Page 1

FEVRAL

FEVRAL

2010

2010

ZƏRİF QADINLARIN QÜVVƏSİ HƏYAT BİR FİTNES KİMİ BALIQ PƏHRİZİ

SÖHBƏT MƏDƏNİYYƏTİ XURMA QIŞ ŞAHZADƏSİ


CAN SAĞLIĞI TİBBİ KÜTLƏVİ JURNAL Fevral 2010 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə

Azərbaycan Respublikasının səhiyyə sisteminin tərəqqisi ............................................4 Uşaq hüquqları Konvensiyasının 20-ci ildönümü ..........6 Malyariyanın eliminasiyası gündəmdədir .....................12 HİV/AİDS problemi ailə həkimi təcrübəsində ...............15 Böyüməkdə olan orqanizm üçün alkoqolun təhlükəsi .........................................................16

Baş redaktor Ayşə Məmmədova

Xərçəng xəstəliklərinin profilaktikası ............................18

Redaktor Rəna Kərimova

Əsl kişilər də “ağlayır” ....................................................20

Məsul katib Natiq Nəbili

Ağrı və kədəri qovan məkan ..........................................22

Məsləhətçilər prof. Mustafa Salihov ATU, “Ailə təbabəti” kafedrasının müdiri Maqsud Qasımov tibb elmləri doktoru

Qaraciyər - nəyi bilmək vacibdir? ..................................28 Problemli inyeksiyalar ....................................................32 Həyat bir fitness kimi ......................................................34 Aclığın faydası .................................................................37

Fərid Ələkbərli tarix elmləri doktoru

Miozit nə ilə təhlükəlidir? ..............................................38

Sədaqət Rüstəmova tibb elmləri namizədi

Qəfləti “qonaq” - bel ağrısı ............................................42

Ülviyyə Əliyeva tibb elmləri namizədi

Tibb aləmi - 2500 il sonra ...............................................46

“Lider Qadınlar” İctimai Birliyi Art-dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az

Zərif qadınların qüvvəsi ..................................................48

REPRODUKTİV SAĞLAMLIQ Gələcək ana üçün vitaminlər ..........................................52 Yumurtalıqların funksional kistaları ...............................54

KÖRPƏM Qaranlıqdan qorxmayın! .................................................58

GÖZƏLLİK ONDUR “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Tiraj: 4000 CBS nəşriyyatında çap edilmişdir.

Dabanlı əziyyətlər ............................................................60 Ayaqlara qulluq ................................................................61

XALQ TƏBABƏTİ Xurma – qış şahzadəsi ....................................................64

QİDALANMA Balıq pəhrizi .....................................................................66 Qoz-fındıq .........................................................................70 Susuzluğu nə ilə yatırtmaq olar? ...................................72

PSİXOLOGİYA Söhbət mədəniyyəti ........................................................76 Qış istirahəti .....................................................................78


Baş redaktordan Günlər tamam qısalmış, sutkanın işıqlı vaxtı ərzində də günəş bizi ö z şüaları ilə az da olsa sevindirir. Şaxtadır. Küləkdir. Çovğundur. Hətta sevimli işə də getmək həvəsi qalmayıb. Evə də getməyə bir o qədər can atmırsan. Bəlkə, dostlar ilə gö rüşəsən? Yox, yorğunsan. Heç nə istəmirsən, ürəyinə heç nə yatmır. Sizə bu qış təsviri tanışdır? Ola bilsin ki, siz, xroniki yorğunluq sin‐ dromu hücumuna məruz qalmısınız. Belədirsə, təcili olaraq ölçü götürmək lazımdır. Daxilində yorğunluğun artdığını hiss edərkən atacağınız ilk addım – doyun‐ ca yatmaqdır. Çox zaman bu kifayət edir. Həqiqətən də, əgər insan ən azı lazımi qədər yuxu almırsa, hansı istirahətdən söh‐ bət gedə bilər? Səhərlər qüvvənizi yoqurt, pendir, buğda çörəyinin köməyi ilə bərpa etmirsinizsə, artıq günortaya yaxın metabolizm ləngiyir və yenidən yorğunluq başınızın üstünü alır. Səhər yeməyi üçün heç vaxtınız yoxdursa, özünüzlə işə meyvə aparın. Süstlük orqanizmin susuzlaşması ilə də yarana bilər. Ona görə də mütləq çoxlu maye içmək lazımdır: bu, adi və ya mineral su, şirələr, yaşıl çay da ola bilər. Həyatınızdan üzücü ünsiyyəti, mənasız işi və dəyişkən insanları kənarlaşdırın. Sizi kədərləndirən hər şeyə “yox” deyin və qol‐ larınızı sevincə açın. Bolluca qış fərəhinin dadını çıxarmaq arzusunu sizlərə diləyən “Ailə həkimi” jurnalının baş redaktoru Ayşə Məmmədova...


4

Azərbaycan Respublikasının səhiyyə sisteminin tərəqqisi

Azərbaycan xalqının ümummilli lideri Heydər Әliyevin Azərbaycan Respublikasının rəhbəri vəzifəsində fəaliyyəti sayəsində Azərbaycan təbabəti dünya səhiyyə sistemində layiqli yerini tutdu. 1998‐ci ilin may ayında BMT‐nin Ümumdünya Səhiyyə Təşkilatının sessiyasında Azərbaycan Respublikasının səhiyyə sferasında keçirilən islahatlar yüksək qiymətləndirilmişdir və 1999‐cu ildən etibarən ölkəmizə göstərilən yardımın məbləğinin üç dəfə artırılması haqqında qərar qəbul olunmuşdur. Həmin dövrdə də Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq konfrans, konqres və qurultay keçirilmişdir və ölkədə ümummilli liderin tövsiyələri, eləcə də, dünya təbabətinin nailiyyətləri realizasiyasını tapmışdır. 2003‐cü ilin oktyabr ayından etibarən respublikada həyata keçirilən geniş miqyaslı islahatlar səhiyyənin yeni, daha keyfiyyətli mərhələdə inkişaf etməsi və əhalinin həyat və sağlamlığının qorunması üçün optimal şəraitin yaradılmasının inkişaf rəhni olmuşdur. İldən‐ilə dövlətin bu sahəyə qoyduğu vəsaitlərin məbləği artmağa başladı. Bu məsələyə dövlət qayğısının artması ən vacib göstəricilər olan – həyat davamlılığı və doğulmanın yaxşılaşmasında öz əksini tapır. Belə ki, 2003 ildə Azərbaycanda hər 1000 nəfərə 14 yeni doğulan təsadüf edirdisə, 2008 ildə bu rəqəm artıq 18‐ə çat‐ mışdır. Bu, əhalinin sosial həyat şəraitinin və vətəndaşların

sağlamlıq vəziyyətinin yaxşılaşması, eləcə də, tibbi xidmət keyfiyyətinin artırılması ilə izah olunur. 2003‐cü ildə dövlət tərəfindən səhiyyəyə ayrılan vəsaitlərin məbləği 55,3 mln. AZN təşkil etmişdir; 2009‐cu ildə o, 400 mln. AZN, 2010‐cu il üçün isə, 479,4 mln. AZN plan‐ laşdırılmışdır. 2013‐cü ilə qədər bu məbləğin 600 mln. AZN‐ə qədər çatdırılması planlaşdırılmışdır. Və nəticə etibarı ilə, artıq 5 ildən sonra ölkə əhalisinin həyatı 2007‐ci ilin məlumatlarına görə 72,4 yaşa qarşı 72,8 yaş təşkil edəcəkdir. Ölkə miqyasında bu gün yeni səhiyyə obyektlərinin tikintisi həyata keçirilir, bir çox tibb müəssisələrində təmir işləri aparılır. 2008‐ci ildə 62 obyekt üzrə təmir işləri aparılmışdır, onlardan 33 tibb obyekti istismara təhvil verilmişdir, 2007‐ci ildə isə, təmir olunan 45 obyektdən 28‐i təhvil verilmişdir. Onların hamısı ən müasir avadanlıq ilə təmin olunmuşdur. Son bir neçə il ərzində respublikamızın Prezidenti İlham Әliyev demək olar ki, hər ay ölkədə bir və daha çox tibb müəssisəsinə gəlir. O, yeni müəssisələrin təməl qoyma mərasimlərində bilavasitə iştirak edir, tikinti işlərinin gedişi ilə maraqlanır, açılış mərasimlərində iştirak edir. Konkret sahələrə aid olan Dövlət proqramları paketini təklif və realizasiya edən Prezident İlham Әliyev səhiyyənin gələcək inkişaf perspektivlərini də təyin etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə,


5 “Millətin sağlamlığı – Heydər Әliyev Fondunun prioritet fəaliyyət istiqamətidir”. Leyla Әliyeva, Rusiya Federasiyasında Heydər Әliyev Fondunun rəhbəri

2013‐cü ildə 30 tibb müəssisələrinin və 5 çoxprofilli polik‐ linikanın tikintisi başa çatacaqdır. Hazırda hətta Respublikanın ən ucqar guşələrində belə müasir diaqnostika və müalicə mərkəzləri mövcuddur, yeni xəstəxanalar tikilib istismara verilmişdir. Bunun nəticəsində rayon sakinlərinə göstərilən tibb xidmətlərinin keyfiyyəti yaxşılaşmışdır. Buna statistik məlumatlar da dəlalət edir. Rayonlarda fəaliyyət göstərən tibb müəs‐ sisələrinin maddi‐texniki bazasının yaxşılaşması nəticəsində paytaxta müalicə üçün gələn şəxslərin sayı 2008‐ci il ilə müqayisədə 30% azalmışdır. Bu isə o deməkdir ki, keyfiyyətli tibb xidmətləri bu gün əhalinin bütün təbəqələri üçün əlçatandır. Bakıda Göz xəstəlikləri Elmi‐Tədqiqat İnstitutu, Onkoloji mərkəz, Travmatoloji mərkəz, regionda unikal olan böyrək köçürülməsi üzrə Mərkəz istismara veril‐ mişdir. 2008‐ci ilin oktyabrında Bakıda əsaslı təmir‐bərpa işlərindən sonra Səhiyyə Nazirliyinin Kliniki tibbi mərkəzi (keçmiş Semaşko adına 1№‐li şəhər klinik xəstəxanası) açılmışdır. Məlumatlara görə, son illərdə xəstəxanaların dərman və ərzaq təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, onların paylaşdırılması və istifadəsinə ciddi nəzarət tətbiq olunmuşdur. Son 5 ildə səhiyyə sahəsində orta əmək haqqı 4 dəfə artmışdır. Şəkərli diabet, onkoloji xəstəliklər, xroniki böyrək çatmamazlığı, irsi qan xəstəlikləri və yoluxucu xəstəliklərdən əziyyət çəkən pasiyentlərin pulsuz müalicəsi və dərman təchizatı tətbiq olunmuşdur. Səhiyyənin inkişafında böyük rolu Azərbaycan Prezidentinin xanımı – Heydər Әliyev Fondunun Prezidenti, YUNESKO və İSSESKO‐nun Xoş məramlı səfiri Mehriban Әliyevanın fəaliyyəti oynayır. 17 may 2007‐ci il tarixində Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 60‐cı sessiyasında Mehriban Әliyeva İhsan Doğramaçının Ailə sağlamlığı Fondunun mükafatına layiq görülmüşdür. 2004‐cü ildən etibarən Heydər Әliyev Fondu “Diabetdən əziyyət çəkən uşaqlara ən yüksək qayğı” adlanan və çərçivəsində böyüklərə də əhəmiyyətli yardım göstərilən proqramı həyata keçirir. 2005‐ci ilin fevral ayın‐ dan “Talassemiyasız həyat naminə” proqramı həyata

keçirilir. Ölkənin birinci xanımının hamiliyi altında realizə olunan proqramın hakim bəndi olan unikal Talassemiya Mərkəzi yaradılmışdır. Onun tikilməsi və təchizatına 18 mln.$ vəsait sərf olunmuşdur. 2009‐cu ildə Heydər Әliyev Fondunun himayəsi altında Uşaq psixonevroloji mərkəzi açılmış; Әzizbəyov rayonunun Türkan qəsəbəsində polik‐ linika, Şüvəlan qəsəbəsində xəstəxana, Zirə qəsəbəsində müalicə‐diaqnostik mərkəzi təmir və təchiz olunmuşdur. 2008‐ci ilin aprelində Qala qəsəbəsində müasir diaqnostik mərkəz tikilmişdir. Ümumilikdə, son beş il ərzində Heydər Әliyev Fondu tərəfindən 10 mindən artıq Azərbaycan sakininə tibbi yardım göstərilmiş, 763 min cərrahi əməliyyat keçirilmiş və 100‐dən çox insan müayinə və müalicə məqsədi ilə xaricə göndərilmişdir. Səhiyyə sisteminin dinamik inkişafı və bu sahədə isla‐ hatların aparılması 20 oktyabr 2005‐ci il tarixində cənab Oqtay Şirəliyevin ölkənin səhiyyə naziri vəzifəsinə təyin edilməsi ilə əhəmiyyətli dərəcədə müəyyənləşmişdir. Onun fəaliyyəti sayəsində ölkəmizin Səhiyyə Nazirliyi və digər ölkələrin nazirlikləri arasında əlaqələr genişlənir: Fransa, Almaniya, İspaniya, İtaliya, Bolqarıstan, Belarus, Gürcüstan… Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəliyi müntəzəm olaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa komitəsinin müşavirələrində iştirak edir. Cari ilin 1 fevral tarixindən Oqtay Şirəliyevin əmrinə əsasən, dövlət büdcəsindən maliyyələşən tibb müəs‐ sisələrində pullu xidmət ləğv olunmuşdur. Bu qərarın qəbul edilməsinə hər il səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin artırılması, tibb müəssisələrinin maddi‐texniki bazasının gücləndirilməsi və artması, mütərəqqi idarəetmə formalarının tətbiqi və bir çox səhiyyə orqanlarında vəsaitlərin idarə olunması təsərrüfat mexanizminin təkmil‐ ləşdirilməsi səbəb olmuşdur. Hazırda Azərbaycanda Səhiyyə Nazirliyinin icazəsi ilə 100‐dən artıq dərman preparatı istehsal olunur. Lakin ölkədə həyata keçirilən dövlət proqramları çərçivəsində farmasevtik zavodlara investisiyaların cəlb olunması nəzərdə tutulur. Onlardan birincisi – regionda ən iri far‐ masevtik zavod – Abşeronda inşa edilir və bütün beynəl‐ xalq standartlara uyğundur. Azərbaycan Respublikasının səhiyyə sahəsi həqiqətən ildən‐ilə inkişaf edir və bu tendensiya dövlətin və onun başçısı İlham Әliyevin Azərbaycan xalqının sağlam gələcəyinə yönəltdiyi böyük diqqət sayəsində gələcəkdə də davam edəcəkdir. Material Airmed şirkətinin Analitik şö bəsi tərəfindən hazırlanmışdır.


6

Konvensiyanın bütün dövrlәrdә aktuallığı 2009‐cu ilin 20 noyabr tarixində dünya ictimaiyyəti Uşaq hüquqları Konvensiyasının 20‐ci ildönümünü qeyd etdi. Tarix boyu ən geniş miqyasda təsdiq edilmiş Konvensiya, onun 54 müddəası və Fakultativ Protokolları bütün uşaqların mülki, siyasi, mədəni, sosial və iqtisadi hüquqlarını ayrı‐seçkiliyə yol ver‐ məmək; uşaqların ən yaxşı maraqlarını təmin etməyə yönəldilmiş tədbirlər; yaşamaq, sağ qalmaq və inkişaf etmək hüququ və uşaqların baxışlarına onların yaşına və yetkinliyinə müvafiq olaraq lazımi diqqət kimi dörd əsas prinsiplərə əsaslanaraq müəyyən edir. Bu prinsip‐ lər uşaqların sağ qalmaq, inkişaf etmək, müdafiə edilmək və iştirak etmək hüquqlarının təmin edilməsində bütün maraqlı tərəflərin, o cümlədən uşaqların fəaliyyətlərini tənzimləyir. Dünyanın hər bir ölkəsi tərəfindən imzalanmış və hal‐hazırda iki ölkə istisna olmaqla bütün ölkələr tərəfindən qanuna ratifikasiya edilmiş Konvensiya və onun prinsipləri milli və yerli qanunvericilikdə kök salaraq bütün dünya hökumətlərini uşaqların hüquq və inkişafı ilə bağlı məsələlərin qanunvericiliyə dair plan‐

ların önünə çıxarmağa həvəsləndirir. 1990‐cı ildən etibarən 70‐dən çox ölkə Konvensiyanın müddəalarına müvafiq olaraq uşaq haqqında məcəllələri qanunveri‐ cilik sahəsində islahatların bir hissəsi kimi milli qa‐ nunvericiliyə daxil etmişdir. Konvensiya dövlət qurumlarına dərin və güclü təsir gö stərmişdir. Bu isə uşaq hüquqları ilə bağlı məsələlərin daha çox müzakirə edilməsində, milli və beynəlxalq hədəflərdə, siyasətlərdə, proqramlarda və insan hüquqlarının və sosial irəliləyişin təbliğ edilməsində uşaq hüquqlarına daha çox diqqətin ayrıl‐ masında özünü büruzə vermişdir. Saziş həmçinin milli və yerli hökumətləri qadın və uşaqların maraqlarına yö nəlmiş əməkdaşlıq‐ ların inkişaf etdirilməsi üçün uşaq yö nümlü büdcə təşəbbüslərini, sosial müdafiə tədbir‐ lərini və insan hüquq‐ larına əsaslanan yanaş‐ maları müəyyən etməyə həvəsləndirir. Eyni zamanda, Kon‐ vensiya biznes təşkilat‐ larında, məktəblərdə,

© UNICEF/NYHQ2005-2251/Giacomo Pirozzi

Uşaq hüquqları Konvensiyasının 20-ci ildönümü


ailələlərdə və müxtəlif icmalarda uşaq hüquqları ilə bağlı məlumatlandırılmanın artırılmasını gücləndirməyə yardım etmişdir. Bunun media vasitələrinə təsiri uşaqlar ilə bağlı məlumatların veril‐ məsinə dair davranış məcəllələrinin tərtib edilməsində, uşaqların müdafiəsi məsələlərinin daha geniş işıqlandırılmasında və uşaqları narahat edən və onlara təsir edən məsələlər ilə bağlı onların baxışlarına diqqətin yetirilməsində müşahidə olunur. Dini rəhbər‐ lər İİV və QİÇS‐ə yoluxmuş insanların cəmiyyətdən təcrid edilməsi və ayrı‐seçkiliyə məruz qalması kimi həssas məsələlərə diqqət yetirərək və gənc qızların təhsilini dəstəkləyərək, uşaq hüquqları sahəsində fəal şəkildə çalışırlar. Konvensiya həmçinin cəmiyyətdə səlahiyyətlər ilə təmin edilmiş tərəfdaşlar qismində yeni nəsil uşaqların formalaşdırılmasını təlqin edir. Konvensiyanın həyati əhəmiyyəti qanunvericilik ilə bağlı təsirlərindən və hətta uşaq hüquqlarının dəstək‐ lənməsinə yönəldilmiş birbaşa fəaliyyətlərindən də kənara çıxır. Saziş, həmçinin, 18 yaşına çatmamış şəxs‐ lər üçün təmin edilməli rəftar, qayğı, inkişaf, müdafiə və iştirak ilə bağlı minimum standartları müəyyən etməklə yeniyetməlik dövrünə olan yanaşmanın dəyiş‐ məsinə yardım etmişdir. Konvensiyanın maddələri uşaq hüquqlarının müdafiə edilməsi üçün yeniyetməlik dövrünün yetkinlik dövründən ayrıca bir dövr kimi müdafiə olunmasının və uşaqların böyümək, biliklərə yiyələnmək, oynamaq və inkişaf etmək üçün müəyyən vaxtın müəyyən edilməsinin labüd olmasının icti‐ maiyyət tərəfindən tam dərk edilməsini gücləndirir.

Әldә edilmiş irәlilәyiş vә mövcud problemlәr Konvensiya tətbiq edilən dövr uşaqların sağ qal‐ ması və inkişaf etdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsi, uşaqların müdafiəsi üçün geniş və əlaqələndirilmiş səylərin həyata keçirilməsi və uşaqların öz inkişaf və müdafiə proseslərində işti‐ rakının vacibliyinin daha geniş miqyasda tanınması ilə səciyyələnmişdir. Uşaqların sağ qalması və inkişaf etdirilməsi sahəsində əldə edilmiş ən əhəmiyyətli nailiyyətlərdən biri beş yaşına çatmamış uşaqların il üzrə ölüm sayının 1990‐ci ildə müşahidə olunan 12.5 milyondan 2009‐cu ildə 9 milyona endirilməsi olmuş‐ dur. Xəstəliklərin qarşısını almaq və onlara nəzarət etmək, qida və qidalanma təhlükəsizliyini gücləndirmək və səhiyyə sisteminin bütün səviyyələrində dolğun, vahid ximətləri təmin etmək üçün milli hökumətlərin, qeyri‐hökumət təşkilatlarının və beynəlxalq səhiyyə icmalarının göstərdikləri böyük səylər nəticəsində uşaqlar arasında ölüm halları daha az müşahidə olunmuşdur. Fərdi olaraq, vaksin ilə qarşısı alınan xəstəliklərə qarşı immunlaşdırma tədbir‐

ləri dünyanın bütün regionlarında milyonlarla uşaqların həyatını xilas etmək üçün atılan vacib addım olmuşdur. Uşaqların sağ qalmaq və inkişaf etməklə bağlı digər hüquqları sahəsində də əhəmiyyətli irəlilə‐ yişlər əldə edilmişdir. Beş yaşına qədər uşaqlarda geniş yayılmış normadan az çəki halları 1990‐cı ildən etibarən bütün regionlarda azalmışdır. Uşaq xəstəliklərinə qarşı ən effektiv müdafiə mexanizmi sayılan yalnız ana südü ilə qidalanma göstəriciləri 1990‐cı ildən etibarən bir region istisna olmaqla bütün regionlarda yüksəlmişdir. 1990 və 2006‐cı illər arasında 1.6 milyard insan təmiz su mənbələrindən istifadə etmək imkanlarını əldə etmişdir. İİV və QİÇS‐ə qarşı mübarizə virusun İİV ilə yoluxmuş hamilə qadından uşağa keçməsinin qarşısının alınması üçün onların, həmçinin yeni doğulanların və körpələrin müayinə edilməsini və antiretrovirus müalicə prosedurlarının tətbiq edilməsini genişləndirməklə gücləndirilmişdir. Təhsil sahəsində irəliləyişlər də gücləndirilmişdir, hal‐ hazırda ibtidai təhsil yaşında olan uşaqların təxminən 84 faizi məktəbə cəlb edilmişdir və bununla da ibtidai təhsilə cəlb edilmə ilə bağlı gender boşluqları azaldılmış, inkişaf etməkdə olan ö lkələrin əksəriyyətində ibtidai təhsil məktəblərində təhsilin sonuncu sinifədək davam etdirilməsinə dair yüksək göstəricilər əldə edilmişdir. Konvensiya uşaqların zorakılıq, istismar, təhqir, ayrı‐seçkilik və baxımsızlığın müxtəlif formalarından müdafiə edilmək hüququnu müəyyən etməklə, uşaq müdafiəsinin vahid konsepsiya qismində birləşməsi üçün dayanıqlı baza yaratmışdır. Son iki onillik ərzində uşaqların müdafiəsi ilə bağlı təbliğat tədbirləri əhəmiyyətli dərəcədə artmış, silahlı münaqişə zona‐ larında uşaqlar və uşaqlara qarşı zorakılıq halları kimi əsas məsələlər üzrə BMT‐nin xüsusi nümayəndələri təyin edilmişdir. Məlumatlar ilə bağlı boşluqların uşaqların müdafiə edilmək hüquqlarının pozulması halları haqqında tam dolğunluğu məhdudlaşdırmasına baxmayaraq, müx‐ təlif indikator qrupları üzrə sorğu və demoqrafik və sağlamlıq üzrə sorğu kimi ev təsərrüfatına dair beynəlxalq sorğular 1990‐cı ilin ortalarından etibarən bir sıra əhəmiyyətli məsələlər, o cümlədən uşağın doğulduqdan sonra dərhal qeydə alınması, erkən uşaq nigahları, uşaq əməyi və son illər məişət zorakılığı və uşağın nizam‐intizamına yanaşma haqqında mün‐ təzəm məlumatları təmin edir. Konvensiyanın bir sıra maddələri ilə müəyyən edilmiş uşaqların iştirakı son

© UNICEF/NYHQ2008-0134/Giacomo Pirozzi

7


© UNICEF/NYHQ2008-1376/Tom Pietrasik

8

iki onillik ərzində daha geniş miqyasda tanınmış və tətbiq edilmişdir. Xüsusi əhəmiyyət kəsb edən hadisə‐ lərdən biri 2002‐ci il tarixli BMT Baş Məclisinin xüsusi iclası olmuşdur ki, burada 150‐dən çox ölkədən olan 400‐dən çox uşaq BMT‐nin əsas qərar qəbuledici orqanında iştirak etmişdir. Dünyanın müxtəlif böyük və kiçik şəhərləri tərəfindən qəbul edilmiş uşaq‐ yönümlü şəhər proqramları, Braziliya, İspaniya və Böyük Britaniyanın müxtəlif şəhərlərində uşaqların iştirakının təmin edilməsi üçün büdcə vəsaitlərinin ayrılması kimi milli və yerli səviyyələrdə müəyyən edilmiş təşəbbüslər digər məsələlər ilə yanaşı, uşaqların qərar qəbuletmə forumlarında iştirakının üstünlüklərini xüsusi vurğulayır. Yuxarıda sadalanmış irəliləyişlərə baxmayaraq, Konvensiya ilə müəyyən edilmiş vədin bütün dünyada reallığa çevrilməsi üçün bir çox işlər görülməlidir. Probelmlər çox və geniş‐miqyaslıdır. Təxminən 1 mil‐ yard uşaq bir və ya daha çox formada maddi məhru‐ miyyətə məruz qalır. Milyonlarla uşaq, xüsusilə Afrika və Asiya ölkələrində keyfiyyətli səhiyyə xidmətləri, mikroelement əlavələri, təhsil, təmiz su mənbələri, gigiyena vasitələri və sığınacaqdan məhrumdurlar. Hər gün orta hesabla 24 000 beş yaşına qədər uşaq əsasən qarşısı alınması mümkün olan xəstəliklərdən hələ də tələf olur. İldə təxminən 500 milyon‐1.5 mil‐ yard sayda uşaq zorakılığa məruz qalır. 5‐14 yaşında təxminən 150 milyon uşaq uşaq əməyinə cəlb edilir, 140 milyondan çox beş yaşına qədər uşaq yaşlarına görə normadan az çəkidədir və təxminən 100 milyon ibtidai təhsil yaşında olan uşaqlar ibtidai təhsilə cəlb edilməmişdir. Uşaqların müxtəlif fəaliyyətlərdə iştirakı hələ də erkən mərhələdədir, sənaye ölkələrində və inkişaf etməkdə olan ö lkələrdə geniş vüsət almamışdır. Uşaq hüquqlarının həyata keçirilməsi sahəsində mövcud olan uyğunsuzluqlar bütün ölkələrdə artan meyllə müşahidə olunur. Faktlar göstərir ki, bəzi

uşaqlar, xüsusən də əlil uşaqlar, təcrid edilmiş, ucqar və kasıb icmalara, azlıqlara və yerli əhaliyə və ya ananın təhsili aşağı səviyyədə olan ailələrə mənsub olan uşaqlar digərləri ilə müqayisədə əsas xid‐ mətlərdən və müdafiədən məhrum olmaq riskinə daha çox məruz qalır. Dünyada təhsil sahəsində qızların oğlanlar ilə müqayisədə ibtidai və ya orta təhsildən kənarda qalmaq ehtimlı daha çoxdur. Qızlar 18 yaşına çatmadan ailə qurmaq, fiziki və cinsi zorakılığa məruz qalmaq riskinə daha çox məruz qalır, lakin oğlanlar da müdafiə edilməklə bağlı təhlükələrə məruz qalır. Afrika və Asiya ölkələri uşaqların sağ qalmaq, inkişaf etmək və müdafiə edilmək hüquqları sahəsində ən çox problemləri olan ölkələrdir, Səhra cənubunda yerləşən Afrika və Cənubi Asiya ölkələri isə digər ölkələr ilə müqayisədə bir çox göstəricilər üzrə geri qalır. Burada ilkin səhiyyə xidmətləri, təhsil və müdafiə ilə bağlı irəliləyişlərin əldə edilməsi uşaq hüquqları sahəsində və beynəlxalq qaydada razılaşdırılmış uşaqlar üçün inkişaf məqsədlərinə yönəldilmiş irəliləyişlərin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edəcək.

