Page 1

DEKABR

DEKABR

2009

Donuz qripi: nəyi bilmək vacibdir? Ailə həkimi ailənin sirdaşıdır! Bayram süfrəsi


Daha ətraflı səh. 50-də


CAN SAĞLIĞI TİBBİ KÜTLƏVİ JURNAL Dekabr 2009 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə

UNİCEF - Biz kimik? ....................................................... 4 Siqaret çəkmə və gənclik ............................................... 8 Sağlam mühit sağlam həyat deməkdir! (Vahab Məmmədovla müsahibə) ................................. 12 Donuz qripi: nəyi bilmək vacibdir?.............................. 16

Baş redaktor A.Məmmədova Redaktor Rəna Kərimova Məsləhətçilər prof. Mustafa Salihov ATU, “Ailə təbabəti” kafedrasını müdiri Maqsud Qasımov tibb elmləri doktoru Fərid Ələkbərli tarix elmləri doktoru Sədaqət Rüstəmova tibb elmləri namizədi Elman Tarverdiyev Ülviyyə Əliyeva tibb elmləri namizədi “Lider Qadınlar” İctimai Birliyi Dizayner Gülşən Məmmədova Hüquqşünas Səbuhi Abdullayev Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az Ümumi işlər üzrə menecer Natiq Nəbili “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

Gəyirmə əziyyət verir ................................................... 18 1 Dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günüdür .......................................... 20 Orqanizmə dəmir nə üçün gərəkdir? ........................................................ 24 Xəstəliyi necə müəyyən etmək olar? ................................................................... 27 Ailə həkimi – ailənin sirdaşıdır! (Mustafa Salihovla müsahibə) ..................................... 30 Təzyiq altında həyat ..................................................... 37 Hipertonik kriz – xoşagəlməz sürpriz ...................................................... 38 Hipertonikin qidalanması ............................................. 41 Müalicə mütləqdir! ........................................................ 42

REPRODUKTİV SAĞLAMLIQ Əgər ana xəstələnmişdirsə... ....................................... 48

KÖRPƏM Zərərli vərdişlər ............................................................. 52 Uşaqlarda yatıpəncəlilik ............................................... 54


GÖZƏLLİK ONDUR “Xal mənim, ixtiyar mənim” ............................................................................................ 58 Üz cizgiləri və sağlamlıq ................................................................................................... 60

XALQ TƏBABƏTİ Soğanla müalicə ................................................................................................................ 64 Boranı – dərman və kosmetika əvəzinə .......................................................................... 66

QİDALANMA Meyvələrin şahı – ananas ................................................................................................. 67 Çox yeməyin qarşısını necə almaq olar? ........................................................................ 70 Bayram süfrəsi .................................................................................................................. 72

PSİXOLOGİYA Ailə “avtoritarizmi” ............................................................................................................. 78

BU SAYIMIZIN EKSPERTİ MUSTAFA SALİHOV Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru

səh.30


4

Biz kimik? UNICEF Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondudur. BMT‑nin Baş Məclisi bu təşkilata uşaq hüquqlarının müdafiəsini təşviq etmək, uşaqların əsas ehtiyaclarını ö dəmək və onların tam potensiala nail olmaq imkanlarını genişləndirmək səlahiyyəti vermişdir. Əsası 1946‑cı ildə qoyulan UNICEF hazır‑ da ö lkə proqramları və milli komitələr vasitəsilə 191 ö lkədə fəaliyyət gö stərməklə, dünyada uşaqların rifahı naminə işləyən ən bö yük təşkilat‑ dır. UNICEF 1965‑ci ildə gö rdüyü mühüm işlərə gö rə Nobel Sülh Mükafatına layiq gö rülmüşdü. Milli hö kumətlər, dö vlət, ö zəl və qeyri‑hö kumət təşkilatları sektorunda müxtəlif tərəfdaşlarla işləyərək, UNICEF uşaqlar üçün prioritet təşkil edən beş sahədə ‑ uşaqların sağlamlığı və inkişafı, əsas təhsil və gender bərabərliyi, uşaqların müdafiəsi, HIV/AIDS, siyasətin təbliğatı və tərəfdaşlıq sahəsində işləyərək, münaqişələr və digər fö vqəladə hallara da cavab verir.

KÖRPƏNİZİN İNKİŞAFI BARƏDƏ BƏZİ DƏYƏRLİ MƏLUMATLAR Ailədə yeni körpənin dünyaya gəlməsi bütün ailə üçün çox böyük hadisədir. Hər bir ailə uşaq təbəssümü, heyrətamiz körpə məntiqi, sevimli uşaq şıltaqlıqları hesabına daha da möhkəmlənir, həyat başqa və tamamilə yeni əhəmiyyət kəsb etməyə başlayır. Bununla belə, həyata körpə gətirmək həm də məsuliyyətlidir, çünki hər bir valideyn öz körpəsini sağlam, gümrah və iti zəkalı görmək istəyir. Buna nail olmaq üçün valideynlərin bir çox bilikləri öyrənməyə və onları körpələrini böyüdərkən tətbiq etməyə ehti‑ yacı vardır. Körpələrinizin normal inkişafını təmin etmək üçün yiyələnməli olduğunuz biliklər çoxdur və bunların hamısını bir məqalədə əhatə etmək mümkün deyildir. Odur ki, bu məqalədə biz bəzi mühüm məqamlara toxunmağa çalışacağıq. İlk öncə nəzərə alın ki, uşaq ana bətnində,


5 anasının daim onunla olmasına öyrəşir, onun ürək döyüntülərini eşitdikcə özünü təhlükəsiz hiss edir. Odur ki, körpə doğulduqdan sonra da öz anasından heç bir vəchlə ayrılmamalıdır. Körpə qurulandıqdan sonra heç bir şey geyindirilmədən anasının qarnı üzərinə qoyulmalıdır (dəri‑dəriyə təmas) və kürəyi ananın yorğanı ilə örtülməlidir. Bu, bir çox cəhətdən faydalıdır: Bu zaman yeni doğulmuş körpə ilə anası arasında ilk təmas yaranır və bu doğma münasibətlərin mümkün qədər erkən yaranması çox vacibdir; Körpə anasının qoxusunu və ürək döyüntülərini hiss edərək sakitləşir və bir az öncə ana bətnindən “qovulmasından” yaranan stressdən azad olur; Körpənin bədənində xəstəxanada “qılınc oynadan” qərib bak‑ teriyalar deyil, anasının dərisində yaşayan və anadan ana bətnində aldığı və daha sonra ana südü ilə alacağı müqavimət maddələri hesabına onun üçün təhlükə törətməyən bakteriyalar məskən salır; Ana bədəni öz körpəsini soba kimi qızdırır və onun üşüməsinə yol vermir. Bu dövrdə üşüdüyünü heç cür biruzə verə bilməyən və bədən hərarətinin tənzimlənməsi me‑ xanizmləri çox zəif olan körpə üçün isti mühit həyati əhəmiyyət kəsb edir, çünki soyuğun təsiri geri döndərilə bilməyəcək pozğunluqlar silsiləsinin başlanmasına təkan verə bilər; Körpə sakitləşdikdən sonra anasının döşünə doğru “yol tapır” və ana südü ilə qidalanmağa başlayır; Bu erkən ünsiyyət anada doğuşdan sonrakı qanax‑ ma fəsadı ehtimalını azaldır və ana südünün istehsalı üçün optimal şərait yaradır. Körpə doğuş zalından palataya da anasının qucağında gətirilməli və əgər xüsusi tibbi göstərişlər olmazsa elə burada da anası ilə bərabər qalmalıdır. Körpənizin doğulduğu ilk saat ərzində ona ana südü verin, çünki ağız südü deyilən ilk süddə kör‑ pənin mədə‑bağırsaq yollarının və müqavimət siste‑ minin yetişməsinə kömək edən və onu infeksion xəstəliklərdən qoruyan maddələr vardır. Ana südünün verilməsi körpənizi gələcəkdə allergiyalardan qoru‑ yacaq və başqa qidalara qarşı reaksiyaların qarşısını almaqda yardım edəcəkdir. Bundan əlavə, ilk südün tərkibində A vitamini olur, o da bəzi infeksiyaların

ağır halda keçirilməsinin qarşısını alır. Xəstə olduğunuz müddətdə belə körpənizi ana südü ilə qidalandırmaqda davam edin, çünki bu zaman Sizin bədəninizdə yaranan müqavimət cisimcikləri kör‑ pənizi də qoruyacaqdır. Ümumiyətlə, körpələrin qida‑ landırılması üçün ana südündən dəyərli heç bir şey icad olunmayıb və heç vaxt olunmayacaqdır. Beynəlxalq təcrübə göstərir ki, 6 aya qədər kö r‑ pəni yalnız ana südü ilə qidalandırmaq və hətta çay, su, süd, horra belə verməmək məsləhətdir. 6 ayına qədər körpənizin ehtiyacı olduğu hər bir qida maddəsi ana südünün tərkibində vardır. Bu yolla Siz həm körpənizin sağlam və normal inkişafını təmin etmiş olar və həm də onu müxtəlif xəstəlik‑ lərdən qorumuş olarsınız. Körpəyə ana südünü istədiyi vaxt, hətta gecələr belə verməkdən çəkinməyin. Əmin olun ki, körpə qidalan‑ malı olduğu vaxtı Sizdən daha yaxşı bilir. Körpəniz südünüzü nə qədər çox əmsə, Sizin daha çox südünüz yaranacaqdır. Döşlə əmizdirmə aranızda olan yaxın münasibətləri daha da möhkəm edəcək və Siz xoş duyğular keçirəcəksiniz. Bu zaman körpə daha az ağlayacaqdır. Alimlər müşahidə etmişlər ki, ana südü ilə qidalanan uşaqlar çox ağıllı olurlar. Demək olar ki, bütün analar ö z kö r‑ pələrini 6 aya qədər müvəffəqiyyətlə yalnız ana südü ilə qidalandıra bilərlər. Bəzi analar südlərinin olmamasından şikayət edir. Əslində bu daha çox anaların səriştəsizliyindən irəli gəlir. Əvvəla, ana südünün yaranmasında qızıl qayda bun‑ dan ibarətdir ki, ana südü yalnız o zaman yaranır ki, körpə döşdə yaranan südü əmsin. İnsan bədəni elə qurulmuşdur ki, o yalnız ehtiyac olan maddələri istehsal edir. Əgər körpə əmizdirilmirsə və ya ciddi cəhd etmədən ana südünün kifayət qədər olmamasını düşünərək körpəsini əmizdirməyi dayandırırsa, ananın bədəni süd istehsalına ehtiyac olmadığı siq‑ nalını alır və bu proses dayanır. İkincisi ana bilməlidir ki, körpəni döşə düzgün qoymadıqda əmizdirmə həm körpə, həm də ana üçün xoş duyğular əvəzinə ağrı və əziyyətə çevrilir, odur ki, körpənizi əmizdirmədən öncə və hətta hamilə olduğunuz zaman bu barədə həkim məsləhəti almaqdan çəkinməyin. Körpəni əmizdirərkən həm ana, həm də uşaq özlərini çox rahat hiss etməlidirlər, əks halda döşlə qidalanma düzgün vəziyyətdə aparılmır. Nəhayət üçüncüsü, ana bilməlidir ki, hansı hallar onun südünün yaran‑


6 masını sürətləndirə bilər. Bunlara aşağıdakılar aiddir: PEYVƏNDLƏR NƏDƏN QORUYUR • Körpəniz haqqında müs‑ bət fikirlər; Hepatit B sarılıqla keçən hepatitin ən ağır formasından (HB) • Körpənin səsi; BSJ vərəm və onun ən ağır fəsadlarından • Körpəni seyr etmək; OPV ölüm və ifliclə nəticələnən poliomielit xəstəliyindən • Körpəyə toxunmaq və DPT difteriya, tetanus və göy öskürək kimi ağır xəstəliklərdən onu oxşamaq. Odur ki, döşlə əmizdirmə zamanı bütün diqqətinizi kör‑ Ümumiyyətlə, uşaqları iki yaşına qədər və hətta pənizə yönəltməyə çalışın. Bütün bunları bilərsə, hər daha uzun müddət ana südü ilə qidalandırmaq məs‑ bir ana öz körpəsini müvəffəqiyyətlə ana südü ilə ləhət gö rülür. Bu zaman körpənizin 6 ayından sonra qidalandıra bilər. yalnız ana südü onun üçün kifayət etmir. Bu Körpənizə döş verdiyiniz vaxt onunla ünsiyyət dövrdən başlayaraq körpənizə ana südü ilə bərabər qurmaq üçün ən əlverişli zamandır. Bu zaman kör‑ əlavə qidalar verməyə başlayın, həm də bu qidaları pənizin gözlərinin içinə baxın, onu əzizləyin və körpənizin rasionuna tədricən, müəyyən zaman oxşayın. Ona xoş sözlər deyin, nə dediyinizi anlaması çərçivələrini gö zləyərək (təxminən bir həftə) bir‑bir vacib deyil, körpəniz nəvaziş və sevgi dilini çox gözəl əlavə edin. başa düşəcək və Sizə cavab verəcəkdir. Körpənizi yatızdırarkən yastıqdan istifadə Əmzikdən istifadə etməməyə çalışın, çünki bu ilk etməyin və onu arxası və yanı üstə yatızdırın. Onu öncə körpənin döşlə qidalandırılmasında problemlər bilin ki, yatağını yırğalamaq körpənizə ziyandır. yaranmasına səbəb olur. Bilirsinizmi, əmzik bir çox Yatarkən onu bir dəfə sağ, o biri dəfə isə sol yanı üstə hallarda qulaq, burun, boğaz xəstəliklərinin əmələ yatızdırın. Yataqdan düşməməyi üçün körpənizi təh‑ gəlməsinə səbəb olur, dişlərin inkişafına mənfi təsir lükəsiz yerdə yatızdirın. edir və gələcəkdə uşağın gec danışmasına və nitqinin Körpənizlə çoxlu danışsanız, kitab oxusanız, düzgün inkişaf etməməsinə gətirib çıxara bilər. mahnı söyləsəniz, ona toxunsanız, göz təması yarat‑ Bundan başqa əmziyi daima steril, təmiz saxlamaq sanız ‑ körpənizə sevginizi göstərsəniz, o özünü çətin olduğundan ondan istifadə körpədə bağırsaq həmişə çox şən və inamlı hiss edəcəkdir. Bütün bunlar infeksiyaları ehtimalını artırır. onun beynini inkişaf etdirəcəkdir. Düşünməyin ki, körpəniz oxuduğunuz kitabı və ya nəğməni anlama‑ yacaq, önəmli olan odur ki, dediyiniz sözlərin mənasını anlamasa belə bunlar onun beynini inkişaf etdirəcək, körpəniz daha tez danışacaq və gələcəkdə müxtəlif insanlarala daha rahat ünsiyyət quracaqdır. Önəmli olan vacib məsələlərdən biri körpənizi mümkün qədər tez dö vlət qeydiyyatına salmanızdır. Bu sadəcə doğum şəhadətnaməsinin alınması deyil, Sizin körpənizin dövlətimizin bərabərhüquqlu vətəndaşı olmasının tanınması deməkdir. Bu zaman istər dövlətimiz və istərsə də, körpənin valideynləri onun sağlam və hərtərəfli inkişaf etməsi üçün öz üzərlərinə məsuliyyət götürür‑ lər. Məsələn, dövlət artıq peyvənd sifariş edərkən bu körpənin maraqlarını da nəzərə alır, onun üçün sosial yardım ayırır, tibbi və məsləhət xidmətlərini plan‑ laşdırarkən həmin körpə üçün də bu xidmətlərin əlçatan olmasını təmin edir, gələcəkdə onun da təhsil almaq hüququnu təmin edir və s. Odur ki, yeni doğulmuş körpənizin müvafiq dövlət orqanlarında qeydiyyatdan keçirilərək, doğum şəhadətnaməsi almasına gecikdirilə biləcək əhəmiyyətsiz bir prose‑ dur kimi deyil, onun vətəndaş hüquqlarının tanın‑ ması yolunda ən əhəmiyyətli addım kimi yanaşın. Əhəmiyyətli olan digər məsələ körpənizin bütün peyvəndləri vaxtında almasıdır. Bilirsinizmi ki,


7 peyvəndlər körpənizi bir çox təhlükəli xəstəliklərdən qoruyur. Elə xəstəliklərdən ki, inkişaf edərlərsə yük‑ sək ehtimalla ölüm və ya əllilliklə nəticələnirlər. Ona görə də peyvəndlərin vaxtında olunması körpənizin sağlam böyüməsi üçün çox vacibdir. Bəzi ata‑analar peyvəndlərin verə biləcəyi müvəqqəti narahatlıqları düşünərək uşaqlarının peyvənd olunmasına qarşı çıxırlar. Amma peyvənddən sonra ola biləcək müvəqqəti narahatlıq və yüngül qızdırma heç də qor‑ xulu deyil. Onu yaddan çıxarmayın ki, peyvəndlə qarşısı alınan yoluxucu xəstəliklərin fəsadları daha təhlükəlidir. Peyvənd iynə şəklində vurularkən birdəfəlik şprisdən istifadə edildiyindən əmin olun. Aşağıdakı cədvəldə peyvəndlərin vurulma/verilmə vaxtı gö stərilmişdir! Yaşı ilk 12 saat ərzində 4 -7 gün

Peyvənd Hepatit B 0 BSJ-BSG OPV 0

2 aylıq

DPT 1; OPV 1; Hepatit B1

3 aylıq

DPT2; OPV2

4 aylıq

DPT3; OPV3; Hepatit B2

12 aylıq

MMR. Vit A

18 aylıq

OPV-4, DPT-4; Vit A

6 yaş

DT, Qızılca

Gördüyünüz kimi bəzi peyvəndlər yalnız bir dəfə verildiyi halda digərləri körpənizin bədənində xəstəliyə qarşı müqavimət yaratmaq üçün bir neçə dəfə verilir. Əgər körpəniz həmin peyvəndləri göstərilən sayda və göstərilən vaxt fasilələri ilə almasa, həmin xəstəliyə qarşı körpənizdə müqavimət yaranmayacaqdır. Hətta iynə şəklində olsa belə, bir neçə peyvənd eyni gündə vurula və ya verilə bilər.

Bu məqalədə biz körpələrin sağlam inkişafı barədə bəzi məqamlara toxunduq. Ümid edirik ki, bu məlumatlar Sizin üçün faydalı olacaqdır.


8

ə m k ə ç t e r a Siq K I L C N ə G və


9 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Siqaret çəkmə – həm ayrılıqda bir fərdin sağlamlığına, həm də ümumilikdə cəmiyyətə zərər yetirən ən çox yayılmış və dünya miqyaslı kütləvi vərdişdir. Siqaret çəkməyə əhalinin bütün təbəqələri, ən təhlükəlisi qadınlar və gənclər də cəlb olunmuşdur. Bu, cəmiyyətin həm siqaret çəkən, həm də çəkməyən hissəsinin sosial problemidir. Birinci üçün siqaret çəkməyi tərgitmək, ikinci üçün isə – siqaret çəkən cəmiyyətin təsirindən qaçmaq və onların vərdişinə «yoluxmamaq», eləcə də, öz sağlamlığını qorumaqdır, çünki siqaret tüstüsünün tərkibinə daxil olan maddələr yandırılmış siqaretin tərkibindəki maddələrdən və insanın siqaret çəkərək, daxilinə nikotin qəbul etməsindən heç də təhlükəsiz deyil.

Siqaret çəkmə bir bəladır Siqaret çəkmə – asanlıqla əl çəkilə bilən o qədər də ziyansız məşğuliyyət deyil. Bu, əsl narkomaniyadır və bir çoxlarının onu ciddi qəbul etməməsinə görə daha da təhlükəlidir. Nikotin – bitki mənşəli ən təhlükəli zəhərlərdən biridir. Quşların (sərçələr, göyərçinlər) dimdiyinə nikotində isladılmış şüşə çubuğu yaxınlaşdırdıqda, onlar məhv olur. Ev dovşanı nikotin damcısının ¼ hissəsindən, it isə - ½ hissəsindən məhv olur. İnsan üçün ölümcül nikotin dozası 50dən 100mq-dək və ya 2-3 damcı təşkil edir. Məhz bu dozada gün ərzində çəkilmiş 20-25 siqaretdən sonra nikotin qana daxil olur (bir siqaretin tərkibində təxminən 6-8 mq nikotin mövcuddur ki, ondan 3-4 mq-ı qana daxil olur). 30 il ərzində siqaret çəkən insan təxminən 20000 siqaret və ya 160 kq tütün çəkərək orta hesabla 800q nikotin udur. Kiçik, ölümcül olmayan dozada nikotinin sistemli şəkildə udulması siqaretçəkməyə vərdiş, aludəçiliyə gətirib çıxarır. Nikotin orqanizmdə gedən mübadilə proseslərinə daxil olaraq, zəruriyyətə çevrilir. Siqaret çəkən valideynlərin uşaqlarında ömrün ilk ilində bronxit və pnevmoniyaların tezliyi və ciddi xəstəliklərin inkişaf etmə riski artır. Tütün tüstüsü, böyüməkdə olan uşaq üçün vacib olan ultrabənövşəyi şüaları saxlayır, maddələr mübadiləsinə təsir edir, şəkərin mənimsənilməsini çətinləşdirir və C vitaminini parçalayır. 5-9 yaşlarında uşaqlarda ağ ciyərlərin funksiyası pozulur. Nəticədə, dözümlük və gərginlik tələb edən fiziki fəaliyyət qabiliyyəti azalır. Hamiləlik dövründə siqaret çəkən anaların uşaqlarında qıcolmalara meyllilik mövcuddur. Onlar daha çox epilepsiya ilə xəstələnir. Siqaret

çəkən analardan doğulmuş uşaqlar öz həmyaşıdlarından əqli inkişafda da geri qalır. Məlumdur ki: əgər insan gün ərzində 1-dən 9dək siqaret çəkirsə, o öz ömrünü siqaret çəkməyənlər ilə müqayisədə (orta hesabla) 4,6 il azaldır; 10-dan 19-dək çəkirsə – 5,5 il; 20-dən 39-dək çəkirsə – 6,2 il azaldır. Uzun müddət və çox siqaret çəkənlər 13 dəfə artıq stenokardiya ilə xəstələnir, 12 dəfə artıq – miokard infarktı, 10 dəfə artıq – mədə xorası və 30 dəfə artıq – ağ ciyər xərçəngi ilə xəstələnir. Alimlər belə nəticəyə gəlmişlər ki, siqaret çəkmə İKİ dəfə artıq böyüməkdə olan orqanizm üçün zərərlidir, nəinki böyüklər üçün. Siqaret çəkən insanın ürəyi sutkada 15 min dəfə çox yığılır, orqanizmin oksigenlə və başqa zəruri maddələr ilə qidalanması isə zəifləyir, çünki tütünün təsiri altında yeniyetmənin qan damarları daralır. Nikotin öz zəhərliliyinə görə sianid turşusuna bərabərdir. Son illərdə alimlər müəyyən etmişdir ki, siqaret çəkməyən insanlarda siqaret çəkənlərə xas olan xəstəliklər aşkar olunur. Səbəb? Siqaret çəkməyənlər uzun müddət siqaret çəkənlər ilə bir otaqda olmuşlar. Siqaret çəkmə zamanı orqanizmə zəhərli maddələrin 20-25% daxil olur, 50% isə buraxılan tüstü ilə ətraf havaya daxil olur. Belə çıxır ki, siqaret çəkməyənlər də «çəkir». Hətta xüsusi termin yaranmışdır – passiv siqaretçəkmə. Tütün tərəfdarları isnad edirlər ki, bir çox görkəmli insanlar, misal üçün, Darvin, Nyuton, A. M. Qorki, bəstəkar S. V. Raxmaninov və hətta


10 alim-terapevt S. P. Botkin siqaret çəkirdi. Demək, siqaret çəkmə onlara uğur qazanmağa mane olmurdu? Yazıçı A. Düma deyirdi: «…mən öz siqaretimi kənara qoyaraq and içdim ki, bir də heç zaman siqaret çəkməyəcəm. Bu anda mən qətiyyətlə əməl etdim və tamamilə əminəm ki, tütün də, alkoqol kimi beyinə ziyan vurur». L.N.Tolstoy siqaret çəkməyi tərgidərək, belə demişdir: «mən başqa insan oldum. Beş saat fasiləsiz olaraq işləyirəm, sonra isə tamamilə gümrah vəziyyətdə ayağa qalxıram, əvvəllər isə, siqaret çəkərkən yorğunluq, baş gicəllənməsi, ürəkbulanma, başımda duman hiss edirdim…». Dahi həkim S. P. Botkin həris siqaret çəkən idi. O, vəfat edərkən (57 yaş), o, demişdir: «Mən siqaret çəkməsəydim, daha 10-15 il yaşayardım». İlk dəfə siqaret çəkərkən boğazda acışma, ürək döyünməsi, ağızda xoşagəlməz tam əmələ gəlir. Bu, təsadüfi hal deyil, orqanizmin qoruyucu reaksiyasıdır və ondan istifadə edərək növbəti siqaretdən imtina etmək lazımdır. Sənə danışdıqlarımız haqqında düşün. Əgər hesab edirsən ki, siqaretin yetirdiyi ziyan səndən yan keçəcək, - səhv edirsən. Diqqətlə siqaret çəkənə bax, onun üzünün rənginə, dərisinə, barmaqlarına, dişlərinə, səsinə nəzər yetir. Bu zaman tütün zəhərlənməsinin zahiri əlamətlərini görmək olar.

