Page 1

OKTYABR

2009

BİR DAMLA QANDAN ASILI HƏYAT GİZLİ DİABET DOPİNQ NƏ DEMƏKDİR?


TİBBİ KÜTLƏVİ JURNAL Oktyabr 2009 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə

İCTİMAİ SƏHİYYƏ HAMI ÜÇÜN İLKİN TİBBİ YARDIM....................................................................6

CAN SAĞLIĞI

Baş redaktor A.Məmmədova

BMT-nin ƏHALİ FONDU (UNFPA)

Redaktor Rəna Kərimova

AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİNİN

Tibbi redaktor Əli Nağıyev Məsləhətçilər Maqsud Qasımov tibb elmləri doktoru Fərid Ələkbərli tarix elmləri doktoru Aytən Səmədzadə

FƏALİYYƏTİ NƏDƏN İBARƏTDİR?................................12

GİZLİ DİABET...................................................................16

DOPİNQ NƏ DEMƏKDİR?..............................................................24

Ülviyyə Əliyeva tibb elmləri namizədi Elman Tarverdiyev

HİV / AİDS NƏDİR?..........................................................38

Art-direktor İman Hüseynov Dizayner Elmir Səyyadov Hüquqşünas Səbuhi Abdullayev Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az Ümumi işlər üzrə menecer Natiq Nəbili “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Qiyməti: 4 AZN Tiraj: 4000 CBS nəşriyyatında çap edilmişdir.

EV TOZU..........................................................................44

SİSTİT...............................................................................46

ALLERGİK RİNİT NƏDİR?............................................................................47

NARKOMANİYANIN QARŞISININ ALINMASINDA PROFİLAKTİKANIN ROLU VACİBDİR!..........................50

HƏYAT AMİLİ...................................................................52

REPRODUKTİV SAĞLAMLIQ GİNEKOLOQA 10 SUAL...........................................................................54


KÖRPƏM

SAĞLAM ƏRZAQLAR

GÜLÜMSƏ!................................................58

REYTİNQİ...................................................71

GÖZƏLLİK ONDUR... GÜNƏŞDƏN SONRA.................................62

GEC ŞAM ETMƏYİN ZƏRƏRİ......................................................74

QONAĞIMIZ BİR DAMLA QANDAN ASILI HƏYAT

PSİXOLOGİYA

(tibb elmləri doktoru, professor

NİYƏ

Azad Hacıyevlə müsahibə)......................64

“OXUMAQ İSTƏMİRƏM?”........................76

XALQ TƏBABƏTİ

BUNU BİLMƏK VACİBDİR!

ƏNCİRİN FAYDASI....................................68

TERMOMETR SINDI… .....................................................78

QİDALANMA ƏN FAYDASIZ ƏRZAQLAR REYTİNQİ...................................................70

BU SAYIMIZIN EKSPERTİ AZAD HACIYEV Beynəlxalq Ekoenerji Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru

səh.64


6

HAMI ÜÇÜN

İLKİN TİBBİ YARDIM Rüstəm özünü çox pis hiss edir. Onun yenicə 45 yaşı tamam olub və gələcəkdə nə olacağını bilmir. İki il bundan əvvəl onda yüksək təzyiq müəyyən edilib, lakin davamlı müalicə almayıb. Bir ay əvvəl o, kürəyini zədələyib və hələ də ağrıyır, hətta ağrılar yavaş‑yavaş artır. O, yeməkdən sonra sinəsində tez‑ tez ağrılar hiss edir və kürəyi üçün dostunun məs‑ ləhət gördüyü dərmanları istifadə etdikdən sonra mədəsində də ağrılar başlayıb. O, yaxşı yata və diqqə‑ tini toplaya bilmir və həmişə sevərək gördüyü işlərdən həzz ala bilmir. Rüstəm vaxtaşırı olan baş ağrılarına öyrəşib, lakin indi bu daha tez‑tez baş verir və o, səbəbini bilmir. O, siqareti atmaq istəyir, ancaq bunu necə edəcəyini bilmir. On il əvvəl çox sağlam idi, lakin indi vəziyyəti getdikcə pisləşir. Hansı həkim və ya həkimlərə müraciət etməlidir? Onların yazdıqları müalicələri və dərmanları istifadə edə bilərmi? Ailəsini saxlamaq və qızının toyunu eləməyə səhhəti imkan verəcəkmi? Bütün dünyada insanlara “Həyatında sənin üçün ən vacib şey nədir?” sualı verildikdə ön sıralarda özləri və ailələrinin sağlamlığı durur. Bu heç də təəccüblü deyil. Fiziki sağlamlığın zəif olması həyatın digər sahələrinə də öz təsirini göstərir. Xəstəlik insana emosional cəhətdən ağır ola bilər: fizi‑ ki xəstəlik və acizlik (gücsüzlük, əlillik) çox zaman depressiyaya, təşviş və ya hər ikisinə səbəb olur. Bundan əlavə sağlamlığın zəif olması həm analiz və müalicə xərcləri, həm də işləyib pul qazana bilmək baxımından çox baha başa gəlir. Ciddi sağlamlıq problemləri çox vaxt münasibətlərə də pis təsir göstərir. Xroniki sağlamlıq problemləri şəxsin qarşısı‑ na qoyduğu məqsədlərə, ambisiyalara və arzulara mane ola bilər və əksər hallarda həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Əlbəttə ki, sağlamlığımızı qorumaq, xəstəliklərin qarşısını almaq və ya ən azından xronik səhiyyə problemlərini ləngitmək üçün bir sıra tədbirlər görə bilərik. Sağlam qidalanma, düzgün diyet və mütəma‑ di olaraq idmanla məşğul olmaqla, insanlar sağlam‑

lıqlarının qeydinə qala bilərlər. İnsan sağlamlığına zərər vuran siqaret və həddən artıq spirtli içki qəbul etməkdən çəkinmək çox vacibdir. Avtomobili təhlükə‑ siz idarə etmək və təhlükəsizlik kəmərlərindən isti‑ fadə etmək kimi həyat tərzi qaydaları əlillik riskini azalda bilər. İnsanın öz sağlamlığına məsuliyyətlə yanaşması zəruridir. Lakin hökumətlər də öz vətəndaşlarının sağlam‑ lıqlarının qorunmasında əsas rol oynayır. Bütün dünya hökumətlərinin ən böyük məsuliyyəti sağlam həyat təmin edəcək, xəstəliklərin qarşısını ala biləcək və insanlar xəstə və ya əlil olduqları zaman onlara yüksək keyfiyyətli tibbi yardım göstərə biləcək güclü səhiyyə sistemi yaratmaqdır. Güclü səhiyyə sistemi bir çox faktorlardan asılıdır, lakin onun əsas tərkib hissəsi yaxşı təşkil edilmiş və dəstəklənən ilkin tibbi yardımın yaradılmasıdır.

İLKİN TİBBİ YARDIM NƏDİR? İlkin tibbi yardım cəmiyyətdə insanlar və səhiyyə sistemi arasında əsas qarşılıqlı əlaqədir. Bura şəxslər və ya ailələr və ilkin tibbi yardım həkimləri arasında uzunmüddətli əlaqələrin qurulması daxildir. İlkin səhiyyə sisteminin həkimləri, şəxslər və ya ailələr müəyyən zaman ərzində yaxın təmasda olurlar, zəruri səhiyyə problemlərinin qarşısını almaqda, müalicədə əməkdaşlıq edir və sağlamlığı tam təmin etməyə çalışırlar. Səhiyyənin əsası olan güclü ilkin tibbi yardım sistemi xəstənin hər bir səhiyyə proble‑ mi ilə əlaqədar birbaşa müraciət etdiyi ixtisas‑ laşdırılmış səhiyyə müəssisəsindən daha əlçatandır və əhalinin əsas tibbi ehtiyaclarına yönəlir. Güclü ilkin yardımın başlıca məqsədi yüksək keyfiyyətli tibbi yardımın hamı üçün mümkün və əlçatanlığının və əhalinin sağlamlığının yaxşılaşdırılmasının təmin edilməsidir. İlkin tibbi yardımı daha aydın başa düşmək üçün hansı həkimlərin ilkin yardım həkim‑ ləri olduqlarını və həmçinin ilkin yardımın xüsusi rol‑ unu nəzərdən keçirək.


7 Stiv Stonhaus 2008‑ci ildən ailəsi ilə Bakıda yaşayan amerikalı ailə həkimidir. O, Azərbaycanda səhiyyə sisteminin gücləndirməsi və pasiyentlərin yüksək keyfiyyətli tibbi xid‑ mətlərdən istifadəsinin yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən bir sıra təşkilatlarda konsultant vəzifəsində çalışır. Həkimlərə təlimlərin keçirilməsində təcrübəsi olan bir ailə həkimi kimi o, səhiyyə mütəxəssislərinin, xüsusilə də ilkin səhiyyə xid‑ məti səviyyəsində çalışan tibb işçilərinin təlim prosesinin isla‑ hatında və inkişaf etdirilməsində xüsusilə maraqlıdır.

İLKİN TİBBİ YARDIM HƏKİMLƏRİ KİMLƏRDİR? Pediatrlar, terapevtlər və ailə həkimləri (bəzən ümumi praktika həkimi deyilir) ilkin yardım həkim‑ ləridir. Onlar tibbi yardım sisteminin ilkin mərhələsində zəruri olan tibbi xidmətləri göstərmək üçün xüsusi hazırlanmış həkimlərdir. Bəzən digər sahələrdə ixtisaslaşmış həkimlər və həkim olmayan, feldşer kimi tibb işçiləri ilkin tibbi yardım xidmətləri göstərə bilərlər, lakin xidmətlərin əksəriyyətini yaxşı ixtisaslaşmış ilkin yardım həkimləri göstərməlidir. Azərbaycanda əhalinin əksər hissəsi terapevt və pediatrların vəzifələrini bilir və anlayır. İndi isə ailə həkimləri də ilkin tibbi yardımı gücləndirmək, pediatr və terapevtlərlə birlikdə əhalinin əsas səhiyyə ehtiyaclarını ödəmək məqsədilə səhiyyə sis‑ teminə daxil edilirlər. Ailə həkimləri həm uşaq, həm də yetkinlik yaşına çatanların, kişi və qadın‑ ların xəstəliklərinin qarşısını almaqda və tez‑tez rast gəlinən xəstəliklərin müalicəsində ekspert‑ dirlər. Belə ki, ailə həkimləri ailənin bütün üzvlərinin səhiyyə ehtiyaclarını ödəmək üçün hazırlandığından onlar bir çox hallarda ailə əlaqələrinin səhhətə həm mənfi, həm də müsbət təsirlərini daha yaxşı anlaya bilərlər.

İLKİN SƏHİYYƏ SİSTEMİNDƏ NƏLƏR BAŞ VERİR? İlkin səhiyyə həkimləri şəhər, qəsəbə və bir qrup kiçik kəndlərin əhalisinə xidmət göstərmək üçün fərdi və qrup şəklində poliklinikalarda işləyə bilərlər. İdeal şəkildə hər bir şəxsin ailəsini və onların ailə vəziyyətini, dəyərlərini və ehtiyaclarını bilən bir ilkin yardım həkimi olmalıdır. Etibara və sərbəst ünsiyyətə əsaslanan həkim‑xəstə münasibətləri pasiyentin xeyri üçün daha da inkişaf edə bilər. İlkin yardım həkimləri bir çox ümumi ciddi və xronik xəstəlikləri müalicə etmək üçün hazırlanmış və xəstələrini mütəxəssisə istiqamətləndirməyə ehtiyac olmadan özləri müalicə edirlər. Əgər daha

ciddi və qeyri‑adi xəstəlik aşkarlanarsa, ilkin yardım həkimləri xəstələrinə mütəxəssislərdən əlavə müayinə və ya müalicə almaqda və səhiyyə sisteminin digər sahələrinə istiqamətlənməkdə kömək edə bilərlər. Əgər müayinə‑müalicə prosesinə bir neçə konsultant daxildirsə, ailə həkimləri pasiyentlərinə xidmətlərin koordinasiyasında yardımçı ola bilərlər. Xüsusilə xəstəxanaya yerləşdirilməyə və ya daha intensiv/ixti‑ saslaşmış müalicəyə ehtiyac zamanı ilkin tibbi yardım həkimləri pasiyentlərə və onların ailələrinə faydalı məsləhətlər verilməsində hədsiz dəstək ola bilərlər.

HAMI ÜÇÜN İLKİN TİBBİ YARDIM MÜMKÜNDÜRMÜ? 1978‑ci ildə Qazaxıstanın Alma Ata şəhərində ilkin yardım sahəsində beynəlxalq konfrans keçirilib. 134 ölkədən 3000 nümayəndə tərəfindən ilkin yardımı gücləndirməklə, əsas tibbi xidmətlərin əlçatan olmasının inkişaf etdirilməsi müzakirə edilib. Alma Ata görüşünün əsas məqsədi “2000‑ci ilə kimi hamı üçün ilkin yardım” olmuşdur. Təəssüf ki, bir sıra sosial‑siyasi səbəblərə görə bu məqsədə tamamilə nail olunmayıb. Lakin müəyyən nailiyyətlər əldə edilmiş və səhiyyə sisteminin özülü olan ilkin yardımı gücləndirmək məqsədi Azərbaycan daxil olmaqla, əksər ölkələrin planlarının və strategiyalarının mərkəzində durur. Azərbaycan və dünyada Rüstəm və minlərlə onun kimilər ilkin tibbi yardım həkimi olmasından çox fay‑ dalanacaqlar. Yaxşı hazırlıqlı ilkin tibbi yardım həki‑ mi (burada terapevt və ya ailə həkimi) Rüstəmə onun hazırkı səhiyyə problemlərini, gələcək xəstəlik və əlil‑ lik risklərini daha yaxşı anlamağa və sağalmaq üçün daha yaxşı müalicə metodları tapmaqda kömək edə bilər. İxtisaslaşmış tibbi mütəxəssislər, tam təchiz olunmuş hospital və xəstəxanalar, yaxşı hazırlıqlı tibb bacıları və tibbi personalı güclü səhiyyə sisteminin əsas hissələridir. Beləliklə Rüstəm və bütün Azərbaycan üçün “Hamı üçün İlkin Tibbi Yardım”ın əldə edilməsi əsas məqsəddir.


8

PRIMARY CARE FOR ALL Rustam is feeling very down. He just turned 45 and is not sure what the future will bring. Two years ago he was diagnosed with high blood pressure, but he hasn’t consistently taken medicine for it. A month ago he hurt his back at work and it still hurts – though it is slowly improving. He often gets burn‑ ing in his chest after meals and now also feels some pain in his stomach since starting the pain medicine for his back that a friend recommended. He is not sleeping well, has difficulty concentrating, and does‑ n’t feel like doing the things he used to really enjoy. Rustam used to have an occasional headache, but now they seem to happen more frequently and he’s not sure why. He wants to quit smoking, but doesn’t know how to start the process. Ten years ago he was in perfect health, but now things seem to be falling apart. Which doctor or doctors should he go to? Can he afford the medicines or treatments they prescribe? Will he continue to be healthy enough to provide for his family, and to pay for his daughter’s wedding? Around the world when people are asked to list “what is most important to you in life?”, near the top of the list is good health for them and their families. This is not surprising. Poor physical health can great‑ ly impact every other area of one’s life. Having poor health can be very emotionally difficult; physical ill‑ ness or disability often leads to depression, anxiety, or both. Furthermore, poor health is costly, both in terms of money spent on testing and treatment, and money not earned at work. Relationships are often negatively impacted by serious health problems. Chronic health problems can greatly interfere with a person’s life goals, ambitions and dreams, and often lead to a significant decline in quality of life. Certainly there are things each person can do to try to maintain good health, to prevent disease, or at least to slow the progression of a chronic health prob‑ lem. Eating a healthy, balanced diet, and getting reg‑ ular physical exercise are things most people can do

for their health. Avoiding things like cigarettes and excessive amounts of alcohol, which are known to cause health problems, is important. Some lifestyle decisions such as driving safely and wearing seat belts in a car will lower the risk of disability. Personal responsibility for good health is essential. But governments also have a major role in the health of their people. One of the greatest responsi‑ bilities for governments around the world is the development of strong health systems that promote good health, prevent diseases, and provide high qual‑ ity care when people get sick or are disabled. Many, many factors go into the development of a strong health system, but one of the key ingredients is a well‑established, well‑supported primary care foun‑ dation.

SO WHAT IS PRIMARY CARE? Primary care is the first level of interaction between people in the community and the health sys‑ tem. It generally involves the establishment of a long‑term relationship between individuals or whole families and a primary care doctor. The primary care doctor and the individuals or families get to know each other over time and work together in partner‑ ship to both prevent and treat common health prob‑ lems, and to promote good health. Health care sys‑ tems with a strong primary care foundation tend to be more affordable and more focused on the basic health needs of all people than those systems in which patients go directly to specific organ specialists for each medical complaint. The ultimate goal of this strong primary care foundation is to make high quali‑ ty health care affordable and available to all, and to improve the overall health of the population. To bet‑ ter understand primary care, let’s look at which doc‑ tors are primary care doctors and also at the specific role of primary care.


9 Steve Stonehouse (Stiv Stounhaus) is an American family doctor who has been living in Baku with his wife and children since early 2008. He serves as a consultant with several organizations that are working to strengthen the medical system and to improve patients access to high quality health care services throughout Azerbaijan. As a family doctor with experience in training other doctors, he is particularly interested in reforms and improve‑ ments in the training of medical professionals ‑ especially at the primary care level.

WHO ARE PRIMARY CARE DOCTORS? Pediatricians, general therapists, and family doc‑ tors (sometimes called general practitioners) are uni‑ versally understood to be primary care doctors. They are specifically trained to provide the health services most needed at this first level of the health care sys‑ tem. At times other specialist doctors and non‑physi‑ cian health care workers like felchers may provide some of the services of primary care, but well‑trained primary care doctors provide the majority of services. In Azerbaijan, most people know about and under‑ stand the work of pediatricians and therapists. Family doctors are also now being introduced into the health system to strengthen primary care and to join paediatricians and therapists in caring for the basic health needs of most people. Family doctors are experts in disease prevention and the treatment of common health problems in both children and adults, male and female. Since family doctors are trained to care for the health needs of all members of a family, they are often able to better understand the influence – both good and bad ‑ of family relationships on health.

WHAT HAPPENS IN PRIMARY CARE? Primary care doctors may work individually or together in group practices or polyclinics to serve a population living in one city neighbourhood, village, or group of small villages. Ideally, every individual will have one primary care doctor who gets to know them and their unique family circumstances, values, and needs. A doctor‑patient relationship of trust and open communication can develop over time as they work together for the patient’s good. Primary care doctors are trained to treat many common acute and chronic illnesses that their patients will encounter without the need for referral to a specialist. If more serious or unusual illnesses develop, primary care

doctors can help their patients to get additional test‑ ing or treatment from medical specialists and help patients to understand other areas of the medical sys‑ tem. They can serve their patients by helping to coordinate care if several consultants are involved. Especially in times of serious illness when patients require hospitalization or more intensive/specialized treatment, it can be extremely comforting and helpful for patients to know that their primary care doctor will continue to be a resource and guide for them and their families.

IS PRIMARY CARE FOR ALL POSSIBLE? In 1978 the International Conference on Primary Care was held at Alma Ata, Kazakhstan. 3000 dele‑ gates from 134 nations met to discuss the necessity of improving access to basic health care through strengthening primary care. The central goal from Alma Ata was “Primary Care for All by the Year 2000”. Unfortunately, for various socio‑political rea‑ sons, this goal was not fully met. But much progress has been made, and the goal of strengthening pri‑ mary care as the foundation of health systems remains central to the plans and strategies of most governments world‑wide – including here in Azerbaijan. Rustam, and millions like him around Azerbaijan and around the world, would greatly benefit from having a primary care doctor. A well‑trained primary care doctor (in this case a therapist or family doctor) could help Rustam better understand his current health problems, his risks for future illness and dis‑ ability, and work with him to find the best roads to recovery and good health. Excellent medical special‑ ists, good well‑equipped hospital and clinic facilities, well‑trained nurses and medical support staff are also important and necessary parts of a strong health sys‑ tem. But “Primary Care for All” should remain a cen‑ tral goal until it is achieved – for the sake of Rustam and all of Azerbaijan.


10

Tibb elminin yüksək səviyyədə inkişaf etdiyi Hollandiya, İsveçrə, Fransa kimi qabaqcıl ölkələrdə təhsil alaraq, müxtəlif diplom və sertifikatlarla ölkəsinə dönən tanınmış uroloq-cərrah Dr.Volkan Ülker Türkiyənin Kadıköy Şəfa Xəstəxanası, VKV Amerikan Xəstəxanası kimi məşhur tibb ocaqlarında çalışıb. Dünya şöhrətli uroloq Volkan Ülker Avropa və Dünya Urologiya Dərnəklərinin, Amerika Böyrək Xərçəngi və Amerika Prostat Dərnəklərinin üzvüdür. Endo-uroloji, Endoskopik İntrarenal Böyrək Cərrahiyyəsi və Uroloji Lazer Cərrahiyyəsi sahələrində fəaliyyət göstərən məşhur uroloq Türkiyə və digər xarici ölkələrdə çalışdıqdan sonra artıq Azərbaycandadır. Dr.Volkan Ülker bundan sonra “Oksigen” Tibb Mərkəzində pasiyentlərini qəbul edərək, onların problemlərinin aradan qaldırılmasında yardımçı olacaq. Tanınmış uroloq və “Oksigen” Tibb Mərkəzinin peşəkarlardan ibarət tibbi personalı prostatın müalicəsində yeni bir texnologiya olan Holmium Lazer Prostatektomiya üsulu ilə pasiyentlərə dünya standartlarına uyğun müalicə olunmaq imkanı yaradacaq.

PROSTAT NƏDİR? PROSTAT VƏZİ İLTİHABININ YARANMA SƏBƏBİ


11 Prostat kişilərdə sidik kisəsi çıxışında yerləşən və təqribən 20 q çəkisi olan vəzdir. Kişilərdə prostat vəzi həyatları boyunca mövcud olsa da, əsasən orta yaşdan sonra böyüməyə başlayır. Yaşlandıqca prostatın böyüməsi davam edir və sidik yo‑ lunu sıxmağa başlayır. Normal ölçülərdən böyük olan prostat vəzisinə hipertrofik, bu hala isə “xoşxassəli prostat böyüməsi” de‑ yilir. Ölçüləri böyümüş olan prostat vəzini xərçəng adlandırmaq düzgün deyil.

NƏ ZAMAN VƏ YA HANSI HALLARDA ƏMƏLİYYATA EHTİYAC YARANIR? Əgər xəstənin şikayətləri çox‑ dursa və dərman müalicəsi effektiv deyilsə, demək, əməliyyata ehtiyac var. Bəzən gələcəkdə ortaya çıxacaq sağlıq problemləri əməliyyata əngəl törədə biləcəksə, o problemlər ortaya çıxmadan əməliyyat olmaq daha uyğundur. Ancaq sidik kisəsində daş varsa, tez‑tez sidik yolu infeksiyaları inkişaf edirsə, sidikdə qan olursa, ya da xəstənin sidik ifraz edə bilməməsi səbəbiylə kateter taxılmasına ehtiyac yaranıb‑ sa, ən qısa müddətdə əməliyyat planlaşdırılmalıdır.

HANSI ƏMƏLİYYAT METODLARI DAHA YAXŞIDIR? HOLMİUM LAZER İLƏ ƏMƏLİYYATIN ÜSTÜNLÜKLƏRİ Xoş xassəli prostat böyüməsi olan xəstələrdə əsasən istifadə olu‑ nan əməliyyat metodu endoskopik, yəni qapalı olaraq TUR əməliyyatı ilə prostatın böyümüş hissəsinin çıxardılmasıdır. Ancaq 90‑100 q‑dan böyük prostatlarda bu metodla yetərincə toxuma çıxarıla bilin‑ mədiyi üçün açıq əməliyyat üstün tutulmaqdadır. Xəstə TUR əməliy‑ yatından sonra təxminən 2 gün, açıq əməliyyatdan sonra isə təxminən 6 gün kateterdən istifadə etməlidir. Hər iki əməliyyat

əsnasında və əməliyyatdan sonra ən çox qarşılaşılan fəsad qanaxmadır və bəzən xəstəyə qan köçürülməs‑ inə ehtiyac yaranır. Prostat cərrahiyyəsi tələb olunan xəstələr üçün standart prostat əməliyyatına görə daha komfortlu və sürətli sağalma olan modern bir lazer prostatektomiya əməliyyatını seçmək imkanı mövcuddur. Standart əməliyyatla eyni olmasına baxmayaraq, lazer şüası ilə qan damarları tamamən bağlanılır və standart əməliyyatda əsas problem olan qanama riski olmur. Holmium Lazer ilə prostat əməliyyatının ən böyük üstünlüyü hər böyüklükdə olan prostat üçün endoskopik, yəni qapalı olaraq əməliyyat imkanı yaratmasıdır. Böyük ölçülü prostat‑ larda prostat parçaları üyüdülərək bayıra çıxardılmaqdadır. Sağalma müddəti standart əməliyyata görə sürətli olduğuna görə xəstəxanada qalma müddəti daha qısa olur və xəstə daha tez normal həyatına və işinə dönə bilir. Holmium YAG lazerdən başqa daha əvvəllər istifadə edilən Neodmiyum YAG və KTP kimi lazer vasitələrində isə prostat çıxarılmır, yalnız böyüyən hissəyə lazer ilə əridilib buxarlaşdırma tət‑ biq edilir. Bu səbəbdən daha əvvəl‑ lər istifadə edilən bu metod prostat‑ ları böyük ölçülərdə olan xəstələrdə yetərli olmurdu. Köhnə tipli lazer ilə edilən əməliyyatlardan sonra tez‑tez qarşılaşılan əməliyyatdan sonrakı həftələrlə davam edən sidik yanğıları Holmium lazerdə mövcud deyil. Əlavə olaraq HOLEP‑də to‑ xuma çıxarıldığı üçün patoloji müa‑ yinə imkanı var, hansı ki, digər metodlarda bu mümkün deyil. Klinikamızda HOLEP əməliyyat‑ larında Lumenis VersaPulse PowerSuite (100 watt) cihazı istifadə edilməkdədir. Holmium lazer prostatek‑ tomiyanın (HOLEP)‑ın üstünlükləri: • Hər böyüklükdə prostata tət‑ biq edilə bilməsi; • Qanama olmaması və qan köçürməyə ehtiyacın olmaması;

• Qanama xəstəliyi olan, ya da qan durulducu dərmanlar qəbul edən xəstələrə tətbiq edilməsi; • Daha az fəsadlar; • Kateterdən daha qısa istifadə müddəti; • Daha qısa xəstəxanada qalma müddəti; • Daha sürətli sağalma və nəticənin daha qısa müddətdə alın‑ ması; • Xəstə üçün maliyyənin açıq əməliyyatda olanla təqribən eyni olması.

HOLMİUM LAZER SADƏCƏ PROSTAT ƏMƏLİYYATLARINDAMI İSTİFADƏ EDİLİR? Xeyr… Holmium Lazer eyni zamanda böyrək və idrar yolu daşları əməliyyatlarında da istifadə edilməkdədir. Çox effektiv bir enerji olduğu üçün Holmium çox sərt daşları da parçalaya bilir, digər vasitələrlə parçalanmayan daşlar bu lazer vasitəsilə asanca parçalana bilir. Bundan başqa idrar yolundakı darlıqların düzəldilməsi əməliyyat‑ ları da çox effektivdir.

“OKSİGEN” TİBB MƏRKƏZİNDƏ HANSI İMKANLAR MÖVCUDDUR? “Oksigen” Tibb Mərkəzində hal‑ hazırda dünyadakı modern mərkəz‑ lərdəki bütün imkanlar mövcuddur. Digər vasitələrlə təyin edilə bilməyən daşlar yeni kompüter‑ tomoqrafiya cihazı ilə müəyyən‑ ləşdirilir və 3 ölçülü görüntülər əldə edilir. Prostat vəzinin böyüməsinin müalicəsi zamanı dünyada az sayda mərkəzdə istifadə olunan Holmium Lazer cihazı tətbiq edilir. Bunun sayəsində xəstə çox kom‑ fortlu şəkildə əməliyyat oluna bilir. Yenə açıq əməliyyata ehtiyac olmadan idrar yolu daşları endoskopik, yəni qapalı yolla yeni texniki cihazlar sayəsində əməliyyat olunur və xəstələr əməliyyat olun‑ duqları gün evə buraxılırlar.


12

? BMT-nin Əhali Fondu (UNFPA) sağlam həyat və bərabər imkanlar əldə etmək üçün hər bir kişi, qadın və uşağın hüquqlarını təmin etməyə səy göstərən beynəlxalq inkişaf agentliyidir. UNFPA-nın müxtəlif ölkələrdəki nümayəndəlikləri yoxsulluğu azaltmaq, eləcə də hər bir hamiləliyin arzu olunduğunu, hər bir doğuşun təhlükəsizliyini, hər bir gəncin HİV/AİDS-dən uzaq olduğunu və hər bir qız və qadının şərəf və ləyaqətinin qorunduğunu təmin etmək məqsədi ilə əhali göstəricilərindən siyasət və proqramlarda istifadə etməyə kömək edir.


13 ‑cu ildə BMT Baş Assambleyasının təşəbbüsü ilə yaradılmış Əhali Fondu dünya əhalisinə yardım göstərən ən iri həcmli qurumdur. Fond əhali haqqında məlumatların toplanması və təhlil edilməsi istiqamətində ölkələrə kömək edir. UNFPA‑nın fəaliyyəti 1994‑cü ildə Qahirədə keçi‑ rilmiş Əhali və İnkişaf üzrə beynəlxalq konfransda 179 ölkənin hökumət nümayəndələri tərəfindən qəbul olunmuş Fəaliyyət Planına əsaslanır. UNFPA‑ nın fəaliyyəti üç sahəni əhatə edir: 1. Ailə plan‑ laşdırılması və cinsi sağlamlıq da daxil olmaqla bütün cütlər və fərdlərin reproduktiv sağlamlığı; 2. Əhali üzrə proqramların hazırlanması üçün poten‑ sial yaradılmasını təmin edən əhali və inkişaf strate‑ giyalarına dəstək; 3. Əhalinin maarifləndirməsini və inkişaf məsələlərini genişləndirmək, səmərəli fəaliyyət üçün siyasi iradə və resursların səfərbər edilməsinin təbliği.

