Çoxmillətli Gürcüstan səsvermə prosesinin gedişatı haqqında bəyənat yayır 2 oktyabr 17:00

Page 1

Çoxmillətli Gürcüstan səsvermə prosesinin gedişatı haqqında bəyənat yayır 2 oktyabr 17:00 Saat 5 verilmişlərinə görə, Çoxmillətli Gürcüstannın müşahidəçiləri tərəfindən 31 pozuntu halı qeydə alındı, burdan 14 Marneulidə təsbit edildi. Bu vaxata qədər „Çoxillətli Gürcüstan“-ın müşahidəçiləri tərəfindən seçi komissiylarına 5 şikyət daxil oldu, hər beşi Dairə Seçki Komissiyasına ötürüldü. Şikayətlərin hamısı Marneulidə yazıldı. Son saatların verilmişlərinə görə, Marneulidə seçkilərdə iştirak edən siyasi aktorlar arasında aqressiv fonun artması müşahidə olunur. Müşahidəçilərə qaşrı məhdudiyyət halları üzərə çıxmışdır. Bununla birlikdə siyasi adları partiyalara yaxın çəkilən müşahidəçi təşkilatların müşahidəçiləri çoxlu təmsil olunublar və bunun üçün məntəqələrdə xüsusi izdiham nəzərə çarpır. Aşkarlanmış pozuntular: 1. N21 Qardabani 11-ci məntəqə, səlahiyyətsiz şəxs – kənd qamqebelisinə səyyar qutu üçün 12 xüsusi zərf verdilər. Zərfər müşahidəçinin tələbi üzrə geri qaytarıldı. 2. N22 Marneuli 60-cı məntəqədə, seçiyiyə marker fısqırtmadılar, müşahidəçinin tələbi üzrə nöqsan aradan qaldırıldı. 3. N41 Ninotsminda 60-cı məntəqədə, nümayiş protokolunu doldurmurdular, müşahidəçinin tələbi üzrə nöqsan aradan qaldırıldı. 4. N21 Qardabani 11-ci məntəqədə, siyahıya görə xaricdə olan vətəndaşa səsvermədə iştirak etmək imkanı verilmədi. 5. N22 Marneuli 4-cü seçki məntəqəsində, artıq markerləşmiş seçiciyə seçkilərdə iştirak etmək haqqı varildi, buna görə müşahidəçi şikayət yazdı. 6. N40 Axalkalaki 54-cü məntəqədə, axını tənzimləyən seçicini şəxsiyyət vəsiqəsi olmadan buraxdı, qeydiyyatçı isə şəxsiyyət vəsiqəsiz marker fısqırtdı, müşahidəçinin tələbi üzrə bu şəxsə səsvermədə iştirak etmək imkanı verilmədi. 7. N40 Axalkalaki 54-cü məntəqədə, müşahidəçiyə qeydlər kitabına qeyd etmək imkanı verilmədi. 8. N22 Marneuli 78-ci məntəqəsində səlahiyyətsiz şəxslərin olması təsbit edildi buna görə şikayət yazıldı. 9. N40 Axalkalaki 68-ci məntəqədə kabinlər divara tərəf çevrilməmişdi, müşahidəçinin tələbi üzrə pozuntu aradan qaldırıldı. 10. N22 Marneuli 31-ci məntəqəsində, müşahidəçiyə müşahidə etmək hüququ məhdudlaşdırıldı, fotoşəkil və video çəkmək imkanı verilmədi.


11. N22 Marneuli 31-ci məntəqədə, xüsusi siyahıda, məntəqənin açılma vaxtı üçün 17 seçici göstərilmişdi, sonadan 12 seçicinin olduğu məlum oldu. 12. N22 Marneuli 14-cü məntəqədə müşahidəçiləri qorxurtmaq cəhdi vardı, mobil qrupun müdaxiləsindən sonra gərginlik aradan qaldırıldı. 13. N22 Marneuli 78-ci məntəqədə müşahidəçinin müşahidə etmək hüququ məhdudlaşdırıldı. 14. N22 Marneuli N65-ci məntəqədə bülletenləri artıq-artıq salmaq cəhdləri vardı, müşahidəçiyə məntəqədə azad hərəkət etmək imkanını vermirdilər, müşahidəçinin göstərişi əsasında problem həllini tapdı. 15. Axalkalaki N40 dairəsinin N1-ci məntəqəsi ərazisində səlahiyyətsiz şəxslər var-gər edirdilər, müşahidəçinin göstərişi əsasında sədr onları məntəqədən qovdu. 16. Marneulinin N 22 dairəsinin N 6-cı məntəəqsi - axını tənzimləyən üç halda marker yoxlayışı aparmadı, müşahidəçinin göstərişi əsasında sədr müvafiq göstəriş verdi. 17. Axalkalakinin 59-cu məntəqəsində qutunun ətrafında komissiyanın 3 üzvü dayanmışdı. 18. Marneulinin 79-cu məntəqəsində seçici səsvermədə təkrar iştirak etdi. 19. Ninotsminda 18-ci məntəqəsində, seçici tərəfindən təşviqat aparılırdı. O seçkilərə Gürcü arzusu “kepkasıyla” gəlmişdi. Müşahidəçinin göstərişi üzrə məntəqəni tərk etsə də məntəqənin ərazisində var-gəl etməyə başladı 20. N40 Axalkalaki 69-cu məntəqəsi – qeydiyyatçı bülleteni şəxsiyyət vəsiqəsi olmadan verdi. Hadisə sədrin göstərişindən sonra aradan qaldırıldı. 21. N22 Marneuli dairəsinin N74 məntəqəsində səsvermənin gizliliyi pozuldu (kabin divarın yanına təyin edilmiş qaydaya zidd şəkildə yerləşdirilmişdi) 22. N40 Axalkalakinin 12-ci məntəqəsində eyni şəxsi bir neçə dəfə daxiletmə cəhdləri vardı. 23. N22 Marneulinin 6-cı məntəqəsindəki axını tənzimləyən 5 dəfə markeri yoxlamadı. 24. N 22 Marneulinin 88-ci seçki məntəqəsində, beş şəxs səsvermədə təkrar iştirak etdi, bunun barəsində səsvermə prosesinə xitam vermək tələbi ilə şikayət yazıldı. 25. N 22 Marneulinin 79-cu seçki məntəqəsində səsvermədə təkrar iştirak təsbit edildi, buna görə səsvermə prosesinə xitam vermək tələbi ilə şikayət yazıldı. 26. N40 Axalkalaki 38-ci məntəqədə üç səlahiyyətsiz şəxs təsbit edildi, dəfələrlə deyilsə də məntəqəni tərk etirlər. 27. N22 MArneulinin 48-ci məntəqəsində 50-dən çox seçicini şəxsiyyət vəsiqəsi olmadan məntəqəyə buraxdılar, Çoxmillətli Gürcüstanın müşahidəçisi fakta etiraz bildirdiyi üçün məntəqədən kənarlaşdırdılar.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.