Siqaret çəkmənin ümumi fəsadları 1. Ağ ciyər-tənəffüs sistemi Böyük diametrli tənəffüs yolları nahiyəsində öskürək əmələ gəlir və bəlğəm ifrazı aktivləşir. Kiçik ölçülü tənəffüs yolları iltihablaşır və daralır. Davamlı tüstü təsiri epiteli kiprikciklərinə zədələyici təsir göstərir və onların normal funksiyasını çətinləşdirir. Siqaret çəkənlərin xroniki bronxiti seliyin kiprikcikliklər vasitəsi ilə xaric edilməsinin qarşısını alır. Siqaret çəkənlərin

ağ ciyərlərində çoxlu miqdarda iltihablı hüceyrələr mövcuddur. Astma tutmaları tezləşir və daha ağır formada keçir. Respirator infeksiyaların residivlərinə meyllilik əmələ gəlir. 2. Ürək-damar sistemi Hər çəkilmiş siqaretdən sonra sistolik və diastolik qan təzyiqi artır. Eləcə də, ürəyin vurma sayı və onun dəqiqəlik həcmi artır. Siqaret tüstüsü periferik arteriyaların daralmasına gətirib çıxarır. Bununla yanaşı, siqaret çəkmə trombların əmələ gəlməsinə gətirib çıxaran halların inkişafına səbəb olur, belə ki: trombositlərin sürətli aqreqasiyası və adheziyası; plazmada fibrinogen səviyyəsinin artması və qanın qatılaşması; trombositlərin ömür müddətinin və qanın laxtalanma müddətinin qısalması. Siqaret çəkmə ümumi xolesterin miqdarının qan zərdabı tərkibində və azad yağlı turşular səviyyəsinin plazmanın tərkibində artrmasına gətirib çıxarır. Siqaret çəkmə həmçinin qəfləti ölüm və periferik damarların aterosklerotik xəstəliyi inkişafı riskini gücləndirir ki, bu da öz növbəsində toxumanın ölgünləşməsi və ətrafların amputasiyası riskini artırır. Bununla yanaşı, siqaret çəkmə bilavasitə olaraq, hipertenziya və qanda xolesterin səviyyəsinin artması ilə əlaqəlidir və koronar xəstəlik və ürək-damar xəstəliklərinin inkişaf etmə riskini yüksəldir. 3. Onkoloji xəstəliklər Hələ ötən yüzilliyin 20-ci illərində siqaret çəkmənin onkoloji xəstəliklər ilə əlaqəsi haqqında fikirlər söylənilirdi. Lakin danılmaz sübutlar yalnız 50-ci illərdə əldə edilmişdir. Təcrübə yolu ilə sübut olunmuşdur ki, siqaret tütününün tərkibinə üç qrup kanserogen (polisiklik aromatik karbohidratlar, spesifik tütün nitrozaminləri, radioaktiv elementlər), eləcə də, şişlərin böyüməsini stimullaşdıran kanserogenlər daxildir. Siqaret çəkmə dodaq, ağız boşluğu və udlaq, qırtlaq, qida borusu, traxeya, bronxlar və ağ ciyərlərin bədxassəli yenitörəmələrinin əmələ gəlməsinin əsas səbəbidir. Ağ ciyər xərçəngindən


11 vəfat etmişlərin 95%-i gün ərzində 20-40 siqaret çəkən islahedilməz siqaret çəkən olmuşlar. Qırtlaq xərçəngindən əziyyət çəkənlərin arasında siqaret çəkənlər 80-90% təşkil edir. Siqaret çəkmə və alkoqoldan istifadə etmə qida borusu xərçəngi riskini 9-15 və mədə xərçəngi riskini 9,5 dəfə artırır. Bundan başqa, siqaret çəkmə və sidik kisəsi xərçəngi arasında yüksək əlaqə səviyyəsi aşkar edilmişdir.

göstərir. Siqaret çəkənlərdə daha erkən və daha qabarıq şəkildə üzün qırışması əmələ gəlir, xüsusən, ağız və göz ətrafı nahiyədə. Bir çox siqaret çəkən insanlarda «çəkən adam sifəti», yaxud, qırışlı sifət formalaşır. Üz qırışları üst və alt dodaqlardan düz bucaqlar altında yayılır, yaxud, yanaq və alt çənədə dərin olmayan qırışlar əmələ gəlir.

4. Digər kliniki fəsadlar Siqaret çəkən hamilə qadın özünü mümkün uşaq salma, ölü uşağın və ya aşağı bədən çəkili uşağın doğulması riskinə məruz qoyur. Siqaret çəkənlərin arasında daha çox mədə və on iki barmaq bağırsaq xorası xəstəliyinə rast gəlinir. Bundan başqa, siqaret çəkənlərdə septik xoralar daha çətin müalicə olunur.

Tüstü dəriyə bir neçə yol ilə təsir göstərə bilər. Tüstünün qıcıqlandırıcı kimyəvi maddələrinin zahiri təsiri xroniki çəpgözlük, dərinin quruluğu və ya qıcıqlanmasına, yaxud, birləşdirici toxumanın zədələnməsinə gətirib çıxara bilər. Eləcə də sübut olunmuşdur ki, siqaret çəkmə dərinin elastikliyinin qorunması üçün vacib olan kollagen və elastinə ziyan vurur.

Bir neçə tədqiqatlarda göstərilmişdir ki, tütün tüstüsünə məruz qalma dərinin keyfiyyətinə təsir


12

Hər bir ölkənin demoqrafik inkişafı bütün sahələri əhatə edir və demoqrafik proseslərdə baş verən hər hansı bir dəyişiklik cəmiyyətin inkişafına öz təsirini bir neçə onillikdən sonra göstərir. Ona görə də müasir dünyada öz gələcəyi ilə bağlı ciddi düşünən bütün ölkələr bu məsələyə xüsusi diqqət yetirirlər və Azərbaycanda da demoqrafik sahədə vəziyyətin yaxşılaşdırılması üçün bütün tədbirlər görülür. Bu mövzunun aktuallığını nəzərə alaraq, demoqrafiya və məşğulluq məsələləri ilə bağlı suallarımızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq siyasəti və demoqrafiya" şöbəsinin müdiri Vahab Məmmədova ünvanladıq.


13 - Ölkədə baş verən demoqrafik proseslər onun sosial-iqtisadi vəziyyətini müəyyən edən başlıca amillərdir. İqtisadi və sosial həyatın elə bir sahəsi yoxdur ki, orada demoqrafik proseslərin dəyişilməsi nəzərə alınmasın. Demoqrafik proseslərin dəyişilməsinin özünəməxsus xüsusiyyətləri var və onlar real sosial-iqtisadi vəziyyətlə, bioloji amillərlə, ailənin planlaşdırılması və s. problemlərlə bağlıdır. Digər tərəfdən əhalinin cins-yaş tərkibi, məskunlaşma vəziyyəti, təhsil səviyyəsi və s. müəyyən sosial-iqtisadi problemlər yaradır və onların həllini tələb edir. Buna görə də Azərbaycan hökuməti demoqrafiya və əhali sakinliyi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu təşkilatların sırasında UNFPA – BMT-nin Əhali Fondunun xüsusi rolunu vurğulamaq istərdim. Əsas problemlərin həlli istiqamətində səhiyyənin inkişafı, səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi, qadınlar, gənclər, təqaüdçülər, əlillər kimi əhali qruplarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri olan tədbirləri özündə əks etdirir. - Ölkəmizdə doğum səviyyəsi hansı vəziyyətdədir? - Azərbaycan Respublikası hər zaman yüksək doğum səviyyəsi ilə keçmiş sovet respublikaları arasında seçilib. Lakin son zamanlar

doğumun səviyyəsinin aşağı düşmə meylləri özünü aydın göstərir. Doğum səviyyəsinin azalması əsas etibarı ilə ailə daxilində uşaqların sayının nizamlanması ilə əlaqədardır. Hazırda Avropada olduğu kimi Azərbaycanda da 2-3 uşaqlı ailələrin sayı artır və ailələrdə çoxuşaqlılıqdan orta uşaqlılığa keçid müşahidə olunur. Müasir dövrümüzdə nəsillərin dəyişməsi prosesi keyfiyyətcə yenilənmişdir. Yəni əvvəllər əhalinin artımında təbii-bioloji amillər əsas rol oynayırdısa, indi tədricən sosial amillərin rolu artmış, insanın həyata gəlməsi və yaşaması ictimai münasibətlər müstəvisinə keçmiş, əhalinin təkrar istehsalı ictimai təkrar istehsalın faktoruna çevrilmişdir. - Son zamanlarda dünyanın bir sıra ölkələrində əhalinin ümumi sayında yaşlı insanların səviyyəsi artır. Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir? - Əhalinin yaş-cins strukturu üç əsas prosesin təsiri altında formalaşır: doğum, ölüm və əhalinin miqrasiyası. Əhalinin sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə gətirib çıxarır və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə səbəb olur. Belə ki, cavanların və orta yaşlıların əhalinin ümumi sayındakı xüsusi çəkisinin azalması ən böyük əmək yükünün yuxarı yaşlı əhali qrupunun üzərinə düşməsinə səbəb olur. İnsanların əmək aktivliyi isə çox vaxt onların yaş həddindən asılı olur. Əhalinin

qocalması işləyən əhalinin və tibbisosial xidmət sisteminin demoqrafik yükünü artırır. - Vahab müəllim, əhalinin optimal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinin şərtlərindən biri də yəqin ki, ölüm səviyyəsinin azaldılmasıdır... - Ölüm səviyyəsi ölkənin sosialiqtisadi və mədəni inkişafından, tibbi xidmətin səviyyəsindən də asılıdır. Müharibələri, təbii fəlakətləri, bədbəxt hadisələri, qətlləri, intiharları və digər xarici təsirləri çıxmaq şərti ilə insanların ölümünün əsas səbəbləri müxtəlif xəstəliklərdir. Ölüm səbəblərini təhlil edərkən aydın oldu ki, respublikamızda ölümə səbəb olan xəstəliklər içərisində ən çox yayılanı qan dövranı sistemi xəstəlikləridir. Ümumiyyətlə, insanların sağlamlıq vəziyyəti demoqrafik proseslərin inkişafına, xüsusən də ölüm göstəricilərinin səviyyəsinə güclü təsir göstərir. Ekoloji vəziyyətin də insanların sağlamlığına çox böyük təsiri var. Bakı və Sumqayıt şəhəri də respublikanın ən ağır ekoloji vəziyyəti olan regionlarındandır. Buna səbəb burada yüzlərlə müxtəlif sənaye müəs-


14 sisəsinin, çox şaxəli nəqliyyat sisteminin və radiasiya şüaları yaradan neft mədənlərinin yerləşməsidir. Bunun nəticəsidir ki, bu şəhərlərdə qastrit, tənəffüs sistemi xəstəlikləri, öd kisəsində daş, onkoloji xəstəliklər və s. daha geniş yayılıb. - Ölkəmizdə miqrasiya prosesləri özünü hansı şəkildə göstərir? - İlk olaraq, miqrasiya göstəricilərinə təsir edən çox saylı amilləri sadalamaq istərdim. Onların arasında iqtisadi, sosial (təhsil almaq, nikah bağlamaq və s.), dini, hərbi, ekoloji və s. amilləri göstərmək olar. Əhalinin miqrasiyası cinslər arasında uyğunsuzluğa, doğumun artıb-azalmasına səbəb olur. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonrakı ilk illərdə ölkənin sosial iqtisadi həyatında baş vermiş dəyişikliklər, Qarabağ müharibəsi, mövcud iqtisadi əlaqələrin pozulması, işsizlik və s. problemlər həm daxili, həm də xarici miqrasiya proseslərinin güclənməsinə səbəb olmuşdu. Hazırkı dövrdə isə ölkədəki siyasi sabitlik və sosial-iqtisadi inkişaf xaricə miqrasiya axınını kəskin surətdə azaltmışdır. Əksinə olaraq, iqtisadi artım, insanların sosial rifahının yaxşılaşdırılması ona gətirib çıxarıb ki, Azərbaycana əcnəbilərin axanı çoxalıb. Artıq 3 ilə yaxındır ki, Azərbaycana gələnlərin sayı gedənlərin sayından çoxdur. - Hazırda 10 mindən çox vakansiyanın mövcudluğu barədə məlumat verilir. Ancaq nədənsə işsizlikdən şikayətlənənlər də kifayət qədərdir... - Bu gün işəgötürənlərin təqdim etdiyi tələblərlə işçilərin səviyyəsi uyğun gəlmir. Tələbat var, ancaq təklif zəifdir, tələbata cavab vermir. Düzdür, son vaxtlar bütün dünyada qlobal maliyyə böhranı çərçivəsində böyük sosial problemlər yaranıb, işsizlik halları artıb.

Azərbaycanda isə belə təsirlər demək olar ki, yoxdur. Hətta keçən illə müqayisədə işsizlik səviyyəsi azalaraq, 6,1%-dən 6%-ə düşüb. İlk baxışdan bu böyük rəqəm kimi görünməsə də, bunu kifayət qədər qənaətbəxş saymaq olar. Avropa ölkələrində isə işsizlik səviyyəsi son 9 ayda orta hesabla 5%-ə qədər artıb. Azərbaycanda Məşğulluq Xidməti il ərzində bütün ölkə ərazisində 60-a yaxın əmək yarmarkası keçirir. Ümumiyyətlə, insanların sosial rifahının əsası məhz onların işlə təmin edilməsidir. Çünki əmək qabiliyyətli insan işləməlidir. Bunu təkcə maddi səbəblərlə bağlamaq düzgün deyil. Həm də sosial baxımdan insan cəmiyyətdə öz yerini tapmalıdır. MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Məşğulluq Strategiyasının hazırlanması da təqdirəlayiq haldır. Onun əsasında isə 2007-2011-ci illəri əhatə edəcək “Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı” qəbul edildi. Proqramın ikinci mərhələsi isə 2015-ci ilə qədərki dövrü əhatə edəcək. - Azərbaycanda həm də “Layiqli Əmək” Dövlət Proqramı imzalanıb. Bu barədə nə deyə bilərsiniz? - Biz 2006-cı ildə MDB dövlətləri arasında ilk dəfə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə “Layiqli Əmək” Dövlət Proqramını imzaladıq. Layiqli əmək o deməkdir ki, iş mühiti elə olmalıdır ki, burada həm işçinin məhsuldarlığı önə çıxmalıdır, həm də o sağlam mühitdə fəaliyyət göstərməlidir. Çünki sağlam mühit sağlam həyat deməkdir. Biz sutka ərzində ən az 8 saatı bu iş mühitində keçiririk, bu da kifayət qədər böyük vaxt çərçivəsidir ki, biz bütün mənfi və müsbət cəhətləri hiss edək. Müasir standartlara cavab verən iş yerləri olmalıdır ki, insanlar sağlam olsunlar. Ümumiyyətlə, bu beynəlxalq

təşkilatlar tərəfindən bir tələb kimi irəli sürülür. Bu proqram ilk növbədə əməyin mühafizəsini özündə əks etdirir. İş yerlərində işıqlandırma sistemindən tutmuş, havatəmizləyici sistemə qədər hər şeyə fikir vermək lazımdır. Ekoloji baxımdan yanaşma da onun tərkib hissəsidir. - Son zamanlarda bətnindəki körpənin cinsiyyətinin qız olduğunu öyrənən qadınların arasında hamiləliyi yarımçıq dayandırmaq halları artıb. Sizcə, bu gələcəkdə cinslər arasında disbalansa gətirib çıxara bilərmi və bunu hansısa bir qanunla, normativ sənədlərlə nizamlamağa ehtiyac varmı? - Birincisi hansısa məsələni qanunla qadağan etməklə, onun həllinə nail olmaq düzgün yanaşma deyil. Doğum baxımından assimetriyanın yaranması Azərbaycan üçün aktual deyil. Fikrimcə, təkcə qanunlarla bu məsələni nizamlamaq mümkün deyil. Yalnız bu məsələdə deyil, həyatımızın hər məqamında sırf qanunlara deyil, daxilimizdən gələn səsə qulaq verməliyik. Məsələn, ahıllarla bağlı məsələni nəzərdən keçirək. 25-30 il əvvəl ahıllar evində tənha qocalar azlıq təşkil edirdi. Milli adət-ənənələrə görə buna çox pis baxırdılar. Ancaq indi orada növbələr var. Həmçinin əvvəllər boşanma hallarını, hansısa yetim bir uşağın dilənməsini cəmiyyət, qohumlar, qonşular qəbul etmirdi. Ümumiyyətlə, bütün bəlalar biganəlikdən, məsuliyyətsizlikdən yaranır. Əsas hədəfimiz o olmalıdır ki, özümüzdə bu xəstəliyi müalicə edək. Unutmaq lazım deyil ki, qanun bir çərçivədir, proqram bir istiqamətdir, siyasət isə bir yoldur. Bütün bunları həyata keçirən isə harada işləməyimizdən asılı olmayaraq, bizik. Rəna Kərimova


“İRƏLİ” İCTİMAİ BİRLİYİ

“IRELI” PUBLİC UNION


16

DONUZ QRİPİ nəyi bilmək vacibdir?

Donuz qripi virusu hamının vərdiş etdiyi “mövsümi” A tipli H1N1 qripinin şəkli də‑ yişmiş formasıdır. Ehtimala görə, xəstəlik Meksikada donuzların orqanizmində əmələ gəlmişdir. Yeni növdə adət etdiyimiz H1N1 gen dəstinə insana məlum olmayan heyvanlar‑ dan alınmış genetik material əlavə olunmuşdur. Bu virusun əsas xüsusiyyətləri ondadır ki, bi‑ rincisi, o, hava‑damcı yolu ilə insandan insana keçə bilir və ona görə də, kütləvi epidemiya və hətta pandemiya təhlükəsi ilə qorxuludur, ikin‑ cisi isə, dəyişməkdə davam edir ki, bu da vaksinin yaradılmasını çətinləşdirir.

Nəzərə almaq lazımdır ki, qrip “donuz” adını alsa da, o, termiki emal qaydaları və bişmiş qida ilə yayılmır (qızardılmış və bişmiş ət)!

Donuz qripi xəstəliyinin simptomları mövsü‑ mi qripin adi simptomlarından az seçilir:

• • • • • • • •

Kəskin hərarət artması; Zəiflik; Baş ağrıları; Boğaz ağrısı; İşıqdan qorxu; Quru ö skürək; Zö kəm; Əzələ ağrıları.

Ötən yüzilliyin ən məşhur və insana do‑ nuzlardan keçmiş qrip pandemiyalarından biri “ispanka” adı almış və bütün dünya üzrə 50 milyondan artıq insan həyatına son qoymuşdur. Bir versiyaya görə, xəstəlik amerikalı əsgərlər tərəfindən Avropaya 1918‑ci ilin yanvar‑fevralın‑ da gətirilmişdir. “İspanka” adı təsadüfən yaran‑ mamışdır, çünki onun haqqında ilk məlumatlar mətbuatda məhz İspaniyada meydana çıxmışdır. Bu xəstəlik, olduqca asan yoluxma, sürətli, Qərbi Avropa üzrə kütləvi yayılma, qəfləti başlanğıc və tez‑tez baş verən letal sonluq ilə nəticələnən kəskin gedişat, xüsusən gənc insan‑ ların ondan əziyyət çəkməsi ilə səciyyələnir.


17 Diqqəti immunitetə yönəltmək! Donuz qripinə yoluxmanın profilaktikası tamamilə ənənəvidir – gigiyena tələblərinə riayət etmək, öskürən və asqıran insanlar ilə təmasda olmaqdan çəkinmək, pis əhval və ya xəstəliyin başlanmasına şübhə yarandıqda dərhal həkimə müraciət etmək lazımdır. Profilaktik dozada vitaminlər qəbul etmək, balanslanmış pəhrizə riayət etmək heç də artıq deyil. Ailənizdə xəstə varsa, ona qulluq edərkən, xüsusi maska geyinmək zəruridir, lakin təəssüf ki, o, yoluxmadan tam müdafiəni təmin etmir.

Müalicə Bugün donuz qripinə qarşı cəmi bir neçə effektiv preparat mövcuddur. Lakin özünümüa‑ licə ilə məşğul olmağa dəyməz. Xəstələndiyinizi hiss etdikdə, mümkün qədər tez simptomatik müalicəyə başlamaq, yəni, yatağa uzanmaq, lazım gəldikdə hərarətə qarşı preparatlar qəbul etmək, çoxlu maye içmək və mütləq həkim çağır‑ maq lazımdır!

İmmunitetin möhkəmləndirilməsi üçün fitoyığma Hərəsindən 15q araliya kökü, yemişan meyvəsi, levzeya kökü və 10q gülümbahar çiçəkləri, yataq qan‑ qal otu, bağayarpağı yarpaqları və quşarmudu meyvələrindən ibarət yığma orqanizmi canlandırır və müqavimətini artırır. Bir xörək qaşığı yığımın üzərinə bir stəkan qaynar su əlavə etmək, termosda 6‑8 saat cövhərini almaq lazımdır. Gündə 3 dəfə 1/3 stəkan qəbul edin.


18

GƏYİRMƏ əziyyət verir


19 Mötədillik lazımdır Yağlı və ağır həzm olunan yeməklər ilə zəngin olan süfrədən sonra əmələ gələn qəbul olunmuş qidanın qoxusu və tamı olan gəyirmə, artıq yeməkdən və orqanizmin ona təklif olunanları həzm etməkdə çətinlik ilə üzləşməsindən xəbər verir. Belə hallarda aktivləşmiş kömür qəbul etmək, sonralar isə, öz mədə-bağırsaq sisteminizin davamlığını sınamamaq məsləhətdir.

müalicə olunmamış xoranın çoxsaylı çapıqlanması nəticəsində əmələ gələ bilər və gəyirtidən əlavə, yeməkdən dərhal sonra baş verən qusma, qıcqırma, qarında ağırlıq hissi ilə təzahür olunur. Mədənin pilorik hissəsinin keçməzliyi maddələr mübadiləsinin tam pozulması və kəskin arıqlama ilə təhlükəlidir, onun müalicəsi üçün isə operativ müdaxilə tələb olunur.

Bu vacibdir! Yüksək turşuluqlu qastrit Yeməkdən sonra əmələ gələn “turş” gəyirti, qıcqırma, ərpli dil, qarnın yuxarı hissəsində ağrılar, qəbizlik, iştahasızlıq, zəiflik yüksək turşuluqlu qastrit və mədə xorası üçün xarakterikdir. Bu xəstəliklər nəinki ağrılı, eyni zamanda, qeyri-düzgün həzm prosesi nəticəsində maddələr mübadiləsinin dəyişməsi, orqanizmin bütün sistemlərinə faydalı maddələrin çatışmaması ilə təhlükəlidir ki, nəticədə nəinki mədə, bir çox digər orqanlar da əziyyət çəkir.

Aşağı turşuluqlu qastrit “Lax” gəyirti mədə nahiyəsində ağırlıq və ağrı hissi, ürəkbulanma, qarın işləməsi, arıqlama, qidanın həzm olunması üçün kifayət qədər ferment ifraz olunmaması və bunun nəticəsində qidanın uzun müddət mədə daxilində qalması və çürüdücü qıcqırmanın əmələ gəlməsi aşağı turşuluqlu qastritdən xəbər verir. Belə qastrit mədə xərçənginə gətirib çıxara bilər, ona görə də dəqiq müayinə və mütəxəssis nəzarəti altında aparılan müalicə tələb edir.

Bağırsaq keçməzliyi mümkündür “Lax” gəyirtinin digər səbəbi mədə tərkibinin bağırsaq boşluğuna vaxtında keçməsini tənzimləyən əzələ sfinkterinin - mədənin pilorik hissəsinin keçməzliyidir. Bu xəstəlik vaxtında

Vərdişlərinizi dəyişin! “Boş”, qoxusuz və təmiz, sadəcə hava ilə gəyirti tez-tez yemək vərdişi, çoxlu hava udma, qazlı içkilər və ya siqaret çəkmə ilə əlaqəli ola bilər.

Mədə nevrozu Hava ilə gəyirmə, iştahanın artması və ya pozulması, qıcqırma, bəzən qusma, köp, qurultu və qarında tutma xarakterli ağrılar mədə nevrozundan xəbər verə bilər. Bu xəstəlik ümumi stress fonunda əmələ gəlir. Stress faktoru, sinir sisteminin möhkəmləndirilməsi, sağlam həyat tərzi və rasional qidalanma adətən problemin həllinə kömək edir.

Xroniki xolesistit Çoxlu hava ilə gəyirmə, ürəkbulanma, köp, xüsusən yağlı və bol yeməkdən sonra güclənən sağ qabırğaaltı nahiyədə küt ağrılar, ağırlıq hissi xroniki xolesistit üçün xarakterikdir (öd kisəsinin iltihabı). Gəyirmə acılıq hissi ilə müşayiət olunursa, söhbət öd kisəsində daşların əmələ gəlməsindən gedir. Belə hallarda xəstəliyin kəskinləşmələri, daşların hərəkəti nəticəsində törənən güclü kolika – sancılar ilə müşayiət olunur. Həm adi, həm də öd daşlı xolesistit çox təhlükəlidir, çünki iltihabi prosesin irinliyə keçməsi və hətta qanın zəhərlənməsi ilə fəsadlaşa bilər. Xəstəliyin diaqnostikası çətin deyil – USM-in köməyi ilə aşkar olunur və müalicəyə yaxşı reaksiya verir.


20 Respublika QİÇS-lə Mübarizə Mərkəzi

1 Dekabr Ümumdünya AİDS-lə Mübarizə Günüdür


21 HİV/AİDS-nin simvolu - qırmızı lent ABŞ-da itkin düşmüş 79 əsgərin xatirəsinə görə 1990-cı illərdə bir qrup insan «gözləyirəm» mənasını ifadə edən sarı lenti döşlərinə taxıb gəzirdilər. Həmin dövrdə ABŞ-da 140 mindən çox insan HİV/AİDS-dən dünyasını dəyişmişdi. Lakin bu mövzu ictimaiyyətin diqqətinə çatdırılmırdı. 1991-ci ilin aprel ayında rəssam Frank Mur AİDS probleminə ictimaiyyətin diqqətini cəlb etmək üçün qırmızı lenti yaratdı. Əvvəllər bu lenti öz güc və istedadlarını bu epidemiya ilə mübarizəyə yönəltmək istəyən Visual AİDS – xeyriyyə təşkilatının üzvləri taxırdılar. Çox tez bir zamanda bütün dünyada ictimaiyyət arasında «qırmızı lent» HİV/AİDS problemini yaşayan insanlarla və bu xəstəliklə mübarizədə həmrəylik simvoluna çevrildi.

HİV/AİDS-in təqvimi 1 dekabr 1988-ci ildə London şəhərində əksər ölkələrin dövlət başçıları və səhiyyə nazirlərinin iştirakı ilə keçirilmiş müşavirədə HİV/AİDS-in dünyada çox geniş yayıldığı, insanların sağlamlığına real təhlükə olduğu açıqlanmışdır. 1988-ci ildə BMT Baş Assambleyası AİDS-in artıq qlobal pandemiya xarakteri aldığını nəzərə alaraq, bütün dünyada insanların diqqətini bu məsələyə cəlb etmək üçün BMT-nin 43/15 qətnaməsi ilə 1 dekabr tarixini Ümumdünya AİDS-lə Mübarizə Günü elan etdi. Dünya ictimaiyyəti həmin gün bu problemlə yaşayan insanlarla həmrəyliyini, dünyada AİDS-lə

mübarizəni dəstəklədiklərini nümayiş etdirirlər. Hər il Ümumdünya AİDS-lə Mübarizə Günü epidemiyanın aspektlərindən birini əks etdirən müəyyən bir mövzuya həsr olunur.

