Mezzo

Page 1

№ 05 MART 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

Caz-mugamı n banisi Vaqif Mustafazad

e

MEZZO


BAş REDAKTORDAN

Bayramlar! Onların bir çoxunu insanlar, təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də novruz bayramıdır. Tarixi çox qədim olan novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə novruz bayramı da bu gündə keçirilir. Deməli, novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan novruz, insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “sayaçı”, “Yuğlama”, “Yel baba”, “cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır. novruz bayramında kin-kidurət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan novruz bayramı artıq dörd ildir ki, YUnEsKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun Prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında novruz bayramı YUnEsKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq novruz Günü” elan etmişdir. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, hər bir ölkə vətəndaşına, onların ailələrinə səadət, firavanlıq, can sağlığı arzu edir və uğurlar diləyirik. Vüqar Hümbətov

2


VAQİFİN “Mart”ı O yazın ilk ayında-16 mart,1940-cı il İçərişəhərdə “Adsız” dalanın 4-cü evində dünyaya göz açmışdır. Görkəmli şair səməd Vurğunun məsləhəti ilə ona Vaqif adını qoyurlar. Balaca Vaqif fenomenal yaddaşı ilə ailəsini təəccübləndirirdi. Belə ki, hələ 3 yaşında olarkən anasından eşitdiyi şeir parçasını eynilə təkrarlayan Vaqif ailəsinin marağına səbəb olur. Əslində Vaqifin belə istedadlı olması heç də təəccüblü deyildi. Çünki, ixtisasca hərbi həkim olan atası Əziz Mustafazadə musiqidən ayrılmır, dahi Üzeyir bəyin tələbəsi olan anası Zivər Əliyeva isə Azərbaycan musiqi tarixində ilk qadın pianoçulardan biri olmaqla yanaşı, həmçinin fortepianoda muğamların mahir ifaçısı idi. Təbii ki, belə ailədə dünyaya göz açan Vaqifin həyatı musiqi üzərində qurulmaya bilməzdi. Milli muğam Vaqifin qanında axırdı, onunla dövr edirdi. Təhsil aldığı orta ixtisas musiqi məktəbində öyrəndiyi Bax, Motsart, Bethoven kimi klassik bəstəkarların əsərlərini ifa edərkən belə, özünəməxsus rəng qatmağı sevirdi. Artıq 9 yaşında olarkən caz-bluz üslubunda yazan corc Gerşvinin “sevdiyim adam” əsərini ifa edirdi. Zaman keçdikcə Vaqif böyüyür və caza daha da bağlanırdı. Artıq problemlərlə, caza qoyulan qadağalarla da üzləşməyə başlayırdı. Amma ürəyi milli cazla döyünən Vaqif bütün iradlara, təqiblərə sinə gəlməyi bacarırdı-təbii ki, öz ilahi barmaqları və zəngin ürəyi hesabına... O, yalnız sevdiyi işlə məşğul olarkən içindəki “Vaqif”in ruhunu qidalandırırdı. İstedadlı ifaçı və bəstəkar Azərbaycan musiqisinə zəngin töhvə verdi. O, ilk dəfə olaraq muğam-caz sintezini yaratdı və onun bu yaradıcılıq tapıntısı dünyanın bir çox ölkələrində böyük heyrətlə, alqışlarla qarşılandı. Təsadüfi deyildi ki, Vaqifin fitri

istedadı zaman keçdikcə ölkənin hüdudlarından kənarda da əks-səda doğururdu. Beynəlxalq caz müsabiqələri və festivallarında laureat adı qazanır. (“Tallin-66”, “Tbilisi-78”, “Monte Karlo”). Həmçinin 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansamblına rəhbərlik etmişdir. İfaçılıqla yanaşı Vaqif həm də yaradırdı. fortepiano və orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), fortepiano üçün bir sıra caz pyeslərinin-“Düşüncə”, “fantaziya”, “Tənhalıq”, “Mart” və.s müəllifidir. Vaqifin beynində hazır olan, lakin nota köçürməyə macal tapmadığı, bizə yalnız adları qalan “Yuxu görürəm”, “Onsuz həyat olurmu?” “Çox da aramızda körpülər yoxdur” əsərləri isə özüylə birgə əbədiyyətə qovuşdu... Ömrünü yaradıcılıqla, musiqiylə keçirən, özünü səhnəyə və dinləyicilərə həsr edən bu ecAZkar sənətçinin həyatı da məhz səhnədə bitdi... 16 mart 1979-cu ildə Daşkənddə “Əzizəni gözləyərkən” əsərinin ifası zamanı səhhəti pisləşən Vaqifin həyatını xilas etmək mümkün olmadı. Hətta həsrətlə gözlədiyi Monakoda keçirilən beynəlxalq caz festivalindakı uğurlu nəticəsini 1-ci yer laureatını və ağ royal mükafatını qazandığını bilmək belə ona nəsib olmadı. Mart ayında dünyaya gələn, ən gözəl əsərlərindən birini marta həsr edən sənətkar təəssüf ki, ömrünün 40-cı martını yaşaya bilmədi. Vaqifin “Mart”ı onsuz qaldı... Hazırladı: Elmira Süleymanova (fortepiano-magistr I kurs)

3


Gülnaz Abdullazadə

ZƏrİf cİnsİn

Gülnaz Abutalıb qızı Abdullazadə 7 sentyabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Orta və ali təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyəbəstəkarlıq fakültəsində almış və oranı bəstəkar ixtisası üzrə 1971-ci ildə bitirmişdir. Abdullazadə Gülnaz 1973-cü ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1976-1979-cu illərdə M.Y.Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə” fakültəsinin “Estetika” kafedrasının aspirantı olmuşdur. Oranı bitirərək “Hengelin estetikasında musiqi sənəti problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və fəlsəfə elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda “Qədim və orta əsrlərdə musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” (Qərb-Şərq problemi kontekstində) mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini, 1992-ci ildə professor adını almışdır. Gülnaz xanım 1990-cı ildən bu günədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi və yaradıclıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi (2007), YUNESKO Beynəlxalq Rəqslər Şurasının üzvü (2008), İCOM təşkilatının üzvü (2009), Ali Attestasiya Komissiyasında “İncəsənət” bölməsinin ekspert şurasının sədridir (2011). Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Öz elmi-nəzəri konsepsiyalarında muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanır. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti”, “Musiqi sənətinin fəlsəfi mahiyyəti”, “Musiqi, insan, cəmiyyət”, “Azərbaycan fəlsəfəsi”, “Hengelin musiqi estetikası”, “Qədim və Orta əsrlərin musiqi mədəniyyəti” monoqrafiyalarının müəllifidir. Gülnaz xanımın elmi məqalələri sırasında “Ü.Hacıbəyov: Şərq-Qərb dialoqu”, M.Maqomayev- Estrada səhnəsinin sönməz ulduzudur, “Avropa not sistemli professional musiqinin Şərq şifahi ənənəli professional musiqisi ilə müqayisəsi və onların inteqrasiya yolları”, “Üzeyir bəydən bizə mirasbizdən Üzeyir bəyə hədiyyə”, “Fikrət Əmirovun yubileyinə həsr olunmuş məqalə-müsahibə”, Muğam və simfonizm “Muğam