Risklәr vә imkanlar Uşaq Hüquqları Konvensiyasının 20‐ci ildönümü qeyri‐sabit bir dövrə təsadüf edir. 2009‐cu il son 80 ildə ən güclü ümumdünya maliyyə böhranı ilə səciyyələndi. Maliyyə böhranı nəticəsində müşahidə olunan qlobal iqtisadi tənəzzül yeyinti məsullarının qiymətlərinin qalxması ilə birgə yoxsulluğun və kifayət qədər qidalanmama hallarının artması ilə bağlı nara‐ hatlıqların yaranmasını şərtləndirdi. İqlim dəyişkənliyi və əhalinin məskən dəyişmələri son zamanlar əldə edilmiş irəliləyişləri təhlükə altına alır. Psixoloji baxımdan tam inkişaf etmədiklərindən və balaca uşaqların ölümünü şərtləndirən az qidalan‐ ma və yoluxucu xəstəliklər kimi əsas faktorların əksəriyyətinin iqlim dəyişkənliyinə həssaslığı üzündən xüsusilə uşaqlar onların təsirinə həssasdırlar. Günü‐ gündən artan faktlar göstərir ki, iqlim dəyişiklikləri əsasən uşaq əhalisi durmadan artan ən az inkişaf etmiş ölkələrə təsir edəcək. Vətəndaş qarşıdurmaları və iqlim dəyişkənliyi arasında artan əlaqə uşaq hüquqları sahəsinə təsir edən əsas narahatedici məqamdır. İqtisadi sərvətlər, qida və su təchizatları üzərinə düşən böyük təzyiqlər son nəticədə gəlir səviyyəsini azalda‐ caq və əsas xidmətlərə çıxışı məhdudlaşdıracaq. Hal‐hazırda müşahidə olunan iqtisadi böhranın və digər kənar problemlərin uşaq hüquqları sahəsində şərtləndirdiyi risklər lazımınca qiymtələndirilməlidir. Bu hadisələrin nəsilləri əhatə edəcək uzunmüddətli təsirləri şərtləndirərək nö vbəti onilliklərdə uşaq hüquqları sahəsində irəliləyişlərin əldə edilməsini şübhə altına alacağı təhlükəsi danılmazdır. Eyni zamanda, tarix göstərir ki, bu kimi böhranlar dəyişik‐


9

Tәdbirlәr Planı Belə bir qeyri‐müəyyən zamanda köhnə fəaliyyət yollarının artıq uyğun olmadığı aydındır. Dünya özündə köklü dəyişikliklər etmək və öz səylərini təkcə fiziki və iqtisadi sahələrin deyil, həm də ən həssas əhalisinin müdafiəsinə və dəstəklənməsinə yönəltmək üçün unikal imkan əldə edir. Uşaq Hüquqları Konvensiyası dörd əsas fəaliyyətlərə əsaslanaraq prio‐ ritetlərin yenidən müəyyən edilməsində mərkəzi rol oynamalıdır: Uşaqların ən yaxşı mənafelərinin idarəçiliyin sınanılmasında əsas faktor kimi nəzərə alınması. İdarəçiliyin hər bir aspekti uşaq hüquqlarına təsir edə bilər. Qərarların verginin təyin edilməsi və ya ticarət, diplomatiya və ya borc məsələlərinə aid olmasından asılı olmayaraq, “uşaqlar üçün neytral” siyasət, qanun, büdcə, proqram və ya plan deyilən anlam yoxdur. Bu səbəbdən də, İştirakçı Dövlətlərin ilk əsas vəzifəsi müxtəlif növ qanunvericilik və inzibati fəaliyyətlərin uşaqlara olan təsir və nəticələrinin qiymətləndirilməsi, ikinci vəzifəsi isə büdcə, siyasət və proqramların Konvensiya ilə müəyyən edilmiş prinsiplərin bütün aspektlərində tətbiq edilməsini təmin etməkdir. Milli səviyyədə həyata keçirilən fəaliyyətlər çərçivəsində büdcə və proqramlarda xüsusi olaraq uşaqların sağ qalmaq, inkişaf etmək, müdafiə edilmək və iştirak etmək hüquqlarının təmin edilməsində labüd olan xidmətlərin əhəmiyyətlik dərəcəsi müəyyən edilməlidir. Bu səylər ö lkə və icmalarda uşaq hüquqları sahəsində monitorinq fəaliyyətlərini həyata keçirməklə dövlət və özəl sektor vəsaitlərinin istifadə edilməsinə və əlaqələndirilməsinə yönəldilməlidir. Әməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi prosesində donorlar və yardım alan ölkələr öz yardımlarının uşaq maraqlarına necə töhfə verdiyini nəzərdən keçirmə‐ lidirlər. Rayon və icmalar səviyyəsində isə yerli idarəetmə orqanları inkişaf ilə bağlı təşəbbüslərin əhatəliyini və müştərəkliyini, qadın və uşaqların baxışlarının qanunda, praktikada, siyasət və proqram‐ larda əks etdirilməsini təmin etməlidirlər. Digər çağırış, qanunların uşaq hüquqlarına uyğun olaraq təsdiq edilməsi və qüvvəyə girməsinin təmin edilməsidir. Bu isə hö kumət nəzdində uşaq hüquqlarını müdafiə edəcək və sektorlar arasında fəaliyyətləri əlaqələndirəcək daimi bölmələrin təsis edilməsini tələb edə bilər. Uşaq hüquqları üzrə müvəkkillər qismində insan hüquqları üzrə müstəqil

nümayəndələrin təyin edilməsi ölkə və icmalarda uşaq hüquqları sahəsində monitorinq fəaliyyətlərini gücləndirə bilər. Məlumat, araşdırma və qiymətləndirmə nəticəsində əldə edilmiş faktlara əsasən uşaqlarla bağlı vəziyyətin daha yaxşı dərk edilməsi Konvensiyanın səmərəli şəkildə həyata keçi‐ rilməsinin qiymətləndirilməsi üçün əhəmiyyətli kom‐ ponentlərdir. Uşaq hüquqlarının həyata keçirilməsi üçün potensialın inkişaf etdirilməsi. Konvensiya ilə müəyyən edilmiş vədin yerinə yetirilməsi üçün hər bir şəxsin və təşkilatın töhfə verməsi tələb olunacaq. Bütün tərəflər uşaq hüquqlarını dərk etmək, müvafiq reaksiya vermək və təbliğ etmək üçün öz potensial‐ larını inkişaf etdirməlidir. Bu potensialın hökumətin bütün səviyyələrində, xüsusilə də ən çox çatışmazlıq müşahidə olunan yerli səviyyədə artırılması üçün əlaqələndirilmiş səylər həyata keçirilməlidir. Təhsil, səhiyyə, təhlükəsizlik, fövqəladə xidmətlər və şəhər planlaşdırılması kimi müxtəlif sahələrdə ixtisaslı mütəxəssislər digər sahələr ilə yanaşı, uşaq hüquqları sahəsində təlimləndirilməli və bu hüquqlara müvafiq olaraq addım atmaq məsuliyyətləri barədə məlumat‐ landırılmalıdırlar. Ailələrin uşaq hüquqlarının təmin edilməsi üçün labüd olan yardım və müdafiənin təmin edilməsinə yönəldilmiş səyləri dəstəklənməlidir; bir çox hallarda bu onların keyfiyyətli əsas xidmətlərə çıxışının, tibbi xidmət və gigiyena sahəsində təkmilləşdirilmiş təcrübələr haqqında daha dolğun məlumatlandırıl‐ masının və həyatlarına təsir edəcək qərarların qəbul edilməsində iştiraklarının təmin edilməsini şərtləndirir. Hüquqa malik olan tərəf olaraq, uşaqların ö z hüquqlarını bilməsi və dərk etməsi və onları iddia etmək üçün səlahiyyətlər ilə təmin edilməsi mütləqdir. Konvensiya məktəblərdə tədris edilməlidir ki, uşaqlar öz hüquqlarının müdafiəçisi ola bilsinlər. Konvensiyaya əsasən uşaqlar, həm də digər uşaqlar qarşısında məsuliyyət daşıyır: öz hüquqları haqqında

© UNICEF/NYHQ2008-0964/Shehzad Noorani

liklərin həyata keçirilməsi üçün bir imkan kimi istifadə oluna bilər. Hökumətlər və digər maraqlı tərəflər problemləri Konvensiyanın prinsipləri və maddələrinə əsasən üzərlərinə gö türdükləri ö hdəlikləri yeniləşdirmək və uşaq hüquqları sahəsində nailiyyətlərin gücləndirilməsi məqsədilə birgə çalış‐ maq üçün istifadə edə bilər.


biliklərə yiyələnmə digərlərinin hüquqlarını tanımağı və onlara hörmət etməyi şərtləndirir. Uşaqların hüquqlarına hö rməti təmin edən sosial və mədəni dəyərlərin dəstəklənməsi. Uşaqların qayğı ilə təmin edilməsi, inkişafı və müdafiə edilməsi üçün Konvensiyada əks etdirilmiş dəyər və standartlar heç də həmişə uzun tarixə malik ənənələr ilə dəstəklənmir. Uşaqların erkən nigahı, qadın cinsi orqanlarının kəsilməsi və ayrı‐seçkilik halları kimi sosial və mədəni təcrübələr uşaqların hüquqlarının şübhə altına alın‐ masında müvafiq rol oynayır. Gender, etnik, əlillik və ya ayrı‐seçkiliyi şərtləndirən digər faktorlar əsasında uşaqların öz hüquqlarından məhrum edilməsi yol verilməzdir. Uşaqlar üçün təhlükəsiz mühitin təmin edilməsi onların hüquqlarına olan bütün təhlükələrin, o cüm‐ lədən zərərli ənənələr ilə təyin edilmiş təhlükələrin aradan qaldırılmasını şərtləndirir. Uşaq müdafiəsi məsələlərində açıq müzakirələrin təbliğ edilməsi, məlumatın daha təkmilləşmiş qaydada toplanılması, təhlili və istifadə edilməsi vasitəsilə monitorinq və nəzarət fəaliyyətlərinin təkmilləşdirilməsi, ailələrin və icmaların uşaq hüquqlarını dərk etmək və təmin etmək potensiallarının inkişaf etdirilməsi uşaq və qadınlara qarşı bütün növ zorakılıq, sui‐istifadə və təhqir hal‐ larının aradan qaldırılmasında əhəmiyyətli addım‐ lardır. Konvensiya ilə bütün uşaqlar üçün müəyyən edilmiş vədin yerinə yetirilməsi ilə bağlı birgə fəaliyyət. Konvensiya prinsiplərinin və onun müəyyən etdiyi hüquqların qəbul edilməsi və həyata keçirilməsi üçün geniş tərəfdaşlıq əlaqələrinin qurulması həyati əhəmiyyət kəsb edir. Son illər səhiyyə, təhsil, müdafiə və iştirak sahəsində əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş və uşaq hüquqları sahəsində və beynəlxalq qaydada razılaşdırılmış inkişaf məqsədlərinə doğru daha sürətli irəliləyişin təmin edilməsini vəd edir. Lakin milli və beynəlxalq mənşəli maraqlı tərəflər, icmalar, yerli hökumətlər və fərdi vətəndaşlar arasında daha geniş əməkdaşlıq münasi‐ bətlərinin qurulması labüddür. Hö kumətlər uşaq hüquqlarının geniş miqyasda və dolğun şəkildə tətbiq edilməsi prosesini müşahidə edən çox saylı problem‐ lərin aradan qaldırılması üçün donorlar, qeyri‐ hökumət təşkilatları, dini rəhbərlər, müəllilmlər, tibbi xidmət təchiztaçıları, sosial işçilər və deputalar ilə birgə fəaliyyət göstərməlidir.

Qarşıda duran yol Tədbirlər Planına uyğunluğu təmin etmək üçün əsas işlərin əksəriyyəti artıq həyata keçirilmişdir. Konvensiyanın və onun Fakultativ Protokollarının icrasına monitorinq etmək həvalə edilmiş Uşaq Hüquqları Komitəsi hesabatvermə prosesi, ümumi

rəylərin təmin edil‐ məsi və müzakirə üçün günlərin təyin edilməsi vasitəsilə İştirakçı Dö vlətlərə uşaq hüquqlarının həyata keçirilməsi sahəsində davamlı olaraq bələdçilik edir. Milli hökumət‐ lər bu kimi tö vsi‐ yələri artan meyllə qəbul edərək, uşaq hüquqları sahəsində dayanıqlı üstünlüklər və faydalar əldə edirlər. Ana, yeni doğulmuş körpə və uşağ üçün ilk tibbi‐ sanitar yardım, uşaq dostu təhsil və təhlükəsiz mühit prinsipləri kimi ümumsistem yanaşmaları müvafiq olaraq uşaq səhhəti, təhsili və müfadiəsi ilə bağlı məhrumiyyətlərin aradan qaldırılması üçün dolğun mexanizmləri təmin edir. Әməkdaşlıqda insan hüquqlarına əsalanan yanaşmanın tətbiq edilməsi uyğunsuzluqların aradan qaldırılması və fəaliyyətlərin həyata keçirilməsində insan hüquqları prinsiplərinin rəhbər tutulmasının təmin edilməsi üçün möhkəm təməl yaradır. Humanitar yönümlü fəaliyyət hal‐hazırda uşağın bütün ehtiyaclarını nəzərə alaraq, təhsil və müdafiəni habelə uşaqların əsas fiziki ehti‐ yaclarını ödəmək üçün əsas mal və xidmətləri təmin etmək olan başlıca ənənəvi ö hdəliyini prioritet istiqamət kimi müəyyən edir. İnkişaf etməkdə olan ölkələrdə informasiya və kommunikasiya vasitələrinə çıxışın sürətlə artması nəticəsində ucqar və təcrid edilmiş icmalara vacib məlumatların çatdırılması imkanı əldə edilir. Әsas çağırış son 20 il ərzində əldə edilmiş irəlilə‐ yişlərin ümumiləşdirilməsi, risklərin aradan qaldırıl‐ ması və sosial, iqtisadi və texnoloji inkişaf nəticəsində təmin edilmiş imkanlardan istifadə etməkdir. Uşaq hüquqları Konvensiyası uzun mübarizələrdən sonra və çətinliklə əldə edilmiş bir qələbədir. Konvensiya uşaqların hüquqları təmin edilmiş və insan rifahının hər bir aspekti son nəticə olaraq yaxşılaşdırılmış bir dünyaya doğru yolumuzu müəyyən edən qiymətli bir sənəddir. 21‐ci əsrin birinci onilliyinin sona çatmasına az qaldığından biz Konvensiya ilə müəyyən edilmiş prinsiplərin və müd‐ dəaların praktikada tətbiq edilməsi üçün mö vcud imkandan istifadə etməliyik. Növbəti 20 il üçün əsas çağırış hö kumət cavabdehliyinin sosial və fərdi məsuliyyət ilə təmərküzləşdirilməsindən ibarət olacaq. Konvensiyanın mövqeyini hər bir uşaq üçün reallığa çevirməkdən ötrü bu sənəd hər bir insan üçün rəhbər tutulacaq bir sənəd olmalıdır.

© UNICEF/NYHQ2009-0249/Josh Estey

10


12

Azərbaycan ərazisində hələ çox qədim zamanlardan malyariya xəstəliyinin endemik ocaqları mövcuddur və bu ocaqlarla əlaqəli olan xəstəlik, həmçinin ölüm halları bir sıra tarixi mənbələrdə belə qeyd edilib. Lakin keçən əsrin 30‐cu illərindən başlayaraq Azərbaycan Respublikasının səhiyyə təşkilatları tərəfindən aparılmış məqsədyönlü tədbirlərin nəticəsində malyariya ilə yoluxma halları minimuma endirilmiş və 60‐cı illərin əvvəl‐ lərində isə xəstəlik rəsmi olaraq ölkəmizdə ləğv edilmişdi. Şübhəsiz ki, 90‐cı illərdə baş ver‐

miş siyasi proseslər malyariya ilə mübarizəyə də öz mənfi təsirini göstərmişdir və Sovet İttifaqı dağıldıqdan sonra malyariya əley‐ hinə tədbirlərin aparılması zəifləmiş, bunun nəticəsi olaraq, xəstəliyə yoluxma halları artmağa başlamışdır. Bu cəhətdən ən gərgin il 1996‐cı il olmuşdur və həmin il ölkəmizdə 13135 malyariya xəstəsi qeydə alın‐ mışdır. 1996‐cı ildən etibarən keçirilmiş əks‐epidemik tədbirlər nəticəsində xəstəliklə mübarizədə müəyyən müvəffəqiyyətlərə nail olunmuşdur və sonrakı illərdə malyariya ilə xəstələnənlərin sayı tədricən aşağı

düşməyə başlamışdır. Bu tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi beynəlxalq təşkilatların, o cümlədən: Ümumdünya Səhiyyə Təşkilatının, BMT‐nin, Belçikanın və Hollandiyanın Sərhədsiz Həkimlər təşkilatlarının yaxından köməyi və dəstəyi ilə mümkün olmuşdur. Daha sonra, bu işlərin elmi əsaslar üzərində aparılması məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq 1999‐ 2004‐cü illəri əhatə edən “Malyariya ilə mübarizə Proqramı” işlənib hazır‐ lanmış və həyata keçirilmişdir. Bu Proqramın həyata keçirilməsi Respublikada malyariya ilə xəstələn‐

MALYARİYANIN ELİMİNASİYASI GÜNDƏMDƏDİR


13 mə hallarını xeyli azaltmışdır. Qeyd etmək lazımdır ki, 2000‐ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatı Avropa regionunda malyariyanın eliminasiyasını mühüm məqsəd olaraq qarşıya qoymuşdur. Bu barədə 2005‐ci ildə Daşkənd şəhərində “Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli” adlı Bəyannamə qəbul edilmişdir və Azərbaycan hökuməti adından bu Bəyannaməni Azərbaycan Respublikanın Səhiyyə naziri, professor Oqtay Şirəliyev imzalamışdır. Həmin Bəyannaməyə uyğun olaraq, malyariya ilə mübarizədə daha yüksək nailiyyətlərə nail olmaq və ölkəmizdə malyariyanı tamamilə ləğv etmək məqsədi ilə Respublika Səhiyyə Nazirliyi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirdi. Bu müstəvidə iki mühüm təşkilatla: Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fondla birgə işləməyə önəm verildi. Qlobal Fondun və Ümumdünya Səhiyyə Təşkilatının yaxından iştirakı və hərtərəfli dəstəyi ilə 03 mart 2008‐ci ildə Respublikada daha bir mühüm sənəd ‐ “2008‐2013‐cü illər üçün Azərbaycan Respublikasında Malyariyanın eliminasiyası üzrə Milli Strategiya” qəbul edilmişdir. Bu cəhətdən Qlobal Fondun elan etdiyi Malyariya ilə mübarizəyə aid Layihələr təklifi ölkəmizə beynəlxalq təşkilatlardan maliyyə və texniki dəstək almaq üçün gözəl imkan yaratdı. Azərbaycan Respublikasında malyariya ilə mübarizə sahəsində bir sıra nailiyyətlərə nail olunmasına baxmayaraq, Respublikanın Səhiyyə naziri, professor Oqtay Şirəliyevin tövsiyəsi ilə Qlobal Fonda yeni layi‐ hənin təqdim edilməsi qərara alındı. Səhiyyə nazirinin bilavasitə dəstəyi sayəsində 2008‐ci ilin sonunda Qlobal Fondla “Davamiyyətli mal‐ yariya nəzarəti və profilaktikası uğrunda yeni təşəbbüslər” Layihəsinin yerinə yetirilməsi barədə saziş imzalandı. Həmin Layihədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi 2009‐2013‐cu illəri əhatə

edir və əsas məqsəd olaraq, Azərbaycan Respublikasında beş il ərzində (2009‐2013‐cü illər) mal‐ yariya xəstəliyinin eliminasiyasının həyata keçirilməsini nəzərdə tutur. Bu Layihəyə uyğun olaraq, 2009‐ 2013‐cü illərdə üçgünlük mal‐ yariyanın eliminasıyası üzrə tam‐ miqyaslı tədbirlərin aparılması, 2013‐ cü ilin sonunda malyariya ilə yerli yoluxma hallarının kəsilməsi və 2013‐cü ildən sonra malyariyanın eliminasiyasının sertifikasıyası nəzərdə tutulur. Bu Strategiyaya və Layihə Planına uyğun olaraq malyariya xəstəliyinə qarşı bir sıra mühüm təd‐ birlərin həyata keçirilməsi nəzərdə tutulur. Buraya malyariya xəstəliyinin erkən aşkar edilməsi, diaqnostikası və müalicəsi, kadrların hazırlanması, epidemioloji vəziyyətin nəzarət altında saxlanıl‐ ması, əhalinin malyariya törədiciləri ilə mübarizəyə səfərbər edilməsi, malyariyaya dair elmi‐təcrübi tədqiqatların aparılması və digər işlər daxildir. Layihənin həyata keçirilməsi mal‐ yariya xəstəliyi ilə mübarizəyə aid olan mövcud normativ sənədlərin yenidən işlənməsini və təkmil‐ ləşdirilməsini zəruri edir. Respublika Səhiyyə Nazirliyinin 29 dekabr 2008‐ ci il tarixli “Malyariya ilə mübarizənin müxtəlif aspektləri üzrə sənədlərin hazırlanması barədə” adlı əmrinə uyğun olaraq müvafiq sənədlərin hazırlanması üçün 6 nəfərdən ibarət işçi qrup yaradılmışdır. İşçi qrupunun 2009‐cu ildə 5 iclası keçirilmiş və bu iclaslar‐ da qrupun üzvləri tərəfindən hazır‐ lanmış sənədlər və Layihənin aparıl‐ masına dair mühüm məsələlər müzakirə edilmişdir. Həmin iclaslar‐ da malyariyanın diaqnostikası, müalicəsi və kimyəvi profilaktikasına və malyariyanın laborator diaqnos‐ tikasına, həmçinin malyariya epi‐ demiyasına hazırlıq tədbirlərini əhatə edən metodiki tövsiyələr nəzərdən keçirilmiş və təsdiq edilmək üçün Səhiyyə Nazirliyinə göndərilmişdir.

Tibb mütəxəssislərinin malyariya ilə mübarizə sahəsində bilik və bacarıqlarının artırılması bu Layihənin ən ümdə vəzifələrindən biri olaraq qalır. Bunun üçün həm Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçilərinin, həm beynəlxalq elmi‐tədqiqat müəssisələrinin və həm də Respublikanın öz alimlərinin gücündən istifadə edilir. Həmin mütəxəssislərin rəhbərliyi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) malyariya ilə mübarizə sahəsində işləyən əməkdaşların (epi‐ demioloqlar, həkim‐parazitoloqlar, entomoloqlar, laborantlar və ilkin səhiyyə xidməti işçiləri) ixtisas hazır‐ lığının yüksəlməsinə yönəldilmiş ardıcıl təlimlər aparılmaqdadır. Bu təlimlər RGEM‐in Qlobal Fondun dəstəyi ilə təmin edilmiş və müasir kompüter, faks, daşınan kompüter, skaner və printer avadanlığı ilə təchiz edilmiş Təlim Mərkəzində keçirilir. Təlimlərin digər bir hissəsi isə Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının baza‐ sında aparılır. Burada rayon GEM‐ lərinin mütəxəssisləri və ilkin səhiyyə xidməti işçiləri üçün “Epidemiya hazırlığı və epidemiyanın cavablan‐ dırılması” mövzusunda təşkil edilmiş təlimlər aparılır. Rayon GEM‐lərinin mütəxəssis‐ lərinin bir qrupu Moskva şəhərində Martsinovski adına Elmi Tədqiqat İnstitutunun bazasında aparılan ixti‐ sasartırmaya göndərilmişdir və bu iş davam etdiriləcək. Layihənin həyata keçirilməsi üçün lazım olan tələblərdən biri onun maddi resurslara (Malyariya əley‐ hinə müalicə preparatları, insek‐ tisidlər, larvisidlər, laborator reak‐ tivləri, avadanlıqlar və s.) olan tələ‐ batının təmin edilməsidir. Bu məqsədlə RGEM‐nin parazitologiya laboratoriyası üçün yüksək keyfiy‐ yətli mikroskoplar, müxtəlif rayon‐ ların laboratoriyaları üçün streos‐ kopik və binokulyar mikroskoplar alınıb verilmişdir. Respublika GEM‐nin parazitoloji


14 şöbəsinin bazasında Referens Laboratoriyanın maddi‐texniki vəziyyətinin gücləndirilməsi üzrə mühüm işlər başa çatdırılmışdır. Həmin laboratoriya üçün beynəlxalq standartlara cavab verən avadanlıq alınıb təhvil verilmişdir. Malyariya ilə mübarizənin preeli‐ minasiya mərhələsində yoluxma mövsümü başlayana qədər bütün fəal ocaqlarda dezinfeksiya tədbirləri planlaşdırılmış və bu tədbirlərin mütəmadi olaraq aparılması təmin edilmişdir. Respublikada malyariya ilə mübarizə tədbirlərinin monitorin‐ qini təmin etmək üçün layihə tərəfindən 10 ədəd minik avtomobili RGEM‐nə təhvil verilmişdir. Fərdi və kollektiv profilaktika (insektisidlə hopdurulmuş miçətkənlər) tədbir‐ lərinin aparılmasını təmin etmək məqsədi ilə 2009‐cu ildə əhaliyə 20,000 ədəd insektisid hopdurulmuş miçətkən paylanmışdır. Hazırda Milli Strategiyanın tələblərinə uyğun olaraq, uçot‐ hesabat formalarına yenidən baxıl‐ ması və onların yenilənməsi və eləcə də, şübhəli hadisələr haqqında təcili bildiriş verməklə mütləq qeydiyyat aparılması və məlumat bazasına yer‐ ləşdirilməsi üzərində Səhiyyə Nazirliyinin və beynəlxalq qurum‐ ların iştirakı ilə birgə iş gedir. Bundan əlavə, məlumat axınının (vaxtında bildirişin verilməsi, qey‐ diyyat, uçot, hesabat və s.) təşkilinə aid tövsiyələr hazırlanmaqdadır. Malyariogen ərazilərin strati‐ fikasiyasının, o cümlədən malyariya xəstəliyi qeyd edilmiş ocaqların klas‐ sifikasiya edilməsinə mühüm diqqət verilir. Bu cəhətdən Coğrafi Məlumat Sistemli (CMS) xəritələrin tərtibi vacibdir. Belə mühüm işi həyata keçirmək üçün təcrübəli beynəlxalq mütəxəssis dəvət edilmişdir və yaxın zamanlarda həmin xəritələrin tərtibi və istifadə edilməsinə başlanması nəzərdə tutulur. Bu sistemin tərtibi malyariya ocaqlarının tam dəqiqliklə qeydiyyata götürülməsinə və həmin ocaqlarda yüksək effektli, məqsədyönlü tədbirlərin həyata keçirilməsinə imkan yaradacaqdır.

Bununla bərabər, elektron for‐ matda tərtib edilmiş epidemioloji müayinə kartasının tərtib edilməsi də nəzərdə tutulur və toplanmış infor‐ masiya kompüter‐məlumat bazasına daxil ediləcəkdir. Bunlardan əlavə əhali arasında malyariya ilə mübarizəyə aid iri miqyaslı sani‐ tariya‐maarifi işi aparılmışdır. Qlobal Fondun dəstəyi ilə respublikanın malyariya hadisələri qeyd edilən 10 rayonunda təxminən 100,000 adamı əhatə edən maarifləndirmə işi aparılmışdır. Bundan əlavə əhaliyə 70.000‐dən çox müxtəlif əyani maarif‐ ləndirmə vəsaitləri paylanmışdır. Aparılmış tədbirlər nəticəsində malyariya ilə mübarizədə dönüş yaratmaq mümkün olmuş və 2010‐ 2013‐cü illərdə ölkədaxili malyariya ilə xəstələnənlərin sayının çox aşağı olacağı gözlənilir. Bizim nikbinliyi‐ mizə əsas verən bir sıra amillər mövcuddur. Belə amillərin

içərisində malyariya ilə mübarizə aparmağa qadir olan yüksək ixtisaslı və təcrübəli kadrların olması, ölkəmizin iqtisadi qüdrətinin gündən‐günə artması, aparılan təd‐ birlərin müasir elmi əsaslar üzərində qurulmasını göstərmək olar. Digər tərəfdən, indiyə qədər Səhiyyə Nazirliyi tərəfindən aparılmış tədbir‐ lərin həyata keçirilməsi ölkəmizdə malyariya ilə mübarizədə öz effekt‐ liliyini göstərmişdir. Beləliklə, bu Layihə həm elmi cəhətdən düzgün hazırlanmış strate‐ giyasının olmasına, həm həyata keçirilən tədbirlərinin effektliliyinə və miqyasına görə, həm də əldə edilən nəticələrə görə uğurlu sayıla bilər. Bütün bunları nəzərə alaraq, biz əminliklə deyə bilərik ki, yaxın illərdə Respublikada malyariya xəstəliyinin eliminasiyasına nail ola‐ cağıq.


15 ailə həkimi təcrübəsində Ailə təbabəti ümumi həkim təcrübəsi tarixində özünəməxsus qədim ənənələrə malikdir. ABŞ‐da 20‐ci əsrin ortaları‐ nadək bütün həkimlər ümumi təcrübə ilə məşğul olur, bütün xəstəlikləri müalicə edirdilər. Analoji vəziyyət 19‐cu əsrdə və 20‐ ci əsrin əvvəllərində Avropa ölkələrində və Rusiyada müşahidə edilirdi. ABŞ‐da ailə təbabətinin tarixi üç faktor əsasında inkişaf edib. Birinci – ümumi təcrübə həkim‐ lərinin Amerikanın tibbi təşkilat‐ larında iştirakı nəticəsində bu ixti‐ sasın və yaranmış ənənələrin qorunması. İkinci – ailə həkiminin zamanın sınağından keçmiş iş prinsiplərini cəmiyyət tərəfindən saxlamaq və zənginləşdirmək cəhdi. Üçüncü faktor – ailə təbabəti fəl‐ səfəsinin elmi inkişafı, xəstənin, ailənin və cəmiyyətin həyatında həkimin rolunun artması, tibbi yardımın bütün növlərinin əlçatan olmasının təmin edilməsi. Ailə həkimi – ali tibbi təhsilli, ilkin çoxpilləli tibbi‐sanitar yardım göstərməyə hüququ olan mütəxəs‐ sisdir. Ailə həkimi müxtəlif mütəxəssislər tərəfindən həyata keçirilən pasiyentlərin sağlamlıq vəziyyətinin qiymətləndirilmə‐ sində inteqrator kimi çıxış edir, müalicəvi‐sağlamlaşdırıcı planların işlənib hazırlanmasında iştirak edir, bu planların reallaşdırıl‐ masını koordinə edir və effek‐ tivliyini qiymətləndirir. O, həyat tərzinin korreksiyasını həyata keçirir, tibbi‐sanitar, farmasevtik, müəyyən qədər sosial təminat işində vəkil və bələdçi rolunu oynayır. HİV infeksiyası dünyada infek‐ sion xəstəliklər arasında ən ciddi,

qlobal problem sayılır. Azərbaycanda da HİV/AİDS prob‐ lemi aktual problem kimi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV‐ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Azərbaycanda bu infeksiya əsasən yoluxma ehtimalı yüksək olan inyeksiyon narkotik istifadəçiləri arasında yayılıb. HİV infeksiyası epidemiyası yalnız tibbi problem deyil, həm də ağır iqtisadi və sosial problemdir. Bu epidemiya bir çox digər prob‐ lemlərlə yanaşı (məs: psixoloji, hüquqi), yeni etik problemlər də yaradıb. HİV infeksiyasına yoluxmuş şəxslərin erkən aşkar olunması, onlara vaxtında tibbi, psixoloji, mənəvi, sosial, hüquqi yardımın göstərilməsində digər həkim mütəxəssislərlə yanaşı, ailə həkim‐ lərinin də rolu çox böyükdür. Ailə həkimi bizim təbabət və ictimai həyatda yeni hadisə olmasına baxmayaraq, buna böyük diqqət yetirilir. Çünki ailə həki‐ minin rolunun artması kimi qarşıya qoyulan məqsəd nəciblik, alicənablıq olub, pasiyentin həya‐ tının, eləcə də, həkimlərin cəmiyyətdə statusunun yaxşılaş‐ masına, şəxsiyyətlərarası yeni əlaqələrin formalaşmasına xidmət edir. Ailə həkimi ilk tibbi yardım göstərən digər tibb işçiləri ilə sıx qarşılıqlı fəaliyyət göstərir. Ailə həkimi ailənin doğma üzvü, ən hörmətli şəxs kimi böyük nüfuza malikdir. Ailə həkimi hər bir ailənin irsi, genetik xəstəlikləri‐ ni, ailənin hər bir üzvünün həyat tərzi, zərərli vərdişləri, riskli davranışı barədə məlumata malikdir. Ailə üzvlərinin həyat‐ larının bütün dövrlərində onların

sağlamlıqlarına uzunmüddətli qəyyumluq edir. Səhiyyə xidmətinin təkmil‐ ləşdirilməsində və yaxşılaşdırıl‐ masında, ictimai sağlamlığın for‐ malaşdırılmasında ilkin tibbi həlqə kimi ailə həkiminin rolu əvəzedilməzdir. Tibbi xidmətin inkişafında ailə həkimi prinsipinin tətbiqinin bir sıra ölkələrdə – İngiltərə, Macarıstan, Kuba və s. öz müsbət nəticələrini verdiyini nəzərə alaraq, Azərbaycanda da ailə həkimlərinin ailəyə inte‐ qrasiyasının HİV‐in erkən diaqnos‐ tikası, müalicəsi və profilaktikasın‐ da yaxşı nəticələr verəcəyini söyləmək olar. Ailə həkiminin hər bir ailədə ailə üzvlərini HİV/AİDS, digər cinsi yolla yayılan infeksiyalar (CYYİ) barədə məlumatlandır‐ maqla, zərərli vərdişlərə, riskli davranışa malik, yoluxma riski yüksək olan ailə üzvlərini vaxtında müvafiq müayinələrə cəlb etməsi əhalinin sağlamlığının qorun‐ masında mühüm əhəmiyyət kəsb edir. Eləcə də, HİV‐ə yoluxma aşkar olunmuş şəxslərə lazımi psixoloji və tibbi yardımın göstərilməsində ailə həkiminin aktiv iştirakı məqsədəuyğundur. Bu sahədə müvafiq qurumların birgə direktiv sənədi bir çox həllini gözləyən mühüm məsələlərin müs‐ bət həllinə təkan olardı. ATU‐nin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov Respublika QİÇS‐lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova


16 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

Böyüməkdə olan orqanizm üçün alkoqolun təhlükəsi S.Marşak yazmışdır: “Sərxoşluq etmək üçün bəhanələr: Qonaqlıq, görüş, yolasalma, Ad qoyma, toy, boşanma, Bayramlar, Sağalma, yeni mənzil şirnisi, Kədər, peşmançılıq, şənlik, Uğur, mükafat, rütbə, Və sadəcə səbəbsiz sərxoşluq!” Bu sözlərdə hər bir azacıq əhəmiyyəti olan həyati hadisəni belə qeyd etmək adəti öz əksini tapmışdır. Tədricən insan bütünlüklə sərxoşluğa aludə olur və içmək üçün yeni bəhanələr axtarır. Gənclər arasında pivənin geniş təbliği xüsusi ilə təh‐ lükəlidir. İlk baxışdan təhlükəsiz olan bu içki çox hiyləgərcəsinə gənc orqanizmi müntəzəm şəkildə alko‐ qoldan istifadə etməyə öyrəşdirir. Alkoqol insan üçün ən ağır fəsad‐ ları rüşeym mərhələsində, onun ilk günləri və aylarında, gələcək orqanizmin vacib orqanları və sistem‐ lərinin təməli qoyulan zaman göstərir. Dölün ilkin inkişaf mərhələsində, hətta bir neçə hüceyrələrin məhvi belə sonradan hər hansı orqanın natamam inkişafı, bəlkə də, eybəcərlik və anomaliyalara gətirib çıxara bilər. Alkoqolun törətmiş olduğu qüsurların uşağın zahiri görünüşündə aşkara çıxmasını güman etmək səhvdir. Onların əksəriyyəti daxili orqanlarda aşkarlanır və bir çox hal‐ larda yalnız doğulduqdan bir neçə il sonra müəyyən edilir. Misal üçün, baş beyni qabığının natamam inkişafı, anadangəlmə ürək qüsurları, əqli geri‐ lik. Son illərdə təbabətdə ataları mün‐ təzəm olaraq spirtli içki qəbul edən

uşaqların fiziki və ruhi inkişafının geriliyi faktını təsdiqləyən geniş infor‐ masiya toplanmışdır. Fransız tibb işçiləri, ataları bir müddət, ümu‐ miyyətlə, spirtli içki qəbul etməyən uşaqları müayinədən keçirmiş və belə nikbin bir nəticəyə gəlmişlər ki, sağlam, mükəmməl uşağın döllən‐ məsi və doğulması üçün kişi və qadın 2‐3 ildən az olmayan müddətə tamamilə spirtli içkilərdən imtina etməlidir. Qayıdaq, bizim gənclərə. Böyüməkdə olan orqanizm üçün alkoqol zəhərlənməsi xüsusilə ağır fəsadlar törətməyə malikdir. Birincisi, uşaq və yeniyetmənin müdafiə qüvvələri hələ tam for‐ malaşmamışdır, ona görə də, inkişaf edən orqanizmdə hüceyrələrin oksigen aclığı nəticəsində məhv olması və damarların trombozu böyüklərə nisbətən daha güclü təsirə malikdir. Alkoqol toksinlərin xaric edilməsi daha ləng gedir. İkincisi, bu orqanizm hələ inkişaf mərhələsindədir, bu isə, o deməkdir ki, orqan və toxu‐ maların quru‐ luşu üçün hüceyrələrin intensiv bölün‐ məsi baş verir. Alkoqol zəhərlənməsi nəticəsində orqanizmə lazım olan bu

hüceyrələrin bir hissəsi məhv olur, demək, orqanizmin genetik səviyyədə proqramlaşdırılmış hər hansı həyati vacib strukturunun tam formalaşmaması baş verir. Bundan belə nəticə çıxır ki, orqanizm nə qədər gəncdirsə, onun üçün alkoqolun isti‐ fadə edilməsi bir o qədər təhlükəlidir. Bu gün getdikcə daha çox hallarda artıq 30 yaşa çatmış gənclər mədə, qara ciyər, ürək‐damar sistemi, nevro‐ zlar və cinsi sferanın pozğunluğun‐ dan əziyyət çəkir. Alkoqolun gənc orqanizmə göstərdiyi təsirin təhlükəsi onu bəşəriyyətin gene‐ fondunu zəiflədən və sarsıdan genosid silahı adlandırmağa əsas verir.


