nəinki həyata keçirilməlidir, həm də birmənalı olaraq hamı tərəfind‐

ən dəstəklənməlidir. Bilirsiniz ki, səhiyyə sistemində son dövrlər çox böyük uğurlu islahatlar həyata keçirilir. Regionların sosial‐iqtisadi inkişafı proqramına uyğun olaraq diaqnostika mərkəzlərinin, xüsusi sağlamlıq ocaqlarının yaradılması, müalicə müəssisələrinin yenidən qurulması işi sürətlə davam etdirilir. Bu gün bəşəriyyəti narahat edən mövcud problemlərlə (talassemiya, autizm və s.) bağlı sahələrdə xüsusi mərkəzlərin yaradılması sabahkı Azərbaycanın gənclərinin daha sağlam, uşaqlarının daha firavan yaşaması‐ na şərait yaradacaqdır. Məhz bu kontekstdə biz ictimai təşkilat olaraq “Ailə həkimi” qanun layi‐ həsinə çox diqqətlə yanaşırıq və qeyd etməliyəm ki, artıq bu məsələyə bir neçə istiqamətdə öz fikirlərimizi bildirməyə hazır‐ laşırıq. Doğrudan da bu gün Azərbaycanda hər bir ailənin öz xüsusi həkiminə çox ciddi ehtiyacı var. Həm həkim, həm də QHT rəh‐ bəri olaraq inanıram ki, bu qanunun hazırlanması və qəbul

olunması yeni bir dalğada Azərbaycan ailəsinə, bu ailədə for‐ malaşan gənc nəslin sağlamlığına, mənəviyyatına verilmiş çox böyük töhfə olacaqdır. ‐ Bir çox xəstəliklər var ki, onların yayılma tendensiyası daha çox ailəyə və cəmiyyətə təsir gö stərir. Siz necə fikirləşirsiniz? ‐ Şübhəsiz ki, bu gün bizim uşaqları narahat edən, qloballaşan dünyada mövcud problemlər vardır. Düzdür, bunlar birbaşa olaraq uşaqları əhatə etməsə də, birbaşa uşaq problemləri sayılmasa da, təəssüflər olsun ki, nəticə etibarı ilə sonda uşaqları yoluxdu‐ rur, onların mənəviyyatına, sağlamlığına təsir göstərir. Bu baxımdan da bütün dünyada çox ciddi təhlükə mənbəyi sayılan narkomaniya, alkoqollu içkilərə aludəçilik, QİÇS virusuna yoluxma kimi problemlərin həlli istiqamətində güman edirəm ki, hər bir ictimai təşkilat, cəmiyyətin hər bir üzvü öz sözünü deməlidir.


19

‐ Doğrudan da son zamanlar narkomaniya aktual problemə çevrilir. Bu istiqamətdə işinizi necə qurur və hansı layihələri həyata keçirirsiniz? ‐ Bizim üçün prioritet hesab etdiyimiz işlərdən biri də narkotikə aludəçilik, narkotikdən əziyyət çəkən xəstələrin müalicəsi, habelə narkotikə meylli olan yeniyetmə və gənclərin bu yoldan çəkinməsi, onların profilaktikası işidir. Qeyd edim ki, bu günlərdə təşkilatımız tərəfindən narkotiklərin törətdiyi fəsadları, insan şəxsiyyətinin və ləyaqətinin nə dərəcədə alçalması‐ na təsirini, ailələr üçün yaratdığı problemləri, eləcə də gələcək dövlətçiliyin inkişafı üçün olan təhlükəni əks etdirən rolik hazır‐ lanmışdır. Bu rolik elektron KİV‐də səsləndirilməklə problemin həlli istiqamətində yardımçı olacaq maarifləndirmə, təbliğat işlərini daha da gücləndirəcəkdir. Məhz bu kimi layihələrlə, bu kimi maariflən‐ dirici, təbliğat xarakterli roliklər hazırlamaqla, biz bir daha özümüzün həm bu sahədə olan rolumuzu, vəzifəmizi həyata

keçirir, digər tərəfdən də çalışırıq ki, narkotikə olan meylliliyin aradan qaldırılmasına xidmət göstərə bilək .Xüsusilə vurğulamaq istəyirəm ki, son dövrlər narkotik‐ lərə aludəçilik meyllərinin yaş senzi aşağı düşməkdədir. Bu, çox narahat edici bir məqamdır. Qeyd edim ki, əgər bir neçə il bundan əvvəl rəsmi statistikada yaş senzi 30‐dan yuxarı göstərilirdisə, son vaxtlar narahat edici, həyəcan təbili çalacaq rəqəmlər (16‐17 yaş həd‐ dində) səsləndirilir. Bəzən müstəqil ekspertlərin və QHT‐lərin apardığı sorğular nəticəsində məlum olur ki, hətta 13‐14 yaşında uşaqlar da narkotik maddələrə meyllənirlər, narkotiklərdən bu və ya digər səviyyədə istifadə edirlər. Bu, sabahkı gələcəyimiz olan uşaqlarımız üçün çox böyük təh‐ lükə mənbəyidir. Deməzdim ki, bu, bütün Azərbaycanda hal‐hazırda mövcud olan problemdir. Amma hər halda, yəni gedişat göstərir ki, bu gün bu problemin həllinə ciddi yanaşaraq, maarifləndirmə, təbliğat işlərimizi daha düzgün qurmalı, sağlam həyat tərzini, zərərli

vərdişlərdən uzaq olmaq tem‐ atikasını artıq orta məktəblərdə keçirməyə başlamalıyıq. Qeyd edim ki, bu məsələlər ətrafında biz çox ciddi düşünürük və hesab edirik ki, bəşəriyyətin böyük problemi olan narkomaniyanın aradan qaldırılması, ən azından yayıl‐ masının qarşısının alınmasında öz töhfəmizi verməliyik. Hal‐hazırda bu istiqamətdə ciddi işlər aparılır, bu sahədə dəyərli mütəxəssislərlə, bu sahəni bilən insanlarla əməkdaşlıq edilir. Bu yaxınlarda Ombudsman Aparatında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dö vlət Komitəsində, eləcə də Avropa İttifaqı və BMT İnkişaf pro‐ qramının “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” regional yardım proqramının ölkə üzrə rəhbəri Məzahir Әfəndiyevlə görüşlər keçirərək, bu istiqamətdə birgə layihələrin hazırlanması və müxtəlif tədbirlərin həyata keçi‐ rilməsində öz təkliflərimizi səs‐ ləndirmişik. Rəna Kərimova


20 Çox zaman narkomaniya problemi paralel reallıq‐ dan olan bir hadisə kimi qəbul edilir, baxmayaraq ki, əslində bu bəla hər bir evə gələ bilər. Bəs, nə etməli? Әslində, bu xəstəlikdir, diabet və ya astma kimi tamamilə rəsmi tibbi diaqnozdur. Və onun üç xüsusiyyəti mövcuddur.

Xəstəlik xronikidir «Keçmiş diabetik» olmadığı kimi, «keçmiş narkoman» da olmur. Bu, ömürlük xəstəlikdir. Lakin onu yaddan çıxarmadan və müəyyən qay‐ dalara riayət edərək, onunla yaşamaq olar. Onlardan ən əsası – psixoaktiv maddələrdən tam imtina etməkdir. Çox zaman narkoman özünü bir müddətdən sonra yenidən narkotiklərə qayıda‐ cağı və bu dəfə bunun təhlükəsiz olacağı haqqın‐ da əbəs ümidlər ilə aldadır. Yox, bu, belə deyil. Axı, xəstəlik yox olmamış, o sadəcə müvəqqəti gizlənmişdir. Və vərdişinə qayıtmış narkomanda bu xəstəlik sıfırdan deyil, yarımçıq qaldığı səviyyədən inkişaf edəcəkdir.

Xəstəlik proqressivləşəndir Yəni, o, artan xətt üzrə inkişaf edir. Hətta yüngül narkotikdən istifadə edən hər hansı narkoman dozanı və istifadə tezliyini artırmalı olur. Və bunun qarşısını heç nə ilə almaq olmaz, çünki əsasını fizioloji mexa‐ nizm təşkil edir: orqanizm narkotikə adaptasiya olunur və əvvəlki effektə nail olmaq üçün daha böyük doza tələb olunur.

Və bu xəstəlik – ölümcüldür Nəticə həmişə birdir, hələ bir narkoman da ondan qaçmağa müvəffəq olmamışdır. Elmi dildə asılılıq «addiksiya», asılı insan isə – «addikt» adlanır. Astmatik kimi addikt də sosial status və maddi təminat səviyyəli istənilən ailədə peyda ola bilər. Әfsus ki, bu bəladan heç kim sığortalanmayıb! Belə olduqda yaxınların qarşısında bir sual durur: nə etmək olar? Axı əksər hallarda asılı insan özü öz meylini gizlədir, inkar edir və heç nəyi dəyişmək istəmir. Bəlkə də, yalnız sözdə. Bəs, yaxınları nə etsin?

ADDİKSİYA YAXUD ASILILIQ


21 Çəhrayı eynəkləri çıxarmaq və illüziyalardan imti‐ na etmək lazımdır. Güman ki, yaxınınız bir gün narkoman olmadan oyanmağına səmimi şəkildə inanır – amma siz ki daha realsınız. Asılılıq – müalicə tələb edən xəstəlikdir, o, özbaşına «keçməyəcəkdir». Nəsihət oxumamaq və öyüd verməmək. Narkotiklərin pis olması hamıya uşaqlıqdan bəllidir, lakin bunun nəticəsində narkomanların sayı azalmır. İnanın ki, yaxınınız hansı bəlaya uğradığını özü də bilir və bir daha ona bunu izah etmək mənasız və fay‐ dasızdır. Siz onu artıq yüz dəfə utandırmış və suçlamışsınız. 101‐ci dəfədə bu işləməyəcək. Günahkar axtarmayın. Asılılıq – xəstəlikdir, burada «haqlı və haqsız» ola bilməz. Bu, zəif iradə, xasiyyət qüsuru, yaxud pis tər‐ biyə nəticəsi ola bilməz. Yaxınınız ona görə xəstələnməmişdir ki, o, pisdir və sizi sevmir; ona görə yox ki, siz – pis valideynsiniz; ona görə yox ki – fərsiz həyat yoldaşısınız. Özünüzə «kimdir müqəssir?» sualı deyil, «nə etmək?» sualını verin. Nəzarət etmək və yoxlamaqdan əl çəkmək. İstənilən canlını zəncirlədikdə, o, azadlığa can atmağa başlayır – ona görə də, siz yalnız əks nəticəyə nail olacaqsınız. Әşyaları axtarmaq, mobil telefona baxmaq, güdmək, harada və kiminlə olmasını aydınlaşdırmağa dəyməz. Asılılıq – fəndgirlik törədən xəstəlikdir və narkoman doza tapmaq istəsə, o, bunu harada olsa edəcək – istər Şimal Qütbdə, istər gözünüzün önündə və siz bunu duymayacaqsınız… Yaxınınızı sərbəst buraxın. Bununla siz ona öz həyatına görə cavabdehlik hissini anlamağa imkan verəcəksiniz. Onun hərəkətlərinin nəticələrinin «altını çək‐ məyə» çalışmayın. Bu, yalnız fəsad törədir. Borclarını qaytarmayın, dostları və iş yoldaşlarının yanında ört‐basdır etməyə çalışmayın. Әks halda, o, bir şeyi qavrayacaq: nə üçün nə isə dəyişmək lazımdır, əgər ana həmişə dadına çata‐ caq, həyat yoldaşı müdiriyyəti «yola verəcək», qardaş borcları qaytaracaqsa? Hər hansı asılı insanın arzusu – həzz almaq və bu zaman heç nə itirməməkdir. Sağalmaq qərarı yalnız itkilər ilə birlikdə gəlir: asılı «dibə» qədər getməlidir ki, onunla baş verənləri anlasın və nəyi isə dəyişməyə qərar versin. Düzdür, hər kəs üçün bu dib müxtəlif səviyyədədir: birisi üçün işə üzü qırxılmamış şəkildə gəlmək biabırçılıqdırsa, digərinə ciddi itkilər lazımdır: dustaqlıq, HİV, böyük borclar. Lakin yaxınınız öz dib‐ inə çatmamış, çətin ki, nəyi isə dəyişmək qərarına gəlsin. Lakin onu bəla ilə təkbaşına da qoymaq olmaz. Sizdən gələn nəsihətnamə «Mən səni sevir və sənə tərəfdaram, lakin sənin xəstəliyinə nifrət edir və heç zaman onunla barışmayacağam» şəklində olmalıdır. Öz

məhəbbətiniz haqqında danışın. Yaxınınız sizin üçün əhəmiyyətli olmasını hiss etməlidir. Hisslərinizi bölüşün: qorxu, həyəcan, qəzəb, ümidsizlik: «Mən sənə görə narahatam, mən istəmirəm ki, sən narkotiklərdən vəfat edəsən». İddialarınızı şəxsiyyətə deyil, konkret hərəkətlərə qarşı sürün. Sizin şəxsinizdə düşmən və təqibçi deyil, dost görməlidirlər – o zaman yardımınızı da qəbul edəcəklər. Asılı insanın şəxsiyyəti həmişə ikilidir: onun sağlam hissəsi hansı bataqlığa düşdüyünü anlayır və sağalmaq istəyir, xəstə hissəsi isə «kef» etməyi davam etdirmək istəyir. Və yaxınınıza hər hansı sözləri ünvanladıqda, özünüzdən soruşun: siz indi hansı hissəyə kömək etmək istəyirsiniz? Pul verməyin. Asılı insana pul verdikdə, hətta xoş məramla da belə olsa – mobil telefon, yaxud çörək almağa, – o, yenə də bu pulları dozaya, yaxud oyun aparatına xərcləyəcək‐ dir. Etdiyiniz istənilən maddi yardım xəstəliyə dəstək olacaq. Heç zaman nəğd pul verməyin. Öz sərhədlərinizi pozmağa yol verməyin. Onun evdən əşyaları çıxarmasını, pul oğurlamasını, sizə əl qaldırmasını bağışlamayın. Nə qədər ki, siz buna dözürsünüz, bu davam edəcək, özü də artan xətt üzrə. Bəzən onun qarşısının alınmasının yeganə çarəsi – polisə xəbər verməkdir. İnanın ki, nəticədə bu yalnız sizin deyil, onun da xeyrinə olacaq. Özünüzü qurban verməyə davam etsəniz isə, hamı üçün yalnız pis olacaq. Әvvəl‐axır, o, nə qədər «yaxın‐əziz‐sevimli» olsa belə, sizin normal həyat yaşamağa haqqınız var! Özünümüalicə cəhdlərini, sağlamlıq ilə aparılan eksperimentləri alqışlamayın. Abstinent sindrom – məişət dilində «lomka» – sağlamlığa narkotikin istifadəsindən az təhlükə törət‐ mir, çünki bu orqanizm üçün kolossal yükdür. Onun ev şəraitində aradan qaldırılması – təhlükəli işdir. Özü də bu məqsəd ilə həkim nəzarəti olmadan dərman istifadə edilirsə, bu, bir asılılığın digərinə çevrilməsi ilə nəticələnir: narkotik asılılıq dərman asılılığı ilə əvəz olunur. Abstinent sindromun aradan qaldırılması ilə narkoloqlar məşğul olur, bu prosedura «detoksikasiya» adlanır və bir çox tibb müəssisələrində aparılır. Şarlatanlardan qaçın. Asılılığın «şəkil üzrə», yaxud «xəlvəti» müalicəsi nonsensdir. Hazırda asılılıq ilə müxtəlif işləmə növləri mövcuddur, lakin onlara tənqidi yanaşmaq lazımdır. Әks halda bu, boş yerə sərf olunmuş zaman, pul və ümidlərə çevrilə bilər. Kimə isə qrup daxilində sağalmaq daha yaxşıdır. Kim isə psixoterapevt ilə fərdi işə üstünlük verir, lakin bu halda, bu işin 2‐3 il davam edəcəyinə hazır olun. Hansı üsul yaxşıdır – hər kəs özü seçir.


Gədəbəy, “Koroğlu” qalası Foto: İsa Aydın Tel.: (050) 222 85 88


24

Mövsümi

ACLIQ


25 Yayda və payızda biz ö z vitamin ehtiyatlarımızı günəş, təzə meyvə, tərəvəz və gö yərti sayəsində doldurur və bu ehtiyat yanacağın üzərində orqanizm bütün qışı keçirir. Baharda isə, ehtiyatlar tükənən zaman vitamin və mikroelementlərin defisi‐ ti əmələ gəlir. Həm hipovitaminoz (vitamin çatışmazlığı), həm də diselementoz (elementlərin disbalansı) – sivilizasiya xəstəlikləridir. Qidamızda çoxlu miqdarda saflaşdırılmış, termik emaldan keçmiş, dondurulmuş, yüksək kalorili məhsul mö vcuddur. Bəs orqanizmə nə çatmır? Həkimlərin fikrincə, məhz yazda A, C, E, B qrup vitaminlərin və bir sıra mineral maddələrin (mikro və makroelementlərin) – selen, maqnium, sink, mis, manqan, kobalt, yod çatışmazlığı son dərəcə kəskin hiss edilir. Kalsium, fosfor, maqnium sümük toxumasını mö hkəm‐ ləndirir, qanın laxtalanma prosesində iştirak edir, sinir‐əzələ fəaliyyətini qoruyur. Natrium və kalium – çox vacib hüceyrəarası maye komponentləri olaraq, turşu‐qələvi tarazlığını qoruyur və sinir impulslarının ö türülməsinə cavabdehdir. Makroelementlər ilə bir pillədə mikroelementlər də durur. Belə ki, dəmir hemoqlobinin tərkibinə daxildir və hüceyrədaxili oksidləşmə proseslərində iştirak edir. Yod qalxanvari vəzi funksiyasına təsir edir. Flüor diş minasının sağlamlığını qoruyur. Sink və selen çox güclü antioksidant olaraq, orqanizmi toksinlərdən və azad radikallardan müdafiə edir, immuniteti mö hkəmləndirir. Xrom karbohidrat mübadiləsinə təsir edir. Son zamanlarda vitamin və mikroelementlərin uyğunlaşmaması haqqında fikirlər yayılmışdır. Әslində isə, vitaminlərin mənimsənilməsi, vitamin kompleksinin tərkibində mikroelementlərin mö vcud olub‐olmamasından asılı deyil. Mikroelementlər balansı gö zlənildikdə belə qatışma yalnız faydalıdır. B6 vitamini maqniumun mənim‐ sənilməsinə, D vitamini – kalsium və fosfor mübadiləsinə kö mək edir. C vitamini xrom və dəmirin mənimsənilməsini yaxşılaşdırır, mis isə dəmirin təsirini gücləndirir. Selen E vitamininin antioksidant effektini yaxşılaşdırır; sink, manqan ilə əlaqəyə girərək, hüceyrələri parçalanmadan qoruyur. Lakin balans pozularkən, dərhal ele‐ mentlərin daxili müharibəsi başlayır və onların vita‐ minlər ilə rəqabəti kəskinləşir. Məhz bu səbəbdən vitamin defisitini bərpa etmək məqsədi ilə mineral əlavələrsiz xüsusi keyfiyyətli profilaktik polivitamin komplekslərini seçmək lazımdır. Bunun üçün isə, sizə yalnız mütəxəssis kö mək edə bilər. Özünüzdə hipovitaminozun bütün xarakterik xüsusiyyətlərini aşkar etdikdə, ilk nö vbədə, həkimə müraciət edin. Bu və ya digər vitamin kompleksi təyin etməzdən əvvəl həkim mütləq orqanizmdə

bütün mikroelementlərin səviyyəsini təyin etmək üçün müayinə aparacaqdır. Әn dəqiq nəticələri saçların və dırnaqların analizi üzrə mineraloqram‐ ma verir. Saçlar – elementlərin yığıcısıdır. Tədqiqat spektrometr adlandırılan xüsusi aparatda aparılır. Bu aparat müstəsna dəqiqlik səviyyəsi və hər ele‐ mentin ayrı‐ayrı izotoplarının təyin edilməsi imkanı ilə fərqlənir. Yalnız analizlərin nəticələrini aldıqdan sonra həkim məhz hansı mineral‐vitamin kompleks‐ lərinin sizin üçün yararlı olmasını, hansıların isə qətiyyən əks‐gö stəriş olmasını deyə bilər. Vitamin terapiyasını başlamazdan əvvəl disbak‐ terioza gö rə analiz vermək lazımdır, çünki bağırsaq florasının hər hansı dəyişikliyi faydalı maddələrin qanın tərkibinə sorulmasını pozur. Bağırsaq mikroflorasının pozulması zamanı tiamin (B1), riboflavin (B2), piridoksin (B6), biotin (H), sianokobalamin (B12), nikotin, pantoten, fol və askorbin turşusu kimi vitaminlərin sintezi kəskin şəkildə azalır və vitamin‐mineral tarazlığını bərpa etmək üçün gö stərilən bütün səylər əbəs olur. Analizin nəticəsində bağırsaq florasının pozul‐ ması aşkar olunmadıqda, həkim mineral, vitamin və zəruri amin turşuları təyin edəcəkdir. Flora dəyiş‐ dikdə, misal üçün, lakto‐ və bifidobakteriya gö stəri‐ ciləri azaldıqda, patogen flora aşkar olunduqda, bağırsaq təmizlənməsi – hidrokolonoterapiya prose‐ durasını keçmək lazımdır. Nəticədə bağırsağın nor‐ mal işi bərpa olur və hipovitaminozun müalicəsi daha effektiv olur. Vitaminlərə ümid bəsləyərək, bəzən unuduruq ki, hipovitaminoz vəziyyətindən ağıl ilə çıxmağın daha bir mütləq şərti mö vcuddur – balanslaş‐ dırılmış qidalanma. Yaz «aclığı» dö vründə pəhriz saxlamayın, boşalma günləri təşkil etməyin, orqanizmi nə zülal, nə yağ, nə də karbohidratlardan məhrum etməyin. Sağlam rasionda ət, balıq, süd məhsulları və əlbəttə ki, təzə meyvə və tərəvəzlər mö vcud olmalıdır. Onların tərkibində bütün zəruri vitaminlər asan mənimsənilən formada mö vcuddur. Lakin unutmaq lazım deyil ki, yaza yaxın meyvələrin tərkibindəki vitaminlər parçalanır. Ona gö rə də, turş kələm, duza qoyulmuş pomidor və xiyar haqqında düşünmək yerinə düşər. Şoraba və xüsusən də, turş kələmin tərkibində yaya qədər A, B və C vitaminləri saxlanılır. Nəzərə almaq lazımdır ki, bankada bağlanmış və xüsusən də, sirkə əlavə olunmuş deyil, yalnız açıq üsul ilə duza və ya turşuya qoyulmuş tərəvəzlər faydalıdır – çəllək, qazan, vedrədə. Yazda bişirilmiş mərsin və itburnu həlimi çox faydalıdır. Qurumuş meyvələrdən, şəkər, bal, limon şirəsi, hətta vanil ilə darçın əlavə etməklə, kompot bişirmək də olar. Çox ləzzətli və tamamilə C‐vita‐ minləşdirilmiş bir içki alınacaqdır. Lakin vitaminlər


26 yalnız bağ və bostan sovqatlarının tərkibində mö vcud deyil. Misal üçün, qara ciyər, günəbaxan yağı və toxumları vitaminlər ilə zəngindir. Orqanizmdə çatışmayan vitamin və mikroele‐ mentləri təyin etmək üçün sadə testlər • Tez‐tez əmələ gələn hematomalar, burun qanaxmaları, zəiflik, tez yorulma, yuxululuq – bütün bunlar C vitamini çatışmazlığından xəbər verir. • Daimi baş gicəllənmə və qulaqlarda küy B3 və E vitamini, eləcə də, manqan, kalium və kalsium çatışmazlığına dəlalət edir. • Gö zlərin qızarması, qaranlıqda tez adaptasiya olunmamaq (toyuq korluğu), yuxululuq A və B2 vitaminləri çatışmazlığı ilə tö rənir. • Başda kəpəyin əmələ gəlməsi, dərin yorğun‐ luq, solğunluq, təngnəfəslik, depressiya, ürəkbulan‐ ma, iştahanın pozulması – B12, B6, P və selen, xrom, molibden defisitini əks etdirir. • Saçlar solmuş və tez qırılır, yorğunluq hiss olunur, ürəkbulanma və depressiya əziyyət verir – B9, C və H vitaminləri, kükürd, silisium, mis, sink, kalium, manqan, maqnium, yod çatışmazlığı simp‐ tomudur. • Yuxusuzluq əzab verir – B qrup vitaminləri, kalium, kalsium, maqnium və manqan ehtiyatlarını bərpa etmək lazımdır.

Ekspert rəyi • İnsan orqanizminə çox kiçik dozada vitamin‐ lər tələb olunur – sutkada milliqramın cəmi bir neçə yüzdə bir hissəsi. Onlar maddələr mübadiləsinə fay‐ dalı təsir gö stərir, uşaqların boy və fiziki inkişafını stimullaşdırır, ümumi vəziyyəti yaxşılaşdırır, orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır, əzələ, sümük, qan dö vranı, sinir və digər sis‐ temləri mö hkəmləndirir. Beləliklə, orqanizmi gündəlik vitamin norması ilə təmin etmək üçün gündə 400q təzə meyvə və tərəvəz yemək kifayətdir. Və bu zaman rahatlıqla vitamin komplekslərsiz də keçinmək olar. • Makro və mikroelementlər defisiti fiziki və emosional gərginlik, eləcə də, genetik meyllik nəticəsində də əmələ gələ bilər. Ksenobiotiklər – insan üçün yad maddələr ilə terapevtik müalicə də mikroelementlər balansına təsir edir. Sidikqovucu vasitələr kalium, maqnium, kalsium defisitinə gətirib çıxarır və natrium səviyyəsini artırır. Kontraseptivlər, antiaritmik preparatlar mis və sink kimi vacib elementlərin disbalansına gətirib çıxarır. Tütünçəkmə, alkoqol, bu və ya digər elementin üstünlüyü, yaxud kəsiri ilə qida əlavələri həkim təyi‐ natı olmadan qəbul edildikdə, orqanizmdə həyati vacib mikroelementlərin balansını əhəmiyyətli dərəcədə poza bilər.


27

Ailə həkimi məsləhət bilir Ailə həkiminə verilən çoxsaylı suallardan biri də ailə aptekində hansı dərmanların olub‐olmaması ilə bağlıdır. Ailə həkimi, bir mütəxəssis kimi, fərdin yaşı və cinsiyyətindən asılı olmayaraq, müxtəlif xəstəliklər zamanı ailələrə ilkin tibbi xidmət göstərdiyi üçün, bu sahədə də məsuliyyət daşıyır. Məsləhət verməzdən öncə qeyd etməliyik ki, hər bir orqanizm fərdi xüsusiyyətlərə malikdir. Odur ki, bir şəxsə düşərli olan bu və ya digər dər‐ manın Sizə də uyğun olacağı şərt deyil. Heç bir dərman vasitəsi həkimlə məsləhətləşmədən qəbul edilməməlidir. Təyin ediləcək dərmanın yaddaş vərəqi mütləq diqqətlə oxunmalıdır, əks göstərişlər və əlavə təsirlər ailə həkimi tərəfindən nəzərdən qaçırılmamalıdır. Әn əsası isə, dərman alı‐ narkən onun istifadə müddətinə və saxlanma qaydasına diqqət edilməlidir. Evdə kiçik yaşlı uşaqlar varsa, ailə apteki əlçatmaz yerdə saxlanmalıdır. Ailə həkimi aşağıda qeyd edilən dərman vasitələrinin və tibbi ləvazi‐ matların ailə aptekində olmasını tövsiyə edir.