aləmi” beynəlxalq elmi simpoziumunun materialları, “Tarixi yaşadan unudulmuş musiqi alətləri. Milli musiqinin tədqiqi. Elmi məqalələr toplusu”və digər məqalələri yer almaqdadır. Gülnaz Abdullazadə 1982-ci ildə Moskvada keçirilən Ümumittifaq konfransda, 1983-cü ildə Səmərqənddə muğama həsr edilmiş beynəlxalq simpoziumda, 1986-cı ildə ictimai elmlər kafedra müdirlərinin Moskvada Ümumittifaq toplanışında, 1990-cı ildən Bakıda keçirilən Ümumittifaq konfransda, 1996-cı ildə türk dövlətlərinin dostluğu və qardaşlığının IV qurultayında (Ankara), 1997-cı ildə türk mədəniyyətinin IV beynəlxalq konqresində, 1997-ci ildə «Kitabi Dədə Qorqud 1300» beynəlxalq simpoziumunda, 1998-ci ildə Beynəlxalq fəlsəfə konfransında (Ərzurum), 1998-ci ildə Beynəlxalq musiqi konqresində (İzmir), 2000-ci ilin mart ayında Türkiyədə Əskişəhərdə keçirilmiş «Novruz kutlamaları» mərasimində, 2001-ci ilin oktyabr ayında Ankarada keçirilmiş «Atatürk və gözəl sənətlər növü» konqresində, 2006-cı ildə “Halk kültüründə giyim-kuşam ve süslenme” Beynəlxalq simpoziumunda, 2008-2009cu illərdə Türkiyədə keçirilən Avrasiya qurumu simpoziumunda, “Azərbaycan milli rəqsləri” mövzusunda 2009-cu ildə Yunanıstanın Afina şəhərində keçirilən Beynəlxalq Rəqs simpoziumunda, 2010-cu ildə İspaniyanın Malaqa şəhərində Beynəlxalq Rəqs simpoziumunda, 2012ci ildə ADMİU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda və digər konfranslarda hərzaman öz dəyərli məruzələri ilə çıxış etmişdir. Professor G.Abdullazadənin gərgin elmi fəaliyyəti nəticəsində Bakı Musiqi Akademiyasında gənc ifaçıların, pedaqoji kadrların, alimlərin yetişməsində aspirantura və assistentura təcrübə şöbəsinin geniş, əsaslı fəaliyyətinə nail olunmuşdur. Gülnaz Abdullazadənin elmi, pedaqoji və ictimai fəaliyyəti ilə yanaşı bəstəkar kimi də çoxlu əsərləri var. Bunlardan: «Azərbaycan xalq mövzusu əsasında 15 vokaliz», «Fortepiano üçün Prelüd və Sonatina» və başqa əsərlərini göstərmək olar. Gülnaz xanıma gələcək fəaliyyətlərində də uğurlar arzu edirik. Yaradıclıq nəaliyyətliriniz daimi olsun!


güclü nümayəndələrİ Yeganə Axundova

Yeganə Əsgər qızı Axundova 1960-cı ildə Şəki şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində (1967-1978) almışdır. Həmin məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini fortepiano ixtisası üzrə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etmişdir.(1978-1983:professor Nigar Üsubovanın sinfi). 1985-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor L.Naumovun ixtisas sinfində stajorluq sinfi keçmişdir və Pianoçuların Beynəlxalq Zaqafqaziya müsabiqəsində laureat adı ilə təltif olunmuşdur. Y.Axundovanın ifaçılıq üslubu parlaqlığı, emosionallığı, xüsusi temperamenti , ifadəliliyi, coşqunluğu, səmimiliyi, gözəl texniki imkanları, musiqi əsərlərinin xüsusiyyətlərini və bədii dramaturji məzmununu düzgün ifadə etmə bacarığı ilə fərqlənir. O, həm klassik, həm də müasir musiqinin mahir ifaçısıdır. Onun repertuarı Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir.(İ.S.Bax, V.A.Motsart, L.V.Betxoven, F.Şopen, R.Şuman, F.List, K.Debüssi, F.Pulenk, S.Raxmaninov. S.Prokofyev, D.Şostakoviç, Q.Qarayev, F.Əmirov, S.Hacıbəyov, A.Məlikov, V.Adıgözəlov, E.Nəzirova, A.Rzayev, S.İbrahimova, M.Mirzəyev, A.Dadaşov və s) Pianoçu Yeganə Axundovanın məhsuldar konsert fəaliyyəti onun yaradıcılıq bioqrafiyasında xüsusi yer tutur. O, Fransa, ABŞ, Kanada, Rusiya, Norveç, Türkiyə, İspaniya. Macarıstan və başqa ölkələrin məşhur konsert salonlarında, həmçinin H.Əliyev adına sarayda, Azərbaycan Dövlət Filarmoniyasında, Kapelhausda, BMA-ın səhnəsində məşhur dirijorların rəhbərliyi ilə, müxtəlif simfonik orkestrlərlə birgə konsert proqramları ilə çıxış etmişdir. Yeganə Axundova eləcə də bəstəkarlıq fəaliyyəti ilə məşğuldur. Bir sıra mahnıların, fortepiano prelüdlərinin,

