Mezzo

Page 1

№ 06 APREL 2013

Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının jurnalı

Q mb r Hüseynli-97 e

e

MEZZO


BAş REDAKTORDAN Hər sayımızda ölkənin mədəni həyatında baş verən bir çox hadisələri işıqlandırmağa çalışırıq. Bu ay da ölkəmizdə bir neçə festivallar keçirildi. Mən, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə keçirilmiş Üzeyir Hacıbəyli adına “Tələbə Teatr festivalı”ndan söz açmaq istərdim. Sırf gənclərin ideyası və təşkilatçılığı nəticəsində ərsəyə gələn bu festival, hələ uzun müddət yaddaşlardan silinməyəcək. Festivalda akademiya tələbələrinin tükənməz enerjisi, istedadı bir daha özünü sübut etdi. Daima kitablardan oxuduğumuz Üzeyir bəyin felyeton və səhnəcikləri bu dəfə tələbələr tərəfindən canlı olaraq nümayiş olundu. Üzeyir bəyin illər öncə yazdığı bu əsərlər, sanki bu günümüz üçün düşünülmüşdür. Bununla paralel musiqili komediyalar da böyük rəğbətlə qarşılandı. Ölkənin mədəni - ictimai həyatında biz gənclərin də bir izi oldusa, nə xoş bizə! Daima Üzeyir bəy irsini daha dərindən öyrənəcəyimizə və təbliğ edəcəyimizə, ölkəmizin mədəniyyətini dünyada layiqincə təmsil edəcəyimizə söz veririk! Festivalın bədii rəhbəri: Vüqar Hümbətov


“Cücələrimlə “ sərhədləri aşan bəstəkar

Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncədəki birinci dərəcəli məktəbdə almağa başlayan balaca Qəmbər ədəbiyyata maraq göstərir, Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şerlərini əzbər bilirdi. Vaxt keçdikcə yaşadığı Gəncə şəhərinin musiqi mühiti, konsertlərdə ifa edən görkəmli sənətkarlar Cabbar Qaryağdı oğlu, Xan Şuşinski, Bülbül, Qurban Pirimov və başqaları onda musiqiyə maraq yaradır. Həmçinin o dövrdə Gəncədə tez-tez təşkil olunan aşıq musiqisi gecələri, aşıqların zəngin yaradıcılığı Qəmbərə böyük təsir göstərirdi. Artıq o musiqiylə məşğul olmaq qərarına gəlir və Gəncə Orta İxtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. Sonradan Gəncə pedaqoji texnikumunda təhsilini davam etdirən gənc Qəmbər bu illərdə görkəmli bəstəkar Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. Tələbəlik dövründə istedadlı gənc hətta aşıq və el havalarını toplayıb nota alırdı. Musiqi təhsilini daha da mükəmmələşdirmək qərarına gələn Qəmbər Bakıda tanınmış pedaqoq A.S.Şvartsın sinfinə qəbul olaraq violançel dərsləri alır. Bu müddətdə o, alətin özünəməxsus ifasına nail olur. Lakin, bununla belə gənc Qəmbərin ürəyində yaratmaq, musiqi bəstələmək həvəsi tüğyan edirdi. Beləliklə, o, orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçərək Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir və çox keçmədən görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oyandı” romansmahnısını bəstələyir. Gənc bəstəkar daim çalışaraq, öyrənərək yaradıcılığa davam edirdi. Belə ki, o təhsilinə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin bəstəkarlıq şöbəsində B.İ.Zeydmanın sinfində davam edir. Bəstəkar diplom işi kimi “Qızıl Quş” operasını yazaraq məktəbi uğurla bitirir. Qəmbər Hüseynli çox uzun ömür yaşamasa da bir çox işlər görməyə müvəffəq olmuşdur. Milli musiqimizin beşiyi olan Şuşada bir il musiqi texni-

kumunun direktoru vəzifəsində çalışır. Daha sonra Bakıya qayıdaraq filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin dirijor köməkçisi, eləcə də Üzeyir bəyin tövsiyyəsi ilə həmin dövrdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur. Bəstəkar, yaradıcılığının zirvəsi sayılan mahnı və romans janrında olduqca dərin, incə lirika nümunələri yaradaraq könülləri fəth etməyi bacarmışdı desək yanılmarıq. “Ay işığında”, “Gecələr Uzanaydı”, “İlk Məhəbbət”, “Düşür yadına”, “Sən-Sən”, “GüləGülə” və başqaları məhz belələrindəndir. Lakin, bütün bu əsərlərlə yanaşı Qəmbər Hüseynlidən danışarkən onun çox məşhur, uşaqdan-böyüyə hər kəsin dillər əzbəri olan “cücələrim”ini xüsusi vurğulamaq lazımdır. Məhz “cücələrim”lə bəstəkarın musiqisi sərhədləri aşdı. Bu əsər indiyədək 100-dən çox xalqın dilinə tərcümə olunub. Bu mahnı təkcə Qəmbər Hüseynlinin yox, bütünlükdə Azərbaycanın vizit kartına çevrilib. Hətta bu mahnıyla bağlı bir neçə maraqlı fakt da mövcuddur. Belə ki, 1955ci ildə Sovet nümayəndə heyəti İsveçrədə bir qrup məktəblilərin cücələrim mahnısının ifası ilə qarşılanıblar. Həmçinin vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin, gələnlərin Azərbaycandan olduqlarını biləndə pianoda “Cücələrim”i ifa edərək deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin! “ ... Bütün bu faktlar ona dəlalət edir ki, Qəmbər Hüseynli Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan və əsərləri bu gün də sevilərək dinlənən, Azərbaycanı dünyaya tanıdan dəyərli bəstəkarlardandır.


Akademiya nümayəndə heyəti Türkiyədə Türkdilli xalqların ümumi milli bayramı olan, qədim və zəngin adət, ənənələri özündə birləşdirən Novruz bayramı günlərində, yəni 21-25 mart tarixlərində Türkiyə Cumhuriyyətinin Muğlaya bağlı Fəthiyə ilçəsində böyük bir Türk qurultayı keçirildi. IV Uluslararası Türk Dünyası Kültür Qurultayı Fəthiyə Bələdiyyəsi və Xalq Kültürü Araşdırmalar Qurumunun işbirliyi ilə təşkil olunmuşdu. 4 gün davam edən qurultayda 24 ölkə-Uygur Özərk bölgəsi, Ukrayna, Türkmənistan, Tuva, Tatarıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Krım, Qırğızıstan, Quzey Kıprıs Türk Cumhuriyyəti, Karakal Pakistan, Qaraçay Çərkəz, İraq, İran, Hollandiya, Gürcüstan, Qaqauzeli, Çuvaşıstan, Başqırdıstan, Bosniya Hersoq, Türkiyə və Azərbaycandan olmaqla 100-dən artıq elm adamı qatılmışdı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından isə bu qurultayda elmi işlər üzrə prorektor, Professor, Doktor Gülnaz Abdullazadə, Professor, Doktor Nailə Rəhimbəyli,Professor, Doktor Tərlan Quliyev və doktorant, müəllim Nərmin Qaralova iştirak edirdi. Qurultay işinə Beşkaza meydanında Novruz bayram kutlaması ilə start verdi. 25 marta qədər davam edən qurultayda “Türkü, türkülərimiz, öyküləriylə türkülər” simpoziumu gerçəkləşdirildi və bunlar məqalələrdə öz əksini tapdı. Bu mövzuda 100-dən artıq biri-birindən maraqlı məruzələr dinlənildi, fikir mübadiləsi aparıldı. Bizi qürurlu keçmişimizə bağlayan, türk dünyasının zənginliyini, qədim və özəlliyini aşılayan xalq mahnılarımız, türkülər bu gözəl bayramda türkdilli xalqların birləşməsinə bir daha vəsilə oldu. “Azərbaycan Folklorunda Mərasim Türküləri” adlı məruzəsi ilə Gülnaz Abdullazadə, “Müzik folklorunun eski janrı Halayın melodik özəllikləri” adlı məruzə ilə Nailə Rəhimbəyli, “Şur məqamına əsaslanan xalq mahnılarının həyatımızda yeri” məruzəsi ilə Nərmin Qaralova və “Sevdiyim iki türkü” məruzəsi ilə çıxış edən Tərlan Quliyev simpoziuma qatılan elm adamları və eləcə də digər qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Xalq mahnılarımız, türkülərimiz də bizim tariximizdi, onlar sıradan bir toplunu, bir xalqı belə millət halına gətirməyə qadirdi. Ümüdlərimiz bitdiyi yerdə onlara sığınırıq. Türkülər bizim sevincimiz, kədərimiz, həsrətimiz, hünərimiz, adət, ənənələrimiz, hər şeyimizdi. Onları qoruyub yaşatmaq hər kəsin borcudu. Çünki onlar da hər zaman bizi, qədim və zəngin tariximizi özlərində əks etdirib, yaşadırlar.


ASAİF Forumu Romada “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” (ASAIF) , İtaliyanın paytaxtı Roma şəhərində növbəti ənənəvi forumunu keçirdi. Bu forumların keçirilməsində əsas məqsəd dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gənclərin milli-mənəvi dəyərlərimiz ətrafında birləşərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin etmək, şəbəkələşmə prosesini gücləndirmək, informasiya mübadiləsində, təbliğat işinin interaktiv həyata keçirilməsində gənclərimizə dəstək olmaq, onların problemləri ilə maraqlanmaq və onların operativ həll olunması üçün uyğun şərait yaratmaq, dövlət rəsmiləri ilə gənclərimizi bir araya gətirərək onlar arasında dialoqu təmin etmək, illərlə qazanılmış təcrübələrin bölüşdürülməsi üçün ortaq platforma qurmaq, eyni zamanda İtaliya-Azərbaycan gənclər təşkilatının səmərəli münasibətlərinin inkişafı istiqamətində gənclərin fəallığını artırmaqdır. Azərbaycan Prezidentinə müraciət edərək cənab İlham Əliyevdən xaricdə təhsil proqramının müddətinin daha geniş kontingenti əhatə etməsi üçün “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğunlaşdırılaraq 2020-ci ilədək uzadılmasını xahiş etməsi ASAIF-in bu ilki Roma forumunun əsas hədəfi olmuşdur. Forumda 45 ölkədən 550 Azərbaycan gənci, həmçinin İtaliyanın müxtəlif nüfuzlu gənclər təşkilatlarını təmsilən 20-dən çox italiyalı gənc iştirakçı qatılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Təhsil Nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının İtaliyadakı Fövqaladə və Səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycanİtaliya Assosasiyasının rəhbəri Paola Casagrande, Azərbaycan-İtaliya Ticarət İnstitutunun rəhbəri Mauela Traldi çıxış etmişdir. Hər bir gəncin dilində danışa bilən və hər bir gənc azərbaycanlının özünü tapa biləcəyi bir təşkilat rolunu oynayan ASAİF Roma forumunun sonunda möhtəşəm bağlanış mərasimi keçirmişdir. Beləki 28 mart 2013-cü il tarixində İtaliyanin paytaxti Romada “Auditorium conciliazione Roma” zalının səhnəsində Azərbaycanın gənc istedadlı musiqiçilərindən ibarət konsert baş tutmuşdur. Forum çərçivəsində keçirilən konsertdə Azərbaycan Gənclər və İdman Nazirliyinin xüsusi dəstəyi ilə Bakı Musiqi Akademiyasının “Gənclər Kamera Orkestri” də çıxış etmişdir. Orkestrin Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət proqramı ilə çıxışı xüsusi bir coşquya səbəb olmuş və forum iştirakçılarının diqqətini cəlb etmişdir. “Gənclər Kamera Orkestri”nin bədii rəhbəri, gənc, istedadlı və artıq uğurlu karyerasında ilk addımlarını atmış dirijor Fuad İbrahimov olmuşdur. Qeyd edək ki, Fuad İbrahimov da ali təhsilini Almaniyanin nufüzlu universitetində uğurla başa vurmuş gənclərdəndir. Sözü gedən konsertdə digər istedadlı gənc vokalistlər, İtaliya, Roma şəhəri, Santa Çeçiliya adına opera studiyasının tələbəsi Azər Rza və Azərbaycan Opera və Balet Teatrının solisti Afaq Abbasova da uğurlu çıxışları ilə yadda qalmışdır. Bu gün ASAİF sıralarında gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, jurnalistlər, musiqiçilər və digər ixtisaslara malik bir çox peşəkar gənclər vardır. Dövlətin gələcəyinin parlaq təminatçıları kimi gəncliyimizin bu cür forumlarda uğurlu çıxışlarının davamını gözləmək inamı ilə. Hazırladı: Aytən Cahan, musiqişünas magistr II kurs


MƏZUNUMUZUN DAHA BİR UĞURU 6

Bakı Musiqi Akademiyasının magistr pilləsinin məzunu, Azərbaycan Dövlət Filarmoniyasında Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və Üns yaradıcılıq səhnəsinin solisti İlham Nəzərov may ayının 23-də Çex Respublikasının Janackovo Divadlo Opera Teatrında Benjamin Brittenin “A Midsummer Night’s Dream” operasında baş rolu, Oberon obrazını ifa edəcək. Operanın premyerası 2013-cü il martın 8-də keçirilmişdir. Baş rolu İlham Nəzərova həvalə edilən operanın premyerası çox uğurlu keçmişdir. Bu yaxınlarda İlham Nəzərov Vyana şəhərində məşhur Estoniyalı bəstəkar Avro Partın “Stabat Mater” əsərini ifa etdi, bu əsəri ilk dəfə 2012-ci ildə İtaliyanın Martina Franka şəhərində ifa etmişdi. 2012-ci ilin iyul ayında isə İtaliyada Dünya musiqi festivalları arasında möhtəşəmliyi ilə seçilən 38-ci “Della Valle D’itria” festivalında çıxış etmiş, Luigi Rossinin L’Orfeo operasında baş rolu Orfeo obrazını canlandırmışdır. İlham Nəzərov bu ilin yanvar ayında Roma Opera Teatrında Şostakoviçin “Burun” operasında Mayor obrazını canlandırmışdır. İlham Nəzərov Roma Opera Teatrında ilk ifa edən Azərbaycanlı opera ifaçısıdır. İlham Azərbaycan Dövlət Opera və Balet Teatrında işlədiyi müddətdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında - Nofəl, Ruggero Leonkavallonun “Təlxəklər” operasında - Silvio, Volfqanq Amadeus Mozartın “Sehirli Fleyta” operasında – Papageno, Giakomo Puççininin “Canni Skikki” operasında - Betto di Sinya, Sergey Raxmaninovun “Aleko” operasında - Aleko rolunu ifa

