"Ailə Həkimi" Jurnalı 13 - 2010

Page 23

21 Çəhrayı eynəkləri çıxarmaq və illüziyalardan imti‐ na etmək lazımdır. Güman ki, yaxınınız bir gün narkoman olmadan oyanmağına səmimi şəkildə inanır – amma siz ki daha realsınız. Asılılıq – müalicə tələb edən xəstəlikdir, o, özbaşına «keçməyəcəkdir». Nəsihət oxumamaq və öyüd verməmək. Narkotiklərin pis olması hamıya uşaqlıqdan bəllidir, lakin bunun nəticəsində narkomanların sayı azalmır. İnanın ki, yaxınınız hansı bəlaya uğradığını özü də bilir və bir daha ona bunu izah etmək mənasız və fay‐ dasızdır. Siz onu artıq yüz dəfə utandırmış və suçlamışsınız. 101‐ci dəfədə bu işləməyəcək. Günahkar axtarmayın. Asılılıq – xəstəlikdir, burada «haqlı və haqsız» ola bilməz. Bu, zəif iradə, xasiyyət qüsuru, yaxud pis tər‐ biyə nəticəsi ola bilməz. Yaxınınız ona görə xəstələnməmişdir ki, o, pisdir və sizi sevmir; ona görə yox ki, siz – pis valideynsiniz; ona görə yox ki – fərsiz həyat yoldaşısınız. Özünüzə «kimdir müqəssir?» sualı deyil, «nə etmək?» sualını verin. Nəzarət etmək və yoxlamaqdan əl çəkmək. İstənilən canlını zəncirlədikdə, o, azadlığa can atmağa başlayır – ona görə də, siz yalnız əks nəticəyə nail olacaqsınız. Әşyaları axtarmaq, mobil telefona baxmaq, güdmək, harada və kiminlə olmasını aydınlaşdırmağa dəyməz. Asılılıq – fəndgirlik törədən xəstəlikdir və narkoman doza tapmaq istəsə, o, bunu harada olsa edəcək – istər Şimal Qütbdə, istər gözünüzün önündə və siz bunu duymayacaqsınız… Yaxınınızı sərbəst buraxın. Bununla siz ona öz həyatına görə cavabdehlik hissini anlamağa imkan verəcəksiniz. Onun hərəkətlərinin nəticələrinin «altını çək‐ məyə» çalışmayın. Bu, yalnız fəsad törədir. Borclarını qaytarmayın, dostları və iş yoldaşlarının yanında ört‐basdır etməyə çalışmayın. Әks halda, o, bir şeyi qavrayacaq: nə üçün nə isə dəyişmək lazımdır, əgər ana həmişə dadına çata‐ caq, həyat yoldaşı müdiriyyəti «yola verəcək», qardaş borcları qaytaracaqsa? Hər hansı asılı insanın arzusu – həzz almaq və bu zaman heç nə itirməməkdir. Sağalmaq qərarı yalnız itkilər ilə birlikdə gəlir: asılı «dibə» qədər getməlidir ki, onunla baş verənləri anlasın və nəyi isə dəyişməyə qərar versin. Düzdür, hər kəs üçün bu dib müxtəlif səviyyədədir: birisi üçün işə üzü qırxılmamış şəkildə gəlmək biabırçılıqdırsa, digərinə ciddi itkilər lazımdır: dustaqlıq, HİV, böyük borclar. Lakin yaxınınız öz dib‐ inə çatmamış, çətin ki, nəyi isə dəyişmək qərarına gəlsin. Lakin onu bəla ilə təkbaşına da qoymaq olmaz. Sizdən gələn nəsihətnamə «Mən səni sevir və sənə tərəfdaram, lakin sənin xəstəliyinə nifrət edir və heç zaman onunla barışmayacağam» şəklində olmalıdır. Öz

məhəbbətiniz haqqında danışın. Yaxınınız sizin üçün əhəmiyyətli olmasını hiss etməlidir. Hisslərinizi bölüşün: qorxu, həyəcan, qəzəb, ümidsizlik: «Mən sənə görə narahatam, mən istəmirəm ki, sən narkotiklərdən vəfat edəsən». İddialarınızı şəxsiyyətə deyil, konkret hərəkətlərə qarşı sürün. Sizin şəxsinizdə düşmən və təqibçi deyil, dost görməlidirlər – o zaman yardımınızı da qəbul edəcəklər. Asılı insanın şəxsiyyəti həmişə ikilidir: onun sağlam hissəsi hansı bataqlığa düşdüyünü anlayır və sağalmaq istəyir, xəstə hissəsi isə «kef» etməyi davam etdirmək istəyir. Və yaxınınıza hər hansı sözləri ünvanladıqda, özünüzdən soruşun: siz indi hansı hissəyə kömək etmək istəyirsiniz? Pul verməyin. Asılı insana pul verdikdə, hətta xoş məramla da belə olsa – mobil telefon, yaxud çörək almağa, – o, yenə də bu pulları dozaya, yaxud oyun aparatına xərcləyəcək‐ dir. Etdiyiniz istənilən maddi yardım xəstəliyə dəstək olacaq. Heç zaman nəğd pul verməyin. Öz sərhədlərinizi pozmağa yol verməyin. Onun evdən əşyaları çıxarmasını, pul oğurlamasını, sizə əl qaldırmasını bağışlamayın. Nə qədər ki, siz buna dözürsünüz, bu davam edəcək, özü də artan xətt üzrə. Bəzən onun qarşısının alınmasının yeganə çarəsi – polisə xəbər verməkdir. İnanın ki, nəticədə bu yalnız sizin deyil, onun da xeyrinə olacaq. Özünüzü qurban verməyə davam etsəniz isə, hamı üçün yalnız pis olacaq. Әvvəl‐axır, o, nə qədər «yaxın‐əziz‐sevimli» olsa belə, sizin normal həyat yaşamağa haqqınız var! Özünümüalicə cəhdlərini, sağlamlıq ilə aparılan eksperimentləri alqışlamayın. Abstinent sindrom – məişət dilində «lomka» – sağlamlığa narkotikin istifadəsindən az təhlükə törət‐ mir, çünki bu orqanizm üçün kolossal yükdür. Onun ev şəraitində aradan qaldırılması – təhlükəli işdir. Özü də bu məqsəd ilə həkim nəzarəti olmadan dərman istifadə edilirsə, bu, bir asılılığın digərinə çevrilməsi ilə nəticələnir: narkotik asılılıq dərman asılılığı ilə əvəz olunur. Abstinent sindromun aradan qaldırılması ilə narkoloqlar məşğul olur, bu prosedura «detoksikasiya» adlanır və bir çox tibb müəssisələrində aparılır. Şarlatanlardan qaçın. Asılılığın «şəkil üzrə», yaxud «xəlvəti» müalicəsi nonsensdir. Hazırda asılılıq ilə müxtəlif işləmə növləri mövcuddur, lakin onlara tənqidi yanaşmaq lazımdır. Әks halda bu, boş yerə sərf olunmuş zaman, pul və ümidlərə çevrilə bilər. Kimə isə qrup daxilində sağalmaq daha yaxşıdır. Kim isə psixoterapevt ilə fərdi işə üstünlük verir, lakin bu halda, bu işin 2‐3 il davam edəcəyinə hazır olun. Hansı üsul yaxşıdır – hər kəs özü seçir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.