Page 1

İYUN-İYUL

2009

YAY MÖVSÜMÜ BAĞ QAYĞILARI GÜNƏŞƏ QARŞI FİLTİRLƏR HAMI ÇİMƏRLİYƏ! YAŞINIZLA DOSTLUQ EDİN!


TİBBİ KÜTLƏVİ JURNAL İyun - İyul 2009 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə Baş redaktor A.Məmmədova Redaktor Rəna Kərimova Tibbi redaktor Əli Nağıyev Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru

İCTİMAİ SƏHİYYƏ XEYİRXAH PEŞƏ...............................................................6

CAN SAĞLIĞI REZİSTENT VƏRƏM VƏ ONUN MÜALİCƏSİ HAQDA NƏ BİLİRİK?........................................................8 YAY MÖVSÜMÜ BAĞ QAYĞILARI.............................................................14 QARACİYƏR NİYƏ SUSUR?...........................................16 MENOPAUZA HAQQINDA ƏFSANƏLƏR....................................................................22

Fərid Ələkbərli tarix elmləri doktoru Aytən Səmədzadə Ülviyyə Əliyeva tibb elmləri namizədi Art-dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az Ümumi işlər üzrə menecer Natiq Nəbili “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az Qiyməti: 4 AZN Tiraj: 3500 CBS nəşriyyatında çap edilmişdir.

EV PARAZİTLƏRİNDƏN NECƏ QORUNAQ?..........................................................26 HAMI ÇİMƏRLİYƏ!..........................................................28 QƏDDAR TRİXOMONADLAR..........................................................29 QİÇS-Ə QARŞI BİRLƏŞƏK! (Həqiqət Qədirova ilə müsahibə)...................................30 XƏRÇƏNGDƏN MÜDAFİƏ.........................................................................36 NARKOTİKLƏRSİZ HƏYAT.............................................40

REPRODUKTİV SAĞLAMLIQ UŞAQLARDA SİNEXİYALAR..........................................46 ERKƏN NİKAHLAR.........................................................48


KÖRPƏM

XALQ TƏBABƏTİ

HƏKİMDƏN QORXMAYIN,

YAŞIL ÇAY..................................................68

UŞAQLAR!.................................................50 KƏLƏMİN FAYDASI...................................70 UŞAQLARIN İNKİŞAFI....................................................52

QİDALANMA SUPERMARKETLƏRİN

GÖZƏLLİK ONDUR...

RƏFLƏRİNDƏ............................................72

GÜNƏŞƏ QARŞI FİLTRLƏR..................................................56

ŞİRNİYYATA HƏVƏS.................................73

İNCƏSƏNƏT VƏ SAĞLIQ

PSİXOLOGİYA

MUSİQİ İLƏ MÜALİCƏ..............................58

ANA YOXSA, ATA: KİMİN ƏHƏMİYYƏTİ ARTIQDIR?.............74

QONAĞIMIZ “BİRİ VAR İDİ, BİRİ YOX İDİ...”

TEST: MENYU XASİYYƏTDƏN

(Kinorejissor Eldar Quliyev ilə

XƏBƏR VERİR...........................................76

müsahibə)..................................................64 YAŞINIZLA DOSTLUQ EDİN!....................78

BU SAYIMIZIN EKSPERTİ HƏQİQƏT QƏDİROVA Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor

səh.30


6

XEYİRXAH PEŞƏ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada icti‑ mai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazır‑ lanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tən‑ zimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyə‑ nin maliyyələşdirilməsi sahəsində isla‑ hatların aparılmasının metodik əsas‑ landırılmasını həyata keçirir.

Vətəndaşların həyat və sağlamlıqlarının qorunması dövlətin və cəmiyyətin xüsusi qayğısıdır. Əhalinin sağlamlığının tam mühafizəsi və onun ləyaqətlə yaşamaq və inkişaf etməsinə imkan verən şəraitlə təmin olunması dövlətin mənəviyyat siyasətinin meyarlarıdır. Bunların həyata keçirilməsində həkimin, onun professional fəaliyyətinin və mənəvi mövqeyinin rolu böyükdür. Ümummilli lider Heydər Əliyev həkimlik sənətinə yük‑ sək qiymət verərək 2001‑ci ildə 17 iyun tarixinin “Tibb işçiləri günü” elan edilməsi haqqında sərəncam imzala‑ mışdır. Həmin vaxtdan hər il 17 iyun bir ənənəyə çevrilərək, Azərbaycanda özlərini insanların həyat və sağlamlıqlarının mühafizəsinə həsr etmiş mütəxəssislərin bayramı, tibb işçiləri günü kimi qeyd edilir. Tibb işçiləri gününü təkcə həkimlər və orta tibb işçiləri deyil, tibb elminin inkişafında özünəməxsus xidmətləri olan, xəstəlik‑ lərin müalicə və diaqnostikası üçün yeni avadanlıqlar ixtira etməklə insanların sağlamlıqlarının qorunmasında əllərindən gələni edən mühəndis və texnoloqlar, müxtəlif sahələrdə çalışan kimyaçı, bioloq, laborant və başqaları da təntənəli şəkil‑ də qeyd edirlər. Tibb işçisinin fəaliyyəti onun vəzifə borcunun yerinə yetiril‑ məsi ilə bitmir. İnsanlar ondan nəinki tibbin istənilən sahəsində ensiklopedik biliklər, professionallıq, səriştə, eyni zamanda ruhən və emosional bağlılıq, canıyananlıq və mənəvi dəstək gözləyirlər. Min illərdən bəri bəşəriyyət həkimlik sirlərinə yiyələnməyə

Təbabət ticarət deyil, bir incəsənətdir; o sadəcə iş deyil, bir amaldır. Elə bir amaldır ki, ürəyin də, ağlın da ona xidmət etmiş olsun.


7 cəhd göstərmişdir. Həyatlarını təbabətin öyrənilməs‑ inə həsr etmiş insanlar cəmiyyətdə əvəzsiz nüfuza, böyük hörmətə malik olmuşlar. Tibb işçisinin əməyi həmişə dərin, çoxsahəli bilik, insanlara ruhi və fiziki qüvvə, qayğı, şəfqət verilməsini tələb etmişdir. Tibb sahəsində əhəmiyyətli elmi nailiyyətlər əldə olunma‑ sına baxmayaraq, indi də pasiyentlər həkimlərdən qayğı, həssaslıq, səmimi münasibət və xoş sözlər gözləyirlər. Heç bir peşə öz vacibliyinə görə tibb işçisi vəzifəsi ilə müqayisə oluna bilməz. İnsan həyatı boyu dəfələr‑ lə öz şəxsi dəyərlərini gözdən keçirir. Cavanlıq dövründə bu, təhsil, karyera, uğurdur, amma əvvəl‑ axır hamı o düşüncəyə gəlir ki, ən vacib dəyər sağlam‑ lıqdır, onsuz həyatın başqa ləzzətləri öz mənasını itirir. Əbəs yerə deyilmir ki, var ikən dəyəri bilinmə‑ yən xoşbəxtlik can sağlığıdır. Beləliklə israrla demək olar ki, tibb işçisinin peşəsi sosial baxımdan əhəmiyyətli və vacibdir. Vətəndaşların sağlamlığının mühafizəsi bu gün dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin "Respublikada Səhiyyə Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 13 mart 1998‑ci il tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır. Səhiyyə Sahəsində İslahatlar Proqramı hazırlanmış və artıq onun icrasına başlanmışdır. Hal‑hazırda dövlət proqramlarının həyata keçiril‑ məsi, müalicə‑diaqnostika müəssisələrinin tikilməsi, fəaliyyət göstərən tibb ocaqlarının yenidən qurul‑ ması, onların maddi‑texniki bazasının möhkəm‑ ləndirilməsi və yüksək texnologiyaların tətbiqi, qanunvericilik bazasının gücləndirilməsi, tibbi‑sosial və iqtisadi münasibətlərin yeni formaları olan ailə təbabəti prinsiplərinin və tibbi sığortanın tətbiqi milli siyasətin prioritetləridir. Göstərilənlərin hamısı Respublikada yüksək key‑ fiyyətli tibb xidmətinin təmin edilməsi və səhiyyədə aparılan islahatlara tam həcmdə nail olunmasına yönəlmişdir. Bu işdə tibb işçilərinin də əvəzsiz, peşəkar əməyi danılmazdır. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də Səhiyyə Sahəsində İslahatlar Proqramının bir hissəsi olan normativ‑hüquqi bazanın təkmilləş‑ dirilməsi, tibb işçilərinin peşəkar səviyyələrinin artırılması sahəsində müəyyən təlimat və qaydalar, bəzi xəstəliklərə dair klinik protokollar, o cümlədən “Həkimlərin etik davranış qaydaları”nın layihəsini hazırlamışdır. Tətbiq edilməsində əsas məqsəd səhiyyə müəssisələrinin nüfuzunun artırılması, səhiyyə müəssisələrinə və həkimlərə ictimai etimadın yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin

artırılması, səhiyyə müəssisələrində korrupsiyanın və həkimlərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, həkimlərin etik davranış qay‑ dalarına əməl olunmasının təmin edilməsi olan həmin sənəddə “həkim və cəmiyyət”, “həkim və pasient”, “həkim sirri” və s. kimi məsələlər öz əksini tapmışdır. Hörmətli həmkarlar !!! Ümummilli Liderimiz həkimlərə müraciətlə demişdir: "İnsanın sağlamlığını qorumaq, yaxud xəstəni xəstəlikdən xilas etmək xeyirxah peşədir, bö yük mənəvi işdir. Bu işin reallaşdırılması vəzifəsi siz həkimlərin üzərinə düşür”. Biz ‑ tibb işçiləri ‑ bir kərə and içərək gecə və ya gündüz, adi günlərdə və ya bayramlarda dünyada ən qiymətli olan ‑ sağlamlığın və insan həyatının keşiyində durmalı, öz peşəkarlıq və vətən‑ daşlıq borcumuza əməl edərək, hər bir pasiyentə istənilən vaxt yüksək səviyyəli tibbi yardım göstər‑ məliyik. Sizi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin kollektivi adından “Tibb işçiləri günü” münasibəti ilə təbrik edir, hamınıza can sağlığı, firavanlıq, insanlara şəfa bəxş edən, çətin və fədakar fəaliyyətinizdə nailiyyətlər arzulayırıq.


8

REZİSTENT VƏRƏM VƏ ONUN MÜALİCƏSİ HAQDA NƏ BİLİRİK?

Ötən saylarımızda adi vərəm və ağciyərdənkə‑ nar vərəm haqda sö hbət açmışdıq. Bu nö mrəmizdə də mö vzunu davam etdirmək qərarına gəldik. Səbəb isə bəşəriyyət üçün ən təhlükəli xəstəlik‑ lərdən biri olan vərəm və onun təhlükəli fəsadları haqda daha geniş məlumat əldə etməklə, ö lkəmizdə aparılan vərəmlə mübarizə kampaniyasına dəstəkçi olmaqdır. Ümumiyyətlə, qeyd etməliyik ki, 2007‑ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi 2007‑2015‑ci illərdə Vərəmin Dayandırılması Planının icrasına start verdi. Bu planın icrası üçün seçilmiş hədəf ö lkələr siyahısına Azərbaycan da daxildir, belə ki, dərmana davamlı vərəm xəstəliyinin səviyyəsinə gö rə ö lkəmiz Avropanın 18 prioritet ö lkələri sırasındadır. İlk yazımızda sizlərə vərəmin tarixi haqda təqdim etdiyimiz məlumata əlavə olaraq, qeyd etmək istərdik ki, vərəm bakteriyalarına 6500 illik yaşa malik arxeoloji qazıntılarda rast gəlinib. Bu bakteriyaların əlamətləri hələ qədim Misir mumiyalarında da tapılıb. Vərəm haqda ilkin qeydlərə qədim Çin və Sanskrit (qədim hind dili) yazılarında təsadüf edilir. Xəstəliyin ilk tibbi təsvirini eramızdan əvvəl 460 və 375 illərdə Hippokrat verərək, onu “phthisis” (zaisis) adlandırıb. Xatırlayırsınızsa, vərəmin tö rədicisi vərəm mikrobakteriyaları ‑ Mycobacterium (bəzən vərəm çö pləri də adlandırılır) ətraf mühit təsirlərinə dö zümlü olan mikroorqanizmlərdir. Vərəmə yolux‑ ma bu xəstəliyə düçar olmuş insanların ö skürərkən, asqırarkən, yaxud ucadan danışarkən ətraf mühitə ifraz etdikləri vərəm mikrobları hesabına baş verir.


9

UNUTMAYIN Kİ, ADİ VƏRƏM KİMİ REZİSTENT VƏRƏM DƏ MÜALİCƏ OLUNA BİLƏN XƏSTƏLİKDİR.

TAM MÜALİCƏ OLUNMAQ ÜÇÜN TƏLƏB OLUNAN YEGANƏ ŞƏRT XƏSTƏNİN İRADƏSİDİR. TƏBİİ Kİ, KEYFİYYƏTLİ MÜALİCƏ KURSU İSTİSNA OLUNMUR.


10 REZİSTENT VƏRƏM VƏ ONUN YARANMA TARİXÇƏSİ

Multirezistent vərəm – vərəm çö plərinin ən güclü təsirə malik olan izonazid, rifampisin və digər dərmanların kombinasiyasına eyni zamanda müqavimət gö stərməsidir. Başqa sö zlə, multirezis‑ tent vərəm halında bu dərmanların istifadəsi belə, ştamplı vərəm çö plərini zərərsizləşdirə bilmir. Bəzi ədəbiyyatlarda multirezistent vərəmə MDR (multi drug resistance – çox saylı dərmana davamlı) vərəm kimi də rast gəlmək olar.

1944‑cü ildə doktor Selman Vaksman strep‑ tomisini kəşf etdikdən sonra xəstəliyin dərmanla müalicə erası başlanıb. Streptomisini vərəmin müalicəsində istifadə edilə biləcək ilk aminoq‑ likozid antibiotik preparat idi. Qeyd etmək lazımdır ki, bu kəşfinə gö rə doktor Vaksman Nobel mükafatı ilə təltif olunub. Təəssüflə qeyd olunmalıdır ki, qısa müddətdən sonra vərəmin dərmanla müalicəsində yalnız strep‑ DOTS STRATEGİYASI: tomisindən istifadənin kifayət etmədiyi məlum “Adi vərəmə” yoluxmuş insan birinci sıra dər‑ oldu. Vərəm bakteriyalarında bir çox mikroblara manların tətbiqi ilə 6‑12 aylıq tam kurs müalicədən xas genetik mutasiya etmək qabiliyyəti nəticəsində sonra sağala bilir. Rezistent vərəmin müalicəsi isə bu dərmana qarşı müqavimət – rezistentlik yarandı. 2‑ci sıra dərmanlarla 18‑24 aya kimi davam edir. Bu 1949‑cu ildə streptomisinin PASK (para‑aminsalisil preparatlar 1‑ci sıra dərmanlardan qat‑qat bahadır. turşusu) ilə istifadəsi bu preparata qarşı rezis‑ Təsəvvür edin ki, dərmana davamlı vərəmin müali‑ tentliyi aradan qaldırdı. Lakin bu da uzun çəkmədi cəsi adi vərəmdən fərqli olaraq 10‑15 dəfə baha və az müddətdən sonra vərəm çö plərində bu kom‑ olur. binasiyaya qarşı rezistentlik yarandı. Beləliklə, 1950‑ci illərdə vərəmin bir Vərəmin müalicəsində əhəmiyyətli nailiyyətlərdən biri dərmanla müalicəsinin mümkünsüzlüyü 1994‑cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam sübut olundu. Bundan sonra tərəfindən tətbiq olunan DOTS strategiyasıdır. DOTS bir‑ vərəmin rezistent formasının müalicəsi başa nəzarət üsulu ilə qısa müddətli müalicə kursudur. üçün bir neçə yeni dərman preparatın‑ DOTS əsasən 5 elementdən ibarətdir: siyasi ö hdəlik, dan istifadə olunmağa başlandı. Nəticə bəlğəm nümunələrinin keyfiyyətli və zəmanətli etibarı ilə eyni zamanda bir neçə dər‑ mikroskopik müayinəsinə çıxış, birbaşa nəzarət üsulunun mandan istifadə belə mutasiyaların daxil olduğu standartlaşdırılmış qısa müddətli kimyəvi qarşısını almaqla vərəm çö plərində dər‑ müalicə, kəsilməz keyfiyyətli və zəmanətli dərman mana qarşı müqaviməti də aradan təchizatı, həmçinin qeydiyyat və hesabat sistemi. qaldıra bilir və xəstəliyin rezistent for‑ masının müalicəsini tam mümkün edirdi. Nəhayət, XX əsrin 50‑60‑ci illərində rezistent vərəm Dünya Bankının son araşdırmalarına gö rə, əleyhinə ən təsirli rifampisin və uzoniazid adlı dər‑ DOTS hazırda dünyada mö vcud olan ən effektiv və manların tapılması təbabət aləmində vərəmlə qənaətli üsuldur. DOTS müalicəsi zamanı vərəmə mübarizənin sona çatdığı haqda ümumi bir fikir yoluxmuş xəstə üçün fərdi müalicə sxemi təyin yaratdı. Lakin az keçmədi ki, bu da ö zünü doğrult‑ olunur. DOTS adi və ya minimal formalı rezistent madı. Buna səbəb isə birinci sıra dərman preparat‑ vərəmli xəstəlik halının müalicəsində tətbiq larından istifadədən sonra təkrar yoluxmanın edilərsə, onun effektlilik əmsalı 95%‑ə bərabərdir. müalicəsi zamanı multirezistent (çox saylı müqavi‑ Bu isə adi vərəmlə yoluxmanın kəskin azalması və mət) vərəmin yaranması idi. Vərəmin rezistent for‑ rezistent vərəm halının yaranmasının qarşını masının yaranma səbəblərindən başlıcası isə onun almağa tam kifayət edir. qeyri‑müntəzəm və qeyri düzgün müalicəsi idi.

Qeyri‑müntəzəm və qeyri düzgün müalicəyə aşağıdakılar daxildir: ‑ xəstənin müalicəni tam başa çatdırmamağı; ‑ kimyəvi müalicə sxeminin düzgün qurulma‑ mağı; ‑ lazımi çeşiddə və miqdarda preparatlarının olmamağı; ‑ təşkilati məsələlərə biganə münasibət; ‑ xəstənin orqanizmində bəzi fəsadlı halların olması.

Rezisistent vərəm xəstələrinin müalicəsində DOTS strategiyasından davamı kimi DOTS Plus tətbiq edilir. DOTS Plus 2‑ci sıra dərmanların tət‑ biqi ilə həyata keçirilən daha sistemli və uzunmüd‑ dətli idarəetmə strategiyasıdır. 1‑ci sıra dərmanlar‑ dan fərqli olaraq DOTS Plus müalicə üsulunda isti‑ fadə olunan 2‑ci sıra dərmanlar daha toksik (zəhərli) təsirli və olduqca bahalıdır. Qeyd etmək lazımdır ki, DOTS Plus strategiyasında yalnız DOTS əsaslı effektiv vərəmə nəzarət proqramının mö vcud olduğu zaman istifadə oluna bilər.


Uşaqlıq boynu xərçəngindən müdafiə

Uşaqlıq boynu xərçəngindən etibarlı müdafiə üçün yeni vaksin

HƏR BİR QADININ ÖZÜNÜ UŞAQLIQ BOYNU XƏRÇƏNGİNDƏN QORUMAĞA ŞANSI OLMALIDIR Ötən sayımızda dərc olunan alman alimi Tino Schwarzın uşaqlıq boynu xərçənginin (UBX) profilaktikasında peyvəndin rolundan bəhs edən məqaləsindən sonra redaksiyamıza çoxlu zənglər və suallar daxil olub. Bunu nəzərə alaraq, bir sıra mütəxəssisdən müsahibə gö türmüşük. T.e.n., Əməkdar elm xadimi, professor Şəmsəddinskaya Naziyə 2007‑ci ilin payızında ginekoloqların arsenalında Servariks bivalent vaksini meydana çıxıb, hansı ki insan papilloması virusunun (İPV) 16 və 18 tiplərinə qarşı davamlı immunitet yarada bilər. Bu dö vr tarixə ö zlərini onkoloji patologiya ilə mübarizəyə həsr edən yüzlərlə alimin gerçəkləşən ümidləri ili kimi yazılacaq. Uzun illər boyu vaksinin hazırlan‑ masından qabaq aparılan epidemioloji və eksperimental tədqiqatlar servikal epitelinin xərçəng qabağı dəyişikliklərinin və uşaqlıq boynu xərçəngi (UBX) inkişafının bö yümə riskini bu tip İPV‑nin təşəbbüsündən olmasını təsdiq etdi. Bu patologiya hər il bütün dünyada reproduk‑ siya funksiyasının itirilməsinə, şikəstliyə və yüz minlərlə qadınların ö lümünə

gətirib çıxardır. Bu gün vaksinlə peyvənd etməyə UBX‑ nin ilkin profilaktikası kimi baxılır. Belə fikir sö ylənilir ki, əgər bütün qızlar cinsi həyata başlamadan UBX‑yə qarşı vaksinlə peyvənd olunsalar, o zaman 15‑ 20 ildən sonra UBX xəstəliyinə yoluxmanı mühüm dərəcədə endirmək olar. Azərbaycanda artıq Servariks vaksini mö vcuddur, hansı ki daha çox rast gələn və UBX hallarının 70%‑nə səbəb olan İPV‑16 və İPV‑18 (qalan halları 31, 33, 35 və s. ştammlarla əlaqələndirirlər) onkogen ştammlarına qarşı spesifikdir. Bu vaksin yuxarı yaş həddinin məhdudlaşdırılması olmadan istifadə üçün qeydiyyata salınıb. Bu gün qızların cinsi həyata başlamadan vaksinasiya olunması ilə məhdudlaşma‑ yaraq, qadınların istənilən yaşda vaksi‑ nasiyasından sö z açılır, o faktı nəzərə alaraq ki, dünyada UBX xəstəliyinə yolux‑ manın 2 etapı mö vcuddur: birinci 30‑35 yaşlar arasına düşür (ilkin yoluxma nəticəsində), ikinci 60 yaşına düşür (təkrar yoluxma nəticəsində). 1900 qadının iştirak etdiyi Servariks vaksininin effektivlik tədqiqatları inadla gö stərdi ki, vaksin İPV‑16 və İPV‑18 tərəfindən yaranan uşaqlıq boynu xərçəngi və xərçəng qabağı zədələnmələrdən 7 ildən çox müddətə


13 100%‑lik qorunmanı təmin edir. İmmun qorunmanın daha çox müddətə uzanmasının imkanını gələcək gö stərəcək. Bu suala gələcək klinik tədqiqatların nəticələri cavab verəcək. T.e.n., Azərbaycanın əməkdar həkimi, Tibb Universitetinin II Mamalıq və Ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova UBX probleminə belə maraq təsadüfi deyil, çünki bu qlobal miqyasda bəşəriyyətin sağlamlığı ilə bağlıdır və deməli, Azərbaycan millətinin sağlam‑ lığına da bilavasitə təsir edir. 45 yaşadək qadınlarda geniş yayılmış onkoloji xəstəliklərdən ikincisidir ki, yalnız süd vəzinin xərçəngindən geri qalır və qadın cinsi orqanlarının qorxulu xəstəliklərindən ö lüm səbəbləri arasında birincidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına gö rə, dünyada hər il 500 minə yaxın xəstəlik faktı qeyd olunur və onlardan hər ikincisi diaqnoz qoyulduqdan sonra bir il ərzində dünyasını dəyişir. Hazırda bütün dünyada xəstəliyin cavanlaşması tendensiyası fonunda UBX‑nin inkişafının xeyli tezləşməsi müşahidə olunur: son 10‑15 il ərzində qadınların reproduktiv yaşında xəstələnməsi halları çoxalıb. Bu gün papilloma virus infeksiyası mərhələsindən UBX‑yə transformasiyasınadək vaxt müddəti xeyli azalıb, bu patologiyanın risk faktor‑ larının aqressivliyi çoxalıb və bu da şübhəsiz ki, klinisist (klinikada işləyən və praktiki həkimlikdən əlavə elmi müşahidə və tədqiqatla məşğul olan həkim) narahatlığına səbəb olur. Buna gö rə də UBX problemi çox bö yük diqqət və təcili həll tələb edir, bu isə bir neçə üsulla mümkündür: qadınların bu patologiya barədə məlumatlandırılması və savadlılığı, həmçinin profi‑ laktikanın, UBX‑nin inkişafında risk faktorlarının müəyyənləşdirilməsi və onlara maksimal təsir gö stərməsi üzrə geniş tədbirlərin keçirilməsi. Son illər ərzində UBX‑nin təsdiqlənmiş virus etio‑ logiyası səbəbindən vaksin profilaktikasına bö yük diqqət gö stərilir və sitoloji yoxlama bö yük əhəmiyyət kəsb edir. Sitoloji yoxlama profilaktika üsulu kimi xərçəng qabağı dəyişikliklərin üzə çıxarılması və vaxtında müalicəsini təmin etmək məqsədi ilə bütün qadın‑ ların heç olmasa ildə bir dəfə müayinə edilməsini nəzərdə tutur. Unutmamaq lazımdır ki, yalnız kom‑ pleksli vaksinasiya və müntəzəm profilaktik yoxla‑ malar ən yaxşı tərzdə UBX‑dən qorunmağa imkan yaradar. UBX‑yə səbəb olan bu virusdan qadınları qoru‑ maq üçün effektiv dərmanın hazırlanmasına alim‑ lərin çox illəri sərf olunub. Nəhayət, tədqiqatlar

sarsıdıcı nəticələr gətirdi. Dünyaya insan papilloması virusunun inkişafını dayandıran və bununla da xərçəngdən qurtulmaq imkanını yaradan Servariks vaksini gəldi. Servariks UBX‑dən qoruyan vaksin kimi, müasir tibb elmində əsl gurultu qopardı. Bu vaksin qadınları demək olar ki, 100%‑ə qədər İPV‑16 və İPV‑18 ştammlarından xilas edir, həmçinin cinsi orqanların xəstələnməsinin qarşısını alır. Hazırda bu vaksin Azərbaycanda istifadəyə icazəsi verilən İPV profilak‑ tikasının yeganə vasitəsidir. Vüqar Eyvazov, dermato‑veneroloq, ATU, dermato‑venerologiya kafedrası, “Sağlam ailə” klinikasının direktoru Uşaqlıq boynu xərçəngi bütün dünyada ciddi tibbi problemdir. İnsan papilloması virusları UBX hal‑ larının 99%‑ni tö rədir. Papilloma virusları arasında ən geniş yayılmış onkogen tiplər 16, 18‑dir. Bu virus‑ lar bütün dünyada 70%‑dən çox hallarda uşaqlıq boynu xərçənginin səbəbidir. İPV və uşaqlıq boynu xərçənginin profilaktikası üçün dünyada kombinə olunmuş strategiyadan isti‑ fadə olunur: 10 ‑12 yaşından başlayaraq, vaksinasiya və sitoloji yoxlama. Sitoloji yoxlama yalnız virusun və ya uşaqlıq boynunun xəstəliklərini aşkar edir. Vaksinasiya isə İPV ilə yoluxmadan və uşaqlıq boynu xərçənginə keçməsindən müdafiəni təmin edir. “Sağlam ailə” klinikası “Azərbaycan genofon‑ dunun keşiyində” şüarı altında əhaliyə xidmət gö stərir. Əsas amalımız gənclərin və yeni ailə quran‑ ların müasir müayinə mədəniyyətinə uyğun olaraq maarifləndirilməsi və infeksion Chek‑up‑larla müayi nəsidir. Klinikamıza olunan müraciətlər nəticəsində müəyyən edilib ki, insan papilloması virusları ən geniş yayılmış infeksiyalardandır. Hazırda dünyada papilloma viruslarının “servikal skrininq” ( sitoloji yoxlama) adlanan müayi nəsi geniş tətbiq olunmaqdadır. Respublikamızda isə ilk dəfə papilloma viruslarının sitoloji yoxlama metoduna uyğun olaraq, molekul‑ yar diaqnostikası məhz “Sağlam ailə” klinikasında tətbiq olunmağa başlayıb. Bu metodlara papilloma‑ ların genotip və sitoloji yoxlama müayinəsi, xüsusi onkogen tiplərin titrinin müəyyən edilməsi, PAP‑ Smear test və s. aiddir. Klinikamızda papilloma viruslarına qarşı vaksi‑ nasiya aparılır. Klinikamızda 16, 18 onkogen tiplərə qarşı Servariks vaksini uğurla tətbiq olunur. Bu vaksin ö zünü uşaqlıq boynu xərçəngindən müdafiə etmək üçün 10 yaşından başlayaraq, qız və qadınlara məsləhət gö rülür. Ailənizi sağlam qurun!


