


PEŞƏKAR
!DƏBDƏDİR
![]()



PEŞƏKAR
!DƏBDƏDİR
Məqsəd / Hədəflər / Missiya
standartlarının tətbiqi
və təlimlər xidməti: cədvəl
Laboratoriya xidmətləri: qida laboratoriyasına aid avadanlıq və sınaqlar
Laboratoriya xidmətləri: sənaye-inşaat laboratoriya avadanlıqları və sınaqlar
Konsaltinq xidmətləri: iş yerlərinin attestasiyası

Ölkəmizdə aparılan iqtisadi və sosial islahatlar əmək bazarı qarşısında yeni çağırışlar formalaşdırmışdır. Hazırda qədəm qoyduğmuz dördüncü sənaye inqilabı (Sənaye 4.0) iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Belə ki, yeni çağırışlar işçi qüvvəsindən innovativ bilik, bacarıq və səriştələrə malik olmalarını tələb edir. Bu səbəbdən peşə hazırlığına fərqli yanaşmanın tətbiqinə və dərin islahatlarına ciddi ehtiyac duyulur.
Qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi yaradılmışdır.
Peşə hazırlığına, ixtisaslar üzrə mikrotəlimlərə, ömür boyu təhsil konsepsiyasına proqressiv baxışı olan
Bakı Peşə Hazırlığı Mərkəzində dünyada səmərəli trendləri nəzərə alaraq və əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadrlar hazırlayan peşə hazırlığı sistemi qurulub. Burada sənaye, tikinti, istehsalat, kənd təsərrüfatı, informasiya texnologiyaları, mühasibatlıq, logistika, təchizat və digər sahələr də daxil olmaqla 80 peşə ixtisası üzrə tədris aparılır. Müasir bazar iqtisadiyyatının tələblərinə cavab verən tədris materialları xarici və yerli peşəkarlar tərəfindən hazırlanmışdır.
TƏDRİSDƏ AKADEMİK KEYFİYYƏTƏ NƏZARƏT ŞURASI YARADILIB
Şuraya nüfuzlu müəllimlər, peşə ixtisasları üzrə tanınmış mütəxəssislər cəlb edilib ki, tədris proqramlarımız və bütünlükdə peşə hazırlığı prosesimiz əmək bazarının dəyişən tələblərinə çevik reaksiya verə bilsin. Bununla da dinamik inkişafda olan əmək bazarını həmin ana olan tələblərinə uyğun kadrlarla təmin etmək şəraiti yaradılsın.

TƏLİMLƏR DÖVLƏT SİFARİŞİ VƏ KOMMERSİYA ƏSASINDA KEÇİRİLİR
Dövlət sifarişli təlimlərə işsiz vətəndaşlar tam ödənişsiz cəlb olunurlar və tədris müddətində təqaüd alırlar. Kommersiya əsaslı təlimlər isə korporativ müştərilərin sifarişinə uyğun müxtəlif sahələr üzrə ödənişli təşkil olunur. Kursların müddəti peşə ixtisasından asılı olaraq 1-3 ay təşkil edir və istehsalat təcrübəsini nəzərdə tutur. Yekun imtahanı müvəffəqiyyətlə vermiş müdavimlər sertifikatla təltif olunurlar.
YENİ QURAŞDIRILMIŞ QAYNAĞ, CNC, DÜLGƏR, PVC VƏ DİGƏR EMALATXANALAR
Həmçinin sənaye-inşaat və qida laboratoriyaları ən müasir avadanlıqlarla təchiz ediliblər. Bu həm tədris prosesində müdavimlərin praktiki təcrübə almağına, həm də kənar şirkət və təşkilatlar üçün kommersiya xidmətləri göstərməyə imkan yaradır.
Dördüncü sənaye inqilabının tələblərinə uyğunlaşaraq ölkənin dayanıqlı inkişafına dəstək vermək məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı və peşəkar kadrların hazırlanması istiqamətində qabaqcıl təlim–tədris müəssisəsinə çevrilməkdir.
Bakı Peşə Hazırlığı Mərkəzinin missiyası dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşan müvafiq peşə təhsili proqramları ilə işəgötürənlərin tələblərinin vaxtında qarşılanması, yüksək nəzəri və praktiki biliklərə, şəxsi keyfiyyətlərə malik olan rəqabətədavamlı peşəkar mütəxəssislər hazırlayaraq kadr bazasının formalaşması, ölkənin istehsal potensialının və iqtisadiyyatının inkişafına dəstək verməkdir.


