
13 minute read
MƏHSUL YIĞIMI
Fındığın tökülməsi və hava şəraitinin əsas amil kimi rol oynaması
Əsas fındıq sortlarının meyvəsi təbii olaraq 2-6 həftə ərzində tökülür. Məhsul yükü və iqlim şəraiti meyvənin tökülmə müddətinə ən çox təsir edən amil hesab olunur.
Advertisement
Məhsul yığımı vaxtı əsas məqsəd yerə tökülmüş meyvələri mümkün qədər tez bir müddətdə toplamaqdır.
•Məhsulu bir dəfə yığdıqda meyvənin keyfiyyəti aşağı düşə bilər, ona görə də yığımın ən az 2 mərhələdə aparılması vacibdir.
•Birinci mərhələdə meyvələrin 40-50%-i yerə töküldükdə, o cümlədən məhsuldarlıq aşağı səviyyədə olduqda yığıma başlamaq lazımdır.
•İstənilən halda, xüsusən də əlverişsiz hava şəraiti gözlənilərsə, tökülmüş meyvələr 7-10 gündən artıq yerdə qalmamalıdır.
•Fındığı yığdıqdan sonra dərhal təmizləmək və qurutmaq lazımdır. Rütubətli havada yığılmış fındığın nəmliyi artır və bu da məhsulun keyfiyyətinə mənfi təsir edir.
İqlim şəraitinin məhsul yığımına təsiri:
•Çox isti və quraq yay aylarında fındığın qərzəyi qurusa da meyvəyə bərk yapışır.
•Yay mövsümü sərin və yağışlı keçdikdə bitkilərin vegetasiya dövrü uzanır və fındığın qərzəyi yaşıl olaraq qalır. Ona görə də meyvənin, xüsusən də gecyetişən sortların yetişmə dövrü uzanır.
•Yığım planı hava proqnozuna əsasən hazırlanmalı və meyvə bağının torpağı vaxtında idarə olunmalıdır.
•Fermerlər məhsul yığımını torpağın xüsusiyyətlərinə uyğun olaraq qiymətləndirməli və optimallaşdırmalıdırlar.
Çətin hallarda, məsələn dik yamaclıqda yerləşən fındıq bağlarında texnikanın və avadanlıqların yuvarlanması riski nəzərə alınmalıdır.
Yığım maşınları və avadanlıqları
Fındığın tez və səmərəli şəkildə yığılması üçün müvafiq texnika və avadanlıqlardan istifadə etmək lazımdır. Mexanikləşdirmə ilə bağlı müxtəlif həll yolları mövcuddur, məsələn bəzi hallarda yığım aqreqatları özü hərəkət edir və ya traktora qoşulur. Qoşqulu maşınlar ucuz və etibarlı olsa da özüyeriyən aqreqatlarla müqayisədə daha çox işçi qüvvəsi və saatları tələb edir.
Yığım maşınlarını və avadanlıqlarını seçərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır:
•təsərrüfatın ölçüsü,
•işçi qüvvəsi,
•fındıq bağının yerləşdiyi ərazinin quruluşu (düz və ya maili olması).
3.2.1. Yığım maşınları və avadanlıqları
Maşın və avadanlıqların funksiya və yerdəyişmə prinsipinə görə təsnif olunması
Fındıqyığan maşınlar iş prinsipindən asılı olaraq iki əsas kateqoriyaya bölünür:
1)Vakuumlu yığım maşınları
2)Mexaniki yığım maşınları
Vakuumlu maşınlarda sorucu ventilyatorun yaratdığı hava axını meyvələri qaldıraraq çeşidləmə/təmizləmə aparatlarına göndərir. Mexaniki yığım maşınlarında isə yerə tökülmüş meyvələr fırlanan şotkaların vasitəsilə qaldırılır və yükləmə konveyerinə göndərilir.
İkinci fərq isə yerdəyişmə növünə əsaslanır:
• yedəyə alınan (qoşulan/dartılan) maşınlar traktora qoşulur və PTO (güc ayırıcı mexanizm) vasitəsilə hərəkətə gətirilir.
• quraşdırılmış maşınlar traktora arxa və ya ön hissədən 3 nöqtəli birləşmə yolu ilə qoşulur.
• özüyeriyən maşınlar öz motoru vasitəsilə hərəkətə gəlir və işləyir.
