Novruzəli Məmmədovun və onun ailəsinin məhf edilməsinin qısa xronikası 17 avqust Novruzəli Məmmədovun xatirə günüdür
Məzmun 1. Novruzəli Məmmədov kim idi? 2. Həbs və istintaq 3. Məhkəmə 4. Həbsxanada 5. Novruzəli Məmmədovun vəfatı 6. Böyük oğul Kamran Məmmədovun ölümü 7. Kiçik oğul Emil Məmmədovun ölümü 8. Novruzəli Məmmədovun həbsi kimə və nəyə görə lazım idi? 9. Novruzəli Məmmədovun ölümündə əli olan məmurların siyahısı 10. Mənbələr
1. Novruzəli Məmmədov kim idi? Məmmədov Novruzəli Xanməmməd oğlu 10 mart 1942-ci ildə o vaxtkı Azərbaycan SSR, Astara rayonu, Ərçivan kəndində anadan olub. O, orta təhsilini doğulduğu kənddə aldıqdan sonra Azərbaycan Xarici Dillər Universitetində ingilis filaloqiyası fakültəsini bitirmiş, dilçilik üzrə alimlik disertasiyası müdafiə etmişdi. Novruzəli Məmmədov 2 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası (AR) Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilmiş, 17 avqust 2009-cu il tarixində Bakı həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdir. Həbs olunan vaxtı o, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEM) Dilçilik institutunun Roman-Qerman dilləri elmi-tədris sektorunun müdiri, "Tolışi Sədo” qəzetinin baş redaktoru, Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini idi.
2. Həbs və istintaq 02 fevral 2007-ci il tarixdə Novruzəli Məmmədov səbəbi izah edilmədən MTN-nə aparıldı və orada heç bir protokol tərtib edilmədən fasiləsiz olaraq 24 saat 2004-cü ildə İranda keçirilmiş elmi konfrans barəsində sorğu-sual edilərək, ac-susuz saxlanıldı və döyüldü. Bu müddət ərzində o, sağ əlinin üstündən və sol çiyin nahiyəsindən xəsarətlər aldı. 03 fevral 2007-ci il tarixdə, saat 16 radələrində Novruzəli Məmmədov MTN-nin əməkdaşlarının maşınında Elmlər Akademiyasının qarşısına gətirildi, və dərhal da polis