14

YAY MÖVSÜMÜ –

BAĞ QAYĞILARI GÜNƏŞDƏN QORUNUN! Yaz günəşi heç də yaydan mərhəmətli deyil – qaralmaq çox asandır. Qarsalanmış dəri üçün hər kəsin öz resepti var. Ev vasitələrindən turşumuş xama və ya qatıq kömək edir. Alışıb yanan dərini zəif sirkə məhlulu sakitləş‑ dirə bilər. Bunun üçün yanmış sahələri sirkədə isladılmış tampon ilə silmək kifayətdir. Günəş şüalarının çoxluğu dəri üçün arzuolunmaz aqibətlə nəticələnə bilər. Bu zaman dərinin tərkibində D vitaminin istehsalı çətinləşir ki, bu da dərinin qocal‑ masını tezləşdirir. Bundan başqa, ultrabənövşəyi şüaların təsiri altın‑ da dəri öz təbii müdafiəsindən məhrum olur. Sonradan onun üzərində müxtəlif törəmələr əmələ gəlir – tünd ləkələr, ziyillər, xallar, papillomalar, herpes aktivləşir. Və ən əsası onkoloji xəstəliklər riski çox artır. Açıq günəş altında çılpaq vəziyyətdə 40 dəqiqədən artıq qal‑ maq olmaz. Və bunu günəşin ən az fəal olan vaxtlarında etmək lazımdır: səhər saat 12‑dək və saat 16–dan sonra. Bağ sahəsində işləyərkən, bütün bədəni günəşdən qorumaq mən‑ tiqə uyğun olardı. Açıq rəngli pambıq parçadan tikilmiş yaxalıqlı köynək kifayət qədər uzun


15 olmalıdır. Şalvar uzun, lakin yüngül olmalıdır. Və baş örtüyünü də unutmayın. Panama və ya saman şlyapa günəş zərbəsinin qarşısını almağa kömək edər. Lakin hər ehtimala qarşı, üzünüz və əllərinizə günəşdən qoruyan krem çəkin. Günəş eynəyi geyinmək də məs‑ ləhətdir. Günəş zərbəsindən qoruna bilmədikdə isə ləngimədən zərərçəkmişi kölgəyə aparmaq, köynəyin yaxalığını açmaq və paltarın digər sıxıcı hissələrini boşaltmaq lazımdır. Sonra ona sərin su vermək, başı‑ na soyuq kompres qoymaq və bədənini yaş dəsmal ilə silmək lazımdır. Naşatır spirti ilə islanmış pambıq parçası da ona özünə gəlməyə kömək edə bilər.

bərk döşəmə üzərində uzanmaq yaxşı olardı. Yüksək qan təzyiqi olan insanlara başı aşağı vəziyyətdə işləmək olmaz. Beli bükülmüş vəziyyətdə işləmək onurğanı yükləyir. Ləkləri çömbələrək, otu‑ raq vəziyyətdə işləmək lazımdır. Qadınlar üçün bu, faydalıdır, çünki kiçik çanaq orqanlarında qan durğunluğunun qarşısını alır. Yüksəklikdə işləməli olduqda, əl nərdi‑ vanından istifadə edin.

SU İLƏ EHTİYATLI OLUN! Bağa gələrkən bulaq və ya şəxsi quyudan sərin su içmək həvəsindən qaçmaq çətindir. Lakin təbii qaynaqlardakı çiy su, dizenteriya, qarın yatalağı və ya hepatit ilə “mükafatlandırmağa” qadirdir. Ona görə də quyu və ya bulaq suyunu yalnız uzun müddət qaynatdıqdan sonra istifadə etmək olar. Adi şəraitdə insana gün ərzində 1‑1,5 litr su kifayət edirsə, bağda işləyərkən orqanizmə 2‑2,5 litr maye tələb olunur. Lakin bundan artıq olmaz, çünki artıq maye də zərərlidir. Onunla bərabər qan həcmi də artır və bu qanı ürəkdən keçirtmək üçün ürək daha intensiv çalışmağa məcburdur. Böyük fiziki gərginlik zamanı isə bu, ürək üçün təh‑ lükəlidir. Daim su içmək istəyirsinizsə, susuzluğu minimal miqdarda maye ilə yatırmaq lazımdır. Soyuq su bu məqsəd üçün daha az yararlıdır, nəinki ilıq və ya qay‑ nar. Təsadüfi deyil ki, Şərqdə istidən çay, özü də yaşıl çay vasitəsilə xilas olunurlar. Lakin bir qədər duz qatılmış su da yarayır. Tər vasitəsi ilə çoxlu duz xaric olunur və duzlu içki orqanizmdə duz balansını bərpa etməyə kömək edir. Qazlı, lakin şirin olmayan su da susuzluq hissini azaldır. Mayeni tələsmədən, kiçik qurtumlarla içmək lazımdır. Bir stəkan su içdikdən sonra 10‑15 dəqiqə gözləmək lazımdır və yalnız sonra yenidən içmək olar.

İŞLƏYƏRKƏN, İSTİRAHƏTİ UNUTMAYIN! Eyni vəziyyətdə 15‑30 dəqiqədən artıq işləmək olmaz. Hər bir əzələ gərginliyini boşalma ilə əvəz‑ ləmək lazımdır. Yorğunluq hiss etdikdə, mütləq fasilə edin. Belinizi düzəldin, əllərinizi başınızın üzərinə qaldırın və dartınaraq, əllərinizi yelləyin. Sonra əllərinizi başınızın arxasına ataraq, çiyinlərinizi axıradək açın. Bel ağrıları zamanı bir neçə dəqiqə

ƏLLƏRƏ QAYĞI GÖSTƏRİN! Torpaqda işləyərkən, əlləri hamar və qəşəng saxla‑ maq çətindir. Belə hallarda pambıq və ya dəri əlcəklər köməyə gələ bilər. Onlar əlləri qabar və kəsiklərdən etibarlı şəkildə qoruyar. Əllərinizə hər axşam kərə yağı çəksəniz, dərisi yumşaq və zərif olacaqdır. Kartof bişirərkən, həlimini atmayın. Onu axşamadək saxlayın, sonra bir qədər isidin və gecəyə doğru 10 dəqiqə əllərinizi onun içində saxlayın. Əllərin üzərindəki çat və sıyrıqları yod ilə işlədikdən sonra diş pastası çəkin və quruyanadək saxlayın. İltihab keçir və yaralar daha tez sağalır.


16


17 ZƏRİF VƏ HƏSSAS TƏBİƏTLİ ORQAN

• 0,5 kq bal və bir o qədər quşüzümündən qarışıq hazırla‑ yaraq, bankaya yığın və soyuducu‑ da saxlayın. Gün ərzində 5 xörək qaşığı qəbul edin; • Həftədə 1‑2 günü boşalma günü edin ‑ ət, donuz piyi, kolbasa, sosiska, kotlet və yumurtadan imtina edin. Ətsiz keçinə bilmirsinizsə, toyuğun döş ətini suda qaynadın, sonra onu doğra‑ yaraq, tərəvəz salatına qatın və üzərinə zeytun yağı əlavə edin.

Qeyri‑düzgün qidalanma, hərəkətsizlik, spirtli içkilərdən sui‑ istifadə və müntəzəm stresslərdən başqa qaraciyərin işinə viruslar, müxtəlif parazitlər və toksinlər də mane olur. Deməli, elementar pro‑ filaktika ölçüləri haqqında nəticə çıxarmaq çox asandır. • Qidanı gün ərzində 5 dəfə, kiçik porsiyalarla qəbul etməyə və sutkada 2 litrə yaxın maye içməyə çalışın; Nəzərə alın ki, hər hansı • Hər gün mümkün qədər çox qaraciyər xəstəlikləri zamanı ciddi hərəkət edin. Səhər gimnastikası pəhrizə riayət etmək zəruridir. edin, piyada gəzin, qaçın, üzün, idman zalına gedin. Və çəkinizə nəzarət edin: piylənmə zamanı BİLMƏK qaraciyər avral rejimdə çalışır (orqanizmdə artıq piydən azad VACİBDİR olmağa can atır) və tez Qaraciyər gecə saat 1-dən qüvvədən düşür; 3-ə qədər daha aktivdir. Biz yuxu• Spirtli içki qəbul edərkən, da olarkən, o, bərpa olunur, gün onun zərərini minimuma ərzində orqanizmdə toplanan zərərli endirməyə çalışın; maddələri neytrallaşdırır və xaric • Stresslərə davam gətir‑ edir. Hər hansı səbəbdən qaraciyər məyi öyrənin: autotreninq, bu vəzifənin öhdəsindən bioenergetika, yoqa, ayurveda, gəlmədikdə, səhər siz fen‑şuy ilə məşğul olun; özünüzü əzgin hiss • Müxtəlif parazitlərin mənbəyi edəcəksiniz. olan balıq, ət və donuz piyini yal‑ nız mağazalardan və bağlı yer‑ lərdən alın. Şəxsi gigiyena qay‑ dalarına ciddi riayət edin. DİAQNOSTİKA Bəla ondadır ki, bu vacib orqanda baş verən nasazlıqdan QİDA QAYDALARI erkən xəbər tutmaq olmur. Ona Bu tövsiyələrə riayət etmək qaraciyərinizə etmiş olduğunuz ən görə ki, qaraciyərdə sinir son‑ luqları mövcud deyil, yəni sadə kiçik yaxşılıqdır. qaraciyər ağrımır, ölçüləri • Səhərinizi suda bişirilmiş böyüdükdə isə yalnız ağırlıq və yulaf aşı ilə başlayın. Hazır sıyığa alma parçaları əlavə edin. Bu bitki diskomfort hissi əmələ gəlir. Sağ qabırğaaltı nahiyədəki ağrılar öd qaraciyəri çox yaxşı bərpa edir; • Hər gün bir stəkan qatıq, kefir kisəsi ilə bağlı problemlərdən xəbər verir (orada sinir sonluqları için və ya yağsız yoqurt, kəsmik mövcuddur). Məhz bu səbəbdən, yeyin. Südturşulu məhsullar həzm qaraciyərin bir çox xəstəlikləri prosesini yaxşılaşdıraraq, yağları xəlvəti və praktiki olaraq, hər parçalayır və bununla da hansı xarakterik simptomlarsız qaraciyərin yükünü azaldır; inkişaf edir. Qaraciyərin nasaz‑ • Müntəzəm olaraq, balqabaq, lığından xəbər verən düzgün yerkökü, şirin bolqar bibəri, pomi‑ dor, qreypfrut, portağal, mandarin əlamətlərdən biri sağ ayağın çeçələ barmağı altında əmələ gələn (rahat və limon yeyin; ayaqqabı geyinirsinizsə belə)

döyənəkdir. Digər simptomlar: • Dilin üzərində ağ ərp; • İştahanın pozulması; • Qarında ağrılar; • Çəkinin nəzərə çarpan azal‑ ması; • Ürəkbulanma; • Gəyirmə; • Yağlı yeməyin mənim‑ sənilməməsi; • Yuxu pozğunluğu; • Zəiflik; • Həddən artıq yorğunluq; • Vaxtaşırı baş ağrıları və baş‑ gicəllənmə; • Dəri qaşınması; • Dəri və dilin rənginin dəyiş‑ məsi.

İNSAN ORQANİZMİNİN FİLTİRİ Qaraciyər həzm prosesinin ən iri (çəkisi orta hesabla 1,5 kq‑a çatır) və əvəzolunmaz orqanıdır. O, qarın boşluğunun yuxarı hissəsində və qismən, sol qabırğaaltı nahiyədə yerləşir. Bir dəqiqə ərzində qaraciyərdən 1,5 litrdən artıq qan axır, onun damar‑ larında isə insan qanının ümumi həcminin 20%‑ə qədəri yerləşə bilər. Qaraciyər qida ilə daxil olan və ya bağırsaqda əmələ gələn toksik birləşmələri neytrallaşdırır.

ƏSRLƏRİN DƏRİNLİYİNDƏN Bəzi qədim təbiblər hesab edirdi ki, qaraciyərdə insanın ruhu məskunlaşıb. Onların fərziyyəsini müəyyən məna‑ da müasir tədqiqatçılar da təs‑ diqləyir. Onlar təyin ediblər ki, qaraciyərin pozğunluqları qaçılmaz olaraq, depressiya və şizofreniyayadək sinir sis‑ teminin ciddi xəstəliklərinə gətirib çıxarır; Çin təbibləri orqanizmin qocalma prosesini qaraciyərin vəziyyəti ilə müqayisə edirlər.


18 Qaraciyər yağ, karbohidrat və zülal mübadiləsində iştirak edir. Belə ki, onun daxilində bir çox həyati vacib qan zülalları sintez olunur. Bundan başqa, o, eritrositlərin parçalan‑ masında iştirak edir. Onun tərki‑ bində bir çox vitaminlər (A, D, K, C, PP), qida maddələri (qlikogen), mikroelementlər (dəmir, kobalt, manqan, miss, molibden) mövcud‑ dur. Qaraciyər immun sistemi hüceyrələrinin və immun reak‑ siyaların inkişafında iştirak edir. Beləliklə, bu orqan nəinki orqanizm filtri, həmçinin biokimyəvi laboratoriyasıdır.

TƏMİZLƏMƏ Qaraciyəri, yalnız öddaşlı xəstəlik olmadıqda təmizləmək olar.

İlk 7 gün ərzində – vegetarian pəhrizə riayət edin və iki gündən bir imalə edin; 8‑ci gün – bağırsaqları səhər ac qarına yuyun; 9‑cu və 10‑cu gün – istənilən miqdarda yalnız yaşıl və ya sarı almalardan hazırlanmış təzə şirə için; 10‑cu gün – şirə içməyə davam edin, lakin yalnız axşam saat 7‑ dək. Sonra badrənc otu cövhəri əlavə olunmuş vanna qəbul edin: • 300q əzilmiş quru xammalın üzərinə 3 litr qaynar su əlavə edin, 2 saat dəmləyin, sonra süzün. Cövhəri yarıyadək dolmuş van‑ naya əlavə edin. Suyun hərarəti – 38‑39°C, proseduranın müddəti – 15 dəqiqə olmalıdır. Sonra məhrə‑ ba ilə yaxşıca silinin və yatağa

uzanın. Sağ böyrünüz altına isti qrelka yerləşdirin və hər 15 dəqiqədən bir 3 xörək qaşığı zey‑ tun yağı və limon turşusu qəbul edin (məhz bu ardıcıllıq ilə). Hər komponentdən cəmi bir stəkan içmək lazımdır. 2‑3 saatdan sonra qrelkanı götürün və yatın. • 11‑ci günün səhəri ayaqyolu‑ na gedin. Nəcisin rəngi yaşımtıl olmalı, konsistensiyası plastilinvari və pis qoxulu olmalıdır. Adətən, tualetə 2‑3 dəfə getməli ola‑ caqsınız. Bağırsağın boşalmasını hiss etdikdə, təmizləyici imalə edin. • Bundan sonra yüngül səhər yeməyi yeyin: su ilə bişirilmiş yulaf sıyığı və ya diyetik kəsmik (100‑150q) və əvvəlcədən itburnu meyvəsindən hazırlanmış bir stəkan isti həlim için.

“QARACİYƏR GİMNASTİKASI” Çıxış vəziyyət – arxası üstə uzanıqlı (çarpayıda da olar): Təsəvvür etdiyiniz velosipedin pedallarını 30 saniyə ərzində ayaqlarınızla fırladın;

əllərinizi yana salın. Uzun müddətli nəfəs vermə – sol tərəfə əyilin, gözlərinizi geniş açaraq, “ş” hərfini tələffüz edin. Təsəvvür edin ki, bütün bəlalar qaraciyər və öd kisəsini tərk edir. Nəfəs vermədən sonra çıxış vəziyyətinə qayıdın və bir neçə dəfə sadə nəfəs alın və verin.

1 2

Sol böyür üzərinə çevrilin, eyni zamanda sağ ayaq və əlinizi qaldırın, bu vəziyyəti 1‑2 saniyəlik saxlayın və çıxış vəziyyətinə qayıdın; Qarnınız üzərinə çevrilin, kürəyinizi bir qədər bükün və yarım dəqiqə ərzində brass üsulu ilə “üzün”;

3

Dizləriniz və əlləriniz üzərində durun, sonra dabanlara dayaqla‑ naraq, oturun və belə vəziyyətdə 1‑ 2 dəqiqə qalın.

Çıxış vəziyyət – ayaq üstə, ayaqlar çiyinlər bərabərində açılmış: Sağ əlinizi yuxarı qaldırın, dartının, əlinizi salın;

4

Çıxış vəziyyət – oturaq: Əllərinizi yana açın, ovuclar yuxarı yönəlir. Dərindən nəfəs alma – əllərinizi başınızın üzərinə qaldırın, barmaqlarınızı bir‑birinə keçirin, əllərinizi ovucları yuxarı yönəldərək, burun və bu vəziyyətdə 10 saniyə hərəkətsiz qalın. Barmaqlarınızı açın,

5

6

Əllərinizi qurşağa yerləşdirin, ön və sağ tərəfə əyilərək, alnınız ilə sağ dizinizə toxun‑ mağa çalışın. Çıxış vəziyyətinə qayıdın;

7

Əllərinizi qurşağa yerləşdirin, yayvari çömbəlmə hərəkəti edin və çıxış vəziyyətinə qayıdın;

8

9

Nəfəs alma – qarnınızı içəri çəkin, nəfəs vermə – qarnınızı qabağa verin. Hər hərəkəti 4‑5 dəfə təkrar edin.


20

MƏN NƏ İÇDİYİMİ BİLİRƏM! aşlı insan orqanizminin 2/3 hissəsi sudan ibarətdir. Hər bir insanın sağlamlığı və həyatı onun orqanizmində daim kifayət qədər su olması ilə müəyyənləşir. Orqanizm qidalı maddələri hüceyrələrə məhz su mühiti vasitəsilə çatdırır, toksinlərin və şlakların bədəndən çıxarılması, bədənin gündəlik “təmizlənməsi” və “səliqəyə salınması” əməliyyat‑ ları da su vasitəsilə aparılır. Su bizim damarlarımızı “yağlayır”, bədənin hərarətini tənzimləyir və normal həzm prosesini təmin edir. Orqanizmdə suyun miqdarı ən cüzi dəyişdikdə belə, bizim buna reaksiyamız çox kəskin olur. İnsan bədən kütləsinin cəmi 2 faizi qədər (orta hesabla 1‑1,5 litr) su itirdikdə kəskin yanğı hissi, bu itki 6‑8 faiz olduqda yarımhuşsuz vəziyyət, itki 10 faizə çatdıqda hallüsinasiyalar başlanır, su itkisi 12 faiz olduqda isə insan ölür. Yaşlı insanın suya sutkalıq tələ‑

batı təqribən 2,5‑3 litrə bərabərdir. Təbii ki, insanın yaşından, onun qidasının xarakterindən, iqlim şəraitindən asılı olaraq bu rəqəm dəyişir. Bununla belə, mütəxəssislər əmindirlər ki, sağlam insanın gündə 2 litrə qədər su içməsi zəruridir. Bəşəriyyətin mövcud olduğu dövrdə öz dadı, rəngi və ətri ilə insan təxəyyülünü heyrətə gətirən minlərlə içki icad edilib. Lakin bir qurtum təmiz suyu heç nə əvəz edə bilməz. Təmiz içməli su cəmiyyətin sağlamlığının əsasıdır. Ancaq ilbəil təbiətdə təmiz su tapmaq çətinləşir. Müxtəlif hesablamalara görə, Azərbaycanda Yerin səthindəki su mənbələrindən götürülmüş nümunələrin gigiyenik normativlərə müvafiq olmayan hissəsi 50‑60 faizə qədərdir. Bütün nümunələrin 1/3 hissəsi bakterioloji tərkib göstəri‑ cilərinə görə həkimlərdə şübhə oyadır. Yerin səthindəki mənbələr‑ dən götürülmüş suyun tərkibində qum və gildən əlavə nitritlər, nitrat‑

lar, kükürd turşusu, ammonyak, manqan, flüor kimi insan orqanizmi üçün zərərli kimyəvi birləşmələr və maddələr aşkar edilib. Yaşayış məntəqələrini yerin səthindəki mənbələrdən alınan su ilə təmin edən kommunal xidmətlər çay suyunun təmizlənməsi və dezinfeksiya edilməsi üçün böyük iş aparırlar. Lakin görülən bütün təd‑ birlərə baxmayaraq, insanların mənzillərinə verilən suyun keyfiy‑ yəti təəssüf ki, çox vaxt aşağı olur. Bunun əsas səbəbi su kəməri şəbəkələrinin köhnəlməsi və suyun zərərsizləşdirilməsi üçün tətbiq edilən müxtəlif əlavələrdir. İçməli suyun bütün növləri arasında birinci yeri artezian suyu tutur. Artezian suları (bu ad Fransanın Artua əyalətinin adı ilə bağlıdır. Orada ta qədim dövrlər‑ dən bu sulardan istifadə edilir) dağ süxurlarının sulu laylarındakı suya davamlı təbəqələr arasında yerləşən və hidravlik təzyiq altında olan yer‑


21 altı sulardır. Artezian suları 25 metrdən artıq dərinlikdən çıxarılan sulara deyilir. Bu sular əsas etibarilə antropogen təsirdən əvvəlki (sivili‑ zasiyanın zərərli təsirinə məruz qal‑ mamış) çöküntülərdə, iri geoloji strukturlarda yerləşir və artezian hövzələri yaradırlar. Bir qayda olaraq, yeraltı sularda mikroorqanizmlər çox cüzi təmsil olunub, onun tərkibində xəstəlik‑ törədici bakteriyalar olması isə demək olar ki, istisna edilir. Bundan əlavə, artezian suyunun tərkibində radionuklidlər, nitratlar, nitritlər, digər zərərli birləşmələr olmur. Bunun sayəsində artezian suyu insan üçün çox qiymətlidir. Bizim içdiyimiz suyun tərkibin‑ də insan üçün faydalı olan bəzi ele‑ mentlər olmalıdır. Suyun keyfiyyəti həmin elementlərin miqdarından asılı olaraq müəyyən edilir. Zülallar, yağlar və karbohidratlardan fərqli olaraq, mineral maddələr energetik dəyərə malik deyil, lakin bunlarsız insanın yaşaması qeyri‑mümkündür. Mineral maddələr sümük toxu‑ masının yaranmasında xüsusi rol oynayır. Onlar orqanizmin su‑duz və turşu‑qələvi mübadilə proses‑ lərində iştirak edir. Orqanizmdə cərəyan edən bir sıra fermentativ proseslər bu və ya digər mineral maddələrin iştirakı olmadan mümkün deyil. Bu, ilk növbədə, həyat üçün zəruri olan maqnezium, kalium, natrium, kükürd, yod və başqa elementlərə və mikroele‑ mentlərə aiddir. Maqnezium – bəzi fermentlərin yaranması üçün, kalium – əzələ sisteminin fəaliyyəti və sinir qıcıqlarının ötürülməsi üçün zəruridir, kalsium – sümüklərin və dişlərin tərkib hissəsidir, hüceyrələrarası mayenin əsas ionu olan natrium həm də tərin əsas tərkib hissəsini təşkil edir. Kükürd zülallı maddələrin yaranması və enerjinin ötürülməsi ilə əlaqədar proseslərin formalaşması üçün zəruridir. Yod isə insanın sağlamlığı üçün əvəzedilməz rol oynayır. İnsan daim yoda ehtiyac hiss edir. Yod bütün daxili sekresiya vəzlərinin,

sinir sisteminin fəaliyyətini, damar‑ ların və ürəyin işini tənzimləyən, orqanizmin sərf etdiyi enerjini bərpa edən qalxanvari vəz hormon‑ larının yaranmasında müstəsna rol oynayır. Yuxarıda qeyd etdiyimiz kimi artezian suları yeraltı sulardır. Bəs asfaltdan və ekoloji stressdən bezmiş şəhər sakinləri artezian suyunu haradan tapsınlar? Çoxmərtəbəli binaların həyətində artezian quyusu qazmağın uğurla nəticələnəcəyinə ümid yoxdur. Bəlkə qonşuluqdakı mağazaya gedib, orada seçim etmək daha asan olar? Bizim mağazaların rəflərində qablaşdırılmış su növlərinin bol‑ luğu ən təcrübəli alıcını da çaşdıra bilər. Bəs artezian suyunu başqa sulardan necə fərqləndirmək olar? İlk növbədə, etiket kağızında yazılan mətni diqqətlə oxumaq lazımdır. Əgər suyun etiket kağızın‑ da AQUA (latınca “su”) sözü və MİNERAL sözünün müxtəlif varia‑ siyaları yazılmışdırsa, bu hələ qarşınızdakı suyun həqiqətən artezian suyu, yerin altından çıxarılmış və özünün bütün nadir faydalı xassələrini saxlayan təbii su olmasına zəmanət vermir. Qablaşdırılmış su istehsalçılarının əksəriyyəti adi su kəmərindən götürülən suyu çoxpil‑ ləli kimyəvi təmizləmə mərhələsindən keçirir, təkrar osmos (süzgəc) qurğularından istifadə edərək çıxışda distillə edilmiş (və mineral elementlərdən tamamilə məhrum olunmuş) su alırlar. Bu cür su əslində sağlamlıq üçün zərərlidir, çünki ondan istifadə edilməsi qanda və toxumalarda həll olmuş bütün faydalı maddələri orqanizmdən yuyub çıxarır. Ona görə də istehsalçı distillə edilmiş suya süni yolla insan üçün zəruri olan mini‑ mal mineral maddələri poroşok və ya məhlul halında əlavə etməyə məcburdur. Bundan sonra alınan suya yalnız bir ad vermək olar – SÜNİ MİNERAL SU. Buna görə də dünya şöhrətli “Coke” və “Pepsi”,

“Bon Aqua” və “Aqua Minerale” kimi beynəlxalq şirkətlərin istehsal etdiyi suyun dadı və kimyəvi tərki‑ bi dünyanın istənilən ölkəsində eyni olur. İstehsalçıların yalnız az bir qismi artezian quyularından alınmış suyu qablaşdırmaq zəhmətinə qatlaşır. İlk növbədə, zavod artezian quyusu‑ nun yaxınlığında yerləşməli, yaxud istehsalçı bu suyun qablaşdırılma yerinə çatdırılması ilə əlaqədar çətinlikləri və xərcləri öz üzərinə götürməlidir. Bundan əlavə, istənilən həqiqi təbii məhsul kimi, istehsal prosesinin bütün mərhələlərində artezian suyu ilə də incə rəftar tələb olunur. Artezian bulaqlarından gətirilmiş su, bir qayda olaraq, yalnız mexaniki fil‑ trasiya və ultrabənövşəyi şüalarla, yaxud ozonla emal prosedurasın‑ dan keçir. Bizim istehlakçıların bəxtindən Azərbaycanda su bazarında həm “Evian”, “Vittel” kimi xarici istehsalçıların, həm də AQUA VİTA kimi yerli istehsalçıların məhsulları olan artezian sularının bir sıra növləri təmsil olunub. AQUA VİTA Qafqaz dağının Cənub ətəklərində Xudat qoruq zonasında 120 metr dərinlikdən çıxarılan əsl təbii artezian suyudur. Onu istehsal edən TAC şirkəti artezian quyusundan çıxarılmış suyu xüsusi avadanlıqlar‑ la təchiz olunmuş sisternlərlə özünün Xırdalandakı zavoduna daşıyır və burada su, demək olar ki, ilkin şəklində butulkalara dolduru‑ lur. Artıq 11 il müddətində Azərbaycanda uğurla satılan AQUA VİTA suyu kalsium, maqnezium, flüor, dəmir kimi fay‑ dalı makro və mikroelementlərlə zəngindir. AQUA VİTA müştəriləri “Görəsən mən nə içdiyimi bilirəm‑ mi?” sualına birmənalı şəkildə cavab verə bilərlər: “Mən təbii bulaq suyu içirəm”. Siz də özünüzə bu sualı verin!