Ümumdünya xatirə günü Hər il may ayının üçüncü bazar günündə AİDS-dən dünyasını dəyişmiş insanların Ümumdünya xatirə günü keçirilir. Xatirə günü ilk dəfə 1983-cü ildə SanFransisko şəhərində AİDS problemini şəxsən yaşayan və ondan ciddi narahat olan insanlar tərəfindən təsis olunmuş və keçirilmişdir. O zaman AİDS-dən ölənlərin sayı bir neçə min nəfər olmuşdur. Xatirə günü HİV/AİDS-dən vəfat edən insanların xatirəsinin yad edilməsi, bütün insanların AİDS haqqında düşünmələri, irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin AİDS-dən sığortalanmadığını dərk etmələri üçün keçirilir. Xatirə günü eyni zamanda cəmiyyətin diqqətini bu problemə cəlb etmək, HİV/AİDS-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, geniş ictimaiyyətə HİV/AİDS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

H.Ə.Qədirova Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru


22

Biz hamımız televizora baxır, qəzet oxuyur, radioya qulaq asırıq. Və təbii ki, dünyada yeni təhlükə - donuz qripinin peyda olması haqqında məlumatlıyıq (A qripi virusu – H1N1). 2009 il yazın əvvəllərində mutasiyaya uğranmış virus infeksiyası alovlanmasının Latın Amerikası, yaxud Birləşmiş Ştatlarda yaranması faktı dəqiq məlum deyil. Donuz qripinin bütün simptomları adi qripin simptomları ilə uyğundur. Donuz qripi əzələ ağrıları, yüksək hərarət, baş ağrıları ilə müşayiət olunur. Eləcə də, öskürək, yuxarı tənəffüs yollarının katarı qeyd olunur.


23 Məlum olduğu kimi, xəstəliyin adı qrippe - tutmaq fransız sözündən əmələ gəlmişdir. Uzun müddət xəstəlik inflüensiya adlanırdı (lat. influre – basqın etmək). Qrip virusu bir neçə elementdən ibarətdir. Bu elementlərdən ən əsası iki qlikoproteid- virusun hədəf hüceyrəsinə birləşməsinə cavabdeh olan hemaqlütinin (HA) və daşıyıcı hüceyrə cisminə sirayət etməyə hazır olan virusun qişasını parçalayan neyraminidazadan (NA) təşkil olunmuş, üzəri tikancıqlarla örtülmüş xarici qişadır. İnsanda 4 hemaqqlütinin alttipi – H0, H1, H2, H3 və 2 neyraminidaza alttipi N1 və N2 təyin olunmuşdur. Məhz onlar da A qripi virusunun ştammlarını təyin edir və ağıllı adlar ilə işarələnir N1N1; N2N1; N3N2 və s. Bir antigenin dəyişməsi hər 2-3 ildən bir baş verir. Bu səbəbdən də hər il infeksiyanın simptomatikası ötən ilkindən fərqlənir.

maq və məsləhət verməkdir. Hazırda insanlar daha çox naturopatik preparatlara üstünlük verir (bitki, minerallar əsasında və s.). Uzun illərdir ki, alman həkimləri yoluxucu xəstəliklərin profilaktikası üçün Engystol preparatından istifadə edir. Preparatın tərkibinə iki inqrediyent daxildir (Vincetoxicum hirundinariya- lastoven və Sulfur- kükürd). Bir-birini tamamlayaraq, onlar orqanizmə immunostimuledici və immunomodullaşdırıcı təsir göstərir. Yəni, faqositozu, qranulositlərin funksiyasını və humoral cavabı aktivləşdirir. Amma əsası odur ki, virus infeksiyası alovlanması zamanı immunitetə cavabdeh Engystol preparatının təsiri altında alfa-interferonun induksiyası baş verir. Preparatın həm tablet, həm də ampula forması var. Tablet forması gündə 3 dəfə olmaqla 1 tablet dilaltına, ampula forması isə həftədə 2-3 dəfə 1 ampuladan əzələ daxilinə təyin oluna bilər. Və əlbəttə ki, şəxsi profilaktika tədbirlərinə riayət edin:

Belə ki, E.Kilburn 1975 ildə qeyd etmişdir ki, «İnsan A qripi virusunun hər serotipi dərhal özündən əvvəl gələni aradan çıxarır və özü də sonradan gələn tərəfindən çıxarılacaq». İnfeksiyanın ötürülməsi yalnız hava-damcı yolu ilə həyata keçirilir. Viruslar asqırma, öskürmə, söhbət, tənəffüs zamanı tənəffüs yollarının selikli qişasından böyük qatılıqda ifraz olunur və bir neçə dəqiqə ərzində aerozol şəklində havada asılmış vəziyyətdə qala bilər. İnsanın immun sistemi yaxşı inkişaf etmişdirsə, orqanizm tez bir zamanda infeksiyanın öhdəsindən gəlir və insan ən pis halda yüngül zökəm və ya boğaz acışması hiss edir. Lakin nəzərə alsaq ki, biz ekoloji fəlakət dövründə yaşayırıq və bizim immun sistemimiz infeksiyanın öhdəsindən gələ bilmir. Buna görə də xəstəlik yüksək hərarət, öskürək, zökəm və digər fəsadlar şəklində keçir (misal üçün, pnevmoniya). Qrip epidemiyaları dövründə özümüzə və yaxınlarımıza kömək edə biləcəyimiz yeganə yol – immun sistemini möhkəmləndirməkdir. Preparatların seçimi çox genişdir, bizim isə işimiz məlumatlandır-

1. Asqıran və öskürən şəxslər ilə yaxın təmasdan qaçmaq;

2. Daimi olaraq və yaxşıca əlləri sabun ilə yumaq;

3. İnsanların çox toplandığı yerlər və ictimai nəqliyyatda keçirilən zamanı azaltmaq;

4. Sağlam həyat tərzi keçirmək (yuxudan doymaq, yaxşı və balanslaşdırılmış şəkildə qidalanmaq, fiziki aktivliyi qorumaq). Unutmayın ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən yaxşıdır!

Ünvan: Bakı şəh., 3‑cü mkr., Cavadxan küç., 24 (Memar Əcəmi m.‑nun yanı) Tel./Faks: (0 12) 430 89 89, 430 89 49


24


25 Yorğunluq – ilk zəngdir Süstlük, üşüyənlik və dırnaqların pis vəziyyəti qida tərkibində dəmir azlığı ilə necə əlaqəli ola bilər? İlk növbədə, dəmir qan törəməsi üçün lazımdır, o, hemoqlobin molekullarının tərkibinə daxildir və eyni zamanda, bütün toxumaların oksigen ilə təchizatını təmin edir. Bundan başqa, dəmir maddələr mübadiləsi və DNT sintezinə cavabdeh olan və immuniteti qoruyan bir çox zülalların tərkibinə daxildir. Ona görə heç də təəccüblü deyil ki, bu vacib mikroelementin çatışmazlığı zamanı əhvalımız pozulur və nə isə etmək istəyi olmur. Çox zaman aşkar səbəb olmadan baş ağrıları qeyd olunur, tənəffüs səthiləşir və tezləşir, dad hissiyyatı pisləşir və mədə-bağırsaq xəstəlikləri əmələ gəlir. Hətta isti havada belə biz üşüyürük və infeksiyalara qarşı həssas oluruq. Zahirən dəmir çatışmazlığını qeyri-təbii solğun dəri, qırılan saçlar, dodaq bucaqlarında əmələ gələn çatlara görə aşkar etmək olar.

Anemiyanın qarşısını almaq! Orqanizmdə dəmir çatışmazlığı, zaman ötdükcə proqressivləşərək, 3 mərhələ keçir.

1.

Əvvəlcə qara ciyər, dalaq və sümük iliyində

mövcud olan dəmir ehtiyatları istifadə olunur; 2. Sonra qan hüceyrələri istehsalı azalır;

3.

Sonuncu mərhələdə hemoqlobin səviyyəsi

kəskin azalır və bu, anemiyaya gətirib çıxarır. Yeri gəlmişkən, qan analizləri bu mərhələlərin hər birisini əks etdirə bilər. Təbii ki, anemiya zamanı orqanizmin hüceyrələri kifayət qədər oksigen almır. Orqanizm bu çatışmazlığı həyati vacib orqanlara qan axınını artıraraq və digər orqanların qan təchizatını azaldaraq, müvazinətləşdirir. Nəticədə, bütün orqanizm stress rejimində işləyir ki, bu da bizi xüsusi ilə zəiflədir və biz teztez xəstələnməyə başlayırıq.

Vegetarian olmaq asandırmı? Maraqlıdır ki, Mərkəzi Asiya ölkələrində insanlar daha çox anemiyadan əziyyət çəkir. Ət istehlakı məhdudlaşdırılmayan ölkələrdə vəziyyət xeyli yaxşıdır. Məsələ burasındadır ki, 20-30% dəmiri biz məhz ət yeməklərindən alırıq. Bəs gün ərzində nə qədər dəmir almaq lazımdır? Kişilərə qida ilə 10mq, qadınlara isə – 15mq dəmir qəbul etmək məsləhətdir. Bir tərəfdən, kişilərin orqanizmi bu mikroelementi daha pis mənimsəyir. Lakin digər tərəfdən, qadınlar daha çox dəmir çatışmazlığı hiss edir, çünki menstruasiya, hamiləlik və əmizdirmə zamanı onu itirir. Və burada, yalnız almalar ilə keçinmək olmaz. • Xüsusi ilə maya və kakao-toz (16 mq hər 100 q məhsula), boranı və küncüt tumları (14-15mq) və buğda kəpəyi (10mq) dəmir ilə zəngindir. • Ət məhsullarından mal və toyuq ciyəri (7-8 mq), mal

əti dəmirlə zəngindir. • Eləcə də, paxla və mərci (3 mq), sobada bişmiş kartof və iri üyüdülmüş undan bişmiş çörək (2,5 mq), göbələk və yaşıl noxud da (2 mq) tövsiyə olunur.

Yaşıl çay əvəzinə gicitkən şirəsi Dəmir defisiti bəzi dərman preparatlarının qəbulu nəticəsində (misal üçün, androgenlər aspirin, qlükokortikoidlər) və artıq fiziki iş ilə də törənə bilər. Bundan başqa, bu mineral çətin mənimsənilir, ona görə də onunla zəngin olan məhsulları yemək kifayət deyil. Misal üçün: dəniz məhsulları və balıqdan yalnız 10% dəmir mənimsənilir, ətdən isə – 40-50%. Onun mənimsənilməsinin artırılması üçün ilk növbədə kalsium və heyvan mənşəli zülallar zəruridir (ona görə də vegetarian pəhrizi dəmir defisitinə gətirib çıxarır). Dəmirin mənimsənilməsi üçün xüsusi ilə qiymətli məhsul soğandır. Xalq təbabəti gicitkən şirəsini də tövsiyə edir – yuyulmuş gicitkəni şirəçəkən maşından keçirmək və gündə 3 xörək qaşığı qəbul etmək. Dadına görə o qədər də xoşagələn olmasa da, çox faydalıdır. Onu bal ilə də qəbul etmək olar. Amma öz faydalı keyfiyyətləri ilə məşhur olan yaşıl çay dəmir defisiti zamanı ziyan da yetirə bilər. 2 yaşına qədər uşaqlara ümumiyyətlə çay (nə qara, nə yaşıl) və qəhvə vermək məsləhət deyil. Böyüklərə isə, ət yeməklərindən sonra çay, qəhvə və ya süd içmək məsləhət deyil. Birlikdə onlar orqanizm tərəfindən mənimsənilməyən dəmir birləşmələri əmələ gətirir. Artıq fosfor miqdarı və azalmış turşuluq dəmirin hopdurulmasını pisləşdirir. Onun mənimsənilməsinə çoxlu miqdarda süd məhsulları, yumurta, yağlı bişmişlər də mane olur.

Böyüyən orqanizmə kömək Nə üçün uşaq və hamilə qadınlara çox zaman dəmir ilə zənginləşdirilmiş pəhriz təyin olunur. Məlum olmuşdur ki, onların üçdə bir hissəsi bu mikroelementin defisitindən əziyyət çəkir. Uşaqlarda bu, daha çox intensiv boy artımı dövrlərində baş verir: körpəlik, məktəbə gedərkən və yeniyetmə dövrləri. Hamiləlik zamanı dəmir orqanizmə 1,5 dəfə artıq daxil olmalıdır. Bu, həm ana, həm də dölün inkişafı üçün vacibdir. Anemiya inkişaf etdikdə, vaxtından əvvəl doğuş və ya az çəkili uşağın doğulmasına gətirib çıxara bilər. Çox vacibdir ki, artıq doğulduqda körpənin orqanizmində kifayət qədər dəmir olsun. Bu isə, ilk növbədə, ananın düzgün rasionundan asılıdır. Bundan başqa, doğuş zamanı göbəkbağı pulsasiyası bitməyənədək, onu sıxmaq və bağlamaq olmaz. Hətta tam ana südü ilə qidalanan yeni doğulmuş körpələr anemiyanın inkişafı üzrə risk qrupuna daxildir. Ona görə də, 9 aya qədər inək südü və süd məhsullarına keçmək məsləhət deyil. 6 aylığında isə, artıq körpənin qida rasionuna narın çəkilmiş balıq və paxlalılar, qara ciyər, ət və dəmir ilə zəngin olan digər ərzaqları əlavə


26 etmək lazımdır. Kiçik uşaqlarda bu maddənin defisiti təhsildə çətinliklər, diqqətsizlik, şıltaqlıq və artıq aqressivlik əmələ gətirir. Bundan başqa, dəmir defisiti zamanı qurğuşun mənimsənilməsi artır. Ona görə də, dəmir çatışmazlığı olan uşaqlarda qurğuşun ilə zəhərlənmələrə 3-4 dəfə çox rast gəlinir.

Çox – yaxşı demək deyil ! Qanın analizi zamanı dəmir səviyyəsinin hətta normadan artıq olması aşkar edilə bilər. Lakin artıq dəmir miqdarını yaxşı göstərici kimi dəyərləndirmək olmaz. Axı o, nefrit, kəskin və xroniki hepatit, qurğuşun və ya dəmir

preparatları ilə zəhərlənmə və ya dəmir defisiti ilə əlaqəli olmayan anemiya kimi xəstəliklər zamanı da aşkar oluna bilər. Bundan başqa, qanda dəmir səviyyəsinin artması, estrogen, oral kontraseptiv və bəzi digər tibbi preparatların istifadəsi nəticəsində də baş verə bilər. Digər tərəfdən, qan analizi zamanı aşkar olunan dəmir defisiti, yalnız dəmirdefisitli anemiya simptomu deyil. Digər səbəblər də mümkündür: B12 vitamini çatışmazlığı, kəskin və xroniki qan itirilməsi, yoluxucu xəstəliklər, şişlər, mədə-bağırsaq pozuntuları, qara ciyərin xroniki xəstəlikləri və ya hipotireoz.

Dadlı və faydalıdır Yumşaq küncüt halvası 6 porsiya üçün tələb olunan ərzaqlar: şəkər – 1 stəkan, limon turşusu – dörddə bir çay qaşığı, küncüt – 2 xörək qaşığı, yağ – 1 çay qaşığı, 2 yumurtanın ağı və 1/2 stəkan su. Şəkərin üzərinə su əlavə edilir, qarışdırılır, qaynara düşənədək qızdırılır, köpüyü yığılır, soyudulur. Yumurta ağları qatı köpüyədək çalınır. Soyudulmuş siropu kiçik porsiyalar ilə əlavə edərək, daimi qarışdırmaq və üzərinə limon turşusu əlavə etmək. Hazır karamel-ağ kütləsini təmizlənmiş küncüt tumları ilə qarışdırmaq. Halvanı dərin metallik sferik dibli qabda qarışdırıb çalmaq daha yaxşıdır. Çalınmış kütləni yağlanmış tavada 5 sm qalınlığında lay şəklində yaymaq və hər birisi 50q çəkisində olan kvadrat, romb şəklində kəsmək lazımdır.

Quru meyvələr ilə buğda kəpəyi 100q buğa verilib yumşaldılmış buğda kəpəyi, tumsuz qara gavalı (200q) və kişmişi (100q) ət maşınından keçirmək.

“Paxlalı assorti” supu Orta ölçülü hər tərəvəzdən birini xırda doğrayın və yağda dağlayın: şirin bolqar bibəri, baş soğan, yerkökü, cır havuç kökü. Paxla, noxud və mərcini (hərəsindən 0,5 stəkan) 2 saat ərzində isladın, axar su ilə yuyun və bişənədək 3 l suda qaynadın. Sonra dağlanmış tərəvəzləri əlavə edərək, şorbanı qaynara düşənədək qızdırın, duz və istiot əlavə edin. Masaya gətirərkən, sevimli göyərtinizi əlavə edə bilərsiniz.


27 İştahasızlıq Vitamin B çatışmazlığı, yaxud, ürək, mədə, bağırsaq, böyrəklərin xəstəliyindən xəbər verir.

Qarında ağrılar Göbək nahiyəsi, sonra qarnın aşağı hissəsinə yayılan, ürəkbulanma, üşütmə, qızdırma ilə müşayiət olunan ağrılar – apendisitə şübhə yaradır.

Nəcisdə qan Bağırsağın iltihabı, şiş, babasil, qanaxma, qan laxtalanmasının pozulmasına dəlalət edir. Leykemiya, qara ciyər və ya immun sistemi xəstəliklərinin mümkün əlaməti ola bilər.

Susuzluq Diabet əlamətidir.

Ağız bucaqlarında çatlar Dərinin quruluğu və yorğunluq ilə birlikdə orqanizmdə dəmir çatışmazlığına dəlalət edir.

Dərinin rənginin dəyişməsi Sarılıq qara ciyər və ya dalaq xəstəliyini əks etdirir. Dəri və dodaqların göyümtül çaları ürək xəstəliyi və ya ağ ciyər xərçənginin əlamətidir.

Öskürək 2-3 həftədən artıq davam edirsə, həkimə müraciət etmək lazımdır. Bu, astma, ürək xəstəliyi və ya ağ ciyər xərçənginin nəticəsi ola bilər.

Qaşınma Davamlı qaşınma diabet, göbələk infeksiyaları, əsəb pozuntuları zamanı əmələ gələ bilər. Bu, limfoqranulematoz xəstəliyinin (limfatik sistemin bəd xassəli şiş xəstəliyi) diaqnostik əlaməti də ola bilər.

Göz qapaqlarının titrəməsi Orqanizmdə maqnium çatışmazlığına dəlalət edir.

Ağızdan qoxu Mədə xəstəliyi və ya maddələr mübadiləsi pozuntuları. Diabetin mümkün əlaməti.

Dırnaqların sınması Əl dırnaqlarının üzərində uzununa çatlar mədəaltı vəz, köndələn çatlar – badamcıq vəzisi iltihabı və ya zəif qidalanmanı göstərir. Ayaq dırnaqlarının saralması və qalınlaşması göbələk infeksiyalarını əks etdirir.

Ayaqların şişməsi Bir ayaqda mayenin toplanması limfatik sisteminin iltihabi prosesi ilə, iki ayaqda isə – venaların genişlənməsi ilə əlaqəli ola bilər. Bundan başqa, ürək və ya böyrək xəstəlikləri də mümkündür.

Qulaqlarda küy Adətən, damarların daralması və ya yüksək təzyiqlə bağlıdır.

Bir çox xəstəliklər orqanizmin cüzi siqnallarından başlayır.


28

İnkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri (ÜDX) iqtisadi əlillik və ölümlərin əsas səbəbidir. ÜDX nəticəsində baş verən ölümlərin strukturunda ürəyin işemik xəstəliyi aparıcı yer tutur. XX əsrin ikinci yarısında aparılmış tədqiqatlar ÜDX, hipertoniya xəstəliyi, xroniki ürək çatışmazlığı üçün ümumi olan “risk amilləri” konsepsiyasını irəli sürməyə imkan verdi. Hazırda tütün çəkmə, dislipidemiya, arterial hipertenziya, şəkərli diabet, piylənmə, stress kimi müxtəlif amillər mövcuddur. Son illər bu geniş siyahıya ürək vurğularının sayı (ÜVS) göstəricisi də əlavə olunub. Alim və klinisistlərin ÜVS göstəricisinə marağı nə ilə izah olunur, ÜVS -nın stenokardiya ilə əlaqəsi nədən ibarətdir, gündəlik klinik praktikada hansı rəqəmlərə nail olmaq vacibdir və hansı dərman preparatlarının vasitəsilə buna nail olunmalıdır? Bu suallarla şəhərimizin qonağı, professor Yuriy Lopatinə və bu tədbirlərdə iştirak edən aparıcı mutəxəssislərə muraciət etdik. – Yuriy Mixayloviç, alimlərin və klinisistlərin ÜVS-a artan marağını nə ilə izah etmək olar? – Öncədən qeyd etmək istəyirəm ki, ÜVS insan orqanizminin ümumi vəziyyətinin çox vacib göstəricisidir. Bu fikir yeni deyildir, hələ qədim dövrlərin həkimləri hesab edirdilər ki, ürək vurğularının ritmi az olduqca insanın yaşama müddəti artır. Həqiqətən də, geniş epidemioloji tədqiqatlar sübut etdi ki, ÜVS ümumi və qəfil ölümləri, ürək-damar xəstəliklərindən baş verən ölümləri artıran müstəqil risk amilidir. – ÜVS ilə stenokardiya arasında hansı qarşılıqlı əlaqə mövcuddur? – Stenokardiya ürək nahiyəsində baş verən, kürəyə, sol çiyinə, qola yayılan ağrılar ilə özünü büruzə verir ki, bu da ürək əzələsinə oksigenin yaxşı çatdırılmadığına və miokardda oksigen aclığının

yaranmasına dəlalət edir. ÜVS oksigenin ürək əzələsinə çatdırılması, eləcə də ona olan tələbatın müəyyən edilməsində həlledici amil deyildir. ÜVS-nın dəyişməsi ÜİX və ürək çatışmazlığı simptomlarına təsir edir. ÜİX və ürək çatışmazlığı olan xəstələrdə ÜVS-nı azaldan preparatların müvəffəqiyyətli tətbiqi bu iddiaların doğruluğunu sübut edir. Növbəti müsahibimiz Azərbaycan Tibb Universitetinin klinik farmakologiya kafedrasının müdiri, C.Abdullayev adına Kardiologiya İnstitutunun direktoru, t.e.d., professor Adil Baxşəliyevdir. – Adil müəllim, bu gün ÜVS-nı azaldan dərman vasitələri mövcuddurmu? – Əlbəttə. İlk belə preparatlar hələ keçən əsrin altmışıncı illərində hazırlanmış beta adrenoreseptorların blokatorları və ya betablokatorlar olmuşdu. Bəzi kalsium antoqonistləri də ÜVS-nı azaltmaq xüsusiyyətinə malikdirlər. Son zamanlara qədər ÜVS-nı azalt-


29 maq üçün bu iki sinif preparatlardan istifadə olunurdu. Lakin bu preparatların təsir mexanizmi qeyri-spesifikdir. ÜVS-nı azaltmaqla yanaşı onlar hipotoniya, bronxospazm, erektil disfunksiya, depressiya və digər arzuolunmaz effektlər yaradırlar. Beləliklə, bir tərəfdən kardioloji profilli xəstələrə ÜVS-nı azaldan preparatların təyini göstərişdir (mütləq şərt kimi bir dəqiqədə 55-60 vurğuya nail olmaqdır). Digər tərəfdən real tibbi praktikada beta-blokatorlar və kalsium antoqonistləri vasitəsilə bu məqsədli səviyyəyə nail olunmasının təhlukəsizliyi bir sıra səbəblərdən məhduddur. Bu cür vəziyyət ÜVS-nı sezici olaraq azaldan yeni preparatların axtarışı stimuluna çevrildi. Diskussiyamıza kardiologiya institutunun ÜİX və ritm pozulmaları şöbəsinin müdiri t.e.d., professor Rufulla Abdullayev qoşulur. – ÜVS-nı sezici olaraq azaldan preparatlar mövcuddurmu? – Bu gün biz qətiyyətlə deyə bilərik ki, belə nadir preparat mövcuddur. ÜVS-na sezici təsir göstərən dərman preparatının yaradılması ideyası Fransanın “SERVİER” əczaçılıq şirkətinin hazırladığı “Koraksan” (İvabardin) preparatında öz əksini tapmışdır. Bu preparat kardiologiyada son iyirmi ilin ən böyük innovasiyası hesab olunur. – Koraksanın təsir mexanizminin unikallığı nədən ibarətdir? – Preparatın unikallığı ondan ibarətdir ki, bir tərəfdən preparatın sezici təsiri nəticəsində orqanizmin başqa funksiyalarına təsir etmədən ÜVSnın azalması müşahidə olunur, digər tərəfdən ÜVS yüksək olduqca preparatın təsiri də güclü olur. Belə ki, preparatın eyni dozası ÜVS yüksək olan pasiyentlərdə (misal üçün, bir dəqiqə ərzində 90 vurğu zamanı 20 vurğu azalır) ÜVS az olan (misal üçün, ÜVS bir dəqiqə ərzində 75 vurğu olduqda 10 vurğu azalır) pasiyentlərə nisbətən daha yaxşı effekt verir. Yəni preparat ÜVS -nın məqsədli rəqəmlərinə əldə olunmasını təmin edir. Sonda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş kardioloqu, ADHTİ-nin terapiya kafedrasının müdiri t.e.d., professor Faiq Quliyevə müraciət etdik. – Professor, müasir kardioloji praktikada Karoksan preparatının tutduğu yer haqqında nə deyə bilərsiniz? – Bu ilin avqust ayına kimi stabil stenokardiyası olan xəstələrdə yüksək antiişemik və antianginal effektivlik haqqında danışırdıq. Koraksan preparatının təyini artıq birinci gündən stenokardiya tutmalarını effektiv aradan qaldırır, xəstələr fiziki yüklənmələri

daha yaxşı keçirə bilir. Yəni, xəstələrə ürəkdə ağrı olmadan fəal həyat tərzi keçirməyə imkan verir. Bu ilin avqust ayında Münhen şəhərində Avropa Kardioloqlar Cəmiyyətinin konqresində irimiqyaslı BEAUTİFUL tədqiqatının nəticələri səsləndirildi. Tədqiqat 4 qitənin 33 ölkəsindən, ÜİX olan 11000 pasiyenti əhatə etmişdir. Müəyyən olunmuşdur ki, ÜİX olan pasiyentlərin (artıq mualicə olunmuş) yarısında ÜVS bir dəqiqədə 70 vurğudan artıq olub. Ona gorə də onlarda ÜİX simptomları qalır, hətta BEAUTİFUL tədqiqatının ilk dəfə müəyyən etdiyi kimi bu xəstələrdə miokard infarktının yaranma riski 46% artır. Koraksan preparatının təyini miokard infarktının yaranma riskini 36%, revaskulyarizasiya zərurətini 30% azaldıb. Beləliklə, sübut olunmuşdur ki, cəmi 2 il müddətində Koraksan ilə aparılan müalicə stenokardiya tutmalarını azaltmaqla yanaşı, koronar fəsadların riskini üçdə bir qədər azaldır. ÜVS-nın azalmasının vacibliyini bir də vurğulamaq istərdim. Hamı həm həkim, həm də pasiyent anlamalıdır ki, ÜVS-nın kardioloji xəstələrin müalicəsinin nəticələrinin yaxşılaşmasında böyük əhəmiyyəti var. Hal-hazırda ÜİX-nin müalicəsində bu cür yeni yanaşmanın tətbiqi üçün sübutedici təbabətin tələb olunan bilikləri, ən əsası isə Avropa Kardioloqlar Cəmiyyəti tərəfindən rəsmi tövsiyə olunmuş və dünyanın bir çox ölkələrində qeydiyyatdan keçmiş Koraksan preparatı mövcuddur. Bizə isə ÜİX olan xəstələrin sübut olunmuş üstünlüklərdən istifadə edə bilməsi üçün, mövcud məlumatlara əsaslanan bu yanaşmanı gündəlik praktikamızda istifadə etmək qalır.


