Mezzo

Page 1

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı № 10

OKTYABR 2013

As f e


Bakı Musiqi Akademiyası Beynəlxalq tədbirdə təmsil olunub.

3-6 oktyabr 2013-cü il tarixində Ankara şəhərində “3 oktyabr Dünya Türk Günü”nə həsr olunmuş möhtəşəm “İpək yolunda Türk Dünyası Ortaq Kültür Mirası” başlığı altında bilgi şöleni keçirildi. Layihəyə Türk Ocakları Genel Mərkəzi rəhbərlik edirdi. Tədbir 2 hissədən ibarət: I hissə 3-4 oktyabr tarixlərində Ankarada yerləşən Ramada Plaza Oteldə keçirilən simpozium mühazirələrindən, II hissə isə 5-6 oktyabr İpək yolunda, Türk dünyasının Anadolu torpaqlarında ecazkar abidələrin yer aldığı Kırşehir-KayseriNevşehir-Aksaray-Konya gəzintisi idi. Layihə Cumhurbaşkanlığının himayəsində, T.C. Başbakanlık Tanıtma Fonu, UNESCO Türkiye Milli Komisyonu, T.C. Kültür ve Turizm Bakanlığı, Vakıflar Genel Müdürlüğü, Türk Konseyi Genel Sekreterliği, TÜRKSOY Genel Sekreterliği, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, TRT Genel Müdürlüğü, Kayseri Büyükşehir Belediyesi, Konya Büyükşehir Belediyesinin dəstəyi ilə keçirilirdi. Simpoziumun əsas məqsədi Türk dünyasını meydana gətirən birliklərin tarixi İpək Yolu'nda ortaya çıxan zəngin mədəniyyət mirasını ortaya çıxartmağı, bir-birini yaxından tanımalarını və yaxınlaşmalarını hədəfləməkdədir. Bu zəngin mədəniyyət mirası, həm insanlığın bu günki çatdığı mədəniyyətin köklərini, həm də fərqli dövlətlər və mədəniyyətlər qurmuş türklərin ortaq istiqamətlərini göstərir. Layihə ilə ortaya qoyulacaq olan ortaq mədəniyyət mirası, fərqli birliklər halında yaşayan Türk dünyasının əsərlərini ortaya çıxarmaq və aralarındakı yaxınlaşmağı gücləndirməkdir. Simpozium çıxışları aşağıdakı mövzu altbaşlıqları əsasında öz əksini tapmışdır: 1.

İPEK YOLU'NDA YAŞAYAN TÜRK TOPLULUKLARI

2.

İPEK YOLU'NDA GELİŞEN SANAT VE MİMARİ

3.

İPEK YOLU'NDA ANIT ESERLER VE ARKEOLOJİK BULGULAR

4.

İPEK YOLU'NDA KÜLTÜR UNSURLARININ YOLCULUĞU

5.

İPEK YOLU'NDA YAYILAN DİN VE İNANÇ SİSTEMLERİ

6.

İPEK YOLUNDA YÜKSELEN GÜÇLER VE BUNLARIN İZLERİ

7.

GÜNÜMÜZÜN İPEK YOLU'NA JEOPOLİTİK ve JEOEKONOMİK BAKIŞ

8.

GÜNÜMÜZDE YENİDEN CANLANAN İPEK YOLU

9.

İPEK YOLU'NDA GELİŞEN MÜZİK KÜLTÜRÜ

“İpək yolunda Türk Dünyası Ortaq Kültür Mirası” bilgi şöleni Türk Ocakları Genel Başkanı Prof. Dr. Mehmet Özün çıxışı ilə rəsmi şəkildə açıq elan edildi. Ardınca TÜRKSOY Genel Sekreterliği, UNESCO Türkiye Milli Komisyonu Başkanlığı, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, Vakıflar Genel Müdürlüğü, Türk Dili Konuşan Ülkeler İşbirliği Konseyi (Türk Kengeşi), Kültür ve Turizm Bakanlığı, Cumhurbaşkanlığı nümayəndələrinin protokol çıxışları ilə tədbirin məqsədi, önəmi vurğulandı. Türkiyə, Çin, Qazaxstan, Özbəkistan, Qırğızstan və b. iştirakçılarla bərabər Azərbaycanı təmsilçılərinin də məruzələri böyük maraqla qarşılandı. Qeyd edək ki, Azərbaycanı bu tədbirdə 4 iştirakçı təmsil edirdi. “İpək Yolunda gelişen müzik kültürü” bölməsində - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə - “İpək Yolu üzərində Azərbaycan mədəniyyəti”; Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova – “Musiqi irsimizdə Böyük İpək Yolu”;