sonatinanın, 2 fortepaino üçün «Aşıqsayağı» konsert pyesinin, “Mi Parti” fortepiano kompozisiyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə “İthaf” və “Mea Memoria” kompozisiyalarının müəllifidir. Bu kompozisiyalara çəkilmiş musiqi lövhələri Azərbaycan Teleməkanında ən yaxşı kliplər adına layiq görülmüşdür. Y.Axundovanın çoxsaylı yazıları CD və DVD disklərdə yazılmışdır. Y.Axundova 1985-ci ildən Ü.Hacıbəyli adına BMA-da çalışır. 2005-ci ildən Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru , “İxtisas fortepiano” kafedrasının professorudur. Eyni zamanda Xəzər universitetində “Azərbaycan klassik musiqisi və dünya musiqi mədəniyyəti” kursunu aparır. 2006-cı ildə dekabr ayında Yeganə xanımın rəhbərliyi ilə Xəzər Universitetinin tələbə və müəllim heyətinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis dilində səhnələşdirilib. Yeganə xanım Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Humay Milli Akademiyasının “Humay” Milli mükafatı ilə təltif olunmuşdur. Elə həmin ildə Niaqara Beynəlxalq Musiqi Festivalının “Niaqaranın qızıl ilham pərisi” fəxri mükafatına, Yusif Məmmədəliyev adına medala layiq görülmüşdür. 2010-cu ildə Yunanıstanda Avropa Amerika Qadınlar Konserni (EAWC) tərəfindən “İlin nəaliyyətlər qadını” Beynəlxalq mükafatı almışdır. 2012-ci ildə Yeganə Axundova “Azərbaycan Xalq artisti” fəxri adına layiq görülmüşdür. Bütün bunlar Yeganə Axundovanın sənət nailiyyətləridir. Daim əzmlə, yorulmadan çalışan Yeganə xanımın hələ çox yaradıcılıq planları var. Ona bu işlərdə uğurlar arzulayırıq və əminik ki, Yeganə xanım musiqisevərləri hələ çox sevindirəcək!


8 MART

Beynəlxalq Qadınlar Günü

1910-cu ildə, Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternas yonalının qurultayında, 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi. Azərbaycanda da hər il 8-mart “Beynəlxalq Qadınlar günü” ölkə səviyyəsində qeyd edilir. Bakı Musiqi Akademiyası da hər il bu bayramı akademiya daxilində xüsusi tədbir şəklində qeyd edir. Bu ildə ənənəyə sadiq qalaraq 7 mart 2013cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Böyük İpək yolu” Gənclər İttifaqı və Bakı Musiqi Akademiyası Tələbə

6

Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirildi. Konsertdən öncə xanımlara hədiyyə və güllər təqdim olundu. İlk öncə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və tərbiyə işləri üzrə prorektoru, xalq artisti Yeganə Axundova bütün qonaqları salamladı və xanımları təbrik etdi. Daha sonra çıxış edən “Böyük İpək yolu” Gənclər İttifaqının baş katibi Aydan Kərimli və BMA TGT-nin sədri Vüqar Hümbətov da öz çıxışlarında bütün xanımları təbrik etdilər. Tədbir Dövlət Uşaq Filarmoniyası rəqs qrupunun və akademiyanın tələbələrinin ifasında konsert proqramı ilə davam etdi. Konsertdə Gənclər Təşkilatlarının fəalları və akademiyanın müəllim-professor heyəti iştirak etdilər.


7


II Tələbə yaradıcılıq sərgisi Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 6 mart 2013cü il tarixində “II Tələbə Yaradıcılıq sərgisi” keçirildi. sərginin açılış mərasimində prorektorlar Oqtay Abasquliyev, Yeganə Axundova, Gülnaz Abdullazadə, dekanlar, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etdi. Ümumilikdə sərgi 2 gün davam etdi. 2 gün ərzində 9 müəllifin işləri sərgiləndi. sərgidə gənc musiqiçilər dekorativ-tətbiqi sənət, rəngkarlıq, foto, qrafika kimi sənət növlərində əl işlərini təqdim etdilər. sərgidə yağlı boya, kömür, parça üzərində sapla - muncuqla işləmə və bir-birindən maraqlı müxtəlif əl işləri sərgiləndi. sərgilənən əsərlər akademiyanın müəllim heyəti və tələbələr tərəfindən xüsusi rəğbətlə qarşılandı.

8


“Musiqinin rəngli təsviri” mövzusunda təlim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 11 mart 2013-cü il tarixində Bakı Musiqi Akademiyasında “Musiqinin rəngli təsviri” mövzusunda təlim keçirildi. Təlimdə akademiyanın elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, TGT sədri Vüqar Hümbətov və 20-dən çox tələbə iştirak edirdi. Təlimçi fizika - riyaziyyat elmləri namizədi Şamil Hacıyev rənglərin musiqidəki xüsusi əhəmiyyətindən danışdı. O, özünün klassik formula və rənglər ardıcıllığından ibarət tərtib etdiyi cədvəli nümayiş etdirərək, bu cədvəl vasitəsilə musiqini təsvir etdiyini izah etdi. Ona görə də bu təsviri “musiqinin rəngli təsviri” adlandırdığını bildirib. Şamil Hacıyev daha sonra əsərlər və eyni zamanda muğamlar səsləndirdi və bunun necə rənglərə çevrildiyini əyani şəkildə göstərdi. sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

9


“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı

“Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış, on iki sütunlu, altı bürclü “bina” şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi: Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər geniş bir mənzərə görünmüşdür”. Üzeyir Hacıbəyli Adı Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış Üzeyir Hacıbəylinin təbirincə desək, hər xalq XIV əsrdə dağılmış, 12 sütunlu, 6 bürclü, vahid (bütöv) Şərq musiqi «qəsrinin» dəyərli qazıntılarından istifadə edərək özünəməxsus üslubda özlərinin musiqi məbədlərini yaratmışlar. Musiqi mədəniyyəti “sarayı” olan muğamlar bu gün də öz əsrarəngizliyini, möhtəşəmləyini itirməyib. Son onilliklərdə Şərq xalqlarının ənənəvi musiqisinin özünəməxsus növlərinin, o cümlədən, Azərbaycan muğamının qorunması və inkişafı ümumdünya miqyasında diqqət mərkəzinə çəkilmişdir. Bu baxımdan ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivalı olduqca əhəmiyyətlidir. Belə ki, 2009-cu ildə ilk dəfə baş tutmuş Beynəlxalq Muğam Festivalı müsəlman - Şərq xalqlarının mənəvi birliyini, vəhdətini, muğamın ortaq sənət olduğunu bir daha təsdiqlədi. Artıq üçüncü dəfə baş tutmuş Muğam Festivalı Azərbaycan muğamının bütün dünyada tanınması, Azərbaycan xalqının ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri təsdiqləməsi məqsədilə keçirilir. Bu isə dövlətin şifahi ənənəli professional musiqiyə göstərdiyi diqqətin ən bariz nümunəsidir. Festivalın təşkilatçısı Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. 2013-cü il, mart ayının 9-da Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi oldu. Açılış mərasimi Heydər Əliyev Mərkəzində baş tutdu. Memarı dünya şöhrətli ərəb əsilli memar Zaha Hadid olan bu sənət incisi ənənə və müasirliyi özündə birləşdirir və özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar yaradır. Uzaqdan böyük dəniz dalğasına bənzəyən mərkəz Bakının ən gözəl memarlıq abidələrindən biri kimi milli qürur nümunəsidir. Açılış mərasimində dövlət rəsmiləri, ziyalılar, eləcə də, ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edirdilər. Tədbiri Beynəlxalq Festivalın prezidenti, UNESCO və İSESCO-nun