Müxtəlif zədələnmələr vaxtı ilk yardım göstərmək üçün: ‐ pambıq ‐ bint (həmçinin, steril) ‐ bakterisid leykoplastr ‐ 95%‐li antiseptik məhlul (spirt) ‐ 5%‐li yodun spirtli məhlulu ‐ brilyant yaşılı ‐ Pantenol (yanıqlarda ilk yardım üçün) ‐ Balzamik liniment (Vişnevski məlhəmi) ‐ Rezin turna (qanaxmanı kəsmək üçün) ‐ qayçı ‐ 10%‐li ammiak məhlulu – “naşatır spirti” (bayılma zamanı)

Digər hallarda Ürək‐damar sistemi xəstələri və eləcə də, yaşlı xəstələr olan evlərdə: Nitroqliserin; sakitləşdirici vasitələrdən pişikotu, damotu, yemişan tink‐ turaları; Korvalol (Valokordin), Validol, Persen və s. Payız və qış mövsümündə kəskin respirator xəstəliklər (KRX) və epi‐ demiyaları zamanı. İltihabəleyhinə, ağrıkəsici və hərarətdüşürücü aspirin və parasetamol tərkibli preparatlar (həkim göstərişi ilə), Oksolin məlhəmi, İnterferon, vyetnam balzamı, polivitaminlər, nazal spreylər. Qonaqlıq və bayram süfrələrindən sonra. Mədə nahiyəsindəki diskomfort, ürəkbulanma və s. dispeptik şikayətləri aradan qaldırmaq üçün ailə aptekində aşağıdakılar olmalıdır: soda, nanə tinkturası, aktivləşdirilmiş kömür (Karbolen), cirə, şüyüd dəmləməsi, Mezim‐forte, Smetka, festal, Maalox, imalə. O cümlədən, hər aptekdə termometr, tanometr, isitqac, banka, istiotlu plastr və diş ağrılarına qarşı “Deksalgin”in də olması məsləhətdir. Bir daha xatırladırıq ki, ailə həkimi ilə məsləhətləşməmiş, dərman vasitəsi özbaşına qəbul olunmamalıdır. Başqa dərmanlar ailə aptekinizə həkim məsləhətindən sonra əlavə oluna bilər.

Mustafa Salihov ATU‐nun Ailə Təbabəti kafedrasının müdiri Kəmalə Rəhmanova kafedranın assistenti


28 Qadın ona bəxş olunmuş gül dəstəsi ilə dərhal enerji yüksəlişi alır. Gül dəstəsinin effekti üç gün qalır, hətta güllər artıq solmuş və zibil qutusuna tullanmışdırsa belə.


29 Qışın sonu ilin mövsümü deyil, qəlbin vəziyyətinə çevriləndə, nə isə etmək lazımdır. Yad, isti ölkələrə getmək, yaxud əlinizin altında enerji mənbələri axtar‐ maq.

1

QALX VƏ GET

Həyatın qanunu ‐ güc nə qədər azdırsa, o qədər çox hərəkət etmək lazımdır. Çarpayıdan qalxın və gedin – heç olmazsa yaxındakı mağazayadək. Gəzintidən bir saat sonra da siz hələ də gümrah və şən olacaqsınız. «Gəzinti mərasiminə» 3 həftə riayət etsəniz, enerji statusu o qədər yüksələcəkdir ki, çox güman ki, siz fitnes‐zala daha artıq fiziki yük ardınca getmək istəyəcəksiniz. Hərəkət qanı daha tez dövr etməyə və oksigeni yorulmuş orqanlara çatdır‐ mağa vadar edir. Hətta gərgin iş günündən sonra istəmədən idman zalına gedənlərdə də ikinci nəfəs açılır və onlar axşam saat yeddidə həyatın başlanmasını düşünməyə başlayır.

2

BOY GÜCÜNÜ İSTİFADƏ EDİN

Şokolad ilə əhvalınızı qaldırırsınız? Onda ö z təcrübənizdən yəqin ki, bilirsiniz: onlar sürətlə güc yüksəlişinə səbəb olur… lakin, bu güc eyni dərəcədə tez də tükənə bilər. Sadə karbohidratlar dərhal, lakin təəssüf ki, çox qısa müddətə qanda şəkərin səviyyəsini artırır. Әsl qüvvə ehtiyatı toplamaq üçün bir boşqab cücərdilmiş toxum‐ lardan hazırlanmış salat yemək yaxşıdır. Bu, 5‐6 saatlıq gümrahlığı təmin edir. Buğda, arpa, paxla cücərtiləri – tutqun günlərdə davam gətirməyə kömək edən «canlı batareyadır». Aktiv boy artımı dövründə (bu isə, cəmi bir sutkadır) toxumlarda cücərtilərdə mövcud olan bütün qiymətli maddələrin – E və B qrupu vitaminlər, əzələləri möhkəmləndirən, əsəb və ürək‐damar sistemi işini normallaşdıran xrom, litiy və kaliumun mənimsə‐ nilməsinə kömək edən xüsusi fermentlər əmələ gəlir.

3

MAYE İÇİN

Susuzluq fiziki və emosional üzülməyə gətirib çıxara bilər. Ona gö rə də, yorğunluq hiss etdikdə, bir stəkan su için. Doğrudur, biz çox zaman enerqotoniklər içirik. Bu içkilərin tərkibində kofein, qlükoza, taurin amin turşusu (yağları emal edir), karnitin (maddələr mübadiləsini sürətləndirir və yorğunluğu aradan qaldırır), quarana, jenşen (tonusu artırır) olur. Mütəxəssislər bu içkilərdən yalnız əlacsız qaldıqda, misal üçün, bütün gecəni avto‐ mobil sürmək lazım gəldikdə, istifadə etməyi məsləhət edir. Sınanılmış təbii energetik içkilər isə – başqa məsələdir. 1‐ci yerdə – ağ çay (15 mq kofein bir stəkana); 2‐ci yerdə – yaşıl və qara çay (50 mq kofein);

3‐cü yerdə – bir fincan qəhvə (100 mq kofein).

4 İSTİ NÖQTƏLƏRİ TAP

Bürkülü ofisdə bəzən öz adını da çətinliklə xatırlayırsan. Refleksoterapiya seansı keçirmək təklif edirik. Әliniz üzərində baş və şəhadət barmağı arasında nöqtə tapın. Üç dəqiqə ərzində bu nöqtəni güc ilə inten‐ siv masaj edin. Ağrıdır? Bu yaxşıdır. Kompensasiya əvəzində orqanizm endorfin porsiyası ifraz edəcək. Enerji sözün əsl mənasında barmaqlardan əmələ gələcək və uzun müddət sizi tərk etməyəcək. İstirahət günləri salonda refleksoterapiyadan daha çox faydalanmaq olar. Bir çox masaj növləri təklif olunur – isti daşlar, ayaq barmaqlarından tutmuş təpəyədək energetik masaj, üstəgəl liftinq effektli üz masajı. Sonda özünüzü yenidən doğulmuş kimi hiss edəcəksiniz.

5 SXEMİ TƏRK ET

Evdə olarkən, minimum bir saatlıq telefonu sö ndürün. Daima şəbəkə təsiri zonasında qalma abonentlərdən çoxlu güc alır. Ünsiyyət çoxluğundan xüsusən əziyyət çəkən qadınlardır – onlar iki reallıq arasında sanki parçalanır: iş zəngləri və ailə dəyərləri. Hətta xırda bir yaxşılıq pozitiv fayda verir və həyata sevinməyə kömək edir. Problemləriniz üzərində cəmlənməyin, ətrafa nəzər yetirin, yeni üfüqlər görəcəksiniz.

6

MAQNİUM ƏLAVƏ ET

«Gücüm yoxdur, həvəsim yoxdur!» sö yləyirik. Әslində isə, yalnız maqnium yoxdur. Daha doğrusu, orqanizmdə onun çatmamazlığı var. Bu mineral qlükozanın enerjiyə çevrilməsində mühüm rol oynayır. Həkimlərin fikrincə, gündəlik doza qadınlar üçün 300 mq, kişilər üçün 350 mq təşkil etmə‐ lidir. Bir fikirləşin: tez‐tezmi maqnium ilə zəngin olan balıq (xüsusən də paltus!), qonur düyü, yulaf yarması, çovdar çörəyi və qoz yeyirsiniz?

İŞIQLANDIR VƏ 7 PROBLEMİ RƏNGLƏ

Həyatımızda təbii çətinliklər əmələ gəlir – rənglər əsəblərə təsir edir. Nə etmək olar? Evdəki lampaları dəyişin. Tutqun, sayrışan lampaları yığışdırıb, əvəzinə çox parlaq, müvəqqəti günəşi əvəz edə bilənləri keçirin. Bəzi salon və klinikalarda işıq terapiyası seansları təklif edilir: divarları ağ boya ilə rənglənmiş və günəş işığını imita‐ siya edən xüsusi lampalar ilə işıqlandırılan kabinetdə oturursunuz. İnanın ki, bu, kömək edir! Bir də, həyatınıza qırmızı rəng əlavə etmək yaxşı olardı. Psixoloqlar bu rəngi «vizual kofein» adlandırır.


30

AMINOFORTE YENİ AMİNTURŞULU KOMPLEKSDİR Farmasevtik bazarda argininin zahir olunması sensasiya ilə bağlıdır ‐ XX əsrin sonlarında elmi tibbi dairələrdə baş vermiş ən gurultulu və ən son sensasiya ilə. Arginin – amin turşusudur və onun haqqında möcüzəli təsirə malik vasitə kimi söh‐ bətlər başlamamışdan hələ çox əvvəl‐ lər məlum idi ‐ orqanizm üçün zəruri olan bir element kimi. Bəs, çoxdan bəlli olan amin turşusuna göstərilən bu maraq nə ilə bağlıdır? Argininin orqanizmdə azot oksidinə çevrilməsi xüsusiyyəti də çoxdan məlumdur. Lakin azot oksidi hər zaman son dərəcədə zərərli bir‐ ləşmə hesab edilirdi. Və argininlə, zülal molekullarının quruluşunda işti‐ rak edən labüd bir hissə kimi sadəcə barışmaq lazım idi.

ARGİNİN VƏ ZÜLAL Zülal həyatımızın əsasıdır. Bütün toxumalar zülaldan ibarətdir. Zülallar isə, öz növbəsində, sanki kərpicdən hörülmüş kimi amin turşularından ibarətdir. Arginin də məhz belə bir kərpiccikdir.

Arginin – orqanizmdə azot oksidi mənbəyidir. Hər şey bir həkim səhvi sayəsində dəyişdi. ABŞ‐da dərmanların ürək fəaliyyətinə təsirinin tədqiqatı zamanı preparatlar dəyişik salınmışdı. Tərkibində azot oksidi olan preparat orqanizmə daxil edildikdən sonra damarların kəskin boşalmasına səbəb olur. Bu fakt ilə professor F.Ferçqott maraqlanır. O, azot oksidinin orqanizmə təsirini öyrənməyə başlayır. Paralel olaraq, tədqiqatları doktorlar F.Murad və L.İqnarro da aparırdı. Nəticədə bu üç amerikalı alim 1998‐ci ildə Azot Oksidinin insan orqanizminə təsirinin tədqiq olunmasına görə Nobel mükafatına layiq görülmüşdür.

1998-ci ildə Nobel mükafatı Azot Oksidinin insan orqanizmində rolunun kəşf olunmasına görə verilmişdir. Azot Oksidi yalnız ürək fəaliyyəti‐ ni tənzimləmir. Məlum oldu ki, bu birləşmə orqanizmdə bütün mübadilə proseslərində iştirak edir. Onsuz sinir və immun sisteminin normal fəaliyyəti, hormon və fermentlərin istehsalı, cinsi fəaliyyət və əzələ kütləsinin inkişafı mümkün deyil.

ARGİNİN NƏ ÜÇÜN LAZIMDIR? Azot Oksidinin istehsalı argininsiz mümkün deyil. Arginin orqanizmdə yalnız müəyyən şəraitdə istehsal olu‐ nan amin turşularına aiddir. Cüzi patologiya əmələ gəldikdə orqanizm arginin istehsalını çatdıra bilmir. Və bu zaman onu dərman vasitəsi şək‐ lində qəbul etmək lazımdır. Arginin defisiti zamanı bu xəstəliklər əmələ gəlir: davamlı hipertoniya, yaddaşın zəifləməsi, əsəb və ruhi pozuntular, immunitetin zəifləməsi, şəkərli diabet, bədxassəli yeni‐ törəmələr, impotensiyaya qədər inkişaf edən cinsi sistemin funksional pozuntu‐ ları, daxili orqanların xəstəlikləri, qara ciyərin piyli infiltrasiyası, boy və cinsi yetişmənin ləngiməsi, piylənmə. Laboratoires Yves Ponroy (Fransa) istehsalı olan AMINO‐ FORTE preparatı, unikal balanslaş‐ dırılmış amin turşuları (L‐arginin, L‐karnitin, taurin) və təbii C vitamini (aserol) kompleksidir. Öz unikal tərkibi sayəsində preparat orqanizmə aşağıdakı təsir‐ ləri göstərir: • Arteriyaların hamar əzələlərinin gərginliyini azaldır və bununla AT‐in diastolik tərkib hissəsini azaldır (arginin, karnitin); • Qan laxtalarının əmələ gəlməsi

və onların arteriyaların daxili divarın‐ da adgeziyasının qarşısını alır – trombların və aterosklerotik pilək‐ lərin əmələgəlmə riskini azaldır (arginin, karnitin); • Mədəaltı vəzinin vəziyyətinə faydalı təsir göstərir. Şəkər‐insulin balansı və yağ mübadiləsini normal‐ laşdırır. İnsulinə qarşı həssaslığı artırır (arginin); • Qara ciyərdə dezintoksikasion prosesləri aktivləşdirir (ilk növbədə, ammonyakın zərərsizləşdirilməsini) – qara ciyər sirrozu və piyli dis‐ trofiyasının qarşısını alır (arginin); • Yağların həzm olunması və vita‐ minlərin absorbsiyası üçün zəruri olan ödün tərkibinə daxildir (taurin); • Şişlərin, o cümlədən, xərçəng şişlərinin artmasının qarşısını alır. İmmuniteti aktivləşdirir (arginin, tau‐ rin); • Zədələnmiş toxumaların bitişmə sürətini artırır – yara, dartılma, sümük sınıqlarının. Distrofik xarakterli xəstə‐ liklər zamanı regenerasion prosesləri canlandırır (arginin, taurin); • Böyrəklərin təmizləyici poten‐ sialını artırır ‐ azot mübadiləsinin axır məhsullarının xaric edilməsinə səbəb olur (arginin); • Prostat vəzi sağlamlığına faydalı təsir göstərir, spermanın tərkibinə daxildir, spermatogenezi inten‐ sivləşdirir. Cinsi orqanlara qan axınını gücləndirir, bununla da daha stabil və davamlı ereksiya üçün şərait yaradır (arginin). AMINOFORTE kompleksi içmək üçün ampul formasında buraxılır. Bu forma bioloji cəhətdən daha əlverişli və insan orqanizmi tərəfindən daha asan mənimsəniləndir. Preparat səhərlər içmək üçün ampula şəklində 1 dəfə qəbul edilir. Preparatın qəbul edilməsinə əks‐göstəriş 15‐ə qədər yaş məhdudiyyəti, hamiləlik və lak‐ tasiya dövrüdür.


32

Professor Enderlyaynin mikroorqanizmlərin pleomorfizm konsepsiyası və ya izopatik (SANUM) terapiyası nə deməkdir? Bu günə qədər akademik mikro‐ biologiyada bakterial hüceyrələrə həmişə eyni varlıq və inkişaf for‐ masının məxsusluğunu təsdiq edən monomorfizm nəzəriyyəsi hökm sürür (F. Kon (1828‐1898), R. Virxov (1821‐1902)). Lakin ona paralel olaraq, 19‐cu əsrin əvvəllərindən etibarən A. Beşamp (1816‐1908), K. Bernar (1813‐1978) tərəfindən təsvir olunmuş və alman mikrobio‐ loqu prof. H. Enderlyayn, sonralar isə K. Vertman tərəfindən funda‐ mental şəkildə işlənilmiş mikroorqanizmlərin pleomorfizm (çoxformalılıq) nəzəriyyəsi mövcud‐ dur və inkişaf edir. O, bildirir ki, orqanizm daxilində stabil dəyiş‐ məyən mikrob formaları mövcud deyil, bakteriyalar həmişə eyni patologiya törədən «təsbit edilmiş vahid» deyil, onlar daimi olaraq dövrü dəyişikliklərə məruz qalır, yəni, həyat fəaliyyəti prosesində daha kiçik apatogen hissəciklərə parçalana bilər və əksinə, ən xırda ilkin hissəciklərdən – protitlərdən (protonlar ilə analogiyaya görə prof. Enderlyayn tərəfindən adlandırılmış) əmələ gələ bilər və beləliklə, qeyri‐patogen kolloid

inkişaf mərhələlərindən patogen bakterial və kulminasion – göbələk mərhələsinə keçir. Protit – ölçüsü nanometrlər ilə təyin edilən bitki mənşəli ən kiçik zülal hissəciyidir. O, ‐ 70°C‐dən + 350°C‐dək temperatur dəyişməsinə davam gətirir. Protitlər və nanobak‐ teriyalar artıq milyon illərdir ki, mövcuddur və bütün canlı hüceyrələr onlara yoluxmuşdur. Protitlərdən daha iri patogen for‐ maların əmələ gəlməsi toxumaların pH göstəricisi endikdə, yəni, metabolik asidoz zamanı (zülal, kon‐ servantlar, bəzi dərman preparat‐ larından və s. həddən atıq istifadə nəticəsində) baş verir. Dövrün kul‐ minasion anı – müvafiq göbələyin əmələ gəlməsi – yalnız aqonal vəziyyətdə müşahidə olunur. Orqanizmdə bir çox göbələk sil‐ siləsi mövcuddur ki, onlardan 3‐ü əsasdır: Mucor racemosus, Aspergillus niger və Penicillium. Enderlyayn Mucor racemosus proti‐ tini endobiont adlandırmış, qaranlıq görüş dairəli mikroskoplar vasitəsi ilə yaxşı tədqiq olunan ribosomlar, Qolci aparatı və s. kimi hüceyrə orqanellalarını isə endobiontun ali

inkişaf mərhələsi kimi qiymətləndirirdi. O, iddia edirdi ki, hüceyrə tərkibinin 60%‐i endobiont təbiətə malikdir. Qeyri‐patogen kol‐ loid formaları nümunələri, Enderlyayna görə, qan zülalları, fib‐ rin, trombositlərdir. pH göstəricisinin asidoz tərəfə dəyişməsi zamanı endobiont, müvafiq silsilədən asılı olaraq müx‐ təlif patologiyalar törədən (ürək‐ damar xəstəlikləri, ateroskleroz, revmatik, yoluxucu xəstəliklər, bəd‐


33 xassəli yenitörəmələr və s.) bakterial mərhələlərdən keçərək, göbələk for‐ maları istiqamətində proqressivləşir. Mucor racemosus və onun öndə gedən formaları əsasən qandövranı sistemini kolonizə edərək, qanın reologiyasını, qismən MBT dəyişir, xroniki durğunluq və iltihabi proses‐ lər zamanı aşkara çıxır, Aspergillus niger ‐ sümük, limfatik, ağ ciyər to‐ xumasını, dərini, Penicillium isə mikrob inkişafının zirvəsidir və lokalizasiyadan asılı olmayaraq, bütün kəskin iltihablaşmalara cavab‐ dehdir. İzopatik (SANUM) terapiyası professor H. Enderlyayn tərəfindən kəşf edilmiş patogen bakterial for‐ maların pH göstəricisinin normallaş‐ ması fonunda xaricdən qeyri‐pato‐ gen mərhələlərin (xondritinlərin) daxil edilməsi zamanı reversiya fak‐ tına əsaslanmışdır. İzopatiya prin‐ sipi – «bərabəri bərabər ilə müalicə etmək»dir. Enderlyayna görə, xon‐ dritinlər spesifik, misal üçün, Aspergillus niger və Mucor racemo‐ sus silsiləsindən, yaxud qeyri‐spesi‐ fik təbiətli ‐ Penicillium chryso‐ genum silsiləsindən olan müxtəlif göbələklərin apatogen aşağı inkişaf pillələridir. Spesifik xondritinlər virulent parazitik mikroorqanizmləri parçalayır. Qeyri‐spesifik xondritin‐ lər qıcıqlandırıcı maddələr kimi təsir göstərir. Mahiyyət etibarı ilə, bu, erkən inkişaf dövründə göbələk‐ lərdən ayrılmış polisaxaridlərdən ibarət olan göbələk mikrovaksin‐ ləridir. İzopatik terapiya 4 mərhələ üzrə keçirilir: 1 –asidozun aradan qaldırılması və silsiləyə müvafiq olaraq, homeopatizə edilmiş üzvü turşuların (Sanuvis, Citrokehl, Formasan) və qələvi qarışığın (Alkala N) köməyi ilə hüceyrə tənəf‐ füsünün bərpası, 2 – Penicillium‐sil‐

siləyə təsir etmək məqsədi ilə qeyri‐ patogen göbələk formalarının (xon‐ dritinlərin) daxil edilməsi (Notakehl, Quentakehl, Exmykehl, Fortakehl və s.), 3 – əsas silsilələrə təsir edən bazis terapiya (Mucor, Aspergillus) ‐ Mucokehl, Nigersan, Sankombi, 4 – törədici ilə dəqiq uyğunluq şəklində təyin edilə bilən (Sanukehl Staph, Strep, Cand və s.) bakterial preparat‐ lar (Latensin, Recarcin, Utilin) və haptenlər ilə əlavə immunobioloji terapiya (Sanukehl‐preparatlar). Antixondritinlərin (Mucokehl Ausleitung, Nigersan Ausleitung), göbələk xondritinlərinə qarşı anti‐ cisimlərin verilməsi parçalanma məhsullarının həm parçalanmasını, həm də drenajını sürətləndirə bilər. Drenaj yolları sidik yolları, bronxlar, dəri və ilk növbədə, bağırsaqdır. Paralel olaraq, mikroelement və vitaminlərin defisitinin doldurul‐ ması, eləcə də, zəruri üzvü preparat‐ ların təyini aparılır (Thymokehl, Chrysocor, Rebas). Zülal istifadəsinin məhdud‐ laşdırılması, sonradan orqanizmdən ifrazat orqanları vasitəsi ilə xaric edilən aşağı fazalara doğru əks inkişafa əlverişli təsir göstərir. Bu, qismən Enderlyayn tərəfin‐ dən işlənilmiş, qismən də, onun ideyaları və Sanum‐Kehlbeck şirkəti tərəfindən patentləşdirilmiş ştamm‐ lar əsasında hazırlanmış preparatlar izopatiya prinsipi əsasında təsir edir. Onlar xəstəlik və onun simptomları‐ na qarşı yönəlməmiş, orqanizmin regenerasiya qabiliyyətini qoru‐ yaraq, sağalma proseslərinə səbəb olur. İzopatik terapiya qeyri‐məcburi şəkildə endobiont və onun sahib orqanizmi arasında uyğun oxşar orqanizmlər əsasında simbiotik tarazlığı normallaşdırır. Akademik nöqteyi‐nəzərindən,

SANUM‐preparatların tətbiqi orqanizmi geniş törədicilər spektrinə qarşı immunizə edərək, antibakterial və antifunqal preparatların izafi təyinindən qaçmağa imkan yaradır, qeyri‐spesifik immun cavabı stimul‐ laşdırır, iltihabı yatıraraq, xroniki formaya keçirmir, onu aradan qaldırır, orqanizmin normal mikroflorasının bərpa olunmasına səbəb olur. İstənilən izopatik müalicə peroral, inhalyasiya, dəri daxili hopdurma şəklində aparıla bilər, çünki preparat‐ lar rezorbtiv təsirə malikdir, eyni zamanda, şam və inyeksiyalar şək‐ lində və bu zaman müxtəlif tətbiq formaları konkret haldan asılı olaraq, kombinə edilə və əvəzlənə bilər. Daxilə qəbul, inhalyasiya və ya hop‐ durma xüsusi ilə yumşaq təsir göstərir və profilaktik müalicə, inyeksiyasız intervallar və ya müali‐ cəni tamamlamaq üçün yararlıdır. Yeni doğulma, laktasiya və hamiləlik (ilk üç həftə istisna olun‐ maqla) bir çox preparatların təyin edilməsi üçün əks‐göstəriş deyil. Deyilənləri yekunlaşdıraraq, iddia etmək olar ki, SANUM‐tera‐ piya tez‐tez baş verən yoluxucu xəstəliklər, fibromialgiyalar, xroniki iltihablaşmalar, allergiyalar, selikli qişaların disbakteriozları zamanı seçim metodudur («antibiotiklərsiz antibakterial terapiya»). O, hər hansı əlavə mənfi təsirə malik deyil (allergik reaksiyalar, toksiklik, kumulyasiya). İzopatik (SANUM) terapiyası orqanik olaraq bioloji tera‐ piyaya orqanizmin endoekologiyasının bir güclü bərpa metodu kimi daxil olunur. Yelena Subbotina, onkoloq, homotoksikoloq

Ünvan: Bakı şəh., 3 mkr., M.Әcəmi metrosunun yaxınlığı, Cavadxan küç.,24 Tel/Faks: (012) 430 8989 (070) 430 8989 http//www.heel.az


34


35 Bəzən elə olur ki, məzuniyyətdən sonra yeni qüvvə toplayaraq, işə başlamaq istəyirsən, amma… hiss edirsən ki, heç bir gücün yoxdur (nə yenisi, nə də ki bir başqası)… Sanki iki həftəlik dolğun isti‐ rahət əvəzinə gecə‐gündüz kərpic ilə dolu vaqon boşaltmısınız və yeganə arzunuz yalnız uzanmaq və yatmaqdan ibarətdir. Lakin əngəl ondadır ki, hətta yuxudan sonra da yorğunluq keçmir. Bəs, nə baş verir? Cəmi yarım əsr əvvəl bu suala cavab əvəzinə sizə ö zünüzü ələ almaq və həkimin vaxtını alma‐ mağı məsləhət gö rərdilər. Lakin ehtimal ki, sizə xroniki yorğunluq sindromu diaqnozu təyin edilmə‐ lidir (XYS). Məhz bu vəziyyətdə əmək və istirahət rejimindən asılı olmayaraq, insan ö zünü yorulmuş və üzülmüş hiss edir (əsəbi, fiziki). Orqanizmdə baş verən belə dəyişikliklərin dəqiq səbəbi hələ ki məlum deyil.

SİMPTOMLAR Məlumdur ki, erkən mərhələdə XYS ö zünü adi KRX kimi gö stərə bilər. Yəni, hərarət bir qədər artır, boğaz acışır, limfatik düyünlər bö yüyür və arabir ağrıyır və s. Xroniki yorğunluq sindromunun ilk simptomlarından daha birisi – sutkanın işıqlı vax‐ tında yüksək yuxululuqdur. Bu zaman həmçinin, daima nə isə yemək istəyirsinizsə, sayıq olmaq lazımdır. Orqanizminizə diqqət yetirin – çox güman ki, aşağıdakı əlamətlər də aşkar olunacaqdır: • Zəiflik və kəskin qüvvətsizlik; • Yaddaşın pisləşməsi və diqqəti cəmləşdirmə qabiliyyətinin zəifləməsi; • Aşağı iş qabiliyyəti; • Yüksək əsəbilik və tez‐tez ovqatın dəyişməsi; • Vaxtaşırı təkrarlanan və nəzərə çarpan səbəb‐ siz əmələ gələn baş ağrıları (və dərman qəbulundan asılı olmayaraq keçən); • Yuxu pozğunluğu (yuxusuzluq); • Bədən çəkisinin nəzərə çarpan dərəcədə azal‐ ması və ya (paradoks!) artması; • Oynaq və onurğa sütununda vaxtaşırı əmələ gələn ağrılar; • Apatiya tutmaları. Bütün sadalanan simptomlar üç maraqlı xüsusiyyətə malikdir. 1. Onlar kifayət qədər tez (bir neçə həftə ərzində) proqressivləşir. 2. Onları hər hansı somatik xəstəliyinin mö vcud‐ luğu ilə izah etmək olmur (əksər hallarda). 3. Kompleks müayinə orqanizmin vəziyyətində obyektiv dəyişiklikləri aşkar etməyə imkan vermir, praktiki olaraq, bütün laborator gö stəricilər norma daxilindədir.

DİAQNOSTİKA Bu xəstəliyin tanınması o qədər də asan deyil. Ona görə də həkim çox zaman anemiya, hipotireoz, qrip, depressiyadan öncəki vəziyyət, dağınıq skleroz, sis‐ temli qurdeşənəyi və ya ağ ciyər emfizeması kimi daha ciddi xəstəlikdən şübhələnir. Beləliklə, pasiyentin şikayətlərini aydınlaşdıraraq, mütəxəssis bir neçə vacib diaqnostik meyarları rəhbər tutmalıdır: • XYS‐un aparıcı əlamətləri (pis, səthi yuxu, yuxu‐ ya getmənin çətinləşməsi, gecə yuxusundan sonra əzginlik, bir qədər artmış hərarət, böyümüş limfatik düyünlər və s.) minimum yarım il mövcud olur. • Pasiyentdə KRX, angina, bronxit və bu sıradan olan xəstəliklərə meyllik aşkar edilir (müntəzəm olaraq, nə ilə isə xəstələnir). • XYS‐un əsas simptomlarının üzə çıxmasına hər hansı virus infeksiyası səbəb olmuşdur. • Çox zaman xroniki yorğunluq zamanı asteno‐ depressiv sindromun bütün əlamətləri əmələ gəlir. • Pasiyentin dalaq ölçüləri nəzərə çarpan dərəcədə böyümüşdür. Bir sözlə, unutmayın: hətta 200% xroniki yorğun‐ luq sindromundan əmin olduğunuz halda belə, həkim ilə məsləhətləşmək heç də artıq olmaz.