30

Dünya ölkələrinin səhiyyə sistemində geniş tətbiq olunan hər ailəyə məxsus “Ailə həkimi” təcrübəsi hələ ki, Azərbaycanda tam təşəkkül tapmayıb. Ancaq artıq bu sahədə bir sıra işlər aparılaraq, nailiyyətlər əldə olunub. Jurnalımızın eksperti Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri, professor Mustafa Salihovla söhbətimiz də elə ailə həkiminin qarşısına qoyulan tələblər, onun gələcək inkişaf perspektivləri barədədir. İlk sualımız isə “Ailə təbabəti” kafedrasının yaranma tarixi ilə bağlı oldu.


31 Dosye: Professor Mustafa Salihov Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və aspiranturanı bitirib. ATİ-nin “Hospital terapiya” kafedrasında əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında ezamiyyətdə olub. 1987-1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş terapevti vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuşdur. 1990-cı ildə bu cəmiyyətin fəxri fərmanı və S.Botkin adına medalı ilə təltif olunub. 1990-2002-ci illərdə “Poliklinik terapiya” kafedrasının müdiri vəzifəsində çalışmış, 2002-ci ildən isə yeni təşkil olunan “Ailə təbabəti” kafedrasının müdiridir. 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının “ailə təbabəti” ixtisası üzrə professoru seçilib. Elmi tədqiqatları ilkin tibbi yardım, Azərbaycanda ailə təbabətinin inkişafı problemləri, tez-tez rast gəlinən xəstəliklərin profilaktika və diaqnostikasına həsr olunub. Ölkəmizdə və xaricdə çap olunan 150-dən artıq elmi əsərin müəllifidir.

- 1990-cı ildə Azərbaycanda terapevtlərin I qurultayını keçirməyə nail olduq. Mən o zaman ölkənin Baş terapevti kimi fəaliyyət göstərirdim. Qurultayda SSRİ-nin bir sıra tanınmış alimləri də iştirak edirdi. Onların bir neçəsi “Poliklinik terapiya” kafedralarının rəhbərləri idilər. O zaman onlar mənə sual verərək, nə üçün bizdə də analoji kafedranın fəaliyyət göstərmədiyi ilə maraqlanırdılar. Doğrudan da, bizdə də belə bir kafedranın yaranmasına ehtiyac var idi. Və biz çətinliklə də olsa “Poliklinik terapiya” kafedrasını yaratmağa nail olduq. 2002-ci ildə isə bu kafedrasının bazasında “Ailə təbabəti” kafedrası təşkil olundu. Daha sonra Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə təbabəti kursu yaradıldı. Bir müddətdən sonra bu kurs “Ailə təbabəti” kafedrası kimi fəaliyyət göstərməyə başladı. Bizim kafedranın əsas məqsədi o deyil ki, Tibb Universitetində ailə həkimi hazırlayaq. Biz diplomaqədərki mərhələdə tələbələrə bu sistemin incəliklərini öyrədirik. Ailə həkiminin ümumi təkmilləşməsi və sertifikasiyası isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kurslarında aparılır. Bizim kafedranın bir xüsusiyyəti də odur ki, bir binada yerləşmir, 15 bazası var. Şəhərin bir çox poliklinikalarında bizim nümayəndələr fəaliyyət göstərir və tələbələrə praktik məşğələlər keçirlər. Əsas məqsəd də odur ki, tələbələr ilkin səhiyyə xidməti ilə yaxından tanış olsunlar.

- Mustafa müəllim, gələcək ailə həkiminin fəaliyyətini indiki sahə həkimlərinin gördüyü işlərlə eyniləşdirmək olarmı? - Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Sahə terapevtlərindən söhbət aparırıqsa, ümumiyyətlə qeyd etmək lazımdır ki, onların nüfuzu aşağı salınıb. O qədər dar ixtisaslar yaranıb ki, hətta hər bir daxili üzvün ayrıca həkimi əmələ gəlib. Amma bir şeyi unuduruq ki, orqanizm bütövdür, bunu xırda hissələrə bölmək olmaz. Mən qətiyyən dar ixtisas həkimlərinin olmasının əleyhinə deyiləm. Ancaq hesab edirəm ki, ilk dəfə xəstəni müayinə edən həkim özü bütün məsələləri müəyyən etməli, xəstəliklər barədə məlumatlı olmalıdır. Misal üçün hazırda biz xəstələndikdə, ilk olaraq sahə terapevtlərinə müraciət edirik. Ürəyimizlə bağlı hansısa bir narazılıq olduqda sahə həkiminin göndərişi ilə kardioloqun qəbuluna yazılırıq. Kardioloq da müayinə edərək, bir neçə dərman yazır və qastoenteroloqun qəbuluna düşməyi məsləhət görür. Qastoenteroloq da bir neçə dərman yazır və başqa şikayətlərə əsasən digər ixtisas həkimlərinin qəbuluna göndərir. Beləliklə, xəstə sanki labirintə düşür. Və getdiyi hər bir ixtisas həkimi hərəsi bir neçə dərman


32 Kanadada ilkin səhiyyə xidməti ilə bağlı elan olunan tenderə mənim də namizədliyim salınmışdı və Azərbaycan həmin tenderin qalibi oldu. Sonrakı müddət ərzində isə Kanadadan gələn mütəxəssislərdən ibarət qrupa məni də məsləhətçi kimi dəvət etdilər. Səhiyyə Nazirliyinin Layihənin İcraçı Qrupu ilə birgə 5 pilot rayonda – Abşeron, İsmayıllı, Ağdaş, Qax və Şəkidə – ilkin səhiyyə xidmətinin problemləri və perspektivləri ilə məşğul olduq. Sonda da yekun hesabat layihəsi hazırlanaraq, 13 yanvar 2009-cu il tarixli əmrlə Səhiyyə Nazirliyinin kollegiyasında təsdiq olundu. Ailə həkimi layihəsi hələ ki, sınaq dövrünü yaşayır. Artıq dünyanın əksər ölkələrində ailə həkimləri təcrübəsi özünü doğruldub. Və mən əminəm ki, Azərbaycanda da bu proses uğurla həyata keçiriləcək. Ümumiyyətlə, Azərbaycanda ailə həkimliyinə keçid mərhələlərlə baş tutacaq bir prosesdir. yazır. Nəticədə xəstənin əlində uzun siyahıdan ibarət reseptlər olur. Bu qədər dərmanı içən bir xəstədə əvvəlkindən də çox şikayətlər başlayır. Hələ üstəlik, bu dərmanları almaq üçün nə qədər maddi vəsait tələb olunur. Ailə həkiminin vacibliyinin əsas cəhətlərindən biri də odur ki, xəstə sonda yenə də onun yanına qayıdır. Və həmin həkim təyinatlara baxaraq öz fikrini bildirir. Həmçinin ailə həkimi öz xəstəsini uzun illər nəzarətdə saxlayır və onun keçirdiyi bütün xəstəliklər barədə məlumatlı olur. Bir sözlə, ailə həkimi ailəyə xidmət edir. Və o, ailənin etibarlı həkimi olur. Mən son zamanlarda yaranan terapevt sözü ilə də bağlı öz iradımı bildirmək istəyirəm. Əvvəllər bizdə terapevt əvəzinə “can həkimi” sözünü işlədərdilər. Mən özüm həkim ailəsində böyümüşəm, hər zaman ətrafımda yüksək savada malik həkimlər olub. Və mən həmişə onlardan terapevt yox, “can həkimi” sözünü eşitmişəm. Əfsuslar olsun ki, biz bu “can həkimi” sözünü unutmuşuq. - Hazırda ailə həkimi sistemini həyata keçirmək üçün hansı işlər görülür? - Bu sahədə çox böyük işlər görülür. Keçən ilin sentyabrın 1-də “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” əmr imzalandı və bu siyahıya ilk dəfə olaraq, “ailə həkimi” vəzifəsi də daxil edildi. Bu böyük bir nailiyyətdir. İl yarım bundan əvvəl isə

- Mustafa müəllim, Azərbaycanda Ailə təbabəti sahəsini yaradıb, inkişaf etdirən biri kimi bu sahədə hansı addımların atılmasını zəruri hesab edirsiniz? - Bizdə Ailə təbabəti kafedrası olsa da, fakültəsi yoxdur. Halbuki Ailə həkimi yetişdirmək üçün ümumi tibb təhsilindən sonra hər hansı 2-3 illik əlavə proqram da keçirilməlidir. Bu fakültədə yüksək səviyyədə ailə tibb bacıları da hazırlanmalıdır. Çünki heç bir ailə həkimi savadlı və peşəkar tibb bacıları olmadan işləyə bilməz. Həmçinin Respublikamızda Ailə Təbabəti Mərkəzi və Səhiyyə Nazirliyinin Baş ailə həkimi mütəxəssisi olmalıdır. Bütün bu məsələləri o, cəmləşdirib, bu işi aparmalıdır. Fikrimcə, gələcəkdə ailə həkimlərinin simpoziumlarının, konfranslarının keçirilməsi də zəruridir. Ailə həkiminin nüfuzunu qaldırmaq, təbliğ etmək məqsədilə rayonlarda da seminarlar keçirilməlidir. Bundan əlavə, ailə həkimlərindən ibarət assosiasiyanın təşkil olunması da müsbət nəticələr verə bilər. Bu baxımdan oxucuların sevimli jurnalı olan “Ailə həkimi”nin də işini yüksək qiymətləndirirəm. Həmçinin bu adda elmi-tədqiqat jurnalının işıq üzü görməsini də çox istərdim.

- Siz həm də ailə həkimlərini yetişdirən bir pedaqoqsunuz. Tələbələrinizdən razısınızmı? - Ailə həkiminin tibbin bütün sahələrindən xəbəri olmalıdır. Ona görə də mən tələbələrimə qarşı çox


33 tələbkaram. Çünki istəyirəm ki, onlar peşəkar həkim olsunlar. Bəzən müəllimlər nəzəriyyəni, xəstəliklərin klassifikasiyanı daha çox tələb edirlər. Düzdür, bunlar da lazımlıdır. Ancaq ilk növbədə tələbə praktik vərdişləri yaxşı bilməlidir. Məsələn, hipertonik kriz keçirən xəstə ona baxan cavan həkimdən hipertoniyanın klassifikasiyasını izah etməyini yox, onun təxirəsalınmaz köməyini gözləyir.

xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edəcək. Bir sözlə, ailə həkimi həm də ailənin yaxın dostu, sirdaşı olmalıdır. Bütün bunlar da öz növbəsində, heç şübhəsiz ki, sağlam həyat tərzinin qurulmasına, insanların öz sağlamlıqlarına diqqət yetirmələrinə və nəticədə xəstəliklərin azalmasına öz təsirini göstərməyə bilməz. Həmçinin gərək gələcək ailə həkimlərinin maaşı da yüksək olsun ki, onlar həvəslə bu işə getsinlər.

- Əvvəllər insanlar arasında müxtəlif xəstəliklər bu qədər geniş yayılmamışdı, xüsusən də cavanlar arasında, sizcə, bunun səbəbi nədir?

- Bir çox alimlər əksər xəstəliklərin qidalanma amili ilə sıx bağlı olduğunu bildirirlər. Bununla bağlı siz nə deyə bilərsiniz?

- Bunlar hamısı sivilizasiya xəstəlikləridir. Bu xəstəliklərin cavan nəsil arasında geniş yayılmasının obyektiv və subyektiv səbəbləri var. Son zamanlarda cavanların o qədər problemləri artıb ki, onlar idmanla məşğul olmağa, aktiv həyat tərzi sürməyə imkan tapmırlar. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblər isə ondan ibarətdir ki, bizdə tənbəllik var. Ayağımızı uzadıb, saatlarla televizora baxırıq, kompüter arxasında həddən çox vaxt keçiririk, oturaq rejimdə çalışırıq, yağlı yeməklər yeyirik, bir sözlə, düzgün həyat tərzi sürmürük, sağlamlığımıza biganə yanaşırıq, zərərli vərdişlərdən qorunmuruq. Bütün bunlar da xəstəliklərin artım dinamikasına təsir göstərir. Əksər xəstəliklərin “cavanlaşması”nda stress və ekoloji faktorların təsiri də danılmazdır.

- Tamamilə razıyam. Xəstəliklərin əmələ gəlməsində qidalanmanın böyük rolu var. Obrazlı desək, demək olar ki, bütün xəstəliklər ağızdan keçir. Vaxtlı-vaxtında yemirik, sulu qidaları az qəbul edirik. Mən özüm ilk növbədə xəstələrimə iynə-dərmandan əvvəl düzgün qidalanmağı, xüsusən də sulu yeməklər yeməyi məsləhət görürəm. Həddən artıq içki qəbul etmək də düzgün deyil. Yediyimiz yeməklərin miqdarını, yemək vaxtını nəzarətdə saxlamalıyıq. Gün ərzində az-az, ancaq tez-tez qida qəbul etməliyik. Qızarılmış, hisə verilmiş qidalardan uzaq olmalıyıq. Bol miqdarda meyvətərəvəz, süd məhsulları yeməyə üstünlük verməliyik.

- Mustafa müəllim, necə fikirləşirsiniz, Ailə həkimi praktikasından istifadə etməklə, maarifləndirmə, düzgün istiqamətləndirmə yolu ilə bu xəstəliklərin azalmasına nail olmaq mümkündürmü? - Əlbəttə. Ailə həkimi bütün problemləri həll edəndən, ailənin bir üzvü kimi olandan sonra, o zaman həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalacaq. Çünki ailə həkimi ailədə olan vərdişləri, genetikada olan problemləri biləcək, vaxtında profilaktik tədbirlər görəcək. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olacaq. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verə bilər. Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olacağı təqdirdə, biləcək ki, bu insana hansısa bir müalicəni tətbiq etmək düzgündür, ya yox. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olacaq. Və bu

- Mustafa Salihov üçün sağlam həyat tərzi nədir? “Ailə həkimi” oxucularına sağlamlıqlarını qorumaq üçün hansı məsləhətləri verərdiniz? - Sağlam həyat ilk növbədə ailədəki, mikromühitdəki müsbət ab-hava ilə bağlıdır. Ailə üzvləri arasında mehribançılıq olduqda, bu insanların sağlamlığına da yaxşı təsir göstərir. İkincisi daim aktiv həyat tərzi sürmək lazımdır. Alkoqollu içkilərdən, siqaretdən və digər zərərli vərdişlərdən, yağlı və şirin qidalardan uzaq olmaq lazımdır. Həyat tərzini yaxşılaşdırmaq üçün mütəmadi şəkildə piyada gəzməli, fiziki işlə məşğul olmalıyıq. Biz gərək bir-birimizi qoruyaq, çalışaq ki, yaxınlarımızla, dostlarımızla, ailə üzvlərimizlə daha çox ünsiyyətdə olaq. Çünki ünsiyyət stressi aradan qaldırır. Yaxşılıq etməyi bacarmalıyıq, kin saxlamamalıyıq. Bu da bizim ömrümüzü uzadar. Ümumiyyətlə, unutmamalıyıq ki, cavanlığımızı necə keçirməyimiz bizim gələcək sağlamlıq durumumuzdan xəbər verir. Rəna Kərimova


34


35 Öskürək – xəstələrin həkimə müraciətlərinə ən çox səbəb olan şikayətlərdən biridir. Bir qayda olaraq, müraciət üçün əsas pasiyentlərin həyat keyfiyyətlərini pozan əzabverici öskürək və ya öskürəklə eyni zamanda yaranan və xəstələri narahat edən digər simptomlardır. Bununla yanaşı öskürək müxtəlif qıcıqlandırıcılara qarşı tənəffüs yollarının normal reaksiyasıdır. Öskürək tənəffüs yollarının artıq miqdarda toplanmış sekretdən və yad hissəciklərdən təmizlənməsinə səbəb olan müdafiə mexanizmi kimi xidmət edir. Yalnız uzun müddət davam edən qeyri-produktiv tutma şəkilli öskürək patoloji xarakter daşıyır. Öskürək – üçlü; dil – udlaq, yuxarı qırtlaq və azan sinirlərin həssas ucluqlarının öskürək reseptorlarından baş beynin kötüyündə «öskürək mərkəzinə» afferent yollara və qayıdan, qırtlaq siniri və onurğa – beyin sinirləri (C1 və C4 ) daxil olmaqla refleksin efferent manqasına malik mürəkkəb refleksdir. Öskürək iltihab, öskürək reflekslərinin kimyəvi və termik qıcıqlanması zamanı yarana bilər, o, sağlam insanlarda da ola bilər. Öz təbiətinə görə öskürək – havanın ağ ciyərlərdən açılmış səs yarığını keçən kəskin axındır. Öskürək dərin nəfəsalmadan başlayır, sonra səs yarığı bağlanır və tənəffüs əzələləri yığılır. Səs yarığının tənəffüs və yardımçı əzələlərin sinxron gərginliyi hesabına döş qəfəsinin daxili təzyiqi artır, traxeya və bronxlar daralırlar. Səs yarığı açılan zaman döş qəfəsi daxili təzyiqin kəskin azalması nəticəsində daralmış tənəffüs yollarında havanın sürətli axını baş verir və bunun nəticəsində selik, yad hissəciklərin traxeya və bronxlardan xaric olması üçün şərait yaranır və beləliklə öskürək bronxların təmizlənməsini stimullaşdırır. Təmizlənmənin təbii mexanizmlərinin pozulması zamanı, məsələn , siqaret çəkənlərdə bu daha vacibdir. Öskürək həyat üçün təhlükəli aritmiyalar zamanı huşun pozulmasının qarşısını almaq qabiliyyətinə malikdir

və ürək vurğularının normal ritminin bərpasına kömək edə bilər. Xarakterinə görə öskürək produktiv (yaş bəlğəm ifrazı ilə ) və qeyri-produktiv (quru) ola bilər. Davam etmə müddətinə görə öskürək kəskin ( 3 həftəyə qədər ), yarım kəskin ( 3 həftədən 8 həftəyə qədər) və xroniki ( 8 həftədən çox davam edən ) formalara ayrılır. Əksər hallarda kəskin öskürəyin səbəbi respirator virus infeksiyalarıdır, bu zaman infeksion-iltihab prosesi həm yuxarı, həm də aşağı tənəffüs yollarında lokallaşa bilər. Belə hallarda öskürək infeksiyanın yayılmasına səbəb olur. Öskürək bir sıra vəziyyətlərin və müxtəlif etiologiyalı xəstəliklərin simptomu ola bilər, belə hallarda öskürəyin yaranmasının başlıca səbəbi tənəffüs yollarının obstruksiyasıdır. Qəflətən yaranmış öskürək həyat üçün təhlükəli xəstəliklərin siqnalı ola bilər. Belə ki, ahıl yaşlı şəxslərdə əsasən digər simptomlar mövcud olduğu zaman (tənəffüsün tezləşməsi, huşun pozulması) hərarətin yüksəlməsi olmadığı halda, kəskin yaranan öskürək həkimi pnevmoniyanın inkişafı istiqamətində ehtiyatlanmağa vadar etməlidir. İstənilən halda qəflətən yaranmış öskürək həkimlərdə həyəcan törətməlidir, əsasən də əgər belə öskürəyi boğulma və ya ürək nahiyəsində ağrı müşayiət edirsə. Xaric edilmiş bəlğəmdə qan izlərinin və ya qanın olması da belə münasibət tələb edir. Qəflətən yaranan qanlı öskürək ağ ciyər arteriyasının trombemboliyasının simptomu ola bilər. Belə öskürəyin səbəbi traxeyada və ya bronxlarda yad cisim qalması ola bilər ( böyüklərdə qida hissəcikləri, diş protezlərinin qəlpələri və ya uşaqlarda oyuncaqların fraqmentləri ). Bütün bunlar təxirə salınmaz həkim yardımı tələb edir. Xroniki öskürək – az həyəcanlı simptomdur, lakin qeyd etmək lazımdır ki, o həmişə xəstəliyin əlamətidir. Xroniki öskürək yüzdən çox müxtəlif xəstəliyin simpto-

mu ola bilər, lakin bu xəstəliklərin də hamısı tənəffüs orqanlarının

patologiyasına aid deyil. Xroniki öskürəkdən əziyyət çəkən pasiyentlərdə 25% hallarda bir neçə patoloji vəziyyətlərin və ya xəstəliklərin mövcud olmasını təyin etmək mümkündür, hansılar ki, hər biri ayrı-ayrılıqda bu simptomun yaranmasına səbəb ola bilər. Öskürək hər şeydən əvvəl mürəkkəb diaqnostik problemdir, belə ki, onun əsasında duran patoloji spektr çox genişdir və hər iki ağ ciyərlərin xəstəliklərini , eləcə də ağ ciyərdən kənar patoloji prosesləri əhatə edir. Öskürəyin əsas səbəbləri çox müxtəlifdir: - Müxtəlif qıcıqlandırıcı ( qazlar, toz və ilk növbədə siqaret tüstüsü ) maddələrlə nəfəs alma ; - LOR- orqanlarının patalogiyaları (udlağın arxa divarı ilə möhtəviyyatın axmasıyla müşayət olunan rinit- «postnasal drip syndrome», - sinusitlər, faringitlər,laringitlər, qulaqda kükürd tıxacı ); - Tənəffüs sisteminin patologiyası (kəskin respirator virus infeksiyaları – KRVİ, bronxların və ağciyərlərin parenximasının zədələnmələri respirator bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi – AXOX, xərçəng, vərəm və s.); - Ürək çatışmazlığının inkişafı ilə müşayiət olunan ürək- damar sisteminin patologiyası; - Mədə-bağırsaq sisteminin patologiyası (QERX); başlıcası isə qastroezofaqeal reflüks xəstəliyi; - Dərman preparatlarının (ACF inhibitorları, amiodaron və başqaları), dərman preparatlarının toz formalarının qəbulu, oksigenlə nəfəs alma zamanı arzuolunmaz effektlər; - Psixo-emosional pozğunluqlar, o cümlədən də psixogen (adəti) öskürək.


36 Siqaret çəkməyənlərdə xroniki öskürəyin əsas səbəbləri postnazal axma, bronxial astma, QERX-dir. QERX respirator təzahürlərinə xüsusi diqqət vermək lazımdır; - Ayıldıqdan sonra səhərlər boğazda qıcıqlanma; - Davamlı öskürək; - Gecələr və ya ayıldıqdan sonra fitli tənəffüs; - Larinqospazm; - Apnoe epizodları; - Vidaci venalar nahiyəsində sıxılma hissiyyatı; - Hiperventilyasiya təzahürləri; - Tənəffüs orqanlarının ən çox simptomlarından biri olmaqla, öskürək həyat keyfiyyətini pisləşdirən ciddi ağırlaşmaların səbəbi ola bilər. Öskürək ağırlaşmaların inkişafına gətirib çıxara bilər, hansılar ki, bir çoxu ciddi həkim diqqəti tələb edir: - Qanhayxırma; - Spontan pnevmotoraks; - Qabırğaların sınıqları; - Diafraqmal və ya qasıq yırtıqlarının formalaşması və ya böyüməsi; - Hemodinamik pozğunluqlar; - Baş ağrıları; - Yuxu ritminin pozulması; - Sidiyin və nəcisin ifrazının pozulması; - Qusma; Öskürəyin səbəbini araşdırarkən diqqətlə toplanmış anamnez mühüm rol oynayır. İlk növbədə aşağıdakı göstərişləri aydınlaşdırmaq lazımdır: - Öskürək neçə müddətdir ki, yaranıb? - Onu respirator infeksiya qabaqlamışdırmı? - Boğulma tutmaları və ya fitli tənəffüs olurmu? - Burundan axma vardırmı, boğazınızı arıtlama tez-tez olurmu ( rinit, sinusit)? - Öskürəkdən başqa qıcqırma, gəyirmə narahat etmir ki (QERX)?

