4-cü sinif Oxuyub-anlama və Dinləmə. (Çinar Yayimlari nəşriyyatı 4-cü sinif)

Page 1

2020-ci il


BAŞ DİREKTOR

ELMİ REDAKTOR

Bəhram Oruclu

Könül Şahbazoba Bakı Şəhəri, BDU-nun nəzdində Gənc İstedadlar Liseyinin Azərbaycan Dili və Ədəbiyyat müəllimi

BAŞ REDAKTOR

Əli Hənifəyev MÜƏLLİF

Nigar Cəfərzadə

RƏYÇİ

Oytun Çetin Okulistik MMC-nin direktoru

METODİKİ CƏHƏTDƏN İŞLƏYƏNLƏR

Aybəniz İslamlı Nigar Həsənova

TƏRTİBAT VƏ DİZAYN

Çinar Dizayn & Qrafik

REDAKSİYA İLƏ ƏLAQƏ

ISBN: 978-9952-8404-1-4

(055) 224 - 56 - 26 (055) 224 - 56 - 52 cinaryayimlari@gmail.com www.cinaryayimlari.com

Vəsaitin bütün hüquqları Bəhram Orucluya məxsusdur. Xüsusi icazəsi olmadan bu kitabı və yaxud onun hər hansı hissəsini çap etdirmək, surətini çıxartmaq, elektron üsulla yaymaq QADAĞANDIR!

c Bəhram Oruclu


ST

Mətnə uyğun başlığın tapılması

1 N

TE

ASA

1.

3.

Bir gün şah Molla Nəsrəddini çağırıb sual vermək istəyir, amma suala şərt qoyur ki, əgər bilməsə, çoxlu pul istəyəcək. Bilsə, şah ona çoxlu pul verəcək. Molla razı olur. Molladan soruşurlar: “Molla, göydə neçə ulduz var?” Molla bir qədər fikirləşib deyir: “Eşşəyimin tükü qədər, əgər əmin deyilsinizsə, sayın”. Şah onu saya bilmədiyindən pulu verməli olur.

Qarışqalar yemək tapmaq üçün uzaq səfərlərə çıxırlar. Bəs necə olur ki, geri qayıdanda onlar öz yuvalarını tapa bilirlər? Bunun səbəbi qarışqaların çox yaxşı iybilməsidir. Qarışqa bir yana gedəndə ləpirinin iyi yolda qalır. Yuvaya qayıdanda o həmin iyi tutub geri qayıdır və heç zaman azmır.

Mətnə ən uyğun başlığı tapın: Mətnə ən uyğun başlıq hansıdır?

A) Qarışqaların həyatı

A) Zalım şah

B) Cücülərin yaşayışı

B) Ağıllı cavab

C) Həşəratların yem tapma yolları

C) Hiyləgər Molla

D) Qarışqaların iybilmə qabiliyyəti

D) Mollanın eşşəyi

2.

4.

Rənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəh-

Qədim romalıların inancına görə

vəyi və onlardan alınan rəng ça-

insanın ruhu nəfəsində yaşayır.

larlarıdır. Bu rənglər bizə günəşi,

Asqırdıqda isə ruh bədəndən çıxa

istini, odu-alovu, səhraları xatırla-

bilir. Buna görə də asqıranda dər-

dır. Soyuq rənglər bizə şaxtanı,

hal sehrli sözləri demək lazımdır:

sazağı, qarı, buzu xatırladır. Bu

“Qoy tanrılar ruhu geri qaytarsın

rənglərə göy, bənöv-

və sağlamlıq versin”. Tədricən bu

şəyi, yaşıl, mavi və

ifadə qısaldılaraq “Sağlam olun!”

onların çalarlarını

kimi işlənir.

aid etmək olar.

Mətnə ən uyğun başlıq hansıdır?

Mətnə ən uyğun başlıq hansıdır?

A) Romalıların inancları

A) Rənglərin xarakteristikası

B) Sehrli ifadələr

B) İsti rənglər

C) “Sağlam ol!” ifadəsinin mənşəyi

C) Soyuq rənglər

D) Qədim insanlar

www.cinaryayimlari.com

D) Rənglərin ən gözəli

7

Çinar Yayımları


Çinar Yayımları

5.

6.

7.

İnsanlar xasiyyətlərinə görə müxtəlif olurlar. Mehriban, mərhəmətli insanları hamı sevir. Belələri haqqında «gözəl insandır» deyirlər. İnsanları sevmək, onlara qayğı və mərhəmətlə yanaşmaq müsbət keyfiyyətlərdir. Amma paxıllıq etmək, kinli olmaq, heç kimə kömək etməmək insanlığa yaraşmayan mənfi keyfiyyətlərdir.

Gülnur evə papaqsız gəldi. Anası onu papağını itirdiyinə görə danladı. Gülnur isə heç nə deməyib həyətə getdi. Elə bu vaxt ananın qulağına səs gəldi. Həyətə baxıb gördü ki, Gülnurun papağının içində iki bapbalaca pişik balası büzüşüb. Ana başa düşdü ki, Gülnur pişik balalarını papağının içində yatırdıb ki, onlara soyuq olmasın. O gülümsündü və qızını öpdü.

Mətnə ən uyğun başlığı tapın:

Mətnə ən uyğun başlıq hansıdır?

A) Yaxşı insanlar

A) Dəcəl Gülnur

B) Pis xarakterli insanlar

B) Xeyirxah qız

C) Müxtəlif xarakterli insanlar

C) Pişik balalarının həyatı

D) İnsanların müsbət keyfiyyətləri

D) Soyuq qış günü

8.

Hər səhər pəncərəmin qabağına bir ovuc buğda tökürəm. Üstündən on dəqiqə keçməmiş balaca sərçələr gəlib dənləməyə başlayırlar. Ancaq onlar sona kimi dənləyib bitirmirlər, digər sərçə dostlarına da saxlayırlar. Bu balaca quşlar belə paylaşmağın nə qədər gözəl oldu-

Ətrafımız müxtəlif varlıqlarla doludur: canlı və cansız varlıqlar. Canlılar böyüyür, inkişaf edir, çoxalır və məhv olur. Bu xüsusiyyətlərə malik olmayan varlıqlar isə cansız varlıqlardır. Məsələn, bitki və heyvanlar canlı varlıqlardır. Digərləri isə: məsələn, daş, odun, əşyalar cansız varlıqlardır. Biz bunları bir-birindən ayırmağı bacarmalıyıq.

ğunu anlayırlar. Mətnə ən uyğun başlıq hansıdır?

Mətnə ən uyğun başlıq hansıdır?

A) Sərçələrin yeməyi

A) Canlılar aləmi

B) Heyvanlara sevgi

B) Ətraf-aləm

C) Dostluğun dəyəri

C) Bitki və heyvanlar

D) Paylaşmağın gözəlliyi

Çinar Yayımları

D) Canlı və cansız varlıqlar

8

www.cinaryayimlari.com


ST

7

İN

TE

Mətnin ideyasının müəyyən edilməsi

ÇƏT

1.

Böyük bir məmləkətə başçılıq edən

Mətnin ideyasına aid olmayan fikir

bir hökmdar var imiş. Bir gün hökm-

hansıdır?

dar qərara gəlir ki, piyada uzun bir

A) Gözəl sözlər qarşımızdakına sevinc gətirər.

səfərə çıxsın. Məmləkətini qarışqarış gəzir, daşqalaqlı

B) İnsan ona deyilən pis sözləri unutmaz.

yolda gəzməkdən ayağı şişir. O saat belə bir qərar

C) Pis qəlbli insanlar rahatlıqla pislik edirlər.

çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin.

D) Qəlb və dil insanların ünsiyyətinə təsir edir.

Lakin vəzirlərindən biri ona tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindi-

3.

yi çarığın altına dəri tiksin.

