"Ailə Həkimi" Jurnalı 8 - 2009

Page 68

66 Dindar qadın idi. Namaz qılırdı. ‑ Bəs nənəniz necə qidalan‑ manıza fikir verirdi? Yoxsa müharibə dö vrü olduğuna gö rə kim nə tapırdı, yeyirdi? ‑ Hə elə idi. Ancaq o vaxt qidaların dadı‑tamı vardı. Hər şey təzə‑tər idi. O vaxtkı üzümün dadı hələ də damağımdan getməyib. İndi heç bir məhsulda əvvəlki dad qalmayıb. Yəqin kimyəvi mad‑ dələrin təsirindəndir. Yay ayların‑ da nənəm məni Gəncəyə aparırdı. Ata nənəm isə Quba tərəfdən Musabəyovlar ailəsindən idi. Musabəyovların hamısı sürgün olunanda yalnız mənim nənəm qalmışdı. Nənəm Ayna Sultanovanın doğma bacısıdır. ‑ Necə oldu ki, Eldar Quliyev rejissor oldu, uşaq vaxtdan bunu arzulayırdınız, yoxsa kimsə istiqamət verdi? ‑ Bir tərəfdən təsadüf olsa da, mən bunu tale, qismət sayıram. Onuncu sinfə kimi fizik olmaq istəyirdim. Məktəbi qızıl medalla qurtarmışdım. O vaxt orta məktəbi qızıl medalla qurtarmaq asan məsələ deyildi. Yadımdadır ki, mən məktəbi bitirən ili bütün Bakı məktəbləri üzrə cəmi 10‑12 nəfər qızıl medal ala bilmişdi. Rejissor

olmaq arzusuna gəlincə, onuncu sinifdə oxuyanda “Durnalar uçur” adlı bir filmə baxdım, bu film mənə çox təsir etdi. Və mən bu filmə baxandan sonra qərara gəldim ki, rejissor olmalıyam. Açığı həm ailəmiz, həm də qohumlar mənim bu istəyimi təəc‑ cüblə qarşıladı. Çünki mən əvvəllər fizika və riyaziyyatla daha çox məşğul olur, həmin fənlərin olimpiadalarında iştirak edirdim. ‑ Bəs Tofiq müəllim, sizin bu istəyinizi necə qarşıladı? ‑ Etiraz etmədi. İndi mən də onun kimi davranıram. Qızlarıma ixtisas seçimində sərbəstlik verdim. Qızımın biri həkimdir. Moskvada onkoloji mərkəzdə işləyir. Kimyaterapevtdir. Digər qızım isə universitetin filologiya fakültəsini bitirib. Bir neçə qısame‑ trajlı film ssenarisi var. ‑ İlk dəfə hansı filmi çəkdiniz? ‑ İlk dəfə diplom işi olaraq “Biri var idi, biri yox idi” adlı qısa metrajlı film çəkmişəm. Yazıçı Salam Qədirzadənin hekayəsi əsasında çəkmişdim. İlk böyük filmim isə “Bir cənub şəhərində”dir. Artıq 40 ildir ki, bu sahədəyəm və xeyli film çək‑

mişəm. ‑ Həkimlərlə bağlı kino çək‑ mək istəmisinizmi, belə bir şey fikrinizdən keçibmi? ‑ Mən hər əlamətə fikir verən insanam. Yolumdan pişik keçirsə, yolumu dəyişirəm. Hesab edirəm ki, ayın 13‑ü mənə düşmür. Ona görə də ayın 13‑də heç vaxt yeni bir işə başlamıram. Bu baxımdan həkimlərdən film çəkib, onların əlinə düşmək istəmirəm (gülür). Yəqin ki, qismət olmayıb. Mənim həkimlərə çox böyük hörmətim var. Qızım, kürəkənim də həkimdir. ‑ Həkimlərə işiniz çox düşüb? ‑ İstər‑istəməz yaş məsələsi özünü göstərir. ‑ Xarici ö lkələrdə 6 aydan bir həkim müayinəsindən keçmək adət halını alıb, bizdə isə nadir hallarda buna əməl edənlər olur. Bəs siz necə, tez‑tez müayinə olunursunuz? ‑ Qızım məni məcbur edir ki, mütəmadi şəkildə həkim müayi‑ nəsindən keçim. Çünki vaxtlı‑vax‑ tında həkimə getdikdə, xəstəliklər də azalır. Ona görə çalışıram ki, ildə 1‑2 dəfə müayinələrdən keçim. ‑ Sizcə, sağlamlıq iksiri nədədir? Sağlamlığı necə qoru‑ maq lazımdır? ‑ İndi stress halları artıb. Mən televizorda zəlzələ, cinayət hal‑ larının çox göstərilməsinin əley‑ hinəyəm. Belə şeylər insanları çox qıcıqlandırır. Əsəbləri tarıma çəkir. Hamı da bilir ki, bütün xəstəliklər əsəb nəticəsində ortaya çıxır. Gərək əsəblərimizi qoruyaq. Ətrafımızdakı insanlara, hər kəsə hörmətlə, diqqətlə, qayğı ilə yanaşsaq, stress halları da azalar, xəstəliklər də. ‑ Qidalanma zamanı rejim gö zləyirsinizmi? ‑ Pəhriz saxlamağa məcburam. Çünki məndə diabet tapdılar.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.