Mezzo

Page 1

№ 07 MAY 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

MEZZO



Heydər Əliyev - 90 Heydər Əliyev-bu adın əzəməti qarşısında susmaq qeyri-mümkündur. Azərbaycan xalqını, dövlətini hakimiyyətə gəlişi ilə qeyri-sabitlikdən, özbaşınalıqdan, xausdan xilas edən, dövlətimizin bu günkü qüdrətinin təməlini öz əzmi, uzaqgörənliyi, səlist siyasəti hesabına quran Heydər Əliyev sözün əsl mənasında tarixi şəxsiyyətdir. Hər bir xalqı dünyaya tanıdan onun istedadlı alimləri, mütəfəkkirləri, incəsənət xadimləri və başqaları ilə yanaşı ilk növbədə tarixi şəxsiyyətləridir. Siyasət elmi bəlkə də bütün elmlərdən mürəkkəb olduğu üçün nüfuzlu siyasətçi bir çox elm sahələrinin əsaslarını bilməklə yanaşı, həm də uzaqgörənliyə, müdrikliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, siyasi lider olmaq bacarığına, güclü intuisiyaya və bütövlükdə fitri istedada malik olmalıdır. Əminliklə deyə bilərəm ki, bütün bu xüsusiyyətlər Heydər Əliyevin şəxsiyyətində cəmlənmişdi. Bunun göstəricisidir ki, məhz Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa nail olmuş və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyev Azərbaycana başçılıq etdiyi müddət ərzində öz gərgin fəaliyyəti ilə xalqın və dövlətin əsl rəhbəri olduğunu sübut etməyi bacardı. Onun rəhbər və lider kimi tarixi fəaliyyəti gələcək nəsillər üçün böyük bir məktəbdir. Heydər Əliyevin öz xalqına şöhrət gətirən tarixi fəaliyyəti və təcrübələri ölkəmizin yalnız bu günü üçün deyil, həmçinin işıqlı sabahı üçün də böyük perspektivlər açmışdır. Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına diqqət yetirir, xalqımızın bütün sahələrdə ixtisaslaşması üçün öz qayğısını heç vaxt əsirgəmirdi. “Hər bir xalqın mədəniyyəti onu yüksəldir, bütün dünyada tanıdır, mənəviyyatını zənginləşdirir”bu dəyərli sözlər məhz Heydər Əliyevə məxsusdur. Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verdi. Ulu öndər Azərbaycan respublikasının başçısı olduğu müddət ərzində hər zaman mədəniyyətimizə, milli xəzinəmiz olan muğama, incəsənətə, ədəbiyyata, teatra xüsusi diqqət yetirir və daim incəsənət xadimlərinə dəyər verərək onların əməklərini qiymətləndirirdi. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan Ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa “Prezident Təqaüdü” verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldülər. Prezident təqaüdçülərinin sırasında həmçinin layiqli gənclərin də adları var idi. Heydər Əliyev hər zaman gənclərə yol açılmasını, köməklik göstərilməsini tələb edirdi. Təbii ki, yaradıcı insanlar bu qayğıdan, diqqətdən ruhlanaraq daha da uğurlu zirvələrə nail olmaq üçün onlara verilən yüksək qiyməti doğrultmağa həvəslə can ataraq mədəniyyətimizi dünya miqyasına qaldırırlar. Belə ki, çox böyük əminliklə və qürurla deyə bilərik ki, Azərbaycan xalqının mədəniyyətinin uğurlu inkişafında, ölkəmizin hüdudlarından kənarda tanınmasında və bu günkü yüksək səviyyəyə çatmasında Heydər Əliyevin rolu danılmazdır. Dahi şəxsiyyət adını qazanmaq sözsüz ki, hər insana nəsib olmur. Lakin, Heydər Əliyev bu adı öz əməlləri, yüksək siyasəti, hərtərəfli bilik sahibi olması, sözün əsl mənasında dövlət başçısı və həqiqi lider olmaqla sağlığında qazanmağa nail olmuşdur! Dahilər unudulmur, hər zaman yaşayır və tarixə həkk olunurlar.

3


Heydər Əliyev və Azərbaycan mədəniyyəti

2 may 2013-cü il tarixində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında tədbir keçirilmişdir. Tədbiri çıxış sözü ilə akademiyanın rektoru SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli açıq elan edib. O, öz nitqində Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, onun prezidentliyi dövründə mədəniyyətimizin inkişafından danışdı. Daha

sonra Millət vəkili Rəbiyyət Aslanova öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Bunun ardınca tədbir akademiya tələbələrinin ifasında konsert proqramı ilə davam etdi. Tədbirdə Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, akademiyanın professor - müəllim və tələbə heyəti iştirak edib.


İmanova, İmruz Əfəndiyeva, Fərəh Əliyeva, Nərminə Quliyeva, Səadət Seyidova, Gülzar Mahmudova, Fəttah Xalıqzadə, Turan Məmmədəliyeva, Ariz Abduləliyev,Yalçın Abdulla,Vasif Allahverdiyev, Naibə Rzayeva, Telman Hacıyev məruzələrlə çıxış etdilər. Bakı Musiqi Akademiyasının magistri, Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov isə öz çıxışında Heydər Əliyevin Bakı Musiqi Akademiyasında gənc istedadlar ilə görüşündən danışdı. Eləcə də konfransa dəvət olunmuş Kooperasiya Universitetinin baş müəllimi Gülnarə Qurbanova, Azərbaycan Milli Konservatoriyasının prorektoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi, professor Akif Quliyev, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, “Musiqi Dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov da çıxış etdilər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə BMA, AMK və ADMİU tələbələri arasında keçirilmiş “Sərbəst Yazı işi”, akademiya tələbələri arasında futzal və şahmat yarışlarının qalibləri məhz bu konfransda mükafatlandırıldı. Mükafatları akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli təqdim etdi. Beləliklə, konfransda ümummilli lider Heydər Əliyev haqqında müxtəlif mövzulu çıxışlar oldu və bir daha Ulu öndərin Azərbaycanın tarixində silinməz iz qoyması, xalqın rifahı üçün daim çalışması, əsl lider kimi tarixi şəxsiyyətə çevrilməsi qeyd olundu.Azərbaycan xalqı qürurla və əminliklə deyə bilər ki, Heydər Əliyev heç bir zaman yaddaşlardan silinməyəcək!

30 may 2013-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş ilin yekunları ilə əlaqədar, tələbələrin elmi-praktik konfransı keçirildi. Konfransı çıxış sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, “Şöhrət” ordenli, SSRi Xalq artisti, professor Fərhad Bədəlbəyli açdı. Ümumilikdə konfransda akademiyanın 18 tələbəsi çıxış etdi. Konfransda akademiyanın professormüəlliməri Ülviyyə İmanova, Lalə Dadaşova, Cəmilə Həsənova iştirak etdilər. Konfransı Elmi və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə və Tələbə elmi cəmiyyətinin sədri, professor İmruz Əfəndiyeva təşkil etdilər.