SƏBƏBLƏR Belə hesab edilir ki, xroniki yorğunluq sindromu‐ nun inkişafı üçün zəmini yenə də zəifləmiş immunitet yaradır. Və təbii ki, daima əldən düşənədək işləmək vərdişi və həyat qüvvələrinin bərpasının qeydinə qal‐ mamaq. Müntəzəm stresslər və yuxu çatışmazlığı da o sıraya daxildir. Bu da, öz növbəsində, əsas müdafiə sistemini daha çox zəiflədəcəkdir.

RİSK AMİLLƏRİ Xroniki yorğunluq sindromu daha çox emosional, özünü bütövlüklə işə (o cümlədən, ev işinə) həsr etmiş insanların aqibətinə çevrilir. İlk növbədə, özünə qarşı tələbkar, öz imkanlarının qiymətini şişirdən və həmişə quca bilmədiyini qucmaq istəyənlərin (öz sağlamlığının hesabına) qarşısına çıxır. Xroniki yorğunluq sindromunun daha bir neçə tipik inkişaf riskləri: • Bəzi xəstəliklər (xroniki infeksiyalar – o cüm‐ lədən, cinsi yol ilə keçən, hipertoniya, vegetodamar distoniyası); • Kompüter arxasında uzun müddət keçirmək; • Monoton iş; • Kifayət qədər olmayan fiziki gərginlik; • Qeyri‐rasional, çox kalorili rasion; • İş ilə əlaqədar olmayan hər hansı həvəsin (hob‐ binin) olmaması; • Müsbət emosiyaların azlığı.


36 MÜASİR TƏBABƏT ARSENALI Mütəxəssis sizə aşağıdakıları məsləhət edəcəkdir: • Medikamentoz vasitələr ilə müalicə kursu (vitamin‐mineral komplekslər, nootrop və immunomoduləedici preparatlar, adaptogenlər və s.); • Xüsusi pəhriz; • Masaj və müalicəvi bədən tərbiyəsi; • Autogen təlimlər və xüsusi psixoloji treninqlər.

GÜMRAH QİDALANMA Rasionunuzda bolluca maq‐ nium, kalsium, dəmir və mis, eləcə də, B qrupu vitaminləri və askorbin turşusu olmalıdır. Bütün adı çəkilən maddələr aşağıdakı məhsulların tərkibində mö vcud‐ dur: dənli bitkilər, yarmalar (arpa, qarabaşaq, darı), kəpək, kobud üyüdülmüş undan hazır‐ lanmış çö rək, paxlalılar, fındıq, qoz, badam, çuğundur, yerkö kü, turp, baş soğan, yarpaqlı tərəvəz‐ lər, tərəvəz gö vdəsi, kələm, pomi‐ dor, ispanaq, kartof, qırmızı bibər, qıtığotu, sarımsaq, şüyüd, qara qarağat, çaytikanı, ərik, itburnu, çiyələk, bö yürtkən, moruq, gilas, sitrus meyvələri, süd, kəsmik, pendir, yağsız ət, dəniz balığı, dəniz məmulatları, gö bələklər, qara ciyər, yumurta. Həftədə bir dəfə boş gün təşkil edin və bu gün ərzində çoxlu su, yaşıl çay, təzə sıxılmış meyvə, giləmeyvə və tərəvəz şirələri için. Çoxlu piyada gəzməyə çalışın. Çoxları (xüsusən də, gənc və sağlam insanlar) xroniki yorğun‐ luq sindromu ilə rastlaşdıqda, səhvə yol verirlər. Belə ki, güm‐ rahlığı artırmaq məqsədi ilə onlar stimullaşdırıcı vasitələrdən isti‐ fadə edir: müxtəlif energetik içki‐ lər, çox bö yük dozada tünd qəhvə içir və hətta psixostimulyator qəbul edir. Axşamlar gərginliyi azaltmaq və rahatlaşmaq məqsədi ilə alkoqoldan istifadə etməyə

başlayır. Gecə daha yaxşı istirahət etmək və yuxudan doymaq üçün onlar yuxu gətirici preparatlar‐ dan istifadə edir. Orqanizmə qarşı belə münasibətin yaxın gələcəkdə hansı fəsadlar ilə nəticələnməsini anlamaq o qədər də çətin deyil…

24 SAAT YORULMADAN • Hər yeni gün səhərdən, yəni, oyanmadan başlayır. Və səhərin necə açılmasından gələcək günün uğuru yarıbayarı asılıdır. Ona gö rə də iki vacib qaydaya riayət edin. İlk nö vbədə, zəngli saatdan imtina edin. Sadəcə, ö zünüzü lazım olan vaxtda oyanmağa ö yrəşdirin – təxəyyül gücü və bioritmlərin kö məyi ilə. Hər gün yuxuya getməzdən əvvəl saatın sizə lazım olan rəqəmini gö stərən siferblatını gö zünüzün ö nünə gətirin. Tədricən məhz bu vaxtda oyanmağa başlayacaqsınız. Və daha bir məsləhət: heç zaman yuxudan hö vlnak qalx‐ mayın, sanki başınıza qaynar su tö külmüş kimi. Gö zlərinizi açmadan, bir qədər uzanın, xoş xəyallara dalın, ayaq, əl bar‐ maqlarınızı tərpədin, tədricən qanı əzələlərə qovun, sonra yaxşı‐ ca dartının. Və yalnız sonra gö zlərinizi açın və aramla qalxaraq, çarpayının kənarında oturun, bir daha dartının və qalxın. Oyanma xoş olmalıdır, bu zaman gün ərzində uğurlu və yaxşı əhval‐ruhiyyə təmin olun‐ muş olar. • Yataqdan qalxdıqdan dərhal sonra sərin su ilə yuyunun və bir neçə qurtum otaq temperaturun‐ da olan su için. İndi bədəninizin açılması üçün bir neçə hərəkət edin və kontrast duş qəbul edin. Bütün hərəkətlər təbii olmalı, onları yerinə yetirmək üçün güc tətbiq etmək lazım deyil. Yoqlar su proseduralarından sonra imkan dairəsində silinməməyi məsləhət gö rür. • Heç bir zaman heç bir

bəhanə ilə səhər yeməyini burax‐ mayın! Suda bişirilmiş yulaf sıyığı, pendirli buterbrodlar, yağsız yoqurt, limonlu isti çay, banan – ö zünüzə istənilən səhər yeməyi menyusunu tərtib edə bilərsiniz. Әsası odur ki, mütləq səhərlər yemək lazımdır. Әks halda gecə yuxusundan sonra qanın qatılığı yüksək olaraq qala‐ caq, ürəyin üzərinə düşən yük artacaq və bu da, ö z nö vbəsində, üzünüzdə yorğunluq əlamətlərinin əmələ gəlməsini yaxınlaşdıracaq. Bundan başqa, trombların əmələgəlmə ehtimalı artacaq. İşə gedərkən, yolda tələs‐ məyin, tədricən ö zünüzü iş ahənginə kö kləyin. Dəqiq iş planı ö zünüzə əminliyi artırar və enerji sərfini azaldar. • İşdə olarkən, heç zaman bir dəfəyə bir neçə iş yerinə yetir‐ məyə çalışmayın. Onları prioritet qaydası üzrə sıralayın və işə başlayın. • Gün ərzində vaxtaşırı kiçik fasilələr edin. Təxmini sxem: 30‐ 40 dəqiqə – iş, 3‐5 dəqiqə – fasilə (gö zlər üçün bir neçə hərəkət, bir qurtum mineral su, yaxınlara zəng), 40 dəqiqə – iş, 5‐10 dəqiqə – fasilə və s. • İşdən sonra mütləq yekun vurun: nəyi etməyi çatdırdınız, nəyi çatdırmadınız, nəyi yaxın vaxtda etmək lazımdır. Heç bir səbəbə gö rə evə iş gö türməyin – evdə yalnız istirahət! • Axşam evə gələrkən, bütün diqqətinizi evdəkilərə yö nəldin. İş ilə bağlı hər şeydən kənarlaşın, uşaqlar ilə oynayın, gəzintiyə çıxın, qiraət edin – yəni, müsbət emosiyalar mənbəyi axtarın. Qonaq çağırın (yaxud ö zünüz qonaq gedin), məzəli əhvalatlar danışın, gülün – bir sö zlə, ö zünüzə hər axşam kiçik bayram təşkil etməyə çalışın. • Yuxudan əvvəl mütləq isti duş qəbul edin (yaxud vanna, amma uzun müddət yox).


39

Azərbaycanda “Berlin‐Chemie” Nümayəndəliyi Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 7 mərtəbə Tel: +994 12 436 88 41 Faks: +994 12 436 88 42

Ağrısız hərəkət! Adətən, yağış, qar, külək və islanmış ayaqlar oynaq ağrılarının daimi cığırdaşlarıdır. Belə ağrılar‐ dan əziyyət çəkənlər yaxşı bilir: quru isti havalarda ağrı arabir fasilə verirsə, yağışın yağması, küləyin əsməsi kifayətdir ki, «sevimli» dirsək, diz yaxud bel ağrısı öz mövcudiyyətini bizə xatırlatsın. Hər gün hərəkət edərkən, biz əzilmə və zədələnmə, oynaq və əzələlərin iltihablaşmasından sığortalan‐ mamışıq. Oynaq ağrılarından planetin hər yeddinci sakini əziyyət çəkir. Və bunu qocalığın xəstəliyi hesab etməyə dəyməz. O, 30‐40 yaşından başlayaraq, insan‐ lara zərbə vurur, 55 yaşından sonra isə – bu, yer kürəsi əhalisinin 80%‐nin probleminə çevrilir. Son zamanlar xəstəlik gənc yaşlarda da təsadüf olunur və buna səbəb irsi meyllik və həyat tərzidir. Erkən mərhələdə, oynaqlarda dəyişikliklərin minimal olduğu zaman xəstəlik narahat etməyə də bilər. Lakin zədələnmələr proqressivləşdikcə oynaqlar ağrımağa başlayır. Әvvəlcə bu, böyük gərginlik zamanı əmələ gələn periodik ağrılardır. Sonradan onlar daha da güclənir və bəzən sakit şəraitdə də baş verir. Zaman ötdükcə ağrılar mün‐ təzəm və güclü olur, hərəkəti məhdudlaşdırır. Bütün bu hallarda «Berlin‐Chemie» şirkətinin Fastum® Gel preparatı köməyinizə gələr. Dünyada artıq 20 milyondan çox insan ondan faydalanmışdır. Fastum® gel qeyri‐steroid iltihabaqarşı preparatlara aiddir. Təsir edən maddə ketoprofendir. O, ağrıkəsici, iltihabaqarşı, antiekssudativ və ödeməqarşı təsir göstərir. Müalicəvi effekt prostaqlandinlərin – iltihabi reaksiya və ağrı törədən maddələrin istehsalının azalması ilə əlaqədar‐ dır. Köməkçi maddələr sayəsində Fastum® Gel tez bir zamanda zədələnmə ocağına – bilavasitə ağrı nahiyə‐ sinə sirayət edir. Nerol və lavanda yağları ketoprofen

təsirini gücləndirir. Fastum® gel ağrını və yerli hərarət artmasını kifayət qədər tez aradan qaldırır (15‐30 dəqiqə ərzində), iltihabaqarşı təsir isə təxminən bir həftə müntəzəm istifadədən sonra təzahür olunur. • Fastum® gel xüsusi su‐spirt əsasında hazırlanmış müasir yüksək effektli vasitədir. • Fastum® gel ketoprofenin tez sirayət etməsini və ağrı və iltihabın mərkəzində onun yüksək qatılığını təmin edir. • Fastum® gel çox tez hopur, paltarda yağlı ləkə saxlamır. • Fastum® gel xoş lavanda ətrinə malikdir. • Fastum® gelin düzgün istifadəsi davamlı və bariz effekti təmin edir. ‐ Әvvəla, preparatı təmiz dəri üzərinə, daha yaxşı olardı ki, isti vanna və ya duş qəbul etdikdən sonra sürt‐ mək lazımdır – bu, onun tez sorulmasını və iltihab ocağında yayılmasını təmin edir. ‐ İkincisi, tövsiyə edilən dozanın artırılması (bir dəfəyə 3‐5 sm‐dən artıq olmayaraq gel sürtülür) effek‐ tivliyin artmasına gətirib çıxarmayacaq, əksinə, bir sıra xoşagəlməz dəri reaksiyalarına təhrik edə bilər. Orta istifadə bölünməsi sutkada 2‐3 dəfə təşkil edir. ‐ Üçüncüsü, Fastum® gelin istifadəsinin effektini preparatın applikasiya formasında yerləşdirilməsi zamanı əhəmiyyətli dərəcədə artır. Bunun üçün tənzif sarğısı gel ilə hopdurulur və sonradan dəri üzərinə yer‐ ləşdirilir. Sonra ağrıyan nahiyəni isti şərf və ya şal ilə bürümək lazımdır. Yeni nəsil preparatı olan Fastum® geli seçin — bu, oynaq ağrılarına qarşı sınanılmış yüksək effektli və təh‐ lükəsiz vasitədir ! Fastum® gel ‐ ağrısız hərəkət deməkdir!


40


41 Elə insanlar var ki, anadangəlmə ağrıya qarşı həs‐ sas deyil. Bunun səbəbkarı genetik qüsurdur, belə ki, bu «bəxtəvər»lərə qibtə etməyə dəyməz, axı, onlarda qorxulu təhlükə haqqında siqnal verən çox vacib sis‐ tem fəaliyyət göstərmir.

SAĞLAMLIĞIN GÖZƏTÇİ KÖPƏYİ Ağrı vasitəsi ilə orqanizm haradasa qəza baş ver‐ məsi haqqında operativ məlumat alır. Sadə bir misal: təsadüfən əlinizi yaralamısınız və zədələnmə yerindən çoxlu miqdarda aktiv maddə ifraz olunur. Həssas sinir ucları dərhal bu maddələri sezir və «rəhbərliyə» ‐ baş və onurğa beyninə – siqnal ötürür. Yuxarıdan bir anda cavab siqnalı daxil olur – əlini çəkmək. Bütün zəncir saniyə anı təşkil edir. Sonra zədələnmə zonasına yaranı yamamaq məqsədi ilə immun sistemi hüceyrələri yol‐ lanır. Bir dəqiqəlik təsəvvür edin ki, ağrı yoxdur. Әlini çəkmək haqqında siqnal daxil olmur və zədələnmə daha ciddi olur. Ona görə də ağrı sağlamlığın gözətçi köpəyi adlandırılır. Ağrını yumşaltmaq üçün orqanizmdə antiağrı sistemi də mövcuddur. Baş beyində təbii analgetiklər, misal üçün, güclü ağrıkəsici təsirə malik olan hormonlar – endorfinlər ifraz edən sahə mövcuddur. Ağrı orqanizmin işində baş verən müxtəlif nasaz‐ lıqlar haqqında siqnal verərkən də faydalıdır. Elə də olur ki, nasazlıqlar artıq aradan qaldırılmış, ağrı isə qalmışdır və bu halda o, müttəfiqdən düşmənə çevrilir. Məsələ burasındadır ki, bir dəfə ağrıya reaksiya vermiş sinir telləri yüksək döyüş hazırlığı vəziyyətində qalır və hətta zədələnmələr artıq olmasa da, sinir impulsları yaylımları açır. Məhz bu qayda ilə üçlü sinir iltihabı inkişaf edir. Bəzi hallarda ağrı əzələ gərginliyindən sonra əmələ gəlir. Misal üçün, gün ərzində fasiləsiz olaraq kompüter və ya kitaba baxırsınızsa, boyun əzələləri daimi gərgin vəziyyətdə olur və nəhayət, baş ağrıları əmələ gəlir. Həkimlər bu hissiyyatları gərginlik baş ağrıları adlandırır. Gərgin vəziyyətdə olan əzələlər sinir kötükcüklərin normal qan təchizatına mane olur və onlar ağrı ilə cavab verir. Ona görə gərginlik baş ağrılarından azad olmağın ən yaxşı üsulu əzələləri xüsusi hərəkətlər və masaj köməyi ilə boşaltmaqdır. Hər kəs ağrını müxtəlif dərəcədə hiss edir. Birisi üçün stomatoloqun yanına gediş – işgəncədir, başqası isə sınıqdan sonrakı ağrını sakit keçirir. Qadınlarda ağrı hissiyyatı həddi kişilərə nisbətən aşağıdır və onlar müx‐ təlif ağrılardan daha çox əziyyət çəkir. Qadınlar ümumi narkozdan sonra daha tez oyanır, lakin travma və əməliyyatlardan sonra onlara daha çox ağrıkəsici vasitə lazımdır. Ağrı haradan gəlir? Orqanizmdə dörd güclü ağrı «generatoru» mövcuddur. Onlardan birincisi – dəridir. Bu nəinki bədənin ən həssas həmçinin ən böyük

orqanıdır. Daxili orqanlar da ağrı reseptorları ilə təchiz olunmuşdur, onurğa və baş beynin isə ağrı hissiyyatları dispetçeri rolunun öhdəsindən müvəffəqiyyətlə gəlir.

AĞRIDAN YUXARI Ağrıya münasibət çox vacibdir. Әlbəttə ki, ağrı heç zaman arzulanan qonaq deyil, lakin o, artıq gəlmişsə, ondan uzaqlaşmağa çalışın. Fikrinizi onun üzərində cəmləşdirsəniz, xoşagəlməz hissiyyatlar daha da güclənəcəkdir. Ağrının öhdəsindən gəlməyə bizə ağrıkəsici preparatlar kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı onları «ağrısızlaşdırma nərdivanının» üç pil‐ ləsi üzərində yerləşdirmişdir. Pillə № 1. Qeyri‐steroid iltihabaqarşı preparatlar. «Qeyri‐steroid» adı qeyri‐hormonal deməkdir. Bu həblər yüngül ağrını aradan qaldırır və periferiyada ağrını hiss edən sinir sonluqlarına təsir edir. Onlar güclü olmayan baş ağrıları və bel ağrıları, travma və zədələnmələrdə yaxşı kömək edir. Onları həmçinin aybaşı zamanı xoşagəlməz hissiyyatları yüngül‐ ləşdirmək məqsədi ilə də qəbul etmək olar. Adətən, bu tabletlər həkim resepti olmadan da satılır – onlar isti‐ fadədə təhlükəsizdir. Pillə № 2. Zəif opiatlar baş beynə opiumun təsir etdiyi sahələrdən təsir edir, lakin ondan xeyli daha zəif maddədir. Bu, kodein tərkibli maddələrdir. Bu qəbildən olan preparatlar ciddi travma və ya əməliyyat‐ dan sonrakı ağrını yüngülləşdirməyə kömək edir. Onları yalnız həkim nəzarəti altında qəbul etmək lazımdır. Pillə № 3. Morfin və onun analoqları, hətta dözülməz ağrını da aradan qaldırır. Bu, çox effektiv, lakin kifayət qədər təhlükəli vasitələrdir, ona görə də onlar daha çox xəstəxana şəraitində istifadə edilir. Kombinə olunmuş dərman preparatlarının tərki‐ bində ağrıkəsicilərə digər komponentlər də əlavə olunur: • Spazmolitiklər qarın ağrısı, baş və menstrual ağrılar zamanı spazmı azaldır. • Antidepressantları həkimlər bəzən müxtəlif xroni‐ ki ağrılar zamanı istifadə etməyi məsləhət edir. • Sakitləşdirici vasitələr aşağı ağrı hissiyyatı həddi olan insanlarda ağrıkəsicilərin təsirini gücləndirir.

HƏKİM AĞRIKƏSİCİ TƏYİN ETMİŞDİRSƏ… • Həbləri yeməkdən bir qədər sonra qəbul edin. Analgetiklərin əksəriyyəti ac qarına qəbul edildikdə mədənin selikli qişasını qıcıqlandırır. • Mümkün qədər çox maye için, üstünlüyü meyvə, tərəvəz və kəpəkli çörəyə verin – bu, bağırsağın nor‐ mal işinə kömək edir, çünki analgetiklər qəbizliyə səbəb olur. • Hərəkət edin: əzələlər işə düşərkən, orqanizm


42 ağrıdan daha vacib işlər üzrə cəmlənir. Müalicəvi soyuq və istini müxtəlif vəziyyətlərdə isti‐ fadə etmək lazımdır

EV SİMPTOMAYZERİ BAŞ AĞRISI Haradan başlayır? Baş ağrıları səbəblərinin sayı həddən artıq çoxdur: fəqərələrin yer dəyişməsi və ya boyun əzələlərinin spazmı, baş beyin damarlarının qısa müddətli spazmı, intensiv müşahidə gərginliyi və ya kəllədaxili təzyiqin artması. Düzgün müalicə təyin etmək üçün, müayinədən keçmək və səbəbləri aşkar etmək lazımdır. Təcili yardım. • Birinci pilləyə aid olan istənilən analgetiklərdən istifadə edin. • Başın yalnız sağ və ya sol yarısı ağrıyırsa, ehtimal ki, bu, miqrendir. • Soyuq kompres qoyun. • İsti ayaq vannası edin. Təcili həkimə! Baş ağrıları ürəkbulanma, qusma, görmə qabiliyyətinin pozulması və ya ikiləşmə, kəskin zəiflik və əldə və ya ayaqda «vicvicə» hissi ilə müşayiət olunursa, mütləq terapevt və ya nevropatoloqla məs‐ ləhətləşin.

SAĞ BÖYÜR AĞRILARI Haradan başlayır? Sağ böyürdə, qabırğa altında, yeməkdən sonra əmələ gələn ağrılar çox zaman öd axarının pozulması ilə əlaqədardır. Adətən, onlar bayramlardan sonra əmələ gəlir. Öd öd kisəsində durğunlaşır və orqanizm nasazlıq haqqında ağrı siqnalı alır. • Yüngül qida ilə məhdudlaşın, müvəqqəti olaraq yağlı və qızardılmış ərzaqlardan imtina edin. • Öd kisəsində daş yoxdursa, yeməkdən əvvəl min‐ eral su için. Әvvəlcədən qapağı açın ki, qaz çıxsın. Çoxlu duz tərkibli istənilən mineral su yarayar. Yeməkdən əvvəl yarım stəkan mineral su öd axarını normallaşdırır və ağrını azaldır. Təcili həkimə! Sağ böyürdə ağrılar artırsa, qusma, yüksək hərarət əmələ gəlirsə, dərinin rəngi isə sarımtıl çalar alırsa, təcili olaraq xəstəxanaya getmək lazımdır. Ehtimal ki, xırda daş öd axarı yollarını qapamışdır.

BEL AĞRILARI Haradan başlayır? Onurğa sütunu osteoxondrozu və ya fəqərəarası disklərin yırtıqları bel nahiyəsində çox zaman ayaq və ya çanaq‐bud oynağına yayılan ağrılara səbəb olur. Ağrı qəflətən hər hansı bir hərəkət‐ dən sonra başlaya bilər: bəzən, ağır çanta və ya uşağı qaldırmaq kifayətdir. Bədənin vəziyyətini dəyişən zaman ağrılar güclənir, bəzi hərəkətləri isə etmək ümu‐

miyyətlə, mümkün deyil. Bunun səbəbkarı onurğadan çıxan sinir kötükcükləridir. Fəqərələr yerini dəyişdikdə, zərif sinir telləri sıxılır və SOS siqnalı verir. Təcili yardım. • Hərəkətsizlik və bir daha hərəkətsizlik!! Hətta kiçik masaj belə vəziyyəti xeyli pisləşdirə bilər. • Yumşaq döşəklərdən imtina edin! Yalnız bərk döşək üzərində yatın. • Ağrının öhdəsindən iltihabaqarşı vasitələr yaxşı gəlir. Nə vaxtsa mədə xorasından əziyyət çəkmişsiniz‐ sə, bu dərmanları qəbul etməzdən əvvəl mütləq həkim ilə məsləhətləşin. • Quru isti zədələnmə yerində əmələ gələn ağrılı əzələ spazmını aradan qaldırır. İsti yun köynək və ya toxunma şərf ‐ əsl sizə lazım olan əşyalardır. • Bel ağrıları sakitləşməyincə istənilən fiziki hərəkətlər qadağandır. Təcili həkimə! Bel ağrılarından başqa, ayaqların keyiməsini hiss edirsinizsə, dərhal xəstəxanaya getmək lazımdır. Bu, o deməkdir ki, sinir kötükcüyü sıxılmadan ciddi zədələnmişdir.