3.2.1.1. Vakuumlu yığım maşınları
Vakuumlu yığım maşınına yığılmış fındıqlar boşaltma kamerasına göndərilir və klapan vasitəsilə ventilyatorlu konveyerə boşaldılır. Ventilyatorun əmələ gətirdiyi hava axını xammalı konveyerin aşağı hissəsinə doğru itələyir və meyvələr yarpaqdan və ən yüngül qırıntılardan təmizlənir. Məhsul bundan sonra bur vasitəsilə fırlanan xəlbirə göndərilir. Həmin xəlbir iki ədəd silindrşəkilli fırlanan tor ekrandan ibarət olur. Məhsul həmin ekranların vasitəsilə çeşidlənir, yəni ekranlardan birini uyğun kalibrə və formaya malik olan ekranla əvəz etməklə müxtəlif ölçülü meyvələri çeşidləmək mümkündür. Beləliklə, məhsul paketlərə və ya treylerlərə göndərilir. Məhsulu qaldırmaq üçün istifadə olunan sorucu hava axını bir neçə silindrşəkilli siklon filtrlərdən keçir və nəticədə ətrafa toz yayılmır. Bundan sonra tozlu hava axını qıfşəkilli cihazlara daxil olur və mərkəzdənqaçan qüvvənin təsiri altında burulğan effekti yaradır. Havada üzən hissəciklər isə divarlara yapışır və sürətini itirərək aşağı düşür.
Yedəyə alınan (qoşulan) maşınlarla məhsul yığarkən diametri 100-140 mm olan bir və ya bir neçə elastiki, yüngül borulardan istifadə edilir (Şəkil 3.1). Operatorlar həmin boruları cərgələrə və ya tirələrə yaxınlaşdıraraq yerə tökülmüş meyvəni yığırlar. Yedəkli vakuum sistemindən istifadə edərkən operatorların çox hərəkət etməməsi üçün yerə tökülmüş fındığın cərgələrə və ya müəyyən nöqtələrə toplanması vacibdir.
Şəkil 3.1 Elastiki borularla təchiz edilmiş və yedəyə alınmış vakuumlu yığım maşını (Mənbə: DAFNE –Viterbo Universiteti, İtaliya).
Şəkil 3.2 Elastiki borularla təchiz edilmiş və yedəyə alınmış vakuumlu yığım maşını (Mənbə: AGRISERBIA).
Traktorun gücü modelindən və ölçüsündən asılı olaraq 20kv-60kv arasında dəyişir. Ən geniş yayılmış modellərdə yığılmış məhsul sorucu və təmizləmə sistemlərinə kəmər vasitəsilə ötürülür (Şəkil 3.2).
Yedəyə alınmış vakuumlu yığım maşınlarının bəzi versiyalarına avtomatik, mərkəzi və ya yan kollektor komponenti quraşdırmaq mümkündür (Şəkil 3.3). Belə kollektorlar əksər hallarda hidravlik ox vasitəsilə qaldırılır və şotkalı başlıqlardan ibarət olur. Bu mexanizmin sayəsində işçi qüvvəsinə qənaət etmək və boruları əllə idarə etməmək mümkündür.
Yedəyə alınan vakuumlu yığım maşınlarının işçi gücü hektar üzrə 5-8 saatdır. Məhsulu yığmaq üçün ən az 4 nəfər tələb olunur, yəni yorucu borularla növbəli şəkildə işləmək üçün bir traktor sürücüsü və 3 operator lazım olur. İş rejimi və işçilərin sayı torpağın oroqrafik və nəmlik səviyyəsindən, eləcə də işçi heyəti üçün keçirilmiş təlimlərdən asılı olaraq dəyişir. Düzənliklərdə və əlverişli yolları olan ərazilərdə kiçik treylerlərdən istifadə etməklə məhsul yığımının səmərəsini artırmaq olar. Ön və yan cihazları olan maşınların sayəsində həm vaxta, həm də iş yükünə qənaət etmək olar, yəni belə hallarda aqreqatın işçi gücünü hektar üzrə 3-4 saata kimi azaltmaq mümkündür.
Özüyeriyən yığım maşınları 3 və ya 4 təkərli sistemlə və hidravlik transmissiya mexanizmi təchiz edilir. Bu sistemlər və mexanizmlər maşının irəliyə doğru hərəkət etməsi və müəyyən hissələrin idarə olunması üçün nəzərdə tutulub. Belə yığım maşınları su ilə soyudulan mühərriklə işləyir. Mühərrikin nominal gücü modelindən asılı olaraq 30kv-75kv arasında dəyişir.