1969

REPRODUKTİV SAĞLAMLIĞIN YAXŞILAŞDIRILMASI Azərbaycan Hökumətinin xahişinə müvafiq olaraq, UNFPA 1994‑cü ildən etibarən ölkədə repro‑ duktiv sağlamlıq sahəsində xidmətlərə yardım göstərir. Ailə sağlamlığı sahəsində xidmətlər göstərən Azərbaycanın ilk irimiqyaslı səhiyyə ocağı olan Respublika Ailə və Sağlamlıq Mərkəzinə elə həmin ildən UNFPA tərəfindən köməklik göstərilir. Mərkəzin əsas məqsədi icmanı maarifləndirməkdən və müasir kontraseptiv (qoruyucu) vasitələrdən isti‑ fadə imkanlarını genişləndirməkdən ibarətdir. UNFPA həmçinin Azərbaycanda ilk dəfə olaraq ailə planlaşdırılması klinikaları şəbəkəsinin yaradıl‑ masında köməklik göstərmişdir. 1995‑1999‑cu illər ərzində UNFPA Azərbaycana 3 milyon ABŞ dolları həcmində yardım göstərmişdir. 1997‑ci ildə Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq/Ailə planlaşdırılması mövzusunda ümummilli təlim proqramı həyata keçirilmişdir. 1997‑ci ildən etibarən UNFPA‑nın maliyyə dəstəyi ilə Azərbaycan Qadın və İnkişaf Mərkəzi əhali təh‑ sili üzrə icma əsaslı proqram həyata keçirir. Təhsil Nazirliyi UNFPA‑nın dəstəyi ilə orta təhsil müəs‑ sisələrində ilk müstəqil tədris kursu tətbiq etməyə hazırlaşır. Reproduktiv sağlamlıq proqramı çərçivəsində Azərbaycan Hökumətinin təşəbbüsü ilə müasir tibbi avadanlıqlar, eləcə də kontraseptiv vasitələrlə tam təchiz olunmuş 28 reproduktiv sağlamlıq mərkəzindən ibarət şəbəkənin yaradıl‑ masında yeganə donor olan UNFPA tibbi personalın əmək haqlarının və klinikaların idarəetmə xərc‑ lərinin ödənilməsini öz üzərinə götürmüşdür. Ailə həyatı haqqında tədris proqramı 9‑11‑ci siniflərə tət‑ biq edilir. Məcburi köçkünlərə reproduktiv sağlam‑

lıq xidmətlərinin göstərilməsi gücləndirilmişdir. 2001‑2006‑cı illəri əhatə edən Reproduktiv Sağlamlıq üzrə ilk Milli Siyasət Proqramı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən işlənib hazırlanmış və icra olunmuşdur. 2008‑2015‑ci illər üçün ikinci Milli Reproduktiv Sağlamlıq Strategiyası UNFPA və ÜST‑ün (Ümumdünya Səhiyyə Təşkilatı) Azərbaycandakı nümayəndəliklərinin birbaşa dəstəyi ilə işlənib hazırlanmışdır. Səhiyyə Nazirliyi Milli strategiyanın tətbiq olunacağı başlıca fəaliyyət sahələrini müəyyən etmişdir. 2007‑ci ildə UNFPA tərəfindən Azərbaycanda icra olunmuş Reproduktiv sağlamlıq layihələri: Hərtərəfli, yüksək səviyyəli reproduktiv sağlamlıq xidmətlərindən istifadə, habelə kişi, qadın və gənclər üçün məlumat əldə etmək imkan‑ ları genişlənmişdir. Layihə çərçivəsində ölkədə fəaliyyət göstərən reproduktiv sağlamlıq mərkəzləri şəbəkəsinin genişləndirilməsinə üstünlük verilmişdir. Reproduktiv sağlamlıq mərkəzlərində göstərilən xidmətlərə aşağıdakılar daxildir: cinsi yolla keçən


14 infeksiyaların diaqnostikası, uşaqlığın xərçəngi, hamiləlik boyunca ağırlaşmaların diaqnostikası, HİV/AİDS VCT (Səhiyyə Nazirliyi tərəfindən aparılan sürətli təhlillər). Ölkənin uzaq bölgələrində hamiləlik və doğuş zamanı meydana gələn ağırlaş‑ malarda obstetrik yardım göstərmək məqsədi ilə Səhiyyə Nazirliyi və Mama və Ginekologiya Elmi Tədqiqat İnstitutu ilə birlikdə UNFPA tərəfindən təcili obstetrik yardım proqramı həyata keçirilir. 2007‑ci il üçün büdcə 100.000 ABŞ dolları təşkil edir. Reproduktiv sağlamlıq üzrə tibb personalının xüsusilə də ilkin yardım göstərən tibb perso‑ nalının təşkilatçılıq və texniki qabiliyyətinin gücləndirilməsi UNFPA Reproduktiv sağlamlıq üzrə tibb perso‑ nalının xüsusilə də ilkin yardım göstərən tibb per‑ sonalının təşkilatçılıq və texniki qabiliyyətinin gücləndirilməsi sahəsində Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq etmişdir. Ölkənin cənub regionlarında reproduktiv sağlamlıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün icma əsaslı sağlamlıq planlaşdırılması və xidmətləri layihəsi çərçivəsində yerli QHT tərəfindən fəaliyyətlər icra olunmuşdur. Təhlükəsiz Analıq üzrə mövcud statis‑ tik göstəriciləri təhlil etmək, Səhiyyə Nazirliyinin baş təlimçiləri üçün treninqlər keçirmək, habelə Səhiyyə Nazirliyinə yekun hesabat təqdim etmək məqsədi ilə beynəlxalq ekspert dəvət olunmuşdur. Reproduktiv sağlamlıq məsələləri, habelə onların monitorinqi və qiymətləndirilməsi üçün digər regionların nümunəvi təcrübələrini öyrənmək məqsədi ilə Hökumət tərəfdaşları və UNFPA əmək‑ daşlarına treninqlərdə iştirak etmək təklif olunmuş‑ dur. 2007‑ci il üçün büdcə 50.000 ABŞ dolları təşkil etmişdir. Məsuliyyətli və sağlam cinsi və reproduktiv davranışa dair kişi, qadın və gənclərin bilik və bacarıqlarının gücləndirilməsi Kişi, qadın və gənclər arasında məsuliyyətli reproduktiv davranışı təbliğ etmək məqsədi ilə layi‑ hə çərçivəsində bir sıra tədbirlər həyata keçiril‑ mişdir. Layihənin icrasında başlıca amil yeniyet‑ mələr arasında həmyaşıddan‑həmyaşıda təhsili təmin etməklə Cinsi Reproduktiv Sağlamlıq və İnformasiya, Kommunikasiya və Təhsil üzrə QHT‑ lərin potensialının gücləndirilməsindən ibarət olmuşdur. Ölkənin şimal rayonlarında reproduktiv sağlamlıq xidmətlərindən istifadə imkanlarını genişləndirmək üçün icma əsaslı sağlamlıq plan‑ laşdırılması və xidmətləri layihəsi çərçivəsində yerli QHT tərəfindən fəaliyyətlər icra olunmuşdur. Kütləvi informasiya vasitələri və yerli QHT

nümayəndələri ilə əməkdaşlıq şəraitində maarif‑ ləndirmə kampaniyaları həyata keçirilmişdir. Bunların nəticəsi olaraq, icma əsaslı xidmətlərin genişləndirilməsi üzrə hərtərəfli proqram, eləcə də reproduktiv sağlamlıq və seksuallıq üzrə təhsil sayəsində müsbət nəticələrə nail olmaq mümkün olmuşdur. 2007‑ci il üçün büdcə 30.000 ABŞ dolları olmuşdur. Reproduktiv hüquqlar və gender üzrə sosial‑ mədəni və siyasət mühitinin yaxşılaşdırılması UNFPA reproduktiv və qadın hüquqlarının müdafiəsinə yönəlmiş hüquqi dəyişiklikləri tətbiq etmək üçün potensialın yaradılması mexanizm‑ lərinin formalaşdırılması və bu mexanizmlərdən istifadə üzrə təbliğat strategiyalarının işlənib hazır‑ lanması prosesində hökumət qurumları ilə əmək‑ daşlıq etmişdir. Milli Məclis və əlaqədar nazirliklərlə birgə əmək‑ daşlıq şəraitində qadın hüquqlarının daha güclü müdafiəsini təşkil etmək məqsədi ilə Reproduktiv Hüquqlar haqqında Qanun işlənib hazırlanmışdır. 2007‑ci il üçün büdcə 20.000 ABŞ dolları təşkil edir.

GENDER BƏRABƏRLİYİNİN TƏMİN EDİLMƏSİ Yoxsulluğun azaldılması, ailə resurslarının idarə edilməsi və övladların gələcəyinin təmin edilməsində qadınlar özünəməxsus rol oynayırlar. Qadınların savadlı və sağlam olmaları həm onların ailələrinin, həm də icma və millətlin xeyrinədir. Amma hələ də qadınlara qarşı ayrı‑seçkilik və zorakılıq halları geniş yayılmışdır və belə hallar onların öz hüquqlarından istifadə etmək imkan‑ larını məhdudlaşdırır. UNFPA gender məsələlərini daha geniş xalq kütlələrinə çatdırır, hüquqi və siyasət islahatları tətbiq edir, habelə gender üzrə məlumatların toplanmasını təmin edir, o cümlədən qadınların iqtisadi imkanlarını genişləndirən layi‑ hələri dəstəkləyir. Həyatın bütün mərhələlərində qadınların vəziyyətini yaxşılaşdıran bütün tədbirlər həyata keçirilir. 2007‑ci ildə gender üzrə UNFPA tərəfindən Azərbaycanda icra olunan layihələr: Genderin bütün sahələrə tətbiq edilməsi üzrə planlaşdırma və monitorinq mexanizmlərinin gücləndirilməsi Gender bərabərliyinin inkişaf siyasətlərinə daxil edilməsinə cavabdeh olan hökumət qurumlarının institusional və təşkilatçılıq bacarıqlarının gücləndirilməsi üçün əlverişli mühitin yaradılması və milli potensialın gücləndirilməsi sayəsində layi‑


15 hənin başlıca nəticələri əldə edilmişdir. Beynəlxalq ekspertin köməyi ilə Qadınlara qarşı Ayrı‑seçkiliyin Bütün Formalarının Aradan qaldırılması üzrə Konvensiya, İnsan hüquqları, genderin bütün sahələrə tətbiqi, gender məsələləri üçün büdcənin ayrılması üzrə geniş təlim proqramları, eləcə də müvafiq nazirliklər və Milli Məclis üzvləri üçün milli qanunvericiliyin işlənib hazırlanması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri ilə sıx əməkdaşlıq etmişlər. 2007‑ci il üçün büdcə 100.000 ABŞ dolları təşkil etmişdir. Gənclər arasında genderə dair maarifləndirmə Layihənin fəaliyyət dairəsi insan hüquqları və ayrı‑seçkilik haqqında gənclərin maarifləndirilməsi, onların bilik dairəsinin genişləndirilməsi, gender stereotiplərinin aradan qaldırılması, gender məsələlərinə tələbələr tərəfindən tənqidi yanaşmanı təmin etmək məqsədi ilə icma əsaslı maarifləndirmə və tədris kampaniyalarından ibarət fəaliyyətləri əhatə edir. 2007‑ci il üçün büdcə 20.000 ABŞ dolları təşkil edir.

ƏHALİ VƏ İNKİŞAF STRATEGİYALARININ TƏTBİQİ Əhali və inkişaf strategiyaları sahəsində UNFPA‑ nın başlıca məqsədləri əhali problemlərinin inkişaf siyasəti dialoquna daxil edilməsini təşkil etməkdən, əhali faktorlarını əhali problemlərinə həsr olunmuş və demoqrafik, sosial, iqtisadi və ətraf mühit faktor‑ larının bir‑birindən asılı olduğunu müəyyən edən inkişaf strategiyalarına inteqrasiya etməkdən ibarət‑ dir. Etibarlı, müntəzəm və vaxtında əldə edilmiş məlumatlar siyasətlərin səmərəli şəkildə işlənib hazırlanması və proqramların icrası üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hökumətinin xahişinə müvafiq olaraq, UNFPA 1994‑cü ildən etibarən əhali ilə bağlı problemlərin həllində hərtərəfli yardım göstərməkdədir. Bu illər ərzində əhali və inkişaf məsələləri ilə əlaqədar milli poten‑ sialı gücləndirmək məqsədi ilə Azərbaycanda UNFPA tərəfindən geniş miqyasda tədbirlər həyata keçirilmişdir. Müstəqillik əldə olunduqdan sonra ilk dəfə olaraq 1999‑cu ildə aparılmış əhali üzrə siyahıyaalmanın nəticələri UNFPA‑nın mühüm və davamlı yardımı sayəsində Azərbaycan və ingilis dillərində nəşr olunaraq paylanmışdır. Fondun yardımı ilə aradan qaldırılan problemlərdən biri də ana dilində elmi‑tədris materialları və əhali və inkişaf məsələləri üzrə metodoloji materialların çatışmazlığı, habelə bu sahə üzrə peşəkar mütəxəs‑ sislərin olmaması ilə bağlı olmuşdur. 2007‑ci ildə UNFPA‑nın Azərbaycanda icra etdiyi əhali və inkişaf layihələri:

Əhali, inkişaf və ətraf mühit haqqında dəqiq və gender əsaslı məlumatlara əlyetərliyin təmin olunması. UNFPA‑nın Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə yaxından əməkdaşlıq edərək “gender üzrə statis‑ tik göstəricilərə” diqqət yetirməklə statistik məlumatların toplanması, təhlili və yayılmasında komitənin institusional və texniki potensialının gücləndirilməsinə kömək etmişdir. 2007‑ci il üçün büdcə 80.000 ABŞ dolları olmuşdur. Əhali məsələlərini inkişaf və ətraf mühit siyasətlərinə tətbiq etmək üçün əlverişli mühitin yaradılması və milli potensialın gücləndirilməsi UNFPA‑nın Azərbaycandakı nümayəndəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə fəaliyyət göstərərək, əhali və gender məsələlərinin inkişaf və ətraf mühit siyasətlərində diqqət mərkəzində saxlanması üçün tələb olunan institusional və texniki potensialın gücləndirilməsi‑ ni təmin etmişdir. 2007‑ci il üçün bu sahə üzrə


16

GİZLİ

DİABET Uzun müddət hesab edilirdi ki, qanda qlükozanın səviyyəsi normaya uyğundursa, narahat olmağa dəyməz. Lakin hazırda həkimlərin fikri dəyişib. Onlar israrla söyləyir ki, yalnız diabet deyil, onun ilkin mərhələsi – diabetönu deyilən dövrü də təhlükəlidir. Əvvəllər hesab edilirdi ki, məhz qanda qlükozanın səviyyəsinin artdığı andan insanlarda sağlamlıq ilə bağlı problemlər başlayır və fəsadlar əmələ gəlir. Lakin son illərdə aşkar edilib ki, sağlamlığın vəziyyəti xeyli əvvəl, hələ şəkərli diabet özünü heç bir əlamətlə göstərmədiyi, adi analizlərin isə normaya uyğun gəldiyi bir dövrdə pozulmağa başlayır. İnsanların damarları hələ qlükozanın pozulmuş tole‑ rantlıq (dözümlülük) mərhələsində əziyyət çəkməyə başlayır. Bu isə ürək‑damar xəstəlikləri riskinin artmasına gətirib çıxarır. Diabetönü dövr ərzində infarkt və insult‑ lardan ölüm səviyyəsi bu göstəricinin normal maddələr mübadiləsi olan insanlardakı səviyyəsindən iki dəfə artıqdır. Artıq inkişaf etmiş şəkərli diabet zamanı risk üç dəfə artır. Bundan başqa, ürəyində problem olan pasiyentlərdə diabetönü vəziyyət xroniki ürək çatışma‑

zlığı ehtimalını artırır. Hər on insandan birində artıq qlükoza mübadiləsinin gizli pozuntuları mərhələsində görmə qabiliyyəti ilə problemlər əmələ gəlir və əsəblər pozulur. Gizli diabetin aşkarlanması adi müayinə, yəni, qanda şəkərin səviyyəsi ac qarına təyin edildiyi zaman mümkün deyil. Lakin “qlükoza yüklənməsi” adlı testin aparılması kifayətdir. Əvvəlcə insanın qanında şəkərin səviyyəsini təyin edir, sonra ona içmək üçün suda həll olunmuş 75 q qlükoza verilir və təkrarən şəkərin səviyyəsi təyin edilir. Sağlam insanlarda bütün göstəri‑ cilər norma səviyyəsinə qayıdır, diabetönü vəziyyət olan insanlarda isə qlükoza rəqəmləri yüksək olaraq qalır. İkinci çox dəyərli üsul – konfokal mikroskop vasitəsi ilə gözlərin müayinəsidir. Daha nümunəvi üsul isə gözün tor qişasının kompüter lazer tomoqrafiyasıdır. Bu tədqiqatların köməyi ilə göz damarlarında olan ən erkən dəyişiklikləri aşkar etmək olar. Xəstələnmə riskinə gəldikdə, son illərdə yeni risk amilləri aşkarlanıb. Məsələn, polikistoz yumurtalıqlar sindromu. Müəyyən edilib ki, belə ginekoloji problemi


17 təxminən iyirmi dəfə atır. Ən faydalı məşqlər – piyada gəzinti, velosiped sürmə və üzgüçülükdür. Qışda xizək sürmək yaxşıdır. Hətta gündəlik yarım saatlıq piyada gəzinti, liftdən imtina etmək və mənzilin yır‑yığışı trenajorlarda məşqlər ilə müqayisə edilə bilər. Dərmanlar da kömək edə bilər. Lakin onları daimi olaraq bir neçə il ərzində qəbul etmək lazımdır. Qəribə də olsa, həyat tərzinin dəyişməsi dərmanlardan xeyli effektivdir. Və əlavə təsirlər göstərmir. Bədən çəkisinin azalması və müntəzəm fiziki məşqlər şəkərli diabet riski‑ ni iki dəfə azaldır. Bir qədər dərman bitkilərdən hazırlanmış cövhər‑ lərdən danışmaq yaxşı olardı. Dərman bitkilərindən dia‑ bet zamanı qaragilə, yaşıl paxla qabığının qurumuş lay‑ ları, zəncirotu və pıtraq kökü, kətan toxumu effektlidir. DİABET ZAMANI PƏHRİZİN VACİBLİYİ DANILMAZDIR. PƏHRİZ – DİABETÖNÜ VƏZİYYƏT İLƏ MÜBARİZƏDƏ ETIBARLI KÖMƏKÇİDİR. QİDA İLƏ QƏBUL EDİLƏN YAĞLARIN VƏ SPİRTLİ İÇKİLƏRİN MIQDARINI AZALTMAQ LAZIMDIR. XÜSUSİLƏ SOSİSLƏR, SARDELKALAR, KOLBASALAR, YAĞLI PENDİR NÖVLƏRİNİN TƏRKİBİNDƏ OLAN “GİZLİ YAĞLAR” TƏHLÜKƏLİDİR.

olan qadınlarda şəkərli diabetə üç dəfə artıq təsadüf edilir. Özü də, kifayət qədər gənc yaşlarda. Daha bir yeni risk amili – qanda kaliumun aşağı səviyyədə olmasıdır. Bu, xüsusi ilə yüksək arterial təz‑ yiqi sidikqovucu vasitələr ilə müalicə edən insanlar üçün aktualdır. Orqanizmdən aktiv surətdə kalium xaric olunur, maddələr mübadiləsi pozulur. Və diabet riski artır. Ona görə də, hipertoniklər kalium ehtiyatlarını mütləq xüsusi həblərin köməyi ilə bərpa etməlidir. Bundan başqa, risk qrupuna zəif irsiyyəti, eləcə də, artıq bədən çəkisi və piylənməsi olan insanlar da da‑ xildir. Qlükozaya qarşı pozulmuş tolerantlığı (dözüm‑ lülüyü) olan xəstələrin yarısında ikinci tip şəkərli diabet inkişaf edir. İnsanların dörddə bir hissəsində diabetönü vəziyyət normaya düşür, daha dörddə bir hissəsində isə diabetönü vəziyyət saxlanılır. Lakin profilaktik tədbirlər aparılarsa, sağlam qalanların sayı artar. Bu, ilk növbədə bədən çəkisinin normallaşdırılması və gündəlik fiziki məşqlərin yerinə yetirilməsidir. İdman zamanı əzələlərin qlükozanı mənimsəmə səviyyəsi

Hər gün istifadəsi vacib olan əsas yeməklər tərəvəz qarnirləridir. Onlar nəinki orqanizmi faydalı bitki sel‑ lülozası ilə zənginləşdirir, həmçinin kalium mənbəyidir. Lakin nəzərə almaq lazımdır ki, suda bişirilərkən, tərə‑ vəzlərin tərkibindəki kalium itirilir, ona görə də kartof, çuğundur və yerkökünü sobada bişirilmiş halda yemək daha yaxşı olar. Xiyar, pomidor, yunan qabağı, boranı, badımcan, yeralması, kərəviz kimi tərəvəzlərin istifadəsi məhdudiyyətsizdir. Qoz və paxlalılar, eləcə də, qara ciyər də yaxşı kalium mənbəyidir. Nəzərə alın ki, kofein və alkoqol kaliumun itirilməsini artırır. Menyuya kifayət qədər zülal da daxil edilməlidir. Bu cəhətdən, bişmiş balıq və digər dəniz məhsulları, dana əti, quşun ağ əti faydalıdır. Lakin tez mənimsənilən kar‑ bohidratları menyudan xaric etmək lazımdır. Bu, şəkər və şəkər tərkibli ərzaqlardır: konfet, şokolad, pirojna, peçenye, dondurma, qatılaşdırılmış süd, mürəbbə və şirin içkilər. Artıq diabetönü vəziyyət zamanı ateroskleroz riskinin yüksək olmasını nəzərə alaraq, xolesterin ilə zəngin olan ərzaqların istifadəsini məhdudlaşdırmaq lazımdır. Misal üçün, yumurta sarısı, mayonez, yağlı süd məhsulları. Bitki və balıq yağı isə əksinə, çox faydalıdır, lakin az miqdarda. Və əlbəttə ki, şəkərli diabet xəstələri üçün nəzərdə tutulmuş xüsusi polivitamin komplekslərindən də istifadə edilməlidir. Çünki artıq diabetönü vəziyyət mərhələsində maddələr mübadiləsi pozulur. Ona görə də bəzi vitamin və mikroelementlərə olan tələbat artır.


18

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru tərəfindən 2004-2008-ci il ərzində sağlam həyat tərzinin təbliği sahəsində görülmüş işlər haqqında MƏLUMAT “Sağlam bədəndə sağlam ruh olar” deyib, babalarımız. Müstəqil Azərbaycanımızın gələcəyi gənclərin əlindədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmağı onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli‑mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata‑ babalardan qalan adət‑ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Bu gün dövlətimizin ən ali məqsədi məhz gələcə‑ yimiz olan gəncliyin sağlam yetişməsi üçün hər şeyi etməkdir. Bu ali məqsəd – gənclər siyasəti Azərbaycan xalqının Ümummilli lideri, ulu öndərim‑ iz Heydər Əliyevin adı ilə bağlıdır. 1993‑cü ildə ulu öndərimiz xalqın təkidli tələbi ilə yenidən

hakimiyyətə gələndən sonra artıq dövlət səviyyəsində gənclər siyasəti həyata keçirilməyə başladı. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın tər‑ kib hissəsi olaraq, Azərbaycan gəncliyinin inkişafı mərhələsi başladı və müxtəlif gənclər təşkilatları yarandı. Həmçinin 1994‑cü ildə Gənclər və İdman Nazirliyi də təsis olundu. Ulu öndər həyatı boyu respublikaya rəhbər‑ liyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut


19 etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial‑iqtisadi problem‑ lərinin həllini təmin etmək məqsədi ilə 2005‑2009‑cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət proqramının həyata keçirilməsinin ən böyük məsuliyyəti və şərəfli ağırlığı məhz Gənclər və İdman Nazirliyinin üzərinə düşmüşdür. Əgər gələcə‑ yimiz olan gənclik sağlam həyat tərzi keçirərək, sağlam bədən və sağlam ruha malik olacaqdırsa, qarşıya qoyulan bütün ali məqsədlərə çox asanlıqla nail olmaq olar. Məhz buna görə də Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi sağlam həyat tərzi və idman layihələrinin gerçəkləşməsinə və xüsusən də maarifləndirmə işlərinə xüsusi diqqət ayırmışdır. Son üç ildə sağlam həyat tərzini təbliğ edərək, hə‑ yata keçirilən layihələri bir daha qısaca nəzərinizə çatdırmaq istəyirik. Son 3 il ərzində Nazirlik tərəfindən zərərli vərdişlərin profilaktikası sahəsində bir sıra tədbirlər keçirilib. Belə ki, avqust‑sentyabr ayları ərzində Şir‑ van, Aran, Lənkəran‑Astara, Quba‑Xaçmaz zonaları üzrə “Sağlam ailə cəmiyyətin təməlidir” mövzusunda təşviqat kampaniyası keçirilib. Kampaniya çərçivəsində maarifləndirici şüarlarla bəzədilmiş avtobusla respublikanın qeyd olunan zonaları üzrə rayonlarına səfərlər edilmiş, gənclərlə görüşlər keçir‑ ilmiş və seçilmiş rayonlarda konsert proqramı təşkil olunmuş və çap materi‑ alları paylanmışdır. 27‑29 oktyabr 2006‑cı il tarixdə “ART salon”da Gənclərə sağlam həyat tərzi aşılayan plakatlar üzrə ümumrespublika müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. 22 noyabr 2006‑cı il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Gənc jurnalistlər arasında sağlam həyat tərzi aşılayan məqalələr üzrə ümumrespublika müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçi‑ rilmişdir. 5 nominasiya üzrə qaliblər Nazirliyin diplomu və pul mükafatı ilə təltif olunmuşlar. 20‑21 fevral 2007‑ci il tarixdə Quba ra‑ yonunda Xızı, Siyəzən, Dəvəçi, Xaçmaz, Quba, Qusar, 27‑28 fevral 2007‑ci il tarixdə Ağsu rayonunda Şamaxı, Qobustan, Kürdəmir, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş, İsmayıllı rayon (şəhər) gənclər və idman idarələrinin əməkdaşları və gənclərin qeyri‑hökumət təşkilatlarının nümayəndələri üçün narkomanlığın profilaktikası sahəsində treninq kurslar keçirilmişdir. Tədbirin keçir‑ ilməsində məqsəd gənclər arasında narko‑ manlığın profilaktikası sahəsində işin tələb

olunan səviyyədə qurulması, görülmüş işlərin ətraflı müzakirə edilməsi, antinarkotik təbliğat və maari‑ fləndirmə işinin səmərəliliyinin artırılmasından ibarət olmuşdur. Treninq kursda narkomanlığın profilak‑ tikası sahəsində metodiki vəsait paylanmış və təlimçilər tərəfindən müvafiq mühazirələr oxunmuş‑ dur. 26 iyun 2007‑ci il tarixdə narkomaniya ilə ümumdünya mübarizə gününə həsr olunmuş tele‑ marafon keçirilmişdir. Marafon çərçivəsində Milli parkda geniş konsert proqramı təşkil olunmuş və dövlət televiziyası vasitəsilə canlı yayımla işıq‑ landırılmışdır. Tədbir çərçivəsində Milli parkda icti‑ maiyyət arasında narkomanlığın profilaktikası ilə bağlı buklet və təqvimlər paylanmışdır. 2007‑ci ilin may‑iyun aylarında Gəncəbasar, Qarabağ, Şəki‑Zaqatala zonaları üzrə “Narkomanlığa və QİÇS‑ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” devizi altında təşviqat kampaniyası keçi‑ rilmişdir. Kampaniyanın keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005‑ci il tarixli, 982 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005‑2009‑cu illər) müvafiq bəndlərinin icrasını təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onlar arasında cinayətkarlıq, narkomanlıq, QİÇS və digər neqativ meyllərə qarşı profilaktika işinin aparılmasından ibarət olmuşdur. 20‑21 avqust 2007‑ci il tarixdə Gəncə şəhərində Yevlax, Mingəçevir, Gəncə, Samux, Xanlar, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax,


20 Gədəbəy, 27‑28 avqust 2007‑ci il tarixdə isə Şəki şəhərində Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, Şəki rayon (şəhər) gənclər və idman idarələrinin əmək‑ daşları və gənclərin qeyri‑hökumət təşkilatlarının nümayəndələri üçün narkomanlığın profilaktikası sahəsində treninq kurs keçirilmişdir. Kursun keçir‑ ilməsində məqsəd gənclər arasında narkomanlığın profilaktikası sahəsində işin tələb olunan səviyyədə qurulması, görülmüş işlərin ətraflı müzakirə edilməsi, antinarkotik təbliğat və maarifləndirmə işinin səmərəliliyinin artırılmasından ibarətdir. 30 sentyabr 2007‑ci il tarixdə X‑SİTE gecə klubun‑ da “Gənclər sağlam həyat tərzinə səs verir” devizi altında di‑djeylərin III Milli müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd mədəniyyətin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən yaradıcı gənclərin aşkarlanıb üzə çıxarılması, dövlət tərəfin‑ dən onların inkişafı üçün şəraitin yaradılması və gəncləri pis vərdişlərdən uzaq olmağa səsləməkdir. 15 dekabr 2007‑ci il tarixdə Park İnn mehman‑ xanasında QİÇS‑lə mübarizəyə həsr olunmuş Milli Konfrans keçirilmişdir. Konfransda azərbaycanlı mütəxəssislərlə yanaşı beynəlxalq ekspertlər də işti‑ rak etmişdir. “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005‑ 2009‑cu illər)”nın və Gənclər və İdman Nazirliyinin 2008‑ci ilin I yarımilliyi üçün təsdiq olunmuş per‑ spektiv iş planının icrasının təmin olunması, eləcə də narkomanlığın törətdiyi fəsadlarla bağlı gənclər və geniş ictimaiyyətin məlumatlılığının artırılması məqsədilə respublikanın bir sıra rayon və şəhərində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni‑ kütləvi aksiyalar təşkil olunmuşdur. Aksiyalar zamanı gənclər arasında maarifləndirici xarakterli çap materi‑ alları paylanmış və tanınmış estrada ulduzlarının işti‑ rakı ilə konsert proqramı təşkil olunmuşdur. 1 dekabr QİÇS‑ə qarşı Beynəlxalq mübarizə günü ilə əlaqədar Bakı İdman sarayında Gənclərin Reproduktiv Sağlamlıq Festivalı keçirilmişdir. Bakı şəhərində ilk dəfə olaraq keçirilən bu Festivalda gənc reper və diceylərimiz, qrafit ustalarımız, modelyer‑ lərimiz öz sənətlərini nümayiş etdirərək, QİÇS‑lə bağlı fikirlərini öz yaradıcılıqları ilə geniş icti‑ maiyyətə çatdırmışlar. Gənclər arasında narkomanlığın profilaktikası sahəsində işin müasir və təsiredici səviyyədə qurul‑ ması, əhalinin bütün təbəqələri arasında narkotik vasitələrin qəbuluna meylliliyin azaldılması, gənc‑ lərin vacib və düzgün qərarların qəbul edilməsinə çağırmaq məqsədilə təsirli işin aparılması üçün respublikanın bir sıra rayon və şəhərlərində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni kütləvi aksiyalar keçirilmişdir. Belə ki, 2 iyun tarixdə Gəncə Olimpiya İdman Kompleksində tanınmış gənc estra‑ da ulduzlarının iştirakı ilə keçirilən mədəni‑kütləvi

aksiyada 400‑ə yaxın gənc iştirak etmişdir. 3 iyun tarixdə Daşkəsən rayon Mədəniyyət evində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni kütləvi aksiyalar keçirilmişdir. Aksiya zamanı işti‑ rakçılara maarifləndirici xarakterli çap materialları paylanılmış və müğənnilər tərəfindən maarifləndirici xarakterli şüarlar səsləndirilmişdir. Keçirilən tədbirdə 350 nəfər gənc iştirak etmişdir. 11 iyun tarixdə Lerik rayonunun Mədəniyyət evin‑ də “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni kütləvi aksiyalar keçirilmişdir. Aksiya zamanı iştirakçılara maarifləndirici xarakterli çap materialları paylanılmış və müğənnilər tərəfindən maarifləndirici xarakterli şüarlar səsləndirilmişdir. Keçirilən tədbirdə 300 nəfər gənc iştirak etmişdir. Ümumilikdə Respublikanın bütün rayon və şəhər‑ ləri üzrə zərərli vərdişlərin profilaktikası sahəsində müxtəlif seminar, treninq, mədəni–kütləvi tədbirlər, müsabiqələr təşkil olunub keçirilmişdir. Keçirilən tədbirlərdə ümumilikdə 15000‑ə yaxın gənc iştirak etmişdir. QEYD: Bundan əlavə olaraq zərərli vərdişlərin profilaktikası sahəsində gənclər təşkilatlarının layi‑ hələri də maliyyələşdirilmişdir ki, bu layihələr vasitəsilə on minlərlə gənc bu istiqamətli tədbir‑ lərin iştirakçısı olmuşdur.