10

xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açıq elan etdi. Mehriban Əliyeva çıxışında festival iştirakçılarını, ölkəmizə gələn bütün qonaqları səmimi qəlbdən salamlayaraq bildirdi ki, tədbir Bakının mədəni həyatında çox mühüm hadisədir: “Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır. Heç bir sərhədlərə sığmayan gözəl musiqi bizi on gün ərzində birləşdirərək, bizə xoş anlar bəxş edəcək. Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziuma xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də qatılacaq”. Sonda Mehriban Əliyeva qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edərək festival iştirakçılarına uğurlar arzuladı. Beləliklə, “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı açıq elan olundu. Hər kəsin səbirsizliklə gözlədiyi konsert proqramı Gülbacı İmanovanın dirijorluğu, Azərbaycan Dövlət Xor Kapellasının və solist Vəfa Vəzirova ifasında, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-Hicran” xoru ilə başladı. Qeyd etmək lazımdır ki, proqrama daxil olan on doqquz nömrə fasiləsiz attacca ilə növbələşərək Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Xalq Çalğı Alətləri orkestri, Azərbaycan Dövlət Manhı və Rəqs Ansamblının ifasında vahid bir kompozisiya şəklində təqdim olundu. Konsert Xalq Artisti Ağaverdi Paşayev və Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə idarə olunurdu. Proqrama daxil olan əsərlər janr baxımından müxtəlif olub muğam, zərbi muğam, Azərbaycan və rus bəstəkarlarının əsərləri, xalq mahnı və rəqslərini əhatə edirdi. Hər bir musiqi nömrəsi qanunauyğunluqla ardıcıllaşaraq bir-birinin sanki davamı kimi səslənərək ziddiyyət yaratmırdı. Bütün konsert boyu əsərlərin xarakter, obraz aləminə uyğun şəkildə fonda verilən Sultan Məhəmməd, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə və başqalarının miniatür rəsm əsərləri insanı sirli, sehrli, əsrarəngiz nağıl aləminə aparırıdı. Festival çərçivəsində Beynəlxalq Elmi Simpozium, Beynəlxalq Muğam Müsabiqəsi və ustad dərsləri təşkil olundu. 12-15 mart tarixlərində baş tutan elmi simpoziumda Azərbaycan, Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiyadan olan mütəxəssislər, o cümlədən, Şərq musiqi elminin görkəmli alimləri Jan Dürinq,


Yurgen Elsner iştirak edirdilər. Konfransın mövzusu “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” idi. Konfransda “Azərbaycan ifaçılığında tarzənlərin mizrab işlətmə üsulları”, “Azərbaycan muğam ifaçılığı sənətində qanun aləti”, “Kamançanın muğam ifaçılığında köklənmə xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənildi, mövzular əyani olaraq musiqi alətləri vasitəsilə izah edildi. Bu ilki festival çərçivəsində baş tutan muğam müsabiqəsi təkcə xanəndələr arasında deyil, həmçinin instrumental muğam sənətini də əhatə edirdi. 15-18 mart tarixlərində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən bu müsabiqədə Türkiyə, İordaniya, İran, Tacikistan, Belçika, Türkmənistan, Hindistan, Çin və Mərakeş musiqiçiləri iştirak edirlər. Azərbaycanı müsabiqədə Arzu Əliyeva, Aytən Məhərrəmova, Mirələm Mirələmov, Ariz Hüseynov, Səbinə Ərəbli, Abgül Mirzəliyev (xanəndə), Aysu Sadıqova (qanun), Şəhriyar İmanov (tar), Şəhriyar Musayev(kamança), Bəhruz Zeynalov (tar), Pərviz Quliyev (balaban), Təbriz Yusifov (kamança) təmsil edirlər. Solo muğam ifaçılığı üzrə müsabiqənin

muğamlar, balet və operaların səslənməsi, “Leyli və Məcnun” film-operasının premyerası baş tutdu. Festivalın keçirilmə məkanı tək paytaxt Bakı şəhəri ilə məhdudlaşmayaraq Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan və ölkəmizin digər şəhər və rayonlarını əhatə etdi. Bakı və digər şəhərlərdə baş tutan “Ustaddan-şagirdə” muğam məclisi muğamın spesifik xüsusiyyəti olan ustad-şagird ənənələrinin əyani göstəricisidir. Bakı Caz Mərkəzində muğamla cazın nadir sintezi Cəmil Əmirov, Etibar Əsədli, Salman Qəmbərov, Elçin Şirinov, Əfqan Rəsul və başqa caz ifaçıları tərəfindən reallaşdırıldı. 18 mart tarixində Heydər Əliyev Sarayında flamenko rəqsinin mahir ifaçısı, aktyor, dünya şöhrətli ispan rəqqası Xoakin Kortes konsert proqramı ilə çıxış edən özünün “DİsEn DE Mİ” proqramını təqdim etdi. Konsertdə X.Kortes dünya səhnələrindəki çıxışlarını, flamenko rəqsinin nümunələrini tamaşaçılara təqdim etdi. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Qara Qarayevin “Yeddi gözəl”, Fikrət

iştirakçıları Xalq Artisti, professor Siyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil olduqları münsiflər heyəti tərəfindən qiymətləndirildi. Azərbaycanın Xalq Artisti, professor Siyavuş Kəriminin sədrliyi ilə Azərbaycandan Əməkdar İncəsənət Xadimi Nazim Kazımov, Xalq Artisti Ağasəlim Abdullayev, Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine, ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti isə instrumental ifaçılar arasında seçim etdilər. Gərgin gedən mübarizədən sonra qaliblərin adları və hansı pillələrdə qərarlaşması mart ayının 19-u keçirilən qalakonsertdə açıqlandı. Beləliklə, xanəndə ifaçılığı nominasiyasında III yerə “Səda” qrupu (Türkiya) və“Əndəlus gəncləri” ( Mərakeş), II yerə Ariz Hüseynov (Azərbaycan), I yerə isə “Nasim e Tarab” qrupu (İran) və Mirələm Mirələmov (Azərbaycan) layiq görüldü. İnstrumental muğam ifaçılığında isə III yer “Raqa” qrupu (Hindistan), II yer Şəhriyar Musayev və Pərviz Quliyev (Azərbaycan), I yerə Bəhruz Zeynalov və Şəhriyar İmanov (Azərbaycan) layiq görüldü. Ümumilikdə, III Beynəlxalq Muğam Festivalı çərçivəsində Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, M.F.Axundov adına Opera və Balet Teatrında, Kamera və Orqan Musiqisi Zalında, Nizami kino mərkəzində və digər tədbir salonlarında simfonik