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq bu il ölkəmizdə bir sıra silsilə tədbirlər həyata keçirilir. Bu münasibətlə Bakı Musiqi Akademiyası da öz növbəsində bir neçə tədbir və 2 -3 may tarixlərində davam edən elmi-praktik konfrans keçirdi. Konfransı giriş sözü ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, “Şöhrət” ordenli, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli açıq elan etdi. Daha sonra Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, professor Oqtay Abasquliyev öz çıxışında müstəqil Azərbaycanda musiqi təhsilinin beynəlxalq inteqrasiyası və nailiyyətləri haqqında ətraflı söz açdı. Konfransda müasir təhsil siyasətində elm və təhsilin əlaqələndirilməsi, Bakı Musiqi Akademiyası elmitədqiqat laboratoriyalarının nailiyyətləri haqqında Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə geniş məlumat verdi. “Heydər Əliyev haqqında xatirələrim” adlı məruzəsi ilə BMA-nın bəstəkarlıq kafedrasının müdiri, “İstiqlal” ordenli, SSRİ Xalq artisti, professor Arif Məlikov çıxış etdi. BMA-nın “Vokal” sənəti kafedrasının müdiri, “Şöhrət” ordenli, SSRİ Xalq artisti, professor Xuraman Qasımova Heydər Əliyevin musiqi xadimləri ilə ünsiyyətindən, onlara göstərdiyi qayğıdan söz açdı. Həmçinin konfransda Bakı Musiqi Akademiyasının digər kafedra müdirləri, dosentləri, Əməkdar İncəsənət xadimləri, Sənətşünaslıq doktorları, Əməkdar müəllimləri, professorları – Ülviyyə


MƏZUNUMUZUN UĞURLARI 6

2007-2011-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında skripka ifaçılığı üzrə təhsil alan Ülvi Həsənli akademiyanı fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda Azərbaycan Dövlət Simfonik Orkestrində işləyib. Ülvi 20052006-cı illərdə ABŞ-ın Texas ştatının San-Antonio şəhərində ABŞ Təhsil şurasının keçirdiyi FLEX proqramı nəzdində 1 illik təhsil alıb. Həmin vaxt 2 müsabiqədə iştirak edərək, San-Antonio şəhəri üzrə I yer, Texas ştatı üzrə isə II yerin qalibi olub. Bakı Musiqi Akademiyasında təhsil aldığı müddətdə dəfələrlə konsertlərdə, müsabiqələrdə iştirak edib. Yerli festivallarla yanaşı beynəlxalq festivallar iştirakçısı da olub. Belə ki, 2008ci ildə Almaniyanın Berlin Şəhərində keçirilən Young Euro Classic festivalında, 2009-cu ildə isə İtaliyada Toscanini musiqi festivalında çıxış edib.

2012-ci ildə Norveçin Berqen şəhərində yerləşən Berqen Universitetinin nəzdində olan Qriq Akademiyasının magistr pilləsinə qəbul olub. Müəllimi Ricardo Odriozoladır. Oxuduğu 1 il ərzində bir çox layihələrdə, konsertlərdə fəal iştirak edib və dünyanın tanınmış musiqiçilərindən olan Vilde Frang, Anatoli Melnikov, Lars Anders, Leon Spierer kimi şəxslərdən ustad dərsləri alıb. 2012-ci ilin dekabr ayında Berlin Filarmoniyasında Beynəlxalq Gənc Simfonik Orkestrində II skripkaların lideri olaraq iştirak edib. Onlara dərs keçən Berlin Filarmonik Orkestrinin musiqiçiləri olub. Ülvi Həsənli hal-hazırda Berqen şəhərində keçirilən “Stikk Innom” musiqi festivalında bir neçə konsert proqramı ilə çıxış etməyə hazırlaşır.