22 İdman sahəsində dopinq deyərkən, nəticələri xeyli yaxşılaşdırmağa kömək edən qadağan olunmuş preparatlar nəzərdə tutu‑ lur. “Dopinq” sözü (doping), doop — Cənubi Afrika sakinlərinin davamlılığı artırmaq üçün istifadə etdikləri alkoqollu içkinin adından götürülmüşdür. İngiltərədə XIX əsrin əvvəl‑ lərində qaçışlardan əvvəl atlara stimulyator‑ ların vurulması dopinq adlanırdı. Beynəlxalq Olimpiya Komitəsinin Tibbi komissiyasının təsnifatına görə, idmançıların orqanizminə hər hansı yolla (iynə, həb, nəfəs alma və s.) iş qabiliyyəti və idman nəticələrini süni şəkildə artıran farmakoloji preparatların daxil edilməsi dopinq hesab olunur. Bundan başqa, eyni məqsədlər ilə bioloji mayelərlə aparılan müxtəlif manipulyasiyalar da dopinqlərə aid‑ dir. Bu tərifə əsasən, farmakoloji preparat yal‑ nız o zaman dopinq hesab edilə bilər ki, onun ozü və ya parçalanma məhsulları orqanizmin bioloji mayeləri tərkibində (qan, sidik) yüksək dəqiqlik və gerçəklik səviyyəsi ilə aşkar edilə bilsin. Hazırda aşağıdakı beş qrup preparat‑ lar dopinq vasitələrinə aiddir:

NƏ DEMƏKDİR?

1. Stimulyatorlar (mərkəzi sinir sistemi stimulyatorları, simpatomimetiklər, anal‑ getiklər). 2. Narkotiklər (narkotik analgetiklər). 3. Anabolik steroidlər və digər hormonal anabolik vasitələr. 4. Beta‑blokatorlar. 5. Diuretiklər. Əldə olunan effekt cəhətindən idman dopinqlərini şərti olaraq iki əsas qrupa ayır‑ maq olar: ‑ Bilavasitə yarışlar dövründə idmançıların iş qabiliyyəti, ruhi və fiziki tonusunun qısa müddətli stimulyasiyası üçün istifadə olunan preparatlar; ‑ Məşq prosesi zamanı əzələ kütləsinin artırılması və idmançının maksimal fiziki yüklərə adaptasiyasını təmin etmək üçün uzun müddət ərzində istifadə olunan


23 preparatlar. Dopinq tarixçəsi idman tarixi ilə paralel şəkildə inkişaf edib. Məlumdur ki, hələ Qədim Yunanıstanda idmançılar çiy göbələkdən hazırlanmış stimul‑ laşdıran davacatlardan istifadə edirdi. O zamanlar bu, qadağan olunmurdu. Romada məşhur Böyük Sirk qladiatorları (e.ə. V əsr) yorğunluq və ağrı hiss etməmək üçün stimulyatorlardan istifadə edirdi. Orta əsrlərdə norman əsgər‑ ləri olan berserkerlər döyüşdən əvvəl milçəkqıran göbələyi və digər psixotrop göbələklərdən hazırlan‑ mış cövhər ilə məstləşirdi ki, bu da onları aqressiv vəziyyətə salır, ağrı və yorğunluğa qarşı hissiyyatsız edirdi. XX əsr dopinqlər siyahısını anabolik steroidlər, amfetamin və onun törəmələri kimi preparatlar və bir çox başqa farmakoloji elm nailiyyətləri ilə “zənginləşdirdi”. İlk dəfə olaraq, anabolik steroidlər Yuqoslav kimyaçısı olan Leopold Rujiçka tərəfindən 1935‑ci ildə aşkar edilmiş və sintez olunmuş‑ dur. Müharibə zamanı “leqal dopinq” anlayışı yaranmışdı (təy‑ yarəçi, kəşfiyyatçı, paraşütçü, desantçıların istifadə etdiyi müx‑ təlif növ stimulyatorlar). İdman təcrübəsində azaldılmış androgen aktivlikli xüsusi icad edilmiş anabolik steroidlər seriyasından olan dianabol preparatı 1958‑ci ildə amerikalı həkim Con Ziqler tərəfindən tətbiq olunub. O zamanlardan dopinq‑ lərin istifadəsində yeni era – anabo‑

lik steroidlər erası başlandı. Dopinqlərdən ilk ölüm hadisəsi 1886‑cı ildə Linton adlı velosipedçinin ölümü hesab edilir. Müasir Olimpiya oyunlarında dopinq təsirindən Tomaks Xiks adlı marafonçu az qala həlak olmuşdu: 1904‑cü ildə Sent‑Luisdə finişə 20 km qalmış o, huşunu itirdi. Amerika komandasının həkimləri ona brendi və strixnin qarışığını içməyi təklif etdi. Müəyyən doza‑ da strixnin əzələ fəaliyyətinin çox güclü stimulyatorudur. Yüngül atletçi finişədək çatdı və qızıl olimpiya medalını aldı. 1960‑cı ildə Romada keçirilən Olimpiya oyun‑ ları zamanı amfetamin dozasının artıq olmasından daniyalı velosipedçi Kurt Yensen vəfat etmişdir. Dopinqdən istifadə etmə idmanın kommersiyalaşması ilə sıx bağlıdır. ABŞ‑da idmançılar arasın‑ da aparılmış sorğu göstərib ki, bu problem çox ciddidir. “Kim onu üç ildən sonra olimpiya çempionu, on ildən sonra isə əlil edəcək preparatı qəbul etməyə razı olar?” sualına sorğuda iştirak etmişlərin 80% müsbət cavab vermişdir. Beynəlxalq statistikaya görə, dopinqdən istifadə etmə daha çox bodibildinq üçün xarakterikdir – idmançıların 90 faizi steroid qəbul edir. Sonra veloidman, üzgüçülük, xizək yarışması, ağır və yüngül atletika gəlir. İdeal hərəkət koordi‑ nasiyası tələb edən idman növləri dopinqdən praktiki olaraq təmiz hesab edilir – fiqurlu konkisürmə, sinxron üzgüçülük, qılıncoynatma.

Bir çoxları hesab edir ki, idman yarışları, o cümlədən, Olimpiya oyunları, daha çox əczaçıların yarış‑ masına çevrilir: biri dopinqin aşkar‑ lanma yollarını axtarır, digərləri isə yeni preparatların yaradılması və onların tətbiqi sxeminin işlədilməsində, yəni, yüksək idman nəticəsi almaq və ona nail olma vasitələrinin gizlədilməsində yarışır. Bir sıra idman nailiyyətləri “əczaçılıq uğurları” ilə əlaqələndirilir: belə ki, 1970‑ci illərdə ağır çəkili ştanqa qaldıran‑ ların dünya rekordları sayının art‑ masını steroidlərdən istifadə ilə, 1990‑cı illərdə isə, uzun distan‑ siyalara qaçışların nəticələrinin kəskin yaxşılaşmasını eritropoe‑ tindən istifadə ilə izah edirlər. Dopinq idmançıların sağlamlığı‑ na çox böyük zərər yetirir, lakin əsas olan etik problemdir: dopinq‑ dən istifadə etmə, idman və olimpiya hərəkatının əsasını təşkil edən təmiz yarışma ideyasını məhv edir. Məhz bu səbəbdən dopinq “müasir idman taunu” adlandırılır. Dopinqin gənc orqanizmə vur‑ duğu zərər və ölkəmizdə dopinqə qarşı aparılan mübarizə üsulları haqqında növbəti məqalədə söhbət açacağıq.

İsgəndər Şəkinski Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdir müavini


24

“İRƏLİ” İCTİMAİ BİRLİYİ

“IRELI” PUBLİC UNION

“İRƏLİ” İctimai Birliyi 26 avqust 2005 – ci ildən fəaliyyət göstərən “İRƏLİ” Ümumrespubli‑ ka Gənclər Hərəkatının əsasında yaradılmış təşkilatdır. 24 dekabr 2008‑ci ildə “İRƏLİ” Ümumres‑ publika Gənclər Hərəkatının əsasında “İRƏLİ” İctimai Birliyi təsis edilmişdir. “İRƏLİ” Azərbaycanda islahat‑ ların effektiv şəkildə reallaşması, iqtisadiyyatın liberallaşması, gənc nəslin elmi və intellektual bacarıqlarının inkişafı, mənəviy‑ yatımız, milli və mədəni dəyərləri‑ mizin qorunub saxlanması, gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, ölkəmizdə sosial ədalət prinsiplərinin bərqərar olunması, vətəndaş cəmiyyəti ənənələrinin inkişafı, demokratik dəyərlərin təbliği yolunda ardıcıl olaraq fəaliyyət göstərir. 4 illik fəaliyyəti ərzində “İRƏLİ” 30‑dan artıq fəaliyyət

istiqamətində 600‑dən çox layihə realaşdırmağa müvəffəq olmuş‑ dur. Azərbaycanın ən böyük və faəl təşkilatlarından biri olan “İRƏLİ”də hal‑hazırda 8 min nəfərdən artıq fəal gənc birləş‑ mişdir. Təşkilatın fəaliyyəti Azərbaycanın bütün bölgələrini əhatə edir. Yuxarıda qeyd olunduğu kimi “İRƏLİ” İctimai Birliyinin fəaliyyət istiqamətləri çox zəngindir. Bunlardan biri də tibb və sağlam‑ lıq sahəsidir. Bu sahə üzrə layi‑ hələr əsasən Azərbaycanda və xar‑ icdə tibb təhsili alan tələbələr tərəfindən həyata keçirilir. “İRƏLİ” İctimai Birliyi tərəfin‑ dən tibb və sağlamlıq mövzuzun‑ da həyata keçirilən son layihələr‑ dən bəzilərini nümunə olaraq göstərmək istərdik:

]

Azərbaycan xalqının Ümum‑ milli Lideri Heydər Əliyevin doğum gününün 86‑cı il dönümünə həsr olunmuş Tibb Tələbələri arasında Bilik Olimpiadası keçirilmişdir. “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Tibb Universiteti və “HP” şirkəti tərəfindən keçirilmiş olan olimpiada tələbələr arasında yüksək marağa səbəb olmuşdur. Qalib gəlmək uğrunda 10 koman‑ da iştirak edirdi. 1‑ci, 2‑ci və 3‑cü yeri tutan komandaların üzvlərinə müvaffiq olaraq Notebook HP550, “all‑in‑one” Photosmart printer, “all‑in‑one” deskjet printerlər hədiyyə edildi.

]

“İRƏLİ” İctimai Birliyinin “Tibb və Sağlamlıq” departamenti gənclər arasında sorğular keçirərək onları tibb sahəsində maraqlandıran mövzuları müəyyənləşdirir və bu mövzulara


25 uyğun olaraq ekspertlərlə gənc‑ lərin görüşlərini keçirir. Son 3 ay ərzində “Yuxu pozulmaları”, “Kosmetik vasitələrdən düzgün istifadə qaydaları və dəriyə qul‑ luq”, “Hepatitlər, yoluxma yolları və müalicəsi”, “Musiqi ilə diaqnos‑ tika”, “Yoqa”, “Stress, stressə səbəb olan amillər və qorunma yolları”, “Ailə, cavan valideynlərin diqqət yetirməli olduqları məqam‑ lar” və s. mövzularda silsilə görüşlər keçirilmişdir. Görüşlərdə ekspertlər gəncləri maraqlandıran sualları cavablandırmışlar.

]

“İRƏLİ” tərəfindən hemofili‑ yalı və talassemiyalı xəstələrə kömək məqsədilə ənənəvi olaraq qan vermə aksiyaları keçirilir. İlk

öncə gənclərə “Donorluq, donor‑ luğun əhəmiyyəti, kimlər donor ola bilər?” mövzusunda məlumat verilmişdir. İndiyədək aksiyada yüzlərlə gənc iştirak etmişdir.

]

Bundan başqa müxtəlif uni‑ versitetlərdə təhsil alan gənclərə “AİDS əleyhinə”, “Tütün məmulat‑ larından istifadə əleyhinə”, “Alkoqollu içkilərdən istifadə əley‑ hinə”, “Narkotik maddələrdən isti‑ fadə əleyhinə”, “İlk tibbi yardım” mövzularında təlimlər keçirilmiş‑ dir. Təlimlər nəticəsində həmçinin bir çox gənclərin özləri təlimçi olaraq yetişdirilmiş və hal‑hazırda Azərbaycanın müxtəlif bölgə‑ lərində könüllü olaraq təlimlər keçirlər.

]

“İRƏLİ” İctimai Birliyi 01‑04 oktyabr 2009‑cu il tarixilərində Bakıda keçiriləcək olan “3‑cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksiyon Xəstəliklər Beynəlxalq Konqresinin” təşkilatçılarındandır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Qara dəniz Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Dərnəyi”, “Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi” ilə yanaşı “İRƏLİ” İctimai Birliyi də fəal olaraq Konqresin təşkilatçı‑ lığında iştirak edir. Konqresdə dünyanın 17 müxtəlif ölkəsindən 300‑dən çox məruzəçi alim iştirak edəcəkdir. Konqresin işində 82


26

DİSBAKTERİOZ YENİ BAXIŞ, YENİ MÜALİCƏ ÜSULU Makroorqanizm və mikroorqanizm dinamik tarazlıq vəziyyətində olan vahid ekoloji sis‑ temdir. Xarici faktorların orqanizmə müxtəlif təsirlərinə baxmayaraq, mikrofloranın tərkibi daimidir. Lakin orqanizmin kompensator imkanları sərhədsiz deyil. Həzm traktının mikroflorası orqanizmin sağlamlıq vəziyyətində kəmiyyət və keyfiyyət dəyişkənliklərinə səbəb olan yüksək həssaslığa malik indika‑ tor sistemidir. Müxtəlif endogen və ekzogen faktorların təsiri nəticəsində insanın autoflorasında dinamiki pozğunluq baş verir və bağırsaq mikroflorasının tərkibində şərti‑patogen bakteriyalarının üstün‑ lüyü ilə xarakterizə olunan şərait yaranır ki, bu da disbioz əlamətidir. Bu vəziyyət qeyri‑düzgün qidalanma, stress, yorğunluq, antibiotik, ətraf mühit toksinləri və s. kimi amillərin təsiri nəticəsində yaranır. Normal bağırsaq florası immun sisteminə təsir göstərir və orqanizmin sanogenetik qabiliyyəti‑ ni, yəni detoksikasiyasını təmin edir. Balanslaşdırılmış flora qida mad‑ dələrinin, mineral, mikroelement, vitamin və amin turşuların yaxşı

həzm olunmasına kömək edir. Təsəvvür edin ki, bu kimi həyati vacib fizioloji funksiyalar disbakte‑ rioz zamanı pozulur. Disbakterioz özünü allergiya, aclıq hissi, qıcqırma, diareya, qəbiz‑ lik, artıq çəki, baş ağrıları, depres‑ siya və s. kimi əlamət və simptom‑ larla büruzə verir. Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti‑pato‑ gen göbələklər aktiv çoxalmağa başlayır. O, öz maya formasından göbələk formasına çevrilir. Bu for‑ mada kökəbənzər uzun substan‑ siyalar inkişaf edir və həzm trak‑ tının selikli qişasının daxilinə keçir. Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və sonadək həzm olun‑ mamış zülallar qana keçərək, immun sisteminə təsir göstərir. Göstərilən səbəblər immun sistemini çoxlu miqdarda antitel sintez etməyə vadar edir. Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir. Belə halda müalicə patogen və şərti‑patogen mikroorqanizmlərin eliminasiyası, obliqat mikrofloranın bərpası və nəhayət immun sistemi‑

nin güclənməsi istiqamətinə yönəldilməlidir. Bioloji təbabətin tərkib hissəsi olan mikrobioloji təbabət bu halları aradan götürməyə imkan yaradır. Mikrobioloji terapiya həm immun reaksiyaların çatışmazlığı ilə əlaqə‑ dar yaranan xəstəliklərin (tənəffüs və həzm sisteminin infeksion və qeyri‑infeksion xəstəlikləri), həm də immun reaksiyaların artması ilə əlaqədar yaranan xəstəliklərin (allergiyalar) müvəffəqiyyətli müa‑ licəsində tətbiq olunur. Bu terapiya probiotiklərin köməyi ilə aparılır. Probiotik‑tərkibində canlı və ya inaktivləşdirilmiş mikroorqanizm‑ lər, onların komponentləri və ya metabolizm məhsulları olan preparatlardır. Onları həm müalicə, həm də profilaktik məqsədlə istifadə etmək olar. Bu sayımızda “Symbiopharm” firmasının istehsal etdiyi probiotiklərlə tanış olacağıq. Symbiolact comp. Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus lactis, Lactobacillus salivarius, Bifidobacterium bifidum, Bifidobacterium lactis kimi mikroflora ştammlarından təşkil olunmuşdur. Bir paketin tərkibində olan mikroflora 109 KƏV/q aktivliyindədir. Symbiolact comp.‑ da olan ştammlar həm nazik bağır‑ saqlara, həm də yoğun bağırsaqlara aiddir. Bifido‑ və laktobakteriyalar orqanizmi patogen və şərti‑patogen mikroorqanizmlərdən qoruyur və bunu bir neçə yolla həyata keçirir. Belə ki, bifido‑ və laktobakteriyalar öz divarında olan qlikolipidlər hesabına bağırsağın selikli qişası üzərində qoruyucu örtük əmələ gətirirlər. Bağırsaqların dezinfek‑


27 siyasını təmin edən H2O2 ‑in sin‑ tezində iştirak edirlər. Bu bak‑ teriyalar qısa zəncirli yağ turşuları və süd turşusu sintez etməklə özləri üçün əlverişli, patogen və şərti‑pato‑ gen flora üçün qeyri‑əlverişli şərait yaradırlar. Symbiolact comp.‑un üstünlük‑ lərindən biri də laktoza və qlütein saxlamamasıdır. Hansı ki, bununla heç bir allergik reaksiya törətmir, əksinə allergik xəstəliklərin profilak‑ tikasında tətbiq olunur. Məhz bunun üçün onun təsir spektri daha geniş olur. Symbiolact comp‑un tərkibində olan ştammlar antibiotiklərə tolerant olduğu üçün antibiotiklərdən sonra qəbul etməklə onların mənfi təsir‑ lərinin qarşısını almaq olar. Symbiolact comp.həm də ginekologiyada tətbiq edilir. Belə ki, ondan hazırlanan tamponlar uşaqlıq yolunun mikroflorasını balansda saxlayır. Bundan başqa bifido‑ və lakto‑ bakteriyalar vitaminlər (B12, K, fol turşusu) sintezində, su‑elektrolit ba‑ lansını tarazlıqda saxlamaqla, orqanizmin mübadilə və metabolik proseslərdə iştirak edirlər. Symbiolact comp‑un paket formada olması onun səyahətdə olarkən belə, xüsusən səyahətçilərin diareyası zamanı istifadəsini asanlaşdırır. 3 yaşadək uşaqlara gündə bir dəfə ½ paketi bir qədər suya və ya uşağın qidasına qarışdırmaqla, 3 yaşdan yuxarı uşaqlara və böyük‑ lərə 1 paketi gündə 1‑2 dəfə ½ stəkan suda həll etməklə əsas yemək vaxtı qəbul edirlər. Mikrobioloji terapiyanın ayrıl‑ maz bölməsi olan immun sistemini aktivləşdirmək üçün “Symbioflor” sırasının preparatlarından olan tibbi probiotiklər istifadə olunur. Symbioflor preparatları və Symbiolact comp.‑dan kompleks istifadə etməklə uzunmüddətli immunomodulyasiya effekti almaq olur. Prosymbioflor inaktivləşdirilmiş Esherichia coli və enterococcus fae‑ calis autolizatından ibarətdir. O,

inaktivləşdirilmiş bakteriyalardan təşkil olunduğu üçün immun siste‑ mini az stimulə edir və kiçik immun cavab yaradır. Prosymbioflor inter‑ leykin‑1B və interleykin‑6‑nı ingibə edir, eyni zamanda interleykin‑2 və γ‑interferonun sintezini stimulə etməklə, dəri və selikli qişalarda yaranan iltihabi proseslərin qarşısını alır. Tərkibində E.coli kimi bak‑ teriyaların autolizatının belə olması‑ na baxmayaraq, dozalanma dəqiq olmalıdır. Yeni doğulmuş və uşaqlara gündə 2 dəfə 1‑2 damcı, böyüklərə isə gündə 2 dəfə 5 damcı‑ dan başlayaraq, hər gün 1‑2 damcı artırmaqla individual tolerantlıq (dözümlülük) həddinə çatdırmaq lazımdır. Sonra terapiya Symbioflor 1‑lə davam etdirilir. Symbioflor 1 məhlu‑ lu 1ml‑də 1,5‑4,5·107 miqdarında enterococcus faecalis hüceyrə və autolizatı saxlayır. Enterokokklar Jg A sintezində iştirak edir. Bu inter‑ leykin‑1B və interleykin‑6‑nın sti‑ mulyasiyası ilə həyata keçirilir. Yaranan Jg A bağırsağın selikli qişasının səthini örtərək qoruyucu qat əmələ gətirir. Bütün selikli qişalarla assosasiyalaşmış immun sistemlə əlaqəli bütün selikli qişalar‑ da, yəni, gözün, yuxarı tənəffüs sis‑ temi yollarının, sidik‑cinsiyyət yol‑ larının selikli qişasında Jg A sintezi artır. Bununla bütün orqanizmi patogen mikrofloradan qoruyur. Ona görə Symbioflor 1 tək per os deyil, burun, göz, qulaq damcısı kimi istifadə edilir. Profilaktik məqsədlə Symbioflor 1 Symbiolact comp.la birgə ginekologiyada tam‑ pon formasında uşaqlıq yolunda qoruyucu təbəqə yaratmaq məqsədilə və mastitlərin profilak‑ tikasında Symbioflor 1‑i döşün giləs‑ inə sürtməklə istifadə olunur. 2‑ci fazada müalicəyə Symbioflor‑2 əlavə olunur. Symbioflor‑2 1 ml‑də 1,5‑4,5·107 miqdarında E.coli bakteriya və autolizatından ibarətdir. Per os qəbulu zamanı bağırsağın selikli qişası üzərində β‑defensin hasilatını gücləndirir. β‑defensin isə

orqanizmin hasil etdiyi təbii “anti‑ biotik”dir. Symbioflor‑2‑nin təsiri Th1 və Th2 hüceyrələri arasında ba‑ lans yaradır. Bu da interleykin‑1B və interleykin‑6 sintezinin stimullaş‑ ması və bununla əlaqədar JgA, sJgA,və JgG‑nin artması ilə bağlıdır. Symbioflor‑2‑nin təyini zamanı tərkibində E.coli olduğu üçün doza‑ lanmaya diqqət yetirmək lazımdır. Uşaqlara gündə 2 dəfə 1‑2 damcı pe‑ ros və tədricən gündə 2 dəfə 5 dam‑ cıya çatdırmaqla, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başla‑ yaraq, hər gün 1‑2 damcı artırmaqla, gündə 2 dəfə 15 damcıya çatdırmaq lazımdır. Symbiflor 2‑nin qəbulu kəskin xolesistit, kəskin pankreatit, bağır‑ saq keçməzliyi, üzülmə, yüksək temperaturla keçən xəstəliklərdə qısa müddətli dayandırılmalıdır, yəni, əks‑göstərişdir. Ümumiyyətlə, Symbioflor preparatlarını qəbul edərkən abdominal ağrı və köp, baş ağrısı, ürəkbulanma, ağızda quruluq kimi əlamətlər baş verərsə, narahatçılığa səbəb yoxdur. Sadəcə, damcıların sayını 1‑2 damcı azaltmaqla, əlamətlərin keçməsini gözləmək, sonra yenidən tədricən artırmaqla, individual tolerantlıq səviyyəsinə çatdırmaq lazımdır. “Bioloji təbabət” Klinikası Ünvan: Bakı şəh., 3 mkr., M.Əcəmi metrosunun yaxınlığı, Cavadxan küç.,24 Tel/Faks: (012) 430 8989 (070) 430 8989 http//www.heel‑az.com


28

Abdominoplastika (yunan sözü olub – qarın plastikası mənasını ifadə edir) – estetik əməliy‑ yat olub qarının aşağı hissəsində olan artıq dəri və piy toxumasının aradan qaldırılması və qarın əzələlərinin plastik rekonstruksiyasıdır. Plastik cərrahiyyənin bütün metodları kimi bu üsul da artıq çəkinin azaldılması deyil, bədən formasının korreksiya edilməsi məqsədilə aparılır. Qarının ön divarı bir neçə qatdan təşkil olunub: dəri, dərialtı piy toxuması, fassiya, əzələ və periton qişaları. Qarının ön divarını təşkil edən bütün toxumalar elastiki olub hamiləlik vaxtı qarın boşluğunda həddən artıq piy toxu‑ ması toplanan zaman kifayət qədər dartılma və sonradan əvvəlki vəziyyətinə qayıtma xüsusiyyətinə malikdir. Lakin bir çox hallarda: piylənmədə, doğuşdan sonra və ya arıqladıqda bütün toxumalar öz əvvəlki vəziyyətinə qayıt‑ maya bilər. Adətən bu kimi halların aradan qaldırılmasında heç bir fiziki hərəkət və ya pəhrizin demək olar ki, köməyi olmur. Bu zaman yeganə çıxış yolu kimi abdominoplastikadan isti‑ fadə etmək olar. Kişilərdə də qarının dəri və dərialtı piy toxu‑ masının deformasiyası həddindən artıq piyin yığılması ilə əlaqədardır. Bu zaman qarın önlük

formasında qasıqaltı və budların ön nahiyəsinə doğru sallanır. Qarının göstərilən vəziyyəti nəin‑ ki kosmetik cəhətdən insanlara xoş təsir bağışlamır, eyni zamanda mədə‑bağırsaq traktı, ürək‑damar sistemi, tənəffüs orqanlarının nor‑ mal fəaliyyətinin pozulmasına, beldə ağrılara səbəb olur. Eyni zamanda aşağı ətraf venalarında durğunluq əmələ gəlir, bu da venaların varikoz genəlməsi xəstəliyinin inkişafına təkan verir. Abdominoplastikanın aparılmasına aşağı‑ dakı göstərişlər vardır: ‑ Qarının ön divarında həddən artıq dəri və dərialtı piy toxumasının toplanması (dəri‑piy önlüyü); ‑ Dərinin kollagen‑elastik xüsusiyyətlərinin kəskin azalması ilə əlaqədar liposaksiyanın aparılmasının qeyri mümkünlüyü; ‑ Dəri artıqlığı ilə əlaqədar qarında əmələ gəlmiş büküşlər; ‑ Qarının ön divarının düz əzələlərinin ayrıl‑ ması və ümumilikdə qarın əzələlərinin dartıl‑ ması; ‑ Qarının ön divarının aşağı nahiyəsində kobud postoperasion çapıq izləri.