etmişdir. Həmçinin Heydər Əliyev adına Respublika sarayında Rikkardo Koççiantenin “Notre Dame De Paris” müziklında - Kvazimodo, Firəngiz Əlizadənin “İntizar” operasında Yad Adam obrazını canlandırmışdır. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə bir neçə ölkələrdə konsertlərdə çıxış etmişdir. Repertuarında İtalyan, Fransız, Alman, Rus, İngilis, Estonia, Azərbaycan bəstəkarlarının əsərləri yer alan İlham Nəzərov bir çox dünya şöhrətli opera ifaçılarından Alla Simoni, William Matteuzzi, Mariella Devia, Antonio Juvarra, Sonia Prina, Cristina Muti, Raina Kabaivanskaya, Franco Fagiolidən dərslər almış, Azərbaycanın görkəmli dirijorları ilə yanaşı Antonio Greco, Carlo Goldstein, Stefano Demicheli, Jacub Klecker, Alejo Perez kimi başqa ölkələrdən olan məşhur dirijorlarla tamaşa və konsertlərdə çıxış etmişdir. İlham Opera Teatrlarında iki səs tembri ilə ifa edir (Bariton və Kon-

trtenor). Respublikamızın kontrtenor səs tembri ilə opera tamaşaları oxuyan ilk və yeganə opera sənətçisidir. Artıq iki ildir ki, İlham D’Arte Lirica Akademiyasının və San Karlo Opera Teatrının direktoru, tanınmış musiqişünas, tənqidçi bir neçə dünya səviyyəli vokal konkurslarında juri heyətinin üzvü Vincenzo De Vivonun mənəvi dəstəyi ilə kontrtenor səs tembri üzrə təhsil alır. Qeyd edək ki, İlham Nəzərov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo şəhərində yerləşən D’Arte Lirica Akademiyasında təhsil alır. Biz də öz növbəmizdə İlham Nəzərova sənət nəaliyyətləri və daima Azər-baycan bayrağını uca tutmağı arzulayırıq.


təsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. Dəfələrlə beynəlxalq turnirlərdə mükafat qazanıb. 6 dəfə Azərbaycan çempionu olub. SSRİ fəxri idman ustası, beynəlxalq dərəcəli hakim, beynəlxalq dərəcəli fəxri idman ustası adlarını alıb. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi-nin üzvüdür. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AzərbaycanAvstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, AzərbaycanRusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Beynəlxalq Elmlər Akademiyasının və Yeni Azərbaycan Partiyasının üzvüdür. “Şöhrət” ordeni ilə təltif edilmişdir. Ağacan Abıyev ilk olaraq, tələbələrlə öz fikirlərini bölüşdü, musiqinin insan həyatında rolundan və təsirindən danışdı. Musiqinin ecazkar təsirindən əsrlər boyu müxtəlif elmi və ədəbi mənbələrdə bəhs edilmiş, musiqi və onun insan həyatında rolu mövzusu daima geniş miqyaslı diskussiyaların, müzakirələrin obyekti olmuşdur. Musiqi və sağlamlıq – bu anlayışlar bir-birinə çox yaxındır. Bu gün bir çox musiqiçilərin həyat və yaradıcılıqları ilə maraqlansaq görərik ki, onların çoxu nəinki musiqiçi eləcə də həkimdilər. Elələri də bu iki sahəni bərabərləşdirərək bu sahədə dərindən məşğul olub, həqiqətən də musiqi terapiyasıyla insanları müalicəyə çağırıblar. Musiqinin və digər səs informasi yasının insan orqanizminə fövqəladə təsiri var. Məlumdur ki, xüsusi seçilmiş musiqi insanın

əhval-ruhiyyəsinə təsir göstərmək qabiliyyətinə malikdir. Tədqiqatlar göstərir ki, akustik sensorlu dalğaların beyində fəallaşması insan orqanizminin dərmansız müalicəsinə effektiv təsir göstərir. Musiqinin insanda necə təəssüratlar yaratdığını və insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir. Amma biz özümüz də bunun şahidi ola bilərik. Məgər biz hansısa bir musiqini dinlədiyimiz vaxt hansısa bir hiss keçirmirikmi? Musiqi həqiqətən də canlı orqanizm üstündə güclü təsirə malikdir Əbəs yerə deməyiblər ki, musiqi ruha qidadır. Bir də deyirlər ki, gözəllik dünyanı xilas edəcək. Amma bura əlavə etmək olar ki, dünyanı gözəllik və həyat üçün incəsənət xilas edəcək. Bu yolda rəssamların, şairlərin, yazıçıların və musiqiçilərin əməyi böyükdür. Musiqi ruhun qidası, xəstəliklərin dərmanıdır. Klassik musiqilər xəstəlikləri müalicə edir, beyni, ürəyi rahatladır. Musiqilər hər bir insana görə müxtəlif təsir gücünə malikdilər. Kiminsə kefini qaldıracaq, kiməsə sakitlik, həzinlik... ən əsası budur ki, burda insan sakitləşəcək və hisslər də harmoniya təşkil edəcək. Bütün dünyanı və ürəkləri fəth edən musiqiçilərin əsərləri bu gün sağlamlığımız üçün də xeyirli bir vasitədir. Və bu da həmin dahi şəxsiyyətlərin dahiliyini bir daha sübut etmiş olur. Tədbir tələbələrin ifasında konsert proqramı ilə sona çatdı.

Hazırladı: Günel İsayeva, musiqişünas magistr II kurs

AĞACAN ABIYEVLƏ GÖRÜŞ KEÇİRİLDİ

2 aprel 2013-cü il tarixində Ü.Hacıbəyli adına BMA-nın Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Q.Qarayev adına Konfrans zalında Professor Ağacan Abıyevlə növbəti maraqlı görüşlərdən biri keçirildi. Bu dəfə ki, görüşün qonağı mövzusu ilə tələbələr arasında xüsusi maraq doğurdu. Mövzu musiqi ilə tibbin əlaqəsi, musiqinin insan orqanizminə təsir nəticələri ilə bağlı idi. Ağacan Qulam oğlu Abıyev 1937ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışıb. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Milli Olimpiya Komi-


Qara Qarayev V Beynəlxalq müasir musiqi festivalı

“Sənətçiləri gəmilərə bənzətmək olar: bəziləri geniş, ucu – bucağı görünməyən, fırtınalı və hər zaman yeniliyində belə sonsuz dənizdə üzməyi sevir, digərləri isə səssiz, sakit fırtınalardan və qorxulardan uzaq limanlarda lövbər salmağa can atırlar.” Qara Qarayev Qara Qarayev həyat yolu, yaradıcılığı, şəxsiyyəti ilə təkcə Azərbaycanda deyil, dünya musiqi mədəniyyətində özünəməxsus yer tutur. Azərbaycan üçün Qarayev təkmillik, kamillik rəmzidir. O, nəinki klassik və milli musi-qinin, həm də yeni cərəyanların, müasir yazı üsullarının bilicisi idi. Böyük istedadı və yorulmadan apardığı cəsarətli novatorluq axtarışları nəticəsində dahi bəstəkar musiqidə mövcud ənənələri daha da inkişaf etdirmiş və Azərbaycan musiqi janrlarının zənginləşdirilməsində böyük rol oynamışdır. Əvvəllər də mövcud olmuş janrlar Qarayev yaradıcılığında öz simasını dəyişmiş, bəzi janrlar isə milli musiqiyə ilk dəfə onun tərəfindən gətirilmişdir. Rus bəstəkarı R.Şedrin böyük novator haqqında belə demişdir : “O, üslubunu tapdı və musiqidə davamçıları olan öz məktəbini yaratdı. Dünya şöhrətli musiqiçi olsa da, yenə də Azərbaycan bəstəkarı olaraq qaldı”. Qarayevin yaradıcılıq mirası unikal olub hər bir dövrdə müasirdir. Təsadüfi deyil ki, başlanğıcını 1986-cı ildən götürən, Azərbaycan musiqi həyatında müasir musiqi bağlı ilə keçirilən festival məhz dahi şəxsiyyətin adı ilə bağlıdır. İlk üç festival 1986, 1988 və 1990-cı illərdə baş tutmuşdur. Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uzun zaman kəsiyindən sonra 2011-ci ildə yenidən keçirilmişdir. 2013-cü il 14-19 aprel tarixlərində beşinci dəfə baş tutan Qara Qarayev beynəlxalq müasir musiqi festivalı bütün müasir musiqisevərləri yenidən bir araya topladı. Festivalın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. Festivalın baş tutmasında həmçinin, Rusiyanın Mədəniyyət Nazirliyi, Hollandiyanın mədəniyyət fondları - Fonds Podiumkuns-ten və Gemeente Amsterdam, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri də yardımçı olmuşlar. Tədbirin əsas məqsədi artıq klassikaya çevrilmiş müasir musiqi ilə dinləyicini tanış etməkdir. Festival proqramı müasir musiqinin klassik simalarından Arnold Schönberg, Anton Webern, Ottorino Respigi, John Cage, Paul Hindemith, Dmitri Şostakoviç, Aleksandr Skryabin, Qara Qarayevlə yanaşı,