Ön hissədə hərəkət edən kollektor başlığını rama (çərçivə) saxlayır. Kollektor başlığının yığım hissəsinin eni 2.5 metrdir, lakin daha iri modellərdə hissənin eni 3.5 metr də ola bilir (Şəkil 3.4). Kollektor başlığı bir cüt əksinə fırlanan şotkalardan ibarətdir. Bu şotkalar məhsulu toplayaraq sorucu boruya ötürür. Sorucu boru metal hündürlük tənzimləyiciləri ilə təchiz olunmuş və mərkəzi hissədə yerləşən mexanizmdir. Beləliklə özüyeriyən maşının köməyi ilə yerə tökülmüş meyvəni toplamaq və yığmaq mümkündür. Məhsulun təmizlənməsi prosesi ilə qoşqulu maşın avadanlıqlarında olduğu kimidir.
Şəkil 3.4. Özüyeriyən vakuumlu yığım maşını (Mənbə: DAFNE –Viterbo Universiteti, İtaliya).
Bəzi yığım maşınlarının yan hissəsində üfürücü mexanizm olur. Şotkanın toplaya bilmədiyi meyvələr bu mexanizmin vasitəsilə növbəti cərgənin mərkəzinə yığılır və belə olduqda ənənəvi üfürücü aqreqatlara ehtiyac yaranmır. Optimal şəraitdə özüyeriyən maşınların işçi gücünü hətta hektar üzrə 2 saata qədər azalmaq mümkündür.
3.2.1.2. Mexaniki yığım maşınları
Mexaniki yığım maşınlarının ümumi xüsusiyyəti ondan ibarətdir ki, bu aqreqatlar fırlanan şotkaların vasitəsilə fiziki şəkildə meyvəni yerdən yığır və yükləmə kəmərinə (lentinə) yaxud çeşidləmə bölmələrinə göndərir. Kinetik enerjiyə malik olan hərəkətli hissələr meyvəyə dəyir, ona görə də bu maşınlar xüsusən də fındıq kimi qabıqlı meyvələrin yığılmasında istifadə olunur.
Bütün yığım maşınlarının səmərəli işləməsi üçün cərgəarası hissələr düz və hamar olmalıdır, çünki məhsulu yığan şotkalar irəliləyən maşına qarşı köndələn şəkildə fırlanır. Ona görə də torpaqda dəlik yaxud çökəklik olduqda şotkalar meyvəni çətinliklə qaldırır. Yığımın maksimum səmərəsini təmin etmək üçün torpağın qabaqcadan (əvvəlki ildə) mulça aqreqatı ilə hazırlanması məsləhət görülür.
Quraşdırılmış (yedəyə alınmayan)yığım aqreqatları yüksək funksionallıq səviyyəsinə və yığım gücünə malik olduğu üçün İtaliyada daha geniş istifadə olunur. Bu maşınlar özüyeriyən maşınlarla müqayisədə daha az xərc tələb edir, ona görə də maksimum sahəsi 15 hektar olan kiçik və orta təsərrüfatlar üçün çox yararlı aqreqat hesab edilir. Belə maşınların idarə olunması üçün bir operator, meyvələrin toplanması və cərgələrin budaqlardan təmizlənməsi üçün bir işçi tələb olunur.
Yedəyə alınan (qoşqulu) yığım maşınlarının məhsul toplaması üçün nəzərdə tutulmuş ön hissəsinin eni təxminən 150 sm olur və ümumiyyətlə meyvələr maneə kimi qalaqlanmalıdır ki, maşın onları yığa bilsin. Traktor-yığım maşınıtreyler birləşməsi məhsulun toplandığı bütöv sahəni əhatə edir, ona görə də belə aqreqatların dar və ya maili meyvə bağlarında manevr etməsi (dönməsi, əks istiqamətdə hərəkət etməsi və s.) çətinləşir.
Şəkil 3.5 Quraşdırılmış (qoşqusuz) yığım maşını (Mənbə: DAFNE – Viterbo Universiteti, İtaliya).
Quraşdırılmış (qoşqusuz) yığım aqreqatları traktora asanlıqla keçirilir, az xərc tələb edir və hektar üzrə 2-4 saat yığım gücünə malikdir, ona görə də bu avadanlıqlar kiçik və orta ölçülü fermer təsərrüfatlarında uğurla istifadə olunur (Şəkil 3.5). Bu aqreqatları traktorun ön və arxa hissələrinə 3 nöqtədən bərkitmək olar. Avadanlığın şotkaları traktorun hərəkətinə qarşı köndələn və ya irəli istiqamətdə quraşdırılır. Bəzi modellərdə maşının yan hissəsinə də şotka quraşdırılır. Bu şotkalar məhsulu ilkin mərhələdə toplayır, digər şotkalar isə fırlanaraq məhsulu qaldırır və burğu mexanizminə göndərir. Bu bölmədə isə məhsul roliklərdən keçərək yarpaqdan və torpaqdan təmizlənir. Daxili işçi kameralarda məhsulun təmizlənməsi mexaniki cihazların vasitəsilə həyata keçirilir.
