AZ ILS 2014

Page 15

TOEFL, TOEIC, IELTS, TESOL KİMİ İMTAHANLARA HAZIRLIQ IELTS HAZIRLIĞI

TOEFL/TOEIC HAZIRLIQ

TESOL PROQRAMI

DİGƏR DİLLƏRDƏ İMTAHANLAR

Akademik və ya peşə hədəflərinizə istiqamətlənmiş ingilis dili səviyyənizi sənədləşdirə bilərsiniz.

Şimali Amerikada bir universitetə qəbul ola bilər və ya CV-nizi zənginləşdirə bilərsiniz.

Peşəkar bir ingilis dili müəllimi ola bilərsiniz.

Fransız, İspan, Alman, İtalyan, Mandarin və ya Yapon dili səviyyənizi sənədləşdirmək üçün bir dil imtahanına girə bilərsiniz.

Dərslər: 32 dərs /həftə, 6 iLab dərsi daxil olmaqla (40 dəqiqəlik dərslər) Başlanğıc tarixi: Planlaşdırılmış şəkildə bazar ertəsi günləri Səviyyə: Orta səviyyədən yuxarı səviyyəyə Müddət: 8, 10, 12, 16, 20 və ya 24 həftə Kursdan əvvəl onlayn təhsil: Qeydiyyatdan etibarən Kurs sonrası onlayn təhsil: 6 aylıq giriş haqqı bütün İntensiv İngilis dili kurslarına daxildir.

Dərslər: 32 dərs /həftə, 6 iLab dərsi daxil olmaqla (40 dəqiqəlik dərslər) Başlanğıc tarixi: İl boyu iki həftədən bir bazar ertəsi günləri Səviyyə: Orta səviyyədən yuxarı səviyyəyə Müddət: 6, 8, 12, 16, 20 və ya 24 həftə Kursdan əvvəl onlayn təhsil: Qeydiyyatdan etibarən Kurs sonrası onlayn təhsil: 6 aylıq giriş haqqı bütün İntensiv İngilis dili kurslarına daxildir.

Dərslər: 32 dərs /həftə, 6 iLab dərsi daxil olmaqla (40 dəqiqəlik dərslər) Başlanğıc tarixi: Mart, iyun və sentyabr aylarında Səviyyə: Orta səviyyədən yuxarı səviyyəyə Müddət: 12 həftə

Fransa, İspaniya, KostaRika, Almaniya, İtaliya, Çin və Yaponiyada yerləşən məktəblərimiz Fransız, İspan, Alman, İtalyan, Mandarin və ya Yapon dillərində kvalifikasiya imtahanlarına hazırlaşmaq imkanı təklif edir. Diqqətinizi çəkən mərkəzdə təqdim olunan imtahanlar üçün bax. s. 79-89

_______________________________

_______________________________

_______________________________

Kimlər üçün müvafiqdir: Şimali Amerikada universitet təhsili almağı planlaşdıran və ya beynəlxalq bir karyera qurmaq istəyən tələbələr. İmtahan açıqlaması: TOEFL (Test of English as a Foreign Language), Şimali Amerika ləhcəsi ilə ingilis dilindən akademik bir mühitdə istifadə etmə səviyyənizi ölçür. TOEFL balı, 6.000-dən çox universitetə qəbul olmaq üçün ön şərtlərdən biridir. TOEIC (Test of English for International Communication) işgüzar mühitdə istifadə olunan ingilis dili səviyyəsini ölçür və şirkət tərəfindən işçilərinin müəyyən vəzifələrə müvafiqliyini dəyərləndirmək üçün istifadə olunur.

Kimlər üçün müvafiqdir: İngilis dilində təhsil sahəsində bir karyera planlaşdıran iştirakçılar. Proqram Açıqlaması: TESOL (Teaching English to Speakers of Other Languages) proqramı, müəllimləri TKT (Teaching Knowledge Test) İmtahanına hazırlayır və effektiv bir dil müəllimi olmaqla əlaqədar bütün lazımi ingilis dili öyrətmə bacarıqlarını və metodlarını keçir. Həmkar təhsili və fərdi təlimatçı kimi proqramları da əhatə edir.