22

QIRX YAŞ – QADIN DÖVRÜ. Əvvəllər ildə bir uşaq dünyaya gətirən və ağır fiziki iş ilə məşğul olan qadın tez əldən düşür və 40 yaşında ö zünün qısa həyatının (orta hesabla, 48 yaş) son kritik gün‑ lərinin gəlişini gö zləyirdi. Lakin dö vran dəyişdi – təbiət qadınlara uzunö mürlük bəxş etdi (orta ö mür müddəti 75‑80 yaşdır) və qadın dö vrünü tam 10 il uzadaraq, aybaşıların kəsilməsini, yəni menopauzanı 50‑ci ad gününün vax‑ tına saldı. Bizim zamanlarda yalnız on qadından biri menopauzanı 40 yaşadək keçirir. Bu halda, ginekoloq spesifik müalicə təyin edərək, vaxtından əvvəl tükənmiş menstrual funksiyanı bərpa edə bilər.

1

AYBAŞILARIN KƏSİLMƏ ‑ SİNDƏN SONRA HAMİLƏ QALMAQ MÜMKÜN DEYİL. 35 yaşından sonra mayalanma qabiliyyəti 25 yaşında olduğundan iki dəfə azdır, buna baxmayaraq, 40 və 55 yaşlar arasında planlaşdırıl‑ mamış hamiləlik halları artır. Həkimlər bunu orta yaşlı xanımlara xas olan sayıqlığın itirilməsi ilə izah edir. Menopauzadan minimum 2 il sonra gö zlənilmədən gələcək analar sırasına daxil olma riski saxlanılır. Bundan sonra analıq qayğıları plan‑ larınıza daxil deyilsə,

2


23 hamiləliyəqarşı vasitələrdən istifadə edin (baryer vasitələri daha uyğundur). HORMONAL KONTRASEPTİVLƏR MENOPAUZANI UZAQLAŞDIRIR. Əslində isə onlar klimaksın gəlməsini lən‑ gitmir, yalnız orqanizmdə baş verən dəyişiklik‑ ləri gizlədərək, menstrual dö vr cədvəlini süni surətdə saxlayır. Düzdür, mütəxəssislər orqanizmin yaşla əlaqədar dəyişməsindən mö hlət almaq üçün qadınlara imkan verən digər bir vasitəni aşkar etmişlər, lakin onu apteklərdən almaq mümkün deyil. Bu, sevən və sevimli insanla xoşbəxt və fəal (o cümlədən, seksual) həyat dır.

3

MENOPAUZA NATAMAM ÖLÜMƏ BƏRABƏRDİR. Alman psixoanalitiki Hans Doyçun bu sö zləri mahiyyət etibarı ilə Ziqmund Freyddən gətirilən dəyişdirilmiş iqtibasdır: “Menopauzanın gəlişi ilə qadın daha qadın deyil”. Heç də belə deyil! Çikaqo Universitetinin əməkdaşları (ABŞ) aşkar ediblər: menopauza yaşına çatmış 83% amerikalı qadın hesab edir ki, bu hal onların seksuallığına heç bir təsir gö stərməyib, hətta onları daha da gücləndirib.

4

KLİMAKSA DÖZMƏK LAZIMDIR. Xarici tədqiqatlar gö stərib ki, 75‑80% qadınlarda orqanizmin yaşla əlaqədar dəyişməsinin ideal ssenarisindən kənara çıxma qeyd olunur. Bu sapıntılar dərman qəbulu və həkim müayinəsini tələb edir, lakin yalnız 10‑15% qadınlar bu məs‑ ləhətə riayət edir.

5

KLİMAKSIN ÖHDƏSİNDƏN EVDAR QADINLAR DAHA YAXŞI GƏLİR. Psixoloqlar buna əks olan müddəanı təsdiq edir. Paltar yuma, yır‑yığış, mətbəx, mağaza – bütün bunlar yetkin qadının ö zünü təsdiqləməsi üçün çox dar fəaliyyət sahəsidir. Bu gün heç kim klimakterik sindromu qadın isterikasının nəticəsi hesab etməsə də, 40 yaşından sonra sosial qeyri‑ tələbatsızlıq və pis əhval‑ruhiyyə arasında əlaqə artıq təsdiqlənib.

6

GECİKMİŞ DOĞUŞLAR CAVANLAŞDIRIR VƏ MENOPAUZANI LƏNGİDİR. Gec doğulan uşaq menopauzanın gəlişini ləngitmir, hərçənd ki, kli‑ makterik şikayətlərin sayını azaldır. Yaşla əlaqə‑ dar dəyişikliklərin ağrılı simptomlarını ağır‑ laşdıran psixoloji amillərdən biri bö yümüş uşaqların ailədən getməsidir (“boş yuva” simpto‑

7

mu). Kö rpəyə qayğı, onun evə gətirdiyi sevinc, nasazlıqlardan yayındırır, ö zünü gərəkli, güclü, cavan və xoşbəxt hiss etməyə kö mək edir. Təsadüfi deyil ki, bütün dünyada son zamanlarda əsl bebi‑bum baş verir: nəinki ulduzlar, sadə qadınlar da bir‑birinin ardınca cəsarətli qərar qəbul edir – 40 yaşından sonra, ö zü də ilk uşağı dünyaya gətirmək adi hala çevrilib. MENOPAUZA XASİYYƏTİ KORLAYIR. Bəzi hallarda dəqiqik deyingənliyə, israr inadkarlığa, tələbkarlıq hö kmranlığa çevrilir. Lakin bu, dünyanın axırı deyil… Sadəcə olaraq, bu xüsusiyyətlər haqqında məlumatlı olmaq lazımdır – belə olduqda, menopauza sizin xasiyyətinizi dəyişə bilməz. Qadın psixikası üçün ən təhlükəli partlayıcı qurğu ö zü və ətraf mühit‑ dən narazılıq hissidir.

8

MENOPAUZA KARYERAYA MANE OLUR. Keçid yaşlı qadının tələbləri və potensial imkanları həmişə olduğundan bö yükdür. 50‑55 yaşından sonra daha çox ailə və onun çərçivəsində qurulmuş münasibətlərə yö nələn kişilərdən fərqli olaraq, yetkin qadınlar – Eleonora Ruzveltdən Marqaret Tetçer və Qolda Meyirədək – məhz bu yaşlarda baş gicəlləndirici karyeraya nail olur və bö yük müvəffəqiyyətlər əldə edir. Belə fəallığın iki mənbəyi mö vcuddur: hormon ifrazından fizioloji azadlıq və psixoloji azadlıq.

9

MENOPAUZA TƏBİİ FƏLAKƏTƏ BƏNZƏYİR. Qadın payızının necə olmasını onun gəlişindən 15‑20 il əvvəl proqnozlaşdırmaq olar. Təxminən, yarı hallarda anadan qıza bədən quruluşu tipi, maddələr mübadiləsi və menopauza xüsusiyyətlərinə irsi meyllik ö türülür. O, erkən və ya gec gələ bilər, uşaqlıq qanaxmaları və istilik hissi ilə müşayiət oluna bilər.

10

MENOPAUZA MENSTURASİYAÖNÜ SİNDROMDAN XİLAS EDİR. Yaş artdıqca, MÖS halları artır, onun simp‑ tomları güclənir. Fəal həyat tərzi yetkin yaşlarda yaxşı əhval‑ruhiyyəyə zəmanət verir.

11

KİŞİLƏRƏ KLİMAKS QORXULU DEYİL. İstilik hissi, tərləmə, emosio ‑ nal davamsızlıq, yuxusuzluq, ürək nahiyəsində xoşagəlməz hissiyyat – bütün bu əlamətlər orta yaşlı kişiləri də hədələyir (adətən, 45 və 60 yaş arasında).

12


24

Bizim otelə xoş gəlmişsiniz! Siz bizdə mükəmməl servisdən tutmuş möhtəşəm görünüşə qədər sizə lazım olan hər şeyə rast gələ bilərsiniz. İdeal yerləşmə və əla dağ iqlimi sizdə burada keçirdiyiniz istirahətdən əvəzolunmaz təəssürat oyada‑ caqdır. Siz hər birindən dağlara açılan gözəl mənzərəyə malik, minibar, ikikanallı telefon xətti, seyf, fen, kabel televiziyası və s. ilə təchiz olunmuş 31 nömrədən birində dincələ bilərsiz. Otelin ərazisində sizin ixtiyarınıza bil‑ yard zalı, 2 restoran, tennis kortu, cakuzi və s. servis xidmətləri verilmişdir. Bunlardan əlavə siz ən müasir texni‑ ki avadanlıqlarla təchiz olunmuş yüksəksinifli dörd villalardan birində istirahət edə bilərsiz. AFRA Hoteldə sizin arzuladığınız hər bir şey ‑ istər sizin iş üçün qüvvələrinizin bərpası, istərsə də sadəcə istirahət etmək həvəsi ‑ həyata keçəcəkdir. Hovuz və yaxud sauna, möhtəşəm tərtib edilmiş disko‑klub və yaxud fitness klub, tennis kortu və yaxud pub‑bar, bütün bunlar sizə maksimum komfort və zövq verəcəkdir. Bizim oteldə sizin istənilən arzunuz sutkanın istənilən saatında yüksək səviyyədə, 5* otelin standartlarına uyğun həyata keçəcəkdir. Servisdəki fərqi hiss edin! Ünvan: Bakı ş., Bayıl qəsəbəsi, M. Useynov küç., 14 Tel.: (+994 12) 491 82 00/01 Faks: (+994 12) 491 65 41 Oğuz şəhəri, "20 yanvar" küç., 6 Tel: (+994 111) 5 34 97 www.afrahotel.com email: info@afrahotel.com


25


26

EV PARAZİTLƏRİNDƏN NECƏ QORUNAQ?

MİLÇƏKLƏR

TARAKANLAR

AĞCAQANADLAR

Milçəklərə istədikləri məkanda uçmağı qadağan etmək olmaz. Onları geniş yayılmış zəhərli kimyəvi preparatlar ilə məhv etmək də əlverişli seçim deyil, çünki onlarda zəhərə vərdişlik əmələ gəlir. Ənənəvi olaraq, milçəklərlə yapışqan kağız vasitəsi ilə mübarizə aparmaq da mümkündür. Doğrudur, üzəri ölü milçəklər ilə dolu yapışqan kağız parçaları heç də göz oxşamır. Bəs nə etmək lazımdır? Milçəkləri ürkütmək olar. Çox‑ dan məlumdur ki, onlar dağ tərxu‑ nu qoxusuna davam gətirmir. Sarı çiçəklər milçəklərin hərəkət orqan‑ larının iflicinə gətirib çıxaran efir yağları istehsal edir. Beləliklə, otaqda qoyulan tərxun çiçəkləri dəstəsi həm göz oxşayar, həm də zəhlətökən vızıldayanlardan xilas edər.

Deyirlər ki, bu həşəratlar istənilən fəlakət, hətta nüvə faciəsi zamanı sağ qala bilər, çünki onlar radiasiyaya qarşı davamlıdır. Onlar istənilən şəraitə son dərəcə asan və tez uyğunlaşır, nə ilə gəldi qidalanır – kağız, sabun və zəhərli kimyəvi maddələrə qədər – və tez artırlar. Sadə və etibarlı bir qay‑ danı yadda saxlayın: onlara mət‑ bəxinizdə qonaqlıq etmək üçün zərrə qədər də bəhanə verməyin – heç bir qida qırıntıları və çirkli qab‑qacaq saxlamayın. Tarakanlarla müasir mübarizə üsullarından yalnız bor turşusu və boraks imtahandan uğurla çıxıb. Bu məhlullar həşəratların orqanizmini susuzlaşdıraraq, onları ölümə məhkum edir. Tarakanlar yaşıl dəfnə yarpağı və təəccüblü də olsa, təzə xiyar qabığı‑ na davam gətirmir. Bundan başqa, onlar qırmızı və qara kəndalaş çiçəklərinin qoxusunu sevmir.

Alçaq ərazi, çaylaq, eləcə də, köhnə, nəm zirzəmisi olan evlərin sakinləri çox zaman qulaqlarındakı daimi, gümrah vızıltıdan yuxulaya bilmir. Ağcaqanadın dişləməsi qaşınma, bəzən isə şişkinlik törədir. Mixək yağı və ya pişikotu tinkturası ağcaqanadları yaxşı ürkütmə effektinə malikdir (bir xörək qaşığına 5‑10 damcı əlavə etmək lazımdır).

GÜVƏ Bu kəpənəklərin “festivalı” sevinc deyil, təlaş törədir. Bütün


27 güvə növləri – yun, xalça, taxıl – dəhşətli acgözlük və törəyib artma qabiliyyəti ilə seçilir. Əsas düşmənlər güvənin uçan erkək nümayəndələri deyil, tırtıllarıdır. Və onlarla ən yaxşı mübarizə üsulu profilaktikadır. Güvə tırtılı iki ilə yaxın yaşayır və bütün bu dövr ərzində qidalanır. Onları “ac saxlamaq” cəhdləri də effektiv nəticə vermir: nə qədər acgöz olsalar da, güvə tırtılı bir ay ərzində ac qala bilər. Güvə yalnız təbii parça və xəz yemir. Onlar kitab qabığı, sinteti‑ ka və hətta polietileni belə çeynəməyə qadirdir. Lakin ilk növbədə, çirkli paltar və parçalar ziyana məruz qalır. Tər və çirk – delikatesdir. Paltara düşmüş ləkə yırtılana qədər yeyiləcəkdir. Taxıl güvəsi qida məhsullarında məskunlaşır. Yarmaları, unu, quru meyvələri möhkəm bağlanan bankalarda saxlamaq lazımdır. Məlum olub ki, naftalin heç də güvəni məhv etmir, yalnız ürküdür. Bunun əvəzinə lavanda və ağ şam ağacı yağlarından istifadə etmək olar. Eləcə də, tütün, bibər qoxusu da kömək edə bilər.

məskunlaşır. Uzunluğu cəmi 3‑5 mm olan balaca qanadsız parazit 15 dəqiqə ərzində öz çəki‑ sindən iki dəfə artıq miqdarda qan sormaq qabiliyyətinə malikdir. Onunla skipidar, kamfora, ağ neft, naftalin vasitəsi ilə mübarizə aparılır.

EV QARIŞQALARI Qarışqalar həmişə çoxsaylı olur və istənilən yerdə məskunlaşa bilir. Qarışqa qidaya qarşı tələbkar deyil, nə tapdısa, onu da yeyir – ərzaqlardan başlayaraq, elektrik naqillərədək. Qarışqalar ilə müasir mübarizə vasitələrdən DETAnı qeyd etmək olar (dietiltoluamid).

TOZ GƏNƏSİ

TAXTABİTİ Daha bir ev paraziti taxtabi‑ tidir. Bu həşəratlar çarpayılarda

Toz gənələri (saprofitlər) istənilən mənzildə məskunlaşır. Onların həyat fəaliyyətlərinin məhsulları ən güclü allergen hesab olunur. Gənənin davam gətir‑ mədiyi yeganə şərait təmizlik, təmiz hava və ultrabənövşəyi şüalardır.


28

HAMI ÇİMƏRLİYƏ! “Məzuniyyət” dedikdə, ilk növbədə nəyi xatır‑ layırıq? Əlbəttə ki, günəşi! Tezliklə günəşin çox olduğu yerə getmək istəyirik. Lakin günəş müxtəlif ola bilər və onunla dostlaşmaq üçün ondan qorunmağı da bacarmaq lazımdır.

QARNYER AMBR SOLERİN QIZIL QAYDALARI • Günəşin ən aktiv olduğu vaxt saat 12.00‑dan 16.00‑ dək günəş təsirindən qaçın. Çünki məhz bu zaman yanıq riski çox yüksəkdir. • Günəşdən gizlənin. Şlyapa, futbolka və günəş eynəyi geyinin. • Uşaqların bilavasitə günəş şüaları altında olmasına yol verməyin. Uşağın qorunmadan günəş altında qal‑ ması gələcəkdə ciddi xəstəliklərə gətirib çıxara bilər. 3 yaşa qədər uşaqların günəş altında olması xüsusilə yol verilməzdir. • Dərinizə gündən qoruyan vasitələr çəkin və mün‑ təzəm olaraq yeniləyin. Gündən qoruyan vasitəni günəş altına çıxarkən, hər zaman çəkin. Daimi müdafiəni saxlamaq üçün vasitəni müntəzəm olaraq çəkin, xüsusilə, çimdikdən və dəsmal ilə silindikdən sonra. Bədənin həssas hissələrinə xüsusi diqqət yetirin – qulaq, burun, dodaq, boyun və s.

BİLMƏK VACİBDİR ULTRABƏNÖVŞƏYİ ŞÜALAR NƏ İLƏ TƏHLÜKƏLİDİR? Ultrabənövşəyi şüalar iki növə bölünür: UVA və UVB. UVA‑şüalar dəriyə dərindən təsir edir, allergiya törədir, dərinin vaxtından əvvəl qocalması və qırışların əmələ gəlməsinə səbəb olur. UVB‑şüalar dərinin yuxarı qatına aktiv təsir göstərir və günəş yanıqları törədir. Xərçəng xəstəliklərinin potensial səbəbkarıdır. Öz fototipinizi müəyyən edin: • Çox açıq dəri, kürən və ya açıq rəngli saçlar, yük‑ sək yanıq riski: yüksək müdafiə dərəcəsi (müdafiə fak‑ toru 50‑30); • Açıq dəri, xurmayı saçlar, gündə asanlıqla qaralır‑ lar: yüksək və orta müdafiə dərəcəsi (müdafiə faktoru 30‑10); • Qarabuğdayı dəri, şabalıdı saçlar, gündə tez qara‑ lırlar: orta və aşağı müdafiə dərəcəsi (müdafiə faktoru 20‑6).


29

ox nadir hallarda xroniki trixomoniaz praktiki olaraq, simptomsuz keçir və qadını, demək olar ki, heç nə ilə narahat etmir. Lakin daha çox hallarda, hər müalicə kursundan sonra, xəstəliyin kliniki təzahür‑ ləri tam aradan qalxdıqdan dö rd‑altı ay sonra yenidən kəskinləşmə baş verir. Belə vəziyyət nəinki qadının əhval‑ ruhiyyəsinə, ailə münasibət ‑ lərinə, iş qabiliyyəti nə, emosion‑ al durumuna da pozucu təsir gö stərir. Və bu, hələ son deyil. Xəstəliyin tö rədiciləri – trixomonadlar – çox qıvraqdır. Bu xüsusiyyətinə gö rə bu sadə mikroorqanizmlərinin hər biri daxili cinsi yollar ilə “qalxma ‑ ğa” malikdir. Eyni zamanda,

trixomonadlar qadın orqanizminin daxilinə digər patogen tö rədiciləri, ilk nö vbədə, bakteriyaları da ələ keçirmək və daşımaq qabiliyyət‑ inə malikdir. Bunun nəticəsində, reproduktiv orqan‑ ların geniş iltihabı, çoxsaylı bitişmələrin və nəticədə sonsuz ‑ luğun, hamiləliyin pozulması, vaxtından əvvəl doğuş, dö lün bətndaxili infeksiyaya yoluxma ‑ sı təhlükəsi əmələ gəlir. Nisbətən yaxın zamanlarda aparılmış elmi tədqiqatlar trixomonadlar arasında ləngimiş maddələr mübadiləsi ilə seçilən nö vlərini aşkar etmişdir. Bu səbəbdən, adi preparatlar onlara məhvedici təsir gö stərə bilmir. Nəticədə, hətta müalicə kursun‑

dan sonra belə “yarıyuxulu” hüceyrələrin bir hissəsi qalır və onlarla bərabər daimi residiv təhlükəsi də saxlanılır. Xoşbəxtlikdən hazırda həkimlərin və pasiyentlərin sərəncamında yeni nəsil preparatları mö vcuddur. Trixomonadla müalicə yaxşı effekt versin deyə, onu ixtisaslı həkim: ginekoloq, uroginekoloq və ya dermatovene roloq aparmalıdır. Vaksinin daxil edilməsi ilə yanaşı, bir neçə dəfə uşaqlıq yolundan gö türülmüş yaxmaları tədqiq etmək lazımdır. Bu, infeksiyanın azal‑ ması və normal mikrofloranın bərpa olunmasına nəzarət etməyə imkan verir.


30

-ə qarşı birləşək! Həqiqət Qədirova: “QİÇS yalnız tibbi problem deyil, həm də sosial problemdir”.


31 HİV/QİÇS müasir dünyanın ən qlobal səhiyyə problem‑ lərindən biri olaraq qalmaq‑ dadır. Ona gö rə də dünya səhiyyə sistemi bu dəhşətli bəlanın qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edir. Respublikamızda da bu problem ən aktual məsələlərdən biri olduğundan QİÇS‑lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova ilə gö rüşdük. HİV infeksiyasının yoluxma yolları, virusdan qorun‑ ma üsulları, bu bəlanın zərərləri‑ ni azaltmaq üçün gö rülən profi‑ laktik tədbirlər barədə sual‑ larımızı cavablandıran H.Qədirova sö hbətə dünyada HİV/QİÇS‑in yayılma vəziyyəti barədə məlumatla başladı. ‑ Bu xəstəlik bəşəriyyətə 1981‑ ci ildən məlum olub. Və artıq 28 ildir ki, HİV/QİÇS bütün dünyada pandemiya halını alıb. Hal‑hazır‑ da dünyada 40 milyondan çox HİV‑ə yoluxmuş və ya QİÇS‑lə xəstələnmiş insan yaşayır. Aşkar olunduğu 1981‑ci ildən bu günədək bu xəstəlik 25 milyon insanın həyatına son qoymuş və 14 milyon uşağı yetim qoymuş‑ dur. Yalnız 2007‑ci ildə 2, 5 milyon insanın HİV‑ə yoluxma halı aşkar‑ lanıb, 2,1 milyon insan isə QİÇS‑ dən vəfat edib. 2008‑2009‑cu illər üçün dünya üzrə statistik rəqəm‑ ləri isə Ümumdünya Səhiyyə Təşkilatı hələ çap etməyib. Avropa Birliyinə daxil olan 53 ö lkədən 52‑də bu virus aşkar‑ lanıb. Yalnız Monakodan başqa. Qərb ölkələrində bu göstərici sabitləşdiyi, hətta bir qədər azaldığı şəraitdə, Avropanın Şərq ö lkələrində artım müşahidə olunur. Ukrayna, Belorus, Estoniya, Rusiya, Moldova kimi ö lkələrdə bö yük sürətlə yayılır. Bu xəstəliyin yayılmasına görə, Qafqaz ö lkələrindən Gürcüstan fərqlənir.

‑ Həqiqət xanım, bir çoxları bu xəstəliyin mahiyyəti barədə demək olar ki, xəbərsizdir. Ona gö rə də “Ailə həkimi” oxucu‑ larını HİV və QİÇS anlayışları ilə tanış etməyinizi xahiş edirəm. ‑ HİV – İnsanın İmmunçatışmazlıq Virusu deməkdir. Bu virus insanın immun sistemini zəiflədir, nəticədə müxtəlif infeksiyalardan qorunmaq mümkün olmur. HİV infeksiyası bir neçə mərhələdən sonra QİÇS‑ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) çevrilir. HİV virusuna yoluxmanı təəssüf ki, vaxtında müəyyən etmək olmur. Anticisimlərin qanda aşkar olunma miqdarında əmələ gəlməsi üçün orqanizmə iki həftədən üç ayadək ( nadir hallar‑ da altı ay) vaxt tələb olunur. Bu müddət “pəncərə dövrü” adlandırılır. Bu zaman müayinə testin nəticələri mənfi ola bilər. Ona görə də üç aydan sonra təkrar müayinədən keçmək lazımdır. “Pəncərə dövründə” anti cisimləri aşkarlamaq mümkün olmasa da, HİV‑ə yoluxmuş insanın qanı, sperması, vaginal mayesi və döş südü digərlərini yoluxdurmaq üçün kifayət qədər virusla zəngin olur. Düzdür, hal‑ hazırda müasir üsullar da mövcuddur ki, bunun nəticəsində 10 gün ərzində də qanda virusu təyin etmək mümkündür. Ancaq bu çox bahalı bir diaqnostika üsu‑ ludur. Və onu hər bir sadə labora‑ toriyada istifadə etmək mümkün deyil. Bu cür üsulla müayinə Bakıda yalnız bir neçə labora‑ toriyada var. Yoluxandan 2‑3 həftə sonra insanda qripə bənzər simptomlar yaranır. Qızdırma qalxır, limfa düyünləri şişir, əzginlik, nasazlıq halları olur. Xırda‑xırda səpkilər də ola bilər. Ondan sonra uzun müddət insanda heç bir əlamət müşahidə olunmur. Hətta bu müddət illərlə də uzana bilər. Bəzi hallarda insanlarda bu xəstəliyin mövcudluğu 10‑12 ildən sonra

aşkar olunsa da, əsasən HİV/QİÇS diaqnozunun qoyul‑ ması üçün 7‑8 il vaxt tələb olunur. Bu mərhələyə asimptomatik period deyirlər. İnsan özünü tamamilə normal hiss edir. Xarici görünüşə görə də heç nə müəyyən etmək olmur. Ancaq bu zaman insanın müqavimətini təyin edən immun hüceyrələr get‑gedə azalır. Çünki bu virus insan immunitetini təmin edən hüceyrələrin özünü məhv edir. Müxtəlif xəstəliklərə səbəb olur. Məsələn, ağız boşluğunda kandidoz, başqa göbələk xəstəlik‑ ləri, herpes. Düzdür, bu xəstəlik‑ lər hər birimizdə ola bilər. Ancaq HİV daşıyıcılarında belə xəstəlik‑ lər aylarla davam edir və çətin sağalır. Sitomeqalovirus infek‑ siyası, vərəm halları da ola bilər. Bizim hamımızda vərəm çöpü var, ancaq HİV daşıyıcılarında bu çöplərlə mübarizə aparan immun hüceyrələrin sayı azaldığına görə onlarda bu xəstəliyə tutulma riski artıq olur. İmmun hüceyrələrin sayı 200‑dən aşağı düşdükdə, bədxassəli şişlər, pnevmoniya və digər xəstəliklər yarana bilər. Aparılmış hesablamalara əsasən, HİV‑ə yoluxanların 95 faizi uzun müddət bundan xəbərsizdir. Virus uzun müddət heç bir əlamətlə özünü büruzə vermədiyindən hər birimiz bu virusun bizlərdən yan keçdiyini düşünürük. ‑ Bəs HİV‑ə yoluxma yolları hansılardır? ‑ HİV qan, sperma, vaginal mayesi və ana südü vasitəsilə keçir. Qeyri‑steril (dezinfeksiya olunmamış) iynə və ya şprislərin və digər inyeksiya ləvazimat‑ larının birgə və ya təkrarən isti‑ fadə olunması ilə, qorunmamış cinsi əlaqə zamanı, üzərində qan qalıqları ola biləcək istifadə olun‑ muş bərbər alətlərinin, diş fırçalarının təkrarən istifadəsi ilə, manikür, tatuaj və ya pirsinq zamanı istifadə olunan qeyri‑steril ləvazimatlarla bu virusa yolux‑ maq mümkündür. HİV‑ə yolux‑


32 muş anadan uşağa (hamiləlik, doğuş və döşlə əmizdirmə zamanı) da bu virusun keçməsi mümkündür. Bəzi insanlarda yoluxma yol‑ ları ilə bağlı yanlış məlumatlar var. Ancaq insanlar bilməlidir ki, əllə gö rüşdükdə və ya qucaqlaşdıqda, öskürmək və asqırmaqla, ümumi hamam və ya ayaqyolundan istifadə etməklə, HİV‑ə yoluxmuş insanla bir otaq‑ da olduqda, ö püş zamanı (virus ağız suyunda az miqdarda olduğuna görə) bu virusa yolux‑ ma halları baş vermir. Dünya ö lkələrinin əksəriyyətində bu xəstəliklər cinsi yolla daha çox yayılır. Azərbaycanda isə inyek‑ siya ilə yoluxma halları üstünlük təşkil edir. Bizdə yoluxan insan‑ ların 62‑63%‑i inyeksiyon narkotik istifadəçiləridir. Daha sonra cinsi yolla bu virusa yoluxanlar üstün‑ lük təşkil edir. Az hallarda isə ver‑ tikal yolla, yəni anadan uşağa keçir. Bu illər ərzində yalnız bircə dəfə donor qanı ilə yoluxma baş verib. Bir nəfər xəstə isə tatuaj etdirərkən bu virusa yolux‑ duğunu iddia edirdi. Ancaq həmin xəstə, eyni zamanda narkotik istifadəçisi olduğundan onun yoluxma mənbəyi bir qədər şübhəli qalmışdı. Ümumiyyətlə, bu virusun daşıyıcılarının 22%‑i yoluxma yollarını bilmir. Ola bilsin ki, onların arasında doğru‑ dan da tatuaj, pirsinq, manikür kimi xidmətlərdən istifadə zamanı və ya stomatoloji xidmət nəticəsində yoluxanlar var. HİV‑ə yoluxanların 85%‑i kişilərdən ibarətdir. Çox təəssüf ki, HİV infeksiyası daşıyıcıları arasında azyaşlılar da var. Hal‑ hazırda bizdə 14 yaşa qədər olan 18 uşaq qeydiyyatdadır. Uşaqların immun sistemi tam inkişaf etmədiyinə görə, onlar bu infek‑ siyaya qarşı daha həssasdır. ‑ Sizin də sö ylədiyiniz kimi bu virus uzun müddət təzahür

etmədən yaşaya bilir. Xəstəliyi erkən təyin etmək üçün insanları məcburi şəkildə müayinə olun‑ mağa məcbur etmək mümkündürmü və bu nə dərəcədə düzgündür? ‑ Azərbaycanda yalnız qan və toxuma donorları məcburi qayda‑ da müayinə edilir. Əgər kimsə bu virusa qarşı müayinədən keçmək istəmirsə, o zaman onların donor‑ luğundan imtina edilir. Qalan bütün kontingentlər könüllülük prinsipi ilə konfidensial, hətta anonim şəkildə müayinəyə cəlb olunur. Avropa Şurasına üzv olan Azərbaycan insan hüqaqlarını pozan məcburi müayinə kimi bu addımı ata bilməz. Ölkə qanun‑ vericiliyi də vətəndaşları məcburi qaydada HİV/QİÇS müayinəsinə cəlb etməyi qadağan edir. Məcburi şəkildə deyil, maari‑ fləndirmə yolu ilə, xəstəliyə yoluxma barədə məlumat ver‑ məklə risk qrupuna daxil olanları müayinəyə cəlb etmək daha düzgündür. ‑ Yoluxmanın qarşısını almaq üçün hansı profilaktik tədbirləri gö rməyi tö vsiyə edirsiniz? ‑ Narkotik maddələrdən isti‑ fadə etməmək və ya inyeksiya yolu ilə narkotik maddələri yerit‑ məmək, qeyri‑steril iynə, şpris və ya digər inyeksiya ləvazimatların‑ dan istifadə etməmək, cinsi kon‑ taktlar zamanı prezervativlərdən istifadə etmək, manikür, tatuaj və pirsinq zamanı steril avadanlıqlar‑ dan istifadə etmək, qan və ya qanla çirklənmiş materiallarla bilavasitə təmasdan çəkinmək, yalnız şəxsi və ya təzə gigiyenik vasitələrdən (üzqırxan alətləri, diş fırçaları) istifadə etməklə bu virusa yoluxmaqdan qorunmaq olar. Anadan uşağa virusun keçməməsi üçün hamiləlik zamanı azı iki dəfə müayinədən keçmək və infeksiya aşkar olunduqda xüsusi profilaktik müalicə almaq lazımdır.