Özüyeriyən yığım maşınlarının (Şəkil 3.6) modelləri mühərrikin gücünə və yığım hissəsinin eninə görə bir-birindən fərqlənir. Bu maşını bir operator idarə edə bilər, lakin zərurət yarandıqda cərgələri budaqlardan təmizləmək üçün ikinci işçidən də istifadə edilir. Maşının əhəmiyyətli dərəcədə sürətlə hərəkət etdiyini nəzərə alsaq, bir cərgədən iki dəfə keçərək məhsul yığmaq olar. Belə maşınların nəzəri yığım gücü hektar üzrə 1 saatdan az olur, lakin faktiki yığım gücü sahənin ölçüsündən, torpağın vəziyyətindən və məhsuldarlıq səviyyəsindən asılı olaraq dəyişir.
Cədvəl 3.1-də ən çox istifadə olunan yığım maşınlarının əsas texniki xüsusiyyətləri verilib. Belə maşınların müxtəlif modelləri satışa çıxarılıb. Bu modellər yığımın və təmizliyin effektivliyini artıran müxtəlif aksessuarlarla təchiz edilib.
Cədvəl 3.1 Ən çox istifadə olunan yığım maşınlarının əsas xüsusiyyətləri
Maşının növü Güc Operatorların sayı İşçi gücü
Yedəyə alınan vakuum 20-60 kW (traktor)
Yedəyə alınan vakuum (yığım cihazları ilə) 20-60 kW (traktor)
Təsərrüfatın ölçüsü
<10ha
Quraşdırılmış (qoşqusuz) yığım maşını 20-60 kW (traktor) 1-2 2-4 saat/hektar 10-20ha
Özüyeriyən yığım maşını 30-75kW1-2 1-2 saat/hektar >30ha
Maşınların işçi gücü torpaq sahəsinin hazırlanma səviyyəsindən və məhsulun miqdarından asılı olaraq dəyişir.
3.2.2. Əlavə avadanlıqlar
Fındığın mexaniki yığımından qabaq yerə tökülmüş meyvələri zolaq şəklində toplamaq lazımdır. Meyvələri əllə və ya mexaniki vasitələrlə, məsələn üfürücü aqreqatla (özüyeriyən və ya quraşdırılmış) toplamaq olar. Belə işləri asanlaşdırmaq üçün torpağı düzləndirmək, kipləmək, alaq otlarından təmizləmək və lazımi qaydada becərmək lazımdır. Bu tədbirlərin sayəsində fındığı zolaq şəklində yığarkən tozun qalxmasının qarşısını almaq mümkündür. Düzgün qaydada becərilmiş cərgəarası hissələr özüyeriyən maşınların iş prinsipinə də müsbət təsir edir.
3.2.2.1. Üfürücü avadanlıqlar
Üfürücü aqreqatlar meyvə bağının dik və ya formasız hissələrində meyvə toplamaq üçün nəzərdə tutulub. İtaliyanın dağlıq ərazilərində yerləşən fındıqçılıq bölgələrində, (məsələn, Pyemont və ya Siciliyanın Nebrodi dağlarında) belə avadanlıqlardan geniş istifadə edilir. Üfürücü aqreqat traktora qoşulan və ya çiyində daşınan kiçik avadanlıq ola bilər. Operatorlar bu aqreqatın əmələ gətirdiyi güclü hava axınını istənilən nöqtəyə və ya məhsula istiqamətləndirə bilər.
“Çiyində” daşınan üfürücü aqreqatlar (Şəkil 3.7) operatorun 2 xüsusi kəmərlə bərkidilmiş çəndən və motordan ibarətdir. Operator həmin çənə bərkidilmiş uzun elastiki borunu xüsusi dəstək vasitəsilə idarə edərək hava axınını istənilən hissəyə yönəldə bilir. Daşına bilən üfürücü aqreqatlar xüsusi idarəetmə, kilidləmə və sürət artırma mexanizmləri ilə təchiz edilib. Bu mexanizmlər mühərrikin sürətini tənzimləmək imkanı verir. Üfürücü aqreqatlarla işləyən operatorların fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir.
“Çiyində” daşınan üfürücü aqreqatlar hektar üzrə 6 saat işləyə bilir, lakin belə aqreqatları traktora qoşmaqla (Şəkil 3.8 və 3.9) vaxta qənaət etmək və operatorların iş yükünü azaltmaq olar. Bununla belə, daşına bilən aqreqatlar daha dəqiq işləyir və ağac gövdəsinin altına tökülmüş meyvələri də toplaya bilir.