Xınalıq Foto: İsa Aydın Tel.: (050) 222 85 88


18

XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI


19 XƏRÇƏNG NECƏ ƏMƏLƏ GƏLİR? Müasir təsəvvürlərə uyğun olaraq, xərçəng (bədxassəli şiş) orqanizmdə şiş hüceyrələrinin artma ocağının əmələ gəlməsi ilə aşkara çıxır. Bu hüceyrələr normallardan onunla fərqlənir ki, onlar orqanizmin toxumaların artıq böyüməsinin qarşısını alan tənzimləyi‐ ci təsirinə tabe olmur. Bundan başqa, şiş hüceyrələri ətraf toxumalara sirayət etmək və bütün orqanizmə yayılmaq qabiliyyətinə malikdir ki, bu da onun zəhərlənməsi və məhvinə gətirib çıxarır. Hüceyrənin bədxassəli başqalaş‐ masının əsasında onun irsi aparatının dəyişməsi durur, baxmayaraq ki, o, öz‐ özlüyündə törənmiş olduğu normal hüceyrədən çox az seçilir. Ona görə də orqanizmin müdafiə qüvvələrinə şiş hüceyrələrini “tanımaq” və onu vaxtın‐ da qəsb etmək çətindir. Xərçəng ilə xəstələnmə ehtimalını orqanizmin müdafiəsini zədələyən müxtəlif amillər artırır. Bir çox hallarda onlar şiş hüceyrələrini aktivləşdirir, “oyadır” və şiş proseslərinə təkan verir. Belə amillərə ekoloji zərərlər (xüsusən, ətraf mühitdə kanserogenlərin mövcudluğu), ionizəedici radiasiya, güclü sarsıntılar, stresslər və travmalar, orqanizmi zəiflədən davamlı xroniki xəstəliklər aiddir. Güclü orqanizmin bu xəstəliyə

tutulma ehtimalı çox azdır. Müasir elmi tədqiqatlar göstərir ki, şişin əmələ gəlməsindən əvvəl qoruyucu hüceyrələrin – makrofaq və killerlər ‐ funksiyalarının pozulması və immun sistemində digər dəyişikliklər baş verir. Ona görə də orqanizmin ümumi müqavimətini artıran təsirlər onun şişə qarşı müqavimətini də artırır.

RİSK QRUPUNA KİMLƏR DAXİLDİR? Xərçəng üzrə risk qrupuna daxil olunmaq üçün aşağıdakı göstəricilər müəyyən edilib: • Ağırlaşmış irsiyyət: ata və ya ana onkoloji xəstəliklərdən əziyyət çəkirsə. Baba, yaxud nənə onkoloji xəstəlikdən əziyyət çəkmişsə, insan rsik qrupuna daxil ola bilər, lakin bu zaman xəstələnmə təhlükəsi o qədər də qabarıq deyil; • Pis ekoloji şəraiti olan şəhərdə yaşamaq: yüksək qazlaşma, şəhər hüdudunda ionizəedici şüalanma mən‐ bəyi mövcud olduqda; • Daimi olaraq stresslərə məruz qalan insanlar. Son məlumatlara görə, boşanmalar və süd vəzinin xərçəngi ilə xəstələnmiş qadınların sayı arasında düz korrelyasiya mövcuddur. Qeyd etmək lazımdır ki, ən təhlükəli stress – qüvvətli onkogen amil olan qorxudur; • Düzgün qidalanmayan insanlar; • Zərərli istehsalatda çalışanlar;

• Tütünçəkmə və alkoqoldan sui‐istifadə edən insanlar; • Zəifləmiş immunitetli insanlar; • Xərçəngönü adlanan xəstəlik‐ lərdən əziyyət çəkənlər. Belə xəstəlik‐ lərə, ilk növbədə, xroniki iltihabi xəstə‐ liklər (qastritlər, eroziyalar, xoralar), eləcə də, xoş xassəli şişlər (mastopa‐ tiyalar, fibromiomalar, adenomalar, poliplər, papillomalar) aiddir; • Şərti risk qrupuna ahıl yaşlı insanlar da daxildir. Profilaktika deyərkən biz, ilk növbədə, şişlərin əmələ gəlməsinin qarşısının alınmasını nəzərdə tuturuq – bu, ilkin profilaktikadır. Mahiyyət etibarı ilə, ilkin profilaktika – orqanizmin sağlamlıq zonasında saxlanılmasına kömək edən bütün təd‐ birlərdir. İlkin profilaktikaya sağlam həyat tərzinin, sağlam qidalanmanın ümumi müddəaları, eləcə də, risk qrupuna daxil olan insanlar üçün bəzi xüsusiyyətlər daxildir. Bundan başqa, ikincili və üçüncülü profilaktika mövcuddur. İkincili profi‐ laktikaya xoşxassəli şişlərin – xərçəng‐ önü vəziyyətlərin müalicəsi daxildir. Üçüncülü profilaktika – əsas müali‐ cədən keçdikdən sonra (əsasən, cərrahi müalicə) onkoloji xəstələrin reabilitasi‐ yası və bədxassəli şişin metastazlaş‐ masının profilaktikası deməkdir.


20

Axı, kim bu kişiləri güclü cins adlandırıb? Onlar daha az yaşayır və daha tez xəstələnir, çünki 3 dəfə artıq siqaret çəkir və spirtli içki qəbul edir, ö zünü pis hiss etdikdə isə, başlarını qumda gizlədir və hər şeyin keçəcəyini gö zləyirlər, ona gö rə də sağlamlıq ilə əlaqədar olan problemlər onlarda qlobal xarakter daşıyır. Gəlin, aydınlaşdıraq: kişilərdə hansı yaş dövründə daha çox hansı xəstəliklər xasdır?

20-30 yaş Həyatın acı şirinliyi Həkimlərin müşahidələrinə görə, kişilərin şəkərli dia‐ bet ilə

xəstələnməsinin ilk sıçrayışı bu yaş dövrünə təsadüf edir. Səbəb – müstəqil həyata daxil olma ilə əlaqədar stress və psixoloji adaptasiya çətinlikləri, eləcə də, alkoqol və tütün çəkməyə fəal qoşulmadadır. Yeri gəlmişkən, sevimli insanın qanının tərkibində şəkər səviyyəsinin həddən artıq olmasını bir çox qadınlar seks ilə bağlı problemlər nəticəsində aşkar edir. Məsələ burasındadır ki, diabet ereksiya pozğunluğu törədə bilər. Әziz qadınlar, aptekdə qanda şəkərin ekspress təyini üçün test zolaqları alın və ildə 1‐2 dəfə həyat yoldaşınızın qanında onun səviyyəsini yoxlayın. Şirniyyatdan sui‐istifadə etməsinə yol verməyin, sağlam həyat tərzi sürməsinə nəzarət edin. Başında pulsator Dəstəvi (digər adları: klasterli, salxımvari) baş ağrıları – fəal həyat tərzi sürən gənc kişilər üçün ciddi sınaqdır. Yandırıcı, nəbzvari, daima eyni tərəfdə göz, qaşüstü, alın nahiyəsini incidən ağrı o dərəcədə dözülməzdir ki, insanı otaqda vurnuxmağa məcbur edir. İztirablar ilk 5‐10 dəqiqə ərzində maksimuma çatır, 30 dəqiqədən iki saatadək davam edir, sutkada 2‐3 dəfə təkrarlanır, özü də tutmaların biri mütləq yuxu zamanı baş verir (zəngli saat simptomu), ağrı epizodlarının bütün seriyası isə, bir neçə həftədən 3 ayadək davam edir (həkimlər bu dövrü “dəstə” adlandırır). Tutma zamanı alın tərləyir, burun tutulur. Xəstəlik məhz 20 və 30 yaşları arası inkişaf edir və 65 yaşından sonra keçib gedir. Әziz qadınlar, əzizinizi nevroloqun yanına məsləhətə getmək məqsədi ilə və eləcə də, dəstəvəri ağrının törədi‐ ciləri olan siqaret və spirtli içkilərdən imtina etmək üçün yola gətirin. Növbəti tutmanın qarşısını gündəlik kon‐ trast (soyuq və isti) axşam vannaları ala bilər. 2 vaflivari dəsmal və qaynar su ilə ləyən hazırlayın. Soyuq suyu krandan götürün. Növbə ilə başınızın üzərinə 30 saniyəlik əvvəlcə sıxılmış isti dəsmal, sonra soyuq dəsmal


21 qoyun və bunu 2‐3 dəfə təkrar edin. Tədricən prose‐ duranın müddətini uzadın: isti və soyuq kompresi 1,5 dəqiqə ərzində saxlayın və onları 6 dəfə dəyişdirin.

30-40 yaş Öskürəyi saxlayın Səhərlər zəngli saatın sədası altında deyil, həyat yoldaşınızın gurultuyabənzər öskürəyindən oyanırsınız? Hər şey aydındır – bu, xroniki siqaret çəkənin öskürəyidir! Bu, tütün tüstüsünün, tənəffüs yollarının selikli qişasını örtən epiteliumun səthi üzərində yerləşən kirpikciklərə göstərdiyi zədələyici təsirinin nəticəsidir. Sanki səyrişərək titrəyən kirpik‐ ciklər burada əmələ gələn seliyi çıxışa doğru yönəldir. Siqaret çəkənlərdə bu mexanizm işləmir: bronxlar bəlğəm ilə tutulur, özü də gecə vaxtı onun miqdarı xüsusilə çoxdur, çünki yatmış insan onu öskürərək xaric etmir. Әziz qadınlar, döş qəfəsinin rentgen müayinəsini aparmaq (pnenvmoniya və ya emfizemanı inkar etmək məqsədi ilə) və xroniki bronxiti müalicə etmək məqsədi ilə pulmonoloqa müraciət etmək lazımdır. Hormon kəsiri Gənc yaşlarında infarkta gətirib çıxaran tranzitor (müvəqqəti) testosteron kəsiri əlamətlərini nəzərdən qaçırmayın. Androloqlar zarafatcasına testosteronu “insanı kişi edən hormon” adlandırır. Amma paradoks bundadır ki, güc və kişilik hormonu şıltaq qadın xasiyyətinə malikdir. Bir qədər əsəbiləşmək, gərginlik keçirmək, xəstələnmək və ya vaxtında qidalanmamaq kifayətdir ki, qanda testosteron səviyyəsi ensin. Әziz qadınlar, kvik‐testin köməyi ilə sevgilinizin qan tərkibində testosteron səviyyəsini təyin edin. Nəticə heç də ürək açan deyilsə, hormonal profilli biokimyəvi analizin keçirilməsini və həkimlərə müraciət edilməsini təklif edin – endokrinoloq, uroloq və kardioloqa. Nəzərdə saxlayın ki, həyat yoldaşınızın istirahətə və hormonal ehtiyatların bərpa edilməsinə ehtiyacı var: jenşen cövhəri (15‐25 damcı gündə 2‐3 dəfə 2‐4 həftə ərzində), dəniz məhsulları, qoz‐fındıq (onlar testosteronun istehsalı üçün zəruri olan L‐arginin ilə zəngindir) vasitəsi ilə hormonal ehtiyatı bərpa etmək olar.

40-50 yaş Pivə qarnına yox! Kişinin bir nömrəli düşməni ‐ adətən, ilk növbədə qarın nahiyəsində toplanan artıq çəkidir. Piy toxu‐ ması nəhəng yumurtalıqlar kimi təsir göstərərək, nəcib kişi hormonu olan testosteronu emal edərək, bu halda tamamilə yersiz olan qadın cinsi hormonları – estrogenlərə çevirir. Onlar orqanizmdə nə qədər çox

olsa, bir o qədər fəallıqla piy toplanır və impoten‐ siyanın inkişaf riski artır. Qarın nahiyəsində piyin toplanması yalnız estetik qüsur deyil – metabolik sin‐ drom və şəkərli diabet, öd daşı xəstəliyi, hipertoniya, ürəyin işemik xəstəliyi və miokard infarktı təhlükəsi deməkdir. Әziz qadınlar, həyat yoldaşınızın yağ və karbo‐ hidratlar məhdudlaşdırılmış aşağı kalorili pəhriz saxlamasına, qaçış ilə məşğul olmasına, idman klubuna yazılmasına nəzarət edin. İncə problem Söhbət babasildən gedir ‐ orta və ahıl yaşlı kişilər bu xəstəlikdən qadınlara nisbətən 4 dəfə artıq əziyyət çəkir. O, qəbizlik, ağır fiziki əmək, gərgin idman məşqləri, oturaq iş rejimi olan insanlarda hemorroidal venalarda qan durğunluğu nəticəsində, eləcə də, alkoqol, duzlu və istiotlu qidaya meyllik ilə əlaqədar qarındaxili təzyiqin davamlı olaraq artması nəticəsində inkişaf edir. Әziz qadınlar, ərinizin qaşınma, göynəmə və diskomfort hissindən şikayətlərinə qarşı etinasızlıq nümayiş etdirməyin. Onunla proktoloqun yanına gedin! Pəhrizi nizamlayın – tərkibində çoxlu sellüloz ilə zəngin olan meyvə və tərəvəz qəbul etməsinə nəzarət edin. Həyat yoldaşınızı çoxlu hərəkət etməyə sövq edin – kabinet işi problemi daha da dərinləşdirir.

50-60 yaş Qəza vəziyyəti Bu yaşdan etibarən kişilərdə damar fəlakətləri – infarkt və insult – riski kəskin şəkildə artır. Səbəb – damarların aterosklerotik dəyişiklikləri, arterial təz‐ yiqin artması tendensiyası və tədricən testosteron səviyyəsinin enməsidir. Qanda normal testosteron səviyyəsi – 350‐1000nq/dl. 40 yaşından sonra onun ehtiyatları ildə 1% azalır. 60 yaşına yaxın orta statistik güclü cins nümayəndəsinin orqanizmi, artıq, bu həyati vacib hormonun beşdə bir hissəsindən məhrum olur. Məhz bu zaman da kişi klimaksı problemləri başlanır: iş qabiliyyəti və immunitetin azalması, qara melan‐ xoliya və qıcıqlanma tutmaları, əzələ kütləsinin azal‐ ması, potensiyanın zəifləməsi, dırnaqların sınması, digər yaşla əlaqədar nasazlıqlar baş qaldırır. Testosteron səviyyəsinin 350nq/ dl‐dən aşağı enməsi ürək və damarlar üçün xüsusi ilə təhlükəlidir. Әziz qadınlar, ərinizi illik tibbi müayinələrə yazın və hər gün arterial təzyiqini ölçün. O, 140/90‐dan artıqdırsa, terapevtin qəbuluna gedin: ürəyi müayinə etmək və hipertoniyanın müalicəsinə başlamaq zəruridir. Onu düzgün qidalandırın: mal əti, qoyun əti, kərə yağı və ağ çörəyi məhdudlaşdırın.


22

AĞRI və KƏDƏRİ QOVAN MƏKAN

“Ağrı və kədəri qovuram” - bax, belə son dərəcə lirik və optimistik məna ilə yunan dilindən “hamam” sözü tərcümə olunur.


23 MÜTƏXƏSSİS RƏYİ Hamamda bərk qızmadan qorunmaq üçün ehti‐ yatlı olmaq lazımdır. Keçədən hazırlanmış papaq qoymağı, buxarxanaya daxil olmalar arasında fasilə etməyi (bir seansda 2‐3 dəfə kifayətdir) unutmayın, spirtli içkilərdən imtina edin. İstənilən növ hamamın buxarxanasında ümumi qalma müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. Hamam çox yaxşıdır, lakin hamı üçün yox. Qrip və ya soyuqdəymə zamanı, yüksək hərarət olarkən, saunaya səfərinizi təxirə salın. Qan dövranı çatışmazlığı, hipertonik xəstəlik, ürəyin işemik xəstəliyi, xroniki pielonefrit, qalxanvvari vəzin hiperfunksiyası, astmadan əziyyət çəkənlər digər relaksasiya üsulu seçməlidir. Menstruasiya dövründə, miomalar, kistaları olan qadınlara, eləcə də gələcək analara buxarxanadan ümumiyyətlə imtina etmək lazımdır. Təsirin çox şaxəliliyinə görə hamam seansını əla təchiz olunmuş fizioterapevtik kabinet və kosmetik salona eyni vaxtda gediş ilə müqayisə etmək olar. Bədənin, fikirlərin və hisslərin tam relaksasiyasına nail olmaq istəyirsinizsə, hamama gedin! Bəs, niyə o, bizə belə qəribə təsir göstərir?

RUH SƏVİYYƏSİNDƏ Suyun, buxarın, taktil hissiyyatların kontrast təsiri – tormozlaşma və gərginlik proseslərinin ardıcıl növbələşməsi sayəsində sinir sistemi üçün əla məşqdir. Nəticədə hamamdan sonra yaranan “eks‐ press‐kurortdan sonra istirahət” hissiyyatı əmələ gəlir. • Türk hamamına gedin. Klassik türk hamamları əl prinsipi ilə tikilir: masaj yatağı kimi istifadə olu‐ nan isti mərmər skamyalar ilə mərkəzi hissə (“ovuc”) və hər növbəti otaqda hərarətin əvvəlkindən yüksək olduğu – 28‐34‐dən 100º C‐dək ‐ 5 cüt taxça‐otaqlar (“barmaqlar”). İsinərək, bir otaqdan digərinə, daha istisinə keçilir və beləliklə, istiyə öyrəşmə yaranır. Hamam seansı masaj seansı ilə bitir. • Etno‐aksent. Türk qadınları üçün hamam – kübar həyatın bir hissəsi, son xəbərlər ilə bölüşmək, qeybət etmək mümkün olan yerdir. Ona görə də qadınlar hamama gedərkən, sanki bayrama hazırlaşır: əlvan geyinir, şirniyyat və qəhvə arxasında astaca günlərini keçirir.

BƏDƏN SƏVİYYƏSİNDƏ Yüksək temperatur təsiri altında əvvəlcə bir çox fizioloji reaksiyalar güclənir: mübadilə prosesləri sürətlənir, qan damarlarda daha həvəslə axmağa başlayır. Hamam istisində tənəffüs daha dərinləşir və ağ ciyərlərdə hava mübadiləsi yaxşılaşır, tər vəziləri isə aktiv şəkildə toksinləri xaric edən nəm ifraz etməyə başlayır. Әzələlərin qızması isə, öz

növbəsində, onların boşalmasına və rahatlanmasına gətirib çıxarar. • Rus hamamına yollanın. Burada, xüsusi daş hörməsi sayəsində, buxarxanada havanın temperatu‐ ru 100º C və daha yüksək olur. Qızmar daşların üzərinə su çilədikdə, nəmləndirilmiş buxar əmələ gəlir. Su axıtmadan hamam süpürgəsi ilə özünü buğa verərkən, çox yumşaq quru buxar alına bilər. Məhz buxar rus hamamının əsas effektivlik sirridir. O, yük‐ sək sirayətedici qabiliyyətə malikdir və özü ilə müsbət enerji daşıyır, ona görə də orqanizm dərindən qızınır və güc toplayır. • Aroma‐aksent. Daşların üzərinə bal və ya pivə ilə qarışdırılmış su sıçradın. Bu, buxarxanada təkrarolunmaz rayihə yaradır və yorğunluğu aradan qaldırır.

ZAHİRİ SƏVİYYƏDƏ Hamam onunla əlamətdardır ki, buğa verilib yumşaldılmış epidermis çirkdən, buynuzlaşmış hüceyrə qatından, piy vəzilərinin artıq ifrazatından xüsusi asanlıqla təmizlənir. Yumşaq hamam istisi,


24 bütün toxumaların qan dövranının yaxşılaşmasına, oksigenlə doy‐ masına, hüceyrələrdə bərpa proseslərinin normallaşmasına, durğunluq əlamətlərinin ləğv olunmasına səbəb olur. Başqa sözlə, sadəcə buxarxanada dincələrək, siz üz və bədən üçün tam bir kosmetik proseduralar kompleksini keçmiş olursunuz: dərindən təmizlənmə, dərinin revi‐ talizasiyası və detoksikasiyası, cavanlaşdırıcı qulluq, akne və sel‐ lülitə qarşı müalicə almış olur‐ sunuz. Dəriniz daha bozumtul, yorğun görünmür və nəticədə, gümrah, istirahət etmiş görkəm alırsınız. • Saunaya gedin. Fin saunası “Saxara effekti”ndən istifadə edir – qızmar quru hava minimal yol verilən nəmlik ilə (10‐20%). Bərk qızmadan qorunmaq üçün orqanizm mərkəzi orqanlardan periferiyaya doğru hərəkət edən nəm xaric edir. Nəm ilə yanaşı şlaklar da xaric olunur: əvvəlcə dəri və yaxın toxumalardan, sonra ardıcıl olaraq bütün digər orqanlar‐

dan. Bu zaman çox xoş yüngüllük hissi əmələ gəlir. Hesab edilir ki, fin hamamı ‐ artıq çəkidən azad olmaq üçün gözəl vasitədir, çünki o, “dəvə qanunu” üzrə təsir göstərir: dərialtı piy orqanizmi artıq qızmadan qoruyaraq, “əriyir” və fəal şəkildə nəm xaric edir.

Saunaya bir gediş zamanı 1,5 kq‐ dək çəki azaltmaq olar. • Seks‐aksent. Finlər əmindirlər ki, həvəsin oyanması üçün saunaya iki dəfə 8 dəqiqəlik giriş kifayətdir. Belə əsaslı və xoş qızdırılma bütün hissiyyatları itiləyir və seksual aktivliyi oyadır.


25

Sh Medical Group – yeni nəsil laboratoriyasıdır. Azərbaycanda bu laboratoriyanın analoqu mövcud deyil: ən müasir tədqiqatlar, ən yeni dünya ixtiraları, 8000‐dən artıq analiz‐ lər pasiyentlərin ixtiyarındadır. Analizlər Bakıda götürülur, bütün tədqiqatlar isə Avropada yerinə yetiri‐ lir. Qanın götürülməsi müasir, bir dəfəlik istifadə üçün vakuum sistem‐ ləri vasitəsi ilə həyata keçirilir. Analizlər biomateriallar üçün xüsusi konteynerlərdə nəql olunur. Bütün analizlər birbaşa reyslər vasitəsi ilə Almaniya (Frankfurt‐ Mayn) və İngiltərəyə (London) göndərilir və Avropanın ən iri labora‐ toriyalarına tədqiq olunmaq üçün çat‐ dırılır. Bu laboratoriyalarda aparıcı dünya istehsalçılarının ən yaxşı avadan‐ lıqları, ən yaxşı istifadə materialları və reagentləri istifadə olunur. Peşəkar mütəxəssislər kollektivi Sizin analizləri diqqətlə tədqiq edəcəkdir. Bu nəticələrə etibar etmək olar. Sh Medical Group labora‐ toriyasında müxtəlif xəstəliklərin dəqiq diaqnostikası üçün özündə 30‐a qədər parametri birləşdirən xüsusi proqramlar (profillər) tərtib olunmuş‐ dur: “Qadın sonsuzluğu ” “Kişi sonsuzluğu ” “Təkrar uşaq salma ” “Qalxanabənzər vəzi xəstəlikləri ” “Diabet” “İmpotensiya” “Hirsutizm” (artıq tüklənmə) “Yumurtalıqların polikistozu sin‐ dromu”

“Metabolik sindrom” “Menstrual dövr pozğunluqları” “Artıq çəki " Uşaq dünyaya gətirmək istəyən yaşı 30‐u keçən qadınlar yumur‐ talıqların ehtiyatını yoxlada bilər, eləcə də, infeksiyalara qarşı analiz verə bilərlər. Hamiləlik zamanı tövsiyə olunur: “Hamilənin sağlamlığı” profili, “Bətndaxili infeksiyalar” profili. Pasiyentlər həmçinin aşağıdakı profillər üzrə müayinədən keçə bilərlər: “İmmunitet pozğunluqları” “Autoimmun patologiyalar” “Xroniki yorğunluq sindromu ” “Revmatizm” “Hepatitlər”(A+B+C) “QİÇS ” “Cinsi yolla ötürülən infeksiyalar” (sidik, qan və ya yaxma üzrə analiz) “Tromboz riski ” “Dərin venalarda trombozun yaranması riski ” “Qanın laxtalanması” “Anemiyanın səbəbləri ” “Dəmir mübadiləsi ” “Qaraciyər, mədəaltı vəzinin vəziyyəti ” “Qaraciyər sirrozu ” ”Mədə və bağırsaq xəstəlikləri ”

“Uşaq sağlamlığı ” “Tez xəstələnən uşaqlar ” ”Kardiorisk” “Xolesterin səviyyəsi ” ”Böyrəklərin funksiyası ” ”Sümüklərin vəziyyəti ” “Prostat vəzinin vəziyyəti ” ”50 yaşdan sonra kişi, qadın sağlamlığı ” ”Avitaminoz” ”Saç tökülməsi səbəbləri ” “İdmançının sağlamlığı ” Dərman və narkoloji skrininq Biokimyəvi profil (24 parametr) Nəcisin helmint və parazitlərə görə analizi Bütün allergenlərə görə analizlər (inhalyasion, qida, dərman) Qan analizi üzrə onkoloji xəstəlik‐ lərin erkən diaqnostikası Onkomarkerlər: qida borusu, mədə, qaraciyər, düz bağırsaq, bronxlar, ağciyər, süd vəzisi, yumur‐ talıqlar, xaya, prostat vəzi, sidik kisəsi, mədəaltı vəzi, qalxanabənzər vəzi, sümüklər, dəri. Eləcə də, nəsildə mövcud olan onkoloji xəstəliklərə qarşı genetik‐ meylliyə görə də müayinə olunmaq olar. Bütün genetik tədqiqatlar (o cüm‐ lədən, atalığın təyin edilməsi). Sh Medical Group : ‐ geniş analizlər spektri ‐ bütün genetik tədqiqatlar ‐ göndəriş olmadan konsul‐ tasiyalar ‐ nəticələrin pasiyent üçün əlverişli üsul ilə təqdim olunması: faks, e‐mail, poçt, ofisdə ‐ analizlərin nəticələrinin elektron şəkildə saxlanılması ‐ konfidensiallıq ‐ Avropa tibbi təhlükəsizlik stan‐ dartlarına uyğun şəkildə analizlərin götürülməsi, saxlanılması və daşın‐ ması.


26

LABORATORİYASINDA UŞAQLIQ BOYNU XƏRÇƏNGİNİN SKRİNİNQİ

mürəkkəb və az səmərəli olur. Skrininqə hər qadın pasiyentə iki analizin aparıl‐ ması daxildir: onkositologiyaya görə (PAP‐test) və İnsan Papilloması Virusunun (İPV) onkogen tiplərinin diaqnostikasına görə yaxma. Bu tədqiqatlar ilkin xərçəngönü dəyişiklikləri tapmağa və erkən dövrdə sadə və effektiv müalicə aparmağa imkan yaradır.

Uşaqlıq boynu xərçənginin skrininq proqramı anomal servikal hüceyrələrin erkən inkişaf dövründə, yəni, xərçəng inkişaf etməmiş ləğv olunması mümkün olan zaman aşkar edilməsi məqsədi ilə işlənilmişdir. Xərçəng inkişaf etdikdən sonra müalicə daha

London laboratoriyası


27 SKRİNİNQ ÜÇÜN YAXMANIN GÖTÜRÜLMƏSİ PAP‐test və İPV‐na (PZR) görə yaxma – adi ginekoloji müayinənin tərkib hissəsidir, tez və ağrısız götürülür. Tədqiqat zamanı həkim uşaqlıq boynundan müəyyən miqdarda hüceyrələri yumşaq tüklü xüsusi fırça vasitəsi ilə götürərək, onları konservantda fik‐ sajlayır. Bundan sonra nümunə London labora‐ toriyasına göndərilir və orada xüsusi hazırlıqlı həkim‐ sitoloqlar yaxmanı mikroskop altında tədqiq edir. Tədqiqatdan sonra bütün nəticələr həmişəlik olaraq laboratoriyada saxlanılır ki, bu da, eyni qadından alınmış yaxmaları bir sıra illər ərzində müqayisə etməyə imkan yaradır.

SKRİNİNQİ KİMLƏR KEÇMƏLİDİR? Bu analizləri bütün cinsi həyat yaşayan və ya nə zamansa yaşamış qadınlarda aparmaq lazımdır. Qadının bu yaxma‐analizi ildə bir dəfə verməsi tövsiyə edilir. Yaxmanı menstruasiya zamanı və ya uşaqlıq yolunda iltihabi proses mövcud olarkən etmək olmaz.

PAP TESTDƏ DƏYİŞİKLİKLƏR AŞKAR EDİLDİKDƏ NƏ ETMƏK LAZIMDIR? Tədbirlər planı həkim‐sitoloqun təsvir etdiyi hüceyrə dəyişikliklərinin səviyyəsindən asılıdır.

Qan vakkum sistemi ilə alınır

Dəyişikliklər iltihab ilə əlaqədardırsa, yaxma adətən bir neçə aydan sonra təkrarlanır. Zəruriyyət olduqda, müvafiq müalicə də təyin oluna bilər. Az dərəcəli dəyişikliklər aşkar edilmiş yaxmalar bir neçə aydan sonra təkrarlana, yaxud həkim tərəfindən kol‐ poskopiya müayinəsi təyin edilə bilər. Yüksək dərəcəli dəyişikliklər hər zaman kolposkopiya və biopsiya üçün göstərişdir.

SKRİNİNQ NƏ DƏRƏCƏDƏ EFFEKTİVDİR? Müntəzəm təkrar olunduqda, skrininq kifayət qədər müdafiəni təmin edir. Məhz bu səbəbdən hər il bu müayinədən keçmək imkanına malik olan inkişaf etmiş ölkələrdəki qadınlarda uşaqlıq boynu xərçən‐ gindən ölüm səviyyəsi əhəmiyyətli dərəcədə azalır.


28

QARACİYƏR nəyi bilmək vacibdir? Qaraciyər çox vacib orqandır, axı onun tərkibində minlərlə, bəlkə də, milyonlarla kimyəvi reaksiya gedir. Qaraciyər hüceyrələri dayanmadan yağları sonrakı həzm üçün hazırlayan öd istehsal edir. Yağlı qida ilə orqa‐ nizmə daxil olan xolesterin Qaraci‐ yərdə öd turşularının əmələ gəlməs‐ inə kömək edir, lakin xolesterinin bir hissəsi öd turşularına çevrilmir və təmiz şəkildə ödün tərkibinə keçir. Məhz bu xolesterin də öd daşlarının əsas mənbəyi ola bilər! • Gö z skleraları sarımtıl çalarlıdırsa, bu, hepatit və ya digər Qaraciyər funksiyası pozuntuların‐ dan xəbər verir, necə ki, göz və ya ağız ətrafı nahiyələrdə dərinin sarı və ya qəhvəyi, dilin sarı çalarlı olması. • Ağız bucaqlarında aşkar büküklər və almacıq sümükləri üzərində dərinin “şəffaflığı” da Qaraciyərin çirklən‐ məsi və

təmizlənməyə ehtiyac duymasından xəbər verir. • Dəri daimi olaraq soyuq və nəm, yaxud onun üzərində qan damarlarından hö rümçək toruna bənzər toxuma əmələ gəldikdə Qaraciyər xəstəliklərinə meyllilikdən şübhələnmək lazımdır. Qaraciyər qəzəb və mənfi emosiyalara qarşı həssasdır. Ona görə də bütün Qaraciyər xəstəlikləri zamanı müali‐ cəni sakitləşmək və bağışlamaq bacarığından başlamaq lazımdır.

TÜBAJIN DÜZGÜN KEÇİRİLMƏSİ Tübaj Qaraciyər xəstəlikləri zamanı çox vacibdir, çünki ö dün istehsalını və ö d yollarının axarını yaxşılaşdırır. Səhər‐səhər tübaj prosedurasını keçirməzdən əvvəl yarım və ya bir stəkan ilıq su için (ödqovucu otlar‐ dan hazırlanmış həlim də içə bilərsiniz). Bundan yarım saat sonra ödqovu‐ cu təsirə malik yemək yeyin (bu ödqovucu yeməyi 38‐40 dərəcəyədək qızdırın). Misal üçün, yarım stəkan isti üzüm şirəsi için. Alma şirəsi də yarayar, amma o, təzə sıxılmış və yal‐ nız şirin almadan olmalıdır. Ödqovucu vasitə kimi yarım stəkan çox isti suda həll olun‐ muş 1 xörək qaşığı baldan da istifadə etmək olar.