- Risk faktorları vardırmı (siqaretçəkmə, peşə zərərləri, ətraf mühitin zərərli faktorları )? - Xəstə ACF inhibitorlarını qəbul edirmi? Öskürən xəstələr öskürəyin yaranma səbəblərini təyin etmək üçün ciddi klinik laborator və instrumental müayinədən keçməlidirlər. Uzun müddətli xroniki öskürəyin səbəblərinin analizi göstərmişdir ki, 29% hallarda ona səbəb sinusitdir, 26%- bronxial astma,18%- bronxial astma və sinusitin birgə gedişi, 12% xroniki bronxit, 10% QERX və yalnız 5% hallarda digər səbəblər. Heç də təsadüfü deyildir ki, hətta diaqnostikanın yüksək səviyyəsi olan ölkələrdə də ( ABŞ-da) 23% hallarda xroniki öskürəyin səbəbi aydınlaşdırılmamış qalır, bir qayda olaraq, simptomatik müalicə edilir. Nəzərə alınarsa ki, öskürək müstəqil xəstəlik deyil və yalnız hansısa xəstəliyin və ya patoloji vəziyyətin klinik simptomudur ( bir sıra hallarda vahid ). Öskürəyin təbiətini aydınlaşdırmadan bu simptomu aradan qaldırmaq, bir qayda olaraq, səhv müalicə addımıdır. Öskürəyin yaranma səbəblərinin təyin edilməsi zamanı ilk növbədə əsas xəstəliyin etiotrop və ya patogenetik müalicəsi aparılmalıdır. Öskürəklə müşayiət olunan xəstəliyin effektli müalicəsi zamanı bu simptom da itir. Qatı siqaret çəkənlərdə öskürəyin aradan qaldırma üsulu – siqaret çəkmədən imtina etməkdir. Paralel olaraq öskürək əleyhinə və ya bəlğəm gətirici preparatlarla öskürəyin simptomatik müalicəsi aparıla bilər. Öskürək əleyhinə müalicə yalnız o hallarda aparılmalıdır ki, bu zaman öskürək öz müdafiə funksiyasını yerinə yetirmir və tənəffüs yollarının təmizlənməsinə xidmət etmir. Müalicə tədbirlərinin effektliliyi tam olaraq öskürəyi yaradan komponentlərə erkən və məqsədyönlü təsirindən asılıdır. Bu təsiri tam olaraq bronxospazmolitik və bəlğəmgətirici preparat olan Breathe Eazy (Sirop)

göstərir. Bu preparat tənəffüs yollarının obstruksiyasını aradan qaldıraraq, bronxlarda toplanıb qalmış sekretin xaric olmasına şərait yaradır və beləliklə də tənəffüs yollarının təmizlənməsi effektini yaradır. Breathe Eazy preparatının öskürəyə belə effektli təsiri onun tərkibinə daxil olan teofillin (bronxospazmatik və iltihab prosesinin modifiksiyalaşdıran) və qvayfenesinlə (mukosiliar) klirensin yaxşılaşdırılması və patoloji sekretin özüllüyünün azalması ilə əlaqədardır. Breathe Eazy ilə müalicə zamanı torakal simptomlarla müşayiət olunan müxtəlif xəstəliklərin klinik təzahürləri, o cümlədən öskürək və bəlğəm ifrazı daha tez aradan qaldırılır. Sonda qeyd etmək istərdik ki, öskürən pasiyentlərin müalicəsində uğurlar, aydındır ki, əsas xəstəliyin düzgün diaqnostikasından və adevkat müalicəsinin təyin edilməsindən çox asılıdır. Bununla yanaşı yaddan çıxarmaq olmaz ki, xroniki öskürəyin eyni zamanda bir neçə digər səbəblərdən olması da mümkündür və bir sıra hallarda heç də həmişə bu simptomu tez aradan qaldırmaq mümkün olmur. həkim-pulmonoloq, tibb elmləri doktoru Ə. S. Sadıqov ATU, Klinika allerqologiya və immunologiya kursu


37

Qan – hər şeyin başıdır Arterial təzyiq – ürəkdən bütün digər orqanlara gedən qan axınının təzyiqidir. Təzyiqin artması qanın ürək tərəfindən həddən artıq intensiv sürətdə atılması, yaxud damarların və arteriyaların daralması hallarında baş verir. “Yuxarı” təzyiq – ürəyin yığılması zamanı baş verən haldır (bu zaman damar divarlarına olan təzyiq artır), “aşağı” isə boşalma zamanı formalaşır (gərginlik azaldıqda). Bu

Balzak yaşında Hipertoniya çox zaman menopauzanı müşayiət edir. 50 yaşından sonra qadınlarda aterosklerozun əmələ gəlməsinin qarşısını alan, damarları tonusda saxlayan və qanı “qatılaşmağa” qoymayan estrogen hormonunun istehsalı kəskin şəkildə azalır.

simptomlar ümumiyyətlə hipertoniyaya xasdır: zəiflik və ürək bulanması, baş ağrısı, qulaqlarda küy, gözlərdə sancı hissi, soyuq tərləmə, ətrafların keyiməsi, yuxusuzluq

Diaqnostika qaydaları Təzyiqi sakit vəziyyətdə hərəkət aktivliyinin dayanmasından 10 dəqiqə sonra, oturaq və ya uzanıqlı vəziyyətdə ölçmək lazımdır. Ölçü cihazının köpdürülmüş manjeti qan axınının qarşısını aldıqda, havanı astaca buraxmaq lazımdır, bu zaman manjetdə təzyiq azalır və müəyyən bir anda xüsusi səs əmələ gəlir. Bu, o deməkdir ki, hələ sıxılmış arteriyada qan dövranı bərpa olunmayıb, cihazın displeyində isə yuxarı təzyiqi əks etdirən rəqəm görünür. Bu səs arteriya “açıldıqda” və qan dövranı tam bərpa olunduqda kəsilir. Bu zaman cihaz aşağı təzyiqi göstərir. Göstəricilər dəyişə bilər: yuxarı təzyiq üçün 100-dən 140-dək və aşağı təzyiq üçün 70-dən 90-dək. Əgər təzyiqin 140/90-dan yuxarı artması müntəzəm şəkildə baş verirsə, söhbət hipertoniyanın əmələ gəlməsindən gedir. Yaş xüsusiyyətləri Orta yaş hipertoniyası əsasən, kişi xəstəliyidir. Onun səbəbi – ürəyi tezləşmiş rejimdə işləməyə vadar edən stress, alkoqol, siqaretçəkmə, ateroskleroza səbəb olan tez-tez və yağlı qida ilə qəlyanaltı etməkdir ki, nəticədə, damarların divarı yağ piləkləri ilə örtülür, arteriyanın mənfəzi daralır və qan axını daha dar kanaldan keçir. Bu halın əsas simptomları – yuxusuzluq, təngnəfəslik, ürək döyünməsi və həyəcandır. Bu hipertoniyanı həyat tərzinin tənzimlənilməsi, bəzən də, medikamentoz müalicə, misal üçün, beta-blokatorlardan istifadə etməklə hələ müalicə etmək mümkündür. Bu mərhələdə hipertoniyaya əhəmiyyət verməmək təhlükəlidir, çünki insult, infarkt, böyrək çatmamazlığı, qara ciyər problemləri, korluğa gətirib çıxara bilər.

Əlli yaşından sonra qadınlar tədricən öz “müdafiəçilərini” itirir və hormonal dəyişikliklər nəticəsində damar xəstəliklərinə daha tez məruz qalır. Bu dövrdə hipertoniyanın ən bariz simptomları baş ağrıları və ürək bulanmadır ki, çox zaman onlar diqqətdən kənarda qalır. Bir çox hallarda xəstəliyin uğurlu müalicəsi üçün əvəzləyici hormonal terapiya tələb olunur. Klimaks dövründə hipertoniyanın müalicəsi və profilaktikası üçün digər məsləhətlər başqa hallarda olduğu kimidir. Qocalıq – sevinc deyil Ahıl yaşda hipertoniya damarların aşınması, ürək əzələsinin zəifləməsi, altmış yaşından sonra inkişaf edən ateroskleroz ilə əlaqəlidir. Zəiflik, qulaqlarda küy, soyuq tər və gözlərdə sancı hissi - bu xəstəliyin qocalıqda təzahürləridir. Tez-tez təcili tibbi yardım tələb edən hipertonik krizlər, kəskin təzyiq sıçrayışları baş verir. Pəhriz və mötədil fiziki yük bu halda zəruri olan medikamentoz müalicə üçün yaxşı təməl yaradır. Körpə gözləyiriksə Hamilələrin hipertoniyası da çox rast gəlinən haldır. Onun bariz əlamətləri – ödemlər, üzün “yanması”, hissiyyatların tutqunluğu. Bu hipertoniyanı hormonal dəyişikliklər, orqanizmdə maye miqdarının, qan həcminin və nəticə etibarı ilə ürək üzərinə düşən yükün artması törədir. Bu hal doğuşdan sonra keçir, lakin hamiləlik zamanı mütləq müalicə tələb edir.


38


39 Dəqiq diaqnostika

Hipertonik xəstəliyin gedişatı çox zaman hipertonik kriz adlanan və arterial təzyiqin sürətlə artması və sinir-damar reaksiyaları ilə xarakterizə olunan kəskinləşmələr ilə müşayiət olunur. Bir çox hipertoniklər təzyiqin çox yüksək rəqəmlərə qədər artmasını qeyd edir. Lakin çox zaman bu ümumi əhvala heç bir təsir göstərmir. Belə bir vəziyyət hipertonik kriz adlana bilməz. Kriz haqqında yalnız o zaman danışmaq olar ki, kəskin təzyiq artması güclü baş ağrıları, baş gicəllənməsi, ürəkbulanma, qusma ilə müşayiət olunur.

Nə baş verir? Arterial təzyiqin kəskin artması praktiki olaraq, bütün sistem və orqanlarda qan dövranının əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunur. Xüsusən əziyyət çəkən ürək-damar sistemi, beyin, ağ ciyər, böyrəklər, sinir sistemidir.

Nə üçün belə olur? Çox zaman hipertonik kriz əsəb-ruhi gərginlik, eləcə də, hipertoniya zamanı kardioloqun təyin etdiyi həyat tərzinin pozulması nəticəsində törənir. Misal üçün, o, alkoqoldan sui-istifadə, siqaret çəkmə, təyin olunmuş dərmanların özbaşına ləğv edilməsi, qida rasionunda xörək duzunun çoxluğunun nəticəsi ola bilər. Bəzi hallarda, meteohəssas xəstələrdə hipertonik kriz hava şəraitinə reaksiya kimi inkişaf edir. Bəzən də, hipertonik kriz hipertoniyanın ilk təzahürü ola bilər. Bu vəziyyəti də yuxusuz gecə, daimi az yatma, xoşagəlməz söhbət, siqaret tüstülü otaqda qalmaq törədə bilər.

Adətən, hipertonik kriz aşağı (diastolik) təzyiqin 120 mm.c.s.dan çox qalxması zamanı təyin olunur. Lakin arterial təzyiq ölçüsünün hipertonik kriz üçün ən etibarlı göstərici olduğunu demək olmaz. Bəzi hallarda hipertonik kriz əlamətləri arterial təzyiqin az artması fonunda da aydın şəkildə aşkar oluna bilər. Və əksinə: bəzi xəstələrdə hətta hüdudlar xaricində olan arterial təzyiq ölçüsü belə hipertonik kriz əlamətləri ilə müşayiət olunmur. Ona görə də, mütəxəssis məsləhəti mütləq lazımdır.

Xəstəyə necə kömək etmək olar?

hipertoniyaya qarşı müalicə almamışsa, güclü təsirli dərman vermək olmaz. Bu tabletlər təzyiqi kəskin şəkildə endirə bilər. Hipertoniyadan müalicə olunursa, həmin tabletləri, maksimal sutkalıq dozadan artıq olmamaq şərti ilə vermək olar. •Çox güclü baş ağrıları zamanı sidikqovucu preparat tableti qəbul edin. •Döş qəfəsi nahiyəsində güclü ağrılar zamanı dilin altına nitroqliserin tableti qoymaq lazımdır.

Kollaps olmasın deyə Hesab edilir ki, bir saat ərzində arterial təzyiqi 10 mm.c.süt.-dan artıq endirmək olmaz. Hipertonik krizdən müalicə etməkdə məqsəd – arterial təzyiqi əvvəlki səviyyəyə qədər endirməkdir. Endirmə səlis və asta aparılmalıdır, çünki AT-in kəskin enməsi zamanı kollaps qeyd oluna bilər. Kollaps - AT-in kəskin enməsi və huşun itirilməsi ilə müşayiət olunan vəziyyətdir.

•İlk növbədə, təcili yardım çağırmaq lazımdır. Çünki belə vəziyyət təhlükəlidir və ixtisaslı tibbi yardım tələb edir. •Təzyiqi ölçün. Xəstə üçün hansı təzyiqin vərdişli olmasını aydınlaşdırın. Əgər o, öz “işçi” təzyiqini bilmir, arterial təzyiq ölçüsü isə, 150/90-dan Fitomüalicə artıqdırsa, pis əhvalın səbəbini • 2 xörək qaşığı moruq və qara qarağat hipertonik kriz meyvəsi və yarpağının üzərinə qaynar su ilə əlaqələndirəlavə etmək, 3 saat dəmləmək, süzmək və mək olar. gündə 4 dəfə 1 stəkan içmək; •Xəstəni • 1 xörək qaşığı sürvənin üzərinə 2 stəkan yarım oturaq qaynar su əlavə etmək, 2 saat dəmləmək, vəziyyətdə, süzmək və gündə 4 dəfə yeməkdən 15 yaxud başının dəqiqə qabaq yarım stəkan içmək; altına hündür yastıq qoymaqla • 1 çay qaşığı ağ bağamburc yarpağının üzərinə 1 stəkan soyuq qaynadılmış su əlavə uzadın. •Sakitləşdirici etmək, 12 saat saxlamaq, süzmək, gündə 3 dərman verin. dəfə yeməkdən 20 dəqiqə qabaq üçdə bir •Ayaqlar stəkan içmək. üçün isti vanna etmək, xardal yaxması ilə də olar: yaxmanı boyun və ənsə nahiyəsinə, qrelkanı baldırlar üzərinə qoymaq olar. •İnsan əvvəllər


40 BİLMƏK FAYDALIDIR! Krizlərdən qaçmaq üçün: Həkim-kardioloqun yanında qeydiyyata düşün və ürəyinizi müayinə edin; • Təzyiqinizi eyni rəqəmlər çərçivəsində saxlamağa çalışın, əsasən, 140/90 mm. c. süt. –dan çox • olmamaq şərti ilə. Təzyiqi daimi nəzarət altında saxlamaq və hipertoniyaya qarşı dərmanlar qəbul etmək lazımdır, onları yalnız həkim təyin etməlidir; Dərmanları hər gün qəbul etmək lazımdır; • Xörək duzundan imtina edin; • Alkoqolun qəbulunu azaldın. Yalnız qırmızı quru şərab içmək olar; • Çoxlu tərəvəz, qaysı qurusu, qreypfrut, yağsız kəsmik, pendir, balıq istifadə edin; • Heyvan mənşəli yağlardan imtina edin; • Gün ərzində 1-1,5 saatdan az olmayaraq piyada gəzin; • Stresslərdən qaçın; • Siqaret çəkməyin. •

Təzyiqin düzgün ölçülməsi 1. Ölçülməni sakit yerdə, cihazın ölçüləri qeyd etdiyi anda danışmamaq və tərpənməmək şərti ilə aparmaq lazımdır, əsəbisinizsə, təzyiq dəyişə bilər; 2. Təzyiqi hər gün eyni vaxtda və gün ərzində bir neçə dəfə ölçmək lazımdır; Təzyiqin ölçülməsindən əvvəl yemək, siqaret 3. çəkmək, qəhvə, çay və alkoqollu içki içmək olmaz; 4. Otaq soyuq olduqda, insan həyəcanlı, yuxulu olduqda və ya qəbizlikdən əziyyət çəkdikdə arterial təzyiq artır; 5. Vanna və ya duş qəbul etdikdən sonra təzyiqi ölçməyin; 6. Arterial təzyiq 5-6 dərin nəfəs almadan sonra stabilləşir. Tənəffüsünüz sakitləşənədək təzyiq ölçməyin.


41 Duzsuz Xörək duzundan istifadəni kəskin şəkildə məhdudlaşdırmaq və ya rasiondan tamamilə xaric etmək lazımdır. Ondan tamamilə imtina edə bilmirsinizsə, sidikqovucu preparatlar qəbul etmək lazımdır.

Nə yemək olmaz? Yüksək təzyiqi olanlara ət məhsulları, lobya, noxud yemək olmaz. Təzə çörəyi suxari və ya düyü ilə əvəz etmək yaxşıdır. Maye qəbulunu da məhdudlaşdırmaq lazımdır. İçki keyfiyyətində südturşulu məhsullardan istifadə etmək yaxşıdır.

Bu isə mütləqdir! Rasionda kalium və yod kimi minerallar, eləcə də maqnium və fol turşusu olmalıdır. Misal üçün, orqanizmdə kalium defisiti təzyiqin artmasına gətirib çıxarır. Banan, qaysı qurusu, kişmiş, qara gavalı, ispanaq, suda bişmiş qabıqlı kartof, balqabaq kimi ərzaqların tərkibində çoxlu miqdarda kalium mövcuddur. Bu məhsulları səhər ac qarına qəbul etmək daha yaxşıdır.

Əsas element Hipertoniyadan əziyyət çəkənlər öz rasionuna kalsium və maqnium daxil etməlidir. Kalsium süd, yoqurt, pendir,

brokkoli kələmi, balıq sümüklərində, maqnium isə düyü, herkules yarması, kartof, yoqurt, lobya, banan, balıq ətinin tərkibində çoxdur.

Bəs şirniyyat? Xüsusi diqqəti balın üzərinə yönəltmək lazımdır, çünki o, qanın tərkibindən artıq mayeni çəkərək, qan təzyiqini endirir. Balı həm yeməkdən əvvəl, həm də sonra istifadə etmək olar.

Sarımsaq – xəstəliklərin düşməni Sarımsaqdan daimi istifadə etdikdə, arterial təzyiq enir, damarlar lipoid çöküntülərdən və şlaklardan təmizlənir. O, koronar və periferik damarları genişləndirir, diurezi artırır, ürək fəaliyyətini canlandırır, ürək nevrozunu aradan qaldırır. Gündə 3 diş sarımsaq yemək kifayətdir.

Giləmeyvə Qırmızı qarağatın tərkibində çoxlu miqdarda faydalı mikroelementlər, C və PP vitaminləri, üzvü və aşılayıcı maddələr, ikivalentli dəmir və mis mövcuddur. Sonuncu maddə qantörəmə prosesində vacib rol oynayır. Bu səbəbdən, qırmızı qarağat hipertoniya və anemiyalı xəstələr üçün faydalıdır. Qırmızı quşarmudu giləmeyvələri də çox xeyirlidir.


42

MÜALİCƏ Hipertonik xəstəliyin məkrliyi ondadır ki, o, xəstənin özü üçün xəlvəti keçə bilər. İnsanı epizodik baş ağrıları, əsəbilik, baş gicəllənmələri narahat edir, yaddaş pozulur, iş qabiliyyəti enir. İstirahət etdikdən sonra, o, bu simptomları müvəqqəti olaraq hiss etmir və onları adi yorğunluq əlamətləri kimi qəbul edərək, illərlə həkimə müraciət etmir. Bu zaman isə xəstəlik inkişaf edir.

QEYD: Medikamentoz müalicənin əsas prinsipi – fasiləsizlikdir. Heç zaman preparatın qəbulunu kəskin şəkildə dayandırmaq olmaz, çünki bəzi xəstələrdə hətta müvəqqəti fasilələr miokard infarktı və beyin insultu kimi qorxulu fəsadlar ilə nəticələnə bilər.


43 Pis proqnoz Qan təzyiqinin tənzimlənməsi funksiyasının pozulması kimi başlayaraq, hipertonik xəstəlik sonradan daxili orqanların müxtəlif xəstəliklərinə gətirib çıxarır. Arterial hipertoniya ömür qısalmasının əsas səbəbləri arasında qabaqcıl yer tutur, çünki həyat üçün təhlükəli olan stenokardiya, miokard infarktı və insult kimi xəstəliklərin inkişafına səbəb olur. Hipertonik xəstəliyi həmişəlik müalicə etmək mümkün deyil, lakin ona nəzarət etmək olar.

Yumşaq və mötədil hipertoniyanın müalicəsi Yumşaq hipertoniya öz fəsadları ilə təhlükəlidir. Hipertoniklərin əksəriyyəti məhz yumşaq hipertoniya formasından əziyyət çəkir – 70%-ə qədər – beyin qan dövranı pozğunluqlarının 60%-i də onların payına düşür. Bundan başqa, hipertoniya ilə əlaqədar letal nəticələrin 25%-i xəstənin təzyiqi 140/90 mm c.st.-dan yüksək olmadığı hal-

larda baş verir. Yumşaq və mötədil hipertoniyanın müalicəsi mərhələli şəkildə aparılır. Birinci mərhələ AT-in qeyri-medikamentoz terapiyasına az duzlu və az yağlı pəhriz, normalaşdırılmış fiziki gərginlik, tütün və alkoqoldan imtina, autotreninq və refleksoterapiya, eləcə də, akupunktura, fitoterapiya, elektroyuxu və hətta klassik və relaksasion musiqi ilə müalicə daxildir. Pasiyentin anamnezində ağırlaşdırıcı amillər mövcuddursa (hipertonik krizlər, kəskin təzyiq dəyişmələri, ürəyin sol mədəcik hipertrofiyası, koronar arteriyaların aterosklerozu

və s.), diaqnozun dəqiqləşməsindən dərhal sonra dərman terapiyası təyin olunur. İkinci mərhələ Qeyri-medikamentoz müalicə və bir dərman preparatı. 1ci mərhələnin 3-4 ayı ərzində davamlı müsbət nəticələr qeyd olunmursa, dərman terapiyasına başlamaq lazımdır. Adətən, müalicə bir preparat ilə və minimal tövsiyə edilmiş dozada başlayır. Preparatın düzgün seçiminin böyük əhəmiyyəti var. Üçüncü mərhələ Preparatların kombinasiyası və həyat tərzinin korreksiyası. Adətən həkim pasiyenti mümkün qədər uzun müddət monoteraiya ilə saxlamağa çalışır. Preparatın dozasının tədricən artması zamanı təzyiq normallaşmırsa, başqa qrupdan olan preparat və ya müxtəlif qrupdan olan iki preparat kombinasiyası ilə müalicə təyin olunur.

Dərmanları necə qəbul etmək lazımdır Dərman terapiyasının effektivliyini artırmaq üçün nəzərə almaq lazımdır ki, preparatın tez təsiri, onun yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul olunması ilə təmin olunur, çünki dərmanın sorulması bağırsaqda baş verir. Preparat yemək vaxtı qəbul edilirsə, qida isti olmalıdır, çünki bu zaman

onun mədədən evakuasiyası prosesi tezləşir. Yüksək zülal tərkibli qida qəbulu preparatın terapevtik effektini azaldır. Preparatları 50-100 ml miqdarda qaynadılmış su ilə içmək məsləhətdir.


48

Əgər ana XƏSTƏLƏNMİŞDİRSƏ...

Əmizdirən ana xəstələnirsə, ona xəstəlik dövründə uşağı ana südü ilə qidalandırmağı kəsmək məsləhət görülür. Çox zaman hesab olunur ki, yüksək hərarət zamanı və ana dərman preparatları qəbul edərkən də, uşağı ana südü ilə qidalandırmaq olmaz. Bu mülahizələr ana südü ilə qidalandırma anlayışı olmayan insanlara məxsusdur. Həyatının birinci ilində olan uşaqların qidalandırılmasına həsr olunmuş ÜST-nın bülleteninə istinad etmək istərdik: “Ananın sağlamlığında olan problemlərə baxmayaraq, laktasiyanın etibarlı şəkildə davam etməsi çox qəribədir. Ana südü ilə qidalandırma yalnız ananın ağır xəstəlikləri

olduqda əks-göstərişdir, misal üçün, ürək çatışmazlığı və ya böyrək, qara və ağ ciyər xəstəlikləri zamanı”. Süd ilə əmizdirən qadında adi virus infeksiyası aşkarlanıbsa (soyuqlayıbsa), o, uşağı əmizdirməyə davam edə bilər. Onun üçün və onun körpəsi üçün ana südü ilə qidalandırmanı davam etmək zəruridir, çünki körpə ana südü ilə birlikdə, hələ xəstəliyin kliniki simptomları aşkar olunmadan öncə, ananın orqanizmində xəstəliktörədən mikroorqanizmlərə qarşı istehsal olunan qoruyucu anticismlər almağa başlamışdır. Qidalandırmanın kəsilməsi körpə orqanizmini zəruri immun

yardımından məhrum edir və beləliklə, virusların mümkün müdaxiləsinə qarşı o, özü mübarizə aparmalı olur. Ana xəstə olan müddətdə ana südündən ayrılmış körpənin xəstələnmə faktları artır. Uşağı döşdən ayırdıqda, ana sutkada minimum 6-7 dəfə südünü süzməlidir, bunu etmək isə yüksək hərarət zamanı çox çətindir. Tamdəyərli süzmə olmadıqda, ananın döşündə süd durğunluğu əmələ gəlirsə, bu fonda mastitin inkişaf etməsi mümkündür. Heç nə ana döşünü süddən onun körpəsi kimi yaxşı azad edə bilmir. Yüksək hərarət fonunda ana südü ilə heç nə baş vermir, o, mövcud iddialara baxmayaraq, çürümür, qaxsımır və turşumur. Ana südünün qaynadıl-


49 ması zamanı qoruyucu amillərin əksəriyyəti parçalanır. Hərarəti yalnız, ana onu pis keçirdikdə endirmək lazımdır, çünki yüksək hərarət, hər halda, orqanizmin müdafiə reaksiyasıdır və bu halda viruslar daha pis inkişaf edir. Virus infeksiyaları antibiotik və ya sulfanilamid preparatlarının təyinini tələb etmir, onlar yalnız simptomatik müalicə edilir. Virus infeksiyalarının simptomatik müalicəsi (soyuqdəyməyə qarşı vasitələr, qarqara dərmanları, inhalyasiyalar və s.) ana südü ilə qidalandırma ilə uyğunlaşır. Anada patogen mikroorqanizmlər tərəfindən törədilmiş xəstəlik aşkar edilibsə (misal üçün, mastit, otit, angina, pnevmoniya) və ona antibakterial preparatlar ilə müalicə göstərilibsə, ana südü ilə qidalandırma ilə uyğunlaşan antibiotiklər seçilir. Belə antibiotiklər mövcuddur və onların sayı kifayət qədərdir. Sümüklərin böyüməsi və qantörəmə prosesinə təsir göstərən antibiotiklərin istifadəsi qəti qadağandır (misal üçün, tetrasiklin, ftorxinolon törəmələri, levomisetin). Antibakterial terapiya kursunun keçirilməsi zamanı və ya ondan sonra rast gəlinən əsas problem – bağırsaq mikrobiosenozunun pozulması, yəni, disbakteriozdur. Bu problem bir çox hallarda xüsusi müalicə tələb etmir, çünki ana südündə normal mikrofloranın

inkişafına kömək edən və patogen mikrofloranı yatırdan amillər mövcuddur. Bağırsaq mikroflorasını bərpa edən xüsusi preparatlar mövcuddur və onları həm südəmər körpə, həm də ana qəbul edə bilər. Süd ilə qidalandıran anaya dərman terapiyasının təyinatına aid ÜST-nın ümumi tövsiyələri mövcuddur: “Süd ilə qidalandıran analara dərman terapiyası təyinindən mümkün qədər qaçmaq lazımdır. Dərmanlar göstərilibsə, əvvəlcə, uşağa ən az neqativ təsir göstərənləri seçmək lazımdır. Süd ilə qidalandıran qadın dərmanları onların qan və südün tərkibində maksimal konsentrasiyası dövründən qaçmaq üçün, əsasən, əmizdirmə zamanı və ya ondan dərhal sonra qəbul etməlidir. Ana südü ilə qidalandırılan uşağa zərərli təsir göstərən dərmanın təyinində zəruriyyət varsa, qidalandırma müvəqqəti olaraq kəsilməli, laktasiya isə saxlanılmalıdır”. Yetkin laktasiyası olan anaya gün ərzində 6-7 dəfə südünü süzmək lazımdır ki, kifayət qədər süd istehsalı saxlanılsın. 2-3 həftəlik, müstəsna hallarda isə, 1 aylıq döşdən ayırma mümkündür. Təyin olunmuş dərmanın ana südü ilə qidalandırma ilə uyğunlaşmasını müəyyən etmək üçün ana nə etməlidir? Əlbəttə ki, körpəni əmizdirməniz haqqında müalicə həkiminə məlumat verməniz lazımdır.


