Seçki gününün ilkin qiymətləndirilməsi

Page 1

Seçki gününün ilkin qiymətləndirilməsi 1 noyabr, 2020-ci il.

“Çoxmillətli Gürcüstan”-ın müşahidə apardığı seçki dairələrində Parlament seçkiləri əsasən sakit və rəqabət şəraitində keçdi. Qeyd olunana baxmayaraq bir sıra seçki məntəqələrində təşkilatın müşahidəçiləri tərəfindən müəyyən xarakterli seçki pozuntuları aşkarlanmışdır. Hesab edirik ki, aşkarlanmış seçki pozuntuları seçkilərin son nəticəsinə təsir edə bilməyəcəkdir. Seçkilər günü “Çoxmillətli Gürcüstan”-ın müşahidəçiləri Seçki komissiyalarına ümdə 18 şikayət təqdim etdilər və Qeydlər kitabçasında 25 irad yazdılar. Bir sıra hallarda Seçki Komissiyası üzvləri “Çoxmillətli Gürcüstan” müşahidəçilərinin iradlarını nəzərə alır və işarə edilən nöqsanları aradan qaldırırdılar. Beləliklə, təşkilatın müşahidəçiləri həmin məntəqələrdə şikayət yazmırdılar. „Çoxmillətli Gürcüstan“ Seçki dairələrində seçkidən sonrakı müddətdə monitorinqi davam etdirir.

Əsas tapıntılar: Seçki məntəqəsini açarkən altı yerdə müşahidəçinin hüquqları məhdudlaşdırıldı – saat 07:00-dan saat 08:00-ə qədər “Çoxmillətli Gürcüstan” müşahidəçilərini seçki məntəqələrinə buraxmırdılar. Hətta seçki prosesinin gedişində “Çoxmillətli Gürcüstan” müşahidəçisini məntəqədən belə qovdular (Marneuli 13.22.73 N-li seçki məntəqəsi). Səsvermə prosesində

Çoxmillətli Gürcüstan” müşahidəçisi tərəfindən eyni şəxslərin bir neçə dəfə

səsvermə halları (Bolnisi 14.23.55 N-li və Marneuli 13.22.65 N-li seçki məntəqələri), həmçinin eyni şəxslərin seçkilərdə yenidən iştirak etmək cəhdləri qeydə alındı (Marneulinin 13.22.49 N-li və Saqareconun 09.11.41 N-li seçki məntəqələri). Muşahidəçilər tərəfindən yetkin yaşa çatmamış şəxsin (Marneulinin 13.22.35 N-li seçki məntəqəsi) və vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə seçkilərdə iştirak etmək faktları qeydə alındı (Axalkalakinin 18.40.10 N-li seçki məntəqəsi). İki yerdə marker məhlulu sıxılmadan seçkilərdə iştirak etmək halı qeydə alındı

(Marneulinin 13.22.49 N-li və Qardabaninin

12.21.48 N-li seçki məntəqələri). Həmçinin seçki məntəqəsində dörd halda təbliğat faktları aşkarlandı bunların arasında ikisi seçki komissiyası üzvləri tərəfindən aparılırdı (Saqareconun 09.11.47 N-li, Marneulinin 13.22.71 N-li, Ninotsmindanın 18.41.19 N-li və 18.41.09 N-li seçki məntəqələrində). Dörd dəfə səsvermənin gizliliyi pozulmuşdur (Kvarelinin 10.16.12 N-li, Bolnisinin 14.23.22 N-li, həmçinin Laqodexinin 10.15.22 N-li və 10.15.35 N-li seçki məntəqələri). Səslərin

sayılması

nəticələrin

yekunlaşdırılması

prosesində

“Çoxmillətli

Gürcüstan”

müşahidəçisinin verdiyi məlumata görə, Marneulinin 13.22.03 N-li məntəqəsində, ehtimal ki, seçki məntəqəsinə bülletinlərin artıqlaması ilə atılması baş verdi. Dairə Seçki Komissiyasına Marneulinin 13.22.18 N-li seçki məntəqəsinin yekun protokolları daxil edilmədi. Həmin məntəqənin sədrinin verdiyi izahata görə, Dairə Seçki Komissiyasının yekun protokollarını oğurladılar.


Seçkilər

günü

„Çoxmillətli

Gürcüstan“-ın

monitorinq

proqramı

çərçivəsində

qısamüddətli

müşahidəçilər tərəfindən bu kimi insidentlər üzərə çıxarıldı:             

Müşahidəçinin hüquqlarının məhdudlaşdırılması ( 7 insident) Seçki məntəqəsinin lazımınca səhmana salınmaması (4 insident) Səsvermənin gizliliyinin pozulması (4 insident) Məntəqə Seçki Komissiyasının üzvləri tərəfindən öz funksiyalarının lazımınca yerinə yetirilməməsi (6 insident) Məntəqədə səlahiyyəti olmayan şəxsin varlığı ( 1 insident) Markerləmə qaydasının pozulması ( 2 insident) Bir neçə dəfə səs vermək (2 insident) Vaxtı keçmiş şəxsiyyət vəsiqəsi ilə səs vermə cəhdi (1 insident) Yetkin yaşa çatmamış şəxs tərəfindən səs vermə cəhdi (1 insident) Seçki məntəqəsində təbliğat aparamaq (4 insident) Məntəqədə səlahiyyəti olmayan şəxsin varlığı ( 1 insident) Sözlü qarşıdurma ( 1 insident) Səyyar qutunun səsvermə prosedurlarının pozulması ( 3 insident)

Təşkilatın müşahidə apardığı 465 seçki məntəqəsi:  Məntəqə Seçki Komissiyasının 2685 üzvü qadın idi (ortalama 48%)  201 Məntəqə Seçki Komissiyasının Sədri qadın idi (43%)  Məntəqə Seçki Komissiyasının 2661 üzvü etnik azlıqlara mənsub idi ( ortalama 47.7 %)  Məntəqə Seçki Komissiyalarının rəhbəri vəzifəsini (Katibi və yaxud sədri) etnik azlığa mənsub olan 245 şəxs tutmuşdu (52%).

Ümum-vətəndaş hərəkatı olan “Çoxmillətli Gürcüstan” 2020-ci ilin 31 oktyabr Parlament Seçkiləri üzərində monitorinq proqramını həyata keçirir. Monitorinq seçki ərəfəsi, seçkilər günü və sonrakı dövrə nəzarət etməyi nəzərdə tutur. Seçkilər gününü müşahidə etmək ümdə 12 majoritarlıq seçki dairəsini və 24 bələdiyyənin hüdudlarını əhatə edirdi: Rustavi və Qardabani (#12), Marneuli (#13), Bolnisi, Dmanisi, Tsalka, Tetritsğaro (#14) – Kvemo kartli; Borcomi,

Axalsixe, Adiqeni, Aspindza (#17), Axalkalaki və Ninotsminda (#18) –

Samtxse-Cavaxeti; Saqareco və Qurcaani (#9), Laqodexi, Kvareli, Telavi və Axmeta (#10) - Kaxeti; Kaspi (#15) – Şida kartli; Msxeta (#11)- Msxeta-Mtianeti; həmçinin Krtsanisi (#1), İsani (#4) və Samqori (#5) - Tbilisi. Seçkilər günü monitorinq proqramına 600 müşahidəçi qoşulmuşdur, o cümlədən 465 məntəqə, 97 mobil qrup, 22 Dairə Seçki Komissiyası və 1 MSK müşahidəçisi.



Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.