1 minute read

FINDIĞIN QABIQDAN ÇIXARILMASI VƏ KALİBRƏ GÖRƏ ÇEŞİDLƏNMƏSİ

Qabıqlı fındıq standart diametrli (artan diametrli dəlikləri olan, məsələn 17-18-19-20 mm, şəkil 5.1.), fırlanan və dəlikli silindrlə təchiz edilmiş xüsusi kalibr avadanlıqlarının (ölçü xəlbirlərinin) vasitəsilə çeşidlənir. Bundan sonra eyni kalibrli mal partiyaları fındıqqıran maşınlara göndərilir. Fındıqqıran maşınların fırlanan və sabit rolikləri fındığın ölçüsünə uyğun məsafədə tənzimlənir.

Beləliklə, qabıqdan çıxmış ləpələr ventilyasiya sistemi, ekran və akustik-rezonans maşınların vasitəsilə qırıq ləpələrdən, qabıqdan və digər bərk çirk kütləsindən təmizlənir. Akustik-rezonans çeşidləmə maşınları yad cisimləri aşkarlayan detektorlarla təchiz edilir. Bu detektorlar bütöv ləpələrdən gələn rezonans tezliyini digər cisimlərdən, məsələn qabıqdan tam, yaxud yarımçıq çıxmış ləpələrdən, qabıqlardan, daşlardan, şüşə və metal parçalarından fərqləndirərək tanıyır.

Advertisement

*Fondazione Edmund Mach-IASMA: 14 aylıq saxlanma dövründən sonra çəki itkisi 0,1 % olmuşdur.

Fındığın soyuducu mühitdə və vakuum qablarda saxlanılması onun keyfiyyət xüsusiyyətlərini qorumaq üçün tətbiq olunan effektiv metodlardan biridir. Fındığı azotla təmizlənmiş və termiki yolla kiplənmiş iri paketlərdə (vakuum şəraitində) 3-4 °C temperaturda 9 ay, otaq temperaturunda isə 7 ay saxlamaq mümkündür .

Əllə çeşidləmə isə emal mərhələsində aparılır (Şəkil 5.2).

This article is from: