Xilas ədalətli cəmiyyət uğrunda ümümxalq hərəkatıdır “Öncə ədalətli, azad və demokratik Azərbaycan” prioritetliyi daxilində, sivil qaydalar çərçivəsində xalqın bütün təbəqələrin birləşməsi mümkündür Bu gün Azərbaycan cəmiyyəti iki hissəyə parçalanıb: bir tərəfdə İlham Əliyevin başçılıq etdiyi, ədalətin nə demək olduğunu unutmuş, sosialogiya elmində “dominant” adlandırılan hökmran bir qrup, digər tərəfdə isə ədalətsizliklə üz-üzə dayanan əzgin və faktiki hüquqsuz vəziyyətdə olan, şərti olaraq “əzilənlər” adlandırdığımız Xalq (Azərbaycan xalqı, çoxluq). Xalq əsasında ədalətsizliyin durduğu əlverişsiz mövqedən ədalətli və bərabər hüquqlu bir mövqeyə can atır. Belə situasiyanı latınlar emansipasiya adlandırıblar.
1. Dominantlar və əzilənlər Dominant qrup dövləti (hər iki mənada) inhisarına alıb, bütün institutsional hakimiyyət (parlament, hüquq mühafizə orqanları, məhkəmələr, ordu və s.) mövqeləri ələ keçirib, onlar vasitəsilə cəmiyyətə, onu nəzarətində saxlamaq üçün hər cür təsir etmə mexanizmlərinə malikdir. Cəmiyyətdə ədalətin rəsmən qiymətləndirilməsi və hüququn mühakiməsilə bağlı məsələlər onun inhisarındadır. Bu qrup Azərbaycan adından danışır, burada hökmran idealogiyanı, adi hüquq normalarından tutmuş bütövlükdə Azərbaycan cəmiyyətinin hansı tərəfə (məsələn, Avropa, yoxsa Avroasiya İttifaqına) üz tutmasını və hətta dövlətə aid olmayan məsələləri belə (məsələn, dinə münasibət, dini ayinlərin icrası və s.) müəyyən edir. Dominant qrup öz xeyirlərinə olan mövcüd situasiyanı hər vasitə ilə saxlamağa çalışır, buna dövlətin bütün resurslarını cəlb edib. Qrup özü üçün müstəsna səlahiyyətləri normativləşdirib. Qrupun dominantlığı zaman baxımından uzandıqca onun təlabatlarının dairəsi dayanmadan genişlənir. O, Xalqdan fərqlənir. Onun üçün ənənəvi toy və yas adətləri xüsusi çalarlar kəsb edir və hətta qrupa mənsub olan fərdlərin mükafatlandırılması və çıxılmaz vəziyyətlərdə onların mühakiməsi ümumqəbul edilən hüquq normalarından kənara çıxır və s. və i.a. Sanki dominant qrupla Xalq eyni yurisdiksiya altında deyil, eyni məkanda fərqli yurisdiksiyalar altında yaşayır... Digər tərəfdə dayanan Xalq (əzilənlər) küncə sıxışdırılıb, yəni marginallaşdırılıb. Onun cəmiyyətdə ədalətin məzmununa hər hansı formada təsiretmə gücü yoxdur. Xalq elə bir dairəyə salınıb ki, onun formal institutlara (məsələn, parlamentə və digər seçkili orqanlara) girişi yoxdur və o, sıxışdırılıb salınan küncdən çıxmaq üçün lazım olan heç bir hakimiyyət rıçaqlarına və hakimiyyət mənsublarına – dominant qrupa təsiretmə imkanına malik deyil. Eramızdan əvvəl V-III əsrlərdə Qədim Romada patrisilərlə plebeylər arasındakı münasibətlər belə situasiyalar üçün klassik misal hesab edilir. Tarixin oxşar situasiyalar üçün ümumi qanunauyğunluğu belədir ki, Xalq günlərin bir günündə dominant qrup tərəfindən özünə qarşı ədalətsiz münasibəti dərk edir və bu vəziyyətdən çıxış yolu axtarmağa başlayır. Fərdlərin və qrurpların cəmiyyətdə rolunu öyrənən sosialogiya elmi