8

bu cərəyanın davamçılarından Fərəc Qarayev, Xəyyam Mirzəzadə, Elmir Mirzəyev, Cəlal Abbasov, John Adams, Sofia Qubaidullina, Luciano Berio, İsang Yun və digərlərinin yaradıcılıqlarını əhatə edirdi. Festival çərçivəsində müasir musiqi tarixində öz sözünü demiş bəstəkarların əsərləri dünya şöhrətli Questa musica (Rusiya), Accroche Note (Fransa) və Asko|Schönberg (Hollandiya), AVA Dance Copmany (Almaniya, İspaniya) kimi dünya şöhrətli musiqi kollektivlərinin ifasında Rauf Abdullayev, Reinbert de Leuuw , Vladimir Runçakın dirijorluğu ilə səsləndirildi. Festival günlərində “Qarayev ətrafında”, “Time, real and imaginary”, “Piano I”, “Avropa bu gün”, “Orqan +”, “İnteryerdə Portret”, “Piano II”, “Performans. Gecə Kabaresi”, “Piano III. Blues ətrafında”, “Üç dolanbac” başlıqları ilə təqdim olunan konsert proqramları dinləyiciləri mürəkkəb, eyni zamanda bir o qədər də cazibəli və maraqlı musiqi aləmi ilə tanış etdi. Gənc Tamaşaçılar Teatrının səhnəsində alman-ispan mənşəli AVA Dance Company və Bakı müasir musiqi kollektivi Con tempo təfərindən ukraynalı dirijor Vladimir Runçakın idarəsi altında ifa olunan müasirliyin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagel`in musiqisi əsasında Variété tamaşası festivalın ən maraqlı layihələri sırasında idi. Piano musiqisi proqramında Gülşən Ənnağıyevanın iştirakı ilə PİANO I – III Reich zamanının “Degenerativ musiqisi” (“Entartete Musik”) və SSRİ-də “mövcud olmayan” musiqi, pianoçular Aleksey Lubimov və İvan Sokolovun PİANO II, hollandiyalı pianoçu Marsel Vorms`un “Blues ətrafında” PİANO III konserti təqdim olundu. Eyni zamanda Marianna Visotskayanın bakılı musiqiçilərin iştirakı ilə “Orqan + ” konserti qeyri-standart ifa tərzi ilə olduqca maraqlı idi. Festivalın özəl cəhətlərindən biri musiqi tarixində postsovet məkanında səslənməyən, lakin müasir musiqinin qiymətli nümunələri kimi qiymətləndirilən Arnold Schönberg`in fortepiano və orkestr üçün konserti, D. Ligeti`nin “Lontano” və L.Berio`nun 8 səs və orkestr üçün simfoniyası ilk dəfə ifa olundu. Qara Qarayev Müasir Musiqi Festivalının musiqisevənlərin müasir musiqi ilə yaxından tanış və təmasda olmaları üçün rolu əvəzolunmazdır. Bu festival müasir musiqinin layiqli təmsilində ən qiymətli işdir. Hazırladı: Vəlizadə Şanə, musiqişünas III kurs


Azərbaycanda professional musiqinin banisi, eyni zamanda şifahi ənənəli Muğam irsimizin bu günədək qorunub saxlanılmasında böyük xidmətləri olmuş və xalqımızın hərtərəfli maariflənməsində müstəsna rol oynamış dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli, Şərqdə ilk operanın banisi olmaqla yanaşı, ilk operettanın da yaradıcısıdır. 1909-cu ildə librettosunu və musiqisini yazdığı “Ər və arvad” operettası ilə Üzeyir bəy Hacıbəyli bütün Şərqdə operetta janrının bünövrəsini qoydu və sonra daha iki əsər – “O olmasın, bu olsun” və “Arşın mal alan”ı qələmə alaraq səhnə üçün operetta trilogiyasını yaratdı. Üzeyir bəyin bütün əsərlərində olduğu kimi, “Ər və arvad”da da qadın azadlığı problemi qırmızı xəttlə keçir. Əsərin ailə-məişət məsələləri, müsəlman qadınlarının hüquqsuz vəziyyətinin təsviri əsasında qurulmuş süjet xətti çox sadə olsa da, düşündürücü və ibrətlidir. Burada müəllif sətiraltı deyimlərlə XX əsrin əvvəllərində cəmiyyətdə hökm sürən yalançı millətpərəstliyi, hər zaman Şərq ölkələrinin daxili işlərinə qarışan Avropa, xüsusilə çar Rusiyası hökümətinin siyasətini, xalqın dilinə yad olan qəzetləri və milli dildən uzaq düşən qəzetçiləri, eləcə də o dövrdə geniş yayılmış çoxarvadlılıq məsələlərini məharətlə ifşa etmişdir. “Ər və arvad” operettasının yazılması və tamaşaya hazırlanması ilə bağlı o zamankı dövri mətbuat səhifələrində tez-tez məlumat verilirdi. Üzeyir bəyin özünün 1909-cu ilin 25 dekabrından 1910-cu ilin 28 mayına qədər redaktor olduğu “Həqiqət” qəzetinin 21 mart 1910-cu il tarixli 61-ci sayında bu əsərlə bağlı ilk xəbər verilmişdi. “Qəzetlər həmçinin operettanın gözəl musiqisi olduğunu və orkestrdə Şərq və Qərb alətlərinin birgə səslənəcəyi barədə oxuculara məlumat verirdilər. “Ər və arvad” operettasında Üzeyir bəy böyük məharətlə “Laçın”, “Şur”, “Bayatı-kürd” və s. xalq mahnılarından, muğamlardan, rəqslərdən bəhrələnərək orkestr üçün gözəl musiqi yazmış, maraqlı xor nömrələri, ariya, duet, rəqslər yaratmışdır. Nəhayət, gözlənilən vaxt gəlib çatmışdı. 1910-cu il may ayının 24-də, həftənin bazar ertəsi, Üzeyir bəy Hacıbəylinin operetta janrında bəstələdiyi “Ər və arvad” adlı ilk əsərinin premyerası baş tutmuşdu. Bununla da Şərqin ilk operetta qaranquşu Azərbaycandan pərvazlanmışdı. Operettanın rejissoru müqtədir sənətkar Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir bəy özü idi. Üç pərdədən ibarət “Ər və arvad” əsərində o dövrün sayılıb-seçilən aktyorları iştirak edirdilər. Uzun zamandır səhnələrdən izləyə bilmədiyimiz bu operetta heç bir aktyorluq dərsi keçməmiş istedadlı tələbələr tərəfindən də məharətlə ifa olundu. Belə ki, Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə 16-19 aprel tarixlərində Bakıda ilk dəfə olaraq Üzeyir Hacıbəyli adına Tələbə Teatr Festivalı keçirilib. Layihənin keçirilməsində məqsəd dahi bəstəkarımızın mədəni irsinin təbliği və gənclərin maariflənməsi idi. Qeyd edək ki, 4 gün ərzində keçirilən bu festivalın 1-ci günü sırf Üzeyir bəyin seçilmiş səhnəcik və felyetonlarına həsr olunmuşdu. Bunların arasında “Şəhər işləri”,

9


“Məişətimizdən...” , “Moizə” , “Bir şvetsarlı ilə bir müsəlmanın söhbəti”, “Müəllimlərimizin keçmiş günlərindən”, “Politika komediyası”, “Ata və oğul”, “İbrət kitabı”, “Müalicə”, “Çoban” və başqaları nümayiş olundu. Festivalın açılış gününü uğurla başa vurmuş “Uvertyura” , “Rast” və “Feministlər” komandalarının çıxışı Akademiyanın müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılandı. Festivalın 2-ci günü BMA-nın nəzdində fəaliyyət göstərən Şövkət Məmmədova adına Opera studiyasının möhtəşəm konsert zalında baş tutdu. Giriş sözü BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadəyə verildi. Gəncliyimizin gələcəyinə böyük ümidlər bəsləyən Gülnaz xanım tələbələr tərəfindən irəli sürülmüş bu təşəbbüsün təqdirəlayiq olduğunu vurğuladı və Tələbə Gənclər Təşkilatına öz hədiyyələrini təqdim etdi. Daha sonra çıxış üçün səhnəyə ATGTİ-nin sədri Şahin İsmayılov dəvət olundu. Akademiyamızın bu tədbirində iştirak etməyindən böyük məmnunluq hissi duyduğunu bildirən Şahin bəy qeyd etdi ki, digər təhsil ocaqlarından fərqli olaraq, BMA tələbələrinin sayı xeyli az olsa da, məhz bu təşkilat fəaliyyətinə görə ölkənin ən qabaqcıl Tələbə Gənclər Təşkilatlarındandır. Son olaraq festivalın bədii rəhbəri Vüqar Hümbətov Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafındakı əvəzsiz rolundan danışdı və festivalın işinə uğurlar arzuladı. Ü.Hacıbəylinin “Ər və arvad” operettası ilə çıxış edən “Feministlər” komandası olduqca parlaq ifa nümayiş etdirdi. Maraqlı məqamlardan biri də o idi ki, tələbə-aktyor truppasını yalnız qızlar təşkil edirdi və onlar kişi obrazlarının da öhdəsindən məharətlə gəldilər. Festivalın 3-cü günündə xüsusi qonaqlardan biri Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov oldu. “Ər və arvad” musiqili komediyasının ərsəyə gəlməsində tələbələrə yaxından köməklik göstərən bəstəkar, bundan sonra da əlindən gələn dəstəyi əsirgəməməyə hazır olduğunu bildirdi. “Rast” komandasının göstərdiyi bu tamaşa dinamikliyi və rəngarəngliyi ilə seçilirdi. Tamaşaçıları düşündürərək güldürməyi bacaran tələbələr gələcəkdə də bu kimi layihələrdə iştirak etmək istədiklərini bildirdilər. Daha sonra tamaşaçılar “Uvertyura” komandasının təqdimatında Üzeyir bəyin “Arşın mal alan” operettasını izlədilər. Hər kəsin dilində əzbər olan bu musiqili komediya, tələbələrin ifasında da maraqla qarşılandı. Diqqətəlayiq məqamlardan biri də o idi ki, tamaşada Koreya vətəndaşı da iştirak edirdi. Əcnəbi tələbəmiz Jiun Roh Asya obrazı ilə özünəməxsus tərzdə yadda qaldı. Sonda səhnəyə Teatr Festivalının quruluşçu rejissoru, akademiyanın zərb alətləri kafedrasının tələbəsi, Mehran İsmayılzadə dəvət olundu. Gənc həmkarları ilə işləməkdən böyük zövq aldığını qeyd edən tələbəmiz, bütün iştirakçıları təbrik etdi. Festivalın ən həyəcanlı və bayram əhval-ruhiyyəli günü Aprel ayının 19-u Bakı Musiqi Akademiyasının böyük zalında baş tutan möhtəşəm bağlanış mərasimi oldu. İlk öncə komandaların bu günlər ərzində göstərdiyi tamaşaların fotolarından ibarət video çarx nümayiş etdirildi. Daha sonra Akademiyanın prorektorları Gülnaz Abdullazadə, Yeganə Axundova və ATGTİ-nin sədri Şahin İsmayılov öz çıxışlarında müsbət təəssüratlarını bildirməklə yanaşı, bu layihənin bədii rəhbəri, eyni zamanda BMA TGT-nin sədri Vüqar Hümbətovun əməyini də xüsusi qeyd etdilər. Festivalda fəal iştirak etmələrinə, o cümlədən uğurlu aktyorluq və aktrisalıq bacarıqlarına görə qiymətləndirilən tələbələrə fəxri fərman və hədiyyələr təqdim olundu. Şahin bəy tələbələrin təşəbbüskarlığını nəzərə alaraq, gələcəkdə həmin tamaşaların bölgələrdə də göstərilməsinin zəruriliyini vurğuladı. Tədbir Üzeyir Hacıbəylinin əsərlərindən ibarət kiçik konsert proqramı ilə yekunlaşdı.



TƏLƏBƏLƏRİMİZ POLŞADA 7 aprel 2013-cü il tarixində Avropanın sonbeşik ölkəsi olan Polşanın Łódź şəhərində Kiejstut Bacewicz adına XVIII beynəlxalq kamera musiqisi müsabiqəsi start götürərək ayın 15-nə qədər davam etdi. Müsabiqədə Polyak musiqiçilərlə yanaşı Latviya, Litva, Almaniya, Çexiya, Koreya, Yaponiya, Braziliya və başqa ölkələrin nümayəndələri çıxış edirdi. Bu siyahıda Azərbaycanın da adının olması çox sevindirici haldır. Avropada kifayət qədər nüfuza sahib olan bu müsabiqədə ölkəmizi Bakı Musiqi Akademiyasının tələbələri Aslanov Aslan (fortepiano-II kurs) və Mahmudbəyli Üzeyir (viola-IV kurs) təmsil edirdilər. 80 iştirakçının içindən cəmi 13 iştirakçının II tura keçməyə haqq qazandığı bu müsabiqədə, 12 nəfərdən ibarət münsiflər heyətinin qərarı ilə Aslanov Aslan və Mahmudbəyli Üzeyir bu uğura nail oldular. Onlar Łódź Musiqi Akademiyasının səhnəsində Paul Hindemitin viola və fortepiano üçün sonatası, Mixail Qlinkanın viola və fortepiano üçün sonatasını uğurla ifa edərək diplomla mükafatlandırıldılar. Tələbələrimiz həm münsiflər heyətinin, həm də dinləyicilərin dərin rəğbətini qazanmağı bacardılar. Belə ki, pianoçu Aslan Aslanova “klavişlərin sehrbazı”, “rəssam” kimi bənzətmələr qoşan münsiflər heyəti ilk turda ifa olunan Bramsın viola sonatasına isə bu müsabiqədə səslənən “Tək Sərbəst Brams” adını verdilər. Tələbələrin bu uğurunda Bakı Musiqi Akademiyasının dosenti, pianoçu Kəmalə Neymanovanın böyük rolu danılmazdır. Belə ki, dörd aydan artıq zamanda bir gün belə fasilə vermədən duetlə hər bir xırdalığın üzərində işləyən Kəmalə xanım onlarla möhtəşəm çıxış arasında öz tələbələrinin də uğurlu çıxışını görərək fərəh hissi keçirdi və bu müsabiqəyə “Kamera Musiqisi Cənnəti” adını verdi. Ümid edirik ki, tələbələrimizin belə uğurlu çıxışları dünya miqyasında davam edəcək və ölkəmizi, həmçinin Bakı Musiqi Akademiyasının adını zirvələrə yüksəldəcək.

