

BRICK CONSTRUCTION



MÜNDƏRİCAT
HAQQIMIZDA
MİSSİYAMIZ
KEYFİYYƏT SİSTEMİ VƏ NƏZARƏT
MÜŞTƏRİ İLƏ İŞ PRİNSİPLƏRİ
İNTERNET SAHİFƏ HAQQINDA
XİDMƏTLƏRİMİZ
LAYİHƏLƏNDİRMƏ
TİKİNTİ
DİZAYN
MÜHƏNDİS-KOMMUNİKASİYA
SİSTEMLƏRİN LAYİHƏLƏNDİRİLMƏSİ
HAQQIMIZDA
“Brick” ictimai və sənaye infrastrukturunun, inzibati və yaşayış binalarının layihələndirilməsi və tikintisi, həmçinin tikinti və təmir
işlərinin digər növləri də daxil olmaqla, müxtəlif təyinatlı tikinti layihələrinin həyata keçirilməsinə istiqamətlənmiş sürətlə inkişaf edən tikinti şirkətidir. 8 ildən artıq fəaliyyət göstəririk və hazırda Azərbaycan, MDB öıkələri və digər qonşu ölkələrdə bir çox layihələr həyata keçiririk.
Məqsədimiz özəl və dövlət sektorlarında etibarlı infrastruktur və obyektlərin inkişaf etdirilməsidir. Yeni imkanları araşdıraraq və müasir texnologiyaları tətbiq edərək rəqabətqabiliyyətli və biznesə istiqamətlənmiş tikinti şirkəti olmağa çalışırıq. Təcrübəli memarlar, dizaynerlər və mühəndislərdən ibarət komanda uğurumuzun təminatıdır.
Fərdi evlərin layihələndirilməsi və tikintisi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bizim işimizin əsasında kompleks yanaşma dayanır: memarlıq layihəsinin işlənib hazırlanmasından, landşaft dizaynı və interyer dizaynın konsepsiyasından tutmuş, sahənin mühəndis kommunikasiyaları, daxili işləmələr və abadlığı nəzərə alınmaqla tikintiyə qədər.


MİSSİYAMIZ
Əsas məqsədimiz yaşayış, iş və istirahət üçün maksimal rahat zonaların yaradılmasıdır. Layihələndirmə zamanı bütün aspektlər bizim üçün vacibdir: dəbli memarlıq üslubu, abadlaşdırma, infrastrukturun mövcudluğu, erqonomik planlaşdırmalar, müasir tərtibat. Qüsursuz hesablanan və tətbiq edilən mühəndis həlləri binaların fasiləsiz fəaliyyətini təmin edir. Bu yanaşmaya sadiq olaraq müştərilərə yalnız fərdi hazırlanmış layihələri təklif edirik.
Yaradılmış keyfiyyət sistemi sayəsində obyektin layihələndirilməsi və tikinti mərhələlərinin hər birində bütün işlərə tam nəzarəti həyata keçiririk. Bu sistem yerli tikinti normativlərini və beynəlxalq keyfiyyət standartlarını nəzərə alır.


MÜŞTƏRİ
İLƏ İŞ PRİNSİPLƏRİ
Hər bir müştərimiz gələcək tikilinin necə görünəcəyi və fəaliyyət göstərəcəyi barədə müəyyən bir təsəvvürə malikdir. Biz də onun həyata keçirilməsi üçün optimal texniki həllər təqdim edirik.
İşlərin hər mərhələsində müştərinin büdcəsinə diqqət yetirir, artıq xərclərdən qaçınmağa kömək edirik.
Hesabat mexanizmi müştərilərimizə materialların və tikinti işlərinin qiymətlərinin şəffaflığından əmin olmağa imkan verir.


İNTERNET SAHİFƏ HAQQINDA
Sahifəmizi mümkün qədər informativ etməyə çalışdıq. Sifarişçilərimiz real vaxt rejimində layihələrin həyata keçirilməsi mərhələləri, elektron formada sənədlər, layihə ilə bilavasitə məşğul olan mütəxəssislər haqqında məlumatların təqdim olunduğu şəxsi kabinet vasitəsilə səhifənin tam funksionallığından yararlana bilirlər.


BÖYÜK ARZUMUZ
Dağlıq Qarabağın azad edilmiş ərazisinin bərpasında iştirak etmək bizim üçün böyük şərəf olar! Azərbaycanın tarixi torpaqlarının çiçəklənməsi və dinc həyata qayıdışına töhfə vermək ilə bağlı ideyalarımız, güclü istəyimiz var.
Tarixi və mədəni tərkib hissəsi nəzərə alınmaqla, Dağlıq Qarabağın inkişafına dair dövlət proqramını tam dəstəkləyirik.