2 “İpək yolunda yüksələn güclər” başlığı altında bölmədə - Professor, Dr. Fərda Əsədov “IX yüzyılda İpək Yolu ticarətində Araplar və Hazarların işbirliyi”; “Dünya kültür mirası olaraq İpək Yolu” bölməsində Professor, Dr. Şahin Mustafayev “Orta Asyadan İpək Yolu kültür mirası və UNESCOnun İpək Yolu Projesi” mövzusu ilə çıxış edirdilər. Simpoziumun musiqiyə həsr olunan bölümü də digərləri kimi maraqlı çıxış və diskusiyaları ilə diqqəti cəlb edirdi. Türk Dünyası Müzik Topluluğunun baş dirijoru İrfan Gürdalın rəhbərliyi altında keçirilən musiqi seksiyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından Gülnaz Abdullazadə və Həbibə Məmmədova, İstanbul Teknik Universitesi Türk Musiqisi Devlet Konservatuarından Süleyman Şenel, Hacettepe Üniversitesi Türk Halkbilimi Bölümündən Serdar Erkan “İpək Yolunun musiqi mədəniyyətinə təsiri” haqqında müxtəlif səpkili məruzələrlə simpozium iştirakçılarını tanış etdilər. 2 gün davam edən plenar iclas, məruzə, çıxışların ardınca tədbirin ilk hissəsi iştirakçılara diplom təqdimatı ilə tamamlandı. Simpoziumun 3-cü günü “İpək Yolu gezginləri” Kayseri-Konya arasında yerləşən Karvansaraylar üzərində bölgə araşdırmasına yollandılar. Bildiyimiz kimi Anadolu Səlcuqlu Karvansarayları məhz Konya-Kayseri ətrafındakı məkanlarda yerləşir. Kırşehirde Cacabey Gökbilim Medresesini gezdikdən sonra Kayserideki Karatay Kervansarayına gedildi. Karatay karvansarayı, Türkiyədə bir İpək Yolu üçün son dərəcə uyğun bir əsərdir. Yolların kəsişmə nöqtəsində yerləşməsi, memarlıq baxımından quruluş xüsusiyyəti ilə diqqəti cəlb edir. Maraqlı görünüşü ilə seçilən Nevşehir Sarıhan karvansarayı dəyərli memarlıq nümunələri sırasındadır. Bu karvansarayda keçirilən Sema mərasimləri Türkiyə səfər edən xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanır. Bağlı məkanda təqdim olunan Səma nümayişləri simpozium iştirakçılarına mistik bir hava yaşatdırdı. Bu həyəcanlı abu-hava Karvansarayın divarlarında 3D formatda görüntülənən tarixi abidələrin filmi ilə davam olundu. Bölgə gəzintisinin 2-ci günü isə simpozium qrupu dünyanın ən böyük karvansaraylarından biri olan Aksarayda yerləşən Sultanhanıya yollandılar. Aksarayın Sultanhanı ərazisi və eyni adlı karvansaray tarixən xalça və kilimləri ilə tanınır. Aksaraydan Konyaya dogru irəliləyərək qrup burada yerləşən ecazkar görüntüsü ilə insanı valeh edən Obruk gölü ilə tanış oldular. Obruk gölü Konyada yerləşən Obruk Yaylasının bir hissəsidir. Obruk Gölü ətrafında ilk məskunlaşma 13-cü əsrdə başlamışdır. Obruk Xan xaraba divarlarında Bizans dövründəki daşlar istifadə edilmişdir. Konyada yerləşən Zazadin Karvansarıya da digər Səlcuqlu han və karvansaraylarında olduğu kimi açıq və qapalı hissələrdən meydana gəlmiş, ancaq şimal divarı pilləli olaraq düzəldilmişdir. İstehsalında kəsmə daş istifadə edilmişdir, bu daşların arasında antik daşlara da yer verilmişdir. Zazadin Karvansarayı ümumi görünüşü etibarı ilə bir qalanı xatırlatmaqdadır. Bilgi şöleni bölgə gəzintisinin son nöqtəsi Konya Mevlana Müzeyi oldu. Mövlana Muzeyi Konyada yerləşən qədimdən Mövlananın dərgahı olan zəngin memari quruluşa malik kompleksdir. 1926-ci ildən fəaliyyət göstərən bu muzey "Mövlana Türbəsi" olaraq da tanınır. Türbə, Mövlananın ölümündən sonra tikilmişdir. Muzey gəzintisindən sonra simpozium bağlı elan edilərək tamamlandı. Kayseri, Konya Bələdiyyə Başkanlarının da şəxsən bu tədbirdə simpozium qrupuna zaman ayırıb onlarla görüşüb yaxından iştirak etmələri də yüksək qiymətləndirildi. Yüksək təşkilatı səviyyədə keçirilən simpozium, iştirakçılar tərəfindən böyük maraq və diqqətlə qarşılandı. Bu tədbirdə ev sahibliyi edən Türk Ocakları Genel Mərkəzi və xüsusilə Kültür və Turizm Bakanlığı Projeler Genel Koordinatörü Fahri Atasoya dərin minnətdarlığımızı bildiririk. Həqiqətən layihədə qarşıya qoyulan Türk dünyasını meydana gətirən birliklərin İpək Yolu'nda ortaya çıxan zəngin mədəniyyət mirasını ortaya çıxarıb və müxtəlif millətlərin aralarındakı yaxınlaşmağı gücləndirmək kimi məqsədlər öz həllini tapdı.


