"Ailə Həkimi" Jurnalı 14 - 2010

Page 8

6

İMMUNLAŞDIRMA VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASINDA ONUN ƏHƏMİYYƏTİ İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş və müntəzəm işlədilir, belə ki, necə deyərlər, xəstəliyin qarşısını almaq xəstə insanı müali‑ cə etməkdən yaxşıdır. Vaksinlərin köməyi ilə əzab, əlillik və ölümün qarşısını almaq olar. Statistik məlumatlara əsasən, 2002‑ci ildə dünyada iki milyona yaxın ölüm halının qarşısı məhz vaksinlərin yardımı ilə alınmışdır. Bundan başqa, vaksinlərin köməyi ilə infeksiya ötürülməsini məhdud‑ laşdırmaq, səhiyyə sisteminə düşən yükü azaltmaq, səhiyyənin başqa məqsədləri üçün istifadə edilə biləcək vəsaitə qənaət etmək olar. İmmunlaşdırma xəstəliklərlə mübarizədə və hətta onların ləğv olunmasında sınanılmış vasitədir. 1967‑1977‑ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş immunlaşdırma kampa‑ niyası sayəsində həqiqi çiçək xəstəliyinin ləğvi buna misaldır. Proqramın başlanma ərəfəsində dünya əhalisinin 60%‑nin xəstələn‑ mə təhlükəsi var idi, ondan xəstələnmiş hər dörd insandan biri ölürdü. Artıq poliomielit xəstəliyinin də ləğvinə nail olma vaxtı çatıb. ÜST‑nin və onun part‑ nyorları tərəfindən keçirilən kam‑ paniyanın başlanmasından


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.