
4 minute read
FINDIĞIN
T M Zl Nm S V Qurudulmasi
Yığımdan sonra fındığın dərhal təmizlənməsi və qurudulması məsləhət görülür, əks halda məhsulun nəmliyi artacaq və keyfiyyəti aşağı düşəcək. Ən yaxşı həll yolu isə fındığı (xüsusən də yağış yağdıqdan sonra yığılmış və ya nəmliyi 12%-dən artıq olan fındığı) topladıqdan sonra 24 saat ərzində və ya mümkün olmadıqda ən qısa müddətdə təmizləmək və qurutmaqdır.
Advertisement
3.1. Fındığın təmizlənməsi
Əksər yığım avadanlıqları meyvəni eyniölçülü daşlardan və torpaq hissəciklərindən ayırmır. Bundan başqa, yığım prosesində fındığı yarpaqdan, puç meyvədən və kiçik taxta parçalarından ayırmaq çətin olur.
Beləliklə, sahədən gətirilmiş məhsul bunkerə boşaldılır və bundan sonra təmizləmə və qurutma prosesi başlayır (Şəkil 3.2). Məhsul bundan sonra baraban süzgəci olan separatordan keçərək daha yüngül hissəciklərdən, sonra isə yaxalama çəninə boşaldılaraq daşlardan təmizlənir.
Qurutma bölməsinə ötürülən məhsulun təmiz olması üçün əllə çeşidləmə işi aparılır, yəni işçilər təmizləmə sistemindən “qaçan” materialları fındıqdan ayırırlar.
Şəkil 3.2. Sahədən gətirilmiş fındığın bunkerə boşaldılması (Foto: Agriserbia)
3.1.1. Quru təmizləmə sistemi
Quru təmizləmə maşınlarında barabanlı filtri olan separator ventilyatorunun yaratdığı hava axını fındıq məhsulunu müxtəlif ölçülü və çəkili çirkdən və zibildən təmizləyir (Şəkil 3.3.). Təmizləmə maşınları elektriklə işləyir və ya mexaniki vasitələrlə (öz motoru ilə, yaxud traktorla) hərəkətə gətirilir. Belə maşınları bir operator idarə edə bilir. Təmizləmə maşınlarının müxtəlif modelləri (məsələn, sadə separator ventilyatorları olan, yaxud daha mürəkkəb aspirasiya sistemləri ilə təchiz edilmiş maşınlar) satışa çıxarılıb. Bu maşınların gücü və tutumu əməliyyat sistemlərindən asılı olaraq 600-1200 kq/saat 4000-4500 kq/saat arasında dəyişir. Daha mürəkkəb maşınların süzgəcinin (xəlbirinin) içərisində müxtəlif keçidlər olur, məsələn birinci keçiddə iri çirk kütləsi (torpaq və iri qalıqlar), ikinci keçiddə nisbətən yüngül hissəciklər (yarpaqlar, puç meyvələr, xırda budaqlar və s.), sonuncu keçiddə isə daha kiçik hissəciklər saxlanılır. Bazarda, həmçinin digər təmizləmə sistemləri ilə təchiz edilmiş maşınlara rast gəlmək olar, ona görə də, bu və ya digər texnologiyalar müxtəlif parametrlərin əsasında (məsələn, sistemin gücü, gündəlik emal olunan məhsulun ümumi çəkisi, yad cisimlərin potensial çəkisi və s.) qiymətləndirilməlidir.
3.1.2. Su ilə təmizləmə sistemi
Su ilə təmizləmə sistemi fındığı yalnız daşlardan daha tez təmizləmək üçün nəzərdə tutulub. Bu sistem avtomatik olaraq, yəni idarəetmə panellərinin köməyi ilə idarə olunur və yalnız bəzi elementləri əllə tənzimləmək lazımdır. Fındığın su ilə təmizlənməsi resirkulyasiya (təkrar dövr edən) nasosu və burğu ilə təchiz edilmiş çənin içərisində həyata keçirilir (Şəkil 3.4). Beləliklə, məhsul çənə tökülür və sualtı nasosun əmələ gətirdiyi su axını ilə süzgəcə (xəlbirə), oradan isə çıxışa doğru ötürülür. Ağır cisimlər, məsələn daşlar isə dibə çökür və burğu aləti vasitəsilə sistemdən çıxarılır.
