Çoxmillətli Gürcüstan tərəfindən seçkilər gününün əvvəlcədən qiymətləndirilməsi

Page 1

Çoxmillətli Gürcüstan tərəfindən seçkilər gününün əvvəlcədən qiymətləndirilməsi 3 oktyabr, 2021-ci il Ümumi-vətəndaş

hərəkatı

“Çoxmillətli

Gürcüstan”

seçkiləri

monitorinq

proqramı

çərçivəsində, Yerli özünüidarəetməçilik seçkilərində müşahidəçiliyi etnik azlıqlarla kompakt məskunlaşmış 21 dairənin 240 məntəqəsində, 327 qısamüddətli müşahidəçi vasitəsilə həyata keçirdi. Təşkilat Krtsanisinin N4 31-ci dairəsini tam müşahidə etdi. Həmin dairədə seçkilər elektron texnologiyalardan istifadə edilərək keçirildi. “Çoxmillətli Gürcüstan”-ın müşahidəçilik missiyasını yerinə yetirdiyi 21 seçki məntəqəsində, Yerli özünüidarəetməçilik seçkiləri sakit şəraitdə keçirildi. Bu cəhətdən Marneuli N22 Seçki dairəsinin bir sıra seçki məntəqələri istisna idi. Orda əsaslı pozuntulara yol verildi. Seçkilər günü, “Çoxmillətli Gürcüstan” müşahidəçiləri Seçki komissiyalarına, 10 şikayət verdilər, hamısı Dairə Seçki Komissiyalarına təhvil verildi. Bir çox hallarda, Seçki komissiyasının üzvləri “Çoxmillətli Gürcüstan” müşahidəçilərinin iradlarını nəzərə alır və yeni aşkarlanmış nöqsanları aradan qaldırırdılar deyə, bizim tərəfimizdən şikayətlər yazılmadı. Səsvermə prosesində“Çoxmillətli Gürcüstan” müşahidəçiləri tərəfindən eyni şəxslərin bir neçə

dəfə səs verməsi faktı təsbit edildi (Marneuli N4, N6, N79, N88, və Axalkalaki N27 seçki məntəqələri), bundan əlavə yenə də başqa eyni şəxslər tərəfindən seçkilərdə təkrar iştirak etmək cəhdləri oldu (Marneulinin N1 seçki məntəqəsi). İki halda axını tənzimləyən tərəfindən marker yoxlanılmadı (Marneuli N6 və Saqareco N40 seçki məntəqələrində). Üç halda qeydiyyatçı tərəfindən marker fıqırdılmadı (Marneuli N60, Qardabani N58 və N59 seçki məntəqələri), iki halda dairədə təşviqat halları qeydə alındı (Ninotsminda N18 və Axalkalaki N68 seçki məntəqələri), yeddi halda səsvermə gizlinliyinin pozulması halları təsbit edildi (Dmanisi N1, N20, N24, Marneuli N74, Saqareco N46 və Krtsanisi N10 Seçki məntəqələri). Dörd halda müşahidəçilərin müşahidə etmək imkanları məhdudlaşdırıldı (Axalkalaki N54, Marneuli N31, N78, Qardabani N60 seçki məntəqələri), iki halda müşahidəçiləri qanunsuz şəkildə dairədən qovdular (Marneuli N48 və N65), üç halda müşahidəçilərə qarşı komissiya üzvləri tərəfindən təhdid və qorxutma təsbit edildib (Marneuli N6, N14, Saqareco N46 Seçki məntəqələri). Altı halda komissiya üzvləri tərəfindən funksiyalrının lazımlı şəkildə yerinə yetirməmələri aşkarlandı (Marneuli N2, N2, N65, Qardabani N65, Axalkalaki N54 və N69 seçki məntəqələri). Doqquz halda dairədə səlahiyyətsiz şəxslər təsbit edildilər (Marneuli N78, N1, Samqori N75, Axaltsixe N11, Qardabani N58, Axalkalaki N38, N1, N11, N12 Seçki məntəqələri). Üç halda axını tənzimləyən seçiciyə şəxsiyyət vəsiqəsi olmadan dairəyə daxil olmağa icazə verdi (Axalkalaki N54, Saqareco N40 və Marneuli N48 Seçki məntəqələri) birində isə seçici sürücülük vəsiqəsi ilə səsvermədə


iştirak etdi (Marneuli N55 seçki məntəqəsi). Dairələrin birində mübahisə düşdü (Qardabani N58 seçki məntəqəsi). Bülletenləri qutuya qanunsuz tökmək üzrə bir cəhd aşkarlandı (Marneuli N65 seçki mənətəqəsi). Səyyar seçki qutusu ilə bağlı bir pozuntu qeydə alındı (Samqori N75 seçki məntəqəsi). Həmçinin 17 müxtəlif pozuntular da təsbit edildi (Marneuli N88, N12, N31, Tsalka N3, Krtsanisi N5, N18, N19, N22, N3,

Axalkalaki N59, N27, Qardabani N11, N60, N61, Ninotsminda N60 seçki

məntəqələri). Səsləri sayma və nəticələri yekunlaşdırma prosesində “Çoxmillətli Gürcüstan” müşahidəçisinin

müşahidə etmək hüququ məhdudlaşdırıldı (Axalsixe N35 Seçki məntəqəsi). Bir halda səyyar qutunun surqucu pozulmuşdu (Marneuli N65 seçki məntəqəsi). Üç halda zərfərdən birində iki merin bülletenləri birdən çıxdı, iki zərfdə isə yalnız bircə bülleten vadı( Axalkalaki N34 seçki məntəəqsi). Bir halda siyahıya imza atanların sayı bülletenlərin sayında 50 ilə çox oldu (Laqodexi N20 seçki məntəqəsi). Seçkilər günü “Çoxmillətli Gürcüstan” müşahidəçilik proqramı çərçivəsində qısamüddətli

müşahidəçilər tərəfindən 79 insident aşkarlanmış və onlardan 38% Marneuli Seçki Dairəsində təsbit edildi.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.