52

Səbəbləri: Onların səbəbləri, adətən, həddən artıq valideyn tələbkarlığı və ya, əksinə, uşağın problemlərinə qarşı etinasızlıq, böyüklərin problemlərini onun üzərinə atmaq, diqqətsizlik, kobudluq, fiziki cəzalandırmadır. Çox zaman uşağın narahatçılığı məktəbdə baş vermiş münaqişələr (həmyaşıdları tərəfindən uşaq bağçasında qəbul olunmamaq), valideynlərin boşanmasına görə günah hissi ilə əlaqədardır.


53 Qadağan olunmuş üsullar Zərərli vərdişə görə danlamaq olmaz (qışqırmaq, döymək və ya başqa bir üsul ilə cəzalandırmaq), çünki bütün bunları uşaq sizin acığınıza, ziyankarlığına, pis tərbiyə olunduğuna görə deyil, bu anda başqa cür edə bilmədiyinə görə edir. Əgər uşaq əl barmaqlarını sorursa, onun barmaqlarına xardal və digər “hürküdücülər” sürtməyin, ümumiyyətlə, belə “mexaniki” üsullardan çəkinin. Onlar həyəcanı daxilə qovur və nevrozu yalnız dərinləşdirir. Uşağa qarnında böyük dırnaq bitməsi və ya mikroblar məskən salması haqqında qorxulu hekayələr danışmayın. Belə qorxularla daha böyük problemlər törətmək olar. Uşağa iradəsini toplamaq və zərərli vərdişdən əl çəkməyi də məsləhət etməyə dəyməz. Çətin ki, balaca uşaq sizin xahişinizi yerinə yetirə bilsin… Zərərli vərdişdən əl çəkəcəyinə görə ona oyuncaq da vəd etməyin.

7. Amma artıq, zərərli vərdiş sizi təngə gətirmişsə və siz bunu sakit qəbul edə bilmirsinizsə, onun diqqətini nə ilə isə yayındırmağa çalışın, misal üçün, onunla oynayın və ya rəsm çəkin, konfet və ya suşka verin (dırnaqların əvəzinə). Müxtəlif uşaqlar Bəzi uşaqlar bütün hisslərini coşqunluqla ifadə edir və belə uşaqların bir qayda olaraq, davranışında problemlər mövcuddur: onlar aqressivdir, qışqırır və həmyaşıdlarını incidir. Digərləri isə əksinə, hər şeyi daxilində gizlədir. Zərərli vərdişin xarakterinə görə onun sahibinin xasiyyətini və təbiətini təyin etmək olar. Belə ki, ağırtərpənən, etinasız, qorxaq və sadəcə yorulmuş uşaqlar daha çox barmaqlarını (və ya dodağını) sorur. Hökmlü, fəal, emosional uşaqlar isə dırnaqlarını gəmirir, saçlarını yolur.

Kompromis qaydaları

1. Valideynin ilk addımı – zərərli vərdişə diqqət yetirməkdir. Uşağın davranışına yeni nəzər yetirməyə çalışın. Ola bilsin ki, əvvəllər nəyəsə fikir verməmisiniz.

2. Əlbəttə ki, ideal variant kimi psixoloqa müraciət etmək və onunla birlikdə məsələnin həllini tapmaq cəhdi olardı. Belə imkan olmadıqda, özünüz də uşağa kömək edə bilərsiniz.

Məsləhət: Çarpayının baş hissəsinə içərisində mayaotu meyvəsi və ya əzilmiş pişikotu kökü olan kətan kisəcik asın – bu, uşağın yuxusunu yaxşılaşdırar və əsəbiliyini aradan qaldırar.

3. Oğlunuza (qızınıza) qarşı yalnız problem törəndikdə diqqətli olmayın. Onunla bacardıqca çox söhbət edin, qucaqlayın, öpün, onunla fəxr etdiyinizi bildirin, bir sözlə, öz nəvazişiniz ilə ərköyün öyrətməkdən qorxmayın. 4. Uşağınız nəyə görə isə tərəddüd etdikdə, onu danlamaq və öyüd verməyə tələsməyin. Belə hallarda onu ürəkləndirmək, hər şeyin alınacağı, onun yolunda maneələr çıxdıqda isə, sizin həmişə onun köməyinə gələcəyinizi söyləyin. 5. Özünüzə nəzər yetirin, olsun ki, hansı vərdişi isə uşağınız sizdən götürüb.

• Uşaqların zərərli vərdişləri çox müxtəlifdir: onlar barmaqlarını, dillərini sorur, dırnaqlarını, dodaqlarını gəmirir, onanizm ilə məşğul olur, paltarlarını və saçlarını dartışdırır, yolur və ya barmaqlarına sarıyır və s.

• Çox zaman zərərli vərdişlər öz sahiblərinə müəyyən fayda gətirir, misal üçün, özünü sakitləşdirmək üçün qorxu və pis fikirlərdən çəkindirir, diqqətin olmamasını kompensasiya edir (nəvaziş, ünsiyyət), özünə inamsızlığın, günah hissinin öhdəsindən gəlməyə kömək edir.

• Zərərli vərdişdən azad olmaq o qədər də asan deyil. Və uşaq böyüdükcə, bunu etmək daha da çətinləşir. Yaş artdıqca vərdişlər dəyişə bilir, misal üçün, uşağınız körpəikən barmağını sorurdusa, məktəbli olduqda, qələmə keçir (onları sorur və gəmirir). Vərdişlər özbaşına keçmir, onlar yalnız uşağın özünü sakitləşdirmək məcburiyyətində qaldığı situasiya dəyişdikdə və səbəblər aradan qaldırıldıqda yox ola bilər. • Zərərli vərdişlər – uşağın situasiyaya uyğunlaşma imkanıdır.

6. Hətta böyük uşaqlardan belə uzaqlaşmayın. Uşaq üçün onu sevdiyinizi, olduğu kimi qəbul etdiyinizi eşitmək həmişə xoşdur.

Sədaqət Rüstəmova tibb elmləri namizədi


54


55 Xəstəliyi diqqətdən qaçırmayın Yalnız 5-6 yaşından, uşağın ayağının alt pəncəsi formalaşdıqdan sonra, həkim yastıpəncəlik diaqnozu qoya bilər. Bu, pəncə qübbəsinin yastılanması ilə müşayiət olunan pəncənin deformasiyasıdır. Səbəb – raxit, piylənmə nəticəsində pəncələrin yüklənməsi, iflicə gətirib çıxaran birləşdirici toxumanın anadangəlmə pozuntuları, sinir sistemi xəstəlikləri ola bilər. Körpə yeriyərkən tez yorulursa, daima ələ götürülmək istəyirsə, onun ayaqqabıları tez və qabarıq deformasiyaya uğrayırsa (altlığın xarici və ya daxili kənarı əyilirsə, çəkmə quncu yerini dəyişirsə), çevik olmayan oyunlara üstünlük verirsə, ortopedə müraciət edin. Artıq yastıpəncəliyin birinci mərhələsində həkim küçə və ev ayaqqabıları üçün ortopedik içlik təyin edir. Üçüncü dərəcəli yastıpəncəlik zamanı həkim mütləq qaytanlı və sərt daxili divarı olan ortopedik ayaqqabı təyin edir.

• Aptekdən alınmış duzu qabın üzərində göstərilmiş nisbətdə həll edin. Vanna üçün suyun hərarəti 40-50 dərəcə, proseduranın müddəti – 15-20 dəqiqədir.

İlk ayaqqabılar İlk ayaqqabılar körpəyə adətən, ayaq üstə durmağa başlayarkən, yəni, təxminən 7-8 ayında alınır. Bəs onları necə seçmək lazımdır? • Uşaq ayaqqabısı pəncəni və baldır-pəncə oynağını sıx fiksasiya etməlidir, bunun üçün isə, yapışqan və ya qaytan olmalıdır. • Ayaqqabı ayaqda boş qalmamalı və ya pəncəni çox sıxmamalıdır. Adətən, ayaqqabı pəncədən 1,5 sm böyük seçilir ki, körpə sərbəst gəzə bilsin və barmaqları çəkmənin kənarına dirənməsin.

• Ayaqqabı seçərkən, tikişlərin sayına diqqət yetirin – onların sayı mümkün qədər az olmalıdır, çünki çox zaman onlar uşaqların ayağını sürtür. • Ayaqqabının dalı hündür, sərt, baldırın aşağı və ya orta üçdə bir hissəsinə çatmalıdır. • Ayaqqabıları hazırlayarkən (içliklər daxil olmaqla) təbii materiallardan istifadə olunmalıdır və bu zaman yaxşı olar ki, ayaqqabıda xırda dəliklər mövcud olsun və ayaqlar nəfəs alsın. • Ayaqqabı altlığı dayanıqlı və sürüşməyən, balaca dabanlı olmalıdır (1-1,5 sm). Küçə ayaqqabısının altlığı sərt, ev ayaqqabısının isə dəridən olmalıdır. • İki yaşına qədər uşaqların ayaqqabısında supinator (ayağının altı yastı olanlar üçün adi çəkmənin içinə qoyulan altlıq) olmamalıdır, çünki amortizasiya rolunu pəncə dərisinin altındakı piy təbəqəsi oynayır.


56

NƏZƏR NÖQTƏSİ Məlumdur ki, dünya əhalisinin 10%-ni orqanizmin müxtəlif bakterial və virus mikroorqanizmlərinə, yüksək allergiya inkişafı riskinə və autoimmun və onkoloji xəstəliklərinə meylliliyə qarşı fərdi davamlılığı ilə xarakterizə olunan növünə və kliniki gedişatına görə müxtəlif immunitet pozuntularına məruz qalan “zəifləmiş”, yaxud “immunokompromissli insanlar” təşkil edir. Bu halları müəyyən edən əsas amillər ətraf mühitin çirkləndirilməsi, peşə risk amilləri, radiasion fonun artması, qeyri-adekvat qidalanma, psixoloji stress və s.-dir. Aparılmış çox saylı eksperimental və kliniki tədqiqatlar göstərir ki, müxtəlif kimyəvi aerozollar, qazlar, toz, ağır metal duzları ilə (zavodlarda, kimyəvi, neftçıxaran və neft emalı istehsalatında və s.) təmasda işləyənlər üçün risk daha böyükdür. Belə hallarda, orqanizmin immun gücünün artırılması üçün zərərsiz, effektiv və asan əldə oluna bilən məhsulların istifadəsi, şübhəsiz ki, məqsədəuyğundur. Bütün bunlar, digər başqa texniki, texnoloji, eləcə də, fərdi müdafiə vasitələri ilə yanaşı, bu sahələrdə çalışan insanlar üçün immun sistemin müdafiəsi və stimullaşdırılması məqsədi ilə məhsulların müntəzəm istifadəsinə əsaslanan yeni proqramın həyata keçirilməsini tələb edir. Bu məqsədlə, yəni, sağlam insanların immunoprofilaktikası üçün, xüsusi ilə payız-qış mövsümündə respirator infeksiya riski artan zaman Bolqarıstanda 15 ildən artıqdır ki, Respistim plus məhsulu istifadə edilir. Respistim plus preparatının kliniki effektivliyi və təhlükəsizliyi həm Bolqarıstanda, həm də başqa xarici ölkələrdə çox saylı kliniki və laborator tədqiqatlarda sübuta yetirilmişdir. Bu preparatın işlənilməsi zamanı polibakterial immunostimulyator, vitamin və mikroelementlərin insan orqanizminə təsiri sahəsində texnoloji, kliniki və laborator təcrübədən istifadə olunmuşdur. ООО Natstim şirkəti tərəfindən istehsal olunan Respistim plus məhsulu orqanizmin sutkalıq tələbatını ödəmək üçün kifayət edən dozalarda liofilizə olunmuş bakterial ekstrakt və bütün zəruri vitamin və mikroelementlərin çox uğurlu birləşməsi tərkibli (vitaminlər: A, E, D, K, C, B1, B2, B6, B12, fol turşusu, niasin, biotin, pantoten turşusu, mikroelementlər: selen, sink, mis, manqan, dəmir, xrom, yod, molibden) bir preparatdır. Respistim plus məhsulunun əsasını

təşkil edən liofilizə olunmuş bakterial ekstrakt immunostimulyasiya sahəsində əldə edilmiş 20-illik təcrübə əsasında yaradılmışdır. Respistim plus preparatının tərkibində faqositoz proseslərinə, interferon sintezinə, sekretor IgA anticisimlərin istehsalına və hüceyrə vasitəli immun reaksiyalarına təsir etməklə immun sisteminin işini xeyli yaxşılaşdıran lipopolisaxaridlər, peptidoqlikanlar, bakteriyaların hüceyrə qişasının dipeptidləri, teyxoy turşuları mövcuddur. Uzun müddətli istifadə zamanı liofilizə olunmuş bakterial ekstrakt respirator xəstəliklərin tezliyinin, onların ağırlığının, antibiotiklərdən istifadənin azalmasına gətirib çıxarır və xroniki obstruktiv bronxit, astma və s.-dən əziyyət çəkən insanlarda ağ ciyərlərin ventilyasiyasını yaxşılaşdırır. Liofilizə olunmuş bakterial ekstraktın faydalı təsiri uzun müddət ərzində az dozalarda - 10 mq – daha güclüdür. Bu dozada, digər başqa mikronutriyentlər ilə birlikdə sinergetik effektin əmələ gəlməsi şərti ilə, bu məhsulu gündə bir tablet, hər gün ardıcıl olaraq çox aylar ərzində istifadə etmək olar və nəticədə, o, tənəffüs yollarının müxtəlif infeksiyalardan qorunmasını təmin edən insanın immun sistemi mexanizmlərini daimi olaraq stimullaşdırır. Respistim plus preparatının faydalı təsirinin daha bir dəlili onun xarici ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edən bolqar silahlı qüvvələri qoşunlarının bütün kontingenti tərəfindən uğurla istifadə edilməsidir. Məhz ona görə də, mən Respistim plus preparatını müntəzəm istifadə üçün təklif etməyi öz üzərimə götürürəm, çünki bu, elmi və kliniki cəhətdən sübut olunmuş təhlükəsiz profilaktik ölçüdür. Bizim kliniki tədqiqatımızdan irəli gələrək, bu məhsulun istifadəsi müxtəlif müəssisə işçiləri arasında respirator infeksiyaların tezliyi və ağırlığının azalması və beləliklə, xəstəliyə görə işə gəlməmə halları və bu xəstəliklərin müalicəsi üçün istifadə olunan preparatların sayının azalması sayəsində, həmçinin iqtisadi nəticələr verəcəkdir. Akademik, t.e.d. Boqdan Petrunov NCIPD İdarə direktoru, Sofiya 10.12.2008


58 Kirşanlanmış pariklər və ağardılmış üzlər zamanlarında xal, yaxud, o vaxtlar deyildiyi kimi muşka bəzək hesab olunurdu. Xalq əlamətləri və xurafatlar nöqteyi-nəzərindən isə xüsusi ilə qiymətli o xallar sayılır ki, insan onu özü görə bilmir.

Alimlər sübut etmişdir ki, dərinin üzərində nə qədər çox xal olsa, orqanizm bir o qədər gəncdir və bir o qədər çox yaşayacaq.


59 Xalların çoxunu insan artıq doğularkən qazanır. Yeniyetmə dövründə və hamiləlik zamanı onların sayı artır, rəngi və ölçüsü dəyişir.

Onlar necə olur? Yastı xallar adətən, 0,8-0,7sm diametrli ölçüdə, aydın kənarlı və bir rəngli olur. Onların əmələ gəlməsi dəridə piqment hüceyrələrinin toplanması ilə əlaqədardır. Elə bu yastı xalları da ən təhlükəsiz hesab etmək olar. Onlar insanı narahat etmir, demək olar ki, zədələnmir. Belə xalları çox olan insanlara əsas məsləhət – onları günəş şüalarından qorumaqdır. Qabarıq xallara xüsusən, geyimə toxunanlara daha diqqətli yanaşmaq lazımdır. Hər hansı dəyişikliklər əmələ gəldikdə – xalın ölçüsünün böyüməsi, kənarlarının dəyişməsi, səthinin kələ-kötürləşməsi – dərhal mütəxəssisə müraciət edin. Dermatoloq şübhəli xalı müayinə edər və lazım gəldikdə, analiz verməyə göndərər.

ni təkid etməyin. Xalın dəyişməsi avtomatik olaraq dəri xərçənginə çevrilməsi demək deyil – dəyişikliklər çox zaman mikrotravmalar səbəbindən əmələ gəlir. Buna baxmayaraq, xalın şübhəli görünüşünə görə həkim müayinəsindən keçmək heç də artıq olmaz. Axı onların bəzi növləri ən bədxassəli şişlərdən biri olan melanomaya çevrilə bilir (dəri xərçəngi). Xalların şişə çevrilməsini genetik və endokrin amillər də törədə bilər. Lakin bütün deyilənlərdən savayı, hansısa bir təkan lazımdır. Və xalların zədələnməsindən başqa, bu təkan günəş altında çox

Günəş şüalarının zərərli təsirinə daha çox məruz qalan insanlar: • Açıq dərili və açıq rəngli saçları olanlar; • Üzündə və bədənində çilləri olanlar; • Çoxlu xalı olanlar

Faydalı məsləhətlər Xallara aid ən populyar sual, adətən, bu dəri törəməsinin özünə uğursuz yer seçməsi və daimi zədələnməsinə aiddir. Çox zaman belə hallarda xalı ləğv etmək, özü də mütləq tibb müəssisəsində təklif olunur. Belə bir fikir mövcuddur ki, xalı ipək sap ilə bağlayaraq, özbaşına da ləğv etmək olar. Bu, yanlışdır. Belə cəhdlər çox zaman bu törəmələrin böyüməsinə səbəb olur. Xalı yalnız həkim-dermatoloq ləğv edə bilər. Və o, hər bir konkret halda ləğv etmə üsulunu seçir: lazer, radiodalğalı və ya elektrik koaqulyasiya üsulu. Bu manipulyasiyalar ambulator şəraitdə yerli ağrısızlaşdırma altında aparılır. Yalnız xalın bədxassəli törəməyə çevrilməsi qorxusundan onun ləğv edilməsi-

olmaqdır. Özü də hər bir kəs üçün günəş şüalarının kritik təsir zamanı çox fərdidir. Və lazımi həddi müəyyən etmək çox çətindir. Sadəcə, yadınızda saxlayın ki, günəş altında uzun müddət qalmaq orqanizmə ziyandır. Qaralmış dəri həmişə sağlam dəri demək deyil. Əgər qaralmaq qərarına gəlmişsinizsə, bilin ki: • Günəş altında olmaq səhər saat 10-dək və axşam saat 17-dən sonra daha az təhlükəlidir; • Hətta cavan və sağlam insanlara günəş altında gündə 1,5-2 saatdan artıq qalmaq olmaz; • Bəzi dərman preparatları (sulfanilamidlər: baktrim, sulfalen,

streptosid, sulfadimetoksin, albusid; qrizeofulvin; tetrasiklin; neyroleptiklər: aminazin, haloperidol, sonapaks, eqlonil və s.) dərinin günəş şüalarına qarşı hissiyyatını artırır; • Açıq günəş altına çıxmazdan əvvəl dekorativ kosmetika, dezodorant və ya ətirdən istifadə etməyin. Bu vasitələr hamısı dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb olur. Günəşdən qoruyan kosmetikadan istifadə edin; • Dərinin qızarmasına yol verməyin. Günəş yanığı almışsınızsa, 2 gündən az olmayaraq kölgədə qalın; • Dəniz kənarında istirahət edirsinizsə, çimdikdən sonra mütləq dərinizi şirin su ilə yaxalayın; • Çoxlu sayda xalı olan insanlara qaralmaqdan çəkinmək məsləhətdir, günəş altında olmaq zəruriyyətdən irəli gəlirsə, təbii parçalardan tikilmiş bağlı paltar geyinməyə çalışın və baş örtüyündən istifadə edin.

Bu maraqlıdır! Xal demək olar ki, bütün insanlarda lap doğuluşdan mövcuddur. Və çox zaman uşaqda olan xalların yeri valideynlərinki ilə uyğun gəlir. Bu, səbəbsiz deyil, çünki xalların əmələ gəlməsinə cavabdeh olan əsas amil – irsiyyətdir. Genlər, dərinin quruluşu xüsusiyyətləri və müvafiq olaraq, yaş ötdükcə xalların əmələ gəlməsi mümkünlüyü haqqında informasiya daşıyır. Yəqin ki, siz də yeni xalların əmələ gəlməsinə diqqət yetirmisiniz. Lakin bu, heç də gözlənilməz deyil. Təkrar edirik ki, xalların əmələ gəlməsinin səbəbkarı – irsiyyət, müxtəlif həyat dövrlərində orqanizmin hormonal dəyişməsi və (və ya) günəş şüalarının təsiridir.


60

ÜZ CİZGİLƏRİ

və sağlamlıq

Üzün müəyyən hissələrində sistematik olaraq əmələ gələn (və ya keçməyən) problemlər (sızanaqlar, civzə, xloazmalar) bu və ya digər orqanın işindəki nasazlıqdan xəbər verir. Yeniyetmələrdə daimi olaraq əmələ gələn sızanaqlar orqanizmin hormonal dəyişməsi və böyüməsinin əlamətlərindən biridir. Lakin artıq 21-ci ad günü də keçmişsə, amma tanış sızanaqlar öz yerindədirsə, onlara başqa nəzər bucağından baxmaq lazımdır.


61 Alın – bağırsağın proeksiyasıdır. Onun pe-

Ağız – həzm sisteminin vəziyyətini göstərir.

riferik nahiyəsi yoğun bağırsağın, qaşüstü nahiyəsi isə – nazik bağırsağın vəziyyətini əks edir. Alında tez-tez sızanaqlar əmələ gəlirsə, demək, bağırsaq qıcıqlanmış vəziyyətdədir, onun funksiyası çətinləşmişdir. Bağırsaq böyrəklər ilə əlaqədar olan problemlər zamanı bir ifrazat orqanı kimi əvəzedici funksiyanı yerinə yetirərək, metabolizm məhsullarını xaric etməyə başlayır. Ona görə də civzə, şişkinlik, solğunluq əmələ gələ bilər.

Yuxarı dodaq mədənin proyeksiyası, aşağı dodaq – bağırsağın, dodaqların küncləri – onikibarmaq bağırsaq, ağızətrafı nahiyə – cinsiyyət orqanlarının proyeksiyasıdır. Dodaqların göyümtül çaları, adətən, qan dövranı pozulması ilə əlaqədardır. Çatlayan dodaqlar, dodaq künclərində yaralar böyrəklərin işinin pozulması, mayenin pis keçiriciliyi ilə əlaqəlidir.

Gözlər – böyrək, dalaq, mədəaltı vəzi, qara ciyər və öd kisəsinin vəziyyətini nümayiş etdirir. Qara ciyər və öd kisəsinin difunksiyasından üz dərisinin və ya skleranın sarımtıl çaları xəbər verir. Gözətrafı nahiyə böyrəklərin vəziyyətini əks edir, gözaltı kölgələr böyrək xəstəliyi, ürək çatmamazlığı əlamətidir. Bu nahiyədəki papillomalar böyrəklərdəki durğunluq əlamətləri və ya onlara meyllilik, yaxud, daş əmələ gəlməsinə meyllilikdən xəbər verir. Gözlərin yaşlanması (hərarətin dəyişməsi, istidən soyuğa çıxdıqda və əksinə) kalium defisitinə dəlalət edir. Səbəbsiz ağlağanlıq dərin nevrozdan, eləcə də, dalaqda ehtimal olunan pozuntulardan xəbər verir. Burun –

burunun üst hissəsi ətrafı – mədəaltı vəz nahiyəsi, orta hissəsi – mədə, burun pərələri, deşikləri isə – bronxların nahiyəsidir. Bronxitlər zamanı çox vaxt burunun aşağı hissəsində qızartı, sızanaqlar əmələ gəlir. Ürək problemləri burunun ucunda əks olunur – daha çox aritmiyalar zamanı.

Gicgahlar – öd kisəsi proyeksiyasıdır. Bu nahiyədə sızanaq və qızartılar onun işində olan pozuntulara dəlalət edir. Qaşlararası zona qara ciyərin vəziyyətini əks edir. Çənənin aşağı hissəsi sidik kisəsi, cinsi sistemin pozuntularını əks edir. Qadınlarda bu zonada əmələ gələn qızartı və sızanaqlar yumurtalıq və artımlarda olan pozuntularla əlaqədardır. Kişilərdə isə prostatitin mövcud olması və ya yaxın zamanlarda inkişaf edəcəyindən xəbər verir.

Yanaqlar

– ağ ciyərlərin proyeksiyasıdır. Sağ yanaq – sağ ağ ciyər, sol yanaq – sol ağ ciyər. Yanaqların yuxarı hissəsində, almacıq sümüyü nahiyəsində, ürək-damar sistemi pozuntuları əks olunur.

Mütəxəssislərin fikrincə, bir çox pozuntular birbaşa dərinin vəziyyətinə təsir göstərir. Misal üçün, bağırsaq disbakteriozu qeyri-sağlam və torpaq çalarlı üz dərisi, civzəyi səpgilər, allergik səpgilər ilə aşkar olunur. Disbakterioz zamanı vitaminlərin mənimsənilməsi xeyli pisləşir deyə, onların defisisti də üz dərisində öz əksini tapır. Belə ki, A vitamini çatışmazlığı əlamətləri – dərinin quruluğu və qabıqlanması, dodaq künclərində yaraların əmələ gəlməsidir. Riboflavin (B2) defisiti zamanı burun pərələrində lokallaşan dermatit əmələ gəlir. Bəzi pasiyentlərə dəri problemlərindən qurtulmaq üçün bağırsağın normal mikroflorasını bərpa etmək kifayətdir, digərlərinə isə, dermatoloqun yanına gediş, daha dərin müayinə və xarici yerli istifadə vasitələri ilə terapiya tələb olunur.


62

“Əgər ətrafa dərman bitkisi axtaran həkimin gözləri ilə nəzər salsaq, onda demək olar ki, biz dərman dünyasında yaşayırıq” – qədim buddist tibb nəzəriyyəsindən. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən məlum olan xəstəliklərin 80%-i birbaşa parazitlərlə və ya onların orqanizmdə fəaliyyəti ilə əlaqədardır. Rusiya ərazisində parazit infeksiyaları ilə yoluxmaların sayı kəskin bağırsaq infeksiyaları ilə yoluxmalardan 10 dəfə çoxdur.

Parazitar xəstəliklərin simptomları bunlardır:

Dəridə səpkilər, ekzema.

Anemiya.

İmmunutetin aşağı düşməsi.

Gecələr ağızdan selik ifrazının artması.

Uşaqlarda hiperaktivlik.

Xroniki yorğunluq.

İştah pozğunluğu və kəskin aclıq hissiyatı.

Mədə-bağırsaq traktında pozğunluqlar (“qarında diskomfort”, ağrı, meteorizmin artması, qəbizlik və ya ishal və s.)