Asəf Zeynallı Asəf Zeynallı Azərbaycan klassik musiqisinin yaradıcılarından, bəstəkarlıq məktəbinin ilk təməlçilərindən və görkəmli simalarından biridir. O, Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil almış ilk bəstəkardır. Asəf Zeynallı cəmi 23 il ömür yaşamasına baxmayaraq Azərbaycan musiqi sənətinə əvəzsiz xidmətlər göstərmişdir. O, ilk milli romansların (“Ölkəm”, “Sual”, “Seyran”, “Sərhədçi”, “Çadra”) və simfonik əsərlərin (“Fraqmentlər süitası” və s.), fortepiano (“Uşaq süitası”,”Çahargah”,”Durna” və s ), skripka və fortepiano üçün miniatürlərin (“Muğamsayağı”), bir çox teatr və tamaşalarına musiqinin (“Sevil”,”Dönüş”, “Hind qızı”,”Gizli əl” və s.) əsərlərin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm rol oynamışdır. Onun əsərləri bu gün də peşəkar musiqi ictimaiyyəti və musiqisevərlər tərəfindən böyük maraqla dinlənilir. Asəf Zeynallının yaratdığı bütün əsərlər Azərbaycan klassik musiqi irsimizin ən dəyərli bədii inciləridir. Xüsusilə də onun ”Ölkəm” romansı geniş dinləyici kütlələri tərəfindən daim sevilərək dinlənilmişdir. Gənclik illərində yazdığı bu romansı ilə bəstəkar Azərbaycanda klassik romans janrının əsasını qoymuşdur. Mətnlə iş prinsipləri reçitativ və mahnı intonasiyalarının qovuşuğu, olduqca ifadəli obraz həlli bəstəkarın romanslarını bu gündə yaşadan əsas amillərdəndir. Lirik şəxsiyyətlə əlaqədar olan xətdə ilk dəfə Asəf Zeynallının romanslarında yaranmışdır. Həmin xətt sonralar bir çox Azərbaycan bəstəkarlarının yaradıcılığında inkişaf etdirilmişdir. Bəstəkar yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun romanslarında insanın daxili aləmini, fikir və hisslərinin lirik təhkiyə, lirik monoloq formalarında ifadə olunaraq açılmasıdır. Belə hallarda bəstəkar muğam intonasiyalarından və onların inkişaf prinsiplərindən məharətlə istifadə edir. Zeynallı bəstəkarlıq aləmində birinci deyildi:onun qarşısında Üzeyir Hacibəyli, Müslüm Maqomayev kimi nəhəng xadimlər var idi. Lakin, təbiətən parlaq istedada malik olan Asəf Zeynallı öz yolunu, öz musiqi deyimini hər zaman axtarır və tapırdı. Onu da qeyd edək ki, Asəf Zeynallı dahi bəstəkar Ü.Hacıbəylidən təhsil almış və musiqi sənətinin sirlərini ondan mənimsəmişdir. Milli fortepiano musiqisinin təşəkkülündə də Zeynallının xidməti böyükdür. O, öz fortepiano yaradıcılığında folklor musiqisindən ilk dəfə əyani şəkildə istifadə edərək onun milli-xaraterik xüsusiyyətlərini klassik fortepiano musiqisi ənənləri ilə üzvi sürətdə birləşdirmişdir. Gənc bəstəkarın əsərlərində onun özünəməxsus dəsti-xətti görünür, onlarla gələcək milli instrumental üslubun əsasları yaranmışdır. Bəstəkarın musiqi yaradıcılığının fərdi üslub xüsusiyyətini xəlqilik və millilik təşkil edir. Azərbaycan xalq musiqisini böyük məhəbbətlə sevən və ona dərindən bələd olan istedadlı bəstəkarın bütün əsərlərində xalq musiqisinin milli ruhu duyulur. Əsərlərinin forma və məzmunu, bədii ifadəliyi xalq musiqisinin melodiyasından, muğamlardan və ladlardan qaynaqlanmışdır. Zeynallı xalq musiqisi nümunələrinin toplanması və notlaşdırılması ilə məşğul olan ilk bəstəkarlarımızdandır. O, qısa zaman ərzində çoxlu sayda xalq mahnıları, rəqslərini və digər janr nümunələrini toplayaraq nota yazmışdır. Eyni zamanda bu nümunələrin işlənilməsi üzərində də bəstəkar iş aparmışdır. Belə ki, Asəf Zeynallı xalq mahnılarını səs ilə fortepiano üçün işləmiş və gözəl sənət nümunələri yaratmışdır. Asəf Zeynallının yaradıcılığına əsasən milli kolorit, yeni forma axtarışları, bədiilik, obrazlılıq səciyyəvidir. Simfonik əsərlərindən tutmuş romanslarına qədər bütün musiqisində bu xüsusiyyətlər duyulmaqdadır. Bəstəkar hətta öz yaradıcılığında Qərb musiqisinin formalarını və janrlarını Azərbaycan xalq musiqisinin ifadə vasitləri ilə əlaqələndirmiş, onların uğurlu sintezinə nail olmuş və beləliklə, Ü.Hacibəyli, M.Maqomayev ilə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini qoymuşdur. O, həyat və yaradıcılıq yolunda parlaq, tükənməz istedadı, musiqi sənətinə sonsuz məhəbbəti, güclü həyat və yaradıcılıq enerjisi sayəsində yazdığı dəyərli əsərləri ilə öz adını əbədi olaraq Azərbaycanın mədəniyyət tarixinə həkk edib. Hazırladı: Zərifə Əlizadə Musiqişünas II kurs