29

Əməliyyatdan əvvəl

Əks göstərişlər: ‑ Yanaşı olan ağır xəstəliklər – ürək və ağciyər çatışmazlığı, şəkərli diabet, qanın laxtalanma sis‑ teminin pozulması və s.; ‑ Nəzərəçarpan piylənmə (dərialtı piy toxu‑ masının həddən artıq qalın olması); ‑ Planlaşdırılan hamiləlik. Əməliyyat Abdominoplastika ümumi anesteziya altında aparılan bir əməliyyat olub, ümumi davametmə müddəti 1,5‑3 saata qədərdir. Adətən kəsik qarının aşağı hissəsində qasıqüstü nahiyədə, göbəkətrafı xətt üzrə aparılır və lazımi miqdarda piy toxuması xaric edilir. Sonra qarının hər iki düz əzələsi öz aralarında möhkəmləndirilir və bir‑birinə yaxınlaşdırılır. Artıq dəri və dərialtı piy toxuması götürülür. Yeni göbək həlqəsi formalaşdırılır. Əməliyyatın sonunda kosmetik tikişlər qoyularaq, drenaj sis‑ temi yaradılır, sarğı və bandaj qoyulur. ƏMƏLİYYATDAN SONRAKI DÖVR Əməliyyatdan sonrakı ilk gündə yataq rejimi təyin edilir. Ertəsi gün xəstəyə qalxmaq icazəsi verilir. ‑ İlk günlər temperatur yüksəkliyi və ümumi zəiflik kimi əlamətlər qeyd oluna bilər. ‑ İlk 2–3 həftədə ümumi zəiflik, toxumaların şişkinliyi, hərəkət zamanı zəif ağrılar müşahidə oluna bilər. Göstərilən əlamətlər tədricən azalaraq əməliyyatdan 1 ay sonra tamamilə itir. ‑ İlk 1–3 ayda dəri kəsikləri nahiyəsində hissiyyat pozğunluğu qeyd oluna bilər. ‑ Günəş şüalarının

birbaşa qarın nahiyəsinə, xüsusən də çapıq nahiyəsinə düşməsindən 3 ay uzaq olmaq lazımdır. Nəticə: Əksər hallarda balanslaşdırılmış pəhrizə riayət etdikdə əməliyyatdan əldə edilmiş nəticə: estetik bədən forması uzun müddət saxlanıla bilər. Qeyd etmək lazımdır ki, əməliyyatdan sonra qarınaltı nahiyəsində bikini xətti boyu çapıq izi qalır və getdikcə nazilir. Abdominoplastikanın dəqiq nəticəsi əməliyyatdan ən azı 6 ay sonra tam olaraq qiymətləndirilə bilər. Aslan Abdullayev “HB –klinika” Həkim‑cərrah

Əməliyyatdan sonra


30 Şirkətlər Qrupu 1997‑ci ildən AF HOLDİNG Şirkətlər Qrupuna məxsus UĞUR‑97 tikinti şirkəti fəaliyyətə başlayaraq, Azərbaycanın tikinti sektorunda ilk dəfə olaraq yeni texnologiyaların tət‑ biqini strateji hədəf olaraq müəyyən‑ ləşdirir. 1998‑ci ildə Rəşid Behbudov küçəsində Azərbaycanda ilk dəfə olaraq, Avropa standartlarına cavab verən AQUA PARK Ailəvi İstirahət Mərkəzi və Yaşayış Kompleksi vətəndaşların istifadəsinə verildi. 2001‑ci ildə S. Vurğun küçəsində müsir ticarət standartlarına cavab verən və 15.000 kv.m sahəyə malik AF com CENTRE İnşaat, İnteryer və Dizayn Ticarət Mərkəzi istifadəyə verildi. Alıcılar üçün qısa vaxt ərzində ev və mənzillərin təmiri və interyerinin dekorasiyası üçün lazım olan hər növ ev əşyaları və dizayn məhsullarını bir məkanda seçmək imkanı yaradıldı. 2004‑cü ildə M. Qaşqay küçəsində yeni yaşayış kompleksi inşa edildi. Binanın ilk iki mərtəbəsində elektron və məişət texnikasının, eləcə də yumşaq mebelərinin satışı üçün AF com PLAZA ticarət mərkəzi açıldı. 2009‑cu ildə isə Bakının mərkəzində ‑ S. Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsində brend və tanınmış markaları təmsil edən AF MALL ticarət mərkəzinin açılışı gözlənilir. AF Holding Şirkətlər Qrupuna aid olan şirkətlərin fəaliyyət istiqamətləri: • İNŞAAT • İSTEHSALAT • İSTİRAHƏT Aquapark Bakı AF Hotel Aquapark Novxanı

Aquapark Şıxov • TİCARƏT MƏRKƏZLƏRİ AFcomPLAZA AFcomCENTRE AF MALL AFcom CENTRE‑də göstərilən xid‑ mətlər: • Wi‑Fi • Kafe • Parkinq • Bilbordlarda reklam • Mərkəzin reklamında brendin loqosu • Sərgi zalları • Konfrans otağı Mərkəzin üstünlükləri: • Bakı şəhərində analoqu olmayan interyer və inşaat mal‑ larının satış mərkəzi • Unikal yerləşmə • Heydər Əliyev adına Saray, Bakı Dövlət Sirki, Heydər Əliyev adına Saraydan Füzuli meydanı‑ nadək olan ərazidə tikilməsi plan‑ laşdırılan park (parkın aşağısında 40 min avtomobil üçün dayanacaq ti‑ kiləcək) və digər tanınmış və strateji obyektlər AFcom CENTRE ticarət mərkəzinin yaxınlığında yerləşir. • Gün ərzində ticarət mərkəzinin qarşısından ən azı 7000 avtomobil hərəkət edir. AFcom PLAZA‑da göstərilən xid‑ mətlər: • Wi‑Fi • Supermarket • Parkinq • Təhlükəsizlik sistemləri • Elektronika və məişət avadan‑ lıqları satış məkanları • Kreditlə satış Mərkəzin üstünlükləri:

• Unikal yerləşmə • Üç küçəyə çıxış imkanı: M. Qaşqay, Plotnikov, 8 mart küçələri və şəhərin mərkəzində yerləşməsinə baxmayaraq, tıxaca düşmədən ticarət mərkəzinə gəlmək imkanı. • Nəsimi rayon polis idarəsi, Yeni Azərbaycan Partiyası, Zoopark piya‑ da gedə bilinəcək dərəcədə yaxınlıq‑ da yerləşir. • Geniş parkinq imkanları • Ticarət mərkəzi yeni tikilmiş yaşayış kompleksinin ilk iki mərtəbəsində yerləşir. Binada bir mənzilin orta qiyməti 300 min manat təşkil edir.

AF Mall ‑da göstərilən xidmətlər • Wi‑fi • Müasir istilik və soyutma sis‑ temləri • Təhlükəsizlik sistemləri • Kafelər • Restoran Mərkəzin üstünlükləri: • Unikal yerləşmə Ticarət mərkəzinin iki əsas küçəyə çıxışı mövcuddur ki, bu küçələr 28 may və Sahil metro stan‑ siyalarını birləşdirir. Mərkəzin bir tərəfə olan çıxışı hər zaman insan axını olan Səməd Vurğun küçəsinədir. Apardığımız hesablamalara görə gün ərzində bu küçə ilə şəhərin mərkəzi hissələrinə doğru ən azı beş min avtomobil hərəkət edir. Ticarət mərkəzinin əsas girişi isə Əzim Əzimzadə adına park tərəfin‑ dəndir. Yenə də müşahidələrimiz göstərmişdir ki, ilin soyuq günlərin‑ də bu parkın ətrafında gəzişən adamların sayı təxminən 1500 nəfərdən ibarət olur ki, yay ayların‑ da bu rəqəm 3‑4 dəfə bundan daha


36 Fransız bioloqu və elmlər doktoru İv Ponrua (Yves Ponroy) erkən yaşlarından sağlamlıq məsələləri ilə maraqlanırdı. O, öz karyerasına farmasevtik sənayesində başlayaraq, dərhal məhdudiyyətlər və kimyəvi medikamentlərin qeyrimükəmməlliyini aşkar etdi. O, öz tədqiqatlarında təbii komponentlərin istifadəsinə yönələrək, daha ekoloji və fizioloji yanaşma işləmişdir. 1975 ildə İv Ponrua Bioloji Tədqiqatlar İnstitutunun əsasını qoymuş, 1978-ci ildə isə onun bazasında İv Ponrua Laboratoriyasını yaratmışdır. İv Ponrua Laboratoriyası (Monteqü şəhəri) yüksək keyfiyyətli və bitki mənşəli preparatları işləyib hazırlayır və istehsal edir. İv Ponrua Laboratoriyasının tədqiqatçıları iri fransız tədqiqat laboratoriyaları, həkimlər, farmasevtlər ilə birlikdə sağlamlığın təbii üsullar ilə qorunması konsepsiyası üzərində işləyir. İv Ponrua Laboratoriyası insan orqanizmini vahid birlik kimi qiymətləndirən məhsulların əsas keyfiyyətlərinin öyrənilməsi üzrə kliniki tədqiqatlar proqramını işləyib hazırlayır. Şirkət dünyanın 48-dən çox ölkəsində öz məhsullarının uğurlu satışını həyata keçirir. Laboratoriyanın filialları Kanada, İtaliya, İspaniya, İsveçrə, Portuqaliyada yerləşir. Şirkətin istehsalı GMP avropa farmasevtik keyfiyyət standartlarına uyğundur.

Sirr deyil ki, bir çox xəstəliklər insan orqanizminə çoxlu miqdarda toksiki maddələrin sirayət etməsi ilə əlaqədardır. Biz çirklənmiş hava ilə nəfəs almağa məruz qalırıq, qidamız, ərzaqların bahalığından asılı olma‑ yaraq, keyfiyyətli deyil, çünki təzə meyvə və tərəvəzlərin tərkibində müxtəlif pestisidlər və nitratlar mövcuddur. Bu zərərli maddələr pestisidlər ilə işlənmiş bitkilərlə qidalanan ev heyvanlarının ətində də aşkar olunur. Mağaza piştaxtaları müxtəlif konservantlar tərkibli məh‑ sullar ilə doludur. Problem nədədir? Problem ondadır ki, bizim bədənimiz süngərə bənzəyir və o, illər boyu müxtəlif zəhərləri hopdurmaq qabiliyyətinə malikdir. Bütün bunlar qismən bədənimizdə qalır (konservantlar, dərmanlar, radiasiya, istehsal tullan‑ tıları) və orqanizmin normal işini pozur. Bir çox hallarda yorğunluq əmələ gəlir, üzün rəngi solur, dəri qocalır, saçlar tökülür, dırnaqlar sınır, artıq çəki əmələ gəlir. Laboratoires Yves Ponroy (Fransa) tərəfindən işlənib hazırlan‑ mış DETOXİFİCATİON TONUS bioloji formulu – detoksikasiya orqanları (qara ciyər, böyrəklər, bağırsaq) fəaliyyətinin uzadılmış təsiri ilə orqanizmin kompleks və effektiv təmizlənməsi, eləcə də, hepatobiliar sistemi orqanları funksiyasına – öd kisəsi, öd axarı yolları, mədəaltı vəzi ‑ kompleks

yardım göstərmək üçün zəruri olan unikal balanslaşdırılmış təbii kom‑ ponentlər birləşməsidir. Ümumi sağlamlaşdırıcı və detok‑ sik effektdən başqa, DETOXİFİCA‑ TİON TONUS həzm orqanları fəaliyyətini normallaşdırır, qara ciyər və öd axarı yolları, mədəaltı vəzi, mədə və bağırsağa effektiv yardım göstərir. Öd axarı yollarda daşların əmələ gəlməsinin qarşısını alır. Sidik ifrazat orqanlarına stimullaşdırıcı təsir göstərir – sidik daşlarının əmələ gəlməsinin qarşısını alır.

Nə üçün DETOXİFİCATİON TONUS?  Orqanizmin detoksikasiyası‑ na kompleks təsir göstərir. (toksin‑ ləri, zəhərləri, mübadilə məhsullarını aktiv şəkildə birləşdirir və xaric edir, detoksikasiya orqanlarının işini yaxşılaşdırır).  Hepatobiliar zona orqan‑ larının işini yaxşılaşdırır (qara ciyər, öd kisəsi, mədəaltı vəzi, öd axarı yol‑ ları), iltihabi əlamətləri azaldır.  Yalnız təbii kompo‑ nentlərdən ibarətdir.  Sidik ifrazat sisteminin işini normallaşdırır, daşlarının əmələ gəlməsinin qarşısını alır, diurezi nor‑ mallaşdırır.  İçmək üçün ampul şəklində buraxılır ki, bu da onun yüksək mə‑ nimsənilmə və tez əldə olunan effek‑ tinə səbəb olur.

DETOXİFİCATİON TONUS preparatı kompleks müalicə və pro‑ filaktika üçün aşağıdakı hallarda isti‑ fadə olunur:  Mədə‑bağırsaq traktı və hepatobiliar sisteminin xroniki xəstə‑ likləri ;  Disbakterioz, meteorizm, qəbzlik ;  Sidik ifrazat orqanları xəstə‑ likləri ;  Sidikdaşlı xəstəlik ;  Kimya‑ və radioterapiyadan sonrakı vəziyyət ;  Psoriaz, saçların tökülməsi, dırnaqların tez sınması, dəri xəstəlik‑ ləri ;  Əlverişsiz ekoloji şəraitində toksiki təsirlər zamanı ;  Orqanizmin erkən qocal‑ masının profilaktikası ;  Toksiki zəhərlənmələr ;  Uzun müddət medikamen‑ toz preparatların qəbulu zamanı ;  Orqanizmin kompleks detoksikasiyası üçün ; DETOXİFİCATİON TONUS ildə 2 dəfə 20‑günlük kurslar ilə qəbul etmək məsləhətdir (2 içmə ampulu ac qarına, ½ stəkan su və ya şirə ilə həll olunmuş halda). DETOXİFİCATİON TONUS preparatı hiperasid vəziyyətlər və preparatın komponentlərinə allergik reaksiyalar zamanı ehtiyatla istifadə olunur.


38 Respublika QİÇS-lə Mübarizə Mərkəzi

NƏDİR?


39 HİV – İnsanın İmmunçatışmazlığı Virusudur. HİV insanın immun sistemini (müxtəlif xəstəlik‑ lərdən müdafiə sistemini) zəiflədir. HİV immun sisteminin hüceyrələrini, əsasən T‑ limfositləri zədələyir. HİV‑ə yoluxmuş insanda uzun müddət heç bir xəstəlik əlaməti olmadığına görə yoluxduğundan xəbərsiz ola bilər. Yoluxmuş şəxsin fərdi immu‑ nitetindən asılı olaraq, bu müddət 8‑10 il və daha çox ola bilər. AİDS ‑ Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. * Qazanılmış ‑ anadangəlmə yox, sonradan yaran‑ mış İmmun çatışmazlığı, yəni immun sisteminin zəif‑ ləməsidir. * Sindrom ‑ müxtəlif simptomların, yəni xəstəlik əlamətlərinin cəmidir. HİV‑ə yoluxmuş insanın immun sistemi zəif‑ lədikdə müxtəlif xəstəliklər, ilk növbədə infeksion (məs. vərəm, pnevmoniya və s.) və onkoloji xəstəlik‑ lər (məs. sarkoma Kapoşi) aşkar olunur. Bu xəstəlik‑ lərin aşkar olunması HİV infeksiyasının artıq AİDS mərhələsinə keçdiyinə dəlalət edir.

HİV-in MƏNŞƏYİ Virusun dünya ölkələri arasında yayılmasında əhalinin intensiv miqrasiyası böyuk rol oynayıb. ABŞ‑ da HİV–infeksiyasının yayılmasına səbəb olan və “pasient №0” kimi qəbul olunmuş ilk HİV‑ə yolux‑ muş şəxs ‑ Kanada hava nəqliyyatında işləyən Qaetan Deqa hesab edilir. O, həm Afrikada, həm də Amerikanın Nyu‑York və Los‑Anceles şəhərlərində olarkən bir çox riskli homoseksual əlaqələrdə olub. Qaetan Deqanın ilkin HİV‑ə yoluxmuş amerikalılarla, eləcə də onların cinsi partnyorları ilə 1976‑cı ilin yayında homoseksual kontaktları olduğu müəyyən‑ ləşdirilib. Bildiyiniz kimi, xəstəlik ilk dəfə 1981‑ci ildə ABŞ‑ da aşkar olunub. 1983‑cü ildə Parisin Paster İnstitutunda professor Lyuk Montanye və Fransuaza Barri‑Sinuassi, 1984‑cü ildə amerikalı professor Robert Qallo bu xəstəliyin törədicisinin virus olduğunu müəyyənləşdirdilər. Virusların taksonomiyası üzrə ekspertlərin Beynəlxalq Komitəsinin qərarı ilə bu virus 1986‑cı ildə Human İmmunodeficiency Virus (HİV) adlandırıldı. Yeri gəlmişkən, 2008‑ci ildə insanın immunçatışmazlığı virusunun kəşfinə görə Lyuk Montanye və Fransuaza Barri‑Sinuassi biologiya sahəsində Nobel mükafatına layiq görüldülər. HİV‑infeksiyası demoqrafik, sosial, iqtisadi, mənəvi, psixolojı, tibbi, hüquqi problemlər yaradır. Yaşından, cinsindən, dinindən, irqindən, milliyətindən, yaşadığı ölkədən, sosial vəziyyətindən

asılı olmayaraq, insanları yoluxdurur. İnfeksiya mən‑ bəyi yoluxmuş insandır. Əsasən gənclər öz riskli davranışları ilə yoluxmaya daha çox məruz qalırlar.

HİV İNFEKSİYASINA YOLUXMA YOLLARI Qan vasitəsi ilə: ‑ yoxlanılmamış donor qanının və toxumaların köçürülməsi zamanı; ‑ tibb müəssisələrində aparılan tibbi müdaxi‑ lələr (stomatoloji, cərrahi, ginekoloji və s.) zamanı qeyri‑steril tibbi ləvazimatlardan istifadə edildikdə. Donor qanının yoxlanılması və tibb müəssisələrində əks epidemik rejimə ciddi riayət etməklə belə yolux‑ maların qarşısı alınır. Lakin İNİ‑lər (inyeksiyon narkotik istifadəçiləri) arasında eyni qeyri‑steril şpris, iynə və digər ləvazimatdan istifadə çox geniş miqyas alıb və məhz bu yolla Azərbaycan vətəndaşlarının əksəriyyəti HİV‑ə yoluxub; ‑ manikür, tatuaj və ya pirsinq (bədənin müəyyən yerlərinin deşilməsi), üzqırxma, qulaq deşmə zamanı qeyri‑steril ləvazimatlardan istifadə edildikdə. Cinsi yolla : ‑ qorunmadan cinsi (heteroseksual və homosek‑ sual) əlaqələr zamanı. Homoseksual əlaqələr zamanı yoluxma ehtimalı daha çoxdur. Yoluxmuş anadan uşağa : ‑ yoluxma həm hamiləlik dövründə, həm də doğuş zamanı və ana südü ilə qidalandırıldıqda baş verir. HİV ötürülmür : ‑ hava ilə ‑ nəfəslə, öskürmək və asqırmaqla;


40 ‑ qida və su vasitəsilə; ‑ məişətdə əllə görüşdükdə, qucaqlaşdıqda, eyni nəqliyyatdan, üzgüçülük hovuzlarından, ümumi hamam və ayaq yolundan istifadə etdikdə, iş yer‑ lərində və s.; ‑ heyvanlardan və həşəratların sancması nəticəsində. Riskli davranışa yol verməməklə, sağlam həyat tərzi keçirilməklə, ümumi gigiyenik qaydalara riayət etməklə HİV infeksiyasına yoluxmaqdan qorunmaq olar.

HİV-ə YOLUXMANI NECƏ AŞKAR ETMƏK OLAR? HİV infeksiyasının diaqnostikasında yeganə üsul spesifik laborator müayinənin aparılmasıdır. Hal‑ hazırda HİV‑ə diaqnostika laboratoriyaları müasir diaqnostika avadanlığı və yüksək həssaslığa malik xüsusi test sistemlərlə təchiz edilib və ÜST‑ün tələblərinə uyğun müayinələr aparılır. Qanda HİV‑ə qarşı anticisimlərin aşkar edilməsi üçün ilkin labora‑ tor müayinə ‑ immunoferment analizi (İFA) aparılır. Sonradan təsdiq üçün digər üsullardan və test‑sistem‑ lərdən istifadə olunur. Azərbaycanda HİV‑ə müa‑ yinələr Respublika QİÇS‑lə Mübarizə Mərkəzində (həm ilkin, həm də təsdiqedici) və 12 regional labora‑ toriyada (yalnız ilkin) aparılır.

“PƏNCƏRƏ DÖVRÜ” NƏ DEMƏKDİR?

qarşılaşırlar. Bilmək lazımdır ki, cəmiyyətə qarşı inciklik hissinin yaranmaması üçün HİV‑lə yaşayan insanlara diqqət və qayğı göstərmək HİV/AİDS‑in profilak‑ tikasında vacib şərtdir.

HİV-ə YOLUXMAMAQ ÜÇÜN NƏ ETMƏLİ? HİV‑ə yoluxmamaq üçün hər bir şəxs bu barədə məlumatlı olmalı, özünün həyat tərzi və davranışına məsuliyyətlə yanaşmalı, gənclər sağlam ailə qurmaq, artıq ailə həyatı qurmuş şəxslər isə öz ailəsinin saglamlığını qorumaq, sağlam uşaqların doğulması naminə riskli davranışdan uzaq olmalıdırlar. Hər hansı yoluxma ehtimalı olarsa, ləngimədən

Unutmayın ki, sağlamlığınız öz əlinizdədir! tibb müəssisəsinə müraciət etmək vacibdir.

HİV-ə MÜAYİNƏ OLUNMAQ ÜÇÜN HARA MÜRACİƏT ETMƏK OLAR? Respublikanın hər bir tibb müəssisəsinə HİV‑ə müayinə olunmaq üçün müraciət etmək olar. Müraciət edən şəxsdən qan nümunəsi götürülərək Respublika QİÇS‑lə Mübarizə Mərkəzinə, yaxud 12 regional HİV‑diaqnostika laboratoriyalarına göndərilir. Müayinədən əvvəl və sonra məsləhət almaq da mümkündür. Adi müayinələrlə yanaşı anonim müayinə və məsləhət almaq olar. Beləliklə, müayinələr könüllü, məxfi və anonim qaydada aparılır. Xüsusilə qeyd etmək istəyirik ki, HİV‑ə aparılan müayinələr pulsuzdur.

Virus orqanizmə düşdükdən iki həftə sonra qanda anticisimlərin yaranma prosesi başlayır. Qanda anti‑ cisimlərin aşkar olunan miqdarda əmələ gəlməsi üçün üç ayadək (nadir hallarda altı ayadək) vaxt tələb olunur. Bu müddət “seroloji‑pəncərə” dövrü adlandırılır. Təhlükəli odur ki, bu dövrdə HİV‑ə yoluxmuş insanın qanı, sperması, vaginal mayesi və döş südü digərlərini yoluxdura bilər. Bu dövrdə H.Ə.Qədirova ənənəvi laborator müayinə nəticələri mənfi ola bilər. Respublika QİÇS‑lə Mübarizə Ona görə də, HİV‑ə müayinənin İFA mənfi nəticələri Mərkəzinin direktoru 3 ay müddətinə etibarlı hesab olunur və üç aydan təkrari müayinədən keçmək tövsiyə olunur. D.A.Mahmudova Azərbaycan HİV‑ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Respublikada artıq 2000‑ə yaxın vətəndaşımızda HİV‑ə yoluxma aşkar olunub. Yüzlərlə ailədə ya ər, ya arvad, ya da hər HİV/AİDS – Lügəti ikisində HİV‑ə yoluxma aşkar olunub. Bu ailələrdə yaşayan heç bir günahı olmayan uşaqlar İİV ‑ İnsan İmmuncatışmazlığı Virusu da əziyyətə məruz qalırlar. Yoluxma aşkar olun‑ HİV ‑ Human İmmundeficiency Virus muş insanlar bir çox problemlərlə üzləşirlər. Bu VİÇ ‑ Virus İmmunodefiüita Çeloveka problemlər əsasən işədüzəlmə, təhsil, sosial QİÇS ‑ Qazanılmış İmmun Çatışmazlığı Sindromu müdafiə, karyera, ictimai fəaliyyət və s. ilə bağlı AİDS ‑ Aquired İmmun Deficiency Syndrom olur. HİV‑lə yaşayan insanlar cəmiyyətin onlara SPİD ‑ Sindrom Priobretёnnoqo İmmunnoqo Defiüita qarşı soyuq, bəzən də aqressiv münasibətilə


41

Respublika QİÇS‑lə Mübarizə Mərkəzi HİV/AİDS problemləri ilə məşğul olan baş tibb müəssisəsidir. HİV‑diaqnostika laboratoriyalarının ikisi Bakı şəhərində, digər 11 laboratoriya Respublikanın müxtəlif rayonlarında yerləşir.

Ünvan: Heydər Əliyev küç. 16. Tel: (197) 40367; Mingəçevir şəhəri Mərkəzi Rayon Xəstəxanası Ünvan: 20 Yanvar küç. 12. Tel: (147) 42623; Salyan şəhəri Mərkəzi Rayon Xəstəxanası Ünvan: Kürqaraqaşlı kəndi. Tel: (163) 54926;

Respublika QİÇS‑lə Mübarizə Mərkəzinin və regional laboratoriyaların ünvan və kontakt tele‑ fonları: Respublika QİÇS‑lə Mübarizə Mərkəzi Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mir‑ Qasımov küçəsi 1/8, Tel: 510869, 4949924;

Gəncə şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) Ünvan: İsmət Qaibov küç. 71. Tel: (22) 560086;

Bakı şəhəri regional laboratoriya Ünvan: Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küç. 22. Tel: 4211393;

Yevlax rayonu Mərkəzi Rayon Xəstəxanası Ünvan: Ceyhun Mustafayev küç. 104. Tel: (166) 63396(7);

Naxçıvan MR QİÇS‑lə Mübarizə Mərkəzi Ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küç. 5. Tel: (136) 4019916;

Şəki şəhəri Bölgə Qan Köçürmə Mərkəzi Ünvan: Məmmədəmin Rəsulzadə küç.164. Tel: (177) 42580;

Sumqayıt şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) Ünvan: 26‑cı məhəllə, Natəvan küç. 30. Tel: (01864) 84652;

Lənkəran şəhəri Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) Ünvan: 20 yanvar küç. 64. Tel: (171) 40218;

Şirvan şəhəri Mərkəzi Şəhər Xəstəxanası

Quba şəhəri Mərkəzi Şəhər Xəstəxanası Ünvan: Fətəlixan küç. 12. Tel: (169) 52261;

Şamaxı rayonu Mərkəzi Rayon Xəstəxanası Ünvan: Qədirli küç.61. Tel: (176) 51966.


42

ÖSKÜRƏYƏ QARŞI

EFFEKTİV VASİTƏ Budur, isti yay fəsli də başa çatdı və payız gəldi. Günlər daha da sərinləşir, daha çox yağışlar yağır. Məzuniyyət mövsümünü soyuqlama mövsümü əvəz edir: boğaza bürünmüş yun şərf, moruq mürəbbəsi ilə çay… Soyuqlamaya münasibət də müvafiq, yəni qeyri-ciddi olaraq qalır: əslində, qrip, angina, ağ ciyər iltihabı deyil, – elə-belə, bir balaca burun tutulub, boğaz acışır, üşüyürük. Soyuqlamanın özü deyil, müalicə edilmədikdə, mümkün olan fəsadları daha qorxuludur.

SOYUQDƏYMƏ NƏ DEMƏKDİR? Soyuqdəymə xalq arasında kəskin respirator xəstəliyə deyilir (KRX). Xəstəliyin yaranmasına bədənin kəskin soyuması səbəb olur. Tərlədikdən və sonradan yelçəkənə çıxdıqdan sonra soyuqlamaq olar – təsadüfi deyil ki, idman məşqlərindən sonra quru paltar geyinmək məsləhətdir, hətta isti yay fəslidirsə və gedəcəyiniz yer yaxınlıqdadırsa belə. Hovuzdan heç danışmağa dəyməz: hər hansı su prosedu‑ ralarından sonra yola düşməzdən əvvəl yarım saat gözləyin. Soyuqdəymənin bilavasitə

səbəbkarı – hər bir insanın badam‑ cıq və bronxlarında müəyyən bir zamanadək sakitcə məskunlaşmış xəstəliktörədici bakteriyalardır. Sağlam insan üçün bu bakteriyalar təhlükə törətmir, lakin immunitet bir balaca zəiflədikdə, onlar art‑ mağa başlayaraq, faringit, tonzillit, bronxit və digər respirator xəstə‑ liklər törədir.

XƏSTƏLİYİN QARŞISINDA TƏBİİ MANEƏ Normada tənəffüs yollarının bütün səthi – bronxlar və tra‑ xeyanın – xırda və iri bronxların

vəziləri tərəfindən ifraz olunan qoruyucu selik, yəni, nazik bron‑ xial sekret qatı ilə örtülmüşdür. Bu qat çox vacib rol oynayır: tənəffüs ilə alınan havanı nəmləndirir, onu toz və mikroblardan təmizləyir. “İşlənilmiş” selik orqanizm üçün digər yad hissəciklər ilə birlikdə ağ ciyər və bronxlardan öskürək vasitəsi ilə xaric edilir. Bu, bronxların daxili səthini örtən mikroskopik “kiprikciklərin” hərəkəti sayəsində baş verir. Bu kiprikciklər süpürgəçi rolunu ye‑ rinə yetirir: onlar daimi olaraq işləyir və ağ ciyərlərdən bəlğəmi dəqiqədə 4‑20 ml sürəti ilə “süpürərək”, çıxarır.


43 ÖSKÜRƏK SOYUQDƏYMƏNİN YAXIN YOLDAŞIDIR Soyuqdəymə və digər tənəffüs orqanları xəstəlik‑ ləri bu orqanların selikli qişası iltihabını törədə bilər – laringit, traxeit və bronxit. İltihab prosesi qoruyu‑ cu seliyin xüsusiyyətlərini dəyişir: o, daha qatı və özlü olur. “Kiprikciklərə” bu seliyi xaric etmək çətin olur. Nəticədə, bəlğəm durğunlaşır, onun tərkibində xəstəliktörədici mikroblar artmağa başlayır. Bu zaman da öskürək əmələ gəlir (durğunlaşmış bəlğəmdən azad olmağa çalışan orqanizmin müdafiə reaksiyası kimi). Lakin öskürək öz müdafiə funksiyasını bəlğəm həddən artıq qatı olmadıqda və onu öskürüb qurtarmaq imkanı olduqda yerinə yetirir.

həll etmək, otaq temperaturunadək soyutmaq və gündə bir neçə dəfə yaxalamaq lazımdır, – bu, ağrı və acışmanı azaldacaq. Eləcə də, çay sodasından istifadə etmək olar. Ayaqları isti suya da qoymaq yaxşıdır. Məsələ burasındadır ki, ayaqların soyuqla‑ ması yuxarı tənəffüs yolları damarlarının spazmına gətirib çıxarır və beləliklə, infeksiyaya qapıları açır, ayaqlar üçün istilədici proseduralar isə əks prosesi işə salır.