Xəyyam Mirzəzadənin simfonik silsilələrinin musiqi dili və obrazlar aləmi (“Oçerklər – 63” və “Triptix”) Xəyyam Mirzəzadə XX əsrin ikinci yarısında musiqi sənətinə gəlmiş tanınmış Azərbaycan bəstəkarıdır. X.Mirzəzadə öz yaradıcılığında əsas etibarilə mürəkkəb psixoloji – intellektual obrazların təcəssümünə xüsusi diqqət yetirmişdir. Xəyyam Mirzəzadə daim yeniləşməyi bacaran bir sənətkar kimi istər janr, istər forma, istərsə də musiqi dilinin orjinallığı ilə mütəxəssizlərin daim diqqət mərkəzindədir. Öz dəst-xətti ilə fərqlənən, bəstəkar – yaradıcılıq meydanında müxtəlif janrlara müraciət etsə də, inamla demək olar ki, bu janrlar arasında X.Mirzəzadə simfonik musiqini daha üstün tutur. Fərəhli haldır ki, bəstəkarın həmin janrda yazdığı hər bir əsəri onun yaradıcılığında mühüm mərhələyə çevrilir. “Oçerklər-63” – bu əsər də öz növbəsində Xəyyam Mirzəzadənin yaradıcılığında böyük müvəffəqiyyət qazanmış sənət uğurlarındandır. Poema sanki bəstəkarın öz müasirlərinin həyatı, düşüncələri, hisləri haqqında hekayətidir. Simfonik poemaya oçerklər adının verilməsi təsadüfi deyil. Sonata formasında yazılmış əsərdə (birhissəli sonata forması) bəstəkar bir-biri ilə mövzu, temp, ölçü fərqində olan partiyaları relyef şəklində vurğulayaraq, sərbəst oçerklər kimi təqdim edir. Altı müvzudan ibarət olan bu əsərdə hər bir hissə müxtəlif həyat səhnələrini, obrazlarını təsvir edir. Eyni zamanda, bəstəkar bu mövzular arasında intonasiya “qohumluğu” yaradaraq əsərin bütövlüyünə nail olur. Poema ağır templi bir növ Müqəddimə ilə başlayır. Kvarta intonasiyaları sanki geniş insan kütlələrinə ünvanlanmış müraciətli nitqi xatırladır. Violalarda səslənən əsas mövzu, sonradan baslara, violina və fortepianoya keçir. Köməkçi partiya – incə bir qədər lirik təbiətli səslənir. Bu mövzu intonasiya cəhətdən fərdi bəstəkar təxəyyülünün məhsulu olsa da, burada xalq mahnı yaradıcılığı ilə əlaqə də özünü büruzə verir. Daha sonra simli alətlərlə verilmiş mövzunun inkişafında bəzən polifoniyadan istifadə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bölmənin kadensiyasında viola və violinaların ifasında səslənən ikisəsli kanon buna sübutdur. Köməkçi partiyada olduğu kimi, poemanın bir çox mövzularında oxunaqlılıq diqqəti cəlb edir.Qeyd etmək lazımdır ki, bəstəkar digər əsərlərində də olduğu kimi, bu əsərdə də xalq melosu və ritmlərini sitat şəklində vermir. X.Mirzəzadə digər əsərlərində olduğu kimi, bu poemada da milli təfəkkürə yaxın heç bir konkret obraz olmadan, kompozisiya və struktur xüsusiyyətlərini canlandırır.O, xalq musiqi təfəkkürü üçün səciyyəvi üsul və prinsiplərdən istifadə edir. Bu baxımdan muğam üçün xarakterik olan, müəyyən dayaq nöqtəsi ətrafında gəzişməsi prinsipini misal gəstərmək olar. Bütövlükdə, yüksək peşəkarlıq və bəstəkarın musiqi dilinin səciyyəvi xüsusiyyətlərini aydın nümayiş etdirən “Oçerklə-63” – parlaq obrazları, zərif, xəfif lirikası, sürətli ritmik canlanması, enerjili və şıltaq, rəqsvari intonasiyaları ilə seçilir. Bu əsər bəstəkarın yaradıcılığının gələcək inkişafı üçün geniş yollar açmışdır. Qeyd etdik ki, Xəyyam Mirzəzadə yaradıcılığında müxtəlif janrlara müraciət etsə də, ancaq bəstəkar simfonik musiqini daha üstun tutur. Bu cəhət bəstəkarın “Triptix” adlanan ikinci simfoniyasına daha çox aiddir. Bu üçhissəli kompozisiyada bəstəkarın dəst-xəttinin bir sıra orjinal xüsusiyyətləri öz əksini tapmışdır. Simfoniya görkəmli dirijorumuz, xalq artisti Rauf Abdullayevə həsr olunub. Adından göründüyü kimi, üç fərqli obrazlı dünya yaradan 3 hissə öz-özlüyündə maraqlı simfonik dram kimi təqdim olunur. Mirzəzadə üslubunun səciyyəvi elementlərinə çevrilmiş monoloq tipli dramatizm bu əsərin vacib xüsusiyyətlərindəndir. Həyat obrazlarının üç baxımdan şərhi simfoniyanın triptix formasında yazılmasına səbəb olmuşdur. Bu simfoniyada bütün əsər boyu irəliyə doğru daim hərəkət, hissələrin ritmik aktivliyi, onların parlaq inkişafı, tez-tez rast gəlinən obraz metamorfozları “Triptixə” parlaq fərdilik və bədii məzmunun relyefini verir. Simfoniyanın ilk baxışdan mürəkkəb görünən musiqi dilində müəllifin milli-mədəni ənənələrə bağlılığı kifayət qədər aydın hiss olunur. Vahid bədii ideya ilə aşılanmış əsər üç hissədən ibarətdir. İlk öncə qeyd edək ki, simfoniyanın bütün hissələri birinci hissədən əxz edilmiş başlangıc mövzu üzərində qurulmuşdur. Bu hissə hadisələrin dinamik və münaqişəli-dramatik axını kimi qavranılır. Bununla bərabər, hadisələrin axınında olduğu kimi, məhz insanın təxəyyülündə dinamik, dramatik obrazlar aləmi canlanır. Bəstəkar gördüyü və hiss etdiyi hadisələri psixoloji cəhətdən əsaslandıraraq, insan anlamı və onun fəaliyyəti ilə üzvi şəkildə bağlayaraq təsirli musiqi lövhəsi yaradır. Simfoniyanın ikinci hissəsi daha maraqlıdır. Sərbəst ornament şəklində təqdim olunan ilkin intonasiya materialı ikinci hissənin əsas mövzusunun məğzini təşkil edir. Simfoniyanın bu hissəsi daha çox lirik üslubda bəstələnmiş, obrazlar zəngin psixoloji hisslərlə aşılanmışdır. Simfoniyanın üçüncü hissəsi obraz-emosional məzmun cəhətdən ikinci hissə ilə təzad təşkil edir. Əsərin finalı xəlqiliyi, kütləviliyi və epikliyi ilə səciyyələnir. Bu hissənin əsas mövzusu bir qədər rəqstərzlidir. Burada bütün mövzular valtorna, zərb alətlərinin ifasında iti tempdə səslənərək aktiv həyat obrazlarını canlandırır. Simfoniyanın musiqi dili müasirdir. Onun intonasiya əsası, inkişaf xətti, şərh üsulları göstərir ki, bəstəkar müasir musiqi sənətinin müxtəlif ifadə vasitələrinə yaxşı bələd olmaqla yanaşı, bunları zənginləşdirməyə, özünün yaradıcılıq münasibətini birləşdirməyə səy edir. Xalq musiqi dilinin ünsürləri əsərin təravətli, orjinal ifadə formalarına yaxşı uyğunlaşdırılmışdır. Belə ki, simfoniyanın hər üç hissəsi haqqında əgər belə demək mümkünsə, üç obrazlı aləm, üç obrazlı dünyadır. Bütün hissələrdə bizi əhatə edən aləmin bir-birindən kəskin fərqlənən müxtəlif əlamətləri, cəhətləri əks etdirib. Müasir dövrün öz inkişaf sürətindən doğan obrazlar canlı, oynaq və tutumludur. Beləliklə, “Triptix” və “Oçerklər-63” adlı simfonik silsilələri bir daha təsdiq etdi ki, Xəyyam Mirzəzadə heç zaman milli zəminlə əlaqəsini qırmayaraq, hər bir üslub, yazı, texniki yeniliyinə, yeni ifa üsullarına düşünülmüş və məqsədəuyğun şəkildə yanaşaraq, bütün bu vasitələri öz bədii məqsədlərinə, zəngin dünyagörüşündən hasil etdiyi obraz – konsepsiyalara tabe edir. Hazırladı:Əhmədova Ülkər Musiqişünas, I kurs

7


ARİF MƏLİKOVLA MÜSAHİBƏ

“Eyni vaxtda iki yerdə üzmək olmaz...”

Budur! Nəhayət ki, canlı əfsanəyə çevrilmiş dünya şöhrətli bəstəkar, xalq artisti, professor, SSRİ xalq artisti, Dövlət mükafatı laureatçısı Arif Məlikovla müsahibəmiz baş tutdu. Dərs prosesini böldüyümə baxmayaraq, müsahibim söz verdiyi kimi bütün sualları təmkinlə cavablandırdı: - Arif müəllim, bu sənətə gəlişiniz haqda nə deyə bilərsiniz?