Mən dayımla balıq tutmağa getmişdim. Tilovu suya atıb gözlədik, gözlədik, ancaq bir balaca balıq

Mətnin əsas ideyasını ifadə edən cümlə hansıdır?

da tilova düşmədi. Mən əsəbiləşib

A) Yaxşı hökmdar məmləkətin dərdindən xəbərdar olar.

səbirli olmaq lazım olduğunu söy-

B) Yaxşı hökmdarın yaxşı vəziri olar.

gözləmişdim ki, tilovun ağırlaşdığı-

getmək istədim, ancaq dayım ləyib gözləməyimi istədi. Bir az da

C) Əgər dünyanı dəyişmək istəyirsənsə, birinci özündən başla.

nı hiss etdim. Dayımla birgə tilovu

D) Daşlı yollarda yeriməsən, bərkiməzsən.

düşmüşdü.

çəkdik. Böyük bir balıq tilova Mən dayıma məsləhətinə

2.

Dünyadakı ən şirin və ən acı şey

görə təşəkkür

dildir. Ən gözəl söz dildən çıxar və

etdim.

insanı xoşbəxt edər. Ən pis söz də

Mətnin əsas ideyası nədir?

dildən çıxar və həmin söz insanı

A) Balıqları tutmaq olmaz.

yaralayar. Dünyadakı ən gözəl və

B) Səbir edən insan sonda mükafatını alar.

ən çirkin şey də qəlbdir. Gözəl qəlbi olanlar yaxşılıq edər. Pis qəlbi olan-

C) Hirslənərək verdiyimiz qərarlar xeyir gətirər.

lardan isə hər cür pislik gözləmək olar.

www.cinaryayimlari.com

D) Gözləmək heç yaxşı bir şey deyil.

19

Çinar Yayımları


Çinar Yayımları

4.

Mətnin əsas ideyası nədir?

Oxuyan və dinlədiyini anlayan, ancaq fikrini ifadə edə bilməyən uşaqların uğur qazanması çox çətindir. Oxuyan, öyrənən, ancaq dinlədiyini, öyrəndiyini anlamayan, sadəcə danışan uşaqların da çətinliyi var. Çünki onlar əzbərlədiklərini tez bir zamanda unudurlar. Ona görə də oxumaq, dinləmək, anlamaq və danışmaq kimi qabiliyyətlərin hər birini uşaqlarda düzgün formalaşdırmaq lazımdır.

A) Lazımsız sözlərə qulaq asmayan insan əvvəl-axır məqsədinə çatır. B) Neyləyəcəyini bilməyənlər həmişə tez yorulurlar. C) Ətrafımızda boşboğaz insanlar var. D) Əgər bir yolun sonunu görmürsünüzsə, o yola çıxmayın.

6.

Mətnin əsas ideyası nədir? A) Çoxlu kitab oxumaq lazımdır. B) Oxumaq, dinləmək, anlamaq və danışmaq bir-birilə sıx əlaqədədir. C) Dinlədiyini və oxuduğunu anlamaq hər şeydən vacibdir. D) Məktəbdəki dərsləri boş buraxmaq olmaz.

5.

Qurbağalar yüksək bir təpəyə çıxmaq üçün yarışa girirlər. İzləyici qurbağalar isə onların heç birinin qalib olmayacağını, tez yorulub vaz keçəcəyini söyləyirlər. Bunu eşidən qurbağalar həvəsdən düşürlər. Ancaq yarışın sonunda bir qurbağa təpəyə çıxa bilir. Sonra məlum olur ki, bu qurbağanın qulaqları eşitmirmiş, kar imiş.

Çinar Yayımları

1. Meşələr təmiz hava, sağlamlıq və gözəllik deməkdir. 2. Ona görə də meşələri planetimizin “ağciyəri” adlandırırlar. Meşələrsiz nəfəs almaq çətinləşər. Biz hava ilə nəfəs alırıq. Havanın təmiz olmaması isə hər şeyi məhvə aparar. 3. Meşələr bizə qida, geyim və yurdyuva bəxş edir. Meşələr insanlar üçün ən əziz şeylərdən biridir. 4. Hər bir insan gərək meşələr qarşısında vəzifəsini bilsin, yəni onu sevsin, qorusun və mühafizə etsin. İnsan meşələri mühafizə etməyə borcludur, çünki bunu ilk növbədə özü üçün edir. Mətnin əsas ideyasını ifadə edən cümlə hansıdır?

20

A) 1

B) 2

C) 3

D) 4

www.cinaryayimlari.com


ST

12

Q

TE

Mətnə uyğun olan atalar sözlərinin tapılması

SI N A

1.

Verilmiş atalar sözlərini məzmuna

Gənc oğlan əqrəbin suda boğul-

görə qruplaşdırın:

duğunu görür. Ona yazığı gəlir. Barmağını uzadıb onu sudan çıxarmağa çalışır, ancaq əqrəb

A) 1-2, 3-4

B) 1-3, 2-4

onu sancır. Sonra yenə uzadır,

C) 1-4, 2-5

D) 1-5, 2-4

əqrəb yenə sancır. Kənarda dayanıb olanlara tamaşa edən

3.

başqa bir nəfər oğlana deyir: — Görmürsən, sancır? Niyə çıxar-

Bəzən nəyisə çox, bəzən nəyisə az istəyirik. İstəklərimizə uyğun

mağa çalışırsan?

müəyyən planlar qururuq. Lakin

Gənc oğlan isə cavabında belə

bu zaman öz imkanlarımızı nəzərə

deyir:

almırıq. Ona görə də çox zaman

— Əgər o sancmağın-

bu, uğursuzluqla nəticələnir. Əgər

dan qalmırsa, mən

əlimizdə olan imkanları nəzərə

niyə yaxşılığım-

alaraq işə başlasaq, onda daha

dan qalım?”

uğurlu nəticə əldə edə bilərik.

Mətnə uyğun atalar sözü hansıdır?

Hətta böyüklərimiz bu haqda belə

A) İlanın ağına da lənət,

işlərini sahib olduğun şərtlərə və

bir söz də deyiblər: “Planlarını,

qarasına da.

imkanlara uyğun olaraq qur”.

B) Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.

Verilmiş mətnin məzmununa uyğun

C) Hansı daşı qaldırsan, altından

atalar sözü hansıdır?

əqrəb çıxar. A) Saxla samanı, gələr zamanı.

D) Yaxşılıq edirsənsə, təmənnasız et.

2.

B) Cavanlığın qədri qocalıqda bilinər.

1. Doğruya zaval yoxdur.

C) Ayağını yorğanına görə uzat.

2. Doğru dostluq qərəzsiz olar.

D) Bu günün işini sabaha

3. Yalan ayaq tutar, yeriməz.

saxlamazlar.

4. Dost dosta tən gərək. 5. Söz insanı ucaldır.

www.cinaryayimlari.com

32

Çinar Yayımları


Çinar Yayımları

4.

Verilən bayatının məzmununa

İnsan xarakteri müxtəlif olur. Kimsə

uyğun atalar sözü hansıdır?

işi, zəhməti sevdiyi halda, kimsə də bunlardan qaçır. Belə insanlar

A) El yandıran şamı söndürmək

tənbəl insanlardır. Tənbəlliyi adət

olmaz.

halına gətirən insanlar, adətən,

B) El dəlisini çölə atmaz.

yavaş hərəkət edirlər. Hər işdən tez

C) El igidləri ilə tanınar.

bezib yorulurlar. Heç nədən zövq

D) El ağzı — çuval ağzı.

almırlar. Bir işi görərkən onu gündən-günə ötürür, etməməyə çalışırlar. Həmişə halsız, qayğılı,

6.

yorğun görünürlər. Bir iş tapşırıldığı

baş verir. Bu hadisələr bizə gah

zaman ya o işi heç görmürlər, ya

sevinc, gah da kədər bəxş edir.

da yarımçıq qoyurlar. Onların

İnsana pis hadisələr daha ağır

çalışmamaq üçün

təsir edir. Ancaq bir pis hadisə bir

həmişə bir

neçə dəfə yaşanırsa, bu əvvəlki

bəhanələri

kimi insana təsir etmir. Eyni halı

var.

yenidən yaşadığı üçün daha soyuqqanlı olur, daha düzgün

Mətnə uyğun atalar sözünü tapın:

qərarlar qəbul edir. Böyüklərimiz

A) İş insanın cövhəridir.

deyib ki, insan daim bir əhval-

B) Tənbəl deyir, ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

ruhiyyəni hər gün eyni cür yaşaya

C) Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

günlər olsun, insan öyrəşdiyini

bilməz. İstər pis, istərsə də xoş adi qəbul edir.