S MƏCNUNu ənətinin

Ecazkar, təkraredilməz musiqilərilə ürəklərdə dərin iz salmış, Qədim xalq çalğı alətləri ansamblının rəhbəri, sənətşünaslıq elmləri doktoru, professor respublikanın xalq artisti Məcnun Kərimov oktyabrın 2-də dünyasını dəyişib. Ürəyi yaşamaq, həyat vermək, rövnəqləndirmək ehtirası ilə yanan Məcnun Kərimov gördüyü işlər sayəsində Azərbaycan musiqi mədəniyyətinə böyük bir xəzinə bəxş edərək adını tarixin səhifələrinə qızıl hərflərlə yazdı. Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub. 1959-1963-cü illərdə Ü. Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinin tar fakültəsini bitirib. İlk müəllimləri Üzeyir Hacıbəylinin tələbələri bəstəkar Səid Rüstəmov və Adil Gəray olmuşdur. Məcnun Kərimov 1967-ci ildə tarixin yaddaşında it-bata düşmüş qədim musiqi alətlərini axtarıb tapmaq qərarına gəlir. Özünün də dediyi kimi, kiçik bir maraq onu böyük xəzinəyə aparıb çıxardı. O, bu maraqla uzun bir yola çıxıb əsrləri adladı, zamanın dərin qatlarına enib sonda axtardığını tapdı. Bu tapıntı isə Azərbaycan musiqi mədəniyyəti tarixində böyük bir hadisə idi. Adları yalnız tarixi mənbələrdə və klassiklərin əsərlərində yaşayan rud, rübab, bərbət, çəng, qopuz, çoğur, çəğanə, şirvan tənburu, santur, nüzhə, müğni kimi musiqi alətinlərini bərpa edib, yenidən xalqa qaytardı. Hər birinin öz incəlikləri, hazırlanma texnologiyası olan 11 musiqi aləti Azərbaycan musiqişünaslığının müstəqil sahəsi olan alətşünaslıqda böyük əhəmiyyət kəsb edir. Hələ 3 saylı Musiqi Məktəbində işləyərkən Məcnun müəllim bu alətləri ansambl şəklində səsləndirmək qərarına gəlir. Onun yaratdığı ansamblın M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Şah İsmayıl Xətainin 500 illiyi ilə bağlı baş tutmuş tədbirdə uğurlu çıxışı yüksək səviyyədə qarşılanır. 1991 - ci il professor Fərhad Bədəlbəyli Məcnun Kərimovu Bakı Musiqi Akademiyasına dəvət edir və ona Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyası açmağı təklif edir. Beləliklə, bu günədək fəaliyyət göstərən Bakı Musiqi Akademiyası nəzdində Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyası yaradılır. Məcnun Kərimov 1996-cı ildə Musiqi Akademiyasının tələbələrindən ibarət yeni bir heyət yığıb ansambl yaradır və bu ansamblın bədii rəhbəri olur. Ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı sayəsində dövlət statusu verilən ansambl Musiqi Mədəniyyəti Dövlət Muzeyi nəzdində fəaliyyətə başlayır. Dünyanın 20-dən artıq ölkəsində uğurla çıxışlar edən ansambl bir sıra qədim musiqi, xalq mahnı, rənglər, təsniflər ifa edir. Məcnun Kərimov 1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Məcnun Kərimovun tədqiqat işləri ilə bağlı yazdığı elmi əsərləri, məqalələri olduqca əhəmiyyətlidir. Onun 2002-ci ildə “Azərbaycan musiqi alətləri” adlı kitabında qədim musiqi alətlərinin 28-i haqqında məlumat verilib. Tarixi məlumatlarla sübuta yetirilir ki, onlar Azərbaycana məxsusdur. Kitab üç dildə - ingilis, rus, azərbaycan dillərində çap olunub. Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr verən, bir sənət məcnunu, xalqını, torpağını sevən bir alim, musiqişünası itirdi. Allah rəhmət eləsin! Hazırladı: Şanə Vəlizadə Musiqişünas IV kurs


Gənclər Kamera Orkestri

2 ildir yaranmasına baxmayaraq, musiqi aləmində öz sözünü demiş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Gənclər Kamera Orkestrinin səsi hər zaman olduğu kimi, yenə də konsert səhnələrindən gəldi. Bu dəfə gənc musiqiçilərimiz Azərbaycan və dünya klassik musiqisinin bölgələrdə geniş təbliği məqsədi ilə konsert proqramları ilə çıxış etdilər. Gənclər Kamera Orkestri Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təşkil olunmuş silsilə konsertlərdə ifa etdilər. Daha öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Xəzər Universiteti “Dünya” konsert salonu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, MTN Mədəniyyət Mərkəzi və Gəncə şəhərində çıxış etmiş gənclər, 28 sentyabr Şəki şəhər İcra hakimiyyətinin dəstəyi ilə Şəkidə baş tutmuş konsertdə ifalarını nümayiş etdirdilər. Tədbirdə layihənin bədii rəhbəri SSRİ və Azərbaycan xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, dirijor, xalq artisti, professor Yalçın Adıgözəlov və Gənclər Kamera Orkestrinin direktoru, xalq artisti, professor Yeganə Axundova iştirak etdilər. Növbəti çıxış Zaqatala şəhərində baş tutdu. Mədəniyyət və Turizm Nazirliyinin “Avropa İRS Günləri” beynəlxalq layihəsi çərçivəsində Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gənclər Kamera Orkestri Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdilər. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni-irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələsinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertlər yerli və əcnəbi vətəndaşlar tərəfindən böyük maraqla qarşılandı. Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Akşin Əlizadə, Vasif Adıgözəlov kimi görkəmli bəstəkarlarımızın yaradıcılığına müraciət edən gənc musiqiçilər Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha sübut etmiş oldu. Solistlər Afaq Abbasova, Fərid Əliyev və Məhərrəm Hüseyinlinin ifası böyük rəğbətlə qarşılandı. Hazırladı: Aytən Abaslı Fortepiano magistr I kurs



BAKIYA

CAZ GƏLDİ!

jazz jazz


Nədənsə bəzən düşünürəm ki, caz musiqisi insana bənzəyir. Hətta zahirən şux, oynaq olsa da narın bir kədər, gizli bir qəm duyulur dərinliklərində. Dinləyirsən, keyfin açılır ancaq musiqiyə qapıldıqca bəzən səbəbsiz bir kədər də qonur ürəyə. Əlbəttə bu cazın yaranma tarixi və şəraiti ilə də bağlı ola bilər. Axı caz musiqisi qaradərili qulların yaratdığı musiqidir və bu janr onların azadlıq arzuları ilə yanaşı iztirabları ilə də yoğrulub. . Payız - Azərbaycanın paytaxtı Bakıda caz vaxtıdır. Bunu ifadə Avropanın nüfuzlu "Euronews" telekanalının saytında yazılıb.

.

..

Bir zamanlar isə Bakı, dünya cazının ən uzaq əyalətlərindən idi. Hələ cazın son dəbləri ilə çalan xarici orkestrlərin, caz musiqili valların Bakıya gəlib yetişməsi nadir hadisə idi. Bu iraq məmləkətlərdən qopub gələn musiqinin Bakıda səslənməsi 1931-ci ildən başlayır. Caz Bakıya gəlir! O vaxtlar “Edison” adlanan teatrda Teacaz konsertləri verilir və il boyu bu konsertlər dəfələrlə təkrarlanır. Bakılılar cazı bəyənirlər. Azərbaycan cazının bünövrəsi isə 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulmuşdur. Orkestrin ilk konsert proqramına klassik cazla yanaşı Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil edilmişdi.