FLAVAMED® SİROP VƏ ÖSKÜRƏYƏ QARŞI HƏBLƏR NECƏ TƏSİR GÖSTƏRİR? Flavamed® müasir bəlğəmgətirici vasitəsidir və çoxtərəfli müalicəvi təsir göstərir: bəlğəmi duru‑ laşdırır, onun öskürdülməsini asanlaşdırır. Asan öskürdülən bəlğəm ilə birlikdə xəstəliktörədici mikroorqanizmlər və onların intoksikasiya törədən parçalanma məhsulları da xaric olunur. Xəstənin tənəffüsü yüngülləşir, əhvalı isə yaxşılaşır. Bundan başqa, Flavamed® ağ ciyərlərdə surfaktantın, yəni, ağ ciyər toxumasının büzüşməsinin qarşısını alan xüsusi maddənin əmələ gəlməsinə kömək edir. Surfaktant infeksiyanın qarşısında təbii baryerdir, ona görə də Flavamed® xəstəliyə qarşı müqa‑ viməti artırır. Həkim antibiotik təyin etmişsə, Flavamed® zədələnmiş ağ ciyər toxumasında onun konsentrasiyasını artırır. Beləliklə, müalicənin effek‑ ti artır. Flavamed® istehsalçısı olan alman şirkəti “Berlin‑Hemi” xəstəliyin müalicəsini daha rahat etməyə çalışıb. Belə ki, öskürəyə qarşı uşaqlar üçün Flavamed®‑sirop rahat formaya malikdir: 100ml həcmlik flakon ölçü qaşığı və xoş moruq dadı ilə. Daha böyük pasiyentlər də unudulmayıb: Flavamed® həbləri kiçik ölçülü və bölünmək üçün kərtikli olur. Flavamed®‑sirop və öskürəyə qarşı həblər xoşagəlməz simptomları tezliklə aradan qaldırmağa kömək edəcək və öskürəyin müa‑ licəsində sizin etibarlı yardımçınız olacaqdır. Yeni nəsil preparatı olan Flavamed®‑i nəm öskürəyə qarşı tez təsirli və effektiv dərman kimi seçin! Xəstələnməyin!

NƏNƏNİN RESEPTLƏRİ Çoxlu maye içmək soyuqdəyməni orqanizmdən “yuyub” aparır. Su, şirələr, şəffaf bulyon və ya limonlu, moruqlu, qara qarağatlı çay burun tutul‑ masını zəiflədir və orqanizmin susuzlaşmasının qarşısını alır. İnhalyasiyalar bronxlarda qan dövranını normallaşdırır, onlara limfositlərin axınını artırır və beləliklə, iltihabın yayılmasının qarşısını alır. Boğazı duzlu su ilə yaxalamaq lazımdır: 1/4 çay qaşığı duzu bir stəkan qaynar suda

Azərbaycanda “Berlin‑Hemi” Nümayəndəliyi Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 7 mərtəbə Tel: +994 12 436 88 41 Faks: +994 12 436 88 42


44

“Mənim evim – mənim qalamdır” hesab edirik. Evə gələrkən, özümüzü tam əmin‑ amanlıq şəraitində hiss edirik. Hər halda, belə olmalıdır. Lakin çoxları məhz evdə ciddi problem ilə üzləşir – toz və toz gənəsinə olan allergiya ilə. Toz – bu, çox kiçik (0,005 mm‑ dən 0,1 mm‑dək) üzvü və ya mineral mənşəli bərk cisimlərdir. Ev tozunun əsasını ölmüş və tökülmüş dəri hissəcikləri və toz gənəsi təşkil edir. Toz gənələri. Ev tozunun tər‑

kibində onların 150 növü aşkar olunub. Ümumi adları – sapro‑ fitlərdir. Hər yerdə yayılıblar. Onlar üçün optimal temperatur +20‑30ºC, nəmlik səviyyəsi – 70‑ 80%‑dir. Gənələr bədənin diametri 0,1‑ 0,3 mm olan kiçicik buğumayaqlılardır. İnsan dərisi epidermisinin pulcuqları ilə qidalanırlar. 1 q tozun tərkibində yüzdən bir neçə minə qədər gənə mövcuddur. Onlar ən çox yayılmış allergenlərdir. Tozla mübarizə aparmaq zəruridir, lakin tam qalibiyyət

qazanmaq mümkün deyil. Ona görə də maraqların balansını gözləmək vacibdir. Allergenlər bir neçə tipə bölünür. Onlardan evlərimizin sakini olanlar bunlardır: • Məişət allergenləri – ev tozu (toz gənələri, xalça, paltar, yataq dəyişəklərinin tozu); dafniyalar (qurudulmuş xərçəng – akvarium balıqları üçün yem). • Epidermal allergenlər – yun, pərqu, lələk, kəpək, ev heyvan‑ larının ekskrementləri və tüpür‑ cəyi, insan dərisinin ölmüş


45 hüceyrələri və saçları. • Göbələk allergenləri – kif və maya göbələkləri (nəm otaqlar‑ dakı, qida məhsulları üzərindəki kif). Onlar ev tozunun əsas kom‑ ponentlərindən biridir. Məişət allergenləri tənəffüs yollarının qıcıqlanması, konyunk‑ tivit və dəri səpgilərinə səbəb olur. Çoxdandır ki, dəyişilməyən və yuyulmayan yataq dəsti yalnız qeyri‑estetik deyil, həm də sağlamlığa zərər gətirə bilər. Ömrümüzün xeyli hissəsini keçirdiyimiz çarpayıda dərinin ölmüş hissəciklərini qoyuruq. Və onların üzərinə dərhal həmişə ac toz gənəsi “hücum” edir. Yorğana bürünərkən, üzümüzü balınca sıxarkən ən aktiv allergenlərdən biri ilə sıx təmasa giririk. Ən çox gənə yastıqlarda, döşəklərdə, yorğanlarda və xalçalarda məskunlaşıb. Onlar pərqu, lələk, pambıqda da toplanır. Toz eləcə də, kitabları sevir.

MÜBARİZƏ ÜSULLARI Kitabları bağlı stellajlarda saxlayın, kağızları isə masanın bağlı yeşiklərində. Və yaxşı olardı

Yataq dəsti. Süni materiallar‑ dan hazırlanmış yorğan, yastıq, döşəklər alın – gənə onları sevmir. Xüsusi antiallergen üzlüklərdən istifadə edin.

Yunan dilindən tərcümədə allergiya “yada olan reaksiya” deməkdir. Bu, immun sisteminin bu orqanizm üçün allergen olan müəyyən qıcıqlandırıcıya qarşı artıq hissiyyatıdır. Mütləq şəkildə həftədə üç dəfə döşəmənin nəmli təmizlənməsi və bütün üfüqi səthlərin nəmli silinməsini yerinə yetirin.

ki, kabinet və kitabxananı yataq və ya qonaq otağı ilə bir‑ ləşdirməyəsiniz. Xüsusi otaq ayır‑ maq imkanı yoxdursa, kitab şkafını dəhlizdə yerləşdirin. Xalçaları müntəzəm olaraq təmizləyin. İl ərzində xalçaları xüsusi vasitələr ilə təmizləmək lazımdır. Qışda (heç olmazsa, fəsildə bir dəfə) şaxtalı və günəşli havada xalçalarınızı təmiz qarın üzərinə qoyun və qar ilə təmiz‑ ləyin. Yayda onları günə vermək olar.

Yatağınızı dərhal yığışdır‑ mayın, onu havaya verin. Yatağı yığışdırarkən, balıncı və yorğanı çırpmaq lazımdır. Yataq dəstini həftədə 1 dəfə‑ dən gec olmayaraq, xlorsuz yuyu‑ cu toz ilə yumaq lazımdır. Gənə və onun allergenlərini ləğv edən akarisid əlavələrdən də istifadə etmək olar. Yorğan üzü qalın, gənə və allergen hissəciklər üçün keçilməz olan parçadan hazır‑ lanır.


46

Sistitin əslində nədən əmələ gəlməsi haqqında bir çox fikirlər mövcuddur. Onlardan hansının həqiqət, hansının uydurma olduğunu araşdırmağa çalışdıq. İlk fikir ondan ibarətdir ki, çoxlu duza qoyulmuş xiyar yeyəndə, sistit əmələ gəlir. Nə qədər paradoksal olsa da, belə müddəa qismən həqiqətə uyğun‑ dur. Və ilk növbədə, o, böyrək‑ lərində problem olan insanlara aiddir. Çünki xroniki pielonefrit zamanı sidik kisəsinə tez‑tez bak‑ teriya və viruslar daxil olur. Məhz onlar da sistitə səbəb ola bilər. Ona görə də qidanıza diqqət yetirin. Rasiondan turş, qızardılmış, duzlu, acı və mari‑ nadlı ərzaqları xaric etmək lazımdır. Alkoqollu içkiləri az miqdarda qəbul etmək, üstündən su içmək lazımdır. Digər bir fikir, problemin avi‑ taminoz ilə əlaqədar olmasıdır. Həqiqətən, orqanizmdə vitamin çatışmadıqda, o, virus və infek‑ siyalara qarşı həssaslaşır. Hər

halda sistitin əsas profilaktikası gigiyena və müntəzəm həkim nəzarətidir. Axı bəzən, insan öz problemindən xəbərsiz də ola bilər. İnfeksiya isə artıq orqanizmdə məskunlaşmış və inkişaf etmək üçün əlverişli məqam gözləyir. Bir balaca soyuqlamaq kifayətdir ki, hər şey yenidən baş qaldırsın. Bundan qaçmaq üçün xəstəliyin ilk əlamətləri zamanı mütəxəssisə müraciət edin. Özünümüalicə ilə məşğul olmayın. Tez‑tez baş verən stresslərin də bu xoşagəlməz vəziyyətə gətirib çıxarmasında rolu qeyd edilir. Stresslər doğrudan da çox ciddi amildir. Sidik kisəsində artıq infeksiya məskən salmışsa, əsəb gərginliyi onun inkişaf etməsini tezləşdirəcək.

iltihaba gətirib çıxarır. Lakin bu sistitə aid deyil. Ondan qaçmaq üçün soyuq havada mini‑yubka və qısa gödəkcə geyinmək olmaz. Daha bir mülahizə – soyuq döşəmə üzərində ayaqyalın gəzməyi xoşlayanlarda həmişə sistit olur. Burada birbaşa asılılıq mövcud deyil. Əgər qadını bu problem heç zaman narahat etməmişdirsə, evdə istədiyiniz kimi geyinə bilərsiniz. Lakin xroniki sistiti olan insanlar bu məsələyə ciddi yanaşmalıdır. Nəhayət, oturaq iş rejiminin sistitə səbəb olması haqqında demək olar ki, bu qadının sidik kisəsində infeksiyanın mövcud olduğu zaman təhlükəlidir. Ona görə də hər saat oturaq vəziyyət‑ dən ayağa qalxmağa çalışın. Çoxlu piyada gəzin və müntəzəm şəkildə fiziki hərəkətdə olun.

SİSTİTDƏN YAXA QURTARMAQ ÜÇÜN ÇOXLU MİQDARDA MAYE İÇMƏK LAZIMDIR – GÜN ƏRZİNDƏ İKİ LİTRDƏN AZ OLMAYARAQ. BU ZAMAN QAZSIZ MİNERAL SU VƏ YA KONSENTRATSIZ ŞİRƏLƏR İÇMƏK MƏSLƏHƏTDİR.

Soyuq su ilə yuyunmanın sis‑ titin başlanmasına səbəb olması‑ na gəldikdə isə, qeyd etmək lazımdır ki, bədənin möhkəm‑ ləndirilməsi, əksinə, orqanizmi qüvvətləndirir və immuniteti artırır. Yalnız xroniki sistiti olan insanlar üçün bu təhlükəli ola bilər, amma bu şəxslərə ümu‑ miyyətlə soyuqlamaq olmaz. Yağışa düşmək və islanmış ayaqlar isə həqiqətən sistitə səbəb ola bilər. Soyuq yerdə də oturmaq olmaz. Bəziləri hesab edir ki, sistit‑ dən qorunmaq üçün strinq ge‑ yinmək olmaz. Ginekoloqların fikrincə, onlar mikrotravma və


47

ALLERGİK RİNİT NƏDİR?

Yuxarı tənəffüs yollarının allergik xəstəlikləri arasında allergik rinitlər xüsusi yer tutur və dünya‑ da ən geniş yayılmış xəstəliklərdən biridir. Hal‑ hazırda ciddi ağırlaşma hallarının inkişafına səbəb olduğu üçün, eləcə də pasiyentlərin həyat səviyyəsini aşağı saldığı üçün allergik rinit xəstəli‑ yinə xüsusi diqqət ayrılır. Xəstəlik tam sağlam adamlarda tutma şəklində başlayaraq, çox sayda asqırma, burun tutulması, burunda, gözdə qaşınma, gözün yaşarması, burundan duru ifrazatın xaric olması simptomları ilə özünü göstərərək, xəstədə müəyyən narahat‑ lıqlar yaradır. Sağlam adamlarda başlayan bu xəstəliyin mahiyyətini dərk etmədikdə, ona ötəri hal kimi baxdıqda, xəstəlik tədricən inkişaf edərək müəyyən ağırlaşmalara gətirib çıxara bilər (hiper‑ plastik rinitlər, burun polipi, asmatik bronxit). Biz öz təcrübəmizdə belə halların çox şahidi olmuşuq və xəstəliyi sağaltmaq çətinləşmişdir. Lakin xəstəliyin vaxtında aşkar olunması, vaxtında aparılan profilaktik tədbirlər xəstəni bu bəladan tam qurtara bilər. Ümumiyyətlə, bütün xəstəliklərdə olduğu kimi allergik rinitlərdə də profilaktik tədbirlər xəstəliyin üzə çıxmasının qarşısını alır. Böyük tibb alimi Piroqov deyirdi ki, xəstəliyin qarşısını almaq, onu sağaltmaqdan asandır. Əgər sizdə təkrar‑təkrar burunda asqırmaq, burun tutulması, burun qaşınması, əlamətləri meydana çıxarsa, təcili qulaq‑burun‑boğaz həkiminə müraciət etməyinizi məslə‑ hət görürük. Bu xəstəliyin əmələ gəlməsində burun keçəcəyinin quruluşu (burun çəpərinin əyriliyi, burun polipi və s.) və burunun selikli qişasının vəziyyəti əhəmiyyətli rol oynayır. Bəzi xəstələrdə isə bu xəstəliyin başla‑ ması fəsli xarakter daşıyır. Bitkilərin çiçəklənməsi zamanı bitki tozları hava axını ilə yuxarı tənəffüs yollarına düşərək, tutmaların başlanmasına səbəb olur, xəstəlik inkişaf edərək asmatik bronxitə qədər ağırlaşma verə bilir. Belə hallarda bitki tozları aller‑ gen rolunu oynayır. Bu xəstəliyə tutulmamaq üçün biz aşağıdakı profilaktik tədbirləri məsləhət görürük. Müntəzəm idmanla məşğul olmaq, dəniz havasında gəzinti, bədənin yaş dəsmalla silinərək soyuqlamalara qarşı müqavimətinin artırılması, təmiz havada uzun müddət səhər və axşam piya‑ da gəzinti, su, günəş proseduraları və s. Bəzi hal‑ larda isə yaşayış yerini dəyişdirmək məsləhət görülür. Elman Tarverdiyev


48

EKVATOR:

TƏZYİQƏ NƏZARƏT ETMƏK ASANLAŞDI

şirkəti tərəfindən EKVA‑ Arterial hipertoniya həmişəki kimi ən çox Richter” TOR adlı preparat yaradılmışdır. yayılmış və ən təhlükəli xəstəliklərdən biri Bu preparat, amlodipin 5mq və lizinopril olaraq qalır. Ona görə də hipertoniyanın (Normodipin) (Diroton) 10mq preparatlarının müalicə məsələləri öz aktuallığını itirmir, kombinasiyasıdır. yeni preparatların yaranması isə, xəstələrin ƏLVERİŞLİ həyat keyfiyyətinin yaxşılaşması və uzan- KOMBİNASİYA EKVATOR preparatının arte‑ masına bəslənən ümidləri artırır. Hazırda arterial hipertoniyanın müalicəsi üçün altı farmasevtik qrupa daxil olan preparatlardan istifadə olunur. Hansı dərmanı seçmək qərarını həkim verir və nəinki xəstəliyin mərhələsi, eyni zamanda ürək əzələsinin vəziyyəti, yanaşı gedən xəstəlik‑ lərin mövcudluğu (şəkərli diabet, ürəyin işemik xəstəliyi və s.) və digər risk amillərini – yaş, cins, artıq bədən çəkisi, yüksək xoles‑ terin səviyyəsi, siqaret çəkmə, az hərəkətli həyat tərzini və s. nəzərə alır. Qeyd etmək lazımdır ki, arte‑ rial təzyiqi 150/100, lakin risk amil‑ ləri olan 40 yaşlı insanda proqnoz daha pis ola bilər, nəinki təzyiqi 170/100, lakin risk amilləri olmayan 60 yaşlı insanda. Həkimin təyin etdiyi preparatı xəstə hər gün eyni vaxtda, təzyiq göstəricisindən asılı olmayaraq qəbul etməlidir. Müasir key‑ fiyyətli dərmanlar təzyiqi nəzarət altında saxlamağa və krizsiz dövr‑ ləri uzatmağa kömək edir. Lakin, bu nəticəni yalnız bir dərman təyin etməklə xəstələrin yarısında əldə

etmək olur. Başqaları üçün təzyiqi normal səviyyədə saxlamaq, əsası isə, hipertonik xəstəlik fəsadlarının (insult, infarkt) profilaktikası məqsədi ilə müxtəlif farmasevtik qruplara aid olan iki və hətta üç dərman daxil olan kombinə edilmiş terapiya tələb olunur. Kombinə edilmiş terapiya xəstələrin vəziyyətini yaxşılaşdır‑ maq və onların həyat keyfiyyətini artırmağa kömək edir, lakin hiper‑ tonik xəstəliyin çox zaman başqa xəstəliklər ilə birlikdə inkişaf etməsini və bir çox orqanların funksiyasının pozulmasına gətirib çıxarmasını nəzərə alaraq, təzyiqi normallaşdıran preparatlardan başqa, digər preparatlar da istifadə etmək lazım olur. Beləliklə, gün ərzində qəbul olunan dərmanların sayı bəzən ondan çox olur. Bu, xəstə üçün narahatlıq törədir və ailə büdcəsinə əlavə yük olur. Ona görə də farmasevtik şirkətlər bir dərmanda müxtəlif vasitələrin kombinasiya edilməsi yolu ilə gedir. Məhz bu yol ilə macar far‑ masevtik şirkəti olan “Gedeon

rial hipertenziyalı xəstələrin müa‑ licəsində istifadə olunması müalicə prosesini asanlaşdırır və yüngül‑ ləşdirərək, onun səmərəsini artırır. Bu fakt çoxmərkəzli randomizə olunmuş plasebonəzarətli Hamlet tədqiqatı zamanı sübuta yetiril‑ mişdir. Bu tədqiqat zamanı müa‑ licə olunmamış və ya pis nəzarət olunan essensial hipertoniyalı 195 xəstə üzərində müşahidə aparılmışdır. Bu tədqiqat amlodipin və lizinopril preparat‑ larının kombinasiyasının sistolik («yuxarı») təzyiqin yalnız bu və ya digər preparat ilə tək müalicə olunması ilə müqaisədə yüksək effektivliyini sübut etmişdir. Belə kombinə edilmiş tera‑ piyanın məqsədi yalnız terapevtik effektivliyin artırılması deyil, həmçinin əlavə təsirlərin minima‑ lizasiyasıdır. Tədqiqat amlodipin və lizinopril preparatlarının müştərək qəbulu zamanı baş ağrıları, baş gicəllənməsi, baldır‑ ların ödemi, üzün qızarması, taxikardiya, boğaz ağrıları kimi əlavə təsirlərin azalmasını sübut etmişdir.


49 HEÇ NƏ KÖMƏK ETMƏYƏNDƏ…. Rusiyalı həkimlər refrakter, yəni müalicəyə pis uyuşan arterial hipertenziyalı 40 xəstə üzərində müşahidə olunan tədqiqat həyata keçirmişlər. Bu xəstələr hamısı yarım il ərzində eyni zamanda üç anti‑ hipertenziv preparat ilə müalicə alırdı (bəzi hallarda, daha çox), lakin hətta belə intensiv terapiya da onlara kömək etmir və təzyiqi yol verilən səviyyədə saxlamağa imkan vermirdi. Ekvator preparatının bir tableti dozasında amlodipin və lizinopril ilə kombinə edilmiş tera‑ piya xəstələrin yarısında təzyiqin normallaşmasına gətirib çıxardı. Dozanın iki dəfə artırılması təxminən 90% xəstələrdə təzyiqin normallaşmasına imkan yaratdı. Bu da kömək etməyən xəstələrdə müa‑ licə sxeminə diuretik əlavə olunması nəticəsində təzyiqin normallaşmasını əldə etmək mümkün oldu.

EKVATORDAN SONRA HƏYAT TƏZƏDƏN BAŞLAYIR! Həkimlər üçün EKVATOR preparatı ilə işləmək etibarlı və sınanmış dərman vasitələri kombi‑ nasiyasının tətbiqi, proqnozlaşdırılan effekt, hipotenziya riskinin olma‑ ması, pasiyentlər üçün isə – rahat terapiya, xəstəliyin proqnozunun yaxşılaşması və vəsait qənaəti deməkdir. Ekvator – planetimizin «ortasıdır». İnsan həyatı baxımından həyatın ortasını belə qiymətləndirmək olar – bu bir zamandır ki, insana verilən “sağlamlıq krediti” tükənir və xəstəliklərlə üzləşmə ehtimalı daha da artır. İndi isə, EKVATOR – həmçinin bu xəstəliklərə uğurla davam gətirmək şansıdır.


50

NARKOMANİYANIN QARŞISININ ALINMASINDA PROFİLAKTİKANIN ROLU VACİBDİR! Son 10 ildə bütün dünyada narkotiklərlə bağlı məsələlər, narkotiklərin qeyri‑qanuni istifadəsi, narkotikə aludə olan insanların artım tendensiyası müxtəlif formalar‑ da izah olunmaqla mütəxəssislərin diqqət mərkəzindədir. Əgər Azərbaycanda da yaxın 10 il ərzində rəsmi statis‑ tikada mövcud olan vəziyyətə nəzər salsaq, görərik ki, ölkəmizdə də narkotiklərin qeyri‑qanuni dövriyyədən çıxarılma halları ilə bağlı faktlar çoxalır, habelə narkotikə aludə olmuş və narkotikdən istifadə edən şəxslərin sayı da artımla müşahidə olunur. Heç şübhəsiz ki, bütün bu məsələlər bizi özü‑ özlüyündə həyəcan təbili çalınmasına və bu sahədə köklü islahatlar aparmaqla, müsbət dəyişikliklərə nail olmağa sövq edir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin nəzdində narkotikdən istifadə edən xəstələrin müayinəsi, müalicəsi və digər məsələlərlə məşğul olan Respublika və Bakı şəhəri Narkoloji Dispanserləri fəaliyyət göstərir. Keçən müddət ərzində biz rəsmi statistikanı tam olaraq rəqəmlərlə xarakterizə etsək, 10 il bundan öncə rəsmi rəqəmlərin 10 dəfə az olduğunu görərik. Qeyd olunmalıdır ki, Azərbaycanda bu problemin qarşısının alınmasında böyük islahatların həyata keçirilməsi istiqamətində ardıcıl addımların atılması da müşahidə

olunur. Belə ki, Azərbaycan hökuməti ilə beynəlxalq təşki‑ latlar arasında bağlanmış sazişlər əsasında fəaliyyət göstərən beynəlxalq layihələr, müxtəlif proqramlar nəticə etibarilə istər zərərin azaldılması, istərsə də problemin aradan qaldırılmasında beynəlxalq təcrübənin ölkəmizə gətirilməsinə xidmət göstərir. Belə proqramlardan biri də Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT‑nin İnkişaf Proqramı tərəfindən icra olunan “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) Regional Yardım Proqramıdır. SCAD Proqramı keçən 10 il müddətində Azərbaycanda müxtəlif mərhələli layihələri həyata keçir‑ mişdir. Məhz bu layihələr vasitəsilə beynəlxalq ekspertlər beynəlxalq təcrübənin yerli ekspertlərlə yerli şəraitə uyğun‑ laşdırılmasının yollarını axtarırlar. Bu gün Azərbaycan hökuməti üçün ən önəmli məqam‑ lardan, məsələlərdən biri zərərin azaldılmasında ciddi nailiyyətlərin əldə olunmasıdır. Bunun üçün beynəlxalq təcrübədə tətbiq olunan 2 vacib istiqamətin Azərbaycanda aparılması zəruridir. Bu istiqamətlərdən biri narkotikə aludə olmuş, narkoman diaqnozu qoyulmuş xəstələrin Səhiyyə Nazirliyi tərəfindən müxtəlif müalicə metodları tət‑ biq etməklə yenidən həyata qaytarılması, ikincisi isə daha çox narkotikə meylli, riskli insanların, xüsusilə yeniyetmə və gənclərin bu bəlaya düçar olmaması üçün maari‑


51 fləndirmə, təbliğat, profilaktika işlərinin düzgün qurul‑ masıdır. Bu gün Azərbaycanda həm dövlət, həm də qeyri‑ hökumət təşkilatları sırasında bir çox təşkilatlar var ki, onlar məhz maarifləndirmə, təbliğat istiqamətində fəaliyyət göstərirlər. Lakin təəssüflə qeyd olunmalıdır ki, son illərin statistik məlumatlarında əks olunan artım dinamikası bu istiqamətdə işlərin effektiv qurulmasından xəbər vermir. Lakin beynəlxalq təcrübə, inkişaf etmiş dövlətlərdə həyata keçirilən tədbirlərin Azərbaycan reallıqlarına, dövlətimizin həyat tərzinə uyğunlaşdırılması fəaliyyəti isə müəyyən mənada perspektivdə duran illərdə müsbət nəticələrin əldə olunmasına zəmin yarada bilər. Məhz bu istiqamətli fəaliyyətlərdən biri də orta mək‑ təblərdə sağlam həyat tərzinin təbliğ olunması istiqamətində narkotiklərin nə olduğunu, insan orqanizminə vura biləcəyi fəsadları əks etdirən tədris kurslarının təşkil olunması, eyni zamanda insanı məhvə sürükləyən narkotiklərlə bağlı məlumatların birbaşa müəl‑ limlərdən şagirdlərə çatdırılmasında yardımçı olacaq tədris vəsaitinin hazırlanması istiqamətində böyük işlər görülmüşdür. Bunun nəticəsi olaraq Böyük Britaniya təcrübəsinə əsaslanmış, eləcə də Avropa dövlətlərinin əksəriyyətində bu və ya digər formada yerli şəraitə uyğun tətbiq olunan proqram ölkəmizin real şəraitinə də uyğun‑ laşdırılaraq yerli mütəxəssislərimizin rəy və təklifləri nəzərə alındıqdan sonra xüsusi formada çap olunub. Təhsil Nazirliyi çap olunmuş bu tədris vəsaitinin orta ümumtəhsil məktəblərində tədris olunması istiqamətində mühüm qərarlar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, Narkotiklərlə bağlı Məktəb Kurrikulumu beynəlxalq və yerli ekspertlərin əməyinin nəticəsi olaraq hazırlandıqdan sonra Təhsil Nazirliyinin xüsusi əmri ilə təsdiqlənmiş və Elmi Şuranın iclasında tədris üçün tam yararlı vəsait kimi dəyərləndirildikdən sonra SCAD Proqramı çərçivəsində çap olunmuşdur. Tədris vəsaitləri əsasən iki formada çap olunmuşdur: Narkotiklərlə bağlı Məktəb Kurrikulumunun birinci for‑ ması müəllimlər üçün bələdçi, növbəti isə tədris olunan materialların şagirdlər tərəfindən daha dolğun və məz‑ munlu mənimsənilməsi üçün İş Kitabçası adlanır. Qeyd edək ki, bu vaxta qədər Azərbaycanda orta mək‑ təblərdə maarifləndirmə, təbliğat istiqamətində ardıcıl və tam tədris vəsaitləri olmamış, bəzi hallarda isə bu işlər müəllimlər tərəfindən pərakəndə formada həyata keçiril‑ mişdir. Güman edirik ki, hazırlanmış bu tədris vəsaitləri müəllimlərə vahid koordinasiya altında bir konkret tədris proqramından çıxış edərək, bütün orta məktəblərdə eyni istiqamətli, paralel tədris kurslarının aparılmasında yardımçı olacaqdır. Ümumiyyətlə, bir çox Avropa ölkələrində, xüsusən Böyük Britaniyada bu tədris vəsaitinin uğurla həyata keçi‑ rilməsi bizdə də belə bir optimist fikir formalaşdırır ki, Azərbaycanda da sözügedən proqram tədris olunduqdan sonra yeniyetmə və gənclər arasında narkotiklərdən istifadə edənlərin sayı stabilləşməyə, sonra isə azalmağa doğru

yönələcəkdir.