D) Zəhmət çəkməyən bəhrəsini görməz.

5.

Həyatımızda müxtəlif hadisələr

Mətnə uyğun atalar sözünü tapın: A) Yağışdan çıxdıq, yağmura düşdük.

Əzizim, ötmək olmaz, Köhləni ötmək olmaz.

B) İslanmışın yağışdan nə qorxusu var?

Elin atdığı daşı Yerdən tərpətmək olmaz.

C) Sirkə nə qədər tünd olsa, öz qabını çatladar. D) Qorxan gözə çöp düşər.

Çinar Yayımları

33

www.cinaryayimlari.com


TE

ST

14 O R TA

1.

Mətnin məğzinə uyğun sualların cavablandırılması 3.

Təbii sərvətlər insanlar üçün çox vacibdir. Çünki təbii sərvətlərin tükənməsi ilk olaraq insanlara mənfi təsir göstərəcək. Ona görə də dünya ölkələri təbii sərvətləri qorumaq üçün ciddi tədbirlər görməyə başlayıblar. Hətta vətənimizin təbii sərvəti olan suyu, qazı, nefti artıq tükənir. Mətndə hansı suala cavab yoxdur? A) Hansı təbii sərvətlərimiz var?

Mətndə hansı suala cavab yoxdur?

B) Təbii sərvətləri qorumaq üçün hansı tədbirlər görülüb?

A) Abdulla Şaiq nəyin banisidir? B) A. Şaiqin hansı şeirləri var?

C) Hansı təbii sərvətlərimiz tükənir?

C) A. Şaiq dünya ədəbiyyatından hansı əsərləri tərcümə edib?

D) Təbii sərvətlərin tükənməsi nəyə ziyan vurur?

2.

Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının incilərini yaratmışdır. O, şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. A. Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

D) “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” pyeslərinin müəllifi kimdir?

Yuxu bizim üçün olduğu qədər heyvanlar üçün də çox vacibdir. Ancaq heyvanların yatmaq şəkilləri və vaxtları fərqlidir. Bəziləri günün çoxunu yuxuda keçirir, bəziləri isə çox az yatır. Bəziləri uçanda, bəziləri tək ayaqüstə, bəziləri oturanda yatır. Bəziləri gündüz yatır, bəziləri də gecə.

4.

Mətn hansı sualın cavabıdır?

Hər şeyin bir yaranma tarixi olduğu kimi cizgi filmlərinin də tarixi vardır. Cizgi filmin adı “cızmaq, şəkil çəkmək” sözündən meydana gəlib. İlk cizgi filminin tarixi də belə yaranıb. Şəkillər əllə çəkilib və ard-arda dəyişdirilərək çəkilmiş şəkillərdəki obrazların hərəkəti təmin edilib. Nəticədə ilk cizgi filmi yaranıb.

A) Heyvanlar nə qədər yatır?

Mətndə hansı suala cavab var?

B) Heyvanların yatmağı birbirindən necə fərqlənir?

A) İlk cizgi filmləri necə yaranıb?

C) Hansı heyvanlar gecələr yatır?

C) Cizgi filmləri necə çəkilir?

D) Ən çox yatan heyvan hansıdır?

D) İlk animasiya necə olub?

www.cinaryayimlari.com

B) İlk cizgi filmini kim yaradıb?

37

Çinar Yayımları


Çinar Yayımları

5.

7.

Şəhərdə daha çox əhali yaşayır. Buna görə də burada çoxlu məktəb, sənaye müəssisələri, idman kompleksləri və xəstəxanalar olur. Şəhərdəkilər çoxmərtəbəli binalar və başqa tikililər ilə əhatə olunurlar. Şəhərdə nəqliyyat vasitələrinin sayı da çoxdur. Ona görə də şəhər həyatı qaynardır.

Kompas fəzada istiqaməti təyin edən cihazdır. İlk dəfə eramızdan əvvəl təqribən III-II əsrlərdə Çində icad olunub. İlk kompas qayıqvarı maqnitdən yaradılıb. “Qayığın” bir ucu kürəyə, bir ucu isə oxa oxşayırdı. Çinlilər XI əsrdə onu dəmirdən də düzəldiblər.

Mətndə hansı suala cavab yoxdur? Mətndə hansı suala cavab var?

A) Kompas nə üçündür? B) İlk kompas necə olub?

A) Şəhərdə neçə min adam yaşayır?

C) Kompası dəmirdən nə vaxt düzəldiblər?

B) Şəhər həyatı kənd həyatından nə ilə fərqlənir?

D) Çinlilərdən sonra kimlər kompası təkmilləşdirib?

C) Şəhərdə nələr yerləşir? D) Şəhərdə yaşayan insanlar necə

8.

iş tapırlar?

6.

yuxudan durmağa

Lampa yunan dilində məşəl, işıq anlayışlarını bildirir. Közərən lampalar ilk dəfə XIX əsrin əvvəlində ixtira olunub. Lampa 1829-cu ildə Tomas Edison tərəfindən güc qaynağı və kabel sistemi şəklində işıqlandırma vasitəsi kimi ixtira edilib. Onun bu ixtirası dünyaya yayılıb.

çətinlik çəkir. Ancaq tezdən ayılmağın bir çox faydaları var. Əgər tezdən dursanız, edəcəyiniz hər bir işi vaxtında çatdıra bilərsiniz. Üstəlik daha gümrah olarsınız. Rahatca paltarlarınızı səliqəyə salıb, səhər yeməyini yeyib, işə də vaxtında gedə bilərsiniz. Beləcə daha rahat olarsınız.

Mətndə hansı sualın cavabı var?

Mətn hansı sualın cavabıdır?

A) Tomas Edison haralıdır?

A) Səhər yeməyinin əhəmiyyəti nədir?

B) Lampalar nə qədər vaxta hazırlanırdı?

B) İş həyatının çətinliyi nədir?

C) Lampa sözü nə deməkdir?

C) Yuxunun nə kimi əhəmiyyəti var?

D) Ağ lampa nə zaman ixtira edilib?

Çinar Yayımları

Bir çox insan tezdən

D) Tez durmağın hansı faydaları var?

38

www.cinaryayimlari.com


TE

ST

19

Mətnin giriş cümləsinin tapılması

Ç Ə TİN

1.

3.

... Çünki gülərüzlü insanlar hər qüsuru qəbul edir, səhv edənləri

sönərkən onu bürüyən hissi, yəqin

bağışlayırlar. Onlara görə dünya

ki, xatırlayır. Qaranlıq zalda işıqla-

gözəl dünyadır və dünyada qəlb

nan səhnənin sirli, möcüzəli pərdə-

qırmamaq daha gözəldir. Ona

si açılır və tamaşanın qəhrəmanla-

görə də gülərüzlü insanlarla bir

rı peyda olurlar. Səhnədə tama-

mühitdə olanlar

milə yeni, qeyri-adi “həyat” başla-

daha xoş həyat

yır. Orada baş verənlər həm

yaşayırlar.

doğru, həm də uydurmadır. Mətnin giriş cümləsini tapın:

Bunlardan hansı mətnin giriş

A) Uşaqlar parka getməyi sevir.

cümləsidir?

B) Kino, film hər kəsi maraqlandırır. C) Teatr fantaziya, oyun aləmidir.

A) Ərtafımız müxtəlif xarakterli insanlarla doludur. B) Pessimist insanlar çox bədbin

D) Zoopark hamı üçün maraqlıdır.

olurlar.

4.

C) Hər kəs hər zaman ancaq

... Ərəbistan səhralarında dəvə tək nəqliyyat vasitəsidir. Onun əti, dərisi

gülməlidir.

məişət üçün ən zəruri şeylərdir. Ona

D) Gülər üz insana hər şeydən

görə də dəvənin ölməsi ərəblər

əvvəl cəsarət verir.

2.