Əmirovun “Min bir gecə” tamaşaları qonaqlara təqdim olundu. Mart ayının 19-u Azərbaycan Dövlət Filarmoniyasında “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının bağlanış mərasimi baş tutdu. Tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdilər. Bildirdilər ki, Azərbaycanda on gün ərzində davam edən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı təkcə ölkəmizdə deyil, vətənimizin hüdudlarından kənarda da böyük əks-səda doğurmuşdur. Muğam müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimindən sonra Azərbaycan xalq çalğı alətləri orkestri və qaliblərin ifasında baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə konsert proqramı təqdim olundu. Şəhriyar İmanov, Türkiyənin “Səda” qrupu, Pərviz Quliyev, Mirələm Mirələmov, Ariz Hüseynov və başqalarının ifası tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Sonda Ü.Hacıbəylinin “Koroğlu”operasından Uvertura səsləndi. Beləliklə, on gün boyunca muğamsevərləri bir araya toplayan “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı təntənəli surətdə başa çatdı.

Hazırladı: Şanə Vəlizadə (Musiqişünaslıq III kurs)

11


Simli Kvartet Beynəlxalq müsabiqədə Son illər BMA-nın tələbələri beynəlxalq müsabiqələrdə uğurla iştirak edərək akademiyamızın adını ucaldırlar. Bunun bariz nümunəsi BMA-nın tələbələrindən ibarət Simli kvartetin-Məmmədov Səid (violin), Babakişizadə Süleyman (violin), Mahmudbəyli Üzeyir (viola), İmanov Georgiy (cello)- fevral ayının 27-dən aprel ayının 3-nə kimi “Citta di Pinerolo” müsabiqəsindəki yüksək səviyyəli iştirakı oldu. Pinerolo Musiqi Akademiyası rəsmi olaraq 14 oktyabr, 2000–ci ildə açılmışdır. Musiqi Akademiyasının əsas məqsədi musiqi mədəniyyətinin təkmilləşdirilməsi və ona dəstəkdir. Bu ya intensiv fəaliyyət vasitəsilə, ya da bütün mövsüm boyu keçirilən konsertlər vasitəsilə həyata keçirilir. Assosiasiyanın maarifləndirici siyasətinin mərkəzində gənc musiqiçilərə kömək durur. Hər il kurslar, ustad-dərsləri, musiqi sahəsindən olan musiqiçilərin, müəllimlərin və məşhur şəxsiyyətlərin mühazirələri olur. Konsert mövsümü klassik repertuarın konsertləri ilə yanaşı, həm də festivallar, tematik axşamlar, mühazirə-konsertlər və musiqi hadisələrini özündə birləşdirir. Akademiya və onun hüdudları xaricində vacib hadisə kimi , “Citta di Pinerolo” Beynəlxalq musiqi müsabiqəsi xüsusi əhəmiyyət kəsb edir. “Citta di Pinerolo” P,Çaykovski , H.Vinyavski , M.Lonq və J.Tibo kimi bir sıra nüfuzlu müsabiqələr keçirən “Beynəlxalq Müsabiqələr Federasiyası”na daxildir. O, hər il martın başlanğıcında keçirilir. Burada, fortepiano və kamera musiqisi növbələşir. İldən ilə iştirakçıların sayının artması müsabiqənin nüfuzu və prestijinin göstəricisidir. Müsabiqənin proqramında Şuman, Brams, Betxovenin kvartet üçün yazılmış son dərəcə maraqlı, eyni zamanda mürəkkəb konsert əsərləri yer alıb. Qeyd etmək lazımdırki, BMA-nın tələbələrindən ibarət Simli kvartetin bu janrda ilk çıxışı oldu. Bu simli kvartet 2011-ci ildən professor, əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin rəhbərliyi altında uğurla çalışaraq bir sıra konsertlər vermişdir. Xüsusilə qeyd etmək lazımdırki, 2012-ci ilin may ayında Azərbaycan Dövlət Filormoniyasının kamera və orqan zalında Betxoven, Şostakoviçin əsərlərindən ibarət ciddi proqramla yüksək səviyyəli çıxış etdilər. Bu barədə qəzetlərdə, jurnallarda da çoxsaylı resenziyalar, məqalələr yazıldı. Bundan əlavə BMA-nın bir çox tədbirlərində yaxından iştirak edirlər. Bu, Nəzmiyyə xanımın Moskva Dövlət Konservatoriyasının kamera musiqisi, klassik janrın ifaçılıq ənələrini tələbələrinə aşılamısının ən bariz nümunəsidir. Gənc ifaçılar bu müsabiqənin çox ciddi və tələblərinin böyük olmasını bilərəkdən qarşılarına böyük məqsədlər qoydular. Burada dünyanın bir çox nüfuzlu müsabiqələrində yer tutmuş ifaçılar iştirak edirdi. Münsiflər heyətini Avstriya, İsveçrə, İtaliya, Almaniya, Belçikadan olan məşhur, musiqiçilər təşkil edirdi. “Citta di Pinerolo” Beynəlxalq musiqi müsabiqəsində iştirak etmək kvartet üzvlərinin öz seçimi oldu. Burda məqsəd yer tutmaq deyil, təcrübə qazanmaq idi.Bu müsabiqənin tələbələrə böyük köməyi oldu.Yüksək səviyyəli bir ortamda özlərini göstərə bildilər.Və bu onlar üçün daha da səylə çalışmağa bir təkan oldu. Müsabiqədə ifa etdikləri Qara Qarayevin kvarteti münsiflər heyətinin çox xoşuna gəldi və onlar bizim kollektivdən hətta partituranı istədilər.Kvartet Qarayevin misilsiz musiqisini daha yeni çalarlarla mükəmməl səviyyədə ifa etdilər. Bu tələbələrin Simli kvartet janrında beynəlxalq müsabiqədə ilk çıxışı idi . Nəzmiyyə Abbaszadə rəhbəri olduğu Kvartetin çıxışından çox razı qalaraq qeyd edib: “tələbələr Akademiyamızı bu prestijli, mötəbər müsabiqədə, yüksək səviyyədə təmsil etdilər və inanıramki, bu gənc kollektiv gələcəkdə böyük uğurlar qazanacaq!”