12


FLEYTA HAQQINDA BİLMƏDİKLƏRİMİZ Qədim insan səs tonallıqılarını bir-birindən ayırmağı, hətta nizama salmağı bacarıb. İnsanlar Üst Paleolit dövürdən başlayaraq musiqi alətlərində ifa qaydasını öyrəniblər. Həmin dövrdə insanlar musiqi alətlərini daşdan, taxtadan, sümükdən düzəldir və müxtətlif üsullarla ayrı-ayrı səslər çıxarmağı öyrənirmişlər. Daşdan, sümükdən hazırlanmış fışdırıqlar, qamışdan düzəldilən tütəklər qədim insanın nəfəs alətidir. Fleyta da ən qədim nəfəs aləti sayılır. Misirlilər hələ 6 min il bundan əvvəl fleytanın nə olduğunu bilirdilər.Qədim Misirdə freskalar üzərində fleyta ifaçıları təsvir olunub. Rəvayətə görə fleytada 15 yaşa çatmamış qızlar ifa edirdilər. Fironların fikrincə fleyta ifaçıları Allaha yaxın olduğuna görə o qızları öz yanlarında oturdurdular. Fleytanın ən qədim növü fitdir. Min illər əvvəl fit borularında barmaq deşikləri kəsməyə tədricən başladılar. Arxeolojı qazıntılar nəticəsində tapılmış ən qədim fleyta 35-40 min il bundan əvvələ təsadüf edilir. Qədim zamanlarda fleytanı taxtadan düzəldirdilər. Lakin bəzi ölkələrdə Hindistanda, Yaponiyada fleytanı filin sümüyündən düzəldirdilər. Fleyta-(italyanca Flauto, latınca Flatus” külək meh”, almanca Flöte,ingiliscə Flute)taxta nəfəs aləti adlanır. Əvvəllər fleyta qamışdan düzəldilmiş bir neçə dəlik olan sadə borudan ibarət idi. O dövrdə fleytanı uzununa yəni şaquli istiqamətdə tutularaq çalınırdı. 17-ci əsrin sonlarından etibarən fransız ustası Otteter fleyta alətini təkmilləşdirir. Alətə yeni klapan əlavə etməklə xromatik qammaları ifa etmək mümkün olur. Texniki imkanların genişlənməsi ilə əlaqədar artıq şaquli alət ikinci plana keçir. 1832-1847-ci illər ərəfəsində almaniyalı fleyta ifaçısı Teobald Böm fleyta alətini tamamilə təkmilləşdirdi. Alətə yeni dəliklər klapanlar əlavə etdi. Bu klapanin köməyi ilə bütün dəlikləri bağlamaq mümkün oldu. Artıq bu alət taxtadan deyil, gümüşdən hazırlanmağa başlandı. Bununla da bütün orkestrlərdə fleyta öz əvəzsiz yerini tutdu. Bəstəkarlar fleytanı artıq ansamblarda deyil , həm də mükəmməl solo aləti kimi sınayaraq fortepiano və orkestr müşayiəti ilə çalınan əsərlər yazmağa başlamışlar. Bu əsərlər indiyədək hər bir fleyta ifaçısı üçün ifa borcudur. Müasir orkestrlərdə fleytanın bir neçə növündən istifadə olunur. Əsasən adi fleytadan istifadə olunsa da, əsərdən asılı olaraq pikkalo-fleyta, alt-fleyta, bas-fleyta da daxil oluna bilər. Bu alət ozunun registri , səs yüksəkliyi ilə fərqlənir. 1921-ci ildə Baki Musiqi Akademiyasının yaranması ilə Azərbaycanda ali musiqi təhsilinin əsası qoyuldu. İfaçılıq fakultələrindən biri də nəfəs və zərb alətləri kafedrası olub. Fleyta sinfini o dövrün professoru Ziberman Petr Naumoviç dərs demişdir. Sonralar bu kafedrada Respublikanın əməkdar artisti, professor Ələkbər İsgəndərov dərs deyib. İndi isə fleyta sinfinin müəllimi Azərbaycan xalq artisti, Dövlət Simfonik Orkestrin solisti, nəfəs və zərb alətləri kafedrasının professoru Müzəffər Ağamalızadədir. O da, öz növbəsində çox istedadlı ifaçılar yetişdirib. Onların çoxu beynəlxalq müsabiqələr laureatıdırlar və aparıcı orkestlərdə işləyirlər.

Hazırladı: Əliyeva Nərgiz, Fleyta magistr I kurs

13


ЮНЫЕ ТАЛАНТЫ Концертный зал Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли гостеприимно распахнул свои двери, встречая всех желающих окунуться в прек-расный мир музыки. Взволнованные лица преподавателей, как никогда ответственные дети, родители, множество гостей придавали событию особую торжественность. 28 февраля учащиеся средней специальной музыкальной школы-студии при БМА исполняли сложные музыкальные произведения на высоком профессиональном уровне. На концерте звучала музыка известных композиторов разных времен и стран: Вивальди, Баха, Гайдна, Шопена, Листа, Крейслера, Морлаки, Караева. Выступавшие юные солисты заслуживают того, чтобы назвать их имена: ученик 2 класса Гусейн Бадалбейли (класс доцента Медины Туаевой), ученица 4 класса Сария Мамедова (класс Наргиз Мансуровой), ученик 3 класса Эмиль Гусейнов (класс Нулуфяр Саламзаде), ученица 4 класса София Гусейн-Закир (класс Лалы Гусейновой) ,ученица 6 класса Захра Мамедова(класс Гюльнары Гулиевой), ученик 2 класса Салех Назиров (класс заслуженного артиста Андрея Сабаева), ученик 7 класса, лауреат республиканских конкурсов Байрам Тагизаде (класс Орхана Зейналлы), ученик 9 класса, лауреат республиканских и международных конкурсов Эльчин Алиев (класс доцента, заслуженного артиста Рафика Ахмедова), ученик 3 класса Наваи Байрамлы (класс заслуженного артиста Фуада Иманова), ученик 8 класса, лауреат республиканских конкурсов Джейхун Азизов (класс кандидата искусствоведения Саадат Саттаровой), ученик 9 класса, лауреат республиканских и международных конкурсов, президентский стипендиант Мурад Аббасов, лауреат республиканских и международных конкурсов, президентская стипендиантка Вюсаля Бабаева (класс Айши Алиевой). Отметим, что каждый из них привлек внимание слушателей. Нельзя не восхищаться их трудолюбием и преданностью высокому искусству. Во всех достижениях школы, в наборе замечательных талантливых учеников сыграл большую роль директор школыстудии, Заслуженный деятель искусств Азербайджана, доктор искусствоведения, профессор Тарлан Ашрафович Сеидов. Хочу от души поздравить уважаемого директора школы-студии и выразить глубокую благодарность опытному, мудрому, чуткому Тарлану Сеидову за его благородный труд, профессионализм, внимание к детям, а так же грамотный подбор преподавательского состава, создание атмосферы доброжелательности и творчества в среде педагогов, учащихся и роди телей. Я не просто поздравляю, но и благодарю ребят за их достижения. Мы верим в их дальнейшие успехи и надеемся, что юные виртуозы еще не раз порадуют нас своими талантами, прославят нашу школу своими успехами. Я с гордостью пишу эту статью, так как тоже являюсь выпускницей школы-студии и в настоящее время учусь на втором курсе Бакинской Музыкальной Академии имени Узеира Гаджибейли. Низкий поклон вам, мои дорогие учителя! А вы, ребята, догоняйте…

