Çoxmillətli Gürcüstanın seçki prosesində aşkar olunan pozuntular haqqındakı açıqlaması

Page 1

Çoxmill ətli Gürcüstanın seçki prosesind ə aşkar olunan pozuntular haqqındakı açıqlaması

07:00-dən 08:00-ə qədər seçki məntəqələrinin açılması və hazırlanması, həmçinin səsvermə prosesinin icrası haqqında

Açıqlama

31 oktyabr 11:30 07:00-dən 08:00-ə qədər məntəqələrin açılması və hazırlanması prosesində „Çoxmillətli Gürcüstanın“ qısamüddətli müşahidəçiləri tərəfindən verilən məlumata uyğun olaraq, məntəqələrin açılışı, həmçinin səs vermə prosesi sakit mühitdə baş tutmuşdur. Qeyd olunana baxmayaraq, bu kimi nöqsanlar qeydə alınmışdır:

Müşahid əçinin hüquqlarını məhdudlaşdırmaq (5 fakt): Səhər saat 07:00-dən 08:00-ə qədər “Çomillətli Gürcüstan” müşahidəçilərinə Marneulinin iki (#13.22.65 və #13.22.36 məntəqələr) və

Krtsanisinin iki seçki məntəqəsinə daxil olmaqda maneə yaradılıb

(#01.04.19 və #01.04.25 məntəqələr). Müşahidəçilərin, müəyyən vaxtla bayırda ləngitdikdən sonra, içəri daxil olmalarına icazə verdilər. Marneuli 13.22.65 N-li məntəqəsinə müşahidəçiləri səhər saat 07:08 dəqiqədə buraxmırdılar. Məntəqə üzrə Seçki Komissiyası üzvlərinin izahına görə, müşahidəçi saat 08:00 tamam olmamış seçki məntəqəsinə

daxil ola bilməyəcəkdi. Müşahidəçini seçki məntəqəsinə yalnız Seçki Dairəsi üzrə

Komissiya Sədrinin zəngindən sonra saat 07:14-də buraxdılar. Marneulinin 13.22.36

N-li məntəqəsinə səhər saat 07:00 müşahidəçinin içəri keçməsinə imkan

vermədilər. Bunun səbəbi komissiya üzvləri tərəfindən istiliyi ölçən aparatdan necə istifadə edəcəklərini bilməmələri idi. Müşahidəçi aparatdan necə istifadə etməli olduqlarını başa saldıqdan sonra seçki məntəqəsinə daxil olmağa icazə verdilər. Axalkalaki 18.40.61 N-li məntəqəsinə müşahidəçini həmin məntəqənin müşahidəçisi olmadığı səbəbilə seçki məntəqəsinə buraxmadılar. “Çoxmillətli Gürcüstan”-ın səyyar qrupu getdikdən sonra müşahidəçinin daxil olmasına icazə verildi. Krtsanisi 01.04.25 N-li məntəqəsinə müşahidəçiləri səhər saat 07:00-də içəri buraxmadılar. Məntəqə Seçki Komissiyasının açıqlamasına görə, müşahidəçiləri yalnız saat 08:00-də içəri buraxacaqdılar. Məntəqə Seçki Komissiyası seçki məntəqəsinin qapısını bağladı. “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisi seçki məntəqəsinə yalnız səhər saat 08:00-dən sonra daxil ola bildi.


Krtsanisi 01.04.19 N-li məntəqəsinə müşahidəçini buraxmırdılar. Dairə Seçki Komissiyasından gələn zəngdən sonra “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisini məntəqəyə buraxdılar. Marneuli13.22.70 N-li məntəqəsində Seçki komissiyası “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisindən məntəqədə səsvermə prosesini yalnız konkret bir yerdən müşahidə etməyi tələb edirdi. Dairə Seçki Komissiyası müdaxilə etdikdən sonra məsələ aradan qaldırıldı.