‑ Kontaktdan sonra profilakti‑ ka anlayışının mahiyyəti barədə oxucularımızı məlumatlandır‑ mağınızı istərdik. ‑ Burada yalnız cinsi kontakt nəzərdə tutulmur. HİV virusunun daşıyıcısının qanı ilə təmasda olan hər bir kəs bu profilaktik üsuldan istifadə edə bilər. Məsələn, ola bilər ki, xəstəxa‑ nalarda belə xəstələrlə kontakt zamanı hər hansı bir ehtiyatsızlıq nəticəsində qanla təmasda olub, yoluxa bilərlər. Bu zaman yolux‑ manın qarşısını almaq üçün 72 saat müddətindən gec olmayaraq (24 saat ərzində olsa daha yaxşı olar), həmin insana antiretrovirus preparatları vermək lazımdır. Bununla bağlı bizim mərkəzə dəfələrlə müraciətlər olunub. Tibb işçiləri, polis işçiləri, elə bizim işçilərin özləri dəfələrlə müraciət ediblər. Və şükürlər olsun ki, vax‑ tında qarşısı alınıb. ‑ Məlumdur ki, antiretrovirus terapiya qanda virusun miq‑ darını minimuma salır. Bəs yoluxma qabiliyyətinə necə, təsir edirmi? ‑ Əlbəttə. Bu zaman HİV daşıyıcısının başqalarını yolux‑ durma qabiliyyəti də azalır. ARV terapiya zamanı elə dərmanlardan istifadə olunur ki, birbaşa həmin virusa təsir göstərir. 2006‑cı ilin 8 noyabrından etibarən Respublika QİÇS‑lə Mübarizə Mərkəzində antiretrovirus preparatları ilə müalicə işinə başlanılıb. 2006‑cı ildə ilk 8 nəfəri bu üsulla müalicə etməyə başladıq. Onlardan biri hamilə qadın idi. Və bu müalicə nəticəsində həmin körpə sağlam dünyaya gəldi. 2007‑ci ildə 94 nəfəri bu müalicəyə cəlb etmişik. 2008‑ci ildə 197 nəfər, bu il isə 15 maya qədər artıq 238 nəfər bu müalicəni alır. Əvvəllər HİV virusuna yoluxan insanların ömrünü 8‑10, maksimum 12 il artırmaq olurdusa, bu müalicədən sonra yenə də 8‑10 il uzatmaq mümkün olmuşdur.


33 ‑ Hər il may ayının üçüncü ba‑ zar günündə bütün dünyada QİÇS‑ dən dünyasını dəyişən insanların Ümumdünya xatirə günü keçirilir. Belə xatirə günlərinin, aksiyaların keçirilməsi cəmiyyətin diqqətinin bu problemə yönəldilməsində nə dərəcədə effektiv olur? ‑ Xatirə günü ilk dəfə 1983‑cü ildə San‑Fransisko şəhərində QİÇS prob‑ lemini şəxsən yaşayan insanlar tərəfindən təsis edilib, həmin dövrdə bu infeksiya səbəbindən ölənlərin sayı bir neçə min nəfər idi. Ümumdünya xatirə gününün artıq 26‑cı dəfədir keçirildiyi 2009‑cu ildə isə QİÇS‑dən dünyasını dəyişənlərin sayı milyonlarla ölçülür. Bu gün məhz onların xatirəsinin yad olun‑ ması, bütün insanların QİÇS haqqın‑ da düşünməsi, irqindən, milliyyətin‑ dən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, heç kəsin QİÇS‑dən sığortalanmadığını dərk etməsi üçün qeyd edilir. Xatirə günü eyni zaman‑ da cəmiyyətin diqqətini bu prob‑ lemə cəlb etmək, HİV/QİÇS‑lə yaşayan insanlara qarşı diskrimi‑ nasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dost‑ larına dəstək vermək, geniş ictima‑ iyyətə bu haqda düzgün informa‑ siya çatdırmaq məqsədi daşıyır. 1988‑ci ildən isə dekabrın 1‑i bütün dünyada Ümumdünya QİÇS‑lə Mübarizə Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, Azərbay‑ canda da bu gün bir sıra tədbirlərin keçirilməsi ilə yadda qalır. ‑ Azərbaycanda QİÇS‑lə müba‑ rizə tarixi nə vaxtdan başlayır? ‑ Azərbaycanda QİÇS‑lə mübarizə xidmətinin tarixi 20 ildən yuxarıdır. İlk dəfə 1987‑ci ildə Respublika Qanköçürmə Stansiyasının nəzdində ixtisas‑ laşdırılmış HİV diaqnostika labora‑ toriyası yaradılıb. 1988‑ci ildə analo‑ ji laboratoriya Respublika Gigiyena və Epidemiologiya Stansiyasının nəzdində təşkil olunub. 1989‑cu ildə Səhiyyə Nazirliyinin HİV infeksiya‑ sının profilaktikası və onunla mübarizə xidməti sistemində baş

tibb müəssisəsi kimi ‑ Respublika QİÇS‑lə Mübarizə Mərkəzi yaradılıb. 2004‑cü ilədək mərkəz RGES‑in bazasında yerləşib, həmin ildən isə hazırda yerləşdiyi binaya köçüb. 1998‑ci ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın 11 regionunda ‑ Sumqayıt, Quba, Şəki, Şamaxı, Mingəçevir, Yevlax, Gəncə, Şirvan, Salyan, Lənkəran və Naxçıvanda regional laboratoriyalar yaradılıb. “İnsanın İmmun Çatışmazlığı Virusunun törətdiyi xəstəliyin – QİÇS‑in yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 16 aprel 1996‑cı il qanununa əsasən HİV‑lə yaşayan insanların bütün müayinə və müali‑ cələri pulsuzdur. ‑ Yəqin ki, mərkəzdə xəstələrə psixoloji yardım da göstərilir... ‑ Əlbəttə. Xəstələrin bəziləri HİV virusu daşıyıcısı olduqlarını eşidəndə uzun müddət özlərinə gələ bilmirlər. Hətta intihar cəhdləri belə olur. Belə insanlara vəziyyətləri ilə barışmaları, özlərini cəmiyyət‑ dən təcrid etməmələri üçün psixoloji yardım göstəririk. QİÇS bizim düşündüyümüzdən də yaxındır. Heç kəs bu xəstəlikdən sığortalanmayıb. QİÇS yalnız tibbi problem deyil, həm də sosial problemdir. Burada cəmiyyətin hazırlığı da vacib məsələdir. Çünki bəzən insanlar məlumat azlığından belə insanlar‑ dan uzaq olmağın zəruriliyini irəli sürür. Bunun qarşısını almaq, insan‑ lara çatdırmaq lazımdır ki, HİV infeksiyası nə qrip deyil, nə də digər hava‑damcı yolu ilə yayılan xəstəlik deyil ki, xəstələr təcrid edilsin. Bu xəstəliyə tutulan insan‑ ları diskriminasiya etmək lazım deyil. Onların ətrafdakılar üçün heç bir təhlükəsi yoxdur. Yalnız bu virusun hansı yollarla keçdiyini bilməli və bunun profilaktikasını aparmalıyıq. Rəna Kərimova


34 əbul imtahanları abituriyentlər üçün çətin vaxtdır. Adətən, yeniyetmələr məktəb dərslərinə və imtahanın verilməsinə çətinliklə uyğunlaşırlar – baş pis işləyir, yeniyetmələr adi məsələlərdə fikrini toplaya bilmirlər, özlərini yorğun və sarsılmış hiss edirlər, veri‑ lən materialı (məlumatı) pis qavrayır və yadda saxlayır‑ lar. Bu arada həkimlər sübut ediblər ki, tədris prosesinə uyğunlaşmağın çətinliyi, həm də dərk etmə qabiliyyə‑ tinin, sintezin və yeni məlumatın yadda saxlanmasının pisləşməsi uşaqların orqanizmində yod çatışmazlığı ilə əlaqədardır.

Təəssüf ki, Azərbaycanda 10 yeniyetmədən yalnız 8‑də yod çatışmazlığı özünü müxtəlif formalarda göstərir, bu da həyati fəallığın və zehinin aşağı düşməsi ilə nəticələnir. Əgər yeniyetmə televizora çox baxır və kompüter oyunları oynayır, məktəbdən isə yalnız ikilər gətirirsə, o zaman onu adi tənbəllikdə şübhə altına almaq olar. Lakin əgər məktəbdə pis göstərici həyat tonusunun azalması və yeniyetmə və onun valideyn‑ lərinin tez‑tez xəstələnməsi əsasında baş verirsə, deməli, bu, bütün ailənin qidalanmasında yod çatışmaz‑ lığını göstərir.

YODSUZ AĞIL YOXDUR


35 Kimyəvi element kimi yod ilk dəfə 1811‑ci ildə fran‑ sız kimyaçı‑texnoloq Bernar Kurtua tərəfindən kəşf edilib və buxarlarının bənövşəyi rənginə görə bu adı almışdır (iodes – yunan dilindən tərcümədə bənövşə gülünün rəngi deməkdir). Həmin əsrin sonunda qalxan‑ varı vəzidə yodun mövcudluğu sübut olunmuşdur. Adətən, yodun mötədil çatışmazlığının aydın ifadə edilmiş əlamətləri olmur və “gizli aclıq” xarakterini (xüsusiyyətlərini) daşıyır. Azərbaycanın torpaqları yodla zəngin deyil. Məhz buna görə də ölkəmizin mərkəz hissələrində qalxan‑ varı vəzinin xəstəlikləri 15‑25%, xüsusilə əlverişsiz rayonlarda isə tam 40% təşkil edir. Orqanizmdə yod çatışmazlığı aşağıdakı hallara gətirir: • Qalxanvarı vəzi hormonlarının uzun sürən çatış‑ mazlığı; • infeksiya xəstəliklərinə meyllilik; • yaddaşın pozulması; • uşaqlarda zehni gerilik; • böyüklərdə zehnin azalması; • daimi yorğunluq və zəiflik hissi; • dərinin quruluğu, dırnaqların qırılması; • sonsuzluq; • depressiya. Ömür boyu insan cəmi 3‑5 q (təqribən 1 çay qaşığı) yod qəbul edir. Bütün orqanizmdə olan yodun 1/3 hissəsi qalxanvarı vəzidə toplaşıb. Yod defisitinin kütləvi profilaktikası məqsədi ilə duz, çörək və digər qida ərzaqlarının yodlaşdırılması tətbiq edilir. Yod defisitinin fərdi profilaktikası kalium yodid tabletkalarının (Yodomarin) qəbulundan ibarətdir. Duzsuz pəhriz tutan insanlar yod defisiti inkişafının yüksək risk qrupuna daxildirlər. Yodlaşdırılmış duzu germetik plastik bağlamada saxlamaq və hazır yemək‑ ləri onunla duzlamaq məsləhətdir. Son illər ərzində Azərbaycanda və bütün dünyada yod defisiti xəstəlikləri problemi xeyli kəskinləşib, bunu isə təbii kataklizmlər (kəskin çevrilişlər), ekologiyanın kəskin pisləşməsi, həm də yüksək yod tərkibli ərzaq‑ ların qəbulunun azalması və ağır metallarla texnoloji çirklənmənin təsiri ilə əlaqələndirirlər. Qəbul imtahanlarına uyğunlaşma müddətinə asan davam gətirmək üçün abituriyentə kömək edəcək bir neçə qayda var: 1. Gün rejimini dəyişmək lazımdır – tez yatıb, tez oyanmaq. 2. Televizora baxmağın və kompüterdə oyunların vaxtını məhdudlaşdırmaq. 3. Aktiv istirahət, idman məşğələləri və təmiz hava‑ da gündə 1.5 saatdan az olmayaraq gəzişmək. 4. Qida rasionunda balıq, süd, ciyər, həmçinin qarabaşaq yarması və qozun miqdarını artırmaq. Yodun zehni qabiliyyət üçün vacibliyini başa düşərək, ölkələrin çoxu bu cür problemi xörək duzuna,

heyvanların yemlərinə, çörəyə və başqa qida ərzaqları‑ na yod əlavə etməklə həll edirlər, lakin təəssüf ki, Azərbaycanda bu, hər yerdə baş vermir. Buna görə də məktəb və ya tələbəlik zamanı göstəricilərin zəifliyinin yod defisiti ilə əlaqəli olması böyük ehtimaldır. Məktəb müvəffəqiyyətinin pis olmasının yod defisiti ilə əlaqəli olmasını bir neçə tibbi tədqiqatlar göstərib. 6 ay ərzində müntəzəm olaraq gündə 100 mkq yod (Yodomarin) qəbul etdikdən sonra təkrar tibbi müayinə bütün zehni göstəricilərin təkmilləşməsini aşkar etdi. Beləliklə, yod defisitinin kompensasiyası (bərpa etməsi) yaddaşın yaxşılaşdırılmasının, yeni məlumatı dərk etmə və qavramasının, məktəbli və tələbələrin müvəffəqiyyətinin təminatıdır. Yod defisiti ilə mübarizə qaydaları: • Xörək hazırlayanda yodlaşdırılmış duzdan isti‑ fadə edin. • Uşaqların qida rasionuna daha çox dəniz məhsul‑ larından, yodla zəngin dəniz kələmi, balıq, krevetkalar əlavə edin. • Yodla zənginləşdirilmiş mineral su için. • Yod monopreparatlarından istifadə edin. Orqanizmə təsiri hər tərəfli öyrənilmiş və tövsiyə edilən üsullardan biri də ‑ kalium yodiddir (Yodomarin 100/200). Gündə 1 həb Yodomarin 100/200 qəbul etdikdə, yaddaş və yeni materialı dərketmə qabiliyyəti, öyrənmə və məktəbli və tələbələrin zehni inkişafı yaxşılaşır, xroniki xəstəliklərin tez‑tez yaranması azalır.


36

XƏRÇƏNGDƏN MÜDAFİƏ üəyyən ərzaqlar orqanizmi xərçəngdən keyfiyyətli müdafiə edən maddələr ilə təmin edir. Onların təsiri medika‑ mentlərin qəbulundan alınan effekt ilə müqayisə oluna bilər.

QİDALANMA MEYVƏ VƏ TƏRƏVƏZLƏR Həcmi: gündə 5‑6 porsiya yemək (bir porsiya – orta ölçülü meyvə, ¾ stəkan şirə, bir fincan yarpaqlı göyərti və yarım stəkan çiy və ya emal olunmuş tərəvəz). Xərçəng ilə ən fəal “mübarizlər”: xaççiçəklilər fəsiləsi (brokkoli, brüssel kələmi, ağ kələm), bir çox soğan və sarımsaq növləri, giləmeyvələrdir. Səbəb: giləmeyvələrin, xüsusən də cır mərsinin tərkibinə daxil olan ellagin turşusu (Ellagic acid) şişi qidalandıran qan damarlarının inkişafını ləngidir. Sarımsağın tərkibindəki kükürd birləşmələri uzun müddətli istilik emalına məruz qalan qidanın kanserogen təsirini azaldır, eləcə də, düz bağır‑ saq, süd vəzisi, ağciyər xərçəngi hüceyrələrini məhv edir.

DƏNLİ BİTKİLƏR Həcmi: gündə 3 dəfə dənli bitki yemək lazımdır: yabanı düyü, bütöv dənli çörək. Səbəb: buğdanın tərkibinə hor‑ monal pozğunluqlar nəticəsində əmələ gələn xərçəng

hüceyrələrinin inkişafının qarşısını alan fitoestrogenlər daxildir. Bundan başqa, dənli bitkilər qanda şəkərin səviyyəsini azaldır.

YAĞLI BALIQ VƏ TOXUMLAR Həcmi: həftədə iki və daha çox porsiya sardina, qızılbalıq, skum‑ briya və ya kətan toxumu yemək lazımdır. Səbəb: rasionda düzgün yağlı turşular çatışmayanda, döş vəzisi xərçəngi riski artır. Omeqa‑3 yağlı turşular döş vəzisi, ağciyər, kişilərdə prostat vəzi xərçəngi riskini azaldır. Məsləhət: Gün ərzində 2‑4 fincan yaşıl çay için, rasionun ⅔ hissəsini tərəvəz, meyvə, dənli bitkilər, paxlalılara ayırın.

MÜNTƏZƏM OLARAQ İSTİRAHƏT EDİN! Nə etməli? Hər gün mütləq 5‑10 dəqiqə ərzində hamıdan uzaqlaşın, sakit bir guşəyə çəkilərək, gözlərinizi bağlayaraq oturun və dərindən nəfəs alın. Belə beşdəqiqəliklər həyat ritmi azğın‑ laşan zaman sizə yaşama qüvvəti verəcəkdir. Səbəb: son tədqiqatların nəticəsinə görə, həyatında heç olmazsa bir dəfə güclü ruhi travma (işinin itirilməsi) və ya faciəvi (həyat yoldaşı və ya uşaqların ölümü) hadisə yaşamış qadınlarda, döş vəzisi xərçəngi riski 62% artır.

EKSPERT RƏYİ: Stresslərə davam gətirə bilməyən qadınlar onkologiya üzrə risk qrupuna daxildir. Biz hamımız problemlərlə üzləşirik, lakin onlara fərqli reaksiya veririk. Travmatörədici situasiyalardan qaçmağa çalışın (misal üçün, ağır münasibətlər və ya həddən artıq əsəbi iş), lakin onlarla üzləşdikdə, yaxın adam və ya dost köməyinə müraciət edin. Sirkad ritmlər, immun funksiyası və hormonların istehsalı arasında əlaqə mövcuddur. Kifayət qədər yuxu almamaq (sutkada 7 saatdan az) xəstəlik riskinin artmasına gətirib çıxarır.

DAİMA POZİTİV OLUN! Nə etməli? meditasiya edin, yoqa ilə məşğul olun və həyatda sizi sevindirən məqamların siyahısını tərtib edin. Səbəb: həyata pozitiv baxış immun sistemini möhkəmləndirir.

DAYAQ NÖQTƏSİNİ TAPIN! Nə etməli? Çətin məqamlarda yaxınların, dostların və ya təsadüfi insanların sizə təsəlli verməsi çox vacibdir. Səbəb: insan tənha və bədbəxt olanda xərçəng ilə xəstələnmə riski 9 dəfə artır, bunu Avstraliya alim‑ lərinin tədqiqatları göstərib. Səbəb odur ki, tənhalıq immun sistemi‑ nin hücuma cavabını zəiflədir.


38

Hipertonik ensefalopatiya

müalicəsində qızıl standart

Hipertonik ensefalopatiya – uzun müddət mövcud olan tənzimlən‑ məyən arterial hipertoniya ilə əlaqəli olan beyin qan dövranının xroniki pozulması (BQDXP) nəticəsində əmələ gələn baş beynin tədriclə inkişaf edən diffuz və ocaqlı zədələn‑ məsi deməkdir. Baş beyin damarları aterosklerozu‑ nun qoşulması baş beynin qan təchiza‑ tının artan pozulmasına səbəb olur, bu isə HE‑nın proqressivləşməsinə gətirib çıxarır. Çox zaman arterial hipertoniya ilə müşayiət olunan şəkərli diabet, lipid mübadiləsi pozulması və tütünçəkmə də baş beynin damar sis‑ teminə zədələyici təsir göstərir. Hipertonik ensefalopatiya 3 mərhələdən ibarətdir. 1‑ci mərhələdə subyektiv şikayətlər üstünlük təşkil edir, 2‑3‑cüdə isə kliniki nevroloji sin‑ dromlar formalaşır: Vestibülyar‑beyincik sindromu – baş gicəllənməsi, səndirləmə, dayanıqsız yeriş;

Psevdobulbar sindrom – qeyri‑ aydın nitq, “zorakı” gülüş və ağla‑ ma, udma zamanı çeçəmə; Ekstrapiramid sindrom – başın, əl barmaqlarının əsməsi, hipomimiya, əzələ rigidliyi, hərəkətlərin ləngiməsi; Damar demensiyası – yaddaş, intellekt, emosional sfera pozul‑ ması. Arterial hipertoniyanın həkim‑tera‑ pevt tərəfindən aparılan erkən müali‑ cəsi, müasir antihipertenziv və təsiri baş beynin qan təchizatının və metabo‑ lizminin yaxşılaşdırılmasına yönəlmiş preparatların tətbiqindən ibarətdir və HE‑nın inkişaf etməsinə profilaktik təsir göstərməklə yanaşı, onun pro‑ qressivləşmə sürətini ləngidir. Patogenetik cəhətdən HE zamanı vazoaktiv, neyroprotektiv və metabolik xüsusiyyətlərə malik preparatların tət‑ biqi məqsədəuyğundur. Vazoaktiv preparatlar arteriolların tonusuna və qanın reoloji keyfiyyətlərinə təsir edərək, serebral mikrosirkulyasiyanı

yaxşılaşdırır. Bu preparatlar HE zamanı koqnitiv pozuntuların əlamətlərini azaldır. Beyin qan dövranına müsbət təsiri sübut olunmuş ən çox istifadə olunan preparatlardan biri, “Gedeon Rixter” kompaniyasının istehsal etdiyi Kavintondur (vinposetin). Preparat beyin qan dövranını gücləndirir, mikrosirkulyasiyanı yaxşılaşdırır, beyin hüceyrələri tərəfindən qlükozanın mənimsənilməsi və utiliza‑ siyasını aktivləşdirərək, onların oksi‑ gen azlığına qarşı davamlılığını artırır və sinir toxumasını qoruyur. “Gedeon Rixter” kompaniyasının patronajı altında 30000‑dən artıq pasiyentin işti‑ rakı ilə preparat 100‑dən çox eksperi‑ mental və kliniki sınaqdan keçmişdir. Bu tədqiqatlar Yaponiya, Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Portuqaliya kimi ölkələrdə aparılıb. Dünyanın 40‑dan çox ölkəsində bu preparatın çoxillik istifadəsi göstərib ki, beynin oksigen və qlükoza ilə təmi‑


39 natını yaxşılaşdıraraq və enerji poten‑ sialını artıraraq, Kavinton beyin fəaliyyəti‑ ni, o cümlədən, yaddaş, nitq, intellektual fəaliyyət, idrak funksiyalarını yaxşılaşdırır. Əlavə təsirlər və digər dərman vasitələri ilə arzuolunmaz qarşılıqlı əlaqə praktiki olaraq yoxdur. Bu keyfiyyət bir neçə, o cümlədən, ürək, qaraciyər, böyrək, ağciyərin xroniki xəstəliklərindən əziyyət çəkən və iki‑üç və daha çox dərman vasitəsindən istifadə etməyə məcbur olan ahıl yaşlı insanlar üçün xüsusilə vacibdir. Ağır formalı HE xəstələrdə (III dərəcə) pozulmuş qan dövranının bərpa olunması imkanları çox azdır. Bununla yanaşı, Kavinton preparatının 10 günlük parente‑ ral istifadə kursundan sonra beyin qan dövranının müasir tədqiqat üsulu olan OFEKT üsulunun köməyi ilə qiymətləndirilən beyin perfuziyasının yaxşılaşması qeyd olunmuşdur ki, bu da xəstələrin kliniki vəziyyətinin yaxşılaşması ilə müşayiət olunurdu: baş ağrıları və vestibülyar‑beyincik pozuntuların azal‑ ması, yaddaşın, emosional‑iradi sferanın və hərəki pozuntuların yaxşılaşması. Heç bir halda “oğurlama sindromu” qeyd olunmamışdır. III dərəcəli HE xəstələrə Kavintonla müalicəni inyeksion formadan başlayaraq, sonradan peroral formaya keçilməsi məqsədəuyğundur. 2004 ildən etibarən dünyanın bir çox ölkəsində, o cümlədən, Azərbaycanda preparatın yeni dərman forması – Kavinton forte (tabletlər 10 mq № 30) yaranıb. Preparatın yeni formasının tərki‑ bində təsir edən maddənin daha çox qatılığı sayəsində 2 tablet əvəzinə 1 tablet qəbul etmək kifayətdir. Son zamanlarda kombinə edilmiş tera‑ piya müalicənin əsas prinsiplərindən biri‑ nə çevrilib. Bu cəhətdən, antihipertenziv preparat olan Dirotonun (lizinopril) Kavintonla (vinposetin) birlikdə tətbiqi təcrübəsi maraq kəsb edir. 2 müalicə reji‑ minin müqayisəli tədqiqatı aparılıb: yalnız lizinopril ilə hipotenziv terapiya və onun vinposetin ilə birlikdə istifadəsinin arterial hipertoniya və 1 dərəcəli HE olan xəstələrdə kliniki əlamətlərə və serebral hemodinamikaya təsiri. Lizinopril və vinposetin daxil olan kombinə edilmiş terapiya zamanı serebral hemodinamika göstəricilərin 2 dəfə artıq gerçəklik əhəmiyyətli yaxşılaşması qeyd olunub. Diroton sutka ərzində bərabər hipotenziv effekt törədərək, Kavintonun vazoaktiv təsirini gücləndirir.