.

Sonralar bu janr demək olar ki, musiqimizdən qovuldu. Caz musiqisinin səslənməməsi üçün ciddi tədbirlər görülürdü. Ancaq bütün qadağalara baxmayaraqbu musiqisini sevənlər bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa edirdilər. .

. 1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önəmli yerlərdən birini "Sovet Benni Qudmeni"

adlandırılan saksafonçu, cazmen Pərviz Rüstəmbəyov tutmuşdur.

.

Ötən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. “Qaya” - Rafiq Babayevin kvarteti yaranır. . Bilmirəm bu təsadüfdür yoxsa qəribə qanunauyğunluq?! Ancaq caz musiqi tarixində dünya şöhrətli ulduzların demək olar ki əksəriyyətini bədbaxtlıqlar və erkən ölümlər qarabaqara izləyib. Biks Beyderbek, Klifford Braun, Fets Uoller, Bessi Smit, Billi Holidey, Carli Parker və “cazın peyğəmbəri” adlandırılan Can Koltreyn. Şübhəsiz ki, bu nadir musiqiçilərin ölüm səbəbləri cazı çox sevmələri, dövrün düşüncə tərzi, musiqiyə qoyulan qadağalar olmayıb. Amma Vaqif Mustafazadə... Dünyanın o başında bir sənət bilicisi Vaqifi planetin ən lirik pianoçusu sayırdısa, Vaqif sənəti qarşısında baş əyirdisə vətəndə hansısa bədxah Vaqif çalğısına “Mustafazadə hoqqabazlığı” deyirdi. Bir vaxtlar caz musiqisinə belə münasibətin olması bizə qəribə gəlir. İndi Azərbaycan cazı, V. Mustafazadə şedevrləri dünyanın haralarında səslənmir? “ Caz ürək musiqisidir” deyirdi Vaqif. Elə musiqisi də ürəyi kimi kövrək və səmimi idi. Zaman ötdükcə əvvəllər əyləncə xarakteri daşıyan caz musiqisi get-gedə bizim şüurumuza intellektimizə və ruhumuza müraciət edir. Əlbəttə ki, bu özü mədəni inkişafın göstəricisidir, həm də ümumi zövq, səviyyə tərbiyəsində mühüm əhəmiyyəti olan bir inkişafın. Şəhərimizin zəngin musiqi tarixinin səhifələrini vərəqlədikcə konsertlər, festivallar, qastrolların şahidi oluruq.Bütün bunlar Bakının musiqi salnaməsinin ayrılmaz tərkib hissəsidir. Belə parlaq, unudulmaz səhifələrdən biri də 2002-ci ildən etibarən hər il keçirilən Bakı Beynəlxalq Caz Festivalıdır. Bu illər ərzində dünyanın məşhur caz ustaları Mat Bianko, Şakatak, Al di Meola,Omar, Monti Aleksandr, Artur Dutkevix , Vijay İyer Trio, Erik Vloemans, Keyko Matsui, Mayk Minieri, Cazamor, Dyuk Ellinqtonun caz orkestrı, "Kool & the Gang" qrupu, Qonzalo Rubalkaba, Sonny Emory, “Jazzınho” qrupu, Richard Bona, Branford Marsalis, Rachelle Ferrell və digərləri şəhərimizin qonağı olmuşlar. 23 oktyabr-2 noyabr tarixlərində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən bu ilki festivalda da unudulmaz anlar yaşandı. İstənilən ənənə halını almış festival zamanla bayram kimi qəbul edilir və qeyd edilir. Lakin etiraf edək ki, caz festivallarındakı ovqat, abhava bambaşqa olur. İstər səslənən rəngarəng musiqi, istər ifaçıların dinləyicilərlə ünsiyyət forması, səmimiyyət, sərbəstlik, musiqinin medidativ təsiri-bütün bunlar həm də yeni üslub və ifa tərzlərinin kəşfi bayramıdır. Bu ilki festivalda Cemeyşn Saşa Maşin, Kristof Çex, Avişai Kohen, Marcus Miller, Cemeyşn Mixail Okun, Bob Ceyms və Devid Senborn eləcə də məşhur amerikalı saksafonçu Coşua Redman və kvarteti, həmçinin "Qremmi" mükafatına layiq görülmüş saksafonçu Kenni Qarret konsert proqramları ilə çıxış etdilər. Milli cazın görkəmli nümayəndələrindən Salman Qəmbərov, Emil Əfrasiyab, Əlibəy Məmmədzadə və qrupu, “Bakı” və “Cəngi” estrada caz qrupları eləcə də Aysel Məmmədova, Çingiz Mustafayev, Əfqan Rəsul, Allahyar Vəzirov konsert və “cem-şeyn”lərlə bu ilki festivalı da yaddaqalan xatirəyə çevirdilər.

Hazırladı: Leyla Ağazadə Skripka III kurs


Azərbaycan – Gürcüstan Gənclərinin Beynəlxalq Festivalı keçirilib. 16-19 oktyabr 2013-cü il tarixində Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin “Beynəlxalq festivalı” çərçivəsində də hər iki ölkənin rəsmiləri arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb. Sənədi Azərbaycan tərəfindən Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə İdman və Gənclər naziri Levan Kipiani imzalayıb. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq: “Sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik”. Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüş çərçivəsində bir sıra suallar ətrafında müzakirələr aparılıb. Memorandomun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yeməklərindən dadıblar. Daha sonra tədbir hər iki ölkənin gənclərinin ifasında konsert proqramı ilə davam edib.



