Səsvermə prosesinin icrası haqqında

Page 1

Çoxmill ətli Gürcüstanın açıqlaması S əsverm ə prosesinin icrası haqqında 31 oktyabr 19:30

Saat 19:30 üçün mövcud olan məlumat əsasında səsvermə prosesinin sakit şəkildə, lakin mü əyyən pozuntularla keçdiyini deyə bilərik. 1 halda seçki məntəqəsindən “Çoxmillətli Gürcüstan” müşahidəçisini qovdular, 7 halda səsvermə qaydaları pozuldu, 1 halda seçki məntəqəsində təbliğat aparıldı. Bu vaxt üçün „Çoxmillətli Gürcüstan“-ın müşahidəçiləri tərəfndən 10 şikayət yazılıb : Müşahid əçini n seçki m ənt əq əsind ən qov ulması (1 hal) Marneuli 3.22.73 N-li seçki məntəqəsindən “Çoxmillətli Gürcüstan” müşahidəçisini qovdular. Müşahidəçinin verdiyi məlumata görə, o seçki kabinasına 3 adamın birdən girdiyini telefonla qeyd etmək istəyirdi və bu hal Məntəqə Seçki Komissiyasının qəzəblənməsinə səbəb oldu. Bu faktla bağlı Çoxmillətli Gürcüstan” müşahidəçisi İdarə Seçki Komissiyasına şikayətlə müraciət etdi. S əsverm ə qaydalarını n pozuntuları ( 7 hal) Marneuli 13.22.3 N-li məntəqədə seçici öz soyadının qarşısında imza ilə qarşılaşdı. “Çoxmillətli Gürcüstan” müşahidəçisi qeyd olunan faktla bağlı şikayət yazdı v ə reaksiya t ələb etdi . Bolnisi 14.23.55 N-li məntəqədə komissiyanın eyni üzvü üç dəfə səs verdi. Qeyd olunan faktla bağlı şikayət yazıldı. Marneuli 13.22.49 N-li məntəqədə qeydiyyatçı tərəfndən markerləşmənin üç halı təsdiq olundu. Həmçinin, qeyd olunan məntəqədə karuseli həyata keçirmək cəhdi vardı, lakin müşahidəçi yenidən səs vermək istəyən həmin insanları eyniləşdirməyi bacardı və nəticədə onlar məntəqəyə buraxılmadılar. Qardabani 12.21.46 N-li məntəqəsində seçici seçki bülletini seçki zərfnə qoymadan qutuya atdı. Marneuli 13.22.35 N-li məntəqədə yetkin yaşa çatmamış tərəfndən iştirak etm ək cəhdi qeydə alınıb. Qeydiyyatçı ona seçki bülletini verdi, həmin şəxs bülletini əlində tutaraq seçkilərd ə iştirak etmək istəyirdi. “Çoxmillətli Gürcüstan” müşahidəçisi qeyd olan şəxsdən şəxsiyyət vəsiqəsini göstərməyi tələb etdi və nəticədə məlum oldu ki, həmin şəxs hələ yetkin yaşa çatmamışdır. “Çoxmillətli Gürcüstan” müşahidəçisi bunu qeyd etdikdən sonra, həmin ş əxs ə seçkil ərd ə iştirak etmək haqqı verilmədi. Faktla əlaqədar komissiya üzvləri arasında mübahisə yarandı – h əmin şəxsi kim içəri buraxdı və seçki bülletinini ona niyə verdilər.


Axalkalaki 18.40.10 N-li seçki məntəqəsində vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə səsvermə cəhdi qeydə alındı. Qeyd edilən faktı “Çoxmillətli Gürcüstan” müşahidəçisi və həmçinin Məntəqə Seçki Komissiyasının üzvləri də gördülər. Beləliklə, həmin seçiciyə vaxtı keçmiş şəxsiyyət vəsiqəsindən istifadə edərək səs verməyə imkan verilmədi. Laqodexi 10.15.35 N-li seçki məntəqəsində seçici kabinada bülletinin şəklini çəkmişdir. Vahid Milli Hərəkatın və Nyupostun nümayəndələri həmin şəxsə bülletinini qutuya atmaq imkanını vermədilər və məntəqəni tərk etməyə məcbur etdilər. Onun bülleteni sədrin yanında qaldı. Sonra komissiya üzvləri seçiciyə məntəqəyə qayıtmağı xahiş etdilər və bu seçici seçkil ərd ə bir daha iştirak edə bildi. Seçki m ənt əq əsind ə t əbliğat (1 hal) Marneuli 13.22.74 N-li seçki məntəqəsində təbliğat aparılma halı qeydə alınıb. Komissiya sədri seçiciyə #41nömrəyə səs verməyi söyləyib.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.