... Kim orada olubsa, zalın işıqları

üçün ən böyük faciədir, fəlakətdir. Beləliklə, çox zaman bədbəxtliyə

... Ancaq bunu heç kimə deməmək,

düçar olmuş insanı

etdiyi ilə lovğalanmamaq daha

dəvəsi ölmüş ərəbə

gözəldir. Yaxşılıq etmək insanı xoş-

bənzədirlər.

bəxt edir. Ona görə də yaxşılıq edin, ancaq kiməsə göstərmək

Mətnin giriş cümləsini tapın:

üçün yox.

A) Ərəbistan inkişaf etmiş ölkədir.

Mətnin giriş cümləsini tapın:

B) Köçəri ərəblərin bütün həyatı dəvə ilə bağlıdır.

A) Yaxşılıq etmək gözəldir. B) Uğur insanı xoşbəxt edir.

C) Dəvənin ülgücləri piy ilə doludur.

C) Heç kimin işinə qarışmayın.

D) Ərəb alimləri elm aləmində iz qoyublar.

D) Çox çalışmaq lazımdır.

www.cinaryayimlari.com

49

Çinar Yayımları


Çinar Yayımları

5.

7.

... Təbiət insandan asılıdır, insan da təbiətdən asılıdır. Belə ki, meşələr

Bunlardan biri hər hansı bir mətnin giriş cümləsi ola bilməz:

şəhərləri, kəndləri tozdan və zəhərli qazlardan təmizləyir. Demək, təbiə-

A) Təbiətin məhvi insanların məhvidir.

tin qayğısını çəkməklə insan öz gə-

B) Təbiət yaşıllıqlarla, ağaclarla

ləcəyini təmin edir. Ağacların qırıl-

gözəldir.

ması minlərlə heyvan və bitkilərin,

C) Ağacları kəsməklə insan təkcə

kənd təsərrüfatı məhsullarının

təbiətə deyil, özünə də zərər verir.

məhv olması, iqlimin dəyiş-

D) Bunlar hər kəsi düşündürür.

məsi və başqa bəlalarla nəticələnir.

8.

... Kişmiş yemək təzyiqi aşağı salır, iltihablara qarşı dərman

Mətnin giriş cümləsini tapın:

kimi istifadə olunur. A) Bitkilər olmadan planetimizi

Hər gün bir ovuc

təsəvvür etmək olmaz.

alma qurusu

B) Şəhərimizdə minlərlə bitki,

yorğunluğu aradan

heyvan növü var.

qaldırır. Xurma orqanizmi gücləndi-

C) Canlıları qorumaq borcumuzdur.

rir. Quru tut qan artıran, hərarəti

D) Azərbaycanın zəngin heyvanlar

salmaq üçün də təsirli vasitədir. Vitaminlə zəngin quru tut stressi

aləmi var.

6.

aradan qaldırır və tox saxlayır.

Aşağıdakı cümlələrdən mətn

Bunlardan hansı mətnin giriş

düzəltsək, hansı variant mətnin giriş cümləsi olar?

cümləsi ola bilər?

A) Onlar inanırdılar ki, xoşbəxtlik qəlbdən, qorxu böyrəklərdən gəlir.

A) Tərəvəzlər, meyvələr insan üçün

B) Əgər iç sağlığı yaxşıdırsa, o zaman duyğular da yaxşı olur.

B) İnsan çöl yeməklərindən uzaq

C) Qədim insanlar duyğular ilə orqanlar arasında qırılmaz bir əlaqə olduğuna inanırdılar.

C) Meyvələri qurudub qış üçün

ən xeyirli qidadır. olmalıdır. saxlamaq da olur. D) Quru meyvələrin insan sağlamlığına müsbət təsiri çoxdur.

D) Əgər daxili sağlığın yaxşı deyilsə, deməli, əhvalın da yaxşı deyil.

Çinar Yayımları

50

www.cinaryayimlari.com


ST

23

N

TE

ÇƏT

1.

İ

Cümlələri düzgün sıralamaqla mətnin qurulması 3.

1. O, səhər tezdən durub işə gedir. 2. O deyir ki, fabrikdə çoxlu tikiş maşınları var. 3. Anam tikiş fabrikində işləyir. 4. Belə ki, anam evə qayıdanda onu başqa işçilər əvəz edirlər. 5. Fabrikdə iş növbəlidir.

1. Günlərin bir günü xəlifənin vəzirlərindən biri onu ələ salmaq məqsədilə Bəhlula deyir: “Muştuluğumu ver, Bəhlul! Əmirəl-möminin səni öküz və eşşəklərə sərkərdə təyin etmişdir”. 2. Harun ər-Rəşid həmişə Şeyx Bəhlulu məclisinə çağırtdırıb, onun hazırcavablığından zövq alıb əylənərmiş. 3. Bəhlul deyir: “Deməli, sən də mənim rəiyyətlərimdən birisən. Elə isə əmrimdə müntəzir dur!”

Cümlələri düzgün sıralamaqla mətn qurun:

2.

A) 1, 2, 3, 4, 5

B) 3, 1, 2, 5, 4

C) 3, 2, 1, 4, 5

D) 5, 3, 4, 2, 1

Bölmələri düzgün sıralamaqla

1. “Belə naşükür olma. Mən indi

mətn qurun:

sənin üçün son dərəcə faydalıyam,

A) 1, 2, 3

B) 2, 3, 1

çünki səni qızmar günəşdən qoru-

C) 2, 1, 3

D) 1, 3, 2

yuram”. 2. Ağacın budaqlarına

4.

baxdıqdan xeyli sonra biri digərinə dedi: “Bu necə də faydasız ağacdır; nə bir meyvəsi, nə də bir qozası var”. 3. İki adam yay günündə gəzişirdi. Hava çox isti idi. Onlar bir ağac gördülər və onun kölgəsində istirahət etmək üçün uzandılar. 4. Ağac onun sözünə acıqlandı: Bölmələri düzgün sıralamaqla mətn

1. Heç kimi özündən güclü bilmir. 2. İki xoruz bir-biri ilə döyüşür, məğlub olan xoruz gedib gizlənir. 3. Qalib xoruz isə hasara qonub vargücü ilə banlamağa başlayır. 4. Lovğa xoruzu qartal görür. 5. Dərhal hasarın üstünə şığıyıb lovğalanan xoruzu caynağına alıb aparır. Cümlələri düzgün sıralamaqla

qurun:

mətn qurun:

A) 3, 4, 2, 1

B) 3, 2, 4, 1

C) 4, 3, 2, 1

D) 4, 1, 3, 2

www.cinaryayimlari.com

57

A) 2, 3, 5, 1, 4

B) 4, 2, 3, 1, 5

C) 3, 2, 1, 4, 5

D) 2, 3, 1, 4, 5

Çinar Yayımları


Çinar Yayımları

5.

7.

1. Dəvə hirslənib dedi: “Sənin tikanların məni qorxutmur. Kölgəndə yer verdiyin qonağını narahat etmək istəmirəm”. 2. İstədi yarpaqlarını yesin, gördü ki, yekə bir ilan kolun dibində qıvrılıb yatıbdır. 3. Bir dəvə çöldə otlayırdı. O, böyük bir tikan koluna rast gəldi. 4. İlanı görən kimi dəvə tez geri çəkildi. Tikan kolu dəvəyə gülüb dedi: “Ay dəvə, bilirəm tikan yeyənsən, ancaq mən sənin üçün o tikanlardan deyiləm”.

yıxıldı, üstü-başı toz-torpağa batdı. 2. Yollarına davam etdilər, bir az gedəndən sonra Turanın ayağı daşa dəyib yıxıldı, ancaq qızlar ona gülmədi. 3. Nərmin tez Ləmanı ayağa qaldırdı, Turan isə kənarda dayanıb qəhqəhə çəkib güldü. Ləman pərt oldu. 4. Nərmin, Ləman və Turan birlikdə evə qayıdırdılar. 5.Turan səhvini başa düşdü. Cümlələri düzgün sıralamaqla mətn qurun:

Bölmələri düzgün sıralayıb mətn qurun.

6.

A) 3, 2, 1, 4

B) 2, 3, 4, 1

C) 1, 2, 3, 4

D) 3, 2, 4, 1

8.