40

AVROPA İTTIFAQI VƏ BMT-NİN İNKİŞAF PROQRAMININ «CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT» (SCAD) REGİONAL PROQRAMI

NARKOTİKLƏRSİZ HƏYAT şaqlar böyüklərə etibar edir və tez təsir altına düşür‑ lər. Müəllimlər uşaqlar üçün davranış nümunəsi olmaqla, onları narkotik vasitələrdən istifadədən çəkindirə bilərlər. Bütün bunlar onları istiqamətləndirə biləcək ailələrə malik olmayan gənclər üçün xüsusi əhəmiyyət kəsb edir. Gənc insanlar nəfs ilə mübarizə aparmaq, mürəkkəb və tələbatlı cəmiyyətdə onlara edilən təz‑ yiqlərə davam gətirmək məcburiyyətində olurlar. Zərərli maddələrin istifadəsi əsasən özünə əminsizlik hisslərinin öhdəsindən gəlmək və ya onlardan qaçmaq üçün mexanizmdir. Uşaqlara belə çətinliklərlə üzləşməkdə tək olmadıqlarını və təhlükələrin öhdəsindən gəlmək üçün bir çox müxtəlif sağlam yolların olduğunu başa düşməkdə kömək edin.

UŞAQLARA ÖZLƏRİNİ MÜDAFİƏ ETMƏYİ ÖYRƏDİN! Narkotik vasitələrə “yox” demək iradə tələb edir. Müəllimlər uşaqlarda özünə hörmət hissini və ünsiyyət bacarıqlarını

gücləndirməyə kömək edə bilərlər. Dözümlülük göstərin ki, şagirdlər öz fikirlərini bölüşə bilsinlər. Özünə əminlik hisslərini onlara aşılayın ki, onlar özlərini olduqları kimi qəbul etsinlər. Uşaqlara tibbi dərmanların faydalı təsirləri ilə qeyri‑qanuni vasitələrin zərərli nəticələri arasındakı fərqi ayırd etməkdə kömək edin. Hər şeydən öncə, gənclərə "yox" deməyin heç də pis olmadığını öyrətməklə, onlara inkar etmə vərdişlərini aşılayın.

UŞAQLARA ÖZ YARADICILIQ KEYFİYYƏTLƏRİNİ İFADƏ ETMƏKDƏ YARDIMÇI OLUN! ‑ Uşaqlar üçün narkotizmin pro‑ filaktikasına dair verilmiş mövzu‑ da rəsm müsabiqələrini təşkil edin; ‑ İdmanı gənclər üçün sağlam seçim kimi təbliğ edin; ‑ Narkotiklərdən istifadə və HİV/QİÇS əleyhinə şüarlar yazılmış köynəklər hazırlayın; ‑ İnteraktiv oyunlar və teatr səhnəcikləri vasitəsilə əldə edilmiş

bilikləri bölüşün.

XƏBƏRDAREDİCİ ƏLAMƏTLƏRƏ DİQQƏT YETİRİN! Əgər şagirdlərin zərərli mad‑ dələr qəbul etdiyini fikir‑ ləşirsinizsə, müşahidə üçün aydın əlamətlər var, lakin ilk öncə əmin olun ki, bu əlamətlər başqa prob‑ lemlərin nəticəsi deyil. Dərhal şagirdin narkotik vasitədən isti‑ fadə etdiyi qənaətinə gəlməyin. Emosional əlamətlər: ‑ Yaxşı əhval‑ruhiyyənin birdən‑birə korlanması və depres‑ siyaya düşmə; ‑ Səbəbsiz əsəbilik; ‑ Məktəbə və ya məktəbdən kənar fəaliyyətə marağın itməsi; ‑ Başqaları ilə yola getməkdə çətinlik çəkmək; ‑ Dərs buraxma halları; ‑ Qiymətlərin aşağı düşməsi və zəif akademik göstəricilər; ‑ Diqqətin azalması. Fiziki əlamətlər: ‑ Gözlərin qızarması; ‑ Dərs zamanı yatmağa meyl; ‑ Qeyri‑dəqiq nitq;


41 ‑ Dərs zamanı diqqətsizlik; ‑ Yaddaşsızlıq; ‑ Şəxsi gigiyena və ümumi xarici görünüşə etinasız yanaş‑ ma; ‑ Titrəyən və koordinasiyasız hərəkətlər.

UŞAQLARI QEYRİ-QANUNİ DƏRMANLAR VƏ ONLARIN TƏSİRLƏRİ HAQQINDA ÖYRƏDİN! 8‑9 yaş: Şagirdlər qərar qəbul etmək bacarıqlarını və sağlam vərdişləri inkişaf etdirməlidirlər. Onlar həmçinin qanunsuz maddələrin qəbulunun mənfi təsirlərini bilməli və fərqləndirməlidirlər. 10‑12 yaş: Şagirdlər eşitdikləri narkotik vasitələrin adlarını bilməli, tanımalı və onların istifadəsi ilə bağlı olan təhlükələri müəyyənləşdirməlidir. Onlar narkotik vasitələrin istifadəsinin evdə və ictimai həyatda onlara necə təsir etdiyi haqda danış‑ mağı bacarmalıdırlar. Həmçinin, şagirdlər bilməlidirlər ki, insanlar narkotik vasitələrin istifadəsi hallarında haradan köməklik ala bilərlər. 13‑15 yaş: Şagirdlər insanların nə üçün narkotiklərdən isti‑ fadə etmə səbəblərini müəyyən etməyi və eksperimental, nadir/təsadüfi, daimi və ağır narkotik istifadəçilərini fərqləndirməyi bacarmalıdırlar. Onlar informasiyanı öz yaşıdları ilə paylaşmaq bacarıqlarını nümayiş etdirməlidirlər. Həmçinin, şagirdlər, HİV/QİÇS xəstəliyi və narkotiklərin istifadəsi arasındakı münasibətlər və insanlara yoluxma təhlükəsi yaradan hallar haqqında öyrənməlidirlər.

TƏKLİF OLUNAN TƏDRİS PLANI: Dərs 1: Narkotik nədir? Narkomaniya nə deməkdir? Hər bir şəxsə və cəmiyyətə təsiri. Dərs 2: Narkotiklərdən istifadə ilə HİV/QİÇS arasındakı bağlılıq nədədir? HİV/QİÇS‑in qarşısı necə alına bilər? Doza aşmaları zamanı nə etmək lazımdı? Dərs 3: Risk faktorları hansılardır? Bunlara akademik müvəffəqiyyətsizlik, ailədə problemlər və narkotiklərin mövcudluğu aiddir. Qoruyucu faktorlar hansılardır? Buraya ailə və cəmiyyətin dəstəyi, narkotiklər haqqında məktəbdə təlim və təhsilin inkişafı aiddir. İctimai liderlər və başqaları buna necə müdaxilə edə bilərlər? Dərs 4: Gənclərə vəziyyəti dəyərləndirmək bacarığını öyrətmək, öz yaşıdlarının təzyiqlərinin öhdəsindən gəlmək, narkotiklərə necə “yox” demək, narkotiklərin tələsinə düşməmək və narkotik vasitələrin istifadəsini dayandırmaqda öhdəlik götürmək üçün lazımi addımların öyrədilməsi həyat bacarıqlarının aşılanmasına daxildir.


42

2009‑cu ilin fevral ayında Bakı şəhərində “Bioloji təbabət” klinikası fəaliyyətə başlayıb. Klinikanın əsas şüarı “təbiət ilə paralel və əl‑ələ getmək”dir. Ətraf mühitin daimi olaraq çirklənməsinin nəticəsində ümumi toksiki vəziyyətin pisləşdiyi hazırkı zamanda bioloji təbabət xüsusi aktuallığa malikdir və “ən müasir” terapiya formasıdır. Bioloji təbabət terapevtik tədbirləri orqanizmin özünü tənzimləmə, regenerasiya, adaptasiya və özünü müalicə qabiliyyətlərinin təbii imkanları ilə ahəngdə təsir göstərmək üçün istifadə edir. Klinikada çalışan həkimlər müalicə məqsədi ilə bitkilərdən, minerallardan, orqanlardan, canlı və inaktiv mikroorqanizmlərdən homeopatik texnologiyalar üzrə hazırlanmış ekstraktlardan

istifadə edir. Bioloji müalicə üsullarına, eləcə də, fizioterapiya, ozon terapiyası, hirudoterapiya, iynəbatırma, autohemoterapiya, lazeroterapiya aiddir ki, onlar da klinikada uğurla tətbiq olunur. Klinika müasir diaqnostik və laborator avadan‑ lıqla təchiz olunub (USM, EEQ, rentgen, EKQ və s.). Klinikada antibiotik və kimyəvi dərman tətbiq edilmədən xroniki və ya kəskin hormonal asılılığı, xroniki xəstəliyi olan xəstələrin, eləcə də, hormon‑ al problemlərin qeyri‑hormonal preparatlar ilə müalicəsi aparılır. 4 may 2009 ildə klinikanın rəsmi açılışına Ukrayna, Gürcüstan və Almaniyadan da qonaqlar dəvət olunmuşdur.


43

“Bioloji təbabət” Klinikası öz üfüqündən uzaqları görənlər üçün

Ünvan: Bakı şəh., 3 mkr., M.Əcəmi metrosunun yaxınlığı, Cavadxan küç.,24 Tel/Faks: (012) 430 8989 (070) 430 8989 http//www.heel‑az.com


44

HOMOTOKSİKOLOGİYA VƏ ANTİHOMOTOKSİK TERAPİYA Homotoksikologiya tibb elminin alternativ istiqamətlərindən biri olub, müasir təbabətin nailiyyətlərinin sin‑ tezindən və xəstələrin homeopatik üsulla müalicəsindən ibarətdir. Bu üsul həm nəzəri, həm də praktik cəhətdən xolistik təbabətin və onun inkişaf prinsiplərinin davamıdır. Burada kompleks yanaşma və müalicədə xəstəyə vahid bioloji sistem kimi baxılır. Homotoksikologiya üsulunu kompleks terapiya kimi ilk dəfə əsaslandıran alman alimi və həki‑ mi Hans‑Heynrix Rekkeveq olmuşdur. Onun nəzəriyyəsinə görə, orqanizm tarazlığa can atan açıq bioloji sistemdir. Belə ki, orqanizmin tarazlıq halı onun sağlam vəziyyətidir. Homotoksikologiya nəzəriyyəsinə görə “mütləq sağlamlıq” orqanizmin homotoksinlərdən tamamilə azad halıdır. Hər bir dinamik sistemdə olduğu kimi burada da tarazlıq pozula bilər. Homotoksikoz nəzəriyyəsinə əsasən bioloji sistemdə stabilliyi pozan amillərə endogen və ekzo‑ gen toksinlər (homotoksinlər) aid‑

dir. Orqanizmə düşən toksiki mad‑ dələrin təsirindən immun cavab reaksiyaları yaranır. Rekkeveq bu halı “xəstəlik” adlandırıb. Xəstəlik ‑ orqanizmdə baş verən toksiki pozulmaları bərpa etmək cəhdidir. Homotoksinlərlə mübarizə və onların orqanizmdə törətdiyi dəyi‑ şiklikləri bərpa etmək cəhdləri homotoksikozun müxtəlif fazalarının ayırd etməyə imkan verir. Rekkeveq bütün xəstəlikləri 6

Hans‑Heynrix Rekkeveq

fazalı cədvələ uyğunlaşdırmışdır. Burada patoloji proseslərə orqanizmin ayrı‑ayrı toxumalarına uyğun olaraq baxılır. Altı fazalı cədvəli bir xəstəliyin müxtəlif simptomlarının xronoloji gedişatını göstərir. Ayrı‑ayrı fazalar bir‑birini əvəz etsə də, hər birinin özünəməxsus tipik simp‑ tomları var. Altı fazalı cədvəl 3 əsas yerə bölünür: humoral faza, matriks fazası, hüceyrə fazası. Bu fazalarda patoloji prosesin inkişaf


45 səviyyəsinin müəyyənləşdirilməsi xəstənin vəziyyətinin təyin edilməsində əsas və vacib şərtdir. Humoral fazada hüceyrədaxili sistemlər zədələnmir, orqanizm homotoksinləri fizioloji dəliklər vasitəsilə xaric edir. Humoral faza özü də ekskresiya və iltihab fazalarına bölünür. Bu fazada əsas terapevtik məqsəd təbii prosesləri blokada etməmək, ekskresiyanı təmin etməkdir. Əgər biz bu faza‑ da ekskresiyanı zəiflətsək, iltihabı proseslərin qarşısını alsaq, onda xəstəliyin matriks fazasına keçmə riski yaranacaq. Matriks fazası 2 yerə bölünür: depolaşma və impreqnasiya. Depolaşma fazasında homotoksin‑ lər hüceyrəarası sahədə toplanır. Bu, çox vaxt simptomsuz keçir. Rekkeveq müəyyən etmişdir ki, ilk 3 fazada (ekskresiya, iltihab, depolaşma) orqanizm sərbəst şəkildə homotoksinlərlə mübarizə aparır, onları zərərsizləşdirir və orqanizmdən xaric edir. Bu fazalarda patoloji proseslər geri dönəndir. Hüceyrəarası sahəyə və birləşdirici toxumaya uzun müd‑ dət daxil olmaqda davam edən homotoksinlər tədricən onların funksiyalarını dəyişir, yəni impreqnasiya fazası başlayır. Bu zaman ağır simptomlar üzə çıxır, orqanların hüceyrə membranları zədələnir. Təkrarı intoksikasiya nəticəsində patoloji proses hüceyrə daxilinə keçir, hüceyrədaxili struk‑ turlar zədələnir. Bu hüceyrə fazası‑ na uyğundur. Hüceyrə fazası 2 hissəyə ayrılır: degenerasiya və dedifferensiasiya fazaları. Degenerasiya fazasında kobud struktur və funksional dəyişiklik‑ lər yaranır. Artıq xəstəlik öz inkişafında keyfiyyət cəhətdən başqa bir mərhələyə keçir (xərçəngönü vəziyyət). Orqanizmdə üzvi dəyişikliklər baş verir və proses bədxassəli şişlərin əmələ gəlmə fazası ‑ dedifferensia‑ siya fazası ilə nəticələnir. Sonuncu 3 fazadakı dəyişiklikləri (impreq‑

nasiya, degenerasiya, dedifferen‑ siasiya) Rekkeveq geri dönməyən proseslər hesab etmişdir. Patoloji proses ekskresiya faza‑ sından dedifferensiasiya fazasına doğru inkişaf edərsə, bunu Rekkeveq proqressiv vikariasiya adlandırmışdır. Düzgün təyin edilmiş müalicə nəticəsində proses fazalar boyunca geriyə ( ekskresiya fazasına) inkişaf edərsə, bu reqres‑ siv vikariasiya adlanır. Homotoksikologiyada əsas tera‑ pevtik məqsəd proqressiv vikaria‑ siyanın inkişafını dayandırmaq və patoloji klinik simptomları aradan qaldırmaqdır. Bu məqsədlə aparılan antihomotoksik müalicədə antihomotoksik preparatlardan istifadə olunur. Homotoksikoloji üsulla müalicə də istifadə olunan antihomotoksik preparatlar əsası Rekkeveq tərəfindən qoyulmuş “Bioloji Haylmittel Heel QmbX”‑ farmako‑ loji şirkəti tərəfindən istehsal olunur. Antihomotoksik preparat‑ ların yüksək effektivliyi və təhlükə‑ sizliyi praktikada təsdiq olunub. Bu preparatların effektivliyi, onların tərkibindəki mineralların, mikroelementlərin, hormonların aşağı konsentrasiyada – D2‑dən D14‑ə qədər potensiyada olması ilə əlaqədardır. Belə ki, bu potensiya‑ lar həmin maddələrin orqanizmdə olan konsentrasiyasına uyğundur. Antihomotoksik preparatların tərkibinə bir sıra homeopatik mad‑ dələr daxil olduğu üçün onlar kompleks dezintoksikasion təsir göstərir. Bu preparatlarının təsir mexa ‑ nizmi də böyük rol oynayır. Uzun illər aparılan tədqiqatlar nəticəsin‑ də bu kompleks preparatların aşkar edilmiş əsas təsir mexanizm‑ ləri həm elmi çevrələrdə, həm də dövlət səviyyəsində yüksək qiymətləndirilib. Homotoksikologiyada əsas rol oynayan köməkçi immunoloji reaksiyalar – kompleks homeo‑ patik preparatların təsir mexaniz‑ mi kimi Almaniyanın

Patentləşdirmə İdarəsi tərəfindən (1998‑ci ildə N=397‑50‑559 “Heel”‑ homotoksikologiyada köməkçi immunoloji reaksiyalar) qeydiyya‑ ta alınıb. Bu xüsusiyyətlər homeopatik müalicə üsulunu allopatik üsuldan fərqləndirir. Xəstəliyin inkişaf və gedişatına inteqrativ yanaşma homotoksikologiyanın prinsipial xüsusiyyətlərindən biridir. Antihomotoksikoloji müalicə‑ nin əsas məqsədi: ‑ Xəstəliklərin profilaktikası; ‑ Orqan və sistemlərin dezin‑ toksikasiyası; ‑ Orqan və sistemlərin regene‑ rasiysı; ‑ Simptomatikanın tənzimlən‑ məsi Homeopatiya üçün yeni dərman formasının – inyeksiya məhlulları‑ nın və kompleks homeopatik preparatların hazırlanması yeni müalicə üsullarının yaranmasına səbəb oldu. Bu üsullar homeopatik dərman maddələrinin parenteral yeridilməsinə əsaslanır: ‑ Biopunktura; ‑ Homeosiniatriya; ‑ Homeomezoterapiya; ‑ Autohemoterapiya. Antihomotoksik müalicənin müxtəlif üsullarla tətbiqi həkimlərə öz praktikalarında bu preparatlar‑ dan daha geniş istifadə etməyə imkan verir. Antihomotoksik tera‑ piyanın əsas məqsədi orqanizmin immun qüvvəsini stimulyasiya etməkdir. Hər bir halda bioloji terapiya xəstənin fərdi xüsusiyyətlərini nəzərə almaqla aparılmalıdır və xəstəni sağaltmaq məqsədi daşımalıdır. Uzun müd‑ dət aparılan antihomotoksik tera‑ piya həkimə xəstəliyə nəzarət etmək və müalicədən optimal effekt almaq imkanı verir. Bu prak‑ tik cəhətdən zərərsiz və əlavə təsiri olmayan, stimulyasiyaedici bir terapiyadır. Həkim‑homotoksikoloq Gülnar Quliyeva


46 Valideynlərin öz kiçik yaşlı qızlarını ginekoloqun qəbuluna gətirmələrinin əsas səbəblərindən biri kiçik cinsiyyət dodaqlarının bitişməsidir. Bu patologiya adətən qız uşağının anası tərəfindən aşkar olunur. Qeyd etmək istəyirəm ki, bu patologiya kiçik yaşlı qızlar arasında, əsasən də 3 yaşa qədər qızlarda çox tez‑tez rast gəlinir. Ona görə də pediatrlar qəbul zamanı mütləq qız uşağının xarici cinsiy‑ yət üzvlərini də müayinədən keçirməlidirlər. Bir çox müəlliflər kiçik cinsiyyət dodaqlarının sinexiyalarını cinsi hormonların defisiti ilə əlaqələndirirlər, çünki bu patologiya “hormonal sakitlik” döv‑ ründə mey‑ dana çıxır.

UŞAQLARDA

SİNEXİYALAR

Hesab olunur ki, xarici cinsiyyət üzvləri nahiyəsində allergiya və ya iltihab prosesi nəticəsində kiçik cinsiyyət dodaqları bir‑birinə yapışır. Son illərdə kiçik yaşlı qızlar arasında bu problemin rast gəlmə tezliyinin artması bəzi valideynlərin pamperslərdən bütün sutka boyu istifadə etməsi ilə izah edilir. Diaqnozun qoyulmasında heç bir çətinlik yoxdur. Baxış zamanı kiçik cinsiyyət dodaqları ayrıca qeyd olunmur, onların yerində hamar bir səth görünür, səthin ortasında nazik ağ xətt qeyd olunur. Ağ xəttin adətən yuxarı hissəsində çox kiçik bir dəlik qeyd olunur. Bəzən isə həmin dəliyi müəyyən etmək mümkün olmur. Qızlıq pərdəsi görünmür. Əgər sinexiya tam deyilsə, sidikçıxarıcı kanalın xarici dəliyi və klitor görünə bilər. Sinexiya nəticəsində əmələ gəlmiş “cib”də sidik toplanır, ona görə də bir çox hallarda sidik ifrazının çətinləşməsi, sidik ifrazının göynəmə, ağrı ilə müşayiət olunması, aralıq nahiyəsində qızartı qeyd oluna bilər. Kiçik cinsiyyət dodaqlarının sinexiyalarının müalicəsində də heç bir çətin‑ lik yoxdur. Bəzi hallarda hormonal tərkibli məlhəmlərin təyini kifayət edir. Bəzi hallar‑ da isə kiçik manipulyasiya tələb olunur : zond vasitəsilə sinexiyalar aralanır. Xüsusi qeyd etmək istəyirəm ki, sinexiyaların aralanması prosedurası zamanı qızlıq pərdəsi zədələnmir. Sinexiyalar aralandıq‑ dan bir neçə gün sonra cinsiyyət üzvlərinin iltihabi prosesini istisna etmək məqsədilə uşaqlıq yolundan yaxma götürülməli, sidik yollarının iltihabi prosesini istisna etmək məqsədilə sidik müayinəsi aparılmalıdır. Problem aşkar olunarsa, müvafiq müalicə aparılmalıdır. Təəssüf ki, problem residivli xarakter daşıya bilər. Ona görə də balaca qız il ərzində 2 dəfə ginekoloq tərəfindən müayinə olunmalı‑ dır. Respublikamızda uşaq ginekologiyası strukturu inkişaf etmədiyindən bu patologiyanın aşkar olunmasında əsas məsuliyyət pediatrların üzərinə düşür. Pediatrların vəzifəsi kiçik cinsiyyət dodaqlarının sinexiyasını aşkar etdikdə, uşaq ginekologiyası ilə məşğul olan mütəxəssisin qəbuluna göndərmək‑ dən ibarətdir. Leyla Məmmədova Uşaqlıq və yeniyetməlik dövrü ginekologiyası üzrə mütəxəssis


48

ERKƏN

NİKAHLAR u gün yeniyetmələrin reproduktiv sağlamlığı məsələsi dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən birinə çevrilib. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin iki prioritet istiqamətindən biri məhz yeniyetmələrin reproduktiv sağlamlığı məsələsidir. Prezidentimiz tərəfindən 2009‑ cu il “Uşaq ili” elan olunub. “Uşaq ili” çərçivəsində planlaşdırılan fəaliyyət proqramında yeniyet‑ mələrin reproduktiv sağlamlığına geniş yer ayrılıb. Reproduktiv sağlamlığa dair Azərbaycan Respublikasının Milli Strategiyasının 5 istiqamətindən biri yeniyetmələrin reproduktiv sağlamlığıdır. Strategiya hazırla‑ narkən son 5 il ərzində (2002‑2006) yeniyetmələrin sağlamlıq göstəri‑ ciləri təhlil olunaraq, bütün göstəri‑ cilər üzrə sağlamlıq səviyyəsinin mənfi dinamikası qeyd olunub. Yeniyetmə hamiləliyi istər Azərbaycanda, istərsə də respub‑

likamızdan kənarda ən vacib tibbi‑ sosial problemlərdən biridir. Məsələn, yeniyetmə hamiləliyinin tezliyi Argentina və Braziliyada 16,8‑17,5%, Şotlandiyada 7,0‑ 12,5%, Rumıniya, Bolqarıstan və Rusiyada 7,0‑10,0%, ABŞ‑da 7,0‑ 9,8%, Avstraliya və Kanadada 4,0‑ 6,9%, Yaponiya, Almaniya və Fransada 4,0%, Niderlandda 1,2% təşkil edir. Hər il dünyada 15 mil‑ yon yeniyetmə dünyaya övlad gətirir ki, bu da bütün doğuşların 2,0‑4,5%‑ni təşkil edir. Vəziyyətin təhlili göstərdi ki, son illərdə Azərbaycanda həm erkən nikahların sayı, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artıb. Yaşı 18‑ə qədər olanları götürsək, 2006‑cı ildə 4607 yeniyet‑ mə nikaha daxil olub ki, bu da bütün nikahların 5,8%‑ni təşkil edir. 18‑19 yaşlılar arasında isə 13902 yeniyetmə qız nikaha daxil olub ki, bu da ümumi nikahların

17,5%‑ni təşkil edir. Rəsmi statis‑ tikaya görə qeydiyyatdan keçən hər 4 nikahdan biri yeniyetmə nikahıdır. 2006‑cı ildə Azərbaycanda 15‑ 19 yaşlılar arasında doğum göstəricisi hər 1000 yeniyetməyə 47,8 olub ki, bu da 2004‑cü ilə nis‑ bətən təqribən 2 dəfə çoxdur. Aparılan çoxsaylı elmi‑tədqiqat işlərinin nəticələri yeniyetmə hamiləliyinin bir çox hallarda fəsadlarla müşayiət olunduğuna dəlalət edir. Yeniyetmə orqanizmi inkişafda olan orqanizmdir, eyni zamanda ətraf mühitin neqativ faktorlarına qarşı müqavimət göstərmək qabiliyyəti zəifdir. Yeniyetməlik dövründə orqanizmin bir çox xroniki xəstəlikləri kəskinləşir. Hamiləlik isə xroniki xəstəliklərin kəskinləşməsi prosesinə daha da təkan verir. Ümumiyyətlə, yeniyet‑ mə hamilələrin sağlamlıq göstəri‑ cisi aşağıdır. Yeniyetmə hamiləliyi tibbi


49 nöqteyi‑nəzərdən arzuolunmaz haldır. Çünki çox az hallarda yeniyetməlik dövründə hamiləlik və doğuş ana və uşaq üçün fəsad‑ larla müşayiət olunmur. Bu, nə ilə əlaqədardır? Birincisi, yeniyetmə orqanizmi üçün homeostatik reak‑ siyaların qeyri‑sabitliyi səciyyə‑ vidir. Hamiləlik dövründə bu qeyri‑sabitlik daha da dərinləşir. İkincisi, hamiləliyin təsiri ilə somatik xəstəliklərin dekompen‑ sasiyası qeyd olunur. Üçüncüsü, mamalıq ağırlaşmaları yetkin qadınlara nisbətən daha yüksək tezliklə qeyd olunur. Bu yaş qrupunda fəsadlı hamiləlik və doğuşla əlaqədar əlillik göstəri‑ ciləri də yüksəkdir. Hamiləlik yeniyetmənin homeostaz mexanizmlərinin sabitliyini pozur, məsələn, allergik reaksiya, ikincili immunodefisit qeyd olunur. Rusiya mama‑ginekoloqlarının fikrinə görə, yeniyetmə hamiləlik‑ ləri 30% hallarda patoloji gedişli olur. Digər müəlliflərin fikrincə isə yeniyetmə hamiləlikləri zamanı fəsadların meydana çıxma riski 76‑ 90% təşkil edir. Tədqiqatların nəticələri göstərir ki, erkən tok‑ sikoz, anemiya, düşük təhlükəsi, xroniki feto‑plasentar çatışmazlıq, hipertenziv vəziyyətlər yeniyetmə hamilələrdə daha yüksək tezliklə rast gəlinir. Yeniyetmə orqanizminin yaş xüsusiyyətləri hamiləliyin və doğuşun gedişinə öz təsirini göstərir. ‑ Çanaq hələ öz son ölçülərinə çatmayıb. 10‑15% yeniyetmələrdə dar çanaq müəyyən olunur; ‑ Uşaqlığın əzələsi və sinir aparatı tam formalaşmayıb; ‑ Homeostatik reaksiyalar sabit deyil; 30% hallarda patoloji doğuş qeyd olunur. Əsas ağırlaşmalar aşağıda qeyd olunanlardır: ‑ Vaxtından əvvəl doğuş 7,4‑ 28,3% hallarda; ‑ Sürətli doğuş 14,7‑25,6%;