Hazırladı: Hüseyinli Ülkər, musiqişünas II kurs 14


UNUDULMAZ “MƏŞƏDİ” – ÖLMƏZ SƏNƏTKAR Azərbaycan teatrı tarixində silinməz izlər qoyan sənətkarlar arasında Əliağa Ağayevin müstəsna rolu vardır. Gənclik illərindən incəsənətə olan həvəs onu gələcək sənətinə addım-addım yaxınlaşdırırdı. Gələcəyin istedadlı aktyoru 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuduqdan iki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyir. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa, zavodun dram dərnəyinə yazılır. İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qara olmuşdur. Əliağa Ağayev 1930-cu illərin sonunda əvvəlki adı “Fəhlə Uşaqlar Teatrı” olan “Gənc Tamaşaçılar Teatrı”nın kollektivinə daxil olur. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında çıxmışdır. Qısa müddətdə fitri- istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılır. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradır. Müxtəlif rolları, xüsusən “O olmasın, bu olsun” bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunur. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır. İyirmi iki il Akademik teatrda işləyən sənətkar bu səhnədə Vasin (“Tanya” - Aleksey Arbuzov), Allanəzər (“Kimdir müqəssir?”-Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı (“Közərən ocaqlar”, “Kəndçi qızı” və “Yaxşı adam”- Mirzə İbrahimov), Birinci məzarçı, Stefano (“Hamlet” və “Fırtına”-Vilyam Şekspir), Keşiş Bazilo (“Bu qadın mənimdir”-Raymonda Juniyor), Tosun (“Səyavuş”-Hüseyn Cavid), Nəsir bəy, Aslan, Bərbərzadə, Kərəmov, (“Küləklər”, “Yalan”, “Xoşbəxtlər” və “Toy”-Sabit Rəhman), Vəzir (“Karıxmış Sultan”-Taufiq əl Hakimi), Hacı Əbdüləzim (“Dəli yığıncağı”-Cəlil Məmmədquluzadə) və b. rollarda çıxış edib. Əliağa Ağayev kinoda Məşədi İbaddan əlavə Xan (“Sehrli xalat”), Şıxəli (“Görüş”) kimi irihəcmli rollarla yanaşı, “Əhməd haradadır?” (Kassir), “Qanun naminə” (“Mehman”. Anbardar), “Bir məhəlləli iki oğlan” (Feyzi), “İstintaq davam edir” (Kişi) və digər filmlərdə yaddaqalan epizod surətlərə də çəkilib. Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır. 2013-cü ildə teatr və kino sənətinin görkəmli nümayəndəsi Əliağa İsmayıl oğlu Ağayevin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Həmişə populyar və sevilən aktyor olmuş Əliağa Ağayevin rol aldığı filmlərə indi də tamaşa edərkən onun istedadından, canlandırdığı obrazın təbiiliyindən zövq almamaq qeyri-mümkündür. Nə yaxşı ki, Azərbaycan Teatr sənətində Əliağa Ağayev kimi görkəmli şəxsiyyətlər olmuşdur! Onun yaratdığı, canlandırdığı nümunəvi rollar, obrazlar bu gün də öz təbiiliyi, gözəlliyi, canlılığı ilə insan qəlbinə birbaşa yol tapır.

Hazırladı: Əliyeva Nuray, musiqişünas III kurs

15


OQTAY RƏCƏBOVUN “ÇİNGİZ” SİMFONİYA – REKVİYEMİ Karvan gəlir, karvan gedir... İnsan gəlir, insan gedir. Aqşin Babayev. XX əsrin II yarısından öz yaradıcılıq yoluna başlamış Oqtay Məmmədağa oğlu Rəcəbov Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrindən biridir. Görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin məktəbinin davamçısıdır. Oqtay Rəcəbov balet janrı istisna olmaqla musiqinin bütün janrlarında qələmini sınamış, maraqlı əsərlər yaratmışdır. O, 6 simfoniya, “Çingiz” simfoniya-rekviyem, “Heydər” oratoriyası, kantata, iri həcmli vokal və instrumental əsərlər, 4 uşaq operası, çoxsaylı uşaq mahnıları, operettaların və kinofilmlərə yazılmış musiqinin müəllifidir. Oqtay Rəcəbovun xor, solistlər, qiraətçi və simfonik orkestr üçün yazılmış “Çingiz” simfoniya− rekviyemi Qarabağ hadisələrini işıqlandıran əsərlərdən biridir. Bu əsər 2009-cu ildə yazılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə ithaf olunmuşdur. Mətnin müəllifi yazıçıdramaturq, şair, A. Babayevdir. Əsərin ilk ifası Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi ərəfəsində keçirilən festivalda baş tutmuşdur. 17 noyabr 2009-cu ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə simfoniya − rekviyemin yalnız üç hissəsi (I, VII və VIII) dirijor E. Quliyevin rəhbərliyi altında ifa olunmuşdur. Qiraətçi − Azad Şükürov idi. Hər hissənin əvvəlində solo tar improvizasiyalar Azərbaycan Respublikasının xalq artisti, professor, tarzən R. Quliyev tərəfindən ifa olunmuşdur. 2011-ci ildə 29 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın 70 illik yubiley gecəsi keçirilmişdir. Çingiz Mustafayevin valideynləri də bu tədbirdə iştirak etmişdilər. Yubiley gecəsində O. Rəcəbovun “Çingiz” simfoniya−rekviyemi ilk dəfə tam şəkildə ifa olunmuşdur. Dirijor Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Azad Əliyev idi. Solistlər: S. Əsədova, Ə. İbrahimov, T. Ağasıyev. Simfoniya − rekviyem 8 hissədən ibarətdir:1.“Xocalıodiçində”;2.“Xocalıyagedirəm”;3.“BuÇingizinnəfəsidir”;4.“Çingizinanası,atasıvə Çingiz”; 5. “Karvan gəlir, karvan gedir...”; 6. “Ağlama xalqım, ağlama!”; 7. “Ümumxalq hüznü (xoral)”; 8. “Vətən ovladı Çingiz”. İkinci və üçüncü hissələr iri orkestr epizodları ilə seçilir. Bu epizodlarda düşmən istilası altında olan doğma torpaqlarımız, qoca, uşaq, qadın cəsədlərinin səpələndiyi dəhşətli şəkillər təsvir edilir, qorxunc, insanı həyəcana salan səhnələr bir-birini əvəzləyir. Baxmayaraq ki, simfoniya-rekviyemin kino musiqisi ilə əlaqəsi yoxdur, burada bir neçə “şəkil fraqmentlər” mövcuddur. Kadrların dəyişilməsi orkestr parçalarında eşidilir. Bu isə təsadüfi deyil. Burada çiynində kamera tutan, bütün o dəhşətli kadrların canlı şahidi olmuş və müxtəlif hadisələri lentə almış Çingizin obrazı açılıb.