XİDMƏTLƏRİMİZ
Memarlıq layihəsi müştərinin şəxsi yaradıcı ideyasının həyata keçirilməsinin birinci mərhələsidir. İşinin peşəkarları tərəfindən yerinə yetirilmiş layihə, sonradan bina və ya kiçik memarlıq tikilisi olaraq işıq üzü görəcəkdir. Memarlıq planlaşdırma layihəsinin hazırlanması müxtəlif amillər nəzərə alınmaqla aparılır:
• Ətraf mühitin xüsusiyyətləri;
• Şəhərsalma baxımından əhəmiyyət;
• Ərazinin topoqrafiyası və geologiyası;
• Memarlıq dizaynı;
• Müxtəlif normativ sənədlərlə irəli sürülən tələblər;
• Və sözsüz ki, müştərinin istəkləri.
“Brick Construction” şirkəti sifarişçinin funksional tələblərinə tam uyğun olaraq müxtəlif mürəkkəblikdə olan obyektlərin layihələndirilməsi üzrə xidmətlər göstərir. Müasir texnologiyalara əsaslanaraq, tikinti başlamazdan əvvəl sifarişçilərimiz gələcək tikilinin xüsusiyyətləri haqqında ətraflı təsəvvürə malik olurlar. Bizim işimizdə bütün qərarların layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə təminat verən müəllif nəzarəti əsas şərtlərdən biridir.

TİKİNTİ
“Brick Construction” yaşayış və ictimai binaların, əmlak komplekslərinin, sənaye və kommersiya, eləcə də infrastruktur obyektlərinin tikintisində kompleks xidmət təqdim edir.
Bütün tikinti işləri Azərbaycanda müəyyən edilmiş tikinti normalarına və qaydalarına tam uyğun şəkildə həyata keçirilir, komandamızın təcrübəsi və peşəkarlığı isə ciddi müəllif nəzarəti ilə müşayiət edilərək, tikintinin təsdiq edilmiş layihəyə uyğun olaraq aparılmasına imkan verir.

DİZAYN
HHeç bir müasir tikinti 3D vizuallaşdırma olmadan həyata keçirilmir. Bu, müştəriyə layihəni və təklif olunan bütün həlləri tam şəkildə görməyə imkan verir. Ofisində, evində və ya çəmənlikdə olarkən həmişə qayıtmaq istəyəcəyin komfort və rahatlığı hiss etmək vacibdir. Belə rahat şəraitin yaradılması üçün hələ layihələndirmə mərhələsində həm tikilinin xarici görünüşünü, həm də landşaftın daxili dizaynını və abadlaşdırılmasını nəzərə almaq lazımdır.
“Brick Construction” şirkəti müştərilərə aşağıdakı dizayn xidmətlərini təklif edir:
• İnteryer dizaynı
• Eksteryer dizaynı
• Landşaft dizaynı
Layihələrimiz hər zaman iqlim xüsusiyyətlərini, temperaturun ekstremum göstəricilərini, tikililərin və açıq hovuzların düzgün yerləşməsini, eləcə də günün və mövsümlərin müxtəlif dövrlərində otaqların təbii işıqlandırılmasını nəzərə alır.

MÜHƏNDİS-KOMMUNİKASİYA
SİSTEMLƏRİN
LAYİHƏLƏNDİRİLMƏSİ
Mühəndis-kommunikasiya sistemlərinin layihələndirilməsi – bu, müxtəlif təyinatlı obyektlərin tikintisinin bütün mərhələləri ilə sıx bağlı tikinti layihələndirilməsinin mühüm bölməsidir.
Brick Constructions bütün çətinlik səviyyələrinə malik mühəndis-kommunikasiya sistemlərinin işlənibhazırlanması, quraşdırılması və onlara xidmətlə məşğul olur. Şirkətin əsas fəaliyyət istiqamətləri:
Xarici mühəndis-kommunikasiya şəbəkəsinin layihələndirilməsi:
• İstilik təchizatı
• Kanalizasiya xidməti
• Su təchizatı
• Xarici işıqlandırma
Daxili mühəndis-kommunikasiya şəbəkəsinin layihələndirilməsi:
kondisionerləşdirmə və havalandırma
• Elektrik təchizatı
• İstixana və bacalar
• İstilik təchizatı və isti döşəmə
• Elektrik təchizatı
• Təhlükəsizlik
• Su təchizatı və kanalizasiya xidməti
• Avtomatlaşdırma və təhlükəsizlik
İşlər bizim sertifikatlı mütəxəssislər tərəfindən qüvvədə olan qanunvericiliyin bütün tələb və normalarına uyğun həyata keçirilir. Avadanlıq istehsalçısı lider şirkətlərlə əməkdaşlıq, sənaye və məişət obyektlərinin tikintisində layihələndirmə sahəsində olan geniş təcrübə bizə daha effektli və rahat kommunikasiya sistemlərini işləyib-hazırlanmaq imkanı verir.