8

- Həyat özü elə gətirdi ki, mən 14 yaşında hələ də “do” , “re”nin nə olduğunu bilmirdim. Mənə bir tar bağışladılar və qısa müddət ərzində mən onu gözəl çalmağı bacardım. Beləliklə, mən 1948-ci ildə Asəf Zeynallı adına musiqi texnikumuna daxil oldum. Burada Əhməd Bakıxanov, Adil Gəray, Mirzə Mansur kimi sənətkarlardan dərs alırdım. Müharibədən sonrakı illərdə texnikum tələbələri arasında böyük yaş fərqləri vardı. Belə ki, burada 14 yaşında “cücələr” və müharibədən qayıdan həyat görmüş insanlar təhsil alırdı. Bu insanların arasında olduqca, yaradıcılıqla daha böyük əzmlə məşğul olmağa başladım. O vaxtlar evimizdə pianomuz yox idi, müəllimlər getdikdən

sonra axşamlar məktəbdə qalıb məşğul olurdum. Bundan əlavə musiqişünaslar, pianoçular və digər fakultələrin də dərslərində iştirak edirdim. Bununla da bəstəkarlığa meyl etməyə başladım. Qərara gəldim ki, Azərbaycan Dövlət Konservatoriyasına məhz bəstəkarlıq ixtisası üzrə daxil olacağam. Ancaq bilik və texnika az idi. Mən başa düşürdüm ki, öz üzərimdə çox çalışmalıyam. Bununla bərabər 1 illik Şuşa şəhərində işləməyə getdim və bu 1 il mənə 11 illik musiqi proqramını müəllimsizfilansız öyrənməyə kifayət etdi. Bir çoxları kimi mən də sənədlərimi ADK-ya təqdim etdim. Təbii ki, tarçalan olduğum üçün məndən başqalarına nisbətən daha çox bilik tələb edirdilər, ancaq bütün sualları cavablandırdıqdan sonra heç bir problem yaranmadı və mən bu musiqi ocağına bəstəkarlıq ixtisası üzrə qəbul oldum. Ümumilikdə mənim musiqi ilə professional məşğuliyyətim cəmi 4 il musiqi texnikumu və 5 il ADK-da aldığım təhsildən ibarət oldu. Qısa müddət ərzində bütünlüklə musiqi proqramını mənimsədim və müəllimlərin dediklərini heç vaxt unutmadım. Qara müəllimin eyni sözü mənə ikinci dəfə təkrar etdiyini xatırlamıram. Bütün bunlar göstərir ki, insan istədikdə hər bir şeyə nail ola bilər.


-Yeri gəlmişkən, Qara Qarayevlə dərs prosesində yaddaqalan bir hadisəni bizimlə paylaşmanızı rica edərdim.

izləyə bilmirlər. - Arif müəllim, sirr deyil ki, siz həm də gözəl rəssamsınız...

- Tələbəlik illərində mən üzgüçülüklə professional məşğul olurdum. Günlərin bir günü Qara müəllim mənə dedi ki,” həyatda eyni vaxtda iki yerdə üzmək olmaz, birində üzməlisən”. Birinci nəzərdə tutduğu üzgüçülük, ikincisi isə musiqi idi. Təbii ki, üzgüçülüyü atıb bəstəkarlıqla məşğul oldum. -Musiqi tarixinə nəzər salsaq görərik ki, bir çox dünya miqyaslı bəstəkarlar yaradıcılığa yeni başlayarkən haqsız tənqidlərə məruz qalmışlar. Sizdə necə, belə hallar olubmu?

- Bilirsiz, mən rəssamlıqla musiqidən daha əvvəl məşğul olmağa başlamışdım. Sonra elə alındı ki, musiqi hər bir şeyi üstələdi. Düşünürəm ki, bunun genetikayla da əlaqəsi var. Mənim anam ədəbiyyatçı olmasına baxmayaraq kamançada çox gözəl ifa edə bilirdi. Odur ki, bu sənətə olan sevgimə anamın da təsiri olub. Elə ədəbiyyatı da musiqi qədər çox sevir və çoxlarından yaxşı bilirdim. Bəlkə də bəstəkarlığı seçməsəydim, ədəbiyyatçı olardım. Atam isə hərbçi idi. Onu deyim ki, bu mənim xasiyyətimdə öz əksini tapıb.

-Xeyr, məndə belə hallar olmayıb. Təvazökarlıqdan uzaq olsun istəməzdim, ancaq mən heç vaxt yazdığım ən kiçik əsərə görə belə utanmaq hissi keçirməmişəm. - ...Demək siz xoşbəxt bəstəkarsınız. - Əlbəttə, çox xoşbəxtəm! Siz təsəvvür edin, bir bəstəkar üçün yaşadığı dövrdə dünyanın 60dan çox teatrında əsərinin səhnəyə qoyulması nə deməkdir?! Mən öz əsərlərimin sayəsində bütün dünyanı gəzmişəm. Braziliya, Tailand, Yaponiya, Hindistan, Avropa və Asiya ölkələri, hətta teatrı olmayan ölkələrdə belə bu əsərlər nümayiş etdirilib. Məhz “Məhəbbət əfsanəsi” baleti nin premyerası 1961-ci ildə Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdu. Maraqlıdır ki, bu əsər 50 illiyində yenə də həmin teatrda göstərildi. Təəssüf ki, Azərbaycan gəncləri bu baleti öz vətənlərində

- Son olaraq nə demək istərdiniz? - Əlbəttə, danışmağa çox söz var. Bilirsiniz, mən bir çox ölkələrin ali musiqi ocaqlarında olub, onların təhsil sistemləri ilə yaxından tanış olmuşam. Onu deyim ki, Bakı Musiqi Akademiyasının səviyyəsi heç də digərlərindən geri qalmır. Hesab edirəm ki, bəstəkarlıq kafedrasında da işlər düzgün qurulub. Ancaq Universitet müdirlərindən bir təvəqqem olacaq. Heç olmazsa 2-3 ayda bir dəfə görkəmli şəxsiyyətlər, maraqlı sənətkarlarla görüşlər təşkil etsinlər. Çünki tələbələrin mədəni, mənəvi tərbiyəsi o insanların borcudur. - Müsahibəyə vaxt ayırdığınıza və səmimi söhbətinizə görə çox sağ olun! - Siz də sağ olun!

9


Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir

3 may 2013-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir baş tutdu. Əvvəlcə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış etdilər. Tədbirdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, xalq artisti, professor Yeganə Axundova da qonaq qismində iştirak edirdi. Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri və tələbələri öz ifaları ilə çıxış etdilər. Orkestrə Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edirdi. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Aqşin Əlizadə, Arif Məlikov kimi bəstəkarların əsərləri səsləndi.

Tələbələrimizin uğurları

10

22 may 2013-cü il Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Azərbaycan” intellektual oyunlar klubu, “İqtisadçı” intellektual klubu və ATGTİnin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “BREYN-RİNQ” yarışması keçirildi. Yarışmada Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Feminist” komandası ilə təmsil olunaraq 2-ci yerə layiq görüldü. BMA təmsilçiləri Miriyeva Jalə, Seyidova Lalə, Məmmədova Həmidə, Abaslı Aytən, Qafarlı Səba, Zülfüqarova Məxmər diplom və medalla təltif olundular. İştirakçıları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.