Şəkil 3.6. Özüyeriyən yığım maşınları (Mənbə: AGRICHILE).
Şəkil. 3.7 Çiyində daşınan üfürücü aqreqat Mənbə: AGRICHILE (sol), AGRISERBIA (sağ).
Şəkil 3.10 Quraşdırılmış süpürücü aqreqat (Mənbə: AGRISERBIA).
Şəkil 3.11 Özüyeriyən süpürücü yığım maşını (Mənbə: AGRICHILE).
Özüyeriyən süpürücü yığım maşını (Şəkil 3.11) adətən 3 təkərdən (2 ön təkərdən və bir arxa təkərdən) ibarət olur. Maşının ön hissəsi isə adətən elastiki dişləri olan iki və ya daha artıq şotkalardan ibarət olur. Bu şotkalar əks istiqamətdə fırlanaraq torpağı süpürür və onların arasında qalmış meyvələr cərgənin mərkəzinə toplanır. Belə maşınlarda hərəkət istiqamətinə qarşı köndələn şəkildə quraşdırılmış və şotkalardan ibarət rotordan istifadə etmək olar.
3.2.2.3. Treylerlər
Treylerlər fındığın yığımında vacib rol oynayaq avadanlıqlardan biridir. Bu avadanlıqlar az tutumu olan yığım maşınlarının boşaldılması baxımından da əhəmiyyət daşıyır. Ümumiyyətlə, yığım vaxtı fındıq meyvələri özüyeriyən maşınının və ya traktorun arxasındakı treylerə ötürülür (Şəkil 3.12). Belə qabların tutumu 400-2000 kq arasında dəyişir və dolu qablar dərhal kollektor-treylerə boşaldılır (Şəkil 3.13).
Şəkil 3.8. Quraşdırılmış (qoşqusuz) üfürücü aqreqatın bir cərgədə işləməsi (Mənbə: AGRICHILE).
3.2.2.2. Süpürücü yığım maşını
Şəkil 3.9 Quraşdırılmış (qoşqusuz) üfürücü aqreqatın iki cərgədə işləməsi (Mənbə: AGRISERBIA).
Süpürücü yığım maşınları meyvə bağının əlçatan olmayan hissələrində üfürücü aqreqatların əvəzinə istifadə edilir. Bu maşınlar özü yeriyə və ya traktora qoşula bilir. Maşınların işçi gücü bağın məhsuldarlığından və torpağın vəziyyətindən asılı olaraq çox dəyişir. Bununla belə, süpürücü yığım maşınları üfürücü aqreqatlar üçün tələb olunan vaxtın təxminən yarısını sərf edir (1.5 ton/hektar üçün təxminən 2.5 saat/hektar; 3 ton/hektar üçün təxminən 5 saat/ hektar).
Quraşdırılan (qoşqusuz) süpürücü yığım maşınları (Şəkil 3.10) üfüqi oxlu köndələn rotordan ibarət olur. Bu rotor traktorun güc ayırıcı mexanizminə (PTO mexanizminə) birləşdirilir. Daraqlar və ya rezin zolaqlar isə fırlanan rotora keçirilir və yerə tökülmüş meyvələr belə daraqların və zolaqların vasitəsilə süpürülür və bir cərgəyə toplanır.
Şəkil 3.12 Treylerli özüyeriyən yığım maşını (Mənbə: AGRISERBIA).
Şəkil 3.13 “Qayçı” tipli treylerin böyük kollektor-treylerə boşaldılması (Mənbə: AGRICHILE).
Fındıq yığımında treylerin müxtəlif növlərindən istifadə etmək olar. Yığım maşınları ilə birgə istifadə olunan ən geniş yayılmış treylerlər aşağıdakı kimidir:
•Hidravlik qaldırıcı mexanizmi olan treylerlər. Bu avadanlıqları yığım maşınının istənilən növünə qoşmaq olar (tutumu: 400-500 kq).
•“Qayçı” tipli qaldırıcı mexanizmi olan (Şəkil 3.14) treylerlər. Bu avadanlıqlar məhsulun 3.6 metrə kimi boşaldılması və daşınması üçün nəzərdə tutulub (tutumu: 1400-1600 kq).
•Arxa boşaltma mexanizmi olan treyler (Şəkil 3.15). Bu avadanlıqlar məhsulların boşaldılması və daşınması üçün nəzərdə tutulub. (tutumu: 1200-1800 kq).
Şəkil 3.14 “Qayçı” tipli qaldırıcı mexanizmi olan treylerin bunkerə boşaldılması (Mənbə: AGRISERBIA).