Hamı üçün əlçatan təhsil.
Geniş əhali qrupları üçün peşə tədrisini əlçatan edilməsi və işlə təmin olunma səviyyəsinin yüksəldilməsi.
İKT savadlılığın artırılması
Təhsilalanların məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması.
Əmək bazarının tələblərinə çevik uyğunlaşma
Əmək bazarının tələblərinə tam uyğunlaşan təlim–tədris prosesini təşkil edilməsi və benefisiarların məmnunluq hissinin artması.
Daimi inkişaf
Təlimçi heyət tərəfindən sənaye sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi.
Tətəfdaşlığa açıqlıq
Mərkəzin beynəlxalq təşkilatlarla, yerli və xarici şirkətlərlə əlaqələrinin yaradılması və inkişaf etdirilməsi.
Mükəmməllik mərkəzinə çevrilmək
Müxtəlif peşələr və sahələr üçün beynəlxalq akkreditasiyalı imtahanlara hazırlıq üzrə tədris aparmaqla regional mükəmməllik mərkəzinə çevrilmək.
İSO standartlarına sahib olmaq istənilən şəraitdə rəqabətədavamlı, yüksək keyfiyyət standartlarına cavab verən peşəkarlıq göstəricisidir. Bakı Peşə Hazırlığı Mərkəzi İSO seriyalı beynəlxalq sertifikatları aldıqdan sonra ‘’İnternational Organization for Standartization’’ tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq fəaliyyət planı hazırlayıb, resurs siyahıları və tətbiq modelləri üçün formalardan istifadə etməklə yeni inkişaf mərhələsinə keçid edib. Sertifikat, mərkəzin peşəkar nüfuzunun gücləndirilməsi, habelə yeni sektorlara giriş imkanı yaradaraq müştəri, vətəndaş və tərəfdaşların etibarını təmin edir.
Bakı Peşə Hazırlığı Mərkəzi ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001: 2015 (ətraf mühitin idarə olunması və qorunması sistemi), İSO 45001: 2015 (əməyin təhlükəsizliyi sistemi) və ISO 17025 (Laboratoriyaların akkreditasiyası) tələblərinə uyğun fəaliyyət göstərəcək. ISO standartlarının tətbiqi üzrə akkreditasiyasının həyata keçirilməsi Beynəlxalq Audit və Sertifikatlaşdırma Agentlikləri Konfederasiyasının üzvü ‘’PGM İnspection’’ (Türkiyə) tərəfindən həyata keçiriləcək. Qeyd olunan standartların tətbiqi daxili və xarici bazarda müəssisənin müsbət imicinin formalaşmasına, idarəetmədə daha müasir üsullardan istifadəsinə, sifarişçilərin tələblərinə uyğun olaraq sənədləşmənin aparılmasına, işlərin təhlükəsiz şəraitdə, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə, uyğunsuzluqların vaxtında aşkarlanıb aradan qaldırılmasına yönəlmişdir.


Kurslar və təlimlər
Sənaye
Inşaat
Kənd təsərrüfatı
Qida sənayesi
Maliyyə
Kommersiya
Xarici dillər
İT
İaşə xidməti
Laborator xidmətlər
Qida
Sənaye -inşaat
Emalatxana xidmətləri
Qaynaq emalatxanası
CNC freyzer emalatxanası
Dülgər/mebel emalatxanası
PVC emalatxanası
Məsləhət xidmətləri
İş yerlərinin attestasiyası İSO sertifikatlaşdırılma




xadiməsi (təmizlik işləri)
* BAİ (Beynəlxalq Akkreditasiyalı İmtahan) – Bakı Peşə Hazırlığı Mərkəzində bir sıra ixtisas üzrə tədris alanlar kursun sonunda seçim edib “PGM İnspektion” şirkəti tərəfindən təşkil olunan imtahanlarda iştirak edə bilərlər. İmtahamı müvəffəqiyyətlə verən müdavimlər “PGM İnspektion” şirkətinin Sertifikatı ilə təltif olunacaqlar və bu sənəd beynəlxalq tanınmış sayılır.