MARAQLI TƏBABƏT • Dil, burun, ovuclar, ayaqların altı, əl barmaqları‐ nın ucları və ayaq barmaqları arasındakı qatlar, qoltuqaltı çuxurlar, boğaz və belin orta xətti üzrə dəri zolağı ağrını daha kəskin şəkildə hiss edir. Hər birimi‐ zin üzündə ağrıya qarşı tamamilə hissiyyatı olmayan nazik dəri zolağı mövcuddur. O, ikinci kötük dişlərdən ağız bucaqlarınadək uzanır. • Ağrı hissiyyatı yaş ilə əlaqədar dəyişir. Әn zərif yaş – 10 yaşından 30 yaşadəkdir. Bu dövrdə insanlar ağrılı hissiyyatlara qarşı daha həssasdır. Aşağı və ya yuxarı yaşda olanlarda ağrı hissiyyatı zəifləmişdir, lakin ağrı əzabına dözmək onlar üçün dəfələrlə çətindir. • Tibdə yüzə qədər tamamilə hissiyyatsız, anadan‐ gəlmə dövründən başlayaraq bir dəfə də olsun ağrı hiss etməmiş şəxs haqqında məlumatlar mövcuddur. • Amerikalı həkimlərin fikrincə, pasiyentin hiss etdiyi ağrını savadlı təsvir etməsi, 10 haldan 9‐da analizlər və müayinələrin nəticələrini gözləmədən həkimə düzgün diaqnoz qoymaqda kömək edir. • Statistikaya görə, planetimizin əhalisinin 90%‐i vaxtaşırı baş ağrılarından şikayət edir. Onlar bilsəydilər ki, başda ağrıyası heç nə yoxdur, yəqin ki, son dərəcə təəccüblənərdi! Baş beyni yaradarkən, təbiət onun insana zərrə qədər də narahatlıq törətməməsi haqqında düşünmüşdür. Bu, bizim bədəndə yeganə orqandır ki, ağrı reseptorlarından məhrumdur. Ona görə də, ney‐ rocərrahi əməliyyatları narkozsuz etmək olar, halbuki bütün başqa əməliyyatlar ümumi və ya yerli ağrısız‐ laşdırma tələb edir. Sədaqət Rüstəmova tibb elmləri namizədi


43

Sakit susmaq və dözmək, yoxsa... Qəbizlik başqaları ilə müzakirə olunması çətin olan mövzulardan biridir. Amma əslində, bu, ciddi bir problemdir. O, insanın həyatını həm fiziki, həm də mənəvi çətinliyə məruz qoya bilər. Qəbizlik ancaq psixoloji diskomfort deyil, eyni zamanda orqanizmin yığılmış toksinlərlə zəhərlənməsi deməkdir. Bunun nəticəsi kimi insanda işta‐ hanın azalması, gəyirmə, ağızdan

xoşagəlməz qoxu, yorğunluq, baş ağrıları, əsəbilik, meteorizm, dəridə sızanaqlar, ləkələr və s. özünü göstərir. Qəbizlik niyə yaranır? Bu prob‐ lemlə rastlaşan insanlar nə etmə‐ lidirlər? Susmaq və dözmək, yoxsa buna qarşı mübarizə etmək? Bu məqsədlə sizə aşağıdakı çox sadə və effektiv tədbirləri məsləhət görərdik: • Әn birincisi öz yeməyinizə fikir verin. Rejimə riayət edib, çalışın eyni vaxtda qida qəbul edəsiniz. Meyvə, tərəvəz və quru meyvələrə üstünlük verin, çünki bu məhsullar qida lifləri ilə zəngindirlər. • Kifayət qədər maye içirsiniz‐ mi? Gün ərzində ən azı 2 litr maye qəbul etmək lazımdır. Səhəri ac qarnına 1 stəkan soyuq suda həll olunmuş bir qaşıq bal ilə başlayın. • Fiziki aktiv olun. Әgər sizin idman ilə məşğul olmağa vaxtınız yoxdursa, piyada gəzməyə üstünlük verin. Hər gün azı 20‐30 dəqiqə piyada gəzməklə bağırsağın normal işləməsinə kömək etmiş olursunuz. • Bağırsağın təbii çağırışına qulaq asın, hətta bu, sizi işdən ayır‐ sa belə. Çünki əgər belə çağırışlar uzun müddət “cavabsız” qalsa,

onlar tədricən sönürlər və xroniki qəbizlik üçün əlverişli şərait yaranır. • Həyat tempini və gərginliyi bir az azaldın. Әsəbilik, gərginlik, qorxu və narahatçılıq zamanı bağır‐ sağın peristaltikası zəifləyir. • Ürəkdən gülmək də sizə kömək edir. Gülüş bağırsağa masaj təsiri göstərir, həzmi yaxşılaşdırır və stressdən azad edir. • Qəbul etdiyiniz dərmanları gözdən keçirin. Antasidlər, antihist‐ aminlər, diuretiklər, kalsium tərkib‐ li, Parkinsonizm əleyhinə və s. dər‐ manlar qəbizlik yarada bilər. • Әgər qəbizlik sizi çox narahat edirsə, vaxtaşırı təmizləyici imalə və ya şamdan istifadə etmək olar. Lakin unutmayın ki, müntəzəm isti‐ fadəsi yol verilməzdir. Yuxarıda göstərilən məsləhətlər effekt vermirsə, qəbizlik davam edirsə, bu, onu göstərir ki, sizdə ciddi bağırsaq problemi ola bilər və bu halda işlədici dərmanlarla öz başına müalicə etməyə tələsməyin. Bu dərmanları uzun müddət isti‐ fadə etdikdə, “tənbəl” bağırsağa gətirib çıxara bilər. Məsləhət görərdik ki, belə hallarda mütəxəs‐ sisə müraciət edərək, müayinədən keçib, professional müalicə alasınız. Belə mütəxəssislər HB Klinikada çalışır və sizə yüksək səviyyədə kömək edərək, sağlam həyata qayıt‐ maq üçün əlindən gələni etməyə hazırdırlar. Vəfa Cəlalova HB Klinikasının həkim‐cərrahı


44 B hepatiti ilə xəstə olan insan ilə ünsiyyətdə olmaq bu xəstəliyə yoluxmaq deməkdirmi? İlk növbədə ünsiyyətin məhz hansı şəkildə keçməsi vacibdir. Bu insan ilə intim əlaqədə olmadıqda, inyeksiya üçün eyni şprislərdən istifadə etmədikdə, ümumi alətlər ilə manikür proseduraları etmədikdə, narahat olmağa dəyməz. Bu halda sağlamsınız, çünki B hepatiti virusu yalnız yoluxmuş insanın qanı və bioloji mayeləri vasitələri ilə keçir. Sizin və B hepatiti ilə xəstə olan insanın arasında intim əlaqə baş vermişsə və bu zaman qorunma vasitələrindən istifadə olunmamışsa, müayinə sadəcə mütləqdir. Bunu, həmçinin, eyni şprislərdən, manikür alətlərindən, tatuirovka və pirsinq məqsədi ilə işlədilən iynələrdən istifadə etdikdə də yerinə yetir‐ mək lazımdır. Bütün bu hallarda yoluxma riski

kifayət qədər böyükdür. Müntəzəm olaraq gözəllik salonlarına gedən insanlar B hepatiti üzrə risk qrupuna daxildir. Özünüzü maksimum dərəcədə təhlükəsizləşdirmək üçün özünə yaxşı etibar qazanmış və sanitar nor‐ malarına ciddi riayət edən müəssisələrə müraciət edin. Etibarı yoxlamaq o qədər də çətin deyil. Pis xəbərlər həmişə tez yayılır. Yeni salona getməzdən əvvəl, məlumat toplayın. Tanışlarınız ilə söhbət edin, internetdə bu salon haqqında rəyləri oxuyun. Belə ki, istifadə edildikdən sonra bütün manikür alətləri mütləq təmizlənməlidir. Әvvəlcə xüsusi məh‐ lul ilə. Sonra xüsusi aparatda 200°C‐dən az olmayan temperatur şəraitində və 45 dəqiqədən az olmamaqla termik emal vacibdir. Yalnız bu şəraitdə virus məhv olur. Spirtli məhlul buna zəmanət vermir.

Daimi

HEPATİT


45 Kişidə xroniki B hepatiti aşkar edilmişsə, bu, mayalanmaya və bətndə uşağın bəslənməsinə mane olmur. Xoşbəxtlikdən, virus hepatitlərinə atalardan yoluxma praktiki olaraq mümkün deyil. O, yalnız ana xətti ilə və daha çox doğuş zamanı ötürülür. Ona görə də hamiləliyi planlaşdırmazdan əvvəl qadın mütləq müayinədən keçməlidir. Sağlamdırsa, hepatitə qarşı peyvənd etməlidir. Tam vaksinasiya kursu zamanı immunitet 5‐8 il saxlanılır. Lakin bundan sonra revaksinasiya tələb olunur. Ailə üzvlərindən birisi B hepatitinə yoluxmuşsa, digərlərinə ilk növbədə müayinə olunmaq lazımdır. Onun nəticələrindən sonrakı tədbirlər asılıdır. Hər kimsədə virus aşkar olunduqda ona daha geniş müayinə və müalicə tələb olunur. Müalicənin həcmini həkim–qastroenteroloq, hepatoloq, yaxud infeksionist təyin edir. Virus aşkar edilmədikdə vaksinasiya zəruriyyəti ortaya çıxır. Məhz o, ailənin digər üzvlərini yolux‐ madan real şəkildə qoruya bilər. Baxmayaraq ki, B hepatiti virusu asqırma, öskür‐ mə, əl sıxma vasitəsi ilə ötürülmür, xroniki B hepatiti‐ nə yoluxmuş insan ilə birgə yaşayış xəstəliyin riskini artırır. Yoluxmadan xilas olmaq üçün aşağıdakı profilak‐ tik tədbirlərə riayət edin. Yalnız fərdi şəxsi gigiyena əşyalarından istifadə edin, misal üçün, diş fırçası, daraq, manikür alətləri, üz qırxma alətləri, qaş maşaları kimi. B hepatit ilə xəstələnmiş qohumunuz yaralandıqda, ona çox ehti‐ yatla, onun qanının əlləriniz üzərindəki kiçik yaraların üzərinə düşməsinə yol vermədən yardım göstərmək lazımdır. Belə hallar üçün evdə həmişə rezin əlcəklər saxlamaq lazımdır. Paltar, yaxud yataq dəyişəyinin üzərində qan ləkələri qaldıqda, onları ehtiyatla (yenə də əlcəkdə), daha yaxşı olardı ki, pal‐ tar yuyan maşında yumaq lazımdır. Heç zaman B hepatitinə yoluxmuş insanın zinət əşyalarını, xüsusi ilə də, sırğalarını taxmayın. Xəstə qohumunuzun mütləq fərdi qab‐qacaq dəsti olmalıdır – boşqab, stəkan, fincan, süfrə dəsti. Və əlbəttə ki, B hepatitinə yoluxmuş insan ilə cinsi əlaqə zamanı həmişə prezervativdən istifadə edin. B hepatiti virusu stolun üzərində yeddi gün ərzində aktiv şəkildə qalır. Mütəxəssislərin fikrincə, otaq temperaturunda onun aktivliyi səthlər üzərində bir həftə ərzində saxlanıla bilər. Virusun belə yüksək yaşamaq qabiliyyəti bir daha ciddi ehtiyat tədbir‐ lərinə riayət olunmasının zəruriyyətinə dəlalət edir. B hepatitinə qarşı vaksinasiya ilin mövsümündən asılı deyil. Hava soyuq, yaxud istidir – bu, immu‐ nitetin formalaşmasına təsir göstərmir. Yeganə məhdudiyyət ‐ yüksək temperatur ilə müşayiət olunan kəskin və ya xroniki xəstəliklərin kəskinləşməsi dövrüdür. Bu hallarda peyvəndi sağal‐

ma anına qədər ləngitmək lazımdır. Sxem üzrə cəmi üç iynə vurmaq lazımdır: birincisi, bir aydan sonra ikincisi, daha 5 aydan sonra üçüncüsü. Daha bir təcili vaksinasiya sxemi mövcud‐ dur – B hepatitli qadınlardan doğulmuş uşaqlar üçün və virusdan təcili müdafiə tələb olunduqda. Bu halda bütün üç iynə bir aylıq fasilə ilə vurulur. Birinci peyvənd kifayət qədər tez bitən immunitet formalaşdırır – təxminən 50% peyvənd olunmuşlarda, ikincisi – 75%‐də. Üçüncü peyvənd isə müdafiə olun‐ muşların faizini 100‐ə çatdırır. Bu, B hepatitinə qarşı vaksinasiyanı digər peyvəndlərdən fərqləndirir. Misal üçün, A hepatiti zamanı immunitet artıq ilk iynədən sonra formalaşır. Burada isə yalnız tamamlanmış kurs infeksiyadan müdafiəni təmin edə bilər. Virus infeksiyası özü, adətən hamiləliyin gedişatı və nəticəsinə, həmçinin dölün inkişafına təsir etmir. O, yalnız uşağın yoluxması baxımından təhlükəlidir. Ona görə də B hepatiti hamiləliyin pozulması üçün əsas deyil. Gələcək ana həkim‐hepatoloqa müraciət etməli və müfəssəl müayinədən keçməlidir. Bu xəstəliyin hansı mərhələdə olduğunu və aktivliyini təyin etmək üçün lazımdır. Sonradan bütün hamiləlik dövründə qadın həkim‐ hepatoloqun nəzarəti altında qalmalıdır. Körpənin dünyaya gəlişinin ilk saatlarından sonra o B hepatiti‐ nə qarşı peyvənd olunmalı və spesifik immunoqlobu‐ lin daxil edilməlidir. Müasir vaksinlər 95% antigen və yalnız 5% müx‐ təlif konservantlardan ibarətdir. Məhz bu konservant‐ lar xoşagəlməz reaksiya törədə bilər. Ona görə də təcrübədə B hepatitinə qarşı vaksinlər ən təhlükəsiz və asan mənimsənilən hesab edilir. Misal üçün, yalnız hər peyvənd olunmuşdan onun‐ cusunda yerli reaksiya əmələ gəlir – yüngül qızartı və iynə yerində bir qədər bərkimə, eləcə də fəal hərəkət zamanı diskomfort hissi olur. Və yalnız 1% hallarda hərarətin mülayim artması və yüngül əzginlik əmələ gəlir. Orqanizmin vaksinə qarşı bütün bu təbii reak‐ siyaları normal hesab edilir. Onlar peyvənddən 1‐2 gün sonra əmələ gəlir və müalicəsiz maksimum 2 sutka ərzində keçir. Son zamanlar ÜST‐in tövsiyələrinə müvafiq olaraq, B hepatitinə qarşı bütün vaksin istehsalçıları tədricən aşağı dozalardan istifadəyə, yaxud preparatın tərki‐ bində tamamilə konservantlardan istifadə etməməyə üstünlük verir. Bu, peyvəndlərə qarşı əlavə mənfi reaksiyalar riskini daha da azaltmağa kömək edəcəkdir.


QORUNAN AMİNOPENISİLLİNLƏRİN XƏSTƏXANAXARİCİ PNEVMONİYANIN MÜALİCƏSİNDƏ ROLU Pnevmoniya dünya üzrə infek‐ sion xəstəliklər nəticəsində baş ver‐ miş ölüm səbəblərinə görə birinci, ümumi ölüm səbəblərinə görə isə 6‐cı yeri tutur. Müasir təbabətin nailiyyətlərinə baxmayaraq, pnev‐ moniya dünyada ciddi problem olaraq qalır və xüsusi ilə erkən yaşlı uşaqlar üçün aktualdır. UNİCEF‐in (2006) məlumatlarına görə, hər il pnevmoniyadan 5 yaşına qədər olan 2 mln. uşaq vəfat edir. Xəstələrin 80%‐i ambulator şəraitdə müalicə olunur. Bütün pnev‐ moniya hallarının 50%‐i və pnevmo‐ niya nəticəsində ölüm hallarının 90%‐i 65 yaşdan yuxarı şəxslərdə baş verir. Pnevmoniya pulmonar parenxi‐ manın kəskin infeksiyasıdır və aşağıdakı vəziyyətlərlə müşayiət olunur: • Aşağıda göstərilən simptom‐ lardan ən azı ikisi – ‐ qızdırma, üşütmə, bəlğəmli və ya bəlğəmsiz olan yeni öskürəyin əmələ gəlməsi, yaxud bəlğəm rənginin dəyiş‐ məsi ilə müşayiət olunan xroniki öskürək, döş qəfəsində plevral ağrılar, təngnəfəs‐ lik;

• Pnevmoniyaya uyğun auskul‐ tativ dəyişikliklər (lokallaşmış xırıltılar, krepitasiya, bronxial tənəf‐ füs, zədələnmiş nahiyədə tənəffüsün zəifləməsi və ya keçirilməməsi); • Rentgen müayinəsi zamanı yeni kölgənin aşkar olunması. Pnevmoniyanın tərifinə müasir yanaşmalara əsasən, iki əsas növ pnevmoniya mövcuddur: xəstəxa‐ naxarici və hospital. Bu differen‐ siasiya başlanğıc antibakterial tera‐ piya (ABT) seçimi üçün çox vacibdir. Ağır immunitet qüsuru və aspira‐ sion pnevmoniyalı xəstələrdə pnev‐ moniya ayrıca qeyd edilir. Belə yanaşma pnevmoniyaların müxtəlif səbəbli amilləri və ABT seçiminə

müxtəlif yanaşmalar ilə əlaqədardır. Xəstəxanaxarici pnevmoniya – xəstəxanaxarici şəraitdə əmələ gəlmiş və aşağı tənəffüs yolları infeksiyası əlamətləri ilə (qızdırma, öskürək, bəlğəm ifrazı, bəzən irinli, sinədə ağrı, təngnəfəslik) və aşkar diaqnostik alternativin olmadığı şəraitdə ağ ciyərlərdə «təzə» ocaqlı‐ infiltrativ dəyişikliklərin rentgenolo‐ ji dəlilləri ilə müşayiət olunan kəskin xəstəlikdir. Xəstəxanaxarici pnevmoniya – təcrübi həkimin rast gəldiyi ən böyük pnevmoniya qrupudur. Bu gün pnevmokokklar (Streptococcus pneumoniae) həm böyüklərdə, həm də uşaqlarda xəstəxanaxarici pnev‐ moniyanın ən çox təsadüf olunan törədiciləri olaraq qalır (76%‐ə qədər). Digər iki daha çox aşkar edilən törədici ‐ M.pneumoniae və C.pneumoniae – gənc və orta yaşlı şəxslərdə daha aktualdır (20‐30%); onların yuxarı yaş qruplarına etioloji "töhfəsi" cüzidir (1‐3%). L.pneumo‐ phila ‐ xəstəxanaxarici pnevmo‐ niyanın az rast gəlinən törədicisidir, lakin legionelyoz pnevmoniya xəstəliyin ölüm nəticəsi tezliyinə görə pnevmokokkludan sonra ikin‐ ci yeri tutur. H.influenzae daha çox siqaret çəkənlər və ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri olan şəxslərdə pnevmoniya törədir. Escherichia coli, Klebsielia pneumo‐ niae (nadir hallarda Enterobacte‐ riaceae fəsiləsinin digər nümayən‐ dələri) – pnevmoniyanın qeyri‐ak‐ tual törədiciləridir, adətən, məlum risk amilləri olan xəstələrdə (şəkərli diabet, durğunluq ürək çatışmazlığı, böyrək, qara ciyər çatışmazlığı və s.). S. aureus – xəstəxanaxarici pnev‐ moniyanın inkişafını bu törədici ilə əlaqələndirmək ehtimalı ahıl yaşlı şəxslər, narkomanlar, qrip keçirən

xəstələrdə daha çoxdur. Xəstəxanaxarici pnevmoniyanın ağırlıq dərəcəsinə görə ayrılması çox vacibdir – ağır və ağır olmayan. Pnevmoniyanın ağır gedişatı meyarları: xəstənin ümumi ağır vəziyyəti, kəskin tənəffüs çatışmaz‐ lığı, kardiovaskulyar çatışmazlıq, əlavə meyarlar (hiperleykositoz və ya leykopeniya , ağ ciyərlərin iki tərəfli və ya çoxpaylı infiltrasiyası, kavitasiya, massiv plevral ekssudat, sidik cövhəri azotu). Ağır olmayan pnevmoniya törədiciləri arasında S.pneumoniae, M.pneumoniae, C.pneu‐ moniae və H.influenzae üstünlük təşkil edir, halbuki, ağır pnevmoniyanın aktual törədiciləri pnevmokokk ilə yanaşı L.pneumophila, Enterobacteriaceae, S.aureus ‐dur. Antibiotiklər – xəstəliyin səbəbinə təsir edən az saylı preparatlar qrupundan biridir. Antibiotiklərin təyinatının məqsədi yoluxucu prosesin törədicilərinin eradikasiyasıdır (məhv edilməsi). Törədicinin eradikasiyası ilə nəticələnməyən müalicə fəsadların inkişaf etməsi, prosesin xronizasi‐ yası, rezistent ştammların seleksiyası və yayılmasına gətirib çıxarır. Pnevmoniyanın rasional antibakte‐ rial terapiya problemi hal‐hazırda da öz aktuallığını itirmir. Böyük ABP seçimi, bir tərəfdən, müxtəlif infeksiyaların müalicə imkanlarını genişləndirir, digər tərəfdən isə, həkim‐klinisistdən çoxsaylı anti‐ biotiklər və onların xüsusiyyətləri haqqında məlumatlı olmağı (təsir spektri, farmakokinetika, əlavə mənfi təsirlər və s.) tələb edir. Pnevmoniyanın uğurlu müalicəsi əhəmiyyətli dərəcədə törədicinin dəqiq təyinindən asılıdır. AB müali‐ cə anamnez, klinik mənzərə, epi‐


ki, istifadə olunur, lakin buna bax‐ mayaraq, antibiotik xəstəxanaxarici infeksiyaların əksər törədicilərinə qarşı, hətta ABP qarşı azalmayan rezistentlik artımı şəraitində yüksək aktivliyini saxlayır. Alexander project(1992‐2001) adlı monitorinqli çoxmərkəzli beynəlxalq tədqiqat nəticəsində pnevmokokkun geniş əhatəli rezis‐ tentlik artımı nümayiş etdirilmişdir. Penisillinrezistent ştammların yayıl‐ ması 18,2% təşkil etmişdir, makrolidrezistent ştammları isə – 24,6%. Bu zaman, 26 ölkədən 19‐da makrolidlərə qarşı rezistentlik tezliyi bu göstəricinin penisillinə olan ölçüsündən artıq idi. 24 öyrənilmiş ABP arasında 3 aparıcı respirator patogenlərin hamısı (pnevmokokk, hemofil çöpləri və moraksella) amoksisillin/klavulanata qarşı yük‐ sək həssaslıq və aşağı rezistentlik nümayiş etdirmişdir. Bununla əlaqə‐ dar, respirator trakt infeksiyalarının müalicəsi üçün ilk seçim preparatı timsalında Auqmentin™ tövsiyə edilmişdir. Azərbaycanda Auqmentin™ 625 mq həblər və 228,5 mq\5 ml suspenziya formasın‐ da mövcuddur. Auqmentin™ həb forması gün ərzində 2 dəfə istifadə edilir, suspenziya uşağın çəkisi və yaşından asılı olaraq dozalanma‐ lıdır. Auqmentin™ suspenziya‐ sının dozalanma rejimi preparata dair təlimat vərəqəsində təsvir olun‐ muşdur. Auqmentin™ bütövlükdə yaxşı mənimsənilir. Klavulanatın gündəlik dozasının azalması mədə‐ bağırsaq traktı tərəfindən arzuolun‐ maz reaksiyalar riskini azaltmağa imkan yaradır. Auqmentin™ ‐ qorunan penisillinlər qrupundan olan yeganə preparatdır ki, peroral qəbul zamanı yaxşı sorulur. Auqmentin™ geniş spektrli qram‐ müsbət, qrammənfi, aerob və anae‐ rob və penisillinrezistent ştammlara davamlı mikroorqanizmlərə birbaşa bakterisid təsir göstərir. Son zaman‐ lar Auqmentin™ ‐də amoksisil‐ lindən etibarlı dərəcədə daha güclü təzahür olunan postantibiotik effekt və polimorfhüceyrəli leykositlər və

faqositoz aktivliyinin gücləndirilməsi effekti haqqında məlumatlar alınmışdır. Onun tim‐ salında ilk dəfə bu effekt təsvir olun‐ muşdur: klavulan turşusu əhəmiyyətli dərəcədə amoksisillinin postantibiotik təsirini uzadır. Digər penisillin antibiotikləri ilə müqayi‐ sədə, Auqmentin™ ‐ daha yaxşı farmakokinetik xüsusiyyətlərə malikdir, o cümlədən, daxilə qəbul zamanı daha çox bioloji əlverişlilik, qida, süd ilə eyni zamanda qəbul edilməsinin mümkünlüyü, plazma zülalları ilə daha az birləşmə səviyyəsi və s. Sübut olunmuşdur ki, qeyri‐ adekvat antibiotikoterapiya ambu‐ lator mərhələdə sürəkli pnevmo‐ niyanın əmələ gəlməsinə gətirib çıxarır ki, bu da 50% hallarda irinli endobronxit ilə fəsadlaşır və çox zaman ağ ciyərlərin ocaqlı fibrozu ilə nəticələnir. Bronxial sanasiyanın ambulator mərhələdə olmaması daha bir neçə antibakterial terapiya kursunun təyin edilməsinə səbəb olur. Belə davamlı və qeyri‐effektiv müalicə mikroorqanizmlərin rezis‐ tentliyinin artmasına səbəb olur, müalicəyə çəkilən xərcləri artırır və pasiyentin həkimə qarşı etibarını zəiflədir. Әdəbiyyat siyahısı redaksiyada‐ dır. Әlizaman Sadıqov Allerqologiya və immunologiya kursu, tibb elmləri doktoru, pulmonoloq

GSKAZ1910

demioloji vəziyyət nəzərə alınmaqla təyin edilir. Yüksək səhiyyə səviyyəsi olan ölkələrdə (ABŞ, Kanada, Qərbi Avropa) yüngül və orta ağır xəstəxanaxarici pnev‐ moniyanın müalicə standartları, eləcə də, müasir Rusiya tövsiyələri tərəfindən ilk seçim preparatları timsalında mədə‐bağırsaq traktın‐ dan yaxşı sorulan (həm amoksisillin, həm də onun b–laktamazlar ilə kombinasiyası) peroral aminopenisillinlər və yalnız pnevmokokk və atipik törədicilərə (xlamidiyalar, mikoplazmalar) qarşı deyil, hemofil çöplərinə qarşı da effektiv olan müasir makrolidlər (klaritromisin, azitromisin) təklif olunur. Ağır olmayan xəstəxanaxarici pnevmoniyaların müalicəsində daxilə qəbul edilən antibiotiklərə üstünlük vermək lazımdır. Әksinə, xəstəliyin ağır gedişatı zamanı antibiotiklər venadaxili istifadə olunur. Fəsadlaşmamış xəstəxana‐ xarici pnevmoniyalar zamanı ABT hərarətin davamlı normalizasiyasına nail olduqda bitirilə bilər (3‐4 gün ərzində) və müalicə müddəti adətən 7‐10 gün təşkil edir. Mikoplazmoz/xlamidioz və ya legionelyoz pnevmoniya haqqında məlumatların mövcud olması zamanı ABT‐ın müddəti daha çox olmalıdır (infeksiyanın residivləşmə riski) – müvafiq olaraq, 2‐3 həftə və 3 həftə. Fəsadlaşmış xəstəxanaxarici pnevmoniyalar zamanı ABT müd‐ dəti fərdi olaraq təyin edilir. Bütün inkişaf etmiş ölkələrdə pnevmoniyanın əsas patogenlərinin antibiotiklərə qarşı rezistentliyinin artması müşahidə olunur. Belə ki, metisillinrezistent S.aureus ştam‐ mları, penisillin və makrolidrezis‐ tent S.pneumoniae ştammlarının yayılmasının artması qeyd olunur. Prinsipial mexanizmi β‐laktamaz‐ ların istehsalı olan hemofil çöpləri və moraksella ştammlarının artması qeyd olunur. Amoksisillinin klavulan turşusu‐ nun kalium duzu ilə kombinasiyası (Auqmentin™) artıq 25 ildən çoxdur


48

prostat vəzinin xoşxassəli hiperplaziyasının müalicəsi üçün effektiv kombinasiya əsasıdır Prostat vəzinin xoş xassəli hiperplaziyası (PVXH) – xroniki və ən çox rast gəlinən prostatın xəstəliyidir. Bu vəziyyət həyat üçün təhlükəli olmasa da, çətinləşmiş və tezləşmiş (xüsusən gecələr) sidik ifrazı, sidik ifrazı ehtiyacı hissi, sidik saxlamamaq kimi simptomlar, nəinki kişinin vərdiş etdiyi həyat tərzini poza bilər, eləcə də onun ailə üzvlərinin həyat keyfiyyətini endirə bilər. PVXH-nı müalicə etmək çox vacibdir, çünki zaman keçdikcə pasiyentlərin bir hissəsində kəskin sidik ləngiməsi, yaxud cərrahi müdaxilə zəruriyyəti yarana bilər. Terapiya olmadıqda 36% kişilər operativ müdaxiləyə məruz qalır. Müalicənin məqsədi pasiyentin həyat keyfiyyətini yaxşılaşdırmaq, simptomların sayını azaltmaq və fəsadların inkişaf etməsinin qarşısını almaqdır. Hazırda PVXH-nın medikamentoz müalicəsi üçün iki əsas preparat sinfi istifadə edilir: alfablokatorlar və 5-alfa reduktaza inhibitorları. 20 fevral tarixində Moskvada Rusiya və MDB ölkələrinin aparıcı uroloqlarının iştirakı ilə «Prostat vəzinin xoşxassəli hiperplaziyasının kombinə edilmiş terapiyası: üstünlüklərin danılmaz sübutları» mövzusunda simpozium keçirilmişdir. Simpoziumda dolğun şəkildə Avodart (dutasterid) preparatının alfa-blokator – tamsulozin ilə kombinasiyada istifadəsinin effektivliyini

və təhlükəsizliyini qiymətləndirən CombAT beynəlxalq multimərkəzli tədqiqatın məlumatları təqdim olunmuşdur. Simpoziumda 2 məruzə dinlənilmişdir. İlk olaraq, t.e.d., professor, Moskva Dövlət Tibbi-stomatologiya Universitetinin urologiya kafedrasının müdiri, Rusiya Uroloqlar cəmiyyətinin baş elmi katibi Dmitriy Yuryeviç Puşkar «PVXH-nın kombinə edilmiş terapiyası. Faktları istifadə edirik» mövzusunda məruzə ilə çıxış etmişdir. Öz çıxışında o qeyd etmişdir ki, yaxınlarda bitirilmiş «CombAT» tədqiqatı Avodartın tamsulozin ilə kombinasiyası bir ildən az müalicə müddəti ərzində monoterapiya ilə müqayisədə simptomların daha əhəmiyyətli və fasiləsiz yaxşılaşmasını nümayiş etdirmiş


49 androloq, t.e.d. İlham Əhmədov və Mərkəzi Neftçilər Xəstəxanasının uroloji şöbəsinin müdiri uzman Asif Cahangirov. Azərbaycan mütəxəssisləri artıq uzun illərdir ki, 5-alfa reduktaza fermentinin ikili inhibitoru olan Avodart preparatını təyin edirlər. Avodart testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır. İndi androloqlar Avodartı həm monoterapiya, həm də alfa-blokatorlar ilə kombinasiyada PVXH olan pasiyentlərin müalicəsi, kəskin sidik ləngiməsi riskinin və prostat adenoması ilə əlaqədar operativ müdaxilə zəruriyyətinin azalması məqsədi ilə istifadə edirlər. Avodart – effektiv kombinasiyanın əsasıdır (tamsulozin ilə). Avodart pasiyentin həyat keyfiyyətini yaxşılaşdıracaqdır.