_______________________________

_______________________________

_______________________________

Təfərrüatlar: >> 14 ümumi dil dərsi >> 4 IELTS imtahana hazırlıq dərsi, dinlədiyini və oxuduğunu anlamağa, test həll etmə metodlarını inkişaf etdirməyə yönəlib. >> 6 xüsusi maraq dərsi >> Müəllim nəzarəti ilə 6 iLab dərsi (bəziləri tablet kompüterlə keçilir) >> 1 konfrans (iki dərs saatı)

Təfərrüatlar: >> 14 ümumi dil dərsi >> 4 imtahana hazırlıq dərsi, dinlədiyini və oxuduğunu anlamağa, test həll etmə metodlarını inkişaf etdirməyə yönəlib. >> 6 xüsusi maraq dərsi >> Müəllim nəzarəti ilə 6 iLab dərsi (bəziləri tablet kompüterlə keçilir) >> 1 konfrans (iki dərs saatı)

Təfərrüatlar: 14 ümumi dil dərsi 10 TESOL xüsusi maraq dərsi (TKT imtahanına hazırlıq daxil olmaqla) Müəllim nəzarəti ilə 6 iLab dərsi (bəziləri tablet kompüterlə keçilir) 1 konfrans (iki dərs saatı)

Kimlər üçün müvafiqdir: İngilis dilinin ünsiyyət dili kimi istifadə olunduğu mühitdə təhsil almaq və ya işləmək istəyən tələbələr. İmtahan açıqlaması: IELTS (International English Language Testing System), İngiltərədə və digər bir çox ölkələrdə universitetə qəbul olmaq üçün tələb olunur. IELTS, bir çox ölkələrdə universitetlər, işəgötürənlər, peşəkar qurumlar, miqrasiya idarələri və digər dövlət orqanları tərəfindən də tanınır.

Fransız dili Le Diplôme d’Études en Langue Française (DELF) – Gündəlik danışıq zamanı ünsiyyət qurma bacarığına sahib olduğunuzu göstərən ibtidai səviyyə. Le Diplôme Approfondi en Langue Française (DALF) – Əhatəli Fransız dili biliyi və yüksək səviyyəli özünüifadə qabiliyyətini sənədləşdirir. Fransız dilində təhsil verən universitetlər DALF-ı fransız dilində kvalifikasiya ölçüsü olaraq qəbul edirlər. Certificat Européen de Langue Française (Certificat de Français) - Avropa dil standartları tərəfindən beynəlxalq səviyyədə qəbul edilir. Sertifikat yazılı və şifahi anlama və ifadə bacarıqlarını ölçür. Diplôme de français professionnel Affairs – Paris Ticarət Palatasının (CCIP) sponsorluğu ilə təqdim olunan bu iş imtahanı, orta və yuxarı səviyyəyə qədər olan tələbələr üçün müvafiqdir.

İspan dili Diploma de Español como Lengua Extranjera (DELE) – Ana dili ispan dili olmayanların girə bildiyi və İspaniya Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən tanınan yeganə imtahandır. Diploma Superior de Español de Los Negocios (DSEN) və Diploma Intermedio de Español de Los Negocios (DIEN) – Barselona Ticarət Palatasının sponsorluğu ilə orta və yuxarı səviyyədəki tələbələr üçün təqdim olunan iş imtahanıdır. Alman dili Zertifikat Deutsch als Fremdsprache ; Zertifikat Deutsch für den Beruf Kleines Deutsches Sprachdiplom İtalyan dili Certificato di Conoscenza (CLIDAS) Mandarin Çincəsi Hanyu Shuiping Kaoshi (HSK) Yapon dili Japanese Language Proficiency Test (JLPT levels N3-N5) İmtahan tarixləri və mərkəzləri haqqında məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Diplôme de français professionnel tourisme et hôtellerie B1 – Turizm, Otelçilik və Katerinq sahələərində işlək fransız dili kvaliifikasiya sənədidir.

Müəllimsinizmi? Xaricdə Müəllim Təhsili Kursları haqqında ətraflı məlumat almaq və ödənişsiz təhsil mənbələri üçün www. ef.com/teacher səhifəsinə nəzər salın.

Digər imtahanlar EF, bundan əlavə BULATS, BEC & TKT imtahanlarını da təqdim edir. Ətraflı məlumat üçün lütfən bizimlə əlaqə saxlayın.

www.ef.com/centers 15


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.