Məzunumuzun uğurları

Əliyeva Jalə Əmirxan qızı 1989-cu il, iyun ayının 30-da Rusiya Federasiyasının Qorki şəhərində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 1996-2007-ci illərdə Q.Qarayev adına 8 saylı Orta İxtisas Musiqi məktəbinin simli alətlər şöbəsində (violonçel sinfi) ilk musiqi təhsilini alıb. Ardınca, 2007-2011-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olaraq "Simli alətlər" kafedrasında əməkdar incəsənət xadimi, ifaçılıq fakultəsinin dekanı, professor Nəzmiyyə Abbaszadənin sinfində dərs alıb. Bir çox məşhur violonçel ustadlarının: D.Gerinqasın, N.Qutman, D.Yablonski, A.Seleznov, Peter Horr, Agnessa Rugevic, Liv Opdalın ustad dərslərində fəal iştirak edib. Respublika müsabiqəsinin laureatı, 2011-ci il Kiyevin Vorzel şəhərində keçirilən "Искусства XXI века" adlı beynəlxalq müsabiqədə 2-ci yerin mükafatçısıdır. 2007-2012-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Simfonik orkestrinin kollektivində orkestr artisti vəzifəsində fəaliyyət göstərib. M.Rostrapoviç adına Xüsusi təqaüdə layiq görülüb. Bir çox beynəlxalq layihələrin, o cümlədən: «Savonlinna» musiqi festivalının, Baltic Youth Philarmonic Orchestra, Borealis müasir musiqi festivalının, “Silk way” Şəki “Oazis” kvartetinin tərkibində, V Qəbələ musiqi festivalı “Baku trio” nun tərkibində, EnB1 Ensemble Bjergsted, Bergenkulturnat və s. iştirakçısı olub. 2012-ci ildən “Baku trio”nun (Mustafa Mehmandarov və Müşfiq Quliyev) tərkibində fəaliyyət göstərir. Elə həmin ildə Avstriyada və İtaliyada keçirilən "Искусства XXI века" adlı beynəlxalq müsabiqədə Azərbaycan kamera musiqisi tarixində birinci dəfə “Baku trio” I yerlə mükafatlandırılmışdı. 2013-cü ildən Piano-cello-dan ibarət Şur duetinin tərkibində Humay Qasımzadə ilə birgə fəaliyyət göstərir. Bu il yay festivalının iki orkestrinə (The Baltic Youth Philharmonic, hansıki Skandinaviya ölkələrində orkestr turu, dirijor Kristjan Järvi və 21st Summer Music Academy at Castle Hundisburg, dirijor Johannes Klumpp) ilk azərbaycanlı kimi violonçelist olaraq dəvət alınıb. Bu il eyni zamanda ISA stipendiyasına layiq görülərək Stavangerddə, (Norveç) keçirilən beynəlxalq festivalda İstvan Vardai və Jan-Erik Gustafssondan ustad dərslər alıb. (İnternatioanl Summer Academy 12th to 16th of August 2013 Stavanger). Hal hazırda Bergen şəhərində yerləşən Grieg Akademiyasının tələbəsidir və Sebastian Dorflerin sinfində təhsil alır. Onu da qeyd edək ki, Azərbaycanda violonçel ifaçıları çox az sayda olduğundan, Jalənin uğurları ölkəmizçün xüsusi dəyərli və önəmlidir. Biz də Jaləyə uğurlarının davamlı olmasını arzulayır, bol-bol nailiyyətlər diləyirik. Hazırladı: Günel Nəsirova Musiqişünas magistr I kurs