‑ Doğuş fəaliyyətinin zəifliyi 6,5‑37,2%; ‑ Uşaqlıq boynunun və aralığın cırılması 4,0‑25,5%; ‑ Kliniki dar çanaq 5,7‑10,8%; ‑ Hipotonik qanaxmalar 5,9‑ 11,2%; ‑ Normal yerləşmiş ciftin vax‑ tından əvvəl ayrılması 1,0‑1,9%; ‑ Damardaxili laxtalanma sin‑ dromu. Bu ağırlaşdırıcı amillər dölə də öz mənfi təsirini göstərir. Dölün bətndaxili inkişafının ləngiməsinə səbəb olur. Yeniyetmə anaların uşaqlarının kütləsi yetkin qadın‑ ların uşaqlarına nisbətən aşağı olur. Yeni doğulmuşlarda asfik‑ siya, kəllədaxili qansızmalar, pnev‑ moniya, irinli‑septik ağırlaşmalar, anemiya qeyd olunur. 15% hallarda dölün bətndaxili hipoksiyası və 24% hallarda dölün asfiksiyası qeyd olunur ki, bu da yeniyetmələrin doğuşunda təcrübəli neonatoloqun iştirakının vacibliyinə dəlalət edir. Tədqiqatlar göstərir ki, anadan‑ gəlmə inkişaf qüsurları da yeniyet‑ mə anaların uşaqları arasında yük‑ sək tezliklə rast gəlinir. Perinatal fəsadların tezliyi, erkən neonatal ölüm göstəricisi 16‑ 17 yaşlı anaların uşaqları arasında 20‑24 yaşlı anaların övladlarına nisbətən iki dəfə yüksəkdir. Tədqiqatçılar A.Cowden və E.Funkhouser hesab edirlər ki, yeniyetmə hamiləlikləri olmasa idi, uşaq ölümü göstəricisini 8% aşağı salmaq olardı. Tibbi problemlərlə yanaşı, yeniyetmə hamilə sosial‑iqtisadi problemlərlə də üzləşir. Yeniyetməlik dövründə nikah çox qüvvətli risk faktorudur. Yeniyetmə əlavə psixoloji təsirə məruz qalmış olur. Çox hallarda yeniyetmə üzərinə düşən məsuliyyətə davam gətirməkdə çətinlik çəkir, bu da onun psixoloji durumuna neqativ təsir göstərir. Digər tərəfdən, erkən ailə quran yeniyetmələrin təhsil alması

da böyük sual altında qalmış olur. Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Əsas problemlərdən biri də yeniyetmə ananın və onun övladının hüquqi statusu məsələ‑ sidir. Nikah yaşına çatmamış yeniyetmə yalnız dini nikaha daxil olur. Dini nikah isə heç bir hüquqi qüvvəyə malik deyil. Təəssüf ki, boşananların arasında yeniyet‑ mələr də az deyil. Bu halda onların nikahı hüquqi qüvvəyə malik olmadığından onlar bir çox hallar‑ da öz övladlarını təkbaşına böyüt‑ mək məcburiyyətində qalırlar. Daha bir problem yeniyetmə hamilələrin hamiləlik zamanı həkimə müraciəti ilə bağlıdır. İstər yeniyetmə, istərsə də onun ailə üzvləri nikahın qeyri‑qanuni olduğunu bildiklərindən, hüquq‑ mühafizə orqanlarının müdaxi‑ ləsindən çəkindikləri üçün qadın məsləhətxanasına müraciət etmir‑ lər. Buna görə də hamiləliklə bağlı problemlər vaxtında aşkar olun‑ mur və bu da istər ana, istərsə də döl üçün qeyd olunan ağırlaş‑ malara gətirib çıxarır. Çox təəssüf ki, hər il yeniyet‑ mələr arasında da ana ölümü hal‑ ları qeyd olunur. Ana ölümünün əsas səbəbi antenatal qulluğun lazımi səviyyədə olmamağıdır. Yeniyetmə hamilələr isə çox hallar‑ da tamamilə antenatal qulluqdan yayınmış olurlar. Əlbəttə, hər bir valideyn öz övladının xoş gününü görmək istəyir. Heç bir valideyn istəməz ki, uşağı problemlərlə üzləşsin. Lakin həqiqətdə yeniyetmə bu problemləri yaşayır. Yəqin ki, əhalinin yeniyetmə hamiləliyinin fəsadları barədə məlumatı kifayət qədər olsa, erkən nikahların sayı ildən‑ilə artmaz. Leyla Məmmədova Uşaqlıq və yeniyetməlik dövrü ginekologiyası üzrə mütəxəssis


50

HƏKİMDƏN QORXMAYIN,

UŞAQLAR SÜDƏMƏR DÖVR Uşağınızın hələ bir yaşı da tamam olmayıb? Həkimə gedərkən özünüz ilə köməkçi aparın (ata, nənə, rəfiqə). Onlar körpənin bələyini dəyişməkdə kömək edə bilər. Gəlişin müddəti uzandığı halda, özünüz ilə uşaq qidası və ya su olan butulka, iki bələk əskisi, ehtiyat üçün pampers, gigiyenik salfetlər, əmzik, zın‑ qırovlu oyuncaq və sonradan isti‑ fadə edəcəyiniz əşyaları yığmaq üçün iki paket götürün.

İKİ-BEŞ YAŞ ARASI Bu yaşda uşaqlar daha ünsiyyətli olur, onların həkimlərə qarşı gələcək münasibətləri for‑ malaşır. Ona görə də həkimə get‑ məyiniz haqqında uşağı əvvəl‑ cədən xəbərdar edin. Yaxşı olar ki, həkimin yanına nə üçün get‑ məyiniz, onun nə edəcəyi haqqın‑ da açıq danışasınız. Yalan bir və ya iki dəfə dadınıza çatar, amma uşağın sizə olan inamını isə uzun müddətə itirə bilərsiniz. Xəbərsizlik – qorxu müttəfiqidir. Növbədə itirdiyiniz vaxtı necə

doldurmanız haqqında fikirləşin: sizin üçün iyirmi‑otuz dəqiqə əhəmiyyət kəsb etməsə də, kiçik uşaq üçün bu vaxt bir qərinədir. Özünüz ilə rəsm dəftəri, flomaster, sevimli uşaq kitabını götürün.

BEŞ YAŞINDAN YUXARI Uşaq böyümüşdür və artıq ona bu və ya digər proseduranın zəruriliyini anlatmaq, dözümlü olmağını xahiş etmək olar. Həkimin və ya tibb bacısının uşağa kömək etmək istəməsini ona izah etmək çox vacibdir. Həkim haqqında danışarkən, qətiyyətsiz‑ lik nümayiş etdirməyin, uşağın yanında poliklinikadakı qaydaları tənqid etməyin. Uşaq anlamalıdır ki, ana nə etdiyini yaxşı bilir.

YENİYETMƏ KABİNETİ Adətən, yeniyetmələr artıq özləri həkimin yanına gedir, lakin istisnalar da ola bilər. Lazım gəldikdə, mütləq uşağınız ilə bir‑ likdə poliklinikaya gedin. Yeniyetmənin başını qatmaq üçün

ona zəruri detallar haqqında danışın, gedişdən əvvəl nə üçün mütləq duş qəbul etmək və paltarı dəyişmək lazım olduğunu; həkimin ürək və ağciyərlərə qulaq asdığı zaman nə üçün onun üzünə qarşı nəfəs almamağı; stomatolo‑ qun qəbuluna gedərkən, nə üçün birdəfəlik burun dəsmallarından istifadə etməyi; növbədə daya‑ narkən, özünü necə aparmalı; qey‑ diyyat otağından kartı götürmə qaydalarını; həkim ilə söhbət etmə tərzini ona ətraflı izah edin.

UŞAQ QORXURSA… • Körpənizə izah edin ki, onun dözməli olacağı ağrı tezliklə keçəcək; • Proseduranın detalları uşağı qorxuda bilərsə, onları izah etməyə çalışmayın; • Prosedura zamanı uşağın diqqətini yayındırın; • Uşağa öz həyəcanınızı ötür‑ məyin; • Körpəni həkimlər ilə qorxut‑ mayın; • Uşağınız ilə fiziki və psixoloji təmasda olun.


52 nsanın fizioloji, zehni, psixoloji inkişafının təməl‑ ləri erkən yaşlarından qoyulur. Onun gələcək sağlamlığı, şəxsiyyə‑ tinin formalaşması, qabiliyyət, bilik və bacarıqlarının inkişafı 3‑6 yaşlar arasında yaşadığı mühit və həyat tərzi ilə sıx bağlıdır. Məktəbəqədər dövr olan bu mərhələdə uşağın sağlamlığı və düzgün qidalandırılması ilə yanaşı, onun söz ehtiyatı və dünyagörüşünün geniş olmasına, mənfi xüsusiyyətlərinin vaxtında aradan qaldırılmasına çalışmaq lazımdır.

MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏR NƏ ÜÇÜN LAZIMDIR? Bu mərhələdə uşaq bağçası uşağın formalaşmasında mühüm rol oynayır. Burada uşaqlar həmyaşıdları ilə ünsiyyətə girir, bir‑birlərindən nəsə öyrənir və

öyrədirlər. Onların insani münasi‑ bətləri həmyaşıdları ilə ünsiyyətdə daha çox formalaşır. Eyni zaman‑ da, onların yaddaşı güclənir, zehni inkişafı artır. Psixoloqların fikrincə həmyaşıdlarından uzaq, tək böyüyən uşağın qavrama qabiliyyəti zəif olur. Əgər o, bağçaya getmirsə və evdə tək uşaqdırsa, onda hamıdan qayğı ummaq vərdişi, xudpəsəndlik hissi formalaşır, ətrafdakılara qarşı laqeyd olur, psixi‑emosional baxımdan zəif inkişaf edir. Uşağınız bağçaya getməklə ailəsindən, evindən kənardakı insanlarla əlaqə yaratmağı öyrənərək, ictimai baxımdan inkişaf edər. Cəmiyyət içərisində necə davranmalı olduğunu öyrən‑ məyə başlayar. Həmçinin hər gün eyni vaxtda bağçaya getmək, günortalar eyni saatda yemək və yatmaq uşaqda nizam‑intizam qaydalarının yaranıb‑formalaş‑ masına kömək edər.

TƏQLİD EDƏN UŞAQLAR 3‑6 yaşlar arasında uşaqlara məsuliyyət hissi aşılamanın vaxtı‑ dır. Bu yaşlarda uşaqların öz geyimlərinə, fərdi təmizliklərinə diqqət yetirməsinə kömək edin. Həmçinin uşağa tökdüyü oyun‑ caqları, otağını yığmaq və anaya‑ ataya işlərində kömək etmək vərdişləri aşılanmalıdır. Gördüyü bu işlər (xüsusən də gördüyü işin qarşılığında təqdir olunması) uşağın özünə güvənməsi, özünü qiymətli və əhəmiyyətli hiss etməsi baxımından çox əhəmiyyət‑ lidir. Bu dövrdə uşağın təqlid qabiliyyətləri də yaxşı inkişaf edir. Uşaqlar ata və ananın hərəkətlərinə baxaraq, onları təkrarlamağa, onlara oxşamağa çalışırlar. Ona görə də hansı xüsusiyyətinizi uşağınızın götür‑ məyini istəmirsinizsə, o hərəkətləri onun yanında etməməyə çalışın. Uşaqlar üçün zərərli sayılan tele‑ viziya qarşısında çox vaxt keçir‑ mək vərdişi də məhz böyükləri yamsılamaq nəticəsində ortaya çıxır. Araşdırmalar nəticəsində məlum olub ki, məktəbə qədərki dövrdə həddindən artıq televizora baxan uşaqlar (gündə 3‑5 saat arası) sonrakı illərdə piylənmə və diqqət pozğunluğundan əziyyət çəkə bilərlər. Uşağınızı televizi‑ yanın mənfi təsirlərindən qorumaq


53 üçün siz də bəzi hallarda televizor‑ dan imtina etməyi bacarmalısınız. Unutmayın ki, uşaqlar məhz sizi örnək götürür.

UŞAĞI CƏZALANDIRMAQ VƏ QORXUTMAQ OLMAZ! Uşağınızın bəyənmədiyiniz davranışını dəyişdirməsi üçün ona cəza vermək düzgün yol deyil. Cəza vermək, tənqid etmək, qışqır‑ maq, vurmaq onu qısa müddətə bu xüsusiyyətindən ayıracaq. O, bu xüsusiyyətindən cəzadan qorx‑ duğu üçün əl çəkəcək, hərəkətinin yanlış olduğunu başa düşdüyü üçün deyil. Cəza verməklə onu aqressiv edə, özünə olan inamını sarsıda bilərsiniz. Bunun əvəzinə başa salmaq yolunu seçsəniz, daha düzgün olar. Böyüklərin etdiyi səhvlərdən biri də uşağı hansısa əməldən çəkindirmək üçün qorxut‑ maqdır. Məsələn, “yeməyini yeməsən, səni çox istəməyəcəyəm”, “dəcəllik etsən, gəzməyə getməyəcəksən”, “sözümə baxmasan, çıxıb gedəcəyəm” kimi təhdidlər nəticəsində uşaq dəyərsiz olduğunu hiss edərək, aqressiv‑ ləşir. Mütəmadi şəkildə belə sözlərlə qorxudulan uşaqlar hər zaman tərk edilmə və sevilməmə qorxusu keçirir ki, bu da gələcəkdə onlarda çox ciddi komplekslərin yaranmasına səbəb ola bilər.

NİTQİN İNKİŞAFI Bəzən uşaqlar hansısa hərfləri, sözləri tələffüz etməkdə çətinlik çəkə bilərlər. Uşağın danışarkən etdiyi səhvləri təkrar etmək doğru deyil, bunun yerinə səhv söylədiyi sözlərin və ya cümlələrin doğrusunu söyləmək daha uyğun olar. Bu dövrdə uşaqlar çox danışan olur və saysız‑hesabsız suallar verməkdən yorulmurlar. Hər şeyi öyrənmək, tanımaq istəyirlər. Uşağın suallarına bezmədən səbirlə, eyni zamanda sadə və doğru cavablar verin.

Cavablandıra bilmədiyiniz sualları eşitməməzliyə vurmaq yerinə, daha sonra cavablandıracağınızı deyə bilərsiniz. Uşaqla danışarkən sadə cümlələrdən istifadə edin və anlamadığı şeyləri təkrar edin. Bununla uşağınızın söz ehtiyatını zənginləşdirməyə kömək edər, həmçinin onun öyrənmək istədik‑ lərini, marağını təmin etmiş olarsınız. Uşağın nitqinin və zehninin inkişafı üçün: ● Ona kitab oxuya bilərsiniz; ● Televizora baxarkən, izlədiyi cizgi filmləri və ya verilişlər barədə onunla danışaraq, mövzunu daha yaxşı anlamasına kömək edə bilərsiniz; ● Birlikdə mahnı oxuya, şer və ya mahnı əzbərləməsinə kömək edə bilərsiniz; ● Ona yanıltmaclar öyrədin; ● Evdə, gəzintidə – hər fürsətdə onunla söhbət edin; ● Bərabər şəkil albomlarına baxıb, fotolardakı insanlar, yerlər haqda danışın. Bu onun dil inkişafı ilə yanaşı, zehni inkişafına da çox kömək edər; ● Gecə yatmazdan əvvəl uşağınızla həmin günün təəssürat‑ larını bölüşə bilərsiniz.

QİDALANMA Düzgün qidalanmayan uşaqlar həm fiziki, həm də əqli cəhətdən geri qalırlar. Bundan başqa araşdırmalar nəticəsində o da məlum olub ki, nə qədər yaxşı qidalansalar da, sevgi və nəvaziş‑ dən məhrum olan uşaqlar əqli cəhətdən geri qalırlar. Odur ki, uşaqlara həm sevgi ilə yanaşmaq, həm də düzgün qidalanmalarına fikir vermək lazımdır. Yemək yeyən zaman uşaqları danlamaq, onlara qışqırmaq da düzgün deyil. Yeməyi istəmədiyinə görə uşağa cəza vermək olmaz. Evdə heç vaxt yemədiyi bir yeməyi başqa yerdə və ya bağçada həvəslə yeyə bilər. Odur ki, ona anlayışla yanaşın. Üç yaşında olan uşaq gündəlik 1400, 4 yaşında 1500, 5 yaşında

1600, 6 yaşında isə təxminən 1700 kalori qəbul etməlidir. Bu kalorinin 15%‑i zülalların, 55%‑i karbo‑ hidratların, 30%‑i yağların hesabı‑ na daxil olmalıdır. Gün ərzində kifayət miqdarda kalori qəbul edilmədikdə, uşaqlarda zəiflik, halsızlıq yaranır. Bu yaşlarda uşaqların vitamin‑ lərə olan tələbatlarını da ödəmək lazımdır. Vitaminlər üçün ən yaxşı qaynaqların tərəvəz və meyvələr olduğu unudulmamalıdır. A vita‑ mini uşaq orqanizminin ümumi fəaliyyətinə təsir edir, görmə qabiliyyətini artırır. Boy atma, sümük və dişlərin inkişafı üçün də A vitamini vacibdir. Az yaşlı uşaqlar üçün ən vacib olan vita‑ minlərdən biri də D vitaminidir. Orqanizmi kalsium və fosforla təmin edən D vitamini sümük, qan və limfa toxumalarının inkişafında da fəal rol oynayır. Onun çatışmazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. K vitamini qanın laxtalan‑ masında mühüm rol oynayır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır. B qrupu vita‑ minləri də uşaqlar üçün çox lazım‑ lıdır. Uşaqlar üçün ən əhəmiyyətli minerallar isə kalsium və dəmirdir. Kalsium çatmazlığında raxit xəstəliyi, dəmir çatmazlığında isə qan azlığı meydana çıxır. Kalsium və dəmiri kifayət miqdarda qəbul edənlər digər minerallara olan tələbatlarını da ödəyə bilərlər. Ən yaxşı kalsium qaynaqları süd, pendir, qatıq, fındıq və bir sıra tərəvəzlərdir. Dəmirlə zəngin qidalar isə ət, yumurta, tərəvəzlər, quru paxlalılar və quru meyvələrdir. Uşaqlar bizim gələcəyimizdir. Və biz gələcəyimiz olan uşaqları sağlam, gümrah, komplekslərdən uzaq, güclü bir şəxs kimi yetişdirmək istəyiriksə, körpə yaşlarından onların təlim‑ tərbiyəsinə, düzgün qidalanmasına diqqət yetirməliyik.


56 GÜNDƏN QORUYAN KREMİ NECƏ SEÇMƏLİ? • Gündən qoruyan vasitələrdə kimyəvi və fiziki filtrlər istifadə olunur. Birincilər, aqressiv şüalan‑ manı udur, lakin onların istifadəsi həssas dərinin allergik reaksiyaları ilə təhlükəlidir. Ən yeni fiziki filtr‑ lər, yəni mineral maddələr: titan və sink oksidi daha mühafizəkar təsir göstərir. Daha optimal, hər iki filtr növlərini birləşdirən filtrlər – “sanbloklar”dır ki, seçimi də onların üzərində saxlamaq məs‑ ləhətdir.

• Qabın üzərində göstərilən günəş amili rəqəmi müdafiə zamanını əks etdirir. Misal üçün, dəriniz gündə qalandan 20 dəqiqədən sonra qızarır, kremi‑ nizin günəş amili isə 10‑a bərabərdir, kremdən istifadə etdikdə, siz 10 dəfə artıq vaxt ərzində, yəni 200 dəqiqə gündə qarala bilərsiniz. • Kremin tərkibində günəşdən qorunma faktoru nə qədər yük‑ səkdirsə, ilkin mərhələdə qaralma səviyyəsi bir o qədər zəifdir.

• Gündən qoruyan kremlərin hamısı suya davamlı deyil. Suya davamlı kremlər çimmə ilə isti‑ rahət üçün zəruridir. Həkimlər hesab edir ki, dənizdə yarım saat qaldıqdan və dəsmal ilə silindikdən sonra, hətta ən suya davamlı krem öz müdafiə xüsusiyyətlərinin üçdə birini itirir. Dəriyə ən effektiv təsiri müdafiə faktoru yüksək, 30‑dan az olmayan krem göstərir.


57 GÜNDƏ NƏ ZAMAN QALMAQ OLMAZ? 1. İşığahəssas vasitələr, o cüm‑ lədən antibiotik və hamiləliyin qarşısını alan preparatlar qəbul etdikdə. 2. “Cavanlaşdırıcı kurslar” ‑ inyeksiyalar, mezoterapiya, cilala‑ ma kimi proseduralardan bir aydan az müddət keçdikdə. 3. İltihablı dəriyə də günəş əks‑ göstərişdir.

7 AKTUAL MƏZUNİYYƏT MƏSLƏHƏTİ 1. Dəriniz təbiətən bəyaz və zərifdirsə, dəniz səyahətinə yola düşməzdən əvvəl bir neçə solyariy seansı qəbul etmək yaxşı olardı – bu prosedura dərini günəş aqres‑ siyasına hazırlayar. 2. Çimdikdən sonra dəriniz üzərində su damcılarının qalması‑ na yol verməyin – onlar kiçicik lin‑ zalar kimi günəş enerjisini dərinin üzərində fokusa yığaraq, yanıq törədə bilər. 3. Günəş şüalarından yalnız üzü deyil, baş dərisini də qorumaq lazımdır. Mümkün qədər geniş kənarlı şlyapalar geyinin. 4. Kurort yerlərində gəzişərkən, unutmayın ki, paltar günəşdən tam qorumur, misal üçün, pambıq günəş şüalarının 60%‑ni keçirir. 5. Gündə olarkən, ətir və dezodorantlardan çox ehtiyatla istifadə etmək lazımdır. Bəzi kom‑ ponentlər işığa qarşı çox həssasdır və dərinin üzərində piqment ləkələri sala bilər. 6. “Qaralmadan sonra” istifadə üçün nəzərdə tutulan kosmetik vasitələrə qarşı etinasızlıq göstər‑ məyin. Onlar dəri hüceyrələrinin funksiyasını bərpa edir, susuzlaş‑ manın qarşısını alır, qaralmanın rəngini yaxşılaşdırır və qoruyur. 7. Çimərlikdə keçirdiyiniz günəş seansından sonra yağlı dərili qadınlara üzlərini qatıq ilə, quru

dəri sahibələrinə isə su ilə qarışdırılmış süd ilə silmək məs‑ ləhətdir.

AĞARDICI PREPARATLAR Dəriləri günəşə qarşı hiperpiq‑ mentasiya ilə reaksiya verən xanımlara ağardıcı vasitələr də kömək edə bilər. Son nəsil ağardıcı kremlər dəridə melanin istehsalını normallaşdırır. Hiperpiqmentasiya, yəni dəridə qeyri‑bərabər rəng çalarlı ləkələr yalnız, müvəqqəti olaraq keçir və yenidən əmələ gəlir. Ağardıcı kremlərdən səhər və axşam isti‑ fadə etmək zəruridir. Bu zaman səhər ağardıcı kremin üstündən gündən qoruyan krem, axşam isə yalnız ağardıcı krem ilə məhdud‑ laşmaq olar. Qidalandırıcı krem‑ lərdən isti fəsillərdə ümumiyyətlə imtina etmək lazımdır. Dərini isə müntəzəm olaraq nəmləndirmək lazımdır. Ağardıcı preparatların tərkibi‑ nə, heç olmazsa, aşağıda göstərilən komponentlərin ikisi daxil olmalıdır: • Hidroxinon – 2%‑ə qədər; • Koya turşusu; • Ayıqulağı; • Çəkil (tut); • Biyan kökü.

DƏRİNİZİ VİTAMİNLƏR İLƏ “BƏSLƏYİN” Dərinin vəziyyətinə C vitamini faydalı təsir göstərir. Sitrus meyvələrinə qarşı allergiyanız yox‑ dursa, limondan çox istifadə edin, eləcə də, qida rasionuna kələm, şirin bibər, göyərti, alma və qarağat əlavə edin. Dəriyə, həmçinin kətan yağı, kətan toxu‑ mu, balıq yağı tərkibinə daxil olan əvəzolunmaz yağlı turşular (omeqa‑3, omeqa‑6) lazımdır. Dəri örtüyü antioksidantlara da ehtiyac duyur. Maskalar haqqında da unutmaq olmaz.

YAY MASKALARI Təzə armud püresindən hazır‑ lamış maska xüsusən yağlı və məsaməli dəri üçün çox yararlıdır. Armudun tərkibindəki aşılayıcı maddələr məsamələri daraldır, üz dərisini ağardır, nəmləndirir və təmizləyir. Kətan toxumundan maska bütün tip dərinin lipid qatını bərpa edir. Bir desert qaşığı kətan toxu‑ munun üzərinə yarım stəkan qay‑ nar su əlavə edir və buxar üzərində saxlayırlar. Bu kisel nazik qat şəklində üzə çəkilir. Quruduqca, yeni qat əlavə olunur – cəmi 3‑4 qat. Kətan toxumu maskasını isti kompres vasitəsi ilə çıxarmaq lazımdır. Alma‑yumurta ağı maskası yağlı dərini qidalandırır, alma‑ yumurta sarısı maskası isə quru dəri üçün nəzərdə tutulur. Quru və normal dəri üçün bitki yağı və ya yumurta sarısı əlavə olunmaqla, bütün meyvə və giləmeyvələrdən hazırlanmış maskalar qidalandırıcı panaseya ola bilər. Xüsusən, şaftalı zərif və xoşagələndir. Bütün tip dəriləri banan yumşaldır. Üzün üzərinə fal‑fal düzülən pomidor boz, yağlı dərini təravətləndirir. Yay pilinqi üçün qəhvəüyüdücüdə əzilmiş yulaf yarmasından hazırlanmış maska məsləhətdir. Yarmanı qaynar suda qarışdırdıqdan sonra üzünüzə çəkin və dərini iki dəqiqə ərzində masaj edin. Yulaf nəinki ölü dəri qabığını xaric edir, eyni zamanda onu nəmləndirir və qidalandırır. Dəri örtüyünü gö yərti maskası canlandırır: cəfəri, şüyüd, kərəviz, qara qarağat yarpağını ətçəkən maşından keçirdikdən sonra xama əlavə etmək lazımdır. Bütün maskalar üzdə 10‑15 dəqiqə saxlanılır, sonra isə ilıq su ilə yuyulur.


58

MUSİQİ İLƏ MÜALİCƏ tar - zəfəran, nağara - mixək və jenşen, ud - pişikotu, zurna tünd qəhvə kimi təsir göstərir


59 Musiqinin müalicə еtməsi çoxdan bəllidir. 700 il bundan qabaq Azərbaycan alimi Səfiəddin Urməvi (XIII əsr) musiqi nəzəriyyəsi sahəsində traktatlar yazıb: «Şərəfiyyə» və «Musiqi pərdələri haqqında kitab». Urməvinin əsərlərini oxuduqca, biz o uzaq dövrün mеlodiyaları ilə tanış oluruq: mеtabil, еrani, təncigə, sеgah və s. Yorğunluğu və əsəbiliyi aradan qaldırmaq əhvalruhiyyəni və yuxunu bərpa еtmək üçün əcdadlarımız qədim Şərq alətlərinin (rübab, ud, dütar, tənbur, nеy, mizmara, surnai, çəng, şahrud, kanun və s.) müşayiəti ilə ifa olunan musiqiyə qulaq asırdılar. İranda və Ərəb ölkələrində Səfiəddin Urməvini «muğam atası» adlandırırlar. Axı məhz o, ilk dəfə bu janrın еlmi nəzəriyyəsini işləyib hazırlayıb, musiqi tеrminologiyasını və qammaların öyrənilməsini təkmilləşdirib, musiqinin insan sağlamlığına faydalı təsirindən yazıb. Sonralar onun işini başqa Azərbaycan musiqişünasları – Əbdülqədir Marağayi (1353-1433 illər) və Əbdüllətif Şirvani (XVI əsr) davam еtdiriblər. IX-XIV əsrlərdə musiqinin müalicəvi əhəmiyyətindən qonşu мüsəlman xalqlarının məşhur alimləri də yazırdılar: Əbu Nəsr əlFərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Rеyhan Biruni, Əbu Əli İbn Sina və s.