Yuma çənləri sadə su çıxışı sistemləri (dəlikli maili burğusu olan və ya iri ölçülü məhsulun emalı üçün nəzərdə tutulmuş fırlanan xəlbiri olan sistemlər) ilə təchiz edilir. Çənlərdə həmçinin dəlikli çeşidləmə lenti və ventilyasiya sistemi də ola bilir. Bu zaman məhsulu quruducuya ötürməzdən əvvəl vizual təftiş aparmaq mümkün olur (Şəkil 3.5). Su ilə yuma sistemindən çıxan fındığın dərhal qurudulması tövsiyə olunur. Belə sistemlər ənənəvi mexaniki sistemlərdən daha səmərəli olub (maksimum gücü saatda 9 ton məhsul) sürətlə işləyir.
Şəkil 3.4 Su ilə təmizləmə sistemi: fındığın çənə boşaldılması (Foto: Agriserbia)



Şəkil 3.5. Su ilə təmizləmə sistemi: fındıqlar ventilyatorla təchiz edilmiş dəlikli çeşidləmə lentindən keçir. Bu zaman məhsulu vizual olaraq yoxlamaq mümkün olur (Foto: Agriserbia)

3.2. Fındığın qurudulması
Yığılmış fındığın nəmliyi əvvəlki günlərin iqlim şəraitindən asılı olaraq dəyişir. Ümumiyyətlə, saxlanma üçün nəzərdə tutulmuş nəmlik göstəricilərinin əldə olunması üçün məhsulun qısa və ya uzun müddətdə qurudulması tələb oluna bilər.
3.2.1. Təbii qurutma
Ənənəvi qurutma dedikdə fındığın günəş altında tək qat yayılaraq və tez-tez qarışdırılaraq qurudulması nəzərdə tutulur (Şəkil 3.6). Bu texniki üsul dünyanın müxtəlif ölkələrində və kiçik şirkətlər tərəfindən hələ də tətbiq olunur. Bununla belə, fındığın təbii yolla qurudulması iqlim şəraitindən və idarəetmə üsullarından asılı olaraq 2-3 həftə vaxt apara bilər. Ona görə də bu qurutma üsulu tövsiyə edilmir, çünki gec qurudulan fındıqda turşulaşma və qaxsıma baş verə bilər. Belə hallar isə məhsulun keyfiyyətini və saxlanma müddətini azaldır, eləcə də aflatoksinlərin əmələ gəlməsinə şərait yaradır.
Fındığı təbii yolla qurudarkən aşağıdakı qaydalara əməl etmək lazımdır:
•Yığılmış fındığı qalaqlamaq və ya cut kisələrdə saxlamaq olmaz.
•Fındığı dərhal tək qat sərmək lazımdır.
•Fındığı təmiz sahədə qurutmaq lazımdır. Məhsul torpaqla birbaşa təmasda olmamalıdır.
•Havanın dövr etməsinə şərait yaradılmalıdır.
•Məhsulun nəmliyinə nəzarət etmək lazımdır. Ləpənin nəmliyi 6% olmalıdır.
3.2.2. Süni qurutma
Şəkil 3.6 Təbii qurutma: fındığın həyətdə günəş işığı altında qurudulması (Foto: DISAFA – Torino Universiteti,
Qurutma prosesinə müxtəlif amillər təsir edir, məsələn:
•İsti havanın temperaturu;
•Termal fərq (isti hava ilə fındığın temperaturu arasındakı fərq);
•Fındığın ilkin nəmliyi;
•Təmas səthinin genişlənməsi;
•Hava mübadiləsinin dərəcəsi;
•Quruducu avadanlığın konstruksiya materialları (qızdırıcı cihazın təsiri);
•Havanın rütubəti və ümumi iqlim şəraiti.
