Ataxan ƏBİLOV. Demokratiya nədir?

Page 1

Demokratiya nədir? Demokratiya dərsləri silsiləsindən Son günlər “demokratiya” ilə bağlı etdiyim mütaliədən gələn bəzi mətləbləri dostlarımla bölüşmək istəyirəm. Tarixən “xalq hakimiyyəti” mənasında meydana gələn bu nəsnə özünün klassik məzmunundan çoxdan çıxıb. Bu gün demokratiyaya bir yaşam tərzi kimi baxırlar. Bu mənada demokratiyanın makro, meso və mikro səviyyədə təzahür formalarını fərqləndirmək lazımdır.

Makro səviyyə dövlət idarəçiliyi və daha geniş mənada dünya idarəçiliyi ilə bağlıdır. Çox vaxt demokratiyadan məhz bu dairədə baş verən fenomen kimi söhbət açılır. Bu (dövlət) səviyyədə demokratiya aşağıdakı 8 əlamətə cavab verməlidir: 1) Xalqın təmsilçiliyi, yəni dövlətin xalq tərəfindən seçilən şəxslər tərəfindən təmsil olunması. Xüsusən parlamentin birbaşa xalq tərəfindən seçilməsi, respublika üsulidarəçilində isə həm də dövlət başçısının seçkili olması; 2) Azad, gizli və həqiqi seçkilərin olması. Bunun üçün seçkinin hansısa formada saxtalaşdırılmasıyla bağlı bütün şübhələrin aradan qaldırılması; 3) Hakimiyyət bölgüsünün olması. Hakimiyyətin üç qolu (qanunverici, icraedici və məhkəmə) elə təşkil olunmalıdır ki, hansısa ailə, klan, qrup hakimiyyətin çox hissəsinin ələ keçirməsinə nail olmasın; 4) Hər bir vətəndaş üçün siyasətdə iştirakla bağlı bərabər start vəziyyətin mövcüdluğu. Hər bir vətəndaş bərabər hüquqlara malik olmalı və eyni vəzifələr daşımalıdır. Vətəndaşları “ağlara və qaralara” bölmək yolverilməzdir. Hər bir vətəndaş eyni şəkildə qiymətləndirilməlidir. 5) Əsas Qanunun (Konstitusiyayanın) mövcüdluğu. Konstitusiya, dövlətin qoşulduğu beynəlxlaq müqavilələr, Konstitusiya uyğun qəbul edilən qanunlar birgəyaşayışa forma verir. Qanunlar və müqavilələr parlament vasitəsilə demokratik formada müzakirə edilməklə qəbul edilir; 6) Vətəndaşların malik olduğu azadlıqların qorunma imkanı. Bunun təminatı müstəqil məhkəmələrin olmasından keçir; 7) Vətəndaş cəmiyyəti institutların olması. Dövlətdən asılı olmayan bu institutlar (qeyrihökümət təşkilatları) hökümətlə vətəndaş arasında bufer rolunu oynayır; 8) Azad mətbuat. Onlar vasitəsilə hər bir fərd siyasi həyatın və cəmiyyətin digər sferalarıla bağlı məlumatları almaqda bərabər imkanlar qazanmalıdır. Radio, televiziya, interner, qəzetlər bu imkanın realizəsi üçün vasitə olmalıdır. Demokratiya azad mətbuat olmadan təsəvvür edilməzdir.

Meso səviyyə hər bir şəxsin fəaliyyət göstərdiyi sferadır. Qonşular, işlədiyin yerdə təmaslar, fəaliyyət göstərdiyin təşkilat və digər gündəlik əlaqədə olduğun dairə meso səviyyə hesab 1


edilir. Bu səviyyədə iştirakçılar çox vaxt dövlətin müdaxiləsi olmadan, özləri davranış və birbirilə yola getmə normalarını və ona riayət etmə şərtlərini müəyyən edir.