Berq musiqisinə hörmətlə... XX yüzilliyin ilk on illiyindən etibarən insan təfəkkürü dəyişməyə başladı. Bu dəyişimlər o qədər radikal idi ki, həmin dövrdə insanlar tərəfindən qəbul olunmadı və bu yenilikləri qəbul etmək illər aldı. 1900-cü ildə Sigmund Freud «Yuxuların yozumu» adlı yazısını yayımladı və bundan sonra insan beyni araşdırılmağa başlandı. Həmin ildə Max Planck Nyutonun fizika qanunlarını kökdən dəyişərək yeni bir Quantom qanunu kəşf etdi. Planckın bu nəzəriyyəsi ilə işləyən Albert Enşteyn 1905-ci ildə isə Nisbilik nəzəriyyəsini yaratdı. Bundan sonra insanın dünyanı idarə edən qaydalar qavramı tamamilə dəyişdi.1903-cü ildə Wright qardaşları bir təyyarəni havalandıraraq insanların illərlə bir alət yardımıyla uçmaq axtarışını uğurla tamamladılar.1910-cu ildə Wassily Kandinsky ilk abstrakt tablosunu yaratdı və bundan sonra rəssamlıq yeni bir mərhələyə qədəm qoydu. İlk dəfə bir tablo təbiətdə heç bir şeydən ilham alınmadan sadə və rənglər toplusundan ibarət idi.1908-ci ildə isə Arnold Schoenberg «Buch der bangenden garten»ini bəstələyərək yüz illik tonal qavramı tamamilə yerlə yeksan etdi. Bütün bu yeniliklər XX yüzilliyin ilk 10 illiyində baş verdi. Demək olar ki, bu onillik bütün tarixin ən inqilabçı dövrü idi. Bu dövrün öndə gələn, yenilikçi bəstəkarlarından biri məhz Berq olmuşdur. Çoxlu sayda əsərləri olmasa da XX yüzilliyə yeni dəyərlər vermişdir.Dövrünün musiqiçiləri arasında ən çox post-romantizmə yaxın olan, Mahler və Wagnerdən təsirlənmiş bir bəstəkar idi. Məhz buna görə də Berq özündən sonra gələn bəstəkarlar üçün bir örnək və ilham qaynağı idi. Çünki o yeganə bəstəkar idiki, atonal sistemdə lirik obrazlar yarada bilmişdir. Berqdən sonra gələn bir sıra bəstəkarlar onun yolunu davam etdirmişdir. XXI əsrin bir çox nümayəndələri onun musiqilərindən təsirlənərək bəstəkara əsərlər ithaf etmişdir. Bu sırada ilk öncə Firəngiz Əlizadənin adını çəkmək olar. Bildiyimiz kimi SSRİ hakimiyyəti dövründə seriya musiqisi qadağan edilmişdi. Lakin buna baxmayaraq bəstəkar hələ tələbəlik illərində 1970-ci ildə ilk fp sonatası «Sonata for piano-İn memoriam Alban Berg» yazaraq bunu Alban Berqə həsr etmişdir. Bu sonata Berqin skripka konsertindən təsirlənərək yazılmışdır. Əsərdə Skripka konsertindən alluziyaları hiss etmək mümkündür. Berqə ithaf olunmuş əsərlərdən biri də Amerika bəstəkarı Ross Lee Finneyin «Berg mövzusuna variasiyalar»ıdır. Ross Lee Finney ilə Alban Berq 1931-1932-ci illərdə Vyanada bir yerdə təhsil almışlar. Bu illərdə Finney Berqin atonal sistemdə yazdığı əsərləri bəyənmiş və Berqdən bu sistemin qanunauyğunluqlarını mənimsəmişdir. Daha sonralar Finney belə qeyd etmişdir: «Berq mənim hər zaman yaddaşımda olan lakin önəmsəmədiyim bir sıra yeni fikirlər oyatmışdır. Təbii olaraq onun aşıladığı yeni fikirlər seriya texnikasını dərindən anlamağıma səbəb oldu». Ross Lee Finneyin «Berg mövzusuna variasiyalar» əsəri 1952-ci ildə yazılmışdı. Əsərin mövzusu Berqin skripka konsertindən götürülmüşdür. Bəstəkar bu əsərlə Berqə olan ehtiramını göstərmiş və həmin dövrdə bir sıra yeniliklərin məhz Berqdən gəldiyini göstərmişdir. XXI əsr nümayəndlərindən olan Slovakiyalı bəstəkar Jacob Gilboa da Berg yaradıcılığına müraciət etmişdir. O, «Three Chords of Alban Berg» («Berqin 3 akordu») əsərini 1979-cu ildə Arthur Rubinstein Piano festivalı üçün bəstələmişdir. Əsərin mövzusu Berqin «Wozzeck» operasından götürülmüşdür. Gilboa burada insanların faciə və saflıq arasındakı qarşıdurmanı əks etdirmişdir. Bəstəkar burada Berqin harmoniyasını özünəməxsus simvolik şəkildə əks etdirdiyi üçün əsəri buna görə «Berqin üç akordu» adlandırmışdır. İkinci Vyana məktəbinə ən yaxın insanlardan biri Hans Erich Apostel olmuşdur. O, ilk öncə 1921-ci ildə Schonbergdən, 1925-ci ildə isə Berqdən dərs almağa başlamışdır. Berqin onun yaradıcılığında təsiri olduqca əhəmiyyətlidir. Bundan başqa Apostel Kokoschka və Nolde kimi rəssamlardan da təsirlənmişdir. Berqin vəfatından olduqca təsirlənən Apostel 1935-ci ildə «Lulu operasından variasiya» adlı əsərini yazmışdır. Əsərdə operadan bir sıra nömrələri 4 əl ilə piano üçün işləmişdir. Həmçinin Apostel 1955-ci ildə «Wozzeck» və 1963-cü ildə «Lulu» operalarını yenidən redaksiya etmişdir. Sonda bu göstərir ki, Berq musiqi tarixdə özünəməxsus üslub yaratmış bəstəkardır. XX yüzillikdə atonal sistemdə romantik üslubla yazan dövrünün yeganə bəstəkarı olmuşdur. Məhz buna görədir ki, ondan sonrakı nümayəndələr indiyə qədər Berqin yaradıcılığına müraciət etmiş və onun üslubunu davam etdirmişlər. Hazırladı: Könül Əliyeva Musiqişünas III kurs


İkinci sənət Leyla Ağazadə İstedadlı insan hər bir sahədə yaradıcıdır. Bu baxımdan təsadüfi deyildir ki, Mezzo jurnalımızın yeni rubrikasının ilk qonağı Bakı Musiqi Akademiyasının tələbəsi Leyla Ağazadə incəsənətin digər növlərində də fərqlənməyi bacarır.

Təvəllüdü: 1 Fevral, 1993 İxtisası: skripka ifaçılığı Sevimli məşğuliyyəti: Rəsm çəkmək Sevdiyi üslub: Qrafik