Seçki m əntəqəsini lazımınca hazırlamamaq (4 fakt) Ninotsminda 18.41.34 N-li seçki məntəqəsində birinci seçicini yalnız saat 08:23-də qəbul edə bildilər, çünki seçki məntəqəsində nəzarət vərəqinin olmaması məlum oldu. Seçki məntəqəsinə nəzarət kağızı gətirildikdən sonra birinci seçicini qəbul etməklə səsvermə prosesinə start verildi. Marneuli 13.22.65 N-li seçki məntəqəsində birinci seçicini saat 08:22-də qəbul edə bildilər. Müşahidəçinin verdiyi məlumata görə, Məntəqə Seçki Komissiyası üzvləri nəzarət vərəqini necə dolduracaqlarını və Seçki Komissiyası üzvlərinin funksiyalarını bölüşdürmək üçün püşk atmanın necə keçirildiyini bilmirdilər. Məntəqə Seçki Komissiyasına kömək etmək üçün MSK-dan nümayəndə gəldikdən sonra nəzarət vərəqini doldura və püşk ata bildilər. Marneuli 13.22.80 N-li məntəqəsində seçki kabinaları lazımınca səhmana salınmayıbdır – gizli səsvermə kabinasında seçicinin girəcəyi bir tərəfdən açılmamışdı və açılan tərəf səsvermə binasının divarına tərəf, (MSK-nın #38-ci qərarının birinci maddəsinin “İ” altbəndinə uyğun olaraq) səsvermənin gizliliyi prinsipini pozaraq yerləşdirilmişdir. İsani 04.05.02 N-li seçki məntəqəsi lazımınca səhmana salınmamışdı. Gizli səsvermə kabinalarının arxasında seçicilərin marker yoxlamasından keçmədən içəri daxil ola biləcəkləri ayrıca bir qapı vardı. Müşahidəçinin göstərişindən sonra bu nöqsan aradan qaldırıldı – kabinaların yerini dəyişdilər.

Sözlü qarşıdurma (1 Fakt) Marneuli 13.22.71 N-li məntəqəsində Məntəqə Seçki Komissiyası sədri və Komissiyanın “Vahid Milli Hərəkat”-ından olan üzvü arasında sözlü qarşıdurma baş verdi. Sədr Komissiya üzvünü, bu sonuncusu püşkatma prosedurunu cib telefonu ilə qeydə almaq istədikdə, əli ilə itələdi.

S əsvermənin gizliliyinin pozulması (1 fakt) Kvareli 10.16.12 N-li seçki məntəqəsində seçici bülleten üzərində öz seçimini Seçki Komissiyası Sədrinin iştirakı ilə, gizli səsvermə kabinasına daxil olmadan etdi. “Çoxmillətli Gürcüstan” müşahidəçisinin iradından sonra seçici yeni bülletinlə kabinaya daxil olaraq səsini gizli şəkildə vermiş oldu.

T əqdimedil əsi protokolu doldurmamaq (2 fakt)


Ninotsminda 18.41.28 N-li məntəqəsində Komissiya Sədri Təqdimediləsi protokolu doldurmur və protokola seçicilərin vahid siyahısına seçicilərin sayını daxil etmirdi. Komissiya sədri verilmişləri günün sonunda daxil edəcəyini dedi. “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisi Məntəqə Seçki Komossiyası sədrinə bunun haqqında xəbərdarlıq etsə də, o reaksiya verməmişdir. Müşahidəçi bunu qeydlər kitabında qeyd etmişdir.

Termoskrininqi keçirm ə qaydası (2 fakt) Axalkalaki 13.40. 67 N-li Seçki məntəqəsində olma səlahiyyətli iki şəxs termoskrininqdən keçirilmədilər. “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisinin göstərişindən sonra hər iki şəxs termoskrininqdən keçdi. Marneuli 13.22.65 N-li məntəqə seçiciləri termoskrininqdən keçirirdilər. 7-8 seçicinin hərarətini yoxladılar. “Çoxmillətli Gürcüstan” müşahidəçisinin göstərişindən sonra nöqsan aradan qaldırıldı.

Seçki m əntəqəsində səlahiyyətsiz şəxsin olması (1 fakt) Marneuli 13.22.70 N-li Seçki məntəqəsində olmaq haqqı olmayan bir şəxs vardı. “Çoxmillətli Gürcüstan” müşahidəçisinin göstərişindən sonra bu pozuntu aradan qaldırıldı. Səlahiyyəti olmayan şəxs seçki məntəqəsini tərk etdi.

Seçki m əntəqəsinə gələn seçiciləri qeyd etmək (1 fakt) Dmanisi 14.24.48 N-li seçki məntəqəsinin yaxınlığında şəxsiyyətləri müəyyənləşdirilməmiş insanlar məntəqəyə gedən seçiciləri öz əllərində tutduqları siyahıda qeyd edirlər, lakin onlar qanunla nəzərdə tutulan 25 metrlik məsafə tələbinə riayət edirlər.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.