52

İnsanların sağlamlığının qorunmasında icti‑ mai‑iqtisadi şəraitin rolu böyükdür. Mədəni və rahat həyat tərzi, idman, keyfiyyətli və düzgün qidalanma xəstəliklərin qarşısını almaqla ömrün uzanmasına xidmət edir. Düzgün qidalanma insan həyatının əsasını təşkil edən başlıca amil‑ lərdəndir. Əgər gündəlik qida qəbulu düzgün balanslaşdırılmış şəkildə aparılarsa, bu həm xəstəliklərə tutulmanın, həm də bədən çəkisinin artmasının qarşısını almış olur. Düzgün qidalanmaq istəyirsinizsə: ‑ Qida rasionunda meyvə və tərəvəzlərdən çox istifadə etməli; ‑ Şirniyyatlardan, qızardılmış və duzlu, istiotlu yeməklərdən bacardıqca az istifadə etməli; ‑ Meyvə quruları, süd və süd məhsulları, xüsusən də qatıqdan çox istifadə etməli; ‑ Toyuq, yaxud balıq əti istifadə etməli; ‑ Zeytundan və zeytun yağından çox istifadə etməli. Bütün bunlarla yanaşı sağlamlıq üçün hər yeməkdən sonra ən azı 20 dəqiqə hərəkət etmək çox vacibdir. Ərzaq məhsullarının tərkibində tam key‑ fiyyətli qida maddələrinin, zülalların, su, mine‑ ral maddələr və vitaminlərin çatışmazlığı, o cümlədən fiziki yorğunluq, psixi gərginlik və s. insan sağlamlığına mənfi təsir edən amillərdir. Gün ərzində insan orqanizmi bu lazımi maddələri yalnız düzgün istifadə nəticəsində qəbul edilən ərzaq məhsullarından mənimsəmiş olur. Bu bir həqiqətdir ki, insan orqanizminin normal həyat fəaliyyəti üçün çox gərəkli və əvəzedilməz qida komponenti hesab edilən


53 vitaminlərin rolu olduqca böyükdür. Vitaminlərin kəşfi müx‑ təlif ərzaq maddələrinin tədqiqi sayəsində mümkün olub. XIX əsrin axırlarında Hollandiya həkimi Ş.Eykman müşahidə etmişdir ki, qabığı təmizlənməmiş düyüdən hazırlanan xörəklər beri‑beri xəstəliyinə müalicəvi təsir göstərir. 1911‑ci ildə polyak tədqiqatçısı K.Funk düyü kəpəyindən beri‑ beri xəstəliyinin müalicə və profi‑ laktikasında istifadə edilən preparat əldə edərək həmin mad‑ dəyə "vitamin" (vita‑həyat, vita‑ min‑həyat amini) adını verdi ki, bu termindən də indiyə qədər istifadə edilir. A, E, D, K vitaminləri yağda həll olan vitaminlərdir. A vitamini görmə piqmentlərinin yaran‑ masında, boy artımının normal səviyyədə olmasında iştirak edir, müxtəlif intensivlikli işığa qarşı gözün uyğunlaşmasını təmin edir. Ona görə də A vitamini çatışmaz‑ lığının yüngül formalarında gözün qaranlığa uyğunlaşma qabiliyyəti pozulur, ağır hallarda isə gözün buynuz qisası quruyur, daxili sekresiya vəzilərinin fəaliyyətində müxtəlif pozğunluqlar müşahidə olunur. Onu da qeyd edək ki, A vitamini ən çox kərə yağı, balqabaq, gilas, ət, balıq, yumurta, süd və süd məhsullarında olur. Vitamin E ‑ bitki yağları (günəbaxan, soya, pambıq, qarğı‑ dalı yağları), tərəvəz, yumurtada olur. Bu vitamin çatışmazlığı əzələ distrofiyası törədir. D vitamini isə ən çox kürü, yağlı balıq növləri, qaraciyər və yumurta sarısında olur. Kalsiumun qandan sümük toxumasına keçməsini təmin etdiyindən D vitamini çatışmayan‑ da uşaqlarda raxit xəstəliyi, dişlərin gec çıxması, yaşlı insanlar‑ da isə sümük toxumasının yumşal‑ ması müşahidə olunur. Tərkibində K vitamini olan qidalar gün ərzində lazımı qədər qəbul edilmədikdə isə, bu, qanın laxta‑ lanma qabiliyyətinin zəifləməsi, dərialtı və əzələdaxili qansızmalar‑

la özünü göstərir. Dənli və paxlalı bitkilər, qaraciyər, böyrək, ürək, ət, süd və süd məhsulları, yumurta B1 vita‑ mini ilə zəngindir. Sinir, ürək‑ damar, həzm sistemi xəstəlikləri bu vitamin çatışmazlığından yaranır. B1 vitamini normal boy artımını təmin etməklə (polinevrit) beri‑beri xəstəliyinin qarşısını alır. B qrupu vitaminləri dənli və paxlalı bitkilərdə, qaraciyər, yumurta, kartof, və mal ətində olur. Kahı, kələm, ispanaq, cəfəri, pomidor, kök, buğda, arpa, mal əti, qara ciyər, böyrək, yumurta sarısında B9 vitamini (fol turşusu) olur ki, bu da hemopoez prosesinə təsir edir. Antianemik vitamin olan B12 balıq qaraciyəri, qaramal böyrəyi və qaraciyərində olur. B qrup vita‑ minlərindən B2 vitamini çatışmaz‑ lığı boy artımının ləngiməsi, dəri xəstəliyi (seboreyalı dermatit), selikli qişanın, gözlərin zədələn‑ məsi, buynuz qişada keratit, qeyri‑ infeksion mənşəli konyunktivit, bəzi hallarda katarakta, gözün buynuz qişasının tutqunlaşması, əzələ zəifliyi; B6 vitamini çatışmaz‑ lığı dermatit, konyunktivit; B12 vitamini çatışmazlığı bədxassəli anemiyanın inkişafına səbəb olur ki, bu zaman qanda eritrositlərin sayı azalır. Əgər bədəninizdə C vita‑ mininin çox olmasını istəyirsinizsə, onda bibər, cəfəri, soğan, pomidor, kələm, ispanaq, turşəng, kahı, kartof, portağal, limon, mandarin, qara qarağat, çiyələk, moruq, quşarmudu, itburnu, qaraciyər və s.‑dən çox istifadə edin. Qeyd etməliyik ki, C vitamini çatışmaz‑ lığı yorğunluq, yuxusuzluq, işta‑ hasızlıq, orqanizmin müxtəlif nahiyələrində yayılmış ağrılar törədir. Uzun müddət bu vitamin çatışmayanda skorbut xəstəliyi yaranır. Bu isə diş qanaması, dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi, dəri altına qansız‑ malar və s. ilə müşayiət olunur. Əgər qidanızda buğda unu,

noxud, soya, gül kələm, quru soğan, göbələk çox olarsa, bu sizin orqanizmi H vitamini (biotin) ilə təmin edər. Vitaminlərin müalicəvi təsir xüsusiyyətinə malik olması çox əhəmiyyətlidir. Tibdə iltihabı xəstəliklərin müalicə və profilak‑ tikasında C vitaminindən (askor‑ bin turşusu) geniş istifadə edilir. Ancaq onu da qeyd etmək yerinə düşər ki, askorbin turşusunun yüksək dozaları həm də xronik hiperasid qastritin kəskinləşməsi‑ nə səbəb ola bilər. Ümumiyyətlə, unutmaq lazım deyil ki, əgər hər hansı vitamin çatışmazlığı avitaminoz yaradırsa, həmçinin bəzi vitaminlərin A, D, B1 və s. yüksək dozada qəbulu daxili orqanlarda (qaraciyər, böyrəklər, ürək əzələsində, ağciyərlərdə) bir sıra distrofik də‑ yişikliklər də törədə, allergik reak‑ siyalar verə bilər. Ərzaq məhsullarında say‑ dığımız vitaminlərlə yanaşı vita‑ minəbənzər maddələr də var. Bunlar qara qarağat, portağal, limon, üzüm, bibər, itburnu, çay, alma, çiyələk, moruğun tərkibində olan və kapillyar möhkəmləndirici vitamin hesab edilən P vitamini yemiş, kişmiş, armudda olan və mioinozit də adlandırılan B8 vita‑ mini, inək və qoyun südlərində olan B13 vitamini, bütün qida maddələrinin tərkibində geniş yayılan B15 vitamini, həmçinin tərəvəz, çiy meyvə və tərəvəz şirələri, pomidor, kələm, cəfəridə olan və xora əleyhinə təsir göstərən U vitamini olub, insan orqanizmi üçün çox xeyirlidir. Müəyyən edilib ki, bişirilərkən ərzaq maddələrinin tərkibindəki bu lazımi maddələrin, o cümlədən inozitlərin 50%‑ə qədəri itir. Ona görə də, məhz bir çox ərzaq məh‑ sullarının çiy şəkildə yeyilməsi daha məqsədəuyğun sayılır. Sədaqət Rüstəmova tibb elmləri namizədi


54


55 Biz həkimləri sevmirik. İmkan dairəsində, onlardan qaçır, bəzən qorxuruq və həmişə ən zəruri sualları onlara verməyə utanırıq. Bu vəziyyəti düzəltmək mümkündür. Bəzi ən tipik sual‑ lara mütəxəssis cavablarını təqdim edirik.

2

Uşaqlıq yolunda şiddətli qaşınma narahat edir. Bəlkə bu, bir zöhrəvi xəstəlikdir? ‑ Cinsi orqanlarda dözülməz qaşınma hər qadının həyatında heç olmazsa, bir dəfə rastlaşdığı süd yarasına xasdır. Bu zaman alt paltarın üzərində kəsmiyəoxşar ifrazat qalır. Utanmaq lazım deyil – uşaqlıq yolundan götürülmüş yaxmanın analizini aparın. Çox nadir hallarda, lakin bəzən süd yarası törədiciləri əvəzinə yax‑ manın tərkibində yerli allergik reaksiyaya və qaşınmaya səbəb olan bağırsaq qurdu yumurtaları aşkar olunur. Adətən, bağırsaq qurdu balaca uşaqların anal dəliyində aşkar olunur, lakin hər yerə yol tapan helmintlər uşaqlıq yolunda da məskunlaşa bilər. Bu, körpə ilə birlikdə hovuzda çimdikdə və ya cakuzi qəbul etdikdə, onun dəsmalı ilə silindikdə və ya çimərlikdə qumun üstündə oturduqda baş verə bilər.

2

Aybaşı arası müddətdə qanlı ifrazat qeyd olunur. Bu, təhlükəli deyil ki? ‑ Bu, normaldır. Söhbət, dövrün ortasında əmələ gələn və 2‑3 gün davam edən ovulyator qanaxmalardan gedir. Ovulyasiya zamanı (yetişmiş toxum hüceyrəsinin yumurtalığı tərk etməsi anı) uşaqlığın selikli qişasının bir hissəsi qopur – mi‑ niatür aybaşına bənzər bir hal baş verir. Bu, hamıda qeyd olunur, lakin adətən, ifraz olunan qanın miqdarı o qədər az olur ki, çoxları heç nədən şübhələnmir. Gizli qan (daha doğrusu, onun ayrı‑ayrı hüceyrələri) yalnız

uşaqlıq yolu yaxmasında aşkar olunur. Lakin bəzən ovulyasiya günlərində “yaxılan” ifrazatlar əmələ gəlir. Onlar adi həyat tər‑ zinə mane olmursa, bezdən isti‑ fadə edin və kalsium preparatları, eləcə də, qanın laxtalanma qabiliyyətini artırmaq üçün preparatlar qəbul edin. Kömək etmirsə, həkimə müraciət edin.

3

Seks ilə məşğul olmaq ağrılıdır, xüsusən də, bel nahiyəsində. Nə baş verir? ‑ Ola bilsin ki, bu uşaqlıq boynu arxasında yerləşən ret‑ roservikal kanalın endometriozu ilə əlaqədardır. Bu zaman onun selikli qişa hüceyrələri qadın cin‑ siyyət sisteminin digər hissələrinə və hətta onun hüdudlarından kənara miqrasiya edərək, diskom‑ fort hissi yaradır. Bu hiss men‑ struasiyaönü, fitnes məşqləri zamanı və ağırlıq qaldırdıqda güclənir. Cinsi həyat zamanı ağrı qadın iltihabi xəstəliklərində də qeyd olunur. Mütləq həkimə müraciət edin!

4

Ginekoloq süd yarasına qarşı vaginal şam təyin etdi, lakin bu, kömək etmə‑

di…. ‑ Şam qəbul etdikdə, mini‑ mum yarım saat uzanmaq lazımdır: bu müddət ərzində dər‑ man selikli qişaya hopacaqdır. Belə şamı gecə qoymaq daha yaxşı olar. Müalicə zamanı seks və şirniyyatdan imtina etmək lazımdır: şəkər – süd yarası törədicilərinin sevimli qida mühi‑ tidir. Heç bir antibakterial sabun‑ dan istifadə etməyin – o, göbələk infeksiyasının dərinləşməsinə səbəb olur! Rəngli, güclü parfüm ətirli sabunla da yuyunmaq olmaz. Üstünlüyü uşaq sabunu və ya xüsusi intim gigiyena üçün gelə verin. Süd yarası sağalanadək vanna qəbul etməyin. Köpük, aromatik əlavələr iltihablı selikli qişanı qıcıqlandırır. Pambıqdan hazır‑

lanmış alt paltarı geyin. Alt pal‑ tarını 15‑20 dəqiqə qaynadın. Müalicə bitməyincə, antibiotik qəbul etməyin. Hormonal kon‑ traseptivlər süd yarasını gücləndirirsə, başqa qorunma üsuluna keçin.

5

Uşaqlıq yolu yanında selik‑ li qişada bərkimə əmələ gəlib, bu, xərçəng deyil ki? ‑ Xeyr, bu, nəm ziyil, yaxud, sivri kondilomdur. Onu hüceyrələrdə məskunlaşan və cinsi yolla keçən viruslar törədir. Siz öz cinsi partnyorunuzu da onunla yoluxdura bilərsiniz. Bu, baş verməsin deyə, tam sağalanadək prezervativdən isti‑ fadə edin. Bəzən, kondilomlar özü sovrulur, lakin immunitet zəiflədikdə, yenidən əmələ gəlir. Onları gündə bir neçə dəfə həkimin təyin etdiyi xüsusi vasitə ilə silin. Çox artmış kondilomları ləğv etmək lazımdır – onlar xərçəng xəstəlikləri üçün zəmin yaradır.

6

Nə intim gel, nə də ətirli bezlər qoxunu aradan qaldırmır… ‑ Bu, bakterial vaginoz zamanı baş verir, yəni, uşaqlıq yolu dis‑ bakteriozu. Faydalı mikroflora əvəzinə orada lazımsız, bəzən isə zərərli mikroblar məskunlaşır. Onlar ifrazatın miqdarını artırır, onu köpüklü, südəbənzər və pis qoxulu edir. Bakterial vaginoz da artımların iltihabına səbəb olaraq, qadın sonsuzluğuna gətirib çıxara bilər. Diaqnozu yaxma təsdiq edir, problemlərdən isə vaginal şamlar azad edə bilər. Yaxşı olar ki, süd‑turşulu pəhrizə keçəsiniz və bağırsaq disbakteriozuna qarşı dərmanlar qəbul edəsiniz.

7

Həyəcan və gülüş zamanı sidik saxlamamaq kimi əlamətlər əmələ gəlir. Nə etmək lazımdır? ‑ Ginekoloq‑endokrinoloqa müraciət etmək lazımdır. Gənc


56 qadınlarda stressli sidik saxlaya bilməmək cinsi hor‑ mon olan estrogenlərin müvəqqəti çatışmazlığına dəlalət edir. Uşaqlıq boynu quruluğu olduqda, diaqnoz şübhə törətmir. Hormonal çatışmazlıq çox zaman yorğunluq, yuxusuzluq, əsəbilik və arıqla‑ maq məqsədi ilə aclıq zamanı yaranır. Estrogenlərin istehsalını artırmaq üçün qaymaqla qarışdırılmış yerkökü şirəsi için və səhər yeməyindən bir saat sonra 0,4q E vitamini qəbul edin (tokoferol). Müalicəvi bədən tərbiyəsi, pəhriz və həkimin təyin etdiyi dərmanlar sizə kömək edər.

8

Təsadüfi partnyor ilə qorunulmamış cinsi münasibətlərdən sonra nə etmək lazımdır?

‑ Yaxın 3 gün ərzində təcili kontrasepsiya məqsə‑ di ilə xüsusi həb qəbul etmək lazımdır. O, aptek‑

lərdə yalnız resept ilə buraxılır – ginekoloqun yanı‑ na getmək lazım olacaq. Tabletlər həkim tərəfindən təyin olunur və cinsi aktdan sonra 48 saatdan gec olmamaq şərti ilə qəbul olunur. Adətən, 4 tablet təyin olunur: 2 tablet 2 dəfə 12‑saatlıq interval ilə. Eyni zamanda, həkim zöhrəvi xəstəliklərdən qoruyan preparat da təyin edər.

9

Vaxtaşırı olaraq, qarının aşağı hissəsində sızıl‑ dadıcı ağrılar narahat edir. Səbəb nədir?

‑ Qorxulu heç nə yoxdur. Menstruasiyaönü və dövrün ortasında qeyd olunan ağrılar dismenoreyaya xasdır. Bu hal xoşagəlməz, lakin qadın həyatı üçün təhlükəli deyil (50‑80%qadınlarda qeyd olunur). Ağrının güclü və davamlı, tutma xarakterli, sızılda‑ dıcı, sancılı, kəskin olması və gödən nahiyəsinə yayıl‑ ması, çoxlarının hesab etdiyi kimi babasil deyil, ginekoloji xəstəliklərin tipik simptomudur. Bu hal daha çox uşaqlıqdan kənar hamiləlik və digər həyat üçün təhlükəli pozuntular zamanı müşahidə olunur. Bu zaman gecikmək olmaz, təcili xəstəxanaya gedin!

10

Kritik günlərdə hərarət artır, suluqlar əmələ gəlir. Bu, nəyin əlamətidir?

‑ Çox güman ki, bu, uşaqlıq daxilində yerləşdiril‑ miş spirala olan sistemli allergik reaksiyadır. Uşaqlıqdaxili kontraseptivlərin tərkibində nikel və xrom mövcuddur. Menstruasiya zamanı uşaqlığın selikli qişası ayrılanda, uşaqlığın səthi isə yaraya çevriləndə, kontakt allergiyası son həddə çatır. Belə hallarda spiralı mümkün qədər tez xaric edin və digər kontrasepsiya üsullarından istifadə edin. Onları sizə həkim təyin edəcəkdir. Qeydlər: Statistikaya əsasən, qadınlar daha çox uşaqlıq miomasından, eləcə də, yumurtalıqların müxtəlif xoşxassəli törəmələrindən əziyyət çəkir. • Uşaqlıq mioması – ginekoloji xəstəliklər arasın‑ da liderdir. Bütün dünyada o, 25 – 40% qədər qadına zərbə vurur. • İkinci yeri yumurtalıqların kistası tutur. Bu, yarımmaye və ya maye tərkibli boşluq olan xoşxassəli törəmədir. Tərkib xarakteri və boşluğun ölçüsü yeni törəmənin yerləşməsi və əmələgəlmə səbəblərindən asılıdır. Yumurtalıqların kistası daha çox gənc qadın‑ larda aşkar olunur, 50 yaşı tamam olmuş qadınlarda o, çox nadir hallarda təsadüf edilir. Bəzi kista növləri zərərsizdir, onlar müalicəsiz və müdaxiləsiz yox olur, lakin qadın sağlamlığı üçün təhlükə törədən anomal kistalar da mövcuddur. Həkim məsləhəti tələb olunur.


57

Ürək əzələsinin biokimyəvi fəallığı oksigen istehlakı və yağlı turşular mübadiləsi ilə təmin olunur. Miokardın işemiyası metabolik səviyyədə miokardın oksigenləşməsini əhəmiyyətli dərəcədə azaldan metabolik pozuntular kompleksi deməkdir. Bu, öz növbəsində, kardiomiositin (ürək hüceyrəsinin) funksional vəziyyətinin pozulması, onun yığılma qabiliyyətinin enməsinə gətirib çıxarır. Bu gün bütün məlum olan metabolik preparatlardan daha effektiv və öyrənilmiş Trimetazidin/Preduktal MR‑dir, ‑ 3‑ketoasil‑KOA‑tiolaza fermentinin selektiv ingibitoru. Preduktal MR işemizə olunmuş toxumada qis‑ mən asidozu azaldır, eləcə də, ürək əzələsinin yığılma qabiliyyə‑ tini dolayısı ilə artırır. Preduktal ənənəvi hemodinamik cəhətdən aktiv preparatlardan fərqli olaraq, koronar və ya periferik qan dövranına bilavasitə təsir göstər‑ mir, arterial təzyiqi endirmir. Preduktal MR miokard işemiyalı xəstələrdə stenokardiya tut‑ malarının tezliyini azaldır və ya aradan qaldırır. Stabil gərginlik stenokardiyası həmişəki kimi kardioloqlar, tera‑ pevtlər və ümumi profil həkim‑ lərinin qarşısında duran əsas prob‑ lem olaraq qalır. İşemiyalı miokar‑ da daima oksigen çatmır və bu zaman koronar çatışmazlığın müalicəsinə metabolik yanaşma

tələb olunur. Preduktal MR qlükoza oksidləşməsini canlandırır və yağlı turşuların parçalanma prosesini ləngidir. O, eyni zaman‑ da, qabarıq antiişemik və antiangi‑ nal təsir göstərir. Ürəyin işemik xəstəliyinin ənənəvi medikamentoz terapiyası hemodinamik fəal preparatların tətbiqinə əsaslanırdı: beta‑ adrenoblokatorlar, kalsium antaqonistləri və nitratlar. Preduktal MR ürəyin işemik xəstəliyinin müalicəsi üzrə Avropa və Amerika metodik tövsiyələrinə daxil edilmiş ilk metabolik təsirli preparat olmuşdur. Preduktal MR preparatı qəbul edən pasiyentlərdə ürək vurmalarının sayının azal‑ ması və arterial təzyiqin enməsi kimi arzuolunmaz əks‑təsirlər qeyd olunmamışdır. Bundan başqa, Preduktal MR refrakter stenokardiya hallarında hemodi‑ namik aktiv preparatların təsirini gerçək şəkildə gücləndirir, yəni, Preduktal MR öz metabolik təsiri hesabına beta‑adrenoblokatorlar, nitratlar və kalsium antaqo‑ nistlərinin antianginal effektini əhəmiyyətli dərəcədə artırır. Preduktal MR‑in ahıl yaşlı insanlar tərəfindən istifadəsinin məqsədəuyğunluğunu xüsusi ilə qeyd etmək lazımdır. Ahıl yaşlı populyasiya – müasir cəmiyyətin ən tez artan hissəsidir və bu popu‑ lyasiyada ölüm səviyyəsinin əsas səbəblərindən biri ürək‑damar sis‑ temi xəstəlikləridir. Bu baxımdan

Preduktal MR heriatrik praktika‑ da istifadə olunan ideal antiangi‑ nal preparatdır. Ahıl yaşlı pasiyentlərin müalicəsi zamanı Preduktal MR yaxşı mənimsənilir, tamamilə təhlükəsizdir, başqa preparatlar ilə əlaqəyə girmir və doza korreksiyasını tələb etmir. Ürək‑damar xəstəlikləri dia‑ betik populyasiyada ölüm səviyyəsinin əsas səbəblərindən biridir. Bu gün bütün dünyada qeyd olunan şəkərli diabet ilə xəstələnmə səviyyəsinin sürətlə artması ürəyin işemik xəstəliyinin geniş yayılmasına gətirib çıxarır. Diabet xəstələrində qlükoza mübadiləsi pozuntuları ilə əlaqə‑ dar ürək əzələsi işemiyaya qarşı xüsusi ilə həssasdır. Ona görə də metabolik müalicə yanaşması xüsusi ilə göstərişdir. Beləliklə, Preduktal MR – ürəyin işemik xəstəliyi zamanı geniş istifadə olunan metabolik təsirli yeni preparatdır. Preduktal MR ürək çatışmaz‑ lığı zamanı standart müalicəyə qiymətli əlavə ola bilər. Bu effektiv vasitənin gündəlik kardioloji prak‑ tikasında geniş tətbiq olunması ürək‑damar xəstəliklərinin kom‑ pleks müalicəsi zamanı nəticələrin əhəmiyyətini xeyli artırmağa imkan yaradır.


58

Yaponiyanın Kiot universitetinin tədqiqat qrupu müəyyən etmişdir ki, yaşlı yengəcyeyən meymunlar nəinki hər gün öz dişlərini təmizləyir, həmçinin, bütün əlaltı vasitələrin köməyi ilə balalarını da bu işə cəlb edir (misal üçün, çöplərin). Biz insanlar isə, bütün dünya stomatoloqlarının tövsiyyə etdiyi kimi, körpələrin dişlərinə mümkün qədər tez, idealda – hələ hamiləlik dövründə qayğı göstərməyə başlamaqdan boyun qaçırırıq.

ANADAN OLANA QƏDƏR

0-5 AYLIQ

Nə baş verir? Hələ körpə dünyaya gəlməmişdən gələcək ana onun dişlərinin formalaşmasına təsir edə bilər. Axı süd dişlərinin inkişafı artıq hamiləliyin 6‑cı həftəsində, mina təməlinin qoyulması isə 4‑cü ayın sonunda baş verir. Bu prosesin uğurla keçməsi ananın qidalanmasından asılıdır. Nə ilə kömək etmək olar? Hər gün gələcək ananın masası üzərində kalsium və flüor tərkibli ərzaqlar olmalıdır. Kalsium mənbəyi südturşulu məh‑ sullar, kələm, brokkolidir. Flüor yağsız dəniz balıqları növləri, ispanaq və yaşıl çayın tərkibində olur. Mikroelementlərin də əhəmiyyəti az deyil – quru meyvələr və göyərti flüor ilə zəngindir.

Nə baş verir? Körpələrin ağız boşluğunda demək olar ki, mikrob yoxdur, ona görə də oraya valideynlərin ağzından təhlükəli bakteriyaların düşməməsinə diqqət yetirmək vacibdir. Əks halda, uşağın ağzında mikrofloranın dəyişməsi riski yaranır və bu gələcəkdə kariyesin əmələ gəlməsi üçün zəmin yaradır. Nə ilə kömək etmək olar? Özünüzə fikir verin: heç


59 zaman yemək vaxtı uşağın qaşığını yalamayın, ən əsası isə öz dişlərinizi qaydaya salın. Nə baş verir? Çağaların alt çənəsi üstdən orta hesabla, 1,5 sm qısadır. Sonradan, 6 aya yaxın, bu fərq aradan qalxır – döş əmməsi üzrə “məşqlərin” köməyi ilə. Öz süd payını almaq üçün südəmər kör‑ pələr daha çox səy göstərir, nəinki şüşədən qidalanan körpələr. Ona görə də alt çənənin inkişafdan qalması daha çox süni qidalanma ilə bəslənən uşaqlarda təsadüf edilir. Nə ilə kömək etmək olar? Yadda saxlayın ki, ana südü ilə qidalanma körpənin diş və çənələrinin müvəffəqiyyətlə formalaş‑ ması üçün ən əhəmiyyətli şərtlərdən biridir. Bundan başqa, ana südünün tərkibi təbiət tərəfindən balans‑ laşmışdır və ağız boşluğunu “zərərsiz‑ ləşdirərək”, orada fay‑ dalı mikrofloranın inkişafına kömək edir.

6 AYDAN BAŞLAYARAQ Nə baş verir? 6‑8 ayın‑ da körpələrdə mərkəzi aşağı kəsici dişlər çıxır, sonra isə yuxarı. 8‑12 aylarda yan kəsici dişlər, əvvəlcə aşağıda, sonra yuxarıda, 14‑16 aylara yaxın müvəqqəti çeynəyici dişlər, 16‑20 aylarda köpək dişləri, 20‑30 aylarda isə ikinci çeynəyici dişlər çıxır. Nə ilə kömək etmək olar? Körpənin ilk dişi çıxan kimi onu təmizləməyə başlayın! Başlanğıc üçün ən rahat alət sizin tənziflə sarılmış barmağınızdır. Körpənin 1 yaşı tamam olduqda, ona kiçik başlıqlı və yumşaq tüklü fırça bağışlayın və ondan bu fırçadan atanın necə istifadə etdiyini göstərməsini xahiş edin. Uşaq dişlərini böyüklər kimi gündə 2 dəfə təmiz‑ ləməlidir, lakin o, bunu tərkibi onun yaşına uyğun olan xüsusi uşaq diş pastası vasitəsi ilə etməlidir. Əlbəttə ki, dişlərini yaxşıca təmizləmək uşaqlar üçün əvvəlcə çətindir. Ona görə də bu işi birlikdə bitirin. Diş fırçasını hər dəfə yuyun, təxminən ayda bir dəfə isə yenisi ilə əvəz edin.

1 YAŞINDAN BAŞLAYARAQ Nə ilə kömək etmək olar? Dişlərin sağlamlığı üçün körpənin nə ilə qidalanması vacibdir. Əgər uşaq artıq bərk qidanın öhdəsindən gəlirsə, lakin ondan imtina edərək, sıyıq və pürelərə üstünlük verirsə

(özü də şirin!), onun dediyi ilə razılaşmaq olmaz. Çənə və onları hərəkətə gətirən əzələlər öz qaydasın‑ da inkişaf etsin, dişlərin üzərində isə ərp yığılmasın deyə, körpə çoxlu, özü də, səylə çeynəməlidir (ət, meyvə, tərəvəz). Məlumdur ki, şirniyyat dişləri kor‑ layır. Yaxşı olar ki, konfet yedikdən sonra ağzını acı çayla yaxalayasınız.

2-2,5 YAŞ Nə ilə kömək etmək olar? Bu dövrdə mütləq stomatoloqun yanına getmək lazımdır. Hər dəfə həkimə get‑ məzdən əvvəl uşağı nikbin ruha kökləyin. Həkim ilə görüşlər cədvəli haqqında danışın – belə gəlişlər onunla faydalıdır ki, əvvəla, hər hansı ağrılı prosesi erkən aşkar etmək olur, ikincisi isə uşaq anlayacaq ki, stomatoloqun yanına sadəcə, kresloda fırlan‑ maq, zarafatlaşmaq və evə xoş əhvalda qayıt‑ maq üçün də getmək olar. Gələcəkdə dişlərini müalicə etmək lazım gəldikdə, onu kresloya otur‑ maq və ağzını geniş açmağa xahiş etmək daha asan olacaqdır.

UŞAQ DİŞLƏRİNƏ AİD PROBLEMLƏR Kariyes Dişlərin ən çox yayılmış xəstəliyidir, bu zaman onlarda boşluqlar – “dəliklər” əmələ gəlir. Mikrobların iştirakı ilə (əsasən, Streptococcus mytans) dişlərin bərk toxumaları dağılır. Süd dişləri kariyesi, adətən, 2‑3 yaşlı körpələrdə aşkar olunur, lakin bəzən o, 2 yaşından az yaşlı uşaqlarda da əmələ gəlir. Çox zaman o, yuxarı çənənin süd kəsici dişləri və azı dişlərinin çeynəyici səthini zədələyir. Necə əmələ gəlir? Kariyesin əmələ gəlməsi üçün azacıq şərait lazımdır: səliqəsiz qayğı, mikrobların basqını və çoxlu şirniyyat. Onun yaranma mexanizmi budur. Dişlərin üzərində qalan ərp “diş piləyinə” çevrilir. Onun ibarət olduğu bakteriyalar süd turşusu ifraz edir və zəif uşaq minasını zədələyir. Beləcə, onun üzərində ağ və ya tünd ləkə əmələ gəlir – bu yerdə mikroblar daxilə sirayət edir və boşluq for‑ malaşır. Diqqət! Fincandan içmək vərdişini gec mənim‑ səmiş, xüsusən də, hər axşam butulka ilə yuxuya


60 gedən uşaqlarda “butulka kariyesi”nin əmələgəlmə riski mövcuddur. Səbəb – şirin mayenin dişlərə hər gün və uzun müddət təsir etməsi. Belə körpələrdə kariyes ön dişlərdə, özü də dişin bütün görünən səthinin perimetri üzərində inkişaf edir. Pulpit Pulpit – dişin yumşaq toxumalarının (pulpanın) iltihabıdır. Əvvəlcə zəif olan ağrı tədricən güclənir, tutma xarakteri alır, əsasən gecələr, eləcə də, istiyə və ya xəstə yerə qidanın düşməsinə “cavab” olaraq ağrılar olur. Periodontit Kəskinləşmə zamanı o, daimi ağrı, diş ətinin şişkinliyi və qızartısı, eyni zamanda hərarətin artması ilə özünü büruzə verir. Bu halda həkim zədələnmiş dişi xaric etməyə məcburdur, axı xəstə dişin kökləri yanında yerləşən daimi dişin rüşeymi də təhlükəyə məruz qalır! Kəskin olmayan periodontit isə çox zaman hiss olunmur və onu yalnız həkim aşkar edə bilər.

