“Beynəlxalq şəffaflıq – Gürcüstan”-ın cari seçki prosesləri haqqındakı bəyənatı (07:00-14:00)

Page 1

“Beynəlxalq şəffafıq – Gürcüstan”-ın cari seçki prosesləri haqqındakı bəyənatı (07:00-14:00) “Beynəlxalq Şəffafıq – Gürcüstan”-ın müşahidəsi ilə, bələdiyyə orqanlarının 2021-ci il seçkiləri əsasən sakit bir şəraitdə icra edir. Bizim statistik müşahidələrimizin təmsil olunduqları məntəqələrin hamısı vaxtlı açıldı. Bizim tərəfimizdən 100-dək xırda və nisbətən ciddi pozuntular qeyd edildi. Müşahidəçilərimiz 14 şikayət yazdılar. Əhəmiyyətli pozuntulardan bunu kimi faktlar qeyd edilməlidir: Ehtimal edilən „Karusel” #22 Marneuli Seçki Dairəsinin #13 məntəqəsində “Tələbələr Həmkarlar İttifaqı” adlı müşahidəçi təşkilatının müşahidəçisi Tofiq Əkbərov bu məntəqədə iki dəfə səs Verdi, üçüncü dəfə cəhd etdikdə isə komissiya üzvləri icazə vermədilər. Qeyd etmək lazımdır ki, bu adam ümumiyyətlə bu məntəqənin seçicisi deyildir. Seçicilərin Vahid Siyahısında o, Marneuli Seçki Dairəsinin başqa #10 məntəqəsində qeydiyyatdan keçmişdir. Müşahidəçimizin dediyinə görə, eyni məntəqədə Bəhlul Quseynov və bir neçə şəxs bir dəfədən çox səs vermişlər. Seçicilərə ehtimal pul verilməsi #28 Duşetinin #1 məntəqənin ətrafında müşahidəçimiz üç adama pul və seçici kartı verən şəxsi təsbit etmişdir. Müşahidəçiyə mane olmaq və təzyiq göstərmək

#22 Marneuli Seçki dairəsinin #13 məntəqəsində müşahidəçimizi təhqir etdilər. Həmin məntəqənin binasında və onun ətrafında 50-dək insan səfərbər olunub və partlamaq üçün təhlükəli vəziyyət yaranır.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.