“GlaxoSmithKline” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı ş.,Əhməd Cəmil küç. 64\66.Tel.: 012 497 66 01

GSKAZ 1810

preparatların ilk kombinasiya olmasını sübut etmişdir. Eləcə də, kəskin sidik ləngiməsi və ya operativ müdaxilə riskinin əhəmiyyətli dərəcədə (66%) azalması göstərilmişdir. Qeyd etmək lazımdır ki, Avodartın tamsulozin ilə kombinasiyası müxtəlif qrup pasiyentlərdə, simptomların ağırlıq dərəcəsi, prostat vəzinin həcmi, alfablokatorlar ilə əvvəlki terapiya və yaşdan asılı olmayaraq, simptomların yaxşılaşmasını təmin edir. D.Y.Puşkar qeyd etmişdir ki, "Avodart, öz sinfində yeganə, unikal preparat olaraq, prostatın xoşxassəli hiperplaziyasının patogenetik müalicəsi üçün imkanlar yaradır". «Prostatik spesifik antigen. Uroloqun təcrübəsində klinik əhəmiyyəti» məruzəsi ilə REA-nın müxbir üzvü, t.e.d., Rusiya diplomdan sonrakı akademiyasının urologiya kafedrasının müdiri Loran Oleq Borisoviç çıxış etmişdir. O, qeyd etmişdir ki, prostatik spesifik antigen (PSA) – prostat xərçənginin inkişaf etmə riskini təyin etmək üçün əhəmiyyətli markerdir. PSA-nın səviyyəsi yaş ilə əlaqədar, prostat vəzinin xoşxassəli hiperplaziyası və xərçəngi kimi prostat xəstəlikləri zamanı artır. Əldə edilmiş sübutlar göstərir ki, 5-alfa reduktaza sinifinə aid olan preparatlar, o cümlədən, Avodart, faktiki olaraq, prostat vəzinin xərçənginin diaqnostikasını yaxşılaşdıra bilər. Simpoziumda azərbaycanlı mütəxəssislər də iştirak edirdi – Androloji və Reproduktiv Təbabət Assosiasiyasının sədri, Beynəlxalq dərəcəli uro-


50 Nə qədər ki, ürək sağlamdır, insan onun haqqında düşünmür. O, yorul‐ madan, ömür boyu vurur və biz onu yalnız nasazlayanda duyuruq. Hətta, güclü, özünə güvənən insanlar belə, «odlu mühərrik» fasilə ilə işlədikdə və heyvani ölüm qorxusu hissi törədəndə, yaxud, sanki parçalanacaq dərəcədə çırpınanda özlərini itirir. Ürəkdə yaranan qəfil ağrılar daha çox təşvişə səbəb olur.

TƏHLÜKƏLİ VƏ TƏHLÜKƏSİZ SİMPTOMLAR Ürək ağrıları və ürək ritmi pozul‐ ması zamanı nə etmək lazımdır? Planetimizdə yaşayan insanların yarısından çoxunun məhz ürək‐ damar xəstəliklərindən vəfat etdiyi bir şəraitdə bu sahədə biliklərin olmaması – böyük riskdir. Həqiqətən də çox təhlükəli olan simptomların kiçik bir siyahısı mövcuddur. İlk növbədə, bu, qorxu‐ lu ürək‐damar xəstəliklərinin müjdəçisi olan və təcili həkimə müraciət etməyi tələb edən qeyri‐sta‐

bil stenokardiya və səyrici aritmiya simptomlarıdır. Digər simptomlar, bəzən qorxulu olsada belə, nəzarətdə saxlanılması mümkün olan xəstəlik‐ lərə dəlalət edir. Onlara stabil stenokardiya, müxtəlif aritmiya növləri (səyrici aritmiyadan başqa) və nevrozlar aiddir.

SİNUS RİTMLƏRİN SAHİBİ Ürək bizdən asılı olmayaraq, qanı bütün bədəndə işlədən çox mürəkkəb qulaqcıqlar, mədəciklər, əzələlər və qapaqlar sistemidir. Bu sistemin idarə olunmasını isə, sağ qulaqcıqda yer‐ ləşən və sinus düyünu, yaxud, sadəcə sinus adlandırılan sinir telləri kələfləri həyata keçirir. O, özü‐ özünün sahibidir: ürək əzələsini yığıl‐ mağa vadar edən elektrik impulslar cərəyan edir. İnsanın yaşından və sağlamlıq durumundan asılı olaraq, normada dəqiqədə 50‐dən 80‐ə qədər impuls istehsal edilir. Və yalnız sinus düyününün avtomatizmi pozulduqda, aritmiya adlandırdığımız bir vəziyyət yaranır. Onun çoxlu növü mövcud‐ dur. Ürək ritmik, lakin tez‐tez

ÜRƏK

döyünürsə, bu – taxikardiyadır, ləng döyünürsə – bradikardiya, hər üçüncü, yaxud dördüncü yığılma «buraxılırsa» ‐ ekstrasistoliyadır. Bütün bu aritmiyalar kifayət qədər təhlükəlidir. Onlar müxtəlif səbəblərdən, misal üçün, yorğunluq‐ dan, stressdən, ürəyin ağır orqanik zədələnmələrindən əmələ gələ bilər.

SƏYRİCİ ARİTMİYA Bu, təhlükəli xəstəlikdir, tez‐tez və qeyri‐ritmik ürək döyüntüsü ilə xarak‐ terizə olunur, təsadüfi deyil ki, keçmiş müəlliflər bu aritmiya növünü «deli‐ rium kordis» ‐ ürək sayıqlaması adlandırırdı. Səyrici aritmiya tutması zahiri sağlamlıq fonunda da əmələ gələ bilər. Adətən o, 50 yaşından yuxarı şəxslərdə rast gəlinir, lakin cavanlarda da təsadüf edilə bilər. Onun meyllik amilləri – bəzi ürək‐ damar xəstəlikləri və ürək qüsurları, ağ ciyər xəstəlikləridir (xroniki bron‐ xit, bronxial astma). Belə meyllik mövcud olduqda, səyrici aritmiyanı yuxusuz gecə, qəhvədən sui‐istifadə, sidikqovucu preparatlar, stress, hətta gecə edilmiş qəfil telefon zəngi

titrəyəndə


51 təhrik edə bilər. Səyrici aritmiya tutması heç bir xüsusi narahatçılıq törətməyə də bilər və insan ürəyinin qeyri‐müntəzəm və sürətlə vurmasını hiss edərək, adi həyat ilə yaşamağa davam edir. Bu, çox təhlükəlidir, çünki iki sutka ərzində bu tutma aradan qaldırıl‐ masa, qulaqcıqlarda sonradan damar divarından qopa biləcək və müxtəlif damar qəzalarını – insultları, aşağı ətraflar trombozlarını, bağırsaq arteriyaları trombozlarını ‐ törədə biləcək tromblar formalaşmağa başlayır. Bütün bu hallar həyat üçün real təhlükə daşıyır, yaxud nisbətən sağlam insanı ağır əlilə çevirə bilər. Lakin tutma vaxtında duyulsa, onu aradan qaldırmaq problem deyil. Sonradan yardımçı müalicə təyin edilir.

SANKİ AĞIR ƏL İLƏ… Stabil stenokardiyanı digər xəstə‐ liklər ilə dəyişik salmaq çətindir: gərginlik zamanı insanda ürək nahiyəsində (döş sümüyünün arxasın‐ da) xarakterik ağrı əmələ gəlir, sanki onu kiminsə ağır əlləri sıxır. Bu ağrı sancılı, kəsici deyil, o məhz sıxıcıdır (bəzən, yandırıcı). Lakin sakit vəziyyətdə, yaxud nitroqliserin tableti qəbul etdikdən sonra ağrı keçir. Döş sümüyünün arxasındakı ağrı küçə ilə tez‐tez yeridikdə, yaxud pil‐ ləkən ilə qalxdıqdan sonra əmələ gəlir, qısa istirahətdən sonra isə keçirsə, bu, stenokardiyaya xasdır. Çox zaman ağrı hissiyyatı 2‐4 dəqiqə davam edir və həmişə fiziki, yaxud emosional gərginlik ilə əlaqədardır. Səbəb isə spazmlar, yaxud koronar damarların trombozu, yaxud da ki, arteriyaların mənfəzini qapayan və işemiya – ürəyin kifayət qədər oksi‐ gen ilə təmin olunmamasını törədən aterosklerotik piləklərdir. Bu da, ağrıya səbəb olur. Stabil stenokardiya zamanı artıq gərginlikdən qorunmaq kifayətdir ki, ağrı tutması baş verməsin. Amma ağrı artıq əmələ gəlmişsə, onu mümkün qədər tez aradan qaldırmaq lazımdır – bunun üçün nitroqliserin

həmişə yanınızda olmalıdır.

QEYRİ-STABİL STENOKARDİYA: NƏ ETMƏLİ? Bəzən olur ki, insan əvvəllər stenokardiya ilə xəstələnməmiş, ağrı hiss etməmişdir və birdən‐birə bu ağrılar əmələ gəlmişdir. Yaxud, stenokardiya tutmaları daha az əhəmiyyətli fiziki gərginlik zamanı da əmələ gəlir və ya ağrıları aradan qaldırmaq üçün daha artıq dozada nitroqliserin lazım olur. Bu, o deməkdir ki, qeyri‐stabil stenokardiya yaranmışdır (əvvəllər o, «infarktönü vəziyyət» adlanırdı), yəni koronar damarlarda ciddi nasazlıq əlaməti. Onu hiss edərkən, dərhal yardım üçün müraciət edin: sizə təcili hospitalizasiya lazımdır. Deyək ki, küçə ilə gedərkən, birdən‐birə adət etdiyinizdən az əhəmiyyətli gərginlik zamanı ürəyinizi ağrı sıxdı və qəbul etdiyiniz nitroqliserin tableti də kömək etmədi. Bu zaman skamyaya oturaraq, mobil telefon və ya yoldan keçənlərin köməyi ilə «təcili yardımı» çağırın. Müasir müalicə üsulları infarktdan qaçmağa imkan verir, axı infarkt zamanı insan 20% hallarda ilk saat ərzində vəfat edir! Qeyri‐stabil stenokardiyanın səbəbi tromb olduqda, ilk növbədə trombun böyüməsinin qarşısını alan və damarın tam tutulma riskini azal‐ dan preparatlar daxil edilir. Stentləşdirmə kimi bir metodika da mövcuddur: damarın mənfəzinə lazı‐ mi yerdə stent, yəni, yaycığabənzər alət yerləşdirilir və damarın daral‐ masının qarşısını alır. Lakin təcili yardımı gözləyərkən, özünüzə ilk yardımı özünüz göstərin. Yarım tablet aspirini (250mq) çeynəyin ki, belə olduqda o, daha yaxşı sorulur. Vaxtında aspirin qəbul etmək sonrakı müalicədən faydalı ola bilər.

DİAQNOSTİK ƏLAMƏT Stenokarditik ağrı nitroqliserin qəbulundan dərhal sonra keçir –

demək olar ki, bir neçə saniyədən sonra. Nitroqliserin bir dəqiqə ərzində təsir etməmişdirsə, demək, probleminiz stenokardiya deyil, digər bir xəstəlikdədir.

ARİTMİYANI NƏZARƏT ALIN! • Aritmiyalar zamanı ilk növbədə əsas xəstəliyi müalicə edin. Nitroqliserin, validol və digər adi aptek vasitələri ürək aritmiyası tut‐ malarının qarşısını almır. • Aritmiya tutması zamanı uzan‐ mayın. Oturun, dincəlin, qabırğalarınızı maksimum dərəcədə dartaraq, tam köksdən nəfəs alın və nəfəsinizi bu vəziyyətdə saxlayın. • Müalicəvi «kokteyl» qəbul edin: hərəsindən 30 damcı pişikotu və yemişan tinkturasını qaynar su ilə qədəhdə qarışdırın. 20 damcı korva‐ lol əlavə etmək olar. • Ürək sükuta deyil, əmək və isti‐ rahətin düzgün növbələnməsinə üstünlük verir, yəni, davamlı və mün‐ təzəm fiziki gərginliyə. Mümkün qədər çox piyada gəzin, heç olmazsa, işə gedərkən və yuxudan əvvəl. Yerişiniz gümrah və şən olmalıdır, sanki, qarşınızda məqsəd qoymuş‐ sunuz kimi. • Səhəri kontrast duş və yüngül gimnastika ilə başlayın – bu, ürək və damarların təlimi üçün çox faydalıdır. • Aritmiya zamanı üzgüçülük hov‐ uzuna getmək də yaxşı kömək edir. • Otağınızın havasını tez‐tez də‐ yişin. Həmişə açıq nəfəslik ilə yat‐ mağa çalışın. • Aritmiyanın psixogen amil‐ lərinin qarşısını (stress, depressiya və s.) almaq üçün ən yaxşı vasitə – mühitin dəyişməsi, müsbət emosional canlanma, yeni həvəs, məzuniyyətdir. • Həddən artıq yeməyin, tünd qəhvə və çaydan, siqaret çəkmədən, alkoqoldan sui‐istifadə etməyin. • Qida rasionunda təzə tərəvəz, meyvə və göyərti payını artırmaq lazımdır. Әti həftədə iki dəfədən artıq yeməyin. İmkan dairəsində onu yağlı balıq növləri ilə əvəz edin.


52

BƏXŞ EDƏN VASİTƏ İnsan dünyaya gəldikdə ona irsi olaraq bəzi əlamətlər və xüsusiyyətlər valideynlərindən keçir. Bunların içərisində şərtsiz refleksləri misal göstərmək olar. Qidalanma və cinsi reflekslər şərt‐ siz reflekslərdir və bu reflekslər insanın şüurundan və dər‐ rakəsindən asılı olmayaraq hər bir insanda olur. Cinsi refleks insanlar həddi buluğa çatanda yaranır və qocalıq yaşlarına qədər davam edir. Cinsiyyət refleksi çox mürəkkəb bir refleks olub, demək olar ki, orqanizmin bütün sistem‐ ləri (sinir, ürək‐damar, sidik‐cinsiy‐ yət və digər sistemlər) refleksin yaranmasında iştirak edir. Bu refleks mürəkkəb bir refleks olduğuna görə və burada bir neçə sistemin iştirak etdiyinə görə, bu refleksdə disfunksiyaların mey‐ dana gəlməsi ehtimalı daha yük‐ səkdir.

CİNSİ FUNKSİYA POZĞUNLUQLARI HANSILARDIR? Bu pozğunluqlar cinsi cavab tsiklinin hər hansı bir tsiklində meydana gələn pozğunluqlardır. Bunlara cinsi həvəs pozğunluqları (libidonun zəifləməsi), ereksiya, eyakulyasiya və orqazm pozğun‐ luqları aiddir. Libidonun zəifləməsi – bu, kişilərdə cinsi aktivliyə qarşı həvəsin azalmasıdır. Bu zaman kişilərdə əks cinsə qarşı həvəs çox aşağı düşür, reaksiyalar zəifləyir və demək olar ki, tam sönür. Bu prob‐

lem əsasən yetkinlik yaşına çatmış insanlarda olur və əsasən stresslə əlaqədar yaranır. Erektil disfunksiyalar – kişilərdə cinsi akt zamanı erek‐ siyanın pozulmasıdır. Bu pozğun‐ luq zamanı bəzi kişilərdə ereksiya ya heç olmur ya da cinsi akt zamanı ereksiya itirilir. Orqazm pozğunluqları –cinsi akt zamanı orqazmın gecikməsi və ya heç olmaması orqazm pozğun‐ luğu deməkdir. Eyakulyasiya pozğunluqları – əgər cüzi cinsi qıcıq vaxtından əvvəl eyakulyasiyaya və orqazma səbəb olursa, bu, artıq problemin olmasından xəbər verir və buna vaxtından əvvəl eyakulyasiya de‐ yilir.

KİŞİ CİNSİ POZĞUNLUQLARININ SƏBƏBLƏRİ Burada müxtəlif emosional və fiziki səbəblər vardır. Cinsi dis‐ funksiyalar müxtəlif emosional, o cümlədən şəxslərarası münasi‐ bətlərdən və müxtəlif psixoloji fak‐ torlardan asılıdır. Burada ailə məişət münaqişələri əsas yer tutur. Depressiya da bu cür pozğun‐ luqların yaranmasında böyük rol oynayır. Həyəcan, təşviş keçirən kişilərdə ereksiya pozğunluqları və eyakulyasiyanın pozulmasına daha tez‐tez rast gəlinir. Bundan əlavə alkoqol, narkotik maddələr və nikotinin qəbulu kişilərdə bu növ cinsi pozğunluqlara səbəb olur. Zöhrəvi infeksiyalar, şəkərli

diabet, sifilis və bəzi endokrin pozğunluqlar da kişilərdə cinsi pozğunluqlara səbəb olur. SİLVER OKASA for men – kişilərdə yuxarıda sadalanan cinsi disfunksiyaların müalicəsində isti‐ fadə edilən bitki tərkibli təbii preparatdır. Withania somnifera, Asphaltum, Orchis latifolia, Asparagus adscendens, Vitis vinifera, Mucona pruriens, tribulus terrestris bu preparatın tərkibində olan əsas bitkilərdir. SİLVER OKASA for men ilk növbədə kişilərdə cinsi disfunksiyalara səbəb olan əsəb gərginliyi, stress, həyə‐ can, təşviş və depressiyanı aradan qaldırır. Bu bitkilərin tərkibində olan flavinoidlər və qlukozidlər kişi cinsiyyət vəzilərinin və prostat vəzinin funksiyalarını yaxşılaşdırır. SİLVER OKASA for men bundan əlavə eyakulyasiya prosesini nor‐ mallaşdıraraq, vaxtından əvvəl eyakulyasiyanın qarşısını alır. SİL‐ VER OKASA for men kişi cinsi orqanının həssaslığını artırır və qan axınını sürətləndirərək, ereksiyanı yaxşılaşdırır. SİLVER OKASA for men beyində hipotalamusa təsir edərək, libidonun (cinsi həvəsin ) artmasına səbəb olur. Bu qrupdan olan digər preparatlardan fərqli olaraq, SİLVER OKASA for men müalicəvi təsir edir. 30 gün müd‐ dətində, gündə 1 kapsul yeməkdən sonra daxilə qəbul edildikdə, müalicəvi effekt əldə edilir və preparatın qəbulu dayandırıldıq‐ dan sonra təsiri itmir. SİLVER OKASA for men kişi cinsi həyatını normallaşdırır.


53 Ağrısız həyat yaşamaq mümkündür! İstənilən növ ağrılarda effektiv ağrıkəsici vasitə İnsan hər gün müxtəlif ağrıtörədici amillərin təsirinə məruz qalır və bu amillər insanda müxtəlif xarakterli ağrıların yaranmasına səbəb olur. Ağrı toxumalarda üzvi və funksional dəyişikliklər törədən zədələyici amil‐ lərin təsiri ilə yaranan mürəkkəb psixofizioloji vəziyyət‐ dir. Adətən ağrı zədələyici amillərin təsiri ilə əmələ gəlir və orqanizmə təhlükə haqqında məlumat verir. Bunun nəticəsində orqanizmdə ağrıtörədən amilin dəf edilmə‐ sinə yönəlmiş müdafiə refleksləri yaranır. Ağrı çox vaxt xəstəni həkimə müraciət etməyə vadar edir və xəstəliyin diaqnostikasına yardım göstərir. Ağrıların hansı növləri vardır? Ağrıların müxtəlif təsnifatları mövcuddur. Patoloji proseslərlə əlaqədar olan ağrılara simptomatik ağrılar deyilir. Simptomatik ağrılar somatik və visseral olmaqla 2 qrupa bölünür. Somatik ağrılar dəridə, əzələlərdə, sümüklərdə, oynaqlarda və birləşdirici toxumalarda hiss edilən ağrılardır. Somatik ağrıların ən geniş yayılmış növü baş ağrıları, diş ağrıları və onurğa sütununda yaranan ağrılardır. Daxili orqanlarda yaranan ağrılar visseral ağrılara aiddir. Visseral ağrılar əsasən qaraciyər, böyrək, mədə və bağırsaq xəstəlikləri zamanı yaranan ağrılardır. Xarakterinə görə ağrıların kəsici, deşici, göynədici, yandırıcı və digər növləri mövcuddur. Ağrını necə aradan qaldırmaq olar? Ağrını müxtəlif yollarla aradan qaldırmaq olar. İlk olaraq, ağrının əmələ gəldiyi nahiyədə ağrı reseptor‐ larının qıcıqlanmasının qarşısını almaqla ağrının əmələ gəlməsini nəzarət altına almaq olar. Bunun üçün əsasən bu nahiyədə əmələ gələn prostoqlandinlərin sintezini blokada etmək dünyada ən geniş istifadə edilən metod‐ dur. Ketanov-un təsir mexanizmi necədir? Orqanizmdə olan ağrı reseptorlarını qıcıqlandıran əsas maddə Prostoqlandinlər hesab olunur. Prostoqlandinlər orqanizmdə SOQ1 və SOQ2 (Siklooksigenaza) fermentinin təsiri nəticəsində araxi‐ don turşusundan əmələ gəlir. SOQ1 fermenti əsasən mədə, oynaqlar və böyrəklərdə olur və normal, qoruyucu prostoqlandinlərin sintezini təmin edir. SOQ2 fermenti isə iltihab və ağrı ocağında əmələ gəlir və patoloji (ağrıtörədici) prostoqlandinlərin sintezində işti‐ rak edir. Ketanov iltihab ocağında mövcud olan SOQ2 fermentini blokada edərək ağrının yaranmasına səbəb olan patoloji prostoqlandinlərin sintezinin qarşısın alır.

Ketanov nəyə görə daha güclü ağrıkəsici hesab edilir? Ketanov digər ağrıkəsicilər kimi iltihab nahiyəsində olan SOQ2 fermentini blokada edərək, ağrının yaranmasında mühüm rol oynayan prostoqlandinlərin sintezinin qarşısını alır. Ketanov digər ağrıkəsicilərdən fərqli olaraq, ağrı reseptorlarının ağrı qıcıqlarına qarşı həssaslığını aşağı salaraq, daha güclü və effektiv ağrıkəsici təsir göstərir. Ketanov nəyə görə zərərsiz ağrıkəsici hesab olunur? SOQ1 fermentini blokada edən ağrıkəsici vasitələr mədə, oynaqlar və böyrəklərdə sintez olunan fizioloji (qoruyucu) prostoqlandinlərin sintezini blokada edərək, bu orqanlarda funksional pozğunluqlar törədir. Ketanov digər ağrıkəsici vasitələrdən fərqli olaraq, selektiv olaraq SOQ2 fermentini blokada edir və ancaq ağrı və iltihab ocağına təsir edir, digər orqanlarda demək olar ki, əlavə təsirlər törətmir. Ketanov – dünyada ilk 10 məhşur şirkət arasında yer tutan Ranbaxy şirkətinin istehsal etdiyi preparatdır. Dünyanın 79‐dan artıq ölkəsində müvəffəqiyyətlə ağrıkəsici vasitə kimi geniş istifadə edilir. Bundan əlavə, NATO ordusunda əsas ağrıkəsici vasitə kimi Ketanov‐ dan istifadə edilir. Ketanov həb – tərkibində 10mq ketorolak trometa‐ min vardır. Ketanov inyeksiya – tərkibində 30mq ketorolak trometamin vardır. Ketanov istənilən mənşəli və xarakterli ağrılarda istifadə edilir. Ketanovun həm inyeksiyası, həm də həbləri daha tez‐tez rast gəlinən baş, diş, oynaq, sınıq, çıxıq, əməliyyatdan sonrakı ağrılarda yüksək ağrıkəsici təsirə malikdir. Ağrının xarakterindən və davamiyyətindən asılı olaraq, gündə 3‐4 dəfəyə qədər daxilə qəbul edilə və ya əzələ daxilinə yeridilə bilər.


54

İSTİFADƏ QAYDALARI

Xəstəsən. Bikefsən. Başında bir fikir dolaşır: bəlkə, aptekə antibiotik dalınca gedim? Alimlər xəbərdar edir: antibiotiklərin nəzarət olunmadan qəbulu ona gətirib çıxaracaq ki, bizim nəvələrimizə hazırda məlum olan dərmanlar angina, otit və pnevmoniyaları müalicə etməkdə artıq kömək etməyəcək. Həkimlər də bu məsələyə yanaşmada yekdil deyil.


55 Əhvalat 1.

Nə üçün səhfdir? 10 yaşlı Fuadda bağırsaq çöpü aşkar edilmişdir. Ona antibakterial preparat təyin olunmuşdur. Üç gündən sonra Fuadın anası həkimlərə söyləmişdir ki, görünür, dərman saxtadır: həmişə kömək edirdi, bu dəfə isə – yox. Məlum olmuşdur ki, hər dəfə qrip və KRX‐yi – Fuad isə tez‐tez onlara yolux‐ urdu – ana məhz bu həblərin vasitəsi ilə müalicə edirdi. Soruşanda ki, onları kim təyin etib, cavabında: «Bacım aptekdə işləyir» söyləmişdir. Araşdırma • Fuad həmişə antibiotiklərin sayəsində deyil, onlarsız sağalır. Qrip və digər virus infeksiyaları zamanı onlar artıq kömək etmir. • İstənilən antibiotikin qəbulu rezis‐ tentliyə gətirib çıxara bilər: orqanizmdə yaşayan mikroblar ona reaksiya vermir və onlardan hansı isə «baş qaldırarsa», digər, daha güclü dər‐ man vasitəsi təyin etmək lazım gəlir. • Bir çox müasir vasitələr konkret xəstəlik törədicilərinə təsir edir. Bu spesifikanı adətən yalnız həkimlər bilir. Özbaşına preparat almaq isə, özü də təlimatı oxu‐ madan, ‐ faydasız pul məsrəfidir. • Yalnız həkim mümkün allergik reaksiyanı, başqa dərmanlar ilə qarşılıqlı əlaqəni və xroniki xəstəlik‐ lər zamanı neqativ fəsadları nəzərə ala bilər. «Özfəaliyyət» astma törədə, həmçinin qara ciyər və böyrəkləri sıradan çıxara bilər. Üstəgəl mütləq mikroflora zəifləyir.

Əhvalat 2.

Axıracan əməl et! Aysel soyuqlamış, lakin nə işini buraxa bilir, nə də ki, müalicəni çatdır‐ mırdı. Vəziyyət yüksək hərarətli bron‐ xitə qədər ağırlaşdı. Həkim yeddi gün‐ lük kurs ilə antibiotik təyin etdi. Üçüncü gün hərarət endi, o, daha bir tablet qəbul etdi və bununla da müalicəni dayandırdı. Bağırsaq mikroflorasına qayğı göstərərək, yoqurt yeməyə başladı. Altıncı gün öskürək dərinləşdi. Səkkizinci gün Aysel, ağ ciyər iltihabı və

plevritə şübhə ilə xəstəxanaya düşdü. Sinə, baş və … yanlar ağrıyırdı. Bu dəfə antibiotiklər həb şəklində deyil, ampu‐ lalarda istifadə olunurdu. Bir azdan qarın üzərində səpgilər də əlavə olun‐ du. Araşdırma • Nə qədər deyilmişdir: əhvalın yaxşılaşması və hərarətin enməsi antibio‐ tiklərin saxlanılmasına bəhanə deyil! Sağalmaq üçün həkimin təyin etdiyi müalicə kursunu tam keçmək lazımdır. • Yoqurtlar bağırsaqda yaşayan lak‐ tobakteriyalara kömək olur. Bu, yaxşıdır. Lakin antibiotiklər qəbulu zamanı digər, tibbi dayaq da tələb olunur. • Allergik reaksiyadan qaçmaq məqsədi ilə həkimlər çox zaman antibiotikləri antihistamin vasitələrin mühafizəsi altında təyin edir. Lakin bu da, allergiyanın olmayacağına 100% təminat vermir.