Şəkil 3.15 Arxa boşaltma mexanizmi olan treylerdən məhsulun boşaldılması (Mənbə: AGRISERBIA).
Fındığı iri qablarda (yeşiklərdə) daşıyarkən belə qabları traktora qoşulmuş treylerə yığmaq olar. Belə qablar avtokarların vasitəsilə götürülür. Yığılmış məhsulun daşınması üçün kifayət sayda qab olmalıdır, çünki belə qablar boşaldılmadan birbaşa olaraq müəssisəyə aparılır. Kiçik təsərrüfatlarda fındığı 50-70 kiloqramlıq cut kisələrə yığırlar. Belə kisələrin toplanaraq treylerə boşaldılması və dəyişdirilməsi daha uzun vaxt tələb olunur. Ona görə də kisələri əllə daşıyan operatorların belində hər hansı zədə riski də yaranır.
Kollektor-treylerlər meyvə bağının əlverişli və ya mərkəzi hissələrində yerləşməlidir ki, yığım maşınına qoşulmuş treyleri asanlıqla sahədən çıxarmaq və ya boşaltmaq mümkün olsun. Belə treylerlər müxtəlif ölçüdə (tutumu 5-20 ton) ola bilər (Şəkil 3.16).
Şəkil3.16 Emal müəssisəsində kollektortreylerin boşaldılması (Mənbə: AGRISERBIA).
İtaliyanın və Türkiyənin bəzi bölgələrində yerləşən ənənəvi fındıq bağları mexanikləşməyib, ona görə də məhsulun əllə yığılması hələ də davam edir. Ümumiyyətlə, fındığın əllə yığılması məqsədəuyğun deyil, çünki belə yığım üsulunun xərci yüksək olur və yığıma daha çox vaxt sərf edildiyi üçün məhsulun keyfiyyəti azala bilər.
Məhsulun əllə yığılmasının aşağıdakı əsas səbəbləri vardır:
•həddən artıq dik olan ərazinin mürəkkəb oroqrafik quruluşa malik olması, •ağacların çox sıx olması, •torpaq səthinin nahamar olması, •təsərrüfatda lazımi səviyyədə təşkil edilməməsi və idarə olunmaması, •əkindən sonra birinci ildə məhsuldarlığın çox aşağı səviyyədə olması.
Məhsulun əllə yığılması asanlıqla əldə olunan bilən ucuz (plastik) vedrələrlə, kisələrlə və ya digər vasitələrlə həyata keçirilir (Şəkil 3.17). Əllə yığımın faydalı iş əmsalı cavan fındıq bağlarında 5-7 kq/saat, ideal şəraitdə isə (yetkin ağacların bərabər səviyyədə paylandığı və təcrübəli işçilərin yığıma cəlb olunduğu yaşlı bağlarda) 15kq/saat ola bilir. Belə yığımın xərci isə illik məhsul xərcinin 50%-i təşkil edə bilər.
3.3. 3.4.
Məhsulun əllə yığılması Müxtəlif yığım üsullarının üstün
V At Mayan C H Tl Ri
Məhsulun əllə yığılması
ÜSTÜN CƏHƏTLƏR
Şəkil 3.17. Cavan bağlarda fındığın plastik vedrə ərə yığılması (Mənbə: AGRISERBIA).
•Xüsusi şəraitdə, məsələn dik yamaclı ərazilərdə və ya ağacların çox kiçik olduğu bağlarda tətbiq oluna bilər.
ÇATIŞMAYAN CƏHƏTLƏR
•Mexaniki yığımla müqayisədə daha çox vaxt sərf olunur, xərclər artır, ağır zəhmət tələb edir və işçilərin sayını artırmaq (qabları tez-tez boşaltmaq) lazım gəlir.
•Ağır çəkili məhsulun (məsələn, 60 kiloqramlıq cut kisələrin) daşınması işçilərin sağlamlığına ziyan vura bilər.
•Yığıma daha çox vaxt sərf edilir, ona görə də uzun müddət yerdə qalmış fındığın keyfiyyəti azala bilər.
Vakuumlu yığım maşını
ÜSTÜN CƏHƏTLƏR
•Vakuumlu yığım maşınları mexaniki maşınlarla müqayisədə daha çox imkanlara malikdir, çünki bu aqreqatlar qeyrioptimal şəraitdə də (maili ərazilərdə, nahamar səthdə və s.) işləyə bilir.
•Vakuumlu maşınların, xüsusən də qoşqulu modellərin xərcləri az olur.