Böyük İpək Yolu Budapeştdə 16-19 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı üzvlər şurasının iclası keçirilib.Tədbirin ilk günü Macarıstanın paytaxtı Budapeşt şəhərində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı üzvlərinin Macarıstan gənclər təşkilatları və siyasi partiyaların gənclər təşkilatları ilə görüşü keçirilib. Macarıstan İnsan Resursları Nazirliyində təşkil edilən tədbiri açıq elan edən ittifaqın sədri, Milli Məclisin deputatı Fuad Muradov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının yaranmasından və onun vacibliyindən danışıb. Görüşdə iştirak edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev gəncləri salamlayaraq ittifaqın fəaliyyətinin ölkələrarası münasibətlərin daha da möhkəmlənməsində vacib rol oynadığını qeyd edib. 30-a yaxın ölkədən gələn nümayəndələrin iştirakı ilə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra Macarıstan parlamentində Azərbaycan - Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Fuad Muradov və Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev də iştirak etdiyi görüşdə hər iki ölkə arasında dostluq münasibətləri müzakirə olunub. Bu günlər ərzində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının üzvləri ilə Macarıstan parlamenti gənclərlə iş üzrə komitə üzvlərinin geniş tərkibdə görüşü də keçirlib. 4 gün davam edən tədbirə Azərbaycan musiqi gecəsi ilə yekun vurulub. Konsert proqramında Bakı Musiqi Akademiyasının tələbələri Kənan Qədimov və Aydan Babayeva da bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Gənclər və İdman nazir müavini İntiqam Babayevin rəhbərliyində, nazirliyin əməkdaşı Günay Rəhimova, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov da təmsil olunub.

11


Ümummilli lider Heyder Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi”

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Heydər Əliyev son nəfəsinə qədər Azərbaycan üçün yaşadı, qəlbi “Azərbaycan!” deyə döyündü. Bütün həyatını öz millətinin xoşbəxtliyinə həsr edən Ulu Öndər, Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın müasir və sivil ölkə kimi qurulması, müstəqil dövlətçiliyin möhkəmlənməsi və yüksəlişi üçün çalışdı. Heydər Əliyevin xalqı və vətəni qarşısında ən böyük xidmətlərindən biri də milli mədəniyyəti, o cümlədən, musiqi mədəniyyətini inkişaf etdirməkdən, yaşatmaqdan, təbliğ etməkdən ibarət olmuşdur. O, musiqiyə dərindən bağlı bir şəxsiyyət kimi bu sənətə, onun yaradıcılarına, problemlərinə daim böyük diqqət, hörmət və ehtiramla yanaşmışdır. Qətiyyət və fəxarətlə demək olar ki, Azərbaycan musiqi incəsənətinin tarixi uğurları, yenilikləri, Azərbaycan musiqisinə dünyada marağın artması, onun şöhrətinin daha da yüksəlməsi Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması və tədbirlər planının hazırlanması haqqında sərəncam imzalamışdır. Bu münasibətlə bir sıra tədbirlər, müsabiqələr keçirilməkdədir. Aprel ayının 29-dan mayın 3-dək Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi bu tədbirlər silsiləsindəndir. Müsabiqənin məqsədi Azərbaycan ifaçılıq sənətinin təbliği, yeni ifaçılar nəslinin yetişdirilməsi, gənc musiqiçilərin ifaçılıq qabiliyyətinin inkişaf etdirilməsinə dəstək verilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Müsabiqə fortepiano, orkestr alətləri, xalq çalğı alətləri, xanəndə, vokal, estrada və populyar musiqi nominasiyaları olmaqla 6 ixtisas üzrə iki turdan ibarət idi. Müsabiqədə Xalq artistləri F. Əlizadə, A. Zeynalov, Y. Adıgözəlov, S.İsmayılova, Y. Rzazadə, C. Əkbərov, Z. Əliyev, Əməkdar incəsənət xadimləri O.Abasquliyev, V.Gərayzadə, Ə.Rəhimov,Əməkdar artistlər V.Məmmədəliyev, Q.Kərimova, İ.Muradov, ADMİU-nun, dövlət qurumların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları və çoxsaylı qonaqlar iştirak ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri müsabiqədə iki nominasiyada uğurla çıxış etmişlər. Vokal ixtisası üzrə Qran - pri mükafatına Fərhad Soltani (BMA), I yerə Aytac Şıxəlizadə (BMA), Fəhmin Əhmədli (ADMİU), II yerə Tahouri Seyedelyar (BMA), III yerə Aydan Quliyeva (BMA), Cəmilə Eyvazova (ADMİU) layiq görülmüşlər. Fortepiano ixtisası üzrə Qran - pri mükafatına Tofiq Şıxıyev (BMA), I yerə Nülufər Cəfərli (BMA), Telman Həsənov (ADMİU), II yerə Sevinc Quliyeva (BMA), Abbas Abdullazadə (Musiqi Kolleci), III yerə Həmidə Rzayeva (BMA), Fidan Xəlilova (ADMİU), Hilalə Əliyeva (ADMİU), Ülvi Əhmədov (NDU) layiq görülmüşdür. Fortepiano ixtisası üzrə Qran -pri mükafatına layiq görülmüş Beynəlxalq və respublika müsabiqələr laureatı Tofiq Şıxıyev (professor Oqtay Abasquliyevin sinfi) uğurlu çıxışı ilə yadda qaldı. T.Şıxıyev müsabiqədə İ.S.Bax “YTK” C dur prelüd və fuqa, L.V. Bethoven 15 saylı sonata, S. Raxmaninov D dur etüd lövhə, Frank “Prelüd, xoral və fuqa”, C. Hacıyev “Ballada” ifa etmişdir. Müsabiqənin yekunu olaraq qaliblər mükafatlandırılıb. Müsabiqə qalibləri pul mükafatı, qiymətli hədiyyə və diplomlarla təltif olunublar. Müsabiqə may ayının 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qala - konsert ilə yekunlaşmışdır.

