Ataxan ƏBİLOV. Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan

Page 60

5) Məhkəmə aparatının (Dəftərxana) rəhbərini (Qrefye və ya qeydiyyatçı) və onun müavinlərini seçir; 6) Sədr və ya hakimlər tərəfindən Plenar İclasda baxılması üçün təklif edilən digər məsələləri həll edir. SEKSİYA Konvensiyanın 26-cı maddəsinin "b" bəndinə əsasən Plenar İclasda yaradılır. Düzdür, Konvensiya "Seksiya" anlayışını tanımır, lakin Məhkəmənin Reqlamenti Seksiyaya palatanın bir forması kimi anlayış verir. Bu mənada Reqlamentlə Konvensiya arasında müəyyən uyğunsuzluq axtarmaq məntiqə uyğun deyil. Qeyd edilən normada da göstərilir ki, Plenar İclas Palatalar təsis edir. Palataları bir-birindən fərqləndirmək məqsədilə də Reqlamentdə "Seksiya" anlayışından istifadə edilmişdir. Reqlamentin 25-ci maddəsinə görə, Məhkəmə ən azı dörd seksiyadan ibərət olmalıdır. Hər bir hakim seksiyalardan birinin üzvü olmalıdır. Seksiyalar hakimlərin coğrafi ərazi və cinsi mənsubiyyəti, o cümlədən, iştirakçı dövlətlərin hüquq sistemlərinin müxtəlifliyi meyarları nəzərə alınmaqla təşkil edilir. Seksiya tam tərkibdə heç bir funksional səlahiyyət həyata keçirmir. Onun tərkibindən konkret işlərə baxmaq üçün Palatalar yaradılır. BÖYÜK PALATA 17 hakimdən və üç ehtiyat hakimdən ibarətdir. Bu qurum Məhkəmənin tərkibində işlərə baxılmasının yüksək instansiyası hesab edilir. Böyük Palatanın tərkibinə Məhkəmənin Sədri, Sədrin müavinləri və seksiyaların sədrləri ex-officio olaraq daxil edilir. Konvensiyanın 43-cü maddəsinə müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun iclasında işə ilkin baxan Palatanın sədri və işdə tərəf olan müvafiq dövlətin hakimi istisna olmaqla, həmin Palatanın hakimlərindən heç biri iştirak etməməlidir. Böyük Palata konkret hallardan asılı olaraq mühüm əhəmiyyətli və mürəkkəb işlərə baxır. Məhkəmənin ilkin instansiyası hesab edilən Adi Palata əgər müəyyən etsə ki, onun icraatında olan iş Konvensiyanın və ya onun Protokollarının şərhinə dair ciddi məsələlərə toxunur, yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilər, onda o, tərəflərdən heç biri buna etiraz etmədikdə, öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər. Bu zaman Böyük Palatanın xeyrinə yurisdiksiya güzəşti haqqında qərarın əsaslandırılması tələb olunmur. Bundan başqa, Konvensiyanın 43-cü maddəsinə görə: "Palata qərar çıxdıqdan sonrakı üç ay ərzində, iş üzrə istənilən tərəf müstəsna hallarda işin Böyük Palataya verilməsini tələb edə bilər". Belə halda Böyük Palata Məhkəmənin ikinci instansiyası kimi çıxış edir. Reqlamentin 73-cü maddəsində Konvensiyanın qeyd edilən normasının ardı olaraq göstərilir ki, bu zaman tərəflər Böyük Palata tərəfindən işin baxılmasına əsas ola biləcək Konvensiyanın və ona əlavə edilən Protokolların təfsiri və ya tətbiqinə toxunan, və ya mühüm əhəmiyyət kəsb edən digər ümumi xarakterli ciddi məsələni göstərməlidirlər. Tərəflərin belə müraciətlərinin tələb olunan meyarlara cavab verilməsini yoxlamaqdan ötrü Böyük Palatanın nəzdində beş hakimdən ibarət KOMİTƏ fəaliyyət göstərir. Komitənin tərkibinə Məhkəmənin Sədri və işə baxan Palatanın daxil olduğu seksiya istisna olmaqla seksiyaların sədrləri və ya onların müavinləri daxildir. Onlardan başqa bura növbə ilə Palatada işin baxılmasında iştirak etməyən bir əlavə hakim də daxil edilir. Mübahisədə tərəf olan dövlətdən seçilən və ya onun vətəndaşı olan hakim göstərilən Komitənin üzvü ola bilməz. PALATALAR Məhkəmənin konkret işə baxan və mahiyyəti üzrə qərar çıxaran strukturudur. Palatalar hər biri yeddi hakimdən ibərət olaraq seksiyalarda təşkil edilir. Hər bir iş üzrə Palatanın tərkibinə


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.