•Yığımdan qabaq məhsulu toplanmasına olan ehtiyacı aradan qaldırmaq üçün maşının kənarlarına birbaşa olaraq üfürücü aqreqat quraşdırmaq olar.
ÇATIŞMAYAN CƏHƏTLƏR
•Maşının sadə modellərindən istifadə etdikdə fındığın qabaqcadan üfürülərək toplanılması lazım gəlir, ona görə daha çox işçi qüvvəsinə ehtiyac yaranır.
•Vakuumlu maşınlarla, xüsusən də borulu sadə modellərlə məhsul yığan işçilər çox yorulur və ətrafa toz yayılır.
•Üfürmə və toplama prosesini nəzərə alsaq, məhsulun yığılmasına daha çox vaxt sərf olunur.
Mexaniki yığım maşınları
St N C H Tl R
•Məhsulun daha sürətlə yığılması maşının üstün cəhətlərindən biridir, çünki belə olduqda meyvələr uzun müddət yerdə qalmır və məhsulun keyfiyyətini qorumaq mümkün olur.
Şəkil 3.18. 2017-ci ilin məlumatlarına əsasən yığım maşınlarının müxtəlif növlərinin xərc baxımından (€/ha) müqayisə edilməsi: yedəyə alınmış vakuumlu yığım maşını + traktor (qırmızı xətt); quraşdırılmış yığım maşını + traktor (yaşıl xətt) və özüyeriyən yığım maşını (mavi xətt) (Mənbə: Franco e Monarca, 2001).
Fındıq yığımı zamanı nəzərə
•Yığıma bir neçə operator cəlb olunur.
•Vakuum boruları ilə işləməyə ehtiyac yaranmır, ona görə də operatorların fiziki yorğunluğu azalır.
•Torpağı lazımi qaydada hazırladıqda yığım zamanı ətrafa toz yayılmır.
Ati Mayan C H Tl R
•Torpağın optimal səviyyədə hazırlanması və düzlənməsi, eləcə də ot örtüyünün müvafiq hündürlükdə biçilməsi və idarə edilməsi tələb olunur.
•Orta və iri fermer təsərrüfatları üçün nəzərdə tutulmuş maşınların xərci yüksək olur.
3.6. 3.5.
Yığım maşınlarının qiyməti
Satışa çıxarılan yığım maşınlarının qiyməti müxtəlif modellərdən asılı olaraq dəyişir, məsələn ən kiçik qoşqulu vakuum maşının qiyməti 5000 avrodur, lakin özüyeriyən yığım maşınlarının qiyməti 50000-70000 avro arasında dəyişir. Mövsüm ərzində işçi qüvvəsi çatışmadığı üçün yığım maşınları hətta kiçik təsərrüfatlarda da istifadə olunur.
İtaliyanın Viterbo Universitetində aparılmış yığım xərclərinin təhlilinə əsasən (Şəkil 3.18), fındıqyığan maşınların istifadəsinin rahatlığı təsərrüfatın ölçüsündən asılı olaraq dəyişir: alınan təhlükəsizlik məsələləri
•kiçik (< 10 ha) təsərrüfatlar: yedəyə alınmış vakuumlu yığım maşınları üçün nəzərdə tutulmuş ənənəvi sistem daha çox məqsədəuyğundur.
•orta ölçülü (10-20 ha) təsərrüfatlar: quraşdırıla bilən (qoşqusuz) yığım aqreqatları üstün tutulur. •iri təsərrüfatlar: bahalı olmasına baxmayaraq özüyeriyən yığım maşınlarının istifadəsi məsləhət görülür, çünki bu aqreqatlar daha güclü və tutumlu olduğu üçün yığım xərclərini hektar üzrə 500 avro azaldır və işçi qüvvəsinə olan ehtiyacı müəyyən dərəcədə aradan qaldırır.
Fındığın yığılması/toplanılması zamanı tozun və səs-küyün təsirinə məruz qalan işçilər müxtəlif xəstəlik riski ilə üzləşə bilərlər. Bundan başqa, dağlı-təpəli ərazilərdə yığım maşınlarının sabitliyinin itməsi nəticəsində ciddi qəzalar və fəsadlar da yaranır. Belə hallar fermerlərin ölümünə səbəb olan əsas amil hesab edilir.
Fındığın mexaniki üsulla yığımı zamanı tozun ətrafa yayılması insan sağlamlığını təhlükə altında qoyan əsas risk amilidir (Şəkil 3.19). Tənəffüs yollarına keçən tozlar (əsasən havada yayılan qeyri-üzvi hissəciklər) bərk hissəciklərdən ibarət olub insanlar tərəfindən udulur və seliyin ifrazı zamanı xaric olmur. Ona görə də bu hissəciklər tənəffüs aparatının üst hissəsində heç bir maneəyə rast gəlmədən bronx və ağciyər boşluqlarına yayıla bilir. Təəssüflə qeyd etməliyik ki, İtaliyada aparılmış eksperimental testlərin nəticələrinə görə, tövsiyə olunan konsentrasiya səviyyələri həmişə normadan artıq olub.