Hazırladı: Vəlizadə Şanə, musiqişünas III kurs. 12


ПОСТЛЮДИЯ ПАМЯТИ КАРА КАРАЕВА В рамках международного фестиваля современной музыки им. К. Караева, проводимого в Баку 14-19 апреля 2013 года в концерте органной музыки заключительным номером прозвучала постлюдия памяти Кара Караева, автором которой является современный азербайджанский композитор Джалал Аббасов. Это произведение было написано в 1983 году, год спустя после смерти К. Караева. Аббасов Джалал Ашраф оглы является автором 4 симфоний, 5-ти кантат, хоровых произведений, 2 струнных квартетов, инструментальных, вокальных произведений, музыки для детей. Постлюдия памяти К. Караева – это одно из ранних произведений композитора. Слово постлюдия в переводе с латинского означает post – после и ludo – играю. Инструментальная пьеса в данном жанре в западной христианской церкви исполнялась обычно на органе после окончания службы. Постлюдия Дж. Аббасова – сложное философское произведение, состоит из чередования разнохарактерных фрагментов. В ней переплетаются страницы диатоники, полифонии, атональной музыки, алеаторики, слышится национальный элемент в развитие раздела Lamentoso. В постлюдии господствует дух импровизации, нет обозначения размера, тактовая черта встречается лишь в полифоническом разделе, мелодическая линия немногословна, звучат сложные гармонические элементы. В качестве темы постлюдии композитор использовал монограмму: g-a-d-a-e-b (КАРАЕВ). Эта монограмма является лейттемой произведения. Во вступлении она звучит трижды. Вышеуказанные звуки, прозвучав, величаво застывают в аккорде. В них «тишина», пустота, холод, печаль. Третье проведение звучит на пианиссимо, его композитор подчёркивает обозначением comme echo. Это воспоминания о великом человеке. Следом появляется красивая мелодия славянского типа, которая звучит в натуральном ля миноре. Её сменяет раздел Lamentoso. Здесь композитор сохраняет лишь три звука монограммы: a-b-g. Мотив из трёх звуков настойчиво повторяется. В ином регистре органа к нему присоединяется мотив из двух звуков: es-d. Слышится его ритмическое уменьшение и расширение путём добавления третьего звука (c). Далее наблюдаем постепенное звуковое нагнетание. Этот раздел требует от исполнителя предельного мастерства, чувства импровизации. Автор выписывает аккордовые мотивы и предоставляет их чередование творческому ощущению исполнителя. Звучание органа разрастается. Мелодия баса, чётко выписанная автором, отличает глубина звучания. Кульминационным разделом является Con passione. Звуковой поток «разбивается» в громогласном звучании органа… Музыка пробуждается в полифоническом эпизоде в стиле Баха. Здесь ясное классическое изложение. Это символ вечности, в котором слышится имя g-a-d-ae-b (КАРАЕВ). Это жизнь композитора после смерти. В полифоническом движении дважды появляется диссонанс ноны. Развитие плавно переходит в репризу. Небольшой предыкт, звучит фрагмент славянской темы. В заключении трижды проходит лейттема. При четвёртом проведении обрывается на втором звуке… Motor. Орган остановлен… Hazırladı: Qoşqarova Səmra, musiqişünas III kurs. 13


“AZƏR DADAŞOVUN FORTEPİANO ƏSƏRLƏRİNİN ƏN YAXŞI İFASI” ÜZRƏ MÜSABİQƏ

Dünyamızı bəzəyən, təkrarolunmaz qüdrətə malik, bütün bəşəriyyətə incə duyğular, təlatümlü hisslər bəxş edən musiqi aləmi, ecazkar bir aləmdir və bu aləmin dühaları çoxdur. Azərbaycan klassik musiqisinin banisi, görkəmli sənətkarımız Üzeyir Hacıbəyli də bu dühalardan biridir. Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan musiqisi yeni nəsil bəstəkarların sayəsində inkişaf etmiş və ümumdünya miqyasında tanınaraq, nüfuz qazanmışdır. Ü.Hacıbəylidən gələn bu gözəl ənənələri XXI əsrdə yaşadan və davam etdirən bəstəkarlar arasında Əməkdar İncəsənət Xadimi, professor Azər Dadaşov özünəməxsus yer tutur. Qara Qarayev məktəbinin layiqli yetirmələrindən olan A.Dadaşovu həqiqi peşəkarlıq, sənət meyarlarının aliliyi, yaradıcılıq axtarışlarının intensivliyi fərqləndirir. 40 ildən artıq müddətdə musiqinin ən müxtəlif janrlarında məhsuldar və səmərəli çalışan istedadlı bəstəkar qələmini musiqinin bir çox janrlarında sınamışdır. O, yazdığı 150-yə yaxın əsərlər içərisində mahnıdan simfoniyaya qədər müxtəlif janr-lara müraciət etmişdir. Bəstəkarın kamera əsərlərinin böyük hissəsini isə fortepiano musiqisi təşkil edir: 4 sonatina, bir neçə silsiləvi pyeslər, o cümlədən, 6 prelüd, 6 miniatür, 6 qəmli pyes - “Pastoral”, 7 rəqs miniatür – “Çiçək üçün”, 10 Azərbaycan rəqsi, “Üç badam, bir qoz” süitası, 6 konsert pyesi “Atmacalar”,

14

“Fəza” kompozisiyası və digər fortepiano əsərlərinin müəllifidir. Lakoniklik, obrazların parlaqlığı, həyəcanlı ritmlərbütün bunlar Azər Dadaşovun “musiqili şəkillərinə” gənc ifaçıları cəlb edən səbəblərdir. O, uşaqlar üçün həvəslə yazıb-yaradan, bu repertuarı onlara daim öyrətmək əzmində olan dəyərli sənətkarlarımızdan biridir. A.Dadaşov nadir bəstəkarlarımızdandır ki, uşaqların bütün yaş dövrlərini əhatə edən zəngin bir repertuar yaratmağa nail olmuşdur. Bəstəkarın əsərləri həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda müxtəlif iri tədbirlərin – festivalların, plenumların proqramlarında yer alır, tanınmış ifaçıların repertuarını bəzəyir, musiqişünaslar tərəfindən diqqətlə araşdırılır. 2009-cu il Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyilə “Bəstəkarlar-uşaqlara” layihəsi çərçivəsində Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə müsabiqə təşkil olunmuşdur. Bu müsabiqə üçün bəstəkar fortepiano üçün 3 pyes (“Baqatel”, “Məzəli rəqs”, “Həmd-sənə”), fortepiano və kamera orkestri üçün 2 saylı konsert yazmışdır. Qeyd edək ki, 2012-2013-cü illərdə də “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə iki müsabiqə keçirildi: Ali Məktəblər arası müsabiqə və II Respublika müsabiqəsi. İki turdan ibarət olan “Ali Məktəblər arası” müsabiqənin birinci turu 2012-ci il 12 dekabr, ikinci tur isə 2013-cü il 5 mart tarixində Bakı Musiqi Akademiyasında keçirilmişdir. Müsabiqədə Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbələri çıxış etmişdi. Münsiflər heyəti: Pedaqoji elmlər doktoru, ADPU-nun kafedra müdiri, professor Dadaşova M.R., Azərbaycanın əməkdar müəllimi, pedaqoji elmlər namizədi, BMA-nın professoru Quliyeva N.Ə.,pedaqoji elmlər namizədi, BMA-nın professoru Rüstəmova A., sənətşünaslıq üzrə elmlər namizədi, ADMİU-nun baş müəllimi Nəsirova C.T., və münsiflər heyətinin sədri, Azərbaycan Əməkdar incəsənət xadimi, BMA-nın ka-