Məhsulu lazımi qaydada qurutmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır (göstəricilər bir qurutma siklinə aid edilib):
•Quruducu bunker yarıya kimi dolduqda ventilyasiya sistemini və burğunu işə salın. Belə olduqda bunker tam dolana kimi xaricdəki artıq suyu qurutmaq mümkün olur.
•Qurutma avadanlığına eyni nəmlik dərəcəsinə malik olan məhsulu boşaldın (fındıqların eyni nəmlikdə olması vacibdir).
•Qurutma temperaturu 40°C-dən az olmalıdır.
•Qurutma prosesi 6-8 saatdan artıq olmamalıdır (odluq+ ventilyator).
•Qurutma müddətinin düzgün hesablanması üçün ləpənin ilkin nəmliyini nəzərə almaq lazımdır.
•Qurutma müddətini təcrübəyə əsasən belə də hesablamaq olar: təxminən bir saatlıq qurutma prosesində nəmlik 1% azalır.

•Qurutmadan sonra ventilyasiya siklini işə salın, yəni bu mərhələdə yalnız ventilyatordan və burğudan istifadə edilir).
•İsti hava ilə qurudulmuş fındığın nəmliyi təxminən 7%-ə çatdıqda məhsulu boşaltmaq lazımdır, çünki fındığın nəmliyi növbəti günlərdə avtomatik olaraq 6%-ə düşəcək.
Fındığın xüsusi quruducu avadanlıqlarla qurudulması məhsulun keyfiyyətini və təhlükəsizliyini təmin edən ən sərfəli metod hesab edilir. Düzgün qaydada qurudulmuş fındığın saxlanma müddəti uzanır, kimyəvi-mikrobioloji sabitliyi artır və aflatoksinlərin qarşısı ən az bir il müddətində alınır.
Fındıq məhsulu qurutma bunkerlərində xüsusi burğuların köməyi ilə qarışdırılır (Şəkil 3.7) və ventilyasiya sistemindən keçərək isti hava ilə qurudulur. İsti hava axını isə odluqların vasitəsilə təmin edilir. Bu mərhələdə operator bunkerdəki məhsuldan nümunə götürür və nəmlik faizini yoxlamaq üçün həmin nümunələri laboratoriyaya göndərir. Ləpənin nəmliyi 6%-ə çatdıqda məhsul qurudulmuş hesab edilir. Bundan sonra bütöv mal partiyasından təkrar nümunələr götürülür, ləpə çıxımı hesablanır (bax: 2.2.3) və məhsul böyük kisələrə yığılır.
Bazarda müxtəlif tutuma və enerji gücünə malik olan qurutma avadanlıqları satılır. Belə avadanlıqların tutumu 2-6 m3-30 m3 (1 m3 = 0,50 ton:1 ton-15 ton) arasında dəyişir. Kiçik ölçülü qurutma avadanlıqlarının (2 m3 - 6 m3) müxtəlif modelləri mövcuddur: təkərli, traktorla dartılan, dizel/benzinlə və ya elektriklə işləyən.

Bəzi modellərin normal məişət sayğaclarına uyğun işləməsi üçün 220 voltluq gərginlik mənbəyi və 3 kilovatdan aşağı enerji sərfi tələb olunur. İri qurutma avadanlıqlarının stasionar olur və onların tutumu təxminən 30 m3-dir. Belə avadanlıqları ardıcıllıqla düzərək tələb olunan emal gücünü (qabıq qırma gücünü) təmin etmək mümkündür (Şəkil 3.8).
Şəkil 3.8 Ardıcıl şəkildə düzülmüş qurutma avadanlıqları. Avadanlıqların tutumu 12-14 tondur. (Foto: Agrichile)
Təmizləmə/qurutma avadanlıqları aşağıdakı hissələrdən ibarət olur (Şəkil 3.9):
•Məhsulun boşaldılması üçün bunker
•Elevatorlar
•Separator ventilyatoru (quru təmizləmə)
•Yuma çəni (su ilə təmizləmə)
•Su drenajı
•Ventilyatorla təchiz edilmiş dəlikli lent
•Burğu aləti (yükləmə və boşaltma)
•Qurutma avadanlığı (süni qurutma)
•Konveyer lenti