Qeyd etmək lazımdır ki, tozun azaldılması üçün nəzərdə tutulmuş siklon separatorlar havada mövcud olan hissəciklərin miqdarını əhəmiyyətli dərəcədə azaldır. Tənəffüs yollarına keçən tozun konsentrasiyasına təsir edən digər amillərdən biri də torpağın nəmliyidir. Ona görə də tozun konsentrasiyasını təxminən 50% azaldan nəmləndirmə sistemi ilə təchiz olunmuş özüyeriyən yığım maşınları ilə bağlı maraqlı təkliflər irəli sürülüb.
Şəkil 3.19 Fındıq yığımı zamanı tozun əmələ gəlməsi və yayılması (Mənbə: AGRICHILE).
Məhsul yığımı zamanı və yığımdan əvvəlki dövrlərdə təsərrüfatlarda işləyən operatorlar toz və səs-küy əleyhinə fərdi mühafizə vasitələrindən istifadə etməlidirlər (Şəkil 3.20):
Fərdi mühafizə vasitələrinə aşağıdakılar daxildir:
•tozdan qorunmaq üçün KN95 və ya FFP2 maskaları, •səs-küy əleyhinə SRPS EN 352-1-2008 qulaqlıqları və qulaq tıxacları, •zərbə əleyhinə qoruyucu dəbilqələr (məcburi deyil), •qoruyucu əlcəklər.
Fındıqyığan maşının əmələ gətirdiyi səs təzyiqinin həddi işçilərin gündəlik olaraq rastlaşdığı səs-küy həddi ilə eyni deyil.
3.7.
Məhsul yığımından sonra görülən işlər
Məhsul yığımından sonra meyvə bağının idarə olunması üçün tövsiyə olunan aşağıdakı təsərrüfat işləri vegetasiya və yetişmə mövsümünə müsbət təsir göstərir:
•cərgəarası hissələrdə qalmış meyvələrin, xırda və iri budaqların doğranaraq torpağa qarışdırılması,
•yarpağı tam tökülmüş ağacların budanması,
•zərurət yarandıqda bakteriyalarla yoluxmanın qarşısını almaq üçün mis tərkibli dərmanların və funqisidin səpilməsi,
•yeni bic zoğların, eləcə də yay aylarında aparılmış mexaniki və ya kimyəvi müalicələrdən sonra qalmış qeyriməhsuldar pöhrələrin bərkimiş dib hissələrinin məhv edilməsi,
•texnikanın hərəkəti nəticəsində bərkimiş torpağın təxminən 30-40 sm dərinlikdə yumşaldılması. Yumşalmış torpaqda hava yaxşı dövr edir, nəmliyin infiltrasiyası yaxşılaşır, xüsusən də lilli və gilli-gillicəli torpaq mühitində köklər daha yaxşı yayılır. Maili ərazilərdə torpağın yumşaldılması eroziyanın qarşısını alır (Şəkil 3.22).
•aşağı azot tərkibli üzvi gübrələrin verilməsi. Gübrələri oktyabr ayında, yəni ağac hələ də vegetasiya mərhələsində olduqda vermək lazımdır ki, qış üçün qida maddələrinin ehtiyatı təmin olunsun.
Şəkil 3.20 Fərdi mühafizə vasitələrindən istifadə edən operator: qoruyucu dəbilqə, üz maskası və qulaqlıqlar. (Mənbə: AGRICHILE).
Traktorun/yığım maşınının aşması nəticəsində yarana bilən zədələrin, tozun və səs-küyün qarşısını əhəmiyyətli dərəcədə almaq üçün maşının növündən asılı olaraq müxtəlif operator kabinələrindən istifadə edilir. Belə kabinələrdə maşın idarə edən operator rahat işləyir və toz udmur (Şəkil 3.21).
Məhsul yığımından qabaq:
Bütün avadanlıqların təhlükəsizliyi və funksionallığı (əlçatanlığı, strukturu, görmə sahəsi, işəsalma və söndürmə mexanizmi, əllə idarə olunan aqreqatlar, əyləc sistemi, eşidilə bilən xəbərdarlıq siqnalları, işıqlar, istilik və elektrik izolyasiyası, təkərlər və s.) yoxlanılmalıdır.
DAFNE – Viterbo