MUSİQİNİN MÜALİCƏVİ TƏSİRİ NƏDƏN İBARƏTDİR? Еnsiklopеdik biliyə malik məşhur Orta Asiyalı türk alimi Əbu Nəsr əl-Fərabi (873-950 illər) «Musiqi haqqında böyük kitab» əsərində qеyd еdir: «Musiqi əhvalruhiyyənin yaxşılaşmasına, mənəvi–əxlaqi tərbiyyəyə, təmkinli olmağa və mənən inkişafa təkan vеrir. O, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da hal-

dan düşmüş olur. İnsan hisslərinə müsbət təsir еdən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır…» Böyük İbn Sina (980-1037 illər) bеlə məsləhət görür: “Başınız ağrıyır? Çalışın gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, oraya musiqiçini dəvət еdin və dütarın incə səsinin təsiri ilə yuxuya gеdin».Yеddi əsr sonra “Tibbnamə” əsəri də simli alətlərin mеlanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qеyd еdir. Tanınmış həkim Sultan Qiyasəddin «Kitabüs-sinəət» (XVIII əsr) əsərində öz həmkarlarını musiqini öyrənməyə dəvət еdir və yazır ki: «Hind alimləri həkimlərə musiqini və onun nəzəriyyəsini öyrənməyi məsləhət görürlər. Bu еlmə yiyələnmək həkimlər üçün zəruridir, çünkü nəbzin dəqiqliklə müəyyən olunmasına kömək еtmiş olur. Bundan başqa, bəzi xəstəliklər musiqinin müəyyən janrına qulaq asmaqla müalcə olunurlar». Sultan Qiyasəddinin və başqa şöhrətli alimlərin məsləhətilə orta əsr həkimləri musiqi nəzəriyyəsini (еlmül-musiqi) öyrənməyə çalışırdılar. Məlum oldu ki, bu asan iş dеyil. Musiqi o qədər incə və dəqiq еlmdir ki, Orta Asiya alimi əl-Xarəzmi (783-850 illər) onu riyaziyyatın bir bölməsi sayаrаq, özünün cəbrə aid məşhur əsərinə daxil еtmişdi. Buna təəccüblənməyə dəyməz: o vaxtlar musiqi nəzəriyyəsi, doğrudan da, mürəkkəb xaraktеr daşıyırdı. Hər hansı həkim onu öyrənmək qərarına gələ bilmirdi. Əgər bu iş ancaq onunla məhdudlaşsa idi ki, musiqidə üç səs (yüksək, aşağı və orta) və üç kök (mеtr, mеlodiya və jеstlər) var, onda məsələ bir o qədər də mürəkkəb olmazdı. Axı bundan əlavə həkim gərək musiqili akustikanın nəzəriyyəsini, musiqidə tonları və onların qarşılıqlı əlaqəsini, intеrvalların növ və qruplarını, əmələ gəlmə qaydalarını, musiqili ritmləri və

sair mövzuları öyrənəydi. Bütün bu mürəkkəb mətləblər haqqında Əbdülqədir Marağayinin (13531433 illər) «Musiqili traktat»ında və Əbu Rеyhan Biruninin (9731048 illər) «Təbabətə aid böyük kitab»ında açıqlamalar vеrilir. Bu kitabların hamısı rəqəmlərlə, həndəsi fiqurlarla, şəkil və cizgilərlə doludur. Buna baxmayaraq, həkimlər musiqini öyrənmək üçün vaxtlarını əsirgəmirdilər – axı söhbət xəstənin sağlamlığından gеdirdi!

ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA HANSI MUSİQİ İLƏ MÜALİCƏ EDİRDİLƏR? Şərif Xan Bidlisi (XVI əsr) Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvinin ziyafət məclisini bеlə təsvir еdirdi: «Gümüşüayaqlı, büllurçiyinli, sifətləri nur saçan saqilər və qızıl paltarlar gеyinmiş cariyələr rəvan yеrişlə gəldilər və əbədiyyət bulağından götürülmüş su kimi təmiz çaxırla dolu badələri təmtəraqla əllərinə alıb, şadlığa və çaxır içməyə çağırırdılar. Xoşsəsli xanəndələr və xoşavazlı musiqiçilər yüksək və alçaq səslərlə uşşaq nəğməsini oxuyaraq, simli alətlərin iniltiləri altında ulu və sadə adamların ağıl və düşüncələrini başlarından apardılar». Onuncu əsrin sonunda «İxvənüs-Səfa» (Saflıq Qardaşları) adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.


60 QULAQ ÜÇÜN ƏN YAXŞI MƏŞQ SAZ. Sazda ifa еdilən musiqi sinir sistеmini tonuslaşdırır, insanı gümrah еdir, əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Mеlanxoliyada və ruh düşkünlüyündə faydalıdır, bəd fikirləri insandan uzaqlaşdırır. Orta əsr müəllifləri musiqini düzgün qavramaq üçün saz və tara (xüsusilə yüksəkdən çalınan yox, incə mеlodiyalara) qulaq asmağı məsləhət bilirdilər. Yusif İbn Məhəmməd «Tibbi-Yusifi» (1511 il) əsərində qеyd еdir: «Еşitmə orqanı üçün məşq - ürəyəyatımlı musiqiyə qulaq asmaqdır, istəyir bu, tеz, yavaş və ya qarışıq ifa еdilən musiqi olsun». ZURNA. Bu alət insanda mübariz ruh yaradır, bəzən isə təcavüzkarlıq və cəngavərlik hisslərini oyadır. Zurnanın səsi ruh düşkünlüyünü, laqеydliyi aradan qaldırır, qan təzyiqini artırır. Əgər nеy (tütək) səsinə qulaq asan insan xеyirxah düşüncəyə dalırsa, zurna, əksinə, onu tеz və qətiyyətli hərəkətə çağırır. Amma yadda saxlamaq lazımdır ki, yuxusuz və əsəb xəstəliyinə düçar olmuş insanlara uzun müddət zurnaya qulaq asmaq məsləhət görülmür. NAĞARA. Bu alət insanlara qəm-qüssəyə, əqli və fiziki yorğunluğа, aşağı qan təzyiqinə qarşı mübarizədə kömək еdir. Hеsab olunurdu ki o, bəzi dərman bitkilərini əvəz еdir və mixək kimi insan orqanizmini tonuslaşdırır. Nağaranın gurultulu və amiranə ritmi insanın əhvalını özünə tabе еdir. O, emosionallığı və nikbinliyi artırır, şübhə və tərəddüdləri, düşüncələrdəki nizamsızlığı aradan qaldırır, ona qulaq asanı daha da gümrah еdir, onu əsəbləşdirmir və yormur. Nağaranın səsi orqanizmə müəyyən bir ritm vеrir. Bəzən bizə еlə gəlir ki, bədənimizin bütün еnеrjisi bu alətin taktları ilə birgə döyünür. Nəticədə nəinki əhvalruhiyyə, hətta daxili orqanların fəaliyyəti nizama düşür.

ƏSƏBLƏRİ SAKİTLƏŞDİRMƏK ÜÇÜN… TAR. Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq malxulya (mеlanxoliya), əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa еdilən mеlodiyalar insanda sakit, fəlsəfi əhvalruhiyyə yaradır, həyat barədə düşünməyə vadar еdir. Əgər təntənəli musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini sеçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flеqmatik (soyuqqanlı, laqеyd), yüksək pərdələr (zil) – xolеrik (tündməcaz, tеzhirslənənlər), orta pərdələr isə mеlanxolik (qəmgin, məyus) insanlar üçündür. KAMANÇA. Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir. O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Kamançanın еcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk еtmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527 il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır. NEY (TÜTƏK). Nеyin incə səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nеy, əksər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzz almağa kömək еdir, bəzən isə fəlsəfi

düşüncələrə aparır. UD. Babalarımız hеsab еdirdilər ki, udun səsi baş ağrısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir.

ECAZKAR MELODİYALAR MUĞAM. Tar və kamançada ifa olunan muğamın еcazkar mеlodiyaları sinir sistеmini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nеvroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar еdir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, mеlanxoliya və sıxıntı hisslərini əmələ gətirə, pis xatirələri onun yadına sala bilər. «Qabusnamə» (XI əsr) müəllifi musiqiçiyə bеlə məsləhət görür: «Gənclərin əhvali-ruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tərənnüm еdən yüngül (həfif) mahnılar çal… Dünya görmüş, ahıl adamlara ciddi, kədərli mеlodiyalar (rah) çal, bu, onlara xoş gələr». Qədim mənbələrə görə, Azərbaycan muğamı şöbələrdən ibarətdir ki, onların hər birisi özünəməxsus tərzdə dinləyicinin əhvali-ruhiyyəsinə təsir еdir: dəraməd (mahnı-rəqs müqəddiməsi) və bərdaşt (instrumеntal başlanğıc) dinləyicini mərhələ-mərhələ daхili harmoniya halına gətirir; mayе (improvizasiya) və təsnif (mahnı) – tamamilə sakitləşdirir, “göylərə aparır”, bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə haləhvalı qaldırır; rəng (rəqs havası) – dinləyicini gümrah еdir, onu «ayıldaraq», еlə bil ki, «göydən yеrə» qaytarır. OYUN HAVALARI. Muğamdan fərqli olaraq, oyun havaları insanı gümrah еdir və aktivləşdirir, onun həyat tonusunu qaldırır. Pis əhval-ruhiyyədə, əsəbilik, nеvroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülürdü. Bu


61 musiqinin nikbin təbiəti orqanizmə müalicəvi təsir göstərir. Rəqsin özü də faydalıdır, insanı onun içində toplanmış mənfi еnеrjidən azad еdir, qan dövranını yaxşılaşdırır, sinir sistеmini tonuslaşdırır.

POP MUSİQİ ÜLVİ HİSSLƏR OYATMIR KLASSİK SİMFONİK MUSİQİ. Üzеyir Hacıbəyovun, Müslüm Maqomayеvin, Qara Qarayеvin, Fikrət Əmirovun, Qərb klassiklərindən - Şopеnin, Bеthovеnin, Çaykovskinin və başqa bəstəkarların musiqisi sakit əhval-ruhiyyə və incə hissləri oyadır, şəxsiyyətin mənəvi inkişafına təkan vеrir. Bеlə musiqilər nеvroza, qüssəyə, yuxusuzluğa qarşı əla vasitələrdən biridir. Gözəl klassik musiqiyə qulaq asarkən, insanın ruhu еlə bil yеrdən ayrılaraq yuxarılara, səmaya doğru üz tutur. Buna görə də bеlə musiqini çox vaxt ilahi musiqi adlandırırlar.

RİTMİK ESTRADA (POP) Ağır mеtal, rok, rokn-roll, disko və bu kimi musiqi janrları insana dеmək olar ki, qəhvə kimi təsir еdir, yəni orqanizmi tonuslaşdırır, ürəkdöyüntüsünü və psixi fəaliyyəti aktivləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Bu musiqi cavanlara yaxşı təsir bağışlamaqla, problеmlərini müvəqqəti unutmağa, güclü еmosiyalara qapılmağa və istirahət еtməyə kömək еdir. Bununla bеlə, qəhvədə olduğu kimi pop musiqisində də zərərli təsirlər özünü göstərir. Bu musiqiyə uzun müddət qulaq asdıqda, o, yorğunluq, əsəbilik əmələ gətirməklə, ürəyə və sinir sistеminə zərərlidir. Klassik musiqidən fərqli olaraq pop musiqisi insanlarda ülvi hissləri oyatmır, onları səmalara ucaldıb, tanrıya ulaşdırmır, əksinə, maddiyata, bu dünyanın varnеmətlərinə bağlayır, kеfə və əyləncələrə istiqamətləndirir.

MUSİQİ VƏ CANLI TƏBİƏT Bəzi adamlar musiqinin müali-

cəvi təsirinə inanmırlar. Lakin son zamanlar məlum olub ki, musiqi nəinki insanları müalicə еdir, o, hətta bitkilərin boy atmasında da rol oynayır. Profеssor В.Dubrov «Musiqi və bitkilər» əsərində Amеrika alimlərinin kəşfi barədə məlumat vеrərək, qеyd еdir ki, mütəmadi çalınan klassik musiqi (Motsart, Şopеn, Bеthovеn və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tеzləşdirir. Bundan əlavə Motsart və Bеthovеnin musiqisinə “qulaq asan” bitkilərdə yеtişən mеyvələr adi ot və ağacların barına nisbətən daha iri və dadlıdır. İlk baxışda alimlərin nəticələri təəccüblü və inanılmaz kimi nəzərə çarpır – axı bitkinin qulağı yoxdur! Lakin söhbət müəyyən еdilmiş еlmi faktdan gеdir. Yaxşı musiqi bitkilərə səmərəli təsir еtdiyi halda, onun insan üçün də faydalı olması təəccüblü dеyil.

Fərid Ələkbərli tarix elmləri doktoru


64

“BİRİ VAR İDİ, BİRİ YOX İDİ...” Kinorejissor Eldar Quliyev: “İnanmıram ki, yaxşı insanın yaramaz övladı olsun”.


65 iri var idi, biri yox idi, Azərbaycanın tanınmış bəstəkarı Tofiq Quliyev var idi... Bu gün isə T.Quliyev adını fəxrlə yaşadan Azərbaycanın tanınmış rejissoru Eldar Quliyev var. Jurlanımızın oxucularını gö zəl ürəyə malik səmimi insanla, bö yük rejissorla bir qədər yaxın‑ dan tanış etməyi qərara aldıq. Adətən rejissorla onun yaradıcılığı, çəkdiyi və çəkmək istədiyi filmlərdən sö hbət edirlər. Təbii ki, biz də tanınmış rejissor Eldar Quliyevlə sö hbətimizdə bu məqamı unutmamışıq. Amma bir qədər də ənənədən kənara çıxaraq “Ailə həkimi”nin istiqamətinə uyğun olaraq, rejissorun sağlam‑ lıqla bağlı fikirlərini də ö yrən‑ mişik.

‑ Eldar müəllim, uşaqlıq və gənclik illərində sağlamlığınıza fikir verə bilmisinizmi? ‑ Uşaqlıq və gənclik elə bir dövrdür ki, təbii olaraq, bu dövrdə sağlamlıq barədə o qədər də düşünmürük. Yaşa dolduqca sağlamlığımıza diqqət göstərməyə başlayırıq və təəssüf edirik ki, niyə zamanında sağlamlığımıza biganə qalmışıq. Amma hazırda mən siqareti tərgitməyi təbliğ edən insanlardan biriyəm. Düzdür, özüm siqaret çəkirəm. Amma başqalarına təbliğ etməyə çalışıram ki, çəkməyə başlamasınlar. Çünki nikotin həddən artıq zərərlidir. Biz özümüzə təlqin etmişik ki, siqaret çəkəndə sakitləşirik, əsəblərimizi cilovlayırıq. Hətta mən özümə təskinlik vermək üçün deyirəm ki, atam 84 yaşına kimi gün ərzində 2‑ 3 qutu siqaret çəkirdi. Amma digər tərəfdən də fikirləşirəm ki, o, bu qədər siqaret çəkməsəydi, daha çox yaşaya bilərdi. Çox şükür ki, onun elə də ciddi bir xəstəliyi olmamışdı. Yalnız yüksək təzyiq‑

dən əziyyət çəkirdi. ‑ Bəs Tofiq müəllim sizi siqaretdən yayındırmağa çalışmırdı? ‑ Artıq gec idi. Bir tərəfdən də mən ondan öyrənmişdim siqaret çəkməyi. Atam “Duka” markalı siqaret çəkirdi və onun çox gözəl qabı var idi. Bu “gözəllik” məni cəlb elədi və təxminən 18 yaşımda siqaret çəkməyə başladım. İlk dəfə elə “Duka” çəkdim. ‑ Sizin uşaqlığınız müharibədən sonrakı illərə təsadüf edir. O dö vrü necə xatır‑ layırsınız? ‑ Çətin illər idi. Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamının yaşam tərzi eyni cür idi. Bizim üçün ən dadlı yemək yağlı və pesoklu çörək idi. Kimdə olsa,

bölüşdürürdük. Hamımız bərabər idik. Təzə Pir məscidinin yaxın‑ lığında yaşayırdıq. Mənim uşaqlığım orada keçib. Uşaqlığımla bağlı çox gözəl xatirələrim var. Çox təəssüf ki, uşaqlıq dostlarımdan bəziləri dünyasını dəyişib. ‑ Eldar müəllim, ananız necə, sizin sağlamlığınız üçün hansısa qayda‑qanun qoymuşdumu? ‑ Anamın atası ixtisasca həkim olduğundan təbii ki, o da sağlam‑ lıq məsələsində həssas idi. Yeri gəlmişkən, onu da deyim ki, ana babam 1937‑ci ildə həbs olunmuş‑ du. Onları ailəlikcə sürgün etmişdilər. Ona görə də anam 18 yaşından işləməyə məcbur olmuş‑ du. Məni isə daha çox nənəm, anamın anası saxlayıb. Çox maraqlı adı var idi – Badisəba.


66 Dindar qadın idi. Namaz qılırdı. ‑ Bəs nənəniz necə qidalan‑ manıza fikir verirdi? Yoxsa müharibə dö vrü olduğuna gö rə kim nə tapırdı, yeyirdi? ‑ Hə elə idi. Ancaq o vaxt qidaların dadı‑tamı vardı. Hər şey təzə‑tər idi. O vaxtkı üzümün dadı hələ də damağımdan getməyib. İndi heç bir məhsulda əvvəlki dad qalmayıb. Yəqin kimyəvi mad‑ dələrin təsirindəndir. Yay ayların‑ da nənəm məni Gəncəyə aparırdı. Ata nənəm isə Quba tərəfdən Musabəyovlar ailəsindən idi. Musabəyovların hamısı sürgün olunanda yalnız mənim nənəm qalmışdı. Nənəm Ayna Sultanovanın doğma bacısıdır. ‑ Necə oldu ki, Eldar Quliyev rejissor oldu, uşaq vaxtdan bunu arzulayırdınız, yoxsa kimsə istiqamət verdi? ‑ Bir tərəfdən təsadüf olsa da, mən bunu tale, qismət sayıram. Onuncu sinfə kimi fizik olmaq istəyirdim. Məktəbi qızıl medalla qurtarmışdım. O vaxt orta məktəbi qızıl medalla qurtarmaq asan məsələ deyildi. Yadımdadır ki, mən məktəbi bitirən ili bütün Bakı məktəbləri üzrə cəmi 10‑12 nəfər qızıl medal ala bilmişdi. Rejissor

olmaq arzusuna gəlincə, onuncu sinifdə oxuyanda “Durnalar uçur” adlı bir filmə baxdım, bu film mənə çox təsir etdi. Və mən bu filmə baxandan sonra qərara gəldim ki, rejissor olmalıyam. Açığı həm ailəmiz, həm də qohumlar mənim bu istəyimi təəc‑ cüblə qarşıladı. Çünki mən əvvəllər fizika və riyaziyyatla daha çox məşğul olur, həmin fənlərin olimpiadalarında iştirak edirdim. ‑ Bəs Tofiq müəllim, sizin bu istəyinizi necə qarşıladı? ‑ Etiraz etmədi. İndi mən də onun kimi davranıram. Qızlarıma ixtisas seçimində sərbəstlik verdim. Qızımın biri həkimdir. Moskvada onkoloji mərkəzdə işləyir. Kimyaterapevtdir. Digər qızım isə universitetin filologiya fakültəsini bitirib. Bir neçə qısame‑ trajlı film ssenarisi var. ‑ İlk dəfə hansı filmi çəkdiniz? ‑ İlk dəfə diplom işi olaraq “Biri var idi, biri yox idi” adlı qısa metrajlı film çəkmişəm. Yazıçı Salam Qədirzadənin hekayəsi əsasında çəkmişdim. İlk böyük filmim isə “Bir cənub şəhərində”dir. Artıq 40 ildir ki, bu sahədəyəm və xeyli film çək‑

mişəm. ‑ Həkimlərlə bağlı kino çək‑ mək istəmisinizmi, belə bir şey fikrinizdən keçibmi? ‑ Mən hər əlamətə fikir verən insanam. Yolumdan pişik keçirsə, yolumu dəyişirəm. Hesab edirəm ki, ayın 13‑ü mənə düşmür. Ona görə də ayın 13‑də heç vaxt yeni bir işə başlamıram. Bu baxımdan həkimlərdən film çəkib, onların əlinə düşmək istəmirəm (gülür). Yəqin ki, qismət olmayıb. Mənim həkimlərə çox böyük hörmətim var. Qızım, kürəkənim də həkimdir. ‑ Həkimlərə işiniz çox düşüb? ‑ İstər‑istəməz yaş məsələsi özünü göstərir. ‑ Xarici ö lkələrdə 6 aydan bir həkim müayinəsindən keçmək adət halını alıb, bizdə isə nadir hallarda buna əməl edənlər olur. Bəs siz necə, tez‑tez müayinə olunursunuz? ‑ Qızım məni məcbur edir ki, mütəmadi şəkildə həkim müayi‑ nəsindən keçim. Çünki vaxtlı‑vax‑ tında həkimə getdikdə, xəstəliklər də azalır. Ona görə çalışıram ki, ildə 1‑2 dəfə müayinələrdən keçim. ‑ Sizcə, sağlamlıq iksiri nədədir? Sağlamlığı necə qoru‑ maq lazımdır? ‑ İndi stress halları artıb. Mən televizorda zəlzələ, cinayət hal‑ larının çox göstərilməsinin əley‑ hinəyəm. Belə şeylər insanları çox qıcıqlandırır. Əsəbləri tarıma çəkir. Hamı da bilir ki, bütün xəstəliklər əsəb nəticəsində ortaya çıxır. Gərək əsəblərimizi qoruyaq. Ətrafımızdakı insanlara, hər kəsə hörmətlə, diqqətlə, qayğı ilə yanaşsaq, stress halları da azalar, xəstəliklər də. ‑ Qidalanma zamanı rejim gö zləyirsinizmi? ‑ Pəhriz saxlamağa məcburam. Çünki məndə diabet tapdılar.


67 Məcburam ki, sevdiyim bəzi qidalardan, xüsusilə də şirniyyat və şokoladdan imtina edim. Düşbərə, qutab kimi yeməkləri çox sevirdim, ancaq ona da icazə ver‑ mirlər. Siqaret də bu xəstəlik üçün zərərlidir. Ona görə də tərgitmək istəyirəm. Amma hələlik alın‑ mayıb.

bütün bu dəyişiklikləri görmüşəm. ‑ Belə bir sö z var, hər bir kişinin ürəyinə yol mədəsindən keçir? Sizin ürəyinizə necə yol tapmaq olar? ‑ Bu, bir tərəfdən düzdür. Amma qəlbimə yol tapmaq üçün ilk növbədə səmimi olmaq lazımdır.

‑ Səbəbi nədir? ‑ Demirəm ki, digər işlər asandır. Ancaq mənim işim elə bir işdir ki, hər filmə gərək ürəyinin bir hissəsini verəsən. Verməsən, film alınmaz. Qəhrəmanın keçirdiyi bütün hissləri gərək sən də keçirəsən. Ona görə də siqareti tərgidə bilməmək bir tərəfdən də mənim işimlə bağlıdır. Təsadüfi deyil ki, ən az ömür sürən peşə sahibləri arasında rejissorlar da var.

‑ Siz ö z həyat güzgünüzə baxanda orda nə gö rürsünüz? ‑ Mənim güzgüm mənim bala‑ larım, sonra isə nəvələrimdir. İnanmıram ki, yaxşı insanın yara‑ maz övladı olsun. Və ya əksinə. İnsanın övladları onun güzgüsüdür.

‑ “Özüm və zaman” adlı filminiz var. Siz ö zünüzlə zamanı necə gö rürsünüz? ‑ Mənim yaşıdlarım olan nəsil çox çətin zamanda yaşamışıq. Bizim uşaqlığımız müharibə dövrünə düşüb. Böyüklərimiz, qar‑ daşlarımız müharibədə döyüşürdü. Müharibədən sonrakı vəziyyət də çox çətin idi. Sonra Azərbaycan müstəqilliyini qazananda çox çətin günlər yaşadıq. Mən ölkədən heç yerə çıxıb getmək istəmədim. Baş verənləri qəzetlərdən, kitablardan oxumaq istəmirdim. Ona görə də keçid dövrünü mən də yaşamışam. Bir tərəfdən, xoşbəxt insanam ki,

‑ Hər bir ailənin ö z ənənəsi olur. Sizə Tofiq Quliyevdən hansı ənənə miras qalıb və siz onu ö vladlarınıza ö türmək istərdiniz? ‑ Bunu mən deyə bilmərəm. Gərək bunu mənim valideynlərimi tanıyan, kənardan müşahidə edən bir insan desin. Ancaq yəqin ki, genetik baxımdan nələrsə ötürülüb. Mənim üçünsə ən vacib şey odur ki, övladlarım və nəvələrim gələcəkdə deməsinlər ki, atamız, babamız yaxşı insan olmayıb.

Futbol, stolüstü tennis, şahmat kimi idman növləri ilə də məşğul olmuşam. ‑ Düzgün həyat tərzi keçirmək üçün nə etmək lazımdır? ‑ Hesab edirəm ki, insan gərək ləzzətlə yaşasın. Dostlarından, sevdiyi insanlardan, yaxınlarından zövq alsın. Hər gün insana təzəlik gətirməlidir. Bu zaman sənin həya‑ ta da marağın artacaq. Məsələn, əgər mən öz qəhrəmanımı (aktrisanı nəzərdə tutmuram) sevməsəm, onda görmək istədik‑ lərimi ala bilməyəcəm. ‑ Mütaliə etməyə vaxtınız olur‑ mu? ‑ Vaxt tapıram. Hazırda Atatürk haqqında yazılmış kitab oxuyu‑ ram. Bir məqamı da qeyd edim ki, son zaman gənclər arasında kitaba maraq azalıb. ‑ Jurnalımıza ürək sö zləriniz... ‑ Həm jurnalınıza, həm də oxu‑ cularınıza can sağlığı, uğur, xoşbəxtlik arzulayıram.

Gülnar Məsimli ‑ İdmanla məşğul olmağı sevirsinizmi? ‑ İdmanla çox məşğul olmuşam. Bəlkə də məhz bu amil kömək edib ki, mən çox xəstələn‑ məmişəm. Cavanlıqda basketbolla məşğul olmuşam.


68


69 stimullaşdırır, onları yağ parçalan‑ ması məhsullarını və artıq mayeni xaric etməyə sövq edir. aşıl çayın 300‑dən artıq növü məlumdur. Yaxşı çayın yarpaqlarının rəngi parlaq, əl ilə yoxlandıqda yumşaq olmalıdır. Eyni zamanda bu yarpaqları bar‑ maqlar arasında ovxalamaq çətin olmalıdır, onların üzərində dişcik‑ lərin cizgiləri aşkar görünməlidir. Yaşıl çay qanda xolesterin və şəkərin səviyyəsini normallaşdırır, damar divarlarını möhkəm‑ ləndirir, arterial təzyiqi endirir. O, sinir sistemini canlandırır və enerji ilə təmin edir, ən əsası isə arıqla‑ mağa kömək edir.

– orqanizmi yağları fəal şəkildə əritməyə vadar etməyi ilə yanaşı, bu proses zamanı əmələ gələn azad radikallardan qoruyur. Yaşıl çayın tərkibində askorbin turşusunun miqdarı limondan 4 dəfə və qara çaydan 10 qat artıqdır. Güclü antioksidant olaraq, C vitamini azad radikallara hüceyrələrin membranlarını və dəri karkasını saxlayan kollageni dağıtmağa imkan vermir və beləliklə, arıqla‑ ma marafonu zamanı dəri sallan‑ masının qarşısını alır.

KALİUM

P VİTAMİNİ

– yaşıl çayın əsas makroelementlərindən biridir. Burada onun tərkibi qaysı qurusundakından 1,5 dəfə artıqdır. Arıqlamaq istəyənlər üçün həyati vacibdir – o, böyrəklərin işini

C VİTAMİNİ

– antioksidant effekti ilə məşhurdur. Tərkibində onun miqdarına görə yaşıl çay bütün məlum bitkiləri geridə qoyur. Qarabaşağın tərkibində 61,

çay yarpağında isə 85 vahid P vita‑ mini mövcuddur. Çəkisini azal‑ danlar 3‑4 fincan çay içdikdə, bu maddəyə olan sutkalıq tələbatı ödəmiş olurlar.

YAŞIL ÇAY KATEXİNLƏRİ

– antioksi‑ dant effektinə görə E vitaminini 10 dəfə və C vitaminini isə 20 dəfə üstələyir. Qara çayın tərkibində katexinlər oksidləşmiş vəziyyətdə olur və faydasız olur.