• •

Depressiya, həyəcan və sinir sisteminin digər pozğunluqları.

Bədən çəkisi ilə əlaqədar problemlər.

Əzələ və oynaqlarda ağrılar.

Allergik reaksiyalar, bronxial astma.

Bu siyahını uzatmaq olar.


63 Orqanizmin parazitlərdən təmizlənməsi məqsədilə kimyəvi dərmanlarla yanaşı, bitki mənşəli preparatlardan da geniş istifadə edilir. Kimyəvi preparatlardan fərqli olaraq, dərman bitkilərinin orqanizmə toksiki təsirinin az olması onların uzunmuddətli istifdəsinə mane olmur.

Şirinkök(Polypodium virginianum) –

Bu preparatlar orqanizmi parazitlərdən təmizləməklə yanaşı, onları həyat fəaliyyəti məhsullarından da təmizləyir, ümumi qüvvətləndirici təsir göstərir. Orqanizmin parazitlərdən təmizləməsi məqsədilə bir çox dərman bitkilərindən kompleks şəklində geniş istifadə olunur ki, bunlardan da Parasitol preparatını göstərmək olar.

Qərənfil ağacının yağı (Syzigium aromaticum)-əsas təsiredici maddə evqenoldur, 84-

Parasitol tərkibində dörd bitkini (qara qoz, sarımsaq, virginiya şirinkökü, qərənfil ağacı) birləşdirir: Qara qoz ( Juqlans nigra) meyvəsinin qabığının ekstraktı – bioloji aktiv maddələrlə (flavonoidlər, antosianidlər, aşı məddələri, tanin, üzvi turşular,efir yağları, dəmir və kobaltın duzları, C, B1,

saponinlər, flavonoidlər, benzoy və salisil turşuları, steroid qlikozid olan – polipodin, katexin, şəkərlə zəngindir. Antihelmint, sakitləşdirici, bəlğəmgətirici təsiri var. Tərkibindəki qətran qurdqovucu, efir yağları isə işlədici təsir göstərir.

96% təşkil edir.Qərənfil ağacının yağı həzm sisteminin saya əzələlərini boşaldır. Antioksidant, antimikrob və antifunqal təsirə malikdir. Parasitol müxtəlif növ qurdlara və ibtidailərə (lyamblya, amöba) qarşı effetkli təsir göstərir. Kanada mütəxəssisləri tərəfindən istehsal edilən bu preparatın dozası uşaqlar üçün gündə 3 dəfə 1.25 ml, böyuklər üçün isə 2.5 ml təşkil edir. Qəbul müddəti 20 gündür və 10 gün fasilədən sonra təkrarlana bilər.

B2 PP, beta-karotin) çox zəngindir. Bu bitki effektli qurdqovucu, göbələk və virusəleyhinə təsirə malikdir. Onun əsas effektli komponentləri elaq turşusu və yuqlondur. Elaq turşusu antioksidant, antimutagen və şiş əleyhinə təsirə malikdir. Yuqlon isə güclü antibakterial, göbələk və qurd əleyhinə ( bioenergetik mubadiləni pozmaqla) təsir göstərir. Tərkibə daxil olan digər aktiv maddələr immunostimulyator, mikrobisid, antitoksik, iltihabəleyhinə təsir göstərirlər. Təcrübələr göstərir ki, tanin maya göbələklərini və digər şərti patogen mikroroqanizmləri bağırsaqlardakı balansı pozmadan məhv edir və xaric olunmasını təmin edir.

Sarımsaq (Allium sativum) – antibakterial, antiparazitar, antispastik, antioksidant, immun sistemini stimuləedici təsir göstərir. Sarımsaq geniş spektrli antibiotik xüsusiyyətlərinə malikdir. O, fitonsitlərlə zəngindir ki, bunlardan ən əsası allisindir, hansı ki güclü antibakterial təsir göstərir. Həm qram mənfi, həm qram müsbət mikroblara, sadə hüceyrəlilərə, viruslara, həmçinin müxtəlif növ qurd invaziyalarına təsir göstərir. Qıcıqlandırıcı, reflektor və sekretor təsirinə görə sarımsaq iştahanı artırır, mədə və bağırsaqların işini stimulə edir, bağırsaqlarda irinli prosesi söndürür və normal floranın inkişafına təsir edir. Öd və mədə şirəsinin sekresiyasını artırır. İltihab əleyhinə və ağrıkəsici təsiri var. Sarımsağın tərkibindəki fitonsitlər, karotin, selen və s. maddələr şiş hüceyrələrində olan bir çox fermentlərin aktivliyini azaldır, orqan hüceyrələrini sərbəst radikallardan qoruyaraq antioksidant təsir göstərir. Mikrosirkulyasiyanı yaxşılaşdırır, damarlarda aterosklerotik dəyişikliklərin qarşısını alır.

R.F.S COMPANY. CO. LTD Azerbaijan Republic, Str. 1222/12, Baku-city-AZ1029 Web:www.rfs-pharma.com Tel.: (+994 12) 567 40 08 Fax: (+994 12) 567 40 06 E-mail: info@rfs-pharma.com


64

SOĞANLA

Adi soyuqdəymə zamanı ağlımıza ilk olaraq hansı vasitə gəlir? Soğan və ya sarımsaq. Sanki, biz bu bilikləri lap uşaqlıqdan mənimsəmişik! Həmişə əl altında Bəs soğan hansı cəhətləri ilə yaxşıdır? Bu, ateroskleroz, hipertoniya xəstəliyi, insultun profilaktikası və müalicəsi üçün sadə vasitədir. Soğan ilə inhalyasiyalar qrip, angina, tonzillit, bronxit, ağ ciyər vərəmi zamanı məsləhətdir. Yerli üsul ilə soğan dərinin irinli iltihabı zamanı istifadə olunur. Soğan hətta katarakta kimi ciddi bir xəstəlik zamanı kömək edir. Sadəcə, baş soğanın şirəsini bal ilə qarışdıraraq və ya bir soğanın şirəsini bir stəkan qaynadılmış su ilə qarışdırıb, üzərinə bir desert qaşığı təbii bal əlavə edərək, gündə 2-3 dəfə buruna 1-2 damcı damcıladın.

1. 400 q soğanı sürtgəcdən keçirərək, 4 xörək qaşığı qurudulmuş kasnı kökü tozu, 100q bal, 0,7 litr ağ turş üzüm şərabı əlavə edin. 20 gün ərzində qaranlıq, sərin yerdə, vaxtaşırı silkələyərək, saxlayın. Süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 1-2 xörək qaşığı qəbul edin. 2. 10 ədəd göy soğan bitkisini götürərək, ağ hissəsini kəsin, ətçəkən maşın və ya blenderdə əzin, üzərinə 2 litr qırmızı şərab əlavə edin və 10 gün saxlayın. Hazır cövhəri gündə 2-3 dəfə 30ml olmaqla yeməkdən sonra qəbul edin.

Soğan şəkərli diabet zamanı da kömək edir Hepatit və diabet Hepatitə qarşı aşağıdakı reseptlər xüsusilə faydalıdır:

Baş soğan – 150ml, qoz yarpağı – 60ml, şirpəncəsi otunu, 40ml araq cövhərlərini qarışdıraraq (1:10), gündə 4 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edin.


65 Tənəffüs yolları üçün Bronxial astmadan əziyyət çəkənlərə belə bir vasitədən istifadə etmək məsləhətdir. Bir iri baş soğanını ət maşınından keçirərək, 1 stəkan təbii bal ilə qarışdırın. Gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin. Müalicə zamanı çoxlu miqdarda bəlğəm xaric olunur – orqanizm beləliklə təmizlənir. Buna müqabil, iki porsiya soğan qarışığından sonra öskürək kəsilir. Belə bir reseptdən də istifadə edə bilərsiniz: 400q qabığı soyulmuş soğanı sürtgəcdən keçirərək, minalanmış qaba qoyun, üzərinə 0,5 stəkan şəkər və 1 xörək qaşığı bal əlavə edin. Sonra qabı çox kiçik odun üzərinə qoyaraq, qarışığı 3 saat ərzində qatranlayın ki, soğan tam bişmiş hala düşsün. Alınmış mayeni süzün, sonra uzun müddət ərzində gündə 3-4 dəfə tutmalar arası 1 xörək qaşığı qəbul edin. 1. Güclü öskürək zamanı 10 ədəd soğan qabığını 1 litr suda maye yarı həcmə düşənədək qaynadın. Həlimi soyudun və süzün. Gündə 3 dəfə 0,5 stəkan bal ilə için. 2. 500q xırda doğranmış və təmizlənmiş soğanın üzərinə 1 litr su, sonra 400q şəkər, 50q bal əlavə edərək, vam odun üzərində 1 saat

bişirin. Həlimi soyudun, butulkalara tökün və ağzını kip bağlayın. Güclü öskürək zamanı gündə 4-5 dəfə 1 xörək qaşığı qəbul edin. 3. 10 ədəd baş soğan və 1 baş sarımsağı xırda doğrayın, üzərinə süd əlavə edin, sonra soğan və sarımsaq yumşalanadək qaynadın. Soyutduqdan sonra, üzərinə bir qədər bal əlavə edin və qarışdırın. Gün ərzində hər saat bir xörək qaşığı qəbul edin.

Elman Tarverdiyev

Əks-göstərişlər: Soğan ilə müalicə mədəbağırsaq traktı, böyrək, qara ciyərin kəskin xəstəlikləri, mədə və on iki barmaq bağırsağın xora xəstəliyi, pankreatit zamanı əksgöstərişdir. Dəri allergik reaksiyalarına və bronxların spazmına meylli olanlar üçün çiy soğan və onun şirəsinin xarici istifadəsi də ehtiyat tələb edir.


66 Dəri üçün kremi, arıqlamaq üçün həbləri və bir çox xəstəliklərdən effektiv vasitəni nə əvəz edə bilər? Rus alimləri yəqin etmişlər ki, bu faydalı xüsusiyyətlərin hamısı yaxşı tanıdığımız bir tərəvəzə – boranı və ya kuduya xasdır. Çoxdan məlumdur ki, boranının tərkibində, dərinin təbii pH-balansını qoruyan, hüceyrələrin bərpasını sürətləndirən və beləliklə, onun quruluğu və qabıqlanmasının qarşısını alan çoxlu miqdarda A vitamini mövcuddur. C vitamini və betakarotin dərini günəş şüalarının zərərli təsirindən qoruyur və qırışları hamarlayır. Bu səbəbdən də son

zamanlar kosmetika istehsalçıları bu möcüzəli tərəvəzə xüsusi diqqət yetirir. Bundan başqa, kudunun tərkibində çoxlu miqdarda dəmir, B, E vitaminləri və mineral duzlar mövcuddur. Belə birləşmə sayəsində kudu yuxusuzluq, anemiya və diabet xəstəliklərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Yaxın zamanlarda isə, alimlər onun tərkibində orqanizmdə yağların toplanılmasının qarşısını alan və artıq toplanılmış piy yığınlarının əriməsinə səbəb olan maddəni aşkar etmişlər. Hazırda tədqiqatçılar, tərkibinə kududan hazırlanmış yağ “yandırıcısı” daxil olan preparatın yaradılması üzərində işləyirlər.

dərman və kosmetika əvəzinə


67

Meyvələrin şahı

Ananas lətinin zəngin olduğu qəribə şəfalı və qidalı xüsusiyyətlərinə görə, müasir diyetoloq-alimlər bu ekzotik meyvəni “XXI əsrin qidası” adlandırmışdır.

Bəs bu xarici qonağın uğur sirri nədədir? Sən demə, ananasın meyvə lətinin tərkibinə zülalı çox yaxşı parçalayan və həzm prosesini aktivləşdirərək, orqanizmə artıq çəkidən azad olmağa kömək edən bromelayn enzimi daxildir. • Bromelayn öz faydalı təsiri‑ ni göstərsin deyə, doyumlu yeməkdən dərhal sonra bir stəkan ananas şirəsi için və ya bir dilim təzə ananas yeyin. Bromelayn mədədə ağırlığın qarşısını almaq‑ da, yeməkləri tez həzm etməkdə kömək edir. Bundan başqa, ananasın tərkibində, iştahanı tən‑ zimləyən, aclıq hissini yatırdan, mübadilə proseslərinə yaxşı təsir göstərən, yüngül sidikqovucu təsirə malik olan, beləliklə də,

şişkinliyin və çəkinin artmasının qarşısını alan qiymətli C vitamini və üzvü turşular (xüsusən, limon turşusu) mövcuddur. • Ananasın tərkibində zərif qadın dərisini mikrob və bak‑ teriyalardan qoruyan çoxlu miq‑ darda sink mövcuddur. Mineralın defisiti ilk qırışların əmələ gəlməsi‑ ni tezləşdirə bilər. Təsadüfi deyil ki, bu tropik meyvə kosmetik məh‑ sulun istehsalında fəal şəkildə isti‑ fadə olunur: müxtəlif maska, krem və losyonlar. • Meyvələrinin tərkibində çoxlu miqdarda askorbin turşusu‑ nun olması sayəsində bu tropik bəxşiş xəstəliktörədici mikrob və virusların hüceyrə daxilinə sirayət etməsinin qarşısını alan xüsusi

zülal olan interferonun istehsalını artıraraq, immun sistemini aktivləşdirir və etibarlı şəkildə möhkəmləndirir.

Diyetoloqlar həftədə 2 dəfədən artıq olmayaraq, ananaslı boşaldılma günləri keçirməyi tövsiyə edir (1,5 kq meyvənin lətini 4-6 dəfəyə yemək, 4 stəkan yaşıl çay içmək). Ananas pəhrizi sayəsində çəkini bir gün ərzində 1 kq-dək azaltmaq mümkündür!


68

1948-ci ildə məşhur patofizioloq A. Ahlquist iki tipli adrenergik reseptorları – α və β- təsvir etdikdən sonra, bu törəmələrə aktiv təsir göstərən preparatların yaradılması üzrə iş başlamışdır. Bu işləmələrin nəticəsində kardioloqların arsenalında kifayət qədər böyük spektrdə müxtəlif dərman vasitələri yaradılmışdır. Bu gün βadrenoblokatorlar arterial hipertenziyalı (AH) xəstələrin müalicəsində mühüm yer tutaraq, bu ürək-damar patologiyasının müalicəsi üçün tövsiyə edilmiş beş qrup preparatlardan biridir. Bizə yaxşı tanış olan və tibbi təcrübədə ən çox işlənən β-adrenoreseptorları bloklayan preparatların – atenolol və metoprolol – hələ ötən əsrin 70-ci illərində yaradıldığını nəzərə alaraq, bu qrupdan olan preparatların istifadəsi ideyası müəyyən dəyişikliklərə məruz qalmışdır. Belə ki, son illərdə əczaçılıq bazarında vazodilatasiyalı xüsusiyyətlərə malik olan β-adrenoblokatorlar əmələ gəlmişdir. Bir neçə tip preparat yaradılmışdır: β-bloklayıcı xüsusiyyətli blokatorlar – karvedilol; daxili simpatomimetik aktivliyə

malik olan preparatlar – asetobutol, pindolol və cəlbedici bir preparat – nebivolol-Nebilet (Almaniya). Bu preparat nə ilə maraqlıdır? İlk növbədə, endoteliumun azot oksidi istehsal etməsinə təsiri nəticəsində vazodilatasion xüsusiyyəti ilə. Azot oksidi (NO) müsbət bioloji təsirə malikdir. NO insan və heyvanların orqanizmində istehsal olunur və demək olar ki, bütün metabolik və fizioloji proseslərə aidiyyəti var. Azot oksidi insan orqanizmində hər bir orqanın funksiyasına təsir edir, o cümlədən, ağ ciyər, qara ciyər, böyrəklər, mədə, beyin və əlbəttə ki, ürəyə. Baxmayaraq ki, orqanizmin bir çox hüceyrələri NO istehsal edir (misal üçün, beyin və ya böyrəklər), onun ən məlum təsiri qan təzyiqinin tənzimlənməsidir. Azot oksidi damarları genişləndirir, onların tonusunu və elastikliyini artırır.


69 BUNDAN BAŞQA: - NO nəinki damar əzələləri, eləcə də bronxlara genişləndirici təsir göstərir; - NO trombların əmələ gəlməsinin qarşısını alır; - sinir sistemi üçün NO siqnal materialı qismində çıxış edir (informasiya ötürən vasitə) və beyin, mədə və bağırsağın funksiyasına müsbət təsir göstərir; - NO makrofaqların tərkibində onların bakteriyaları məhv etmək qabiliyyətini artırır; - NO hüceyrə səviyyəsində çoxlu sayda pozitiv dəyişikliklərə səbəb olur və qan dövranı, immun və sinir sistemi fəaliyyətinin yaxşılaşmasına gətirib çıxarır.

Nebivololun təsiri altında endoteliumun azot oksidi istehsalı artır, sonra bu maddə sistemli qan dövranına daxil olur və nə β-reseptorlara təsirindən, nə də ki simpatik reseptorların hissəvi aktivləşməsindən asılı olmayan sistemli vazodilatasion reaksiyanın əmələ gəlməsinə səbəb olur. Bu, digər β-alrenoblokatorların malik olmadığı unikal bir xüsusiyyətdir.

uyğun vasitə seçmək çətindir. Belə halda bronxospazm törətməyən və pasiyentlər tərəfindən yaxşı mənimsənilən nebivololdan istifadə etmək olar. Pasiyentdə metabolik pozuntular qeyd olunursa, misal üçün, qlükozaya qarşı tolerantlığın pozulması zamanı adi β-adrenoblokatorların tətbiqi şəkərli diabetin inkişaf etməsinə gətirib çıxara bilər və belə hallarda nebivolol təyin etmək olar, çünki o, metabolik cəhətdən neytraldır və belə fəsadlar törətmir. βadrenoblokatorların istifadəsi zamanı əmələ gələn və ağrı sindromu ilə xarakterizə olunan vazospastik reaksiyalı xəstələrə gəldikdə, nebivolol (Nebilet) periferik vazodilatasiya yaradır və bu kontingent xəstələr üçün təhlükəsiz preparat hesab olunur. Preparatın qəbulu rahatlığı da az əhəmiyyət kəsb etmir, o, sutkada bir dəfə təyin edilir, 24 saatdan artıq təsir göstərir və səhərlər arterial təzyiqin artmasının qarşısını alır. Preparatın sutkalıq dozası 5 mq. təşkil edir. Əlavə təsirlərin sayı plasebo effektinə bərabər hesab olunur. Vacib amil odur ki, bu effektlər o qədər də güclü deyil və qeyri-spesifikdir: baş ağrıları, zəiflik, baş gicəllənməsi, qəbizlik, diareya. Əlavə təsirlərin sayı 3%-dən 5%-dək dəyişir ki, bu da preparatın yaxşı mənimsənilməsindən xəbər verir. Nebivololun uzun müddət istifadəsi fonunda impotensiya və erektil disfunksiya halları sayının artmamasını da qeyd etmək vacibdir ki, bu da onun vazodilatasion xüsusiyyətləri ilə əlaqədardır. Üçüncü nəsil β-adrenoblokatorlarına aid olan Nebilet® preparatının özünəməxsus və unikal ikili təsiri ona antihipertenziv vasitələr sırasında layiqli yer tutmağa kömək edəcək.

Nebivolol nisbətən yeni preparat hesab olunur, baxmayaraq ki, artıq bir neçə ildir dərman bazarında mövcuddur. Lakin hazırda da bu preparata aid bir sıra çoxmərkəzli tədqiqatlar aparılır, o cümlədən, ürək çatışmazlığı olan xəstələrdə (ÜÇ). Artıq nebivololun miokardın diastolik disfunksiyası zamanı ÜÇ gedişatına müsbət təsirini sübut etmiş ENECA (Efficacy of Nebivolol in the treatment of Elderly patients with Chronic heart failure as Add-on therapy) tədqiqatı bitmişdir. Alınmış nəticələr nebivololun təyinat göstərişlərinə ürək çatışmazlığını da daxil etməyə imkan yaratmışdır. Çox vacib bir məqamdır ki, bu preparatın yaranmasından sonra biz β-adrenoblokatorları müxtəlif kliniki vəziyyətlərdə istifadə edə bilərik. Misal üçün, xəstədə bronxospastik reaksiya var və onun üçün hətta selektiv β-adrenoblokatorların sırasından

Azərbaycanda “Berlin‑Chemie” Nümayəndəliyi Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 7 mərtəbə Tel: +994 12 436 88 41 Faks: +994 12 436 88 42


70

ar çox l n a s n i üasir m i, bu, x k o ç r i r d ə Bi b i a qər m m A . r i yey ermir. v ş a b n aclıqda

Bəs səbəb nədir? Vəziyyət 1 “Mən stol arxasına keçəndə dayana bilmirəm: yeyir, yeyir, amma doymuram. Yalnız mədəmin dolduğunu və ağrıdığını hiss edəndə dayanıram. Fikirləşirəm ki, növbəti dəfə özümə nəzarət edəcəm, lakin heç nə alınmır”.

Səbəb nədir? Çox güman ki, siz artıq iştahası olan insanlara aidsiniz. Məsələ hipotalamus, yəni iştaha mərkəzi funksiyasının pozulmasındadır. Belə insanlara qida qəbulu nə pozitiv emosiya, nə də xoş fiziki hissiyyat gətirmir. Qida prosesi yalnız mədənin mexaniki olaraq doldurulmasına çevrilir.

Həlli yolu İlk növbədə nevroloq və endokrinoloqun müayinəsindən keçmək lazımdır. Onlar bu problemi xüsusi məşqlər və ya hormonal vasitələrin köməyi ilə həll etməyin

yolunu sizə təklif edər. Lakin təəssüflər olsun ki, bu, həmişə müsbət nəticə vermir. Bu halda mütəxəssis-diyetoloqa müraciət etmək və sizin üçün optimal olan kalorilərin miqdarını hesablamaq lazımdır. Eləcə də, sizə yararlı olan ərzaqların siyahısını tərtib etmək lazımdır. Bundan sonra daimi olaraq, yemək miqdarına nəzarət etməli olacaqsınız. Tez-tez, amma az miqdarda yemək hazırlamaq ilə buna nail olmaq daha asandır. Böyük həcmli boşqabları da göz önündən yığışdırın. Xırda boşqablardan istifadə edin və yemək porsiyanızı azaldın. Bu, məntiqə uyğun olar.

Vəziyyət 2 “Ac oldum, ya olmadım, fərq etməz. Yemək istəyi hər dəfə yemək gördükdə əmələ gəlir”.

Səbəb nədir? Belə qida davranışını mütəxəs-

sislər eksternal adlandırır. İnsan ac olduğuna görə deyil, yemək gördüyünə görə qidalanır. O, xarici stimullara çox güclü reaksiya verir – qoxu, yemək təsvir olunmuş şəkillərə, hətta qida haqqında sözlərə belə. Öz orqanizmin siqnallarına, adətən, əhəmiyyət vermir. Əlbəttə ki, belə insanlar daimi olaraq, çox yeyir: müasir şəhərdə yeməyi hər addımda tapmaq olar.

Həlli yolu Belə hallarda ən yayılmış məsləhətlərdən biri – yüksək kalorili ərzaqları az kalorililəri ilə əvəz etməkdir. Misal üçün, masanın üstünə bulka deyil, alma qoyun. Lakin bu problemin tam həlli demək deyil. Belə çox yemək halları ilə bacarmaq üçün həyat tərzinizi dəyişmək lazım gələcək. İştahanıza nəzarət etmək qərarına gəlmisinizsə, ilk növbədə qonaq getməkdən və qəbul etməkdən müvəqqəti olaraq imtina edin. Bu zaman yemək-içməkdən imtina etmək asan olar.


71 Çalışın, yalnız zəruri olan ərzaqları alasınız. Yaxınlarınızdan xahiş edin ki, sevimli təamlarını siz görməyəndə yesinlər. Ümumi masa arxasında imtina etmək istədiyiniz ərzaqlar olmamalıdır. Yəqin ki, işdən evə getdiyiniz marşrutu dəyişməli olacaqsınız. Elə bir yol tapmağa çalışın ki, “ətirli” restoranlar, fastfud idarələri və ya ərzaq dükanlarının yanından keçməli olmayasınız. Və əlbəttə ki, öz hisslərinizə qulaq asın, onları təhlil edin. Yalnız bu halda çox yeməkdən qaça bilərsiniz.

Vəziyyət 3 “Adətən, normal qidalanıram. Lakin elə vaxtlar olur ki, dayana bilmirəm. Bir iş gördümsə – yeyirəm, rəfiqəmlə dalaşdımsa – yeyirəm. Həmişə ya şokolad, ya peçenye çeynəyirəm”.

qulaq asmaq və ya yaxın insanla söhbət etmək. Fiziki gərginlik də yaxşı təsir göstərir: fitnes, yüngül qaçış, yoqa və ya adi səhər idmanı. Sizə qəribə gəlsə də, çox yemək stress, darıxma, pis əhval-ruhiyyə ilə əlaqədardırsa, fiziki yükdən sonra iştahanız qaçacaq. Bu mənada, hər hansı ev işləri ilə məşğul olmaq faydalıdır: yır-yığış etmək, qabları yumaq. Özünüqiymətləndirmə üzərində də psixoloji iş aparmağınız məsləhətdir – bu, sizə daha da stressədavamlı olmağa kömək edəcək.

Vəziyyət 4 “Yalnız gecələr çox yeyirəm. Səhərlər yemək haqqında fikirlər belə nifrət oyadır, axşam saat ona yaxın isə güclü iştaha oyanır. Bundan sonra pis yatıram, gecə yarısı oyanaraq, yemək üçün mətbəxə gedirəm”.

Səbəb nədir? Bu, çox yemənin ən yayılmış bir növüdür – stress, emosional diskomfort ilə əlaqədar. İnsan bu zaman ac olmasına görə deyil, onun xətrinə dəyildiyinə, nədənsə narazı qaldığına görə yeyir. Böyük şəhərlərdə əhalinin 30%-i öz dərdlərini və qəmlərini yeməklə yüngülləşdirir. Piylənməyə düçar olan insanlar arasında isə bu rəqəm iki dəfə artıqdır – 60%. Bəzi insanlara stress zamanı daimi nə isə çeynəmək xasdır. Digərləri isə tutmalar şəklində çox yeyir. Onlar bir-iki saat ərzində, özlərinə nəzarət etmədən, evdə nə varsa, hər şeyi yeyir. Bu zaman həmişəkindən tez və çox yeyirlər. Üstünlüyü şirniyyata verirlər.