Hazırladı: Əliyeva İlahə, musiqişünas, IV kurs 16


Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş konfrans

Fikrət Əmirov...Müəllifi olduğu bütün əsərləri ilk notlardan qəlbləri titrətməyə müvəffəq olmuş böyük bəstəkarımız... Biz çox xoşbəxt xalqıq ki, milli musiqi tariximizdə, mədəniyyətimizdə, həyatımızda belə bir bəstəkar var. O dahi bəstəkar olmaqla yanaşı, həm də böyük ictimai xadim, publisist, professional tar ifaçısı, bir sözlə universal insan idi. F.Əmirovun qələminin hər bir məhsulu sənətin sabahına nur saçan əsərlər kimi silinməz izlərlə musiqi sənətimizin tarixinə yazılıb. Bildiyimiz kimi, 2012-ci il noyabr ayında Ü.Hacıbəyli yolunun layiqli davamçısı olan F.Əmirovun 90 illik yubileyi böyük təntənə ilə şəhərimizdə qeyd olundu. Yubiley münasibəti ilə Respublikamızın Prezidenti İlham Əliyevin sərəncamı üzrə bir sıra tədbir və konsert proqramları həyata keçirildi və bu gün də keçirilməkdədir. Aprel ayının 19-u Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında ölməz sənətkarımızın yaradıcılığına həsr olunmuş konfrans baş tutdu. Tədbirdə nəinki musiqiçilər, hətta başqa sənət sahələrinin nümayəndələri də bəstəkar və onun yaradıcılığı haqqında fikirlərini bölüşdülər. Bu siyahıda yazıçı-publisist Əminə Tuncayın, Bakı Slavyan Universitetinin dosenti Leyla Əliyevanın, Kooperasiya Universitetinin baş müəllimi Gülnarə Qurbanovanın adları çəkilə bilər. Konfransı Bakı Musiqi Akademiyasının rektoru, professor F.Bədəlbəyli açdı. O, zala toplaşanlara bu işə əmək sərf etdikləri üçün minnətdarlığını bildirdikdən sonra dahi bəstəkarımızın həyat və yaradıclığına kiçik bir nəzər olaraq, onunla bağlı xatirələrini böyük məhəbbət hissi ilə qonaqlarla bölüşdü. Çıxışının sonunda Ulu Öndərimiz Heydər Əliyevlə dahi bəstəkarımız F.Əmirovun 90 illik yubileylərinin eyni vaxta təsadüf etməsini “ölkəmizin musiqi bayramı” kimi qeyd etdi. Tədbir bir sıra maraqlı məruzələr və musiqi nömrələrindən təşkil olunmuşdu. Konfransın ilk iştirakçılarından olan Azərbaycan Respublikasının xalq artisti, virtuoz tar ifaçısı, professor Ramiz Quliyev təbii ki, çıxışını sadəcə sözlə kifayətləndirə bilməzdi. O, F.Əmirovun “Mən səni araram” mahnısını fortepianonun müşayiətində səsləndirdi. Digər yaddaqalan ifalardan da danışaq. Azyaşlı Rəşid Behbudov-Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, yaşının az olmasına baxmayaraq, sanki ona verilmiş adın məsuliyyətinin fərqinə varırdı. O, F.Əmirovun “Ekspromt”unu ifa etdi və auditoriyanı heyrətləndirməyə müvəffəq oldu. BMA-nın caz fakultəsinin tələbəsi Elbəy Məmmədzadə ölməz sənətkarımızın geniş və çoxcəhətli yaradıcılıq irsinə müraciət edərək “Kor ərəbin mahnısı”nın mövzusu üzərində caz-improvizasiya etdi. Kompazisiyadan söz açarkən orta bölməsinin xüsusi təsiredici qüvvəsini qeyd etməmək olmaz. Burada caz və muğam improvizasiyalarının sintezini dinlədik. İfaçı özünəməxsus və çox maraqlı kompazisiyası ilə F.Əmirov yaradıcılığına məhəbbətini sübut etdi. G.Abdullazadə, Ü.İmanova, İ.Əfəndiyeva, T.Hacıyev, C.Mahmudova, X.Əhmədova və digər müəllim və professorlarımız isə öz məruzələrində F.Əmirovun yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq zalda toplaşanlara dəyərli məlumatlar verdilər.

Hazırladı: Xudiyeva Türkan, musiqişünas III kurs 17


Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər

SAHMAT

Yazi isi

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüs və təşkilatçılığı ilə Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri arasında Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Sərbəst Yazı işləri” müsabiqəsi keçirildi. Müsabiqədə 40-a yaxın tələbənin yazı işləri yer almaqda idi. İşlər professor və müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildi. Qeyd etmək lazımdır ki, yazı işi müsabiqəsi artıq 2 ildir ki, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutur. Qaliblərin mükafatlandırılması ümummilli lider Heydər Əliyevin yubileyi ərəfəsində planlaşdırılır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə 23-25 aprel 2013-cü il tarixində akademiya tələbələri arasında Şahmat yarışı keçirildi. Daha əvvəl futzal, voleybol, basketbol, dama və digər idman yarışları TGT tərəfindən akademiya tələbələri arasında keçirilmişdi. Şahmat yarışı isə ilk dəfə idi ki, tələbələr arasında keçirilirdi və yarışa maraq olduqca böyük idi. 3 gün davam edən çətin mübarizədə I yeri Elvin Quliyev və Eldar Babayev, II yeri Mirxalid Məmmədzadə, III yeri isə Fərhad Qarayusifli qazandılar. Qaliblər Heydər Əliyevin ad günü ərəfəsində mükafatlandırılacaqlar.


FUTZAL 27-28 aprel tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə akademiya tələbələri arasında futzal yarışı keçirildi. Artıq 3-cü dəfədir keçirilən tələbələr arası futzal yarışına maraq bu dəfə də böyük idi. 2 gün davam edən yarışda I yeri “Hədəf ” komandası qazandı. Qaliblərin Heydər Əliyevin yubileyi ərəfəsində mükafatlandırılacağı planlaşdırılır.


Redaksiya heyəti

Jalə Miriyeva Musiqişünas, IV kurs

Lalə Seyidova Musiqişünas, IV kurs

Leyla Muradzadə Xor dirijoru, magistr I kurs

Günel Nəsirova Musiqişünas, IV kurs

Aynur Hümbətova Xor dirijoru, magistr I kurs

Həmidə Mustafa Xor dirijoru, IV kurs

Elmira Süleymanova Fortepiano, magistr I kurs

Ofelya Firidunqızı Dizayner

Bu nömrədə yazırlar

Günel İsayeva Musiqişünas, magistr II kurs

Ülkər Hüseynli Musiqişünas, II kurs

İlahə Əliyeva

Musiqişünas, IV kurs

Nuray Əliyeva Musiqişünas, III kurs

Bizimlə əlaqə: Tel: (+994 12) 493 07 42 Facebook: Bakı Musiqi Akademiyası Twitter: twitter.com/BMATGT e-mail: bma.tgt@hotmail.com Elektron jurnalımız: www.issuu.com/bmatgt

Şanə Vəlizadə Musiqişünas, III kurs

Türkan Xudiyeva Musiqişünas, III kurs

Nərgiz Əliyeva Fleyta, magistr I kurs

Aytən Cəlilova Musiqişünas, magistr II kurs


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.