Səsvermə prosesinin icrasının və məntəqənin bağlanması haqqında

Page 1

Çoxmill ətli Gürcüstannın açıqlaması S əsverm ə prosesinin icrasının v ə m ənt əq ənin bağlanması haqqında 31 oktyabr 21:30 Saat 21.30 üçün seçki məntəqələri bağlanıb və səslər sayılır. “Çoxmillətli Gürcüstanın” qısamüddətli müşahidəçiləri tərəfndən bu vaxta qədər 15 şikayət yazılmışdır : S əsl əri sayark ən aşkar olunan pozuntular: Ninotsminda 18.41.13 N-li məntəqəsində müşahidəçinin verdiyi məlumata görə, səslərin sayılma prosesində, müşahidəçi vəsiqəsi olmayan naməlum şəxslər bir neçə dəfə məntəqəyə daxil olur və bununla səslərin sayılma prosesinə maneçilik törədilir. Həmçinin seçki məntəq əsinə naməlum şəxslər tərəfndən alkoqol da gətirildi. Marneuli 13.22. 72 N-li məntəqədə səsləri sayarkən xüsusi zərfdə dörd seçki bülletini (2 majoritarlıq və 2 proporsional) aşkarlandı, Məntəqə Seçki Komissiyası hər ikisini səhih bülletin kimi qəbul etdi. Marneuli 13.22.35 N-li seçki məntəqəsində səyyar qutunun siyahısına 34 seçici daxil edilmişdi. Səyyar qutunu seçki məntəqəsindən çıxardıqda, qutunun yanı ilə gedən komissiya üzvləri özləri ilə ümdə 50 bülletin apardılar və müşahidəçinin məlumatına əsasən, döndükd ə artıqlaması il ə apardıqları bülletinləri geri qaytarmadılar. Marneuli 13.22.13 N-li seçki məntəqəsində „Çoxmillətli Gürcüstan”-ın müşahidəçisinin məlumatına görə, məntəqənin kənarında xalq toplanmışdı. Məntəqədə qışqırma, mübahis ə v ə guman ki, qarşıdurma baş verirdi. S əsverm ə prosesinin pozuntuları Marneuli 13.22.65 N-li seçki məntəqəsində “Gürcüstan Gənclər Mərkəzi” adlı yerli müşahidəçi təşkilatından olan bir müşahidəçi dörd dəfə səs vermişdir. Bu m ənt əq ədə bir ş əxs ə t əkrar s əs vermək imkanı da verdilər. Saqareco 09.11.41 N-li seçki məntəqəsində bir şəxs təkrar səs vermək istəyirdi, ancaq onu seçki məntəqəsinə buraxmadılar və geri qaytardılar. Bolnisi 14.23.62 N-li seçki məntəqəsində seçici qeydiyyatdan keçmədən səs vermişdir.


Seçki m ənt əq əsind ə t əbliğat Saqareco 09.11.47 N-li seçki məntəqəsində Vahid Milli Hərəkatın nümayəndəsi bilavasitə seçki ərazisində təbliğat aparırdı. Seçiciyə kimi dairəyə almalı olduqlarını diktə edirdi. “Çoxmillətli Gürcüstan” müşahidəçisinin töhmətindən sonra ona qarşı reaksiya verildi və komissiya onu seçki məntəqəsindən xaric etdi. Ninotsminda 18.41.09 N-li seçki məntəqəsində təşəbbüskar qrup nümayəndəsi (təşəbbüskar qrupun namizədi Enzel Mkoyandır) seçicilərə kimə səs vermələrinə dair göstərişlər verirdi .


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.