29 İstənilən ödqovucu səhər yeməyindən sonra şəkərlə 0,5‐1 stəkan çox isti çay, yaxud ödqovu‐ cu otlar həlimi için. Tübajın növbəti mərhələsinə keçmək üçün, sol böyrü üstə uzanın, sağ tərəfə isə Qaraciyər nahiyəsinə, isti qrelka qoyun. Üstünüzə yorğan çəkib, 1,5‐2 saat uzanın, sonra qalxın, bir neçə dəfə dərindən nəfəs alın, çömbəlin. Bundan sonra adi səhər yeməyi yeyin. Proseduradan sonra qarnınız daha duru işləyərsə, nara‐ hat olmayın: deməli, öd kisəsi tübaj zamanı yaxşı boşalıb. Yeri gəlmişkən, prosedura zamanı öd kisəsi çox güclü yığılırsa, bu, ağrıların əmələ gəlməsinə səbəb ola bilər. Belə olmasın deyə, tübaj‐ dan əvvəl 1‐2 tablet noşpa içmək məsləhətdir.

MÜALİCƏVİ PƏHRİZ Qaraciyər xəstəlikləri zamanı pəhriz çox vacibdir. Düzgün müalicəvi qidalanma olmadan Qaraciyərin iltihabı və parçalan‐ masının qarşısını almaq mümkün deyil. Kiçik porsiyalar ilə, gündə 5‐6 dəfə, eyni vaxtda qidalanın ki, öd orqanizm tərəfindən reflektor şəkildə lazımi miqdarda ifraz olunsun. Bağırsaq və ya mədə xəstəlikləri olduqda, qidalanma qoruyucu olmalıdır ‐ tərəvəzləri sürtgəcdən keçirin, tərəvəzli sup‐ pürelər hazırlayın. Yağlardan az miqdarda bitki və kərə yağı, kar‐ bohidratlardan – bal, mürəbbə, marmelad, bir qədər şəkərdən isti‐ fadə etmək olar. Vitaminlərdən xüsusi ilə askorbin turşusu (C vita‐ mini) və B qrup vitaminləri vacib‐ dir. İçmək istənilən qədər olar, amma çayı və suyu itburnu dəm‐ ləməsi, tərəvəz və meyvə şirələri ilə əvəz etsəniz, yaxşı olar. Qida üçün çətin əriyən yağlar‐ dan istifadə etməyin (donuz və ya dana piyi kimi), konservləri, hisə verilmiş məhsulları və xolesterin ilə zəngin olan ərzaqları ləğv

edin. Qatı həlimlər də arzuolun‐ mazdır – ət, balıq və göbələk‐ lərdən hazırlanmış bulyonlardan istifadə etməyin. Amma sadəcə suda bişirilmiş balıq çox faydalıdır. Tərəvəzləri də bişirməyə çalışın ‐ qızardılmış məhsullar, sarımsaq, soğan, istiot, xardal, sirkəli yemək‐ lər əks‐göstərişdir. Qaraciyər xəstəlikləri zamanı istifadə olunan pəhrizin əsas məqamı orqanizmin zülal məh‐ sulları ilə tam dəyərli təmin olun‐ masından ibarətdir. Әsas vurğunu qatıq, kefir, süd, yumurta zülal, kəsmik, yağsız balıq və mal ətinə etmək lazımdır. Bu ərzaqların tərkibində zədələnmiş toxumaların bərpa olunması üçün vacib olan çoxlu zülal mövcuddur. Eyni zamanda, onların tərkibində orqanizmi təmizləyən lipotrop maddələr mövcuddur. Lipotorop maddələr tərkibli məhsullara soya unu, maya, qarabaşaq və yulaf yarması aiddir. Balıq yağı da köməyinizə çatar – onu 2‐3 həftə‐ lik kurslar ilə qəbul edin.

HEPATİT ZAMANI OTLAR KÖMƏK EDİR • Qarğıdalı saçaqlarından hazırlanmış cövhərdən istifadə edin. 2 xörək qaşığı qarğıdalı saçağının üzərinə 0,5 litr qaynar su əlavə edin. İsti yerdə 30 dəqiqə saxlayın və çay əvəzi gündə 2‐3 dəfə 1/3 stəkan için. • Qaynadılmış, soyudulmuş suyu 2 çay qaşığı xırda doğranmış air kökümsovlarının üzərinə tökün və 6 saat saxlayın. Sonra süzün və bir xörək qaşığı gündə 3 dəfə için. • Kalendula çiçəkləri, qatırquyruğu otunun hərəsindən 4 hissə, dəstərək otu, süpürgə kolu və tozağacının may yarpaqların‐ dan hərəsindən 3 hissə, dəmrovotu və göyərçinotu yarpağından hərəsindən 2 hissə qarışdırın. Xırda doğranmış qarışığın 4 xörək qaşığını 1 litr çiy su ilə qarışdıraraq, 30 dəqiqə saxlayın və odun üzərinə qoyun. Qarışığı 1‐2 dəqiqə qaynadın, sonra odun üzərindən götürün və 2 saat pörtün. Sonra süzün və gündə 3‐4 dəfə ½stəkan için.


30


32

PROBLEMLİ

İNYEKSİYALAR


33 Nə baş vermişdir? Әzələdaxili iynədən sonra kiçik ağrılı şiş əmələ gəlmişdir. Nə üçün belə olur? Bu, preparatın lazım olduğundan ləng, yaxud tez daxil edilməsi ilə əlaqə‐ dar ola bilər. Preparatın spesifik xüsusiyyətləri də səbəb ola bilər – belə fəsadları daha çox yağ əsasın‐ da hazırlanmış dərmanlar törədir. Sizin edə biləcəkləriniz: İynə yerinin üzərinə yod toru çəkin və hər gün şiş əriyənədək onu təzələyin. Gündə iki‐üç dəfə bərkimiş yeri masaj etmək pis olmaz. Fizioterapevtik prosedu‐ ralar da yaxşı kömək edir, ilk növbədə, darsonvalizasiya. Bu proseduranı həm poliklinikada, həm də ev şəraitində keçmək olar. Qaz ilə doldurulmuş şüşə keçir‐ məni şişin üzərinə yapışdırın. İşə salınan zaman aşağı intensivlikdə cərəyan boşalması əmələ gəlir. Belə “elektrik” toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır və bərkimənin əriməsini tezləşdirir. Bu prosedura üç dəqiqədən beş dəqiqəyədək davam etməlidir. Nə vaxt həkimə müraciət etməli? Şiş qızardıqda, istiləndikdə və ya iltihab əlamətləri əmələ gəldikdə. Bu halda istənilən “özfəaliyyət” təh‐ lükəlidir, müalicəni cərrah seçmə‐ lidir.

dayandırmaq məsləhətdir. Qançır artıq əmələ gəlmişdirsə, adi spirtli kompres kömək edər. Spirti yarıyadək su ilə qarışdırmaq və ya adi araqdan istifadə etmək lazımdır. Binti islatmaq, qançırın üzərinə qoymaq, sonra isə polie‐ tilen plyonka və pambıq ilə bük‐ mək lazımdır. Təxminən yarım saatdan sonra açmaq lazımdır. Belə qızdırıcı kompresi hər gün, qançır itənədək etmək lazımdır. Adətən o, iki‐üç günə keçir. Müalicəsiz bir həftəyədək qala bilər. “Troksevazin” və “İnzevazin” kimi xüsusi məlhəm‐ lər də yaxşı effekt verir.

Nə baş vermişdir? Venadaxili inyeksiyadan sonra qolda böyük qançır əmələ gəlmişdir. Nə üçün belə olur? Bu, daha çox venanın həm ön, həm də arxa divarının deşilməsindən sonra baş verir. Belə çıxır ki, dərman yandan daxil edilmişdir və bu da qançırın əmələ gəlməsinə səbəb olmuşdur. Sizin edə biləcəkləriniz: İlk növbədə, iynəvurma və ya dam‐ cısalan qoşulan zaman öz hissiy‐ yatlarınıza diqqət yetirin. Dərman vena yanından daxil edildikdə, daha ağrılı olur, nəinki düzgün vurulduqda. Belə inyeksiyanı

Hansı halda həkimə müraciət etməli? Qançır uzun müddət keçmədikdə, daha çox ağrımağa başladıqda. Nə baş vermişdir? Әzələdaxili iynədən sonra ayaqlar bir qədər keyimişdir. Nə üçün belə olur? Bu halda, ehtimal ki, sinirə toxunulmuşdur. İynə yeri düzgün seçilmədikdə, belə hal baş verə bilər. Sizin edə biləcəkləriniz: Qaydası üzrə bu xoşagəlməz vəziyyət fizioterapiyanın köməyi ilə aradan qaldırılır. Bunun üçün

ultrasəs, maqnit müalicəsi və UYT geniş tətbiq olunur. Lakin fizio‐ proseduraları belə hallarda yalnız həkim təyin etməlidir. Proseduraların davamını və tezliyini də o təyin edir. Nə vaxt həkimə müraciət etməli? İynədən bir neçə saat sonra keyimə keçmədikdə. Bu zaman nəinki terapevtin, həmçinin nevroloqun da yanına getmək lazımdır. Nə baş vermişdir? İynədən sonra dəri bərk qaşınmağa başlayır. Nə üçün belə olur? Әzələdaxili iynələr kursundan sonra əmələ gələn qaşınma adi haldır. Qaşınma venadaxili inyek‐ siyadan dərhal sonra əmələ gəlmişdirsə, ehtiyatlı olmaq lazımdır – bu, allergik reaksiyanın başlanğıcı ola bilər. Sizin edə biləcəkləriniz: Siz allergiksinizsə, ev şəraitində hər hansı inyeksiyalardan çəkinin. Həm venadaxili, həm də əzələdaxili iynələri sizə tibb işçisi vurmalıdır. Çox zaman allergik reaksiya preparatın qana, hətta çox kiçik dozada daxil olmasından sonra da başlayır. Preparat daxil edilərkən birdən‐birə kəskin qaşın‐ ma hiss etdikdə, yaxud dərinin bir hissəsinin qızardığını gördükdə, tibb bacısına dərhal məlumat verin. Allergik reaksiya güclü deyilsə, adətən, həb şəklində xüsusi allergiyaya qarşı preparat‐ ların bir dəfəlik qəbulu ilə kifayətlənmək olar. Daha mürəkkəb hallarda vasitəni venaya daxil etmək olar. Hansı halda həkimə müraciət etməli? Daha doğrusu, onun yanından getmək olmaz. Hətta allergiya inyeksiyadan dərhal sonra aşkar olunmursa, yarım saat‐bir saat poliklinikada qalmaq pis olmaz. Reaksiya aşkar olun‐ mursa, yaxud keçmişsə, rahat evinizə gedə bilərsiniz.


34


35 Hamımıza bəllidir ki, kaloriləri gündəlik məşğuliyyətlər vasitəsi ilə xərcləmək olar – ev yığışdırma, ütüləmə, gəzinti… Lakin məsələ burasındadır ki, heç kim bu məşğuliyyətlər nəticəsində arıqlaya bilmir. Səbəb - bizim öz fəallığımızı düzgün planlaşdırmamaqdadır. Özünüzü formada saxlamaq və hətta onu fitnes-kluba getmədən daha da yaxşılaşdırmaq mümkündür. Bunun üçün məsələyə elmi əsaslar ilə yanaşmaq və öz fəallığınızı hesablamaq lazımdır.

Tənbəlin düsturu Hər dəfə klaviaturanın düyməsini basaraq, siz enerji sərf edirsiniz. Sərf olunan kalorilərin miqdarını hesablamaq üçün aşağıdakı düstur yarayır: 655+ (9,6 x bədən çəkisi kiloqram ilə) + (1,8 x boy santimetr ilə) – (4,7 x tam yaş sayı) Alınmış rəqəmi fərdi istehsalat əmsalına vurmaq lazımdır: - əqli əmək ilə məşğulsunuzsa, bu əmsal 1,4 bərabərdir; - yüngül fiziki iş ilə – 1,6; - orta ağır fiziki iş ilə – 1,9. Vurdunuzmu? Məhz bu miqdarda kalorini orqanizminiz hər gün heç bir səy göstərmədən sərf edir, hətta siz bütün günü divan üstündə keçirsəniz belə. Azdır? Həyat tərzinizi dəyişmədən və asanlıqla enerji sərfinizi artırmaq üçün daha 9 üsul təqdim edirik.

Üsul 1. Hərəkət edərkən – danışın Telefon ilə danışarkən, bir yerdə oturmayın. “Ayaq üstündə və ya oraya-buraya gəzişərək danışarkən, dəqiqədə 5 kkal yandırmış olursunuz” - bunu Stentford Universitetinin endokrinoloqu Ceyms Levayn deyir. Bonus olaraq, varikozun profilaktikası və baldır əzələlərinin yüngül masajını aparmış olursunuz.

Əlavə fayda – ürək əzələsinin məşqi, kürək əzələlərinin möhkəmləndirilməsi və elastik yanların formalaşmasıdır.

Üsul 3. Gül əkin Təbiətcə bağbansınızsa, bilin ki, bu, fiquranıza qayğı göstərmək üçün əla üsuldur. Təmiz havada ləklərin qazılması və alaq edilməsi saatda 450 kkal yandırır! Bütün əzələlər işə cəlb edildiyindən ümumi möhkəmləndirici effekt də təmin olunur.

Üsul 4. İtinizi gəzdirin İtinizlə 15 dəqiqə gəzişmək 100 kkal-dək yandıracaq. Qaçarkən, itinizə ağac parçası və ya top atarkən isə, bir saat ərzində 300 kkal-dən azad olmaq mümkündür. Əsas faydanı ürək və ağ ciyərlər alır, eyni zamanda qarın və bud əzələlərini də məşq etdirmək olar.

Üsul 5. Vals rəqsini ifa edin Ümumiyyətlə, artıq çəkidən azad olmaq üçün tanqo daha effektlidir, lakin onu ifa etmək üçün tərəf müqabilsiz keçinmək olmaz. Amma 20 dəqiqə təklikdə valsda süzərkən, 100 kkal sərf etmiş olursunuz. Bu rəqs qarın əzələlərini çəkərək, nazik belə sahib olmağa kömək edir.

Üsul 6. Badminton oynayın Yarım saatlıq partiya 250 kkal-dən azad olmağa kömək edər. Eyni zamanda, qarın divarı, çiyin qurşağı və kürək əzələləri işləyir.

Üsul 2. Velosiped sürün Dərə-təpəlik ilə maksimal sürətdə hərəkət etmək heç də mütləq deyil. Adi gəzinti tempi saatda 350 kkal xərcləməyə kömək edər. Sürəti artırarkən, bu göstəricini 1000 kkal-dək artırmaq mümkündür.

Üsul 7. Yuxarı qalxın Lifti unudun – və gün ərzində cəmi 20 dəqiqə pilləkənlə qalxma və enmə 180 kkal-ni əlinizdən alacaq.


36 Sürətinizi artırsanız, rəqəm daha da artacaq. Qəşəng biçimli ayaqlar və budlar sizin olacaq.

Brok düsturu:

Üsul 8. Qazonu biçin Yarım saat qazonbiçən ilə işləyərkən, əldə olunmuş gözəllikdən aldığınız zövq ilə yanaşı, 200 kkal itirmiş olursunuz. Əlavə effekt – böyük döş əzələsi və qarnın çəp əzələlərinin məşqidir.

İdeal çəki = (boy santimetr ilə - 100) – alınmış cəmin 10%. Misal üçün, boyunuz 170 sm olduqda, hesablama belə olur: 170-100=70, 70-dən də 10% çıxırıq və ideal çəkinin 63 kq bərabər olduğunu təyin edirik. Taton düsturu: çəki = boy - (100+ (boy santimetr ilə - 100) : 20 – kişilər üçün

Üsul 9.

çəki = boy - (100+ (boy santimetr ilə - 100) : 10 – qadınlar üçün

Təmizlik edin Evdə yır-yığış aparılması sanki kalorilərin yandırılması üçün düşünülmüşdür. Xalçaların tozsoran ilə təmizlənməsi saatda 200 kkal yox edəcək, bir o qədər də qab yuma və ütüləmə aparacaq, bu işləri görərkən, eyni zamanda mahnı da oxusanız, bir saat ərzində daha 50 kkal itirmiş olacaqsınız. Proses zamanı yüngül rəqs də etsəniz – daha 150 kkal ilə vidalaşacaqsınız. Cəmi: bir saatda çıxaq 600 kkal və üstəgəl evdə nöqsansız təmizlik.

Kaloriləri daha necə sərf etmək olar? Bilyard Avtomobil sürmək Televizora baxmaq Piano çalmaq Geyinmək Qiraət etmək Tikmək Əl ilə yazmaq Yemək bişirmək Stolüstü oyunlar 1000 parçadan ibarət pazzl yığmaq Dekorativ kosmetikadan istifadə etmək Manikür Frisbi oynamaq Uşaq arabasını yellətmək

Hansı çəkili olmaq lazımdır?

180 kkal/s 104 kkal/s 84 kkal/s 168 kkal/s 35 kkal/s 15 kkal/s 35 kkal/s 40 kkal/s 60 kkal/s 50 kkal/s 150 kkal/s 200 kkal/s 80 kkal/s 200 kkal/s 100 kkal/s

Polşalı diyetoloq Yan Taton sutkalıq kalorilik düsturunu da tərtib etmişdir: ideal çəki x 30. 170 sm boyu olan qadın üçün kalorilik 1890 kkal bərabərdir.

Məntiqə zidd olaraq Fiziki aktivlik haqqında 3 mif 1. İti yeriş yağları daha tez əridir, nəinki asta yeriş. Əksinə: asta yerimək daha çox əmək tələb edir. Əsas – dayanmamaq, axarla, ağır, müxtəlif qrup əzələlərin işini hiss edərək yeriməkdir. 2. Bir yerdə dayanaraq, kalori yandırmaq olmaz. Heç də belə deyil. Sadəcə ayaq üstə olarkən saatda 70 kkal sərf olunur. 3. Çarpayıda çox yataraq, daha tez kökələrsən. Bu da belə deyil! Səhərlər oyandıqdan sonra yataqda uzanıb qalarkən, dartınarkən, rahat böyrü üstə çevrilərkən, yumbalanarkən, yerində nazlanan kəs nəinki saatda 80 kkal-dək sərf edir, eyni zamanda əzələ və oynaqlarını tərpədərək açılışdırır. Bu, günün çox sağlam başlanğıcıdır.


37

HAQQINDA Müasir insanın ən böyük kəşfi səmərəli aclığın köməyi ilə özünü fizi‐ ki, əqli və ruhən gəncləşdirmək qabiliyyətinə nail olmaqdır. “Ağıl ilə” ac qalaraq, insan solmaz gənclik əldə edə bilər. Ac qalaraq, insan vaxtın‐ dan əvvəl qocalmanın qarşısını alır. Hər həftə ərzində 24 saatlıq ac qalma – bu, ildə 52 günə bərabərdir və hər halda, üç 7‐10 günlük ac qalma əzələ və oynaqları toksin və şlaklardan, metabolizm məhsulların‐ dan azad etməyə kömək edər. Birdən‐birə on gündən artıq ac qalmaq məsləhət deyil və bu zaman daimi olaraq böyük ac qalma təcrübəsi olan ixtisaslı insanın nəzarəti altında qalmaq lazımdır. Ac qalma – orqanizmin elmi üsul ilə təmizlənməsi meto‐ dudur və ona yanaşma da müvafiq olmalıdır. Unutmayın ki, bu gün “sağlam” adlandırılan insanların 60‐70%‐nin və ciddi xəstəliyi olan insanların 85‐95%‐nin orqanizmində toplanmış toksinlərin uzun müddətli, misal üçün, 21‐35 günlük aclıq vasitəsi ilə xaric edilməsinə cəhd zamanı ölmək ehtimalı var. Davamlı aclıq mütəxəssisin nəzarəti altında keçirilməlidir, çünki yalnız o, aclığın hansı an dayandırılmasını təmin edə bilər. Mütəxəssis böyrəklərin zəhərləri xaric etməsinə nəzarət edir. O, gündə bir neçə dəfə sidiyi tədqiq edir və həddən çox toksiki maddələr xaric edildikdə ‐ bu isə böyrəklərin yüklənməsi deməkdir ‐ aclığı dərhal dayandırmaq lazımdır. Həftədə 24‐36 saatlıq aclıq zamanı orqanizmin qismən təmizlənməsi baş verir. Bu zaman istənilən səhər yeməyindən (meyvələrdən başqa) imtina yaxşı kömək edir. Yalnız təbii ərzaqlar ilə qidalanma proqramına riayət edərək, insan bir neçə ay ərzində özünü 3‐4 günlük aclığa hazırlaya bilər. Dörd ay hər həftəlik aclıqdan sonra insan yeddi günlük aclığa hazırdır. Bu zaman toksiki maddələrin böyük bir hissəsi artıq orqanizmdən xaric olunur. Altı aylıq təmizlənmədən sonra yeddi günlük aclıq keçirmək asandır. İlk 7 günlük aclıq çox gözəl nəticə verəcək, çünki təmizlənmə effekti tamamilə heyrətamiz olacaq. Daha bir neçə aydan sonra insan 10 gün‐ lük aclığa hazır olacaqdır və bu, yenidən orqanizmin hər hüceyrəsinin təmizlənməsinə gətirib çıxaracaq. İngiltərədə hesab edirlər ki, ən yaxşı aclıq kursu 30 günlükdür. Həkimlərin nəzarəti altında aclıq keçirən şəxs, adətən vaxtın çox hissəsini yataqda keçirir və ona, yalnız bir neçə dəqiqəlik durmağa icazə verilir. Almaniyada ən yaxşı müddət 21 gün hesab olunur. Fransızlar 14 günlük aclığın tərəfdarıdır. ABŞ‐da daha çox 30 günlük aclıq keçirirlər. Unutmayın ki, nə qədər təbii məhsul qəbul etsəniz, sağlamlığınız bir o qədər yaxşı olacaq.


38

MİOZİT

NƏ İLƏ TƏHLÜKƏLİDİR? Miozit – əzələlərin iltihabıdır. Bunun üçün yelçəkəndə oturaraq, əzələni soyuğa vermək kifayətdir ki, o, iltihablaşsın. Әzələni kəskin temperatur dəyişməsi də sıradan çıxara bilər, ona görə də, çox qızınaraq, çimmək olmaz: əvvəlcə soyuyun, sonra isə suya girin. Әks halda soyuqdəymə mioziti ilə qarşılaşmalı olacaqsınız.

Səbəblər Miozitin əmələ gəlməsini bir sıra amillər törədə bilər. • Travmalar. Onlara həm adi əzilmə və zədələnmələr, həm də vərdiş edilməmiş intensiv fiziki yüklənmə aiddir (misal üçün, təkbaşına mənzildə bütün mebelin yerini dəyişmək qərarına gəldikdə). Bundan başqa, sistematik şəkildə əzələlərin yüklən‐ məsi. Söhbət fəaliyyətinin xüsusiyyətlərinə görə tez‐tez eyni hərəkətləri təkrarlamağa, yaxud, uzun müddət eyni, narahat pozada qalmağa məcbur olan (musiqiçilər, proqram‐ çılar, bəzi ixtisaslı həkimlər və s.) insanlardan gedir. Sadalananların mümkün nəticələrindən biri – travmatik miozitdir. • İnfeksiya. Bir çox bakterial və virus törədiciləri infeksion miozit törətmək qabiliyyətinə malikdir. • İrinli iltihablı proseslər. Bu halda miozit irinli adlanır, o, eyni zamanda, bəzi xəstəliklərin fəsadına çevrilir (misal üçün, osteomielitin). Mahiyyət etibarı ilə bu, infeksion miozitin bir növüdür, fərq isə ondadır ki, əzələlər


39 irinləyir və hətta bəzən məhv olur. İrinli miozit güclü şişkinlik, yüksək hərarət və titrəmə ilə müşayiət olunur. • Parazitlər. Bəzi hallarda əzələlərin iltihabının səbəbkarı helmintlərdir.

Simptomlar Səbəbindən asılı olmayaraq, miozitin əlamətləri aşağıdakılardır: • Zədələnmiş əzələlərdə kəskin (bəzən ‐ sızıldayan) və hərəkət zamanı güclənən ağrı; • Hərəkətliliyin məhdudlaş‐ ması; • İltihablaşmış əzələlərdə şişkinlik və gərginlik; • Qabarıq əzələ zəifliyi.

Müasir təbabət arsenalı İrinli və dermatomiozitdən başqa, xəstəliyin bütün növləri zamanı adətən klassik və akupunktur masaj kursu, isitmə məsləhət edilir. Bunun üçün isidici məlhəmlər təklif olunur: analqos, apizartron, vipratoks, viprosal, virapin, kapsikam, kapsoderma və s. Qeyri‐steroid iltihaba qarşı vasitələr də təyin edilir: brufen, indometasin, reopirin və s. İnfeksion miozit zamanı para‐ lel olaraq əsas xəstəliyi müalicə etmək, irinləmə zamanı əlavə olaraq antibiotiklər təyin etmək lazımdır. Parazitar miozit bəzən xüsusi müalicəsiz keçir, bunun üçün qurd‐ lardan azad olmaq kifayətdir. Dermatomiozit zamanı predni‐ zolon, nerabol, prozerin preparat‐ larını tətbiq etmək lazım gəlir. Әlavə olaraq, B qrup vitaminləri və askorbin turşusu təyin edilir. Müalicə bir neçə il davam edə bilər və onu yalnız həkim aparmalıdır.

Nəzərə alın ki… Bəzən miozit stress fonunda da əmələ gələ bilər. Bu onunla əlaqə‐ dardır ki, mənfi və güclü emosiya bu və ya digər qrup əzələlərin intensiv gərginliyinə səbəb olur.

Qadınlarda isə çox zaman miozit aybaşı günləri və hamiləlik dövründə əmələ gəlir.

Əzələləri özümüz müalicə edirik Hər növ miozit zamanı • 5‐6 təzə pıtraq yarpağını pörtərək, ağrılı yerin üzərinə üst‐ üstə qoyun, sonra tənzif salfeti, üstündən isə polietilen və yun dəs‐ mal ilə örtün, bint ilə sarıyın. Kompresləri hər gün 30‐40 dəqiqə edin. • 1 xörək qaşığı xırda doğran‐ mış təzə pıtraq yarpağının (xırda yarpaqlar seçin) üzərinə bir stəkan qaynar su əlavə edərək, 2 saat dəmləyin, sonra da süzün. Hazır cövhəri gündə 3 dəfə ½stəkan yeməkdən sonra iki həftə ərzində qəbul edin. • 1 xörək qaşığı xırda doğran‐ mış təzə qarağat yarpağının üzərinə bir stəkan qaynar su əlavə edərək, 20‐30 dəqiqə dəmləyin, sonra süzün. Hazır cövhəri gündə 3 dəfə ½stəkan qəbul edin.

Soyuqdəymə və travmatik miozit zamanı • 1 çay qaşığı kərə yağını əridərək, üzərinə ¼ çay qaşığı süngər tozu əlavə edin və

qarışdırın. Gecə yatmazdan əvvəl ağrılı yerlərin üzərinə sürtün, tənzif salfeti ilə örtün, bint ilə sarıyın. Bu proseduranı həftədə bir dəfədən çox etməyin, əks halda dəridə qıcıqlanma əmələ gələ bilər.

Yoluxucu miozit zamanı əsas xəstəliyin müalicəsinə əlavə olaraq • 0,l litr həcmli butulkaya təzə meşə gilası çiçəkləri yığın, üzərinə ağzınacan ağ neft tökün, kip tıxac ilə bağlayın, isti yerdə 10 gün ərzində saxlayın, sonra süzün. Ağrılı yerləri hər gecə bu məhlul ilə ovuşdurun. • ¼ stəkan xırda doğranmış meşə gilası qabığının üzərinə 0,5 litr araq əlavə edin, bir həftə saxlayın və süzün. Zədələnmiş əzələləri gündə 2‐3 dəfə ovuşdu‐ run.

İrinli miozit zamanı • Limon, mərzə, minaçiçəyi və dəfnə ağacının efir yağlarının hərəsindən 5 damcı qarışdırın, üzərinə 2 xörək qaşığı dazı və ya buğda qələmi yağı əlavə edin. Alınmış qarışıq ilə tənzif salfetləri‐ ni isladın və hər gün 4 dəfə 2‐3 saatlıq ağrılı yerlərin üzərinə qoyun.


40

HƏR BİR QADIN UŞAQLIQ BOYNU XƏRÇƏNGİNDƏN MÜDAFİƏ OLUNMAĞA LAYİQDİR “GlaxoSmithKline” şirkəti vaksinlərin işlənilməsi və istehsalı üzrə dünyada tanınmış liderdir. 6 ildir ki, şirkət respublikamızın əhalisini B hepatiti, qrip, su çiçəyi, qızıl‐ ca, məxmərək, parotit və s. kimi ağır xəstəliklərə qarşı vaksinlər ilə təmin edir. 15 dekabr 2009‐cu ildə Bakıda təşəbbüskarı və təşki‐ latçısı “GlaxoSmithKline” şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən “Uşaqlıq boynu xərçənginin profilaktikası” mövzusunda konfrans keçirilmişdir. Konfransda ginekologiya sahəsində aparıcı mütəxəssis‐ lər, ictimai təşkilat nümayəndələri, parlament deputat‐ ları və jurnalistlər iştirak etmişlər. Konfrans zamanı Azərbaycanda uşaqlıq boynu xərçənginə (UBX) aid problemlər, 16 və 18 insan papil‐ loması virusunun (İPV) törətdiyi uşaqlıq boynu xərçəngönü zədələnməsi və xərçənginin profilaktikası məsələləri müzakirə olunmuşdur. “Ginekoloji praktikada uşaqlıq boynu xərçənginin qarşısının alınması imkanları” mövzusunda məruzə ilə həkim‐ginekoloq, t.e.n. Lətifə Әfəndiyeva çıxış etmişdir. O qeyd etmişdir ki, uşaqlıq boynu xərçənginin vaksin profilaktikası – qadınları (o cümlədən, gənc yaşlarında) zədələyən xəstəlik ilə mübarizədə əldə edilmiş mühüm nailiyyətdir. Uşaqlıq boynu xərçəngi süd vəzisi xərçəngindən sonra qadınlarda rast gəlinən bədxassəli yenitörəmələr arasında yayılmasına görə ikinci yeri tutur. ÜST‐nın məlumatlarına görə, hər il bu diaqnoz dünyada 493 mindən artıq qadınlara təyin edilir, 273 min qadın üçün isə o, ölüm hökmünə çevrilir. Statistikaya görə, Azərbaycanda hər iki gündən bir uşaqlıq boynu xərçəngindən bir qadın vəfat edir. Uşaqlıq boynu xərçəngi çox zaman çiçəklənən yaş dövründə olan, yəni, işləyən, uşaqlara və digər ailə üzvlərinə görə məsuliyyət daşıyan qadınları zədələyir. Sübut olunmuşdur ki, vaksinasiya servikal xərçəngə doğru inkişaf edən patolo‐ ji ocaqların profilaktikasında əsaslandırılmış və effektiv yanaşmadır. 2008‐ci ilin sonunda Azərbaycanda uşaqlıq boynu xərçənginin və xərçəngönü vəziyyətlərin profi‐ laktikası üçün nəzərdə tutulan Servariks vaksini qey‐ diyyata alınmışdır. Bu vaksin 2008‐ci ildə tibb və

fiziologiya sahəsində Nobel mükafatının praktik təcəssümüdür. Azərbaycan həkimlərinin arsenalında Servariks vaksini 2009‐cu ilin fevralında zahir olmuş‐ dur. Konfransda Elmi‐Tədqiqat Mamalıq və Ginekologiya institutunun direktoru, Ailə planlaşdırma mərkəzinin direktoru, reproduktiv sağlamlıq üzrə milli koordinator, t.e.n. Faizə Әliyeva da iştirak etmişdir. O qeyd etmişdir ki, vaksinin üstünlükləri danılmazdır, lakin yəqinliklə demək olar ki, o, skrininqi əvəz etmir. Məhz vaksi‐ nasiyanın sitoloji skrininq ilə birlikdə tətbiq edilməsi qadınların UBX‐dən ümidverici müdafiə üsulu hesab edilir. Uşaqlıq boynu xərçənginin skrininq proqramı anomal hüceyrələrin erkən inkişaf mərhələsində, yəni, xərçəng inkişaf etməzdən əvvəl ləğv olunmaları mümkün olan dövrdə aşkar edilməsi üçün işlənmişdir. Xərçəng inkişaf etdikdən sonra müalicə daha mürəkkəb olur və az səmərə verir. Vaksinasiya ilə birlikdə aparılan skrininq öz sağlam‐ lığının vacibliyini dərk edən qadınların aktual müdafiə üsuludur. Uşaqlıq boynu xərçənginin profilaktikasının aktual‐ lığı haqqında məruzə ilə Azərbaycanda “Reproduktiv sağlamlıq və Ailə Planlaşdırılması” layihəsinin direk‐ toru, həkim‐ginekoloq, t.e.n. Məvcudə Babamuradova çıxış etmişdir. O vurğulamışdır ki, vaksinasiya və mün‐ təzəm profilaktik müayinələr (skrininq) sayəsində uşaqlıq boynu xərçəngindən yaxşı müdafiə olunmaq olar. Avropa ölkələrində uğurla fəaliyyət göstərən qadın əhalisinin skrininq sisteminin köməyi ilə uşaqlıq boynu xərçəngi ən erkən dövrlərdə aşkar edilə və bir çox hal‐ larda müalicə oluna bilər. Konfransda eyni zamanda Milli Məclisin deputatı, Sosial‐Siyasət daimi komitəsinin üzvü İlham Məmmədov da çıxış edərək, hazırda üzərində işlənilən “Reproduktiv sağlamlıq və Ailə Planlaşdırılması haqqında” qanun və 2010‐2015‐ci illər üçün Azərbaycanda reproduktiv sağlamlıq üzrə Milli strate‐ giya haqqında danışdı. O, eləcə də, Milli Məclisin Sosial‐ Siyasət komitəsi, USAİD təşkilatı, həmçinin, “Lider‐


41

Hazırda Ukraynada 5000‐dən artıq qadın Servariks ilə uğurlu vaksinasiya keçərək, UBX‐yə qarşı davamlı müdafiə almışdır. Servariks bu xəstəliyin 80% hallarının qarşısını alır. Vaksin 5 ən çox yayılmış və UBX hallarının 82%‐nin yaranmasına səbəb olan onkogen İPV tiplərinə – 16, 18, 31, 33 və 45 – qarşı müdafiəni təmin edir. Vaksin həm yeniyetmə qızların cinsi həyatının başlanmasına qədər, həm də daha yaşlı qadınların vaksinasiyası üçün nəzərdə tutulmuşdur. Tatyana Popova qeyd etmişdir ki, o, ilk növbədə özünü və iki qızlarını vaksinə etmişdir. Sonda o demişdir: “Hər bir qadın uşaqlıq boynu xərçəngindən qorunmaq şansına layiqdir. Siz qadına öz həyatı və sağlamlığını qoruyub saxlamaq şansını bəxş edə bilərsiniz. Servariks ilə vaksinasiya və müntəzəm müayinələrin davamı – uşaqlıq boynu xərçəngindən ən yaxşı müdafiə üsuludur”. Әlavə məlumat almaq üçün pulsuz qaynar xəttə zəng edə bilərsiniz: 012 418 22 70 “GlaxoSmithKline” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı ş.,Әhməd Cəmil küç. 64\66.Tel.: 012 497 66 01

GSKAZ0210

qadınlar” və “Demokratik inkişaf institutu” kimi ictimai birliklər tərəfindən keçirilən “Onkoloji xəstəliklər: Azərbaycanda süd vəzi və uşaqlıq boynu xərçəngi ilə əlaqədar vəziyyət” adlanan seminarın işindən söhbət açdı. “Vaksinasiya ilə uşaqlıq boynu xərçəngindən qorun‐ ma” mövzusunda məruzə ilə konfransın qonağı, Popova Tatyana Alekseyevna – t.e.n., ginekoloq‐endokri‐ noloq, Kiyev şəhərində yerləşən A.A. Boqomolts ad. Ukrayna Milli Tibb Universitetinin poliklinik hazırlıq və ailə təbabəti kafedrasının əməkdaşı – çıxış etmişdir. Öz məruzəsində o, 16 və 18 insan papilloması virusu ilə törədilən uşaqlıq boynu xərçəngi və xərçəngönü zədələnmələrdən qorunmaq üçün nəzərdə tutulmuş Servariks vaksini haqqında söhbət açmış, eyni zamanda, Servariks vaksininin Ukraynada tətbiqi təcrübəsi ilə bölüşmüşdür. Məruzədə qeyd edilmişdir ki, tibbi uğurlar və skri‐ ninq proqramlarına baxmayaraq, UBX aktual problem olaraq qalır. İstənilən yaş qrupuna aid qadınlar risk qrupuna daxildir. Onları bu qəddar xəstəlikdən yalnız profilaktika qoruya bilər. İlkin profilaktika üsulu vaksi‐ nasiyadır. Həkimlər vaksinasiyanı kontrasepsiya və ya profilaktik müayinə məqsədi ilə müraciət edən hər qadı‐ na məsləhət etməlidir.