KOFEİN

– maddələr mübadiləsi səviyyəsini və dərialtı piyin parçalanmasını artırır. Çay yarpaqları tərkibində onun miq‑ darı qəhvə dənəsində olduğundan 1,5‑3 dəfə artıqdır, lakin ondan fərqli olaraq, daha yumşaq təsir göstərir, nəbzi tezləşdirmir, yuxu‑ suzluq törətmir, çünki ayrılıqda deyil, tanin ilə kompleksdə təsir edir.


70

KƏLƏMİN

FAYDASI

• Rasiona müntəzəm olaraq kələm daxil etdikdə, xərçəng xəstəliyinə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır; • Kələm yaxşı beta‑karotin mənbəyi olduğundan görmə qabiliyyətinə müsbət təsir göstərir; • Həm təzə, həm də turşuya qoyulmuş kələm bağırsaqlar üçün faydalıdır. Onun tərkibində çoxlu sellüloz mövcuddur; • Kələmin tərkibində dəmir və kalium – həyat tonusunu artıran və ürək fəaliyyətini yaxşılaşdıran mikroelementlər mövcuddur; • Ağ başlı kələmin tərkibində olan U vitamini xora xəstəliyinin müalicəsinə kömək edir; • Az kalorili olduğuna görə (27 kal/100q) həkimlər kələm vasitəsi ilə arıqlamağı məsləhət görürlər.

SEHRLİ İÇKİ – KƏLƏM ŞİRƏSİ • Ağ başlı kələm şirəsi öskürəyi sakitləşdirir (səhər ac qarına, 1

stəkan); • Yuxusuzluqdan xilas edir (yatmazdan 1 saat əvvəl, 1/2 stəkan); • MQS (menstruasiya qabağı sindrom) əlamətlərindən xilas edir (gün ərzində 3 dəfə yeməkdən sonra, 1/4 stəkan).

ZÜLAL VƏ VİTAMİN MƏNBƏYİ Kələm digər tərəvəzlərdən yük‑ sək zülal tərkibi ilə seçilir. Kələm zülalları heyvan mənşəli zülallara yaxındır. Kələmin tərkibində C vitamini miqdarı heç də limonda olduğun‑ dan az deyil, lakin üzvi (limon, alma və s.) turşuların az olması səbəbindən, onun turşuluğu da azdır.

PRAKTİK MƏSLƏHƏTLƏR: • Kələm seçərkən, ölçüsündən

asılı olmayaraq, bərk, əzilməmiş, tər yarpaqlı olmasına fikir verin; • Sıx yarpaqlı kələmi duza qoy‑ mazdan əvvəl başı 4 hissəyə bölün, kələm özəyini çıxarın və resept üzrə doğrayın; • Bişirilmə zamanı kələm qoxusunu aradan qaldırmaq üçün suya şərab və ya sarımsaq əlavə edin; • Kələmin özəyində nitratlar toplandığına görə onu tullamaq lazımdır.

AĞ KƏLƏM Bir çoxları ağ kələmə üstünlük verir. Onun tərkibində çoxlu miq‑ darda şəkər (7,6 %), zülal (2,3 %), sellüloz (1,1%), üzvi turşu (0,1‑ 0,3%) mövcuddur. Turşuya qoyul‑ muş kələmin tərkibində bütün fay‑ dalı maddələr ikiqat güc ilə təsir göstərir. Duza qoyulma üçün ən yararlı kələm növləri orta və gec yetişənlərdir.


72


73 TORT ƏVƏZİNƏ KİTAB

islahedilməz şirnisevəni belə tər‑ biyələndirməyə qadirdir.

Bir çox qadınlar söyləyirlər ki, şirniyyatdan imtina etmək onlar üçün katorqaya getməyə bərabərdir. Gəlin, düşünək: nə üçün şokolad və peçenyelər bizim həya‑ tımızda belə hökmranlıq edir? Bir çox alim və həkimlər hesab edir ki, bu, orqanizmin tələbatı ilə az bağlıdır. Şirniyyat, ilk növbədə, ləzzət almaq üçün asan yoldur. Orqanizmə şəkər daxil olduqdan sonra, beyində sevinc hormonları olan endorfinlər istehsal olunmağa başlayır. Əlbəttə ki, həzz almağın digər yolları da mövcuddur. Lakin şokolad və ya konfet yemək ən asan yoldur. Ona görə də şirniyya‑ ta qarşı rəfedilməz meyldən qur‑ tulmağın ən yaxşı üsulu zövq verən bir məşğuliyyət seçməkdir. Yaradıcılıq, hobbi, yaxşı filmləri seyr etmək və sevimli musiqini dinləmək, idmanla məşğul olmaq, mütaliə etmək – bütün bunlar hətta

İNSULİN NƏZARƏT ALTINDA Fizioloji cəhətdən konfet yeməyə həddən artıq həvəsi, yal‑ nız qanda insulin səviyyəsinin dəyişməsi ilə izah etmək olar. Ağır əqli və ya fiziki gərginlikdən, stressdən, yorğunluqdan sonra onun səviyyəsi enir və bizi qeyri‑ ixtiyari şirniyyat həvəsi çəkir. Belə hallarda şirniyyat həqiqətən də özümüzü daha yaxşı hiss etməyi‑ mizə kömək edə bilər. Lakin özünü idarə etmək və çərçivədən çıxmamaq çox vacib‑ dir. Balansı bərpa etmək üçün yal‑ nız bir şokolad yemək kifayətdir. Bundan sonra 20 dəqiqə gözləmək lazımdır. İnsulinin səviyyəsindən danışarkən, qeyd etmək lazımdır ki, bəzi hallarda şirniyyata meyllik qanda insulinin yüksək səviyyəsindən xəbər verir. Belə vəziyyət şəkərli diabetin müjdəçisi ola bilər.

ŞƏKƏRƏVƏZEDİCİLƏR Şəkərli diabet və piylənmənin inkişaf etmə riskinin qarşısını sevimli şirniyyatlardan imtina etməyərək də almaq olar. Bu halda, şəkərəvəzedicilərdən isti‑ fadə etmək yaxşı çıxış yoludur. Onlar rasionun ümumi kaloriliyini azaltmağa kömək edir. Bunun üçün aspartam və ya təbii maddə olan stevioziddən, yəni steviya bitkisindən alınmış cövhər əsasın‑ da hazırlanmış şəkərəvəzedicilər yarayır.

İKİ ŞƏRDƏN BİRİNİ SEÇİRİK Şirniyyatdan artıq istifadə etmək nəinki piylənməyə, eləcə də, sızanaqların əmələ gəlməsinə səbəb olur. Şəkər artığı, bağırsaq mikroflorasında disbalans törədir və disbakterioza gətirib çıxarır ki, bu da, öz növbəsində, civzə səpgisinə səbəb olur. Lakin şirniyyat yeməkdən imti‑ na etmək iqtidarında deyilsinizsə, baldan və ya mürəbbədən istifadə edin. Yağlı şirniyyatlar xüsusən zərər‑ lidir: kremli tortlar, pirojnalar, qay‑ maqlı dondurmalar. Onların əvəzi‑ nə marmelad və ya pastila yemək daha yaxşıdır.

ŞİRNİYYATA HƏVƏS


74

eçmiş zamanlarda hər şey aydın və dəqiq idi: cəmiyyətdə müəyyən kişi və qadın, ata və ana surətləri mövcud idi. Ata – qazanan, mənəvi nüfuz, arxa və müdafiə deməkdir. O, qadağa etmək və cəzalandırmaq, uşağı peşə seçimində yönəltmək hüququna malikdir. Ana – ailə yuvasını qoruyandır. O, məişəti abadlaşdırır, uşaqlara qayğı göstərir, emosional yardımçı rolu‑ nu oynayır. Əvvəllər belə hesab olunurdu ki, körpə uşaq ilə ana, böyük uşaq ilə isə ata məşğul olmalıdır.

YENİ DÖVRÜN QANUNLARI Müasir psixoloqlar hesab edir ki, valideyn rolunun çox variant‑ lığı uşağın inkişafına müsbət təsir göstərir, çünki müasir sosium insandan eyni xüsusiyyətləri tələb edir – çevikliyi, kompromisə get‑ mək bacarığını, şəraitə uyuşma qabiliyyətini. Bu gün əsas rolu güclü şəxsiyyət, informasiya cəmiyyətinin törətdiyi stresslərə davam gətirən, özünü dərk edən və yaxşı cəhətlərini inkişaf etdirən fərd oynayır. Ona görə də uşağın

müxtəlif yetkinləşmə dövrlərində ona kimin – ana və ya atanın daha çox təsir etməsini birmənalı təyin etmək olmaz.

ƏHƏMİYYƏTLİ FİQURLAR Körpə üçün ana – bütün dünya deməkdir. Onun üçün ananın fizi‑ ki yaxınlığı, əmizdirmə, daimi tak‑ til təmas vacibdir. Körpə uşağın həyatında atanın rolu əvvəllər ikinci dərəcəli hesab olunurdu. Lakin dövran və adətlər dəyişib. Psixoterapevtlər hesab edir ki, ata


75 və ananın eyni dərəcədə körpənin qayğısına qaldığı ailələrdə uşaq rəqabətə az meylli, daha çox ünsiyyətdə kompromis axtarışına yönəlmiş tərzdə böyüyür. Lakin uşağı birlikdə tərbiyə etmək imkanına, yalnız azad iş cədvəli olan valideynlər malikdir. Əksər ata və analar isə uşağı nənələrin və ya dayələrin nəzarəti‑ nə həvalə edərək, tezliklə peşə fəaliyyətinə qayıtmaq məcburiyyətindədir. Psixoloqlar hesab edir ki, belə uşaq daha müstəqil böyüyür, sadəlövh olmur, ətraf mühitdən hədiyyə gözləməyərək, istədiyini özü əldə etməyə çalışır. Məgər bu, pisdir?

QIZLAR-ANALAR Psixoloqların fikrincə, üç yaş dövründə insan həyatının xüsusi bir fazasına qədəm qoyur – ilk dəfə olaraq, özünü ayrı, müstəqil şəxs kimi anlayır, sözünün üstündə təkidlə durmağa cəhd göstərir. Elə bu yaşda da ilk dəfə cinsi anlaq yaranır: uşaq özünün qız və ya oğlan olduğunu anlamağa başlayır və öz cinsindən olan valideynə bənzəməyə çalışır. 4 yaşından 7 yaşadək qız anası‑ na oxşamağa çalışır: güzgünün qarşısında hərlənir, bəzək əşyaları taxır və hündürdaban çəkmələr geyir, üzünü anasının kosmetikası və ya rəngli qələmlər ilə boyayır. Ana və ya qız rolu daxil olan oyunlar oynamağa başlayır. Bu zaman ananın vəzifəsi – qadın surətini dəstəkləmək, atanın isə vəzifəsi – mütləq qızına heyran‑ lığını nümayiş etdirmək, ona kompliment söyləməkdir. Bəzi hallarda həlim xas‑ iyyətli ananın qızı xasiyyətcə nadinc, bir qədər kəskin xas‑ iyyətli emansipe‑qadının isə qızı romantik xasiyyətli böyüyür. Belə hallarda qıza anasına oxşamamağa imkan vermək lazımdır. Ata isə qızı nə qədər nadinc olsa da belə, onu gənc xanım kimi qəbul etməlidir.

DAVAKAR OĞLANLAR Təbii ki, oğlan uşağı həm davranışda, həm də peşə seçimin‑ də atasına bənzəməyə çalışır. İmkan olduqda, ata öz oğlunu iş yerinə aparmalıdır. Əlbəttə ki, ata və oğul asudə vaxtlarını birlikdə keçirməlidir – futbol, balıq tutma, şahmat. Bu zaman ananın vəzifəsi oğluna müstəqillik və seçim azadlığı verməkdir. Oğlanlarda aqressiya əlamətləri xüsusi diqqət tələb edir. Oğlunuza dalaşmağı qadağan etməyin. Lakin ona izah edin ki, yumruqlarını birinci işə salan, münaqişəni sülh yolu ilə həll edə bilməyəndir. Lakin araqarışdıranların cavabını güc vasitəsi ilə verdiyinə görə, oğlunuzu tənbeh etməyin! Kişi həm özünü, həm də özündən zəif‑ ləri qorumağı bacarmalıdır. Orta məktəb yaşlarında uşağa sevimli məşğuliyyət seçimində kömək etmək vacibdir. Oğlunuz həkim‑ ana və ya iş adamı‑atanın yolunu davam etmək istəyirsə, bu, çox yaxşıdır. Lakin qızınız və ya oğlunuz yolunuzu davam etmək istəmirsə, onu məcbur etmək olmaz. Uşağınızın fərdiliyini qəbul etməyiniz çox vacib‑ dir.

BÖHRANLI YAŞ DÖVRÜ Kritik yaş dövründə hətta mələk xasiyyətli uşaqlar da idarəolunmaz olur. Ana və ataya elə gəlir ki, övladları onlara daha hörmət etmir. Əslində isə o, sadəcə böyüyüb və ailədən ayrılaraq, özü və ətrafdakılara artıq müstəqil olduğunu sübut etmək onun üçün son dərəcə zəruridir. Eyni zamanda, o, hələ mənəvi oriyentirlərə və valideyn məhəbbətinə ehtiyac duyan bir uşaqdır. Yeniyetmə dövrün böhranı məhz bundan ibarətdir. Ana və ataya dözümlü olmaq və yeniyetmənin azadlıq həvəsini anlamaq vacibdir. Qıza atanın, oğlana isə ananın dəstəyi son dərəcə vacibdir. Tənqid bu yaşda çox çətin qəbul olunur, bu səbəb‑ dən ondan qaçın. Yeniyetmə qadın və kişi haqqında şəxsi təsəvvür yaratmağa çalışır və heç də ana və ata bu zaman onun üçün ideal olmur. Müdrik olun! Böyüməkdə olan övladınıza izah etməyə çalışın ki, ev elə bir məkandır ki, burada onu həmişə gözləyirlər və olduğu kimi qəbul edirlər. İnanın ki, yeniyetmələr bunu qiymətləndirəcəklər, hətta sözlə ifadə etməsələr belə.


76 TEST:

MENYU XASİYYƏTDƏN

ƏZİZ YIRTICI

İDDİASIZ XANIM

TƏRƏDDÜD EDƏN

Sizin sevimli yeməkləriniz: steyk, bifşteks, qabırğalar – dişinə çəkilməsi, çeynənilməsi və gəmi‑ rilməsi mümkün olan hər şey. Sıyıq, sup‑püre və omlet sizin üçün yalnız aclıqdan ölüm təhlükəsi aşkar olun‑ duqdan sonra qəbul ediləndir. Sizin fikrinizcə, yeməyin əsas key‑ fiyyəti onun doyumluğu, zəngin dadı, ləzzətliliyi və böyük por‑ siyalığındadır. Sakit, xoş şəraitdə nahar etmək üçün isə, hətta uzun yol qət etməli olsanız belə, nahar vaxtı sevimli kafenizə getməyə hazırsınız. Evdə isə əvvəlcə hamını yedizdirmək, sonra isə özünüz masa arxasına keçməyə üstünlük verirsiniz.

Yeməkdə kifayət qədər tələb‑ sizsiniz. Bu tip qadınlar belə xüsusiyyəti ilə ətrafdakıları hələ uşaqlıqda sevindirməyə başlayır. Yedirdilmə vaxtı onlar yeyir, zaman bitdikdə, dayanır, yedirdilmə buraxıldıqda, növbətisini gözləyir. Yeməklərdən asanlıqla udulan və uzun müddət çeynənilməsi tələb olunmayanlara üstünlük verirsiniz: pudinq, zapekanka, kotlet, tərəvəzli və ətli raqu, yoqurt.

O, soyuducuya yaxınlaşır, qapısını açır, baxır, örtür… Beş dəqiqədən sonra bu prosedura təkrarlanır. Qida ilə mürəkkəb münasibətləriniz daimidir. Kafedə uzun müddət menyu ilə tanış olur, evdə yemək seçimini etməyə çətin‑ lik çəkirsiniz. Lakin hətta süfrə arxasından qalxandan sonra da yeni tərəddüdlər əmələ gəlir (“Bəlkə, bunu yox, başqa bir şey yemək lazım idi?”).

Xasiyyət: dinc Bir qədər yırtıcını xatırlatsanız da, kifayət qədər sülhsevərsiniz. Lakin yırtıcıya xas olan aqressivlik sizdə yaradıcı məqsədlərə yönəlmişdir: peşə nailiyyətləri, evinizi abadlaşdırma, ünsiyyət. Çatışmayan cəhətləriniz: həddən artıq tənqid edərək, narazılığınızı gizlətməyərək, ətrafdakıların, xüsusən də, yaxınlarınızın xətrinə dəyirsiniz.

Xasiyyət: nordik Təmkin və səbir əsas cəhətlərdir. Bu tip insanlar həm işdə, həm də şəxsi həyatda çətin dəyişir, ona görə də, ciddi stress və xoşagəlməz hallar zamanı (işsiz qalma, boşanma) çox uzun müddət özlərini pis hiss edirlər. İdealınız – kamillik və karyera yüksəlişi əldə edə biləcəyiniz bir iş və özünüzü rahat hiss edə biləcəyiniz bir ailədir.

Xasiyyət: narahat Daima tərəddüdlər və təşviş içindəsiniz. Sizin tipli şəxslər xoşagəlməz hadisələrə qarşı çox həs‑ sasdır, evdə və ya işdə xırda prob‑ lemlər səbəbindən də ovqatları təlx ola bilər. Bir tərəfdən, vəziyyəti düzəltmək üçün səy göstərməyə çalışırsınız, digər tərəfdən qorxular sizi sıxır: “Belə hərəkət etsəm, nə olar?”, “Birdən, hər şeyi korla‑ yaram?”. Yaxınlarınızın köməyi və müdafiəsinə ehtiyacınız var, lakin xahiş etməyə tərəddüd edirsiniz. Qətiyyətli olun!


77

XƏBƏR VERİR QADIN - BAYRAM

ƏSL QURMAN

MÜHAFİZƏKAR QADIN

Sizin deviziniz: yemək müxtəlif çeşidli və dadlı, onun qəbul edilmə prosesi isə şən olmalıdır. Yemək hazırlamaq qabiliyyətiniz yaxşıdır, lakin hər şeyin qayğısına xüsusi təlim keçmiş insanların qal‑ masına daha da üstünlük verirsiniz. Kafe, restoranlar sizi yalnız dadlı yeməkləri ilə deyil, eyni zamanda, xoş şərait, yaxşı xidmət ilə cəlb edir. Yaxşı iştaha bədən quruluşunuza təsir göstərən zaman, asanlıqla pəhriz saxlayırsınız. Bir ay şam yeməyindən imtina edə və yenidən restorana yollana bilərsiniz.

Yeməkdə çox seçkilisiniz və ürəyinizcə olmayan yeməyi xoşla‑ madığınız şəraitdə yeməkdənsə, ümumiyyətlə süfrədən imtina edərsiniz. İştahanız zəifdir, ona pis təəssüratlar da təsir edə bilər, stress vəziyyətlərdə isə o, ümu‑ miyyətlə itir. Əhvalınız yaxşı, işləriniz isə uğurludursa, yeməyə meyliniz da artır. Yeməyi istədiyiniz zaman qəbul edirsiniz. Nəfis süfrə, gözəl və böyük ölçülü boşqablardan xoşunuz gəlir.

Adətən, gündəlik rasionunuzun tarazlaşdırılmış və faydalı olması‑ na can atırsınız. Təəssüf ki, yanaş‑ manız yaxınlarınız arasında tərəf‑ daşlıq tapmır.

Xasiyyət: məclis adamı Ünsiyyətdə xoş xasiyyətsiniz və ətrafdakıların xoşuna gəlməyi bacarırsınız. Hər zaman nə deməyi və necə kömək etməyi bilirsiniz və bu səbəbdən də tək olmursunuz. İşiniz xoşunuza gəlmirsə, təbəd‑ dülatlardan qorxmayaraq, yenisini axtarırsınız. Eyni ilə şəxsi həyatda da. Nikahınızdan narazısınızsa, yeni izdivac haqqında düşünürsünüz. Probleminiz münasi‑ bətlərin qədrini bilməməkdir. İnsanlar ilə asanlıqla ayrılır, bəzən, sonradan peşman olursunuz.

Xasiyyət: emosional Sizi fərqləndirən cəhətlər: diqqətlilik, qayğıkeşlik, başqasının emosiyalarına qarşı həssaslıq və əla intuisiya. Düzdür, bir qədər çaşqın görünüşünüzün nəticəsində ətrafdakılar sizə qarşı yüngül inamsızlıq hissi keçirə bilər. Ümu‑ milikdə, siz ovqat adamısınız: həm iş qabiliyyəti, həm də sağlamlıq durumunuz emosiyalarınız ilə sıx əlaqədədir.

Xasiyyət: sərt Ciddi intizam və yeməkdə məşrutluğu səmimiyyət və qayğı‑ dan məhrum olunmuş tənha insanlar nümayiş etdirir. Sizin tipli şəxslər stabillik və müdafiə olunmuşluq hissinə ehtiyac duyur. Hətta, heç zaman yemək bişir‑ məyən insanlar sobaya yaxın‑ laşaraq, sup bişirir – intizam, ailə rahatlığı və… mühafizəkarlıq rəmzi olaraq.


78

YAŞINIZLA DOSTLUQ EDİN! KƏDƏRLƏN, LAKİN QƏDƏRİNCƏ Çox vaxt cavanlığı gö zəllik ilə eyniləşdiririk. Xüsusən də, sol‑ manın ilk əlamətlərini daha kəskin qəbul edirik. Zərif cinsin nümayəndələrinin əksəriyyəti çö hrələrində ilk qırışı gö rdükdə, stress keçirir. Ən güclü reaksiyanı iri şəhər sakinləri olan, yəni mədəni və sosial həyat mərkəzində, gənclik mühitində yaşayan biznes‑qadınlar verir. İlk qırışlara, eləcə də, ö tən zamanın sonrakı əlamətlərinə qarşı təmkinli münasibət bəslə‑ məyə çalışmaq lazımdır. • Yaddan çıxarmayın ki, kədər insanı gö zəlləşdirmir. Ona gö rə də ağır təəssüratlarınız haqqında çox düşünməyin. Ötüb keçən cavanlıq və gö zəllik haqqında

qəmgin fikirlər insanı tez soldu‑ rur. • İndiki gö rünüşünüzü cavan‑ lıq illərindəki ilə müqayisə etməyə çalışmayın. Güzgüdəki əksinizə baxarkən, ö zünüz‑ö zü‑ nüzə sö yləyin: “Bəli, mən dəyiş‑ mişəm, lakin bunun nəticəsində heç də pisləşməmişəm. Sadəcə, indi mənim gö zəlliyim bir qədər başqalaşıb – o, daha çox içəridən gəlir. Və onun rəhni mənim ildən ilə zənginləşən həyat təcrübəmdir”. • Əgər hiss edirsinizsə, nə zamansa ö zünüz üçün təyin etdiyiniz gö zəllik parametrlərinə uyğun gəlmirsiniz, – demək, bu parametrləri dəyişmək vaxtıdır. Küçədə, işdə, teleekranlarda gö rdüyünüz qırx yaşından yuxarı qadınlara diqqətlə baxın – onların bir çoxu, kosmetoloji

nailiyyətlərin kö məyi ilə əla gö rünməyə müvəffəq olur. Deməli, siz də yetkin yaşlarda təravətinizi saxlaya bilərsiniz. • Gö zəl qocalığın nə olduğunu ö zünüz üçün qısaca və dürüst, lakin sizin üçün müyəssər şəkildə ifadə edin. Misal üçün, gö zəl, buruq saçlarınız var. Təsəvvür edin ki, onlar gümüşü çalarla necə gö zəl gö rünəcəkdir. Siz nəvələriniz ilə əhatə olunacaq, onlara olan məhəbbətiniz gö zlərinizdə parıldayacaq və baxışlarınızı cazibədar edəcəkdir. • Çoxları cavanlıq və gö zəlli‑ yin keçməsini ona gö rə həddən artıq faciəvi surətdə qəbul edir ki, şüuraltı olaraq, “gö zəlləri hamı sevir, gö zəl olmayanları isə heç kim” deyə düşünür. Deməli, yaşlaşdıqca və gö zəlliyi itirdikcə, siz məhəbbətdən də məhrum ola‑


79 cağınızı düşünürsünüz. Əslində isə gö zəllik və məhəbbət arasında əlaqə yoxdur. Yəqin ki, tanışları‑ nız arasında çox da cəlbedici olmayan, lakin xoşbəxt nikahda olan qadınlar var. Nəhayət, məhəbbət çoxşəkillidir – bu hiss yalnız kişi və qadın arasında yaranmır. Axı ö vladlarınız və ya bacınız, yaxud, həyat yoldaşınız sizi zahiri gö rünüşünüzün dəyiş‑ məsi nəticəsində az sevməyəcək. • İlk qırış adətən, həyat haqqında düşünməyə vadar edir. Qarşıda sizi nəyin gö zlədiyi, həyatınızı nə ilə doldurmaq istədiyiniz haqqında düşünün. • Sahib olmaq istədiyiniz bütün zahiri cəhətləri sadalayan bir mətn tərtib edin və onu hər gün təkrar edin. Bunu güzgü qarşısında etmək daha yaxşı olar. Lakin hər dəfə ö zünüzə inamınızı itirdiyinizi hiss edəndə gö zəlliyə yö nəlmiş istiqaməti xatırlamaq faydalı olar. • Nəzərə alın ki, nəinki pozi‑ tiv, eləcə də, neqativ ö zünə təlqin etmə güclü təsirə malikdir. Ona gö rə də, ö zünütənbehdən qaçın.

Hər gün çirkin, yaşlı olmağınızı təkrar etsəniz, bir aydan sonra həqiqətən də bir neçə il yaşlı gö rünəcəksiniz. • Cavanlığın ö tməsinə gö rə keçirdiyiniz stress, tənhalıq və ya peşə baxımından realizə olma‑ mağınız səbəbindən də arta bilər. Ailəsi, yaxşı işi olan qadınlar solma əlamətlərini daha asan keçirir.

İKİNCİ FAZA – AKTİV • Gö zəlliyinizi qorumağa çalışarkən, cavanlıq uğrunda vuruşmayın – qocalıq ilə müba‑ rizə aparın. Cavanlıq uğrunda mübarizə apararkən, 25‑30 yaşlarında olduğu kimi gö rün‑ məyə çalışırsınız. Amma bu, mümkün deyil. Hansı bir qabaqcıl kosmetoloji texnologiyalara müraciət etsəniz də, yaş ö zünü büruzə verəcək. Bundan başqa, cavanlığa fəallıq və infantillik xasdır. Razılaşın ki, xarakterində belə xüsusiyyətlər olan yetkin yaşlı qadın çox cəfəng gö rünür.

Qocalıq ilə mübarizə aparar‑ kən, orta – 30‑45 yaşında – qalma‑ ğa can atırsınız. Yetkin gö zəlliyi uzun müddət saxlamaq olar. Bundan başqa, qocalıq ilə vuruş fəal sosial həyatı məhdudlaşdırmamaq deməkdir. Sağlam həyat tərzi və enerjilik isə hər zaman şərəflidir. • Unutmayın ki, istənilən problemin həlli üçün bir neçə yol mö vcuddur. Misal üçün, qamətli və şux gö rünüşə, bahalı trenajor və ya fərdi məşqçinin kö məyi ilə nail olmaq olar. Amma evdə olan qadın jurnallarını vərəqləyərək, onlarda müvafiq məşq kompleks‑ lərinə rast gəlmək və ev şəraitində onları yerinə yetirmək olar. • Xarici gö rünüşə çox qayğı gö stərmək, ona qarşı həddindən artıq yüksək tələblər irəli sürmək, bö yük problemlər aysberqinin yalnız zirvəsidir. Bu həm ö z‑ö zü‑ nə aşağı qiymət vermək, həm də ünsiyyət qurmaq çətinliyinin nəticəsi ola bilər. Belə hallarda psixoterapevtin məsləhətinə ehtiyac var.


"Ailə Həkimi" Jurnalı 8 - 2009  

"Ailə Həkimi" Jurnalı İyun-İyul - 2009