fedra müdiri, professor Abasquliyev O.H. idi. Müsabiqədə çıxış edən ifaçıların proqramında klassik və romantik musiqinin nümunələri ilə yanaşı, Azər Dadaşovun bir çox pyesləri ifa olundu. (“Baqatel”, “Məzəli rəqs”, “Həmd-sənə”, “Fəzanın təranəsi”, “6 prelüd”, “Atmacalar” və s.). Hər iki tur keçirildikdən sonra 2013-cü il 13 mart tarixində BMA-nın böyük zalında müsabiqənin laureatları mükafatlandırıldı və yekun konsert keçirildi. Belə ki, I yer- Cəfərli Nilufər (BMA, I kurs, müəllim Abasquliyev O.), II yer-Babayeva Leyla (BMA, I kurs, müəllim Quliyeva N.) və Mehdizadə Gülşən (BMA, I kurs, müəllim Babazadə S.), III yerə isə Xəlilova Fidan (ADMİU, I kurs, müəllim Nəsirova C.), Xəlilzadə Səma (BMA, I kurs, müəllim Rüstəmova A.) və İbrahimova Nərmin (ADPU, müəllim Abutidze N.) layiq görüldü. Qaliblər diplomlarla təltif olundular. Belə ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə keçirilən II Respublika müsabiqəsi isə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuşdur. Müsabiqə üç turdan ibarət idi və iki yaş qrupu üzrə (I qrup - 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) aparılırdı. Müsabiqədə Respublikanın bütün musiqi təhsilli ocaqlarının şagirdləri və tələbələri iştirak edirdilər. Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması müsabiqənin əsas məqsəd və vəzifələrinə daxil idi. Söz açdığımız müsabiqədə gənc ifaçılar yenə də dünya klassik musiqisinin nümunələrilə yanaşı, Azər Dadaşovun xüsusi olaraq müxtəlif yaş qrupları üçün bəstələdiyi əsərlərini, habelə müsabiqənin III turunda piano ilə orkestr üçün üç konsert və bu müsabiqə üçün xüsusi bəstələnmiş Ulu Öndər Heydər Əliyevə həsr olunan “piano və kamera orkestri üçün Poema”nı ifa

etdilər. Münsiflər heyəti: SSRİ və Azərbaycan Xalq artisti, Dövlət Mükafatı laureatı, Bakı Musiqi Akademiyasının rektoru, professor-sədr Fərhad Bədəlbəyli, Əməkdar İncəsənət xadimi, professor Oqtay Abasquliyev, əməkdar Müəllim, pedaqoji Emlər Namizədi, professor Nərminə Quliyeva, pedaqoji Elmlər Doktoru, professor Minarə Dadaşova, Azərbaycan Respublikasının Xalq Artisti, dosent Murad Hüseynov və Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Xalq Artisti, professor Sevda İbrahimova idi. I tur-2013-cü il 19-20 may, II tur-27 may, III tur isə 8 may tarixində BMA-nın böyük zalında keçirildi. Müsabiqədə hər bir iştirakçı öz bacarıqlarını yetərincə göstərməyə çalışdılar. Nəhayət, müsabiqənin qalibləri 8 may tarixində açıqlandı: I yer- Cəfərli Nilufər (BMA, I kurs) və Quliyev Elvin (R.Babayev adına 25 saylı musiqi məktəbi, 6-cı sinif), II yer-Babayeva Leyla (BMA, I kurs), Adıgözəlov Əli (4 saylı uşaq musiqi məktəbi, 4-cü sinif) və Vəliyeva Fatimə (Uşaq incəsənət məktəbi, 3-cü sinif), III yer isə Mehtizadə Gülşən (BMA, I kurs) və Babazadə Səfiyyə (Ə.Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbi, 3-cü sinif) diplomla təltif olundular. Laureatlara pul mükafatları, diplomlar və xüsusi mükafatlar təqdim edildi. Müsabiqənin bütün iştirakçılarına isə sertifikatlar verildi. Qeyd etdiyimiz kimi, bu müsabiqə H.Əliyevin 90-illiyinə təsadüf edirdi və bu əlamətdar hadisə ərəfəsində müsabiqədə yüksək səviyyədə iştirak etmək üçün hər bir ifaçı öz səy və bacarıqlarını göstərməyə nail oldu. Beləliklə, “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə keçirilən müsabiqə iştirakçılarını təbrik edir və gələcək yaradıcılıq fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

Hazırladı: Aynur Qurbanova, musiqişünas III kurs

15


Azərbaycan bayrağı “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir...” Heydər Əliyev Azərbaycan müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Tarixi mənbələr təsdiq edir ki, hələ e.ə. IV minillikdə Azərbaycanda hakimiyyət rəmzləri məlum idi, ilk dövlət qurumları yarandıqda dövlət rəmzləri də yaranmışdı. Tarixi inkişaf yollarından asılı olaraq dövlətçilik rəmzləri daim dəyişir. “Kitabi Dədə Qorqud” dastanından, Şirvanşahlar dövlətindən xanlıqlara qədər keçilən tarixi mərhələdə bayraq və digər dövlət rəmzləri, həmçinin simvollar milli sərvətimiz olan abidələrdə– Möminə xatun məqbərəsində, Qız qalasında, Şirvanşahlar sarayında, İçərişəhərdə və yüzlərlə tarixi –mədəni kitabələrdə