Diqqət! Düşünməyin ki, süd dişinin xaric edilməsi bütün problemlərin həlli deməkdir və daimi diş səliqəli şəkildə öz yerini tutacaq. Körpədə qeyri‑düzgün dişləmə vəziyyəti əmələ gəlir, bu isə öz növbəsində, tənəffüs, gicgah‑aşağı çənə oynağının işi, nitq ilə problemlərə gətirib

çıxarır və üz cizgiləri və proporsiyalarını dəyişir.

5-6 YAŞ Dişlər ilə bağlı olan gələcəkdə əmələ gəlməsi mümkün olan problemləri vaxtında aşkar etmək üçün

QEYDLƏR: Təmizlik əlifbası Körpədən ağzını açmağı xahiş edin. Fırçanı tutduğu əlindən tutaraq, onu necə hərəkətə gətirməyi göstərin. Üst çənədən təmizləməyə başlayın. Dişləri xaricdən diş ətindən aşağı istiqamətdə (təxminən hər 2 dişə 10 hərəkət), çeynəyici “meydançaları” isə irəli‑arxaya hərəkətlər ilə təmizləmək lazımdır. Dişlərin daxili səthini də unutmayın ‑ damaq və dil tərəfdən. Yardım gələcək Dişlərin çıxması prosesi körpəni narahat edə və qıcıqlandıra bilər. Müvəqqəti, xüsusən də, çeynəyici dişlər çıxan zaman bəzi uşaqlar güclü ağrı hiss edir və onların diş əti şişir. Bu zaman köməyinizə qıcıqlanmış diş ətini “qaşımaq” üçün bərk bir əşya gələ bilər, misal üçün, xüsusi rezin “açıcı” (üstü qabarcıqlı və ya içində gel olan daha yaxşı olardı). Uşağa verməzdən əvvəl onu 15 dəqiqəlik soyuducuya qoyun. Körpəyə əmzik lazımdırmı? Körpə barmağını sorursa, əmzik vermək daha yaxşı olar, çünki sonradan bu vərdişdən onu tərgitdirmək daha asan olur. Əsas olan odur ki, müntəzəm olaraq, əmziyi daha böyük ölçülü olanla əvəz edin və vaxtında ondan imtina edin (son müddət – 2 yaş).


62

GÜNƏŞDƏN Gün altında saçlar yanmış və qurumuşdur. Ucları yarılmış və süpürgəyə oxşayır. Amansız günəş şüaları onları qoruyan yağ qatını parçalamışdır. Günəşin və dəniz suyunun təsiri altında səthi pulcuqlar açılmış, zülal əlaqələri pozulmuş və tədricən zülalın yuyulub xaric olunması baş ver‑ mişdir – saçlar, demək olar ki, boşalmışdır. Öz elastikliyi və möhkəmliyini itirərək, onlar darağa ilk toxunuşdan qırılır. Zədələnmiş saçların nahamar səthi işığı qeyri‑bərabər qaytarır və bunun nəticəsində saçların parlaqlığı itir. Duzlu su da onları soldurur. Saçlarınızın sağlam‑ lığını və parlaqlığını qaytarmaq istəyirsinizsə, bu sadə məs‑ ləhətlərdən faydalanın.

Məsləhət 1: bərbərdən İlk növbədə, günün təsirindən qırılmış saçların uclarını kəsmək lazımdır. Saçların sağlamlığını qorumaq üçün, hər axşam onları şotka ilə darayaraq (tüklərin uclarında kürəcikləri olan), baş dərisini yumşaq masaj edin: 100 dəfə təpədən radiuslar, yəni, saçların bitmə istiqaməti üzrə darayın. Məsləhət 2: trixoloqdan Müalicə kursu aparın. Ev şəraitində zəngin xalq vasitələrindən istifadə etmək olar. Onlardan ən yaxşısı, yumurta sarısı və limon şirəsi ilə bitki yağıdır (ayıpəncəsi yağı, gənəgərçək yağı və ya zeytun

yağı). Tünd saçlara, bərk köpük vəziyyətinədək çalınmış 2 yumur‑ tanın ağı, yarım fincan təzə dəm‑ lənmiş qəhvə və bir o qədər də sudan hazırlanmış maska yarayar. Maskalar 20‑30 dəqiqəlik saçlara yaxılır, sonra yuyulur. Saçları, çobanyastığı, pişikdili, gicit‑ kəndən hazırlanmış həlimlər ilə yumaq da çox faydalıdır. Onlardan başınızı yumazdan əvvəl 5 dəfə istifadə etmək tövsiyə edilir. Sarışınlar üçün başqa resept məsləhətdir. 2 yumurtanın sarısı, 0,5 stəkan su, 0,5 stəkan araq və 1 çay qaşığı naşatır spirti. Bu qarışığı baş dərisinə sürtün, sonra başınızı, sabundan istifadə etmədən, isti su ilə yuyun.


63 Geniş çeşidli hazır kosmetik vasitələrdən də istifadə edə bilərsiniz. Lakin, unutmayın ki, onlar da, təbii vasitələr kimi, yal‑ nız uzun müddətli və müntəzəm istifadə zamanı effekt verir. İlk növbədə, saçlara qulluq vasitələrini düzgün seçin. Normal saçlar üçün şampunların tərki‑ bində aktiv və yuyucu, və bər‑ paedici komponentlər var. Onların əsas vəzifəsi – saçların təbii sağlamlığını qorumaqdır. Quru və zədələnmiş saçlar üçün xüsusi şampunlar saçları yalnız təmizləməli deyil, xüsusi bər‑ paedici maddələrin köməyi ilə yağın yuyulmasını müvazi‑ nətləşdirməlidir. Bu məqsədlə, onların tərkibinə pantenol, bitki ekstraktları, mineral yağlar və digər faydalı əlavələr daxil edilir. Quru saçlara parıltı vermək üçün, şampunların tərkibinə kondision maddələr daxil edilir. Onlar yuxarı səthin pulcuqlarını «yapışdıraraq», saçları ipək kimi edir və onların daranmasını və düzümünü asanlaşdırır. Bu vasitələrin fərqli xüsusiyyəti, çox az tərkibdə qidalandırıcı əlavələrin olmasıdır. Yağlı saçlar üçün şampunlar güclü təmizləyici və zəif bərpaedici kompo‑ nentlərdən ibarət kompozisiya təşkil edir. O şampunları yaxşı saymaq olar ki, qabarıq təmizləyici effekt ilə yanaşı, baş dərisini qurutmur və yağsızlaşdırmır. Bundan başqa, onlar suyun codluğundan asılı olmayaraq, asan köpüklən‑ məli, tez yuyulmalı, xoş rəngli və yüngül ətirli olmalıdır. Saçlara qulluq üçün qida‑ landırıcı yağlar xüsusi faydalıdır. Onlar, səthi, qoruyucu yağ qatını bərpa edir, lakin, qismən saçların üzərində qalır və bir qədər onların ağırlaşması effektinə səbəb olur. Saçlar üçün kosmetik zərdab‑ lar və ampulların tərkibində qida maddələri qatılaşmış şəkildə mövcuddur – misal üçün, onların

formulunda, adi balzamlardan fərqli olaraq, keramidlərin miq‑ darı 10 dəfə artıqdır. Ona görə də, zərdablar saçların kökü və özəy‑ inə daha yaxşı sirayət edərək, onların strukturunu bərpa edir və, tez gözə çarpacaq effekt verir. Yüksək silikon tərkibli xüsusi maye vasitələri mövcud‑ dur, onlar qırılmış saç uclarını «yapışdırır». Tonik və müalicəvi‑profilaktik losyonlar da saç və baş dərisi üçün qida komponentləri ilə zəngindir. Onlar daha çox yağlı saçlara yarayır. Məsləhət 3: diyetoloqdan Saçlarınıza itirilmiş gücünü, parlaqlığını və canlılığını qaytar‑ mayınca, az kalorili pəhrizə otur‑ maq məsləhət deyil. Qida məh‑ dudiyyətindən, ilk növbədə, saçlar əziyyət çəkir. Saçlar üçün xüsusən bütün sarı meyvə və tərəvəzlər, yumurta, dəniz məh‑ sulları, qoz‑fındıq, yağsız mal əti, donuz əti və quş əti faydalıdır. Mütləq polivitamin qəbul edin. Məsləhət 4: trenerdən Alimlər sübut etmişdir ki, yayın istisindən sonra idman ilə aktiv şəkildə məşğul olduqda, saçlar daha tez bərpa olunur. Fiziki məşqlər qan dövranını stimullaşdırır, beləliklə, saçların dibinə oksigen və qida mad‑ dələrin çatdırılmasını da yaxşılaşdırır. Ən sadə məşğələ: hər dəfə saçlarınızı yuduqda, başınızı mümkün qədər aşağı əyin. Döşəmə üzərinə arxası üstə uzanaraq, əllərinizi uzununa yanınıza salın, ovuclarınızı döşəməyə sıxın. Astaca ayaqlarınızı şaquli vəziyyətə gətirin, sonra özünüz tərəfə əyin və çanağı döşəmədən qaldırın. Bu pozada bacardığınız qədər qalın. Çıxış vəziyyətə qayıdın.

İnanılmazdır! Saçların sağlamlığını və gözəlliyini qaytarmaq üçün bir neçə qeyri‑standart üsullar mövcuddur. İşıq musiqisi balzamı Saçların vəziyyətini yaxşılaşdırmaq və onları rəngləmə və kimyəvi burulmadan sonra bərpa etmək üçün mütəxəssislər rəngbərəng işıqdan istifadə edir – bu üsul, fotoxromoterapiya adlanır. Sarı rəngli işıq baş dərisinə yarım san‑ timetrədək sirayət edərək, saç soğanağının mikrosirkulyasiyasını və qidalanmasını yaxşılaşdırır və tellərin boyunu sürətləndirir. Qırmızı işıq saç tellərini möhkəm‑ ləndirir, onların iltihabı və kəpək ilə mübarizə aparır. Yaşıl işıq sakitləşdirir, dəri qaşın‑ masını götürür, kapillyarları genişləndirir və soğanaqların qan dövranını yaxşılaşdırır, saçların tökülməsinin qarşısını alır, yağ vəzilərin işini normal‑ laşdırır. Göy işıq, kəpək əmələ gətirən mikroskopik göbələkləri məhv edir, allergik reaksiyaları aradan qaldırır (boya, laka qarşı və s.). Maska əvəzinə aspirin Böyük Britaniyada aparılmış sorğu‑ nun nəticələrinə görə, planetdə ən gözəl saçların sahibəsi Cenifer Eniston hesab edilib. Məşhur amerikalı aktrisa etiraf edib ki, səbəbkar….. aspirindir! Saç telləri canlı və parlaq olsun deyə, Cenifer, hər dəfə başını yuyaraq, şampunun içinə iki əzilmiş aspirin həbi əlavə edir. Onun fikrincə, aspirinli şampun saçların tökül‑ məsinin qarşısını alır, çünki onun tərk‑ ibində saç soğanağını möhkəmləndirən xüsusi maddələr mövcuddur.


64

BİR DAMLA QANDAN ASILI HƏYAT Azad Hacıyev: “Profilaktik tədbirlər görmək daha asandır, nəinki xəstələndikdən sonra onu müalicə etdirmək”.


65 Qan bədən üçün lazımlı olan həyati maddələrin daşın‑ masını təmin edir və orqanizmdə o qədər çox mühüm rol oynayır ki, onu nə iləsə əvəz etmək mümkün deyil. Ancaq bəzən həyatımız sözün əsl mənasında bir damla qandan asılı vəziyyətə düşür. Xüsusən də irsi qan xəstəlik‑ lərindən əziyyət çəkənlər daha çox bu problemlərlə üzləşirlər. Jurnalımızın qonağı olan B.Ə.Eyvazov adına Elmi‑ Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru tibb elmləri doktoru, professor Azad Hacıyevlə söh‑ bətimiz də irsi yolla keçən qan xəstəlikləri, onların artmasının qarşısının alınması, qohum nikahların qan xəstəliklərinin çoxalmasına təsiri, nikahdan əvvəl müayinənin rolu haqqın‑ da, həmçinin Azərbaycanda qan xidmətinin və donorçu‑ luğun təşkili istiqamətində görülən işlər barədədir. ‑ Elmin inkişafı nəticəsində ötən əsrin ortalarından başla‑ yaraq insan orqanizmində yaranan bir çox çatışmazlıqlarla yanaşı, qan xəstəliklərini də öyrənmək mümkün olub. Qan xəstəliklərindən ən təhlükəlisi irsi yolla keçənlərdir. Hemofiliya və talassemiya da belə xəstəliklərdəndir. Hemofiliya erkən uşaq yaşların‑ dan başlayaraq vaxtaşırı davam edən qanaxma və qansızmalarla müşahidə edilən irsi qan xəstəliyidir. Hemofiliya xəstəliyi əsasən, qanda 8 və 9‑cu plazma faktorunun çatışmazlığından yaranır. Həmin faktorlar qanda laxtalanmanı təmin edən amil‑ lərdəndir. Onlar olmadıqda lax‑ talanma sistemi pozulur və nəticədə qanaxma baş verir. Buna görə də xəstə uşaq adi bir zədədən böyük problemlə üzləşə bilər. Qeyd edim ki, hemofili yanın daşıyıcıları bu

xəstəlikdən əziyyət çəkmirlər. Lakin daşıyıcı valideynlər onu irsi yolla öz övladlarına ötürür‑ lər. Qana ehtiyac duyan digər mühüm bir təbəqə isə talassemiyadan əziyyət çəkən‑ lərdir. Belə xəstələrə normal həyat sürmək üçün ayda bir və ya iki dəfə təzə qan köçürülmə‑ lidir. Talassemiya xəstəliyinin səbəbi hemoqlobin sintezinin pozulmasına gətirib çıxaran gen mutasiyasıdır. Xəstəliyin üç növü mövcuddur – talassemiya geninin daşıyıcıları, aralıq forma və böyük talassemiya. Talassemiya geninin daşıyıcıları praktik olaraq, sağlam insan‑ lardır. Onların müalicəyə də ehtiyacları olmur. Ancaq belə xəstələrin bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar daşıyıcı olduqlarını yalnız böyük talassemiyalı xəstə uşaqları olduqdan sonra və ya təsadüfən xüsusi hematoloji müayinədən keçəndən sonra bilirlər. Nə qədər cəhd edilsə də, talassemiyanın daşıyıcılığından azad olmaq mümkün deyil. Belə şəxslər anadan olandan ta ömür‑ lərinin sonuna kimi talassemiya əlamətlərini özlərində saxlayır‑ lar. Talassemiya genini hər iki valideyndən irsən almış uşaqlar‑ da böyük talassemiya xəstəliyi inkişaf edir. 3‑11 aylığından başlayaraq xəstə uşaqlarda hemoqlobinin miqdarı azalır. Onların rəngi solur, iştahaları və yuxuları pozulur. İllər ötdükcə, belə uşaqlar fiziki inkişafına görə həmyaşıdlarından geri qalırlar. Onların daxili orqan‑ larında və sümüklərində dəyi ‑ şikliklər baş verir. Bu isə sonda uşaqların xarici görünüşünün dəyişməsinə gətirib çıxarır. Böyük talassemiyaya düçar olan uşaqları müalicə etmək üçün

onlara bütün ömürləri boyu hər ay qan köçürmək lazımdır. ‑ Lakin tez‑tez keçirilən qan transfuziyası xəstə uşaqların orqanizmində artıq miqdarda dəmirin toplanmasına gətirib çıxarır... ‑ Artıq dəmir xəstələrin daxili orqanlarında yığılır, bu isə öz növbəsində daxili orqanların fəaliyyətini pozur. Bunun nəticəsində xəstələrdə ürək‑ damar çatışmazlığı, qaraciyər xəstəliyi və endokrin pozğun‑ luqlar əmələ gəlir. Buna görə də xəstələrin bədənində olan artıq dəmiri orqanizmdən xaric etmək lazımdır. Təxminən 15‑20 trans‑ fuziyadan sonra talassemiyaya düçar olmuş xəstələrə dəmirqovucu preparatların təyin edilməsinə ehtiyac yaranır. Həmin dərmanlar da dövlət tərəfindən xəstələrə verilir. ‑ Azad müəllim, yaxın qohumlar arasında olan evlilik‑ lər irsi qan xəstəliklərinin art‑ masına nə dərəcədə təsir göstərir? ‑ Azərbaycanda talassemiya daşıyıcılarının orta səviyyəsi 8 faizə bərabərdir ki, bu da əhalinin hər 12 nəfərdən birinin patoloji (qüsurlu) genin daşıyıcısı olduğu deməkdir. Ona görə də belə daşıyıcılar qan qohumu olmasalar belə onların qarşılaşmaq ehtimalı böyükdür. Amma yaxın qohumla nikah zamanı ümumi əcdaddan talassemiya geninin irsən ötürülməsi və öz uşaqlarına ötür‑ mə riski daha da artır. Təsadüfi deyil ki, bu xəstəlik qohum nikahların daha çox üstünlük təş‑ kil etdiyi ölkələrdə geniş yayılıb. Bunun qarşısını almaq üçün yaxın qohumlarla evlənmək qərarı qəti olduqda nikaha qədər həkimlərə müraciət etmək və qüsurlu genlərin olub‑olma‑ masını təyin etmək lazımdır. Həmçinin qohum olmayanların


66 da müayinədən keçməsi zəruridir. Nikaha qədər müay‑ inədən keçməyənlər bunu ailə qurduqdan sonra da edə bilərlər. Müayinədən sonra ailə başçıları mütəxəssislərlə məs‑ ləhətləşərsə, onda onlar böyük talassemiyalı xəstə uşağın doğul‑ masının qarşısını ala bilərlər. ‑ Bəs hamiləlik dövründə necə, dölün qüsurlu gen daşıyıcısı olduğunu müəyyən etmək mümkündürmü? ‑ Hamiləlik dövründə prenatal diaqnostika deyilən müayinələr tətbiq olunur. Bu zaman döldən götürülmüş müvafiq toxumaların genetik üsullar ilə analizi aparılır. Bu diaqnostikanı tətbiq etmək çox bahalı bir proseduradır. Təəssüf ki, hal‑hazırda bu metod bizdə tətbiq olunmur. Molekulyar‑ genetik tədqiqatlar böyük bir istiqamətdir. Ancaq beynəlxalq təcrübədə bu metod çox geniş yayılıb. Və bu metodun tətbiqi bir sıra ölkələrdə talassemiyanın səviyyəsinin sıfıra endirilməsinə səbəb olub. Bizdə bu sahədə kadr qıtlığı da mövcud idi. Ancaq hökumətin qayğısı imkan verir ki, yaxın gələcəkdə bu sahədə olan bütün problemlər aradan qalxsın. Bildiyimiz kimi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezi‑ denti, YUNESKO‑nun və İSESKO‑nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müasir avadanlıqlarla təchiz olunmuş

talassemiya mərkəzi istifadəyə verilib. Yaxın gələcəkdə bu mərkəzdə həmin metodun tətbiq olunması nəzərdə tutulur. ‑ Qan xəstəliklərindən əziyyət çəkənlərə mütəmadi şə‑ kildə qan və ya onun kompo‑ nentlərinin köçürülməsinin zəruriliyi bu xəstəliklərin müa‑ licəsinin çox çətin olduğunu deməyə əsas verir... ‑ Bəli, çətin, eyni zamanda əzab verici proseduralardır. Həm valideynlər, həm də uşaqlar üçün ağrılı müalicələrdir. Talassemiya xəstəliyində əsas müalicəni qan köçürmə ‑ transfuziya təşkil edir. Bu xəstələrin öz qanı oksigeni daşımaq qabiliyyətini itirdiyinə görə onlara donor qanının vurul‑ masına ehtiyac yaranır. Belə xəstələrdə inkişaf ləngiyir, beynin psixiki pozğunluqları baş verir, immunoloji zəiflik yaranır. Həm də fiziki cəhətdən belə uşaqlarda ləng inkişaf gedir. Ona görə də vaxtında müayinədən keçərək bu problemlərin yaranmasının qarşısını almaq olar. Əks halda nadanlıq ucbatından ailədə potensial talassemiyalı körpə dünyaya gələ bilər və hər 20 gündən bir bu uşağın evi xəstə‑ xana olacaq. ‑ Həyatları bir damla qandan asılı olan insanlara kömək məqsədilə müxtəlif dövlət qurumları, qeyri‑hökumət təşki‑ latları, ictimai birliklər vaxtaşırı qanvermə aksiyaları keçirirlər.

Bəs bu məsələ dövlət səviyyəsində necə tənzimlənir? ‑ Qan xidmətinin qurul‑ masının əsasında donor qanı dayanır. SSRİ vaxtı donorçuluqla bağlı çox yüksək rəqəmlər var idi. İl ərzində müxtəlif qanvermə aksiyaları nəticəsində 170‑180 min donor qanı qəbul edilirdi. Ötən əsrin 90‑cı illərinin əvvəl‑ lərində isə bu rəqəm dəfələrlə azalaraq, 13‑15 minə düşmüşdü. Buna səbəb gərgin ictimai‑siyasi rejim və maliyyənin pozulması idi. Ancaq bu sahədə qanun qəbul edildikdən sonra köklü dəyişikliklər yarandı. 2005‑ci ildə “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanun qəbul edilib. Bu qanun qanın, qan kompo‑ nentlərinin donorluğunun inkişafı ilə əlaqədar münasibətləri tənzimləyir, qan xidmətinin təş‑ kilinin əsaslarını müəyyən edir. İrsi qan xəstəliyi olan şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsi dövlət büd‑ cəsi vəsaiti hesabına maliyyələşdirilir. Əvvəllər yalnız humanitar yardımlar sayəsində bu xidmət qurulmuşdu. Sözügedən qanunun qəbulundan sonra isə bu məsələyə dövlət səviyyəsində diqqət yetirilməyə başlanılıb. Belə ki, artıq il ərzində 40 mindən çox donor qanı qəbul edilir. Həmçinin 2005‑ci ildə qəbul edilən "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Qanunla da dövlət üzərinə bir sıra vəzifələr götürüb. ‑ Bu sual yəqin ki, “Ailə həki‑ mi”nin oxucuları üçün də çox maraqlı olar: Kimlər donor ola bilər? ‑ Donor olmaq düşünüldüyü qədər də asan məsələ deyil. Bunun üçün həmin şəxs ilk növbədə tam müayinədən keçmə‑ lidir. Orqanizmində, qanında hər hansı bir fəsad yoxdursa, donor


67 olmaq hüququ qazana bilər. Qanköçürmə zamanı immunoloji, bakterioloji, infeksion təhlükələrə diqqət yetirmək lazımdır. Odur ki, həkimlər donor olmaq istəyən şəxsin qan qrupunu, rezus mən‑ subiyyətini ciddi şəkildə yoxlayıb, ondan sonra qan alma prosesinə keçə bilərlər. Qanuna əsasən də qanın, qan kompo‑ nentlərinin donorluğuna heç bir əks‑göstərişləri olmayan, 18‑65 yaşlı fəaliyyət qabiliyyətli hər bir şəxs donor ola bilər. Əvvəllər yaş həddi 60‑a kimi nəzərdə tutul‑ muşdu. Ancaq bayaq söz açdığımız qanun layihəsində Avropa Şurasının tövsiyəsi ilə 65 yaş nəzərdə tutulub. Demək olar ki, bütün inkişaf etmiş ölkələrdə könüllü donorluğa üstünlük veri‑ lir. Çünki belə donorlar arasında qan təhlükəsizliyi məsələsi qüvvədə durur. Könüllü qan verən donorlarda yoluxucu xəstə‑ liklərin olması ehtimalı digər aktiv donorlara nisbətən xeyli aşağıdır. Və müxtəlif hökumət və qeyri‑hökumət təşkilatlarının, ictimai birliklərin, nazirliklərin keçirdikləri qanvermə aksiyaları çox böyük rol oynayır. Qanvermə ilk növbədə donorun öz sağlamlıq durumu üçün müsbət haldır. Belə ki, bu, ilk növbədə orqanizmin immunoloji statusunu qaldırır, xarici təsirlərə qarşı onun müqa‑ vimətini artırır, qaraciyərin, ürəyin, digər orqanların fəaliyyə‑ tini gücləndirir. ‑ Qan verməklə bağlı hansısa məhdudiyyətlər varmı? Növbəti dəfə qan verə bilmək üçün donorlara nə qədər vaxt tələb olunur? ‑ Bu bir az individual xarakter daşıyır. Bəzilərində qan tez bərpa olunur, bəzi insanlarda isə nis‑ bətən gec. Amma təxminən 2‑3 aylıq bir fasilə olmalıdır. Qandan başqa komponent donorluğu da var. Məsələn plazmanı 10 gündən bir də vermək olar. Bütöv qanı

nadir hallarda ‑ əsasən qanaxma zamanı və müxtəlif əməliyyatlar‑ da köçürürük. Amma irsi qan xəstəliklərində ya eritrosit kütləsi, ya trombosit, ya da plazma köçürülür. Talassemiyadan əziyyət çəkənlərə çox az hallarda plazma köçürməyə ehtiyac olur, onlara əsasən eritrosit kütləsi köçürülür. Leykozlu xəstələrə isə trombosit köçürülür. Ümumilikdə biz ginekologiyadan, onkologiyadan tutmuş cərrahiyyə və s. tibbin bütün sahələrini qanla təmin edirik. ‑ Azad müəllim, donorlar gördükləri bu savab işin qarşılığında hansısa hüquq və imtiyazlardan yararlana bilirlər‑ mi? ‑ Qanunvericilikdə donorların müəyyən olunmuş hüquq və vəzifələri var. Donorun qan və onun komponentlərini verdiyi gün işdən azad edilmək və əlavə istirahət günü almaq, donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi‑sosial ekspertiza, sosial‑ əmək reabilitasiya xərclərini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada almaq hüququ verilir. İnkişaf etmiş ölkələrdə donorçuluq çox hörmətli işdir. Onlarda pul haqq‑hesabı olmur. Donorlara ancaq hədiyyə verirlər və müxtəlif döş nişanları verirlər.

‑ Qan köçürülməsi zamanı müxtəlif yoluxucu xəstəliklərdən qorunmaq üçün qanın yoxlan‑ ması prosesi hansı səviyyədədir? ‑ Hazırda biz çox müasir reak‑ tivlərlə işləyirik. Onlar imkan verir ki, hətta inkubasion dövrdə də antitellər müəyyənləşsin. Əsas iki qrup şəklində fəaliyyət göstəririk. Birincisi, səy‑ yar şəraitdə müxtəlif qurumlarda oluruq. Onu da qeyd edim ki, bu səyyar briqadanı təşkil edib ra‑ yonlara da gedirik. Digər tərəfdən də könüllü donorlar özləri qrup və ya fərdi şəkildə bizim instituta müraciət edərək stasionar şəraitdə qan verirlər. Ondan başqa qohum donorlar da bizə çox böyük kömək edir. Kiminsə yaxını xəstəxanaya düşdükdə, özləri təmənnasız şə‑ kildə gəlib qan verirlər. ‑ Azad müəllim, son olaraq, oxucularımıza məsləhət və tövsiyələriniz... Bizdə dəmir defisitli anemiya halları çox yayılıb. Xüsusən da gənc qadınlarda. Əsas tövsiyəm ondan ibarətdir ki, müayinə‑ lərdən keçsinlər. Bu da hər hansı bir xoşagəlməz vəziyyətin qarşısını vaxtında almağa kömək edir. Unutmaq lazım deyil ki, profilaktik tədbirləri görmək daha asandır, nəinki xəstələndikdən sonra onu müal‑ icə etdirmək.


68

ƏNCİRİN

FAYDASI

Makedoniyalı İsgəndərin əsgər‑ ləri özləri ilə uzaq səfərə quru əncir meyvələri olan kisələr götürürdü. Ağır döyüşlər və keçidlərdən sonra onlar mütləq bir neçə giləmeyvə yeyir və bundan sonra güclərini bərpa edirdilər. Təxminən 15 q çəkisi olan balaca bir əncir giləmeyvəsi ilə qəlyanaltı etmək kifayətdir ki, yorğunluq və aclıq hissi keçsin. Məhz bu qəribə xüsusiyyətlərinə görə bir çox diyetoloqlar ənciri təbiətin ən mükəmməl meyvəsi hesab edir. Lap qədim zamanlardan o, öz şəfalı xüsusiyyətləri ilə seçilirdi. Əncir ilə zəhərlənmələri müalicə edirdilər, çünki onun tərkibindəki maddələr mədənin işini normal‑

laşdırır, böyrək və qara ciyərin funksiyasını canlandırır. O, soyuqlama zamanı da əvəzolun‑ mazdır: qaynar süd ilə qarışmış halda öskürəyi və boğaz ağrısını aradan qaldırır. Qurudulmuş əncirdən hazırlanmış sıyıq isə yaraların sağalması üçün istifadə olunur. Əncirin tərkibindəki dəmirin miqdarı almadan çoxdur, ona görə də, anemiyadan əziyyət çəkən insanlar üçün o, çox fay‑ dalıdır. Onun həll olunan sellüloz liflərinin tərkibində qanda xoles‑ terin səviyyəsini endirən maddələr mövcuddur. Əncirdən müalicəvi cövhər hazırlamaq çox asandır: 20 q əncir meyvəsinin üzərinə 200ml qaynar

süd əlavə edin. Sonra 10 dəqiqə asta odun üzərində qaynadın, 2 saat saxlayın və süzün. Bronxit, traxeit, böyrək və sidik yolları xəstəlikləri zamanı gündə 3 dəfə 0,5 stəkan için. Belə cövhər ilə üzünüzü sil‑ səniz, dəriniz məxməri olar.

FAYDALI ARİFMETİKA 100 q‑a görə: Enerji dəyəri – 305 kkal Yağlar – 1,3q Zülallar – 4,3q Karbohidratlar – 63,5q Mineral maddələr – 2,3q Vitaminlər – 0,5mq


70

ƏN FAYDASIZ

ƏRZAQLAR REYTİNQİ ÇİPSLƏR Onları ilk dəfə 1853‑cü ildə Nyu‑York ştatında “Mun Layk Xauz” otelində aşpaz işləyən hindi Corc Kram hazırlayıb. O, bunu “ fransızsayağı, amma adət edilmişdən nazik kartof” sifariş verən müştərinin xahişi ilə edib. Çipslər dərhal otelin firma yeməyinə çevrildi, bir neçə ildən sonra isə onlar satışa çıxarıldı. Hazır məhsul elə mətbəxdəcə qablaşdıraraq, sifariş‑ çiyə göndərilirdi. Çipslər dəhşətli dərəcədə kalori‑ lidir ( 100 q –da ‑ 500 kkal), duz, quru qlutamat və digər qida əlavələri ilə dada gətirilmiş, azad radikal və kanserogen tərkiblidir.