12


Tələbələr Niyazi və Vaqif Mustafazədənin ev muzeyində MUZEYLƏRİNİ TANI

Mart ayının 16-sı Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının Üzeyir Hacıbəylinin ev muzeyi ilə başlayan “Muzeylərini tanı” layihəsi çərçivəsində növbəti səfərimiz Maestro Niyazi və Vaqif Mustafazadənin ev muzeylərinə oldu. Ekskursiyada 25 tələbə iştirak edirdi. Maestro Niyazinin hələ sağlığında evindən qonaq əskik olmazmış. F. Əmirov, Q. Qarayev, R. Hacıyev, T. Quliyev, A. Məlikov, F. Bədəlbəyli, P. Bülbüloğlu maestronun evinin daimi qonaqları olmuşlar. Və gənc musiqiçilər olaraq Maestronun evini ziyarət etmək fikri bizdə unudulmaz hisslər yaradır. Pilləkənləri qalxıb Niyazinin evinə yaxınlaşdıqca insan bir anlıq da olsa möcüzəyə inanmaq istəyir və düşünürsən “Kaş evin qapısını ev sahibi özü açaydı”... Ölüm haqdır deyirlər. Niyazi kimi dahiləri itirəndə insan bu fikrə üsyan etmək istəyir. Ancaq neyləyəsən ki, dünyanın ən adi və ən acı həqiqətidir ölüm. Muzeyə çevrilmiş bu evə daxil olarkən bizi “Rast” simfonik muğamının sədaları və ən az bu musiqi qədər təntənəli, əzmli və əbədi görünən Niyazinin heykəli qarşıladı. Maestronun təvazökar, səliqəli və dövrünün ab-havasını yaşadan mənzilini gəzərkən eyni zamanda onun xarakteri, şəxsi həyatı haqqında da geniş məlumat əldə etdik. 400-dən çox kitabı, yazı masası, o möhtəşəm əsərlərini bəstələdiyi fortepianosu, dünyanın bir çox ölkələrini gəzmiş dirijor çubuqları və səhnə geyimləri ilə sanki bütün ev bizə dahi Niyazi haqqında nələrsə deyirdi. Sonda muzeyin xatirə kitabına ürək sözlərimizi yazaraq ordan ayrıldıq. Niyazinin ev muzeyindən aldığımız dərin təəssüratlarla növtəti ünvanımız V.Mustafazadənin ev muzeyi oldu. Həmin gün dahi sənətkarın doğum gününə təsadüf etməsi də bizim üçün olduqca əlamətdar idi. İçəri şəhərin ensiz küçələri dolanbac yollarını dəfələrlə keçmişdi Vaqif. Bu dar, enli-ensiz küçələr musiqidə keçdiyi saysız-hesabsız yollar kimi əziz və doğmaydı ona. Vaqif musiqinin cığırlarını, küçələrini, döngələrini keçə-keçə hələ heç kimin getmədiyi bir yolu tapmışdı. Muğam və caz... Vaqif bu musiqilərin vəhdətini yaratdı və musiqi tariximizə unudulmaz incilər bəxş etdi. Muzeyin bələdçisindən xəbər alırıq ki, Vaqifin xatirəsini əbədiləşdirmək fikri anası Zivər xanıma məxsus olmuşdur. Bu evdə divardakı portretlərdən belə caz musiqisinin sədaları axıb keçir. Dinləməyə doymadığımız kompozisiyalarını yaratdığı fortepianosu, dolabçanın üstündəki hər gün dinlədiyi köhnə radioqəbuledici, müxtəlif illərdə çəkilmiş fotoşəkillər bütün bunlar ən az Vaqifin musiqisi qədər bizə doğma görünürdü. O, bu gün həyatda yoxdur ancaq hafizəmizin ən işıqlı bucağında, sənətimizin ən parlaq zirvələrində və ürəklərimizin ən doğma sevgilərində onun heç zaman solmayacaq yeri var. O gün Bakının daimi küləyi də bir başqa cür əsir, dənizin dalğaları da Vaqifin musiqisini zümzümə edərək sanki bizi “Düşüncə”lərə qərq edirdi. Hazırladı: Leyla Ağazadə (Skripka II kurs)

13


“Sarı gəlin” Şifahi ənənəli professional musiqi Azərbaycan xalqının zəngin milli folklorunun dəyərli bir göstəricisidir. Dərin köklərə bağlı olan xalq yaradıcılığı milli musiqi irsinin əsasını təşkil edir. Buna əsaslanaraq bildirmək olar ki, qədim zamanlardan şifahi surətdə yayılan və əsrlər boyu nəsildənnəslə ötürülərək dillər əzbəri olan Azərbaycan xalq mahnılarını bir bariz nümunə kimi xüsusi qeyd etmək lazımdır. Çünki milli dəyərlərin qoruyub daşıyıcısı hesab olunan xalq mahnıları öz parlaq və bənzərsizliyi ilə seçilərək, tarix boyu inkişaf etmiş mədəniyyətimizi özündə əks etdirmişdir. Azərbaycan xalq mahnıları içərisində ən məşhuru-“şah əsər” hesab olunan “Sarı Gəlin” mahnısı xüsusi əhəmiyyət kəsb edərək dillər əzbərinə çevrilmişdir. Belə ki, “Sarı Gəlin” mahnısı– Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir türküdür. Lakin mahnını son dövrlərdə türklərlə yanaşı ermənilər də ifa edirlər. “Sarı Gəlin” mahnısının etimalogiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə bu mahnının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə mahnı arxaik olsada zəngin harmoniyaya məxsusdur. VII əsrin əvvəllərində sarı sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə sarı-“kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda- “rəng” və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir. 2005-ci ildə “Altın” nəşriyyatı tərəfindən buraxılan “Xalq mahnıları” (tərtibçi redaktor R. İs-mayılov) toplusunda “Sarı Gəlin” mahnısı 3 bənd ( hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Şifahi ədəbiyyatın bayatı formasında yazılan bu şerdə bir dənə də olsun arxaik, bugünkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də güman olunur ki, şer XIX əsrin II yarısında meydana gəlmişdir. Saçın ucun hörməzlər, Gülü qönçə dərməzlər, Sarı gəlin Bu sevda nə sevdadır, Səni mənə verməzlər, Neylim aman aman, Sarı gəlin “Sarı Gəlin” ifadəsinin açıqlaması haqda Bülbül belə söyləmişdir: “Çox qədimlərdə Qarabağda belə bir adət olub: təzə nişanlanan qızlara sarı (qızılı) rəngdə paltar geyindirərdilər ki, oğlanlar ona meyl salmasın”. Qədim adətə görə, saçın ucu yalnız qadını son mənzilə yola salarkən axıradək hörərdilər. Mahnıda “saçın ucun hörməzlər” misrası sevən gəncin ümidsiz məhəbbətinin təzahürüdür. “Gülü qönçə dərməzlər” misrasında gül qönçə dərilərsə yarımçıq qalan həyata nişanə edildiyi bildirilir. Burada nə üçün istədiyi qıza “səni mənə verməzlər” deyərək, ay qız, ay gözəl və s. bu kimi müraciət edilmir? Məhz “Sarı Gəlin”deyərək müraciət edilir. Bu da yenə gətirib Bülbülün açıqlamasına çıxarır…Nişanlı qıza meyl salmaq olmaz. Mahnının xarakteri insanın daxili aləmini-emosiyalarını təcəssüm etdirərək xüsusi zövq verir: sanki “Sarı Gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Elegiya səciyyəli mahnının musiqi təfsiri elədir ki, onları tütək və balabanla ifa etdikdə daha təsirli alınır. Necə ki, başqa sözlə həmin alətlərlə , həmin söz və musiqi ifası vahid vəhdət təşkil edir. Bildiyimiz kimi bir çox şərq xalqlarının diqqətini cəlb edən bu mahnı, onlar tərəfindən sevilərək özünəməxsus şəkildə ifa edilir. Lakin müasir dövrümüzdə “Sari Gəlin” mahnısının milli elementlər saxlanılmaqla estrada janrında müxtəlif aranjimanlarda ifa edilməsinin şahidi oluruq. Bu isə mahnının son dərəcə zəngin intonasiyaya, ahəngdar harmoniyaya malik olmasını sübut edir, eləcə də şərq ölkələri ilə yanaşı, qərb ölkələrində tanınması və sevilməsinə səbəb olur. Bu gün “Sarı Gəlin” mahnısı mübahisə predmetinə çevrilib. Ermənilərin mədəniyyətimizə bu təcavüzü uzun illərin siyasətidir. Lakin biz daha qətiyyətli olmalıyıq. Öz mədəniyyətimizi özümüz müdafiə və təbliğ etməliyik. Bu təbliğ isə savadlı, səviyyəli olmalıdır. Nəsillərdən bizə yadigar qalan mədəni sərvətimizi qorumağı bacarmalıyıq. Hazırladı: Lalə Namiqqızı (Musiqişünas III kurs)