Həlli yolu Burada yalnız bir çıxış yolu var – stressin öhdəsindən yeməyin köməyi olmadan gəlməyə çalışmaq. Hazırda bunu necə etməyi öyrədən bir çox psixoterapevtik üsullar mövcuddur. Lakin ev vasitələri də yarayar: vanna və ya kontrast duş qəbul etmək, musiqiyə

Səbəb nədir? Bu, gecə yeməyi sindromunun tipik təsviridir. İlk baxışdan, burada qorxulu heç nə yoxdur: gecə çox yedin, səhər yemədin – bir növ balans saxlanılıb. Buna baxmayaraq, daimi olaraq gecə yemək piylənməyə gətirib çıxarır. Mütəxəssislər hesab edir ki, gecə yeməyi sindromu depressiyaya yaxın bir vəziyyətdir. Məsələ burasındadır ki, bu sindroma məruz qalmış insanların axşam ovqatı pozulur, narahatçılıq, qıcıqlanma artır. Bu da onları soyuducuya tərəf aparır.

Həlli yolu Birinci, emosional diskomfortu yeməksiz aradan qaldırmağa çalışın. İkincisi, anlamağa çalışın ki, problemləri yeməklə həll etmək olmur. Hərəkət əvəzinə yemək – demək olar ki, instinktdir. Heyvanların qida davranışını qiymətləndirmək üçün alimlər bir çox təcrübə aparıblar. Onlardan biri də belədir ki, iki xoruzu qızışdıraraq, vuruşmağa sövq edir,

sonra tor ilə ayırırdılar. Əgər bu zaman xoruzların yanına dən səpilmişdirsə, onlar aqressiyalarını rəqibinin üzərinə tökmək əvəzinə, onu dənləməyə başlayırdı. Pis ovqatı axşam yeməyi ilə düzəltməyə çalışan insanlar da təxminən bu qaydada hərəkət edir. Sizi qane etməyən məqamlara aydınlıq gətirməyə çalışın. Çox güman ki, bundan sonra mətbəxə gecə gedişləri kəsiləcəkdir.

Vəziyyət 5 “Piylənmə diaqnozunu mənə hələ uşaqlıqda qoyublar. Həmişə arıqlamağa çalışmışam, lakin heç nə alınmır. Pəhrizi yalnız iki gün saxlaya bilirəm – sonra isə yenidən öz adətimə qayıdıram: əvvəlkindən də çox yeyir və daha çox kilo yığıram”.

Səbəb nədir? Qəribə də olsa, bir çox insanlar üçün pəhriz çox yemək üçün ən yaxşı stimuldur. Və məhdudiyyət nə qədər ciddi olsa da, bir o qədər yeməyə can atırsınız. Diyetik depressiya adlanan bir hal yaranır ki, bu zaman insan özünü son dərəcə narahat hiss edir.

Həlli yolu Diskomfort izah olunandır: heç bir pəhriz orqanizm üçün təbii deyil. Menyudan yalnız yağları, zülalları və karbohidratları çıxarmaq olmaz. Siz yalnız orqanizminiz üçün 600 kkal defisit yaratmalısınız. Bu, o qədər də çətin deyil. Müəyyən müddət ərzində öz qida gündəliyinizi aparın və gün ərzində nə və nə qədər yediyinizi orada qeyd edin. Bundan sonra özünüz, yaxud mütəxəssisin köməyi ilə menyunuzdan iki ən kalorili ərzağı xaric edin. Bunu birdəfəlik etmək lazımdır. Mayonezi tomat pastası, limon şirəsi, soya sousu ilə əvəz etmək lazımdır. Bu halda tədricən arıqlaya biləcək, doyana qədər yemək istəyi isə daha gec yaranacaq.


72


73 Yeni ili necə qarşılayarsan, elə də keçər. Bu inanca riayət edərək, biz zəngin stol açmaq, böyük kompaniya çağırmaq və çoxlu şənlənməyə çalışaraq unuduruq ki, yanvarın biri qarın nahiyəsində ağrılar ilə başlaya bilər.

Bayramdan üç həftə əvvəl… Müasir elm heyvan mənşəli yağlar və zülallardan bitkili qidanın xeyrinə müvəqqəti imtina etməyin məntiqliyini təsdiq etmiş və əsaslandırmışdır. Sellüloz bağırsağın təmizlənməsinə kömək edir və onun fəaliyyətini tənzimləyir, qara ciyər, mədəaltı vəzi və böyrəklər isə, heyvan mənşəli yağ və zülalı emal etmək məcburiyyətində qalmır. Orqanizmin hər bir hüceyrəsi yüngülləşdirilmiş rejimdə fəaliyyət göstərir ki, bunun da sayəsində maddələr mübadiləsi yaxşılaşır. Nəticə – bütün bədəndə yüngüllük hissi əmələ gəlir. Yeri gəlmişkən, bu effekti, təmizlənmək üçün xalq təbabəti reseptindən istifadə etməklə gücləndirmək olar.

Bayram masası arxasında Mədənizi ağlınıza tabe etməyə çalışın, istədiyinizi yeyin və için, amma az miqdarda (xora xəstəliyi, xroniki hepatit, pankreatit kimi əks-göstərişlər yoxdursa). Yağlı, qızardılmış yeməkləri salatlar, suda və ya sobada bişirilmiş balıq və meyvələrin xeyrinə məhdudlaşdırın. Unutmayın ki, alkoqol – kalorili məhsuldur: bir qramın tərkibində eyni miqdarda karbohidrat və zülalın tərkibindəkindən iki dəfə artıq kalori mövcuddur. Hansı tünd içkilərə üstünlük vermək olar? Qırmızı şəraba. Lakin tünd içkilər

həvəskarısınızsa, keyfiyyətli araqdan istifadə edin. Mədənizin selikli qişasını qorumaq məqsədi ilə əvvəl yeyin. Spirtli içkidən sonra başqa maye içmək olmaz, xüsusən, qazlı və ya şirin su: onların hər ikisi alkoqolun daha tez mənimsənilməsinə kömək edir. Rəqs etməkdən imtina etməyin: fiziki aktivlik maddələr mübadiləsini, o cümlədən, alkoqolun utilizasiyasını sürətləndirir. Lakin yalnız yaxşı havalandırılan otaqda, yaxud təmiz havada rəqs edin. Daha bir məsləhət. Yeni il gecəsi mümkün qədər az siqaret çəkin. Birincisi, nikotin damarların daralmasına səbəb olur, ikincisi, maddələr mübadiləsinin normal keçməsi üçün zəruri olan oksigenin daxil olmasını azaldır və üçüncüsü isə əlavə «toksikoloji» yük yaradır.

Bayramdan sonra pəhriz 31 dekabrda yeməklərdən dadarkən, artıq səy göstərmişsinizsə, ertəsi gün qalan delikatesləri yemək həvəsinə düşməyin. Sizin üçün faydalı olar: * suda bişmiş və ya buxarda hazırlanmış tərəvəzlər; * yağsız bulyon; * çobanyastığı, nanə və kalendula çiçəklərindən hazırlanmış ot həlimi; * südturşulu ərzaqlar (yağsız, şirin olmayan). Mədənizdə diskomfort hissi sizi təqib edirsə, yeməkdən dərhal sonra ferment tərkibli preparat qəbul etmək olar. Xoşagəlməz hissiyyatlar (qıcqırma, köp) maksimum iki-üç gündən sonra yox olacaqdır. Çoxillik təcrübə göstərir ki, məhz bayramlar gizli mədə-bağırsaq traktı xəstəlikləri-


74

ni kəskinləşdirir. Uzun yeni il bayramı günlərindən sonra pəhriz rejiminə qayıtmaq və onun tərkibinə yağsız suda (buxarda) bişirilmiş ət, balıq, yumurta və süd məhsulları əlavə etmək faydalı olar. Daha çox tərəvəz, meyvə yeyin və maye için (gün ərzində 1-1,5 litr). Yaxud həftədə iki dəfə boşalma günləri keçirin.

Boşalma günləri Onlarsız keçinmək olarmı? Bağırsaq, qara ciyər – bütün həzm sistemini təmizləmək lazımdır. Ən sadə, ağır səy tələb etməyən kefir üzərində boşalma günləridir. Çalışın, hər istirahət gününü kefir şüşəsi ilə keçirəsiniz, belə olduqda, bir ay ərzində həm bağırsağınızı qaydaya salar, həm də bir-iki kilo çəki azaltmış olarsınız. Alternativ olaraq, su və ya limonlu yaşıl çay üzərində də boşalma günləri də keçirə bilərsiz. Öz iradənizə əminsinizsə, bu reseptdən istifadə edin: böyük almanı 15-16 hissəyə dilimləyin və üzərinə limon şirəsi əlavə edin. Onları boşqaba yığın və aclıq hissi əmələ gəldikdə bir dilim yeyin – bu, bütün gün ərzində qəbul edəcəyiniz qidadır, ona görə də qənaət edin və bütün dilimləri bir dəfəyə yeməyin.

Qidalanma Boşalma günləri yaxşıdır, bəs həftə ərzində qalan 5 gündə nə yemək lazımdır? Əlbəttə ki, yüngül bir pəhrizə riayət etmək lazımdır. Lakin unutma ki, bunu arıqlamaq məqsədi ilə etmək

olmaz. Yaxşı olar ki, sadə və sınanmış bir qaydaya riayət edəsiniz – undan hazırlanmış, yağlı, duzlu və xəmir bişmişlərdən imtina etmək. Səhərlər darı yarması, yaxud, yulaf yarması sıyığı yeyin. Qəhvə yox, bir stəkan şirə, yaxud yaşıl çay için. Ən əsası, qızıl qaydanı unutmayın – ac qarına qonaq getməyin. Axşam qonaqlıqda olacağınızı bilirsinizsə, səhər yeməyi və nahardan imtina etməyin. Alkoqolu məhdudlaşdırın – o, iştahanı artırır.

Fiziki yük Əzələ, sümük və ağ ciyərlər də həzm sistemi kimi reabilitasiyaya ehtiyac duyur. Fitnes-mərkəzlərinə gedirsənsə, oraya yenidən baş çəkməyin çox yaxşı olar. Birdən-birə rejimə uyğunlaşmaq alınmayacaq, tənbəllik, yorğunluq əmələ gələcək, təngnəfəslik qeyd olunacaq. Ona görə də özünü 100% yükləmək yox, yüngül gimnastikadan başlamaq kifayətdir.

Yuxu Son 2 həftədə yuxu adlandırdığın əslində yuxu deyil. Bəzilərimiz vaxtında yatsaq da, ertəsi gün işə getməyəcəyimizi bilərək, günortaya qədər yatırıq. Bəziləri gecələri diskoklub, əyləncə gecələrində keçirmiş və yalnız gündüzlər orqanizmlərini yuxu ilə sevindirmişlər. Nə birinci, nə də ikinci variant tamdəyərli istirahət anlayışına uyğun deyil. Sutkada 7-8 saat yatmaq


75 lazımdır – bu bizə tam kifayət edir. Ona görə də öz bioloji saatınızı bərpa etməyiniz lazımdır. Bunun üçün növbəti 2 həftə ərzində yuxudan əvvəl sərin duş qəbul etmək və dəsmal ilə silinmək lazımdır. Saat 16-dan sonra qəhvə içməyin. Axşam saat 8-dən sonra yemək yeməyin, yaxud, bir alma və ya mandarin yeyin. Yuxudan əvvəl nanə və ya sürvə çayı için. Axşam saat 11-dən gec yatmayın, çünki artıq səhərlər oyanmaq lazımdır.

Zərərli vərdişlər Yəqin ki, yeni il bayramlarında siqaret çəkmək və içki içməyə aid qadağalar münasibəti ilə verilmiş vədlərə sadiq qalan az olmuşdur. Lakin orqanizminə heyfin gəlirsə, gün ərzində 3 siqaretdən çox çəkməməyə və alkoqoldan imtina etməyə çalışmalısan. Orqanizm hər ikisinin bir neçə aylıq dozasını almışdır. Bütün deyilənlərdən sonra yeni il tətillərinin orqanizm üçün ölüm olması təəssüratı yaranır. Belə olduğu halda, onlar nəyə lazımdır? Lakin hər şey o qədər də pis deyil, çünki bayramların bir çox müsbət cəhətləri də var – axı biz çoxlu gülüb və şənlənmişik, bütün problem və qayğıları unutmuşuq, demək, ömrümüzü və cavanlığımızı bir neçə saat, bəlkə də, bir neçə gün uzatmışıq!

Bayram masası arxasında yemək qaydaları: - Ziyafətin ilk saatında çoxlu yeməyin. Bayram zamanı yemək yox, qəlyanaltı etmək lazımdır – bu, diyetoloqların qızıl qaydasıdır. - Sağlam qidalanma göyərtiyə təsadüfən üstünlük vermir. Kahı, cəfəri, keşniş və şüyüd yağların sorulmasının qarşısını alır. - Yeməklərdən əsasən zülallılarını seçin. Zülal maddələr mübadiləsini aktivləşdirir.

- Qıcqırma və mədədə xoşagəlməz ağırlıq hissindən qaçmaq üçün ət, yağlı qəlyanaltı və salatlardan sonra şirin meyvələr yeməyin. Diqqətinizi, həzm fermentlərini stimulyasiya edən turş meyvələr və içkilər üzərinə cəmləyin. Bu mənada xüsusən ananas qiymətlidir: onun tərkibində həm turş mədə mühitində, həm də bağırsaqda təsir göstərən yağ yandırıcısı olan bromelayn maddəsi mövcuddur. - Mümkün qədər turşu və marinadlardan imtina edin, çünki onlar iştahanı artırır. Bu səbəbdən də yeməyin duzunu az edin. - Bacardığınız qədər çox maye için. İçməli su həm artıq yemənin profilaktikası, həm də masa arxasında çox içki içmişlər üçün təcili yardım vasitəsidir. Nə qədər çox qida qəbul olunsa, maye orqanizmdən bir o qədər gec xaric olunur: nəticədə şlaklar və toksinlər orqanizmdə toplanır, artıq çəki artır. Orqanizmi yeni su ilə doydurduqda, «onsuz da çox olanı saxlamağa dəyməz» prinsipi qoşulur. Artıq yemək yemiş insanlara mütəxəssislər iki-üç gün ərzində adət olunduqdan iki dəfə artıq maye içməyi məsləhət edir. Sadə su və ya təzə çəkilmiş şirə içmək daha yaxşıdır. Kofein tərkibli içkilər isə bunun üçün yaramır.


Qara ciyər xəstəliklərinin yaranamsında müxtəlif növ zəhərlənmələr – spirtli içkilərdən çox istifadə kimi toksiki səbəblərlə yanaşı, infeksion (B,C,D,E,G hepatit virusu) faktorlar da mühüm rol oynayır. Bu problemlərin profilaktikası və aradan qaldırılması məqsədi ilə müasir təbabətdə bir çox preparatlardan, o cümlədən bitki mənşəli preparatlardan geniş istifadə olunur. Black Radish preparatı ozündə qara ciyərin profilktika və müalicəsində mühüm rol oynayan dörd dərman bitkisini birləşdirir. Qara çuğundur (Black radish) Vitaminlərlə (C, B1,B2,B6 və s.), minerallarla (fosfor, yod, Ca, Fe, K), karbohidratlarla, fitonsidlərlə, fermentlərlə və bəzi əvəzolunmaz amin turşuları ilə zəngindir. Black radish iştahanı yaxşılaşdırır, mədə şirəsinin sekresiyasını artırır, spazmolitik ödqovucu və sidikqovucu təsir göstərir. Güclü antimikrob, antiseptik və gec bitişən yaraları bərpa edici təsirə malik olduğu üçün bağırsaqlarda olan irinli prosesləri söndürür.Öd kisəsində qum və daşların əmələ gəlməsini xəbərdar edir. Ənginar (Cynara scolymus) Tərkibində sinarin bioflavonoidi vardır ki, bu da orqanizmdə sərbəst radikalların (sərbəst radikallar lipidlərin oksidləşməsi reaksiyalarında iştirak edərək hüceyrə membranlarını zədələməklə hüceyrələrin fəaliyyətini pozur ki, ilk növbədə də bundan qara ciyər və ürək əziyyət çəkir) neytrallaşdırılmasında mühüm rol onayır. Sinarin qara ciyərə təsir göstərərək onun fəaliyyət məhsullarının orqanizmdən kənarlaşdırılmasına köməklik göstərir. Ənginar(artişok) güclü hepatoprotektor xüsusiyyətə malik olub, qara ciyəri toksinlərdən qoruyur, orqanizmdən şlakların, ağır metal duzlarının və s. zərərli parçalanma məhsullarının xaric olunmasını təmin edir. Bitkinin tərkibində başqa aktiv maddələr: flavonoidlər, aşı maddələri, inulin, enzimlər, vitminlər( betakarotin, C vitamini), minerallar( K, Ca, Mg, P, Fe) vardır.

Yatıqqanqal (Silybum marianum) Əsas təsir edici maddəsi Silimarin hepatoprotektor, hepatoregenerator, antioksidant , antixolesterin , iltihab əleyhinə, antifibrotik təsir göstərir. Sitoxrom P 450 və digər mikrosomal enzimlərin aktivliyini artırmaqla qaraciyərin zərərli maddələrə qarşı davamlılığını artırır. Silimarin qaraciyəri toksiki maddələrin təsirindən(alkoqol,narkotik, qida toksinləri və s.) qoruyur. Silimarinin tərkibində OH qrupu çox miqdarda olduğuna görə silimarin sərbəst radikalları neytrallaşdırır, hansı ki kəskin və xroniki iltihabı proseslərdə əmələ gəlib və sonda hepatositləri və kupffer hüceyrələrini zədələyirlər. Maddələr mübadiləsini normallaşdırır , qanda və hepatositlərdə lipidlərin səviyyəsini aşağı salır, bununla da qaraciyərin piy distrofiyasının inkişafının qarşısını alır. Silimarinin ödqovucu təsiri var, eyni zamanda xoleretik və xolekinetik təsirə malikdir. Axır illər silimarinin şiş əleyhinə təsiri aşkar olunub, bəd xassəli şişlərin əmələ gəlməsində iştirak edən siklooksigenazanı və lipooksigenazanı zəiflətməsinə əsaslanır. Silimarinin həmçinin allergiya əleyhinə təsiri var. O histaminlərin orqanizmdə əmələ gəlməsini zəiflədir. Boldo Təkibində efir yağları və alkaloidlər vardır ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Boldin və digər alkoloidlər mədə şirəsinin və ödün əmələ gəlməsini stimulyasiya edir, sidiyin və sidik turşusunun orqanizmdən xaric olunmasını sürətləndirir, zəif yuxugətirici təsir göstərir. Almaniya Dövlət Səhiyyə Xidməti boldonun mədə-bağırsaq traktında zəif spastik ağrılarda istifadəsini təsdiqləyir.


77 Preparatın tərkibində əlavə qarışıqların olmaması təbii müalicəvi effektin saxlanılmasına təminat verir. Bu preparat: • İnfeksion, toksiki və xroniki hepatit; • Virus hepatiti; • Qaraciyər sirrozu; • Dispeptik sindrom, iştah zəifləməsi; • Radiasion sindrom; • Dərinin allergik xəstəlikləri, vitiliqo, ekzema, psoriaz, keçəlləşmə, dəmrov, vulqar civzə; • Hiperxolesterinemiya; • Öd axarlarının iltihabı; • Müxtəlif etiologiyalı qaraciyərin piy distrofiyası; • Qaraciyərin alkoqol, narkotik, qida və medikamentoz mənşəlli zəhərlənmələri;

Black Radish preparatı maye formasında ampulalarda istehsal edilir. R.F.S COMPANY. CO. LTD Azerbaijan Republic, Str. 1222/12, Baku-city-AZ1029 Web:www.rfs-pharma.com Tel.: (+994 12) 567 40 08 Fax: (+994 12) 567 40 06 E-mail: info@rfs-pharma.com

İstehsalçı Kanadanın Adrien Gagnon şirkətidir.

Gündə 1 dəfə 1 ampul yarım stəkan suda durulaşdırılıb, səhər yeməyindən əvvəl içilir.


78

Ailə - məhəbbət, qayğıkeşlik və diqqət evi olmalıdır!

Uşaq bir təmiz vərəqə bənzəyir. Onun gələcəkdə necə olacağı valideynlərdən, onun hansı şəraitdə tərbiyə olunmasından asılıdır. Bəs saf ailə münasibətlərinə zalımlıq adlı bir virus daxil olubsa, necə? …. Nəticələr acınacaqlı ola bilər. İstisnaya dönmüş qayda Təəssüflər olsun ki, müasir zamanda atanın nüfuzu ağır və əhəmiyyətli olan ailələrə nadir hallarda rast gəlmək olar. Əzəldən ata uşaq üçün güc rəmzi, yaxınlarını bütün həyati iztirablardan müdafiə etməyə hazır olan, anası üçün dayaq olan bir insandır. Bu, harmonik ailə münasibətlərinin surətidir. Ailədə gözlənilən kişi və qadın əsasının balansı böyüməkdə olan oğlan və qızlara yaşadığımız mürəkkəb ikicinsli bəşər quruluşunu üzvi tərzdə dərk

etməyə imkan verir. Qadın öz üzərinə “sahiblik” funksiyasını götürərək, ailə büdcəsini təmin edir, çiyinlərində məsuliyyət daşıyaraq, əsas qərarları qəbul edirsə, idilliya pozulur. Bu zaman uşaq düzgün ailə quruluşu haqqında nə eşitsə belə, yalnız ətrafında gördüyü real vəziyyəti qavrayır. Məşhur pedaqoqlar demişkən, uşaq qulaqları ilə deyil, gözləri ilə tərbiyə olunur. Ona görə də özünün ailə qurmaq məqamı gəldikdə, o, mexaniki olaraq, valideynlərinin ailə münasibətlərini oraya keçirəcək.


79 Qadın hökmranlığı Yalnız qadın tərəfindən tərbiyə olunan qadın ailə başçısının kişi olması ilə barışa bilmir, ona görə də ər və arvad sonsuz rəqabətə məhkumdurlar. Tənha qadınlar kişisiz oğul böyütdükdə də, çıxılmaz vəziyyət yaranır. Belə ailə əzəldən qadının müstəsna nüfuzu üzərində qurulur. Ana üzərinə atalıq rolunu götürməyə məcburdur, nəticədə oğul qadını çox güclü, müdafiəyə ehtiyacı olmayan, əksinə, bütün problemləri həll etməyə qadir olan bir məxluq kimi qəbul edir. Qadın hökmranlığı, ananın hər şeyi həll edən ixtiyarı ilə mübarizə, tədricən oğlan üçün qadın incəliyinin bütün təzahürlərinin inkarına çevrilir. Bütün səmimi duyğu ifadələrini, hətta insanlara mərhəməti belə, o, zəiflik, öz cinsinə xəyanət, kobudluq və həyasızlığı isə “əsl kişi” keyfiyyətləri kimi qəbul edir. Nəticədə, öz qəlbini məhv edən, sonradan ömrü boyu iztirab çəkən və kişi “mən”i üzərində mübarizənin nə üçün tam əks aqibətə gətirib çıxardığını anlamayan mütərəddid bir məxluq yaranır.

Yaradıcılıq enerjisi Cinslərin mübarizəsi heç kimə nə qalibiyyət, nə də fayda gətirir. Son nəticədə hamı itirir. Daha zəif kişi nəsli əmələ gəlir, böyüməkdə olan qızlar isə, daha güclü, sərt olmağa məcburdur, onlar artıq bələkdən “ailə lideri karyerasına” məhkumdurlar. Və onların seçimi analarından da az olur. Nəticədə, iki yarıdan ibarət olan məhəbbət alması parçalanır. Və insanlar öz qəlblərində onları, hətta həyat edə biləcəyindən də uzaq məsafəyə atır və hərə yalnız özünə məxsus yarıdan tutaraq, bütün dünyadan imtina etdiyini dərk etmir. Yalnız bərabər nisbət əsasları üzərində qurulmuş ailədə güclü, məsuliyyətli, alicənab kişilər və onlara yaraşan, öz zəifliklərində müdrik olan qadınların tərbiyə olunması mümkündür. Nə etməli? 1. Səbəbi özünüzdə axtarın, özünüzü bu tərzdə aparmağa sizi nəyin vadar etdiyini anlamağa çalışın. Özünüzdən, öz davranışınızdan, həyat tərzinizdən narazılığınız, yaxınlarınızın üzərinə yönəltdiyiniz qıcıq, onları öz iradənizə tabe etmək istəyinə çevrilir. 2. Artıq özünüzdən çıxdınızsa, öz davranışınızın nəticələrini aradan qaldırmağa çalışın. Bəzən, kobud tona görə, hətta ailənin ən kiçik üzvləri qarşısında belə üzr istəmək kifayətdir. Zəif olmaq və məsləhət istəməkdən qorxmayın. 3. Öz davranışınıza fikir verin. Hər bir səfhə görə özünüz üçün ağır olmayan cəza təyin edin, bu, gələcəkdə özünüzü ələ almağa kömək edəcəkdir. 4. Unutmayın: mədəni ailələrdə istibdad qəbul olunmazdır.

Alimlər beş əsas ana tipini müəyyən ediblər: “Superana” Uşağın əqli qabiliyyətini inkişaf etdirməyə, ona nə isə yeni bir bacarıq aşılamağa çalışır. O, öz övladını olduğu kimi sevir.

“Zalım ana” Uşaq səhərdən axşamadək onun əmr və göstərişlərini yerinə yetirmək ilə məşğuldur.

“Demək olar ki, ana” Öz övladını sevir və bütövlüklə qəbul edir. Lakin onun davranışı sistemsiz və xaotikdir və o, öz uşağının tələbatlarını ödəyə bilmir. Oğlunun (qızının) əqli inkişafına təsir etmək qabiliyyətinə malik deyil. Belə tip analar adətən passiv şəkildə uşağından təşəbbüs gözləyir, lakin bu, baş verdikdə, onun səbəblərini anlamır və qəbul etmir.

“Üzgün ana” Öz gündəlik vəzifələrini o qədər əzablı hesab edir ki, uşaqlara diqqət yetirmir və onları böyük bacı və qardaşları və ya öz öhdələrinə buraxır. Adətən, bu, çoxuşaqlı və maddi sıxıntılar içində yaşayan analardır.

“Pedant-ana” Ev gözəl şəkildə təşkil edilib, uşağın hər şeyi var, lakin o, tənhadır və əksər vaxtı özü ilə keçirir. Belə ana və uşaq arasında qarşılıqlı anlaşma mövcud deyil.

Ekspert rəyi: Ailə “avtoritarizmi” rejimində ən zəif ailə üzvlərinin “köməyinə” nevrotik simptomlar gəlir (baş ağrıları, gecə qorxuları, enurez və s.). Yaxud, ailə üzvləri psixoloji cəhətdən təhlükəsiz olan kompüter oyunları məkanına “gedir”, içkiyə qurşanırlar… Ailə üzvlərinin müalicə xərcləri, adətən, ailə başçısı, yəni “diktatorun” çiyinləri üzərinə düşür. Və bu xərclər heç də az deyil. Ona görə də əminliklə demək olar ki, “avtoritarizm” “diktator”a baha başa gəlir.


"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009