VƏKİLLƏR VƏ İTTİHAMÇILAR Adından bəlli olduğu kimi, antibio‐ tiklər «canlıları məhv edən» deməkdir. Söz vəkilindir. Onlar kəskin yoluxucu xəstəlikləri törədən – angina, pnevmoniya, sistit kimi ‐ xəstəliktörədi‐ ci bakteriyaları hədəf alır… Axırına çıxılmamış infeksiya xroniki mərhələyə keçərək, fəsadlara gətirib çıxara bilər. Çox zaman antibiotiklər insan həyatını xilas edir. Hamıya bu nəslin ağsaqqalı olan və İkinci cahan müharibəsi zamanı minlərlə yaralını o dünyadan qaytarmış penisillinin tarixi məlumdur. Bu gün bir çox insanların immu‐

niteti zəifləmiş və orqanizmin çox zaman müstəqil şəkildə «işğalçıların» öhdəsindən gələ bilmədiyi bir şəraitdə antibiotiklər sadəcə zəruridir. Söz ittihamçınındır. Antibiotik necə vuruşur, bilirsiniz? Bu snayper atışı deyil, raket‐bomba zərbəsidir! Düşmənlə yanaşı orqanizmin dinc əhal‐ isi – orqanizm üçün çox vacib olan işi yerinə yetirən faydalı bakteriyalar da məhv olur, halbuki onlar: • Ferment və vitaminlər istehsal edir, mineralların mənimsənilməsini təmin edir; • Yağlı turşular və hormonların bağırsaqda sorulmasını tənzimləyir; • İmmun müdafiəni gücləndirir. «Yaxşı» bakteriyaların məhv olması nəticəsində immunitet zəifləyir. Bu gün, insan immuniteti zəifləyən bir vaxtda, antibiotiklər çox təhlükəlidir, çünki onlar həyati vacib bakteriyaları məhv edir. Məhz bu səbəbdən antibiotiklər təyin edərkən, həkimlər adətən yanaşı preparatlar da təyin edir. Hansıları, kimlərə və nə üçün? Bifido‐, lakto‐, koli‐ və digər «yaxşı» bakteriyaların nə dərəcədə antibiotiklər tərəfindən məhv edilməsi hər bir halda fərdidir. Yəqin ki, şəkər qamışı plantasiyasında çalışan iki metrlik boyu olan zəncinin immuniteti bu «qatilləri» ümu‐ miyyətlə, duymaz. Lakin bizim çətinliyə dözməyən orqanizmimiz tez‐tez soyuqlamalar, allergik reak‐ siya, xroniki xəstəliklərin kəskin‐ ləşməsi, süd yarası ilə cavab verir… Bütün bu neqativ fəsadları minimu‐ ma endirmək üçün antibiotiklər ilə müalicə zamanı probiotiklər təyin edilir – bifidumbakterin, lineks, bifiform, sim‐ biolakt komp., asipol. Digər mikroflora bərpaçıları: prebiotiklər – zəifləmiş və azsaylı bifido‐ və laktobakteriyalar dəstəsini bəsləmək üçün və simbiotiklər ‐ həm canlı bakteriyalar, həm də onlar üçün qida tərkibli kompleks preparat‐ lardır. Prebiotiklər – həzm olunmadan bağırsağa çatan və orada «yaxşı» bak‐ teriyaların artmasını stimullaşdıran qida hissəcikləridir. Prebiotiklər ərzaq‐ ların (baş soğan, sarımsaq, süd məh‐


56 sulları, yarmalar, kəpək və çörək, paxlalılar, banan), eləcə də, inuvit, lak‐ tofiltrum, prelaks kimi aptek preparat‐ larının tərkibində mövcuddur. Simbiotikləri bu gün nəinki hər aptekdə satmır, heç onların adını da orada bilmirlər. Bu, biovestin‐lakto, maltidofilüs, bifido‐bak və normoflorin‐ lərdir.

ONLAR MUTASİYA EDİR! Hətta həyatınızda belə antibiotiklər qəbul etməsəniz də, onlara qarşı rezis‐ tentlik mövcuddur. Az miqdarda biz onları ət və süd məhsulları ilə birlikdə alırıq. Axı, inəklər də yalnız müalicə deyil, həmçinin profilaktika məqsədi ilə antibiotiklər ilə qidalandırılır. Hətta su kranından axan su da təmiz H2O deyil. Onun necə dezinfeksiya edilməsi bizə məlum olmayan bir sirdir. Beləliklə, ət və ya pendirdən sonra çiy su içərkən, biz tədricən orqanizmi antibiotiklərə alışdırırıq. Lakin xəstəlik‐ törədici bakteriyalar da onlara alışır – mutasiyaya uğrayır və preparatlara qarşı həssaslığı itirir. Aydındır ki, belə dəyişkən düşmənlər ilə mübarizə aparmaq üçün bəşəriyyətə daima yeni dərmanlar lazımdır. Və bu, apteklərdə hər il yeni preparatların peyda olmasının bir səbəbidir. Digər səbəb – təkmilləşmə. Yaxşı tanıdığımız penisillin ilə müqayisədə, onun müasir «qohumları» daha effektiv və təhlükə‐ sizdir, onların neqativ fəsadları daha azdır. Misal üçün, konkret törədiciyə qarşı yönəlmiş dar təsirli preparatlar geniş spektrli antibiotiklərə nisbətən daha «yumşaq» işləyir.

NƏTİCƏLƏR 1. Antibiotiklər – XX əsrin ən əhəmiyyətli kəşflərindən biridir. Bu, aksiomadır. 2. Bütün güclü təsirli dərmanlar kimi antibiotiklər də təhlükəsiz deyil. Mümkün olan fəsadların siyahısı: • Orqanizmin immun müdafiəsinin zəifləməsi; • Bağırsağın təbii mikroflorasının pozulması; • Xroniki xəstəliklərinin kəskin‐ ləşməsi və göbələk xəstəliklərin əmələ gəlməsi;

• Allergik reaksiya. 3. Antibiotiklər vərdiş əmələ gətirir. İnfeksiya aşkardırsa və ya analizlər ilə təsdiqlənirsə, onu məhv etmək lazımdır. Vitamin qəbul edin. Bəlkə də, «ağır artilleriyanı» cəlb etmədən keçin‐ mək mümkün oldu. 4. İş antibiotiklərə çatmışsa, müalicə kursunu sonadək davam etmək, eyni zamanda mikrofloranı qorumaq və mümkün olan allergik reaksiyadan müdafiə olunmaq lazımdır. 5. Deyilənlərdən belə yəqin olur ki, antibiotiklər ilə bağlı qorxular əsassız deyil. Lakin təhlükəli olan dərmanlar deyil, onların qeyri‐düzgün istifadəsidir. Bunun isə öhdəsindən gəlməyi biz, şüurlu insanlar, bacararıq, deyilmi?

SİNƏ ÜSTƏ YATAN İLAN «Birinci sıra» antibiotikləri hətta, uşaqlara təyin edilir. Lakin rezerv antibiotikləri də mövcuddur ki, onlar adətən, adi vasitə kömək etmədiyi hal‐ larda təyin edilir. Anlamaq lazımdır ki, rezerv preparatları ilə müalicə o deməkdir ki, gələcəkdə pasiyent yenidən ciddi infeksiyaya yoluxmuş olsa, ehtimal ki, onun öhdəsindən heç nə gəlməyəcək. Misal üçün, qızılı xəstəxana stafilokokku mürəkkəb vəziyyətlərdə, güclü antibiotiklər üzərində «böyümüşdür». Necə deyərlər, ilanı sinə üstə sığındırmışıq! Stafilokokka bu günə qədər qalib gəlmək mümkün olmayıb.

KÜRƏ, BASİL, SPERMATOZOİD… Bakteriofaqlar (yunan dilindən tər‐ cümədə faqos – «udan») ‐ bəzən antibiotiklərə alternativ adlandırılan antibakterial immunoloji preparatlardır. Onlar da kəskin infeksiya və iltihab‐ ların müalicəsi və profilaktikası üçün istifadə olunur və xüsusən, törədici antibiotiklərə qarşı davamlı olduğu hal‐ larda lazımdır. Bir çox bakteriyalara qarşı müvafiq «uducu» artıq seçilmişdir. Misal üçün, dizenteriya, streptokokk bakteriofaqları mövcuddur… Onlar yalnız resept ilə buraxılır. + Faqlar mikrofloranı məhv etmir,

başqa dərmanlar ilə uyğunlaşır, təbii xammaldan hazırlanır. Onlar həm böyüklərə, həm də uşaqlara məsləhət edilir. ‐ Çox güman ki, bu süni «müdafiəçilər» təbii immuniteti yatırdır – o, sadəcə, müəyyən zaman istirahət edir. Sonradan, faqların təsiri bitdikdə, immun sistemi dərhal işlək rejimə daxil ola bilmir. Bir sıra həkimlər hesab edir ki, faqoterapiyanı yalnız çarəsiz qaldıq‐ da təyin etmək lazımdır: hələ məlum deyil ki, belə müalicə 10‐20 ildən sonra nə ilə qayıdacaq.

KİMƏ TƏZƏSİ LAZIMDIR? Yeni antibiotiklərin işlənilməsi elmi axtarışlardan başlanır. Onlar hansı istiqamətdə aparılır? • Mikroorqanizmlərin yeni ştam‐ mları və ya kifdən ayrılması mümkün olan antibiotiklər axtarılır. • Mövcud antibiotiklərə yeni xüsusiyyətlər əlavə edilir. Deyək ki, yaman mikrob ona «hücum» edən antibiotikə uyğunlaşmışdır və onu fer‐ mentlər vasitəsi ilə parçalayır. Bu halda antibiotik yenidən işlənilir ki, bu fer‐ ment ona təsir etməsin. • Preparatın təsir müddətinin uzadılması. Elə yeni dərmanlar mövcuddur ki, onları sutkada bir dəfə qəbul etmək kifayətdir. Təsir edən maddə tədricən matrisadan azad olunur və orqanizmdə 24 saat ərzində onun zəruri qatılığı saxlanılır.

YAXIN TANIŞLIQ Törədicinin antibiotikə qarşı həs‐ saslığını müəyyən etmək üçün qaydası üzrə, ifrazatlar tədqiq olunur: prostatit zamanı – prostatdan, bronxit zamanı – bronxlardan, angina zamanı – badam‐ cıq vəzisindən. Allergiyaya meyllik olduğu halda, preparatın dəqiq seçilməsi xüsusi ilə vacibdir. Müxtəlif antibiotiklərə qarşı anticismlərin təyin edilməsi üçün qan analizi əvvəlcədən ən az təhlükəli preparatları təyin etməkdə kömək edir. Antibiotiklərin qəbuluna qarşı allergiyanın inkişaf etmə riski valideynlərdən uşaqlara irsən keçir. «Genetik» allergiklərdə bu risk orta statistik göstəricidən 15 dəfə artıqdır!


57

Kardiorisk Profili Ateroskleroz və ürəyin işemik xəstəliyi dünyada ölümlərə səbəb olan ən geniş yayılmış xəstəliklərdir. Bu, bir çox hallarda xəstəliklərin erkən mərhələdə aşkarlanmaması ilə əlaqədardır. Vaxtında aparılmış laborator analizlər mövcud risk faktorlarını aşkar etməyə kömək edə bilər. Kardiorisk profili aşağıdakı analizlərdən ibarətdir: • Xolesterol • Triqliseridlər • YSL Xolesterol • ASL Xolesterol • Apolipoprotein A • Apolipoprotein B • Lipoprotein (a) • Fibrinogen • C-reaktiv zülal, yüksək həssaslıqda • Lp-PLA2 (genetik marker) Bu müayinələr ürəyin koronar xəstəliyi (miokard infarktı, stenokardiya) və serebrovaskulyar xəstəliyin (insultun) inkişaf etmə riskini qiymətləndirməyə imkan yaradır. Xolesterinin səviyyəsi yüksək olan pasiyentlər üçün də bu analizlər əhəmiyyətlidir. Biz 35 yaşdan yuxarı olan insanlara bu profil üzrə hər il müayinə olunmağı tövsiyə edirik.


58

SAÇLARIN TÖKÜLMƏSİNƏ SON! Saçların sağlamlığı ilk növbədə orqanizmdə vitaminlərin və mineralların balansından asılıdır. Bir çoxları lazım olan vitaminlərin kifayət qədər qəbul edilməsi qayğısına qalmırlar. Başqa bədən üzvlərindən fərqli olaraq, saçlar ağrı ilə narazılıq bildirmirlər. Buna baxmayaraq, saçların zahiri görünüşünə görə çox şey demək olar. Qırılmağa və tökülməyə meylli olan solğun, ölü saçlar həmişə qeyridüzgün qulluğun edilməsi, aramsız saç düzümlərinin və isti qurutmanın nəticəsində yaranmır. Belə saçlar çox zaman bu və ya digər qida maddəsinin çatışmazlığı nəticəsində meydana çıxır. İlk öncə bu səhf fikri kənarlaşdırmaq lazımdır ki, saçlar – ölü toxumadır və onlar qidalanmırlar. Sözsüz ki, saçlar dərinin buynuz təbəqəsindən yaranır və suda həll olunmayan, qeyri-adi möhkəmlik qabiliyyətinə malik (məhz buna görə sağlam saç möhkəmliyinə görə alüminium ilə müqayisə olunur) 97% fibrilyar zülal olan keratindən ibarətdir. Saçların sağlam vəziyyətini və artmasını təmin edən əsas vitamin qrupu B vitamini qrupudur. Bu

qrupdan olan vitaminlər çoxdur və onların hər biri saçlara özünəməxsus təsir göstərir: • B1 (tiamin) – Tiamin yağların və karbohidratların metabolizmi prosesində vacib rol oynayır, o, sinir siqnallarının ötürülməsi, eləcə də, bölünmə nəticəsində bir hüceyrədən digərinə ötürülən genetik informasiyanın surətinin çıxarılması üçün zəruridir. Orqanizmdə tiamin çatışmazlığı nəticəsində saçlar zəifləyir, tez-tez qırılır və solğun rəngli olur. • B2 (riboflavin) – Riboflavin də maddələr mübadiləsi prosesində iştirak edir və oksidləşmə-bərpaetmə prosesində vacib rol oynayır. B2 vitamini çatışmazlığı zamanı saçların kökü tez yağlanır, ucları isə quru qalır. • B3 (niasin/nikotin turşusu, PP vitamini) – B3 vitamini bir çox oksidləşmə reaksiyalarında iştirak edir və saçlarda piqmentin əmələ gəlməsinə cavabdehlik daşıyır. Ona görə, onun çatışmazlığı zamanı saçlar tez ağarmağa başlayır, eləcə də, onların inkişafı pozulur.


59 •

• •

B5 (pantoten turşusu) – Pantoten turşusu yağlı turşuların, steroid hormonların, asetilxolin və digər birləşmələrin sintezi üçün zəruridir, bir çox karbohidrat, yağ və zülal mübadiləsi proseslərində iştirak edir. B5 vitamini saçların oksigenlə qidalanmasını təmin etməklə yanaşı, saç soğanaqlarını da möhkəmləndirir. B6 (piridoksin) – Piridoksin zülal və yağların lazımi səviyyədə mənimsənilməsini, vacib amin turşularının niasinə çevrilməsini, qocalmanı ləngidən nuklein turşularının düzgün sintez olunmasını təmin edir. Bu vitaminin çatışmazlığı nəticəsində baş dərisində qaşınma, quruluq yaranır ki, bu da nəticə etibarı ilə kəpəyin əmələ gəlməsinə səbəb olur. B9 (fol turşusu) – fol turşusu hüceyrələrin bölünməsini və saçların artmasını stimullaşdırır. B10 (para-amino-benzoy turşusu) – B10 vitamini dərinin qidalanmasını yaxşılaşdırır, onun tonusunu artırır, vaxtından əvvəl qocalmanın və solmanın qarşısını alır. O, nəinki baş dərisinə faydalı təsir göstərir, həmçinin saçların təbii rənginin qorunması, erkən qocalmanın qarşısının alınması və saçların artmasına səbəb olur. B12 (kobalamin) – Kobalamin bilavasitə hüceyrə bölünməsində iştirak edir. Onun çatışmazlığı nəinki baş dərisinin quruluğu və qaşınması, eyni zamanda, ocaqvari allopesiyaya gətirib çıxarır.

Bunlar saçların inkişafı və sağlamlığı üçün vacib olan əsas vitaminlərdir. Lakin vitaminlərlə yanaşı, saçların sağlamlığı üçün minerallar da zəruridir: Dəmir – Dəmirin əsas bioloji funksiyası oksidləşmə proseslərində iştirak etmək və oksigenin nəql edilməsindən ibarətdir. Dəmir çatışmazlığı nəticəsində saçlar qırılmağa, solmağa və tökülməyə başlayır. Dəmir defisitinə daha çox qadınlarda təsadüf

edilir və məhz dəmir çatışmazlığı qadınlarda saçların tökülməsinin ən geniş yayılmış səbəblərindən biridir. Sink – Sink kişi cinsi hormonlarının sekresiyasına nəzarət edir, bu hormonların miqdarının artması saçların tökülməsinə gətirib çıxarır. Eləcə də, sink piy vəzilərinin fəaliyyətini tənzimləyir. Kükürd – Kükürd sinir sisteminin lifli toxumalarının, saç və dırnaqların əsasını təşkil edən kollagen sintezində iştirak edir. Onun çatışmazlığı lifli toxumanın zəifləməsinə gətirib çıxarır. Silisium – Silisium elastin və kollagen istehsalını təmin edən vacib biogen elementdir. Bu da, öz növbəsində, saçlara elastiklik və güc verir. Kalsium – Kalsium orqanizmdə ən vacib mikroelementlərdən biridir. Onun çatışmazlığı zamanı saçlar tökülür, bundan başqa, əsəbilik və qıcıqlanma, stress əmələ gətirir. Stress isə saçların tökülməsinin əsas səbəblərindən biridir. Selen – faktiki olaraq, qida məhsulları tərkibində mövcud olmayan (göbələklərdən başqa) unikal elementlərdən biridir. O, saçlar da daxil olmaqla, bütün orqanizm üçün vacib əhəmiyyətə malikdir. Xüsusi ilə, saçların inkişafının ləngidiyi qış aylarında selen «tikinti materialı» rolunu oynayır. Orqanizmdə selenin balanslaşdırılmış miqdarı saçların və digər hüceyrələrin inkişafını təmin etməklə yanaşı, beynin fəaliyyətini və immunitetin səviyyəsini artırır. Təəssüflə qeyd etmək lazımdır ki, müasir ekologiya və həyat ritmi şəraitində bütün zəruri vitamin və mineralları yalnız qida məhsullarından almaq çox çətindir. Ona görə də arabir vitamin qəbul etmək lazımdır, lakin bunu nizamsız deyil, planlaşdırılmış kurs şəklində etmək lazımdır. Dərmanların qəbulundan öncə orqanizmdə bilavasitə hansı vitamin və mikroelementin çatışmazlığını müəyyən etmək üçün analizlərin verilməsi tövsiyə edilir. Müayinələr saçlarda və qanda aparıla bilər.


60

Gələcək analar üçün 7 «olmaz»

XARİCDƏ İSTİRAHƏT ETMƏK OLMAZ Әnənəvi olaraq, hesab edilir ki, hamilə qadın təy‐ yarə ilə uçmamalı və iqlim dəyişməməlidir. Birinci bəndə gələrkən, həqiqətən də ehtiyatlı olmaq lazımdır. Lakin hamiləlik normal keçdikdə, 24‐26 həftəyə qədər təyyarə ilə rahat uçmaq olar. Hamiləliyin sonuncu müddətlərində aviasəya‐ hətlər artıq məsləhət deyil. Uçuş zamanı atmosfer təzyiqinin kəskin dəyişməsi baş verir. Hamilə qadın aşağı təzyiq zonasına düşərkən, vaxtından əvvəl doğuş riski əmələ gəlir. Sağlamlıq ilə əlaqədar olan əlavə problemlər vəziyyəti bir qədər də ağırlaşdırır. Bəzi hallarda hamilələr yüksək meteohəssalığa malikdir və hətta adi hava dəyişməsinə reaksiya verir. Hamiləliyin pozulması təhlükəsi olan qadınlar daha çox hava proqnozlarına diqqət yetirməlidir. Sinoptiklər aşağı təzyiq vəd edirsə, o gün hamilə

qadının evdə qalması və istirahət etməsi məsləhətdir. İqlimə gəldikdə isə, burada da çox şey qadının sağlamlığından asılıdır. Әlbəttə, Bakı qışından Tailanda, yaxud Dominikan Respublikasına getməyə dəyməz. Misirdə isə gələcək anaya daha xoş ola‐ caqdır. Lakin belə eksperimentlər yalnız sakit hamilə‐ lik zamanı mümkündür. Әks halda, yumşaq Qara dəniz və ya Aralıq dənizi iqlimi ilə məhdudlaşmaq lazım gələcəkdir. İstirahət etmək üçün ən əlverişli mövsüm erkən yay və ya payızdır.

SAÇLARI RƏNGLƏMƏK OLMAZ Bir tərəfdən, saç boyasının tərkibində allergiya törədə bilən kimyəvi maddələr mövcuddur. Lakin digər tərəfdən – hamilə qadın yalnız bu səbəbdən özünə baxmağı unutmamalıdır. Bir halda ki, hamilə‐ lik özü də zərif cins nümayəndələrinin hamısını gözəlləşdirmir. Və belə qadağa yalnız əlavə həyəcan


61 və stress törədə bilər. Lakin gələcək körpənin sağlamlığına görə nara‐ hatlıq mövcuddursa, təbii boya, misal üçün, xınadan istifadə etmək lazımdır. Salona gəldikdə isə, ustanı mütləq öz vəziyyətiniz haqqında məlumatlandırın. Bu zaman o, daha az zəhərli boya seçə bilər.

MOBİL TELEFON İLƏ DANIŞMAQ OLMAZ Bu gün mobil aparatların insana yetirdiyi ziyan artıq şübhə doğurmur. Lakin müasir dünyada bu rabitə növü istifadəsindən imtina etmək çətindir. Və gələcək ananın əlindən mobil telefonu alaraq, ona daha çox zərbə vurmaq olar. O, «dünyadan tədric ola‐ caq», daimi həyəcan və əsəbilik vəziyyətində qala‐ caqdır. Ona görə də hamilə qadınlar müəyyən qaydalara riayət etməli olacaqdır. Belə ki, telefonu boyun və ya qurşaq nahiyəsində deyil, çantada daşımaq lazımdır. Gecə vaxtı onu işlək vəziyyətdə çarpayının yanında saxlamaq olmaz. Və danışıqları minimum səviyyəsinə endirmək lazımdır.

PƏHRİZ SAXLAMAQ OLMAZ Gələcək ana yalnız ən dadlı və faydalı ərzaqlar ilə qidalanmalıdır – bu, əsas qaydadır. Bu dövrdə qadın orqanizmi immunoloji cəhətdən zəifdir. Bu vəziyyət əzəldən təbiət tərəfindən körpənin uğurlu bəslənməsi və doğulması üçün düşünülmüşdür. Axı uşaq yalnız yarıya qədər anaya məxsusdur, digər yarısı ona ata tərəfindən verilmişdir. Və qadın orqanizmi «yad törəməni» qəsb etməsin deyə, onun immuniteti bir qədər zəifləyir. Və istənilən balanslaşdırılmamış qidalanma məhdudiyyəti onu yalnız daha çox zəif‐ lədəcəkdir. Digər tərəfdən qadın yalnız hamiləliyin erkən dövrlərində istədiyini yeyə bilər. Bu dövrdə gələcək ana öz meyl və istəklərinə riayət edə bilər. Xüsusən, hər hansı bir ərzağa qarşı ikrah hissi əmələ gələrkən, onun yerini xoş bir təamla doldurmaq istəyi yaranır. Lakin 16 həftəlik həddi keçdikdən sonra gələcək haqqında düşünmək və faydasız qidadan az istifadə etmək lazımdır. İlk növbədə, söhbət hisə verilmiş, qızardılmış, acı, duzlu və şirin məhsullardan gedir. Xüsusi ilə də, müxtəlif tortlar, konfetlər və bəzi kalo‐ rili meyvələrdən, misal üçün, banan və üzümdən imti‐ na etmək lazımdır. Faydalı məhsullara da diqqət yetirmək lazımdır. Belə ki, mütləq yerkökü, kivi, alma kimi təzə meyvə və tərəvəz yemək lazımdır. Üstünlüyü yaşıl meyvələrə vermək lazımdır. Yarma və südturşulu məhsulları da unutmaq lazım deyil. Rasionda suda bişirilmiş mal əti və qara ciyərin də olması çox vacibdir. Bu, orqanizmi kifayət qədər dəmir ilə təmin edən və bununla ane‐

miyanın qarşısını alan məhsullardır.

FİTNES İLƏ MƏŞĞUL OLMAQ OLMAZ Bu halda qadının hamiləlikdən əvvəl hansı həyat tərzi aparması vacibdir. O, fitnes ilə fəal məşğul olmuşdursa, müntəzəm olaraq hovuza və saunaya getmişdirsə, bu işi davam etdirə bilər. Yalnız saunaya ehtiyatla getmək lazımdır, xüsusi ilə də venaların varikoz genişlənməsi olan qadınlara. Çünki yüksək hərarət şəraitində damar problemləri ağırlaşa bilər. Hamiləliyin hər hansı ağırlaşmaları olan qadınlara da fitnes ilə məşğul olmaq olmaz. Qadını gündəlik qayğılardan ayırmayan ev məşqlərini də məsləhət etmək olar. Belə ki, hətta sadə mənzil təmizlənməsi yaxşı təlim ola bilər. Әsası – düzgün tənəffüsdür. Әzələlərin gərilməsi və maksimal yüklənməsi zamanı – nəfəs almaq, boşalması zamanı isə – nəfəs vermək lazımdır. Bax, belə bir ev fitnesini təklif etmək olar. O, qanın əzələlərə dolmasına səbəb olur və orqanizmdə maddələr mübadiləsini aktivləşdirir.

SOYUQ SU İLƏ YUYUNMAQ OLMAZ Bu, tamamilə yanlış müddəadır. Әksinə, bədənin su ilə möhkəmləndirilməsi faydalıdır. O, orqanizmə yaxşı təsir göstərir. Lakin bunu düzgün etmək lazımdır. Sadəcə duş ilə yuyunmaq deyil, tutumlu bir qaba soyuq su yığıb, onu birbaşa başınızın üzərinə axıdın. Başdan ayağadək tökün. Belə prosedura zamanı soyuqdan bütün damarlar sıxılır. Qan isə paylanılır, ürək, beyin və qara ciyər kimi həyati vacib orqanların təminatına sərf olunur. Hamilə qadınlarda bu siyahıya uşaqlıq və cift də daxildir. Və əlavə qan axını onlara heç də mane olmur.

ÇOXLU SU İÇMƏK OLMAZ Doğrudur, bu məsələdə ölçü gözləmək lazımdır. Hamilə qadın gün ərzində litr yarım, maksimum iki litr maye içməlidir. Və bu mayenin yalnız təbii içki‐ lərdən ibarət olması daha yaxşıdır. Qəhvənin istifadəsini minimum səviyyəsinə endirmək lazım olacaq. Bu içki təzyiqin dəyişməsinə səbəb ola bilər ki, bu da dölə mənfi təsir göstərir. Eyni vəziyyət çay ilə də əlaqədardır. Yaşıl, yaxud qara çay olması vacib deyil. Hamilə qadın çox açıq rəngli çay içməlidir. Gələcək ana üçün mineral su da arzuolunmazdır. Düzgün qidalanmaya da riayət etmək vacibdir. Bəzən, duzlu və acı yeməyi istisna etməklə, balansı tarazlamaq mümkün olur. Artıq maye həm ana, həm də körpənin sağlamlığına təh‐ lükə yarada bilər.


