Səsvermə prosedurunun icrası haqqında

Page 1

Çoxmill ətli Gürcüstanın açıqlaması Səsvermə prosedurunun icrası haqqında 31 oktyabr 15:30 Saat 15:30 üçün əldə olunan məlumat əsasında səsvermə prosesinin sakit bir şəraitdə, lakin müəyyən nöqsanlarla keçirildiyini deyə bilərik. Təşkilatın müşahidəçiləri tərəfindən səyyar qutu, Seçki Komissiyası üzvləri tərəfindən öz səlahiyyətlərini lazımınca yerinə yetirməmələri və səsvermənin gizliliyi ilə bağlı pozuntular aşkarlanmışdır. Bu vaxta qədər “Çoxmillətli Gürcüstan” müşahidəçiləri tərəfindən Seçki komissiyalarına 6 şikayət daxil olmuşdur, onlardan biri Dairə Seçki Komissiyasına göndərilmişdir.

Səsvermənin gizliliyinin pozulması (2 hal) Bolnisi 14.23.22 N-li məntəqədə səsvermə gizliliyi pozulmuşdur. Seçicilər işarələdikləri bülletinləri bir-birilərinə göstərirdilər. Bəzi hallarda səsvermə proseduru kabinaya girmədən həyata keçirilirdi. Məntəqədə izdiham olduğundan səsvermə prosesi əhəmiyyətli dərəcədə ləngiyir. Müşahidəçilərin hüquqları məhdudlaşdırılır. Onları içəridə hərəkət etməyə qoymur və qeydiyyatçının stoluna yaxın buraxmırlar.

Laqodexi 10.15.22 N-li məntəqəsində seçki kabinasından çıxan iki seçici bülletinlərini seçki məntəqəsində olan „Gürcüstanı istehsalat xilas edəcək“ seçki subyektinin nümayəndəsinə göstərdilər. “Çoxmillətli Gürcüstan”-ın müşahidəçisi tərəfindən irad tutulduqda, pozuntu aradan qaldırıldı.

Məntəqə Seçki Komissiyası üzvü tərəfindən öz səlahiyyətini lazımınca yerinə yetirməmək (3 fakt) Marneuli 13.22.69 N-li seçki məntəqəsində qeydiyyatçı seçki məntəqəsinə gələn seçicilərin soyadlarını bir kağıza qeyd edir və soyadları boyu plyus qoyurdu. “Çoxmillətli Gürcüstan” müşahidəçisinə əsasən ümdə 12 seçicinin verilmişləri qeydə alındı. Müşahidəçi dərhal şikayət yazdı və həmin qeydiyyatçının dəyişdirilməsini və onun inzibati məsuliyyətə cəlb edilməsini tələb etdi. Pozuntu aradan qaldırıldı. Qardabani 12.21.48 N-li seçki məntəqəsində qeydiyyatçı dörd dəfə seçiciyə marker sıxmadı. “Çoxmillətli Gürcüstan” müşahidəçisi göstəriş verdikdən sonra pozuntu aradan qaldırıldı. Qeydiyyatçı həmçinin bir dəfə seçki bülletinini imzalamadı və möhür vurmadı. Həmin pozuntu üzrə “Çoxmillətli Gürcüstan” müşahidəçisi tərəfindən qeydlər kitabında qeyd aparıldı. Müşahidəçi həmin qeydiyyatçının başqası ilə dəyişdirilməsini tələb etdi və həmin tələb Məntəqə Seçki Komissiyası Sədri tərəfindən təmin edildi. Ninotsminda 18.40.22 N-li seçki məntəqəsi üzvləri seçki bülletinlərinə əvvəlcədən möhür vurmağa başlamışdılar, ümdə 15 bülletinə möhür vurulmuşdur. “ Çoxmillətli Gürcüstan” müşahidəçisi bu faktı videoya çəkdi. Çoxmillətli Gürcüstan” müşahidəçisi tərəfindən irad tutulduqdan sonra komissiya üzvləri bunun pozuntu olduğunu bilmədiklərini dedilər və prosesə xitam verdilər. Səyyar qutu ilə bağlı məsələlər (3 hal) Marneuli 13.22.2 N-li seçki məntəqəsində səyyar qutunun nömrəsi Qeydlər kitabındakı nömrə ilə üst-üstə düşmür.


Laqodexi 10.15.21 N-li seçki məntəqəsində səyyar qutu səhər saat 07:55-də surquçlandı, səyyar seçki qutusu məntəqədən səhər saat 09:10-da çıxardılaraq, tezcə, saat 10:50-da geri qaytarıldı. Müşahidəçinin verdiyi məlumata görə, qutunun üzərində surquc yox idi. Seçki qutusu məntəqəyə qayıdan kimi məntəqəyə iki şəxs yanaşaraq, MSK əməkdaşları olduqlarını dedilər və qeyd olunan qutunu surqucladılar. Müşahidəçi tərəfindən bununla bağlı şikayət yazılaraq səyyar qutunun batil elan edilməsini tələb etdi. Şikayət Məntəqə Seçki Komissiyasında qeydiyyatdan keçdi. Səyyar qutu siyahısına 7 seçicinin verilmişləri qeyd edilib və hər yeddisinin imzası da təsbit edilmişdir. Axalkalaki 18.40.26 N-li seçki məntəqəsində saat 10:45-də müşahidəçi səyyar qutuda 12 seçicinin olduğunu gördü. Sonra qutunu məntəqədən çıxardıqda müşahidəçi siyahıda artıq 13 seçicinin olduğunu gördü . Məntəqə Seçki Komissiyası katibinin izahına görə, bu seçicinin səhhəti ilə bağlı problemləri vardı və buna görə seçki məntəqəsinə gələ bilmirdi. Onun üçün də onu siyahıya əlavə etmişdirlər. “ Çoxmillətli Gürcüstan” müşahidəçisi tərəfindən bu faktla bağlı şikayət yazıldı.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.