42

Bel ağrısı çox yayılan bir problemdir. İnsanların təxminən 80%-i həyatları boyunca ən az bir dəfə bel ağrısı ilə qarşılaşırlar. Ağrı bəzən həftələr, hətta aylarla davam edir, xəstələrin iş qabiliyyətini aşağı salır. Bel ağrılarından düzgün diaqnoz və müalicə ilə qurtulmaq mümkün olduğu halda, bəzən bu məsələyə səthi yanaşma, laqeydlik fəsadların artmasına və hətta cərrahi əməliyyatlara belə gətirib çıxara bilir. Odur ki, bel ağrıları zamanı diqqətli olmaq və vaxtında zəruri tədbirləri görmək lazımdır.


QƏFLƏTƏN BEL SANCISI ƏMƏLƏ GƏLİB… NƏ ETMƏLİ?

1

Maksimal dərəcədə onurğa sütununun yükünü azaltmaq lazımdır. Kəskinləşmənin ilk üç günü ərzində daha çox uzanıqlı vəziyyətdə qalmağa çalışın. Mümkün qədər az gəzin, yalnız zəruriyyət olduqda oturun. Xüsusi bel korseti geyinin. Ağrılı hissiyyatlar sizi ilk dəfə yaxalayıbsa və əl altında isə korset yoxdursa, onu özünüz hazırlayın. Bir mələfə götürün və parça zolağının eni 30 sm qədər olmaq şərti ilə onu uzununa bükün. Sonra parça zolağının orta hissəsinə 15x25 sm ölçüdə linoleum parçası tikin. Linoleumlu salmanı bel nahiyəsinə yapışdırın, mələfənin uclarını isə qarın üzərində bağlayın və ya sancaq ilə birləşdirin.

2

Yuxu vaxtı ortopedik döşək və ya möhkəm və bərk döşəkli rahat yataqdan istifadə edin. Yataqdan qalxarkən, kəskin hərəkət etməyin, mütləq əvvəlcə böyrü üstə çevrilin və əllərinizə dayaqlanın.

3

Kürəyinizi soyuğa verməyin. Soyuq əzələlərin spazmına səbəb olur, şişkinlik və ağrını gücləndirir.

4

Kəskin dönmə və əyilmədən çəkinin. Yerə düşmüş əşyanı qaldırmaq üçün əyilməyin, çömbəlin. Ağır yük qaldırmayın və daşımayın.

5

Bel nahiyəsi üzərinə quru isti qoyun, istiotlu plastır yapışdırın, yaxud belinizi qızdırıcı məlhəm ilə ovuşdurun – misal üçün, finalqon, espol və ya nikofleks ilə. Eyni zamanda, ağrıkəsici və iltihaba qarşı komponent tərkibli gel və məlhəmlər ilə də ağrılı yeri ovuşdura bilərsiniz. Misal üçün, onlara fastum gel, dolgit krem, voltaren emulgel aiddir.

43

6

Həkimə müraciət edənədək ağrıkəsici dərman qəbul edin. Bu, əvvəllər həkimin təyin etdiyi istənilən analgetik, yaxud reseptsiz ağrıkəsici preparat ola bilər.

7

Sadə refleksoterapiya üsullarından “Kuznetsov”, “Tikanlı təbib”, “Redoks” kimi applikatorlardan gündə 3-4 dəfə 20-30 dəqiqəlik istifadə edin.

8

Bel ağrılarının yeni müalicə üsulu olan – lidokainli plastırlardan da istifadə edə bilərsiniz. Bu plastırlar ən ağrılı zonaya yapışdırılır və kəskin ağrı fonunda da tətbiq oluna bilər. Digər vasitələrdən fərqli olaraq, yeni plastır bütün orqanizmə minimal təsir göstərir. Lidokain, əsasən, yerli təsir göstərərək, az miqdarda qana sovrulur. Plastırlar lidokainə qarşı həssaslıq və yapışdırılan yerdə dəri bütövlüyünün pozulması zamanı əks-göstərişdir.

Yeni kəskinləşmənin profilaktikası üçün: • Yazı masası, kompüter arxasında düzgün pozaya riayət edin. Stolun hündürlüyü elə olmalıdır ki, bazu önü havada deyil, stolun üzərində yerləşsin. Kürək iş zamanı düz olmalıdır. Bir pozada uzun müddət qalmaqdan qaçın. Hər yarım saatdan bir dartının, açılışın, 1-2 dəqiqə gəzişin. • Əyilərək işləməyin. Yük daşıyarkən, çəkini eyni bərabər hər iki əldə paylaşdırın. Bir pozada uzun müddət qaldıqda, nəqliyyatda getdikdə və ağır fiziki iş zamanı ortopedik korset geyinin. • Kürək və qarın presi əzələlərini müalicəvi bədən tərbiyəsi, üzgüçülük, trenajor zalında məşqlər vasitəsi ilə möhkəmləndirin. • Bədənin normal çəkisini saxlayın.


44

Bakı, Sumqayıt şosesi, 10A; Tel.: (012) 347 82 01/02/03 Mob.: (050) 324 44 40, (050) 352 22 20, (050) 250 28 78

Web: www.vitrindizayn.az E-mail: info@vitrindizayn.az

“Vitrin” Dizayn MMC şirkəti olaraq, aşağıda adları çəkilən firmaların Azərbaycandakı nümayəndəsiyik: “Nokta” Dizayn LTD: Dizayn və konsultasiya xidmətləri; “Nurdil”: Soyuducu şöbələr; “İBS”: Soyutma Sistemləri; “Teknogon”: Rəf Sistemləri; “Aluform”: Lövhə Sistemləri.

və marketlərdə zəruri olan digər aksessuarlar) Türkiyə və Fransada istehsalı, yerində quraşdırılması və servis xidmətlərinin təmin edilməsi; - Anbarlar üçün gərəkli MiniRack rəflərin və HeavyRack rəflərin (back to back, drive-in, avtomatik drive-in, dar dəhliz, sürüşən rəf və tam avtomatik rəf sistemləri) Türkiyə, Almaniya və İtaliyada istehsal edilməsi, yerində quraşdırılması və servis xidmətlərinin təmin edilməsi.

Xidmətlərimiz

Soyuducu şöbə istehsalçımız və şöbələrimiz haqqında məlumat

- Qida sahəsində fəaliyyət göstərən supermarketlərin, soyuq otaqların, anbarların və s. bu cür iş yerlərinin soyuducu ləvazimatlarının dizaynının verilməsi, 3d proqramları ilə verilən dizaynın qabaqcadan görülməsinin mümkünlüyünün təmin edilməsi, uyğun cihazların seçilməsi, satışı, Türkiyədə istehsalı, quraşdırılma və servis xidmətləri göstərməsi; - Marketlər, supermarketlər üçün rəf ləvazimatlarının ( rəflər, piştaxtalar, market arabaları, səbətlər

Dileri olduğumuz “Nurdil” Firması 1965-ci ildən bəri soyutma sənayesi sahəsində fəaliyyət göstərən, hazırda 20.000 m 2 qapalı sahəni əhatə edən və 150 işçisi olan 2 fabriki ilə daim texnoloji tərəqqini izləyərək və bu yenilikləri sürətli şəkildə məhsullarına uyğunlaşdıraraq, dünyanın hər yerinə ixrac edən firmadır.


45

Soyuducu şöbələrimizin insan sağlamlığı baxımından üstünlükləri:

Rəf istehsalçımız və rəf sistemlərimiz haqqında məlumat

1) 100 % paslanmayan poladdan hazırlanmış məhsullar paslanmaya qarşı daha davamlıdır; 2) Texnoloji dizaynı ilə şkafların içinin asan yuyulması və gigiyena qaydalarının maksimum təmin edilməsi; 3) Sındıqda ətrafa dağılmayan temperli (konsistensiyalı) şüşələr sayəsində məhsulların şüşə qırıntılarından qorunması; 4)Yüksək keyfiyyətli ventilyator texnologiyası ilə şkafın hər yerində bərabər soyutma təmin edərək, məhsulları son istifadə etmə tarixinə qədər sağlam şəkildə saxlama; 5) Beynəlxalq HCCP və ISO 9001 sertifikatları.

Dileri olduğumuz “Teknogon” firması 1969-cu ildən etibarən Türkiyədə istehsala başlayaraq, keyfiyyətli işi sayəsində 1999-cu ildə market ləvazimatları ilə təchizat sahəsində dünya miqyasında ən effektli xidmət göstərən qruplardan biri kimi tanınan HMY Qrup ilə birləşərək, istehsalda bir dünya nəhənginə çevrilmişdir. Rəf sistemlərimiz haqqında məlumat: 1) Mərmərə Universitetinin verdiyi hesabata əsasən 1 kvadrat metrlik sahədə 330 kq yük saxlama imkanına malikdir; 2) Yüksək vəsait keyfiyyəti və texnoloji dizaynı ilə fərqlənir; 3) Hər cür məhsula uyğun aksessuarlarla təmin edilir; 4) HMY Qrup tərəfindən patenti alınmış, marketçilik sektorunda iz açan P25 standartları istiqamətində istehsal edilmişdir.


46

TİBB ALƏMİ 2500 il sonra


47 Milli ideologiyamızın tətbiqi sahəsində bu gün Respublika‐ mızda geniş işlər həyata keçirilir. Azərbaycan xalqının tarixinin öyrənilməsi də gənclərin öz keçmişini bilməsi ilə yanaşı, həm də bugünkü və gələcək mənəviy‐ yatımızı müəyyənləşdirməklə hər zaman böyük əhəmiyyət kəsb edir. Hər bir gənc öz tarixini dərindən bilməli, ona hörmətlə yanaşma‐ lıdır. Unutmamalıyıq ki, tarixi ənənələrimizi qorumaq və yaşat‐ maq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu mənada tarixi faktlara istinad edərək, aparılan elmi araşdırmalar olduqca əhəmiyyət‐ lidir. Belə tədqiqat işlərindən biri də 1997‐ci ildə Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasında aparılmışdır. Belə ki, AMEA‐nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya folklor qrupu Nəsib Muxtarovun rəhbərliyi altında 1997‐ci ildə Şəkinin Fazıl, Cumakənd ərazilərində, Qaxda Sarıca‐Minbərək qrupunda abidələri öyrənmək məqsədi ilə qazıntı işləri aparmışlar. Fazıl kəndi ərazisində Böyük Düzdə, Təpəbaşında, Sayvalı və Yoncalıda arxeoloji qazıntılar aparılmışdır. Abidələrdən əldə edilən material‐ lardan beş insan kəlləsi ATU‐nun insan anatomiyası kafedrasının müdiri, professor V.B.Şadlinskiyə verilmişdir. Professor, Rusiya T.E.A.‐nın akademiki Vaqif Şadlinski antik dövrə aid Təpəbaşı və Yoncalı abidələri qazılmış, şərti olaraq "çox kəlləli qəbir" adlandırılan abidədən material‐ ların götürülməsində iştirak etmiş və salamat qalmış insan kəllələrini tədqiqat məqsədi ilə kafedraya götürmüşdür. İlkin müşahidələrə əsasən bu qəbrin e. ə. V‐III əsrlərə aid olması güman edilmişdir. Qəbirlərdən saxsı materiallar, sümüklərlə yanaşı, kömür qalıqları da tapılmışdır. Arxeoloqların fikrincə bu, atəşpərəstlik dövründən xəbər verir.

TƏDQİQATLAR İNSAN KƏLLƏLƏRİNİN TÜRK MƏNŞƏLİ OLDUĞUNU AŞKARLADI Atəşpərəstlik dövrünə aid antropoloji material az olsa da, çox böyük maraq doğurur. Belə ki, kraniometrik ölçmələrin nəticələrinə əsasən dişlərin və tikişlərin vəziyyətinə görə I kəl‐ lənin 30‐70 yaşda, xarici görünüşcə bir sıra əlamətlərinə görə kişi cinsinə mənsub, ortokran (kəllənin hündürlük indeksi ‐ 70,9‐dək) ellip‐ soid formasında, kəllə tutumunun 1569 sm3, beyin kütləsinin 1343 qr; Qadın cinsinə mənsub II kəl‐ lənin 40‐50 yaşda, ortokran, rom‐ boid formada, kəllə tutumunun

Kraniometrik göstəricilər statis‐ tik cəhətdən dürüst olub, kəllənin beyin və üz hissələrinin morfoloji indekslərinə əsasən fərdi xüsusiyyətlərini əks etdirir. Ölçmələr zamanı I‐IV kəl‐ lələrdə göz indeksinə görə xame‐ konxiya (dar göz ‐80,0‐ə qədər); burun indeksinə görə I və II kəl‐ lələrdə leptoriniya (uzun burun ‐ 47, 0‐yə qədər), III və IV kəllələrdə hiperplatiriniya (çox qısa burun ‐ 58, 0 və çox); damaq indeksinə görə isə leptostafiliniya (uzun ‐80, 0‐ə qədər) tiplərini müəyyən etdik, V kəllədə göz indeksinə görə mezokonxiya (orta ‐80, 1‐85,0), burun indeksinə görə hiper‐ platiriniya (çox qısa‐58, 0 və çox), damaq indeksinə görə isə lep‐ tostafiliniya (uzun‐80, 0‐ə qədər) tiplərini müəyyənləşdirdi.

TARİX SÜBUT EDİR

1376 sm3, beyin kütləsinin 1234 qr; 50‐60 yaşda kişi cinsinə mən‐ sub, ortokran, pentaqonoid for‐ malı III kəllənin tutumu 1430 sm3, beynin kütləsi 1358 qr; Yaxşı qorunub saxlanılmış, yal‐ nız üz hissəsinin tamlığı bir qədər pozulmuş IV kəllənin 50‐60 yaşda kişi cinsinə mənsub, ortokran, ellipsoid formada, kəllə tutumu‐ nun 1526 sm3, beynin kütləsinin 1356 qr. və təpə nahiyəsi ənsə nahiyəsindən aralanmış V kəllənin 20‐50 yaşda qadın cinsinə mənsub, hipsikran (hündürlük indeksi 75,0‐ dan yuxarı), sferoid formada, kəllə tutumunun 1293 sm3 , beyin kütləsinin 1246 qr. olmasını müəyyən etdik. Bütün kəllələr yaxşı qorunub saxlanılmışdır.

Әsrlər boyu Azərbaycan xalqı hər zaman əlverişli iqlim şəraitinə malik olan yurdumuzda məskun‐ laşan bütün insanlara milliyyə‐ tindən, irqindən asılı olmayaraq, heç bir fərq qoymamış, əksinə həmişə onlara qarşı yüksək qonaq‐ pərvərliyi ilə seçilmişdir. Bundan istifadə edən düşmənlər isə böyük iddialara düşərək torpaqlarımıza göz dikdilər. Torpaqlarımızla bərabər milli‐mədəni abidələrimizi özününküləşdirmək, tariximizi sax‐ talaşdırmaq istədilər. Lakin tarix tarix olaraq qalır. Elə insan kəllələrinin antropo‐ loji tədqiqi də Azərbaycanda yaşamış əhalinin etnik və irqi komponentlərinin öyrənilməsi üçün vacib və əhəmiyyətlidir. Bununla çox qədim tarixi kök‐ lərə malik Azərbaycan xalqı bu gün ona xain nəzərlərlə baxan düşmənlərinə öz böyük keçmişini göstərir. Tədqiqatımıza daxil olan Azərbaycan torpaqlarından tapılan türk mənşəli kəllələr də buna bir daha tutarlı sübutdur. Sədaqət Rüstəmova tibb elmləri namizədi


48


49 Qadınlar bəşəriyyətin “zəif, zərif cinsi” kimi adlandırılırlar. Lakin elmi fakta əsasən, qadınlar bu cür zərif və həssas olsa da, kişilərdən 6‐8 il çox yaşayırlar. Herontoloqların tədqiqatlarına əsasən qadınlar özləri ilə həmyaşıd kişilərdən cavan görünür və ümumiyyətlə, onlardan öz bioloji yaşına görə orta hesabla 7 il cavandırlar. İş ondadır ki, müxtəlif cinslərin nümayəndələri müxtəlif üsullarla qocalır.

QADINLARIN BİOLOJİ ÜSTÜNLÜKLƏRİ Qadın cavanlığını genetika qoruyur. Məlum olduğu kimi qadın DNK‐sı iki X xromosoma məxsusdur və onlardan biri, məsələn, intoksikasiya nəticəsində zədələnsə, digəri funksiyanı öz üzərinə götürür. Kişi cinsinin nümayəndələrində X xromosomu yeganədir, ona görə də onlar genetik cəhətdən “sığortalan‐ mayıb”. Sözsüz ki, qadın və kişilərin konstitusiyası xüsusi əhəmiyyət daşıyır. Kişilərdə illər boyu yığılan piy qarın nahiyəsində lokallaşır və bu vəziyyət infarktın və başqa ciddi xəstəliklərin riskini mühüm dərəcədə artırır. Qadınlar da çox çəkili ola bilər, lakin başqa dis‐ lokasiyaya görə, əsasən ombalarda və sağrılarda yığılan piy onlar üçün heç bir təhlükə yaratmır. Qadınların kişilərə nisbətən hormonal üstünlüyü mövcuddur. Qadınların estrogen hormonları öz təbiətinə görə ürək‐damar sistemi‐ nin etibarlı müdafiəçisidirsə, kişilərdə testesteron hormonu təcavüzkarlığa və risklə əlaqədar olan yüksək fiziki fəallığa cavab‐ deh olsa da, həyatın uzadılmasına səbəb olmur. Bu biologiya sahəsində mövcud olan faktlardır. Demoqraflar bu problemi başqa nöqteyi‐nəzərdən müzakirə edir. Onların mövqeyinə əsasən qadın‐

lar kişilərdən ona görə çox yaşayırlar ki, zərərli vərdişlərə məxsus deyillər. Qadınlar az siqaret çəkir, sağlam həyat tərzinə diqqətlə yanaşır, müxtəlif pəhriz‐ lərlə özlərinə qulluq etməyi sevir‐ lər. Ona görə də hər ehtimala qarşı qadın həyatında altı‐səkkiz “bonus” ilini fizioloji səbəblərə görə yox, sosial və psixoloji səbəblərə görə qazanmış olar. Və qadınlarda bioloji saatların üstün‐ lüyünə baxmayaraq, kişilərdə qocalma prosesləri sabit keçir. Qadınların içərisindəki “saatlar” “tələsməyə” başlayır, menepauza dövrünə keçdikdə yaş dəyişiklik‐ lərini tələsdirir. Ona görə bəziləri hesab edir ki, klimaks qocalığın başlanğıcıdır.

ÜÇ QƏDİM ƏFSANƏ Hər ehtimala qarşı cavan qal‐ maq arzusu bu günün əsas məqsə‐ didir. Lakin bəlkə biz öz yaşımıza həddindən artıq diqqət yetiririk? Çox vaxtlar cavanlıq kultu və onu saxlamaq uğrunda həyəcanlı cəhdlər, əfsanələr – bizim həyat haqqında təhrif olunmuş təsəvvür‐ lərimizlə bağlıdır. 1 Әfsanə Qadının neçə yaşı varsa, elə də gö rünür! Xeyr, qadın özünü necə hiss edirsə, onun o qədər də yaşı var. Biz özümüzü nə üçün yaşlı hiss edirik? Bəzən bu pis əhval‐ruhiyyə və yorğunluq ilə əlaqədardır. Cavan qadınlar müəyyən müvəf‐ fəqiyyətlərə erkən yaşlarında nail olaraq, özünü həmyaşıdlarından bir qədər yaşlı hiss edə bilər. Lakin “riskin əsas qrupu” – bədbinlərdir. Öz təsəvvürlərinə əsasən onlar yaşlıdır. 2 Әfsanə On yeddidən otuza qədər – həyatın şirin illəri... Әgər bu dövrdə qadın nikahda xoşbəxt deyilsə, gələcəkdə o həya‐

tının bu dövrünü nadir hallarda xoş təsəvvürlərlə xatırlaya bilər. Həyatın şirin illəri – iki dövrün arasındakı məsafə deyil, xoş keçirdiyiniz illərdir. Bəlkə də siz məhz 30, 40 və ya 50 yaşınızda ən ehtiraslı məhəbbətinizə rast gələ bilərsiniz və ya karyera zirvəsinə çata bilərsiniz və ona görə də qocalıqda həyatınızın məhz bu dövrünü uğurlu dövr kimi xatır‐ layacaqsınız. 3 Әfsanə Qadın əsri qısadır, onu uzat‐ maq mümkün olmur! Bu keçmiş zamanlarda mümkün idi. Bu gün qadınlarda ərə getmək vaxtı 30 yaşına qədərdir, bəzi qadınların əksəriyyəti ana olmaq dövrünü 35 yaşa qədər uzadır. Qadının sosial əsri kişilərdəki kimi uzundur, bu da karyera yaratmağa və ya sadəcə olaraq pul qazan‐ mağa imkan verir. Müasir qızlarda, onların ana‐nənələrindən fərqli olaraq, menstruasiya 2‐3 il tez başlanır, klimaksın başlanğıcı isə bir neçə il gecikib. Reproduksiya dövrü uzanıb, qocalıq isə uyğun olaraq gec baş verir. Qadın əsrini ildən‐ilə gözəllik sənayesi də uzadır.

İLLƏR VƏ KİŞİLƏR Kişilər üçün qocalıq qəflətən baş verir. Özündən məmnunluq hissi və özünü yüksək dərəcədə qiymətləndirmə hissi zamanın qarşısında sınmazlıq, möhkəmlik hissi bəxş edir. Oyanmaq hissi qəflətən baş verir və kəskin ağrı ilə keçir. Yaş kompleksləri – təkcə qadınlarda baş verən “baş ağrısı” deyil. Bəşəriyyətin güclü cinsinin nümayəndələri də sifətdə qırışların yaranmasından, saçlarının ağar‐ masından qorxur. Son onilliklərdə cavanlaşdırıcı əməliyyatlardan isti‐ fadə edən kişilərin miqdarı 20,3% dəfə artıb.


50

Bronxial astmalı xəstələr üçün Azərbaycanda ilk sosial layihə

“GlaxoSmithKline” – dünyada aparıcı farmasevtik şirkətlərdən biri kimi insanların həyat keyfiyyətinin artırılması üzərində fəal şəkildə çalışaraq, onlara daha çox nailiyyətlər əldə etmək, özlərini daha yaxşı hiss etmək və daha çox yaşamaq imkanı verir. Artıq 10 ildir ki, “GlaxoSmithKline” şirkətinin Azərbaycandakı nümayəndəliyi respublikamızın far‐ masevtik bazarını yüksək keyfiyyətli və təhlükəsiz dər‐ man preparatları ilə təmin edir. Şirkətin preparatları müxtəlif terapevtik istiqamətlərdə nasazlıqlar ilə mübarizə aparmağa kömək edir: astma, virus və yoluxucu xəstəliklər, diabet və s. “GlaxoSmithKline” şirkəti onkoloji xəstəliklərin müalicəsi üçün yeni dərman vasitələrinin axtarışı və hazırlanması sahəsində liderlik edir. Bakıda 2009‐cu ilin dekabr ayının 8‐də “Excelsior” otelində “GlaxoSmithKline” şirkətinin təşəbbüsü ilə “Orange card proqramının təqdimatı” adlı konfrans keçirilmişdir. Konfransın məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Çünki Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) egidası ilə Allergiya üzrə Ümumdünya Təşkilatı ( WOA) 2009‐cu il 7‐11 dekabr tarixini allergiya ilə mübarizə həftəsi elan etmişdir. Konfransa Azərbaycan allerqoloq, immunoloq və reabilitoloqlar elmi cəmiyyətinin prezidenti, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, ATU‐nun II Uşaq xəstəlikləri kafedrasının müdiri Amaliya Әyyubova və Respublikanın baş allerqoloqu, əməkdar həkim, daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri, tibb elmləri doktoru, professor Cəbrayıl Məmmədov sədrlik edirdilər. Konfransı giriş sözü ilə professor Amaliya Әyyubova açdı. Öz çıxışında bronxial astmanın bütün

dünya həkimlərini narahat edən qlobal problem olduğunu, bronxial astmanın geniş yayılmış xroniki xəstəlik olmasını söylədi. Ümumiyyətlə, planetin 5%‐ dən 10%‐ə qədər əhalisinin bronxial astmadan əziyyət çəkdiyini bildirdi. Eləcə də Azərbaycanda bronxial astma xəstəliyinin, xüsusən də uşaqlar arasında geniş yayılmasını qeyd etdi. Bu xəstəlik cəmiyyətə əhəmiyyətli maddi ziyan vurur ki, bu da onun yüksək sosial əhəmiyyətini təyin edir. Axırıncı 20 il ərzində tibb elmi bronxial astmanın öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanda da bu sahədə çoxlu işlər aparılmışdır. Allerqoloq, immunoloq və reabilitoloqlar elmi cəmiyyətinin gördüyü işlər haqqın‐ da qısaca məlumat verdi. 2009‐cu ilin sentyabr ayından etibarən 6 saylı Uşaq Kiliniki Xəstəxanasında “Astma məktəbi”nin fəaliyyətinin genişləndirilməsini də Amaliya xanım iştirakçıların nəzərinə çatdırdı. “Astma məktəbi”ndə görülən işlər və məqsədi haqqında qonaq‐ ları məlumatlandırdı. Sonra söz Allerqologiya və immunologiya kursunun rəhbəri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevaya verildi. Lalə xanım “Bronxial ast‐ manın yayılması və diaqnostikası” mövzusunda çox maraqlı məruzə etdi. Məruzəsində bronxial astmanın Azərbaycanda geniş yayılması, diaqnostikasında rast gəlinən çətinliklərə daha çox yer verildi. Sonra audi‐ toriyanı maraqlandıran suallara dolğun cavablar verildi. Professor, tibb elmləri doktoru Cəbrayıl Məmmədov konfransı davam etdirdi. Bronxial astmalı xəstələrin düzgün müalicəsinin çox əhəmiyyətli rolu olduğunu və bronxial astmanın müalicəsində əsas məqsədin tam nəzarətə nail olmasını söylədi. Yəni astmasız dolğun həyat yaşamağın mümkünlüyünü vurğuladı. Tam


51 PROQRAMDA KİM İŞTİRAK EDƏ BİLƏR VƏ İŞTİRAK ETMƏ MEYARLARI?

“GlaxoSmithKline” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı ş.,Әhməd Cəmil küç. 64\66.Tel.: 012 497 66 01

GSKAZ0310

nəzarətin əlbəttə ki, bronxial astmanın müalicəsində tövsiyyə olunan müasir preparatların sayəsində mümkün olduğunu qeyd etdi. Daha sonra professor Cəbrayıl Məmmədov sözü allerqologiya və immunologiya kursunun həkim‐pul‐ monoloqu, tibb elmləri doktoru Әlizaman Sadıqova verdi. Məruzəçi “Bronxial astmanın müalicəsi və müali‐ cədə kombinə olunmuş preparatların rolu” mövzusun‐ da çıxış etdi. Çıxışında son illərin tədqiqatlarının nəticələri, bronxial astmanın müalicəsində kombinə olunmuş preparatların rolu haqqında ətraflı danışdı. “GlaxoSmithKline” şirkətinin istehsalı olan kombinə olunmuş Seretide™ (salmeterol\flütikazon) prepara‐ tının bronxial astmanın müalicə və profilaktikasında əhəmiyyətindən söz açdı. Sonda “GlaxoSmithKline” şirkətinin nümayəndəsi “ORANGE CARD” proqramını konfransda iştirak edən allerqoloq, pulmonoloq və terapevtlərə təqdim etdi. “ORANGE CARD” “GlaxoSmithKline” şirkətinin Azərbaycanda ilk unikal sosial layihəsidir. Proqram şirkətin müasir, yüksək effektli və bahalı preparatlarının əldə olunmasına yönəldilib və ehtiyacı olan şəxslərə xüsusi endirim təklif edir. “ORANGE CARD” proqramı “GlaxoSmithKline” şirkəti tərəfindən dünyada 2001‐ci ildə irəli sürülmüşdür. 2003‐cü ildə “GlaxoSmithKline” şirkətinin təşəbbüsü “ABŞ‐da Korporativ sosial məsuliyyət” adlı mükafata layiq görülmüşdür.