Mikro səviyyə isə fərd olaraq konkret bir şəxslə bağlıdır. Fərdin düşüncə tərzi və onun ifadəsi (belə ifadə səmimi və maskalanmış formalarda ola bilər), daşıdığı dəyərlər və prinsiplər, onlara sədaqət və s. bu kimi məsələlər bu zaman müzakirə predmeti olur. Hər bir fərd özünün nəyə qadir olduğunu (o cümlədən demokratik dəyərlərə münasibətdə) hamıdan daha yaxşı bilir. Hər üç səviyyədə olan ab-havanın necəliyi birbaşa demokratiyaya münasibətdən asılıdır. Məsələnin belə qoyuluşu demokratiya uğrunda mübarizə aparan dairələr üçün (o cümlədən Azərbaycanda) öz üzərində işləmək baxımından əhəmiyyət kəsb edir. Totalitar və ya avtoritar rejimli ölkələrdə demokratik dairələrin uzun müddət qalib gələ bilməməsi mikro və meso səviyyədə “demokratiya” ilə bağlı işlərin düz qurula bilməməsilə sıx bağlıdır. Məludur ki, bir anlayış olaraq “demokratiya”dan geninə-boluna istifadə edilir. Ən zülmkar rejimlər, ən qanlı diktatorlar belə özlərinə “demokrat” deməkdən zövq alırlar. Xüsusilə avtoritar rejimli ölkələrdə əhali bu sözün saxtakarcasına istismarından bezir, çox vaxt onu eşitmək belə istəmirlər. Məhz belə rejimlərdə özünü demokratik müxalifət hesab edən qüvvələrin üzərinə bu sözün səmimiyyətlə deyilməsinə və işlədilməsinə insanları inandırmaqdan dolayı ciddi iş düşür. Meso səviyyə hesab olunan bu dairə demokratik norma və prinsiplərlə, ətrafdakılar üçün cəlbedici formada, səmimi yola getməlidirlər. Avtoritar idarəçiliyə malik olan rejimlərin və yaxud anti-demokratik ideoloqiyaya dayanan siyasi partiyaların demokratik dəyərlərdən danışması absurd kimi görünür. Meso səviyyənin özünün də mikro səviyyədən, yəni orda yığışan fərdlərin dünya görüşü və baş verənlərə münasibətindən asılı olduğunu mətləbə qatsaq, demokratik dəyərlərə sadiqliyini elan edən qüvvələrin nədən uzun müddət müvəffəqiyyət qazanmamalarına bir daha işıq düşəcəkdir. Deyilənlərin Azərbaycan siyasi mühitinə də aidiyyəti birbaşadır. “Demokratiya” ilə bağlı digər mühüm mıqamlardan biri də onun məqsəd, yoxsa vasitə olmasının ayırd edilməsilə bağlıdır. “Demokratiya” heç bir vaxt “məqsəd”lə bağlanmamalıdır. Nə mənada? “Məqsəd” gələcəyə işarədir. Fikir versək bütün avtoritar rejimlər “demokratiya”dan “məqsəd” kimi danışırlar. Azərbaycandakı rejim mənsubları da “demokratiya”dan danışanda onun gələcəklə bağlayırlar və israrla Azərbaycanın hazırda “demokratiya”ya hazır olmadığını vurğulayırlar. Məsələnin belə qoyuluşu düz ola bilməz. Ona görə ki, “demokratiya” “məqsəd”i deyil “vasitə”ni ifadə edir. Demokratiya bir vasitə olaraq idarəçiliyin, idarəetmənin, insanlarla yola getmənin bir metodudur. Demokratiya bu günlə bağlı olduqda realdır, o “indi”də təcəssümünü tapmalıdır. Digər bütün gəlişmələr illuziyadır, söz yığınıdır, baş aldatmaqdır. Müasir dünyamızda “demokratiya” tək idarə etmə vasitəsi deyil. İnsanların həyat səviyyəsi, həyat tərzi, cəmiyyətdə cinayətkarlığın durumu, hətta dünyada baş verə biləcək müharibələr belə bu gün “demokratiyanın” mövcüdlüğundan asılıdır. Demokratik cəmiyyətlərdə heç bir vaxt insan acından ölməz, ədalətsizlik ayaq tutub yeriməz, dövlət strukturlarında oturuşmuş 2


cinayətkarlıq hökm sürməz, dövlət başçısı mafiya başçısı kimi xarakterizə olunmaz… və ən nəhayət müharibələr baş verməz. Bunların hamısı real demokratik cəmiyyətlər üçün istisnadır. Hamıya demokratiya arzusuyla…

Ataxan ƏBİLOV Niderland, Haaqa 14 aprel 2017

3


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.