Bakının Bülbülə qəsəbəsində anadan olub. Anası skripka müəlliməsi, atası idmançıdır. Leylanı musiqiyə yönləndirən də məhz anası olmuşdur. Deyilənə görə hər şeylə maraqlanan, çox sual verib, çox danışan uşaq olub. Məktəbə getməmişdən əvvəl əlifbanı da özü öyrənib. Hələ kiçik yaşlarından təsviri incəsənətə güclü maraq göstərən bu qızcığaz çəkdiyi rəsmləri Hindistanda keçirilən müsabiqəyə göndərmiş və medala layiq görülmüşdür. Bundan əlavə, BMA-nın Tələbə Gənclər Təşkilatının təşəbbüsüylə keçirilən “Tələbə Yaradıcılıq Sərgisi”ndə nümayiş olunan tabloları da böyük marağa səbəb olmuşdu. Çəkdiyi üslub seçdiyi mövzulardan asılı olaraq dəyişir. Peyzajları yağlı boya ilə çəkir. Daha çox isə qrafik üslubda çəkməyi sevir. O düşünür ki, əlvan rənglər olmadan da insan üzündəki emosiyaları əks etdirmək mümkündür və bu olduqca maraqlıdır. Həqiqətən bu ağ-qara portretlər inanılmaz canlı görünürlər. Rəngli rəsmləri isə həm mövzu olaraq, həm də rəng seçimi baxımından sakit və mülayimdir. Bu həm də müəllifin daxili aləmindən və ruh halından xəbər verir. Təəccüblü deyil ki, hamı Leylanı qarışıq mühitlərdən qaçan, sakit və qapalı biri kimi tanıyır. Leylanın rəssamlığa olan sevgisi böyük olsa da, musiqiçi olmaq istəyi üstün gəldi. O, fırça və qələmiylə söyləyə bilmədiklərini skripkası ilə göstərməyi seçdi. İfa etmək arzusunda olduğu əsər Sibeliusun skripka konsertidir. Ən əsas məqsədi isə, gedə bildikcə dərinə getməkdir. Diqqət yetirin, yüksəkliyə qalxmaq deyil, dərinə getmək! O hesab edir ki, hər kəs tərəfindən tanınıb sevilmək əsas meyar olmamalıdır. İnsan həyatda başqalarının fikrinə görə hərəkət etsə, onun motivasiyasi müvəqqəti olacaq. Buna görə kütlə arxasınca getməmək, mental düşüncəli olmamaq, müxalif ruhlu olmaq gərəkdir. Təmkinli, eyni zamanda emosional olan Leyla Ağazadə bu sənətin bütün məsuliyyətini dərk edərək bir neçə ildən sonra müəllimlik fəaliyyətinə başlamağı düşünür. Ona bu sahədə bol-bol uğur və yeni nailiyyətlər arzu edirik!

Hazırladı: Leyla Muradzadə Xor dirijoru Magistr II kurs


Musiqili imza Şostakoviç öz adının və familiyasının ilk hərflərini latınca yazıb (DSch) onları musiqi dilinə çevirmiş, nəticədə “re-mi bemol-do-si” mövzusunu almışdır (D-re, S (və ya es)-mi bemol, C-do, N-si). Həmin motivdən Şostakoviç bir neçə əsərində - 8-ci kvartetində, 10-cu simfoniyasında, skripka və orkestr üçün 1-ci konsertində istifadə etmişdir. Qeyri-adi virtuozluq Bir dəfə Paqanininin düşmənləri konsert ərəfəsində onun skripkasının simlərini zədələyir. Nəticədə çıxış zamanı alətin üç simi qırılır. Lakin buna baxmayaraq, Paqanini salamat qalmış bircə simlə konsert proqramını həmişəki kimi qüsursuz ifa etmiş, hətta dinləyicilər bu hadisədən heç xəbərdə tutmamışlar. Rekordlar... 1986-cı ildə Zubin Metanın dirijorluğu ilə keçirilmiş Nyu-York Filarmoniya Orkestrinin konsertinə 800.000 dinləyici gəlmişdir. Bu, klassik musiqi konsertinə yığışmış ən geniş auditoriya hesab olunur. Böhrandan çıxış Raxmaninovun 1-ci simfoniyasının dinləyicilər və tənqidçilər tərəfindən mənfi qarşılanması bəstəkarın ağır sarsıntılar keçirməsinə səbəb olmuşdur. O, hətta məşhur həkim və psixoloq N.V.Dalın köməyinə müraciət etmiş və tədricən ağır mənəvi böhran vəziyyətindən çıxmışdır. Həkimə öz dərin minnətdarlıq hisslərini ifadə edən bəstəkar növbəti əsərini – məşhur 2-ci fortepiano konsertini N.V.Dala həsr etmişdir. Stradivarinin düzəltdiyi skripkalardan biri 1990-cı ildə auksionda 902.000 dollara satılmışdır. Bu tarix boyu musiqi alətinin satıldığı ən böyük məbləğdir. ABŞ-ın Atlantik-Siti şəhərində “Auditorium” konsert zalındakı orqan dünyada ən böyük və səsi ən uca alət sayılır. Hal-hazırda yalnız qismən işlədilən bu orqanın səsi 25 mis nəfəsli orkestrin səsinə bərabərdir

Yuxusuzluğun əlacı İ.S.Baxın məşhur “Holdberq-variasiyaları” əsərinin maraqlı yaranma tarixi var. Rusiyanın Almaniyadakı səfiri qraf Kayzerlinq tez-tez yuxusuzluqdan əziyyət çəkir və gecə saray musiqiçi İohann Teofil Holdberqdən klavesində mülayim, “yuxu gətirən” musiqi əsərləri çalmasını xahiş edirmiş. Holdberqin repertuarı tədricən tükəndiyindən qraf Kayzerlinq Baxa yeni əsər sifariş edir. Bax da ariya və 30 variasiyadan ibarət bir silsilə bəstələyib həmin əsərə onu ifa edəcək Holdberqin adını vermişdir. Beləliklə, qraf Kayzerlinqin yuxusuzluğu dünya musiqisinin gözəl incilərindən birinin yaranmasına səbəb olur.

Hazırladı: Aynur Hümbətova Xor dirijoru Magistr II kurs


Redaksiya heyəti

Vüqar Hümbətov Təsisçi və baş redaktor

Aynur Hümbətova Xor dirijoru Magistr II kurs

Leyla Muradzadə Xor dirijoru Magistr II kurs

Şanə Vəlizadə Musiqişünas IV kurs

Aytən Abaslı Fortepiano magistr I kurs

Günel Nəsirova Musiqişünas magistr I kurs

Leyla Ağazadə Skripka III kurs

Könül Aytən Əliyeva Abaslı Musiqişünas III kurs Fortepiano magistr I kurs

Zərifə Əlizadə Musiqişünas II kurs

Bizimlə əlaqə:

Tel: (+994 12) 493 07 42 Facebook: Bakı Musiqi Akademiyası Twitter: twitter.com/BMATGT e-mail: bma.tgt@hotmail.com Elektron jurnalımız: www.issuu.com/bmatgt


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.