Bronxial astma və Xroniki Obstruktiv Ağciyər xəstə‐ liklərindən əziyyət çəkən yeniyetmə, təqaüdçü, istənilən qrup əlil, veteranlar və məhdud maliyyə imkanı olan vətəndaşlar proqramda iştirak etmək hüququna malikdir. Qeyd etmək lazımdır ki, “GlaxoSmithKline” şirkəti tənəffüs orqanları xəstəliklərinin müalicəsində innovasion texnologiyaların işlənməsi və həyata keçirilməsi sahəsində dünya lideridir. “ORANGE CARD” proq‐ ramına qoşulmaq üçün mütləq müalicə həkiminə müraciət etmək lazımdır. “ORANGE CARD” proqramına qoşu‐ lan şəxslər “GlaxoSmithKline” şirkətinin yalnız Seretide™ preparatını endirimlə əldə edə bilərlər. Gələcəkdə şirkət bu proqrama digər preparatları da əlavə etməyi planlaşdırır. “ORANGE CARD” proqramının Azərbaycanda tətbiq olunması həkimlər tərəfindən min‐ nətdarlıqla qarşılandı və şirkət nümayəndəliyinə dərin təşəkkür bildirildi. “GlaxoSmithKline” şirkəti bu addımı bronxial astma xəstəliyindən əziyyət çəkən Azərbaycan vətəndaşları üçün atır. “ORANGE CARD” proqramı haqqında əlavə məlumat almaq üçün pulsuz qaynar xəttə zəng edə bilərsiniz: 012 418 70 04


52

ƏN VACİBLƏRİ Gələcək ananın rasionunda mütləq kifayət qədər fol turşusu və digər B qrup vitaminlər, eləcə də. C, A, D, E vitaminləri mövcud olmalıdır. Bu siyahının başında fol turşusunun dayanması heç də təsadüfi deyil, çünki o, dölün düzgün inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir. Fol turşusu qan hüceyrələri sintezində, həzm və sinir sistemlərinin inkişafında iştirak edir. Mayalanma dövrü önü və hamiləliyin ilk trimestri ərzində fol turşusu defisiti uşağın sinir sis‐ teminin anadangəlmə qüsurlarına gətirib çıxara bilər. Fol turşusu hamilələr üçün nəzərdə tutulmuş bütün polivitamin komplekslərinin tərkibinə daxildir, lakin ayrılıqda da tətbiq oluna bilər. B1 və B2 vitaminləri dölün böyüməsi və inkişafına təsir göstərir və mənfi faktorların təsiri‐ ni məhdudlaşdırır; B6 vitamini ana və dölün zülal mübadiləsində iştirak edir; B12 vitamini dəri və selikli qişa hüceyrələrinin normal böyüməsi və inkişafı amilidir, sinir sistemi elementlərinin sintezi və dölün qan hüceyrələrinin əmələ gəlməsi üçün zəruridir. Vitamin C və ya askorbin turşusu dölün sümüklərinin əmələ gəlməsini tənzimləyir, sinir toxumasının nor‐

mal işini təmin edir. Askorbin turşusu dəmirin mədə‐bağırsaq traktından sorulması və hemo‐ qlobinin tərkibinə daxil edilməsi üçün zəruridir. O, immun sistemini və qara ciyərin işini tənzimləyir. C vitamininin hamiləliyin pozulması və toksikozların inkişaf etməsi ilə əlaqəsi haqqında məlumatlar mövcuddur. A vitamini sinir sistemi ele‐ mentlərinin sintezinə kömək edir, qara ciyərin normal funksiyası üçün zəruridir. Hamiləliyin erkən dövründə qadın kifayət qədər A vitamini almamışsa, bu, ciftin qeyri‐düzgün formalaşmasına səbəb ola bilər. Dölün böyüməsi və hamiləliyin gedişinə E vitamini də əhəmiyyətli dərəcədə təsir göstərir, onun defisiti zamanı isə hamiləlik pozu‐ la bilər. Hamilə qadının rasionunda D vitamini çatışmazlığı zamanı dölün sümük skeleti pis inkişaf edir, uşaq raxit ilə xəstələnmənin yüksək riski ilə doğulur. Mineral duzlara (kalsium, fos‐ for, kalium, natrium və s.) və mikroelementlərə də (dəmir, mis, kobalt, yod və s.) tələbat iki dəfə artır, xüsusilə hamiləliyin ikinci yarısında.

HƏR ŞEY BİR HƏBDƏ Bu gün istənilən aptekdə hamilə qadının orqanizminin tələ‐ batlarına uyğunlaşdırılmış və onlar üçün işlənilmiş polivitamin preparatları təqdim olunur. Onların tərkibində vitaminlər və mikroelementlər orqanizmin fizioloji tələbatına uyğun profilak‐ tik dozalarda daxildir. Polivitamin preparatlarını hamiləliyin bütöv dövrü ərzində qəbul etmək lazımdır. Hətta, onları ər‐arvadın hər ikisi planlaşdırılan hamilə‐ likdən bir neçə ay əvvəl qəbul etməlidir. Lakin həb formalı polivitamin preparatlarını yemək vaxtı və ya yeməkdən dərhal sonra, çeynəmədən, bir stəkan su ilə qəbul etmək lazımdır. Mineral əlavələr tərkibli polivitamin preparatlar və dərman preparat‐ larının qəbulu arasında iki saat‐ dan az olmayan interval gözləmək lazımdır, çünki onlar vitamin və mineralların sorulmasına mənfi təsir göstərə bilər. Yüksək dəmir tərkibli polivitamin preparatları və dəmir preparatlarının birgə qəbulu zamanı həkim nəzarəti lazımdır. Vena xəstəlikləri və tromblaşmaya meylli qadınlara da polivitamin preparatlarının qəbulu üzrə xüsusi tövsiyələr vacibdir.


54

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Yumurtalıqların funksional kistaları Müasir dövrdə yeniyetmə qızlar müxtəlif prob‐ lemlərlə ginekoloqa müraciət edirlər. Yeniyetmələri ginekoloqun qəbuluna gəlməyə vadar edən səbəblərdən biri də yumurtalıqlarda aşkar olunan kistalardır. Müasir ədəbiyyat mənbələrində göstərilir ki, profi‐ laktik müayinədən keçən qızların 18‐20%‐də ginekolo‐ ji xəstəliklər və cinsi inkişafın pozğunluğu qeyd olunur. Müxtəlif müəlliflərin fikrinə görə ginekoloji xəstəliklərin strukturunda yumurtalıqların şişəbənzər törəmələri 1‐4,6% təşkil edir. Yeniyetmə qızlar arasın‐ da yumurtalıqların şişəbənzər törəmələrinin geniş yayılması, diferensial diaqnostikanın çətinliyi, yumurtalıqlarda törəmə aşkar olunduqda bir çox hal‐ larda qeyri‐adekvat müalicə taktikası seçilmiş mövzu‐ nun aktuallığını əsaslandırır. Әdəbiyyat mənbələrinin məlumatlarına görə, yeniyetmə qızların 8‐12%‐i mənşəyi müəyyən olunmayan abdominal ağrılarla əlaqədar olaraq cərrahi müdaxiləyə məruz qalırlar. Kiçik çanaqda törəmə qeyd olunduğu halda yumur‐ talıqlar üzərində radikal əməliyyatların icra olunması hallarına da rast gəlinir. Müəyyən olunmuşdur ki, 12‐15 yaşlı yeniyetmə qızlar arasında mərkəzi tənzimləyici strukturların aktiv stimulyasiyası fonunda yumurtalıqlarda törəmələrin inkişaf etməsi hallarının tezliyi artır. Lakin yumurtalıqların şişəbənzər törəmələri yalnız yeniyetmə qızlar üçün səciyyəvi deyil. Yumurtalıqların şişəbənzər törəmələri müxtəlif yaşlı

qızlarda aşkar olunur. Әdəbiyyat məlumatlarına görə, yumurtalıqlarında törəmə qeyd olunan qızların yaşı 1,2% hallarda 1 aya qədər, 2,9% hallarda 1 aydan 3 yaşa qədər, 8,7% halda 3‐7 yaş, 14,5% halda 7‐9 yaş, 16,5% halda 9‐12 yaş, 55,8% halda 12‐15 yaş arasında olmuşdur. Hətta həyatlarının birinci ayında yumur‐ talıqlarında kista müəyyən edilmiş və bu səbəbdən cərrahi müdaxiləyə məruz qalmış 38 yenidoğulmuşu əhatə edən elmi‐tədqiqat işinin nəticələri də dərc olunmuşdur. Bu tədqiqatın nəticələrinə görə (histoloji müayinənin nəticələrinə əsasən), 21 yenidoğulmuşda follikulyar kista, 14 yenidoğulmuşda seroz kista, 2 pasiyentdə dermoid kista, 1 halda isə endometrioid kista müəyyən olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının (Cenevrə, 1999) histoloji təsnifatına əsasən yumurtalıqların kistaları şişəbənzər törəmələrə aid edilir. Yumurtalıqların şişəbənzər prosesləri arasında follikulyar kista, sarı cismin kistası, endometrioid kista, paraovarial kistaya daha çox təsadüf edilir. Ovarial törəmələrin strukturunda funksional kistalar 25‐35% təşkil edir.Funksional kistalara fol‐ likulyar kistalar və sarı cismin kistaları aid edilir. Qeyd etmək lazımdır ki, qızlarda funksional kistalar 60% hallarda sağ yumurtalıqda inkişaf edir.

FOLLİKULYAR KİSTA Follikulyar kista anovulyasiya fonunda follikulun daxilinə maye toplanması hesabına inkişaf edir.


55 Follikulyar kista diametri 10 santimetrə qədər olan hamar, nazik divarlı törəmədir. Kistanın daxili səthi hamar, möhtəviyyatı şəffaf maye şəklində olur. Kistanın patogenezində keçirilmiş iltihabi prosesin də rolu müəyyən edilmişdir. Follikulyar kistalar nadir hallarda yenidoğulmuşlarda da müşahidə olunur. Neytral uşaqlıq dövründə inkişaf edən follikulyar kista erkən cinsi inkişafa səbəb ola bilər. Pubertat dövrdə inkişaf edən follikulyar kistalar aybaşının ləngiməsinə, endometriumun hiperplaziyasına, uşaqlıq qanaxmalarına gətirə bilər. Bəzən qarnın aşağı nahiyəsində ağrı ilə müşayiət oluna bilər. Lakin bir çox hallarda follikulyar kista heç bir əlamətlə özünü büruzə vermir və ultrasəs müayinəsi zamanı təsadüfən aşkar olunur. Ultrasəs müayinəsində birkameralı, homogen tərkibli, nazik divarlı törəmə kimi müəyyən olunur. Diametri 4‐6 santimetr olan follikulyar kistalar çox hallarda yeniyetməni narahat etmir. Kistanın diametri 8 santimetrdən böyük olduqda, kista partlaya bilər və bu halda “kəskin qarın” əlamətləri qeyd oluna bilər. Qızlarda follikulyar kista aşkar olunduqda, dinamik nəzarət vacibdir. Adətən follikulyar kistalar 2‐3 aybaşı tsikli ərzində sorulur. 3 ay ərzində aparılan konservativ müalicə fonunda (antibakterial müalicə, kombinə olunmuş oral kontraseptivlər) kista sorul‐ mazsa və ya kistanın ölçülərində kiçilmə qeyd olun‐ mazsa, o halda cərrahi müdaxilə təklif oluna bilər.

SARI CİSMİN KİSTASI Sarı cismin kistası ovulyasiyadan sonra reqressə uğramayan sarı cismin yerində inkişaf edir, daxilinə hemorragik maye toplanır. Qalın divarlı, ölçüsü adətən 6‐8 santimetrdən böyük olmayan törəmədir. Ultrasəs müayinəsində 4 variantda qeyd olunur: ‐ Həmcins anexogen törəmə; ‐ Qeyri‐düzgün formalı çoxsaylı və ya bir neçə tam və ya natamam arakəsmələrli həmcins anexogen törəmə; ‐ 10‐15 mm diametrli hamar və ya torlu divaryanı strukturları olan həmcins anexogen törəmə; ‐ Strukturunda divarlara yaxın yerləşən orta exo‐ genliyə malik zonalar qeyd edilən törəmə. Adətən özünü heç bir əlamətlə büruzə vermir. Sarı cismin kistaları da adətən 2‐3 ay ərzində geriyə inkişaf edir. Funksional kistaların təcili cərrahi müdaxilə tələb edən ağırlaşmaları: ‐ Kistanın ayaqcığının burulması; ‐ Kistanın irinli iltihabı; ‐ Kistanın divarının cırılması. Optimal cərrahi müdaxilə metodu kimi laparoskopiya seçilməlidir. Müasir laparoskopik texnologiyaların tətbiqi əməliyyatdan sonrakı dövrdə qeyd olunan fəsadların qarşısını almaqla yeniyet‐

mələrin reproduktiv potensialını qorumağa imkan yaradır. Hazırda Azərbaycanda kistaların müalicəsinə müx‐ təlif yanaşmalar mövcuddur. Təəssüflə qeyd etmək istəyirəm ki, bir çox hallarda əsaslanmamış cərrahi müalicəyə üstünlük verilir. Bu da yeniyetmə qızın reproduktiv sisteminə çox böyük zərər vurmuş olur. Yumurtalıqların kistalarının cərrahi müalicəsi əsasən bölgələrdə geniş yayılmışdır. İnstitutumuza müraciət edən yeniyetmə qızlar arasında yumurtalığın kistası diaqnozu ilə hətta iki dəfə cərrahi əməliyyat keçirmiş pasiyentlərimiz var. Bu pasiyentlər digər tibb müəs‐ sisəsində cərrahi müdaxilə keçirmiş, əməliyyatdan sonra aybaşı funksiyası kəsildiyi üçün institutumuza müraciət etmişlər. Müayinə zamanı bu yeniyetmələrin yumurtalıqlarının funksiyasının tamamilə zəiflədiyi müəyyən olunmuşdur. Müəyyən olunmuşdur ki, artıq bu yeniyetmələrin reproduktiv sağlamlıq vəziyyəti onların gələcəkdə öz nəsilartırma funksiyasını yerinə yetirməyə imkan verməyəcək Bəzən isə başqa hallarla üzləşirik. Məsələn, hansısa tibb müəssisəsində ultrasəs müayinəsi zamanı yumur‐ talıqda kista aşkar olunub, təcili cərrahi əməliyyat təklif olunub. Valideynlər bir neçə gündən sonra cər‐ rahi əməliyyat üçün institutumuza müraciət etdikdə təkrar müayinə aparıldığı zaman yumurtalıqlarda kista müəyyən olunmamışdır. Belə hallar kifayət qədər tez‐tez rast gəlinir. Bəzən isə elə olur ki, yeniyetmənin valideyni ultrasəs müayinəsinin nəticəsi ilə məsləhətə gəlir. Ultrasəs müayinəsinin nəticəsində “Follikulyar kista” diaqnozu qoyulub, lakin “kistanın” kista deyil, aybaşı tsiklinin gününə uyğun follikul olduğu şübhə doğurmur. Bu məqamları xırdalamaqda məqsədim həkim‐ lərimizin diqqətini qadınların, xüsusilə də yeniyetmə qızlarımızın reproduktiv sağlamlığına cəlb etməkdən ibarətdir. Son illərdə uşaq ginekologiyasına diqqət artmaqdadır. Biz əhali arasında kiçik yaşlı qızların, yeniyetmələrin profilaktik müayinədən keçməsinin zəruri olduğunu təbliğ edirik. Digər tərəfdən müayi‐ nədən keçən yeniyetmələrin sayı nə qədər çox ola‐ caqsa, bir o qədər də yumurtalıqlarında “kista” aşkar olunan qızlarımızın sayı artacaq. Ona görə də ultra‐ səs kabinetlərinin həkimləri və cərrahlar yumur‐ talıqların kistalarının hiperdiaqnostikasına yol ver‐ məməlidirlər. İnanın ki, yumurtalıqlarında cərrahi əməliyyat keçirmiş 15 yaşlı yeniyetməyə, onun valideynlərinə reproduktiv funksiyanın heç vaxt bərpa olmayacağını söyləmək çox çətindir. Bu itkinin səbəbinin əsassız radikal cər‐ rahi əməliyyat olduğunu demək isə mümkün deyil. Leyla Məmmədova Uşaqlıq və yeniyetməlik dövrü ginekologiyası üzrə mütəxəssis


56

Kolposkopiya Müasir insanlar artıq hər şeyin dərinliyinə varmaq, aldıqları müayinə və müalicənin mənasını dərk etmək istəyirlər. Tibbin inkişafı göstərir ki, bu hardasa yaxşı haldır, çünki elə bir ideal müalicə üsulu yoxdur ki, o, nəticə etibarilə profilaktika ilə müqayisə oluna bilsin. Profilaktika isə ilk növbədə adamların öz sağlamlığına savadlı və kamil münasibətdən irəli gəlir. HB klinikasında uşaqlıq boynu xəstəliklərinin profilaktikası və müalicəsi üçün xüsusiləşdirilmiş kabinet fəaliyyət göstərir. Bu kabinetin işinin əsas məqsədi uşaqlıq boynu, uşaqlıq yolu və xarici cinsiyyət üzvlərinin prob‐ lemləri olan qadınlara yüksək keyfiyyətli tibbi yardım göstərmək, uşaqlıq boynunun və vulvanın xərçəngönlü xəstəliklərinin profilaktikasını həyata keçirməkdir. Kabinetin fəaliyyəti alman və rus məktəblərinin ən müasir təlimləri üzrə işlənib hazırlanmışdır. Kabinet Almaniyanın Leyzeqanq firmasının ən müasir və mükəmməl kolposkopu ilə təchiz olunmuşdur ki, onun vasitəsilə foto və videokolposkopiya üsulundan istifadə edilir. Bundan əlavə, kabinetdə tətbiq olunmuş kom‐ püter arxivləşdirilməsi hər bir xəstənin illər uzunu müşahidə olunması imkanını yaradır. Kolposkopiya nədir? Kolposkopiya hər bir geniş ginekoloji müayinə

zamanı bütün qadınlara tətbiq oluna bilər. Normadan kənar yaxmalar kolposkopiya üçün mütləq göstəricidir. Kolposkopiya ‐ uşaqlıq boynunun, uşaqlıq yolunun və xarici cinsiyyət üzvlərinin (vulvanın) kolposkop adlanan, xüsusi işıq mənbəyi ilə təchiz olunmuş mikroskop tipli optik cihaz vasitəsilə müayinəsi deməkdir. Bu cihaz adı çəkilən sahələri 3‐dən 35‐ə qədər böyütmə əmsalı ilə müayinə etməyə imkan yaradır. Bu müayinə texniki cəhətdən sadədir, zərər‐ sizdir və heç bir əks göstərişi yoxdur. Kolposkopiya aparılmadan bir gün qabaq spermisid kremlərdən, tam‐ ponlardan, uşaqlıq yolu daxili duşlardan istifadə etmək olmaz. Kolposkopiyanın bir neçə növü var: 1)Sadə kolposkopiya ‐ tibbi dərmanlar istifadə etmədən, 2)Geniş kolposkopiya ‐ sirkə turşusu, Şiller sınağı, 3)Xromokolposkopiya ‐ müxtəlif rəngləyicilər vasitəsilə epitel rənglənir ki, bunun vasitəsilə normal toxuma dəyişiklik olan toxumadan fərqlənir, 4)Kolpomikroskopiya ‐ böyümə əmsalı 180‐260 dəfə olur. Kolposkopiyanın bu növü “canlı histologiya” adlanır. Bu növlərdən ən çox istifadə olunanı geniş kol‐


57 poskopiya üsuludur ki, onu 1923‐cü ildə alman ginekoloqu Hans Ginzelman təklif etmişdir və ilk kolposkopu da o yaratmışdır. Hal‐hazır‐ da istifadə etdiyimiz kolposkoplar çox müasir və mükəmməldirlər. Kolposkopik müayinənin vəzifəsi aşağıdakılardan ibarətdir: 1)Uşaqlıq boynu və uşaqlıq yolu epitelinin vəziyyəti, 2)Patoloji sahənin aşkar edilməsi, 3)Xoş xassəli dəyişikliklərlə şübhəli bəd xassəli dəyişikliklərin differen‐ sasiyası, 4)Hədəfli biopsiyanın götürülməsi. Kolposkopik müayinədən sonra aldığımız nəticələr normal, iltihabı və displastik ola bilər. Anomal kolposkopik şəkil infeksion‐iltihabi xəstəliklər, insan papilloma virusu, doğuş zamanı baş verən zədələr, hormonal dəyi‐ şikliklər və s. bu kimi hallarda aşkar olunur. Kolposkopiya müayinəsi zamanı bütün xərçəngönü xəstəliklər və onların gözlə görünməyən ilkin lokalizasiyası aşkar edilir. Kolposkopik müayinə zamanı anomal nəticələr aşkar olduqda nə etməli? Bu aşkar olmuş dəyişikliklərin dərəcəsindən asılıdır. Dəyişikliklər iltihabla əlaqədar olduqda, kolposkopiyanı uyğun müalicədən sonra təkrar etmək lazımdır. Yüksək dərəcəli dəyişikliklər olduqda mütləq hədəfli biopsiya, yəni kolposkop altında patoloji sahədən toxuma kəsib götürmək tətbiq olunur və alınan material histoloji müayi‐ nəyə göndərilir. Klinikamızda tətbiq etdiyimiz kompüter video çəkilişinin hesabına hər bir qadın öz vəziyyətini özü görmək imkanını əldə edə bilər. Bu da məşhur alman ginekoloqu Q.Bauerin dediyi kimi “xəstənin həm normal, həm də patoloji vəziyyətdə özünü görməsi özünə və müalicə prosesinə çox yaxşı təsir göstərir. Uşaqlıq boynunun kolposkopiyası Papanikolao üsulu üzrə sitoloji müayinə ilə birlikdə aparılır. Bu iki müayi‐ nənin qoşa aparılması, sözsüz, uşaqlıq boynunun ən ciddi xəstəliklərinin erkən mərhələsində yüksək dəqiqliklə aşkar olunması üçün zəmin yaradır. Bu üsulların birləşdirilməsinin aktuallığı keçirilən bir çox beynəlxalq kon‐ franslarda qeyd olunmuşdur. Papanikolao üsulu ilə yaxmanın müayinəsi uşaqlıq boynu hüceyrələrinin normadan kənar dəyişikliklərini aşkar edən sadə və effektiv üsuldur. 1943‐cü ildən istifadə olunan bu üsul əvvəllər yal‐ nız xərçəng hüceyrələri aşkar edirdisə, indi onun vasitəsilə xərçəngqabağı dəyişikliklər də müəyyən olunur. Bu müayinə tez və ağrısız həyata keçiri‐ lir. Həkim uşaqlıq boynundan xüsusi şpatel və yumşaq fırça vasitəsilə müəyyən miqdarda hüceyrə götürür, nazik şüşə üzərinə yaxılır. Yığılmış material laboratoriyaya göndərilir. Götürülmüş materialda bütün hüceyrələr normal ölçüdə və formada olarsa, həmin yaxmanın nəticələri norma kimi qiymətləndirilir. Dəyişikliklər olan yaxmada(müsbət yaxma)isə hüceyrələrin ölçü və forması normadan kənar olur və 5 səviyyədə qiymətləndirilir. PAP‐testin nəticələrinin normadan kənar olması heç də qadında xərçəng xəstəliyinin olması demək deyil və əksər hallarda iltihabi, yüngül dərəcəli epiteldaxili dəyişikliklərlə də əlaqəli olur. Müasir diaqnostika müayinəsi olan kolposkopiya və onunla birlikdə aparılan Papanikolao üsulu ilə yaxmanın müayinəsi erkən xərçəngqabağı dəyişiklikləri aşkar edir, onları asan və effektiv müalicə etməyə imkan yaradır. Həmin üsulların skrininq (yəni mütləq siklik müayinə)şəklində tət‐ biq olunduğu ölkələrdə uşaqlıq boynunun xərçəngindən ölüm halları ildən‐ilə azalır. HB klinikasında fəaliyyət göstərən “Uşaqlıq boynu xəstə‐ liklərinin profilaktikası və müayinəsi” kabinetinin gələcək planları qadın‐ ların bu problemlər üzrə müraciətlərinin genişləndirilməsi və əhalinin geniş təbəqələri arasında kolposkopiya və PAP‐test üsullarının skrininq müayinəsi haqqında maarifləndirmə işinin aparılmasıdır. Təranə Şükürova həkim‐ginekoloq

Uşaqlıq boynunun müxtəlif xəstəliklərində kolposkopik görüntülər

Uşaqlıq boynunun endometriozu, testdən əvvəl

Uşaqlıq boynunun endometriozu, Sirkə turşusu məhlulu ilə testdən sonra

Uşaqlıq boynunun endometriozu, Şiller sınağından sonra

Uşaqlıq boynunda yodaneqativ sahə

Uşaqlıq boynunda ektropion


58

QARANLIQDAN QORXMAYIN! Demək olar ki, bütün uşaqlar qaranlıqdan qorxur. Bundan başqa, 7 yaşa qədər qaranlıq qorxusu tamamilə normal haldır və bu qorxu ilə mübarizə aparmaq faydasızdır. Körpələr hələ anlamır ki, qaranlıqda ətrafdakı əşyalar böyümür, onların təxəyyülündə balaca oyuncaq nəhəng bir itə çevrilir. Bəs, uşağa qaranlıq qorxusunun öhdəsindən gəlməyə necə kömək etmək olar? Uşağa etibar edin. Uşaq qorxularına gülməyin və onlara qarşı etinasız qalmayın. Bunun əvəzinə, qaranlığın gəlməsi ilə otaqda heç nəyin dəyişmədiyini, əşyaların əvvəlki kimi qaldığını, divlərin gəlmədiyini ona anladın. Uşaq ilə birlikdə otaqda gəzişərək, qaranlıqda əşyaları tanımaq və adlandırmaq vərdişi aşılayın və bununla ona, heç nədən qorxmamağı nümayiş edin.

Uşaq ilə onun qorxuları haqqında danışın. Diqqətlə körpənin danışdıqlarını dinləyin. Bu söhbət qorxuların səbəbini anlamağa və nəticədə onları dəf etməyə kömək edər. Söhbət zamanı qorxuları dərhal izah etməyə və onlar ilə necə mübarizə aparmağı öyrətməyə çalışmayın - uşaq bunu özü etməyi öyrənməlidir. Sizin onu diqqətlə dinləmək istəyiniz qorxunun öhdəsindən gəlməyin mümkün olduğunu ona anlamağa kömək edər. Öz qorxuları ilə mübarizədə uşaq valideynlərin yardımına ehtiyac duyur. Körpəni yatırarkən, o, tam yuxuya gedənədək otaqdan çıxmayın, ilk vaxtlar isə vaxtaşırı uşaq otağına dəyin və onun rahat yatmasına əmin olun. Uşaq hər zaman hiss etməlidir ki, siz onunlasınız, bu, ona qaranlıq qorxusunun öhdəsindən gəlməyə kömək edər. Uşağa qorxularının öhdəsindən müstəqil şəkildə gəlmək imkanı verin. Bir çox uşaqlar öz qorxuları haqqında çox danışır, sual verir, qorxularını müxtəlif oyunlara daxil edir, valideynlərindən qaranlıq haqqında qorxunc əhvalatlar danışmağı xahiş edir. Bu, valideynləri narahat etməyə başlayır. Əslində isə uşaqlar qorxularını yaşamağa cəhd edərək, onlar ilə mübarizə aparmağa çalışırlar. Lakin artıq bir neçə həftə uşağın öz qorxularına müstəqil şəkildə qalib gələ bilməməsini gördükdə, ona digər mübarizə strategiyalarını təklif edin. Uşağa qorxu ilə mübarizə səriştəsi qazanmağa kömək edin. Uşaqlara öz qorxularını tədqiq və təhlil etməyi, onlar ilə qarşılaşmaqdan qorxmamağı və özünü təhlükəsiz hiss etməyə kömək edən strategiyaları inkişaf etdirməyi aşılayın. Tədqiqat başqa insanlardan informasiya almağı, öz otağının məkanını öyrənməyi nəzərdə tutur. Belə ki, uşaq qaranlıqdan qorxursa, ona vərdiş etməlidir ki, buna da mənzilin qaranlıq yerlərində gizlənpaç oynayaraq nail olmaq mümkündür. Və nəhayət: mütləq gecə lampası alın. O, əsas işıq söndükdə, uşaq otağında yanmalıdır. Özünü daha təhlükəsiz hiss etsin deyə, qoy uşaq özü ilə çarpayısına sevimli oyuncağını da aparsın.


59 Ümumdünya Xərçəng Günü 04 Fevral 2010 il XƏRÇƏNGDƏN MÜDAFİƏ OLUNMAQ MÜMKÜNDÜR

ölüm sayının 90%‐nin UBX səbəbindən olması gözlənilir.

Bu il 4 fevral 2010‐cu il tarixdə Xərçəngə Qarşı Beynəlxalq Cəmiyyətin (Union Against Cancer) rəh‐ bərliyi ilə təşkil olunan Ümumdünya Xərçəng Gününün əsas mövzusu xərçəngdən müdafiədir. Bu gün yalnız virus etiologiyalı olan UBX–yə qarşı müdafiə kəşf olunub. GSK şirkəti Ümumdünya Xərçəng Gününə himayədarlıq edir.

UBX – SƏSSİZ QATİLDİR

SİZ BİLİRSİNİZ Kİ,…

ONA GÖRƏ DƏ…. 2009‐ci ilin fevral ayında Respublikamızın ginekoloqlarının arsenalında UBX törədən İnsan Papilloması Virusunun (İPV) 16 və 18 tiplərinə qarşı davamlı immunitet yaradan Servariks vaksini mey‐ dana çıxıb. Nəhayət reproduksiya funksiyasının itiril‐ məsinə, şikəstliyə və yüz minlərlə qadınların ölümünə səbəb olan amansız virusa qarşı müdafiə vasitəsi Azərbaycanda da mövcuddur. Belə fikir söylənilir ki, əgər bütün qızlar cinsi həyata başlamadan UBX‐yə qarşı vaksinlə peyvənd olunsalar, o zaman 15‐20 ildən sonra UBX xəstəliyinə yoluxmanı xeyli endirmək olar. 19000 qadının iştirak etdiyi Servariks vaksininin effektivlik tədqiqatları inadla göstərdi ki, vaksin İPV‐16 və İPV‐18 tərəfindən yaranan uşaqlıq boynu xərçəngi və xərçəngönü zədələnmələrdən 7 ildən çox müddətə 100%‐lik qorunmanı təmin edir. İmmun qorunmanın daha çox müddətə uzanmasının imkanını gələcək göstərəcək. Bu suala aparılan klinik tədqiqatların nəticələri cavab verəcək. “GlaxoSmithKline” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı ş., Әhməd Cəmil küç. 64\66.Tel.: 012 497 66 01

GSKAZ0410

• Dünyada 1,4 milyon qadın Uşaqlıq Boynu Xərçəngindən (UBX) əziyyət çəkir və hər 2 dəqiqədən bir 1 qadın dünyasını dəyişir 2 (ildə 288 000 ölüm hadisəsi). • UBX 15‐45 yaş hədli qadınlarda geniş yayılmış onkoloji xəstəliklərdən ikincisi və onkoloji ölüm səbəblərindən süd vəzisi və ağ ciyər xərçəngindən sonra üçüncü yerdədir. • Azərbaycanda hər il 200‐ə yaxın qadın dünyasını dəyişir. • Hesablanmışdır ki, qadınların 80%‐i İPV infek‐ siyasına yoluxa bilər. • Qadınların əksəriyyətində virus immun sistemi tərəfin‐ dən təcrid olunur. Lakin qadın onkogen virusuna yoluxarsa, bu UBX‐yə gətirə bilər. • 2020 ilə kimi dünyada

Qadınlar xəstəliyin səbəbləri və virusdan qorunma yolları haqqında tam xəbərsizdirlər. Ümumdünya Xərçəng Günü xəstəlik, onun səbəbləri, nəticələri və virusa qarşı profilaktikanın vacibliyi problemlərini qadınlara çatdırmaq üçün ideal imkandır.


60

Dabanlı

əziyyətlər

Nə deyirsiniz deyin, amma hündür daban üzərində qadın daha incə və qamətli görünür. Təəssüflər olsun ki, hündür daban‐ lar yalnız kişi diqqəti ilə deyil, sağlamlıq ilə bağlı ciddi problem‐ lər ilə də bizi təmin etmək iqti‐ darındadır.

BOYA GÖRƏ MƏHDUDİYYƏT Ayaqlarınız ağrıyır və siz hesab edirsiniz ki, hündür dabanlardan imtina etmək lazımdır? Bu, yanlış fikirdir. Dabanlar pəncənin düzgün işləməsi üçün zəruridir. Lakin məsələ onların sizin bədəninizi yer səthindən hansı hündürlüyə qaldırmasındadır. Ortopedlər müəyyən etmişlər ki, qurşaqdan dabanadək olan məsafəni ölçərək və onu insanın boyuna bölərək, onun üçün opti‐

mal daban hündürlüyünü təyin etmək olar. Bu göstəricini gündə‐ lik ayaqqabı seçimində nəzərə almaq lazımdır. Kiçik xəta ilə nəticədə alınır ki, ideal daban iki santimetrdən hündür olmamalıdır. Təsəvvür edirsiniz? Bu ki, demək olar, kişi ayaqqabısıdır! Alimlərin fikrincə, kritik hündürlük beş san‐ timetrə bərabərdir. Belə ayaqqabının geyilməsi pəncənin ciddi deformasiyasına səbəb olmur. Lakin qeyd olunmuş hədd keçildikdə, problemlər başlayır: ağırlıq mərkəzi başqa nöqtəyə keçir və bu da ayaqların və onurğa sütununun vəziyyətində öz əksini tapır. Hündür dabanlı ayaqqabıların həvəskarı olan qadınlar alçaq dabanlı ayaqqabılara üstünlük verən xanımlardan 10‐15 il tez oynaq xəstəlikləri ilə rastlaşır. Vəziyyətdən çıxış yolu axtarmaq

üçün çoxları geniş dabana keçir. Lakin bu, diz oynağının artrozunu qazanmaq riskini azaltmır.

KÜTLƏVİ ZƏRBƏ Hündür dabanlardan yalnız ayaqlar deyil, bütün orqanizm əziyyət çəkir. ■ Dabanın hündürlüyü beş san‐ timetrdən artıqdırsa, bədənin çəki‐ si ayaq barmaqlarının üzərinə keçir, daban vətəri isə ona lazım olan yükü almayaraq, tədricən atrofiyaya uğrayır. Bu, pəncənin deformasiyasına, o cümlədən, yastıpəncəliyə gətirib çıxarır. Bundan başqa, böyük dabanlar üzərində gəzməyə vərdiş etmiş xanımlar adi ayaqqabıda ağrı hiss edir. Bu, ona görə baş verir ki, pəncə öz quruluşunu dəyişir. Vəziyyəti yalnız ortopedik ayaqqabı, ayrı‐ayrı hallarda isə – cərrahi müdaxilə dəyişə bilər.