62

Birinci üç ay uşağın əqli inkişafı ilə hərəkətlərin inkişafı bir-birinə bağlıdır. Uşaq ətraf aləmlə maraqlanır, parıldayan və hərəkət edən şeyləri müşahidə edir, həmçinin bunların ardınca da baxır. Böyüklərin danışığına qulaq asır, danışan adamlar tərəfə başını çevirir. Öz əllərini görür, bunlarla oynayır. Uşaq 6-8 həftəliyində öz səsini yoxlayır, “danışmağa” başlayır. O, anasını tanıyır və onu görəndə sevinib, gülümsəyir. Uşağa düzgün qulluq etdikdə o, 3-4 aylığında anası döş vermək istəyəndə özü döşü götürmək üçün üzünü anasına tərəf çevirir, ağzını açıb döşü axtarır, bəzən əlini anasının döşü üstünə qoyur. Bu vaxt uşaq gecə rahat yatır, həmçinin döş verilməsini sakit gözləyir. Uşaqlar 3-4 aylığında ucadan gülürlər. 4-8 aylıq uşaq xoşuna gəldiyi oyuncağı əlinə götürməyə çalışır. Tanış və tanış olmayan adamları düz seçir, xoşuna gəldiyi adamın üzünə gülümsəyir: tanımadığı, yaxud xoşuna gəlmədiyi adamı gördükdə ağlayır, yaxud üzünü çevirir. Bu yaşda uşaq dadına baxmadan yeməyi tanıyır, yemək xoşuna gəldikdə sevinir, xoşuna gəlmədikdə isə gözlərini qırpır; təzə rəngləri, təzə qaşığı və ya qabı seçir. Səsinin tembri daha rəngarəng olur. 4-8 aylıq uşaq oynamağa başlayır, məsələn “gizlənpaç” oynayır. Cəld adyalı və döşəkağını başına çəkir, adyalın altından cəld başını çıxarıb anasının baxışını tuta bilsə, bərkdən gülür. Sonralar uşaq teztez “gizlənpaç” oynayır və bu oyundan həzz alır. 9 aylığında hərəkətlərin inkişafı ilə yanaşı, uşağın davranışı da dəyişib rəngarəng, çoxcəhətli olur. Uşaq getdikcə çox təşəbbüs göstərir. Məhz bu vaxt ana

uşağın tərbiyəsi ilə daha çox məşğul olmalıdır. 9-10 aylığında uşağın əqli inkişafı bir pillə qalxır. Bu vaxta qədər valideynlər sözləri aydın və düzgün deyirdilərsə, uşaq bu sözləri başa düşməyə başlayır. Anası: “gəl, yanıma” və ya “gedək, çimək” dedikdə, uşaq anasının qucağına gəlmək istəyir, yaxud anasına tərəf iməkləyir. Bir yaşı tamam olub, iki yaşa girəndə uşaq rejimə tez öyrəşir. O, özünə və hərəkətlərinə aid olan sözləri dəfələrlə eşitmişdir, anasının “sözünə baxmayıb” otağın o biri tərəfinə iməkləyir və oradan böyüklərin nə deyəcəyinə diqqətlə baxır. Uşaq xoşuna gəlməyən yeməyin təkcə adını eşitdikdə belə üzünü çevirir, yaxud əksinə, xoşuna gələn yeməyin adını eşitdikdə isə gülümsəyir, yaxud gülür. Onu yedizdirdikdə qaşığı götürür və ağzına aparır. Anası onun köynəyini geyindirdikdə əlini köynəyin qoluna keçirib, anasına “kömək edir” Oyunu özü seçir, çox sevdiyi oyuncaqlarını axtarır.


63

Anemiya Profili Anemiya, yaxud qan azlığı - qanda hemoqlobinin miqdarının və eritrositlərin sayının azalması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Anemiya insanın bütün həyat dövrlərində əmələ gələ bilər. Anemiyanın səbəb və müalicə üsulları ilə əhəmiyyətli dərəcədə biri-birindən fərqlənən bir neçə növü mövcuddur. Anemiyanın əsas əlamətləri:

• • • • • • • •

Yorğunluq. Gərginlik zamanı qeyri-tipik tezləşmiş ürəkdöyünməsi. Gərginlik zamanı tənəffüsün çətinləşməsi, baş ağrıları. Diqqəti cəmləşdirmə çətinliyi. Baş gicəllənmə. Dərinin avazıması. Ayaqlarda qıcolmalar. Yuxusuzluq.

Qanın analizi yalnız anemiya diaqnozunu təsdiqləmir, eyni zamanda onun əmələ gəlməsi səbəblərini aşkar etməyə kömək edir. Anemiya profilinə daxildir:

Qanın kliniki analizi - eritrositlərin miqdarını, ölçüsünü,

həcmini və qanda hemoqlobinin miqdarını müəyyən edir.

Dəmir və ferritinin səviyyəsi – orqanizmdə dəmir ehtiya-

tının ən yaxşı indikatorlarıdır.

• •

B12 və fol turşusunun səviyyəsi. Ümumi dəmir birləşdirmə qabiliyyəti.

Mürəkkəb hallarda anemiyanın az-az rast gəlinən – eritrositlərə immun hücum, eritrositlərin kövrəkliyi, fermentasiya və qanın laxtalanmasında qüsurlar, hemoqlobinin istehsalının az olması kimi nadir səbəblərin aşkar edilməsinə ehtiyac yaranır.


64

UŞAQLARA

vaxt ayrılmalıdır!

Aparılan araşdırmalar uşaqların inkişafına ana və ataların vaxt ayırmasının çox əhəmiyyətli olduğunu göstərir (xüsusilə ilk beş yaş olmaq üzrə). Uşağınız ilə keçirdiyiniz vaxt onun özünə olan inamının inkişaf etməsi baxımından çox əhəmiyyətlidir, çünki ona vaxt ayırmağınız ona verdiyiniz dəyəri göstərir. Varlığı ilə yoxluğu hesaba alınmayan və sanki o, evdə yoxmuş kimi davranmaq uşağın özünə olan etibarına bilavasitə mənfi təsir edir. Xüsusilə, uşaq sayının çox olduğu ailələrdə hər bir uşağa bərabər şəkildə vaxt ayrılması əhəmiyyətlidir. Uşağınız ilə vaxt keçirməyiniz onu stressdən uzaqlaşdırar və qarşısına çıxan çətinlikləri daha asan aradan qaldırmasına kömək edər. Onlarla daha az məşğul olmaq isə uşaqlarda duyğularını ifadə edə bilməmək, qapalılıq, yovuşmazlıq, problemlərini kimləsə paylaşmamaq kimi hallara gətirib çıxara bilər. Bu vəziyyət nəticəsində bir çox psixoloji problemlərin yaranması da mümkündür. Uşağınız ilə keçirdiyiniz zamanın kəmiyyəti deyil, key‐ fiyyəti əhəmiyyətlidir. Vaxt məsələsi işləyən analar üçün daha aktualdır. Ancaq əgər gündəlik işləriniz sırasında yemək yeməyə, televiziya izləməyə, yat‐ mağa və buna bənzər bir çox gündəlik işlərinizə vaxt tapırsınızsa, uşağınıza da zaman ayıra bilərsiniz. Zamanında uşağınızın prob‐ lemlərinə diqqət göstərməsəniz, gələcəkdə daha çətin vəziyyətlərlə üzləşə bilərsiniz. Vaxt ayırmaq dedikdə, ʹʹyalnızʹʹ uşağınız üçün ayırdığınız zaman nəzərdə tutulur. Televiziya izləyərkən və ya öz işinizi edərkən uşağınızın yanınızda olması əlbəttə ki, tamamilə tək olmasından yaxşı olmaqla birlikdə, kafi deyil. Onu da vurğulamaq yerinə düşər ki, uşaqlar maddi imkanlarla qismən xoşbəxt ola bilərlər. Uşaq üçün əsl xoşbəxtlik müəyyən zaman ərzində onu sevən‐ lərlə bir yerdə olmaqdır. Araşdırmalara görə, uşaqlar ana‐atalarından gördük‐ ləri sevgi və qayğı nəticəsində həyata daha müsbət fikir‐ lərlə və ümidlərlə baxa bilir, daha az zərərverici davranışlara malik olurlar, insanlara qarşı sevgi və nəva‐ zişlə yanaşır, yoldaşları ilə daha mehriban ünsiyyət qura bilirlər. Uşaqlara həddən artıq vaxt ayırmaq, diqqət göstərmək də düzgün deyil. Bəzən tam tərsi olaraq, ana‐ atalar uşaqlara o qədər çox vaxt ayırırlar ki, bu zaman da uşaqlar böhrana düşür, valideynlərinə qarşı çıxır, onlara həddindən artıq müdaxilə edildiyi üçün psixoloji problemlər yaşayır, gələcəkdə müstəqil ola bilmirlər. Unutmayın ki, uşağınız sizə nə qədər yaxın olsa, pislik‐ lərə o qədər uzaq olacaq, sizinlə birlikdə nə qədər xoşbəxt olsa, həyatın digər sahələrində də o qədər xoşbəxt olacaq, sizinlə və ailəsi ilə bağları nə qədər möhkəm olsa, onun bütün həyatı boyunca problemləri daha az olacaq. Bu gündən atılan toxumlar sabahlar üçün çox gözəl nəticələr verəcək . Әgər bu mövzuda bugün bir addım atılmırsa, sabah olduqca gec ola bilər.


66

SPA

stresə qarşı Psixoloji xidmətlər sahəsində yeni istiqamət – SPA‐psixologiya yaranmışdır. SPA‐psixologiya – insanın dünyaya münasibətini daha da harmonik etməyə istiqamətlənmiş xidmət və proseduralar kom‐ pleksidir. SPA‐psixologiya yaxınlarda yaranmışdır. Onun ideyası sadədir. Minlərlə insan hər gün SPA‐ proseduralarına gəlir: müxtəlif sarınmalar, aromatik vannalar, masaj. Çoxları üçün bu, boşalmaq, istirahət etmək, orqanizmə qayğı göstərmək üçün yeganə imkandır. Bu vaxtı ikili fayda ilə keçirmək, yəni, yal‐ nız bədəni deyil, ruhu da qaydaya salmaq əsl yerinə düşər. Bizim şəxsiyyətimiz və ruhi aləmimiz məhz cis‐ mani təəssüratlardan irəli gələrək formalaşır. Uşaq doğulduqdan sonra dünyanı yalnız göz və qulaqlar vasitəsi ilə dərk edir. Onun üçün taktil hissiyyatlar, qoxular, həzz hissi, rahatlıq da vacibdir. Sonralar bu fiziki tərkib fonunda əməlləri müəyyənləşdirən

emosiyalar, düşüncələr əmələ gəlir. Daha aydın olsun deyə, bir misal gətirək. Balaca qız hər hansı diskomfort hiss edir və şıltaqlıq edir. Bunun səbəbi nəvaziş, diqqət, cismani təmas, hər hansı marağın ödənilməsi, təsəlli ehtiyacı ola bilər. Ana üçün isə hər hansı şəxsi xüsusiyyətlər və ya ele‐ mentar məşğulluq nəticəsində bu nüansların fərqinə varmaq çətindir. Və istənilən «qımıldanmalara» o, eyni reaksiya ilə – yedirməklə cavab verir. «Dadlı nə isə» təklif edir. Zaman ötdükcə uşaqda möhkəm stereotip formalaşır: istənilən cismani və ruhi diskom‐ fortu ilk növbədə «yemək» ilə aradan qaldırmaq olar. Böyüyərək, qızcığaz öz ehtiyacları və onların törət‐ diyi hissiyyatları tanımağı «unudur». Hər dəfə də vərdiş etdiyi, «ana südü ilə» canına hopmuş üsul ilə təskinlik tapır ‐ yeməklə. Və özü də bundan əziyyət çəkir… Məsələ onda deyil ki, bu qızdan böyümüş xanım‐


67 da fiqura ilə yaranan problemlər qaçılmazdır. Ona stressin öhdəsindən effektiv şəkildə gəlmək, öz hiss‐ lərini ifadə etmək çətindir. Belə vəziyyətdə psixoso‐ matik problemlər də uzaqda deyil. Başqa tərzdə də ola bilər. Bədənin hiss etmək bacarığının olmaması emosiyalarda da «dolaşıqlığa» gətirib çıxarır. Daha bir misal. Psixoloqun yanına gələn müştəri daimi qəmginlikdən, iş qabiliyyətinin olmamasından şikayət edirdi. Ondan bu qüssə və apatiyanın harada «məskunlaşmasını» göstərməyə xahiş etdikdə, o, çox düşünmədən, boğaz nahiyəsini göstərdi. «Məhz nə hiss edirsiniz?» sualına isə «Elə bil nə isə tutub saxlayır» cavabını verdi. O zaman biz bunu reallıqda təqlid etməyə çalışdıq. Bir neçə dəqiqə ərzində o, özünü, boyun nahiyəsindən tutaraq, hissiyyatlarına qulaq verirdi. Nə hiss etdiyini soruşanda, hamının təəccübünə səbəb olmuş cavab verdi: «Bu qüssə deyil, bu acıqdır. Mənim xətrimə dəymişlər, lakin öz emosiyalarımı ifadə etməkdən qorxurdum. Və mən onları özümdə «qapadım»…». Beləliklə, cismani təəssüratlar hissləri anlamağa, qərar qəbul etməyə, vəziyyətdən çıxış yolu tapmağa kömək etdi. SPA‐psixologiya da buna kömək edir. O, insana öz bədənini hiss etməyə və onu əslində nəyin narahat etdiyini anlamağa kömək edir. Öz hissiyyatlarına qulaq verməyi, fiziki ağrını qəlb ağrısından ayırd etməyi öyrədir. SPA‐proseduraların yaxşı cəhətləri ondadır ki, onlar tam boşalmağa və özü ilə baş‐başa qalmağa kömək edir. Fitnes və hətta xüsusi məşqlərin yerinə yetirilməsi zamanı buna nail olmaq çətindir. Bu mənada insanın suda olması ilə əlaqədar olan SPA‐proseduralar xüsusi ilə yaxşı effekt verir. İnsan üçün su təhlükəsizlik və rahatlıq zonasıdır. Bioloji növ kimi biz milyonlarla il əvvəl sudan çıxmışıq. Hər birimiz ana bətninin su mühitindən yaranmışıq. Məhz bu səbəbdən, suda olarkən, öz təhtəlşüurunuza müraciət etmək, öz dərin hisslərinizi və emosiyalarınızı anlamaq asanlaşır. Demək, dünyaya münasibətinizdə nəyi isə dəyişmək də asan olur. SPA‐prosedurasından bilavasitə əvvəl psixoloq ilə 15‐20‐dəqiqəlik söhbət etmək psixoloji hazırlıq üçün kifayətdir. Bu zaman mütəxəssis, bütün cari problem‐ lərdən azad olmaq üçün müştərini onun üçün daha əlverişli üsullara kökləyir. Aromatik vannada olarkən də, müştəri illik hesabat haqqında düşünməyi davam edərsə, o, öz bədənini hiss edə bilməz. Demək, ruh üçün prosedura mənasız olacaqdır. SPA‐psixologiya xidmətlərini hələlik tək‐tək salon‐ lar və psixoloji mərkəzlər təklif edir. Bir də məzu‐ niyyət zamanı psixoloji SPA‐intensiv kursuna yazıl‐ maq şansı var – kefi fayda ilə uyğunlaşdırmaq məqsə‐ di ilə. Bununla da, demək olar ki, imkanlar bitir. Lakin öz bədənini hiss etməyi müstəqil şəkildə də

öyrənmək olar. SPA‐proseduralarına gedərkən, prob‐ lemlərinizi unutmağa və özünüzə qulaq yetirməyə çalışın. Bunun üçün sadə üsullar kömək edir. Misal üçün, SPA‐mərkəzinə gələrkən, təsəvvür edin ki, köynək, ətəklik, corab ilə birlikdə öz cari qayğılarınızı, həll olunmamış məsələləri də soyunur‐ suz. Onları dolaba yığaraq, qapısını açar ilə bağlayın. Və söyləyin: «Mən sizə qayıdacam, amma iki saatdan sonra». Sonra duşa yollanırsız. Və yenidən təsəvvür edirsiniz ki, qalmış qayğıları sabunlu köpük ilə bir‐ likdə yuyub aparırsınız. Özünüzlə baş‐başa qalırsınız. Belə autotreninq çox effektivdir. Әlbəttə ki, prose‐ dura zamanı siz onsuz da vaxtaşırı iş qayğılarınız və hazırlanmamış nahar haqqında düşünəcəksiniz. Lakin vaxtın əsas hissəsini öz fiziki və emosional hissiyyatlarınıza həsr edəcəksiniz. Bunu etmək asan olsun deyə, daha bir üsula əl atmaq olar. Proseduranın əvvəlində özünüzə söyləyirsiniz: «Mən özümlə təklikdə qalıram, özüm açılıram. Mənim bədənim bunu necə etməyi bilir». Bu ifadə böyük məna daşıyır. Bu sözləri söyləyərkən, siz, sanki müvəqqəti olaraq bədəninizə şüurlu sürətdə nəzarət etməkdən imtina edir, stereotiplərin hökmü altından çıxırsınız. Sizə yalnız öz hissiyyatlarınızı duymaq qalır. Salonda SPA‐psixoloq varsa, proseduradan sonra o, məsləhət verir. Onunla birlikdə vanna və ya masaj zamanı əmələ gəlmiş hiss və xatirələrinizi bölüşürsünüz. Psixoloq yoxdursa, özünütəhlil ilə məşğul olun. Daxili iş istənilən halda çox vacibdir. Onun bir çox istiqamətləri ola bilər. Birincisi, bu anda məhz hansı emosiyaları keçirdiyinizi müəyyən etmək lazımdır. Hər dəfə ruhi və ya cismani diskomfort hiss edərkən, özünüzə qulaq yetirin. Qəzəbi inciklikdən, tənhalıq hissini apatiyadan ayırmağı öyrənin. İkincisi, qəzəb və incikliyinizin haradan əmələ gəlməsini anlamaq yaxşı olardı. Çox zaman psixoloji SPA‐terapiyadan sonra aşkar olur ki, bütün bunlar – uşaqlıq və yeniyetmə dövründən qaynaqlanır. Bəli, uşaqlıqdan qorxular, özünə inamsızlıq, ünsiyyət prob‐ lemləriniz var. Güman ki, onlar sizin taleyinizi yaxşılığa doğru dəyişməmiş, yaxud hətta indi həyat‐ dan həzz almağa mane olur. Lakin bu, sizin həyat təcrübənizdir. Ya, onu sadəcə olduğu kimi qəbul edin, ya da öz keçmişinizi dərk etməkdə nəyi isə dəyişmə‐ yə çalışın. Məhz burada psixoloq ilə iş yaxşı kömək edir. Hərçənd, çox güman ki, hər hansı real addımlar atmağa, misal üçün, sizin xətrinizə dəymiş şəxs ilə açıq söhbət etməyə cəhd göstərsəniz, bu da vəziyyə‐ tinizi asanlaşdıra bilər. Yaxud, əksinə, ilk uğursuz məhəbbətinizə rast gəldiyiniz küçə ilə getməkdən əl çəksəniz. Dərrakə stereotiplərinin dəyişməsi üzərində çalışmağa dəyən ən vacib maddədir.


68 BÖYRƏKLƏRİN SANİTARLARI Bizim böyrəklərimiz çox vaxt ona görə ağır yük daşıyır ki, biz o qədər qida məhsullarını və içkini qəbul edirik ki, onları xeyirli adlandırmaq olmaz. Ona görə profilaktika üçün müntəzəm surətdə böyrəkləri zərərli maddələrdən təmizləmək lazımdır. Və qarpız fəslini gözləmək elə də vacib deyil: bizim sərəncamımızda bütün lazımlı vəsaitlər olacaq.

İTBURNU ÇİÇƏYİNİN KÖKLƏRİNDƏN HƏLİM İtburnu çiçəyinin köklərindən hazırlanmış həlimin müntəzəm istifadə edilməsi ilə böyrək ləyənciklərində və sidikqovucu yollarda, öd kisəsində və qara ciyərin axacaqlarında daşlar xırdalaşdırılaraq əriyir. 1-2 xörək qaşığı doğranmış itburnuçiçəyinin kökünü 1 stəkan suda bağlı qabda bişirmək lazımdır. Hazır həlimi soyudun, süzün və stəkanın 1/3 hissəsini gündə 3 dəfə isti halda qəbul edin. Kurs iki həftə davam etməlidir, bir il ərzində müalicənin 2-3 kursunu həyata keçirtmək olar. Bu həlim C, K, P vacib vitaminlərinin mənbəyidir.

TƏRƏVƏZ ŞİRƏLƏRİ YAŞIL ÇAY

Bu, qaraciyərdə, böyrəklərdə və sidik axarlarında daşların yaranmasına qarşı əla profilaktik vasitədir. Yaşıl çayı sutkada 1-3 dəfə bir stəkan olmaqla, uzun müddət qəbul edin. Təyin olunmuş hesabata uyğun olaraq, quru dəmin 1 çay qaşığını qaynar suyun bir fincanında dəmləyin. 12-15 dəqiqə saxladıqdan sonra isti şəkildə için. Yaşıl çayın tərkibində şişlərin yaranmasına maneələr törədən maddələr mövcuddur.

Onlar sidiyi qələviləşdirir və uratlı və oksolat daşlarını əridir. Bu daşlar turş mühitdə əriyir. Kökün, xiyarın, qırmızı çuğundurun, cəfərinin, kərəvizin, şüyüdün şirələrindən istifadə etmək olar. Onları ayrı-ayrı, həm də məhlul şəklində qəbul edin. Öz bostanınızda yetişdirilmiş tərəvəzlərdən sıxılmış şirələrdən istifadə etsəniz, daha əlverişli olardı. Şirənin bir stəkanını hər gün yeməkdən yarım saat əvvəl və ya bir saatdan sonra qəbul edin. Qırmızı çuğundurun şirəsini təkcə qarışıq şirələr üçün istifadə edin və onu qəbul etməkdən 2-3 saat əvvəl sıxın. Əgər yay vaxtı siz hər gün şirələri içməyə çalışsanız, onda, artıq payız vaxtı siz təkcə böyrəklərə yox, bütün orqanizmə də xeyir gətirə bilərsiniz.


70 QRİP AĞIR İNFEKSİON XƏSTƏLİKDİR Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Aşağı temperaturda yaxşı inkişaf edən qrip virusları isti mühitə davam gətirmir. İnfeksiya mənbəyi isə xəstə insanlardır. Qrip virusları soyuqda daha da fəallaşır. Havaların soyuması infeksion xəstəliklərin, o cümlədən qripə yoluxmaların sayını artırır. Qrip yoluxduğu orqanizmə ağırlaşma verərək, meningit, astma, bronxit, haymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə belə orqanizmdən tam sorulmur. Odur ki, həkimlər qripə qarşı ehtiyatlı davranmağı məsləhət görür: Qripin əsas ilkin əlamətləri aşağıdakılardır: • Tənəffüs yollarının qıcıqlanması; • Burun tutulması,tənəffüsün çətinləşməsi; • Burun selikli qişalarında şişkinlik; • Burun axması; • Bütün bədən nahiyəsində ağrı və əzginlik; • Bədən hərarətinin yüksəlməsi. Həkimlər qripin profilaktikasi üçün tərkibində daha çox vitamin “C” olan meyvələrlə qidalanmağı və həmin meyvələrin şirələrini qəbul etməyi məsləhət görürlər. Xəstəliyə yoluxmuş insanlara isə qripin bütün əlamətlərini aradan qaldıra biləcək dərman preparatlarının qəbulu məsləhət görülür. Rinzasip vitamin “C” ilə belə preparatlar içində ön sırada durur. Tərkibi: • Vitamin C - İmmuniteti yüksəldir; • Parasetamol -Hərarətsalıcı və ağrıkəsici təsir göstərir; • Kofein - Halsızlığı aradan götürür; • Fenilefrin - Burun selikli qişalarında şişkinliyi azaldır; • Feniramin - Burun axmasını dayandırır. Gün ərzində 4-5 paket yeməkdən sonra qəbul olunur. Apteklərdə reseptsiz satılır.Şəhərin istənilən aptekinə müraciət edə bilərsiz.

Daha ağır hallarda mütləq həkimə müraciət etmək lazımdıır.Çünki qrip yuxarıda qeyd etdiyimiz kimi ağır infeksion xəstəlikdir,həyat üçün təhlükəlidir.Məhz buna görə də xəstəliyin ilkin əlamətlərini hiss etdiyiniz andan müalicə olunmağınz vacibdir.Heç olmasa yaxında olan apteklərə müraciət edin,ilkin informasiya alın. Başqalarının da yoluxmasına səbəb olmamaq üçün qoruyucu maskalardan istifadə edin. Bir sözlə, özünüzün və yaxınlarınızın sağlamlığının qeydinə qalın.


72 Cəfəng arıqlama

“SİRLƏRİ” İnternet‐forumlarda xanımlar həvəslə arıqlama sirləri ilə bölüşür. Lakin heç də belə məsləhətlərin hamısına riayət etmək lazım deyil. Bir neçə ən şübhə doğuran məsləhətlərin üzərində dayanmaq istərdik. Bəzi qadınlar qəhvənin arıqlama qabiliyyətinə istinad edir. Son zamanlar qəhvənin köməyi ilə arıqlama üsulu böyük populyarlıq qazanmışdır. O, yağları «əritməyə» kömək edirmiş və maddələr mübadiləsini sürətləndirirmiş kimi təqdim olunur. Nahardan sonra bir fincan qəhvə içdinsə – fiqurana görə narahat olmaya bilərsən. Kofein həqiqətən də maddələr mübadiləsini sürətləndirir. O, ürəyi daha tez vurmağa vadar edir, tonusu artırır, bədən ehtiyatlarını aktivləşdirir. Lakin bütün bunların effekti mini‐ maldır. Hətta gün ərzində on fincan qəhvə içsəniz belə, tərəzidə nəzərə çarpan nəticə görünməyəcək. Әvəzində yuxusuzluq, həyəcan, yaxud apatiya özünü mütləq göstərəcəkdir – sinir sisteminin həddən artıq güclü stim‐ ulyasiyası səbəbindən. Qəhvə həmçinin mədənin selikli qişasını qıcıqlandırır. Ona görə də onu yeməkdən sonra içmək yaxşı olardı. Yaxud, heç olmazsa, buterbrod ilə. Qadınların bir qismi isə askorbin turşusu sayəsində arıqladığını iddia edir. C vitamininin yağları əritmək qabiliyyəti hazırda xanımlara aid internet‐forumlarda fəal müzakirə olunur. C vitamini həqiqətən də çox faydalı maddədir. O, immunitet və damarların vəziyyə‐ tinə müsbət təsir göstərir. Bədən çəkisinə də askorbin turşusu təsir göstərə bilir, lakin bu təsir çox vasitəlidir. Məsələ ondadır ki, C vitamini olmadan orqanizmdə ən məşhur yağ yandırıcısı olan L‐karnitin istehsal olunmur. Bu isə o deməkdir ki, çəkini azalt‐ maq mürəkkəbləşir. Lakin askorbin turşusunun çoxlu miqdarda qəbul olunması yağların daha sürətlə əriməsinə səbəb olmur. Bu, cəfəngiyatdır. Orqanizm elə bir quruluşa malikdir ki, o, qida və bioaktiv əlavələrin tərkibindən yalnız konkret zamanda ona


73 lazım olanları alır. O, birbaşa sutkalıq C vitamini nor‐ masını mənimsəməyə qadir deyil. Yeri gəlmişkən, bu norma qadınlar üçün 60 milliqram təşkil edir. Amma yüksək dozada C vitamini qəbul etməklə sağlamlığa ziyan vurmaq tam realdır. Askorbin turşusu orqanizmdə toplana bilmir, onun artıqları təbii yol ilə xaric edilir. Ona görə çoxlu miqdarda C vitamini ilə zəhərlənmək mümkün deyil. Amma dozanı aşma zamanı allergik reaksiya və ya diareyanın əmələ gəlməsi tipik haldır. Bundan başqa, uzun müddət askorbin turşusu qəbul etmək böyrəklərdə daşların əmələ gəlməsinə, B12 vitamini defisitinə səbəb olur. Bu isə sinir sisteminin vəziyyətinə heç də müsbət təsir göstərmir. Daha bir yanlış fərziyyə – arıqlamaq üçün alma sirkəsi içmək. Bəziləri bu məqsədlə alma sirkəsi həll edilmiş bir stəkan suya bir damcı yod da əlavə etməyi və bunu yeməkdən 20 dəqiqə əvvəl içməyi məsləhət görür. Әn maraqlısı budur ki, sirkənin həqiqətən də artıq santimetrlərdən azad olmağa kömək etməsini təs‐ diqləyən heç bir məlumat mövcud deyil. Onu qəbul etmiş qadınların əksəriyyəti deyir ki, o, iştahanı öldürür. Lakin yeməkdən 20 dəqiqə əvvəl bir stəkan adi su da içmiş olsanız belə, istənilən halda az yeyəcəksiniz. Sadəcə ona görə ki, mədə qismən dolmuş olacaq. Suyun tərkibində alma sirkəsinin olub‐ olmaması isə bu halda heç də əhəmiyyətli deyil. Alma sirkəsinin bir sıra faydalı xüsusiyyətləri mövcuddur. Belə ki, onun tərkibində ürəyin yaxşı işləməsi üçün vacib olan çoxlu miq‐ darda kalium mövcuddur. Lakin bununla belə, o, mədənin selikli qişasını qıcıqlandırır, turşuluq səviyyəsinə təsir edir və diş minasını zədələyə bilər. Və hər halda, xüsusən, yod əlavə etməklə «arıqladıcı» içki hazır‐ lamağa dəyməz. Spirtli yod məhlulu daxilə qəbul etmək üçün nəzərdə tutulmamışdır. Çoxlu miqdarda o, zəhərlidir. Alma sirkəsi və yod əlavə olunmuş içkidən istifadə etdikdə, asanlıqla zəhərlənmək mümkündür. Artıq çəkidən azad olmaq isə çətin ki, alınsın. Bəziləri də hesab edir ki, yeməyin tərkibinə çoxlu ədviyyat əlavə etməklə arıqlamaq daha asan olur. Xüsusən də, qırmızı istiotu. Qırmızı istiot maddələr mübadiləsinə təsir edə bilir, lakin effekt yenə də müba‐ liğə edilmişdir. Çox istiotlu yeməyi orqanizm stress kimi qəbul edir və nəticədə adrenalin hormonu ifraz olunur. Belə şəraitdə maddələr mübadiləsi bir qədər sürətlənir,

lakin bu, o demək deyil ki, yağ ehtiyatları əriməyə başlayacaq. Buna qırmızı istiotun imkanları çatmır. Әksinə, ədviyyatlardan sui‐istifadə etmə kökəlməyə səbəb ola bilər. Doğrudur, bol istiot əlavə edilmiş yeməkdən çox yemək olmaz. Lakin acı və ədviyyatlı yemək mədə şirəsinin ifrazını stimullaşdırır. Ona görə də yeməyə qırmızı istiotun əlavə edilməsi iştahanın artırılması, deməli, bir‐iki saatdan sonra yenidən yemək qəbul etməklə əlavə kilo yığmaq üçün əla üsuldur. Bundan əlavə, çoxlu istiot əlavə edilmiş yeməklər, demək olar ki, duz kimi təsir edir. Onlar susuzluq əmələ gətirir, bu isə o deməkdir ki, ödemlərin əmələgəlmə riski ciddi şəkildə artır. Eləcə də, istiotlu yeməklər mədəyə mənfi təsir göstərə və allergiyaya səbəb ola bilər.