14


“PERLEN der ROMANTİK” adlı solo konsert 2013-cü il 11 Mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, “Alman pianoçular mükafatı”na layiq görülən Toğrul Hüseynlinin “PERLEN der ROMANTİK” (İnci Romantikası) adlı solo konserti keçirildi. Hüseynli Toğrul Qabil oğlu 1994-cü il iyun ayının 1-də Bakı şəhərində anadan olub. 1996-cı ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Aysel” uşaq teatrının solisti kimi Azərbaycan Dövlət Televiziyasında yayınlanmış onlarla TV proqramlarda, bir çox dövlət əhəmiyyətli konsertlərdə iştirak edib. 2000-ci ildə isə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə yüksək bal ilə daxil olaraq, təhsilinin ilk illərindən Azərbaycan dövlət filarmoniyasında, R.Behbudov adına Mahnı Teatrında, “Kapellhaus”, “Kirxa”, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Slavyan Universiteti, Şəki şəhərində keçirilmiş konsertlərdə uğurla çıxış etmişdir. Üzərində böyük həvəslə çalışan Toğrul Hüseynli, eləcə də ölkəmizdən kənarda da Azərbaycanın adını layiqincə təmsil etmişdir. 2005-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Gənc Pianoçuların II Beynəlxalq müsabiqəsində laureat olaraq, bürünc medala layiq görülüb. 2009-cu ilin aprel ayında isə SSRİ xalq artisti Murad Kajlayevin dəvəti ilə Dağıstanın paytaxtı Maxaçqala şəhərinin Kumık teatrında keçirilmiş “Dostluq konserti”ndə uğurla çıxış edərək Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 5 may 2009-cu il tarixli Sərəncamı ilə T.Hüseynli Prezidentin xüsusi təqaüdünə layiq görülmüş, adı isə “Gənc istedadların Qızıl Kitabı”na salınmışdır. 2010-cu ildən Bakı Musiqi Akademiyasında təhsil alan T.Hüseynli öz üzərində məsuliyyətlə çalışaraq , 2011-ci ilin iyun ayında qəbul imtahanlarını uğurla verərək Almaniyanın Köln şəhərində yerləşən “Hochschule für Musik und Tanz Köln”ali məktəbinə daxil olmuşdur. Hal-hazırda da həmin ali məktəbin II kurs tələbəsidir. Qeyd edək ki, 2013-cü il 11 mart tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında baş tutan konsert gənc ifaçının ikinci solo konsertidir. Birinci solo konsert də 2011-ci ildə Bakı Musiqi Akademiyasında keçirilmiş və həmin təhsil ocağının 90 illik yubileyinə həsr edilmişdir. “PERLEN der ROMANTİK” adlı musiqi axşamı dinləyicilərə çox gözəl təəssüratlar bağışladı. Bura Akademiyanın professor-müəllim heyəti və tələbələri toplanmışdır. Adından göründüyü kimi, ifaçı konsert proqramında da yalnız romantik bəstəkarların yaradıcılığına müraciət etmişdir. Konsert iki hissədən ibarət idi. Onun birinci hissəsində İ.Brams-“Hendel mövzusuna variasiyalar”(B dur,op.24) və S.Raxmaninovun “Prelüdlər”silsiləsindən 4 prelüd ifa olundu (№ 2 cis moll op.3, №2 Bdur op.23, №5 g moll op.23, №12 gis moll op.32). Konsertin ikinci hissəsində isə F.Şopenin №3 Sonatası (h moll,op.58) səsləndi. Əsərlərin hər biri özünəməxsus şəkildə səsləndirilərək, insanı bir anlıq romantik musiqi dünyasına apardı. Bütün əsərlər ifa olunduqdan sonra, dinləyicilərin istəyi ilə Toğrul Hüseynli yenidən səhnəyə çıxaraq, Şopenin c moll prelüdünü ifa etdi. Sonda isə ürək sözlərini və təşəkkürlərini tamaşaçılara bildirdi. Biz bu gənc ifaçıya bol-bol uğurlar arzulayırıq və inanırıq ki, Toğrul Hüseynli öz sənətində daha da irəliyə gedəcək və yeni-yeni nailiyyətlər qazanaraq Azərbaycanın adını daha da yüksəklərə qaldıracaq.