61 ■ Hündür dabanlar pəncədə qan dövranının pozulmasına, bu isə topuq‐ ların şişməsinə gətirib çıxarır. ■ Baldır əzələləri onlara lazım olandan az yük alır, halbuki, məhz onlar venoz qan üçün özünəməxsus nasos rolu oynayır. Nəticə – trom‐ boflebit və damar ulduzcuqları. Eyni zamanda, əzələ yükünün bölüşdürülməsi diz oynağı üçün zərər‐ lidir: bu, onun erkən artrozu ilə təh‐ lükəlidir. ■ Hündür daban üzərində gəzərək, irəli yıxılmamaq üçün qeyri‐ixtiyari arxaya çəkilirik. Belə poza qamət pozğunluğuna səbəb olur, bu isə öz növbəsində onurğa sütununun əyilməsinə gətirib çıxara bilər. ■ Hündür dabanlar üzərində sanki barmaqların ucunda dururmuşuq deyə, daxili orqanların vəziyyəti dəyi‐ şir. Bu, xüsusən sidik‐cinsiyyət orqan‐ ların vəziyyətinə öz neqativ təsirini göstərir.

Ayaqlara qulluq

MÜDAFİƏ ÖLÇÜLƏRİ Bəs nə etməli? Hamılıqla “şap‐ şup”lara keçəkmi? Mütəxəssislər bir sıra faydalı məsləhətdən istifadə etməyi tövsiyə edir. ■ Beləliklə, hündür dabanlar ‐ mükəmməl cazibə alətidir və daima işlək vəziyyətdə qalsın deyə, ondan hər gün istifadə etmək olmaz. Demək, sevimli hündür daban ayaqqanılarınızı məxsusi hallar, misal üçün, görüş və ya əyləncə gecəsi üçün saxlayın. ■ Evdə hündür daban üzərində gəzmək vərdişindən imtina etsəniz, yaxşıdır. Әks halda orqanizminiz hər gün əlavə yüklənməyə məruz qalacaq. Nəleyin və ya yastı altlıqlı ayaqqabı‐ dan istifadə etmək daha məqsədəuyğundur. ■ Sağlamlığınızı qorumaq üçün məktəb illərindən bəri unutduğunuz “dəyişmə” anlayışını xatırlamalı ola‐ caqsınız. Bəli‐bəli, işdə və hətta maşın‐ da belə bir cüt rahat ayaqqabı saxla‐ maq və imkan olan kimi ayaqlarınıza istirahət vermək zəruridir. ■ Dənizdə, bağda və ya evdə mümkün qədər çox ayaqyalın gəzin. Belə olduqda, pəncə daimi və ona lazım olan masajı alır.

Ayaqları hər gün yatmamışdan əvvəl ilıq su və sabunla yumaq lazımdır. Bədəni möhkəmləndirmək çün ayaqlara isti‐soyuq (gah isti, gah da soyuq suya salmaq) vanna etmək məsləhətdir. Ayaqları yuyan‐ dan sonra qurulamaq, xüsusilə barmaqların arasını yaxşı‐yaxşı silmək lazımdır. Çünki barmaqların arasında su qaldıqda, səpə bilər, bu da göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olar. Ayaqqabıları hər gün qurudun, vaxtaşırı içinə formalin çəkin. İşin xarakterinə görə rezin ayaqqabı geymək lazım gəlirsə, onda havanın isti, ya soyuq olmasından asılı olmayaraq, qalın yun corablar geymək lazımdır. Ayaqların tərləməsinin qarşısını almaqda palıd qabığı dəmləməsi də yaxşı təsir göstərir. Dabanların bərkiməsinin qarşısını almaq üçün ayaqları yuyarkən suya bir az naşatır spirti, ya da çay sodası əlavə etmək lazımdır. Belə vannalarda ayaqların dərisi yumşalandan sonra dabanları dabandaşı ilə sürtmək və qurulayandan sonra hər hansı piy, ya da ayaq krem‐ lərindən birini çəkmək lazımdır. Ayaqqabı rahat olmalı, ölçüsü ayağın formasına uyğun gəlməlidir. Dar ayaqqabı ayaqda döyənəklərin əmələ gəlməsinə səbəb olur. Döyənəkləri ilk günlərdən təmizləmək daha yaxşıdır. Bunun üçün sabunlu‐sodalı vanna (2 litr suya yarım xörək qaşığı çay sodası) edin və ayağı qurulayandan sonra döyənək məlhəmi çəkin. Məlhəmi çəkərkən ehtiyatlı olmaq lazımdır ki, sağlam dəri zədələnməsin. İlk dəfədən döyənək keçməmişsə, məlhəmi yenidən çəkin. Döyənəyi təmizlənmiş dəriyə tez‐tez hər hansı piy çəkmək olar.


62

Ürəyin İşemik Xəstəliyinin müalicəsində yeni perspektiv


63 Bəllidir ki, Ürəyin İşemik Xəstəliyinin (ÜİX) ən sıx manifes‐ tasiyalarından olan sabit stenokardiya belə xəstələrin 58%‐də təsadüf olunur. Stenokardiya xəstələrin nəinki həyat keyfiyyəti‐ nə, hətta proqnozuna belə mühüm mənfi təsir göstərir. Belə ki, stenokardiyalı xəstələrdə ürək‐ damar hadisələrinin olma ehtimalı stenokardiyası olmayan xəstələrdən 3 qat artıqdır. Bu qrup xəstələrdə müxtəlif qrup anti‐anginal preparatlar simptomatik müalicə üçün istifadə olunsa da, onların proqnoza, yəni ürək‐damar ağırlaş‐ maları ilə yanaşı ümumi ölümün azalmasına təsiri, xüsusən miokard infarktı (Mİ) keçirməmiş xəstələrdə sübuta yetməyib. Hətta revaskul‐ yarizasiya olunmuş qeyri‐kəskin koronar xəstələrdə ölüm və Mİ hal‐ larının qarşısının alınmaması son 20 ildə keçirilən 61 tədqiqatın meta‐analizi ilə sübuta yetmişdir. Ona görə də revaskulyarizasiya medikamentoz müalicə ilə bir‐birini tamamlayan müalicə üsulları kimi qəbul olunmalıdır. Geniş istifadə olunan antianginal preparatların simptomatik olması və koronar müdaxilələrin geniş istifadəsinə baxmayaraq, koranar xəstələrin əksəriyyəti stenokardiyayla birgə yüksək ürək‐damar ağırlaşmalarına məruz qalır. Әn çox və birinci növbədə təyin olunan b‐blokatorlar haqqında belə Avropa Kardioloqlar Cəmiyyətinin (AKC) sabit stenokardiya üzrə tövsiyələrində qeyd olunur ki, onlar (b‐adrenoblokatorlar) öz proqnostik effektini yalnız Mİ keçirmiş, bu günün standartlarına cavab verməyən zəif preventiv ter‐ apiya (RAAS inhibitorları, statinlər və s.) alan xəstələrdə sübut edib və digər stenokardiyalı xəstələrə sırf nəzəri şamil edilir. B‐blokatorlarla keçirilən tədqiqatların meta‐analizinə baxdıqda görürük ki, onların ürək‐ damar ağırlaşmalarına göstərdiyi təsirlə Ürək Döyüntülərinin Sayını (ÜDS) endirmə dərəcəsi ilə düz

mütənasiblik var. Ümumiyyətlə, çox saylı tədqiqat və sorğular göstərir ki, ÜDS azaldıqca ÜİX ilə olan xəstələrdə proqnoz bir o qədər yaxşılaşır və bunun əsasında AKC‐ nin ürək‐damar profilaktikası tövsiyələrində ÜDS ayrıca müstəqil risk faktor kimi qəbul olunub. Fizioloji nəzərdən problemə yaxın‐ laşsaq, bilirik ki, işemiyanın əsasın‐ da miokardın oksigenə olan tələbatı ilə təchizatı arasında balansın pozulması durur və miokardın əsas qanla təchiz olunmasının diastola zamanı baş verdiyini xatırlasaq, aydın olar ki, ÜDS nə qədər az olsa, bir o qədər diastolanın vaxtı uzanar və bir o qədər miokardın oksigenlə təchizatı zənginləşər. Bu prinsip üzrə təsirə malik, son illərdə istifadə üçün mövcud olan İf inhibitoru Koraksan spesifik olaraq ÜDS endirir və güclü anti‐işe‐ mik və anti‐anginal effektə malik olmaqla yanaşı, sabit stenokardiyalı xəstələrdə ölüm və xəstələnmə hal‐ larını azaltması sübut olunmuşdur. Koraksan sırf sinus düyününə təsir edərək müstəsna olaraq ÜDS‐ nı azaldır. Beta‐blokatorladan fərqli olaraq Koraksanın mənfi inotrop və dromotrop effektləri yoxdur, respi‐ rator funksiya və arterial təzyiqə təsir etmir. Məlumdur ki, fiziki gərginlik zamanı b‐blokatorlar koronar vazokonstriksiya səbəb olur, Koraksan isə fərqli təsir mexa‐ nizminə malik olduğu üçün normal fizioloji adaptasiya olan koronar vazodilatasiyanın qarşısını almır. Üstəlik, Koraksan diastola vaxtını maksimal dozada beta‐blokatorla müqayisədə 20%‐ə qədər daha çox artırır. Bütün bu üstünlüklər ona gətirir ki, Koraksanın anti‐işemik effekti fiziki gərginliyin keçiriciliyi‐ ni atenolol 100mq‐dan 2dəfə, koronar təchizat isə 40% daha artıqdır (İNİTİATİVE tədqiqatı). Koraksanın bütün keyfiyyət‐ lərinin b‐blokatorla müqayisə edilməsinə səbəb b‐blokatorlar əvəzinə istifadə edilməsi deyil; b‐ blokatorlar öz yerini tutmuş və təs‐ diqini tapmış qrup preparatlardır.

Yalnız beta‐blokatorların istifadəsi bir çox yanaşı mənfi təsirlər və əks göstərişlərlə məhdudlaşdırır. Təyin olunduqda isə əksər hallarda tam klinik effektiv dozalardan istifadə olunmur. Məsələn, bisoprolol‐10mg və metoprolol‐200mg effektiv sübu‐ ta malik dozalar olsalar da, real olaraq bu dozaların yarısı və hətta ¼ təyin olunur. Bu dozalarda ÜİX olan xəstələrin yarısında nəbz 70 vurğu/dəqiqədən artıq qalır ki, bu da 2 il ərzində Mİ riskinin nisbi 46% daha yüksək olmasının göstəricisidir. Məhz buna görə ÜDS tövsiyə olunan 55‐60 vurğu/dəqiqəyə çatdırılması üçün Koraksanın təyin olunması beta‐ blokatorla birgə və ya monotera‐ piyada vacibdir. 11minə yaxın UİX və sol mədə‐ ciyin disfunksiyası olan xəstələrin iştirakı ilə keçirilən BEAUTİFUL tədqiqatı Koraksanın sabit stenokardiyalı xəstələrdə fatal və qeyri‐fatal Mİ ilə bağlı hospitallaş‐ ma riskini 42% azaltmışdır, ÜDS dəqiqədə 70 vurğudan artıq olan xəstələrdə bu göstərici 73% idi. Bu xəstələrin tam preventiv terapiya və 87%‐nin artıq beta‐blokator qəbul etməyinə baxmayaraq, Koraksanın əlavə olunması belə müsbət proqnostik nəticə vermişdir. Bu gün Koraksan yeganə anti‐angi‐ nal preparatdır ki, sabit stenokardiyalı xəstələrdə (Mİ keçir‐ məsindən asılı olmayaraq) belə sübuta malik olsun. Beləliklə, ÜİX olan xəstələrdə ÜDS‐na nəzarəti ciddiləşdirməklə yanaşı, elmi‐sübuta bağlı təbabət prinsiplərinə əsasən normal sinus ritmi ilə nəbzi 70 vurğu/dəqiqədən artıq olan sabit stenokardiyalı xəstələrdə qəbul etdiyi terapiyadan asılı olmayaraq, o cümlədən beta‐adrenoblokatorlar da, bütün xəstələrə Koraksanın təyinatı AKC və dərman preparatları üzrə Avropa agentliyi tərəfindən tövsiyə olunur.


64

“Gündə bir xurma yesəniz, sizə həkim lazım olmayacaq”, Şərqdə belə deyilir. Xurma meyvələri həm dadlıdır, həm də insan orqanizmi üçün xeyirlidir. Onlar həddindən artıq faydalıdır. Bütün dünyada o, şübhəsiz, pəhriz məhsulu hesab edilir. MƏSLƏHƏT Meyvələrin yetişməsini müəyyən etmək üçün saplağın yaxınlığındakı möhkəm yarpaqlara (kasayarpaqlara) nəzər yetirmək lazımdır: əgər onlar qalxmış və dikdirsə, xurma yetişmiş hesab edilir, onlar meyvəyə sıxılıbsa, yetişməmiş sayılır. Xurmanın vətəni Çindir, açıq narıncı rəngli bu meyvə VIII əsrdən başlayaraq yetişdirilir. Avropa fermerləri isə XIX əsrin sonundan xurma yetişdirməyə başlayıblar. Dünyada bu meyvənin 1000 növünün olduğu bildirilir. Onlar öz rənginə, formasına, ölçülərinə və çəkisinə görə fərqlənir. Əlbəttə, buna inanmaq çətindir, lakin növündən asılı olaraq meyvənin çəkisi 80-dən 500 qrama qədər ola bilər.

Latınca xurma “diospyros” adlanır, bu da “ilahi qida” deməkdir. Cənub-Şərqi Asiya ölkələrində bu əsas qida məhsuludur. Onun həm təzə, həm də quru meyvəsi yeyilir, riçal, jele və hətta marmelad bişirilir. Xurma ağacdır, meyvənin özü isə giləmeyvədir. HAMIYA XEYİRLİDİR Xurmanın tərkibində almada olduğundan artıq dərəcədə qida lifləri və kalium, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib mikroelementlər mövcuddur. Bu meyvədə antioksidant, zülal, karbohidrat, orqanik turşular, aşılayıcı maddələr vardır. Bu meyvə A, C və P vitaminləri ilə də zəngindir. Pektinin mövcud olması xroniki qastrit, kolit, xolesistit, həzm proseslərinin pozulması (disbakterioz) hallarında xurmanı ən vacib pəhriz məhsuluna çevirir. Şəkərlərin, əsasən fruktoza və qlükozanın mövcud olmasına görə xurma ürək əzələsini qidalandıraraq, onun funksiyasını sabitləşdirir. Lakin hipertoniklər üçün o məsələ də vacibdir ki, xurmada kalium çoxdur. Adətən ürəyin şişməsini aradan qaldırmaq üçün hipertoniklərə sidikqovucu dərmanlar təyin edilir. Lakin bu dərmanlar ürək üçün tələb olunan kaliumu da


65 orqanizmdən çıxarır. Ona görə də onun çatışmazlığını əlavə dərman preparatları ilə bərpa etmək lazımdır. Yemək rasionuna xurmanın, əriyin və almanın daxil edilməsi ilə bu məsələni aradan qaldırmaq olar. Xurmada olan çoxlu maqnezium böyrəklərdə daşların yaranma riskini azaldır, orqanizmdən duzun həddindən artıq olan miqdarını çıxartmağa kömək edir. Giləmeyvədə mövcud olan vitaminlər damarların kövrəkliyini azaldır. Bu meyvədə yod da çoxdur, ona görə xurmanı qalxanvari vəzi olan xəstələr də yeməlidir. Tərkibində şəkər çox olduğuna görə diabet xəstələri xurma yeməməlidir. ALDADICI ZAHİRİ GÖRKƏM Xurmanın meyvələri öz formasına və ölçüsünə görə müxtəlifdir: yastı və uzunsovdur, toxumlu və toxumsuzdur, lətləri açıq rəngli və tünddür, xırda və yarım kiloqramlıq giqantlardır. Xurma adətən açıq rəngli iri meyvələrdir (məsələn, Xaçiya növü). Bu meyvələr tam yetişənə qədər öz büzücü xüsusiyyətlərini saxlayır. Meyvələr yeməli olsun deyə, onları tam yetişənə qədər isti yerdə və ya soyuducuda saxlamaq olar. Bu zaman həmin meyvə artıq ağzınızı büzüşdürməyəcək, çünki taninlər (büzücü maddələr) aşağı temperaturlarda dağılır. Vitaminlər isə bir dəfə dondurulduqda dağılmır. Ancaq bir neçə dəfə dondurulduqda, artıq vitaminlər də parçalanır. Ona görə dəfələrlə dondurulan və donu açılan xurmanı yemək olmaz. Belə xurmalarda vitamin azlığı ilə yanaşı, qıcqırma da olur. Unutmayın ki, çatlamış, əzilmiş, ləkəli, kifsimiş meyvələrdə nə mikroelementlər, nə də vitaminlər qalmır. Xurma qurudulduqda (bu, onun saxlanmasının ən əlverişli üsuludur) onun səthində şəkərli ərp yaranır. Quru vəziyyətdə xurmanın büzücü dadı itir. NARINCI HƏKİM Diareya Altı ədəd xurmanı xırda şəkildə doğrayın və üzərinə bir litr qaynar su tökün, 30 dəqiqə dəmləyin, süzün. Hər iki saatdan bir bu məhluldan 0,5 stəkan için.

Ağ ciyərin, dalağın, yoğun bağırsağın iltihabı 3 xurmanın lətini 2 xörək qaşığı doğranmış və qızardılmış xurma tumu ilə qarışdırın. Səhərlər bu qarışıqdan 1 xörək qaşığı isti qırmızı çaxırla qarışdıraraq, qəbul edin. Angina, qrip 1 xurmanın şirəsini isti qaynar suyun ½ stəkanı ilə qarışdırın. Boğazı gündə üç-dörd dəfə yaxalayın. İrinli yaralar, çibanlar Xurmanın lətini qabıqla birgə yaralı yerə qoyun, bintlə sarıyın. Sarğını gündə iki dəfə dəyişin.

XEYİRLİ RESEPT Muss 200-250 qr. xurma, 200 ml. su, 2 xörək qaşığı şəkər tozu, limon şirəsi, 1 xörək qaşığı jelatin Yaxşı yetişmiş (lakin çürüməmiş) xurmanı ələkdən keçirərək, şəkər tozu qatılmış suda qarışdırın, daha sonra suda şişmiş jelatini və limon şirəsini əlavə edin və qarışdıraraq qaynayana qədər qızdırın. Sonra soyuducuya qoyun, mikserlə köpük halını alanadək qarışdırın və yenə də soyuducuya qoyun.


66

Uğurun hesabı Son illərdə pəhrizlər bir çox insanların ayrılmaz həyat tərzinə çevrilib. Bu da anlaşılandır: bizi arıqlamaq həvəsi və cəmiyyətdə qəbul olunmuş gözəllik tipinə uyğun gəlmək arzusu idarə edir. O da aydındır ki, mübarizə qalibiyyət naminə aparılır. Lakin belə çıxır ki, biz özümüz özümüzə qalib gəlmək istəyirik. Misal üçün, şəxs son ölçüyə əl atır – arıqlamaq məqsədi ilə özünü aclıq ilə üzür. Onun orqanizmi isə bu niyyətin təhlükəsini hiss edərək, bu zora dözmək istəmir və cavab olaraq, bütün müdafiə mexanizmlərini cəlb edərək, çoxlu yeməyə vadar edir. Və insan yeyir. Ağlayır, özünü danlayır, amma yeyir. Əslində isə insan öz orqanizminin müdrikliyi sayəsində mədə xorasından canını qurtarmış olur. Xoşbəxtlikdən, bir çox pəhriz mövcuddur ki, kifayət qədər

yemək, nəinki kökəlməməyə, hətta arıqlamağa imkan verir. Sadəcə, toxluq hissi yaradan və piy ehtiyatlarını əmələ gətirməyən ərzaqlardan istifadə etmək lazımdır.

Əsasların əsası Qida məhsullarının insana təsirini öyrənərək, alimlər “komfort ərzaqlar” adlanan məhsulları aşkar ediblər. Belə qeyri-adi və faydalı məhsullar sırasına balıq da daxil edilib. Nə üçün yaponlar xərçəng ilə az xəstələnirlər? Nə üçün onlarda ürək-damar xəstəlikləri və seksual pozuntulara az təsadüf olunur? Çünki avropalılardan fərqli olaraq, onlar daha az ət yeyir, lakin əvəzində, səhərdən axşamadək balıq yeyirlər. Məlumdur ki, balıq və balıq yağının tərkibində çoxlu miqdarda xərçəngə qarşı təsirə malik A vitamini mövcuddur. Balığın tərkibində daha bir qeyri-adi vitamin var. Bu,

sümüklərin möhkəmliyini təmin edən B vitaminidir. Bundan başqa, balıq – ideal flüor, yod, sink mənbəyidir.

Sözdən – işə! Balıq pəhrizi saxlayarkən, təbii məhsullardan istifadə etmək daha yaxşıdır. Siyənək, hisə verilmiş məhsullar və balıq konservlərindən sui-istifadə etməyin. Pəhrizin ilk həftəsi – yalnız balıqdır. Balığı suda, folqada sobada bişirmək olar, lakin qızartmaq olmaz. Ümumi gündəlik kalorilik qaydası olan – 1600 kkal miqdarına – həm birinci, həm ikinci həftə ərzində ciddi riayət etmək lazımdır! 100 kkal – təxminən 150q yağsız treska və ya 50q yağlı nərə balığı deməkdir. Bütün yeməyi hissələrə bölmək və 5-7 dəfəyə qəbul etmək lazımdır.


67 İçkilərdən çay, qəhvə, şəkərsiz ot çayları, şirin olmayan meyvələrdən hazırlanmış kompot içmək olar. İkinci həftədə tədricən az miqdarda başqa məhsullar da əlavə etmək olar. Təklif olunmuş balıq pəhrizi sərt deyil, ona görə də ona riayət etmək asandır. Nəticələr də pis deyil: bir həftəyə 2 kq artıq çəki yox olur, 2 həftəyə – 5 kq-a qədər.

Birinci həftə – yalnız balıq!

2-ci həftənin menyusu

Kaloriləri hesablayırıq

1-ci gün: balıq (1200 kkal) və tərəvəzlər (300q), meyvələr (300q). 2-ci gün: balıq (1200 kkal) və tərəvəzlər, meyvələr, kartof, çörək. 3-cü gün: balıq (800 kkal) və tərəvəzlər, meyvələr, düyü, çörək, kəsmik (100q). 4-cü gün: balıq (600 kkal) və tərəvəzlər, meyvələr, düyü, çörək, kəsmik (100q), süd (250 ml) və yoqurt (150q). 5-ci gün: balıq (400 kkal), yuxarıda sadalananlara pendir əlavə olunur (100q). 6-cı gün: balıq (200 kkal), yuxarıda sadalananlara toyuq əlavə olunur (100q). 7-ci gün: balıq (100 kkal), üstəgəl 6-cı günün ərzaqları.

Müxtəlif növ balığın 100q-da neçə kkal mövcuddur? Ağbalıq – 130, qorbuşa – 147, kambala – 90, keta – 138, baltika kilkası – 137, çapaq – 105, çömçə balığı – 110, siyənək – 145, skumbriya – 191, treska – 69, xek – 86, durnabalığı – 95, alabalıq (forel) – 89.


68

Azərbaycanda “Berlin‐Chemie” Nümayəndəliyi Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 7 mərtəbə Tel: +994 12 436 88 41 Faks: +994 12 436 88 42

Hiyləgər “düşmən” Qədim yunan həkimləri mədəaltı vəzini “pancreas”, yəni “bütövlükdə ətdən ibarət olan” adlandırmışlar. Orqanizmdə onun rolu çox böyükdür: o, həzm prosesini təmin edir, energetik mübadilənin və digər vacib proseslərin tənzimlənməsində iştirak edir, bu orqanın xəstəlikləri isə, çox təhlükəlidir və adekvat müalicə tələb edir.

NƏ DEMƏKDİR VƏ NƏ ÜÇÜN BAŞ VERİR? Pankreatit — əsasını pankreatik axarların daralması və ya tutulması, onlarda daşın əmələ gəlməsini təşkil edən mədəaltı vəzin iltihabıdır. Xəstəlik kəskin (sürət və coşqun) və ya xroniki (ləng və süst) formada keçə bilər. 95—98% hallarda pankreatitin səbəbləri alkoqoldan istifadə etmə və öd kisəsi xəstəlikləridir. Digər risk amilləri - qastroduodenit, xora xəstəliyi, bəzi dərmanların qəbulu (parasetamol, antibiotiklər, sulfanilamidlər və s.), maddələr mübadiləsinin pozulması, damar xəstəlik-

ləri və s. təmsil olunur. Bu amillərin təsiri altında mədəaltı vəzi tərəfindən şirələrin ifrazı pozulur. Nəticədə, qidanı həzm etmək əvəzinə, bu şirələr mədəaltı vəzi toxumasını həzm etməyə başlayır və iltihablaşmaya səbəb olur.

ƏLAMƏTLƏR VƏ NƏTİCƏLƏR Pankreatit zamanı insanı ilk növbədə ağrı narahat edir. O, yeməkdən sonra artır və mədə nahiyəsində lokallaşaraq, sol və sağ qabırğa altı və kürək nahiyələrinə yayılır. Çox zaman ağrı kəmərvari xarakter daşıyır. Kürək üzərinə uzanaraq, ağrı güclənir, oturaq və bir qədər irəli əyilmiş vəziyyətdə isə zəifləyir. Ağrı ürək nahiyəsinə qədər yayılaraq, stenokardiyanı imitasiya edə bilər. Pankreatitin digər xoşagəlməz əlaməti – diareyadır. Gəyirmə, ürəkbulanma, epizodik qusma, meteorizm əmələ gələ bilər. İştaha itir və insan sürətlə arıqlayır. Çox zaman pankreatitə xolesistit də əlavə olunur. Pankreatitin qorxulu fəsadı mədəaltı vəzin


69 parçalanması və ölüm təhlükəli peritonitin inkişaf etməsidir. Bundan başqa, xroniki pankreatit şəkərli diabetin inkişaf etməsinə səbəb ola bilər.

DİAQNOSTİKA VƏ MÜALİCƏ Xroniki pankreatiti diaqnozlaşdırmaq asan deyil, xüsusən də erkən mərhələdə. Bunu etməkdə həkim-qastroenteroloqa laborator və instrumental müayinə üsulları kömək edir (qan və sidik analizləri, USM və kompüter tomoqrafiyası). Kəskin və xroniki pankreatitin kəskinləşmələrinin müalicəsi çox zaman cərrahi stasionar şəraitində aparılır. Pasiyentlərə xüsusi pəhriz və dərmanlar təyin olunur. Pankreatitin terapiyası zamanı istifadə olunan preparatlar arasında mühüm yeri əsas komponenti mədəaltı vəzi ekstraktı olan və proteazalar – tripsin, lipaza və amilaza – tərkibli həzm fermentləri tutur. Yüksək ferment, lipaza və tripsinin aktivliyinin itməsinə səbəb olan fermentlərin preparatlarının mədə şirəsi tərəfindən həzm olunmasından qoruyan örtüyün olması vacibdir. Bu gün xüsusi örtüyə malik və bunun sayəsində fermentlərin nazik bağırsaqda azad olunmasına kömək olan həblərə üstünlük verilir. Tripsinin onikibarmaq bağırsağa daxil olması zamanı mənfi əks əlaqə prinsipinə əsasən, pankreatik sekresiya və axardaxili təzyiq azalır və müvafiq olaraq, ağrı sindromu aradan qaldırılır. Lipaza iz miqdarında tüpürcək, mədə şirəsi tərkibində mövcuddur və faktiki olaraq, bağırsaqda yoxdur, bu da onu təyin etmək zəruriyyətini yaradır. Ekzokrin çatmamazlığın korreksiyası zamanı ilk plana yüksək lipaza tərkibli preparatlar çıxır, çünki belə xəstələrdə onun defisiti erkən yaranır və daha qabarıq təzahür olunur. Ferment preparatlarını qida ilə eyni zamanda qəbul etmək məsləhətdir. Qabarıq ağrı sindromu ilə keçən pankreatitin müalicəsi zamanı həb şəkildə ferment preparatlarına üstünlük vermək lazımdır.

Həb şəkildə ferment preparatları arasında alman istehsalı olan poliferment preparat Mezim forte 10 000 diqqətə layiqdir. Həb formalı poliferment preparat digər preparatlar qarşısında müəyyən üstünlüklərə malikdir, o cümlədən, xroniki pankreatit zamanı abdominal ağrı sindromunun aradan qaldırılması qabiliyyəti. Mezim forte 10 000 –in tərkibində mövcud olan enzimlərin aktivləşməsi, əks əlaqə mexanizmini (pankreatik sekresiyanın tormozlanması, axarlarda təzyiqin azalması) işə salan və tez bir zamanda mədəaltı vəzin funksional rahatlığına və pankreatik mənşəli abdominal ağrının sakitləşməsinə səbəb olan fermentlərin yüksək qatılığı yaranan bilavasitə onikibarmaq bağırsağın proksimal şöbəsində başlayır (pankreatik axarın onikibarmaq bağırsağ düşən yerə maksimal dərəcədə yaxınlığı). Bundan başqa, Mezim forte 10 000 tableti turşuluğa davamlı qişaya, optimal proteaza və lipaza nisbətinə malikdir. Mezim forte 10 000 tərkibinə xolesistit tutmalarını törədən öd turşuları daxil deyil. Preparatın əlverişli qiyməti də pasiyentlər üçün az əhəmiyyət kəsb etmir. Xroniki pankreatitli pasiyentlərin optimal müalicə taktikasının seçimi xəstəliyin kliniki təzahürlərinin gücünü azaldır, həyat keyfiyyətini artırır və cərrahi müdaxilələrin sayını azaldır.


70

HƏQİQƏT VƏ YANLIŞ Qoz-fındıq çox faydalı məhsuldur. Onların tərkibində yüksək keyfiyyətli bitki yağları, karbohidratlar, mineral maddələr mövcuddur. Qozların tərkibinə daxil olan qiymətli zülal xüsusilə faydalıdır – o, ət məhsullarına məhdudiyyət qoyan hər kəs üçün zəruridir. Qozlar B qrup vitaminləri, C vitamini və karotin ilə zəngindir. Balanslaşmış tərkibə malik olaraq, qozlar cinsi vəzilərə müsbət təsir göstərir, sinir, immun sistemini möhkəmləndirir. Doymamış yağlı turşular omeqa-3, 6 və 9 xolesterin səviyyəsinin enməsinə səbəb olur. Qozların tərkibindəki qida lifləri bağırsağın şlaklardan təmizlənməsinə səbəb olur və faydalı

bağırsaq mikroflorasını qidalandırır. Lakin qozlar mədə-bağırsaq traktının bəzi xəstəlikləri zamanı qadağandır: xora xəstəliyi, qara ciyərin işinin pozulması, kəskin qastritlər, pankreatitlər. Eləcə də, onlar böyrək və öd kisəsində daş, kəskin böyrək çatışmazlığı zamanı əks-göstərişdir. Qozların güclü allergen olması isə tam həqiqətdir. Məhz ona görə də onları uşaqlara vermək məsləhət deyil. Böyük allergiklərə də qozlara qarşı ehtiyatlı münasibət göstərmək lazımdır. Və əlbəttə ki, artıq çəki zamanı da qozlara aludə olmaq lazım deyil. Qozlar çox yüksək kalorili məhsuldur – hər 100 qrama 500-dən 800-dək kkal təsadüf edir. Bu, bir plitka şokoladda olduğundan çoxdur.


71 DÜZGÜN YANAŞMA Unutmayın ki, bir ovuc qoz bir qida qəbulunu əvəz edə bilər. Qozu ət ilə birlikdə istifadə etmək də arzuolunmazdır. Amma süd məhsulları ilə qozlar çox gözəl uyğunlaşır. Ona görə də qoz əlavə olunmuş yoqurt – pis seçim deyil. Qozları qabıqlı almaq daha yaxşıdır. Belə olduqda, onları yarım ilədək saxlamaq olar. Hətta bir il quru, qaranlıq yerdə saxlanıldıqdan sonra da qozlar öz keyfiyyətlərini itirmir. Amma təmizlənmiş ləpə isə, öz faydalı keyfiyyətlərini daha tez itirir. Bəzi hallarda düzgün saxlanılmadıqda acı tam əmələ gələ bilər – bu, ləpələrin tərkibində çoxlu miqdarda mövcud olan qaxsımış yağ tamıdır. Bu halda qoz-fındığı yemək olmaz. Fındıq və meşə qozunun tərkibində 60% yağ, kalium, dəmir, kobalt və E vitamini mövcuddur. Onlar ateroskleroz, hipertoniya və böyrək daşları zamanı faydalıdır. Lakin allergik reaksiya verməyə malikdir. Araxis. Ən yağsız və kalorilidir. K, P, PP vitaminləri tərkiblidir. Çin təbabətində həzm orqanlarının müalicəsində istifadə olunur. Güclü allergendir: hətta, dondurma, şokolad, konfetin tərkibinə əlavə olunarkən də xoşagəlməz reaksiya verə bilər. Çoxlu miqdarda istifadə olunarkən və az hərəkətli həyat tərzi zamanı bədən ölçülərinə mənfi təsir göstərir. Püstə. Ən aşağı kalorili, az miqdarda yağ tərkiblidir. Lakin saxlama müddəti qısadır, çünki qabıqları asanlıqla açılır. Keşyü. Kalorilik – 630 kkal/100q. Bu qoz digərlərindən daha çox kulinariyada istifadə olunur. O, ət və quş ətindən hazırlanmış yeməklər ilə çox gözəl uyğunlaşır. Öz unvari konsistensiyası sayəsində qarnir kimi istifadə oluna bilər.