Belə bir fikir də mövcuddur ki, arıqlamağa adi su da kömək edir. Bu üsulda sağlam məntiq mövcuddur. Qida qəbulundan əvvəl içilmiş su mədənin həcmini azaldır və aclıq hissi zəifləyir. Lakin sudan da sui‐isti‐ fadə etmək olmaz. Unutmaq olmaz ki, qəbul olunan maye həcminin hətta bir qədər artması da böyrəklərin işini artırır. Üstəlik, içilmiş suyun miqdarı arterial təz‐ yiqin səviyyəsinə təsir edir. Ona görə də hipertoniklərə bu üsuldan istifadə etmək qətiyyən olmaz. Suyu istədiyiniz zaman için. Yaxud, həkimlərin tövsiyə etdiyi kimi gündə 1,5‐2 litr maye normasına riayət edin. Bu, ödemlərin əmələgəlmə riskini azaldar və sizə daha da qamətli görünməkdə kömək edər.


74

OSTEOPOROZ – skeleti təşkil edən sümüklərin mineral tərkibinin pozulması nəticəsində onun mikroarxitektonikasının dəyişməsi, patoloji kövrəkliyin inkişaf etməsi və sınıqların baş verməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Bir çox tədqiqatlar göstərir ki, bu xəstəlik əhali arasında çox geniş yayılaraq 2‐10% təşkil edir. Yaşlı əhali arasında isə osteoporozun xüsusi çəkisi daha çoxdur. Qeyri‐infeksion xəstəliklər arasında osteoporoz yayılmasına görə ürək‐damar, onkoloji, şəkərli diabet kimi xəstəliklərdən sonra dördüncü yeri tutur. Hər il dünyada bu xəstəliyin nəticəsində baş verən sınıqların sayı durmadan artmaqdadır. Belə ki, aparılan statistik məlumatlara görə, hal‐hazırda dünya‐ da təkcə bud sümüyü boynunun sınıqları ilə 1,7 mln. nəfər qeydə alınıbsa, 2050‐ci ilə qədər bu rəqəm 6,5 mln‐dan çox olacaq. Ona görə bu xəstəlik son 10‐15 ildə ciddi tibbi‐sosial problem kimi dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etməyə başlamışdır. Sistem osteoporozların əmələgəlmə səbəbləri çox‐ dur. Bu xəstəlikdən əziyyət çəkənlərin 80%‐i 50 yaşdan yuxarı ‐ yəni menopauzadan sonra olan qadınlar, erkən, yəni cərrahi menopauzadan sonra qadınlar, uzun müddətli immobilizasiya (2 aydan çox yataq reji‐ mi), qlükokortikoidlərin qəbulu, yaşlı şəxslərdə inkişaf edən osteoporoz təşkil edir. Bu xəstəlik həm də bir çox digər yayılmış revmatik xəstəliklərdə ‐ revmatoid artrit‐

də, qırmızı qurd eşənəyi xəstəliyində, endikrinoloji xəstəliklərdə ‐ şəkərli diabetdə, bir sıra xəstəliklərin hormonal preparatlarla müalicəsinin nəticəsində, onkoloji xəstəliklərin müalicəsində istifadə edilən dər‐ man preparatlarının təsiri nəticəsində, bir sıra qida məhsullarının izafi istifadəsində, alkoqolizm nəticəsində və s. kimi digər hallarda da inkişaf edir. Sümüklərdə sınıqların baş vermə tezliyinə görə birinci yeri fəqərə sütunu, sonra isə mil sümüyü və budun boy‐ nunun sınıqları təşkil edir. Bu əsrdə dünyanın inkişaf etmiş ölkələrində həm kişilərin, həm də qadınların orta ömrünün uzanması müşahidə olunur. İndi dünyada yaşı 65‐dən yuxarı 500 mln‐dan çox insan yaşayır. Bununla əlaqədar 20‐ci əsrdə yaşlı insanlarda “həyat keyfiyyəti” deyilən yeni bir anlam ortaya qoyulmuşdur, yəni yaşlı insanların sağlam həyat tərzi sürməsi anlayışını verir. Osteoporoz isə bu anlama təhlükə yaradan ən ciddi faktorlardan biridir. Çünki menopauzadan sonrakı dövrdə hər 3 qadından birində və ya yaşı 65‐dən yuxarı olan kişilərin 15‐20%‐də müşahidə olunan sistem xarakterli osteo‐ poroz nəticəsində baş verən sınıqlar ciddi tibbi‐sosial problem təşkil edir. Hər il belə xəstələrin müalicəsinə milyardlarla ölçülən maliyyə vəsaiti xərclənir. Buna baxmayaraq, hələ də bud sümüyü boynunun sınıqları baş vermiş yaşlı şəxslər arasında ölüm faizi yüksək


75 olaraq qalmaqdadır. Sümük toxuması orqanizmdə çox mühüm rol oynayan dinamik bir bioloji sistemdir. Bu toxumada maddələr mübadiləsi nəticəsində daim parçalanma və bərpa prosesləri gedir. Sümüyün mineral tərkibinin əsasını kalsium və fosfor birləşmələri tutur. Bundan əlavə, onun tərkibində digər mineral maddələr, zülallar və su vardır. Cavan adamlarda 35‐40 yaşına kimi sümükdə bərpa prosesləri intensiv getdiyindən onun mineral sıxlığı və keyfiyyəti maksimum həddə çatır. Belə sümük toxuması travmalara qarşı çox dayanıqlı olduğundan sınıqlar yal‐ nız çox ciddi travmalar nəticəsində baş verə bilir. Qadınlarda menopauzadan, kişilərdə isə 60 yaşdan sonra sümüyün mineral tərkibinin artması, onun kövrəlməsi nəticəsində və yaxud yuxarıda adları çəki‐ lən xəstəliklər nəticəsində inkişaf edən osteoporozda yüngül travmalarda və ya adi hərəkətlərdə belə sınıqlar baş verə bilir. Belə sınıqlar fəqərələrdə baş verəndə, əvvəlcə kəskin, sonra isə xroniki ağrılar meydana gəlməklə yanaşı, fəqərə sütunu deformasiyaya uğra‐ yaraq, patoloji kifosun ( arxaya qabarmanın) əmələ gəlməsinə səbəb olur. Bu xəstəlik bütün dünyada olduğu kimi, Respublikamızda da geniş yayılmışdır. Osteoporozun öyrənilməsi ilə aparılan çoxsaylı tədqiqatlardan doğan nəticə bundan ibarətdir ki, bu xəstəliyin baş verə biləcəyi ehtimal olunan risk qrupuna aid olan şəxslərdə prosesin erkən diaqnostikası qoyularsa, profilaktik təd‐ birlər görməklə gələcəkdəki sınıqların qarşısını almaq mümkün olur. Ona görə da osteoporozun inkişaf edə biləcəyi ‐ yuxarıda adları sadalanan risk qrupuna daxil olan şəxslərdə bu xəstəliyin erkən diaqnostika və profi‐ laktikası bu problemlə məşğul olan tibb işçilərinin əsas məqsədi olmalıdır. Osteoporozun diaqnostikasında bir sıra instrumen‐ tal və laborator müayinələr mühüm rol oynayır. Gündəlik praktikada istifadə olunan və hər bir tibb idarəsində mövcud olan rentgenoloji müayinə üsulu osteoporozun diaqnozunda o vaxt rol oynaya bilir ki, artıq sümüklərin mineral sıxlığı 20‐25% azalmış olsun. Belə halda qoyulan diaqnoz artıq gecikmiş hesab oluna bilər. Lakin daha həssas olan müayinə metodları – den‐ sitometriya (ultrasəs, rentgen, maqnit rezonans) üsulu ilə osteoporozun erkən diaqnozunu qoymaq mümkündür. Risk qrupuna aid olan şəxslər ildə bir dəfə densitometrik müayinədən keçməlidirlər və bu müay‐ inə nəticəsində osteoporozun əlamətləri aşkar olu‐ narsa, profilaktik‐müalicə aparılmalıdır. Densitometrik üsuldan başqa, laborator üsulla qanda və sidikdə sümüklərin parçalanma məhsullarını müayinə etməklə, sistem osteoporozun diaqnostikasında dəqiqləşdirmə aparmaq olar. Osteoporozun profilaktikası və müalicəsi ilk növbədə həyat tərzinin dəyişməsini və öz səhhətini idarə etməyi nəzərdə tutur. Tütün çəkmədən imtina,

düzgün qidalanma, gəzintilər və idmanla məşğul olmaq. Hal‐hazırda sistem osteoporozların müalicə‐ sində çox çeşidli effektli dərman preparatları mövcud‐ dur. Yaşlı şəxslərdə inkişaf edən osteoporozun müali‐ cəsində əsas yeri Ca və D vitamin preparatları tutur. Ümumiyyətlə, osteoporozların müalicəsində istifadə olunan preparatlar öz təsir mexanizmlərinə görə 2 böyük qrupa bölünürlər: sümükdə gedən intensiv parçalanmanı azaldan və ikinci qrup – yeni sümük toxuması əmələ gəlməsini stimulə edən dərmanlar. Qeyd olunmalıdır ki osteoporozun müalicəsinə differensial və fərdi yanaşılmalı və standart müalicə tət‐ biq edilməməlidir. Sümükdə intensiv dağılmanı əngəl‐ ləyən müasir preparatlardan bisfosfonatlar effektli sayılır. Postklimakterik osteoporozların müalicəsində adları çəkilən dərmanlarla yanaşı, cinsiyyət hormon‐ larının (estrogenlərin) əvəzedici hormonal terapiyası önəmli rol oynayır. Ancaq son illərdə Fransanın” SERVİER” şirkəti tərəfindən işlənib, hazırlanmış “Bivalos” adlı yeni preparat osteoporozun müalicəsində ən effektli dərman vasitələrindən olub. “Bivalos“ ‐ unikal ikili mexanizmə malik yeganə preparatdır ki, sümükdə gedən hər iki biokimyəvi pros‐ esə təsir göstərir ‐ həm dağılmanı azaldır və eyni vaxta yeni sümüyün əmələgəlməsini sürətləndirir və nəticədə yeni sağlam sümük əmələ gəlir ki, bu da xəstələri sınıqlardan qoruyur, həyatın keyfiyyətini yaxşılaşdırır. ”Bivalos” öz yüksək effektivliyini bir çox eksperimental və irimiqiyaslı kliniki tədqiqatlarda sübut edib və bir çox beynəlxalq tövsiyələrdə osteoporozun müal‐ icəsində birinci seçim dərmanı kimi qəbul olunub. Beləliklə, böyük tibbi‐sosial problemlərdən biri olan osteoporozun erkən diaqnozu müəyyən edilərsə, düzgün profilaktik və müalicə proqramı hazırlanarsa, sümük sınıqlarının qarşısı alına bilər və yaşlı insanlarda həyat keyfiyyəti xeyli yaxşılaşdırıla bilər. t.e.d., prof. Eldar Abbasov


76

Ailə zorakılığı Sosioloqların fikrincə, ailə zorakılığı – fiziki, emo‐ sional, psixoloji və iqtisadi susdurulma, məcburiyyət və asılılıqdır. Qadın üzərində ailə zorakılığı hadisələri qədimdən bəri mövcud idi – keçmiş əsrlərdə qadın həyat yoldaşının xüsusi mülkiyyəti hesab olunur, torpaq, ev, təsərrüfat və mal‐qara ilə bir‐ likdə öz ərinə məxsus idi. Təəssüflər olsun ki, bu gün də, feminizm, emansipasiya və qadınların müstəqillik uğrunda digər mübarizə formalarına baxmayaraq, qadına olan xüsusiyyətçilik münasibəti davam edir. Məişət anlamında mövcud olan «Döyürsə, demək, istəyir» deyimi, bir xurafat olaraq, hələ də öz aktuallığını itirməyib. Әfsus! Bu, heç də belə deyil: qadını döyən kişi onu sevmir. O, sadəcə onun hesabına özünü təsdiq edir. Psixoloqların fikrincə, «döyürsə, demək, istəyir» inamı daha çox

qadınları döyən kişilərin şüurunda həkk olunmuşdur. Sorğular göstərir ki, kişilər döymə və vurmanı qadına olan bağlılıqları ilə izah edir və belə bir məntiqi zəncir qurur: «Mən arvadıma qarşı etinasız olsaydım, onu döyməzdim», yaxud «Döyürəm, deməli, qısqanıram, qısqanıramsa, demək, sevirəm». İnanmayın: əsl kişi heç zaman qadına əl qaldırmaz – fərqi yoxdur, sevimli ya yad olsun, – bunu etməyə ona tərbiyəsi və daxili nəzakəti yol verməz. Qadını döyməyə malik olan kişi – zəifdir, çünki o, özündən zəif olması məlum olan rəqibdən qorxmur, güclü rəqib ilə mübarizə aparmağa isə onun nə gücü, nə də ki cəsarəti çatır. Ona görə də özünüzü illüziyalar ilə aldat‐ mayın: döymə heç bir halda məhəbbətin təzahürü ola bilməz. Kişinin qadına ilk dəfə əl qaldırması ayrıl‐ mağa bir siqnaldır. İkinci dəfə əl qaldırmaq o deməkdir ki, bu, artıq qanunauyğunluğa çevriləcək və bunun qarşısını almaq üçün qətiyyətli addımlar atmaq lazımdır. Psixoloqlar ailə zorakılığının üç səbəbini qeyd edir. Birinci səbəb – döymə kişiyə qadın, yəni, ondan asılı olan yeganə insan üzərində hakimliyini nümayiş etməyə imkan yaradır. Bütün döyən kişilər natamam‐ lıq kompleksindən əziyyət çəkir və ev mətbəxi onlara özünü təsdiq etməyə imkan yaradan yeganə məkandır. Ona görə də polis mühitində bu səbəbdən saxlanılmış şəxslər «mətbəx qulduru» adlandırılır. Eyni natamamlıq kompleksindən kişinin sizi itir‐ mək qorxusu da irəli gəlir. O, öz acizliyinə əmindir və düşünür ki, layiqli əvəz tapan kimi, siz onu atacaq‐ sınız. Sizi isə itirmək istəmir: axı ona çox şeyi etməyə ixtiyar verən belə bir qurbanı daimi əl altında saxla‐ maq ona lazımdır. Belə kişilər, adətən, çox qısqancdır. Arvadının hər hərəkətində o, işvə və flirt görür, yaraşıqlı paltar geyinməyi, kosmetikadan istifadə etməyi, işdə çox qalmağı, rəfiqələri ilə ünsiyyətə girməyi qadına qadağan edir. Bilmək lazımdır ki, belə bir məhdudiy‐ yətlər də zorakılıq deməkdir. Nigah – bərabərlərin itti‐ faqıdır, hakimlik etmək cəhdi ilə isə ər öz arvadına tamdəyərli həyat yaşamasına mane olur. Siz qısqanc‐ lıq üçün aşkar bəhanə verməsəniz belə, o yenə də onları tapacaq. Bundan başqa, kompleksli kişilər evdən kənarda da rişxənd obyektinə çevrilir. Onlar alçaldılarkən, rəqiblərinə cavab verməkdən qorxur, qəzəblərini da‐ xildə boğur, evə gəldikdə isə, onu qadının, yəni cavab verməyə qadir olmayan məxluqun üzərinə endirir. İkinci səbəb – ağır uşaqlıq. Kişi uşaqlıqda daima valideyn münaqişələrinin şahidi olmuşsa, çox güman


77 ki, o, atasının davranış modelini yeganə mümkün olan kimi qəbul edəcək və onu öz ailəsində tətbiq edəcəkdir. Üçüncü səbəb – kişinin öz cəzasızlığına əminliyidir. Siz onu döyüldüyünüzə görə hətta qınamırsınızsa belə, o, hər şeyin belə də keçib getməsini anlayacaq. Qınasanız isə, birinci dəfə o, güman ki, ayaqlarınıza düşüb, yalvaracaq. İnanmayın. Psixoloqların fikrincə, bir dəfə təhlükəli maneəni aşmış kişi artıq dayanmayacaq… Psixoloqlar qadını döyən kişiləri iki tipə ayırır – «pitbul» (it cinsi) və «kobra». «Pitbulların» sayı daha çoxdur – təxminən 80%. Onlar münaqişəni tədricən, milçəkdən fil düzəldərək başlayırlar. Әvvəlcə guya həvəssiz, lakin tədricən qızışaraq, özlərini ən yüksək coşma nöqtəsinə çat‐ dırır və nəhayət, həyat yoldaşlarına hücum edir. Belə kişinin davranışı eyni ilə yalnız zəif rəqibə hücum edən qəzəbli itin davranışını təkrarlayır. «Pitbul» öz arvadına qarşı ziddiy‐ yətli hisslər yaşayır: bir tərəfdən, ona hörmət etmir, axı o, cavab olaraq dişləyə bilməyən zəif itciyəzdir, digər tərəfdən – qadın ona bir boksçu qruşası kimi lazımdır. «Pitbulun» əhvalını əvvəlcədən duymaq və onu razı salmaq mümkün deyil, ‐ axı xəyalən o, yalnız hücum etmək üçün bəhanə axtarır. Psixoloji cəhətdən «pitbul» öz arvadından asılıdır, axı qadın getsə, o, öz aqressiyasını heç kimin üzərinə yönəldə bilməyəcək. Buna baxmayaraq, qadın çıxıb gedirsə, o, uzun müddət onu rahat buraxmır – qayıtmağını istəyir, təqib edir, hədələyir. Belə başı bəlalı ərlərdən qaçmaq çox çətindir, onlar yeni qurban tapmayanadək, özləri haqqında xatırlat‐ mağa davam edirlər. «Kobra» ‐ ən təhlükəli, hərçənd ki, o qədər də çox saylı olmayan döyən kişi növüdür. Onların sayı cəmi 20% təşkil edir. Onlar gözlənilmədən, tez və aşkar, səbəbsiz hücum edirlər. Psixoloqlar qeyd edir ki, belə həmlələr zamanı «kobralar» tamamilə soyuqqanlı və ayıq olur. Onların nəbzi müntəzəm vurur, baş verənlər haqqında özlərinə hesabat verirlər. Məhz «kobralar» qadını qəddarcasına döyməyə və hətta bıçaq və digər soyuq alətə əl atmağa qadirdirlər. Psixoterapevtlər çox zaman onlara «asosial şəxsiyyət pozğunluğu» diaqnozunu təyin edir. Belə kişilər, adətən, hələ uşaqlıqda polis ilə ünsiyyətdə olmuş, məktəbdə çətin uşaq sayılmış və heyvanlara işgəncə vermişlər. «Pitbullardan» fərqli olaraq, onlar öz arvadlarından bərk yapışmır – getdi, qoy getsin, başqasını taparam. Nəzərə alın ki, «kobralar» ilə ailə qurmaq həyat üçün təhlükəlidir. Hər halda, döyülmələrin səbəbkarı həmişə kobud və tərbiyəsiz, kompleksli kişilər olmur. Heç düşünmüsünüzmü, nə üçün bəzi qadınları ərləri heç zaman döymür, digərləri isə həmişə döyülür? Nə üçün, bir pis ərdən boşandıqdan sonra, qadın dərhal özünə başqasını tapır və o da onunla eyni tərzdə rəftar edir – kobud və ədəbsiz? Səbəb nədir? Bəlkə, özü ilə belə rəftar etməyə əsas verən qadındır? Statistika göstərir ki, döyülməyə məruz qalan qadınlar bunu ətrafdakılardan gizlədir – gah «pilləkəndən yıxılmış», gah da «qapı çərçivəsinə dəymiş» kimi bəhanələr gətirir. Qadının susmasının bir neçə səbəbləri var.

Birinci səbəb – qadın ərinin onu döyməsindən utanır. Amma o, başqasının hərəkətlərinə cavabdeh ola bilməz, ona görə də utanmağa dəyməz. İkinci səbəb – uşaqlar. Qadınlar ailələrini qorumağa çalışırlar ki, övladları atasız qalmasın. Amma onlara belə ata lazımdırmı? Harmonik inkişaf üçün uşağa rahat mühit gərəkdir, ardı kəsilməyən söyüş və döyülmə şəraitində isə onlar faydalı heç nə öyrənməyəcək. Üçüncü səbəb – qadının aşağı özünü dəyərləndirmə səviyyəsi. O əmindir ki, ərindən başqa heç kimə lazım deyil və ondan ayrıldıqdan sonra tənha qalacaqdır. Belə qadınlar ilk növbədə özlərini sevməli olacaq. Həyatda kişi çoxdur və layiqli insana rast gəlməyəcəyi təqdirdə belə qadın, heç olmazsa, təhqirə məruz qalmayacaq. Nəhayət, dördüncü səbəb – maliyyədir. Qadın düşünür ki, əri olmadan özünü və ailəsini saxlaya bilməz. Lakin unutmayın ki, müasir dünyada iş yerlərinin yarısı qadınlar üçün yaradılır. İşləmək istəyən işsiz qalmayacaq. Әlbəttə ki, ilk zamanlar çətin olacaq, lakin rahat gələcək daha vacibdir. Daha bir kateqoriya qadınlar mövcuddur ki, onlar özləri kişiləri vuruşmağa sövq edir. Amma bu, ifrat haldır və burada kimin haqlı, kimin haqsız olduğunu təyin etmək son dərəcə çətindir. Yaxın bildiyiniz kişi sizə əl qaldırmışsa, nə etmək lazımdır? Birinci hadisə münasibətlərinizin başlanğıcında, yəni hələ VVAQ şöbəsinə getməmişdən əvvəl baş vermişsə, – dərhal ayrılın. Sizi vurmuş kişiyə haqq qazandırmağa çalışmayın. Onun işdə problemləri var? Amma siz işdə stress keçirərkən yaxınlarınızın üzərinə yumruq ilə hücum etmirsiniz ki? Yaxud o, içkili idi? Psixoloqlar qeyd edir ki, spirtli içki və yorğunluq – zorakılığa səbəb yox, bir təkandır. Bundan başqa, statistikaya görə, kişilərin yalnız 50%‐i içkili vəziyyətdə vuruşur, qalanları isə tamamilə ayıq olur. Qanuni əriniz sizi ilk dəfə döymüşsə, əşyalarınızı yığıb, «Mən fikirləşməliyəm» deyərək, çıxıb gedin. Düşünə də bilərsiniz, düşünməyə də. Amma əriniz isə öz hərəkəti haqqında düşünməli, günahını anlamalı olacaq. Sonradan sizə öz ailənizə qayıtmağa heç nə mane olmayacaq. «Tərbiyəvi» ölçülərdən sonra, o, sizi ikinci və üçüncü dəfə də vursa, bilin ki, bu, artıq qanunauyğunluqdur. Onun andlarına, yalvarışlarına qulaq asa və inana bilərsiniz, lakin hər şey yenidən təkrarlanacaqdır. Adətən, hər bağışlama‐ dan sonra «bal ayı dövrü» gəlir və bu zaman kişi yumşaq və üzüyola olur, öz günahını yumağa çalışır. Lakin «bal ayı» bitir və ər yenidən yumruqlarını işə salır. Hücum zamanı heç zaman döyüşə daxil olmayın, cavab verməyin. Belə reaksiya özündən çıxmış kişini bıçaqlamaya qədər gətirib çıxarar. Yaxşı olar ki, özünüzü saxlayasınız və geriyə çəkilmək üçün arxa cəbhəni hazırlayasınız. Və öz bəlanız haqqında danışmaqdan çəkinməyin. Yaxınlarınıza – ananız, bacınız, rəfiqəniz – danışın. Zəruriyyət olduqda, polisə xəbər verin və krizis mərkəz‐ lərinə müraciət edin.


78

Üçüncü rübün çətin yolları


79 Bütün fənlər üzrə tədris proqramları elə tərtib olunmuşdur ki, ən çətin və həcmli material məhz üçüncü rübdə tədris olunur. Müxtəlif olimpiadalar, test sınaqları, illik qiymətlərə təsir edən vacib yoxlama işləri də fevralmart aylarında keçirilir. Və əlbəttə ki, məzunlar imtahan önü finiş xəttinə çıxır. Monoton davamlı iş, daimi gərginlik, yaxın istirahət perspektivinin olmaması (tətilə hələ üç ay qalıb) daxili həyəcanı artırır, uşaqlarda depressiv əhval-ruhiyyə törədir.

VALİDEYNLƏR ÜÇÜN 7 MƏSLƏHƏT

1 2

Oğlunuzun (qızınızın) sağlamlığının qeydinə qalın, lakin bunu xəlvəti və təngə gətirmədən edin, əks halda etirazdan qaçmaq mümkün olmayacaq. İstirahət günlərində iş günü rejiminə riayət etməyə çalışın, ilk növbədə bu, oyanma və yatma vaxtına aiddir. Vaxtaşırı istirahət günlərindən birini tamamilə dərslərdən azad edin ki, adi məktəb günləri yadda qalan hadisələr ilə zənginləşsin. Bu zaman ailəliklə şəhər ətrafına çıxmaq, buz meydançasına, yaxud qonaq getmək olar, dostları dəvət etmək, teatra və ya sərgiyə getmək olar. İstirahət etmiş şagird daha effektiv işləyir. Uşağa çoxlu meyvə verin, dazı otu və ya itburnu ilə çay dəmləyin, uşaq otağında hava nəmləndiricisi yerləşdirin. Möhkəm sağlamlıq və ruh yüksəkliyi – uğurlu təhsilin labüd şərtlərindəndir. Məktəb uğursuzluqlarına adekvat reaksiya verin. Uşaq evə pis qiymət ilə qayıtmışsa, dərhal qışqırmaq və onu kompüter, yaxud gəzintidən məhrum etmək lazım deyil. Sakit söhbət etmək və vəziyyəti aydınlaşdırmağa çalışın. Uşaq evə dörd qiyməti gətirdikdə, ona «nəyə görə beş yox?» söyləməyin, yaxşı olar ki, onu tərifləyəsiniz, çünki bu, qınaq və ümidsiz səsdən daha güclü ruhlandırır və stimullaşdırır. Hətta çoxlu ev tapşırıqlarının verilməsi belə o demək deyil ki, məktəb və dərslər uşağın yeganə məşğuliyyəti olmalıdır. Hər bir insana məşğələlərindən ayrılmaq lazımdır. Oğlunuza (qızınıza) hər hansı studiya və ya seksiyaya getməyi təklif edin. Uşağın şikayətlərinə (narahatlıqlarına) diqqətlə yanaşın, belə olduqda məktəbdə artıq yüklənmənin qarşısını almış olarsınız. Emosional yorğunluq haqqında unutmayın. Əgər kinestetik-uşaqlar (yunanca kinetikos – «hərəkətli») əllərində kitab tutaraq, otaqda gəzişərsə, vizual-uşaqlar isə (lat. visualis – «görmə»), dərslik oxuyaraq, mütləq çıxarışlar edərsə – beləliklə, onların müşahidə və mexaniki yaddaşı yaxşı işləyər, - öyrənmə və yaddaşda saxlama prosesi daha da asanlaşar.

3 4 5 6 7


"Ailə Həkimi" Jurnalı 13 - 2010  

"Ailə Həkimi" Jurnalı Mart - 2010