Avadanlıq
AAS Spektrometr cihazı
HPLC cihazıYüksək performanslı maye xromatoqrafiyası
Spectro Fotometr cihazı
Qaz xromatoqrafiya cihazı
Yoxlaması
Element analizi və ölçmə zamanı istiafadə edilir. Götürülmüş bərk, maye nümunələri təyin edilir və ehtiva edilən elementin miqdarı müəyyən edilir.
Bərk və maye nümunələr metodlar və tətbiqlərə əsasən götürülür və maye xromatoqrafiyası üsuluna uyğun olaraq kimyəvi komponentin miqdarı aşkar edilir. (Məsələn: Qida analizi (antioksidantlar, alfatoksinlər, süni dadvericilər, qida əlavələri, hormon və pestisid qalıqları analiz, su analizi və s.)
Bərk və maye nümunələr metodlar və tətbiqlərə əsasən götürülür və fotometrik üsula uyğun olaraq ion və ya birləşmənin miqdarı müəyyən edilir
Bərk və maye nümunələr metodlar və tətbiqlərə əsasən götürülür və qazın xromatoqrafik çıxarılması
üsuluna uyğun olaraq kimyəvi komponentin miqdarı aşkar edilir.
(Məsələn: qida analizində
Yağ turşularının tərkibinin təyini, Efir yağlarının təyini
Aroma verən maddələrin təyini
Qida mənşəyinin aşkarlanması)
pH Metr Mayelərin və nümunələrin pH dəyərlərinin ölçülməsi
Standartı
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir.
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir.
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir.
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir.
Tərəzilər Müəyyən miqdarda cisimlərin kütlələrinin ölçülməsi
Mikroskoplar Qida test nümunələrində mikrobioloji analiz/ölçmələr
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir
Bütün ölçmə-analizləri müəyyən edilmiş
Bütün ölçmə-analizləri müəyyən edilmiş metodlara və tətbiqə görə həyata keçirilir
Avadanlıq
Dartma/çəkmə test cihazı
Yoxlaması
Dartma/çəkmə sınaqları
Çəntik zərbə test cihazı Çəntik zərbə sınaqları
Bükmə/əymə test cihazı
Bükmə/əymə sınağı
Burulma test cihazı Burulma sınaqları
HDT Vikat test cihazı Yük altında sapma hərarətinin ölçülməsi/müəyyən edilməsi və termoplastik plastik, borular və fitinqlərin Vicat yumşalma istiliyini ölçmək/müəyyən etmək üçün istifadə edilir.
Sərtliyin ölçülməsi cihazı
Sərtliyin ölçülməsi
Portativ səth ölçmə cihazı
Boya qalınlığının ölçülməsi
Ultrasonik qalınlıq ölçmə cihazı
Materialın qalınlığının ölçülməsi
Standartı
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Spektral analizator
Kimyəvi analizlər
Mikrostruktur test cihazı, mikroskop
Mikro-makro strukturun təhlili/ analizi
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
Bütün test-ölçmə-analizləri təyin olunmuş metod və tətbiqlərə görə həyata keçirilir
(Məsələn: ISO, ASTM standartları)
2000 kN EN 123904 avtomatik seriyalı təzyiq sıxılma sınaq cihazı
UTEST avtomatik seriyalı 100 kN tutumlu flexural (əyilmə) sınaq cihazı
Sərtləşdirilmiş betonların sıxılma gücünün təyin edilməsi sınaqlarında istifadə edilir.
Standart beton dayaqlar, beton və ya təbii daş haşiyələr, beton səki bayraqları və təbii daş plitələr və beton plitələr üçün əyilmə sınaqlarında istifadə edilir.
EN 12390-4
EN 12390-5, EN 12390-6, EN 1338, EN 1340, BS 1881, ASTM C78, C293 ve C496

İş yerlərinin attestasiyası, səmərələşdirilməsi, uçotu və planlaşdırılması o məqsədə görə aparılır ki, bunun əsasında iş səmərəliliyi, məhsulun/xidmətin keyfiyyəti yüksəlsin və müəssisələrdə əmək əhtiyatlarından səmərəli istifadə olunsun.
Bakı Peşə Hazırlığı Mərkəzi iş yerlərinin attestasiyası xidmətini müştərilərinə təklif edir. Xidmət aşağıda göstərilən mərhələləri daxil edir:
Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi
Hər bir iş yeri üzrə müvafiq ölçmələrin aparılması, əmək
şəraiti üzrə iş yerinin attestasiya xəritəsinin hazırlanması
Əmək şəraiti üzrə aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması
Hesabatın hazırlanması
Attestasiya pasportunun və protokolların rəsmiləşdirilməsi
Ölçmə nəticəsində əldə olunan göstəricilərin hesablanması və normalara uyğunluğun qiymətləndirilməsi
Risklərin qiymətləndirilməsi, onun normativlərə uyğunluğunun təmin edilməsi
* Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixində qəbul etdiyi qərara əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş yerlərində təhlükəsiz və sağlam iş şəraitinin yaradılması məqsədilə bütün müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının 5 ildə bir dəfədən az olmayaraq keçirilməsi mütləqdir.
** AR Əmək Məcəlləsinin 64.1-ci maddəsinə əsasən işəgötürənlər əmək şəraitindən asılı olmayaraq iş yerlərinin attestasiyasını keçirməlidir.
*** AR İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq işəgötürənlər tərəfindən iş yerlərinin attestasiyasının keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyaları nəzərdə tutulub.

Ünvan: Azərbaycan, Bakı şəhərə, AZ1038, Səttar
Bəhlulzadə küçəsi 44
Telefon (+99412) 561-41-04
www.bphm.az
info@bphm.az
+994(55) 555-0-142