Cəmiyyətimizin vətəndaşlıq problemi Dövlət və vətəndaş arasında münasibəti obrazlı olaraq belə ifadə etmək olar: Əgər dövlət bir saraydırsa, hər bir vətəndaş həmin sarayın bir kərpicidir. Kərpiclərsiz saray olmadığı kimi vətəndaşlarsız da dövlət mövcüd ola bilməz. Düşünürəm ki, Azərbaycan cəmiyyəti üçün problemli məsələlərdən biri dövlət və vətəndaş mövzusula bağlı marifləndirmə işidir. Yumşaq desək Azərbaycanda “Vətəndaşlıq” institutunun bəxti gətirməyib. Belə ki, rəsmi dövlət qrumları ölkədə qüvvədə olan Konstitusiya və qanunlar çərçivəsində fəal, fəaliyyətinin proqnozlaşdırılması çətin olan, “ipə-sapa yatmayan” vətəndaşın mövcüd olmasında maraqlı deyil, onun hər hansı formada cücərməsinə isə aqressiv yanaşır və ilk imkandaca onu kökündən, hətta əxlaqa və mənəviyyata sığmayan formada məhv etməyə səy göstərir. Bu səbəbdən cəmiyyətimiz fəal vətəndaş yetişdirmə problemilə üz-üzədir. Normal cəmiyyətlərdə hökümət səlahiyyətinə daxil olan məsələlərlə bağlı vətəndaşlarla dialoqa səy göstərir, onlara hesabat verir, bu və ya digər xüsusatla bağlı vətəndaşın mövqeyini öyrənməyə çalışır, hətta onların fəallaşdırlıması üçün müxtəlif lahiyələr həyata keçirir. Əgər hər hansı problemlə bağlı hökümətə siqnal daxil olursa, reaksiya olaraq dərhal aidiyyəti vətəndaş cəmiyyəti qrumları vasitəsilə vətəndaşlar məlumatlandırılır və sözü gedən problemin həllilə bağlı onların mövqeyi öyrənilir və bu istiqamətdə vətəndaş stimullaşdırılır. Necə deyərlər hökümət vətəndaşı dəvət edir, onda motivasiya yaratmağa cəhd edir və problemin həlli üçün onları birləşdirir. Bunun üçün hətta hazırda Avropa dövlətlərinin əksəriyyətində məktəblərdə fəal vətəndaş formalaşdırmaqla bağlı xüsusi fənn tədris edilir. Fəal fətəndaş formalaşdırma işi Azərbaycan kimi avtoritar ölkələrdə bir drama hesab edilir. Ona görə də bizim üçün belə məsələlər arzu olaraq qalır və yaxın prespektivdə dövlətimizin bu prinsiplərlə idarə olunmasına keçidə ümidlər üfüqdə belə görsənmir. Amma bu heç də cəmiyyətimizin passiv qalmasına haqq qazandıra bilməz və indiki şəraitdə bu istiqamətdə olan bir sıra işləri müxalif siyasi partiyalar, müxtəlif vətəndaş cəmiyyəti strukturları və ayrıayrı fəal vətəndaşlar öz üzərinə götürməyə borcludur. Fəal vətəndaşlıq hər bir vətəndaşın yaşadığı mühitdən başlayaraq, ətrafında cərəyan edən və cəmiyyətin mənafeyinə uyğun olan işlərdə onun iştirakını şərtləndirir. Bu zaman publik debatlarda, siyasi proseslərdə və demokratik institutların işində iştirak vacib tələbdir. Dünyanın aparıcı sosioloqları iddia edirlər ki, bu növ işlərədə vətəndaşın iştirak etmədiyi və onun küncə sıxıldığı və ya sıxışdırıldığı (marginallaşdığı) cəmiyyətlərdə hansısa norma, dəyər və əxlaqın inkişafından söhbət gedə bilməz. Əlbəttə fəal vətəndaşlıq fərddən müəyyən keyfiyyətlərin daşıyıcısı olmasını tələb edir. Bu bir tərəfdən fikrini ifadə etmək, kifayətedici biliyə malik olmaq və siyasi proseslərdən baş çıxarmaq ilə bağlıdırsa, digər tərəfdən inandırma, qulaq asma, compramissə getmə bacarığı ilə şərtlənir. Fəal vətəndaşlıq etmək üçün hər bir fərdin “vətəndaşlıq” statusunun məzmunu ilə bağlı bəzi bilgilərə malik olması da şərtdir. Belə statusun məzmununa aşağıdakı aspektlər daxildir: 1) hüquqi aspekt: bu özündə bütün vətəndaşların, onların malik olduğu hüquqlar və daşıdığı vəzifələrlə bağlı, qanun qarşısında bərabər olmasını ehtiva edir. Hüquqi aspekt qanunlarla elan edilən hüquqlara münasibətdə bütün vətəndaşlara bərabər imkanlar vəd edir. Təhsil