Hazırladı: Aynur Qurbanova (Musiqişünas III kurs)

15


«Фортепианная классика XX века» На сцене нашей родной Бакинской Музыкальной Академии в Большом зале 14 марта 2013 года состоялся сольный фортепианный концерт пианиста Закира Асадова. Он является выпускником БМА имени Уз. Гаджибейли 2005 года. Участвовал на различных конкурсах, занимал престижные места. На конкурсе имени Н. Рубинштейна в Париже занял почетное 3-е место; на Республиканском конкурсе К. Сафаралибековой он стал победителем, разделив 2-е место с Аян Салаховой. Самым высоким достижением пианиста стало первое исполнение свыше 50-и фортепианных произведений азербайджанских композиторов XXI века. Концерт с необыкновенным названием «Фортепианная классика XX века», посвященный памяти американского пианиста Ван Клиберна, запомнилась интересной и, в то же время, сложной программой: К. Дебюсси – «Бергамасская сюита»; М. Равель – «Павана», «Valses nobles et sintementali» («Благородные и сентиментальные вальсы»); С. Прокофьев – №3 Соната (op. 28); С. Рахманинов – Прелюдии h moll, gis moll (op. 32), c moll (op. 23). Закир Асадов своей индивидуальной исполнительской интерпретацией проявил себя как зрелый мастер. Прежде всего, его эмоционально-наполненный внутренний темперамент исполнения, при первых же воспроизведенных им великих произведений импрессионистов, привлекает изысканными манерами игры. Контрастирующим моментом всего концерта стало исполнение одной из труднейших сонат Сергея Прокофьева. Пианист с горячим, взрывчатым темпераментом, техническим блеском восхитил весь зал. В интерпретации прелюдий С. Рахманинова Закир Асадов сочетает техническое мастерство с неугасающей волей к темпераментности и проникновенной передачи музыкального образа. В нем нет излишней чувствительности, недоговоренности, размягченности. Взволнованность, драматизм органично сочетаются с душевным равновесием пианиста. Присутствовавший на концерте заслуженный деятель искусств, профессор Тарлан Сеидов, который является знатоком и ярким пропагандистом фортепианной музыки, охарактеризовал Закира Асадова как самобытного, перспективного пианиста. По его словам «Свободная игра, сильная динамика, яркое исполнение «Лунного света» Дебюсси, очень напоминают пианизм С. Рахманинова». И все это говорит о большой индивидуальной личности. Хочется пожелать пианисту в дальнейших творческих успехов, жизненных удач. С большим удовольствием будем ждать его последующих концертов! Hazırladı: Həqiqət Hüseynova (Musiqişünas III kurs)

16


Əsgərlərə Bayram töhvəsi

17 mart 2013-cü il tarixində novruz Bayramı münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş idarəsi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə fHn-nin “n” saylı hərbi hissəsində novruz tədbiri təşkil olundu. Tədbirdə Hərbi hissənin şəxsi heyəti, BŞGİB-nin əməkdaşları iştirak edirdi. Hərbi xidməti zamanı fərqlənmiş 10 zabit və əsgər idarə tərəfindən mükafatlandırıldı. Tədbir BMA TGT fəallarının ifasında konsert proqramı ilə davam etdi. sonda tədbirin ərsəyə gəlməsində xidmətlərinə görə BMA TGT və TGT sədri Vüqar Hümbətov Hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif olundu.

17


MARAQLI FAKTLAR Nisbilik nəzəriyyəsinin əsasını qoymuş Albert Eynşteyn 6 yaşından skripka ilə məşğul olubmuş. Hətta Almaniya mətbuatında onun haqqında əvəzolunmaz və virtuoz skripkaçı kimi danışılırdı. Eynşteyn həm də Çarli Çaplinin filmlərini çox sevər, yaratdığı obrazlara böyük rəğbət bəsləyərdi. O, bir gün Ç. Çaplinə belə bir teleqram göndərir: “Sizin filmlərinizi dünyada hər kəs başa düşür. Mən əminəm ki, siz böyük bir adam olacaqsınız. Eynşteyn”. Çaplin cavabda yazır: “Mən sizə daha böyük rəğbət bəsləyirəm. Sizin nisbilik nəzəriyyənizi dünyada heç kəs başa düşmür, ancaq siz yenə də böyük bir adam oldunuz. Çaplin”. Şubertin dostları, musiqiçi-həmkarları tez-tez bir yerə yığılıb, birlikdə bəstəkarın musiqisini ifa edərdilər. Bu görüşlər zamanla “Şubertiada” adını aldı (Schubertiads).

Alimlərin apardığı təcrübələrə əsasən müəyyən olunub ki, Motsartın musiqisi səsləndikdə, siçovullar labirintdən çıxmaq üçün daha tez yol tapırlar.

Bəşəriyyət tarixində ən uzun əsəri bəstəkar Con Keyc yazmışdır. Belə ki, Organ2/ASLP (As SLow as Possible) adlı bu əsər hələ 2001-ci ildə Almaniyanın Xolberstadt şəhərində ifa olunmağa başlamışdır, yekunu isə 639 ildən sonraya, yəni 2640-cı ilə planlaşdırılır. Alimlər müəyyən etmişlər ki, musiqinin beyində qəbul edildiyi hissə, bədənin avtomatik funksiyaları, yəni tənəffüs və ürəkdöyünmə funksiyalarını qəbul etdiyi hissəsi ilə eynidir.


“31 Mart” Azərbaycanlıların Soyqırımı günüdür! 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, salyan, Zəngəzur, Qarabağ, naxçıvan və digər ərazilərdə Bakı soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı dəhşətli qırğın törətmişlər. rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart azərbaycanlıların soyqırımı Günü kimi qeyd olunur. Bu münasibətlə, 30 Mart, 2013-cü il tarixində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı “Muzeylərini tanı” layihəsi çərçivəsində Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil edib. Muzeydə ən qədim zamanlardan bu günədək tariximizi əks etdirən müxtəlif orijinal, eləcə də restavrasiya olunmuş eksponatlar, şəkillər, sənədlər və ekskursiya rəhbərinin verdiyi dəyərli məlumatlar tələbələrin böyük marağına səbəb olub.


Redaksiya heyəti

Jalə Miriyeva Musiqişünas, IV kurs

Leyla Muradzadə Xor dirijoru, magistr I kurs

Lalə Seyidova Musiqişünas, IV kurs

Günel Nəsirova Musiqişünas, IV kurs

Aynur Hümbətova Xor dirijoru, magistr I kurs

Həmidə Məmmədova Xor dirijoru, IV kurs

Ofelya Firidunqızı Dizayner

Bu nömrədə yazırlar

Elmira Süleymanova Fortepiano, magistr I kurs

Leyla Ağazadə Skripka, II kurs

Aynur Qurbanova Musiqişünas, III kurs

Şanə Vəlizadə Musiqişünas, III kurs

Lalə Namiqqızı Musiqişünas, III kurs

Bizimlə əlaqə: Tel: (+994 12) 493 07 42 Facebook: Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatı Twitter: twitter.com/BMATGT e-mail: bma.tgt@hotmail.com Elektron jurnalımız: www.issuu.com/bmatgt

Həqiqət Hüseynova Musiqişünas, III kurs


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.