Keşyü zülal və karbohidratlar, A, B1, B2 vitamini və dəmir, sink, fosfor, kalsium ilə zəngindir. Vitaminlər orqanizmdə zülal və yağlı turşular mübadiləsini yaxşılaşdırır, qanda xolesterin səviyyəsini azaldır, immun sistemini möhkəmləndirir, ürək-damar sisteminin normal fəaliyyətini təmin edir. Qoz. Kalorilik – 650 kkal/100q. Onu, yalnız ləpəsi insan beyninə bənzədiyinə görə deyil, həmçinin bu ləpədən və qabıqdan hazırlanmış cövhərin baş beynin damarlarına müsbət təsir göstərdiyi və əsəb gərginliyini aradan qaldırmaq qabiliyyətinə görə “ağıllı” qoz adlandırırlar. Qoz qabığından hazırlanmış mürəbbə böyrəkdə iltihabi proseslər və ya xroniki nefrit və pielonefrit zamanı istifadə olunur. Qoz və qoz yağı ateroskleroz zamanı pəhriz məhsulu hesab olunur, qara ciyər xəstəlikləri, xroniki kolitlər zamanı faydalıdır. Sidr qozu. Adi qozdan çox faydalı yağlı turşular tərkiblidir. Ona görə də onlar ateroskleroz və ürəyin işemik xəstəliyi profilaktikası üçün çox faydalıdır. Lakin kalorilik çox yüksəkdir. Badam. Kalorilik 690 kkal/100q. Tərkibində çoxlu miqdarda faydalı yağlı turşu, kalium və E, P, B2 və B3 vitamini mövcuddur. Badam yağı kosmetologiyada istifadə olunur. Qanı və böyrəkləri təmizləyir, ödqovucu təsirə malikdir. Qabığını istifadə etmək məsləhət deyil, çünki tərkibində zəhərli maddələr mövcuddur. Braziliya qozu. Ən yağlı və kalorilidir – 100 qramda 700 kkal. Yüksək yağlı omeqa-turşu kompleksli tərkibi sayəsində qanda şəkərin səviyyəsini normallaşdırır və ateroskleroz ilə mübarizə aparır.


72 Bizim gözəllik və gəncliyimiz orqanizmin hüceyrələrinin işindən və onlarda mübadilə proseslərinin necə getməsindən asılıdır və məhz su hüceyrələrə tam dəyərli yaşamaq və təzələnmək imkanı verir.

Limonad içməyin! Gözəlliyin birinci qaydası çoxlu miqdarda təmiz qazsız su içməkdən ibarətdir. Şirin limonadlar susuzluğu yatırtmaq üçün yararlı deyil, çünki onlar susuzluğu daha da artırır. Şəkər süd turşusuna qədər parçalanaraq, mad‐ dələr mübadiləsini pozur və hüceyrələri paslandırır. Limonadların tərkibində olan boyaq maddələri, aromatizatorlar və konservantlar vəziyyəti bir qədər də ağırlaşdırır, çünki onlar qara ciyər, böyrək, sidik kisəsi və damarlarda çökərək, maddələr mübadiləsinə mənfi təsir göstərir. Faydasına görə birinci yeri bulaq suyu tutur, çünki bu su strukturlaşmış və təmizdir. Sonra quyu suyu və nəhayət su kəmərindən axan filtrlənmiş

su gəlir. Orqanizmdə su məhz struk‐ turlaşmış şəkildə mövcuddur, yəni, onun molekulları arasında hidrogen əlaqələri yaranır. Su molekulunun belə birləşmiş zəncirdən ayrılması zamanı enerji xaric olunur. Adi qaynadılmış su bir‐biri ilə birləşməmiş ayrı‐ayrı molekullardan ibarətdir, ona görə də o, qidanın həzmi üçün lazım olan enerji ilə bədəni təmin edə bilməz. Belə suyu orqanizm özü strukturlaşmağa vadar edir.

Sağlamlıq üçün mineral su Mineral su müalicə etmək və gənc‐ ləşdirmək, daxili orqanların işini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Mineral su ilə mədə və bağırsağı, qara ciyər və böyrəkləri, sinir və ürək‐damar sistemini müalicə edirlər. Mineral suyun mürəkkəb tərkibi bədənin bütün orqan və sistemlərini canlandırır, eyni zamanda, qidalandırır, təmizləyir və həyat tonusunu qaldırır. Suyun növünü və dozasını həkim

Susuzluğu nə ilə yatırtmaq olar?


73 seçməlidir. Kalsiumlu su sümük və dişləri möhkəmləndirir, selikli qişalardan qanaxma riskini azaldır, iltihaba qarşı təsir göstərir, sinir sisteminin işini tən‐ zimləyir, qıcolmaların qarşısını alır. Flüor tərkibli su orqanizmdən ağır metal duzları və radionuklidləri xaric edir, kalsiumun mənimsənilməsi və sümük toxumasında qalmasına kömək edir. Maqneziumlu su sinir və ürəyin müalicəsi zamanı əvəzolunmazdır, ödün ifraz olunmasını artırır və qarın işlədici təsirə malikdir. Dəmirli su, adətən, anemiya, qan itirmələri, maddələr mübadiləsi pozun‐ tuları zamanı təyin edilir. Bikarbonat suyu sistit zamanı kömək edir, hidrokarbonat suyu isə mədənin sekretor və motor funksiyasını tənzimləyir və lipid mübadiləsini normallaşdırır. Azot‐silisiumlu mineral su xlor turşusunun istehsalını azaldır, mədənin motor funksiyasını normallaşdırır və mədə iltihabını azaldır. Xloridli su bağırsaq, öd yolları və qara ciyərin köməyidir.

Suyu necə təmizləyək ? • Su kəmərindən axan suyu təmiz‐ ləmək və strukturlaşdırmaq üçün qar suyundan istifadə etmək yaxşıdır. Suyu filtrdən keçirin və ya bir sutka ərzində saxlayaraq, duruldun. Sonra onu minalanmış qazana tökərək, soyuducu‐ nun buz dolabına yerləşdirin. Birinci nazik buz qatı əmələ gəldikdə, onu götürün. Qalan suyu yenidən şaxtaya qoyun ki, təxminən suyun yarısı don‐ sun. Suyun duru şəkildə qalmış hissəsini boşaldın, qalmış buzu isə ərimək üçün otaqda yerləşdirin ‐ bu, tər‐təmiz strukturlaşmış qar suyudur. • Suyu filtrdən keçirərək, şüşə və ya minalanmış qaba tökün və içinə bir ədəd şungit daşı yerləşdirin. Yarım saatdan 3 sutkaya qədər durulaşdırın. İçmək üçün suyu 30 dəqiqə saxlamaq kifayətdir, yaxalanmaq, vanna və kos‐ metik yuyunmalar üçün isə, şungiti suda 3 sutkayadək saxlayın. Soyuqdəymə və ya bronxial astma

zamanı şungit suyunu 90 dərəcəyədək qızdırın və başınızı dəsmal ilə örtərək, onunla 1‐3 dəqiqə nəfəs alın. • Silisiumu çiy və ya qaynadılmış su ilə dolu şüşə və ya minalanmış qabın içinə yerləşdirin. Silisiumu 1 litrdən 5 litrədək bankaya 1‐3 q hesabına görə götürün. Qabı tənzif ilə örtün və gün işığı olan otaqda saxlayın (lakin birbaşa günəş şüaları altında yox). 3‐7 sutkadan sonra sudan istifadə etmək olar. Silisiumlu suyu qaynatmayın və soyuducuda saxlamayın!

Səhəri su ilə açın Su – orqanizmin əsas təmizləyici‐ sidir. Ev şəraitində suyun vasitəsi ilə aşağıdakı təmizlənmə üsullarından istifadə etmək olar. • Sutka ərzində 1,5‐2,5 litrdən az olmamaq şərti ilə su için. Böyrək və ya ürək xəstəlikləriniz varsa, su rejimi haqqında həkim ilə məsləhətləşin. Adətən, belə hallarda həkimlər sutka ərzində içilən suyun miqdarını 1 litrədək maye ilə məhdudlaşdırır. • Heç zaman bilavasitə yeməkdən əvvəl, yemək vaxtı və dərhal yeməkdən sonra su içməyin. Su içdikdən sonra ən azı 10 dəqiqə keçməlidir. Yeməkdən sonra da minimum 30 dəqiqə, zülallı qida qəbulundan sonra isə – daha çox gözləmək lazımdır, çünki ət həzm zamanı mədə daxilində bir neçə saat ləngiyir. • Ödqovucu sisteminiz yaxşı işləmirsə, səhərlər limonlu qaynar su için. • Otaq temperaturlu qaynadıl‐ mamış təmiz su için (yaxşı olardı, strukturlaşdırılmış olsun), amma bunu bir dəfəyə deyil, hər 20‐30 dəqiqə 3‐5 kiçik qurtumlarla edin. Qurtumları 1‐2 dəqiqəlik interval ilə edin. Bütövlükdə gündüz kursu ərzində 2‐2,5 litr su qəbul edilməlidir. Bu üsul böyrəkləri yük‐ ləmir, çünki çoxlu miqdarda su bir dəfəyə qəbul edilmir. Az dozada su bağırsaqdan tez sorulur və bütün orqanizmə yayılaraq, mədə‐bağırsaq traktının işini yaxşılaşdırır, damarları təmizləyir və qan dövranını normal‐ laşdırır. Təmizlənmə kursu 2 ayadək davam edir.


74

urogenital trakt xəstəliklərinin müasir müalicə vasitəsidir! BÖYRƏKDAŞI XƏSTƏLİYİ (urolitiaz) Böyrəkdaşı xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Azərbaycan yüksək tezlikli böyrək‐ daşı xəstəliyinin endemik zonası hesab edilir.

BÖYRƏK DAŞLARI NƏDİR? Böyrək daşları – sidik proteinlər ilə qarışmış qatı kristallik material‐ dan əmələ gəlmiş bərk törəmədir. Daşların böyrəklərdə əmələgəlmə və böyümə prosesi ağrısız və simp‐ tomsuz keçir, lakin onların bərkiməsi və ölçülərinin böyüməsi böyrək toxumasının zədələnməsinə səbəb olur. Böyrəkdən çıxmaq cəhdi zamanı daş şiddətli ağrı, qanaxma törədir ki, bu da sidiyin böyrəkdən axmasının qarşısını alır. Ağrı, böyrəkdaşı xəstəliyindən xəbər verən ən tez rast gəlinən simptom‐ dur.

BÖYRƏKLƏRDƏ DAŞLARIN ƏMƏLƏGƏLMƏ SƏBƏBLƏRİ: Müxtəlif amillərin təsiri nəticəsində sidiyin tərkibi və turşu‐ luğu (pH) dəyişir və daşın əmələ gəlməsi üçün zəmin yaranır. Böyrəklərdə daşların əmələ gəlməsi bir çox hallarda eyni zamanda bir neçə amilin təsiri nəticəsində baş verir.

Bəzi ən vacib amillər: Coğrafi və iqlim amilləri: İsti və quru iqlim güclü tər‐ ləməyə səbəb olur, sidiyin qatılığı və daşları əmələ gətirən maddələrin tərkibi artır. Qidalanma: Maye qəbulunun azalması böyrəkdaşı xəstəliyinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Nəticədə yüksək qatılıqlı az miqdar‐ da sidik əmələ gəlir ki, bu da böyrəklərdə daşların əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Qidalanma rejimi də urolitiazın əmələ gəlməsi və inkişafında böyük rol oynayır. Sidik axarının pozulması: Sidik axarının qarşısını bitişmələr, prostat vəzin adenoması, durğunluq və s. ala bilər. Sidik müəyyən yerlərdə durğunlaşarkən (böyrək, sidik kisəsi), onun qatılığı artır və çöküntü əmələ gəlir. Böyrəklərdə daş əmələ gətirən maddələrin sidikdə yüksək qatılığı: Әn çox hallarda səbəbkar orqanizmdə metabolik və endokrin maddələr mübadiləsi dəyişiklik‐ ləridir. Sidik infeksiyası da mühüm amildir: Hüceyrələrin siyirilməsi, irin və qan laxtaları böyrəklərdə əmələ

gələn daşların nüvəsini təşkil edir. Sidiyin turşuluğu (pH): Әhəmiyyətli dərəcədə duzların ərimə qabiliyyətini təyin edir. Turş mühitdə (pH 5,4‐5,8) sidik turşusu zəif əriyir, bu isə sidik turşusu duzlarından daşların əmələ gəlməsinin vacib şərtidir. Struvit daşlar sidik infeksiyası nəticəsində əmələ gələn qələvi mühitdə for‐ malaşır (pH 7,5‐8).

SİDİK-CİNSİYYƏT SİSTEMİNİN İLTİHABI XƏSTƏLİKLƏRİ Sidik axarlarının sistit və uretrit kimi infeksiyaları ən çox rast gəlinən xəstəliklərdən biridir. Tədqiqatlar göstərir ki, hər iki qadından biri həyatında bir dəfə də olsa, sidik axarı infeksiyasından əziyyət çəkir. Bir çox hallarda uroin‐ feksiya təkrarlanır, bəzi qadınlarda isə xəstəlik xroniki şəkil alır və ildə bir neçə dəfə meydana çıxır. Qadın anatomiyasının xüsusiyyətləri sidik axarı infeksiyaları tezliyinin artması üçün zəmin yaradır. Hamilə qadınlarda uroinfek‐ siyalar xüsusi diqqətə layiqdir. Böyüyən uşaqlıq sidik kisəsi və sidik axarlarını sıxır və infeksiyanın inkişaf etməsi üçün əlverişli şərait yaradır. Hamiləlik dövründə müali‐ cə olunmamış uroinfeksiyalar pielonefrit, vaxtından əvvəl doğuş və s. kimi fəsadların inkişaf etmə riskinin artması ilə əlaqədardır. Uroinfeksiyaların


75 xronifikasiyalaşmasının ən çox yayılmış səbəbi L‐formalı bak‐ teriyalar – xarici amillər təsiri nəticəsində (daha çox antibiotik‐ lərin) dəyişən, uyğunlaşan və antibiotiklərin təsirinə qarşı dözüm‐ lü olan patogen mikroorqanizm‐ lərdir. Bu şəkildə onlar xəstəlik törətmir, lakin antibiotiklərin və immun sistemin təsirinə qarşı davamlı olmaları səbəbindən, onlar orqanizmdən xaric olunmur. Әlverişli mühit şəraiti yaranarkən, L‐formalar aktivləşir və öz xəstəlik‐ törədici xüsusiyyətlərini bərpa edir.

SİSTİT NƏ DEMƏKDİR? Sistit – sidik kisəsinin selikli qişasının iltihabıdır. Әn çox hallar‐ da sistiti Escherichia coli (bağırsaq çöpü) törədir. Sistitin simptomları ağrı və göynəmə ilə müşayiət olu‐ nan tez‐tez sidik buraxmaya ehtiyac hissidir. Şikayətlər diskomfort hissi, sidiyin bulanıq, qeyri‐adi qoxulu və rəngli olması, bəzən qan tərkibli olmasındandır. Hərarətin artması, qızdırma və ümumi zəiflik də qeyd olunur. Sistitin əmələ gəlməsinə bir çox amillər səbəb olur: orqanizmin soyuğa məruz qalması, sidiyin sidik kisəsində ləngiməsi, hamiləlik, kate‐ terizasiya, qəbizlik, yorğunluq, deflorasiya, klimakterik dövr və s. Әlavə risk amili sidiyin axmasını çətinləşdirən ifrazat sistemi xəstə‐ likləridir, o cümlədən, böyrəkdaşı xəstəliyi, kişilərdə prostat vəzinin böyüməsi və digər kiçik çanaq orqanları xəstəlikləri.

URETRİT NƏ DEMƏKDİR? Uretrit – müxtəlif göbələklər, bakteriyalar və virusların törətdiyi sidik axarının iltihabıdır. Subyektiv hissiyyatlar qaşınma və göynəmədən sidik ifrazı zamanı güclü ağrıyadək dəyişir. Neorenal SR – böyrəkdaşlı xəstəliyin və sidik‐cinsiyyət sistemi‐ nin iltihabi xəstəliklərinin müalicəsi üçün yeni farmasevtik texnologiya üzrə hazırlanmış bioloji aktiv mad‐ dələr tərkibli, yüksək effektli, rahat

qəbul olunan və əlavə təsirsiz tək‐ milləşdirilmiş və zənginləşdirilmiş müasir vasitədir. Neorenal SR preparatının tər‐ kibində standartlaşdırılmış tozağacı yarpaqları, Herniaria glabra ekstraktı və 3,5,7,3′,4′‐pen‐ tahidroksiflavon və 3,7,3 ′,4 ′‐ tetrahidroksiflavon patentləşdirilmiş kombinasiya daxildir. Neorenal SR preparatının hər həbinin tərkibində aşağıdakı aktiv maddələr mövcuddur: flavonoidlər – 122 mq, tetrasiklik triterpenlər – 30 mq, taninlər ‐ 52 mq, triterpen saponinlər ‐ 9 mq, fenolkarbon turşular ‐ 4 mq, kumarinlər ‐ 0,5 mq, betulorentik turşu, kalium nitart və s. Öz təsiri sayəsində tozağacı yarpaqları və Herniaria glabra ekstraktı kombinasiyası aşağıdakı vəziyyətlərə faydalı təsir göstərir: Böyrəkdaşı xəstəliyi: Daşların və qumun böyrək və sidik kisəsindən çıxarılmasına səbəb olur, oksalat, urat, fosfat və sistin daşların yaranma riskini azaldır, diurezi artırır, sidiyin turşuluğunu normallaşdırır (pH), böyrək ləyənində infeksiyanın qarşısını alır, kalsium ionlarının presipitasiyasını rəf edir və onların sidik ilə xaric olunmasını tezləşdirir. Nəticədə, böyrəkdaşı xəstəliyi simptomlarının tezliyi, ağırlığı və tutmaların tezliyi azalır. Tutmalararası interval uzanır. Litotripsiyadan sonrakı vəziyyət: Parçalanmış daşın qalıq hissəcik‐ lərinin xaric olunmasını yüngül‐ ləşdirir, yeni daşların əmələ gəlməsinin və sidik axarlarının pozulmuş toxumasının infek‐ siyasının qarşısını alır. Sidik‐cinsiyyət sisteminin ilti‐ habı (sistit, uretrit, pielonefrit): Sidik‐cinsiyyət traktının infek‐ siya törədicilərini ləğv edir və göynəmə, ağrı və tez‐tez əmələ gələn sidik buraxma ehtiyacı hissi

kimi simptomları yüngülləşdirir, sidik ifrazını sürətləndirərək, xəstə‐ liktörədici bakteriyaların xaric olun‐ masına və nəticədə infeksiyanın tez müalicə olunmasına səbəb olur. Sidik‐cinsiyyət sisteminin xroniki xəstəliklərinin kəskinləşmə hallarını azaldır (sistit, uretrit, pielonefrit). İstifadə olunan antibiotikin effektini gücləndirir. Neorenal SR preparatının müstəqil qəbulu antibiotiklər ilə müalicə bitdikdən sonra terapevtik kursun davamı kimi tövsiyə olunur. Neorenal SR preparatının yaxşı mənimsənilməsi və zərərsizliyi xroniki xəstəliklər zamanı onu uzun müddət qəbul etməyə imkan yaradır (6 aydan artıq). Podaqra: Sidik turşusunun sidik vasitəsi ilə xaric olunmasını sürətləndirir. Sidik turşusunun qanın tərkibində səviyyəsini azaldır. Kversetin flavonoidi, podaqra xəstəliyinin patogenezində əsas rol oynayan ksantinoksidaza və ksantindehidro‐ genaza fermentlərin aktivliyini azaldır. Ödemlər: Ürək‐damar, böyrək və iltihabi mənşəli ödemlərə faydalı təsir göstərir, kapillyarların keçiciliyini normallaşdırır. Sellülit: Sellülitin əmələ gəlməsi və inkişaf etməsinin əsas səbəblərindən olan dərialtı toxuma‐ da ləngiyən mayeni xaric edir. Tozağacı yarpaqları ekstraktı dərinin qan dövranını yaxşılaşdırır və kapillyarların nüfuz etmə qabiliyyətini normallaşdırır, bu isə, metabolitlərin dəridən xaric olun‐ ması və dərialtı toxumada ləngimiş mayenin azad olunmasını stimul‐ laşdırır. Beləliklə, dərialtı piy toxu‐ masında yağların daha effektiv yan‐ ması üçün əlverişli şərait yaranır. İstehsalçı: “Neopharm” şirkəti (Bolqarıstan)


76

mədəniyyəti Mübahisələr zamanı həqiqət doğulur. Şübhəsiz! Lakin heç də hamı öz fikrini sübut etməyi bacarmır: bəzən, mübahisə zamanı əsas arqument qışqırma və ya masaya vurulmuş yumruq olur. Hər kəs öz dediyində israrlı olmağa çalışır. Bir çox mübahisəçi, hətta ətrafdakıları da öz tərəfinə çəkməyə can atır! Lakin az adama bunlara nail olmaq və eyni zamanda xoş münasibətləri və nənənin on iki nəfərlik qədimi servizini qorumaq nəsib olur. Bəs, rəqibinə təhqir etmədən və incitmədən necə qalib gəlmək olar?

TƏNQİDİ TƏHLİL İşdə yalnız iş ilə bağlı mövzular haqqında mübahisə etmək olar. Əməkdaşların şəxsi həyatı müzakirə olunmur. Amma əmək haqqının artırılması və iş prosesinin təşkili haqqında fikir söyləmək sizin tam hüququnuzdur. İstehsalat müşavirələrində, adətən, diskussiyasız keçinmir. Unutmayın ki, ilk növbədə söz istəyən fikir

söyləyir. Məruzəçi fikrini tamamlamaq və yalnız bundan sonra sualları cavablandırmaq ixtiyarına malikdir. Hətta natiqin nitqində sizə nə isə şübhəli göründükdə belə onun sözünü kəsməyin. Öz suallarınızı yazılı şəkildə qeyd edin və nitq başa çatdıqdan sonra verin. Yaranmış diskussiyada arqumentasiya həmkarların şəxsi xüsusiyyətlərinə deyil, yalnız onun mövzusuna aid ola bilər. “Bu haqda fikir söyləmək üçün sənin çox az təcrübən var” kimi ibarələr mübahisədə dəlil ola bilməz. Hətta az təcrübəli əməkdaş da, problemin dahi həllini təklif edə bilər. Lakin müəllifi alçaltmaq deyil, onun nəzəriyyəsində zəif yerlərə toxunmaq və onların düzəlişi üçün yolları axtarmaq məqsədi ilə ən maraqlı təklif belə bəzən ətraflı və kostruktiv tənqid tələb edir. Rəy verərkən bu qaydalara riayət edin: 1. Yalnız hazırda sözü gedən mövzunu tənqid edin və natiqin əvvəlki səhvlərini xatırlatmayın. 2. Mütləq öz nitqinizi tərif ilə başlayın və bitirin: axı, müzakirə olunan mövzuda müsbət nə isə mövcuddur! Bunu ona görə etmək lazımdır


77 ki, mühazirəçi ruhdan düşməsin, əksinə, vəziyyəti düzəltməyə çalışsın. 3. Əməkdaşın şəxsiyyətini deyil, onun hərəkətləri və ya onların nəticələrini müzakirə edə bilərsiniz. 4. Tənqid edərkən, həmişə özünüz problemin həlli yollarını təklif edin. Konkret nəyə düzəliş etmək və bunun üçün nə qədər vaxt lazım olmasını dəqiq qeyd edin. Özünüz tənqidi məzəmmət obyekti olduqda, təmkinli olun. Öz ünvanınıza yönəlmiş tənqidi dinləmək heç də xoş deyil. Lakin heç kimin sözünü kəsmədən və özünüzə bəraət qazandırmağa çalışmadan, opponentlərin mülahizələrini xoş üzlə, diqqətlə və sakit dinləməli olacaqsınız. Söhbətin sonunda hamıya səmimi iştiraka görə minnətdarlıq bildirin. Həmkarlarınızın zahiri görünüşü, xasiyyəti və imiclərini müzakirə etməyi xoşlamasanız da, hər halda, bir qədər şəxsi məsələlərə də toxunmaq lazımdır. Geyim tərziniz rəhbərinizin xoşuna gəlmir? Lakin o, şirkətin dress-koduna uyğundursa, mübahisə və müzakirə obyekti ola bilməz. İşinizi yaxşı yerinə yetirdiyiniz haqqında müdirinizin fikri ilə maraqlanın, cavab müsbət olduqda, qarderobunuzun işinizə hansı aidiyyəti olduğunu soruşun?

AİLƏDƏ HİYLƏGƏR ARQUMENTLƏR Kişi heç zaman qadına mübahisədə birinci olmağı bağışlamır: son söz onun olmalıdır. Hətta qadın min dəfə haqlı olsa belə, kişi onun qalibiyyətini qəbul etmir. Ona görə də, kişini öz fikriniz ilə razılaşmağa yönəltmək üçün, onunla ümumiyyətlə mübahisə etmək lazım deyil! Elə bir hiss yaratmaq lazımdır ki, sizin fikriniz – onunkudur. Daha bir variant: sualı elə qoyun ki, kişi onun ilə razılaşmalı olsun. “Sən mənim məxsusi salatımı bəyəndin?” – “Hə” – “Onu tez-tez hazırlamağımı istəyirsən?” – “Hə” – “Amma onun hazırlanması çox vaxt aparır…” – “Hm, elədir..” – “İstəyirsənmi, mən onu daha tez hazırlayım və səninlə daha çox vaxt keçirim?” – “Əlbəttə!” – “Bəlkə, onda mətbəx kombaynı almaq yaxşı olardı?”. Ardıcıl təklif sırası ilə razılaşdıqdan sonra, son təklifə “yox” cavabı vermək çətindir: əvvəlki cavabların məntiqi son dəfə də “hə” cavabını verməyə sövq edir. Bu üsul valideynlər ilə mübahisələrdə də yaxşı işləyir.

ÖYÜDÜ HÖRÜMÇƏK BALALARINA VERİN! Bəzən, uşaqlar biz zənn etdiyimizdən daha çox anlayır və hər halda, dinlənilmək hüququna malikdirlər! Oğul və ya qızınız – beş və ya iyirmi beş yaşı olmasından asılı olmayaraq – diqqət tələb edirsə, onun halına qalmaq lazımdır. Uşağın dəlillərini və təkliflərini istehzasız, sözünü kəsməyə cəhd etmədən dinləyin. Bundan sonra, əgər şübhəniz varsa, onu düz başa düşdüyünüzü soruşun və yalnız sonra müzakirə olunan məsələ haqqında öz fikrinizi söyləyin. Uşaq ilə tayınız kimi danışın: elə bir diskussiya mövzusu və ya obyekti yoxdur ki, bunun üçün o “hələ çox balaca” olsun. Elə ola bilər ki, körpəniz müzakirə olunan mövzu üçün yetişdikdə, çox gec olsun: o, özü lazım olan bilikləri küçədən, televiziya verilişlərindən əldə edəcək və ən yaxın adamlara – valideynlərə etibarını itirəcəkdir. Xələfinizlə bütün məsələləri tam ciddiliyi ilə aydın faktların mahiyyətini anladaraq, öz fikrinizə dəlil gətirərək və onun nöqteyi-nəzərinə hörmət göstərərək müzakirə edin. Pis davranışı haqqında uşaq ilə mübahisə edərkən, konstruktiv tənqid qaydalarını unutmayın. Keçmiş günahlar deyil, yalnız konkret qəbahət müzakirə oluna bilər. Uşağın şəxsi keyfiyyətləri deyil, hadisə haqqında danışmaq lazımdır. Uşağı tərifləmək üçün səbəb axtarmağa çalışın, vəziyyəti düzəltməkdə ona kömək edin və enerjisini sülhə yönəldin.


78

Budur, məzuniyyət vaxtı çatdı. Əvvəlcə, sizi son zamanlar qıcıqlandıran hallar haqqında düşünün, sonra isə istirahətinizi elə planlaşdırın ki, sizi əsəbiləşdirən amilləri aradan götürəsiniz. Məsləhət № 1. Özünüzə münasib stress səviyyəsini təyin edin. Və normanı keçməyin. Sürprizləri xoşlamırsınızsa, yoxlanılmış marşrut və etibarlı kompaniyaları seçin. Sizinlə birlikdə yola düşən kəslə münaqişə ehtimalını minimum səviyyəsinə endirin. Bu mümkündür, çünki əsas “mübahisəli” zona olan məişətdən xaric olunursunuz. 5 günlük səfərə çıxarkən, özünüz ilə 25 dəst geyim götürməyin. Axı siz onları yalnız gündə 5 dəfə

paltar dəyişərək nümayiş etdirə bilərsiniz. Təsəvvür etdiniz? Sonsuz qarderob dəyişilməsi daimi gərginlik mənbəyinə çevriləcək. Məsləhət № 2. İstirahət zamanı özünüzün məxsusi tələbatlarınızı reallaşdırın. Əgər siz sakitlik və rahatlıq həvəskarı, bağpərvərsinizsə, istirahət üçün dünyanın o başına getməyə dəyməz. Daxmada yaşamaqdan, soba qalamaqdan və qarlı meşədə gəzişməkdən daha böyük həzz ala bilərsiniz. Öz hissiyyatlarınıza diqqət yetirin və onları mənəvi borc, ailə korporativliyi və ya dəb tendensiyalarına uyğunlaşmaq səylərindən ayırın.


Məsləhət № 3. Yeniliyi sınayın. İstədiyiniz və bəyəndiyiniz kimi istirahət edin, lakin hər dəfə istirahətinizə qeyri-standartlıq elementi daxil edin. Tutaq ki, siz, passiv vaxtkeçirmə həvəskarısınız, lakin bir dəfə dostlarınızın əhatəsində dağ döşünə çıxmaq heç də ziyan gətirməz. Bəyənməsəniz, bir daha buxarı qarşısında əlinizdə kitab ilə oturmağın da ləzzəti ayrıdır. Bəlkə, bəyəndiniz? Bəzən, zövq almaq üçün belə bir silkələnmə lazımdır. Ona görə də hərdən bir istirahət zamanı psixoloji komfort zonasını tərk etməkdən qorxmayın. Məsləhət № 4. Sağlamlığınızı qoruyun. İstirahət edərkən, insanlar arxayınlaşır və onların özünümüdafiə instinkti kütləşir ki, beləliklə, sağlamlıq təhlükəyə məruz qalır. Ona görə də, həssas mədə sahibisinizsə və əlinizin altında lazımi preparat yoxdursa, ekzotik yeməkləri dadmayın; soyuqlamamaq üçün, havaya uyğun geyinin və hazırlıq olmadan ekstremal idman növləri işə məşğul olmayın. Məsləhət № 5. Fayda axtarın. Məzuniyyət büdcənizin heç olmazsa 10%-nə necə qənaət etməyi düşünsəniz (putyovkalara olan endirimlər, pulsuz sağlamlaşdırıcı proseduralar, ucuz şopinq), daha böyük zövqlə istirahət etmiş olarsınız. Məzuniyyətə ailəniz ilə birlikdə gedin: ailəvi istirahət ən sərfəli istirahətlərdən biridir. Bir çox otellər uşaqlara pulsuz yaşamaq imkanı təqdim edir. İstirahətin dəyəri sizin tələbat səviyyənizə uyğun olmalıdır. Xidmətə qarşı yüksək tələblər irəli sürürsünüzsə, iki ulduzlu otelə getməyə dəyməz. Aza qane olansınızsa, bahalı otelə putyovka almaq mənasızdır – ulduzların sayı orqanizminizdə endorfinlərin miqdarına təsir edən deyil. Məsləhət № 6. Hər şeydə yaxşı axtarın. Məzuniyyət həmişə istədiyimiz kimi keçmir. Əgər bu, sizin də başınıza gəlmişdirsə, görkəminizlə hamıya narazılığınızı bildirmək ağılsızlıqdır. Şikayətləri və qəzəbinizi sonraya saxlayın, hələlik isə, sevinmək üçün səbəb axtarın. Diqqətinizi pozitiv üzərində cəmləyin və gələcəkdə səhvləri təkrarlamayın. Məsləhət № 7. Uğurlu keçmiş istirahətin “sənədli” şəhadətnamələrini saxlayın. Şəkillər, suvenirlər – bütün bu əşyalar istirahətdən sonra şirin həzz, keçmiş tətillərə ideallıq haləsi verəcək. Onların sayəsində daimi olaraq istirahətin incəliklərinə qayıdacaqsınız və beləliklə, xoş günlərin sizə bəxş etdiyi ləzzəti uzatmış olacaqsınız. Lakin bunun üçün şəkillər masanın üzərində gözəl çərçivədə, suvenirlər isə göz önündə olmalıdır ki, istənilən anda onlara baxmaq və toxunmaq mümkün olsun.


"Ailə Həkimi" Jurnalı 12 - 2009  

"Ailə Həkimi" Jurnalı Fevral - 2009