1. Dünən qardaşımla karuselə

3. Amma atı nə qədər bərk çapdımsa da, filə çata bilmədim. 4. O, qabaqdakı fili sürürdü. Mən də ata minmişdim.

Cümlələri düzgün sıralamaqla mətn

Cümlələri düzgün sıralamaqla mətn

qurun:

qurun:

Çinar Yayımları

D) 1, 3, 4, 2, 5

hökmən ötəcək.

5. — Bəs şəkillərini çəkəndə niyə tutmamısınız?

D) 4, 3, 2, 5, 1

C) 1, 4, 3, 5, 2

yik. Bu dəfə mənim atım fili

3. — Bunlar kimdir? 4. Təəccüblə divardakı şəkillərə baxıb qapıda dayanmış polisdən soruşur:

C) 1, 2, 3, 4, 5

B) 4, 5, 3, 1, 2

2. Biz sabah da karuselə minəcə-

2. — Onları axtarırıq ki, tutaq.

B) 4, 3, 2, 1, 5

A) 4, 1, 3, 2, 5

minmişdik.

1. Bir uşaq polis idarəsinin qarşısından keçir.

A) 1, 4, 3, 2, 5

1. Qəfildən Ləmanın ayağı ilişib

58

A) 1, 4, 3, 2

B) 2, 3, 4, 1

C) 2, 1, 3, 4

D) 1, 2, 3, 4

www.cinaryayimlari.com


TE

Mətnə uyğun olmayan cümlənin tapılması

ST

29 ASAN

1.

3.

1. Qorxmazın iti xəstə idi. 2. Qorxmaz onun altına şabalıd, söyüd ağacının budaqlarını kəsib döşədi, ona qənd, isti süd verdi. 3. Hətta Məstan da ona kömək edirdi. 4. İtlər sədaqətli heyvanlardır. Mətnə uyğun gəlməyən cümlə hansıdır? A) 1

B) 2

C) 3

1. Səbirsizlik və tələskənlik insanların ən mənfi xüsusiyyətlərindəndir. 2. İnsanlar bütün işləri tez-tələsik etməlidirlər. 3. İstənilən işi tələsdirmək düzgün deyil. Bəzən gözləmək və səbir etmək lazımdır. 4. Tələskənlik bəzən işləri düzəlməz vəziyyətə də sala bilər. Mətnə uyğun gəlməyən cümlə hansıdır?

D) 4

A) 1

2. 4.

1. Pinqvin uça bilməyən quşdur. 2. Əgər qanadlarını aşağıya çırpırsa, qabağa və arxaya doğru hərəkət edir. 3. Pinqvinlər uça bilməsələr də, yaxşı üzürlər. 4. Onlar əla üzgüçülük qabiliyyəti sayəsində nəhəng okean dalğalarının öhdəsindən asanlıqla gəlirlər. 5. Onlar suyun altında 30 dəqiqə qala bilirlər.

B) 2

C) 3

www.cinaryayimlari.com

C) 3

D) 4

İnsanlar fərqli olurlar: zəhmətkeşlər və tənbəllər. Tənbəl insanlar işdən qaçmağa çalışarlar. 1. Zəhmətkeş insanlar isə işi çox sevərlər. 2. Zamanlarını boş keçirməzlər. 3. Daim nəsə etməyə çalışar, gördükləri işdən zövq alarlar. 4. Ona görə də heç vaxt zəhmətlərinin bəhrəsini görməzlər. Mətnə uyğun gəlməyən cümlə hansıdır?

Mətnə uyğun gəlməyən cümlə hansıdır? A) 1

B) 2

A) 1

D) 4

69

B) 2

C) 3

D) 4

Çinar Yayımları


Çinar Yayımları

5.

7. 1. Qədim zamandan bəri insan

1. Kitabxanalar çoxlu kitablarla

bəzək əşyaları düzəldir. 2. Əvvəlcə bu bəzəklər ovlanmış heyvanların dişindən, mərcandan, gildən hazırlanırdı. 3. Ovçuluq və maldarlıq qədim zamanlarda insanların əsas məşğuliyyəti idi. 4. Sonralar isə insanlar, qiymətli daşlardan, metal və şüşədən istifadə etməyə başladı. Bu bəzəklər sadə və dəbdəbəli olmalıdır.

doludur. 2. Nağıllar — möcüzələrlə dolu sirli, sehrli aləmdir. 3. Nağıllar əfsanəvi qəhrəmanlarla, əşyalarla doludur. 4. Burada, adətən, xeyirxahlıq qəddarlıq üzərində qələbə çalır. Hadisələr xoşbəxt sonluqla bitir. Mətnə uyğun gəlməyən cümlə hansıdır? A) 1

6.

B) 2

C) 3

D) 4

Mətnə uyğun gəlməyən cümlə hansıdır?

1. Quş tükü çox yüngüldür, qaldırma gücü var və yenidən asanlıqla əvvəlki vəziyyətinə qayıda bilir. 2. Qazın bir tükünü külək havaya qaldırmışdı. Quşlar ondan soruşurdu ki, sən kimsən? 3. Qaz tükü lovğalanırdı ki, mən də quşam. Hara istəsəm, ora da uçaram. Birdən yağış yağmağa başladı. 4. Qaz tükünün üstünə su damcıları düşdüyü üçün o daha uça bilmədi. Pərt olub daha danışmadı.

A) 1

8.

B) 3

C) 4

Çinar Yayımları

C) 3

D) 4

1. Yolda ara verib dayanmaq insanı dincəldir. 2. Yolçular uzun yolda dincəlməyə daha çox üstünlük verirlər. 3. Həm sürücü, həm də yolçu üçün dincəlmək çox vacibdir. 4. Sürücü yol qaydalarına əməl etməlidir. Mətnə uyğun gəlməyən cümlə hansıdır?

Mətnə uyğun olmayan cümlə hansıdır? A) 2

B) 2

A) 1

B) 2

C) 3

D) 4

D) 1

70

www.cinaryayimlari.com


TE

ST

Mətnə cümlənin əlavə edilməsi

33 ASAN

1.

3.

Delfinlər su heyvanlarıdır. 1. Çoxu

Bütün canlıların yaşaması üçün hava, su, torpaq, işıq lazımdır. An-

dənizlərdə, bəziləri şirin su göllə-

caq digər canlılardan fərqli olaraq,

rində və çaylarda yaşayır. 2. Çünki

... Məsələn, geyindiyimiz paltar, ye-

onların uğur gətirəcəyinə inanırlar.

diyimiz ərzaq, oxuduğumuz kitab,

Delfinlər ağıllı və sevimlidirlər.

istifadə etdiyimiz qaz, elektrik

Həmişə gülürmüş kimi görünürlər.

enerjisi və başqaları

3. Əslində, bu onların ağız qurulu-

bizim zəruri ehtiyac-

şundan qaynaqlanır. Onlar fərqli

larımızdandır.

səslər çıxararaq öz aralarında danışırlar.

Boşluğa uyğun gələn fikri yazın:

4. Alimlər delfinlərin

A) insanların heç nəyə ehtiyacı

suyun altında necə

yoxdur.

ünsiyyət qura bildiklərini neçə illərdir

B) cansız aləm daha zəngindir.

anlamağa çalışırlar.

C) heyvanlar, bitkilər təbiətin əsas hissəsidir.

“Delfin əti çox dadlı olur, ancaq

D) insanların başqa ehtiyacları da var.

insanlar onları öldürmürlər” cümləsi

4.

neçə nömrəli yerə artırılsa, mətnin

simvolu var. Məsələn, Göyçay narı,

məzmununa uyğun gələr? A) 1

2.

B) 2

C) 3

Lənkəran limonu, Quba alması,

D) 4

Gədəbəy kartofu, Sabirabad qarpızı ilə tanınır. Amma bu o demək deyil

Belə bir deyim var: “Səhv etməyən insan heç nə etməyən insandır”. Bizə doğrunu səhvlər öyrədir. ... Ancaq əsas məsələ odur ki, səhv etdikdən sonra onu başa düşüb, düzəltməyə çalışmalı, lazım gələrsə, üzr istəməliyik.

ki, bu nemətlər təkcə həmin rayonlarda becərilir. ... Və hər bir ərazinin məhsulunun özünə xas dadı var. Boşluğa uyğun gələn fikri yazın: A) Təbii ki, bu nemətlər başqa rayonlarda da becərilir.

