

![]()



Novruz Bayramı Yarmarkasının əsas məqsədi Azərbaycan
ənənələrini qeyd etməklə yanaşı, "Made in Azerbaijan" brendi altında yerli istehsal olunan məhsulları təşviq etməkdir. Tədbir,
Prime Cotton əməkdaşlarını, biznes tərəfdaşlarını və yerli istehsalçıları bir araya gətirərək aşağıdakı hədəflərə nail olmağa
xidmət edəcək:
Daxili əməkdaşlığı və korporativ mədəniyyəti inkişaf etdirmək.
Prime Cotton əməkdaşları və tərəfdaşları arasında yeni əlaqələr qurmaq üçün bayram ab-havasında bir mühit yaratmaq.
Yerli istehsalçılara dəstək olmaq və onların tanınmasına töhfə vermək.
Prime Cotton-un milli istehsal və dayanıqlılıq prinsipinə sadiqliyini gücləndirmək.
"Made in Azerbaijan" məhsullarının yerli və biznes ictimaiyyətində tanınmasını artırmaq.
Prime Cotton, pambığın becərilməsi, yığılması, emalı və tekstil məhsullarının istehsalını əhatə edən GP
Cotton Holdings-in şaquli inteqrasiya olunmuş müəssisəsidir. Şirkət 30 il ərzində "MKT MMC" adı altında fəaliyyət göstərmiş və 2024-cü ildə "Prime Cotton" brendinə rebrendinq etmişdir.
PRIME COTTON MMC AZƏRBAYCAN PAMBIQ
SƏNAYESINDƏ LIDERDIR:
• Ölkə üzrə 10 pambıq emalı zavodu mövcuddur.
• Hər mövsüm pambıq istehsalının 50%-dən çoxunu toplayır.
• Mahlıc, çiyid, lint, uluk və tiftik istehsal edir.
• İki "open-end" iplik zavoduna və bir yağ-piy zavoduna sahibdir.
• Yağ-piy zavodu rafinə olunmuş pambıq yağı və digər yan məhsullar istehsal edir.



ATA 2018-ci ildə ölkənin tekstil sektorunu inkişaf etdirmək
məqsədi ilə yaradılıb. ATA pambıq və tekstil
istehsalçılarını birləşdirir, yerli təcrübələri beynəlxalq
standartlara uyğunlaşdırır və ixrac potensialını artırır.
Beynəlxalq əməkdaşlıqlar quraraq yeni texnologiyaların
tətbiqi və təlim proqramları vasitəsilə fəaliyyətini
genişləndirib. ATA Azərbaycanın tekstil sektorunda
fəaliyyət göstərən yeganə qeyri-kommersiya təşkilatıdır.
MİSSİYAMIZ vəkillik, təlim və əməkdaşlıq vasitəsilə tekstil
sənayesini dəstəkləmək və təmsil etməkdir.
VİZYONUMUZ isə ənənəvi dəyərləri qoruyaraq və
innovasiyaları təşviq edərək regionda lider olmaq istəyirik.




ShoppingAZ Azərbaycanda yerli istehsalçıları, rəssamları
və biznes sahiblərini birləşdirən ilk onlayn ticarət
platformasıdır. 2024-cü ilin avqustunda təsis edilib və hazırda 100+ Azərbaycan brendi təmsil olunur. Satıcıların
100%-i azərbaycanlılar olub, məhsulların 82%-i ölkədə
istehsal edilir. Platform Rusiya, Qətər, BƏƏ, Səudiyyə
Ərəbistanı, Özbəkistan və Qazaxıstana beynəlxalq çatdırılma xidməti təklif edir. "AZPROMO" və "KOBİA"
tərəfindən dəstəklənən ShoppingAZ Bakının aparıcı otellərində fiziki mağazalara və Dubayda "Azərbaycan
Ticarət Evi"ndə təmsilçiliyə malikdir. ShoppingAZ sadəcə bir platforma deyil, Azərbaycanın elektron ticarət bazarını
dəyişən və yerli brendlər üçün yeni imkanlar açan bir ekosistemdir.




Yarmarka yerli brendlərin sərgisini, interaktiv fəaliyyətləri və əməkdaşların şəbəkələşməsinə fokuslanan əyləncə proqramını əhatə edəcək.
MƏKAN: Tədbir Prime Cotton şirkətinin baş ofisinin yerləşdiyi Qafqaz Biznes Mərkəzinin lobbisində keçiriləcək.
TARİX VƏ VAXT: 18 mart, 11:00 - 19:00
YARMARKAYA AYRILACAQ SAHƏ VƏ PLAN: Təsdiqlənəcək (TBC)
MƏHSULLARIN NÜMAYİŞİ ÜÇÜN MASALARIN ÖLÇÜSÜ: Eni: 80 sm / Uzunluğu: 65 sm
BAŞLAMA SAATI: 11:00 – Yarmarkanın açılışı




SƏRGİ BAZARI
• Shoppingaz.az platformasında qeydiyyatdan keçmiş seçilmiş yerli istehsalçılar iştirak edəcək.
• Məhsul kateqoriyaları: əl işləri, tekstil, qida məhsulları, ev dekoru, moda aksesuarları, gözəllik məhsulları.
ƏYLƏNCƏ VƏ MƏDƏNİYYƏT FƏALİYYƏTLƏRİ
• Masterklaslar: Azərbaycan ənənəvi sənətkarlıq və milli yeməklərin bişirilməsi üzrə dərslər.
• Fotozonalar: Qonaqlar üçün milli Azərbaycan geyimləri və foto imkanları.
• Musiqi: DJ performansı.
• Milli Çay və Şirniyyat Guşəsi: Paklava və şəkərbura kimi yerli şirniyyatlar və Azərbaycan çay mədəniyyəti.
GP Cotton Holdings daxili
şəbəkəsi və partnyorları.

Prime Cotton daxili
şəbəkəsi və partnyorları.
Azərbaycan Tekstil Assosiasiyasının
şəbəkəsi və üzvləri. Shoppingaz.az platformaları vasitəsilə sosial media dəstəyi.
İnfluenserlər vasitəsilə tədbirin
tanıdılması.

