Ataxan ƏBİLOV. Beynəlxalq cinayət məhkəməsi və insan haqları düşmənlərinin təqibi

Page 1

Beynəlxalq Cinayət Məhkəməsi və insan haqları düşmənlərinin təqibi Məlumdur ki, insan haqları beynəlxlaq əməkdaşlığın predmetidir. Onun çərçivəsilə bağlı ümumqəbul edilmiş beynəlxlaq standartlar mövcüddür. Müasir beynəlxlaq hüquq nəinki beynəlxlaq səviyyədə insan haqlarıla bağlı standartları müəyyən edir, həm də onun səmərəli müdafiəsiylə bağlı mexanizmlər üzərində düşünür. Beynəlxalq hüquq yaradıcıları olan dövlətlər bir qayda olaraq ayrı-ayrı fərdlərə (individlərə) hansısa məsələdə beynəlxlaq hüququn subyekti statusu verməyə yumşaq desək çəkinir və bunu bir qayda olaraq özlərinin suverenliklərinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Amma düşünürəm ki, bu məsələdə şəxsi hakimiyyətlərinə maneə yaratmamaq istəyinin çəkisi xüsüsən anti-demokratik dövlətlər üçün daha ağırdır. Hazırda universal və regional səviyyədə insan haqlarının müxtəlif müdafiə mexanizmləri mövcüddür. Universal səviyyədə bu işlərlə BMT məşğul olur. 1993-cü ildə fəaliyyətə başlayan BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı, Mülki və siyasi hüquqlar haqqında BMT Paktı çərçivəsində fəaliyyət göstərən İnsan haqqları Komissiyası (analoji orqanlar insan haqlarıyla bağlı digər BMT Konvensiyaları çərçivəsində də mövcüddür), 2006-cı ildə BMT Baş Məclisi tərəfindən əsası qoyulan İnsan Haqları Şurası və s. mexanizmlər bu qəbildəndir. Təəssüf ki, onların heç birini hələ ki, birbaşa təsir etmə gücünə malik olan səmərəli mexanizm adlandırmaq mümkün deyil. Ümumiyyətlə hazırda ən səmərəli mexanizm kimi regional səviyyədə fəaliyyət göstərən, 1950-ci il İnsan haqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının müdafiə mexanizmi hesab edilən Avropa İnsan Haqları Məhkəməsidir ki, onun da səmərəlilik baxımından çox ciddi təkamülə ehtiyacı vardır. Ümümən bu növ müdafiə mexanizmlərin 65 illik inkşaf tarixinə nəzər yetirsək prosesdə onların ilbəil təkmilləşmə tendensiyasını da görməmək mümkün deyil. Bu baxımından nicbətən cavan olan Beynəlxlaq Cinayət Məhkəmə (BCM) mexanizmi diqqəti çəkməyə bilməz. Biz bu qısa informativ və bir azda analiz xarakteri daşıyan yazımızda BCM mexanizmi barədə ümumi məlumat və əsasən də bu mexanizm vasitəsilə insan haqları düşmənlərinin təqibinin mümkünlüyünü araşdıracağıq. Bir az tarix. BCM – bu qurum 2002-ci ildən qərərgahı Haaqa şəhərində olmaqla daimi fəaliyyət göstərir. Beynəlxlaq səviyyədə belə bir qurumun yaradılması ideyası ikinci dünya müharibəsindən dərhal sonra meydana gəlmişdir. Hələ 1948-ci ildə Beynəlxlaq Hüquq Kommissiyası BMT-dən beynəlxalq cinayət məhkəmə qurumu yaradılmasıya bağlı tapşırıq alsa da, bu istiqamətdə işlər müxtəılif səbəblər üzündən yalnız 50 ildən sonra yekünlaşa bilmiş və 1998-ci ildə Romada Beynəlxlaq Cinayət Məhkəmə Statunun imzalanması baş tutmuşdur. Deməli BCM-nin fəaliyyətinin hüquqi əsası qeyd edilən beynəlxlaq müqavilə Statutdur. BCM-ni tez-tez əvvəllər fəaliyyət göstərmiş Nurenberg, Tokio, keşmiş Yuqoslaviya və Ruanda tribunallarıla müqayisə edilir.


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.