Boşluğa uyğun gələn cümləni yazın:

B) Başqa ölkələrdən ölkəmizə qida məhsulu gətirilmir.

A) İnsan səhvlərindən dərs çıxartmır. B) Heç vaxt səhv etmək olmaz.

C) Qida məhsullarına gübrə verilir.

C) Son peşmanlıq fayda vermir. D) Hər kəs səhv edə bilər.

www.cinaryayimlari.com

Hər bir ərazinin özünü tanıdan bir

D) Bu ərazilərdə həmin məhsullardan başqa heç nə becərilmir.

77

Çinar Yayımları


Çinar Yayımları

5.

7.

Başqasının kədərinə üzülməyi çox adam bacarır. ... O daha böyük bir ürək tələb edir. Xarakteri təmiz olanlar başqasının sevinci ilə sevinməyi bacaranlardır. Mətndəki boşluğu doldurun: A) Yaxşılığa yaxşılıqla cavab verməliyik. B) Başqasının kədərinə sevinməməliyik. C) Dostlarımızın xoşbəxtliyinin bizə aidiyyatı yoxdur.

Cizgi filmləri uşaqların həyatında mühüm rola malikdir. ... Belə ki, onların bəziləri uşaqların xəyal dünyasını inkişaf etdirir, əyləndirir, öyrədir. Uşaq ətrafında gördüyü hər bir şeyi onunla tanıyır, uşağın nitqinin formalaşmasına müsbət təsir göstərir. Ancaq şiddət, müharibə, ədəbsiz sözlər işlənən cizgi filmləri uşağa mənfi təsir göstərir. Ona görə də cizgi filmlərinə qarşı diqqətli olmaq lazımdır. Mətndəki boşluğu doldurun:

D) Başqasının sevincinə sevinmək isə daha çətindir.

A) Uşaqlar filmə baxmağı sevirlər. B) Bütün cizgi filmlərinə baxmaq olar. C) Böyüklər cizgi filmlərinə baxmırlar.

6.

D) Cizgi filmlərinin də mənfi və

Hamımız bir-birimizdən fərqliyik. Biz

müsbət tərəfləri var.

başqalarından fiziki görünüşümüzə görə fərqlənirik. Məsələn, boyumuz,

8.

çəkimiz, göz və saç rəngimiz və sair. Böyüdükcə fiziki görünüşümüz də

Mən gülləri çox sevirəm. ... Çünki mənə elə gəlir ki, güllər də insanlar kimi canlıdır. Ona görə də

dəyişir, boyumuz, çəkimiz artır, ba-

onları vaxtlı-vatında

carıqlarımız da inkişaf edir. ... Bu isə bizim işlərimizi daha da asanlaşdırır.

sulamaq, torpağını

Boşluğa uyğun gələn fikri yazın:

lazımdır.

A) Böyüdükcə inkişaf etmirik.

Məntdəki boşluğu doldurun:

yumşaltmaq

B) İnkişaf etdikcə yeni bacarıqlar

A) Bağçamızdakı gülləri dərirəm.

qazanırıq.

B) Ən sevdiyim gül qızılgüldür.

C) İnkişaf etdikcə bacarıqlarımızı

C) Gül dükanında rəngli güllər var.

itiririk.

D) Səhər duran kimi güllərə baxır,

D) Böyüyəndə öhdəliklərimiz artır.

Çinar Yayımları

onları sulayıram.

78

www.cinaryayimlari.com


TE

Mətndə bəhsi keçən və keçməyən mövzunun tapılması

ST Q

48 SIN A

1.

Mətnin əsas mövzusunu tapın:

Emin yarışda qalib gəlmişdi. Bütün

A) Tarixi abidələr

sevdikləri, ailəsi yanında idi, onunla

B) Qədim insanların məşğuliyyəti

sevincini paylaşırdılar, ona dəstək

C) Qayaüstü rəsmlərin əhəmiyyəti

olurdular. Təkcə ən yaxın dostundan

D) Tarixi yazıların əhəmiyyəti

başqa. Ona görə də gözü dostunu

3.

axtarırdı. Qapıdan çıxanda dostu qaça-qaça gəlib, onu

ki, babamın bir gülləsi də boşa

təbrik edərək dedi:

çıxmayıb. Amma babam ovdan

“Nəhayət, çatdım.

evə əliboş qayıdardı. Babamdan

Yol dəhşət sıxlıq idi”.

bunun səbəbini soruşdum. O

Sevincdən Eminin

məni özü ilə ova apardı ki, səbə-

gözləri doldu. Dostunu

bini öyrənim. Mən babama hey-

möhkəm qucaqladı.

ran qalmışdım. Babam vəhşi

Mətndə hansı mövzuya

heyvanlar ceyrana, marala və

toxunulmayıb?

digər zəif heyvanlara hücum

A) Dostluq

edəndə elə bir yerə atəş etdi ki,

B) Xoşbəxtliyi paylaşmaq

heç bir heyvanı yaralamadan vəhşi heyvanları qorxudub, digər

C) Bir-birinə dəstək olmaq

heyvanların həyatını xilas etdi.

D) Paxıllıq

2.

Babam mahir ovçu idi. Deyirdilər

Artıq başa düşdüm ki, babamın gülləsi heç bir

İnsanlar qədimdən bacarıqlı və

heyvana dəyməsə də,

incəsənətlə maraqlanan olublar.

heç vaxt boş çıx-

Qayaüstü rəsmlər də bunu sübut

mazdı. Mən babam-

edir. Əslində, bu rəsmlər heç də sa-

la bir də fəxr edib,

də deyil. Qələmin, bıçağın olmadığı

onun kimi ovçu

bir vaxtda daş üstündə cızılan bu

olmağı arzuladım.

rəsmlərlə qədim insanlar nələr etdiklərini başa salmağa çalışmışlar.

Mətndə bəhsi keçməyən mövzu

Bu rəsmlər vasitəsilə onların məş-

hansıdır?

ğuliyyəti, qidası, yaşam tərzi, həmçi-

A) Heyvanlara sevgi

nin əcdadlarımız haqqında geniş

B) Zəiflərə kömək

məlumat əldə etmək mümkündür.

www.cinaryayimlari.com

C) Xeyirxah əməl D) Ov heyvanları

110

Çinar Yayımları


Çinar Yayımları

4.

Mətndə hansı mövzudan bəhs

Bir simic, xəsis adam yolda gedəndə çaya düşür. Çay olduqca dərin olduğundan boğulmağa başlayır. Qışqırığa kənd camaatı köməyə

olunmur? A) Texnologiyanın təhsildə faydaları B) Təhsilin yaratdığı imkanlar

gəlir. “Əlini ver, əlini ver” — deyə səslənirlər. Amma adam əlini vermir. Kənardan bunu izləyən Molla Nəsrəddin gəlib deyir:

C) Öyrənməyi asanlaşdırma üsullar D) Təhsildə istifadə olunan texnoloji vasitələr

— Ona ver deməyin, verən deyil. “Əlimi tut”, “əlimi al” deyin, yoxsa boğulacaq. Kənd camaatı elə də edir. Xəsis “əlimi al”, “əlimi tut” deyənin əlin-

6.

Səhralar Yer kürəsinin ən quru əraziləridir. Lakin səhra təkcə isti yerlərə aid deyil. Arktikada, Antarktidada və Monqolustanda buzlu səhralar da var. Avropadan başqa dün-

dən yapışıb sudan çıxır.

yanın hər yerində səhralar vardır. Səhraların əksəriyyəti qumla, çınqıl-

Mətndə nədən bəhs olunur?

la, qayalıqlarla və günəşin istisində

A) Xəsislikdən

“bişmiş” gillə örtülü əraziləri əhatə

B) Qorxaqlıqdan

5.

edir. Bitkilər təsadüfi yağışlar za-

C) Ürəyiyumşaqlıqdan

manı canlarına su çəkə bilirlər.

D) Xeyirxahlıqdan

Gecələr səhralar çox soyuq olur.