HOT-DOQLAR Onlar orta əsrlərdə Frankfurtun küçələrində satılır, lakin o zamanlar “frankfurter” adlanırdı. Onların hazırlanma reseptini Yeni Dünyaya almaniyalı emiqrantlar gətirib. Almanlar okeandan keçərkən, yalnız ev adamlarını deyil, taksa cinsindən olan və yoğun sardelkaya bənzəyən öz dördayaqlı sevimli itlərini də aparırdı. Ona görə iti dilli amerikalılar bu buter‑ brodları hot‑doq adlandırıblar.

HAMBURGER İlk dəfə mətbuat səhifələrinə 5 yanvar 1889‑cu ildə düşüb. Hamburger bar sahibi Luis Lassenin firma yeməyi idi (ABŞ). O, yağsız mal əti alaraq, onu qəfəs üzərində qızardır və iki tos arasına qoyurdu. Beynəlxalq qastronomik

meydanına hamburger 1904 ildə çıxıb. Hamburger və hot‑doqlara öyrəşən amerikalılar sürətlə kökəlməyə və boyda kiçilməyə başladı.

ŞİRİN QAZLI SU Hələ XIX əsrdə Amerikada kəşf olunub. O, kariyes törədir və sümüklərin tərkibindən kalsiumun yuyul‑ masına səbəb olur. Mədədə köpüklənən qabar‑ cıqların sayəsində bu içki şəkərin mənimsənilməsini kəskin artıraraq, diabetdə olduğu kimi qanda onun səviyyəsini artırır. İnanılmaz olsa da, faktdır: 2‑litrlik plas‑ tik butulkada 30 (!) parça rafinad həll olunub. Çox qazlı və soyuq su qida borusunun spazmına səbəb olur və mikroskopik qansız‑ malar və selikli qişanın kəsilməsini törədərək, onu zədələyir.

SAQQIZ Mərkəzi Amerika ağacının qatranı olan çikl‑ dan hazırlandığı dövrlərdə dişləri və diş ətini möhkəmləndirirdi. İndi onu heç də faydalı hesab etmək olmaz, çünki tərki‑ bində polivinilasetat plastik, sintetik aromatizatorlar, boyalar və şirnisini artıran əlavələr mövcuddur.

KRAB ÇUBUQLARI Balıqların emalı tul‑ lantılarından hazırla‑ naraq, jele əlavə edilir və çəhrayı zolaqlar ilə rənglənir. Pişiklər bunu yemir – bəs siz?


71

SAĞLAM

ƏRZAQLAR REYTİNQİ

Qədim Romada həkimlər, xəstəlikdən asılı olaraq, bu və ya digər yeməkləri təyin edirdi.

ÜRƏK VƏ DAMAR XƏSTƏLİKLƏRİ

ropin qlikozidi arterial təzyiqin normallaşmasına səbəb olur.

Ərik – tərkibi beta‑karotin ilə zəngindir, nəticədə, infarkt və insult riski azalır; Avokado – tərkibində xoles‑ terin səviyyəsini tənzimləyən fitos‑ terol mövcuddur; Alma – ürək əzələsi üçün zəruri olan kaliumla zəngindir; Sarımsaq – ürək‑damar sistem‑ ini qoruyan allisinlərin tərkibinə görə çempiondur; Qızılbalıq – əsl E vitamini anbarıdır; Araxis – tərkibindəki iki amin turşusu hesabına (metionin və lizin, eləcə də, doymamış yağ turşuları) ürəyi müdafiə edir; Zeytun – yüksək tərkibdə oleu‑

PİYLƏNMƏ Ananas – yağların əriməsinə səbəb olan fermentlər xəzinəsidir; Ağbaşlı və qırmızıbaşlı kələm – tatron turşusu hesabına eyni təsirə malikdir; Sukkini yunan qabağı – tərki‑ bindəki maqnium və karotinoid‑ lərə görə analoji effektə malikdir.

İMMUNİTETİN MÖHKƏMLƏNDİRİLMƏSİ Portağal – C vitamini xəzinə‑ sidir; Kələm – turşuya qoyulmuş və təzə kələm şirəsində C vitamininin

miqdarı xüsusilə çoxdur; Baş soğan – onun fitonsidləri virusaqarşı təsirə malikdir; Göbələklər – müdafiə təsirini sink və selenin uğurlu birləşməsi təmin edir.

STRESS İLƏ MÜBARİZƏ Banan – tərkibində maqnium və təbii endorfinlər var; Şaftalı – niasin hesabına stress reaksiyalarını azaldır; Yaşıl salat yarpaqları – tərki‑ bindəki laktoflavin maddəsi baş ağrısını sakitləşdirir; Kartof – onun karbohidratları stress hormonu olan adrenalinin təsirini azaldır.


72

Kəsmik sözü slavyan mənşəlidir: Avropa və Amerikada ona bənzər məhsulu «cottage cheese» («kənd pendiri») adlandırırlar.

KƏSMİK – BÜTÜN YAŞDA İNSANLAR ÜÇÜN ÇOX DƏYƏRLİ QİDA MƏHSULUDUR Çox qədim südturşulu ərzaq növlərindən biridir. Onun hazırlanması ilə hələ Qədim Roma sakinləri məşğul olurdu. Qüvvətli qida məhsulu olmaqla yanaşı, kəsmik həmdə qədim ərzaq növünə aiddir.

• kəsmik kütləsi və müxtəlif əlavələr ilə kəsmikli sırok; • kəsmik məmulatları – şirələnmiş sıroklar, kəsmikli kremlər və desertlər, meyvəli və qaymaqlı kəsmikcik‑ lər.

KƏSMİYİN FAYDALI VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ Kəsmik orqanizm üçün bir çox qiymətli və faydalı Kəsmiyin tərkibi: xüsusiyyətlərə malikdir. Kəsmiyin unikal keyfiyyətləri • Orqanizm tərəfindən ət, balıq və hətta süd bu məhsulun hazırlanma texnologiyası ilə əlaqədardır. zülalından yaxşı mənimsənilən tamdəyərli yüksək keyfiyyətli zülal; Kəsmiyin hazırlanma prosesi zamanı südün tərk‑ • Orqanizm tərəfindən tam mənimsənilən süd ibindən ən dəyərli məhsullar ayrılır – tez mənim‑ yağı; sənilən zülal və süd yağı – (dəyərli və Kəsmik, • Qaraciyər xəstəliklərinin qarşısını sağlam rasionun əvəz olunmaz kompo‑ çürümüş, «kəsmik‑ alan əvəzolunmaz amin turşusu – nentləri). ləşmiş» və zərdabdan ayrılmış metionin; Kəsmik kalsium və fosforla süd zülalı deməkdir. Doqquz xörək • Dayaq‑hərəkət sisteminin for‑ zəngindir. Bu maddələr sümüklərin qaşığı kəsmik böyük adamın sutkalıq zülal tələbatını tamamilə ödəyir. Çəkini malaşması üçün zəruri olan kal‑ və dişlərin böyüməsi dövründə azaltmaq üçün, kəsmikli boşalma günləri sium; uşaqlar, hamilə qadınlar üçün, təyin etmək olar: sutka ərzində 400‑600q • Fosfor; sınıqlar, qantörədici aparat xəstə‑ yağsız kəsmik, 60q xama, 50‑100 ml çay və • Dəmir; likləri, raxit, hipertonik xəstəlik, ya qəhvə ilə süd, 1‑2 stəkan itburnu dəm‑ • Maqnium; ürək, böyrək və bir çox başqa ləməsini 4 qida qəbulu zamanı yemək lazımdır. Gündə 6 dəfə 150q kefir və • Ateroskleroz və maddələr xəstəliklər zamanı zəruridir. 3 dəfə 100q yağsız kəsmik qəbul mübadiləsi pozğunluğundan Kəsmiyin faydalı keyfiyyətləri edərək, qarışıq kəsmikli‑kefir‑ qoruyan vitaminlər. onun müalicəvi tərkibi ilə əlaqədardır. li günlər də təyin Öz unikal qida və müalicəvi Kəsmiyin tərkibində olan süd zülalı – etmək xüsusiyyətləri sayəsində, kəsmik – uşaq kazein, yüksək qidalılıq dəyəri ilə seçilir və və pəhriz qidalanması üçün əvəzolunmaz məh‑ heyvan mənşəli zülalları əvəz edə bilər, 300q kəs‑ suldur. mik – orqanizm üçün zəruri olan sutkalıq zülal nor‑ masıdır. Kəsmiyin tərkibinə daxil olan mineral mad‑ Müasir süd sənayesi tərəfindən istehsal olunan kəs‑ dələr sümük toxumasının formalaşmasına və möhkəm‑ mik növləri: lənməsinə səbəb olur. • yağlı kəsmik Yağsızlaşdırılmış kəsmik diyetik xüsusiyyətlərə • yarı yağlı kəsmik; malikdir. Ət və balıqdan fərqli olaraq, kəsmiyin tərki‑ • yağsız kəsmik; bində purinlər mövcud deyil, ona görə də purin • yağsızlaşdırılmış kəsmik; mübadiləsi pozulmuş yaşlı insanlara da kəsmikdən isti‑ • diyetik kəsmik; fadə etmək məsləhətdir. • xörək kəsmiyi;


74

GEC

ŞAM ETMƏYİN ZƏRƏRİ Gecə vaxtı yeməyin zərərli olması haqqında mübahisələr davam edir. Lakin alimlərin yeni məlumatlarına görə, doyumlu şam yeməyi nəinki çəkini artırır, həm də digər xəstəliklərə gətirib çıxarır. Gündüz yemək, gecə isə “ac qalmaq” tərzi təbiətin özü tərəfind‑ ən nəzərdə tutulub. Hamıya qızıl qayda məlumdur: “Səhər yeməyini özün ye, naharı dostunla bölüş, şam yeməyini isə düşməninə ver”. Lakin bu qaydaya riayət edənlər azdır. Alimlər müəyyən ediblər ki, gecə yeyilən tutumlu şam yeməyi endokrin sisteminə mənfi təsir göstərir. İnsan normada gündüz enerjisini əsasən karbohidratlardan alır, gecə saatlarında isə piy depo‑ larındakı kalorilər sərf olunur. Gündüz vaxtı yeməkdən sonra mədəaltı vəz, karbohidratların sərf

olunmasına kömək edən və yağları qoruyan insulin hormonu istehsal edir. Gecə isə başqa bir endokrin vəz – hipofiz, bütün digər funksiyalarından savayı, yağların parçalanmasında iştirak edən boy horomonu ifraz edir. Beləliklə, minilliklər ərzində cilalanmış özünüqoruma mexanizmi sayəsində bizim orqanizm çox qənaətlə yağ ehtiyatlarını işlədir. Lakin yuxudan əvvəl insan yaxşı şam etmişsə, mədəaltı vəz insulin istehsal etməyə başlayır. Hipofizə isə orqanizmdə qida olması və qiymətli yağ ehtiyat‑ larının sərf olunmasına ehtiyac olmadığı haqqında “məlumat” çatır. Nəticədə yağ orqanizmdə qalır, hipofiz isə boy hormonu istehsalını azaldır. Sual oluna bilər ki, böyüklərə “uşaq” boy hormonu nə üçün

lazımdır? Uşaqlıq və gənclik illərində çoxlu boy hormonu istehsal olunur. Ona görə də uşaqlar belə tez böyüyür. 35 yaşın‑ dan sonra bu hormonun miqdarı tədricən azalır. Lakin həkimlərin məlumatlarına görə, böyüklərdə o, bir çox başqa vacib funksiya yerinə yetirir və gecə saatlarında az istehsal olunursa, bütün orqan və sistemlər əziyyət çəkir. Orqanizmin solması başlayır. Bu yaxınlarda amerikalı alimlər boy hormonunu sintez etmiş və 60 yaşından 80 yaşadək könüllülər qrupu üzərində onun kliniki tədqiqatlarını aparıblar. Altı aylıq inyeksiyalardan sonra eksperiment iştirakçılarında pəhriz saxlamadan artıq yağlar əridi, əzələlər isə əhəmiyyətli dərəcədə bərkidi. Onkoloji və virus xəstəliklərinə qarşı davamlılığı təyin edən


75 immunitet göstəriciləri artdı. Mədəaltı vəz, ürək, qaraciyər, beynin fəaliyyəti yaxşılaşdı. Öz boy hormonunun sintezini artırmaq da olar. İlk növbədə, gecə çox yemək olmaz. Əgər aclıq hissi narahat edirsə, 30q‑a qədər suda bişmiş mal, quş və ya balıq əti və bir limon yemək olar. Lakin bu məsləhət mədə xorası xəstəliyi olanlara yaramır. Bundan başqa, son elmi məlumatlara əsasən, ac qarına 3q arqinin amin turşusu qəbul etdikdə, boy hormonu istehsalı bərpa olunur. ABŞ‑da hazırda əsl arqinin bumu yaşanır. “Gecə insulini”nin orqanizminə təsirinə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu, daha bir endokrin pozuntudur. Gecə saatlarında artıq insulin sintezi piylənmə, ateroskleroz, hipertoniya, osteo‑ poroz, pankreatitə gətirib çıxarır. Yuxudan əvvəl yaxşı yeməyə öyrəşdirilmiş uşaqlar tez‑tez soyuqlayır, onlarda disbakterioz, mədə‑bağırsaq pozuntuları, diatez, allergiya ola bilər. Cəmi bir hormonun təsiri nəticəsində bu qədər xəstəliklərin əmələ gəlməsi irsiyyətdən asılıdır. Hər bir kəsin orqanizmində zəif yerlər mövcuddur. Misal üçün, insulinin səviyyəsi yüksək olduq‑ da, orqanizmdə natrium və demək, maye ləngiyir. Bu isə hipertoniya üçün zəmin yaradır. Artıq insulin, eyni zamanda, osteoporozun inkişafına, qalxan‑ vari vəzin fəaliyyətinin pozulması‑ na səbəb olur. Bundan başqa, doyumlu şam yeməyi yuxu pozulmasını törədir. Xroniki yuxusuzluq isə piylən‑ məyə daha da çox səbəb olur. Gec şam etməyin həzm prose‑ sinə də mənfi təsiri çoxdur. Belə insanın bağırsaqlarında normadan uzaq proseslər baş verir. Problemlər on iki barmaq bağır‑ saqda başlayır. Yuxudan əvvəl yemək yedikdə, mədə aktiv yığıl‑ mağa başlayır və qidanı porsiyalar‑ la on iki barmaq bağırsağa ötürür.

QEYDLƏR: Doktor Belkin pəhrizinin “qızıl qaydaları”: • Karbohidratlar ilə zəngin olan qidanı yağlı qidadan ayrı və səhər yemək lazımdır; • Gün ərzində heyvan mənşəli ərzaqları tərəvəz və göyərti ilə birlikdə qəbul etmək daha faydalıdır. Meyvələri yeməkdən 30 dəqiqə əvvəl, mayeni isə, yalnız yemək arası qəbul etmək lazımdır; • Saat 16.00 – 17.00‑dən sonra qida qəbul etmək məs‑ ləhət deyil. Gecə aclıq hissini yatırtmaq üçün 30q ət və ya balıq və bir ədəd limon yemək olar. Lakin o, bu zaman “yatır” və qidanı ardıcıl ötürə bilmir. Nəticədə, bağırsaq genəlir, daxi‑ lində isə qida durğunluğu əmələ gəlir. Bu isə həzm prosesinin pozulması, pankreatit, öd daşlı xəstəlik, xolesistit, disbakterioz, qida allergiyası ilə nəticələnir. O ki qaldı ac qarına yuxuya gedə bilməməyə, bu, vərdişdən asılıdır. Əvvəlcə yuxudan bir saat əvvəl şam edin, sonra bu məsafəni həftədə yarım‑bir saat artırın. Beləliklə, bir aydan sonra siz yuxu‑ dan 4 saat əvvəl şam edə bilərsiniz. Bu zaman ərzində qida mədə və on iki barmaq bağırsaqdan keçərək, nazik bağırsağın digər şöbələrinə çatır. Bundan başqa, yeməkdən 4 saat sonrakı dövr ərzində insulin səviyyəsi, boy hor‑ monu sekresiyası başlamaq üçün lazımi həddədək enəcəkdir. Arıqlamaq istəyirsinizsə, daha tez şam etmək yaxşıdır – gündüz saat dörddən sonra yeməmək. Bu üsul praktiki olaraq, hamıya kömək edir. Çünki bu halda, günün ikinci yarısında insulin xeyli az miqdarda istehsal olunur, axşam və gecə isə boy hormonu sintezi artır. 25 yaşa qədər gənclər yuxudan

2‑3 saat əvvəl şam edə bilər. Axşam aclığı üçün əks‑göstəriş – mədə və on iki barmaq bağırsaq xorasıdır. Axşam çox yeməmək üçün gün ərzində tez‑tez və az porsiyalar ilə qidalanmaq lazımdır. Belə qidalanma zamanı mədə həcmi azalır və daha az miqdarda yemək ilə doymaq olar. Səhər yeməyi yalnız buterbrod və qəhvədən ibarət deyil, tam dəyərli olmalıdır. Evə güclü aclıq hissi ilə gəlməmək üçün işdən evə getməzdən əvvəl nə isə yemək və ya çay içmək lazımdır. Gün ərzində nə yediyiniz çox vacibdir. Əgər bu, buterbrod, qən‑ nadı məmulatları, bulkadırsa, gecikmiş şam yeməyindən qaça bilməyəcəksiniz. Ona görə də, qida lifləri ilə zəngin olan tərəvəz, meyvə, göyərti, qoz‑fındıq, günəbaxan tumu, giləmeyvələr, eləcə də, çörək, makaron məmulat‑ ları və yarmalar, xüsusi ilə qarabaşaq və təmizlənməmiş düyü, heyvan mənşəli ərzaqlardan isə dəniz balığı, quş əti, yumurta, yağsız ət, südturşulu məhsullara üstünlük vermək lazımdır. Gün ərzində iki fincandan artıq olmayaraq qəhvə içəndə beyin fəaliyyəti aktivləşir, stress aradan qaldırılır. Acı şokolad da çox yeməkdən qoruyur. Şirniyyat sevənlərə belə bir resept təklif etmək olar: hərəsindən 100 qr qara gavalı, qaysı qurusu, əncir və kişmişi termosa yerləşdirərək, üzərinə qaynar su əlavə etmək və 30 dəqiqə saxlamaq. Sonra quru meyvələri ət maşınından keçirərək, mürəbbə əvəzinə yemək. Lakin əsas atacağınız addım – özünüzü psixoloji olaraq erkən və yüngül şam yeməyinə hazırla‑ maqdır. Evə gəldikdə duş qəbul edin və stressdən azad olun. Sonra yeməyə başlayın – misal üçün, suda bişmiş balıq və təzə tərəvəz salatı. Bu halda səhər yaxşı iştaha ilə oyanaraq, yaxşı da yeyə bilərsiniz. Beləcə, erkən şam yeməyi bütün günü düzgün kök‑


76

Səhər sevinclə uşaq bağçasına, məktəbə, yaxud kol‑ lecə qaçan uşaq reallıqdan daha çox, valideynlərin fan‑ taziyasıdır. Oyun və əyləncələrdən dərs və nəsihətlərə görə əl çəkmək çətindir. Doğrudanmı, uşağın “istəmirəm” sözünün səbəbi yalnız tənbəllikdir?

GÖZÜ YAŞLI Balaca çox zaman uşaq bağçasına gözü yaşlı gedir. O, nə üçün ana, nənədən ayrılmaq və yad xalanın sözünə baxmaq, komanda ilə əl‑üz yumaq lazım olduğunu anlamır. Hər şeyin uşağın istəklərinə tabe olduğu sakit ev şəraiti və ciddi bağça intizamı arasında olan təzad balacanı üsyan qaldırmağa vadar edir. Pedaqoqlar hesab edir ki, bağçaya 3‑4 yaşlı uşaqlar daha yaxşı uyğunlaşır. Aşağı yaşda olanlar həmyaşıdları ilə ünsiyyətin üstünlüklərini tam dəyərləndirə bilmir, 5‑6 yaşında olan uşaqlara isə öz eqosentrizmindən keçmək

çətindir. Ona görə də valideynlər uşaqlarına onların həyatın‑ da uşaq bağçasının olmasının zəruriliyini başa salmalıdır. Öz işinizlə müqayisə edin: siz də bəzən oraya getmək istəmirsiniz, amma lazımdır. Axı oyuncaq və başqa zəruri şeyləri almaq üçün pul qazanmaq vacib‑ dir. Uşaq bağçası da uşağın işidir. Oxşarlıq əyani olsun deyə, körpənizə sizdə olan əşyaları xatırladan hədiyyələr bağışlayın: çanta, bloknot, telefon. Uşağınızın qrupundan olan uşaqlar ilə ünsiyyətini alqışlayın. Qoyun, oyuncaqlarını onlar ilə dəyişsin, şirniyyata qonaq etsin. Bağçada dostu olsa, körpə oraya daha həvəslə gedər. Bəzi uşaqlar üçün masa arxasında oturaraq, tər‑ biyəçinin tapşırıqlarını yerinə yetirmək dözülməzdir: balacalara fikrini cəmləmək çətindir. Uşağa asan olsun deyə, evdə gündə 10‑15 dəqiqə plastilindən yapma, ap‑ plikasiya və rəsmlə məşğul olun.


77 deyil, verbal şəkildə ifadə edir. Ona görə də oğlunuz və ya qızınızı sıxışdırırlarsa, müvəqqəti olaraq, yaxşı davranış qaydalarını unutmaq olar: övladınıza bir neçə sadə fənd öyrədin ki, lazım gəldikdə, hücumu dəf etməyi və rəqibi gülünc vəziyyətə qoymağı bacarsın.

MƏN TƏYYARƏÇİ OLMAQ İSTƏYİRƏM!

İLK MÜƏLLİMƏM… Müdrik valideynlər məktəb seçərkən onun nüfuzunu deyil, ibtidai sinif müəllimləri haqqında rəyləri rəhbər tuturlar. Çünki birinci sinif şagirdinin oxumaq həvəsi birbaşa müəllimdən asılı olur. Müəllimin xeyirxahlığı, şəxsi cazibəsi və yaradıcılıq fan‑ taziyası möcüzələrə qadirdir. Bir çox birinci sinif şagirdləri məktəbə gələrkən, artıq rəvan oxumağı bacarır, ona görə də birinci rübdə yenidən əlifbanı öyrənmək onlara darıxdırıcı gəlir. Lakin heç də az sayda olmayan uşaqlar, təxminən 30% kiçik yaşlı məktəbli tədrisə çətinliklə qoşulur və pro‑ qramın öhdəsindən gəlmir. Son 20 ildə uşaq beyni evolyusiyaya məruz qalmayıb, amma məktəblərdə fən‑ lərin sayı və tədris olunan materialın həcmi isə astronomik şəkildə artıb. Unutmayın ki, 1‑ci sinfə daxil olmaq uşaqlığın sonu deyil və 6‑7 yaşlı uşaqlar üçün oyunlar əvvəlki kimi böyük əhəmiyyət kəsb edir. Oyun – gün ərzində toplan‑ mış gərginlikdən azad olmağa kömək edir. Ona görə də balaca məktəblinin rejimində mütləq əyləncə və oyun‑ caqlar üçün vaxt qalmalıdır.

MƏKTƏB İLLƏRİ…. 10‑14 yaşında məktəbdən yayınmaq istəyi həmyaşıd‑ larla münaqişələr ilə əlaqədardır. Qruplaşmalara bölün‑ mə, neqativ emosiyaları zəiflərin üzərinə yönəltmək, başqalarını alçaltmaqla özünü təsdiq etmək – bütün bunlar sinifdə özünə yer tapa bilməyən uşaqların həy‑ atını zəhərləyir. Təqib obyekti həmişə cəsarətsiz və itaətkar uşaqlar olur. Və valideynlərin səhvi ondadır ki, onlar haqsızlara və onların valideynlərinə özləri təsir etməyə çalışır. Belə ölçülər qısa müddətli effektə malikdir, ondan sonra təqsirkarların aqressiyası daha da kəskin olur. Valideynlərin müdaxiləsi qəddar uşaqlar üçün qurbanlarının zəifliyi və köməksizliyinin daha bir təsdiqidir. Ona görə də övladınızı öz fikrini müdafiə etməyə və lazım gəldikdə, kiminsə cavabını verməyə öyrətməlisiniz. Psixoloqların fikrincə, 9‑10 yaşından sonra uşaqların 80%‑i öz aqressiyasını fiziki güc ilə

Yuxarı sinfin məktəb proqramı böyükləri belə fən‑ lərin çoxluğu və mürəkkəbliyi ilə çaşdırır. Bu, azmış kimi yuxarı sinif şagirdləri ali məktəblərə qəbula da hazırlaşmağa başlayır. Bu yaşda oxumamaq istəyi yorğunluqdan xəbər verir. Gələcək peşəsini hələ təyin etməmiş yeniyetmələr də oxumağa həvəs göstərmir. Stimulun olmaması onları apatiyaya gətirib çıxarar. Buna baxmayaraq, psixoloqlar təsdiq edir ki, yalnız 13% yeniyetmələr böyüyəndə nə ilə məşğul olmaq istədiklərini bilmir. Qalanları isə onlar üçün cəlbedici peşəni seçir. Düzdür, çox zaman valideynlər övlad‑ larının seçdiyi sənəti nüfuzsuz, az maaşlı və ya riskli hesab edir. Lakin tədrisə marağı qaytarmaq üçün yeniyetməyə seçim azadlığı vermək, onun istedad və qabiliyyətini qəbul etmək lazımdır.

“ZÜLMLÜ” TƏLƏBƏ XƏSTƏLİYİ Kollec və ya ali məktəbin birinci kursunda tələbə azadlıqdan, yeni tanışlıq və təəssüratlardan eyforiya hissi keçirir – nə oxumaq! Lakin birinci kursdan sonra bir çox tələbələr seçdiyi peşədən məyus olur. Onlara elə gəlir ki, seçdikləri peşəyə sahib olmaq üçün çoxlu darıxdırıcı və ilk baxışdan, lazımsız fənn öyrənməli ola‑ caqlar! Bu amillər də onlarda “xəstəlik” kimi təzahür edir. “Xəstəlik” xroniki xarakter almasın deyə, tələbə, artıq “zülmlü” tələbəlik illərindən keçmiş və sevimli peşəsinə qovuşmuş insanlar ilə ünsiyyətə girməlidir. Perspektiv aydınlaşdıqda, bütün zaçot və imtahan çətin‑ likləri asan görünəcək. Əgər yeniyetmə səhv etdiyini və öz yolunu seçmədiyini anlamışsa, ona fikirləşmək imkanı verin.


78

TERMOMETR SINDI… Diqqət! Heç bir zaman civəni kanalizasiya xəttinə axıtmayın!

Civə – zəhərli maddədir. Onun buxarları xüsusi damcılar yaxşı görünür. Fırçanın köməyi ilə ən iri ilə təhlükəlidir (hətta az miqdarda belə): onların civə kürəciklərini kağız zərfin içinə yığın, ən kiçik uzun müddət nəfəsə getməsi sağlamlıq ilə bağlı damcıları isə leykoplastırın üzərinə yapışdırın. ciddi problemlər ilə əlaqədardır, o cümlədən, Toplanmış bütün civəni bankaya yerləşdirin və böyrəklərin zədələnməsi ilə. Qeyd etmək lazımdır ağzını kip bağlayın. Təmizlənmiş səthi yaş qəzetlə ki, maye metalın zəhərli təsiri dərhal və aşkar təza‑ silin, sonra isə manqan məhlulu və ya sabun‑soda hür olunmur, bu səbəbdən də onun təh‑ məhlulu ilə silin və otağın havasını dəyişin. lükəsi artır. Bu məhlullardan bir ilə çirklənmiş Civə qəzasının nəticələrini sahələr ilə yanaşı olan taxta və ya ƏN ÇOX YAYILMIŞ mümkün qədər tez və səliqə ilə metal səthləri də silin ‑ xırda civə aradan qaldırmaq lazımdır. dənəcikləri oraya da keçə bilər. SƏHVLƏRDƏN 1. Termometr sınmış otaqda 1,5‑2 sutkadan sonra dezinfek‑ BİRİNƏ YOL VERMƏYİN: hadisədən sonra sizdən başqa siyaedici məhlulu təmiz su ilə HEÇ BİR ZAMAN CİVƏNİ heç kim qalmamalıdır. yumaq olar. ƏSGİ İLƏ YIĞMAĞA ÇALIŞMAYIN 2. Mümkün qədər tez nəm Ləğv etmə prosesi zamanı tənzif sarığı (o, burun və ağızı təsadüfən civəni basmışsınızsa, – BELƏLİKLƏ SİZ, ONU YALNIZ örtməlidir) və rezin əlcək ayaqqabının altlığını təmizləyin DÖŞƏMƏ ÜZƏRİNƏ YAYACAQ geyin və civənin tənəffüs yol‑ və tünd, demək olar ki, qara VƏ BUXARLANMA SƏTHİNİ ları və açıq dəri səthinə rəngli manqan məhlulu ilə ARTIRACAQSINIZ. düşməsinin qarşısını alın. yuyun. Civə paltarın üzərinə 3. Otağı təcrid edin (qapını kip düşdükdə, onu təcili olaraq bu örtün). qayda ilə təmizləmək lazımdır: əvvəlcə Civəni toplamaq üçün kip qapaqla paltarı 30 dəqiqə ərzində soyuq axar su bağlanan su ilə dolu banka, adi fırça, kağız zərf, altında yaxalayın, sonra 70‑80ºC temperaturda 30 leykoplastır və ya enli skotç, yaş qəzet, əsgi, man‑ dəqiqə də sabunlu‑sodalı məhlulda saxlayın, sonra qan məhlulu (1 litr suya 2 qram kalium perman‑ daha 20 dəqiqə həmin temperaturda qələvi məhlul‑ qanat) və ya sabunlu‑sodalı kokteyl (1 litr suya) da yuyun, sonra yenidən soyuq suda yuyun. hazırlayın. İşə başlamazdan əvvəl civə dağılmış yeri Civə yığıldıqdan sonra aptekə və ya yerli xilaset‑ işıqlandırın, belə ki, işıq civə gölməçəsinə yan mə xidmətinə müraciət edin. Orada sizə civəni tərəfdən düşməlidir. Bu zaman bütün gümüşü haraya aparmağı söyləyər və ya özləri götürərlər.


"Ailə Həkimi" Jurnalı 9 - 2009  

"Ailə Həkimi" Jurnalı Oktyabr - 2009