əbədiləşib. Əsrlər boyu Azərbaycan türkünün bayraq sevgisi çox ürəklərdə gəzib, çox başlarda dolanıbdır. Istər Ağqoyunlular, Qaraqoyunlular dövrü olsun, istər Atabəylər, Səfəvilər hakimiyyəti, istərsə də xanlıqlar zamanı bayrağa münasibət, dövlətə, dövlətçiliyə, türk adında bu böyük topluma sevgi kimi yaşayıb. “Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım, Şu sevimli üç boyalı, üç mənalı bayrağı...” C. Cabbarlı Bəşər mədəniyyətinin ən qədim mərkəzlərindən olan Azərbaycan ta qədimdən zaman-zaman yaxının, uzağın iddiasına məruz qalmış, nəhayət, XXI yüzilliyin astanasında öz müqəddəs amalına – dövlət müstəqilliyinə yetişmişdir. Müstəqillik və ərazi bütövlüyü uğrunda aparılan mübarizənin gedişində yaranmış və inkişaf etmiş dövlət rəmzləri vətəndaşların mənəvi və emosional tərbiyələndirilməsinin əsas mənbələrindən biridir. Müasir anlamda bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu, dövlətçilik rəmzlərindən olan Dövlət bayrağı bütün dünyaya göstərir. 1918-ci il may ayının 28-i Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra dövlətçilik rəmzlərinin tərtib edilməsi istiqamətində işlərə başlanmışdı. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmiş, bayraqda türkçülük, islamçılıq, müasirlik ideyalarının əks olunması müzakirə olunmuş, “yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq” Dövlət bayrağı kimi qəbul edilmişdir. Mavi rəng türklüyün, qırmızı rəng müasir azadlıq ideologiyasının, yaşıl rəng isə islamın rəmzi idi. Lakin, o zaman Azərbaycan Xalq Cümhuriyyətinin nəzərdə tutulan layihələri həyata keçirməyə imkanı olmadı. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi. 1920-ci ildə Azərbaycan parlamentinin binası üzərində dalğalanan üçrəngli bayrağımız sovet işğalı baş verəndən sonra Moskvaya İnqilab Muzeyinə (hal-hazırda “Rusiyanın Müasir Tarixi Muzeyi”) aparıldı. Müəyyən dövrlərdə Azərbaycan öz dövlətçiliyini itirmiş, asılı vəziyyətdə olmuşdur. İllər sonra xalq apardığı mübarizənin bəhrəsi olaraq öz müstəqilliyini əldə etmiş, dövlətçilik ənənələrini bərpa etmişdir. 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra tarixi keçmişimizə qayıdış başladı. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etmişdir. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır. Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. İrs-varislik ənənələrinə sadiqlik göstərən dövlət başçısı İlham Əliyev 2009-cu ilin 17 noyabrında imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il, 9 noyabr) tarixini Azərbaycan Respublikasının “Dövlət bayrağı günü” kimi təsis etmişdir. İndi paytaxtımızın ən sonuncu rəmzinə çevrilən, bütün dünyada ən hündür bayraq dirəyi ilə məşhur olan Dövlət Bayrağı Meydanı ümummilli liderimizin siyasi kursunu böyük uğurlarla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət Bayrağı Muzeyinin yaradılması ideyası da Prezident İlham Əliyevə məxsusdur. Bu ideyalar Prezidentimizin Vətənə, dövlət atributlarına olan sevgisinin ən ali səviyyədə təzahürü və gerçəkləşməsidir. Azərbaycanın Dövlət bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdə dalğalanması da xalqda özünüdərk və müstəqillik ideyalarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dünya azərbaycanlılarının müqəddəslik simvoluna, ən çox ehtiram göstərilən və ziyarət olunan məkana çevrilib. Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: “Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimiz, ən böyük xoşbəxtliyimizdir!” Üçrəngli bayrağımız – millətimizin şərəf nişanı, müstəqillik simvolu, dövlətimizin mənəvi - siyasi dəyəridir. Dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, bölünməzliyinin simvoludur. Yaşasın Azərbaycan!!! Yaşasın Azərbaycan Respublikasının ay - ulduzlu, üçrəngli bayrağı!!!

16

Hazırladı: Qasımlı Gültəkin, Musiqişünas II kurs


“Həyatla oyun” tamaşası nümayiş olundu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Proqramı çərçivəsində zərərli vərdişlərin profilaktikası ilə bağlı teatr tamaşalarının hazırlanması və nümayişinin təşkil olunması aidiyyəti təşkilatların üzərinə vəzifə kimi qoyulmuşdur. Elə bunu əsas götürərək 22 may 2013-cü il tarixində Bakı Musiqi Akademiyasında müəllim və tələbələr üçün Bakı Uşaq Teatrının Gənclər və İdman Nazir-liyinin dəstəyi ilə səhnələşdirilmiş “Həyatla oyun” tamaşası nümayiş olundu. Açılış nitqi ilə çıxış edən teatrın rejissoru və tamaşanın bədii rəhbəri İntiqam Soltan həmçinin Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Vüqar Hümbətov tamaşanın xüsusi əhəmiyyətindən danışdılar. Tamaşa gənclər tərəfindən alqışlarla qarşılandı.

17


Nə? Harada? Nə zaman? May ayının 2-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər təşkilatının və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə akademiyamızın tələbələri arasında ilk dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual yarışması keçirildi. Yarışmada “Forte”, “Soprano”, “Feminist”, “Presto” və “Hədəf” adlı 5 komanda təmsil olunurdu. Tədbirdə ilk olaraq HİK sədri Aqil Qafulov və TGT sədri Vüqar Hümbətov çıxış edərək tələbələrə uğurlar arzuladı. Verilən sualların əhatə dairəsini coğrafiya, tarix,

musiqi və ümumi mövzular təşkil edirdi. 2 turdan ibarət yarışmada hər tur 12 sualdan təşkil olunmuşdu. “Feminist” komandası yarışma boyunca daha aktiv nəticələr göstərərək 12 bal hesabı ilə qalib oldu. Qalib komanda kubok, hədiyyələr və diplomla, digər komandalar isə fəxri fərmanlarla mükafatlandırıldı. Mükafatları akademiyanın prorektoru, xalq artisti Yeganə Axundova təqdim etdi. Qeyd edək ki, qalib komanda universitetlər arasında keçirilən Nə? Harada? Nə zaman? intellektual yarışmasında akademiyamızı təmsil edəcəkdir.


Tələbələrimiz hərbi hissədə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 may 2013-cü il tarixində Dövlət Sərhəd Xidmətinin akademiyasında ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə hərbi hissə rəhbərliyi, BŞGİBİ-nin əməkdaşları

Zamin Əhmədov, Samir Kazımov, BMA TGT sədri Vüqar Hümbətov da iştirak ediblər. Xidmətində fərqlənmiş 10 əsgər və zabit idarə tərəfindən mükafatlandırıldıqdan sonra tədbir Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı ilə davam edib.


Redaksiya heyəti Vüqar Hümbətov Baş redaktor Jalə Miriyeva Musiqişünas, IV kurs

Leyla Muradzadə Xor dirijoru, magistr I kurs

Günel Nəsirova Musiqişünas, IV kurs

Aynur Hümbətova Xor dirijoru, magistr I kurs

Lalə Seyidova Musiqişünas, IV kurs

Elmira Süleymanova Fortepiano, magistr I kurs

Bu nömrədə yazırlar

Həmidə Mustafa Xor dirijoru, IV kurs

Səmra Qoşqarova Musiqişünas, III kurs

Ofelya Firidunqızı Dizayner

Aynur Qurbanova

Musiqişünas, III kurs

Bizimlə əlaqə: Tel: (+994 12) 493 07 42 Facebook: Bakı Musiqi Akademiyası Twitter: twitter.com/BMATGT e-mail: bma.tgt@hotmail.com Elektron jurnalımız: www.issuu.com/bmatgt Şanə Vəlizadə Musiqişünas, III kurs

Ülkər Əhmədova Musiqişünas, I kurs


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.