Texnologiya həyatın bir çox sahələrinə daxil olduğu kimi təhsil həyatına da daxil olmuşdur. Texnoloji vasitələr təhsil almaq yolunu çox rahatlaşdırmışdır. Əvvəllər kitab çatışmazlığı var idisə, indi artıq hər kəs internet vasitəsilə elektron kitablardan istifadə etməklə istədiyini daha tez əldə edib öyrənə bilər. Bundan əlavə məktəblərdə qurulan videoçarxlar, şəkillər, səs yazmaları da öyrənməni daha da rahatlaşdırır.

yuvalarından yem axtarmaq üçün

Bu vaxt istidən gizlənmiş heyvanlar çıxırlar. Bunlar əsasən kərtənkələlər, tısbağalar, həşəratlar, əqrəblər, yaxud sünbülqıran və ərəbdovşanı kimi xırda gəmiricilərdir.

Mətndə bəhsi keçməyən mövzu hansıdır? A) Səhra heyvanları B) Buz səhralarının canlıları C) Səhraların yer örtüyü D) Səhranın iqlimi

Çinar Yayımları

111

www.cinaryayimlari.com


TE

ST

53 ASAN

1.

Mətnin məzmununun xarakterinin müəyyənləşdirilməsi 3.

Bir gün Molla Nəsrəddindən

Hinduşka çəkisi 15 kq ağırlığa

soruşurlar:

qədər olan çox böyük ev quşudur.

— Molla, ədəbli insan necə olur?

Bu ev quşu yazda digərləri qarşı-

Molla düşüncəli bir tərzdə cavab

sında lider kimi çıxış edir. Sinəsini

verir:

şar kimi qabağa verərək, başını

— Danışan olanda

arxaya əyir. Quyruğunu təkər

dinləyən, dinləyən

vəziyyətində aşağı əyərək

olanda danışan

qanadları ilə yeri

ədəbli insandır.

cızaraq digər hinduşkalar

Mətn necə xarakter daşıyır?

ətrafında fırlanır və səslər çıxardır.

A) Məlumat verir. B) Gülüş doğurur.

Mətn necə xarakter daşıyır?

C) Tərbiyəvi mətndir.

A) Məlumat xarakterlidir.

D) Faktlara əsaslanır.

B) Tərbiyəvi mətndir.

2.

Tərəvəzlərin tərkibində orqanizm

C) Tənqidi mətndir.

üçün son dərəcə faydalı maddə-

D) Gülüş doğurur.

lər çoxdur. Orqanizmin normal

4.

inkişafını təmin edən çoxlu vita-

madığımız insanlara qarşı diq-

minlərdən başqa, bir sıra müalicə

qətli olmalıyıq. Valideynlərimiz

xarakteri daşıyan maddələr də

tapşırıblar ki, tanımadığımız

vardır. Ona görə də

adamlarla danışma-

çoxlu tərəvəz

yaq. Çünki onlar

yemək hər kəs

bizə pislik edə,

üçün xeyirlidir.

zərər verə bilərlər.

Mətn necə xarakter daşıyır?

Mətn necə xarakter daşıyır?

A) Məlumat xarakterlidir.

A) Gülüş doğurur.

B) Tərbiyəvi mətndir.

B) Elmi mətndir.

C) Tənqidi mətndir. D) Gülüş doğurur.

www.cinaryayimlari.com

Məktəbə gedib-gələrkən tanı-

C) Öyrədici mətndir. D) Faktlara əsaslanır.

123

Çinar Yayımları


Çinar Yayımları

5.

7.

Molla Nəsrəddin bazara getmək

Bəzən ətrafımızda xoşagəlməz hadisələr baş verir. Bu

üçün əhliləşməmiş ata minir. At

hadisələr bizdən asılı ola və ya

necə yerindən götürülürsə, Molla

olmaya da bilər. Ancaq şahidi

onu dayandıra bilmir. Yolda Molla

olduğumuz heç bir haqsız, əda-

Nəsrəddini görüb soruşurlar:

lətsiz vəziyyətə göz yummama-

— Ay Molla, belə tələsə-

lıyıq və ətrafımza qarşı diqqətli

tələsə hara gedirsən?

olmalıyıq.

Molla həyəcanla cavab verir:

Mətn necə xarakter daşıyır?

— Atın apardığı yerə.

A) Məlumat xarakterlidir. Mətn necə xarakter daşıyır?

B) Tərbiyəvi mətndir. C) Tənqidi mətndir.

A) Məlumat verir.

D) Gülüş doğurur.

B) Gülüş doğurur. C) Tənqidi mətndir. D) Faktlara əsaslanır.

8. 6.

deyir:

“Xoşbəxtlik haradadır?” — deyə

— Saatım dayanıb, gərək ustaya

soruşsalar, cavab belədir:

aparım,

“Sevən bir insanın içindədir”.

təmizləsin!

Ona görə də xoşbəxt olmaq

Bunu eşidən

istəyirsinizsə, sevməyi öyrən-

balaca qızı — Əminə,

məlisiniz. İnsanları sevin, hey-

öz otağından söhbətə qarışır:

vanları sevin, təbiəti sevin, bir

— Yox, ata, o təmizdir, onu səhər

sözlə, hər şeyi sevin.

şampunla yumuşam!

Mətn necə xarakter daşıyır?

Mətn necə xarakter daşıyır?

A) Gülüş doğurur.

A) Faktlara əsaslanır.

B) Elmi mətndir.

B) Məlumat verir.

C) Öyrədici mətndir.

C) Tərbiyəvi əhəmiyyət daşıyır.

D) Tənqidi mətndir.

Çinar Yayımları

Ata işləməyən qol saatına baxıb

D) Gülüş doğurur.

124

www.cinaryayimlari.com


TE

ST

58

Şəkillərin mənasının oxunması

O RTA

1. Şəkildə nədən bəhs olunur?

3. Şəkildə nədən bəhs olunur?

A) Şarlar uçmağı xoşlayır.

A) Böyüklərə kömək etməkdən

B) İnsanlar şarları sevirlər.

B) Heyvanları qorumaq zərurətindən

C) Azadlıq xoşbəxtlikdir. D) Əşyalar da sahibləri kimi olurlar.

C) Valideynin özünü övladına fəda etməsindən D) Heyvanların dostluğundan

2. Şəkildə nədən bəhs olunur? 4. Şəkildə nədən bəhs olunur?

A) Balinaların yaşayış tərzindən

A) Balıqların həyatından

B) Səhra mənzərəsindən

B) Suların çirklənmə təhlükəsindən

C) Təbiətin gözəlliyindən

C) Sualtı tədqiqatlardan

D) Okeanların səhralaşmasından

D) Korona virusun balıqlara təsirindən

www.cinaryayimlari.com

135

Çinar Yayımları


Çinar Yayımları

5. Şəkildə nədən bəhs olunur?

7. Şəkildə nədən bəhs olunur?

A) Su ehtiyatı tükənir.

A) Quşların birliyindən

B) Telefonla şəkil çəkmək olar.

B) Yarpaqların saralmasından

C) Qızlar şəkil çəkməyi daha çox sevirlər.

C) Ağacların qırılmasından D) Yuva qurmaqdan

D) Səhrada da telefondan istifadə etmək mümkündür.

6. Şəkildə nədən bəhs olunur? 8. Şəkildə nədən bəhs olunur?

A) Sosial şəbəkələrdən məlumat almaq lazımdır.

A) Kənd həyatından

B) İnsanlar vaxtlarını sosial şəbəkələrdə israf edirlər.

B) Suyun əhəmiyyətindən

C) İnsan hamıdan güclüdür.

D) Biliyin gücündən

C) Təbiət mənzərəsindən

D) Vaxtı dəyərləndirmək lazımdır.

Çinar Yayımları

136

www.cinaryayimlari.com


MəTN-3

Keçmiş zamanlarda bir cavan oğlan daim öz kasıblığından şikayət edərdi: — Ah, kaş mənim də böyük dövlətim olaydı! Onda mən həmişə deyibgülüb yaşayardım! — deyə o, həmişə gileylənirdi. Bir qoca daşyonan onun evinin yanından keçəndə oğlanın sözlərini eşidib dedi: — Sən nədən şikayətlənirsən? Sən ki böyük dövlət sahibisən! — Mən dövlət sahibiyəm? — deyə oğlan təəccübləndi. Bəs hanı? — Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq istərdin? — deyə qoca ondan soruşdu. — Sən nə danışırsan?! — deyə oğlan təşvişlə ona cavab verdi. Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. — Yaxşı, — deyə daşyonan sözünə davam etdi. Onda gəl əllərini kəsək. Əvəzinə sənə çoxlu qızıl verərəm! — Yox, mən əllərimi qızıla satmaram, — deyə oğlan cavab verdi. Daşyonan dedi: — İndi görürsən ki, sən necə dövlətlisən?! Bəs nə üçün şikayətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət qüvvət, halal nemət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz! Qoca bunu deyib öz yolu ilə getdi. Oğlan şikayətlərindən peşman olub həyatına daha ........ davam etdi.

145


Çinar Yayımları

1. Mətnə ən uyğun başlığı siz

4. Mətnin məzmununda belə bir fikir yoxdur:

yazın:

A) İnsan üçün ən böyük zəngin-

lik zəhmət və halal çörəkdir. B) İnsanın ən böyük dövləti

onun sağlamlığıdır.

2. Mətnin məzmununa uyğun

C) İnsan əlində olanın qədrini

atalar sözü yazın:

bilməlidir. D) Bütün varlı insanların

xoşbəxtliyi var.

5. Mətnin sonunda nöqtələrin

Sizcə, dövlətli olmaq nə deməkdir? Fikrinizi bir neçə cümlə ilə əsaslandırın:

yerinə hansı söz yazılmalıdır?

A) ümidsiz B) ümidli C) məyus D) bədbin

6. Verilən xüsusiyyətləri uyğun olaraq birləşdirin:

1. Dünyagörmüş 2. Nikbin

3. Mətn necə xarakter daşıyır?

Cavan

3. Bədbin

A) Gülüş doğurur.

4. Ağıllı

B) Elmi mətndir.

5. Şikayətcil

C) Öyrədici mətndir.

Qoca daşyonan

D) Faktlara əsaslanır.

Çinar Yayımları

146

www.cinaryayimlari.com


MəTN-19

Gülyaz Küdrünün göy düzündən göy yığırdı. Azacıq aralı buludun yaşıllıqlara saldığı kölgə altında qoyduğu südəmər körpəsi yatırdı. Birdən azacıq aralıdan qopan gurultu Gülyazın nəzərlərini cəlb etdi. O döndü. 1. Bir sürü ceyran gurultuynan dərədən çıxıb düzənlik boyu Gülyaza tərəf qaçırdı. Lakin sürü başçısı Gülyazı görəndə bir anlığa dayandı və istiqaməti dəyişdi. Gülyazın həssas qəlbindən ana fəğanı qopdu. 2. Ceyranlara yarımsəhra, səhra və düzənliklərdə təsadüf olunur. Ceyranlar onun südəmər balasını tapdalayacaq, körpə dırnaqlar altında didiləcəkdi. O qaçmağa başladı. Lakin dəstə qundağa çatınca nədənsə birdən-birə durdu. 3. Gülyaz bir bala ceyranın büdrəyib üzüqoylu yıxıldığını gördü: — Ah... — deyə fəryad etdi. 4. Ceyranlar yıxılan balanı və yatan qundağı dövrəyə alıb durdular. Lakin Gülyazın yaxınlaşdığını görüncə ürküb qaçmağa başladılar. Bala ceyran isə qalxa bilmədi. Başını sürünün getdiyi tərəfə çevirdi. Zərif boynunu uzadıb mələdi. Sürüdən bir ceyran geri qaldı. O da ana idi. O da balasına səs verdi. Gülyaz bunu görüncə durdu. İndi hər iki körpə ceyranla Gülyazın arasında qalmışdı. Qadın ceyrana acıdığından bir addım da atmır, bala ceyran mələyib çağırır, ana ceyran isə insanı görüb yaxınlaşmağa qorxur, lakin gedə də bilmirdi. Yazıq-yazıq mələyirdi. Bu vaxt bala ceyran daşa dəyib sıyrılan qıçını güclə sürüyə-sürüyə anasına doğru getdi. Ana ceyran ürəklənib yanaşdı və ürkək baxışlarla ətrafını, Gülyazı nəzərdən keçirərək əziz balasını əmizdirməyə başladı. Gülyaz da körpəsinə yanaşdı. Gözləri ceyranlarda ikən balasını qaldırdı və oyanan körpəsinə süd verməyə hazırlaşdı. Onlar hər ikisi ana idilər...

ƏZIZə CəFəRZADə

177


Çinar Yayımları

1.

Gülyaz

4.

Ana ceyran

Mətnə aid olmayan cümlə hansıdır?

A)

1

B)

2

C)

3

D)

4

2. Tamamlayın: 5. Mətndə hansı ünsürə yer

Əsas obrazlar: ...

verilməmişdir?

İdeya: ... Hadisə: ...

A) Məkan

B) Hadisə

Sonluq: ...

C) Zaman

D) Qəhrəman

6. Mətndə hansı suala cavab

3. Ana haqqında 3 kəlam yazın:

yoxdur?

A) Gülyaz nə iş görürdü? B) Ceyranlar nə üçün dayandı? C) Ana ceyran niyə balasına

yaxınlaşa bilmirdi?

D) Çoban analara necə

kömək etdi?

Çinar Yayımları

178

www.cinaryayimlari.com


Dinləmə mətnləri

5.

Mətn 1 1.

Müdrik qocanın xarakterini açan bir neçə xüsusiyyət yazın:

Mətnə ən uyğun atalar sözü, deyim hansıdır? A) İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. B) Niyyətin hara, mənzilin də ora. C) Ədəbli ədəbindən susar.

Mətn 2

D) Ədəb bazarda satılmaz. 2.

3.

Mətndə hansı ünsürə yer verilməmişdir?

1.

A) Hadisə

B) Zaman

C) Məkan

D) Qəhrəman

Mətnin əsas ideyası nədir? A) Hava yaşam üçün ən vacib ünsürdür. B) Uğurun sirrini uğur qazananlardan soruş.

Mətnin məzmunu necə xarakter daşıyır?

C) Zəif arzular böyük nəticələr verir.

A) Məlumat verir.

D) Güclü arzu və məqsəd insanı uğura aparır.

B) Gülüş doğurur. C) Tərbiyəvi mətndir. D) Faktlara əsaslanır. 4.

2.

Cümləni tamamlayın: “Ona görə güldüm ki, ...

Mətndə hansı ünsürə yer verilməmişdir? A) Hadisə

B) Zaman

C) Məkan

D) Qəhrəman

181 Mətnləri dinləmək üçün

-dən

tətbiqini endirib barkodu oxudun və ya “Texno Çinar”

kanalımızdan axtarın!


Çinar Yayımları 3.

Mətnə ən uyğun başlıq hansıdır?

Mətn 3

A) Axmaq qoca

1.

B) Uğurun sirri C) Cahil gənc D) Yaşamağın sirri

4.

Mətnin məzmununda belə bir fikir yoxdur: A) Asan qazanılan, asan da itirilər. B) Əmək sərf etmədən gəlinən nöqtə müvəffəqiyyət sayılmaz.

Cümləni tamamlayın:

C) Hər işdə alın təri və əmək şərtdir.

“Bu, uğurun sirridir. O vaxt ki sən ...

D) Bütün fəlakətlərə hazırlıqlı olmaq lazımdır. 2.

Mətn necə xarakter daşıyır? A) Məlumat verir. B) Gülüş doğurur.

5.

C) Tərbiyəvi mətndir.

Mətnə görə uğurun sirri nədir?

D) Faktlara əsaslanır. 3.

Mətndə hansı suala cavab yoxdur? A) Balqabaq nə üçün məhv olurdu? B) Ağac nə qədər müddətə böyümüşdü? C) Balqabaq neçə aya böyüyüb ağaca çatmışdı? D) Ağacı kim əkmişdi?

182 Mətnləri dinləmək üçün

-dən

tətbiqini endirib barkodu oxudun və ya “Texno Çinar”

kanalımızdan axtarın!


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.